Məhkəmə qərarları › İş №1(103)-348/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-348/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-348/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X9 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(101)-1747/2023 nömrəli hökmü ilə (sədrlik edən X10, hakimlər X4 və X1 qızından ibarət tərkibdə) xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqdəsi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 11,718 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi və Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında olan zaman saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13- cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qısa qol gödəkçənin sol yan cibindən 01 bükümdə təmiz çəkisi 11,718 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(101)-1747/2023 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: ibtidai istintaqın bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmasına məhkəmə düzgün hüquqi qiymət vermədən və faktiki halları tam araşdırmadan etmədiyi əmələ görə ittiham edərək cəza təyin etmişdir. O, heç vaxt narkotik istifadəçisi olmamışdır. Ailəlidir, sağlam həyat tərzi olan bir vətəndaş kimi dövlətinə qarşı heç bir qərəzliliyi olmamışdır. 3 azyaşlı övlad atasıdır. Azərbaycanda iki ali təhsil və Türkiyədə 3-cü ali təhsilini almışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, ibtidai istintaq zamanı sənədlər saxtalaşdırıldığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir, təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitə istifadəçisi olmamışdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin dedikləri ilə tam razı olduğunu, heç bir cinayət törətmədiyini, narkotik vasitə istifadə etmədiyini, dindar olduğuna görə tutulduğunu, ona psixoloji təzyiq göstərildiyi üçün ibtidai istintaqda etirafedici ifadə verdiyini, iş materiallarında onun narkotik vasitə istifadə etməsi, ya da satmağı barədə heç bir sübut olmadığını bildirmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən narkotik vasitə aşkarlanmışdır, axtarış keçirilməzdən əvvəl 13-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində tutulmuşdur, baxış zamanı müdafiəçinin iştirakından imtina etmişdir, iş üzrə şahid ifadələri də onun törətdiyi əməli təsdiq edir, bundan başqa, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ona təzyiq göstərilməsi barədə heç bir orqana rəsmi müraciət etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayət əməlinin xarakteri, ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona bəraət verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsədə məhkəmə istintaqı zamanı ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, ailəsi ilə birlikdə Qaraçuxur qəsəbəsində 146 nömrəli məktəblə üzbəüz binada yaşayır. 11 mart 2023-cü il tarixdə yaşadığı binanın həyətindən onu polis əməkdaşı olan Bəxtiyar Abbasov saxlayaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışdır. Onu dindarlığı ilə bağlı tutublar, o, namaz qılır, bununla bağlı məscidləri ziyarət edir və sonuncu dəfə bir Hacının hüzründə iştirak etdiyi üçün tutulmuşdur. X5 psixoloji təsir edərək qarşısına bir sellofan bükümdə narkotik vasitə heroin qoyaraq bunu üzərinə baxış zamanı özünə məxsus maddə kimi təqdim etməsini bildirmişdir. O da qorxaraq razılaşmışdır. Həqiqətdə isə o, dindar olduğu üçün heç vaxt narkotik vasitə qəbul etməmiş, tutulduğu zaman üzərində heç bir qanunsuz əşya olmamışdır. Əlavə olaraq qeyd edir ki, o, ali təhsillidir, Texniki Universiteti bitirmiş, ikinci ali təhsil kimi Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda ödənişli təhsil alırdı. Tutulması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. Həmçinin o və həyat yoldaşı Yeni Azərbaycan Partiyasının üzvüləridir. Bəxtiyar Abbasovu qeydiyyatda olduğu və əvvəllər yaşadığı Bakıxanov qəsəbəsindən tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuş, məlumatda göstərilmişdir ki, Tural adlı şəxs narkotik vasitələri əldə edərək üzərində saxlayır və daşıyır. Tədbirlə əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa ondan başqa Sabunçu RPİnin NMB-nin əməliyyatçısı Şahid2 da daxil olmuşdur. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında saxlayaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 13-cü PBnə dəvət etmişlər. Orada onu bölmənin təhqiqatçısına təhvil vermişlər. Təhqiqatçı videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxışda Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi iştirak etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan həmin boz rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik maddəni, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Ketel” markalı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin üst tərəfindən asılmış avtomobil açarı ilə birlikdə qapı açarlarını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofanda olan bükümü taparaq üzərində saxladığını, həmin maddənin narkotik vasitə olubolmadığını bilmədiyini bildirmişdir. Sellofan büküm və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Baxışa dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor və psixoloji təzyiq tətbiq edilməmiş, Sabunçu RPİnin NMB-nin rəisi olan X13 Həsənovun tutulmasında və bölməyə gətirilməsində, həmçinin üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Tural adlı şəxs narkotik vasitələri əldə edərək üzərində saxlayır və daşıyır. Tədbirlə əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa o və Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini Şahid1 daxil olmuşdur. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında saxlayaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Orada onu bölmənin təhqiqatçısına təhvil vermişlər. Təhqiqatçı videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxışda Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi iştirak etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan həmin boz rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik maddəni, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Ketel” markalı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin üst tərəfindən asılmış avtomobil açarı ilə birlikdə qapı açarlarını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofanda olan bükümü taparaq üzərində saxladığını, həmin maddənin narkotik vasitə olub-olmadığını bilmədiyini bildirmişdir. Sellofan büküm və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Baxışa dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİnin 13-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor və psixoloji təzyiq tətbiq edilməmiş, Sabunçu RPİ-nin NMB-nin rəisi olan X13 Həsənovun tutulmasında və bölməyə gətirilməsində, həmçinin üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Belə ki, birinci instansiya məhkəməsində elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanan 11 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Tural” adlı şəxsin Bakıxanov qəsəbəsinə tez-tez gələrək qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir. Birinci instansiya məhkəməsində elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023- cü il tarixli, 6/1500 saylı rəyin nəticə hissəsindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 11,718 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası sübutların geniş şəkildə sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu, digər istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir Birinci instansiya məhkəməsi, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinin külli miqdarda törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs himayəsində 2015, 2019 və 2021-ci il tarixli üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini əsas götürərək, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(101)- 1747/2023 nömrəli apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023cü il tarixli, 1(101)-1747/2023 nömrəli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on ) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar