Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-35/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Əflatun İbrahim oğlunun sədrliyi və məruzəsilə, Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X22, Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X41 Departamentinin nümayəndəsi X14, Məhkum X15, Müdafiəçilər X2 və X8 iştirakları ilə, X15 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X41 Departamentin baş direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qismən məhkəmə istintaqıaparılmaqla baxaraq məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (hakim X23), xx xxxxxx 1956-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X15, təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilmişdir. İstintaq orqanı tərəfindən X24 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 130, 150.1.2, 150.2, 150.3.1, 155, 157, 177.1, 220 və 221-ci maddələrinin, habelə “X38” Azərbaycan Respublikası Qanununun 14-cü və 15-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, külli miqdar təşkil edən 545135,16 manat məbləğində vergiləri dövlət büdcəsinə, habelə 13125,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını Dövlət sosial müdafiə fonduna ödəməkdən yayınmışdır. Belə ki, X30 “ünvan 2 ünvanda yerləşən beton istehsal edən qurğusu olan ümumi sahəsi 300 kvadrat metr sahədə beton istehsalı və satışı ilə məşğul olaraq əldə etdiyi hasilat 2010-cu ilin 3-ci rübü üzrə 123340,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergi 4933,60 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 4933,60 manat məbləğində sadələşdirilmiş vergini; 2010-cu ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 79669,49 manat, büdcəyə ödənilməli ƏDV 14340,51 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 14340,51 manat; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 143381,36 manat, büdcəyə ödənilməli ƏDV 25808,64 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 25808,64 manat; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; 2011-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; 2012-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; 2013-cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 88983,05 manat, büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16016,95 manat, cəmi 520657,65 manat əlavə dəyər vergisini; 2010-cu il ərzində əldə etdiyi gəlir 401016,95 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 388915,60 manat, vergiyə cəlb olunan gəliri 12101,35 manat, büdcəyə ödənilməli gəlir vergisi 2420,27 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 2420,27 manat, 2011-ci il ərzində əldə etdiyi gəlir 1067796,60 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1045200,00 manat, vergiyə cəlb olunan gəliri 22596,60 manat, büdcəyə ödənilməli gəlir vergisi 4519,32 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 4519,32 manat, 2012-ci il ərzində əldə etdiyi gəlir 1067796,60 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1045200,00 manat, vergiyə cəlb olunan gəlir 22596,60 manat, büdcəyə ödənilməli gəlir vergisi 4519,32 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 4519,32 manat, cəmi 11458,91 gəlir vergisini; Muzdla işləyən fiziki şəxslərə 2010-cu ilin avqust ayından 2013-cü ilin may ayınadək aylıq ödədiyi 1750,00 manat məbləğində əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən 14 faiz dərəcə tətbiq etməklə, hər ay 245,00 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablamalı olduğu halda, həmin dövr üçün qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməməklə, 8085,00 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 545135,16 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X30 xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində işçilərinə ödədiyi 52500,00 manat məbləğində əmək haqqından “X38” Azərbaycan Respublikasının Qanununun 14 və 15-ci maddələrinə əsasən 22 və 3 faiz dərəcə tətbiq edərək, 2010-2013-cü illərdə 13125,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqları hesablamalı olduğu halda, həmin dövr üzrə qeydiyyatda olduğu sığortaçı təşkilatına həmin əmək haqqının hesabatını təqdim etməməklə, ümumilikdə 13125,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iş üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara əsasən X24 ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək qeyd etmişdir ki, hökm qanunsuz və əsassız olduğundan və birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığından ləğv edilməlidir. Belə ki, məhkəmə Malik Şabanovun barəsində bəraət hökmü çıxararkən öz mülahizəsinə əsaslanmış, X42nın nəticələrini və aktı nəzərə almamış, eyni zamanda, Malik Şabanovun sahibkarlıq fəaliyyətinə məntiqlə yanaşmamış, onun x xxxxxx 2005-ci ildən fiziki şəxs kimi vergi ödəyicisi olaraq uçotda olduğunu, xx xxxxxx 2005-ci ildə isə “xxxx” MMC-ni təsisi etdiyini, ”xxxx” MMC-nin əsas fəaliyəti növünün beton, gips və sementdən sair məmulatların istehsalı olduğunu, müəssisənin Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor 2095-2096 məhəllədə 1500 kvm sahəsi olan beton istehsalı sexi adlı obyekti olduğunu, xx xxxxxx 2007-ci ilədək həmin obyektdə beton istehsalı ilə məşğul olduğunu, xx xxxxxx 2008-ci ildə “xxxx” MMC-nin direktoru kimi “ünvan 3 ünvanında 300 kvadrat metr qeyri yaşayış sahəsinin icarəyə götürülməsi ilə əlaqədar müqavilə imzaladığını, həmin ərazidə beton istehsalı üçün qurğunun olduğunu, Nakim Şərifovdvan 2009-cu ilin yanvar ayından 2010cu ilin dekabr ayınadək 53625,00 manat dəyərində qum aldığını, həmin müqavilənin xx xxxxxx 2008-ci ildən xx xxxxxx 2011-ci ilədək qüvvədə olduğunu, həyat yoldaşı X12 adına xx xxxxx 2013-cü ildə beton vuran maşın aldığını, “xxxx” MMC-nin adına icarəyə götürdüyü sahəni daha sonra həyat yoldaşının adından x xxxxxx 2013-cü ildə “xxxxxxx” ASC-dən icarəyə götürdüyünü, həmin müqavilənin xx xxxxxxxx 2015-ci ilədək uzandığını nəzərə almamışdır. Protestdə hökmün ləğv edilərək, X15 Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair ittiham hökmünün çıxarılması xahiş edilmişdir. Hökmdən mülki iddiaçı apellyasiya şikayəti verərək hökmün qanunsuz və əsassız olduğunu, birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət vermədiyini, bu səbəbdən də gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını qeyd edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x xxxx 2017-ci il tarixli hökmünün mülki iddiaya aid hissədə ləğv edilərək Azərbaycan Respublikası Bakı şəhər X41 Departamentinin mülki cavabdeh X27 qarşı 545.153,6 manat məbləğində ziyanın tutularaq dövlət büdcəsinə ödənilməsi barədə iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x xxxx 2017-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə, kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş və X24 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, apellyasiya protesti və apellyasiya şikayəti təmin olunaraq X15 barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x xxxx 2017-cı il tarixli hökmü ləğv edilmiş və X30 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında təşkilat-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum olunmaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və iş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X41 Departamentin tərəfindən verilmiş mülki iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-125/2015 nömrəli xx xxxx 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş məbləğlər nəzərə alınmaqla X9 tələb edilməsi müəyyən edilmişdir. Qərardan məhkum X15 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və X15 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası apellyasiya protestinin və mülki iddiaçının apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxış və təkliflərini dinləyərək qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti qismən, apellyasiya şikayəti isə tam təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x xxxx 2017-ci il tarixli hökmü ləğv edilməli və X15 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin və mülki iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə, işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunan hüquq normalarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq razılaşır. Belə ki, apellyasiya protestində və mülki iddiaçının apellyasiya şikayətində Malik Şabanovun Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirliliyi mübahisələndirilmişdir ki, bu da işdə olan biri-digərinə kifayət qədər uyğun gələn və mötəbərliyi şübhə doğurmayan sübutların məcmuyu ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, “xxxx” MMC-nin direktoru X30 beton istehsalı və satışı ilə məşğul olarkən, ona qum tədarük etmiş Nakim Şərifova yaranmış pul borcunu verməməsi səbəbindən sonuncunun sabiq MTN-nə etdiyi müraciəti ilə bağlı toplanmış və Vergilər Nazirliyinə göndərilmiş materiallar əsasında vergi orqanı tərəfindən müvafiq araşdırmalar aparılaraq, X42 həyata keçirilmiş və X1 fəaliyyəti yoxlanılaraq müvafik akt tərtib edilmişdir. Belə ki, X20 xx.xx.2014-cü il tarixli **********691355 səyyar vergi yoxlama aktı əsasında vergi ödəyicisi olan X15 vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2014-cü il tarixli **********743280 nömrəli qərar qəbul edilmişdir. Lakin, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə, X20 xx.xx.2014-cü il tarixli **********691355 səyyar vergi yoxlama aktının icrası məqsədi ilə vergi ödəyicisi olan X15 vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2014-cü il tarixli, **********743280 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt hesab edilməklə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2015-ci il tarixli 2-1(103)-125/15 saylı qərarından görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X5rşı “Cavabdehin xx.xx.2014-cü il tarixli, **********691355 saylı səyyar vergi yoxlama aktının icrası məqsədi ilə vergi ödəyicisi olan X15 “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2014-cü il tarixli **********743280 nömrəli qərarının qanunsuz əlverişsiz inzibati akt hesab edilməklə ləğv edilməsi tələbinə dair iddiası təmin edilmərnişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsınin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının əsaslandırıcı hissəsində məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı (X30) barəsində aparılmış X42 qanunauyğun əsaslara və vergi qanunvericiliyinin müvafiq normalarına söykənmişdir. Habelə qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, kollegiya iddia tələbinin əsasına qoyulan “iddiaçının şəxsən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, üçüncü şəxslə icarə müqaviləsi, yaxud digər razılıq bağlamaması” barədəki dəlilini də həqiqətəuyğun hesab etmir və vurğulayır ki, “xx” MMC ilə “xxxxxxx” ASC arasında bağlanmış icarə müqaviləsi xx xxxxxx 2011-ci ildə sonuncu tərəfindən birtərəfli qaydada xitam edilmişdir. Hətta həmin müqavilə sonuncu tərəfindən xitam edilməsəydi belə “əlavə razılaşma”nın tələbinə əsasən onun müddəti xx xxxxxx 2012-ci il tarixdə bitməli idi. “xx” MMC isə həmin tarixlərdən sonra müqavilənin yenidən bağlanması, yaxud müddətinin uzadılması barədə “xxxxxxx” ASC-yə müraciət etməmişdir. Ümumiyyətlə isə yoxlanılan dövr ərzində məhz “xx” MMC-nin həmin ərazidə beton istehsalı və satışı ilə məşğul olması, dövlət büdcəsinə vergilər ödəməsi ilə bağlı vergi orqanları tərəfindən təqdim olunan sənədlərdə hər hansı məlumat yoxdur. İddiaçı isə mübahisəli fəaliyyətin şəxsən özü tərəfindən deyil “xx” MMC tərəfindən aparılmasını sübuta yetirə bilməmişdir. Beləliklə işdəki sübutların tədqiqi kollegiyada belə bir qaneedici rəy yaradır ki, mübahisəli dövr üzrə M.C.Şabanov tərəfindən aparılmış sahibkarlıq fəaliyyəti “xx” MMC adından həyata keçirilməmiş, şəxsi xarakter daşımışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X42nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparılmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının əsaslandırıcı hissəsində məhkəmə kollegiyası Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinad edərək göstərmişdir ki, kollegiya işin apellyasiya icraatı zamanı İddiaçının (X15) MTN-dəki ifadələrinin həqiqətə uyğun olmadığına dair mülahizələrini inandırıcı hesab etməyərək vurğulayır ki, əvvəla həmin ifadələr işin apellyasiya icraatı zamanı dindirilmiş şahidin ifadəsi, eləcə də üçüncü şəxsin nümayəndəsinin izahatı ilə uzlaşır. Digər tərəfdən həmin ifadələr “qara mühasibatlıq” kitabındakı məlumatlara uyğundur. Kollegiya bu cür məlumatları birbaşa mötəbər sübut hesab etməsə də, iddiaçının (M.C.Şabanovun) həmin “mühasibatlıq” kitabının ona məxsus olmasını, o, cümlədən özü tərəfindən tərtib olunduğunu inkar etməməsi, onun MTN-də verdiyi izahatının düzgünlüyü barədə daxili inam yaradır. Bundan başqa kollegiya iddiaçının apellyasiya icraatındakı mülahizələrini həm də ona görə inandırıcı hesab etmir ki, sonuncu ona təzyiq göstərilməsi barədə aidiyyəti hüquq mühafizə orqanlarına heç bir müraciət etməmişdir. Göründüyü kimi, X20 xx.xx.2014-cü il tarixli **********691355 səyyar vergi yoxlama aktı əsasında vergi ödəyicisi olan X15 vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2014-cü il tarixli **********743280 nömrəli qərarı M.Şabanov tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, onun şikayətləri apellyasiya və kassasiya instansiyası qaydasında təmin edilməmişdir. Beləliklə, istintaq orqanı tərəfindən X24 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın əsası kimi qəbul edilmiş X20 xx.xx.2014-cü il tarixli **********691355 səyyar vergi yoxlama Aktına əsaslılığı və qanunauyğunluğu üzrə məhkəmə qaydasında yekun hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının X30 tərəfindən külli miqdar təşkil edən 545 135,16 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmasına dair hissədə preyudisal əhəmiyyət daşıdığını nəzərə alır. Bundan əlavə iş üzrə toplanmış və məhkəmədə tədqiq və təhlil edilmiş digər sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində sərbəst ifadə vermiş X30 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun illərdir kommersiya fəaliyyəti ilə məşğul olmaqla beton istehsalı və digər tikinti materiallarının satışı ilə ayrı-ayrı yerlərdə məşğul olmuşdur. 2008-ci ilin avqust ayına qədər Baksol adlanan ərazidə beton istehsal edən qurğu quraşdıraraq ayrı-ayrı şəxslərdən və müəssisələrdən beton məhlulunun hazırlanması üçün lazım olan tikinti materialları əldə edib quraşdırılan qurğuda beton istehsal edib sifariş əsasında şəxslərə və təşkilatlara satmışdır. Bu sahədə işini genişləndirmək məqsədi ilə hətta 2008-ci ildə “Cifa-41” markalı beton vuran nasos da almışdır. Lakin, 2008-ci ilin sonlarında işlədiyi ərazi “xxxxxxxxxx” ASC tərəfindən götürüldü və onu betonqarışdıran qurğunu oradan çıxarmağa məcbur etdilər. 2009-cu ilin əvvəllərində Nizami rayonu, Keşlə qəsəbəsində “Ət Kombinatı” adlanan ərazidə dəmir yol xətti və yük boşaldmaq üçün əlverişli şərait olduğundan həmin yeri icarəyə götürüb və orada beton istehsal etmək qərarına gəlmişdir. Lakin, orada olan qurğunun yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda vəsait lazım olduğundan və həmin dövrdə tikinti bazarında beton alışı zəiflədiyindən ərazini əldən verməmək məqsədi ilə hələlik ki, tikinti materiallarının satışını təşkil etmək qərarına gəlmişdir. Bu qərara gəlməyinin əsas səbəbi ondan irəli gəlirdi ki, materialların gətirilməsi dəmir yolu vasitəsi ilə nisbətən ucuz başa gəlirdi və dəmir yol xətti həmin ərazidən keçirdi, orada xeyli miqdarda materialın saxlanması da mümkün idi və gələcəkdə bazar genişlənərsə beton zavodu quracağını fikirləşib az gəlir qalsa da həmin ərazidə fəaliyyət göstərməyə başlamışdır. Elə həmin ərəfədə əvvəldən tanıdığı Qaçay adlı şəxs ona bildirmişdir ki, İmişli rayonundan olan onun yerlisi Nakim Şərifov sifarişlə ona lazım olduğu təqdirdə əsasən, dəmir yolu xətti ilə, zərurət olduqda isə yük avtomaşınları ilə malı satıb pulunu hissə-hissə ödəmək şərti ilə qum tədarük edə bilər. O, fikirləşmiş ki, həm yerin icarə haqqını, həm xırda xərcləri ödəyib vəziyyətin stabilləşməsini gözləmək üçün bir müddət qum satışını təşkil etsin. 2009-cu ildən başlayaraq 2010-cu ilin sonuna qədər ayrı-ayrı vaxtlarda Nakimdən qum almışdır. Həmin qumu satdıqca Nakimə hissə-hissə pulunu vermişdir. Lakin, 2010-cu ilin ortalarında şəxsi ehtiyacları artmış və bir müddət maddi böhran yaşamışdır. Həmin ərəfələrdə Nakimin göndərdiyi qumların dəyərinin bir hissəsini həm icarəyə, həm də şəxsi ehtiyacları üçün xərclədiyindən Nakimlə aralarında narazılıq yaranmışdır. Həmin ərəfələrdə Nakim ondan borcu tam bağlamağı tələb etsə də, o, bildirmişdir ki, «sən az az göndər mən də yavaş-yavaş pulunu ödəyim». 2010-cu ilin avqust ayına qədər Nakimin verdiyi qumun pulundan ona 34.000 manat borcu yaranmışdır. Həmin pulun bir hissəsini, özü xərclədiyindən, bir hissəsini isə qumu verib pulunu ala bilmədiyindən borcunu ödəyə bilməmişdir. Artıq Nakimlə aralarında olan münasibətlər son həddə çatmışdır. Nakim, mütəmadi olaraq onun işlədiyi yerə gəlib, ona təhqiramiz sözlər deyib çıxıb gedirdi. 2013cü ilin əvvəllərində Nakim son dəfə onun yanına gəlmiş və aralarında böyük mübahisə olmuşdur. Gedəndə Nakim ona bildirmişdir ki, həmin pulu ondan zorla da olsa alacaq. xx xxxx 2013-cü il tarixdə o, iş yerində olduğu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs onun iş yerinə gəlmiş, heç nə izah etmədən əl-qolunu burub “Porşe” markalı avtomobilə basıb aparmışlar MTN-nə. Orada bir neçə saat gözlətdikdən sonra aparmışlar Akif Covdarovun otağna. A.Covdarov ona həbs edəcəyi ilə hədələyərək Nakimə olan borcunu ödəməklə yanaşı, ona da 300000 ABŞ dolları verməli olduğunu bildirmişdir. O, isə nəinki 300000 dollar, hazırda heç Nakimə olan borcunu ödəmək iqtidarında olmadığını bildirmişdir. Belə olduğu halda onu MTN-də qanunsuz olaraq 8 saat saxlayıb, təzyiq altında diktə ilə izahat yazdırmışlar ki, güya o, beton satışı ilə məşğul olmuş, milyonlarla gəlir əldə etmiş və vergidən yayınmışdır. Daha sonra onu istintaqa dəvət etmişlər. İstintaqda o, hər şeyi olduğu kimi danışsa da, müstəntiq buna əhəmiyyət verməmişdir. Barəsində olan X42 haqqında qərar qəbul edilmiş və xx xxxxxx 2014-cü ildə **********691355 saylı Aktla 528.497 manat ƏDV ödəmədiyi üçün, ona 264.248 manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin aktdan narazı olduğu üçün 2014-cü ildə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və məhkəmə araşdırması zamanı Aktın qanunsuz olduğunu, akta əlavə edilmiş sənədlərin əsassız, qeyri-mötəbər olduğunu və qanunsuz yolla əldə edilməsini sübut etməyə çalışmışdır. Birinci instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə iddiası təmin edilmiş və yuxarıda göstərilən Akt əlverişsiz inzibati akt hesab edilməklə ləğv edilmişdir. Qərardan narazı qalan Vergilər Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin X6 xx xxxx 2015-ci il tarixdə apellyasiya şikayətini təmin edərək, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarını ləğv edib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişdir. İbtidai araşdırma zamanı Nakim Şərifov tərəfindən MTN-ə təqdim edilmiş güya onun tərəfindən tərtib edilmiş bir jurnal təqdim edilmişdir. Həmin jurnalın kimin tərəfindən yazıldığını soruşduqda, jurnalın ona aidiyyətinin olmadığını, tərəfindən yazılmadığını ona bildirmişdir. Bundan sonra, onlar məhkəməxəttşünaslıq ekspertizası təyin etmişlər. Ekspert rəy vermiş ki, jurnalda yazılanlar onun xətti deyil, kimin tərəfindən tərtib edilməsi məlum olmamışdır. Bütün bunlara baxmayaraq, istintaq işi araşdırılırdı. Belə ki, X42nın qanunsuz bir izahat və mənbəyi bəlli olmayan bir jurnala əsasən, keçirilməsi ilə yanaşı məlum oldu ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X13 kiçik vergi xidməti müşaviri Şahid1 tərəfindən xx.xx.2014-cü il tarixdə guya fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ., D.Aslan 2 ünvanda yerləşən “xxxxxxx” ASC-nin ərazisinə baxış keçirilmiş və orada fəaliyyət göstərməyi aşkar edilmişdir. Elan edilmiş ittihamda qeyd edilmiş vergiləri və sosial müdafiə fonduna ödəmələri ödəməkdən yayınmamışdır. Həmin vergilər və məcburi dövlət sosial sığorta haqları qanunsuz və əsassız hesablanmışdır. xx.xx.2005-ci ildən fiziki şəxs kimi vergi ödəyicisi olaraq uçotda olmuşdur. xx.xx.2005-ci il tarixdə isə “xxxx” MMC-ni təsis etmişdir. xx.xx.2007-ci ilədək fiziki şəxs kimi VÖEN-dən istifadə etməmişdir. Yalnız “xxxx” MMC-nin adından fəaliyyət göstərmişdir. “xxxx” MMC-nin əsas fəaliyyət növünün beton, gips və sementdən sair məlumatların istehsalı olmuşdur. Müəssisənin təsis edildiyi gündən hal-hazıradək təsisçisi və direktorunun özü olmuşdur. Müəssisənin Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor (Daş karxana) 2095-2096-cı məhəllədə 1500,00 kvadrat metr sahəsi olan beton istehsalı sexi adlı obyekti olmuşdur. xx.xx.2007-ci ilədək həmin obyektdə beton istehsalı ilə məşğul olmuşdur, xx.xx.2007-ci ildə “xxxxxxxxxx” ASCtərəfindən həmin sahə əlindən alınmışdır. xx.xx.2008-ci il tarixdə “xxxx” MMC-nin direktoru kimi “ünvan 6 ünvanında 300, kvadrat metr qeyri yaşayış sahəsinin icarəyə götürülməsi ilə əlaqədar müqavilə imzalanmışdır. Həmin ərazidə beton istehsalı üçün qurğu olmuşdur. Məqsədi beton istehsal edib satmaq olmuşdur. Lakin, qurğunun təmirə ehtiyacı olduğundan və təmirin baha başa gələcəyindən yalnız qum satışı ilə məşğul olmuşdur. Nakim adlı şəxsdən 57600 manat məbləğində 3600 kub qum almışdır. Ayrı-ayrı şəxslərdən 14455,5 kub qum almışdır, qumun hər kubunu 16 manata alaraq, 18 manata satmışdır. 300 manat icarə haqqı vermişdir. 200 manat malı daşıyan fəhlələrə xərcləmişdir. Ona hesablanmış vergilər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində ondan psixoloji təzyiq altında alınmış izahata və həmin izahat əsasında alınmış mütəxəssis rəyinə əsasən hesablanmışdır. Bu fəaliyyətlə bağlı heç bir işçisi olmamışdır. İcarə müqaviləsi bağlamaq üçün möhür lazım olduğundan onun da fiziki şəxs kimi möhürü olmadığından, direktoru olduğu “xxxx MMC-nin adından müqavilə imzalamışdır. Həmin müəssisənin adından heç bir əməliyyat aparmamışdır, həmin müqavilə xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək qüvvədə olmuşdur. 2008-ci ilin yanvar ayından 2011-ci ilin dekabr ayınadək qum alqı satqısı ilə məşğul olmuşdur. Həmin dövrdə ticarət zəif olduğundan və Nakimə borcu olduğundan ziyanla da olsa işləmişdir. Qeyd edilən dövr ərzində başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İcarə haqqını dostları ona etdiyi kömək hesabına ödəmişdir. Fəaliyyəti zəif olduğuna görə bəyannamə təqdim etməyə və vergiləri ödəməyə ehtiyac olmamışdır. Həmin dövrdə ticarət zəif olduğundan və Nakimə borcu olduğundan ziyanla da olsa işləmişdir. Qeyd edilən dövr ərzində başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İcarə haqqını dostlarının ona etdiyi kömək hesabına ödəmişdir. Fəaliyyət göstərdiyi fəaliyyətinin zəif olduğuna görə bəyannamə təqdim etməyə və vergiləri ödəməyə ehtiyac olmadığını zənn etmişdir. X31 onun həyat yoldaşıdır. Onun adına xx.xx.2013-cü il tarixdə **-VN-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il istehsalı olan MAN TGA 41 400 markalı beton vuran maşın alınmışdır. “xxxx MMC-nin adından icarəyə götürdüyü sahəni daha sonra həyat yoldaşı X16 adından xx.xx.2013-cü il tarixdə “xxxxxxx” ASC-dən yenidən icarəyə götürmüşdür. Həmin müqavilə xx.xx.2014-cü il tarixli 01 nömrəli, habelə xx.xx.2015-ci il tarixli 02 nömrəli Əlavə razılaşmalara əsasən növbəti bir il müddətinə uzadılmışdır. xx xxxxxxxx 2015-ci il tarixdə cəmiyyətə müraciət edərək icarə müqaviləsinə xitam verilməsini tələb etdiyindən xx.xx.2013-cü il tarixli 07 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsinə xitam verilmişdir. Həmin müqavilələrin bağlanmasında, müqavilələrə əlavə razılaşmaların imzalanmasında və icarə müqaviləsinə xitam verilməsində həyat yoldaşı X25 özü təmsil etmişdir. Həmin sənədlərdə X16 adının qarşısında qeyd edilmiş imzalar ona məxsus olmuşdur. Lakin həyat yoldaşı orada heç bir fəaliyyət göstərməmişdir. Həmin ərazini həyat yoldaşının adına olan beton vuran pompanı saxlamaq üçün icarəyə götürmüşdür. Həyat yoldaşı X16 faktiki olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, onun adından sahibkarlıq fəaliyyətini özünün göstərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 nümayəndəsi X32 ifadəsində göstərmişdir ki, vergi ödəyicisi olan M.Şabanovun fəaliyyəti tam qanuni əsaslarla yoxlanılmış və bu barədə səyyar vergi yoxlama aktı tərtib edilmişdir. M.Şabanov həmin aktı məhkəmə qaydasında mübahisələndirsə də, Ali Məhkəmənin yekun qərarı ilə həmin akt qanuni və əsaslı hesab edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin sahibkarlıq fəaliyyəti üzrə avqust 2010 və iyul 2013-cü il dövrünü əhatə edən X42 keçirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən 2010-cu il üzrə sadələşdirilmiş verginin 4933,60 manat azaldılması, 2010-cu il üzrə gəlir vergisinin 2420,27 manat, 2011-ci il üzrə gəlir vergisinin 4519,32 manat, 2012-ci il üzrə gəlir vergisinin 4519,32 manat azaldılması, 2010-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 245,0 manat (sadələşdirilmiş vergi bəyannaməsinin tərkibində), 2010-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 980,0 manat, 2011-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2940,0 manat (ƏDV bəyannaməsinin tərkibində), 2012-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2940,0 manat, 2013-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 980,0 manat azaldılması, 2010-cu il ƏDV-nin 72183,05 manat, 2011-ci il ƏDV-nin 192203,40 manat, 2012-ci il ƏDV-nin 192203,40 manat, 2013-cü il ƏDV-nin 64067,80 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********743280 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin azaldılmasına görə vergi ödəyicisi barəsində 217564,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X42 aktında bildirildiyi kimi, yoxlama zamanı vergi ödəyicisinin izahatları ilə yanaşı, satılmış malların qeydiyyat dəftərindən (sahibkarlıq fəaliyyəti üzrə apardığı qeydlərindən) də istifadə edilmişdir. Həmin dəftərə əsasən, vergi ödəyicisinin beton satışı üzrə fəaliyyəti olmuş, hətta şahid X16 ifadəsinə əsasən xx.xx.2013-cü il tarixdən istifadəsində 105.000,00 manata aldığı **-VN-*** dövlət qeydiyyat markalı MAN TGA-41400 markalı betonvuran maşın olmuşdur. İttiham aktında vurğulandığı kimi, hazırkı iş üzrə 2 mötəbər sübut vardır: Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(102)-879/2015 nömrəli qərar və istintaq dövründə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq tərtib edilmiş eyni institutun xx.xx.2015-ci il tarixli 15041 nömrəli ekspert rəyi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(102)-879/2015 nömrəli qərarına əsasən X42nın nəticəsi olaraq tərtib edilmiş Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********743280 nömrəli qərarı və X42 aktı məhkəmə tədqiqatının predimetini təşkil etmiş və həmin sənədlərin ləğv olunması üçün səbəb müəyyən edilmədiyindən onların hüquqiliyi təsdiq edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə müvafiq olaraq mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 15041 rəyi ilə də X42nın nəticələri təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Vergilər Nazirliyi yanında X13 xx.xx.2013-cü il tarixli **********691207 saylı qərarına əsasən fiziki şəxs X15 (VÖEN:**********) xx.xx.2010-cu ildən xx.xx.2013-cü il tarixədək həyata keçirdiyi sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə X42 onun tərəfindən keçirilmişdir. Yoxlamanın nəticələrinin xx.xx.2014-cü il tarixli **********691355 nömrəli X42 aktı ilə rəsmiləşdirmişdir. Yoxlama zamanı X30 xx.xx.2005-cı ildən ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi Bakı Vergilər Departamentində qeydiyyatda olduğu müəyyən edilmişdir. X42 zamanı vergilərin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən toplanmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2013-cü il tarixli 06/09-34 saylı məktubu ilə Vergilər Nazirliyinə göndərilmiş materiallar və yoxlamanın keçirilməsi zamanı dəvət edilmiş mütəxəssis və ekspertin verdiyi rəylər əsasında hesablanmışdır. Yoxlama zamanı X15 "ünvan 7 ünvanda beton istehsalı ilə məşğul olduğu, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən Vergilər Nazirliyi yanında X13 xx.xx.2013-cü il tarixli **********711513 nömrəli "X42nın keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" Qərarla sahibkarın fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, D.Aslan 2 ünvanda yerləşən beton istehsalı obyektinə baxış keçirilmiş və baxışın nəticələrinə dair xx.xx.2014-cü il tarixdə protokol tərtib edilmişdir. X24 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2013-cü il tarixli **********691366 nömrəli tələbnamə təqdim edildiyi halda onun tərəfindən yoxlamaya heç bir sənəd təqdim etmədiyindən bu barədə xx.xx.2013-cü il tarixdə akt tərtib edilmişdir. Şabanov Malik tərəfindən yoxlanılan dövr üzrə yoxlamaya heç bir ilkin sənəd təqdim edilmədiyindən sahibkar tərəfindən ünvan 9 ünvanda yerləşən beton istehsalı obyektində istehsal edilmiş betona çəkilən xərclərini müəyyənləşdirmək məqsədilə Departamentin xx.xx.2013-cü il tarixli **********710459 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar çıxarılaraq, yoxlamaya mütəxəssis cəlb edilmidir. Yoxlamaya təqdim edilmiş xx.xx.2014-cü il tarixli mütəxəssis rəyinə əsasən sahibkar tərəfindən beton istehsalında istifadə etdiyi avadanlıqlar barədə heç bir məlumat vermədiyinə və avadanlıqların texniki sənədlərini təqdim etmədiyinə görə beton istehsalında istifadə edilən avadanlıqların aşağı məhsuldarlıqlı və ən çox enerji tutumlu kateqoriyaya aid edilən analoji avadanlıqların göstəriciləri əsas götürülməklə 1 kub metr betona çəkilən xərclər müəyyən edilmişdir. Həmin xərclərin 1 kub metr beton üçün 53.31 manat, o cümlədən sement-35.05 manat, qum-4.69 manat, çınqıl-9.5 manat, plastifikator- 3.08 manat, elektrik enerjisi-0.97 manat, su-0.02 manat müəyyən edilmişdir. Eyni zamanda həmin beton istehsalı obyektində istehsal edilmiş betonun xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrdə bazar qiymətinin müəyyən edilməsi məqsədilə ilə Departamentin xx.xx.2013-cü il tarixli **********710461 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı ilə yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin eksperti cəlb edilmişdir. Yoxlamaya təqdim edilmiş xx.xx.2014-cü il tarixli ekspert rəyinə əsasən istehsal edilmiş betonun qeyd edilən dövr ərzində bir kubmetri üçün orta satış qiyməti 70,0 manat müəyyən edilmişdir. Yoxlama zamanı həmin mütəxəssis və ekspert rəylərindən vergilərin hesablanması üçün istifadə edilmişdir. Satılmış betonun miqdarı haqqında qeydiyyat kitabında 2010-cu ilin avqust ayı ərzində satılmış betonun miqdarı 1762,0 kub metr təşkil etdiyi göstərilmişdir. Təyin edilmiş ekspert rəyindən və eləcə də sahibkarın izahatında göstərdiyi satılmış hər kub metr betonun satış qiymətini 70,0 manat olduğunu nəzərə alaraq həmin ayda sahibkar tərəfindən əldə edilmiş hasilatın miqdarının 123340,0 manat (1762,0 kub.m x 70,0 manat) təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilatın həcmi vergitutma obyekti olduğundan yoxlama ilə 4933,6 (123340,0 x4%) manat sadələşdirilmiş vergi hesablanmışdır. Şabanov Malik 2010-cu ilin sentyabr ayının 1-dən məcburi qaydada ƏDV qeydiyyatına alınmış, onun təqdim etdiyi izahata və satılmış malların qeydiyyat dəftərinə əsasən 2010-cu ilin avqust ayında təqdim edilmiş mallara görə hasilatı 123340.0 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 155.1 maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120000,0 manatdan artıq olan şəxslər 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olduğundan və Vergi Məcəlləsinin 159.1 maddəsinə əsasən malların təqdim edilməsi vergitutma obyekti sayıldığından həmin maddənin tələbləri pozulduğuna görə sahibkar tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrdə əldə etdiyi 3413199.97 manat gəlir vergitutma obyekti hesab olunaraq ƏDV-nə cəlb edildiyini və 520657,65 manat ƏDV hesablanmışdır. Sahibkarın dövriyyəsi müəyyən edilərkən xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə satılmış malların qeydiyyat dəftərinə, xx.xx.2010-cu il tarixdən sonrakı 30 ay ərzindəki dövriyyəsi isə izahata əsasən müəyyən edilmişdir. Həmin izahatda sahibkar hər ay orta hesabla 1500.0 kub metr beton istehsal etdiyini və hər kub metr betonu 70.0 manata müxtəlif şəxslərə satdığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən də vergi ödəyicisinin 2010-cu ilin sentyabr-dekabr ayları üzrə 72183,05 manat, 2011-ci ilin yanvar-dekabr ayları üzrə 192203,40 manat, 2012-ci ilin yanvar-dekabr ayları üzrə 192203,40 manat, 2013-cü ilin yanvar-aprel ayları üzrə 64067,80 manat olmaqla, ümumilikdə 520657,65 əlavə dəyər vergisini bəyannamə təqdim etməyərək dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa Malik Şabanov izahatında işçilərinin sayı 5 nəfər olmaqla hər bir işçiyə 300-400 manat məbləğində əmək haqqı verildiyini göstərdiyini, həmin göstəricilərə əsasən yoxlama ilə ödəyici tərəfindən 2010-cu ilin 1-ci rübü və həmin ilin sentyabr –dekabr ayları üzrə 1225,00 manat, 2011-ci ilin yanvar-dekabr ayları üzrə 2940,00 manat, 2012-ci ilin yanvar-dekabr ayları üzrə 2940,00 manat, 2013-cü ilin yanvar-aprel ayları üzrə 980,00 manat olmaqla cəmi 8085,00 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Onun izahatında hər ay orta hesabla 1500.0 kub metr beton istehsal etdiyini və hər kub metr betonu 70.0 manata müxtəlif şəxslərə satdığını qeyd etmişdir. Onun tərəfindən 2010-cu ilin müvafiq dövründə satılmış betonun həcmi 6760.0 kub metr təşkil etdiyindən ümumi gəlir-401016.95 manat, xərclər-388915.6 manat, o cümlədən əmək haqqı xərcləri-7000.0 manat, SMF-1540.0 manat, xammal və materiallar-353683.2 manat, icarə haqqı - 20000,0 manat, elektrik enerjisi xərcləri-6557.2 manat, su və kanalizasiya xərcləri-135.2 manat təşkil etmişdir. Vergiyə cəlb edilən xalis gəlir 12101.35 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə görə vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənlədirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb olunan gəlir olmasını nəzərə alaraq, həmin maddənin tələbləri pozulduğuna görə 2010-cu il üzrə 12101.35 manat xalis gəlirdən 2420.27 manat gəlir vergisi hesablanmışdır. 2011-ci ildə ödəyici tərəfindən satılmış betonun həcmi 18000.0 kub metr təşkil etdiyindən ümumi gəlir-1067796.6 manat, xərclər- 1045200.0 manat, o cümlədən əmək haqqı xərcləri-21000.0 manat, SMF-4620.0 manat, xammal və materiallar-941760.0 manat, icarə haqqı - 60000,0 manat, elektrik enerjisi xərcləri-17460.0 manat, su və kanalizasiya xərcləri-360.0 manat təşkil etmişdir ki, vergiyə cəlb edilən xalis gəlir 22596.6 manat təşkil etdiyindən həmin xalis gəlirdən 4519.32 manat gəlir vergisi hesablanmışdır. 2012-ci ilidə satılmış betonun həcmi 18000.0 kub metr təşkil etdiyindən ümumi gəlir-1067796.6 manat, xərclər-1045200.0 manat, o cümlədən əmək haqqı xərcləri-21000.0 manat, SMF-4620.0 manat, xammal və materiallar-941760.0 manat, icarə haqqı - 60000,0 manat, elektrik enerjisi xərcləri-17460.0 manat, su və kanalizasiya xərcləri-360.0 manat təşkil etdiyini, vergiyə cəlb edilən xalis gəliri 22596.6 manat təşkil etdiyindən həmin xalis gəlirdən 4519.32 manat gəlir vergisi hesablanmışdır. Ümumilikdə isə vergi ödəyicisinə 2010-2013-cü illər üzrə 11458,91 manat gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərdən başqa yoxlama ilə əhatə olunan dövrdə X15 13125,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındığı müəyyən edilmişdir. Onun izahatında 2010-cu ilin avqust ayından 2013-cü ilin aprel ayı da daxil olmaqla beş nəfər işçiyə ortalama olaraq 300-400 manat pul verdiyini bildirmişdir. Onun işçilərə verdiyi orta əmək haqqı 350,00 manat götürülərək 30 ay ərzində 52500,00 manat əmək haqqı verdiyinin müəyyən olunduğunu, həmin 52500,00 manat əmək haqqından 22% və 3% hesabı ilə 13125,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqını dövlət sosial müdafiə fonduna ödəmədiyinin müəyyən edilmişdir. Bakı Vergilər Departamentinin yoxlama materiallarının göndərilməsi barədə xx.xx.2015-ci il tarixli **********262200 nömrəli xidməti məruzəsində texniki səhv olaraq 13125,00 əvəzinə 11550,00 manat məcburi dövlət sosial sığorta haqlarının yayındırılmasının müəyyən edilməsi qeyd edilmişdir. Şahid məhkəmədə verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, vergi ödəyicisi X33 barəsində keçmiş MTN-dən daxil olmuş materiallar əsasında növbədənkənar yoxlama aparılması qərara alınmış, həmin qərar barədə onun tərəfindən M.Şabanovun istifadəsində olan telefona zəng edilərək məlumat vermiş, M.Şabanovdan yalnız şifahi izahat almış, sonradan qərarla tanış etmişdir. Zavoda baxış keçirməyə getdikdə M.Şabanova təklif etsə də, o, orada işləmədiyini əsas gətirərək, baxışda iştirak etməmişdir. Zavoda baxışı o, özü həyata keçirmiş, baxışda tanıdığı 2 nəfər müşahidəçilər və zavodun nümayəndəsi iştirak etmişdir. Protokolu baxış yerində deyil, Departamentdə öz otağında tərtib etmişdir. Lakin, zavodun nümayəndəsi protokola yazılmamış və protokolu imzalamamışdır. Müşahidəçiləri zavoda özü ilə aparmış, zavodun nümayəndəsinin kim olduğunu xatırlamır. Baxış zamanı avadanlıqların işlıyib-işləməməsini yoxlamamış, zavodda qum, sement aşkar etməmişdir. M.Şabanov xərc sənədlərini təqdim etmədiyindən, mütəxəssis dəvət olunmuşdur. M.Şabanovun izahatı və mütəxəssis rəyi əsasında yoxlama aktı tərtib edilmişdir. Həmçinin MTN-dən gələn qara mühasibatlıq sənədləri ilə Maliki tanış etsə də, o, heç bir izahat verməmişdir. Malik heç bir sənəd təqdim etmədiyindən, betonun istehsalı üçün çəkilən xərcləri müəyyən etmək üçün mütəxəssis rəyindən, Malikin MTN-də vermiş olduğu izahatından istifadə edilmişdir. Həmin məlumatlar MTN-dən daxil olduğundan mənbəyi məlum olan əlaqəli məlumatlar hesab edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, Şabanov Maliki 2008-ci ildən tanımışdır. Ona material verilməsində vasitəçi qismində köməklik etmişdir. Onun vasitəsilə sürücülər müxtəlif rayonlardan avtomobillə M.Şabanova qum gətirirdilər. Əvvəllər M.Şabanov ona gətirilən malların pulunu vaxtı vaxtında ödəyirdi sonradan isə onun tərəfindən ödənişlər dayandırılmışdır. Şabanov Malik ilə sürücülər arasında vasitəçi olduğuna görə sürücülər pullarını ondan tələb edirdilər. O isə Şabanov Malikdən pulu tələb etdikdə, M.Şabanov ona pulu ödəmirdi. Bu səbəbdən də o, M.Şabanovun barəsində Milli Təhlükəsizlik Nazirliyinə şikayət etmişdir. Şahid X28 verilmiş suallara cavab olaraq bildirmişdir ki, O, Şabanov Malik barəsində MTN-nə müraciət etmişdir ki, onun pulunu ödəsin. M.Şabanov ona 35000 manat pul borclu idi. Belə ki, O, M.Şabanovla 2009-2010-cu illərdə işləmiş, 2012-ci ildə isə onunla işləməmişdir. O, 2010-cu ildən sonra M.Şabanovun işlədiyi zavoda hərdən pulunu tələb etmək üçün gedirmiş, həmin vaxtlar zavodun işləyib işləmədiyini deyə bilməz. Belə ki, o, həmin illərdə Malikə mal-material verməmişdir. M.Şabanov tərəfindən ona dəymiş zərər 2015-ci ilin yay aylarında tam ödənilmişdir. O, Malikə cəmi nə qədər mal satdığını xatırlamır, lakin yekunda Malikin ona 35000 manat borcu qalmışdır. Qumun kubunu 16 manata satmışdır. O, M.Şabanova qum vermərmiş, ona qumu rayonlardan sürücülər gətirirmiş o, sadəcə vasitəçi olaraq qumun gətirilməsi üşün sürücülərlə əlaqə saxlayırmış. O, M.Şabanova qumun vaqonla gətirməsinin şahidi olmamış, özü qumu ancaq maşınla gətizdirmişdir. M.Şabanov ona borcunu qaytarmamasının səbəbi kimi deyirmiş ki, ona da borcludurlar, borcunu yığa bilmir, ona görə də pulunu ödəyə bilmir. Milli Təhlükəsizlik Nazirliyində yəqin ki, izahat vermişdir, ancaq izahat verməyi dəqiq yadında deyil, çox əsəbi olduğundan onun izahatını kim yazdığını bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X28 ifadələrində X30 ilə onu X4 tanış etdiyini, X24 2009-cu ilin yanvar ayından 2010-cu ilin dekabr ayınadək ümumilikdə 53625,00 manat dəyərində qum satdığını, Şabanov Malikin ona olan borcunu ödəmədiyi üçün 2013-cü ilin iyun ayınadək, yəni Milli Təhlükəsizlik nazirliyinə şikayət edənədək Şabanov Malikdən ona olan borcunu qaytarması üçün onun beton istehsalı ilə məşğul olduğu Keşlə qəsəbəsi ərazisindəki “xxxxxxx” ASC-dən icarəyə götürdüyü əraziyə tez-tez gedib gəldiyini, hər getdiyində də Şabanov Malikin həmin ərazidə beton istehsalı və satışı ilə məşğul olduğunun oilavasitə şahidi olduğunu, həmin dövrdə satılan betonun bir kubmetrinin betonun markasından aslı olaraq təxminən 70-75 manata satdığını, Milli Təhlükəsizlik Nazirliyinə təqdim etdiyi X15 beton istehsalına və satışına dair “qara mühasibatlıq” kitabını ana Yusifzadə Məmiyevin təqdim etdiyini və həmin kitabın Malik Şabanovun beton istehsalına və satışına aid olduğunu göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında ifadə vermiş X28 ifadəsində göstərmişdir ki, o tikinti materiallarının nəqli ilə məşğul olmuşdur, iddiaçı M.C.Şabanovun tanışı olan bir şəxs ona, Şabanova mal-material verilməli olduğunu bildirmiş, o da razılaşmışdır. Maşınlarla rayonlardan daşıdığı qumu Keşlə qəsəbəsində yerləşən beton zavodunun həyətinə boşaltmış, M.C.Şabanov da ona beton istehsalı və satışı ilə məşğul olaraq aldığı qumun pulunu nağd qaydada ödəmişdir. Bir müddət bu qaydada işləsələr də, sonradan Şabanov maddi vəziyyətinin ağırlığını bildirərək borcunu qaytarmaqdan imtina etmiş, o da qum verilməsini dayandırmışdır. Bundan sonra bir neçə dəfə zavoda gedib, Şabanovun orada fəaliyyət göstərməsinin şahidi olmuşdur. Səhv xatırlamırsa iddiaçı ona olan borcundan bir hissəsini axırıncı dəfə 2012-ci ildə həmin zavodda qaytarmışdır. Habelə, X28 ibtidai istintaq zamanı M.C.Şabanovla üzləşmə zamanı (cild-2 i.v-138- 140) ifadəsində, 2013-cü ilin iyun ayınadək Şabanov Malikdən ona olan borcunu qaytarması üçün onun beton istehsalı ilə məşğul olduğu ’Keşlə qəsəbəsi ərazisindəki “xxxxxxx” ASC-dən icarəyə götürdüyü əraziyə tez-tez gedib gəldiyini və hər getdiyində də Şabanov Malikin həmin ərazidə beton satışı ilə məşğul olduğunun şahidi olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X34 ilə direktoru olduğu “xxxx MMC “ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 300 kvadrat metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2008-ci ildə müqavilə imzalanmışdır. Qeyd edilən müqavilə hər il bir il müddətinə uzadılmış, lakin icarə haqqınını vaxtında ödəmədiyi üçün müqaviləyə 2011-ci ilin dekabr ayının 30-da bir tərəfli qaydada xitam verilmişdir. Sonradan həmin sahəni bir qadın icarəyə götürmək üçün şirkətə müraciət etmiş və həmin sahədə “pompa” avtomobilini saxlayacağını, iş yaxşı gedərsə isə yenidən köhnə qaydada qum sement işi ilə məşğul olacağını bildirmişdir. Onun şirkəti həmin qadınla 2012-ci ildən 2014-cü il tarixləri ərzində müqavilə bağlamışdır. Sonradan ona məlum oldu ki, həmin qadın X15 həyat yoldaşı X26r. Müqaviləni xanımla bağladığı müddət ərzində sözügedən sahədə beton istehsalı ilə məşğul olmaqlarının şahidi olmamışdır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müqavilələri Şabanov Malik ilə bağlandığı dövrdə bilirdi ki, vaqonlarla qum gətirib satmaqla məşğuldurlar. M.Şabanov onlara ancaq icarə haqqını verirdi. 2011-ci ilin dekabr ayında onun müqaviləsinin müddəti bitmiş, ancaq orada qalıq malı olduğu üçün həmin əraziyə girib çıxırmış. 2011-ci ildən sonra Şabanov Malik orada işləyə bilməzdi, çünki 03 ay icarə haqqını vermədiyindən onun şirkəti ona artıq müqavilənin bir tərəfli pozulduğunu bildirmişdir. M.Şabanov orada onlardan gizli mal sata bilməzdi. Həmin xanımla aralarında 2012-ci ildən 2014-cü il tarixədək müqavilə bağlanmışdır. Sözügedən sahəni xanım icarəyə götürdüyü dövr ərzində onların beton istehsal etməklərinin şahidi olmamışdır. Onlarda beton uzeli olsa da, həmin avadanlıq işləmirmiş, ona görə də xanım orada fəaliyyət göstərə bilməzdi. Eyni zamanda qeyd etmişdir ki, şirkətin ərazisinə hər hansı bir kənar şəxs daxil olduqda onlara məruzə edilir, onların xəbəri olmadan şirkətin ərazisinə heç kim keçə bilməzdir. Hər hansı bir qurum tərəfindən yoxlama başlayarkən, əvvəl onların yanına gələrək icarədarlarla görüşmək istədiklərini və yoxlamaya gəldiklərini bildirirlər, onlarda icarədarı çağıraraq yoxlama keçirmələrini təmin edirlər. M.Şabanovun sahəsinə vergi orqanlarından gəlib yoxlama aparmaqlarının şahidi olmamışdır. Məhkəmə zalında olan və ona təqdim olunmuş Şahid1 əvvəllər heç vaxt şirkətdə görməmişdir və həmin şəxs yoxlama aparmaq üçün şirkətə gəlməmişdir. Belə ki, hər hansı bir dövlət orqanından müfəttiş gəlsə, bu barədə onların mütləq xəbəri olurdu. Şirkətin qapısında daxili telefon var, mühafizə əgər tanımırsa zəng edib onlara məruzə edir və onların razılığı olarsa həmin şəxs içəri daxil olur. 2012-ci il tarixdən 2014-cü il tarixədək ola bilməz ki, beton satılsın və onların bundan xəbəri olmasın. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində X17 direktoru olduğu “xxxx MMC ilə “ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 300 kvadrat metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə xx xxxxxx 2008-ci ildə müqavilə imzalandığını, qeyd edilən müqavilə hər il bir il müddətinə uzadıldığını, lakin icarə haqqınını vaxtında ödəmədiyi üçün müqaviləyə 2011-ci ilin dekabr ayının 30-da bir tərəfli qaydada xitam verildiyini, məhkəmədə izahat verdikdən sonra sənədlərə baxarkən Şabanov Malikin 2011-ci il üzrə icarə haqqını sonradan ödədiyini müəyyən etdiyini, daha sonra X30 icarə haqqını vaxtında ödəyəcəyini bildirdiyinə və əvvəlki icarə borclarını ödədiyinə görə həmin sahəni yenidən icarəyə götürmək istədiyini bildirdiyi üçün razılıq verildiyini, həmin sahəni X10 həyat yoldaşı X16 adından icarəyə götürdüyünü, xx.xx.2013cü il tarixdə bağlanan müqavilədə həyat yoldaşını onun təmsil edərək icarə müqaviləsi bağladığını, icarə müddətinin uzadılması barədə 37.01,2013-cü il tarixdə yenidən icarə müqaviləsi bağlandığını, həmin müqavilə xx.xx.2014-cü il arixli 01 nömrəli, habelə xx.xx.2015-ci il tarixli 02 nömrəli Əlavə razılaşmalara əsasən növbəti □ir il müddətinə uzadıldığını, xx xxxxxxxx 2015-ci il tarixdə X30 cəmiyyətə müraciət edərək icarə müqaviləsinə xitam verilməsini tələb etdiyi üçün xx.xx.2013-cü tarixli 07 nömrəli qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsinə xitam /erildiyini, qeyd edilən müqavilələrin bağlanmasında, müqavilələrə əlavə razılaşmaların mzalanmasında və icarə müqaviləsinə xitam verilməsində X25 həyat yoldaşı X15 təmsil etdiyini, icarəyə götütülmüş qeyri yaşayış lsahəsində faktiki olaraq X15 fəaliyyət göstərdiyini, Əliyeva Nailə rikrət qızının özü şəxsən sənədlərin tərtib edilməsində və imzalanmasında iştirak etmədiyini, bu şlərlə bağlı həmin şəxsi icarəyə verilmiş sahədə və cəmiyyətə məxsus ərazidə görmədiyini, müqavilələri də X15 imzaladığını, icarəyə verilmiş 300,00 kvadratmetr sahədə beton istehsal edən qurğunun olduğunu, həmin sahənin qeyd edilən beton stehsal edən qurğu ilə birlikdə icarəyə verildiyini, həmin sahəni icarəyə verəndə beton istehsal ədən qurğuda nasazlığın olduğunu, həmin nasazlığın Şabanov Malik tərəfindən aradan qaldırıldığını, qeyd edilən ərazidə X15 qum aldığı adını indi də xatırlamadığı bir şəxslə borc mübahisəsinin olduğunu bildiyini, həmin şəxsin icarəyə verilmiş sahədə tez-tez Şabanov Maliki axtardığını xatırladığını, qeyd edilən ərazini “xxxx MMC-nin adından həmin cəmiyyətin direktoru X15 icarəyə götürdüyünü, icarə müaviləsinə xitam verildikdən sonra eyni ərazini X16 adından da X15 icarəyə götürdüyünü, orda faktiki olaraq X15 beton istehsalı və satışı ilə məşğul olduğunu, sahənin “xxxx” MMC-yə və X16 adına rəsmiləşdirilməklə icarəyə verildiyi müddətdə aylıq icarə haqqının X30 tərəfindən “xxxxxxx” ASC-yə təqdim edildiyini bildirmişdir. Apellyasiya baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir: “Həmin dövrdə Ət konbinatının sədrinin köməkçisi olmuşam. «xxxxxxx» ASC-nin ərazisində Malik icarədar olmuşdur. Həmin ərazidə Malikin işləməyini bilirdim. 2013-cü ildən sonra həmin ərazidə olmamışdır. 2007-ci ildən 2018-ci ilədək Kombinatda müavin kimi işləmişəm və Malik 2009-cu ildən orada işləmişdir. Kombinata şebel qum 2008-2014-cü illər arası gətirilirdi. Şabanov Malikin 2013-cu ilədək icarə müqaviləsi olmuşdur. İcazəmiz olmadan Kombinatın ərazisinə heç kim keçə bilməzdi. 1997-ci ildən həmin Kombinatda işləmişəm. 2013-cü ildən beton istehsalı olmamışdır. Malik Şabanovun və ya başqalarının bizdən xəbərsiz Kombinatda beton istehsal etməyi ola bilməzdi. Kombinata yoxlama gələndə qapıda dayanan mühafizəçilər bizə xəbər verirdilər”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən “xxxxxxx” ASC-də işləyir. Təmsil etdiyi cəmiyyət iddiaçı M.C.Şabanovun rəhbərlik etdiyi “xx” MMC ilə 2008-ci ildə müqavilə bağlayaraq özünə məxsus olan 300 kv.m qeyri-yaşayış sahəsini sonuncuya icarəyə vermiş, icarəyə verilmiş sahədə beton istehsal edilmiş və satılmışdır. Müqavilədə aylıq icarə haqqı 321 manat olmaqla M.C.Şabanov tərəfindən nağd qaydada ödənilmişdir. Faktiki ödənilən icarə haqqı ona məlum deyil. Bu barədə qəbzlər vergi orqanına təqdim olunmuşdur. 2008-2010cu illər M.C.Şabanov icarə haqqını ödəmiş, lakin 2010-cu ildən başlayaraq işinin zəifləməsini bildirib icarə haqqı borclarını gecikdirməyə başlamışdır. 2011-ci il üçün isə icarə haqqını ondan almaq mümkün olmamışdır. Buna görə də həmin ilin sonunda “xxxxxxx” ASC “xx” MMC ilə bağladığı icarə müqaviləsini birtərəfli qaydada xitam etmişdir. Bununla belə sonrakı dövrlərdə də M.C.Şabanovun həmin beton zavodunun həyətində şəxsən fəaliyyət göstərdiyi hallar olmuş, onun beton istehsal edib satması son illərədək davam etmişdir. Hətta M.C.Şabanovun beton istehsal etmək üçün qum aldığı hazırda adını xatırlamadığı bir nəfər şəxsə borcu olduğunu, həmin şəxsin borc ödənişi üçün teztez iddiaçını axtarmasını da xatırlayır. Göründüyü kimi M.C.Şabanovun “xxxxxxx” ASC-nin ərazisində beton istehsal edib satmasına dair şahidlər X28 və Şahid2 birinci instansiya məhkəməsində cinayət işi üzrə ifadə verərkən, ibtidai istintaq zamanı və inzibati-iqtisadi məhkəmədə verdikləri ifadələrindən fərqli, həm də M.C.Şabanovun xeyrinə ifadə verməklə ziddiyyət yaratmışlar. Lakin, birinci instansiya məhkəməsi bu ziddiyyətli ifadələri nəzərə almamış, onları müqayisəli şəkildə təhlil və tədqiq etməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisadi ekspertizalar şöbəsinin eksperti X36 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında tərəfindən cinayət işi üzrə məhkəmə mühasibat ekspertizası keçirilmişdir. Bununla bağlı gəlir və xərc sənədlərinin M.Şabanov tərəfindən ekspertizaya təqdim edilməsi barədə məhkəməyə vəsatət göndərilmişdir. Lakin, bu sənədlər təqdim edilmədiyindən xx.xx.2016-cı il tarixli məlumat əsasında məhkəmənin qərarı icra edilmədən geri qaytarılmışdır. Daha sonra məhkəmə xx.xx.2016-cı il tarixli qərarı ilə işi yenidən ekspertizaya göndərmiş, məhkəmə qərarının icrasının təmin edilməsi və ekspertizanın M.Şabanovun ifadəsində göstərdiyi məlumatlar əsasında keçiririlməsini tapşırmışdır. Bununla bağlı tərəfindən tədqiqat aparılmış, M.Şabanovun məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi məlumatlar əsasında xx xxxxxx 2016-cı il tarixli 22313 nömrəli rəy verilmişdir. Tədqiqat aparılarkən M.Şabanovun 23 ay ərzində fəaliyyət göstərməsi, hər ay 785,2 m3 qum satması, qumun bir m3-nun 18 manat olması əsas götürülərək, onun əldə etdiyi hasilatının 325072,80 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən 12 aylıq dövrün istənilən ayında M.Şabanovun əldə etdiyi hasilatın 200000 manatdan az olduğundan ona sadələşdirilmiş vergi hesablanmış və 13002,91 manat məbləğində sadələşdirilmiş verginin az hesablanması müəyyən edilmişdir. Qərarda fəaliyyət dövrü 23 ay göstərildiyindən o, M.Şabanovun ayrı-ayrılıqda illər üzrə hasilatını və ödənilməli vergiləri hesablamamışdır. Hesab edir ki, tərəfindən verilmiş rəy tam qanuni və əsaslıdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ifadəsi əsasında rəy vermişdir. X42 aktı ilə tanışdır. Muzdlu işlə əlaqədar ödəmə üzrə 8085 manat vergi hesablanmışdır. Orta hesabla hər bir işçiyə 300-400 manat əmək haqqı düşmüşdür. 325 072,80 manat məbləğində dövriyyə 23 aylıq dövrü əhatə etdiyinə görə hər ay üzrə 785,20 kub metr qum satışı nəzərə alınmaqla sadələşdirilmiş vergiyə cəlb edilmişdir. 2016-cı il tarixində Vergi Məcəlləsinə dəyişiklik olunduğuna görə və ƏDV-nə cəlb edilməli məbləğ 200 000 manatı keçdikdə yarandığından, həmin yüngülləşdirici halı tətbiq etmişdir. Şabanov Malikin fəaliyyəti 23 aylıq dövrü əhatə etdiyi üçün, ayrı-ayrı dövrləri göstərməyə zərurət bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X31 ifadəsində həyat yoldaşı X15 2005-2007-ci illərdə Dərnəgül adlanan ərazidə torpaq sahəsini icarəyə götürərək beton zavod qurduğunu, 2007-ci ildə həmin ərazini əlindən alındığını, daha sonra 2008-2011-ci illərdə Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsində “xxxxxxx” ASC- dən torpaq sahəsini icarəyə götürərək qum satışı ilə məşğul olduğunu, 2011-ci ilin sonundan qum satışını da dayandırdığını, həyat yoldaşının 2005-2007-ci illərdə beton istehsalı və 2008- 2011-ci illərdə qum satışı ilə məşğul olduğunu özünün dediklərinə əsasən bildiyini, 2008-2014- cü illərdə beton istehsalı ilə məşğul olduğunu bilmədiyini, həyat yoldaşı Malik Şabanovun xx.xx.2013-cü il tarxdə **-VN-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il istehsalı olan MAN TGA 41 400 markalı beton vuran maşın (pompa) alaraq onun adına rəsmiləşdirdiyini, “xxxxxxx” ASC ilə onun arasında rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli 71 saylı, xx.xx.2013-cü il tarixli 07 saylı qeyri yaşayış binalarının icarəyə verilməsi barədə tərtib edilmiş müqavilələrdə, xx.xx.2014-cü il tarixli 01 saylı və 07.01,2015-ci il tarixli 02 saylı əlavə razılaşmalarda, habelə müqaviləyə xitam verilməsi haqqında xx.xx.2015-ci il tarixli razılaşmada X31 qrafalarındakı imzaların həyat yoldaşı X24 aid olduğunu, adına rəsmiləşdirilmiş olan **-VN-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il istehsalı olan MAN TGA 41 400 markalı beton vuran maşını təxminən 105000,00 manat alındığını, ailədə yeganə işləyən şəxsin özü olduğunu və özünün də aylıq əmək haqqının 200,00 manat olduğu, maşının icarə haqqından isə minimum 300,00, maksimum 800,00 manat alndığını, xxxxxxx ASC-dən icarəyə götürülmüş sahənin bir aylıq icarə haqqı isə 378,78 manat olduğu halda, kifayət qədər bahalı olan 105000,00 manat dəyərində **-VN-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il istehsalı olan MAN TGA 41 400 markalı beton vuran maşını hansı vəsait hesabına alınması sualına isə bu barədə heç bir söz deyə bilməlyəcəyini, bu işləri həyat yoldaşı Malik Şabanovun özünün etdiyini, özünün qeyd edilən xxxxxxx ASC-yə məxsus ərazidə faktiki olaraq fəaliyyət göstərmədiyini, Malik Şabanovun pul məsələlərinə qarışmadığını, icarə müqaviləsini həyat yoldaşı Malik Şabanovun imzaladığını, maşını onun icarəyə verdiyini və bu işlərlə onun məşğul olduğunu, özünün heç bir sahibkarlıq fəaliyyəti göstərmədiyini, sənədləşmə işləri onun adına olsa da faktiki olaraq Malik Şabanov məşğul olduğunu, Malik Şabanovun nə fəaliyyətlə məşğul olduğunu özünün dediklərinə əsasən bildiyini, onun Malik Şabanovun beton istehsal etdiyi və qum satışı ilə məşğul olduğu heç bir ərazidə olmadığını, sadəcə sənədləşmə işlərini onun adına edildiyini, faktiki olaraq Malik Şabanov fəaliyyət göstərdiyi halda sənədləşmə işlərinin onun adına rəsmiləşdirilməsində məqsədin nə olması sualına isə bu barədə heç bir söz deyə bilməyəcəyəni, qeyd edilən işlərlə həyat yoldaşının məşğul olaraq onun fəaliyyət göstərdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı şahid X35 ifadəsində göstərmişdir: “Məhkəmədə verdiyim ifadəmi təsdiq edirəm. Şahid1 ilə eyni binada yaşayıram. Hər iki oğlunun şəxsiyyət vəsiqəsini istəmişdir. Və onların adını öz işindən ötrü əhəmiyyətsiz bir sənədə yazacağını demiş və məni əmin etmişdir ki, bununla bağlı gələcəkdə mənə və övladlarıma heç bir problem olmaycaqdır. Ona inanıb, oğlanlarım Rüfət və Əliqəmə Əliyevin şəxsiyyət vəsiqələrini Süleymana vermişəm. Hazırda dəqiq xatırlamıram, ya həmin gün, yaxud ertəsi gün Süleyman müəllim bir vərəqədə yazılan kağızı gətirmiş və həmin vaxt övladlarım evdə olmadığından mən oğlanlarımın əvəzinə sənədə imza etməyi təklif etmişəm. Həmin vaxt Süleyman müəllim mənə etiraz etməmiş və mən hər iki övladımın əvəzinə həmin vərəqi imzalamışam. Sənəddə nə yazıldığını isə oxumadım”. Apellyasiya baxışı zamanı şahid X35 ifadəsində göstərmişdir: “Əliyev Yavərin oğluyam. Protokol imzalanan vaxt orada olmamışam. Mənim imzam deyildir. Qardaşım və mən imza etməmişəm. Atam bu barədə bizə məlumat verməmişdir. «xxxxxxx» ASC-nin ərazisində olmamışam”. Məhkəmə kollegiyası şahid X11 biri-birinə zidd olan ifadləri ilə bağlı qeyd edir ki, sonuncu Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında 2015-ci ildə ifadə verdikdən sonra Bakı şəhəri Nərimanov Rayon məhkəməsində 2017-ci ildə ifadə verərəkən M.Şabanov tərəfindən ona dəymiş zərərin 2015-ci ilin yay aylarında tam ödənildiyini göstərmişdir. Belə olan halda, şahid X11 Bakı şəhəri Nərimanov Rayon məhkəməsində vermiş olduğu ifadəsi Malik Şabanova münasibətdə müdafiə xarakteri daşımışdır. Məhkəmə kolegiyası eyni zamanda, Şahid2 Bakı şəhəri Nərimanov Rayon məhkəməsində vermiş olduğu ifadəsinin də Malik Şabanova münasibətdə müdafiə xarakterli olduğunu nəzərə alır. Belə ki, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi onun Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında vermiş olduğu ifadəsi ilə eyni məzmunda olmuşdur. Şahidlər X18 və X18 apellyasiya baxışı zamanı vermiş olduqları ifadələrini isə həqiqətə uyğun saymır. Məhkəmə kollegiyası X19 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini isə onun prosessual hüququ kimi qiymətləndirir. Apellyasiya baxışı zamanı aşağıda qeyd olunan sübut əhəmiyyətli akt və ekspert rəyləri də tədqiq edilərək iş üzrə qiymətləndirilmişdir. Belə ki, “xxxxxxx” ASC-nin idarə heyətinin sədri tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə “xxxxxxx” ASC-nin idarə heyətinin sədri və X31 tərəfindən imzalanmış qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə müqavilələrin 1-ci bəndində göstərilir ki, “İcarədar. icarəyə verir və icarəçi isə Davud Aslan küçəsi 2-də yerləşən ümumi sahəsi 300 kv.m' olan qeyri-yaşayış sahəsi (beton istehsalı.) aşağıda göstərilən tipli xüsusiyyətləri, ödəniş miqdarı və məbləği ilə icarəyə götürür”. Müqavilənin 6-cı bəndində isə icarəçi öhdəsinə götürmüşdür ki, icarəyə götürdüyü binadan ancaq müəyyən edilmiş məqsəd üçün iştifadə etsin. Əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icarə müqaviləsi 2015-ci ilin sentyabr ayının sonunadək uzadılmışdır. Məhkəmə qaydasında müəyyən edilmişdir ki, müqavilələr X16 adından bağlansa da müqaviləni X30 imzalamış və həmin müqavilələrdə nəzərdə tutulmuş işləri (beton istehsalını) o icra etmişdir. xx.xx.2014-cü il tarixli **********691355 saylı X42 aktından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyini yanında X13 İstehsal sahəsi üzrə audit idarəsinin 1 şöbəsinin dövlət vergi müfəttişi Şahid1 tərəfindən X42 aparılmış, fiziki şəxs X19 xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrü əhatə etməklə fəaliyyəti yoxlanılmışdır. Həmin aktdan və cinayət işinin materiallarında olan rəydən görünür ki, yoxlama Azərbaycan Respublikası MTN tərəfindən toplanmış materiallar, yoxlamanın keçirilməsi zamanı dəvət edilmiş mütəxəssis və ekspert rəyi əsasında aparılmışdır. Belə ki, fiziki şəxs M.Şabanov tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilmədiyindən, yoxlamaya «Azərekspertiza» birliyinin eksperti X39 mütəxəssis qismində cəlb edilmişdir. Mütəxəssis tərəfindən xx.xx.2014-cü il tarixli rəy verilmişdir. (cild 1, iş vər.: 69). Həmin rəydə qeyd olunur ki, «Fiziki şəxs beton istehsalında istifadə etdiyi avadanlıqlar barədə heç bir məlumat vermədiyinə və avadanlıqların texniki sənədlərini təqdim etmədiyinə görə” tədqiqat nəzəri hesablamalar əsasında aparılaraq, beton istehsalında istifadə edilən avadanlıqların aşağı məhsuldarlığı və ən çox enerji tutumlu kateqoriyaya aid edilən analoji avadanlıqların göstəriciləri əsas götürülmüşdür. Yoxlama zamanı məlum olmuşdur ki, M.Şabanovun direktoru olduğu «xx» MMC ilə «xxxxxxx» ASC arasında xx.xx.2008-ci il tarixli 4 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ASC ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ D.Aslan 2 ünvanda yerləşən sahəsi 300 kv.metr olan qeyri yaşayış sahəsini aylıq ödəniş haqqı 300 manat olmaqla MMC-yə icarəyə vermiş, müqaviləyə xx.xx.2011-ci il tarixdə xitam verilmişdir. Həmin dövr ərzində MMC-nin icarəyə götürdüyü qeyri yaşayış sahəsindən hansı məqsədlər üçün istifadə etdiyi məlum deyildir. MMC tərəfindən vergi orqanına heç bir fəaliyyətinin olmaması barədə arayışlar təqdim edilmişdir. Aktda həmçinin göstərilir ki, X42 zamanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ D.Aslan 2 ünvanda yerləşən beton istehsalı obyektinə baxış keçirilmişdir. Baxış zamanı həmin obyektin «xxxxxxx» ASC-yə məxsus olduğu və fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Akt M.Şabanov tərəfindən imzalanmamış, aktın sonunda vergi ödəyicisi qrafasının qarşısında «aktı imzalamaqdan imtina etdi» ifadəsi qeyd olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2015-ci il tarixli 7761 nömrəli rəyindən görünür ki, X30 tərəfindən 545 135,16 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 15041 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər istintaq tərəfindən nəzərə alındığı təqdirdə fiziki şəxs X17 dövlət büdcəsinə ödənilməli vergilərin 545.135,16 manat məbləğində az hesablanması müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 22313 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövrdə X30 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan cəmi vergilərin 21.087,91 manat məbləğində azaldılması müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2017-ci il tarixli 3932 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Vergi Məcəlləsinin 218.1.1 maddəsinə edilmiş sonuncu dəyişiklik nəzərə alındıqda fiziki şəxs X30 tərəfindən dövlət büdcəsinə ödənilməli olan 13.002,91 manat məbləğində sadələşdirilmiş verginin, 8085,0 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Vergi Məcəlləsinin 218.1.1 maddəsinin əvvəlki tələbi nəzərə alındıqda isə sadələşdirilmiş verginin 5088,09 manat məbləğində, ƏDV-nin 30.183,62 manat məbləğində, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: Vergi Məcəlləsinin 218.1.1 maddəsinə edilmiş sonuncu dəyişiklik nəzərə alındıqda: Sadələşdirilmiş vergi üzrə: 2008-ci il üzrə 6784,13 (785,2x12 ay x18 manatx4%) manat; 2009-cu il üzrə 6218,78 (785.2x11 ay x18 manatx4%) manat; Vergi Məcəlləsinin 218.1.1 maddəsinin əvvəlki tələbi nəzərə alındıqda: Sadələşdirilmiş vergi üzrə: 2008-ci il üzrə 5088,09 (785,2 x 18 manat x 9ay x4%) manat. ƏDV üzrə: 2008-ci il üzrə 6467,91 (785,2 x 18 manat x 3ay:1.18 x18%); 2009-cu il üzrə 23715,70 (785,2 x 18 manat x 11ay:1.18 x18%); Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən xx.xx.2014-cü il tarixli **********6691355 nömrəli X42 aktının ƏDV (Vergi Məcəlləsinin 218.1.1 maddəsinin əvvəlki tələbi nəzərə alındıqda qismən, Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə edilmiş sonuncu dəyişiklik nəzərə alındıqda isə tam) və mənfəət vergisi üzrə olan hissəsinin əsassızlığı müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, X42 aktında (səhifə 6) göstərilənlər nəzərə alındlğı təqdirdə “X38" Azərbaycan Respublikası Qanununun 14 və 15-ci maddələrinə əsasən 22 və 3% dərəcəsi tətbiq edilməklə X30 tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının məbləği 22% dərəcəsi ilə 8117,08 manat, 3% dərəcəsilə isə 1110,9 manat müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən təqdim olunmuş sübutları və yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq qeyd edir ki, X15 beton istehsalı və satışı formasında sahibkarlıq fəaliyyəti göstərərək vergi ödəməkdən yayınmağa görə təqsirinin işə aid biri-digərinə uyğun gələn sübutlarla təsdiq olunduğunu nəzərə alaraq, həmin sübutların məcmuyunu onun törətdiyi cinayət əməlinin tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verərək iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaqla X15 ittiham olunan cinayət əməlini törətməsi haqda nəticəyə gəlir və hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, X15 törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar X24 münasibətdə qeyd olunan cinayət iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası X24 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, qanunvericiliyin tələblərini nəzərə almağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası X15 yaşını və cinayətin törədilməsindən uzun müddət keçməsini Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və cəzasını ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə kollegiyası eyni zamanda, X24 münasibətdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin, həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən keçmədiyini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası X15 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində əsas cəzanın Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə təyin edilməsini mümkün sayır. Məhkəmə sənədlərinə əsasən, X30 7 (yeddi) ay 7 (yeddi) gün həbsdə saxlanılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ilə X30 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında təşkilat-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum olunmaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, X15 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cəza təyin edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3, 59 və 62-ci maddələrinin tələblərinə, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsinə uyğun olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, X24 törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə, həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə, həbsdə olduğu müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». X30 tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 545 135,16 (beş yüz qırx beş min yüz otuz beş manat on altı qəpik) məbləğində vergilərin tutulmasına dair Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X41 Departamentin tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 375 (üç yüz yetmiş beş) manat X9 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiy nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 398.2, 399.1.2, 401, 403 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Apellyasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X41 Departamentin baş direktoru Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. X15 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilsin. X30 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında təşkilat-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum olunmaqla 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X15 7 (yeddi) ay həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilsin. X24 təyin edilmiş əlavə cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. X9 545 135,16 (beş yüz qırx beş min yüz otuz beş manat on altı qəpik) məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 375 (üç yüz yetmiş beş) manat X9 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-35/2020
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-35/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver