Məhkəmə qərarları › İş №1(103)-35/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-35/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-35/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(101)-72/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim R.Ə.Sadıxov) 12 aprel 2022-ci il tarixli, 1(101)-72/2022 saylı hökmü ilə 24 dekabr 1983-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2006, 2008 və 2010-cu il təvəllüdlü uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mənzil 95-də qeydiyyada olmaqla Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 46-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 24 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və mülki iddia məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmək məqsədi ilə 2018-ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən mənzilini ipoteka girovunda saxlayaraq götürəcəyi külli miqdarda pulu 6 ay müddətində bağlayaraq mənzili girovdan çıxaracağına dair yalan vədlər verməklə etibarından sui-istifadə edib aldadaraq, sonuncunun qeyd olunan mənzilə dair Şahid2 adına verdiyi mülki etibarnamə əsasında mənzili "xxxx" ASC-də ipoteka girovunda saxlamaqla, 17 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81 ünvanında yerləşən "xxxx" ASC-nin Nəsimi filialının kassasından 98.000 (doxsan səkkiz min) manat nəğd pulu götürüb, 19 dekabr 2018-ci ildə əvvəlcədən Şahid2 məqsədli aldığı iki günlük etibarnamə əsasında 19 saylı notariat kontorunda Şahid2 adından özü iştirak edərək, Zərərçəkmiş şəxs1 arasında təkrarən onu aldadaraq ilkin alqı-satqı müqaviləsi bağlatdırıb müqavilənin şərtini dəyişdirərək, ipoteka bitdikdən sonra evin təhvil vermə şərtini dəyişdirib, evi üçüncü şəxsə təhvil vermə öhdəliyini Zərərçəkmiş şəxs1 üzərinə qoydurmuş, verdiyi vədlərə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs1 98.000 (doxsan səkkiz min) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs2 birgə iş quraraq qazanc əldə edəcəklərinə dair yalan vədlər verməklə etibarından sui-istifadə edib aldadaraq, 2018ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri 15-ci məhəllə ünvan 4 ünvanda yerləşən Asan Xidmətin qarşısında 10.000 (on min) manat, həmin günlərdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 5 ünvanında yerləşən “Rabitə ASC”-nin mərkəzi filialının qarşısında 2.500 (iki min beş yüz) manat, ünvan 6 ünvanında yerləşən “Caspian Plaza” şirkətinin qarşısında 10.000 (on min) manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Q.Musabəyov adlanan parkın yanında 10.000 (on min) manat və sonuncu dəfə 2019-cu ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 124 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında 1.500 (min beş yüz) manat pulunu alıb verdiyi vədlərə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 34.000 (otuz dörd min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs3 birgə iş quraraq qazanc əldə edəcəklərinə dair yalan vədlər verməklə etibarından sui-istifadə edib aldadaraq, 15 noyabr 2019-cu il tarixdə ünvan 8 ünvanın qarşısında 10.000 (on min) manat pulunu alıb verdiyi vədlərə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə qaydada apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə verilən cəzanın dəyişdirilərək daha ağır cəza ilə əvəz edilməsini xahiş etmişlər. Hökmdən digər Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti, dövlət ittihaçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (101 )-72/2022 saylı hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməli, işin faktiki və hüquqi halları araşdırılaraq ədalətli qərar qəbul edilməli, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, hökmün təsviri hissəsində göstərilir ki, guya Təqsirləndirilən şəxs məhkəməyə ifadəsində göstərmişdir ki, o, məsuliyyətə cəlb olunduğu iş üzrə heç kəsə qarşı dələduzluq etməmişdir. Əksinə, özü dələduzluğun qurbanıdır. Bu işlə bağlı bildirir ki, 2018-ci ilin oktyabr ayında o, anası X2 adına 2.500 manat kredit götürmək üçün "xxxx" ASC-nin Yasamal filialına getmişlər. Həmin pula o, işlətdiyi “Olimp” marketə tütün məmulatları almaq istəyirmiş. Məhz həmin filialda oranın işçisi olmuş Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Belə ki, Emilə kreditin verilməsi üçün müraciət etmişdir. Emilə özünün xüsusi dövlət orqanlarının nümayəndəsi olmasını bildirməmiş, belə bir şey olmamışdır. Emil kreditin verilməsində çətinlik olduğunu bildirdiyi üçün anası ilə bankın başqa filialına müraciət edərək heç bir problem olmadan kredit almışlar. Bankdan ayrılan zaman Emil onun bizneslə məşğul olmasını öyrəndiyi üçün telefon nömrəsini istəmiş, alındığı təqdirdə gələcəkdə onunla birgə işləmək istədiyini demişdir. O da etiraz etmədən Emilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Təxminən 1 saat sonra Emil ona zəng edərək, onunla görüşmək istədiyini bildirmiş, o da marketdə olduğunu deyərək, Emilə marketə gələ biləcəyini bildirmişdir. Elə həmin gün Emil onun işlətdiyi “Olimp” marketə gəlmişdir. Emil ona marketlə bağlı sorğu-sual etdikdən sonra onunla şərik olmaq istədiyini bildirmişdir. O da ona "Olimp” marketə yox, başqa bir market tapıb ora şərik ola biləcəklərini bildirmişdir. Emil onunla razılaşmış və o, arendaya market axtarmağa başlamış və Binəqədi rayonunda Yolçu adlı şəxsə məxsus "Palma” marketini tapmışdır. Həmin marketə Emillə birlikdə baxmağa getmişlər. Yolçu marketi avandanlıqları və mal qalıqları ilə birlikdə, yəni biznesini 100.000 manata icarəyə verəcəyini və obyektin aylıq icarəsinin 2.000 manat təşkil etdiyini bildirmişdir. Marketin yaxşı yerdə olduğunu görüb Emillə qərara gəlmişlər ki, həmin yeri icarəyə götürüb şərikli işlətsinlər. Yolçuya obyekti işlətmək üçün 100.000 manat pul verməli idilər. Onun və Emilin bu məbləğdə vəsaitləri olmamışdır. Belə olan təqdirdə Emil ona Kəmalə adlı xalası olduğunun və onun adına olan evi ipotekaya qoyub pul götürə biləcəklərini demişdir. Emil ona xalası Kəmalənin onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Kəmalə xanımla sonuncunun yaşadığı ünvan 9 ünvanında görüşmüşlər. Emil Kəmalə xanıma market açmaq və yaşadığı evi ipoteka kreditinə qoyub pul götürmək istədiyini demişdir. O da Kəmalə xanıma əgər market işləsə, yaxşı gəlir əldə edəcəklərini söyləmiş, Kəmalə xanım da fikirləşib daha sonra onlara xəbər edəcəyini bildirmişdir. Kəmalə ilə söhbət edən zaman bilmişdir ki, o, Emilin xalası deyil, o da Emili onun kimi bankdan tanımış, həmçinin Emilin bacısı ilə birlikdə universitetdə işləmişlər. Emil isə Kəmalə xanıma xala deməsini sonuncu ilə yaxın münasibətdə olduğuna görə izah etmişdir. Bir necə gün sonra Emil ona zəng edərək, Kəmalə xanımın evini ipotekaya verməklə kredit alınmasına razılıq verdiyini və onunla yenidən danışmalarını təklif etmişdir. Onlar Kəmalə xanımın yaşadığı Yasamal rayonu, N.Nərimanov meydanı ev 31/33, mənzil 14 ünvanında görüşmüşlər və Kəmalə xanım ona bu işə razılıq verdiyini demişdir. Səhərisi gün o, Kəmalə xanım ilə birlikdə Sumqayıt şəhərində olan “Amrah” banka gedib evi girov qoyub kreditə pul götürmək istədiklərini bildirmişlər. Həmin bankda 10.000 manatdan çox məbləğ verə bilmədiklərini bildirmişlər. Bundan sonra Emil ona zəng edərək, Nərimanov rayonunda yerlşən “Parabank”-ın onlara lazım olan krediti verə biləcəyini, orada yaxın tanışları olduğunu demişdir. Emilin təklifi ilə o, Kəmalə xanım ilə birlikdə “Parabank”-a getmiş və orada Emil onları özünü bankın işçisi kimi təqdim edən Pərviz və Ramin adlı şəxslərlə tanış etmişdir. O, onlara evi girov qoyub pul götürmək istədiklərini bildirmiş. Pərviz də həmin pulun hansı səbəbə lazım olduğunu soruşmuşdur. O və Emil onlara həmin pul ilə şərikli market alacaqlarını demişlər. Pərviz də ona bankda 100.000 manatlıq kredit paketi olduğunu və Kəmalə xanımın yaşadığı mənzili hərbiçinin adına keçirdib "Günay” bankdan ipoteka yolu ilə 100.000 manat məbləğində ipoteka krediti ala biləcəklərini, hətta özünün tanış zabit hərbiçisi olduğunu, zabitin adının Qiyas olduğunu, Qusar rayonunda hərbi xidmətdə olduğunu bildirmişdir. Həmçinin o, bütün işləri özü görəcəyini bunun müqabilində onlardan, yəni Emil, Kəmalə xanım və ondan 40.000 manat pul istəmişdir. Həmin 40.000 manat pulu 4 hissəyə böləcəyini, 10.000 manatını özünə, 10.000 manatını yanında olan Raminə, 10.000 manatını Qiyasa, qalan 10.000 manat pulu isə digər bank xərclərinə ödəyəcəyini bildirmişdir. O, Emil və Kəmalə ona fikirləşib bu barədə məsləhət edib daha sonra məlumat verəcəklərini bildirmişlər. Bundan sonra bütün prosedurlar Pərvizlə Emilin arasında olmuşdur. 15 dekabr 2018-ci ildə Kəmalə xanım ilə birlikdə hərbiçi Qiyas notariusda alqısatqı müqaviləsi bağlamışlar. Emil də ona zəng edərək, Kəmalə xanım ilə birlikdə notariusa getmiş, orada ilk dəfə Pərvizlə gəlmiş hərbiçi Qiyası görmüşdür. Pərvizin təşkilatçılığı ilə notarius Qiyasla Kəmalə xanımın arasında sonuncuya məxsus mənzilin alqı-satqısına dair müqavilə bağlamış. Kəmalə xanıma müqavilə ilə əlaqədar çatası pulun bankdan götürülməsi üçün sonuncuya qəbz vermişdir. Pulu almaq üçün onları "NBC” banka getmişlər. Pulun alınmasına dair qəbz həmin vaxt Pərvizdə olmuşdur. Çünki banka ilkin ödəniş kimi Pərviz 31.000 manat pul ödəmiş və pulun ona qayıdacağından narahat olduğu üçün qəbzi özündə saxlamışdır. Həmin bank iş vaxtının sonu olduğu üçün Kəmalə xanıma pulu verməmişdir. Həmin gün həftə sonu olduğu üçün bu proses həftənin birinci gününə qalmışdır. 17 dekabr 2018-ci ildə o və Kəmalə xanım Nəsimi rayon Polis İdarəsi ilə üzbəüz olan ”NBC” banka getmiş, orada Pərviz ilə Ramini görmüşlər. Kəmalə xanım bankın kassasına yaxınlaşıb Pərvizin ona verdiyi qəbzi kassaya təqdim etmişdir. Kassadan Kəmalə xanıma 129.000 manat pul verilmiş, Kəmalə xanım xəzinadara həmin puldan 31.000 manat pulu əlavə sayıb ona təqdim etməyi xahiş etmiş, 98.000 manat pulu Kəmalə xanım öz çantasına, qalan 31.000 manat pulu isə Pərvizə vermişdir. Çünki Pərviz ilkin ödəniş kimi 31.000 manat banka pul ödəmişdir. Lakin, həmin pulun Qiyasın və yaxud da digər şəxsin ödəməsi barədə məlumatı olmamışdır. Pərviz onlara çatacaq pulu Kəmalə xanımdan istəmişdir. Kəmalə xanım da Emil işdən çıxdıqdan sonra həmin pulu notarius qaydasında ona və ya Emilə verəcəyini bildirmişdir. Pərvizlə Ramin də bununla razılaşmış və onlar ayrılmışlar. Artıq əllərində 98.000 manat pul olduğu üçün Emilə Yolçu ilə görüşüb ona ödəniş etməsini təklif etmişlər. Pullar Emildə olmuşdur. Kəmalə xanım ona pul verməmişdir. Bu səbəbdən onun Kəmalə xanıma heç bir borcu yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, Kəmalə xanıma Qiyas ilə öhdəlik müqaviləsi bağlamağı təklif etmişdir ki, birdən Kəmalə xanım pulu banka tam ödədikdən sonra Qiyas evi qaytarmaz. Bundan sonra Kəmalə ilə birlikdə Quba şəhərinə getmişlər. Pərviz də Ramin ilə birlikdə oraya gəlmişdir. Belə ki, Qiyasın xidmət yeri Quba rayonunda olmuşdur. Qiyas orada "Asan” xidmətdə ona mənzilin idarə edilməsinə dair 2 günlük etibarnamə vermişdir ki, o, Kəmalə xanımla təminat müqaviləsi bağlasın. Müqavilənin şərtləri də ondan ibarət idi ki, Kəmalə xanımın yaşadığı evdən onu heç kim çıxarmayacaq və o, orada yaşayacaq. Qiyas həm də öz xətti ilə iltizam yazaraq, Kəmalə xanımın evini formal onun adına keçdiyini qeyd edərək iltizamı onlara vermişdir. Bu iltizamda Şahid1 və Şahid3 imzalarını qoymaqla şahidlik etmişlər. Onlar Qubadan qayıtdıqdan sonra Qiyasın ona verdiyi etibarnamə əsasında Kəmalə xanım ilə müqavilə bağlamışdır. Lakin bundan sonra Emil 98.000 manat pulu ona verməmiş və bildirmişdir ki, Yolçu adlı şəxsin marketi lazım deyil və özü həmin pulu Şəki şəhərində olan tanışı Mustafaya verəcək. Mustafanın isə həmin pulun müqabilində onların işlədəcəkləri marketdən çox gəlir gətirəcəyini bildirmişdir. O da Yolçu adlı şəxsə işlərinin alınmadığını bildirmişdir. Təxminən 2 ay sonra Emil ona zəng edərək Kəmalə xanımın yanına gedib ona guya onların 98.000 manat pulla iş qurduqlarını deməyini istəmişdir. O da Emil ilə birlikdə Kəmalə xanımın yaşadığı mənzilə gedərək, həqiqətləri ona bildirmişdir. Ona Emil ilə iş qurmadığını və pulun ona verilmədiyini demişdir. Kəmalə xanım əsəbi halda Emilə ipotekanın pulunu ödəməsini tələb etmişdir. Emil də ona pulu özü tam olaraq ödəyəcəyini söz vermişdir. Emil bir necə dəfə ona zəng edərək, Kəmalə xanımın yanına gedib ona təsəlli vermələrini xahiş etmişdir. O da ona onu narahat etməməsini bildirmişdir. Bir neçə dəfə bu hal təkrarlandıqdan sonra o, DİN-in 102 xidmətinə zəng edərək, Emilin onu narahat etdiyini bildirmişdir. Bundan sonra Emil bir də ona zəng etməmişdir. Bundan 5-6 ay sonra onlar Emil ilə yolda tasadüfən rastlaşmışlar. Emil yenə ona problemi olduğunu və birlikdə iş görmək istədiyini bildirmişdir. O da ona problemli adam olduğunu bildirmiş və onunla razılaşmamışdır. Onun hansı işlə məşğul olduğunu soruşmuşdur. O da ona X5 şəhərində qardaşları Vüqar və İmranın gəlin donları və ayaqqabıları ona göndərdiklərini demişdir. Belə ki, həmin malları o, sərhəddən götürüb, Bakı şəhərində Sədərək ticarət mərkəzində paylayacağını demişdir. Emil ona bu işdə nə qədər gəlir gələcəyini soruşmuşdur. O da ona birinci gələn mal partiyasını Sədərək ticarət mərkəzinə payladığını, ikinci dəfə gələn malların sərhəddə saxlanıldığını, Azərbaycana buraxılmadığını demişdir. Emil də onunla mütəmadi əlaqə saxladığından o da ona Rusiyadan gələn malların sərhəddə saxlandığını, buna görədə pul lazım olduğunu bildirmişdir. Emil də ona bu işdə nə qədər xeyiri olacağını soruşmuşdur. O da ona birinci gələn mallardan 12.000 manat gəlir əldə etdiyini demişdir. Emil də özünün pulu olmadığını, lakin tanışı Şəhla adında xanımdan faizə pul ala biləcəyini demişdir. Onlar da birlikdə birinci dəfə Şəhla adlı xanımla Sumqayıt şəhərində görüşmüş, lakin, o, avtomobildən düşməmiş, Emil onun idarə eldiyi avtomobildən enib, Şəhlanın idarə etdiyi avtomobilə əyləşmişdir. Orada nə söhbət etdiyindən is xəbəri olmamışdır. Səhəri gün onlar yenidən Şəhla ilə “Caspian Plaza”-nın qarşısında görüşmüşlər. Şəhla isə onlara sabah 1.500 manat verə biləcəyini demişdir. Səhəri gün Emil "Olimp” marketə gələrək, Şəhlanın ona verdiyi 1.500 manat pulu ona vermişdir. Bunun müqabilində 1.500 manat pulu 2 aya ərzində əlavə 1.000 manat pul ilə birlikdə qaytaracaqmışlar. O da mütamadi olaraq Emilə 100-200 manat pul verərək, 1 aya Şəhlaya çatacaq 2.500 manat pulu ödəmişdir. Digər Zərərçəkmiş şəxs3 ilə bağlı onu bildirir ki, Cavad onun işlətdiyi «Olimp» marketin yaxınlığında «Yusif» marketdə işləmiş, marketləri bağlanacağı üçün Cavad ona təklf etmişdir ki, mağazada olan malları ucuz qiymətə ona təhvil versin. Bundan sonra Cavad onun mağazasına 2.500 manat dəyərində peçenye, vafli, çay, spirtli içki və enerji içkisi gətirib vermişdir. Cavad ona 10.000 manat pul verməmişdir. Cavada olan borcunu həbs olunduğu üçün ödəyə bilməmişdir.” Halbuki, məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs ifadə vermək hüququndan imtina etmiş və məhkəməyə heç bir ifadə verməmişdir. Hakim təqsirləndirilən şəxsin guya belə bir ifadə verməsini haradan götrmüşdürsə, bu hal həqiqətə uyğun deyil. Bundan başqa, hökmün təsviri hissəsində göstərilir ki, guya Zərərçəkmiş şəxs3 məhkəmədə ifadə vermişdir. Halbuki Zərərçəkmiş şəxs3 məhkəməyə çağırılmış, heç bir məhkəmə iclasında iştirak etməmiş, yalnız bir məhkəmə iclasına gəlmiş, orada da xəstə olduğunu bildirirək, ifadə verməmiş, suallara cavab verə bilməyəcəyini dedikdən sonra başqa vaxt məhkəmə iclasında iştirak edəcəyini xahiş etmiş, bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək guya Təqsirləndirilən şəxs heç bir şikayətinin olmamasını bildirmişdir. Halbuki, onun Səbirə ilə aralarında heç bir pul alış verişi olmamışdır. Buna baxmayaraq, məhkəmə həmin epizoda qiymət verərək faktın təsdiq olunması qənaətinə gəlmişdir. Bundan başqa, hökmün təsviri hissəsində göstərilmişdir ki, guya, şahidlər Şahid4, Şahid1, Şahid3 məhkəməyə geniş ifadə vermişdirlər. Əslində hökmdə onların ifadələri kimi göstərilən hallar, ittiham aktında olduğu kimi köçürülmüş, məhkəmə onlara müdafiə tərəfinin hər hansı suallar verib işin faktiki hallarını araşdırmağa imkan verməmişdir. Bundan başqa, Şahid2 Adıböyük oğlunun Zərərçəkmiş şəxs1 8000 manat pul qaytarması barədə zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadə də nəzərə alınmamışdır. Sual ortaya çıxır ki, əgər bu işdə Şahid2 Adıböyük oğlunun heç bir marağı yoxdursa Zərərçəkmiş şəxs1 niyə 8000 manat qaytarır? Bu hal birinci instansiya məhkəməsi tərəfindən gözardı edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 bütün izahat və ifadələrində birmənalı olaraq bildirir ki. Təqsirləndirilən şəxs əvvəldən heç vaxt tanımamış, Zərərçəkmiş şəxs2 tanımış, onun təkidi və təklifi ilə evi ipoteka ilə yüklü edərək bankdan pul çıxarılmasına razılıq vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 evin Qiyasın adına keçməsindən narahat olduğundan ondan evi formal olaraq alqı-satqı etməsi barədə iltizam alıbsa, alqı-satqı zamanı və yenidən notariat kontoruna guya Səbirə ilə birlikdə gedərkən niyə pulun Səbirəyə verilməsi barədə hər hansı qəbz, müqavilə və ya digər yazılı sənəd tələb etməmişdir. Zərərçəkmiş şəxs1 kassadan pulun Təqsirləndirilən şəxs tərəfindən götürülməsi barədə verdiyi ifadə də absurddur. Çünki bankda kassa məxaric orderinə imza etdirildikdən sonra imza edən şəxsə pulun təqdim edilməsi hamıya aydındır. İş materiallarından da görünür ki, sözügedən hadisə zamanı kassa məxaric orderinə Zərərçəkmiş şəxs1 özü şəxsən imza etmiş və pulu qəbul etmişdir. Ümumiyyətlə, zərərçəkmiş şəxslərin şikayətləri fantastik olmaqla yanaşı heç bir həqiqətə uyğun olmaması və ümumiyyətlə belə halın olmasının mümkün olmaması aşkardır. Bütün bu hallar ibtidai istintaq və birinci instansiya məhkəməsi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən gözardı edilmiş və qəsdən formal araşdırma aparılmaqla, işə səthi yanaşılmış və yekunda qərəzli olaraq qanunsuz və əsassız hökmün qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hər hansı təqsirli əməlinin olması barədə hər hansı mötəbər sübut mövcud deyil, yalnız zərərçəkmiş şəxslər və şahidlərin qondarma ifadələrindən ibarət söz yığını vardır ki, həmin şəxslər də hazırki iş üzrə birbaşa maraqlı şəxslərdir və onların ifadələri sübut kimi qəbul edilə bilməz. Bundan başqa, zərəçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında Bakı şəhəri Binəqədi rayonu 40-cı Polis Bölməsində mübahisələri olmuş, Emil Səbirənin ona və ya yaxın adamı Kəmaləyə hər hansı borcunun olması və ya onlara qarşı hər hansı dələduzluq etməsi barədə şikayəti olmamışdır. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ağsaqqalı kimi özünü təqdim edən Həzrət adlı şəxs məhkəmə iclasından öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs ilə təkbətək görüşməyə müvəffəq olmuş, ona həmin cinayət işini etiraf etməsini və göstərilən pulu verməsini və dediklərini etməzsə ən yuxarı həddə azadlıqdan məhrumetmə cəzası verdirəcəyini deməklə açıq-aşkar Təqsirləndirilən şəxs hədə-qorxu gəlmiş, bu barədə Təqsirləndirilən şəxs məhkəmə iclas zalına daxil olarkən işə baxan məhkəmə tərkibi hakimlər X10, X11 və X4 bildirmiş, həmin vaxt Həzrət adlı şəxs də məhkəmə iclas zalında olmuş, deyilən hadisə öz təsdiqini tapmış, hakimlər həmin şəxsin şəxsiyyətini müəyyən etməklə barəsində prokurorluğa cinayət hadisəsi ilə bağlı məlumat verəcəklərini rəsmi elan etsələr də, bu məqam bugünə kimi heç bir prokurorluq orqanına bildirilməmişdir. Bütün bu hallar onu göstərir ki, qeyd edilən cinayət hadisələri ilə Təqsirləndirilən şəxs heç bir əlaqəsi yoxdur, sadəcə bir qrup şəxs birləşərək ona qarşı şər yaxmaqla barəsində özlərinin də bildirdikləri kimi, həbs edilməsinə nail olmuşdurlar. Zərərçəkmiş şəxslər apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam şəkildə ödəməmişdir. Ondan şikayətçidirlər. Birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəza yüngüldür. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2022 saylı, 12 aprel 2022-ci il tarixli hökmünü dəyişdirib Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmaqla tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 həm zərərçəkmiş şəxslərin, həm də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsində dövlət ittihamçısının etdiyi təklifə uyğun həddə cəza təyin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində 12 aprel 2022-ci il tarixli, 1(101)-72/2022 saylı hökmü təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə anasının kart hesabındakı balansda nədənsə mənfiyə düşmə olduğundan, o anası ilə banka yaxınlaşmış, banka müraciət edib anasının kartından necə pulu çıxara biləcəklərini maraqlanmış, həmin vaxt Emil əlaqə nömrəsini götürüb demişdir ki, hal-hazırda sistem bağlı olduğundan kömək edə bilmir, amma o, onlara kömək edəcək. Daha sonra nə iş gördüyünü, nəyə görə pulu çıxarmaq lazım olduğunu soruşmuş, o da iş gördüyünü, ona təcili pul lazım olduğunu, mal vurmalı olduğunu demiş, sonra onlar çıxıb gəlmişlər. Bundan sonra Emil ona zəng edib pulu Şamaxıdan çıxara biləcəklərini, onun orda dostu olduğunu, ona zəng edəcəyini, dostu onlara pulu çıxarmaqda kömək edəcəyini demişdir. Anasının kartında anasının öz pulu olmuş, anası Şamaxıya gedib pulu çıxarıb gəldikdən 2-3 gün keçəndən sonra Emil ona zəng etmiş, özünü təqdim etmiş, görüşmək istədiyini demiş, o da Emilə Olimp marketdə olduğunu, istəsə gələ biləcəyini demişdir. Emil də gəlib onun ərzaq mağazaları ilə bağlı bizneslə məşğul olduğunu öyrəndiyini, özünün də biznes qurmaq istədiyini demişdir. O, Olimp marketi 2017-ci ildən açdığını bildirmiş, sonradan digər marketləri də açmış amma hal-hazırda belə bir şey olmadığını, Yolçu adında bir tanışının olduğunu, onun Palma adlı mağazası olduğunu, istəsə onu təklif edə biləcəyini, o vaxt Emil ona kömək etdiyindən onun da ona belə kömək ola biləcəyini demiş, bu söhbətin üstündən bir müddət keçdikdən sonra Emil ona zəng etmiş həmin yerə gedib baxa bilib-bilməyəcəklərini soruşmuş, o da razılaşmış, birlikdə gedib ora baxmışlar. Amma Emil ona demişdir ki, o, oranı tək götürüb işlədə bilmək üçün üstündə o qədər pulu yoxdur, ancaq şərikli qaydada götürüb işlədə bilər. Emil şərik ola biləcəyini demiş, o da etiraz etməmiş, həmin mağazaya görə şərik olaraq öz üzərinə düşən ödənişi Yolçu müəllimin hesabına köçürmüş, Emilin hissəsi isə qalmışdır. Bütün mallar sayılıb, pulu ödənilib götürülmüş, hər şey hazır olduqda isə Emil gəlib Kəmalə xanımı xalası kimi təqdim etmiş, pulu onun verə biləcəyini demiş, onunla söhbət etməsini demiş, Kəmalə də evi banka qoyub pulu elə çıxaracağını demişdir. Sonra onlar öz aralarında məsləhətləşib ona xəbər edəcəklərini bildirmişlər. Üstündən 2-3 gün keçdikdən sonra zəng edərək Emilin Nərimanovda bankda tanışı olduğunu, onun onlara kömək edəcəyini, gedib evi ipotekaya qoyacağını, bankdan pul götürəcəyini bildirmişdir. Emil isə nəyə görəsə onları birinci Sumqayıta göndərmişdir. Emil ona işdən çıxa bilmədiyini, ona görə onun Kəmalə xanımı Sumqayıta aparmasını demiş, o da Kəmalə xanımı Sumqayıta aparmış, amma nədənsə orda işləri alınmamış, qayıdıb gəlmişlər. Bundan 10-15 gün keçmişdir ki, Emil ona zəng edib Kəmalə xalasını da götürüb Nərimanovdakı banka aparması demiş, o da Kəmalə xanıma zəng etmiş, Kəmalə xanım ona dərsdə olduğunu, mümkündüsə onu məktəbdən götürməsini xahiş etmiş, o da razılaşmış, gedib Kəmalə xanımı götürmüş və Nərimanovdakı banka aparmışdır. Orda Pərviz adlı şəxs onlara yaxınlaşıb onları Emilin göndərdiyini soruşmuş, sonra onlara 100000 (yüz min) manat paket təklif etmiş və demişdir ki,100000 (yüz min) manata görə 31000 (otuz bir min) manat ödəniş edəcək, Kəmalə xanım da ilkin ödənişi Emilin özü həll edəcəyini bildirmiş, daha sonra onun Emillə danışdığını, Emil də ilkin ödənişin onluq olduğunu demişdir. Evin qiymətləndirilməsi lazım olmuş, Kəmalə xanım bildirmişdir ki, siz Emillə danışıb həll edərsiz. X21 xanıma hər şeyi özünün həll edəcəyini, tanışı olduğunu, onun gəlib evə baxacağını, qiymətləndirmə olacağını, sonra da pulun götürüləcəyini demişdir. Üstündən bir müddət keçmiş, Kəmalə xanım ona zəng edib evə baxmağa gələcəklərini demiş, evdə tək olmasın deyə onun da gəlməsini xahiş etmişdir. O da işdə olduğu üçün və mağazanın işini yarımçıq qoymamaq üçün Kəmalə xanımdan həmin adamların telefon nömrəsini istəmişdir ki, o adamlarla danışıb onlarla eyni vaxta evə getsin. Həmin adamlarla danışdıqda isə bilmişdir ki, artıq onlar evə çatırlar. O da gedəndə artıq görmüşdür ki, həmin adamlar artıq evin şəklini çəkib, Kəmalə xanım da onlara otaqları təqdim edir, evdə neçə nəfər qeydiyyatda olduğunu və s. demişdir. Bundan sonra pulun götürülməsi mərhələsi gəlmişdir. Emil onlara hər şeyi özünün həll etdiyini, onların gedib pulu götürmələrini demiş, amma bu işlərin hamısında Emil işdən çıxa bilmirdi deyə Kəmalə xanımı hər yerə o aparmışdır. Birinci sənədləşmə işləri üçün “Günay banka” getmək lazım olduğunu deyəndə, o da Emilə sənədləşmə üçün Günaybankda özlərinin gedib işlərini həll etmələrini, iş həll olunduqdan sonra onlar pulu çıxarmağa NBC banka gedər deyə demişdir. Onlar Günaybanka gedərək sənədləşmə işlərini həll etmilər, amma pulu götürmək 6-cı gününə düşürdü deyə pulu 6-cı gün götürə bilməmişlər. Hətta sənədləşmə zamanı Pərviz onlardan çeki ona çatası pul var deyə götürmüşdür. Deyəsən o puldan 10000 manatı hərbiçiyə, 10000 manatı Kəmalə xanıma, 10000 manatı isə Pərvizə çatmalı idi. Sabahısı günü Emil ona Kəmalə xanımı da götürüb, NBC banka getməsini, orda pulu çıxarmalarını demiş, onlar da ora getmiş, amma iş günü olmadığından bankdan onlara əməliyyatın aparılmasının mümkün olmamış, əvvəlcə Günaybankdan pulun onlara köçürülməli olduğunu, daha sonra onların pulu çıxara biləcəkləri deyilmişdir. Daha sonra onlar Pərviz və Kəmalə xanımla birlikdə banka getmişlər, Kəmalə xanım pulu çıxardıb, həmin puldan 31000 (otuz bir min) manatını Pərvizə vermiş, qalan pulu isə özü götürmüşdür. Daha sonra Kəmalə xanım Emilə zəng etmiş, Emil də ona onun iştirakı olmadan, müqavilə bağlanmadan və s. heç kəsə pul verməməsini demiş, Kəmalə xanım da onlara pul ödəniləndən sonra Qiyas evi mənimsəməsin deyə müqavilə də bağlamalı olduqlarını demişdir. Daha sonra Qiyasla əlaqə saxlanılmış, o da Bakıya gələ bilməyəcəyini demiş, müqaviləni özləri bağlasınlar deyə 1-2 günlük etibarnamə verə biləcəyini demişdir. Kəmalə xanımla Emil belə razılaşmışlar ki, etibarnamə onun (Səbirənin) adına verilsin ki, o da onlarla evə görə müqavilə bağlasın. Ona etibarnamə veriləndən sonra onlar gəlib banka müqavilə bağlamışlar ki, pul ödəniləndən sonra Kəmalə xanımın evi özünə qaytarılacaq. Sonra Kəmalə xanım ona demişdir ki, müqavilə bağlamamış o, pulu ona verə bilməz, o da razılaşmışdır. Üstündən bir neçə gün keçdikdən sonra Emil zəng edib ona o qədər pulu verə bilməyəcəyini, pulu mağaza işinə yatırdıqdan sonra birdən gəlir götürə bilməyəcəyini, belə olduqda isə Kəmalə xanımın da yanında pis vəziyyətə düşəcəyini, buna görə də, ona pulu vermək istəmədiyini demiş, o isə yenə də etiraz etməmişdir. Təxminən bir ay heç biri bir-birini axtarmamamış, sonra Emil yenə də ona zəng edib yanına gəlmiş və bildirmişdir ki, o, Kəmalə xanımın pulunu ona qaytarmamışdır. Ondan da Kəmalə xanıma, guya Emilin pulu ona verməsini, onunla müqavilə bağlamasını, qısa müddətə pulunu bağlayacağını deməsini istəmişdir. O da razılaşmış və Emillə Kəmalə xanımın yanına getmiş, Kəmalə xanımın yanında isə Kəmalə xanıma Emilin ona pul vermədiyini, heç bir müqavilə bağlamadığını, özünün də boş-boşuna vaxtı getdiyini, onun Yolçu müəllimdə olan pulunu da özü hissə-hissə geri qaytardığını demişdir. Kəmalə xanım bunları eşidəndə ürəyi getmiş, o, ora təcili yardım çağırmış, sonra da 102 xidmətinə zəng etmişdir. Emil orda onu təhdid edərək onu aldatdığını, Kəmalə xanıma nəsə olsa neyniyəcəyini və s. demişdir. O isə Emilə özü almadığı pulu boynuna götürə bilməyəcəyini, sonra Kəmalə xanımın evi əldən getsə və s. onun pis vəziyyətdə qalacağını bildirmiş, daha sonra 102-yə məlumat vermiş, ifadə verdikdən sonra çıxıb gəlmişdir. Ondan sonra heç kəs onu axtarmamışdır. Sonra bir gün ona Nərimanov Rayon Polis İdarəsindən Elnur Məmmədov tərəfindən zəng gəlmiş, onu polis idarəsinə çağırmışdır. O da polis idarəsinə getmiş, ifadə vermiş sonra da gəlmişdir. Təxminən, 10 gün sonra Nərimanov RPİ-dən ona yenidən zəng gəlmiş, Elnur Məmmədov onu təcili idarəyə çağırmış, izahatı alındıqdan sonra orda ona sual verilmişdir ki, Mustafanı tanıyırmı? O da tanıdığını demişdir. İdarədə ona demişlər ki, əgər sən Mustafanın obyektini qaytarmasan sənin başına problemlər gələcək. İndi də ona cinayət işinin açılması, Cavad və Emillə bağlı işin hamısı Mustafadan qaynaqlanır. Mustafa ilə aralarında olan məsələ isə bu idi ki, onlar arasında obyektə dair 100000 (yüz min) manatlıq müqavilə olmuş, o, əlindəki bütün vəsaitini obyektə qoymuş, obyekti cəmi 2 il ay 6 ay işlətdikdən sonra Mustafa ondan obyekti istəyəndə o da ona ya müqaviləinin müddətinin bitməsini, ya da mallara verdiyi pulları qaytarsını bildirmişdir. Buna görə o da onu Xətai Rayon Məhkməsinə vermiş, orda işə baxılmış və qanunsuz heçnə olmadığına dair qərar verilmişdir. Bundan sonra Mustafa ona Elnur vasitəsilə hədə-qorxu gəlməyə başlamış, obyektin işığını kəsmiş və s. o da obyekti verməmişdir. O, tutulandan sonra isə obyekt ona verilmişdir. Artıq 2 il 7 aydır ki, eləmədiyi bir şeyə görə cəza çəkir. Cavadı gətirilib üzünə durmuş, guya onunla şərik olmuş, 10000 manat pul vermişdir. Amma onun Cavadla heç bir şərikliyi olmamış, Cavad onların mağazasına vafli, peçenye və s. ərzaq məhsulları vermişdir. O, içəridə olduğu müddətdə heç kəs Cavada pul verməmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq onlar Emillə obyektin invertalı da daxil olmaqla 200000-lik iş qurmağa razılaşmış, onun 100000 (yüz min) manatını o, 100000 (yüz min) manatını isə Emil qoymalı olmuş, o, öz üzərinə düşən 100000 (yüz min) manatı Yolçu müəllimə vermiş, Emilin pulu qalmış, amma Emil də pulu verə bilmədi deyə iş alınmamış, sonra Yolçu müəllim də həmin pulu başqa dərman işinə yönəltdiyindən onun pulunu hissə-hissə qaytarmış, Emil həmin müddətdə heç bir pul qoymamış, evi banka girov qoyub bankdan pul götürəndən sonra verəcəyini demiş, Emil evin alqı-satqısında özünün iştirak etmədiyini desə də, o, Kəmalə xanımı tanımamış, onu onunla Emil tanış etmiş, ipotekaya dair ilkin ödəniş Kəmalə xanım və Emil tərəfindən 31000 (otuz bir min) manat olmaqla ödənilmiş, evin satışında 100000 (yüz min) manat bankdan pul çəkilmiş, necəsə ordan ilkin olaraq 31000 (otuz bir min) ödəniş edilmiş, Kəmalə xanımın özünə isə evin satışından 98000 (doxsan səkkiz min) manat pul çatmış, 98000 (doxsan səkkizmin) manat pulu Kəmalə xanım bankın qabağında götürmüş, aralarındakı biznesə görə o, heç vaxt Emilə pul ödəməmiş, özünün şərikli olaraq qoyduğu 100000 (yüz min) manat özünün olmuş, belə ki, o, 2005-ci ildən bizneslə məşğul olmuş, o, özü faktiki olaraq Hökməli qəsəbəsində yaşadığından 102 xidmətinə zəng edəndə onun faktiki yaşayış yerini soruşduqlarından Emili ona görə Binəqədi RPİ-dən çağırdıqlarını bildirmiş, Kəmalə xanım üçün çağırılan təcirili tibbi yardımdakı tibb basının adını bilməmiş, Emili daha əvvəl tanımamış, onunla tanış olandan 10 gün müddətində Emil Kəmalə xanımla onu tanış etmiş, evi ipoteka qoymaq məsələsini demiş, Emildən borca, ya da hər hansı vədlə pul almamış, onun Emildən də əvvəl şərikli gördüyü işlər olmuş, onlar da harasa getmək lazım olduğunu deyəndə getmiş və heç bir problem də olmadığından, o, Kəmalə xanımla getmiş, Emil ondan harda işlədiyini (polisdə yoxsa başqa yerdə) soruşanda o, eləbelə zarafatla polisdə yox, DTX-da işlədiyini demiş, çünki o, sənədlərdən onun maqazin işi ilə məşğul olduğunu gördüyü halda soruşmuş, bütün ilkin ifadələrində ilkin ödənişi Pərvizin ödədiyini, indi məhkəmədə verdiyi ifadəsində ilkin ödənişi Emilin etməsini deməsinə səbəb onların arasında razılaşma olmuş, bir-birinə vermişlər deyə elə demiş, o, istintaq zamanı da məhkəmədə də Yolçuya 100000 (yüz min) manat verdiyini demiş, Cavadla heç bir şərikliyi olmamış, o sadəcə mağazaya mallar gətirmiş, Şəhla onun yox, Emilin tanışı olmuş, pulu da Emilə vermiş, Şəhla ona 1500 manat pul verməmiş, o da Şəhlaya hissə-hissə pul verməmiş, Şəhlayla görüşüb ona pul verməmiş, birinci instansiya məhkəməsində hökmdə yazılan kimi ifadə verməmiş, biznesi ərzaq maqazini ilə bağlı olmuş, birdə Moskvada satılmayan ayaqqabı və gəlinlik donları ilə bağlı biznesi olmuş, onun bu barədə Emillə sözbəti olmuş, çünki Emil ona kömək etmək üçün onu hədələmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadəyə oxşar ifadə vermişdir. Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq təxminən bank tərəfindən verilən pulun məbləği 125000 manat olmuş, etibarnaməni Səbirə Qiyasdan almış, o, heç nəyə razı olmasa da, Səbirə ondan əl çəkməmiş, hipnoz eləmiş, evin onun adında qalacağını dediyindən o da razılaşmış, özünün deməsinə görə, pul götürülüb İradə xanımın yoldaşı Yolçuya market işi ilə bağlı verilmək üçün götürülmüş, pul Təqsirləndirilən şəxs verilmək üçün bankdan götürülmüş, Səbirə onu həm bankın pulunu bağlayacağına, həm də ona kömək edəcəyinə inandırmış, mənzil hazırda özündə olmuş, borcu Emil ilə o ödəmiş, o, Memarlıq və İnşaat Universitetinin dosent işləmiş, elmi dərəcəsi olmaqla memarlıq üzrə fəlsəfə doktoru olmuş, magistrantına görə artım ilə birlikdə 7000 (yeddi min) manat kredit götürmüş, Səbirə üçün pul götürəndə tələbəsinin kreditindən, təxminən 4000 (dörd min) manat qalmış, evini girov qoyub pul götürmə təklifi ilk olaraq Emildən gəlmiş, o, Emilgillə ailəvi yaxın olmuş, anası və bacısını da onu tanımış, Emil belə bir təklifi ona Səbirənin təklifinə görə etmiş, birinci dəfə Emil ona şəriki ilə birlikdə iş qurmaq istədiyini demiş, evi girov qoyub kredit götürə bilərmi deyə soruşmuş, o isə razılaşmamış, Emil pulun borc olaraq Səbirəyə verilməsini istəmiş, pulun götürülməsi proseslərində Emil iştirak etməmiş, pulu Səbirə bu işlər üçün götürmüş, 3 aya borcu bağlayacağını demiş, özünün problemli kredit ola-ola yenidən evini girov qoyub pul götürməyə razılaşmasının səbəbi Səbirənin onu hipnoz etməsi, ondan əl çəkməməsi, yalvarması, uşaqlarının canına and içməsi olmuş, Emilə dəfələrlə evin girov qoyulmasına razı olmadığını (İnşaatçılar metrosunun yanında və s.), bu məsələnin baş tutmayacağını demiş, o, heç ipotekanın nə olduğunu bilməmiş, ona heç razı da olmamış deyə ipotekanın nə olması barədə maraqlanmamış, Səbirə Pərvizgilə pul verilməli idi deyə onunla getmiş, ilkin alqı-satqını kimin etməsini bilməmiş, o, orda olsa da proseslərdən xəbəri olmamış, pulu kassadan Səbirə götürmüş, qəbzə özü qolçəkmiş kassaya vermiş amma pulları fiziki olaraq Səbirə götürüb sellofana qoymuş, onlar notariusa gedib müqavilə bağlamalı olsalar da alınmamış, Səbirə onu aldadaraq pulu bağlayacağını bildirsə də, bağlamadığından Qiyas ona dəfələrlə zəng edib onu hədələmiş, ipotekaya görə aylıq ödənişi dəqiq xatırlamasa da, deyəsən 600-700 manat olmuş, Emili çağırtdırıb iltizam yazdırıblar deyə birinci aydan 20000 (iyirmi min) manat ödəmiş, Emilə olan etibarı Səbirədə çox olmuş, proseslərin ilk günündən sonuna qədər Səbirə ilə təxminən 10 dəfə görüşmüş, Səbirə ona pul götürülənə qədər hədə-qorxusu olmasa da ondan əl çəkməmiş, hər dəfə universitenin qabağına gələrək gözləmiş, ipoteka müqaviləsi bağlamazdan əvvəl Emilə məlumat verməmiş, əlaqə saxlamaq istəmiş amma alınmamış, lakin müqavilə bağlanandan sonra Emilə demiş, müqavilə bağlamamışdan əvvəl onun fikrinin dəyişməsi barədə Səbirə ona Emillə danışdığını və xəbərinin olduğunu demiş, amma özü bu barədə Emillə danışmamış, aralarında gəlir götürmək barədə söhbət olmamış, Səbirə imkan olduqca ona kömək edəcəyini demiş, amma aralarında faiz və s. barədə söhbət olmamış, Emil bankda çalışmış, Qubaya getmələrini Səbirə təklif etmiş, orda onlar Qiyasla görüşmüş, orda Pərviz və yanında başqa biri də olmuş, evi girov qoyanda olar da iştirak etmiş, iltizamı Səbirə özü yazdırmış, o, Günaybakda olmamış, pul NBC bankda olmuş, Parabankın Nərimanov rayon filialında olmamış, Nərimanovda lombardda olmuş, orda Parabank yox, lombard yazısını görmüş, Rabitəbankda olmamış, Əmrahbankın Sumqayıtdakı filialına Səbirə ilə getmiş, Emil ona evi girov qoymasını təklif etdikdən iki gün sonra Səbirə olə tanış olmuş, Səbirə ilə danışdıqları hər şey barədə Emili məlumatlandırmamış, amma Emillə 1-2 dəfə telefonla danışmış onda demiş, verilən pul az az bir məbləğ olmadığından müqavilə bağlayıb sonra pulu vermək istəmiş, ipoteka müqaviləsi 25 illik bağlanmışdır. Apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə işlədiyi "xxxx" ASC-yə xx.xx.2018-ci ildə pensiya krediti götürməyə gələn zaman tanımışdır. O, Səbirənin anası X2 Şamaxı rayonunda qeydiyyatında olduğu üçün bankın Şamaxı filialı ilə danışıb ora yönəltmişdir. Səbirə onlara göstərdiyi xidmətdən razı qaldıqlarını bildirib telefon nömrəsini götürmüşdür ki, bankla bağlı sualları olsa əlaqə saxlayacaq. O, Səbirəyə söz gəlişi harada işlədiyini soruşmuş, Səbirə də cavabında DTX-da işlədiyini söyləmişdir. Həm də Səbirə ona iş yerinə yaxın ərazidə “OLİMP” adlı marketidə işlətdiyini bildirmişdir və ona gedib mağazanın pul dövriyyəsinə baxmağı təklif etmişdir. Ona əgər mağazaya pul qoysa aylıq mağazanın gəlirindən payı olacağını təklif etmişdir. Əsas məqsədi hazırda kirayədə yaşadığı üçün gəlir əldə etmək olmuşdur. Səbirə ona bildirmişdir ki, ilkin olaraq 10000 manat verilsə, 1500 manat gəlir əldə edəcək. O, Access Bankdan 7 min kredit götürmüşdür. Qalan 3 min manat pulu ailə ranışı olan Şəhladan Sumqayıtdan götürmüş, 10 min manat pulu Səbirəyə vermişdir. Bir neçə gün Səbirə ona bildirmişdir ki, işlətdiyi market Mustafa adlı şəxsə məxsusdur, rəsmi icarə müqaviləsi üzrə 300 manat icarə haqqı verir, əslində 1500 manat icarə haqqı ödəyir. Buna görə ondan 2500 manat pul istədi, o da 2500 manatı Səbirəyə vermişdir. Səbirə həmin pulu qaytarmamışdır. Daha sonra Səbirə kompaniyaların yaxınlaşdığını bildirmiş və ondan 10 min pul istəmişdir. Şəhla 10 min manat kredit götürərək ona vermiş, o da həmin pulu Səbirəyə vermişdir. Bundan sonra Səbirə yeni il bayramı ilə əlaqədar yenidən mal vurulmalı olduğunu bildirərək 10.000 manat pul istəmişdir. O da məcbur qalıb Mustafada qalan 10.000 manat pulu alaraq Səbirəyə vermişdir. Bütün bu hadisələr 2018-ci ilin noyabr ayında baş vermişdir. Bu müddət ərzində o, Səbirəyə 32.500 manat pul vermişdir. Səbirə Vergi Xidmətindən yoxlamanın gəldiyini, kassa aparatının alınması üçün 1500 manat pulun çatışmadığını bildirmişdir. O da 1500 manat pulu Səbirəyə pul vermişdir. O ümumilikdə 34000 manat pul vermişdir. 2018-ci ilin dekabr ayında Səbirə Yolçu adlı şəxsin Kirov qəsəbəsində olan yeni bir mağazasını icarəyə verdiyini bildirmişdir. O, Səbirə ilə birlikdə həmin mağazaya getmiş, Yolçu mağazanı içindəki bütün əşyaları və piştaxtalarla birlikdə, o cümlədən marketə məxsus yük daşıyan avtomobillə birlikdə arendaya verdiyini, yəni bir sözlə mağazanın biznesini 60.000 manat pula satdığını və hər ay kirayə haqqı olaraq 2.500 manat pul alacağını demişdir. Səbirə Yolçudan 1 həftə vaxt istəmişdir. Onlar oradan uzaqlaşdıqdan sonra o, Səbirəyə o məbləği tapa biməyəcəklərini bildirmişdir. Səbirə də bu pulu ancaq ev tapıb ipotekaya qoyub pul götürməklə əldə edə biləcəklərini demişdir. O da Səbirəyə öz evini ipotekaya qoyub pul götürməyini təklif etmişdir. Səbirə ona banka girov qoyulacaq əmlakının olmadığını bildirmişdir. Bundan sonra o, tanışı Kəmalə xanıma müraciət edərək onun adına olan və yaşadığı mənzili banka girov qoymaqla pul verməsini xahiş etmişdir. O, Kəmalə xanımla görüşə Səbirə ilə birlikdə sonuncunun mahşınında getmiş, lakin, Səbirə avtomobildən aşağı düşməmişdir. Kəmalə xanım isə öz mənzilini itirməkdən qorxduğundan bu işlə razılaşmamışdır. O da bunu Səbirəyə bildirmişdir. Lakin Səbirə ondan əl çəkmədiyi üçün o, Səbirəni Kəmalə xanımla görüşdürmüş, sonrakı proseslərdən məlumatı olmamış, Səbirə Kəmalə xanımla danışdıqdan sonra onu razı salmışdır. Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə ona Səbirə zəng etmiş, bazar iqtisadiyyatında Səbirənin təklifini məqbul hesab etmiş, bu proseslər 30 oktyabr- 17 dekabr aralığında baş vermiş, Səbirənin ona göstərdiyi mağaza təxminən məhkəmə zalı ölçüdə olmuş, o mağazanın coğrafi mövqeyini təhlil edib Səbirənin təklifinə razılaşmış, çünki, mağazanın olduğu ərazidə başqa mağazalar olmamış, dövlət orqanları olmuş, Səbirə onu Kəmalə xanımla görüşməyə təkid etmiş, o daha sonra bilmişdir ki, Səbirə Kəmalə xanımın telefon nömrəsini götürmüş, onun sonraki proseslərdən xəbəri olmamış, nə Qiyası, nə də ki Pərvizi tanımamış, ümumiyyətlə həmin proseslərdən xəbəri olmamış, ipoteka müqaviləsi bağlanandan sonra Səbirə tərəfindən aldadıldığını bilmiş, daha sonra güc-bəla ilə 7 min manat pulunu almış, əvvəl Səbirəyə daxilən inandığı üçün notariusa getməmiş, Səbirənin onu aldadacağını düşünməmiş, Kəmalə xanım ailə tanışı olmuş, saf insan olduğuna, eləcə də Kəmalə xanımı o, Səbirə ilə tanış elədiyi üçün mənəvi olaraq rahat olmamış və ipoteka ödənişini etmiş, Kəmalə xanım ona zəng edib, Qiyasın onu hər gecə təhdid etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, hadisədən uzun müddət keçdiyindən hadisəni detalları ilə xatırlamamış, Səbirəyə 10000 manat pul vermiş, pulu market işi ilə bağlı Səbirə almışdır. Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Səbirəni təxminən 4 il olar ki, tanımış, marketdə iş görmək məqsədilə pul vermiş, market işini Səbirə özü görmüş, o, marketi 1 dəfə görmüş, onun özü avtoyuma yeri işlətmiş, Səbirəni ortaq adam vasitəsilə tanıyıb deyə tanışlıqlarından az müddət sonra etibar edib pul vermiş, pulu hansı ünvanda almasını dəqiq xatırlamamış, Səbirəyə 10000 manat pul vermiş, pulu market işi ilə bağlı Səbirə almış, hansı məbləğə şərik olacağı dəqiq yadında qalmamış, pulu qaytarıblar deyə Səbirədən şikayəti olmamış, pulu qaytaranın adını çəkmək istəməmiş, Səbirənin təklifindən sonra pulu dərhal verməmiş, 1-2 gün fikirləşmiş sonra vermiş, mağaza, səhv eləmirsə, axşam 12-dək işləmiş, mağazada 2 nəfər işçi olmuş, hər dəfə pul üçün gedəndə Səbrə pulun alınmadığını demiş, market tam da böyük olmamış, onun market işindən başı çıxmadığından marketi tam olaraq doldurmağa nə qədər vəsait lazım olduğunu da bilməmiş, Səbirə ona ayda maksimum 100 ya da 200 manat pul vermiş, mağazadakı işçilərə onu şəriki kimi təqdim etmiş, pulu verməyənda malı ona təklif edib-etməməsi yadında qalmamış, daha əvvəl onun mağazaya hər-hansı kimyəvi məhsullar verdiyi olmamış, ona dəymiş zərər təxminən 2022-ci ildə ödənilmiş, zərər ödəniləndə Səbirə artıq həbs olunmuş, məhkəmə ərəfəsində ödənilmiş, zərəri bir nəfər kişi ödəmiş, zərəri ödəməyinin əvəzində şikayətini geri götürmüş, məhkəməyə şikayətinin olmaması barədə ərizə vermiş, o, Səbirənin tutulduğunu bilmiş və gedib şikayət etmiş, Səbirənin tutulduğunu ona polis yox başqa adam demişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisədən 4-5 il vaxt keçdiyindən dəqiq yadında deyil, lakin o, həmin vaxt lombardda işləmiş, qızıl alqı-satqısı etmişdir. O vaxt Nərimanovda lombardda işləyən zaman Səbirə xanım Kəmalə xanımla yaxınlaşıb market biznesi ilə əlaqədar kredit lazım olduğunu demişdir. Səbirə xanım təzə market götürdüyünü, o işlə bağlı kredit lazım olduğunu demişdir. Təxminən 90000-100000 manat arası pulu necə götürə biləcəyini soruşmuş, o, isə Qiyas adlı dostunun olduğunu, həmin dostunun hərbiçi olduğunu, onu yönəldə biləcəyini demişdir. Amma bir şərtlə razılaşmışlar ki, həmin kredit 3-4 aya bağlansın. Çünki Qiyas özü Bakıya gəlmək və özünə ev almaq istəmişdir. Girov qoyan tərəf Kəmalə xanım, işin sahibi iş quran isə Səbirə xanım idi. Sonra onlar özləri razılaşdılar və banka getdilər, amma ilkin ödənişə pulları çatmamışdır. Onlara ilkin ödəniş üçün pul verə bilcəyini demiş, pul verdiyi halda üstündə pul götürəcəyini bildirmişdir. Sonra ilkin ödəniş lazım olanda ona demişlər, o da 15000 manat pulu vermişdir. 15000 manatın üstündə ona 1500 manat pul verəcəkdilər. O, Qiyasa banka gedib-gəldiyini, bütün proseslərdən məlumatlı olduğunu, notariusa gedib pulu götürəndə ona xəbər etməyini xahiş etmişdir. Notariusdan çıxanda Qiyas ona zəng etmiş və çekin hazır olduğunu, pulu götürmək üçün banka getdiklərini demişdir. O da Sahil metrosunun yanında yerləşən NBC banka getmişdir. Həmin gün həftənin 5-ci günü olmuş, bankdan pulun verilməsini rəsmiləşdirə bilməyəcəklər deyə proses növbəti həftənin birinci gününə qalmışdır. Onlarda qəbz olmuş, ona çatası pul olduğundan o, qəbzi özünə götürmüşdür. Növbəti həftə banka getmişlər. Bank Nəsimi RPİ-nin yanında yerləşmiş, sənədləşmə işləri həll olunmuş, pulu götürmək üçün kassaya yaxınlaşmışlar. Kassaya həm Kəmalə xanım, həm də Səbirə xanım yaxınlaşmışdır. Hər ikisi ona görə yaxınlaşdır ki, girov qoyan Kəmalə xanım idi. Sonra pulu götürüb qara sellofana qoydular və çölə çıxanda olara verdiyi pulu, həm də üstünü vermələrini demişdir. Onun verdiyi 15000 manat pul verilsə də, üstünü verməyib Səbirə sonra həll edəcəklərini, indi verə bilmədiklərini demişdir. O da Qiyasa onun pulunu vermədiklərini demiş, Qiyas isə narahat olmamasını, pulunu verəcəklərini demişdir. Həmin vaxt Qiyas Qubada işləmişdir. Qiyas ona zəng edib Qubada yerləşən “ASAN Xidmət” mərkəzinə gəlməsini demiş, o, da Qubaya “ASAN Xidmət”ə getmiş, orda dəqiq yadında qalmasa da, iltizam və s. yazılmışdır. Səbirəgilin yanlarında polis olmuş, özünü polis işçisi kimi təqdim etmişdir. İltizam ona görə yazıldı ki, kredit bağlandıqdan sonra Qiyas Kəmalə xanımın evini qaytaracaq. Ondan da şahidlik edə bilməsi soruşanda o da etiraz etməmişdir. Qubaya dostu ilə birgə getmiş, yanında dostu da olmuş, iltizama qol çəkmişlər. Çölə çıxanda isə Səbirə xanım pulu yenə verməmiş, şəhərə gələndə danışacağını demiş, şəhərə gələndə isə alınmamışdır. Şahid1 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsində görmüş, amma onu tanımamış, Səbirə xanım ona yox, lombarda yaxınlaşmış, qısa müddətə az faizli kredit götürə bilməsi üçün müraciət etmiş, mağaza işlətdiyini, təzə mağaza götürür deyə pul lazım olduğunu demiş, oranı işlək vəziyyətə salandan sonra 3 aya, ən geci isə 4 aya pulu tam ödəyib bağlayacağını bildirmiş, bu sözləri Səbirə demiş, Kəmalə xanım da onun yanında olmuş, o, kredit təklif etmiş, lakin alqı-satqını o təşkil etməmiş, ondan aşağı faizli kredit istəmişlər deyə, o da onun hərbiçi dostu olduğunu, istəsələr onunla danışa biləcəklərini demiş, üstündən 4-5 il keçib deyə alqı-satqının necə olduğu dəqiq yadında olmamış, pulu niyə Kəmalə yox Səbirənin götürməsinə o qarışmamış, onları onlar öz aralarında danışmış, o, Qubaya gedənə qədər etibarnamə də, iltizam da yazılmış, kimin kimi aldatması və s. barədə heç bir məlumatı olmamış, Qubaya gedib gələndən sonra Səbirəni heç görməmiş, 1500 manat pula görə isə Qiyas özü onlara deyəcəyini demiş, bundan sonra o, Səbirəni görməmiş, amma lombarddakı uşaqlar ona bir dəfə Səbirə xanımın Galenvagen markalı maşınla gəldiyini demiş, Nərimanovdakı lombardın qabağına qızıllarla bağlı gəlmiş, daha sonra ondan məlumatı olmamış, müqavilənin müddətini bilməmiş, amma aralarındakı razılaşma 3-4 aylıq olmuş, ipoteka müqaviləsinin niyə 3-4 aylıq bağlanmadığından onun məlumatı olmamış, o məsələləri özləri öz aralarında danışmış, Səbirə ilə Kəmalə xanımın arasında olan söhbətlərdən onun məlumatı olmamış, o sadəcə alqısatqıda iştirak etmiş, o, Emili tanımamış, onları onun yanına Emil göndərməmiş, bildiyinə görə, deyəsən, 90-100 min arası pul götürülmüş, səhv etmirsə, evin qiyməti 130.000 manata qiymətləndirilmiş, ilkin olaraq o, 15000 manat vermiş, qalanını isə özləri öz aralarında həll etmiş, Qubaya getməkdə məqsədi pulunu almaq olmuş, Qiyas ona zəng eləmiş, onların Qubaya gəldiyini, gedib o da onlardan pulunu almasını demiş, o da ona görə getmiş, Kəmalə xanımla telefon danışıqları olmuş, amma Emillə olmamış, Səbirə pulu götürəndən sonra onun telefonlarına cavab verməmiş, krediti Kəmalə xanımla birlikdə götürdüklərinə görə şərikli iş gördüklərini fikirləşmiş, pulların götürülməsini təsdiq edən qəbz Səbirədə olmuş, notariusun qabağında görüşüb NBC banka getmiş, pul Kəmalə xanımın adına verilməli olduğundan o, ona görə istintaq zamanı pulu Kəmalə xanımın götürdüyünü demiş, onlar ikisi də bankda kassaya yaxınlaşmış, pulu götürəndə onun fikri öz pulunda olmuş deyə nə Səbirə xanımın, nə də Kəmalə xanımın üzünə baxmamış, Səbirə pulu götürüb çantasına yığımış, onların əhval-ruhiyyəsinin necə olduğunu bilməmiş, pulun aqibəti ilə bağlı o, Kəmalə xanımla danışmamış, Qiyasdan soruşmuşdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Adıböyük oğlu ifadəsində göstərmişdir ki, proseslər 2018-ci ildən başlamş, Səbirə xanımla da tanışlıqları həmin vaxtdan olmuş, əvvəllər tanımamışdır. O, Səbirəni yox, Səbirəgil onu tapmış, bankdan pul götürülüb iş görülməli olduqlarını demiş, amma pulu 3-4 aya bağlayacaqlarına söz vermişlər. Buna razı olmuş, lakin pul ödənilmədiyindən bankdan ona zənglər gəlmiş, Səbirəyə zəng vursa da, telefonlarına cavab verməmiş və onu tapmamış, o da Kəmalə xanıma zəng edərək ödənişlərin edilməli olduğunu demişdir. Onda isə Kəmalə xanım ona pulun götürüldüyü ilk gündən Səbirənin yoxa çıxdığını demişdir. Şahid2 Adıböyük oğlu ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Emili tanımamış, məhkəmə proseslərində görmüş, pulu bankdan kimin götürməsi prosesi yadında qalmamış, ipoteka müqaviləsinin bağlanması ilə bağlı Pərviz ona zəng edərək Səbirə xanım adlı birinin olduğunu, bizneslə məşğul olduğunu, külli miqdarda pul lazım olduğunu demiş, bütün proseslər belə başlamış, o, hərbiçi olduğu üçün ona aşağı faizlə kredit verildiyindən ona görə ona müraciət etmiş, ilkin ödənişlə bağlı məlumatı olmamış, bank zəng edib pulun ödənilməli olduğunu dediyindən o da Kəmalə xanıma zəng etmiş, pis vəziyyətdə qaldığını, ödəniş etmək lazım olduğunu demiş, o, zərərçəkmiş şəxs Kəmalə xanıma pul ödəməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, məsuliyyətə cəlb olunduğu iş üzrə heç kəsə qarşı dələduzluq etməmişdir. Əksinə, özü dələduzluğun qurbanıdır. Bu işlə bağlı bildirir ki, 2018-ci ilin oktyabr aynda o, anası X2 adına 2.500 manat kredit götürmək üçün "xxxx" ASC-nin Yasamal filialına getmişlər. Həmin pula o, işlətdiyi “Olimp” marketə tütün məmulatları almaq istəyirmiş. Məhz həmin filialda oranın işçisi olmuş Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Belə ki, Emilə kreditin verilməsi üçün müraciət etmişdir. Emilə özünün xüsusi dövlət orqanlarının nümayəndəsi olmasını bildirməmiş, belə bir şey olmamışdır. Emil kreditin verilməsində çətinlik olduğunu bildirdiyi üçün anası ilə bankın başqa filialına müraciət edərək heç bir problem olmadan kredit almışlar. Bankdan ayrılan zaman Emil onun bizneslə məşğul olmasını öyrəndiyi üçün telefon nömrəsini istəmiş, alındığı təqdirdə gələcəkdə onunla birgə işləmək istədiyini deimşdir. O da etiraz etmədən Emilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Təxminən 1 saat sonra Emil ona zəng edərək, onunla görüşmək istədiyini bildirmiş, o da marketdə olduğunu deyərək, Emilə marketə gələ biləcəyini bildirmişdir. Elə həmin gün Emil onun işlətdiyi “Olimp” marketə gəlmişdir. Emil ona marketlə bağlı sorğu-sual etdikdən sonra onunla şərik olmaq istədiyini bildirmişdir. O da ona “Olimp” marketə yox, başqa bir market tapıb ora şərik ola biləcəklərini bildirmişdir. Emil onunla razılaşmış və o, arendaya market axtarmağa başlamış və Binəqədi rayonunda Yolçu adlı şəxsə məxsus “Palma” marketini tapmışdır. Həmin marketə Emillə birlikdə baxmağa getmişlər. Yolçu marketi avandanlıqları və mal qalıqları ilə birlikdə, yəni biznesini 100.000 manata icarəyə verəcəyini və obyektin aylıq icarəsinin 2.000 manat təşkil etdiyini bildirmişdir. Marketin yaxşı yerdə olduğunu görüb Emillə qərara gəlmişlər ki, həmin yeri icarəyə götürüb şərikli işlətsinlər. Yolçuya obyekti işlətmək üçün 100.000 manat pul verməli idilər. Onun və Emilin bu məbləğdə vəsaitləri olmamışdır. Belə olan təqdirdə Emil ona Kəmalə adlı xalası olduğunun və onun adına olan evi ipotekaya qoyub pul götürə biləcəklərini demişdir. Emil ona xalası Kəmalənin onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Kəmalə xanımla sonuncunun yaşadığı ünvan 9 ünvanında görüşmüşlər. Emil Kəmalə xanıma market açmaq və yaşadığı evi ipoteka kreditinə qoyub pul götürmək istədiyini demişdir. O da Kəmalə xanıma əgər market işləsə, yaxşı gəlir əldə edəcəklərini söyləmiş, Kəmalə xanım da fikirləşib daha sonra onlara xəbər edəcəyini bildirmişdir. Kəmalə ilə söhbət edən zaman bilmişdir ki, o, Emilin xalası deyil, o da Emili onun kimi bankdan tanımış, həmçinin Emilin bacısı ilə birlikdə universitetdə işləmişlər. Emil isə Kəmalə xanıma xala deməsini sonuncu ilə yaxın münasibətdə olduğuna görə izah etmişdir. Bir necə gün sonra Emil ona zəng edərək, Kəmalə xanımın evini ipotekaya verməklə kredit alınmasına razılıq verdiyini və onunla yenidən danışmalarını təklif etmişdir. Onlar Kəmalə xanımın yaşadığı Yasamal rayonu, N.Nərimanov meydanı ev 31/33, mənzil 14 ünvanında görüşmüşlər və Kəmalə xanım ona bu işə razılıq verdiyin demişdir. Səhərisi gün o, Kəmalə xanım ilə birlikdə Sumqayıt şəhərində olan “Amrah” banka gedib evi girov qoyub kreditə pul götürmək istədiklərini bildirmişlər. Həmin bankda 10.000 manatdan çox məbləğ verə bilmədiklərini bildirmişlər. Bundan sonra Emil ona zəng edərək, Nərimanov rayonunda yerlşən “Parabank”-ın onlara lazım olan krediti verə biləcəyini, orada yaxın tanışları olduğunu demişdir. Emilin təklifi ilə o, Kəmalə xanım ilə birlikdə “Parabank”-a getmiş və orada Emil onları özünü bankın işçisi kimi təqdim edən Pərviz və Ramin adlı şəxslərlə tanış etmişdir. O, onlara evi girov qoyub pul götürmək istədiklərini bildirmiş, Pərviz də həmin pulun hansı səbəbə lazım olduğunu soruşmuşdur. O və Emil onlara həmin pul ilə şərikli market alacaqlarını demişlər. Pərviz də ona bankda 100.000 manatlıq kredit paketi olduğunu və Kəmalə xanımın yaşadığı mənzili hərbiçinin adına keçirdib “Günay” bankdan ipoteka yolu ilə 100.000 manat məbləğində ipoteka krediti ala biləcəklərini, hətta özünün tanış zabit hərbiçisi olduğunu, zabitin adının Qiyas olduğunu, Qusar rayonunda hərbi xidmətdə olduğunu bildirmişdir. Həmçinin o, bütün işləri özü görəcəyini bunun müqabilində onlardan, yəni Emil, Kəmalə xanım və ondan 40.000 manat pul istəmişdir. Həmin 40.000 manat pulu 4 hissəyə böləcəyini, 10.000 manatını özünə, 10.000 manatını yanında olan Raminə, 10.000 manatını Qiyasa, qalan 10.000 manat pulu isə digər bank xərclərinə ödəyəcəyini bildirmişdir. O, Emil və Kəmalə ona fikirləşib bu barədə məsləhət edib daha sonra məlumat verəcəklərini bildirmişlər. Bundan sonra bütün prosedurları Pərvizlə Emilin arasında olmuşdur. 15 dekabr 2018-ci ildə Kəmalə xanım ilə birlikdə hərbiçi Qiyas notariusda alqısatqı müqaviləsi bağlamışlar. Emil də ona zəng edərək, Kəmalə xanım ilə birlikdə notariusa getmiş, orada ilk dəfə Pərvizlə gəlmiş hərbiçi Qiyası görmüşdür. Pərvizin təşkilatçılığı ilə notarius Qiyasla Kəmalə xanımın arasında sonuncuya məxsus mənzilin alqı-satqısına dair müqavilə bağlamış, Kəmalə xanıma müqavilə ilə əlaqədar çatası pulun bankdan götürülməsi üçün sonuncuya qəbz vermişdir. Pulu almaq üçün onları “NBC” banka getmişlər. Pulun alınmasına dair qəbz həmin vaxt Pərvizdə olmuşdur. Çünki banka ilkin ödəniş kimi Pərviz 31.000 manat pul ödəmiş və pulun ona qayıdacağından narahat olduğu üçün qəbzi özündə saxlamışdır. Həmin bank iş vaxtının sonu olduğu üçün Kəmalə xanıma pulu verməmişdir. Həmin gün həftə sonu olduğu üçün bu proses həftənin birinci gününə qalmışdır. 17 dekabr 2018-ci ildə o və Kəmalə xanım Nəsimi rayon Polis İdarəsi ilə üzbəüz olan “NBC” banka getmiş, orada Pərviz ilə Ramini görmüşlər. Kəmalə xanım bankın kassasına yaxınlaşıb Pərvizin ona verdiyi qəbzi kassaya təqdim etmişdir. Kassadan Kəmalə xanıma 129.000 manat pul verilmiş, Kəmalə xanım xəzinadara həmin puldan 31.000 manat pulu əlavə sayıb ona təqdim etməyi xahiş etmiş, 98.000 manat pulu Kəmalə xanım öz çantasına, qalan 31.000 manat pulu isə Pərvizə vermişdir. Çünki Pərviz ilkin ödəniş kimi 31.000 manat banka pul ödəmişdir. Lakin, həmin pulun Qiyasın və yaxud da digər şəxsin ödəməsi barədə məlumatı olmamışdır. Pərviz onlara çatacaq pulu Kəmalə xanımdan istəmişdir. Kəmalə xanım da Emil işdən çıxdıqdan sonra həmin pulu notarius qaydasında ona və ya Emilə verəcəyini bildirmişdir. Pərvizlə Ramin də bununla razılaşmış və onlar ayrılmışlar. Artıq əllərində 98.000 manat pul olduğu üçün Emilə Yolçu ilə görüşüb ona ödəniş etməsini təklif etmişlər. Pullar Emildə olmuşdur. Kəmalə xanım ona pul verməmişdir. Bu səbəbdən onun Kəmalə xanıma heç bir borcu yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, Kəmalə xanıma Qiyas ilə öhdəlik müqaviləsi bağlamağı təklif etmişdir ki, birdən Kəmalə xanım pulu banka tam ödədikdən sonra Qiyas evi qaytarmaz. Bundan sonra Kəmalə ilə birlikdə Quba şəhərinə getmişlər. Pərviz də Ramin ilə birlikdə oraya gəlmişdir. Belə ki, Qiyasın xidmət yeri Quba rayonunda olmuşdur. Qiyas orada “Asan” xidmətdə ona mənzilin idarə edilməsinə dair 2 günlük etibarnamə vermişdir ki, o, Kəmalə xanımla təminat müqaviləsi bağlasın. Müqavilənin şərtləri də ondan ibarət idi ki, Kəmalə xanımın yaşadığı evdən onu heç kimi çıxarmayacaq və o, orada yaşayacaq. Qiyas həm də öz xətti ilə iltizam yazaraq, Kəmalə xanımın evini formal onun adına keçdiyini qeyd edərək iltizamı onlara vermişdir. Bu iltizamda Şahid1 və Şahid3 imzalarını qoymaqla şahidlik etmişlər. Onlar Qubadan qayıtdıqdan sonra Qiyasın ona verdiyi etibarnamə əsasında Kəmalə xanım ilə müqavilə bağlamışdır. Lakin bundan sonra Emil 98.000 manat pulu ona verməmiş və bildirmişdir ki, Yolçu adlı şəxsin marketi lazım deyil və özü həmin pulu Şəki şəhərində olan tanışı Mustafaya verəcək. Mustafanın isə həmin pulun müqabilində onların işlədəcəkləri marketdən çox gəlir gətirəcəyini bildirmişdir. O da Yolçu adlı şəxsə işlərinin alınmadığını bildirmişdir. Təxminən 2 ay sonra Emil ona zəng edərək Kəmalə xanımın yanına gedib ona guya onların 98.000 manat pulla iş qurduqlarını deməyini istəmişdir. O da Emil ilə birlikdə Kəmalə xanımın yaşadığı mənzilə gedərək, həqiqətləri ona bildirmişdir. Ona Emil ilə iş qurmadığını və pulun ona verilmədiyini demişdir. Kəmalə xanım əsəbi halda Emilə ipotekanın pulunu ödəməsini tələb etmişdir. Emil də ona pulu özü tam olaraq ödəyəcəyini söz vermişdir. Emil bir necə dəfə ona zəng edərək, Kəmalə xanımın yanına gedib ona təsəlli vermələrini xahiş etmişdir. O da ona onu narahat etməməsini bildirmişdir. Bir neçə dəfə bu hal təkrarlandıqdan sonra o, DİN-in 102 xidmətinə zəng edərək, Emilin onu narahat etdiyini bildirmişdir. Bundan sonra Emil bir də ona zəng etməmişdir. Bundan 5-6 ay sonra onlar Emil ilə yolda tasadüfən rastlaşmışlar. Emil yenə ona problemi olduğunu və birlikdə iş görmək istədiyini bildirmişdir. O da ona problemli adam olduğunu bildirmiş və onunla razılaşmamışdır. Onun hansı işlə məşğul olduğunu soruşmuşdur. O da ona X5 şəhərində qardaşları Vüqar və İmranın gəlin donları və ayaqqabıları ona göndərdiklərini demişdir. Belə ki, həmin malları o, sərhəddən götürüb, Bakı şəhərində Sədərək ticarət mərkəzində paylayacağını demişdir. Emil ona bu işdə nə qədər gəlir gələcəyini soruşmuşdur. O da ona birinci gələn mal partiyasını Sədərək ticarət mərkəzinə payladığını, ikinci dəfə gələn malların sərhəddə saxlanıldığını, Azərbaycana buraxılmadığını demişdir. Emil də onunla mütəmadi əlaqə saxladığından o da ona Rusiyadan gələn malların sərhəddə saxlandığını, buna görədə pul lazım olduğunu bildirmişdir. Emil də ona bu işdə nə qədər xeyiri olacağını soruşmuşdur. O da ona birinci gələn mallardan 12.000 manat gəlir əldə etdiyini demişdir. Emil də özünün pulu olmadığını, lakin tanışı Şəhla adında xanımdan faizə pul ala biləcəyini demişdir. Onlar da birlikdə birinci dəfə Şəhla adlı xanımla Sumqayıt şəhərində görüşmüş, lakin, o, avtomobildən düşməmiş, Emil onun idarə etdiyi avtomobildən enib, Şəhlanın idarə etdiyi avtomobilə əyləşmişdir. Orada nə söhbət etdiyindən is xəbəri olmamışdır. Səhəri gün onlar yenidən Şəhla ilə “Caspian Plaza”-nın qarşısında görüşmüşlər. Şəhla isə onları sabah 1.500 manat verə biləcəyini demişdir. Səhəri gün Emil “Olimp” marketə gələrək, Şəhlanın ona verdiyi 1.500 manat pulu ona vermişdir. Bunun müqabilində 1.500 manat pulu 2 aya ərzində əlavə 1.000 manat pul ilə birlikdə qaytaracaqmışlar. O da mütamadi olaraq Emilə 100-200 manat pul verərək, 1 aya Şəhlaya çatacaq 2.500 manat pulu ödəmişdir. Digər Zərərçəkmiş şəxs3 ilə bağlı onu bildirir ki, Cavad onun işlətdiyi «Olimp» marketin yaxınlığında «Yusif» marketdə işləmiş, marketləri bağlanacağı üçün Cavad ona təklf etmişdir ki, mağazada olan malları ucuz qiymətə ona təhvil versin. Bundan sonra Cavad onun mağazasına 2.500 manat dəyərində peçenye, vafli, çay, spirtli içki və enerji içkisi gətirib vermişdir. Cavad ona 10.000 manat pul verməmişdir. Cavada olan borcunu həbs olunduğu üçün ödəyə bilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı, Azərbaycan Beynəlxalq Bankında işləyən tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, kredit alan zaman Zərərçəkmiş şəxs2 müştərisi olmuş, bununla əlaqədar münasibətləri yaranmışdır. 2018-ci il noyabr ayının sonlarında Beynəlxalq Bankdan tanıdığı Zərərçəkmiş şəxs2 ona zəng edərək bir məsələ barədə danışmaq istədiyini demiş və işdən sonra Emillə görüşmüşdür. Emil görüşə “Range Rover” markalı avtomobil ilə gəlmiş, maşından düşərək ona yaxınlaşmış və ondan yaşadığı evinin kimin adında olduğunu soruşduqda o, evin öz adında olduğunu demişdir. Emildən soruşmuşdur ki, bu nəyə lazımdır?. O da demişdir ki, Kəmalə xanım bizə kredit götürmək üçün evi girov qoya bilərsizmi?. O da demişdir ki, siz kimsiz?. Emil də demişdir ki, gəldiyi maşının sahibi olan Səbirə xanım onu ortağıdır. Hava qaranlıq olduğu üçün avtomobildə kimin olduğunu görməmişdir. Emilə demişdir ki, ev söhbəti və xüsusilə də girov söhbəti ola bilməz. Bildirmişdir ki, ev təkcə onun mülki deyil, anası da ona vəsiyyətində evi bacısının xəstə övladına verməyini demişdir. Bundan sonra Emildən ayrılaraq evinə getmişdir. Bir neçə gün keçdikdən sonra Emil zəng etmişdir ki, onu ortağı ilə tanış etmək istəyir. Ortağının isə Səbirə olduğunu demişdir. O da bu görüşə razılıq verərək “İnşaatçılar” metrostansiyasının yaxınlığında Emil və Səbirə ilə görüşmüşlər. Bu zaman aralarında kreditlə bağlı söhbət olmuşdur. Onlar ona kredit götürməyini xahiş etmişlər. O, onlara tələbəsi üçün götürdüyü problemli kreditin olduğunu demiş, ödəmələrdə isə daim problem yarandığı üçün bu günə kimi kreditin faizlərini çox zaman özü ödəyir. Kredit hələ tam ödənməyib. Səbirə demişdir ki, yeni market götürür və onun borcunu ən geci 6 aya bağlayacaqdır. Lakin, o, yenə də razı olmamış və Emil ilə o, Səbirədən sağollaşıb ayrılmışlar. Bir necə gün keçdikdən sonra Emil ona zəng edərək, onların evinin qarşısında onunla görüşmək istədiyini demişdir. O, razılaşmış və orada Emil ilə Səbirə ilə görüşmüşdür. Görüş zamanı Səbirə yenə də ona evi girov qoyub kredit götürməyi təklif etmiş və evin onun adında qalacağını demişdir. O, ona bildirmişdir ki, bu məsələ baş tutan deyil və vacib pul lazımdısa elə öz evini girov qoyub götürsün. Səbirə isə yaşadığı evin öz adına olmadığını və digər evin isə kupçası olmadığını bildirərək bu səbəbdən kredit ala bilmədiyini demişdir. O, ona evi girov qoymayacağını bir daha bildirib onlardan ayrılmışdır. Bundan bir neçə gün sonra Səbirə Emilin adından istifadə edərək onu Sumqayıt şəhərinə aparmış, orada adı yadında qalmayan banka gətirmişdir. Səbirə xanım onun evini girov qoyub 65.000 manat kredit götürmək istədiyini demiş, bununla bağlı tanımadığı bank işçisi ilə məsləhətləşmiş, lakin sonuncu girov qoymaqla kredit götürməsini məsləhət görməmişdir. O yenə Səbirəyə evi girov qoymaq istəmədiyini bildirmişdir. Səhəri gün Səbirə yenə ona zəng edib bu işdə onlara kömək edəcək şəxsin yanına getmələrini demiş və bundan Emilin də razı olduğunu demişdir. O da yenə Emilə görə razılıq vermişdir. Axşam saatlarında Səbirə onu “Lombard” yazılan yerə gətirmiş, o, lombard sözünü görəndə Səbirədən onu ora nə üçün gətirdiyini soruşmuşdur. Buna baxmayaraq Səbirə onu lombarda salmış, orada Pərviz adlı şəxs onları qarşılamışdır. Səbirə orada Pərvizə kredit götürmək istədiyini demiş, Pərviz isə ona “Günay” Bankın 7 %-li ipoteka paketi olduğunu demiş, Səbirə isə bu paketin əlverişli olduğunu və 3 aya krediti bağlamağı mümkün olduğunu demişdir. Pərviz ondan 3 aya bu krediti necə bağlayacağını soruşmuş, Səbirə isə 2 marketi olduğunu, əldə etdiyi gəlirdən hər ay 30.000 manat ödəməklə krediti bağlayacağını demişdir. Orada Səbirə ilə Pərviz belə razılaşmışlar ki, onun evi formal olaraq Pərvizin tanışı olan hərbiçinin adına ipoteka krediti ilə rəsmiləşdirilsin. Pərviz banka veriləcək faizi, hərbiçiyə və özünə çatacaq faizi də Səbirəyə demişdir. Bu əməliyyatdan ona çatacaq olan isə Səbirənin aldığı puldan əldə edəcəyi gəlirdən ona da xeyir verəcəyi vədi olmuşdur. Səbirə Pərvizin şərtləri ilə razılaşmışdır. Səhəri gün Səbirə Pərvizlə adam gətirib evin fotoşəkillərini çəkmişlər. Səbirə bir daha and vermişdir ki, krediti 3 aya bağlayacaq və ev yenə də onun adına qayıdacaqdır. Elə bil ki, Səbirə onu ovsunlamışdır. Özünü itirdiyi üçün Səbirənin sözləri ilə razı olmuşdur. Axşam Səbirə ona zəng edib demişdir ki, bank evi 129.000 manat dəyərləndiribdir. Bir gün sonra Səbirə, Pərviz və Qiyas adlı hərbiçi onun yaşadığı evə gəlmişlər. Səbirə onu Qiyasla tanış etmişdir. Qiyas Səbirəyə bu işə 3 aya krediti tam ödəyəcəkləri halda razılıq verəcəyini bildirmişdir. Səbirə ona narahat olmamağını söyləmiş, ona isə demişdir ki, evi adında qalacaqdır. 2018-ci ilin dekabr ayının 15-i Səbirə onu notariusa aparmış, orada Pərviz, Qiyas və bankın işçisi Ramin kredit məsələsini rəsmiləşdirmişlər. Bunların hamısını Pərviz təşkil etmişdir. O, burada Səbirəyə demişdir ki, o, onunla notariusda müqavilə bağlayacaqdır. Səbirə də razılıq vermişdir. Notariusda proses qurtaqdıqdan sonra onlar birlikdə Sahil metrosunun yanındakı “NBC” banka getmişlər. Lakin həmin bankda onlara belə göstərişin olmadığını bildirərək kredit verməmişlər. Məlum olmuşdur ki, onlar Amerika səfirliyinin yanındakı “NBC” banka getməli idilər. Lakin həmin ünvana getdikdə günün sonu olduğu üçün pulu çıxarmaq üçün birinci gün gəlmələrini demişlər. Pərviz qəbzi Səbirədən götürmüşdür ki, onsuz bankdan pul çıxarılmasın. Birinci gün Səbirə onu “NBC” banka aparmış, banka Pərviz və Ramin də gəlmişlər. Bir neçə saat gözlədikdən sonra pulun hazır olduğunu demişlər və Pərviz qəbzi çıxardıb kassaya vermişdir. Bankın işçisi ona sənədlərə qol çəkdirdikdən sonra kassadan pulları vermişlər. Lakin pulları Səbirə özü ilə gətirdiyi sellofan paketə yığmış, Pərviz isə Səbirədən banka və özlərinə çatacaq pulları istəmişdir. Səbirə də bankın içərisində pulu sayıb Pərvizə pul vermişdir. O, Səbirənin Pərvizə verdiyi məbləği bilməmişdir, Səbirənin dediyinə görə Pərvizə banka çatacaq 31.000 manat pulu vermiş, Pərvizlə Raminə çatacaq pulu isə o, yəni Kəmalə xanım müqavilə bağlayandan sonra verəcəyini demişdir. O, Səbirəyə mənzilin təminatı olaraq notariusda onunla müqavilə bağlamaq istədiyini demiş və onlar notariusa getmişlər. Notariusun bağlanmasına 30 dəqiqə qaldığı üçün müqavilə bağlamaları növbəti günə qalmışdır. Orada Səbirə ona demişdir ki, Pərviz ona zəng edərək alacağı pulun miqdarını artırır. Bu səbəbdən o, sabah Qubaya gedir ki, Qiyasla görüşüb və Pərvizə pulu Qiyasın yanında versin. O da Səbirəyə onunla gedəcəyini və elə oradada müqavilə bağlayacağını demişdir. Səbirə səhər onun arxasınca Rəşad adlı hüquqşünasla gəlmişdir. Rəşad idarə etdiyi maşınla onları Qubaya “Asan” xidmətin qarşısına gətirmişdir. X20 əlyazma şəklində iltizamnamə və müddəti 2 gün etibarnamə yazdırmışdır. İltizamnaməyə Pərviz və Rəşad da imzalayaraq şahidlik etmişdir. Səbirə ona demişdir ki, iltizamnaməni Qiyasdan o məqsədlə almışdır ki, o, heç vaxt onu yaşadığı mənzildən çıxarmayacaqdır. X9ra çatacaq pulu istəmiş, Səbirə demişdir ki, o qədər pulla ora gələ bilməz. Emilə olanları bildirdikdə Emil demişdir ki, narahat olmasın, o qarantiya üçün Səbirənin evinin sənədlərini almışdır. Bundan sonra o, pulunu tələb etməsin deyə Pərviz zəng edib ona hədəqorxu gəlmişdir ki, iş yerinə onun saxta işləri barədə xəbər verəcəkdir. O isə Pərvizə demişdir ki, bu məsələnin onun işinə heç bir aidiyyatı yoxdur. Onun evinə görə alınan pullardan heç bir xeyir görməmişdir. Əksinə ay tamam olduqda Səbirə 30.000 manat pulu ona ödəməmişdir. O da ona zəng edərək, pulunu istədikdə Səbirə 30.000 manat pulu Emilə verdiyini demişdir. Əlacsız qalıb, Emilə zəng etmiş, Emil borca 30.000 manat pul tapıb bankın aylıq pulunu ödəmişdir. Evin tez ipotekadan çıxması üçün növbəti ay o, 10.000 manat pul tapıb Emilə vermişdir ki, ödəniş etsin. Digər ay yenə o, 10.000 manat tapıb Emilə vermişdir ki, ödəsin. Növbəti dəfə Emil 15.000 manat borc tapıb ödəniş etmişdir. Bundan sonra o, Kapital Bankdan bir zülümlə 10.000 manata yaxın bir məbləğdə kredit götürmüş və Emilə vermişdir ki, ödəniş etsin. Bu işdə ziyançəkən özü və Emil olmuşdur. Emil ona Səbirəyə bu pulu verdikdən sonra marketin biznesini alacağını və hər ay onların o marketdən əlavə qazanclarının olacağını bildirdiyi üçün Səbirəyə aldanıb bu işi görmüşdür. Səbirə ona hər hansı məbləğdə pul qaytarmamışdır. Əksinə, evə görə banka olan faizləri imkanı olmadığı üçün artıq ödəyə bilmir, banka olan borcu isə 23.000 manata çatmışdır. Səbirədən ona vurduğu ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə işlədiyi "xxxx" ASC-yə xx.xx.2018-ci ildə pensiya krediti götürməyə gələn zaman tanımışdır. O, Səbirənin anası X2 Şamaxı rayonunda qeydiyyatında olduğu üçün bankın Şamaxı filialı ilə danışıb ora yönəltmişdir. Səbirə onlara göstərdiyi xidmətdən razı qaldıqlarını bildirib telefon nömrəsini götürmüşdür ki, bankla bağlı sualları olsa əlaqə saxlayacaq. O, Səbirəyə söz gəlişi harada işlədiyini soruşmuş, Səbirə də cavabında DTX-da işlədiyini söyləmişdir. Həm də Səbirə ona iş yerinə yaxın ərazidə “OLİMP” adlı marketidə işlətdiyini bildirmişdir və ona gedib mağazanın pul dövriyyəsinə baxmağı təklif etmişdir. Ona əgər mağazaya pul qoysa aylıq mağazanın gəlirindən payı olacağını təklif etmişdir. O da maddi durumu aşağı olduğundan ancaq bankdan aldığı maaş ilə dolandığından Səbirənin ona etdiyi təklifi ilə razılaşmışdır. Həmin günü işdən sonra Səbirənin dediyi mağazaya getmişdir. Səbirə ona təklif etmişdir ki, əgər o, mağazaya mal almaq üçün 10.000 manat pul versə, gələn gəlirdən ayda ona 1500 manat verəcəkdir. O, Səbirənin dediklərinə inanmış və öz adına “Access” bankdan 7.000 manat kredit götürmüşdür. 3.000 manat pul çatmadığına görə ailəvi tanışı olan Şəhlaya müraciət etmiş və Şəhla ona 3.000 manat pul vermişdir. Pulu almaq üçün Şəhlanın yaşadığı Sumqayıt şəhərinə getmişdir. Sumqayıta Səbirə ilə birlikdə, Səbirənin idarə etdiyi qara rəngli “Range Rover” markalı avtomobil ilə getmişlər. Sumqayıtda o, avtomobildən düşüb pulu Şəhladan almış və cəmi 10.000 manat pulu Səbirəyə maşında vermişdir. Həmin vaxt Şəhla ilə Səbirə bir-birini görməmişlər. Bütün bunlar bir gündə yəni 2018-ci ilin noyabr ayının əvvəlində olmuşdur. Bundan bir necə gün sonra Səbirə təcili ona zəng edərək, obyektin yiyəsi Mustafa adlı şəxsin 2.500 manat pul istədiyini və gələn aylarda arenda pulunu ödəyəndə, həmin verilən 2.500 manat pulu nəzərə alacağını demişdir. Onun özündə pul olmamış, lakin bir neçə il bundan qabaq Şəki şəhərində atasının adına olan evinin satışindan əldə olunmuş və dostu Mustafaya dövriyyə etmək üçün verdiyi 12.500 manat pulun 2.500 manatını Mustafadan alaraq Səbirəyə vermişdir. Bundan sonra Səbirə yenidən 10.000 manat pul istəmişdir. Ondan aldığı əvvəlki və indiki 10.000 manat pula Sədərək Ticarət mərkəzindən xırdavat mal alıb mağazasına mal vuracağını bildirmişdir. O da bu işə başladığına görə hər şeyi yarımçıq qoymaq istəməmiş, yen Şəhladan borc istəmiş, Şəhla da onunla olan şəxsi münasibətinə görə 10.000 manat pulu borc kimi “Yapıkredi” adlanan bankdan kredit götürüb vermişdir. O, Səbirə ilə birlikdə Şəhlanın işlədiyi Yasamal rayonunda yerləşən “Caspian Plaza” adlı yerdə görüşərək, pulu alıb Səbirəyə vermişdir. Bundan sonra Səbirə yeni il bayramı ilə əlaqədar yenidən mal vurulmalı olduğunu bildirərək 10.000 manat pul istəmişdir. O da məcbur qalıb Mustafada qalan 10.000 manat pulu alaraq Səbirəyə vermişdir. Bütün bu hadisələr 2018-ci ilin noyabr ayında baş vermişdir. Bu müddət ərzində o, Səbirəyə toplam olaraq 32.500 manat pul vermişdir. Həmin vaxt da Səbirə ona ayrı-ayrı günlərdə 200-500 manat pul ödəyərək cəmi 7.000 manat pul vermişdir. O da həmin pul ilə “Access” bankdan götürdüyü krediti ödəmişdir. O, sonradan anlamışdır ki, Səbirə onun ona verdiyi pulları hissə-hissə onun özünə qaytarır. Yəni, onu aldadaraq 32.500 manat pulunu mənimsəmişdir. 2018-ci ilin dekabr ayında Səbirə Yolçu adlı şəxsin Kirov qəsəbəsində olan yeni bir mağazasını icarəyə verdiyini bildirmişdir. O, Səbrə ilə birlikdə həmin mağazaya getmiş, Yolçu mağazanı içindəki bütün əşyaları və piştəxtalarla birlikdə, o cümlədən marketə məxsus yük daşıyan avtomobillə birlikdə arendaya verdiyini, yəni bir sözlə mağazanın biznesini 60.000 manat pula satdığınıvə hər ay kirayə haqqı olaraq 2.500 manat pul alacağını demişdir. Səbirə Yolçudan 1 həftə vaxt istəmişdir. Onlar oradan uzaqlaşdıqdan sonra o, Səbirəyə o məbləği tapa biməyəcəklərini bildirmişdir. Səbirə də bu pulu ancaq ev tapıb ipotekaya qoyub pul götürməklə əldə edə biləcəklərini demişdir. O da Səbirəyə öz evini ipotekaya qoyub pul götürməyini təklif etmişdir. Səbirə ona banka girov qoyulacaq əmlakının olmadıığını bildirmişdir. Bundan sonra o tanışı Kəmalə xanıma müraciət edərək onun adına olan və yaşadığı mənzili banka girov qoymaqla pul verməsini xahiş etmişdir. O, Kəmalə xanımla görüşə Səbirə ilə birlikdə sonuncunun mahşınında getmiş, lakin, Səbirə avtomobildən aşağı düşməmişdir. Kəmalə xanım isə öz mənzilini itirməkdən qorxduğundan bu işlə razılaşmamışdır. O da bunu Səbirəyə bildirmişdir. Lakin Səbirə ondan əl çəkmədiyi üçün o, Səbirəni Kəmalə xanımla görüşdürmüş, Səbirə Kəmalə xanımla danışdıqdan sonra onu razı salmışdır. Bu tanışlıqdan sonra Səbirə onun iştirakı olmadan Kəmalə xanımla görüşmüş, Kəmalə xanımı gedib işdən götürüb aparıb Nərimanov rayonunda Pərviz adında maklerlə tanış etmişdir. Səbirə ona demişdir ki, Pərviz hərbiçi tapacaq, onun adına Kəmalənin evi alınacaq, Kəmalə evdən çıxmayacaq, mən də o pulu bu mağazaya yönləndirəcəm, sonra sənə gündə iki mağazanın gəlirindən 1.000 manat pul verəcəm, yığarsan aya 30.000 AZN edir, gedib bankın pulunu bağlayarsan, 3 aya hərbiçi də evi təzədən Kəmalə xanıma qaytarar. Bütün bu işləri Səbirə Kəmalə xanımı inandırmaqla özü görmüşdür. Onun Kəmalə xanımı bu işə cəlb etməkdə məqsədi ondan ibarət olmuşdur ki, Səbirə əldə etidiyi gəlirdən həm onun puulunu ödəsin həmçinin Kəmalə xanıma da qazanc versin. O, fikirləşmişdir ki, Səbirə onu və Kəmalə xanımı aldatmaz. Səbirə xanım yerdə qalan 60.000 manat pulu Yolçu adlı şəxsə verib ona məxsus mağazanın biznesini almalı imiş. Lakin Səbirə bildirmişdir ki, guya Yolçu bu məbləği bir həftəyə söz verdiyindən, hal-hazırda da həmin vaxtdan 2 həftə keçdiyi üçün Yolçu razılığa gəlmir və mağazanın biznesinin qarşılığında 100.000(yüz min) manat pul istəyir. O, onun bu dediklərindən sonra çox pis olmuşdur. Artıq aldandığını anlamışdır. Kəmalə xanımın və Şəhlanın yanındada pis vəziyyətdə qalmışdır. Səbirə ona demişdir ki, Yolçunun mağazası alınmasa da əllərində 60.000 manat pul qalıb, həmin pulu Rusiyada yaşayan qardaşına göndərib, oradan mallar alıb Bakıda satasaqdır. İpoteka kreditinin ödəniş vaxtı çatdığında Səbirə ödəyəcəyinə söz verdiyi 30.000 manat pulu ödəməmişdir. O, bir neçə dəfə Səbirəyə zəng edərək krediti bağlamağı desə də Səbirə ödəniş etməmişdir. Bir müddət sonra Səbirə ona zəng edərək, həyacanlı səslə “vergidən gəliblər tez ol kassa aparatım yoxdur, 10.000(on min) manat pul stəyirlər axşama kimi çatmalıdır” demişdir. O da özünə məxsus Unibankın kredit kartından 1.500 manat pul çıxarıb, “Gənclik” metrostansiyasından yanında yerləşən "xxxx" bankın qarşısında Səbirəyə vermişdir. Səbirə Kəmalə xanımın kreditini bağlamır, nə də ki, ona pul vermirdi. Bu səbəbdən o da məcbur qalıb, Səbirənin ata-anasına demişdir ki, Səbirə ondan aldığı pulu geri ödəmir, krediti bağlamır. Atası ona bildirmişdir ki, onun qızı Səbirənin işlərindən xəbəri yoxdur. Bundan sonra Səbirə əsəbi səslə ona zəng edərək, hər şeyi atasına dediyinə görə bu gündən mağazaya tərəf gəlməməyini və 2019-c ilin may ayında birdəfəlik pulu tam verəcəyini demişdir. May ayında da nəticə olmadığını üçün anası Səbirənin anasına zəng edərək, ona da Səbirənin onu aldatdığın bildirmişdir. Anası da bu işdə onun heç bir əlaqəsi olmadığına görə bir daha narahat etməmələrini demişdir. Səhəri gün, onu Binəqədi rayonu 40-cı bölməsinə çağırmışlar. Ona bildirmişlir ki, Səbirə onu narahat etməyi haqqında şikayət etmiş, o da polis bölməsində izahat yazaraq, bir də Səbirəyə zəng etməyəcəyi, onun ətrafina yaxınlaşmayacağı, sözü olsa rəsmi surətdə müraciət edəcəyini bildirmişdir. Səbirə izahatında qeyd etmişdir ki, guyaki ona borcunu qaytarıb. O gündən etibarən o, Səbirəyə vermək üçün aldığı bank kreditlərini, həmçinin Kəmalə xanımın mənzilinə görə bank borcları özü ödəyir. Kəmalə xanımın evin ipotekasının azalması üçün 45.000 manatını o, 30.000 manatını isə Kəmalə xanım bankdan kredit götürüb ödəmişlər. Təqsirləndirilən şəxs ona vurulan ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından tanıyır. Adını çəkmək istəmədiyi dostlarından biri Təqsirləndirilən şəxs uğurlu iş adamı kimi təqdim edərək onunla tanış etmişdir. Onun Səbirə xanımla tanışlığının məqsədi iş qurmaq olmuşdur. Belə ki, Səbirə işlətdiyi «Olimp» marketini ona təqdim edərək satışa qoyulacaq malların çeşid və sayını çoxaldacağı təqdirdə gəlirinin də daha çox olacağını bildirmişdir. Səbirə xanım ona təklif etmişdir ki, onunla şərik olmaqla marketin inkişafına pul yatırtsın. O da mağazada gördüklərini, Təqsirləndirilən şəxs onunla səmimi davranışını nəzərə alaraq ona 10.000 manat pul vermək qərarına gəlmişdir. Özündə 5.000 manat pul var idi. Pulun qalan hissəsini isə dostu Şahid7 alaraq 15 noyabr 2019-cuil tarixdə Səbirəyə zəng vurub onunla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Mado» restoranının yanında Səbirə ilə görüşərək ona təklikdə istədiyi 10.000 manat pulu vermişdir. Səbirə ona bildirmişdir ki, hər ayın əvvəlində mağazada görüşərik və gəliri hesabat edib şərik kimi pulu böləcəklər. Lakin Səbirə xanım onu aldadaraq bu günədək bir manat pul belə verməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və sonuncunun vasitəsi ilə digər Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2la təxminən 6 il olar ki, yaxın dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs isə Emilin tanışı kimi tanımışdır. O, Sumqayıt şəhərində yaşayır və Emil ona 2018-ci ilin noyabr ayında zəng edərək görüşmək istədiyini bildirmiş, o, razılıq verdikdə Emil ona görüşmək istəməsnin səbəbini belə bildirmişdir ki, marketi olan Səbirə adlı qadınla iş birliyi qurmaq istəyir, lakin ona Səbirəyə vermək üçün 3.000 manat pul lazımdır. Əgər o, ona 2 aylığa 3.000 manat versə 2 aydan sonra 3.000 manatı qaytarmaqla yanaşı, əlavə olaraq 500 manat ona qazanc verəcəkdir. O, əvvəl razılaşmaq istəməmiş, çünki Səbirə adlı qadını tanımırmış, lakin Emil Səbirə adlı qadın haqqında ətraflı danışdığından ona inanmış və bundan bir neçə gün sonra Emil Səbirənin idarə etdiyi «Range Rover» markalı dövlət nömrə nişanına fikir vermədiyi avtomobili ilə Sumqayıt şəhərinə gəlmişdir. O, Emillə Sumqayıt şəhəri 15-ci məhəllə ünvan 4 ünvanda yerləşən Asan Xidmətin yaxınlığında görüşmüşdür. Belə ki, Emil maşından enibona yaxınlaşmış, lakin Səbirə idarə etdiyi avtomobildən enməmiş və o, onu görməmişdir. O, Emil ilə birlikdə özünə məxsus avtomobilə əyləşərək orada Emilə 3.000 manat pul vermişdir. Bundan təxminən iki həftə sonra Emil ona yenidən zəng edərək, 3.000 manatdan əlavə, Səbirəyə vermək üçün 10.000 manat da borc pul istəmiş, o, ona pulu olmadığını bildirmiş, Emil ona 10.000 manat pul verdikdən sonra özlərinə qurduqları biznesdən gələn gəlirdən 03 aydan sonra həmin puldan əlavə 2.000 manat pul verəcəyini bildirmişdir. O da Emilə inanaraq "xxxx" ASC-dən 10.000 manat pul krediti götürmüş, pulu götürdüyü günü Emil ilə Səbirə onun əvvəllər işlədiyi “Caspian Plaza”-ya gəlmişlər və onlar üçü də onun idarə etdiyi avtomobildə görüşüb orada 10.000 manat pulu sayaraq Emilə vermişdir, Emil isə pulu avtomobildə Səbirəyə vermişdir. Bundan təxminən bir-iki gün sonra Səbirə ona zəng edərək, əlavə 20.000 manat da pul istəmiş və deməsinə görə, bunun müqabilində ona 5.000 manat da pul verəcək idi. Lakin o, bu qədər pulu verə bilməyəcəyinə görə bununla razılaşmamışdır. Beləliklə, o, ümumilikdə 13.000 manat Emilə borc vermişdir. Bundan bir neçə gün sonra Səbirə və Emil ilə Emilin xahişi ilə görüşmüş, görüş zamanı Emil və Səbirə yeni mağaza alacaqlarını, həmin mağazanı işlətmək üçün ondan 60.000 manat pul istəmişlər. O isə pulu olmadığını bildirmiş, bu vaxt Səbirə ona təklif etmişdir ki, yaşadığı evi girov qoyub 60.000 manat pul götürüb ona versin, o isə bunun qarşılığında 2-3 ay ərzində ona 20.000 manat pul verəcəkdir. O, Səbirənin təklifi ilə razılaşmamış, hətta Səbirədən öz mənzilini girov qoyub pul almamasının səbəbini soruşmuş, Səbirə isə yaşadığı evin anasının adına olduğunu bildirmişdir. Təxminən 2-3 ay sonra Emil onun "xxxx" ASC-dən götürdüyü 10.000 manat kreditindən 8.000 manatını ödəmiş, bankın qalan 2.000 pulunu və digər faizlərini isə özü ödəmişdir. Bundan başqa, Emil ondan aldığı 3.000 manat pulu da qaytarmamışdır. Beləliklə, Səbirənin ona 5.000 manat borcu vardır. Pulları Emilə versə də bilir ki, Emil həmin pulları Səbirəyə vermiş, bu pula görə Emilin heç bir qazancı olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Para Bank”-a məxsus lombartda vətəndaşlar tərəfindən təhvil verilən qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs sonuncu lombarda gəlib getdiyi dövrdən tanımışdır. Münasibətləri yarandığı üçün Səbirə ona işini artırmaq məqsədilə pula ehtiyacının olduğunu bildirmişdir. Pulu isə evi banka girov qoyub almaq istədiyini bildirmişdir. O da Səbirə xanımın xətrini istədiyi üçün ona bildirmişdir ki, geniş əlaqələri var, tanış hərbiçi dostu vasitəsi ilə bankdan ipoteka kreditini ala bilər. Belə ki, hərbiçilər üçün bu sahədə güzəştlər mövcuddur. Həqiqətən onun Quba rayonunda Daxili Qoşunlarda zabit kimi xidmət edən dostu Şahid2 Adıböyük oğlu vardır. 2018-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs halhazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs1 ilə birlikdə lombarda yanına gəlmiş və bildirmişdir ki, ipoteka kreditini Kəmalə xanımın ünvan 9 ünvanında yerləşən evini banka girov qoymaqla almaq istəyir. Bundan sonra o, Qiyasa zəng edərək, ipotekaya ev girov qoyub pul götürmək lazım olduğunu deyib bu işdə ona köməklik etməsini xahiş etmiş, Qiyas da kredit bir neçə aya ödənildiyi təqdirdə bu işə qoşula biləcəyini demişdir. Belə ki, Qiyas xidməti yerini dəyişəcəyini, özünə də ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir. Səbirə bildirmişdir ki, 3 aya hər ay təxminən 30.000 manat ödəməklə krediti özü bağlayacaqdır. Bundan sonra Səbirə özü də Qiyasla görüşüb danışıb razılaşmışdır. Onların ipotekaya ilkin ödəniş etmək üçün pulları çatmadığına görə ondan xahiş etmişlər ki, bu işdə onlara köməklik göstərsin. O da bu işi görmək üçün onlara köməklik edə biləcəyini bildirmişdir. O, bunun qarşılığında özünə 1.500 manat pul istəmişdir. Səbirə də bununla razılaşmış və bir neçə gün sonra Səbirə xanım və Kəmalə xanımla lombartda görüşmüşdür. İpoteka krediti qoyulması üçün əvvəlcədən banka ilkin ödəniş etmək lazım olmuşdur. Kəmalə xanımın evi bank tərəfindən 129.000 manat qiymətləndirilmişdir. Buna görə də banka ilkin olaraq 31.000 manat pul ödənilməli idi ki, bank qalan 98.000 manat pulu versin. Həmin vaxt Səbirə ilə Kəmalənin 16.000 manat pulu olduğuna görə, ondan bu iş üçün qalan 15.000 manat pulu ödəməsini xahiş etmişlər. Həmçinin Səbirə bildirmişdir ki, bankdan pul aldıqdan sonra ona 15.000 manat, əlavə olaraq əziyyətinə görə isə daha 1.500 manat pul verəcəkdir. Bildiyinə görə bankdan götürülən pula Səbirə ilə Kəmalə şərikli market işi qurmaq istəmişlər. Qiyasa 15.000 manat pul ödəmiş, ipoteka krediti bağlanmamışdan 2 gün əvvəl Qiyas banka gedərək, cəmi 31.000 manat pul ödəmiş, , 15 dekabr 2018-ci ildə Qiyas ilə Kəmalə xanım notariusda alqı-satqı bağladıqdan sonra Qiyas ona zəng edərək, banka gedib pul götürəcəklərini bldirmişlər. O, onların olduğu notariusa gəlmişdir. Orada Qiyas, Kəmalə və Səbirə oradan çıxmışlar. Pulları bankdan götürmək üçün notariusda qəbz verilmişdir. Həmin qəbz Səbirədə olmuşdur. Onlar oradan Səbirənin idarə etdiyi avtomobillə Sahil metrostansiyasının yaxınlığında yerləşən “NBC” banka getmişlər. Orada pul köçürmə prosesinin gec olacağını və həftə sonu olduğu üçün digər iş günü gəlib pulu götürmələrini bildirmişlər. O, öz pulunu almaq üçün Səbirədən qəbzi götürmüşdür ki, özləri onsuz gedib pulu bankdan çıxardıb, onun pulunu verməzlər. 2018-ci ilin dekabr ayında onlar əlaqə saxlayaraq, Səbirə və Kəmalə ilə birlikdə Nəsimi RPİ-i ilə üzbəüz fəaliyyət göstərən “NBC” banka getmişlər. Orada bir müddət gözlədikdən sonra, Kəmalə kassadan 129.000 manat pulu götürmüşdür. Kassanın qarşısında Səbirə də dayanmışdır. O isə bankın foyesində olan oturacaqlarında əyləşib işin sonunu gözləmişdir. Kassadan pul pəncərənin qarşısına qoyulduqdan sonra Kamələ pula əl vurmadan kassanın qarşısında pəncərənin ağzından pulları Səbirə çantasından çıxardığı sellofan torbaya yığıb çantasına qoymuşdur. O, Səbirədən Qiyasa verdiyi 15.000 manat pulu və özünə çatacaq 1.500 manat pulu istəmiş, Səbirə ona 15.000 manat pulu vermiş, lakin 1.500 manat pulu verməyərək sonra verəcəyini bildirmişdir. Bundan sonra Qiyas ona zəng edərək, Səbirəgilin Qubaya gələcəyini bildirmiş və onu da Quba şəhərinə çağırmışdır. Bu səbəbdən o, tanışı Şahid3la quba şəhərinə getmiş, orada Asan xidmətin qarşısında Səbirəni, Səbirənin tanışı Vüqarı, Kəmalə və Qiyası görmüşdür. Qiyas hansısa sənədləşmənin aparılması üçün Səbirəyə etibarnamə vermişdir. Orada Qiyas iltizam yazaraq, Yasamal rayonu, N.Nərimanov meydanı ev 31/33, mənzil 14 görə verilmiş ipoteka krediti ödənildikdən sonra evi Kəmalənin adına keçirəcəyini qeyd etmişdir. O və dostu həmin məsələni bildiklərinə görə onlara şahid kimi imza çəkməyi xahiş etmişlər. Onlar da şahidlik etdiklərinə görə imza çəkmişlər. Daha sonra Səbirədən ona çatacaq 1.500 manat pulunu istəmiş, Səbirə isə pulu özü ilə gətirmədiyini, sonra verəcəyini bildirmişdir. Onun orada kimin nə marağı olduğunu və kimin kimi aldadıb pul aldığını bilmir. O, sadəcə olaraq öz xeyri olan 1.500 manat pula görə bu işə razılıq vermişdir. Sonda da 1.500 manat pulu ala bilməmişdir. Amma bildirmək istəyir ki, Səbirə pulu götürəndən sonra maşınını dəyişib özünə «Galinvagen» markalı maşın almışdır. Bu məsələyə görə dostu Şahid2la da münasibətləri korlanmşdır. Sonuncu bank tərəfindən incidilir, ondan bank krediti ödəməyi tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 Adıböyük oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Şahid1 vasitəsi ilə tanıyır. Belə ki, o, 2011-ci ildən 2015-ci ilə qədər DİN-in Quba rayonunda yerləşən hərbi hissəsində bölmə komandiri vəzifəsində çalışmışdır. 2019-ci ildən isə DİN-in Xətai RPİ-nin PPXB-in bölük komandirinin müavini vəzifəsində çalışır. Pərviz 2018-ci ilin dekabr ayında ona zəng edərək, yaxın tanışına təcili pul lazım olduğunu, həmin tanışının özünə məxsus evi ipotekaya qoyaraq 3 aylıq pul çıxaracağını, lakin bunun üçün hərbiçi lazım olduğuna görə mənzili girov qoyaraq krediti onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu işlərdən anlayışı olmadığına və Pərvizlə dost olduğu üçün bu işdə ona kömək edə biləcəyini bildirmişdir. Hətta Pərviz bildirmişdir ki, onun adına olacaq bank krediti 3 aya bağlanacaqdır. 2018-ci ilin dekabr ayında o, Bakı şəhərində olan zaman Pərvizdən bilmişdir ki, halhazırda məhkəmə zalında gördüyü Kəmalə xanım evi ipoteka kreditinə qoyub bankdan götürdüyü pul ilə Səbirə xanıma verməlidir. O, Pərvizin xahişi ilə Kəmalə xanıma ipoteka kreditini öz adına razı olduğunu bildirmişdir. Kəmalə xanıma məxsus olan Yasamal rayonu, Nərimanov meydanı ev 31/33, mənzil 14 ünvan bank tərəfindən 129.000 manata dəyərləndirilmiş, bundan sonra onlar Bakı şəhərində görüşüb notariat kontorunda da alqı-satqı müqaviləsi bağlamışlar. Bankdan deyilənə görə ipoteka krediti götürmək üçün evin qiymətinin 30 faizi, yəni 31.000 manat ödənilməli idi. Onlar birlikdə 2018-ci ilin dekabr ayının 15-də Bakı şəhərində yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Orada Kəmalə xanıma bankdan pul çıxarmaq üçün qəbz vermişlər. Qəbzi daha sonra Kəmalədən Səbirə götürmüşdür. O isə onlardan aralanıb çıxıb getmişdir. Ona bu köməyinə görə heç kəs pul verməmişdir, bu işi yalnız dostu Pərvizə görə etmişdir. Bundan bir neçə gün sonra Səbirə ona zəng edərək, Kəmalə xanımın evinə görə narahat olduğunu Qubaya gəlib onunla görüşmək istədiklərini bildirmişdir. O da etiraz etməmişdir. Bir neçə saatdan sonra Səbirə ilə Kəmalə Qubaya gəlmişlər. Onun xahişi ilə Pərviz Ramin adlı tanışı ilə Qubayə gəlmişlər. Belə ki, bu işə Pərvizin vasitəsi ilə cəlb olunduğu üçün sonuncunu çağırmışdır ki, gəlib bu söhbətlərdə iştirak etsin. Kəmalə xanımın danışığından başa düşmüşdür ki, sonuncuya mənzilinə görə əlavə təminatlar lazımdır. Yəni, Kəmalə xanım əmin olmaq istəyirdi ki, heç bir halda mənzil ondan alınmayacaqdır. Səbirənin təklifi ilə Qubada yerləşən Asan Xidmətə gedib 2 gün müddətinə Təqsirləndirilən şəxs formal aldığı mənzilin üzərində səlahiyyətlərin ona verilməsinə dair etibarnamə vermiş, həmçinin öz xətti ilə Pərviz və Raminin şahidliyi ilə Kəmalə xanımın adına olan evin formal olaraq onun adına keçdiyini, pul tam ödənildikdən sonra evi Kəmalə xanımın adına keçirəcəyini bildirən qəbz yazmışdır. Lakin, evin kreditini Səbirə ilə Kəmalə ödəmədiyi üçün bankın tələbi ilə 1000, 500 və 300 manat olmaqla banka pul ödəmişdir. Hal-hazırda da bankın iddiasına görə Quba rayon məhkəməsində o, cavabdeh qismində iştirak edir, bank ondan kreditin qalıq hissəsi olan 21.000 manatın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid7 Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin onun adını dostu Zərərçəkmiş şəxs3 eşitmişdir. Belə ki, Cavad 14 noyabr 2019-cu il tarixdə ona zəng vurub görüşmək istədiyini bildirmiş və ona təcili olaraq 5.000 manat lazım olduğunu demişdir. Ondan pulu nə üçün istədiyini soruşduqda Cavad bildirmişdir ki, Səbirə adlı xanıma məxsus və Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Olimp» marketini şərik işlətmək üçün Səbirəyə 10.000 manat pul verməli, lakin özündə cəmi 5.000 manat olduğu üçün ona 5.000 manat borc pul verməsini xahiş etmişdir. Cavadla yaxın dost olduğu üçün həmin məbləği Cavada vermişdir. Bir müddətdən sonra Cavad ona Səbirə tərəfindən aldadıldığını, ondan heç bir xeyir görmədiyini bildirmişdir. Cavad onun pulunu qaytardığına görə ona qarşı heç bir şikayəti yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsləri tanımır. O, 2018-ci ildən hal-hazıradək "xxxx" ASC-nin İpoteka şöbəsində işləyir. Zərərçəkmiş şəxs1 mənzilinin İpoteka krediti yolu ilə Şahid2 tərəfindən alqı-satqısından məlumatı yoxdur, bu proseslərdə iştirak etməmişdir. İbtidai istintaq zamanı bir mütəxəsis kimi bankın ipoteka krediti verməsi qaydaları ilə bağlı ifadə vermiş, yalnız eşitdiyi o olmuşdur ki, Şahid2 ipoteka kreditinin ödənilməsində problemlər yaranmışdır. Məhkəməyə də izah edir ki, ipoteka kreditinin verilməsi prosesinin başlanılması üçün kredit götürmək istəyən şəxs bir neçə sənədləri, yəni özünə aid şəxsiyyət vəsiqəsi, ailə üzvlərinin, yəni ərin (arvadın) və övladlarının şəxsiyyət vəsiqələrinin, nikah haqqında Şəhadətnamənin, o cümlədən ailə tərkibi, gəlir barədə arayışlar və əmək haqqının kart hesabından son bir ilin çıxarışı, əgər kredit götürmək istəyən şəxs polis və ya hərbçi olarsa, göstərilən sənədlərlə yanaşı, 02 ədəd, yəni Maliyyə şöbəsindən vəzifəsi, gəliri və iş stajı barədə arayış, həmçinin həbrçilər şəxsi (hərbi) vəsiqəsinin Notarial təsdiq olunmuş surətlərini Bankın İpoteka şöbəsinətəqdim etməlidirlər. Bütün sənədlər kredit götürmək istəyən müştəri tərəfindən Banka təqdim edildikdən sonra müştərinin tələb etdiyi kredit məbləği, həmçinin bütün anket məlumatları dəqiqləşdirilir və əgər müştərinin ipoteka şərtlərini ödəmə ehtimalı yüksək olarsa, bu barəd bankdaxili «Memorandum» hazırlanıb Bankın Kredit Komitəsinə bildirilir, nəticədə Komitə tərəfindən təsdiqləndiyi halda, Bank tərəfindən müştəriyə ipoteka krediti ayrılması prosesinə başlanılır. Sənədlərin təqdim olunmasından asılı olaraq, müştərinin ipoteka kreditinin verilməsi 3 gündən 14 gün müddətinədən dəyişə bilər. Bundan sonra müştəri ipoteka ilə almaq istədiyi evi və ya mənzili müəyyən edilb, mənzilə dair DƏDRXdən Çıxarış, evin texniki pasportu və sahibinin şəxsiyyət vəsiqəsinin surətini Bankın İpoteka şöbəsinə təqdim edir. Sonra isə, Bankın əməkdaşlıq etdiyi Qiymətləndilmə şikrətinin əməkdaşları tərəfindən ipotekaya qoyulması nəzərdə tutulan evin fotoşəkilləri çəkilərək ərazi üzrə qiymətləndirilməsi aparılır. Sonra Qiymətləndilmə şikrəti tərəfindən tərtib olunmuş sənədlər Bankın Kredit Komitəsinə bildirlir. Əgər Komitə tərəfindən müştəriyə kredit ayrılması təsdiqlənərsə, Bank tərəfindən müştəriyə Forma 1 (mənzilin girovda olmaması haqqında arayış, Forma 2 (mənzildə qeydiyyatda olan şəxslərə dair arayış), eyni zamanda mənzildə qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrinin Notarial təsdiq olunmuş surətləri və mənzilin satılmasına dair razılıq ərizələri, mənzili satan şəxsin şəxsiyyət vəsiqəsinin Notarial təsdiq olunmuş surəti, alıcının ərinin (arvadının) mənzilin alınması va yə Banka irov qoyulması dair razılıq ərizəsi, mənzili satan şəxs əgər nikahdadırsa, Nikah haqqında Şəhadətnaməsi, əgər boşanmışdırsa, bu barədə Qeydiyyat İdarəsindən verilmiş arayışın və əgər subaydırsa, Subaylıq haqqında arayışın Notarial təsdiq olunmuş surətləri təqdim etmək xahiş olunur. Həmin sənədlər tam hazır olduqdanm sonra alıcı ilə bank əməkdaşı tərəfindən Bankda alıcının adına hesab açılması üçün dəvət olunur və ilkin ödəniş və kredit sənədləri rəsmiləşdirilir, Bank tərəfindən ayrılmış ipoteka krediti alıcının bank hesabına köçürülür, ilkin ödənişlə ayrılmış kredit ödəniş tapşırığı ilə birlikdə mənzilə dair alqı-saqtını həyata keçirəcək Notariusun hesabına köçürülür. Daha sonra alıcı və satıcı ilə bank nümayəndəsinin iştirakı ilə Notariusda alqı-satqı aparılır və proses başa çatdıqdan sonra Notarius ipoteka kreditinin satıcının hesabına keçirilməsinə dair qəbz verir. Bütün bu proseslərdən sonra mənzilin sahibi olmuş satıcı 03 (üç) iş günü ərzində Banka yaxınlaşaraq qəbz üzrə hesabında olan məbləği çıxara bilər. Bank ipoteka kreditinin verilməsi prosesi tam başa çatdıqdan sonra müştəriyə bank sənədlərini, yəni ödəniş cədvəli, alqı-satqı müqaviləsi, kredit müqaviləsi, sığortaların nüsxəsi alıcıya təqdim olunur. Bundan sonra alıcı həmin sənədlərlə birlikdə DƏDRX-ə getməli və mənzilin ipoteka yüklü olması barədə məlumat verməlidir. Sonra isə mənzilin onun mülkiyyətinə keçirilməsi müraciət edir və mənzil DƏDRX tərəfindən müştərinin mülkiyyətinə keçirildikdən sonra Bank həmin mənzili ipoteka yüklü elan edir. Bütün bu proseslər tam bitdikdən və müştəri tərəfindən ipoteka krediti tam ödənilib borcu bağlanıldıqdan sonra Bank həmin mənzili ipoteka yükündən azad olunması barədə DƏDRX məktub ünvanlayır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 06 il olar ki, tanıyır, onunla normal münasibətləri olmuşdur, belə ki, o, təxminən 06 il əvvəl özünə məxsus qızıl-zinət əşyalarını Pərvizin işlətdiyi və metronun «N.Nərimanov» stansiyasının yaxınlığında yerləşən Lombarda girov qoyaraq pul götürdüyü zaman tanış olmuş və həmin vaxtdan etibarən onların münasibətləri yaranmışdır, aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və ya Şahid2 Adıböyük oğlunu tanımır və onlarla heç bir münasibəti olmamışdır. Təxminən 2018-ci ilin dekabr ayının ortalarında, dəqiq tarixini xatırlamadığı gün Şahid1 onunla əlaqə saxlayaraq, etrəsi gün Quba rayonuna gedəcəyini bildirmiş və onun ona yoldaşlıq etməyini xahiş etmişdir. O da onunla razılaşmış, bunun sabahısı gün Şahid1 tanımadığı taksi sürücüsü ilə birlikdə onun yaşadığı Sumqayıt şəhərinə gəlmiş və onlar oradan birlikdə Quba rayonuna getmişlər. Oraya çatdıqda Pərviz ona demişdir ki, bir nəfər qadından 1.500 (bir min beş yüz) manat məbləğdə pul alacağı vardır və bunun üçün onlar birbaşa Quba şəhərində yerləşən Asan Xidmətin binasına daxil olmuşlar. O, Asan Xidmətdə kafedə əyləşib Pərvizi gözləməyə başlamış, bir neçə dəqiqədən sonra Şahid1 ona zəng edərək öz aralarında izahat yazdıqlarını demiş və şahid kimi imza edib-edə bilməyəcəyini soruşmuşdur. O isə yoldaşlıq xatirinə, Pərvizin təklifinə imtina etməmiş və onların olduğu yerə getmişdir. Bu zaman orada Pərvizdən başqa, bir nəfər təxminən 40 yaşlı, bir nəfər təxminən 50-55 yaşlı qadınların və bir nəfər hərbi geyimdə olan şəxsin də olduğunu görmüşdür. Sonra o, imza etməli olacağı sənədə baxmış, həmin sənəd səhv etmirsə «İzahat» olmuş, yaşlı qadın və hərbçi kişi arasında əlyazma yazılırmış. O, göstərdiyi sənədi oxuyanda, başa düşmüşdür ki, orada olan iki qadından biri evin sahibidir, aralarında alqı-satqı aparılmışdır və alqı-satqı başa çatandan sonra qarşı tərəf, yəni hərbçi kişi evi yenidən sahibəsi olan qadına geri qaytarmalıdır. Ona görə də, o, artıq həmin şəxslərin arasında razılaşma olduğunu başa düşdüyü üçün digər üç nəfər, yəni xanımlardan biri, xanımların gəldiyi taksi sürücüsü və Pərviz ilə birlikdə o da həmin sənədə imza etmişdir. Sonra onlar Asan Xidmətin binasından çıxıb həyətinə getmişlər. Orada Pərviz 40 yaşlı, uzun boylu qadından 1.500 (bir min beş yüz) manat məbləğdə pulunu istəmiş, həmin qadın isə Quba rayonuna pul ilə getməli olmadığını və həmin vaxtı üstündə nağd pulu olmadığını bildirmiş və Bakı şəhərinə qayıtdıqdan sonra Pərvizin pulunu verəcəyinə söz vermişdir. Bu zaman Pərvizlə həmin qadının arasında sözlü mübahisə yaranmış və həmin qadınlar gəldikləri taksiyə əyləşib oradan getmişlər. Pərvizlə o, isə gəldikləri taksi sürücüsü ilə birlikdə Qubada nahar etdikdən sonra Sumqayıt şəhərinə geri qayıtmışlar. Bundan sonra o, onların arasında olan məsələlər və ya problemlərdən heç bir məlumatı olmamışdır. Bir müddət sonra o, Polisdən çağırdıqda, Pərvizlə əlaqə saxlayıb nəyə görə çağırıldığını soruşmuş və o, onunla bağlı heç bir problem olmadığını, məsələnin onunla bağlı olduğunu demişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid2 Adıböyük oğlu, Şahid1 və X7 əvvəllər heç vaxt tanımamış və onlarla heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. O, 2017-ci ilin yanvar ayından etibarən "xxxx" ASC-də hazırda xidmət etdiyi vəzifədə işləyir, əsas iş prinsipi isə Bankın adından müxtəlif alqı-satqı və digər notarial müqavilələrin bağlanılmasında iştirak etmək və Bankı təmsil etməkdən ibarətdir. Belə ki, bir neçə şöbə, eləcə də, İpoteka şöbəsi tərəfindən ona tarixi və yeri bildirilməklə, müəyyən Notarius kontorunda müqavilə imzalanmasında iştirak etməyi bildirilir və o, həmin ünvanlara getdikdən sonra alıcı və satıcı tərəfindən üçtərəfli müqavilələrin bağlanılmasında, Bankın adından üçüncü tərəf olaraq iştirak edir. Ona təqdim olunmuş, 15 dekabr 2018-ci il tarixli 54 saylı Notarius Kontorunda bağlanılmış müqavilənin surətində olan fotoşəkil və imza ona aiddir. Həmin müqavilənin bağlanılmasını dəqiq xatırlamasa da, digər hallarda olduğu kimi qeyd olunan alqı-satqı müqaviləsinin bağlanılmasında da o, etibarnamə əsasında "xxxx" ASC-nin nümayəndəsi kimi iştirak etmişdir. Bundan başqa, yuxarıda adları göstərilən şəxslərlə Bank arasında olan hər hansı bir problem və ya digər məsələlərdən onun heç bir məlumatı olmamışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Şahid2 Adıböyük oğlunun adından Təqsirləndirilən şəxs arasında bağlanmış 19 dekabr 2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, birinci tərəf, yəni Zərərçəkmiş şəxs1 ünvan 11 ünvanında yerləşən sahəsi 58,79 kb.m olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayış onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin “ikinci tərəfə” satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayaış, torpaq sahələri) “ikinci tərəf”in mülkiyyətinə verilməsini öhdəsinə götürür. Cinayət işi materiallarında olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən müəyyən olunur ki, Şahid2 Adıböyük oğlunun adına 14 dekabr 2018-ci il tarixdə "xxxx" ASC-də 98.000 manat pulun verilməsinə dair kredit müqaviləsi bağlanmış və Şahid2 300 ay müddətinə aylıq 692,64 manat ödəməklə üzərinə öhdəlik götürmüşdür. Cinayət işi materiallarında olan etibarnamənin surətindən müəyyən olunur ki, Şahid2 Adıböyük oğlu 18 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs əldə edilmiş əmlaklarına, hüquqlarına və digər əməliyyatlara sahiblik hüququ verən etibarnamə vermişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri, Yasamal rayonu 19 saylı xüsusi notariat kontorunda tərtib edilmiş, 19 dekabr 2018-ci il tarixli sənəddən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 adından həmin tarixdə "xxxx" ASC-nin İnvest filialının hesabına 31.000 manat depozit yatızdırılmış və daha sonra qəbul edilmişdir Cinayət işi materiallarında olan Bakı şəhəri Yasamal rayonu 19 saylı xüsusi notariat kontorunda tərtib edilmiş 19 dekabr 2018-ci il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 31.000 manat pulun "xxxx" ASC-nin İnvest filialına qoyularaq daha sonra Zərərçəkmiş şəxs1 ödənilməsi üçün Təqsirləndirilən şəxs ilə qarşılıqlı ərizə əsasında razılığa gəlmişlər. Məhkəmədə Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin İnvest filialına qoyulan 31.000 manat pulu almadığını bildirmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 60364 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmə kollegiyası iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs dələduzluq etməməsi ilə bağlı verdiyi ifadəsinin özünü müdafiə xarakteri daşıması, törətdiyi cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olması qənaətinə gəlir. Çünki, Təqsirləndirilən şəxs ifadələri ziddiyyətli olmaqla işdə olan digər sübutlarla təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı ifadəsində anasının kart hesabındakı balansda nədənsə mənfiyə düşmə olduğundan anası ilə banka yaxınlaşdığını, banka müraciət edib anasının kartından necə pulu çıxara biləcəklərini maraqlandığını, orada Zərərçəkmiş şəxs2 tanıdığını bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrində anası X2 adına 2.500 manat kredit götürmək üçün "xxxx" ASC-nin Yasamal filialına getdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrində Yolçu adlı şəxsə məxsus “Palma” marketi avadanlığı və malları ilə birlikdə 100000 manata icarəyə götürəcəklərini göstərmiş, apellyasiya baxışı zamanı isə marketi 200000 manata icarəyə götürəcəklərini, 100000 manatın artıq tərəfindən Yolçu adlı şəxsə verildiyini, qalan 100000 manatın isə Emil tərəfindən verilməli olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrində ipotekaya dair ilkin ödənişi 31000 manatı Pərvizin ödədiyini göstərsə də, apellyasiya baxışı zamanı ifadəsində ilkin ödənişin Kəmalə xanım və Emil tərəfindən ödənildiyini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrində Emilin Şəhlanın ona verdiyi 1500 manat pulu ona verdiyini, bir aya 2500 manat pulu Emilə verərək Şəhlaya qaytardığını göstərmiş, apellyasiya baxışı zamanı ifadəsində isə Şəhlanın ona 1500 manat pul vermədiyini, Şəhlaya hissə-hissə pul qaytarmadığını göstərmişdir. Təqsirləndirilən şəxs ifadələri arasında olan uyğunsuzluq və ziddiyətlər həmin ifadələrin mötəbərliliyini şübhə altına alır. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadələrində Emilə özünün xüsusi dövlət orqanlarının nümayəndəsi olmasını bildirmədiyini, belə bir şey olmadığını göstərmişdir. Lakin, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arazında olan yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “siz polisdə işləyirsiz?, Təqsirləndirilən şəxs cavab olaraq “xeyir Detexada”, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “harda? DTX?” Təqsirləndirilən şəxs cavab olaraq “Mili tehlukesizyde” işlədiyini bildirmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan yazışmanın olmasını etiraf etsə də, bunu ciddi yazmadığını göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində ilkin olaraq Emilin ona zəng edərək onunla görüşmək istədiyini bildirdiyini, Kəmalə xanımın evini ipotekaya verməklə kredit alınmasına razılıq verdiyini və onunla yenidən danışmalarını Emilin dediyini göstərmiş, Zərərçəkmiş şəxs2 isə bunu inkar edərək şərik olmağı ilk olaraq Təqsirləndirilən şəxs ona təklif etdiyini, Kəmalə xanıma müraciət etdikdə sonuncu evini ipotekaya verməklə kredit alınmasına razılıq vermədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 da Emilə evini ipotekaya verməklə kredit alınmasına razılıq vermədiyini, daha sonra Təqsirləndirilən şəxs ona təsir etməsinə və aldatmasına əsasən bunu etdiyini göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində Emilin ona zəng edərək Nərimanov rayonunda yerləşən “Parabank”-ın onlara lazım olan krediti verə biləcəyini, orada yaxın tanışları olduğunu, Emilin təklifi ilə o, Kəmalə xanım ilə birlikdə “Parabank”-a getdiyini və orada Emilin onları özünü bankın işçisi kimi təqdim edən Pərviz və Ramin adlı şəxslərlə tanış etdiyini göstərsə də, həmin hallar da təsdiqini tapmamışdır. Çünki, Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Pərviz və Ramin adlı şəxslərlə tanış etmədiyini, Zərərçəkmiş şəxs1 da “Parabank”-a Təqsirləndirilən şəxs ilə getdiyini, Zərərçəkmiş şəxs2 getmədiyi göstərmiş, həmçinin, Şahid1 və Şahid3 da ifadələrində Zərərçəkmiş şəxs2 tanımadıqlarını göstərmişlər. Təqsirləndirilən şəxs ifadəsində 98.000 manat pulu Kəmalə xanımın götürdüyünü və öz çantasına yığdığını göstərsə də, qeyd olunan halda təkzib edilmiş, pulun Təqsirləndirilən şəxs tərəfindən götürülməsi müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində pulun Təqsirləndirilən şəxs tərəfindən götürülməsini göstərmiş, bu halı Şahid1 da təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs3 onun mağazasına 2.500 manat dəyərində peçenye, vafli, çay, spirtli içki və enerji içkisi gətirib verdiyini, Cavaddan 10.000 manat pul almadığını göstərsə də, qeyd olunan hal da Zərərçəkmiş şəxs3 ifadəsi ilə təkzib edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ifadələri həm özü-özlüyündə ziddiyyətli, həm də artıq cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşmadığından, həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəmiş və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Şikayət müəllifi Şahid2 Adıböyük oğlunun Zərərçəkmiş şəxs1 8000 manat pul qaytarması faktının birinci instansiya məhkəməsi tərəfindən gözardı edildiyini qeyd etsə də, həmin dəlil də əsassız olmuşdur. Çünki, Şahid2 Zərərçəkmiş şəxs1 8000 manat almadığını bildirmişdir. Bundan əlavə, apellyasiya şikayətində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 təkidi ilə evi bankda ipoteka ilə yüklü etməsi və pul çıxarmasına səthi yanaşılması qeyd edilsə də, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 ifadələri ilə qeyd olunan hal təkzib edilmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs ifadə vermək hüququndan imtina edərək məhkəməyə heç bir ifadə vermədiyi, onun ifadə verməsinin həqiqətə uyğun olmaması, Zərərçəkmiş şəxs3 yalnız bir məhkəmə iclasına gəldiyi və ifadə vermədiyi, şahidlər Şahid4, Şahid1, Şahid3 dindirilərkən müdafiə tərəfinin onlara suallar verərək işin faktiki hallarının araşdırıla bilməsi üçün məhkəmə tərəfindən onlara imkan yaradılmadığı qeyd edilsə də, cinayət işinin materiallarında olan məhkəmə iclasının protokollarından görünür ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs3 ifadə vermiş, həmçinin Şahid4, Şahid1 və Şahid3 müdafiə tərəfinin verdiyi sualları cavablandırmışlar. Müdafiə tərəfi məhkəmə iclasının protokollarına dair hər hansı qeyd verməmişdir. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan CM-in 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Hazırkı halda, Təqsirləndirilən şəxs əməlləri CM-in 178.3.2-ci maddəsi ilə uzlaşmış, hökm “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilənlərə riayət etməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası müdafiə tərəfinin dəlillərini əsaslı hesab etmir və bu qərardan fərqli qərar qəbul etmək üçün əsas görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxslərin apellyasiya şikayəti təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı olmuşdur. Məhkəmə kollügiyası, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması üçün hər hansı əsas görmür və həmin şikayətləri əsassız hesab edir. Əksinə, məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaları işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyandan qismən ödəməsini, Zərərçəkmiş şəxs3 Nemət oğlunun ondan şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Cinayət işi materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Xanatova Aynur adlı, xx.xx.2008-ci il təvəllüdlü Xanatov Əvəz adlı yektiklik yaşına çatmayan iki övladı, xx.xx.2010-cu il təvəllüdlü Xanatov Rüfət adlı bir azyaşlı övladı vardır. Bundan əlavə, CM-in 59.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs3 ona dəymiş zərərin tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bunlardan əlavə, Zərərçəkmiş şəxs2 ifadələrində verdiyi pulun 7000 manat hissəsinin ona qaytarıldığını göstərmiş, həmçinin, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2020ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona 5000 manat ödənilmişdir. CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamışdır. Təqsirkar şəxsin ilk dəfə məhkum olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hallar qismində CM-in 59.1.4cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3lə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dəymiş zərəri tamamilə ödəməsini, əvvəllər məhkum olunmayaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair 1(101)- 72/2022 saylı, 12 aprel 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməli və ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2022 saylı, 12 aprel 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) aya endirilsin. Hökm qalan hissələrdə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar