Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-35/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu ərazisində kirayə evlərdə yaşamış, barəsində olan digər cinayət işi üzrə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(004)-155/2024 saylı hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(004)- 155/2024 saylı hökmünə əsasən (hakim Orxan Məmmədli) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddətin (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 02 il 11 ay 22 gün (iki il on bir ay iyirmi iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun üzərinə Siyəzən rayon ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, ona narkomaniyadan məcburi müalicə təyin olunaraq ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə eyni zamanda, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir büküm təmiz çəkisi 0,751 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 16:30-da Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq 29-cu PŞ-nın inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol cibindəki bir ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,751 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 01 aprel 2024-cü il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 15 aprel 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, hökmlə təyin edilmiş 3000 manat miqdarda cərimə cəzası Siyəzən rayon məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzadan məhkəmənin 02 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, yalnız 3000 manat miqdarda cərimə cəzasının əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və həmin tarixdən onun Siyəzən rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzası üzrə yaranmış məhkumluğunun ödənilmə müddətinin axımı başlanmışdır. Hazırki iş üzrə onun tərəfindən cinayət əməli 01 sentyabr 2023-cü il tarixdə törədilmiş və həmin vaxt üzərində ödənilməmiş məhkumluğunun olması əməlində cinayətlərin residivinin yaranmasına səbəb olmuşdur. Lakin məhkəmə tərəfindən cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamış, eyni zamanda təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəsissəsinin növü düzgün müəyyən edilməyərək, cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Apellyasiya baxışında Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(004)-155/2024 saylı hökmünün cinayət qanunun normasının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etdi. Apellyasiya baxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024cü il tarixli, 1(004)-155/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(004)-155/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sübutlarla tam təsdiq olunmuş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən cinayət qanunu normasını pozmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 15 aprel 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, hökmlə təyin edilmiş 3000 manat miqdarda cərimə cəzası Siyəzən Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzadan məhkəmənin 02 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş və həmin tarixdən onun Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzası üzrə yaranmış məhkumluğunun ödənilmə müddətinin axımı başlanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədən vaxt, yəni 01 sentyabr 2023-cü il tarixdə onun üzərində əvvəl məhkum olunduğu Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü üzrə ödənilməmiş məhkumluğu olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və onun cəzasını ağırlaşdıran hal hesab olunur. Lakin birinci instansiya məhkəməsi cinayətin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə almamış, Təqsirləndirilən şəxs barəsində cəza məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in 18 və 65.2-ci maddələrinin tələblərinə riayət etmədən ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cinayət qanunu normasına uyğun olmadığından, onun barəsində olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 04 gün müddət (01 gün həbsdə olma müddəti 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan əlavə, cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(103)-1194/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 15 fevral 2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə Yasamal RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 30 yanvar 2025-ci tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hazırki qərarın çıxarıldığı vaxtdan, yəni 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı və hazırki cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(004)-155/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət hazırki qərarla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablanmalı, onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı və hazırki cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.4, 399.1.4, 403 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(004)- 155/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 04 gün müddət (01 gün həbsdə olma müddəti 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın və hazırki cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 (qırx beş) saat üçün cəmi 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutularaq işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-35/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-35/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver