Məhkəmə qərarları › İş №1(103)-36/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-36/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-36/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3, Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum olunmasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin ona elan olunmuş ittihamdan xaric edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən 24 may 2021-ci il tarixli, 1(006)-34/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək baxaraq müəyyən e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilir ona görə ki, o, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmiş və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyun 2015-ci ildən 12 iyul 2018-ci il tarixə kimi olan dövrdə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən 16 iyun 2016cı il tarixdə Xaçmaz rayon sakini X2 yaşadığı Xaçmaz şəhəri M.F.Axundov küçəsində yerləşən 116 nömrəli mənzilində üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi laktı üzrə həmin tarixdə Xaçmaz rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanılmış və istintaqın gedişində həmin Məcəllənin 120.2.1, 120.2.11, 181.3.2, 181.3.3-cü maddələrinə tövsif edilmiş, ********* nömrəli cinayət işini 24 iyun 2016-cı il tarixdə icraatına qəbul edib həmin cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun həmin tarixli qərarı ilə yaradılmış istintaq qrupunun rəhbəri, 17 aprel 2017- ci il tarixdən isə istintaq qrupunun üzvü kimi istintaq apararkən 15 iyun 2016-cı il tarixdə yaşadığı mənzildə qətlə yetirilmiş X3 oğlu Zərərçəkmiş şəxs 2016-cı ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon prokurorluğunun inzibati binasında özünün Xaçmaz rayonu ərazisində kirayədə yaşaması və işin istintaqını aparması üçün çəkdiyi xərclərinin (müstəntiq xərcləri) guya onun tərəfindən ödənilməli olmasına inandırıb xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon prokurorluğunun inzibati binasında onun 2000 manat pulunu ələ keçirmiş, bundan sonra öz qanunsuz əməllərini davam etdirib 2016-cı ilin iyul ayının ortalarında Xaçmaz rayon prokurorluğunun inzibati binasında, daha sonra isə 2016cı ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasında xidməti iş otağında icraatında olan həmin cinayət işi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə istintaqdan qaçıb gizləndiyinə görə Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.5,120.2.11,181.3.2 və 181.3,3-cü maddələri ilə 11 iyul 2016-cı il tarixdə haqqında axtarış elan etdiyi X4 tutulub istintaqa təhvil verilməsi üçün guya Beynəlxalq Cinayət Polis İdarəsi (İntcrpol) tərəfindən əməliyyat tədbirlərinin keçirilməsini təşkil edəcəyini yalandan vəd edib bunun üçün çəkəcəyi xərclərinin onun tərəfindən ödənilməli olması adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək 2016-cı ilin dekabr ayında onun sözləri ilə anası Arzu Orucovadan Bakı şəhəri, Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan ünvanda yerləşən hündür mərtəbəli binada 3000 manat, cəmi 5000 manat pulunu ələ keçirib qulluq mövqeyindən istifadə edib vahid niyyətlə aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. və Həmin hərəkətləri ilə prokurorluq orqanlarının əhali arasında olan nüfuzunu və imicini aşağı salmaqla dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən 24 may 2021-ci il tarixli, 1(006)-34/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 178.3.2-ci maddələri ilə törətdiyi cinayət əməlləri həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə əhatə olunduğundan həmin Məcəllənin 308.1-ci maddəsi ittihamdan xaric edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi rəqəm ifadəsi olaraq ittihamdan xaric edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə hüquq mühafizə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2021-ci il tarixdən saat 12:00-dan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Hökm elan olunan anda Təqsirləndirilən şəxs məhkəmə iclas zalını tərk etdiyindən Təqsirləndirilən şəxs həbs alınmaası və hökmün icrasını təmin olunması mümkün olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(006)- 34/2021 nömrəli ayrıca qərarı ilə onun barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən 24 may 2021-ci il tarixli, 1(006)-34/2021 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü verilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. İşin ilkin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs, müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəməklə onunla barışdığını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərərib hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini xahiş etdilər. İşin ilkin apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona cinayət işi üzrə dəymiş ziyanın ödənildiyini nəzərə alıb məhkəmədən qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. İşin ilkin apellyasiya baxışı zamanı dövlət ittihamçısı X8 Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edildiyini, dəymiş ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən ərizənin verilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edinlməsini nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə kolegiyasına notariat qaydada təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi zərər tam şəkildə ödənilmişdir və onlar barışmışlar. Bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs müdafiəçilərinin məhkəmə kolegiyasına təqdim etmiş 01 aprel 2022-ci il tarixli, №BPM**********02 mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1.251 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə kolegiyasına təqdim etdiyi ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə və onunla barışmaqla bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərərək hökmün ləğv edilməsini, onun cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına aiddir. Apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381-390-cı maddələrinin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2-ci maddəsində müəyyən olunmuş ardıcıllığa uyğun olaraq, həmin Məcəllənin 391.2.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilməsi və 391.2.4-cü maddəsinə əsasən cinayət işi üzrə qətimkan tədbirinin ləğv edilməsi üçün əsasların olub-olmadığını araşdırır və həmin əsasların yarandığı nəticəsinə gəlir. Belə ki, cinayət işinin materiallarından və məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə və onunla barışmaqla bərabər, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq, yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərar). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.9-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməklə onunla barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd DVD diskləri cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 305, 391.3.9-cu maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, qərara alır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(006)-34/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar