Məhkəmə qərarları › İş №1(103)-36/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-36/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-36/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkə- məsinin 23 iyul 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 221.3-cü maddələri ilə cinayətləri törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il, 6 (altı) ay müddətinə və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilməsi və ona daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılmış və Azərbaycan Respublikası CPM-nin 386 və 387-ci maddələ- rinin tələblərinin yerinə yetirilməsi üçün 20 gün vaxt təyin edilməklə, iş materialları məhkəməyə qaytarılmış, apellyasiya şikayəti verən tərəfə ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunmasına dair Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət 13 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə daxil olmuş və məhkəmənin 21 iyun 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunmasına dair Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin həmin hökmündən apellyasiya şikayətinin verilməsi müddətini üzrlü səbəbdən buraxılmasını nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və öürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunması barədə Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermiş və cinayət işi verilmiş kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2023-cü il atrixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədikdə, apellyasiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materialından göründüyü kimi Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, lakin vəsatəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarları ilə Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsitnin 177.2.2 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab olunmaqla yanaşı, baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar