Məhkəmə qərarları › İş №1(103)-360/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-360/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-360/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Әhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X14, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olmaqla Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-625/2020 saylı hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.Ә.Mikayılovun sədrliyi ilə, Ә.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)- 625/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019cu il tarixdən hesablanmış, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən barəsində narkomaniyadan məcburi müalicə təyin edilib ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübut və ekspertiza xərci məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək onların hissələrini toplamaqla kultivasiya etmiş, eləcə də satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitə hazırlamış, əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan çətənə toxumları əldə edib, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6-da yerləşən 18 nömrəli evin həyətyanı sahəsində, polietilen sellofandan hazırladığı istixanada, qanunsuz olaraq əkilib becərilməsi qadağan edilmiş, 316 (üç yüz on altı) ədəd çətənə (kannabis) bitkisini əkib, yetişdirməklə kultivasiya etmiş, həmin çətənə kollarının hissələrini yığaraq qurutmaqla kustar üsulla qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə hesab edilən, külli miqdarda, yəni 01 kiloqram 288,909 (iki yüz səksən səkkiz tam mində doqquz yüz doqquz) qram marixuana hazırlamış, həmin marixuananın 01 kiloqram 159,457 (yüz əlli doqquz tam mində dörd yüz əlli yeddi) qram hissəsini evində saxlamış, 129,452 (yüz iyirmi doqquz tamin mində dörd yüz əlli iki) qram hissəsini isə xx xxxxxx 2019-cu il tarixində həyətyanı sahəsindəki İstixanaya baxış keçirmək üçün polis əməkdaşlarının gəlməsini bilib özü ilə götürərək qaçmış və daşıyaraq qohumu X11 evinə gətirib 121,754 (yüz iyirmi bir tam mində yeddi yüz əlli dörd) qram hissəsini həmin evdə, 7,698 (yeddi tam mində altı yüz doxsan səkkiz) qram hissəsini isə üzərində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 12:00 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6da yerləşən 18 nömrəli evin həyətyanı sahəsinə anası Şahid1 iştirakı ilə baxış keçirilərkən, oradan əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 12.710 (on iki kiloqram yeddi yüz on qram) qram olan 316 (üç yüz on altı) ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkiləri, həmçinin yaşadığı fərdi evin girişindəki paltar dolabının sağ alt gözündən 01 ədəd alüminium qazanın içərisində, təmiz çəkisi 1140 (bir kiloqram yüz qırx qram) qram, 04 (dörd) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 4,243 (dörd tam mində iki yüz qırx üç) qram, 2) 5,387 (beş tam mində üç yüz səksən yeddi) qram, 3) 5,281 (beş tam mində iki yüz səksən bir) qram və 4) 4,546 (dörd tam mində beş yüz qırx altı) qram qurudulmuş marixuana, xx xxxxxx 2019-cu il tarixində, saat 15:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən, barəsində açılmış 50636 nömrəli axtarış işinin icrası ilə əlaqədar olaraq ünvan 2-un qarşısında saxlanılaraq bölməyə gətirilərək bölmədə üzərinə şəxsi axtarış keçirildiyi zaman isə əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd cüt şəffaf sellofan torbaya bükülmüş vəziyyətdə 7,698 (yeddi tam mində altı yüz doxsan səkkiz) qram, axtarışda olduğu müddətdə müvəqqəti yaşadığı, ünvan 1 ünvanına baxış keçirildiyi zaman isə fərdi evin yataq otağında olan dolabdan 9 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,891 (üç tam mində səkkiz yüz doxsan bir) qram; 5,984 (beş tam mində doqquz yüz səksən dörd) qram; 3,373 (üç tam mində üç yüz yetmiş üç) qram; 3,471 (üç tam mində dörd yüz yetmiş bir) qram; 5,495 (beş tam mində dörd yüz doxsan beş) qram; 5,439 (beş tam mində dörd yüz otuz doqquz) qram; 3,673 (üç tam mində altı yüz yetmiş üç) qram; 3,264 (üç tam mində iki yüz altmış dörd) qram; 3,306 (üç tam mində üç yüz altı) qram; ümumi təmizi çəkisi 37,896 (otuz yeddi tam mində səkkiz yüz doxsan altı) qram və bir ədəd bükülüdə təmiz çəkisi 84,458 (səksən dörd tam mində dörd yüz əlli səkkiz) qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin iki ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)- 625/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək hökmün dəyişdirilib Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını və ona ittiham olunduğu maddələrin sanksiyalarının minimum həddində cəza təyin olunmasını xahiş etmişdir. Həmin apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hökm qanunun tələbləri pozulmaqla çıxarılmış və ədalətsiz cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində əldə etdiyi narkotik vasitəni tutulduğu gündən bir il əvvəl əldə etdiyini, özü əkib becərdiyini, tərəzini isə özünə görə narkotik vasitələri ayırmağa görə əldə etdiyini bildirsə də birinci instansiya məhkəməsi onun bu mötəbər ifadəsinə hüqqi qiymət vermədən onu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham etmişdir. Həm ibtidai istintaq, həmçinin də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs narkotik vasitəni tutulmamışdan bir il əvvəl əldə etdiyini qəbul edir, lakin onun bir il ərzində narkotiklərin satışı ilə niyə məşğul olmamasını araşdırmamışdır. Hazırda həmin məqamların araşdırılmasa artıq mümkün olmadığından həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Cinayət işinə əlavə olunmuş “Әməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair1' xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan “Cavidan” adlı şəxsin mütəmadi qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, evində saxlaması və həyətyanı sahəsində yerləşən istixanada əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə “Cavidan” adh şəxsin digər təhqiqat üsullar ilə ifşa edilməsi qeyri mümkün olduğundan onun cinayət başında yaxalanması üçün ӘAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra ӘAT-nin həyata keçirilməsi zəruri olduğundan, “Cavidan” adh şəxsin dəqiq yaşadığı ünvanı və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ӘAF haqqında Qanunun 10-cu maddəsinin 1 -ci hissəsinin, 1 və 2- ci bəndində nəzərdə tutulmuş tədbirlər keçirilməsi, “Cavidan” adh şəxsi dəqiq yaşadığı ünvanı müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ӘAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı binanın müşahidəsinin aparılması qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı da, onun mütəmadi qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, evində saxlaması və həyətyanı sahəsində yerləşən istixanada əkib becərməsi barədə daxil olmuşdur. Həmçinin cinayət işində olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Әrazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə düzgün gəlməmiş, həmiçinin onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cəza təyin edən zanan onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)- 625/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək hökmün dəyişdirilib onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrindən, həmin məcəllənin 234.1 və 237.1-ci maddələrinə tövsif olunmasını və ona ittiham olunduğu maddələrin sanksiyalarının minimum həddində cəza təyin olunmasını xahiş etmişdir. Həmin apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ittiham aktı tərtib edilməzdən əvvəl və sonra, məhkəmə baxışından əvvəl iş materialları ilə tanış olmağına şərait yaradılmamışdır. İbtidai istintaq zamanı dövlət tərəfindən verilən müdafiəçini heç görməmişdir. Həmin vəkilin onun müdafiəsi üçün etdiyi bütün hərəkətlər onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Evindən aşkar olunan aliminium qazanda olan “qurudulmuş marixuana” kimi qələmə verilən əslində Ayna Sultanova abidəsi yanında, “qaçqınlar bazarı” adlanan yerdən aldığı 5 stəkan, hər biri 200 qram olan 50 manat dəyərindəki çətənə tumları olmuşdur. Bu tumları 2019-cu ilin yay aylarında həmin bazardan üyüdüb (əzib) yemək və bir qismini isə şəxsi istifadəsi üçün əldə etmişdir. Aldığı həmin toxumlardan təxminən bir neçə ovucunu ilk dəfə olaraq öz həyətində əkmişdir. Qalan hissə toxumu isə arada üyüdüb yeyimişdir.xx xxxxxx 2019-cu il tarixində aparılan axtarış zamanı əməliyyatçılar evdə olan ailə üzvlərinin yanında, ətmaşını mətbəxdən tələb etmiş, daha sonra isə həmin toxumları o, maşından uyudulmuş hala gətirmişdir. Bu səbəbdən də məhkəmə istintaqı zamanı ifadə verən şahidlərin bi çoxu həmin mala üyüdülmüş marixuana adlandırmışdır. Ekspert qismində cəlb olunan və ittiham aktında qeyd olunduğu kimi aqranom Şahid6 bildirmişdir ki, o qazan görüb, amma içində nə olduğunu görməyib. Qeyd olunan hərəkətlər qonşusu X8 yanında aparılmışdır. Birinci instansiya məhkəməsində verdiyi ifadələrini qismən təsdiq edir. X10 tanımır, ona marixuana satmaq barəsində nə istintaqda, nədəki məhkəmədə ifadə verməmişdir. Verilmiş apelyasiya şikayətləri üzrə apelyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apelyasiya şikayətlərinin həmin şikayətlərdə göstərilən əsaslarla təmin edilib, hökmün dəyişdirilərək, məhkumun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrindən, həmin məcəllənin 234.1 və 237.1-ci maddələrinə tövsif edilməsini və ona həmin maddələrin sanksiyalarının minimum həddində cəza təyin olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı dövlət ittihamçısı X22 verilmiş apelyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-625/2020 saylı hökmü qanuni və əsaslı olduğundan məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilib məhkum Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 234.1 və 237.1-ci maddələrinə tövsüf edilməsi barədə verilmiş apelyasiya şikayətlərinin, eləcə də işin apelyasiya baxışı zamanı məhkumun və müdafiəçisinin çıxışlarının dəlillərini əsassız hesab edir və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Әvvəllər öz istifadəsi üçün marixuanaları müxtəlif tanımadığı şəxslərdən əldə etmiş, sonradan isə istifadə etmək üçün marixuananı həyətində əkmək qərarına gəlmişdir. Bu səbəbdən müxtəlif şəxslərdən əldə etdiyi marixuanaların toxumlarını toplayaraq saxlamış və təqribən bir il bundan əvvəl topladığı toxumları yaşadığı fərdi evin həyətyanı sahəsində əkməyə başlamış və bunun üçün yaşadığı fərdi evin həyətyanı sahəsində polietilen torbadan istixana yaratmışdır. Daha sonra toxumları həmin istixanada əkərək becərmişdir. Çətənə bitkisini kultivasiya etdikdən sonra çox olduğunu görüb onu qurutmuş və sonra özünün istifadə etməsi üçün fərdi evində saxlamışdır. Sonrakı müddətdə evdən çıxdığı zaman bəzən marixuananı özünün ürəyi istəyəndə istifadə etməsi üçün sellofan torbaya yığaraq üzərində saxlamışdır. xx xxxxxx 2019-cu il tarixində, saat 10 radələrində yuxudan oyandıqdan sonra evdə saxladığı qurudulmuş marixuananın bir hissəsini sellofan torbaya yığaraq evdən çıxmışdır. Evdən çıxdıqdan bir neçə saat sonra, təqribən saat 12:00 radələrində yaşadığı evə qayıdarkən, evin qapısına çatdığı zaman qapının önündə polis maşınlarının dayandığını görüb, polis əməkdaşlarının evində çətənə kolları əkməyindən xəbərlərinin olduğunu anlamışdır. Bu səbəbdən oradan qaçaraq uzaqlaşıb, müxtəlif ünvanlarda qalaraq polis əməkdaşlarından gizlənmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 16:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində olduğu zaman polis əməkdaşları onu saxlayıb, Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Bölmədə olarkən onun barəsində axtarış elan olduğunu, bu səbəbdən saxlanılaraq bölməyə gətirildiyi ona bildirilməklə, videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təhqiqatçıya heç bir problemin olmadığını bildirdikdən sonra polis əməkdaşları şəxsi axtarış zaman vəkilin iştirakına ehtiyacının olub-olmamasını soruşmuş, o da vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə üzərinə şəxsi axtarış keçirməyə başlamış və ondan üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində heç bir qeyri qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərində olan əşyaları masanın üzərinə qoymağını tələb etmişdir. O, polis əməkdaşlarının üzərində olan narkotik vasitəni aşkar edəcəklərini başa düşdüyü üçün əynindəki qara rəngli gödəkcənin sol iç cibində olan iki şəffaf sellofana bükülmüş narkotik maddə olan marixuananı təqdim etmiş və həmin ot kütləsinin “nəşə” olduğunu, ot kütləsini istifadə etmək üçün həyətində əkdiyini bildirmişdir. Bundan sonra müvəqqəti yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığı ona bildirilmiş və ondan evdə narkotik vasitə olan marixuana saxlayıb-saxlamadığını soruşmuşlar. O, isə polis əməkdaşlarına əmisinin ailəsinə məxsus müvəqqəti yaşadığı evdə də narkotik maddə olan marixuana saxladığını demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə qeydiyyatda olduğu evin yanında yerləşən və əmisinin ailəsinə məxsus evə getmişlər və ona əvvəlcədən narkotik maddəni təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, həmin evdəki dolabdan şəffaf sellofana bükülmüş və 9 (doqquz) ədəd kibrit qutusunda olan narkotik maddə marixuananı təqdim etmişdir. Aşkar edilmiş narkotik maddələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Üzərindən və əmisinin ailəsinə məxsus müvəqqəti yaşadığı evdən aşkar edilərək götürülmüş marixuanaları öz yaşadığı evin həyətində yaratdığı istixanada əkərək-becərib qurudaraq fərdi evdə saxlamışdır. Həmin narkotik vasitənin bir hissəsi xx xxxxxx 2019-cu il tarixində polis əməkdaşları tərəfindən anası ilə birlikdə yaşadığı fərdi evindən aşkar edilərək götürülmüşdür. Qalan hissəsini isə istifadə etmək üçün üzərində və müvəqqəti yaşadığı evdə saxlamışdır. xx xxxxxx 2019-cu il tarixində yaşadığı fərdi evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını o, əkmiş, onlara qulluq etmişdir. Әkibbecərməkdə məqsədi onları qurudaraq sonradan istifadə etmək olmuşdur. xx xxxxxx 2019cu il tarixində yaşadığı fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirildiyi zaman aşkar edilmiş 02 ədəd tərəzi və boş kibrit qutuları ona məxsus olmuşdur. Tərəzilərdən marixuananı öz istifadəsi üçün qablaşdırarkən çəkisini müəyyən etmək üçün, kibrit qutusunu isə marixuanaları içərisinə yığmaq üçün istifadə etmişdir. Çətənə bitkilərini əkibbecərməkdə ona heç kim köməklik etməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 03 ədəd diskdə olmaqla məhkəmə iclası zamanı nümayiş etdirilmiş video görüntülər ona tanışdır. Həmin video görüntülər xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evə və həyətyanı sahəsinə, daha sonra isə xx xxxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-də polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən və daha sonra isə müvəqqəti yaşadığı evə baxış keçirilən zaman çəkilmişdir. Həmin video görüntülərdən də göründüyü kimi, polis idarəsində üzərindən aşkar olunmuş və müvəqqəti yaşadığı evdə aşkar olunmuş narkotik vasitələri öz istifadəsi ilə yanaşı satmaq üçün də saxladığını bildirmişdir. Həmin video görüntülərin həqiqiliyini təsdiq edir, video görüntülər qeydiyyata alınarkən ona qarşı heç bir təsir, təzyiq olmamışdır. Məhkəmədə dindirilərkən ondan, evindən və müvəqqəti yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni və kultivasiya etdiyi çətənə bitkilərini satmadığını və belə bir məqsədinin olmadığını bildirdiyi halda, istintaq zamanı üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, müvəqqəti yaşadığı evə baxış keçirilərkən, eləcə də müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən aşkar olunmuş narkotik vasitələri satmasını bildirməsinin səbəbini izah etməkdə çətinlik çəkir. İbtidai istintaq zamanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq məhkəmə qərarı ilə xxxx MMC-dən zəng məlumatları, telefon danışıqları və sms yazışmaları ilə götürülmüş olan ********** mobil telefon nömrəsi həqiqətən də ona məxsus olmuş və tutulanadək istifadəsində olmuşdur. Telefon məlumatlarında əksini tapan ********** mobil telefon nömrəsi X16 məxsus olmuşdur. Onunla tanışlıq və qonşuluq münasibəti olmuşdur. Lakin xx xxxxxx 2019-cu il tarixində polis əməkdaşları onun yaşadığı fərdi evin həyətyanı sahəsindən əkdiyi çətənə bitkilərini aşkar etdikdən sonra Asifi görməmişdir. İbtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verilmiş suallara cavab olaraq ********** mobil telefon nömrəsinin X9 məxsus olması, sonuncu ilə tanışlıq münasibəti olmaqla, ona bir neçə dəfə narkotik maddə olan marixuana satmasını bildirməsi barədə hazırda məhkəmədə izah verməkdə çətinlik çəkir. Həmin tarixdə dindirilərkən müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq istifadəsində olan ********** mobil telefon nömrəsindən ********** mobil telefon nömrəsinə yazdığı smslərlən, “sürüşəni gətirdim”, “imkan olsa falqa gətir” smslərini həqiqətən onu yazması, yazmaqda məqsədinin isə Raminə satacağı narkotik vasitə marixuananı hazırladığını bildirmək olmasını bildirməsi ilə bağlı hazırda heç bir izah verə bilmir. İstifadəsində olan ********** mobil telefon nömrəsinə ********** mobil telefon nömrəsindən “mən uzağı 40 dəqiqəyə hazır inşaallah xəbərdar ele olari birdeki çalış bırat dünənkinnən az gətizdirmə olara birdəki 10 ədəd sürəşənəndə gətizdir atam”, və ********** mobil telefon nömrəsindən “imkan olsa falqa götürdə bırat gələndə” smslərinin yazılması ilə ibtidai istintaq zamanı tanış olmuşdur, həmin smslər həqiqətən də ona daxil olmuş, lakin onlarla bağlı heç bir söz deyə bilmir. Törətdiyi əməllərdən peşmandır, himayəsində iki azyaşlı övladı var və anası bir sıra xəstəlikdən əziyyət çəkməklə onun maddi yardımına ehtiyac duyur. Buna görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində yaşadığı evin həyətyanı sahəsində qurutduğu marixuananın çox olduğunu gördükdən sonra çətənə bitkisini mütəmadi əkərək-becərməyi, eyni zamanda qurudaraq satmağı qərarlaşdırdığını, bu məqsədlə çətənə bitkilərini əkib-becərdikdən sonra qurudaraq fərdi evində saxladığını, hər gün evdən çıxdığı zaman marixuananı almaq istəyən şəxslərə satmaq üçün sellofan torbaya yığaraq üzərində saxladığını bildirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs saxlandıqdan sonra şəxsi axtarış zamanı üzərindən çıxan ot kütləsinin “nəşə” olduğunu dediyini, istifadə etmək və satmaq üçün həyətində əkdiyini, xx xxxxxx 2019-cu il tarixində yaşadığı fərdi evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını özünün əkdiyini, onlara qulluq etdiyini, əkib-becərməkdə məqsədinin onları qurudaraq satmaq və qazanc əldə etmək olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixində bölməyə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi, onları qurudaraq satışını həyata keçirməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün ondan, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, sahə rəisi, polis mayoru Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, eyni zamanda X21 X3 aqronom vəzifəsində işləyən Şahid6 bölməyə dəvət etmişlər. Şahid6 gəldikdən sonra o, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, sahə rəisi Şahid5 və təhqiqatçı, polis mayoru Ramiz Seyidovla birlikdə həmin ünvana getmişlər. Oraya çatdıqda qapının önündə biri qadın, biri kişi olmaqla iki nəfər şəxsin söhbət etdiyini görüb, sonunculara yaxınlaşıb, özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını, onlarla birlikdə gəlmiş X21 X4 aqronomu Şahid6 özünü təqdim edərək aqronom-mütəxəssis olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmiş, evin giriş qapısının önündə dayanan qadın özünü təqdim edərək Şahid1 olduğunu, digər kişi isə Şahid2 olduqlarını bildirmişlər. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid2 kim olmasını soruşmuşdur. Bu zaman Şahid2 Şahid1 qohumu və qonşusu olduğunu demişdir. Bundan sonra təhqiqatçı Şahid1 Sabunçu RPİ-nin 14-cü PB-nə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkisi əkilməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Şahid1 fərdi evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını demiş və təhqiqatçının müraciəti əsasında Şahid1 fərdi evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və həmin hal videoçəkilişdə də öz əksini tapmışdır. Bundan sonra fərdi evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmış və baxış zamanı fərdi evin həyətyanı sahəsində, təxminən 50 m2 sahədə, polietilen örtüklə bağlanmış istixana olduğu və istixanada bitki əkilməsi müəyyən edilmişdir. Aqronom-mütəxəssis Şahid6 bitkilərə baxış keçirərək əkilmiş bitkilərin çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını və alaq edildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı X33 Babayevadan çətənə bitkilərinin kimə məxsus olmasını soruşmuş, bu zaman sonuncu aşkar edilmiş çətənə kollarının oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Ramiz Seyidov Şahid1 oğlu Təqsirləndirilən şəxs çətənə bitkilərini əkilib-becərilməsi ilə nə vaxtdan məşğul olmasını, aşkar edilmiş çətənə kollarını nə vaxt əkməsini soruşmuş, cavabında Şahid1 oğlunun təqribən 1 ildən az müddətdir çətənə bitkisinin əkilib-becərilməsi İlə məşğul olduğunu, aşkar edilmiş çətənə kollarını oğlu Cavidanın nə vaxt əkməsindən xəbərinin olmadığını, şəkərli diabet xəstəsi olduğu üçün fərdi evin həyətyanı sahəsinin istixana olan hissəsinə keçmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Şahid1 fərdi evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, sonuncu fərdi evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra çəkilişə ara vermədən evə daxil olmuşlar. Evə daxil olduqdan sonra ilk əvvəl evin zal otağına baxış keçirilmiş və bu zaman zal otaqda yerləşən divanın alt hissəsində yerləşən yük yerindən bir ədəd tüfəng, 7 ədəd patron, 3 ədəd qara tiyəsi olan bıçaq, boş kibrit qutuları aşkar edilmişdir. Təhqiqatçı Şahid1 silahın və bıçaqların kimə məxsus olmasını soruşduğu zaman, sonuncu silahın və bıçaqların kimə məxsus olmasından xəbərinin olmadığını, dəqiq oğlu Təqsirləndirilən şəxs məxsus olmadığını demişdir. Bundan sonra baxışın gedişində fərdi evin girişində yerləşən paltar və ayaqqabı dolabının sağ hissəsində yerləşən sürməsindən 1 ədəd alüminium qazanın içərisində olan sellofan torbada ot kütləsi, həmin qazanın içərisində 05 ədəd kibrit qutusunda ot kütləsi, iki ədəd biri yaşıl, biri qırmızı rəngli tərəzi və ağ rəngli sellofanın içərisində maddə aşkar edilmişdir. Təhqiqatçı aşkar edilmiş ot kütlələrinin, həmçinin maddənin nə olması, onların, eyni zamanda tərəzilərin kimə məxsus olmasını Şahid1 soruşduqda sonuncu aşkar edilmiş ot kütləsinin, maddənin nə olduğunu bilmədiyini, ot kütləsinin, maddənin və tərəzilərin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təhqiqatçı bundan sonra aqronom-mütəxəssisdən aşkar edilən ot kütləsinin nə olmasını soruşmuş, aqronom-mütəxəssis həmin ot kütlələrinə baxaraq, onların qurudulmuş çətənə bitkisi olduğunu demişdir. Bundan sonra təhqiqatçı baxışla bağlı hər hansısa bir şikayətinin, narazılığının olub-olmaması barədə Şahid1 soruşmuş, sonuncu isə heç bir narazılığının və şikayətinin olmadığını demişdir. Bundan sonra çəkiliş sona çatmış, çəkiliş sona çatdıqdan sonra isə aşkar edilmiş ot kütlələri, ağ sellofanda olan maddə, tüfəng, patronlar, bıçaqlar, tərəzilər, eyni zamanda həyətyanı sahədə olan istixanadakı bitkilər oradan çıxarılaraq sayılaraq qablaşdırılmışdır. Fərdi evin həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilən çətənə kolları yığıldığı zaman 316 ədəd olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxaraq çətənə bitkilərini aşkar etdikdən sonra toxumlarını haradan əldə etməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlasalar da, toxumların haradan əldə edilməsi ilə bağlı müsbət nəticə əldə edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək, tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə bağlı sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki, 1981-ci il tarixindən X21 X3 aqronom vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixində işdə olduğu zaman Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşları onu bölməyə dəvət etmişlər. Bölməyə getdiyi zaman polis əməkdaşları ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkibbecərməsi barədə onlara məlumat daxil olduğunu, məlumatı yoxlamaq üçün həmin evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərək bunun üçün onunda aqronom kimi onlarla birlikdə evə getməsini xahiş etmişlər. O, heç bir etiraz etməyərək, polis əməkdaşları ilə qeyd edilən ünvana getmiş və oraya çatdıqları zaman qapının önündə biri qadın, biri kişi olmaqla iki nəfər şəxsin söhbət etdiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşan polis əməkdaşları sonunculara özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını, o, isə X21 X4 aqronomu olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları sonunculardan özlərini təqdim etməsini xahiş etmiş, bundan sonra həmin şəxslərin Şahid1 və Şahid2 olduqlarını, sonuncunun Şahid1 qohumu və qonşusu olduğunu müəyyən etmişlər. Bundan sonra təhqiqatçı Şahid1 yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkisi əkilməsi ilə bağlı məlumatlarının olduğunu, bununla bağlı həyətyanı sahəyə baxış keçirilməklərinin zəruri olduğunu bildirib, etirazının olubolmamasını soruşmuşdur. Şahid1 fərdi evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını demiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra fərdi evin həyətyanı sahəsinə baxış keçirilmiş və orada təxminən 50 m2 sahədə, polietilen örtüklə bağlanmış istixana olduğu və istixanada bitki əkilməsi müəyyən edilmişdir. O, bitkilərə baxış keçirmiş və bu zaman əkilmiş bitkilərin çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, təşkil olunmuş şəkildə suvarıldığını və alaq edildiyini müəyyən etmişdir. Bundan sonra təhqiqatçının suallarına cavab olaraq Şahid1 aşkar edilmiş çətənə kollarının oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, oğlunun təqribən 1 ildən az müddətdir çətənə bitkisinin əkilib-becərilməsi ilə məşğul olduğunu, aşkar edilmiş çətənə kollarını oğlu Cavidanın nə vaxt əkməsindən xəbərinin olmadığını, şəkər xəstəsi olduğu üçün fərdi evin həyətyanı sahəsinin istixana olan hissəsinə keçmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Şahid1 fərdi evə baxış keçirilməsinə etirazının olubolmamasını soruşmuş, sonuncu etiraz etmədiyini bildirdikdən sonra çəkiliş davam edə-edə evə daxil olmuşlar. Evə daxil olduqdan sonra zal otağına baxış keçirilərkən otaqda yerləşən divanın alt hissəsində yerləşən yük yerindən bir ədəd tüfəng, 7 ədəd patron, 3 ədəd qara tiyəsi olan bıçaq, boş kibrit qutuları aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Şahid1 silahın və bıçaqların kimə məxsus olmasından xəbərinin olmadığını, oğlu Təqsirləndirilən şəxs məxsus olmadığını demişdir. Bundan sonra baxışın davamında fərdi evin girişində yerləşən paltar və ayaqqabı dolabının sağ hissəsində yerləşən sürməsindən 01 ədəd alüminium qazanın içərisində sellofan torbada ot kütləsi, həmin qazanın içərisində 05 ədəd kibrit qutusunda ot kütləsi, iki ədəd biri yaşıl, biri qırmızı rəngli tərəzi və ağ rəngli sellofanın içərisində maddə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Şahid1 aşkar edilmiş ot kütləsinin, maddənin nə olduğunu bilmədiyini, ot kütləsinin, maddənin və tərəzilərin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının tapşırığı ilə o, aşkar edilmiş ot kütləsinə baxış keçirərək, onların qurudulmuş çətənə bitkisi olduğunu müəyyən etmiş və bu barədə təhqiqatçıya bildirmişdir. Bundan sonra keçirilmiş tədbirlərlə bağlı Şahid1 heç bir narazılığının və şikayətinin olmadığını demiş və çəkiliş sonlandırılaraq, polis əməkdaşları tərəfindən aşkar edilmiş ot kütlələri, ağ sellofanda olan maddə, tüfəng, patronlar, bıçaqlar, tərəzilər, həyətyanı sahədə olan istixanadakı 316 ədəd, hər birinin hündürlüyü təxminən 40-60 santimetr olan bitkilər qablaşdırılmışdır. Bundan sonra o, fərdi evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkiləri ilə bağlı aqronomik rəy tərtib edərək polis əməkdaşlarına təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixində, saat 11:30 radələrində yaşadığı evdən çıxaraq dükana getmiş, qonşuluqda yaşayan qohumu Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçdiyi zaman sonuncunun anası Şahid1 xəstəliyi ilə əlaqədar ona baş çəkmək qərarına gəlmiş və evin həyətinə daxil olaraq Şahid1 ilə görüşdükdən sonra haləhval tutaraq xəstəliyi barədə maraqlanmış, Şahid1 isə xəstəliyinin daha da şiddətləndiyini deyib, onunla söhbət edə-edə evin qapısının önünə çıxmışdır. Bu zaman iki nəfər mülki geyimdə, üç nəfər polis geyimində olan şəxslər onlara yaxınlaşaraq, Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşları olduqlarını, bir nəfər isə X21 X4 aqronomu Şahid6 olduğunu bildirmişdir. Daha sonra Şahid1 özünü təqdim etmiş, sonra isə o, özünü təqdim edərək Şahid2 olduğunu, Şahid1 qohumu və qonşusu olduğunu demişdir. Bundan sonra təhqiqatçı Ramiz Seyidov Şahid1 Sabunçu RPİ-nin 14-cü PB-nə yaşadıqları evin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkisi əkilməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, sonuncu isə baxış keçirilməsinə etirazının olmadığını deyib, bununla bağlı ərizə yazaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları fərdi evin həyətyanı sahəsinə baxış keçirmiş və təxminən 50 m2 sahədə, polietilen örtüklə bağlanmış içərisində bitki əkilmiş istixana aşkar etmiş, aqronom-mütəxəssis isə bitkilərə baxış keçirərək əkilmiş bitkilərin çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını və alaq edildiyini bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Şahid1 aşkar edilmiş çətənə kollarının oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, sonuncunun təqribən 1 ildən az müddətdir çətənə bitkisinin əkilib-becərilməsi ilə məşğul olduğunu, aşkar edilmiş çətənə kollarını oğlunun nə vaxt əkməsindən xəbərinin olmadığını, şəkərli diabet xəstəsi olduğu üçün fərdi evin həyətyanı sahəsinin istixana olan hissəsinə keçmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları fərdi evə baxış keçirilməsinə zərurət olduğunu bildirmiş, Şahid1 fərdi evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra çəkiliş davam edə-edə polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları evin zal otağına baxış keçirdikləri zaman otaqda yerləşən divanın alt hissəsində yerləşən yük yerindən bir ədəd tüfəng, 7 ədəd patron, 3 ədəd qara tiyəsi olan bıçaq, boş kibrit qutuları aşkar etmiş, Şahid1 isə silahın və bıçaqların kimə məxsus olmasından xəbərinin olmadığını, oğlu Təqsirləndirilən şəxs məxsus olmadığını demişdir. Bundan sonra polis əməkdaşları fərdi evin girişində yerləşən paltar və ayaqqabı dolabının sağ hissəsində yerləşən sürməsindən 1 ədəd alüminium qazanın içərisində olan sellofan torbada ot kütləsi, həmin qazanın içərisində 05 ədəd kibrit qutusunda ot kütləsi, iki ədəd biri yaşıl, biri qırmızı rəngli tərəzi və ağ rəngli sellofanın içərisində maddə aşkar etmiş, Şahid1 aşkar edilmiş ot kütləsinin, maddənin nə olduğunu bilmədiyini, ancaq ot kütləsinin, maddənin və tərəzilərin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, aqronom-mütəxəssis Şahid6 isə ot kütləsinin qurudulmuş çətənə bitkisi olduğunu demişdir. Bundan sonra təhqiqatçı onlardan baxışla bağlı hər hansısa bir şikayətlərinin, narazılıqlarının olub-olmamasını soruşmuş, Şahid1 isə heç bir narazılıq və şikayətinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş olan maddə, tərəzilər, silah, bıçaqlar, patronlar və istixanadakı çətənə bitkiləri götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkərək-becərməsi barədə polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilən tarixədək xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİnin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixində bölmənin əməliyyat aparatına ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi, onları qurudaraq satışını həyata keçirməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün ondan, bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, sahə rəisi, polis mayoru Şahid5 ibarət əməliyyat qrupunu yaratmışlar, eyni zamanda X21 X3 aqronom vəzifəsində işləyən Şahid6 bölməyə dəvət etmişlər. Şahid6 gəldikdən sonra o, bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, sahə rəisi Şahid5 və təhqiqatçı, polis mayoru Ramiz Seyidov birlikdə qeyd edilən ünvana getmişlər. Həmin ünvana çatdıqları zaman qapının önündə biri qadın, biri kişi olmaqla iki nəfər şəxsin söhbət etdiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşmışlar və özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını, onlarla birlikdə gəlmiş X21 X4 aqronomu Şahid6 özünü təqdim edərək aqronom-mütəxəssis olduğunu bildirmişdir. Daha sonra Sabunçu RPİ-nin 14-cü PBnin təhqiqatçısı, polis mayoru Ramiz Seyidov bir nəfər qadından və bir nəfər kişidən özlərini təqdim etməsini xahiş etmişdir. Fərdi evin giriş qapısının önündə dayanan qadın Özünü təqdim edərək Şahid1, bir nəfər kişi isə Şahid2 olduqlarını bildirmişlər. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid2 kim olmasını soruşmuşdur. Bu zaman Şahid2 Şahid1 qohumu və qonşusu olduğunu demişdir. Bundan sonra təhqiqatçı, polis mayoru X33 Babayevaya Sabunçu RPİ-nin 14-cü PB-nə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkisi əkilməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdur. Şahid1 fərdi evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 fərdi evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmasını xahiş etmiş və Şahid1 videoçəkilişlə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra fərdi evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı fərdi evin həyətyanı sahəsində, təxminən 50 m2 sahədə, polietilen örtüklə bağlanmış istixana olduğu və istixanada bitki əkilməsi müəyyən edilmişdir. Aqronom-mütəxəssis Şahid6 bitkilərə baxış keçirərək əkilmiş bitkilərin çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını və alaq edildiyini bildirmişdir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 sual verərək çətənə bitkilərinin kimə məxsus olmasını soruşmuş, bu zaman Şahid1 aşkar edilmiş çətənə kollarının oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. Daha sonra təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 sual verərək, oğlu Təqsirləndirilən şəxs çətənə bitkilərini əkilib-becərilməsi İlə nə vaxtdan məşğul olmasını, aşkar edilmiş çətənə kollarını nə vaxt əkməsi ilə bağlı sual vermişdir. Şahid1 oğlunun təqribən 1 ildən az müddətdir çətənə bitkisinin əkilibbecərilməsi ilə məşğul olduğunu, aşkar edilmiş çətənə kollarını oğlu Cavidanın nə vaxt əkməsindən xəbərinin olmadığını, şəkər xəstəsi olduğu üçün fərdi evin həyətyanı sahəsinin istixana olan hissəsinə keçmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 fərdi evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdur. Şahid1 fərdi evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra çəkiliş davam edə-edə evə daxil olmuşlar. İlk əvvəl evin zal otağına baxış keçirilmiş və bu zaman zal otaqda yerləşən divanın alt hissəsində yerləşən yük yerindən bir ədəd tüfəng, 7 ədəd patron, 3 ədəd qara tiyəsi olan bıçaqlar, boş kibrit qutuları aşkar edilmişdir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 silahın və bıçaqların kimə məxsus olmasını soruşmuşdur. Şahid1 isə silahın və bıçaqların kimə məxsus olmasından xəbərinin olmadığını, oğlu Təqsirləndirilən şəxs məxsus olmadığını demişdir. Bundan sonra baxış zamanı fərdi evin girişində yerləşən paltar və ayaqqabı dolabının sağ hissəsində yerləşən sürməsindən 01 ədəd alüminium qazanın içərisində olan sellofan torbada ot kütləsi, həmin qazanın içərisində 05 ədəd kibrit qutusunda ot kütləsi, iki ədəd biri yaşıl, biri qırmızı rəngli tərəzilər və ağ rəngli sellofanın içərisində maddə aşkar edilmişdir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov aşkar edilmiş ot kütlələrinin, həmçinin maddənin nə olması, onların, eyni zamanda tərəzilərin kimə məxsus olması barədə Şahid1 sual vermişdir. Şahid1 aşkar edilmiş ot kütləsinin, maddənin nə olduğunu bilmədiyini, ot kütləsinin, maddənin və tərəzilərin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov bundan sonra aqronommütəxəssisdən aşkar edilən ot kütləsinin nə olması ilə bağlı sual vermişdir. Aqronom-mütəxəssis Şahid6 ot kütləsinin qurudulmuş çətənə bitkisi olduğunu demişdir. Bundan sonra təhqiqatçı, polis mayoru Ramiz Seyidov baxışla bağlı hər hansısa bir şikayətinin, narazılığının olub-olmaması ilə bağlı Şahid1 sual vermişdir. Şahid1 heç bir narazılığının və şikayətinin olmadığını demişdir. Bundan sonra çəkiliş sona çatmış, çəkiliş sona çatdıqdan sonra aşkar edilmiş ot kütlələri, ağ sellofanda olan maddə, tüfəng, patronlar, bıçaqlar, tərəzilər, eyni zamanda həyətyanı sahədə olan istixanadakı bitkilər oradan çıxarılaraq qablaşdırılmışdır. Fərdi evin həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilən çətənə kolları yığıldığı zaman 316 ədəd olduğu müəyyən edilmişdir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov tərəfindən aşkar edilən ot kütlələri, maddə, bitkilərlə bağlı ekspertizalar təyin edilmişdir. (cild 01, iş vər. 124-127) Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Sabunçu RPİnin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixində bölmənin əməliyyat aparatına ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi, onları qurudaraq satışını həyata keçirməsi İlə bağlı məlumat daxil olmuş, məlumat əsasında əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə, eyni zamanda fərdi evə baxış keçirilmişdir. Bu zaman həyətyanı sahədə yerləşən istixanadan ümumi sayı 316 (üç yüz on altı) ədəd, ümumi çəkisi 12 kiloqram 710 qram əkilib-becərilməsi qadağan olunan, aqrotexniki qaydada qulluq olunmuş çətənə (kannabis) bitkiləri, yaşadığı fərdi evdən isə zal otaqdakı divanın altında yerləşən yük yerindən 1 ədəd qoşalüləli, sənədsiz ov tüfəngi, 7 ədəd ov tüfənginin patronunu, 3 ədəd qara tiyəsi olan bıçaqlar, boş kibrit qutuları, evin girişində yerləşən paltar dolabının sağ alt gözündən 1 ədəd alüminium qazanın içərisində, təmiz çəkisi 1140 qram, 04 (dörd) ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri: 1) 4,243 qram, 2) 5,387 qram, 3) 5,281 qram və 4)4,546 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd biri yaşıl və biri qırmızı rəngli tərəzilər aşkar edilərək götürülmüşdür. Qeyd edilən fakt aşkar edildikdən sonra Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və 50636 nömrəli axtarış işi açılmışdır. Axtarış işinin icrası ilə əlaqədar tərəflərindən tədbirlər həyata keçirildiyi zaman Təqsirləndirilən şəxs bir çox vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6, ev 18-in hasarla bölünərək ayrılmış hissəsində yerləşən və əmisinin həyat yoldaşı X12 məxsus fərdi evdə yaşadığı müəyyən edilərək qeyd edilən ev nəzarətə götürülmüşdür. Tədbirlər həyata keçirildiyi zaman xx xxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində bölməyə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında sahə rəisi, polis leytenantı Şahid8 ilə qeyd edilən ünvana getmişlər. Bir neçə dəqiqə sonra evin qarşısında Təqsirləndirilən şəxs dayandığını görüb ona yaxınlaşaraq saxlamış və bölməyə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması, daşınması qadağan edilən əşyanın olması ehtimalını nəzərə alaraq videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı, polis mayoru Tahir Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan, həmçinin videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən məsələlərlə bağlı etirazının olmadığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı, polis mayoru Tahir Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış başlanmazdan əvvəl üzərində qanunla saxlanılması, gəzdirilməsi qadağan olunan əşya və ya predmet olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və gəzdirilməsi qadağan edilən əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd cüt şəffaf sellofan aşkar edilmişdir. 1 ədəd cüt şəffaf sellofana baxılan zaman içərisində spesifik iyə malik, narkotik vasitə marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ot kütləsinin nə olduğu soruşulan zaman o, ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı həyətində əkərək-becərdiyi çətənə bitkisini qurudaraq əldə etdiyini, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6, ev 18-in hasarla bölünərək ayrılmış hissəsində yerləşən fərdi evə baxış keçiriləcəyini bildirilərək evdə qanunla qadağan olunmuş əşya və ya predmetin olubolmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6, ev 18-in hasarla bölünərək ayrılmış hissəsində yerləşən fərdi evdə xx xxxxxx 2019-cu il tarixində yaşadığı evdən aşkar edilərək götürülmüş marixuananın bir hissəsini saxladığını deyərək təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6, ev 18-in hasarla bölünərək ayrılmış hissəsində yerləşən fərdi evə getmişlər. Fərdi evin giriş qapısında baş təhqiqatçı, polis mayoru Tahir Mirzəyev videoçəkilişlə, vəkilin iştirakı olmadan fərdi evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra fərdi evə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs fərdi evin yataq otağında olan dolabdan 9 ədəd kibrit qutusunu, eyni zamanda bir ədəd bükülünü təqdim etmişdir. Kibrit qutularına və bükülüyə baxış keçirilən zaman içərisində spesifik iyə malik ot kütlələrinin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması soruşulduğu zaman o, kütlələrin içərisində olan ot kütlələrinin narkotik vasitə olan marixuana olduğunu, özü istifadə etmək və satmaq məqsədi ilə özünə məxsus fərdi evin həyətində əkib-becərdiyi çətənə kollarını qurudaraq hazırladığım bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı evdən aşkar edilmiş ot kütlələri qablaşdırılmış və ekspertizaya göndərilmişdir. (cild 02, iş vər. 07- 10) Birinci instansiya məhkəməsində məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14- cü PB-də sahə inspektoru Şahid8 ifadəsi elan edilməklə tədqiq edilmiş, o, şahid Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili Şahid7 ilə eyni məzmunlu ifadə verməklə, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən saxlanması, üzərinə şəxsi axtarış və götürmə, eləcə də Təqsirləndirilən şəxs bir çox vaxtlarda qaldığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6, ev 18in hasarla bölünərək ayrılmış hissəsində yerləşən və əmisinin həyat yoldaşı X12 məxsus fərdi evə baxış keçirdikləri zaman müəyyən etdikləri xüsusatları təsdiq etmişdir. (cild 02, iş vər. 11-14) İşdə olan “Cinayət işi başlanması və icraata qəbul olunması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən toplanmış material əsasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 63) İşdə olan xx xxxxxx 2019-cu il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid3 həmin bölmənin rəisi vəzifəsini icra edən səlahiyyətli şəxsə yazılı şəkildə məruzə edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan “Cavidan” adlı şəxsin mütəmadi olaraq dövriyyəsi qanunla qadağan olan narkotik vasitələr əldə etməsi, evində saxlaması və həyətyanı sahəsində yerləşən istixanada əkib becərməsi barədə əməliyyat yolu ilə əldə lunmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və aidiyyatı əməkdaşa göstəriş verərək, tədbir keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 01, iş vər. 66) İşdə olan “Әməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan “Cavidan” adlı şəxsin mütəmadi qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, evində saxlaması və həyətyanı sahəsində yerləşən istixanada əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə “Cavidan” adlı şəxsin digər təhqiqat üsullar ilə ifşa edilməsi qeyri mümkün olduğundan onun cinayət başında yaxalanması üçün ӘAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra ӘAT-nin həyata keçirilməsi zəruri olduğundan, “Cavidan” adlı şəxsin dəqiq yaşadığı ünvanı və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ӘAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin, 1 və 2- ci bəndində nəzərdə tutulmuş tədbirlər keçirilməsi, “Cavidan” adlı şəxsi dəqiq yaşadığı ünvanı müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ӘAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9cu bəndini rəhbər tutaraq yaşadığı binanın müşahidəsinin aparılması qərara alınmışdır. (cild 01, iş vər. 68) İşdə olan xx xxxxxx 2019-cu il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid3 həmin bölmənin rəisi vəzifəsini icra edən səlahiyyətli şəxsə yazılı şəkildə məruzə edərək, daxil olmuş məlumata əsasən Sabunçu rayon, Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması və həyətyanı sahəsində yerləşən istixanada narkotik vasitələri əkməsi ehtimal olunduğundan, faktla əlaqədar Xanlar küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair aidiyyatı əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. (cild 01, iş vər. 69) İşdə olan Şahid1 Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsini icra edən səlahiyyətli şəxsə olan xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Şahid1 ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6da yerləşən 18 nömrəli evə və həyətindəki istixanaya vəkilin iştirakı olmadan baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 70) İşdə olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı Ramiz Seyidov tərəfindən bölmənin əməkdaşlarının, mütəxəssis Şahid6 və digər şəxslərin iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6-da yerləşən 18 nömrəli evə və həyətyanı sahəsinə Təqsirləndirilən şəxs yaşadığı evdə olmadığından onun anası Şahid1 ilə baxış keçirilməsi barədə söhbət aparılmış, sonuncu evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etiraz etmədikdən və ərizəsini təqdim etdikdən sonra, evin həyətinin sağ tərəfində yerləşən polietilen sellofanla örtülmüş 50 m2 sahəli istixanaya baxış keçirilən zaman ortalama uzunluqları 40-60 sm olan narkotik tərkibli bitki olan Marixuana bitkilərinə bənzər 316 ədəd bitkilər aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qonaq otağında yerləşən divanın altından 01 ədəd üzərində 9144 yazısı olan 02 lüləli ov tüfəngi, həmin tüfəngə məxsus 07 ədəd patron və 03 ədəd bıçaq, evin dəhlizində yerləşən paltar dolabının aşağı sürməsindən isə 05 ədəd kibrit qutusunda marixuana bitkisinə bənzər qurudulmuş ot şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik toz şəklində heroinə bənzər maddə və alüminium qazanın içində sellofana bükülmüş marixuana bitkisinə bənzər qurudulmuş ot və 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Vətəndaş Şahid1 övladı Təqsirləndirilən şəxs təxminən bir ildir ki, narkotik maddə istifadəçisi olduğunu və istixanadan, həmçinin yaşadığı evdən aşkar olunmuş maddi sübutlar,- narkotik vasitələri, istixanada əkdiyi və evdə saxladığı narkotik vasitələri özünün istifadə etdiyini bildirmişdir (cild 01, iş vər. 71-73). İşdə olan xx xxxxxx 2019-cu il tarixli X21 X4 aqronomu Şahid6 tərəfindən verilmiş rəydən görünür ki, xx xxxxxx 2019-cu il tarixində saat 12.00 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin polis əməkdaşlarının dəvəti ilə Maştağa qəsəbəsi, Xanlar küçəsində, döngə 6, ev 18 ünvanında həyətyanı sahəyə keçirdiyi aqronomiki baxış zamanı, həyətyanı sahədə təxminən 50 m2 sahəsi olan polietilen örtüklə bağlanmış istixanada, əkilməsi və becərilməsi qadağan olunan 316 ədəd 40-60 sm hündürlükdə olan çətənə bitkisi aşkar olunmuş, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq olunmuşdur. Həmin bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, qablaşdırılmış və götürülmüşdür (cild 01, iş vər. 74). İşdə olan Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” sözləri yazılmış sellofan bağlamada bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1140 qram, 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 4,243 qram, 2) 5,387 qram, 3) 5,281 qram, 4) 4,546 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1159,457 qramdır (1 kq 159,457 qram). Tədqiqata təqdim olunmuş bir ədəd sarı rəngli sellofan torbada və 04 (dörd) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” sözləri yazılmış üç ədəd sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 316 (üç yüz on altı) ədəd, ümumi çəkisi 12 kq 710 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” sözləri yazılmış bağlamada bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,501 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir (Cild 01, səhifə 84-87). İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,044 qr olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik və ya psixotrop maddələrə aid deyildir. (Cild 01, səhifə 88-91) İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 5(008)-279/2019 nömrəli qərarından görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid3 “Әməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx xxxxxx 2019cu il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 108). İşdə olan “CD diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-in həyətyanı sahəsinə və fərdi evə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1-in giriş darvazasının önündə dayanmış bir nəfər qadın və bir nəfər kişiyə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları və onlarla birlikdə gəlmiş X21 X4 aqronomu Şahid6 özlərini təqdim edirlər. Daha sonra Sabunçu RPİ-nin 14-cü PBnin təhqiqatçısı, polis mayoru Ramiz Seyidov bir nəfər qadından və bir nəfər kişidən özlərini təqdim etməsini xahiş edirlər. Fərdi evin giriş qapısının önündə dayanan qadın polis əməkdaşlarına özünü təqdim edərək Şahid1, bir nəfər kişi isə Şahid2 olduqlarını bildirirlər. Təhqiqatçı, polis mayoru Ramiz X1 kim olmasını soruşur. Bu zaman Şahid2 Şahid1 qohumu və qonşusu olduğunu deyır. Bundan sonra təhqiqatçı, polis mayoru X33 Babayevaya Sabunçu RPl-nın 14-cu PB-nə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkisi əkilməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək həyətyanı sahəyə baxış ; keçirilməsinə etirazının olub-olmamasını soruşur. Şahid1 fərdi evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını dedi. Təhqiqatçı. polis mayoru Ramız Seyidov Şahid1 fərdi evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmasını xahiş edir və M.A.Babayevə videoçəkilişlə ərizə yazaraq təqdim edir. Bundan sonra fərdi evin həyətyanı sahəsinə baxış keçirilməyə başlandı. Baxış zamanı fərdi evin həyətyanı sahəsində, təxminən 50 m2 sahədə, polietilen örtüklər bağlanmış istixana olması və istixanada bitki əkilməsi müəyyən edilir. Aqronom- mütəxəssis Şahid6 bitkilərə baxış keçirərək əkilmiş bitkilərin çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını və alaq edildiyini bildirdi. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 sual verərək çətənə bitkilərinin kimə məxsus olmasını soruşur. Bu zaman X19 aşkar edilmiş çətənə kollarının oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirir. Daha sonra təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 sual verərək, oğlu Təqsirləndirilən şəxs çətənə bitkilərini əkilib-becərilməsi ilə nə vaxtdan məşğul olmasını, aşkar edilmiş çətənə kollarını nə vaxt əkməsi ilə bağlı sual verir. Şahid1 oğlunun təqribən 1 ildən az müddətdir çətənə bitkisinin əkilib-becərilməsi ilə məşğul olduğunu, aşkar edilmiş çətənə kollarını oğlu Cavidanın nə M vaxt əkməsindən xəbərinin olmadığını, şəkər xəstəsi olduğu üçün fərdi evin həyətyanı sahəsinin istixana olan hissəsinə keçmədiyini bildirdi. Bundan sonra təhqiqatçı, polis mayoru Ramiz Seyidov Şahid1 fərdi evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşur. Şahid1 fərdi evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra çəkiliş davam edə-edə evə daxil olurlar. İlk əvvəl evin zal otağına baxış keçirilir və bu zaman zal otaqda yerləşən divanın alt hissəsində yerləşən yük yerindən bir ədəd tüfəng, 7 ədəd patron, 3 ədəd qara tiyəsi olan bıçaqlar, boş kibrit qutuları aşkar edilir. Təhqiqatçı, polis mayoru Şahid1 silahın və bıçaqların kimə məxsus olmasını soruşur. Şahid1 isə silahın və bıçaqların kimə məxsus olmasından xəbərinin olmadığını, oğlu Təqsirləndirilən şəxs məxsus olmadığını bildirir. Bundan sonra baxış zamanı fərdi evin girişində yerləşən paltar və ayaqqabı dolabının sağ hissəsində yerləşən sürməsindən 01 ədəd alüminium qazanın içərisində olan sellofan torbada ot kütləsi, həmin qazanın içərisində 05 ədəd kibrit qutusunda ot kütləsi, iki ədəd biri yaşıl, biri qırmızı rəngli tərəzilər və ağ rəngli sellofanın içərisində maddə aşkar edilir. Təhqiqatçı, polis mayoru Ramiz Seyidov aşkar edilmiş ot kütlələrinin, həmçinin maddənin nə olması, onların, eyni zamanda tərəzilərin kimə məxsus olması barədə Şahid1 sual verir. Şahid1 aşkar edilmiş ot kütləsinin, maddənin nə olduğunu bilmədiyini, ot kütləsinin, maddənin və tərəzilərin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirir. Təhqiqatçı. polis mayoru Ramiz Seyidov bundan sonra aqronom-mütəxəssisdən aşkar edilən ot kütləsinin nə olması ilə bağlı sual verir. Aqronom-mütəxəssis Şahid6 ot kütləsinin qurudulmuş çətənə bitkisi olduğunu bildirir. Bundan sonra təhqiqatçı. polis mayoru Ramiz Seyidov baxışla bağlı hər hansısa bir şikayətinin, narazılığının olub-olmaması ilə bağlı Şahid1 sual verir. Şahid1 heç bir narazılığının və şikayətinin olmadığını bildirir. Bundan sonra çəkiliş sona çatır (cild 01, iş vər. 118-120). İşdə olan “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından götürülmüş 1159,457 qram qurudulmuş marixuana və ümumi təmiz çəkisi 12710 qram çətənə bitkiləri maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 1159,207 qram qurudulmuş marixuana və 12709,1 qram çətənə (kannabis) bitkisi məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına və həyətyanı sahəsinə baxış keçirildiyi video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 121-122). İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ tərəfindən barəsində axtarış işi açılmış Babayev X13 RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə saxlanılaraq PB-nə gətirilmişdir. (cild 01. iş vər. 04) İşdə olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən Sabunçu RPİ 14-cü PB-in baş əməliyyat müvəkkili polis kapitanı Şahid7 və həmin bölmənin sahə inspektoru polis leytenantı Şahid8 iştirakı ilə Sabunçu RPİ 14-cü PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmazdan əvvəl hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulan zaman o, üzərində heç bir qeyri qanuni əşya olmadığını bildirdi. Bundan sonra üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd ikiqat şəffaf sellofanın içərisində spesifik iyə malik narkotik vasitə hesab edilən marixuanaya bənzər ot aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotiki vasitə olan nəşə olduğunu və özünə məxsus olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin qurudulmuş marixuana olduğunu, 3 ay əvvəl yaşadığı evin həyətində əkərək qurudub saxladığını bildirdi. Bundan sonra evinə baxış keçirilməsi zərurəti yarandığını və yaşadığı ünvanda qanunla istifadəsi qadağan edilmiş hər-hansı bir əşya və ya maddə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs əkdiyi marixuana bitkisinin bir qismini qurudaraq evdə saxlamasını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd cüt şəffaf sellofanın içərisində spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər qurudulmuş ot Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 100 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı istifadə olunmuş “Samsung S10” markalı mobil telefondan həkk olunmuş video çəkiliş diskə köçürüldü və kompüterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir (cild 01, iş vər. 07-09). İşdə olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən Sabunçu RPİ 14-cü PB-in baş əməliyyat müvəkkili polis kapitanı Şahid7 və həmin bölmənin sahə inspektoru polis leytenantı Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6-da yerləşən 18 nömrəli evin bölünərək ayrılmış bir hissəsində baxış keçirilmişdir. Baxış zamanı içəri daxil olduqda sağda sanitar qovşağı, həyətyanı sahə və ön tərəfdən sonra bir otaqlı ev olduğu, evə daxil olduqda solda çarpayı, ön tərəfdə dolab, sağ tərəfdə isə televizor və masa olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evdə dolabın yuxarısında olan tək gözünü açaraq oradan iki ədəd şəffaf rəngli sellofanda təqdim edərək çarpayının üzərinə qoymuşdur. Sellofandan birinin içərisində spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər ot və digər sellofanda isə 09 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutularında içində qurudulmuş spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər ot aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin marixuananı öz həyətindən əkib becərdiyini bildirmişdir. Həmin narkotik vasitələri şəxsən istifadə etmək və satmaq üçün müvəqqəti yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar edilmiş maddi sübutlar iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı istifadə olunmuş “Samsung S10” markalı mobil telefondan həkk olunmuş video çəkiliş diskə köçürüldü və kompüterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir (cild 01, iş vər. 22-24). İşdə olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 32034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan bir ədəd kağız zərfdəki, 01 (bir) ədəd bükülüdə təmiz çəkisi - 7,698 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan bir ədəd bağlamadakı, 9 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,891 qram; - 5,984 qram; - 3,373 qram; - 3,471 qram; - 5,495 qram; - 5,439 qram; - 3,673 qram; - 3,264 qram; - 3,306 qram; ümumi təmiz çəkisi - 37,896 qram və bir ədəd bükülüdə təmiz çəkisi - 84,458 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan zərfdəki və bağlamadakı marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 32-35). İşdə olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 14-cü PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əlavə baş təhqiqatçı, polis mayoru Tahir Mirzəyev tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona Azərbaycan Respublikası CM-nin 237-ci maddəsi ilə barəsində açılmış axtarış işi ilə əlaqədar saxlanılaraq bölməyə gətirilməsi, bu səbəbdən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmet olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi tələb edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən iki qat sellofana bükülmüş bir ədəd bükülünü təqdim edir. Polis əməkdaşları ondan bükülüdəkinin nə olmasını, haradan əldə etməsini soruşurlar. Bu zaman Təqsirləndirilən şəxs bükülünün içərisindəkinin '‘nəşə” olduğunu, yaşadığı evin həyətində öz istifadəsi və satması üçün əkdiyini bildirir (cild 02, iş vər. 01-02). İşdə olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı fərdi evə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs iştirakı ilə qeydiyyatda olduğu ünvan 1-ə bitişik fərdi evə baxış keçirilməzdən əvvəl, vəkilin iştirakı olmadan baxış keçirilməsinə etirazın olub-olmaması soruşulur. Bu zaman Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Fərdi evə daxil olduqdan sonra qanunla saxlanılması qadağan edilən narkotik maddə olan marixuananı təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs fərdi evdə yerləşən dolabdan bir ədəd sellofan torbanı çıxardaraq təqdim edir. Sellofan torbaya baxış zamanı içərisində 9 ədəd kibrit qutusunun, eyni zamanda ot kütləsinin olduğu müəyyən edilir. Kibrit qutularının hamısına baxış keçirilir və bu zaman onlarında içərisində ot kütləsi olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs kibrit qutularındakı, eyni zamanda sellofanın içərisindəki ot kütlələrinin nə olduğu soruşulur. Bu zaman Təqsirləndirilən şəxs kibrit qutularındakı və sellofandakı ot kütlələrini narkotik maddə olan marixuana olduğunu, yaşadığı evin həyətində satmaq və özü istifadə etmək üçün əkib-becərərək qurutduğunu bildirdi. Aşkar edilmiş ot kütlələri qablaşdırılmışdır (cild 01, iş vər. 03-04). İşdə olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi ilkin çəkisi 130.082 qram marixuana maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 129.862 qram çəkidə marixuana məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yaşadığı evə baxışın aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). İşdə olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və çıxarış şəklində iş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən Sabunçu rayon Məhkəməsinin telefon nömrələri ilə ötürülən məlumatların ələ keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixində daxıl olmuş müşayiətedici məktuba əlavə edilmiş 01 (bir) ədəd diskə baxış keçirilmiş, CD diskə baxış zamanı 4 ədəd faylın olduğu müəyyən edilmişdir. Faylların içərisinə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. “776280708 sms in” adlı fayla baxış zamanı faylın 06 səhifədən ibarət olduğu, faylda Təqsirləndirilən şəxs göndərilən sms mətnləri olduğu müəyyən edildi. Sms mətnlərinə baxış zamanı həmçinin ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs ********** mobil telefon nömrəsinə “mən uzağı 40 dəqiqəyə hazır inşaallah xəbərdar ele olari birdeki çalış bırat dünənkinnən az gətizdirmə olara birdəki 10 ədəd sürüşənəndə gətizdir atam”, eyni zamanda ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs ********** mobil telefon nömrəsinə “imkan olsa falqa götürdə brat gələndə” smslərinin yazıldığı müəyyən edildi. Baxış keçirildikdən sonra faylın içərisindəki məlumatlar kağıza çıxarılmaqla protokola əlavə edildi. “776280708 sms out” adlı fayla baxış zamanı faylın 05 səhifədən ibarət olduğu, faylda Təqsirləndirilən şəxs göndərdiyi sms mətnləri olduğu müəyyən edildi. Sms mətnlərinə baxış zamanı həmçinin Təqsirləndirilən şəxs ********** mobil telefon nömrəsindən ********** mobil telefon nömrəsinə “sürüşəni gətirdim”, “imkan olsa falqa götür” smslərinin yazıldığı müəyyən edildi. Baxış keçirildikdən sonra faylın içərisindəki məlumatlar kağıza çıxarılmaqla protokola əlavə edildi. “Call Details_**********233 776280708” adlı fayla baxış zamanı faylın 73 səhifədən ibarət olduğu, fayla baxış zamanı isə Təqsirləndirilən şəxs məxsus ********** mobil telefon nömrəsi ilə mütəmadi olaraq ********** və ********** mobil telefon nömrələri ilə əlaqə saxlanıldığı müəyyən edildi. Baxış keçirildikdən sonra məlumatlar kağıza çıxarılmaqla protokola əlavə edildi. “Call_Numbers_**********2346_776280708_only” adlı fayla baxış zamanı la> İın 02 səhifədən ibarət olduğu. Təqsirləndirilən şəxs ********** mobil telefon nömrəsi ilə mütəmadi olaraq əlaqə saxlanılan ********** mobil telefon nömrəsinin X16 və ********** mobil telefon nömrəsinin isə X9 məxsus olduğu müəyyən edildi. Baxış keçirildikdən sonra faylın içərisindəki məlumatlar kağıza çıxarılmaqla protokola əlavə edildi. “xxxx" MMC-dən daxil olmuş CD diskdəki bütün fayllarda olan məlumatlar kağıza çıxarılmaqla protokola əlavə edilmişdir (cild 02, iş vər. 28-115). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Әrazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 118-119). İşdə olan Məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş və “3” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. (Cild 02, iş vər. 120-123) İşdə olan Məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 261 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, “E.C.Qureviç” sistemli, “TM-16” modelli, 9144 №-li, 20 kalibrli, daxili çaxmaqlı, qoşalüləli, odlu ov tüfəngidir - yivsiz odlu ov silahı hesab edilir, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar və atəş (istifadəyə) yararlıdırlar, lakin kalibrlərinə görə uyğun gəlmədikləri üçün, həmin patronların tədqiqata təqdim edilmiş “E.C.Qureviç” sistemli, ‘TM-16” modelli, 9144 №-li, 20 kalibrli, qoşalüləli ov tüfəngində istifadə olunmaları mümkün deyildir. (Cild 02, iş vər. 124-127) “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə tövsif olunmuşdur. (cild 02, iş vər. 128-129) İşdə olan Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş birinci kağız paketdə (Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş) sellofan bağlamanın içərisində bir ədəd sarı rəngli sellofan torbada, 04 (dörd) ədəd kibrit qutusunda olan marixuanalar ilə ikinci kağız paketdəki zərfdə bir ədəd sellofan bükülüdə (Təqsirləndirilən şəxs üzərindən götürülmüş) və polietilen bağlamada (Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş) 9 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər (Cild 02, iş vər. 165-167). İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6, ev 18 ünvanından götürülmüş 03 ədəd qara tiyəsi olan bıçaqların, 02 ədəd biri yaşıl, biri qırmızı rəngli tərəzilərin maddi sübut kimi tanınması və məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanından götürülmüş 1 ədəd qoşalüləli sənədsiz ov tüfənginin, 07 ədəd ov tüfənginin patronunun maddi sübut kimi tanınması və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6. ev 18-ə. axtarışda olduğu müddətdə müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, döngə 6. ev 18-in hasarla bölünərək ayrılmış hissəsində yerləşən fərdi evə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış və baxışın keçirilməsi barədə görüntünü əks etdirən ümumilikdə 3 ədəd disklərin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması və istintaq materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1, 234.4.1 və 237.2.1-ci maddələrinin tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 307.1-ci maddələrinin tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, X18 barəsində Azərbaycan Respublikası CM-nın 307.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, “xxxx” MMC-dən götürülmüş 01 ədəd CD diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ov tüfənginin, eyni zamanda biri soyuq silah olan 3 ədəd bıçaqların mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən material ayrılması və araşdırma aparılması qərara alınmışdır (cild 02, iş vər. 182-201). Birinci instansiya məhkəməsində məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin video görüntülərdə “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2019- cu il tarixli protokol, “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli protokol, “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokol, “CD diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokol və “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş çoc saylı şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutların götürülməsi, istintaq hərəkətlərinin, məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə olan əməllərinin həmin Məcəllənin 234.1 və 237.1-ci maddələrinə tövsif edilməsi üçün iş materialları ilə, eləcə də hazırda apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında əsaslar müəyyən edilmədiyindən, onun həmin əməllərinin tövsifi dəyişdirilə bilməz və bu barədə məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs mübahisələndirilən hökmlə təyin edilmiş cəza məsələsini də müzakirə edərək hesab edir ki, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün də əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN BӘSİİ-dən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 113). İşdə olan AZ-İİİ №561572 və AZ-İİİ №210404 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013cü il təvəllüdlü Nizami adlı və xx.xx.2015-ci il təvəllüdlü İntizam adlı iki azyaşlı uşağı vardır (cild 02, iş vər. 19-20). İşdə olan X6 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Şahid1 xx.xx.2018-ci il tarixdən hazıradək X7 Səhiyyə Nazirliyinin göndərişi ilə həftədə 03 dəfə planlı şəkildə hemodializ müalicə seansları qəbul edir. Xəstənin diaqnozu böyrəkdaşı xəstəliyi, xroniki kalkulyoz pielonefrit, XBX V mərhələ, planlı HD müalicəsi, nefrogen anemiyadır. (cild 02, iş vər. 23) Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 458 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır (cild 02, iş vər. 25). İş materiallarına əlavə edilmiş X34 və Loqos Psixoloji və X25 arayış və diaqnostik tibbi sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il təvəllüdlü İntizam adlı oğlu “Autistik spektr” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən onun törətdiyi cinayət əməllərini qismən etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı övladı olmaqla, onlardan birinin “Autistik spektr” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini və himayəsində bir sıra xəstəliklərdən əziyyət çəkən xəstə anasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58, 59, 61 və 66.3-cü maddələrinin tələblərinə düzgün riayət olunmuş, barəsində hökmdə göstərilən cəzasını yüngülləşdirən halların olub, ağırlaşdıran halların olmaması düzgün nəzərə alınmaqla, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyaları hüdudlarında cə cinayətlərin məcmusu üzrə cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fədiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfinən verilmiş apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-625/2020 saylı hökmü qanuni və əsaslı olduğundan həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apelyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-625/2020 saylı hökmü verilmiş həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar