Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-365/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır.
3. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,552 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 07 aprel 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 23:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,552 qram çəkidə kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən (sədrlik edən: Ə.Quliyev), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 07 aprel 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
5. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin İzahatları:
9. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs hökmün ləğv edilərək, təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı barədə müdafiəçiyə məlumat verilməsinə baxmayaraq, müdafiəçi məhkəmə iclasında iştirak etməmişdir. kollegiya təqsirləndirilən şəxsin işə müdafiəçinin iştirakı olmadan baxılmasına dair ərizəsini də nəzərə alaraq, şikayətə müdafiəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İşin hüquqi məsələləri:
12. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
14. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
15. Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 07 aprel 2023-cü il tarixdə 3-cü mikrorayon ərazisində X2 yaxınlığında yerləşən çay evindən çıxan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. O, həmin şəxslərdən çayxananın sanitar qovşağında dəstəmaz almaq üçün icazə istəmişdir. Polis əməkdaşları etiraz etməyərək gözləmişlər və o, dəstəmaz aldıqdan sonra onlarla birlikdə polis idarəsinə yollanmışdır. O, dindar, “şiə” əqidəli olduğu üçün və ondan öncə də xeyli dindar həbs edildiyi üçün polis əməkdaşları tərəfindən saxlanılması onun üçün gözlənilməz olmamışdır. Nəsimi rayon Polis İdarəsində onun qarşısına narkotik vasitə qoyularaq, ona aid olması bildirilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilərək, narkotik vasitə onun cibindən çıxarılmışdır. Saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Ondan öncə də həbs edilən dindarlar olmuşdur. O, həmin dindarların ailələrinə maddi yardım göstərirmiş, düşünür ki, həbs edilməsi bununla əlaqədardır. O, etirazın mənasız olduğunu düşünərək, polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitəni qəbul etmişdir. Ondan öncə də həbs edilmiş dindarlar olduğu üçün o, narkotik vasitəni qəbul etməyəcəyi halda polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalacağını bilmişdir. Nəsimi rayon Məhkəməsində də qətimkanla bağlı məsələyə baxılarkən hüquqlarını bilmədiyi üçün hər hansı etiraz etməmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman tanışları ondan bir qədər irəlidə olmuşlar. Saxlanılan zaman ona hər hansı fiziki zor tətbiq olunmamışdır. O, öz müdafiəçisi Müdafiəçi ilə müqavilə bağladıqdan sonra hüquqlarını başa düşərək düzgün ifadə verə bilmişdir. Hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçini iki dəfə görmüş, vəkillə hər hansı konfidensial ünsiyyətinə şərait yaradılmamışdır. Ona sadəcə olaraq sənədlərə qol çəkdirilmiş, onunla dindirmə istintaq hərəkəti aparılmamış, müstəntiqi yalnız bir dəfə məhkəmədə görmüşdür.
16. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsinə oxşar şəkildə izahat verərək, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.
17. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə Natiq adlı şəxsin narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Natiq adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 da daxil edilmişdir. Natiq adlı şəxsin ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23:00-da Şahid2 ilə birlikdə ünvan 4 ünvanın qarşısında gözləmişlər. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 23:30 radələrində əməliyyat məlumatında göstərilən “Natiq” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar, həmin şəxs adının Natiq olduğunu bildirmişdir. O və Şahid2 həmin şəxsə özlərini təqdim etmişlər və üstündə narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olduğundan onlarla birlikdə Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmişdir. Təqsirləndirilən şəxs isə etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarın cibindən 1 ədəd mobil telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd şəffaf sellefona bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellefona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışının yaxınlığında yerdən tapdığını, istifadə etmədiyini, lakin, üzərində saxladığını bildirmişdir.
18. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Natiq adlı şəxsin narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Natiq adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmışdır. Natiq adlı şəxsin ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23:00-da ünvan 4 ünvanın qarşısında gözləmişlər. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 23:30 radələrində əməliyyat məlumatında göstərilən “Natiq” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs, adının Natiq olduğunu bildirmişdir. Həmin şəxsə özlərini təqdim etmişlər və üstündə narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olduğundan onlarla birlikdə Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmişdir. Təqsirləndirilən şəxs isə etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarın cibindən 1 ədəd mobil telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd şəffaf sellefona bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellefona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışının yaxınlığında yerdən tapdığını qeyd etmişdir.
19. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Müntəzir” adlı çay evində Təqsirləndirilən şəxsla və digər dostları ilə birlikdə çay içirmişlər. Oradan çıxdıqdan sonra bir dostlarının anasının vəfat etməsi ilə əlaqədar baş sağlığı vermək üçün gedən zaman X2 yanında iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. Natiq onun polis idarəsinə dəvət olunmasının səbəbini soruşsa da, heç bir şey deməmişlər. Təqsirləndirilən şəxs “Müntəzir” çay evinə qayıdaraq dəstəmaz almaq üçün icazə istəmiş və həmin mülki geyimli şəxslər razılaşmışlar. Daha sonra 3-4 nəfər mülki geyimli şəxs də yaxınlaşaraq Təqsirləndirilən şəxs özləri ilə aparmışlar. Təqsirləndirilən şəxs üzərində olan qulaqcıq, təsbeh və pul qabını onlara verərək, polis əməkdaşları ilə birlikdə getmişdir. Təqsirləndirilən şəxs təsbehi, qulaqcığı və pul qabını onlara verən zaman polis əməkdaşları heç bir etiraz etməmiş lakin, telefonunu özündə saxlamasını bildirmişlər. Polis əməkdaşları yaxınlaşan zaman onların yanında Rasif adlı dostu da olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs özləri ilə birlikdə aparan zaman Natiqə bu barədə ailəsinə məlumat vermək üçün şərait yaradılmamışdır. Natiqin dəstəmaz alması təxminən 5-6 dəqiqə davam etmiş, polis əməkdaşları bu zaman çay evinin qarşısında gözləmişlər. Onlar Natiqlə birgə çay evinə daxil olmamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs aparan zaman onun qoluna qandal vurulmamış, özləri onun qoluna girmişlər.
20. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 aprel tarixində döyüş yoldaşı Elmanın anası rəhmətə getmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək, harada olduğunu soruşmuş, o da Elmana baş sağlığı vermək üçün getdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə ortaq dostları Elmangilin yaşadığı məhəlləyə gedərək baş sağlığı vermişlər. Bundan sonra Müntəzir” adlı çay evində Təqsirləndirilən şəxsla və digər dostlarıyla birlikdə çay içməyə gəlmişlər. Çay evindən çıxdıqda 5-6 nəfər şəxsin dayandığını görmüşlər. Onlar X2 yanından keçərək, dostlarına yenidən baş çəkmək istəmişlər. O, Təqsirləndirilən şəxs və dostları Ceyhun birlikdə hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs onlarla birlikdə getməli olduğunu demişlər. Onlar həmin şəxslərin kim olmasını, nə məqsədlə Təqsirləndirilən şəxs onlarla getməli olmasını soruşan zaman polis əməkdaşları hər bir şeyə polis idarəsində aydınlıq gətiriləcəyini qeyd etmişlər. Təqsirləndirilən şəxs üzərində olan pul qabını, təsbehi, qulaqcıqlarını onlara vermək üçün icazə istəmiş və polis əməkdaşları buna etiraz etməmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs “Müntəzir” çay evində dəstəmaz almaq istədiyini bildirmiş, polis əməkdaşları razılaşmışlar. Bu zaman saat təxminən 23-24 radələri olmuş, Təqsirləndirilən şəxs daha sonra polis əməkdaşları ilə birlikdə çıxıb getmişdir. Təqsirləndirilən şəxs dəstəmaz almaq üçün “Müntəzir” çay evinin sanitar qovşağına gedən zaman polis əməkdaşları onunla birgə içəri daxil olmayaraq, çay evinin qarşısında Təqsirləndirilən şəxs gözləmişlər. Təqsirləndirilən şəxs şəxsi əşyalarını onlara verən zaman hər hansı əşyanı yerə atmasını görməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları polis idarəsinə aparan zaman, eləcə də, Natiq şəxsi əşyalarını onlara təqdim edən zaman telefon vasitəsilə çəkiliş aparmağa cəhd etsələr də, polis əməkdaşları buna icazə verməmişlər.
21. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 6/2046 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə ümumi təmiz çəkisi 3,552 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 55-59) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 140-141)
22. İş materiallarında olan 2 X3 Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 1/2501 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün müraciət etməmişdir. (iş vərəqə 128)
23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu və 01 ədəd videogörüntüləri özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellefona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışının yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. (iş vərəqə 47-50)
24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 21, 25-26)
25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 47-49)
26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsi və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. (iş vərəqə 68-70, 81-82)
27. İş materiallarında olan 25 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitə alqı-satqısı ilə məşğul olmasının müəyyən edilməsi, lakin, Təqsirləndirilən şəxs narkotik vasitəni hansı yolla alması, aldığı mənbənin müəyyən edilməsi, kimlərə narkotik vasitə satması və ya verməsi istiqamətində müsbət nəticə əldə edilməməsi qeyd olunmaqla əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan bir növ şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını özü-özlüyündə inkar etmiş, şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etməsinin, narkotik vasitələrin satışı ilə məşğul olmasının hansı faktlar əsasında təsdiq olunmasına dair hər hansı xüsusatı göstərə bilməmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 122)
29. Elektron-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X4, X5 olmaqla 3 azyaşlı uşağı vardır.
30. Kollegiya, ekspert rəyini, şahid ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır.
31. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə kollegiya belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilir.
32. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid ifadələrindən və iş materiallarında olan istintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması öz təsdiqini tapır.
33. Təqsirləndirilən şəxs ona istintaq orqanı tərəfindən ona fiziki təzyiqlər göstəriləcəyini qeyd etsə də, bununla bağlı şikayət etməmiş, həmçinin belə bir halın olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
34. Qeyd edilənlərə əsasən, kollegiya, Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etdiklərini əsassız hesab etməklə, təqsirli bilindiyi cinayət əməlinin törədilməsini inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə apellyasiya şikayətinin dəlillərini özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığı qənaətinə gəlir.
35. Təqsirləndirilən şəxs məhkəmədə ümumiyyətlə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitənin polis əməkdaşları tərəfindən ona təqdim edilməsi, daha öncə də müxtəlif dindar tanışları həbs edildiyi üçün polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitəni qəbul etməyəcəyi halda təzyiqlərə məruz qalacağını düşünməsi ilə bağlı verdiyi ifadəsinə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə razılaşaraq hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi və apellyasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətini boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 6/2046 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol, şəxsi axtarış-götürmə istintaqında iştirak etmiş şahidlərin ifadələri, eləcə də, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən xx.xx.2023-cü il tarixli qismən etirafedici ifadəsi, həmçinin, digər mötəbər sübutlarla tam təkzib olunur.
36. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, O, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışı yaxınlığında yerdən şəffaf sellofanın içərisində olan narkotik vasitəni tapmışdır. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O, həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “heroinin” olmasını bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq əynində olan şalvarının cibindəki 01 (bir) ədəd Rothmans markalı siqaret qutusu, 01 (bir) ədəd alışqan və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə onun içində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Buda videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə onlar baxmış, sonra protokol tərtib olunmuş və onların tərəfindən imzalanmışdır. O, heç zaman narkotik vasitə satışı ilə məşğul olmamış, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün nəzərdə tutub əldə etmişdir. Polis əməkdaşları onu saxlayarkən heç bir qanuna zidd hərəkətə yol verməmişlər. (iş vərəqə 81- 82)
37. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir.
38. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı istintaq hərəkətlərinin aparılması haqqında protokolları, şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
39. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir.
40. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
41. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur.
42. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun əməlində ağırlaşdırıcı halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
43. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı şahid ifadələri, sübutların mövcudluğu, istintaq hərəkətləri protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur.
44. Kollegiya, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür.
45. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
46. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi əmələ görə Cinayət Məcəlləsinin müvafiq maddəsində azadlıqdan məhrum etmə növündə cəzanın həddi 3 ildən 8 ilədək müddətə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin isə təqsirləndirilən şəxsə yüngülləşdirici halları da nəzərə almaqla sanksiyadakı ən aşağı həddə - 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etməsi ədalətli olmuşdur.
47. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.
48. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətlərinin dəlilləri özünümüdafiə xarakteri daşıdığından apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.
50. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.
51. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.