Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-37/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 İrfan oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, Sadıqova Ləman Şahmar qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Zərərçəkmiş şəxs1, Müdafiçilər - Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi6, “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi7, Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə bəraət almasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-23/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-23/2023 nömrəli hökmü ilə (hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi ilə) xx xxxx 1984-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, 2 (iki) uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39A, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, hökm çıxarılan anadək həbsdə saxlanıldığı 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun nəzərə alınması və onun cəzasını çəkmiş hesab edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, xx xxxx 1993-cü il tarixdə Yevlax rayonu, Yəldili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Yevlax rayonu, Yəldili kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun təqsirsiz hesab edilməsi və ona həmin maddələr ilə bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs2 izah edilməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilmişdir ondan ötəri ki, o, bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində alkoqollu içkilər qəbulu nəticəsində sərxoş halda qayınatası Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, özünün «X10» MMC-nə olan borcunu onun əvəzinə ödəyibödəməyəcəyini soruşduqda, “yox” cavabı aldığı üçün telefonda Zərərçəkmiş şəxs1la sözlə mübahisə etmiş və telefon danışığını bitirdikdən sonra həmin tarixdə saat 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 qayınatası Zərərçəkmiş şəxs1 bir qədər əvvəl telefon danışığı zamanı onun bacısının ünvanına nalayiq ifadə işlətdiyinə görə sonuncunu vurmağa getdiyini deyərək, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 121 saylı mənzilin qarşısına gələrək əsəbi halda mənzilin giriş qapısını bərkdən döymüş, Zərərçəkmiş şəxs1 qapını açdığı zaman Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısının qarşısında bina sakinlərinin ümumi istifadəsində olan ictimai yer hesab edilən dəhlizdə əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlətməklə qəsdən münaqişəli vəziyyət yaradıb ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və qonşuluqda yaşayan sakinlərin rahatlığını pozmaqla etinasızlıq göstərərək, bina sakinlərinə qarşı laqeydlik və eqoizmini nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutmaqla onunla telefon danışığı zamanı sözlə mübahisəsini cüzi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan təpik və yumruqla qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda zərbə vurmuş və təpiklə mənzilin dəmir materialdan olan giriş qapısının sol yan tininə zərbə endirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 əllərindən tutaraq qəsdən yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmuş, hemin vaxt mübahisə səsinə mənzildən dəhlizə çıxaraq hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyünü görüb onları ayırmaq istədikdə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qollarından tutub saxlamasından istifadə edərək onların ictimai qaydanı kobud surətdə pozmalarının qarşısını alan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə istintaqa məlum olmayan silah qismində istifadə olunan beşbarmağa oxşar dəmir materialdan hazırlanmış alətlə qəscən bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs2 sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığına zərərvurmayan xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mənzilin dəmir materialdan olan giıiş qapısının kilidinin və 2 (iki) ədəd qapı rəzəsinin yararsız vəziyyətə düşməsi, 1 (bir) ədəd qapı rəzəsinin sınması, qapının deformasiyaya uğraması və zədələnməsi ilə zərərçəkmiş şəxsə 180 manat məbləğində maddi ziyan vurmuş, nəticədə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilmişdir ondan ötəri ki, o, bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 alkoqollu içkilər qəbulu nəticəsində sərxoş halda qayınatası Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünün «X10» MMC-nə olan borcunu Təqsirləndirilən şəxs1 əvəzinə ödəyib-ödəməyəcəyini soruşduqda, “yox" cavabı aldığı üçün telefonda Zərərçəkmiş şəxs1la sözlə mübahisə etmiş və telefon danışığını bitirdikdən sonra Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 qayınatası Zərərçəkmiş şəxs1 bir qədər əvvəl telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 bacısının ünvanına nalayiq ifadə işlətdiyinə görə Zərərçəkmiş şəxs1 vurmağa getdiyini deyərək, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 121 saylı mənzilin qarşısına gələrək əsəbi halda mənzilin giriş qapısını bərkdən döymüş, Zərərçəkmiş şəxs1 qapını açdığı zaman Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısının qarşısında bina sakinlərinin ümumi istifadəsində olan ictimai yer hesab edilən dəhlizdə əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlətməklə qəsdən münaqişəli vəziyyət yaradıb ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış vo birgəyaşayış qaydalarını və qonşuluqda yaşayan sakinlərin rahatlığını pozmaqla etinasızlıq göstərərək, bina sakinlərinə qarşı laqeydlik və eqoizmini nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutmaqla telefon danışığı zamanı sözlə mübahisəsini cüzi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan təpik və yumruqla qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda zərbə vurmuş və təpiklə mənzilin dəmir materialdan olan giriş qapısının sol yan tininə zərbə endirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 əllərindən tutaraq qəsdən yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt mübahisə səsinə mənzildən dəhlizə çıxaraq hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyünü görüb onları ayırmaq istədikdə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qollarından tutub saxlamasından istifadə edərək onların ictimai qaydanı kobud surətdə pozmalarının qarşısını alan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə istintaqa məlum olmayan silah qismində istifadə olunan beşbarmağa oxşar dəmir materialdan hazırlanmış alətlə qəsdən bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs2 sağ dirsək oynağı nahiyəsinn, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığına zərərvurmayan xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mənzilin dəmir materialdan olan giriş qapısının kilidinin və 2 (iki) ədəd qapı rəzəsinin yararsız vəziyyətə düşməsi, 1 (bir) ədəd qapı rəzəsinin sınması, qapının deformasiyaya uğraması və zədələnməsi ilə zərərçəkmiş şəxsə 180 manat məbləğində maddi ziyan vurmuş, nəticədə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Apellyasiya protestinin dəlilləri: Həmin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2ci maddələri ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələri barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırlmışdır ki, iş materiallarından və şahidlərin ifadələrindən görünür ki, həmin şahidlər münaqişə başladıqdan müəyyən vaxt keçdikdən sonra hadisə yerinə gəlmişlər. Yəni həmin şahidlər gələnə kimi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə bilikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirmələri faktı bitmiş olmuşdur. Hətta şahid X1 ifadəsində səs-küyə mənzilindən çıxdıqda, qonşusu Raminin tərəfləri sakitləşdirməyə çalışdığını gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxslərin özləri də ifadələrində göstərmişlər ki, səs-küyə qonşuları Gültəkin və Ramin dəhlizə çıxıb onları Emil və Rüfətin əlindən almağa çalışmışlar. Bununla da məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs2 həmin münaqişədə iştirak etməməsi və zərərçəkmiş şəxslərə xəsarət yetirməməsi qənaətinə gəlmişdir. Beləliklə də məhkəmənin ittiham tərəfindən təqdim edilmiş sübutların tədqiqinə hansı formada qərəzli yanaşmasını göstərmişdir. Bundan əlavə, cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində mənzilinin gözlüyündən baxarkən Rüfətin aktiv dalaşdığını, sonuncunun Emillə birlikdə Zərərçəkmiş şəxs1 vurduqlarını göstərməsi, həmçinin onunla Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən istintaqda verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməsi xüsusatları məhkəmə hökmündə nəzərə almamışdır. Gültəkin Abdullayevə məhkəmə istintaqında ifadəsini dəyişmiş və ifadəsini dəyişməsini ibtidai istintaq zamanı verdiyi ifadəsini latın qrafikalı əlifba ilə yaxşı oxuya bilmədiyindən müstəntiq tərəfindən doğru yazıldığını güman edərək imza etməsi ilə əlaqələndirmişdir. Hesab edir ki, məhkəmə Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsinə əsaslanarkən hansı səbəbdən ibtidai istintaq zamanı verilmiş ifadənin mötəbərliyini qəbul etmədiyini ağlabatan və kifayət qədər əsaslandırmalı idi. Müdafiə tərəfi və həmin tərəfin arqumentlərini qəbul edən məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin qəbul edilməsinin yolverilməzliyini əsaslandırmamış, hökmdə ümumiyyətlə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə hər hansı münasibət ifadə olunmamışdır. xx.xx.2021-ci il tarixli, 18 saylı ekspertiza rəyi zərərçəkmiş şəxslərin ifadələri və digər sənədlərlə əhatə olunaraq yetərli hesab edilsə də, məhkəmə bu hala da əhəmiyyət verməmiş və ətraflı araşdırma aparmadan ittihamın təsdiqi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə hökmündə iş üzrə ilkin olaraq keçirilmiş məhkəmə-tibbi ekspertizalarının xx.xx.2021 -ci il tarixli, 932 və 952 saylı rəylərində zərərçəkmiş şəxslərin bədən səthində aşkar olunmuş xəsarətlərin dəmir alətlə yetirilməsi nəticəsində əmələ gəlməsinin vurğulanmadığını, daha sonra verilmiş xx.xx.2021-ci il tarixli, 18 saylı rəydə Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlərin dəmir alətin küt hissəsi ilə vurulması nəticəsində əmələ gəlməsinin inkar olunmamasının konkret olaraq hansı maddi sübuta, nümunə və digər obyektin tədqiq edilməsinə, hansı üsulların tətbiq edilməsinə əsaslanmasının göstərilmədiyini bildirməklə, ətraflı araşdırma aparmadan, lazımi şəkildə hüquqi qiymət vermədən həmin ekspert rəyinin əsaslı və mötəbər sübut növü kimi qəbul edilməsini mümkünsüz hesab etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı kifayət qədər mötəbər sübutlar müəyyən edilmiş, lakin məhkəmə əldə edilmiş sübutları bir-biri ilə qarşılıqlı müqayisə edərək düzgün nəticə çıxara bilməmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bundan başqa, bəraətin əsaslarına dair hissədə də məhkəmənin gəldiyi nəticələr əsaslı olmamışdır. Belə ki, məhkəmənin hökmünün məzmunundan görünür ki, birbaşa olaraq qeyd edilməsə də, Təqsirləndirilən şəxs2 hərəkətlərində cinayət tərkibinin olmaması qənaətinə gəldiyini ehtimal etmək olar. Yəni məhkəmənin fikrinə görə, hadisənin baş verməsini (zərərçəkənə xəsarətin yetirilməsini) təsdiq edən kifayət qədər sübutlar mövcud deyil. Lakin məhkəmə yekunda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət vermişdir. Məhkəmənin hökmünün məzmunundan görünür ki, bəraətin əsası sübutların yetərsizliyi ilə bağlı olmuşdur. Yəni məhkəmə ittiham hökmü çıxarmaq üçün kifayət qədər sübut olmadığı qənaətindədir. Lakin məhkəmə bir məsələni diqqətdən qaçırmışdır ki, onun mübahisələndirdiyi hallar (sübutların yetərsizliyi) təqsirə aid olmamışdır. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxslərin nümayəndəsi Müdafiəçi3 zərərçəkmiş şəxslərin adından birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-23/2023 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinmələri və təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, araşdırmanın ilk günündən başlayaraq birinci instansiya məhkəməsinin hakimi cinayət təqibi zamanı düzgün araşdırma aparmamış, hətta zərərçəkmiş şəxsləri dindirmədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarətlərini tam araşdırmadan, təqsirli şəxslərə təəssübkeşlik nümayiş etdirərək qarşı tərəfə nisbətdə ittihamı əlverişsiz vəziyyətə salmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və məhkəmə tərəfindən müəyyən edilən halların sübuta yetirilməməsi hökmdən aşkar görünür. Məhkəmə baxışı zamanı işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə bu hissələrdə açıq-aşkar qərəzli olaraq sübutları yanlış təhrif etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidlərin və iş üzrə hadisə yerinə baxış protokolundan göründüyü kimi Natiq və Sevdada aşkar xəsarətlər vardır. Bu xəsarətlərin dəmir alətlə vurulması ekspert rəyində aşkar görünür. Nəticə etibarı ilə ekspertiza rəyinə əsasən törədilmiş hadisə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin təsiri altına düşür. İbtidai istintaq orqanı və məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Emil və Rüfətin əməlləri tam, obyektiv və hərtərəfli araşdırılmamış və nəticədə həmin şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1287/2023 nömrəli qərarı (hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X9 və X2 ibarət tərkibdə) ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)- 23/2023 nömrəli hökmünün verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi3 tərəfindən birgə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayətinin qismən təmin edilməsi, hazırki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə ləğv edilməsi, cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması, qərarın Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı4 apellyasiya protestini Təqsirləndirilən şəxs1 aid hissədə müdafiə edərək və protestin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin Təqsirləndirilən şəxs1 aid hissədə təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsini, bununla bağlı barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı Apellyasiya Məhkəməsinə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, nümayəndələri Müdafiəçi3 tərəfindən onların xeyrinə verilmiş birgə apellyasiya şikayətindən imtina etdiklərini, Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını bildirib apellyasiya şikayətindən imtina etmələrinin qəbul edilməsini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini, Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirib apellyasiya şikayətindən imtinasının qəbul edilərək, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, habelə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini və Təqsirləndirilən şəxs1 yüngül cəza təyin edilməklə həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasına elektron məhkəmə sistemi vasitəsi ilə qoşulmuş Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini, Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirib apellyasiya şikayətindən imtinasının qəbul edilərək, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, habelə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini və Təqsirləndirilən şəxs1 yüngül cəza təyin edilməklə həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri apellyasiya protestinin dəlillərinə etiraz edərək, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndələri Müdafiəçi3 tərəfindən verilmiş birgə apellyasiya şikayətindən imtina etmələri əsası ilə nümayəndələri Müdafiəçi3 tərəfindən verilmiş birgə apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilmişdir. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlilləri - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsi və onların Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinib məhkum edilmələri barədə yeni ittiham hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə bəraət verilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanıldığından hazırkı apellyasiya baxışının predmetini apellyasiya protestinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılması barədə dəlilləri təşkil edir. Məhkəmə kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla, cinayət işinin materiallarını iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında göstərilənlərlə müqayisəli şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini bir daha müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-23/2023 nömrəli hökmü qismən, yəni Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməli və iş üzrə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs1 ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, keçmiş həyat yoldaşının ailəsinə, yəni Cəfərovlar ailəsinə boşanma ilə bağlı qərar verdiyini bildirmişdir. Hadisədən təxminən 02 gün əvvəl, təxminən oktyabr ayının 3-4-də Zərərçəkmiş şəxs1 ona zəng edərək bildirmişdir ki, bundan sonra uşaqlarını görmək istədikdə, Zərərçəkmiş şəxs1la əlaqə saxlasın, çünki onun keçmiş həyat yoldaşı Vəfa stres keçirmiş və ona görə də Vəfa ilə əlaqə saxlamasın. O da Zərərçəkmiş şəxs1la razılaşmışdır. Hadisə günü, yəni 6 oktyabr tarixində onun kiçik oğlu Səid anasının telefonu ilə ona zəng edərək, ondan “Coca-Cola” almasını istəmişdir. O da əvvəllər bir yerdə yaşadıqları, yəni Mircəlal küçəsi, ev 1D, mənzil 90-da yerləşən evə hardasa axşam saat 21:00-də getmişdir. O, qapını döymüş, lakin qapını açan olmamışdır. Həmçinin içəridən də səs gəlməmişdir. Onun böyük övladı uşaqlıqdan Zərərçəkmiş şəxs1la birlikdə yaşamışdır. Qapını açan olmadığından o, belə qənaətə gəlmişdir ki, həyat yoldaşı Vəfa kiçik oğlu ilə birlikdə Zərərçəkmiş şəxs1 evinə getmişdir. Bu səbəbdən də o, hər iki övladını görmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs1 zəng edərək, uşaqlarını görmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da ona boşanma ilə bağlı məhkəməyə sənəd təqdim etdiklərini və bundan sonra uşaqları görmək istəsə, vəkilə zəng etməyini söyləmişdir. O, buna etiraz etdikdə isə Zərərçəkmiş şəxs1 sərt şəkildə cavab vermiş və onun bacısını ağır formada söyərək telefonu söndürmüşdür. Bundan sonra o, dostu ilə birlikdə çay içməyə getmişdir. Həmin vaxt o, ümumiyyətlə sərxoş olmamış, sadəcə hadisədən 03 saat əvvəl 01 stəkan pivə içmişdir. O, dostu ilə görüşdükdə, dostuna birlikdə gedib uşaqlarını görməyi demişdir. Sonra onlar iksi birlikdə Zərərçəkmiş şəxs1 evinə getmişlər. Hava çiskinli olmuşdur. Onlar həmin ünvana çatdıqda dostu Təqsirləndirilən şəxs2 binanın girişində dayanmamasını, onunla birlikdə gedib dəhlizdə gözləməsini demişdir. Onun əynindəki paltarlar qalın olduğundan istilənmiş və liftin içində gödəkçəsini çıxarıb dostu Rüfətə vermişdir. Zərərçəkmiş şəxslərin iddia etdikləri qolbağı onun bacısı o, tutulduqdan sonra almışdır. Hadisə günü onun qolunda nəinki qolbaq, ümumiyyətlə heç bir predmet olmamışdır. O, evə çatanda qapı açıq olmuş və həmin vaxt Zərərçəkmiş şəxs1 divanda oturmuşdur. O, sadəcə bir kəlmə demişdir ki, “elə söyüş söydüyünə görə sənə ayıb olsun”. Sonra o, övladları Raulla Səidi görüb getmək istədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 mətbəxdən çıxıb gəlmişdir. X12 arasında hər hansı mübahisə olmamışdır. Zərərçəkmiş şəxs1 ayağa qalxaraq onu itələməyə və söyməyə başlamışdır. O da cavab olaraq Zərərçəkmiş şəxs1 orada söymüşdür. Sonra onlar birlikdə dəhlizə çıxmışlar və orada da söyüş söymələri davam etmişdir. Səsləri qonşular çıxacaq qədər çox çıxmışdır. Zərərçəkmiş şəxs2 da bu zaman Natiqi sakitləşdirməyə çalışmış, eləcə də ona çıxıb getməsini demişdir. Bu hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. O, Zərərçəkmiş şəxs2 nə söymüş, nə də hər hansı xəsarət yetirmişdir. Onunla Zərərçəkmiş şəxs2 arasında hər-hansı bir təmas olmamışdır. Ekspertiza rəylərində onun Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi göstərilsə də, o, Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisə zamanı dostu Təqsirləndirilən şəxs2 da ona getmələrini demiş, habelə sonra səslərinə qonşular gəlmişlər, nəticədə onlar çıxıb getmişlər. Bundan başqa, o, bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsi düz deyil, hadisə zamanı sərxoş olmamış, hadisə zamanı Təqsirləndirilən şəxs2 onun, Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 qarşısında dayanaraq aparmağa çalışmışlar, onunla Zərərçəkmiş şəxs1 arasında söyüş söyülməsi davam etmiş, liftdə gödəkçəsini çıxarıb Təqsirləndirilən şəxs2 versə də, heç bir predmet çıxarmamış və gödəkçəsinin cibinə qoymamış, Zərərçəkmiş şəxs1 evinə gedərkən və Təqsirləndirilən şəxs2la görüşərkən üzərində heç bir silah və ya silah qismində istifadə oluna bilən alət olmamış, ölkəni tərk etməsinin səbəbi - atasının xəstə olması olmuş, ölkədə iş tapa bilmədiyindən xarici ölkəyə işləməyə getməli olmuş, həbsdən azad olunduqdan sonra bacısı ona gümüş boyunbağ və bilərzik bağışlamış, hadisəyədək heç vaxt qolbağ və bilərzik taxmamışdır. O, Vəfadan boşanmaq istədiyinə görə, daha dəqiq isə onlar boşanmaq ərəfəsində olduqlarından Vəfanın valideynləri ona qarşı qərəzli mövqe tutmuşlar və ona görə də hadisəni olduğu kimi göstərməmişlər. Təqsirləndirilən şəxs2 onun gödəkçəsinin cibindən düşən predmeti onunRüfətə verməsi barədə ifadəsi yalandır. Belə bir hadisə baş verməmişdir. 2021-ci ildə o, “Slavyanka” şirkətində satıcı vəzifəsində işləmiş və onu həmin şirkətə Zərərçəkmiş şəxs1 oğlu Əli Cəfərov işə düzəltmişdir. O, həmin şirkətdə işləyən zaman məhsulların satışından əldə olunan 3.000 (üç min) manat məbləğində qazancı şəxsi istifadəsi üçün xərcləmiş və nəticədə borc yaranmışdır. Onun borcu yarandığı üçün işdən çıxmışdır. Onun şirkətə yaranmış olan borcu Zərərçəkmiş şəxs1 ödəmişdir. Çünki o, öz maşınını vermişdir ki, Zərərçəkmiş şəxs1 borcu ödəsin. Hətta Zərərçəkmiş şəxs1 bugün ona 1.500 manat borcu var. Hadisə günü onun Zərərçəkmiş şəxs1 evinə getməsinə səbəb şirkətə yaranmış borc məsələsi olmamış, hadisə zamanı borc məsələsi ümumiyyətlə açılmamışdır. Onun Zərərçəkmiş şəxs1 evinə getməkdə başlıca səbəbi uşaqlarını görmək istəməsi və bacısını söydüyü üçün Zərərçəkmiş şəxs1 “ayıb olsun” demək olmuşdur. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisənin təfərrüatlarını tam xatırlmır. Deyə bilər ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə onlara gəlmiş, həmin vaxt Emil içkili olmuşdur. Emilgili gələndə qapı bağlı olmuş, lakin kilidli olmamışdır. Yəni qapı örtülmüş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 içəri daxil olmuşdur. Ona görə də o, Təqsirləndirilən şəxs1 çölə çıxarmağa çalışmışdır. Bu zaman çöldə, yəni binanın dəhlizində mübahisə düşmüşdür. O, sadəcə özünü müdafiə etməyə çalışmışdır. Lakin ona nə ilə xəsarət yetirdiyini o, görməmişdir. Yalnız ona xəsarət yetirilən zaman o, Təqsirləndirilən şəxs1 əlindən hansısa dəmirin yerə düşdüyünü və bu vaxt Təqsirləndirilən şəxs2 tez dəmiri götürüb əlindəki gödəkçənin cibinə qoyduğunu görmüşdür. O, dəmirin nəyə bənzədiyini xatırlamır. Hadisə zamanı da o, Emilin əlində və ya qolunda hansısa predmetin olub-olmadığını görməmişdir. Ona cızılma və əzilmə kimi xasarətlər yetirilmişdir. Təqsirləndirilən şəxs1 ona təpik də vurmuşdur. O, Emilin xəsarətləri ona dəmirlə və yə başqa predmentlə vurduğunu hadisə zamanı tam ayırd edə bilməmiş, çünki Emilin əlində dəmir və ya başqa predmet olmasını görməmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, arvadı Zərərçəkmiş şəxs2 hadisə zamanı məqsədi onları ayırmaq olmuş, o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xəsarət yetirib-yetirmədiyini bilmir, belə bir şeyi görməmişdir. Hadisə baş verən zaman o, beşbarmaq deyilən silahın nə olduğunu bilməmişdir. Sonradan, yəni o, polis orqanında olduğu vaxt ona demişlər ki, Emilin əlindəki predmet beşbarmaqdır. Ona görə də o, ifadə verərkən həmin ifadəsində Emilin əlində beşbarmaq olduğunu qeyd etmişdir. Lakin keçən günlərdə o, beşbarmaq kimi bilinən silahın həqiqətdə nə olduğunu televiziyada görmüş və bundan sonra anlamışdır ki, hadisə zamanı Emildə beşbarmaq olmamışdır. O, Emilin əlindən düşən predmentin haradan düşdüyünü bilmir, sadəcə yerə düşən zaman həmin dəmiri görmüş, lakin həmin dəmirin nə predmet olduğunu bilmir. Emilin əlindən həmin predmet düşən kimi dostu Rüfət götürmüşdür. Emil ona hansısa predmetlə xəsarət yetirməmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs2 elektron məhkəmə sistemi vasitəsi (xəstə olması səbəbindən) ilə məhkəmə iclasına qoşularaq ifadəsində bildirmişdir ki, hadisədən sonra uzun müddət keçdiyi üçün o, heç nə xatırlamır. Hadisəni xatırlamağa çalışan zaman ağır stres keçirir və nəticədə səhhəti pişləşir. O, hadisəni xatırlamasa da, deyə bilər ki, əri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 aralıdıqda sonuncu ona xəsarət yetirmiş, lakin həmin vaxt Emilin əlində hər hansı dəmir və ya başqa predmet olmamışdır. Hadisə vaxtı o, Emilin əlində dəmir və ya başqa predmet görməmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir neçə dəfə məhkəməyə ərizə göndərərək, təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 11 iyun 2013-cü il tarixdə zərərçəkmiş şəxslərin qızı olan Vəfa ilə evlənmiş, birgə nikahdan 2014-cü ildə Raul, 2017-ci ildə isə Said adlı övladları dünyaya gəlmişdir. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl onunla münasibəti pisləşdiyi üçün o, evdən gedib atasıgildə qalmışdır. 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 20:30 radələrində qohumları Şahid1 və Şahid3lə birlikdə kafedə yemək yeyib, az miqdarda araq içmişdir. Bu zaman kiçik oğlu Said anasının telefon nömrəsi ilə ona zəng edərək ondan “Coca-Cola” almasını istəmişdir. O da ailəsinin yaşadığı evdə olacaqlarını güman edib evə getmiş və qapının bağlı olduğunu görmüşdür. Eyni zamanda həmin vaxtdan bir neçə gün öncə qayınatası Zərərçəkmiş şəxs1la arasında danışıq olmuşdur ki, lazım olanda Zərərçəkmiş şəxs1la əlaqə saxlasın, arvadı Vəfaya zəng etməsin. Buna görə də o, öz mobil telefonundan qayınnatasının telefonuna zəng vurub hal-əhval tutduqdan sonra uşaqlarının Natiqin evində olub-olmadıqlarını soruşmuşdur. Natiq isə ona sərt cavab verdiyi üçün aralarında mübahisə yaranmışdır. Belə ki, Natiq onun bacısını ağır formada söyərək telefonu söndürmüşdür. Bundan sonra o, nə qədər Natiqə zəng vursa da, sonuncu zənglərə cavab verməmişdir. O da bu vəziyyətdən çox əsəbiləşmiş və hirsli formada həmişə dostları ilə görüşdüyü “Şamaxinka” deyilən ərazidə yerləşən “Mameyi” adlı kafenin qarşısında olan zaman dostu Təqsirləndirilən şəxs2 ora gəlmişdir. Rüfətin də həmin yerə gəlməsinin səbəbi o idi ki, onlar bir neçə saat əvvəl həmin kafedə görüşüb çay içməyi razılaşmışlar. Söhbət əsnasında o, Rüfətə qayınnatası tərəfindən söyüldüyünü və bunun səbəbini aydınlaşdırmaq üçün Natiqin evinə getmək istədiyini demişdir. Rüfət də nə qədər onu bu yoldan çəkindirmək istəsə də, o, Rüfətin yanında bir neçə dəfə Natiqə zəng vurmuş, lakin Natiq telefon zənglərinə yenə cavab verməmişdir. O da bundan daha da əsəbiləşib Natiqə məzmununda nalayiq ifadələr olan “sms”lər yazaraq Natiqin evinə gələcəyini demişdir. Rüfət də onu tək buraxmaması üçün onunla birlikdə getmişdir. Onlar Natiqin yaşadığı binaya gəlmişlər, binanın girişində quraşdırılmış “domofon”dan o, Natiqə bilərəkdən zəng vurmamışdır ki, sonuncu onun gəldiyini bilməsin. Daha sonra tanımadığı bina sakini qapını açdıqda, o, Rüfətlə birlikdə liftə daxil olaraq Natiqin yaşadığı 7-ci mərtəbəyə qalxmışlar. İsti olduğu üçün o, liftdə qolundakı qolbağı əynindəki gödəkçənin cibinə qoyaraq gödəkçəsini çıxarıb saxlamaq üçün Rüfətə vermişdir. Daha sonra liftlə həmin mərtəbəyə çatanda o, sola dönüb Natiqin yaşadığı mənzil tərəfə getmiş, Rüfət isə orada qalmışdır. Natiqin mənzilinin qapısına gələndə qapının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxtı Natiq dəhlizdə olan divanda əyləşmişdir. O, Natiqə yaxınlaşmış və nə üçün onun bacısının söydüyünü soruşmuşdur. Natiq də onu növbəti dəfə təhqir etdiyi üçün aralarında mübahisə yaranmış, sonra isə əlbəyaxa olmuşdur. Natiq onu itələyərək mənzilin qapısının qarşısına çıxarmışdır. Bu zaman Rüfət də arxadan onu tutaraq liftə tərəf gətirmiş və sonra onlar çıxıb getmişlər. Hadisə zamanı o, sol diz oynağı nahiyəsindən xəsarət almışdır. Bundan sonra onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə çağırmışlar. O da xx.xx.2021-ci il tarixdə polisə gedib izahat verərək şikayətçi olduğunu demiş, sonra tibbi ekspertizada müayinədən keçmişdir. Mübahisə onunla qayınnatası Natiq arasında baş vermiş, qayınnanası Zərərçəkmiş şəxs2 hansı şəraitdə xəsarət almasını və qapının necə zədələnməsini bilmir. O, Zərərçəkmiş şəxs2 vurmamış, əlində də heç bir beşbarmaq və sair dəmir parçası olmamışdır. Ümumiyyətlə hansısa dəmir əşya ilə mübahisə etdiyi Zərərçəkmiş şəxs1 yox, Zərərçəkmiş şəxs2 vurması məntiqə sığmır. Əgər onun əlində belə bir əşya var idisə, elə ilk andan onunla Zərərçəkmiş şəxs1 xəsarət yetirə bilərdi. O, heç bir xuliqanlıq etməmişdir. Onun özünün aldığı xəsarəti isə ona Zərərçəkmiş şəxs1 yetirmişdir. Rüfət isə hadisə zamanı heç kimə xəsarət yetirməmiş, habelə Zərərçəkmiş şəxs1 da tutmamışdır. Bundan əlavə, qeyd edir ki, əvvəllər işlədiyi “X10” MMC-yə olan borcunun ödənilməsini o, Natiqdən tələb etməmişdir. 2019-cu ilin fevral ayında qayınatası Natiqin köməkliyi ilə 12.500 manata “Toyota Prius” markalı avtomobil almış və bu puldan 1.700 manatı ona aid olmuşdur. Avtomobili alandan sonra ayda hissə-hissə olmaqla borcunu Zərərçəkmiş şəxs1 qaytarmış və cəmi 2.500 manat borcu qalmışdır. Digər borcları ilə əlaqədar 2021-ci ilin avqust ayının ortalarında avtomobili girov qoyaraq 4.500 manat kredit götürmüş, daha sonra oktyabr ayında xalası oğlu Şahid1la Zərərçəkmiş şəxs1 bu avtomobili girovdan çıxarıb satmışlar. Natiq kreditin pulunu, həmçinin onun Natiqə qalmış borcunu oradan götürmüş, habelə onun şirkətə olan borcu da oradan çıxılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 hadisədən təxminən 1 (bir) il əvvəl tanımış və həmin vaxtdan etibarən yoldaşlıq etmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Emillə Zərərçəkmiş şəxs1 yaşadığı evə getdiyi zaman tanımışdır. O, zərərçəkmiş şəxsləri ancaq hadisə günü görmüşdür. Əvvəllər zərərçəkmiş şəxsləri tanımasa da, Emildən həmin şəxslər haqqında eşitmiş, münasibətlərinin son zamanlar gərgin olduğunu isə bilməmişdir. 06 oktyabr 2021ci il tarixdə, axşam saat 20:00 radələrində o, Emil ilə görüşüb yemək yeməyi planlaşdırsa da, işi ilə əlaqədar həmin vaxt Emil ilə görüşə bilməmiş, sonra zəngləşib 9-cu mikrorayon tərəfdə yerləşən kafedə çay içməyi razılaşmışlar. Axşam saat 21:00 radələrində o, həmin yerə gələn zaman görmüşdür ki, Emil bayırda əsəbi formada dayanmışdır. O, Emildən nə baş verdiyini soruşduqda, Emil ona bildirmişdir ki, yaşadığı evə gedib uşaqları ilə görüşmək istəmiş, lakin uşaqların orada olmadığını görüb qayınatasına zəng vurmuş, sonuncu da heç bir səbəb olmadan onu və bacısını söymüşdür. Buna görə də Emil gedir Zərərçəkmiş şəxs1la məsələni aydınlaşdırmağa. O da Emilin bir az sərxoş olduğunu görüb bildirmişdir ki, “səhər gedib birlikdə qayınatanla danışarıq”. Emil isə israrla indi gedəcəyini bildirmişdir. O da Emili sakitləşdirə bilməmişdir. Bundan sonra Emil piyada qayınatasıgilə getməyə başlamışdır. O da məcbur olub Emil ilə birlikdə getmişdir ki, əgər birdən Emil qayınatası ilə dalaşsa, buna imkan verməsin. Bir müddət sonra Emilin qayınatasının yaşadığı binaya gəlmiş, blokun qapısını başqa sakin açandan sonra onlar liftə daxil olub 7ci mərtəbəyə qalxmışlar. Liftdə olarkən Emil isti olduğunu deyib qolundakı qolbağı gödəkçəsinin cibinə qoyaraq gödəkçəsini əynindən çıxarıb saxlamaq üçün vermişdir. 7-ci mərtəbəyə çatanda Emil dəhlizdən sola getmiş, o isə liftin yanında Emili gözləyəcəyini demişdir. Emil qapını açıb mənzilə daxil olaraq Zərərçəkmiş şəxs1 nəyə görə Emilin bacısının söydüyünü soruşmuş və beləliklə aralarında sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs1 onu bayıra itələmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 Emil və Natiqi aralamağa başlamışdır. O da hadisənin öz məcrəsindən çıxdığını görüb tez Emilgilin yanına gedərək Emili qayınatasından ayırmışdır. Sonra o, Zərərçəkmiş şəxs1 içəri salıb Emili lift tərəfə aparmışdır. Zərərçəkmiş şəxs1 bir daha sakit olub içəri girməsini bildirib Emili liftə salmış, sonra isə onlar çıxıb getmişlər. Hadisə zamanı Emilin əlində və ya əynindəki paltarların cibində hansısa dəmir olmamış, özü də belə əşyanı yerdən götürüb cibinə qoymamışdır. Hadisə zamanı mənzilin giriş qapısının deformasiyaya uğraması, kilid və rizələrinin sınaraq yarasız vəziyyətə salınması barədə o, heç nə bilmir. Ola bilsin ki, bunlar mübahisə zamanı yaranmışdır. Eyni zamanda Emillə bərabər onun da hadisə vaxtı Zərərçəkmiş şəxs1 əvvəlcə tutub saxlaması, sonra isə vurması barədə məlumatlar yalandır. O, ümumiyyətlə hadisə zamanı heç kimi vurmamış, əksinə olaraq tərəfləri aralamışdır. Onu da qeyd edir ki, hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılan zaman Zərərçəkmiş şəxs1 onunla görüşərək bildirmişdir ki, “gəl, müstəntiqə yalan olaraq ifadə ver ki, Emilin əlində silah qismində əşya olub, onda mən də yazacam ki, Rüfətin hadisə zamanı məni vurmasını həqiqətən görməmişəm”. Sonra ona ittiham verildikdə Zərərçəkmiş şəxs1 ona demişdir ki, “mən müstəntiqlə danışmışdım, sən gəlib mənim xeyrimə ifadə vermədiyin üçün məsuliyyətə cəlb olunmusan, əgər istəsən yenə də danışaram.” O isə Natiqin qanunsuz təklifləri ilə razılaşmamışdır. Eyni zamanda o, Natiqlə olan danışıqları telefonuna yazaraq Emilə göstərmiş, sonuncu da bundan prokurorluğa şikayət etsə də, məsələ ört-basdır olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qızı Vəfa Təqsirləndirilən şəxs1 ilə 11 iyun 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan Raul və Said adlı uşaqları anadan olmuşlar. Vəfagilin ilkin vaxtlarda münasibətləri normal olsa da, son 04 ildə pisləşməyə başlamışdır. Son zamanlar Emil qızı Vəfadan və ondan müxtəlif məbləğlərdə pul istəmiş, o da kürəkəni olduğuna və qızı ilə münasibətləri pisləşməsinə görə Emilə müxtəlif məbləğlərdə borca pul vermişdir. Ancaq Emil həmin pulları qaytarmamışdır. Sonradan o, bilmişdir ki, Emil bu pulların hamısını qumarda uduzmuşdur. O, Emilin işsiz olduğunu görüb sonuncunu 2021-ci ilin iyun ayının 20-də “X10” MMC-yə satış təmsilçisi vəzifəsinə işə düzəlməsinə köməklik etmişdir. Emil şirkətdə 2 (iki) ay yarım işləmiş və bu müddət ərzində Emilin şirkətə borcu yaranmışdır. Şirkət əvvəlcə Emilin valideynlərini, sonra isə onu dəvət edib bildirmişlər ki, Emil şirkətin xəzinəsinə satışdan əldə olunmuş 3.147,47 manat məbləğində pulu ödəməmiş, bu barədə Emilə dəfələrlə xəbərdarlıq edilməsinə və iş yerinə dəvət edilməsinə baxmayaraq, Emil işə gəlməkdən və pulu ödəməkdən boyun qaçırmışdır. Emil də qızı Vəfaya bildirmişdir ki, həmin ödənişi atası ödəsin, sonra Emil borcunu ona qaytarar. Qızı da bu barədə ona və anasına məlumat vermişdir. Bu məsələ təxminən 2021-ci ilin oktyabr ayının 01-06-sı tarixləri arasında baş vermişdir. Hətta Emil onun telefonuna zəng vuraraq demişdir ki, “əmi, mənim borcum var, mənə köməklik elə onları ödəyim”. O da Emilə demişdir ki, “mən sənə əvvəllər də borc pul vermişəm, sən heç bir pulu geri qaytarmamısan, sən nə işlə məşğul olursan?” Emil də cavabında onu kobud və nalayiq sözlərlə təhqir etməyə başlamış, hətta onu təhdid etmişdir ki, əgər pulu ödəməsən, qızı və ona xəsarət yetirəcək. O da Emilə cavab olaraq bildirmişdir ki, 2013-cü il buraxılışlı, onun şəxsi vəsaiti hesabına alınan “Toyota Prius” markalı avtomobili gətir sataq, əldə etdiyi pulla borcları ödəyək. Emil də cavabında bildirmişdir ki, “borcum olduğuna görə həmin maşını aparıb girov qoymuşam, borcumu qaytara bilmədiyim üçün avtomobili başqasının mülkiyyətinə keçirmişəm”. Aralarında olan bu söz-söhbətə görə Emil evdən çıxıb getmişdir. 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Emil ona zəng vurub soruşmuşdur ki, o, Emilin “X10” MMC-yə olan borcunu ödəyir ya yox. O da Emilə borcu ödəməyəcəyini söyləmişdir. Buna görə Emil ilə telefonda sözlü mübahisələri olmuşdur. Emil onu təhqir etmiş və gəlib arvadı Vəfa ilə onu vuracağını bildirmişdir. O isə Emilin sərxoş olduğunu hiss edib bu sözlərə əhəmiyyət verməyərək, zəngi bağlamışdır. Bundan sonra Emil telefon vasitəsilə ona söyüş dolu “sms”lər yazmış və səs yazıları göndərmişdir. Təxminən saat 22:30 radələrində o, arvadı Zərərçəkmiş şəxs2 ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7A, mənzil 121-də olarkən qapının möhkəm döyüldüyünü eşidib qapını açmış, bu zaman Emili və yanında əvvəllər görmədiyi, tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Emil onu mənzildən dəhlizə dartaraq əl və təpik ilə onun döş, qarın, baş, qol nahiyəsindən bir neçə dəfə zərbə endirmişdir. O da Emili əlləri ilə itələyib qapını bağlamaq istəmişdir. Bu zaman hər ikisi onun üzərinə gələrək bədəninin müxtəlif hissələrinə əl və ayaqları ilə zərbələr vurmuşlar. Emil, həmçinin mənzilin giriş qapısını təpiklə vuraraq qapını əzmiş, nəticədə qapı əzilərək deformasiyaya uğramış, kilidi sınmış, rəzəsinin bir ədədi sınmış, digərləri isə əyilərək yararsız hala düşmüşlər. Arvadı Sevda onu Emilgilin əlindən almağa çalışsa da, Emilin yanında olan və birlikdə onu döyən, sonradan adının Rüfət olduğunu bildiyi şəxs onu hər iki əlləri ilə arxadan tutub saxlayaraq yumruqla vurmuş, Emil isə əlində beşbarmağa bənzər dəmir alətlə arvadına yumruq zərbələri vuraraq xəsarətlər yetirmişdir. Sonra Emilin əlindən bu alət yerə düşmüş, Rüfət də tez onu yerdən götürərək cibinə qoymuşdur. Həmin vaxt səsküyə qonşuları Gültəkin və Ramin dəhlizə çıxmışlar, onları Emil və Rüfətin əlindən almağa çalışmışlar. Daha sonra isə Emil və Rüfət oradan uzaqlaşmağa başlasalar da, Emil yenidən onların üzərinə gəlmək istəmiş, lakin Rüfət Emili tutub güclə liftə mindirmişdir. O, Emili vurmamış və ola bilsin ki, onun aldığı xəsarət qapıya zərbə endirilərkən yaranmışdır. Eyni zamanda hadisədən sonra qızı Vəfa və arvadı Sevda ona demişlər ki, Emilin borcunu ödəsin, yoxsa Emil yenidən kiməsə xəsarət yetirər. O da bundan qorxaraq məcbur olub 07 oktyabr 2021-ci il tarixdə “X10” MMC-yə Emilin 3.147 manat borcunu ödəmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Şahid6 11 iyun 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 (iki) oğlan övladı dünyaya gəlmişdir. Vəfagilin ailə münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Belə ki, kürəkəni Təqsirləndirilən şəxs1 son vaxtlar qızı Vəfadan və yoldaşı Zərərçəkmiş şəxs1 mütamadi olaraq pul istəmiş, əri Natiq də qızının ailəsində söz-söhbət olmasın deyə Emil borca pul vermişdir. Ancaq Emil pulları alsa da, geri qaytarmamışdır. Hətta əri Natiq Emilin işsiz olduğunu görüb sonuncunu “X10” MMC-yə işə düzəltmiş, lakin Emil işlədiyi müddət ərzində şirkətə maddi ziyan vurduğu üçün oradan çıxarılmışdır. Borcun olması barədə şirkət ərinə də məlumat vermişdir. Emil də qızı Vəfaya bildirmişdir ki, şirkətin pulunu Natiq ödəsin, o isə sonra borcunu Natiqə geri qaytarar. Bunu Emil ərinin özündən də xahiş etmişdir. Natiq də Emilə əvvəlki borclarını hələ qaytarmadığını və Emilin nə işlə məşğul olduğunu deyəndə, sonuncu Natiqlə kobud danışmış, pulu ödəməyəcəyi təqdirdə qızı Vəfaya və Natiqə xəsarət yetirəcəyini bildirmişdir. Natiq də Emilə onun aldığı maşını satıb borcunun ödəməsini deyəndə, Emil digər borcu olduğu üçün maşını girov qoyduğunu, hətta başqasının adına keçirdiyini söyləmişdir. 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Emil yenidən əri Natiqə zəng vurub borcunu ödəyib-ödəmədiyini soruşanda, Natiqdən “yox” cavabını aldığı üçün sonuncunu təhqir etməyə başlamış və Natiqgili vuracağını bildirmişdir. Natiq də Emilə heç nə deməyərək telefonu söndürmüşdür. Təxminən yarım saatdan sonra əri ilə mənzildə olarkən qapının möhkəm döyüldüyünü eşitmiş, Natiq qapını açanda Emil yanında onun tanımadığı bir nəfər şəxslə durmuşdur. Emil qəflətən Natiqə bir neçə zərbə endirmiş, əri Natiq də Emili geriyə tərəf əlləri ilə itələyərək qapını bağlamaq istəmişdir. Lakin Emil və sonuncunun yanında olan, sonradan adını bildiyi Rüfət bayır tərəfdən zor işlədərək qapını açmışdır. O da tez Emilgilə yaxınlaşıb ayırmaq istəsə də, Rüfət Natiqi hər iki əlləri ilə tutub saxlamış, Emil isə ərini vurub sonra onun üzərinə gələrək yumruq və təpiklə ona xəsarətlər yetirmişdir. Bundan sonra o, səs-küy salmağa başlamış, həmçinin parıltılı rəngdə yerə düşən dəmir parçasını görmüşdür. Dava-dalaş zamanı o, həmin dəmir əşyanı görməsə də, güman etmişdir ki, bu Emilin əlində olmuşdur. Rüfət həmin vaxt dəmiri yerdən götürüb cibinə qoymuş, sonra Emili oradan aparmağa çalışmış, dəhlizə çıxan qonşular Gültəkin və Ramin də onları aralamışlar. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Hadisədən sonra qızı və o, Natiqə demişlər ki, Emilin borcunu ödəsin, yoxsa Emil yenidən kiməsə xəsarət yetirər. Natiq də məcbur olub şirkətə gedib Emilin borcunu ödəmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun ünvan 2 binanın 7-ci mərtəbəsində qonşularıdır. Emili Natiqin kürəkəni kimi tanıyır, sonuncunu ora gəlib-gedəndə görmüşdür. 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00-23:00 radələrində o, nəvələri ilə öz mənzilində olmuş və yatmağa hazırlaşmışdır. Bu zaman bayırda dəhlizdən qışqırıq səslərini eşidib dərhal qapıya yaxınlaşaraq göz dəliyindən baxanda görmüşdür ki, Emil ilə Natiq arasında dava-dalaş var. Ailə məsələsi olduğunu zənn edib əvvəlcə bayıra çıxmaq istəməmiş, sonra isə Sevdanın qışqırıq səsini eşidib üst paltarını geyinərək dəhlizə, qapısının qarşısına çıxmışdır. Bu zaman bir nəfər şəxsin Emili Natiqdən aralamağa çalışdığını və liftə tərəf apardığını görmüşdür. Bununla belə Sevdanın vurulmasını müşahidə etməmişdir. Həmin vaxt Ramin adlı qonşu da mənzilindən çıxıb tərəfləri sakitləşdirməyə çalışmış, o isə heç kimi aralamamış, sadəcə olaraq baş verənləri müşahidə etmişdir. Kiminsə əlində dəmir parçasını görməmiş, heç bu barədə sonradan da eşitməmişdir. Ümumiyyətlə o, latın qrafikalı əlifba ilə yaxşı oxuya bilmir, buna görə də izahatını müstəntiq tərəfindən doğru yazıldığını guman edərək imzalamış və bu barədə kiril qrafikası ilə qeyd aparmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşularıdır və eyni mərtəbədə yaşayırlar. 06 oktyabr 2021-ci il tarixdə axşam vaxtı mənzilində olarkən dəhlizdə qışqırıq səslərini eşitmiş və bayıra çıxanda görmüşdür ki, Natiqin üzərinə onun kürəkəni kimi tanıdığı Emil gələrək vurmaq istəyir, adı sonradan ona məlum olan Rüfət isə Emili tutub saxlayır və liftə tərəf aparır. Zərərçəkmiş şəxs2 da Natiqi tutub saxlamış, o da Natiqi sakitləşdirib içəri aparmağa cəhd etmişdir. Ümumiyyətlə hadisənin birbaşa necə baş verdiyini, davanın kimlərin arasında olduğunu, Emildə dəmir parçasının olduğunu görməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən hündürmərtəbəli binanın komendantının köməkçisidir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin binada 7-ci mərtəbədə yaşayırlar. 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində o, xidməti otağında olarkən binada qışqırıq səsləri eşitmiş, dərhal otaqdan bayıra çıxanda bir nəfər sakin ona 7-ci mərtəbədə dava-dalaş olduğunu bildirmişdir. Buna görə də o, binaya daxil olub liftlə 7-ci mərtəbəyə qalxmış və Zərərçəkmiş şəxs1 əsəbi halda mənzilinin qarşısında arvadı ilə olduğunu görüb yaxınlaşmış və onların deməsinə görə, 2 (iki) nəfər şəxs basqın edərək Natiqgili döymüşlər. Ancaq o, Natiqgildə xəsarət izi müşahidə etməmiş, sadəcə mənzilin qapısının rəzəsində əyrilik olduğunu görüb düzəltmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Şamaxinka” deyilən yerdə Emil və dayısı oğlu Orxanla görüşərək şam yeməyi üçün “Mamayi” adlı kafeyə getmiş və onlar üç nəfərə 0,5 litr araq içmişlər. Orada olarkən Emilin arvadı Vəfanın telefonundan sonuncunun oğlu görüntülü zəng edərək “Coca-Cola” içkisini almasını istəmiş, Emil də durub getmişdir. Bundan bir neçə saat sonra, təxminən saat gecə 01:00 radələrində o, Emildən xəbər tutmuşdur ki, sonuncu qayınatası Natiqgilə gedərək aralarında mübahisə baş vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində araşdırılmış: - Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, “...........xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:25 radələrində yaşadığım ünvan 3 ünvanda olduğum zaman kürəkənim Təqsirləndirilən şəxs1 və onun adını bilmədiyim dostu mənim evimə gələrək heç bir söz demədən üzərimə hücum edərək, Emilin dostu mənim əl-qolumu tutdu və bu zaman Emil yumruqla və əlində olan dəmirlə bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdikdən sonra həyat yoldaşım Zərərçəkmiş şəxs2 da bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir......” (İ cild, i.v.08-09). - xx.xx.2021-ci il tarixli “Zərərçəkmiş şəxsi dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərir ki, “.................Təxminən yarım saatdan sonra, yəni 22:30 radələrində mən yoldaşım Zərərçəkmiş şəxs2 ilə mənzildə olarkən gördük ki, mənzilin qapısı döyülür, qapıya yaxınlaşıb açdım, gördüm ki, Təqsirləndirilən şəxs1 yanında əvvəllər görmədiyim və tanımadığım bir nəfər şəxslə gəlib. Mən qapını açdıqda Emil əvvəlcə əl və təpik ilə mənim döş, qarın, baş, qol nahiyəmdən bir neçə dəfə vurmağa başladı. Mən də onu geriyə tərəf əllərimlə itələdim, səsimə yoldaşım Sevda yaxınlaşdı, həmin vaxt Emilin yanında olan Rüfət adlı şəxs məni hər iki əli ilə tutub saxlamağa başladı, Emil də yoldaşımı vurmağa başladı. Rüfət də məni tutub saxlamaqla yanaşı, bədənimdən yumruqla vurmağa başladı..... Daha sonra Emil və Rüfət həmin yerdən uzaqlaşmağa başladılar, hətta Rüfət Emili liftə güclə tutub mindirdi, çünki Emil yenidən mənim üzərimə gələrək vurmaq istəyirdi. Əlavə olaraq bir şeyi qeyd edim ki, həmin vaxtı yerə kiminsə əlindən balaca beşbarmağa oxşar dəmir parçası düşdü, Rüfət onu götürərək cibinə qoydu......” (İ cild, i.v.52-57). - Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin 20-ci Polis Bölməsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, “...........xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:25 radələrində yaşadığımız ünvan 3 ünvanda olduğumuz zaman kürəkənim Təqsirləndirilən şəxs1 mənim evimə gəldiyi zaman həyat yoldaşım Zərərçəkmiş şəxs1 qapını açdığı zaman onu vurduqdan sonra mənim bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq xəsarət yetirmişdir.............” (İ cild, i.v.17-18). - Şahid2 dindirmə protokollarından görünür ki, bu sənəddə əks olunmuş ifadələr latın qrafikalı əlifba ilə tərtib olunmuş, Şahid2 isə onları imzalayarkən və qeydlərini verərkən kiril qrafikalı əlifbadan istifadə etmişdir (İ cild, i.v.72-75, İİ cild, i.v.45-48). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Nəsimi rayon şöbəsinin: 1) xx.xx.2021-ci il tarixli, 932 saylı ekspertiza rəyinə əsasən 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (İ cild, i.v.32-33). 2) xx.xx.2021-ci il tarixli, 952 saylı ekspertiza rəyinə əsasən 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (İ cild, i.v.38-39). 3) xx.xx.2021-ci il tarixli, 18 saylı ekspertiza rəyinə (952 saylı rəyə əlavə) əsasən 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər küt yaranma mexanizminə malik olub, o cümlədən qərarda göstərilən şəraitdə, yəni dəmir alətin küt hissəsi ilə vurulması nəticəsində əmələ gəlməsi inkar olunmur (İ cild, i.v.107-108). 4) xx.xx.2021-ci il tarixli, 948 saylı ekspertiza rəyinə əsasən 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuq xəsarət – sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəyi təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi (İ cild, i.v.35-36). - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi disklərə baxış keçirilir. Videogörüntülər olan diskin 1-ci faylında 2 (iki) nəfər kişi cinsli, hər ikisinin əynində qara rəngli gödəkcə olan, cavan yaşlarında olan şəxsin binanın giriş qapısına yaxınlaşması görünür. Onlardan biri (Təqsirləndirilən şəxs1) qapının “domofonu”nun düymələrini basmaq istəyir, lakin fikrindən daşınır. Bundan bir neçə saniyə sonra girişə yaxınlaşan şəxsin qapını açmasından sonra onlar binaya daxil olurlar. 2-ci faylda olan görüntüdə həmin şəxslər binaya daxil olurlar və liftə doğru gedirlər. 3-cü faylda olan görüntüdə bu şəxslər liftdə minirlər və yuxarı qalxırlar. Bu zaman onlardan biri (Təqsirləndirilən şəxs1) sağ qolundan qolbağı çıxararaq əynində olan qara rəngli gödəkcəsinin cibinə qoyur, sonra isə gödəkçəni çıxararaq saxlaması üçün digərinə (Təqsirləndirilən şəxs2) verir, sonuncu da gödəkçəni alaraq öz qolu üzərinə atır. Liftdən düşənə yaxın isə Təqsirləndirilən şəxs1 liftin çıxışına doğru dönərək sağ əlinin barmaqları ilə hədələmə hərəkətləri edir. Liftin qapısı açıldıqdan sonra Təqsirləndirilən şəxs1 sağ tərəfə, Təqsirləndirilən şəxs2 isə sol tərəfə gedib sonra geriyə dönür. 4-cü faylda olan görüntüdə Rüfət Emili çəkə-çəkə liftə mindirir, Emil də minə-minə kiməsə nəsə deyir və onun üzərinə getməyə çalışır, Rüfət də sağ əli ilə həmin tərəfə işarə edir, sonra liftə minib enirlər. Liftin içərisində Rüfətin əvvəlki kimi sakit halda olduğu və əlində Emilin gödəkçəsini tutduğu görsənir. 5-ci faylda olan görüntüdə polis əməkdaşlarının binanın giriş qapısından binaya daxil olduqları görünür. Bütün hadisə təxminən 03 dəqiqə davam edir. - Digər diskdə olan hər 03 səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 “WhatsApp” proqramı vasitəsilə göndərdiyi səslərdə söyüş ifadələri müəyyən olunur. - Üçüncü diskdə olan şəkillərdə isə Təqsirləndirilən şəxs1 tərəfindən “WhatsApp” proqramı vasitəsilə göndərilən mesajlarda “Natiq”, “Telefonu götur”, “Ayəəəə tryabkaaa”, “Sənin ağzındakı dilin var ey bajıma söyən onu tutub kəsməsəm səndən əl çəkən deyiləm” və s. kimi yazılara rast gəlinir (İ cild, i.v.226-228). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5244 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən, "xxxx" Kiçik Müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən mənzilin dəmirdən olan qapısına vurulmuş ziyanın ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 180 manat müəyyən olunur. O cümlədən giriş qapısı zədələnmiş və deformasiyaya uğramış, bərpa xərci – 80 manat, kilid yararsız vəziyyətə düşmüşdür – 30 manat, rəzə 03 ədəd yararsız hala salınmış və bir ədədi sınmışdır – 70 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.87-89). - Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 cinayəti etiraf edəcəyi təqdirdə onu cinayət məsuliyyətindən azad olunması üçün müstəntiqlə razılığa gələcəyi barədə xüsusatların öz təsdiqini tapmaması müəyyən edilmişdir (İİ cild, i.v.245-248). - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-576/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 ay 29 gün müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin onun tutulduğu vaxtdan hesablanması qərara alınmışdır (İ cild, i.v.136-138). - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 082-10129 saylı məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə Heydər Əliyev adına X6 ölkə hüdudlarını tərk etdiyi müəyyən olunduğu üçün onun barəsində dövlətlərarası və beynəlxalq axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə idarəyə İnterpolun MMB-dən daxil olmuş 021-1328-1222 saylı məktubunda Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının səlahiyyətli orqanları tərəfindən saxlanıldığı və məhkəmə qərarına əsasən xx.xx.2022-ci il tarixdə ekstradisiya olunması üçün həbs edildiyi (həbs müddəti xx.xx.2022-ci il tarixdə başlayır və xx.xx.2022-ci il tarixdə bitəcəkdir) qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə İnterpolun MMB-dən daxil olmuş 021-2205-1222 saylı məktubda Rusiya Federasiyasının Ukrayna Respublikasında həyata keçirdiyi hərbi əməliyyatlar səbəbindən Təqsirləndirilən şəxs1 ekstradisiyasının əlavə bildiriş olanadək təxirə salındığı qeyd olunmuşdur (İ cild, i.v.165-167). - Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-4117 saylı məktubundan görünür ki, Əliyev X7 Respublikası DİO əməkdaşları tərəfindən tutulduqdan sonra Ukrayna Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilərək xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İ cild, i.v.229). - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-410/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılsa da, xx.xx.2022-ci il tarixli, 4(011)-443/2022 nömrəli qərar ilə onun həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.25-30, 93-102, 106-108). - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.191-192). - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1231/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməklə axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlnamış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Moskva saxlanılmış və Simonovski rayon məhkəməsi tərəfindən həbs edilmişdir. - Rusiya Federasiyası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə həbs edilmiş Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası ərazisində saxlanılma tarixi xx.xx.2024-vü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.119-121). - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü 2 (iki) övladı var. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqında hadisə vaxtı Təqsirləndirilən şəxs1 əlində beşbarmağa oxşar dəmir alətin olmasını müəyyən etmək mümkün olmamış, habelə hadisəni görən şahidlər də bu faktı təsdiq etməmişlər. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlində xuliqanlıq cinayətinin olmaması barədə müdafiə tərəfinin mövqeyi ilə razılaşmamış və bildirmişdir ki, işin faktiki hallarından aydın olur ki, hadisə ictimai yerdə - çoxmənzilli yaşayış binasının dəhlizində, hadisənin baş verməsi və Təqsirləndirilən şəxs1 əməlləri ilə ətrafda yaşayan insanların mənzilində olduğu və istirahət etdiyi saatlarda ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaları qərəzli surətdə, o cümlədən mərtəbədə yaşayanların dincliyi pozulmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edilmiş, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunaraq özgənin əmlakı zədələnmişdir. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə apellyasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 xuliqanlıq cinayətini törətməsi öz təsdiqini tapsa da (müdafiə tərəfi həmin halı mübahisələndirməmiş), nə qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya icraatı zamanı, nə də birinci instansiya məhkəməsində aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs1 ona istinad olunan xuliqanlıq əməlini hər hansı silah və ya silah qismində istifadə olunan əşya (ittihamda göstərildiyi kimi, beşbarmaq) tətbiq etməklə törətməsini təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əldə edilməmiş, ittiham tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materialları və birinci instansiya məhkəməsində tədqiq edilmiş videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 binanın girişinə yaxınlaşan başqa şəxsin qapını açmasından sonra onlar binaya daxil olub liftə minmişlər. Liftdə olarkən Təqsirləndirilən şəxs1 sağ qolundan qolbağı çıxararaq əynində olan gödəkcəsinin cibinə qoymuş, sonra isə gödəkçəni çıxararaq saxlaması üçün Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 gödəkçəsini alaraq öz qolu üzərinə atmışdır. Liftdən düşənə yaxın Təqsirləndirilən şəxs1 liftin çıxışına doğru dönərək sağ əlinin barmaqları ilə hədələmə hərəkətləri etmiş, liftin qapısı açıldıqdan sonra isə Təqsirləndirilən şəxs1 sağ tərəfə, Təqsirləndirilən şəxs2 isə sol tərəfə gedib sonra geriyə dönmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında sözlü mübahisə yaranmış, sözlü mübahisə sonradan davadalaşa çevrilmiş və dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri endirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 Emillə Natiqə yaxınlaşaraq sonuncunu Emilin əlindən almaq istəmiş, bu vaxt Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2 yumruq və təpik zərbələri endirmiş, nəticədə Zərərçəkmiş şəxs1 dərəcəsi təyin edilməyən, arvadı Zərərçəkmiş şəxs2 isə yüngül dərəcəli bədən xəsarətləri yaranmış, habelə Təqsirləndirilən şəxs1 zoraki hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus mənzilin dəmir materialdan olan giriş qapısının kilidi və 2 (iki) ədəd qapı rəzəsi yararsız vəziyyətə düşmüş, qapının özü isə deformasiyaya uğrayaraq zədələnmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 başqa mübahisədə Təqsirləndirilən şəxs2 da iştirak etməsini, yəni sonuncunun Zərərçəkmiş şəxs1 əllərindən tutaraq saxlamasını və vurmasını, bununla da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 beşbarmaq və ya hansısa dəmir parçası ilə xəsarətlərin yetirilməsi üçün şərait yaratmasını göstərib bu halların həqiqi olmasını iddia etsələr də, göstərilən hallar zərərçəkmiş şəxslərin ibtidai araşdırma və birinci instansiya məhkəməsində vermiş olduqları ifadələrdən başqa digər sübutlarla təsdiq olunmur, o cümlədən göstərilən halların həqiqiliyini iş materialları əsasında müəyyən etmək mümkün olmamışdır. Həmçinin birinci instansiya məhkəməsində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə, saat 22:00-23:00 radələrində o, mənzilində yatmağa hazırlaşarkən bayırda dəhlizdən qışqırıq səslərini eşitdiyi üçün qapıya yaxınlaşıb göz dəliyindən baxdıqda, Emil ilə Natiq arasında dava-dalaşın olmasını görmüş, sonra Sevdanın qışqırıq səsini eşidib öz qapısının qarşısına çıxdıqda bir nəfər şəxsin Emili Natiqdən aralamağa çalışdığını və lift tərəfə apardığını görmüşdür. O, Sevdanın vurulmasını, kiminsə də əlində dəmir parçası olmasını müşahidə etməmişdir. Latın qrafikalı əlifba ilə yaxşı oxuya bilmədiyi üçün izahatını müstəntiq tərəfindən doğru yazıldığını güman edərək imzalamış və bu barədə kiril qrafikası ilə qeyd aparmışdır. Həmçinin digər Şahid5 da ifadəsində göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə axşam vaxtı o, öz mənzilində olarkən dəhlizdə qışqırıq səslərini eşidib bayıra çıxdıqda görmüşdür ki, Natiqin üzərinə sonuncunun kürəkəni kimi tanıdığı Emil gələrək vurmaq istəmiş, Rüfət isə Emili tutub saxlamış, sonra isə liftə tərəf aparmışdır. Hadisənin birbaşa necə baş verdiyini, davanın kimlərin arasında olduğunu, Emildə dəmir parçasının olduğunu müşahidə etməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə hadisə baş verdiyi gün, yəni xx.xx.2021-ci il tarixdə verdiyi izahatında o, Təqsirləndirilən şəxs1 yumruqla və əlində olan dəmirlə onun bədəninə xəsarətlər yetirdiyini, sonra isə arvadı Zərərçəkmiş şəxs2 da bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdiyini göstərsə də,zərərçəkmiş şəxs kimi xx.xx.2021-ci il tarixdə dindirilərkən hadisə vaxtı kiminsə əlindən balaca beşbarmağa oxşar dəmir parçasının düşdüyünü və Rüfətin də həmin əşyanı götürərək cibinə qoyduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 da xx.xx.2021-ci il tarixdə verdiyi izahatında xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:25 radələrində yaşadığı mənzildə olarkən əri Zərərçəkmiş şəxs1 qapını açdığı zaman kürəkəni Təqsirləndirilən şəxs1 əri Natiqi vurduqdan sonra onun bədəninin də müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub xəsarət yetirdiyini göstərmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs2 həmin ifadəsində Təqsirləndirilən şəxs1 əlində hər hansı predmetin olmasını və həmin predmetlə ona xəsarət yetirməsini bildirməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 zərərçəkmiş kimi birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Emil onun əri Zərərçəkmiş şəxs1 bədəninə bir neçə dəfə zərbə vurmuş, əri də Emili özündən itələyib qapını bağlamağa çalışmış, lakin Emil və Rüfət bayır tərəfdən zor işlədərək qapını açmışlar, bunu özü görmüş, Emilgil tərəfə yaxınlaşmış, Rüfət Natiqi hər iki əli ilə tutub saxlamış, Emil Natiqi vurduqdan sonra onun üzərinə gələrək yumruq və təpiklə ona xəsarətlər yetirmişdir. Bundan sonra o, səs-küy salmağa başlamış, həmçinin parıltılı rəngdə yerə düşən dəmir parçasını görmüşdür. Dava-dalaş zamanı o, həmin dəmir əşyanı görməsə də, güman etmişdir ki, bu Emilin əlində olmuşdur. Rüfət həmin vaxt dəmiri yerdən götürüb cibinə qoyaraq Emili oradan aparmağa çalışmış, dəhlizə çıxan qonşular Gültəkin və Ramin də onları aralamışlar. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Habelə iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının nəticəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli, 932 və 952 saylı ekspertiza rəylərində də zərərçəkmiş şəxslərin bədən səthində aşkar olunmuş xəsarətlərin dəmir alətlə yetirilməsi nəticəsində əmələ gəlməsi vurğulanmır, hətta müayinə zamanı da onlar bu barədə heç nə söyləməmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham yalnız ehtimallara əsaslanmış və birinci instansiya məhkəməsi haqlı olaraq məhz Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla razılaşmamışdır. Bununla belə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməkllə xuliqanlıq cinayətini törətməsi ilə bağlı verilmiş ittihamla bağlı qeyd edir ki, birinci intansiya məhkəməsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən törədilən xuliqanlıq əməlinin qarşısını alan şəxs hesab etməməklə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə əsasən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən əri Zərərçəkmiş şəxs1 döyüldüyünü, sonuncunun da Təqsirləndirilən şəxs1 mənzildən itələyib qapını bağlamağa çalışdığını, lakin buna imkan verilmədiyini görüb həmin yerə yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 münasibətdə daha yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs2 ailə üzvü kimi mübahisənin əvvəlindən orada olmuş və hadisəyə kənardan müdaxilə etməməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxs olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində xuliqanlığa, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində isə belə əməllərin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanın qorunması üzrə vəzifəsiniyerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyətnümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan Cinayət Məcəlləsinin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Cinayət qanunvericiliyinin təsvir edilən normasının mənasından və Ali Məhkəməninin Plenumunun izahlarından belə nəticə hasil olur ki, xuliqanlıq əməllərinin qarşısını alan şəxs həm ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya hakimiyyət nümayəndəsi, həm də istənilən digər şəxs, o cümlədən ilk olaraq barəsində xuliqanlıq hərəkətləri törədilən şəxsin ailə üzvü də ola bilər və xuliqanlığın törədilməsi zamanı təqsirkar tərəfindən belə şəxslərə qarşı da müqavimət göstərilməklə zor tətbiq edildikdə bu əməllər onun Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas yaradır. Beləliklə, işin təkzibedilməz, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da öz əksini tapmış və həmçinin qismən məhkəmə istinnaqı ilə keçirilən apellyasiya baxışı zamanı təsdiq edilmiş hallar ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 06 oktyabr 2021ci il tarixdə axşam saatlarında ilk növbədə telefonda Zərərçəkmiş şəxs1la mübahisə edib sonuncunu nalayiq ifadələrlə təhqir etdikdən sonra məhz Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədilə həmin gün saat 22:00 radələrində sonuncunun yaşadığı ünvana getmiş, Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qarşısındakı binanın dəhlizində xuliqanlıq əməlləri törədərək əvvəlcə Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmiş, yəni sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirmiş, habelə Zərərçəkmiş şəxs1 məxsus əmlakları zədələmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 əri Zərərçəkmiş şəxs1 yumruq və təpiklə xəsarətlər yetirdiyini gördükdə sonunculara yaxınlaşaraq Natiqi Emilin əlindən almaq istəmiş, yəni əvvəlcədən münaqişədə hər hansı şəkildə iştirak etməyən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 hərəkətlərinin qarşısını almaq məqsədilə Emili əri Natiqdən ayırmağa çalışmış, bu vaxt Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan, ona müqavimət göstərib adı çəkilən zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək vurduğu zərbələrlə Zərərçəkmiş şəxs2 da müxtəlif xəsarətlər yetirmişdir. Qeyd edilən xəsarətlərin xarakteri, lokalizasiyası və dərəcəsi məhkəmə-tibbi eskpertizasının 19 oktyabr 2021-ci il tarixli 952 saylı və 02 dekabr 2021-ci il tarixli 18 saylı rəylərində əks olunmuşdur. Toplanmış və araşdırılmış sübutlarla, həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ailə üzvü olsa da, o, əvvəlcədən baş vermiş mübahisəyə müdaxilə etməmiş, bu mübahisənin zəminində onunla Təqsirləndirilən şəxs1 arasında heç bir münaqişə və mübahisə olmamış, əksinə Zərərçəkmiş şəxs2 yalnız Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən yumruq və təpiklə döyüldüyünü gördükdə bunun, yəni faktiki olaraq Təqsirləndirilən şəxs1 xuliqanlıq əməlinin qarşısını almaq məqsədilə müvafiq hərəkətlər etmiş, lakin bu zaman özü də Təqsirləndirilən şəxs1 tərəfindən zorakılığa məruz qalaraq müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmə kollegiyası qanunvericiliyin normalarından və həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adıçəkillən qərarını nəzərə alaraq vurğulayır ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan da görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs2 məhz ictimai qaydanın kobud surətdə pozulmasının qarşısını alan şəxs hesab edilmiş, birinci instansiya məhkməsi isə bunun əksinə olan nəticəyə gələrkən qəbul etdiyi yekun məhkəmə aktında əsaslı və inandırıcı şəkildə heç bir əsaslandırma aparmamış, digər tərəfdən cinayət qanunvericiliyinin tələblərini və Ali Məhkəmənin Plenumunun izahlarını nəzərə almamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Təqsirləndirilən şəxs1 ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlər etməsi tam təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilməklə barəsində yeni ittiham hökmü çıxarılmalıdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülsə və apellyasiya protestində onun məhz qeyd edilən cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməsi iddia olunsa da, apellyasiya baxışının nəticəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı predmet, o cümlədən qolbaqdan istifadə olunmaqla xuliqanlıq cinayətinin törədilməsi təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 beşbarmaqdan istifadə etməklə xuliqanlıq cinayətinin törədilməsi ittiham irəli sürülsə də, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 1(102)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin cinayəti beşbarmaqdan istifadə etməklə törətməsi müəyyən edilməmişdir. Əksinə qeyd edilən qərarda təkrar apellyasiya baxışı zamanı məhkəmə qarşısında - Təqsirləndirilən şəxs1 xuliqanlıq cinayətini qolbaqdan, həmçinin silah qismində istifadə edilə bilən hər hansı başqa əşyadan istifadə etməklə törədibtörətməməsinin aydınlaşdırılması məsələsi qaldırılmışdır. Bu məqsədlə apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dindirilmişlər və onlar ayrı-ayrılıqda Təqsirləndirilən şəxs1 hər hansı əşyadan istifadə etməklə zorakılıq etməsini inkar etmişlər. Qeyd edilməlidir ki, zərərçəkmiş şəxslər həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində bu hissədə kifayət qədər ziddiyyətli ifadələr verərək, Təqsirləndirilən şəxs1 əlində hər hansı əşyanın olmasını göstərməmişlər, əşya olduğu halda isə həmin əşyanı təsvir edə bilməmişlər. Zərərçəkmiş şəxslərin ziddiyyətli ifadələri isə onda ifadə olunmuşdur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 beşbarmaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini bildirsə də, xəsarət almış Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 beşbarmaqdan istifadə etməklə ona qarşı zorakılıq etdiyini bildirməmiş, əksinə göstərmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 əlindən dəmir parçası düşmüş, Emilin dostu Rüfət isə həmin əşyanı tez yerdən götürmüşdür. Başqa sözlə, Təqsirləndirilən şəxs1 hansısa dəmir və ya digər əşyadan istifadə etməklə xuliqanlıq cinayətini törətməsini Zərərçəkmiş şəxs2 özü belə təsdiq etməmişdir. Apellyasiya baxışı zamanı isə Zərərçəkmiş şəxs1 da Zərərçəkmiş şəxs2 kimi eyni mövqedən çıxış edərək, bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 əlindən hansısa dəmir əşya düşmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 həmin əşyanı tez götürmüş, bundan başqa, Təqsirləndirilən şəxs1 əlində hansısa əşya görməmiş, ona və arvadı Zərərçəkmiş şəxs2 hansısa əşyadan istifadə edilməklə zorakılıq edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarından da Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hansısa əşyadan, o cümlədən qolbaqdan istifadə etməklə xuliqanlıq cinayətini törətməsini təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur və belə hallar apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də, həmin cinayət törədilərkən silah və ya silah qismində istifadə edilə biləcək əşyadan (dəmir parçası, qolbaq və sair) istifadə edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, cəza məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərmək vacibdir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını vurğulamışdır. Bundan başqa, məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Məlumdur ki, cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, atasının ağır xəstəlikdən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 törətdiyi zoraki cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası eyni zamanda iş üzrə mülki iddianın olmamasını nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Bu Məcəllənin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli onun Rusiya Federasiyasında həbsə alındığı vaxtdan, yəni 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri onun üzərində saxlanılan cəzanın sonunadək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda izahı və şərhi verilən halları məcmu halda nəzərə alaraq belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə bəraət almasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-23/2023 nömrəli hökmü qismən, yəni Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddə ilə ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində saxlanılacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, üzərində saxlanılan cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri onun üzərində saxlanılacaq cəzanın sonunadək dəyişdirilmədən saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-in 344, 346, 353, 398.1.2, 399.1.2, 401.1.1, 407-410-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası hökm etdi: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə bəraət almasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(006)-23/2023 nömrəli hökmü qismən, yəni Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinsin və həmin maddə ilə ona 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 7 (yeddi) ay 3 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan 7 (yeddi) ay 3 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan cəzanın əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri onun üzərində saxlanılan cəzanın sonunadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 70 saat üçün cəmi 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-37/2025
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-37/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver