Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-38/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X15, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum olunmuş şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – “Pro-Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi8, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi11 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Seydimli kəndində qeydiyyatda olub, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.1-ci maddələri, xx xxxxxxxx 1984-cü ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 79da qeydiyyatda olub, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri, xx xxx 1983-cü ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Seydimli kəndində qeydiyyatda olub, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Yaşayış massivindəki nömrəsiz evdə yaşamış, barəsində 25 iyun 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 88/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 Səxavət oğlu tərəfindən ayrı-ayrılıqda, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Rasim Sadıxov) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4cü maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi xaric edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 07 iyun 2019-cu il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3- cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi xaric edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 07 iyun 2019-cu il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi xaric edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 24 iyun 2019-cu il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Gəncə Apelyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə tam toplanılmış, qəti olaraq ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 19 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 07 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 2 ünvanındakı 43-cü korpusda yerləşən “Şimşək” avtomobil təmiri sexində olarkən, arvadı Şahid14 haqqında guya Tərtər rayonunun Seydimli kəndində əxlaqsızlıqla məşğul olması barədə 2011-ci ildə həqiqətə uyğun olmayan şayiələr yayan həmkəndliləri Şahid15 və X12 ilə həmfikir olub həmin şəxslərə inanmış və görüşəndə ona salam verməyən, eləcə də, 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən çayxanada təşkil edilmiş görüş zamanı Təqsirləndirilən şəxs2 zərbə vurduğuna görə aralarında yaranmış narazılıqdan sonra guya sonuncunun ailə üzvləri barəsində əxlaqsız ifadələr işlətmiş Zərərçəkmiş şəxs1 qeyd olunan avtomobil təmiri sexin qarşısına gəlib Təqsirləndirilən şəxs2 axtardığından hiddətlənərək, tanışları arasında Zərərçəkmiş şəxs1 nüfuzlu olmasını nümayiş etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə, Təqsirləndirilən şəxs3 cinayətkar niyyətlərini həyata keçirmək üçün özünün idarə etdiyi “BMW X5” markalı, AZ **- GD-*** dövlət nömrə nişanlı avtomobillə ön sərnişin oturacağında Zərərçəkmiş şəxs1, arxa oturacaqda Şahid1 oturduğu və Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, **-LG- *** dövlət nömrə nişanlı avtomobili təqib etməyə başlamış, daha sonra o, ümumi niyyətlərindən məlumatı olmayan Təqsirləndirilən şəxs4la birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı, Az **-VT-*** dövlət nömrə nişanlı avtomaşınla Təqsirləndirilən şəxs3 arxası ilə təqibi davam etdirməklə,Təqsirləndirilən şəxs2 qardaşı ilə telefon əlaqəsi saxlayıb Zərərçəkmiş şəxs1 olduğu avtomobilin hərəkət istiqaməti barədə məlumat aldıqdan sonra həmin avtomobilə çatmaqdan ötrü öz avtomobili ilə «DSK» adlı ilə tanınan kənarında ev tikmə kobinatı yerləşən yoldan Binəqədi şossesinə çıxmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi həmin yolda avtomobilləri yüksək sürətlə idarə edərək, davamlı şəkildə manevr qaydalarını pozmaqla qarşıdan gələn avtomaşınların hərəkət istiqamətinə çıxıb, yolda hərəkət edən xüsusi və ictimai nəqliyyat vasitələrində olan sərnişinlərin, eləcə də ətrafdakı piyadaların həyat və sağlamlıqları üçün təhlükə yaratmaqla Bakı şəhərinin mərkəzi istiqamətində hərəkət edib yolun sol tərəfindəki “Banuçiçək” şadlıq sarayına çatmamış, Zərərçəkmiş şəxs1 qaçmaq və özünü müdafiə etmək imkanını məhdudlaşdırmaq məqsədilə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin ön tərəfi ilə “Mercedes” markalı avtomobili arxadan bir dəfə vurmaqla arxa buferini və kapotunu, Təqsirləndirilən şəxs2 isə öz avtomobili ilə həmin avtomobili sol tərəfdən sürtüb qabaq sol qanad və sol yan güzgüsünü zədələmiş, eyni zamanda o, cinayətkar niyyətlərini başa çatdırmaqdan ötrü olduğu avtomobilin ön sağ pəncərəsini açmaqla həmin zaman Təqsirləndirilən şəxs2 ona verdiyi və zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, xarici çaxmaqlı, “İJ-K” modelli, “A3356 O” №-li tək-hamarlüləli, konstruktiv dəyişikliyə məruz qalmaqla lüləsi sonradan kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş qanunsuz olaraq əldə edib gəzdirdiyi odlu silahdan istifadə etməklə digər avtomobildə olan Zərərçəkmiş şəxs2 və Şahid1 də həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək qəsdən öldürmək məqsədilə qeyd edilən avtomobilin ön sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 istiqamətində bir dəfə atəş açmaqla, “Mercedes” markalı, Az **-LG-*** dövlət nömrə nişanlı avtomobilə alın şüşəsinin sol yan kənarından 25 mm sağdan, aşağı sol kənarından 37 mm yuxarıdan olmaqla bir ədəd 55x22 mm ölçüdə dəliyin açılması, sağ qapının şüşəsinin sınması ilə nəticələnən zədə yetirmiş, atəş nəticəsində müxtəlif ölçülü şüşə parçalarının dəyməsi səbəbindən avtomobili idarə edən Zərərçəkmiş şəxs2 sağ bazunun ön səthinin, sağ dirsək çuxuru nahiyəsinin, sağ saidin arxa səthinin, sağ əlin İ barmağının əsas falanqasının arxa səthinin, sağ əlin İİ daraq sümüyü proyeksiyasının arxa səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan, eləcə də həmin avtomobildə sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin nisbətən iri ölçülü sıyrıqları, sol bazunun aşağı 1/3-nin ön və bayır səthlərinin, eləcə də sol saidin arxa və bayır səthlərinin çoxsaylı kiçik ölçülü sıyrıqları və sağ bazunun yuxarı 1/3nin ön-bayır səthinin qançırla əhatə olunmuş kiçik ölçülü səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş,Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə onlardan qaçmaq istədiyini görüb, qanunsuz hərəkətlərini davam etdirməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə təqibi davam etdirib Binəqədi şossesindən Azadlıq prospektinə daxil olmaqla “Mercedes” markalı, Az**-LG-*** dövlət nömrə nişanlı avtomobili arxadan ikinci dəfə vurub həmin avtomobilin arxa buferini və kapotunu təkrarən zədələmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin arxasına keçməklə avtomobilinin qabaq buferinin sağ tərəfi ilə təqib etdikləri avtomobilin arxa buferinin sol tərəfinə vuraraq Zərərçəkmiş şəxs1 olduğu avtomobili ünvan 3 ünvanda yerləşən “Röyal” şadlıq sarayının qarşısına çatmamış tıxaca salaraq avtomobilin həmin ərazini tərk etmək imkanını məhdudlaşdırmaqla hərəkət yolunun mərkəzində saxlatdırmış, Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək imkanını təmamilə aradan qaldırdıqdan sonra Təqsirləndirilən şəxs1 olduğu avtomobildən düşərək, qeyd olunan odlu silahı özü ilə götürüb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə sonuncunun olduğu avtomobilə sağ tərəfdən yaxınlaşıb Zərərçəkmiş şəxs2, həmin avtomobildə arxa oturacaqda oturmuş Şahid1, eləcə də həmin vaxt qeyd olunan küçədən avtomobillə keçən və orada dayanmış digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək, yəni ümumi təhlükəli üsulla saat 18:10-da həmin avtomobilin sağ qabaq oturacağında sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə atəş açmaqla sonuncuya yaranın giriş dəliyi burunun sol qanadında və qismən burunun sol-yan səthində yerləşən, yara kanalı boyunca sağdan İİ, İİİ, İV, V, Vİ, soldan İ, İİ, İİİ, İV, V, Vİ dişlərin alveollarla birlikdə üst çənədən qopması və natamam ayrılması, əng sümüklərinin sınması, dilin mərkəzi hissəsində toxuma defektli yaranın əmələ gəlməsi, çənə sümüyünün soldan sınması, İV boyun fəqərəsinin qəlpəli sınması və onurğa beyninin boyun səviyyəsində əzilib-dağılması, eləcə də sağ almacıq sümüyünün, sağ ön və orta kəllə çuxurlarının sınması, beyinin bazal səthinin və beyin kötüyünün yumşaq qişaları altına və beyin mədəciklərinə qansızmaların baş verməsi, sağ göz qapaqları və gözaltı nahiyədə qançırların əmələ gəlməsi, həmçinin güllənin aşkar olunduğu yerdə (boyunun arxa səthinin yumşaq toxumalarında) dəridə qançırın yaranması ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, kəllə əsası sümüklərinin sınığından və İV boyun fəqərəsinin qəlpəli sınığından törəyən beyinin yumşaq qişaları altına və mədəciklərinə qansızmalar, onurğa beyninin boyun şöbəsinin tam əzilib dağılması səbəbindən ölməsinə səbəb olan üzün və boynun 1 (bir) ədəd kor odlu güllə yarası yetirərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs1 qanunsuz olaraq əldə edib gəzdirdiyi qeyd olunan silahla bir qrup şəxs halında, ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bununla yanaşı yuxarıda qeyd edilən toqquşmalar, eləcə də atəş nəticəsində “Mercedes” markalı, Az **-LG-*** dövlət nömrə nişanlı avtomobilin arxa buferini, kapotunu, qabaq sol qanadını, sol yan güzgüsünü, qabaq alın şüşəsini və sağ qabaq qapının şüşəsini zədələməklə ümumilikdə həmin avtomobilə 2140,00 (iki min yüz qırx) manat məbləğində zərər yetirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq, həmin vaxt Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən dəyənəyi götürməklə, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs2la birlikdə olduqları avtomobildən Zərərçəkmiş şəxs2 zor tətbiq etmək məqsədi ilə yerə enərək Təqsirləndirilən şəxs3 əlində olan dəyənəyi, Təqsirləndirilən şəxs4 isə əlini belinə atıb üzərində olan bıçağı nümayiş etdirməklə, Təqsirləndirilən şəxs2 ilk olaraq Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək əli ilə vurmaq istəyərkən sonuncu həmin yerdən qaçdığından avtomobillərə oturub hadisə yerindən uzaqlaşmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, nəqliyyatın hərəkətinin sıx olduğu həmin ərazidə tıxacın yaranması, çoxlu sayda insanların həmin əraziyə toplaşmaqla ictimai qaydanın kobud surətdə pozub, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması və həmin zorun tətbiq olunması hədəsi, eləcə də əmlakın zədələnməsi ilə nəticələnən əməlləri ilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin xaric edilməsi hissəsində ləğv edilməsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək cinayət qanunun normalarına uyğun olaraq həmin maddələrin sanksiyası həddində ağır cəza təyin edilməklə, habelə Təqsirləndirilən şəxs1 cəzasının 05 (beş) ilini, Təqsirləndirilən şəxs2 cəzasının 3 (üç) ilini həbsxanada çəkilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçiləri Müdafiəçi4 oğu və Müdafiəçi3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Hökmdən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi11 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2021 saylı, 05 fevral 2021ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və məhkum olunmuş Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.1, 221.3 və 228.1-ci maddələrinə tövsif edilməklə yüngül cəzanın təiyn edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X7 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-88/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 daha ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi3 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, müdafiəçiləri Müdafiəçi8 və Müdafiəçi11 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi7 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 öz apellyasiya şikayətini müdafiə edərək şikayətinin və apellyasiya protestinin təmin edilməsini, məhkum edilmiş şəxslərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Təranə Məmmədova apellyasiya protestini müdafiə edərək, protestin və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxslərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərini və apllyasiya protestini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti qismən təmin edilməli, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilməli, məhkum olunmuş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissədə ləğv olunmaqla yeni hökm çıxarılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-658/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 Səxavət oğlu tərəfindən ayrıayrılıqda, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarını belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi ilə bağlı əməllərinin əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, yəni onun xuliqanlıq niyyəti ilə öldürmələri kimi qiymətləndirmək üçün əsaslar olmadığı qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi həmin nəticə ilə razılaşsa da bu mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Kassasiya protestində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 irəli sürülən ittihamdan Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini xaric edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsi istintaqı zamanı qeyd edilən şəxslər arasında əvvəllər anlaşılmazlığın və münaqişənin olması təkzib edilməsə də, hadisə günü Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 axtarması və iş yerinə gəlməsi zamanı onlar arasında hər hansı münaqişənin olması müəyyən olunmamış, yəni birinci instansiya məhkəməsinin öz mövqeyini əsaslandırdığı kimi, məhkəmə istintaqı zamanı təqdim və tədqiq edilmiş sübutlar arasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 iş yerinə gəlməkdə məqsədinin münaqişə yaratmaq, cinayət törətmək, üzərində gəzdirdiyi bıçaqdan onlara qarşı istifadə etmək, hər hansı şəxsə xəsarət yetirmək və ya ziyan vurmaq, hər hansı qanunu pozmaq olmasını təsdiq edəcək sübut mövcud deyil və məhkəmə istintaqı zamanı belə bir halların müəyyən edilməsi də öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə aralarında əvvəllər mübahisələr olsa da, onlar Zərərçəkmiş şəxs1 görüb dinləmədən, aralarında hadisə günü hər hansı mübahisə olmadan, çıxıb getməsinə baxmayaraq onu avtomobillərlə təqib edib nəticədə qətlə yetirmişlər. Məhkum Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs1 arasında isə ümumiyyətlə hər hansi münaqişəli münasibətlərin olması müəyyən edilməişdir. Ali Məhkəmənin gəldiyi nəticəyə əsasən Zərərçəkmiş şəxs2, iş üzrə dindirilmiş şahidlərin ifadələri və Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilərkən onun üzərindən bıçağın aşkar edilməsini təsdiq edən materiallar və istintaq orqanının Təqsirləndirilən şəxs1 arvadı Şahid14 haqqında guya Tərtər rayonunun Seydimli kəndində əxlaqsızlıqla məşğul olması barədə 2011-ci ildə həqiqətə uyğun olmayan şayiələr yayan həmkəndliləri Şahid15 və X12 ilə həmfikir olub həmin şəxslərə inanıb görüşəndə ona şalam verməyən Zərərçəkmiş şəxs1, eləcə də, 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən çayxanada təşkil edilmiş görüş zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 zərbə vurduğuna görə aralarında yaranmış narazılıqdan sonra guya sonuncunun ailə üzvləri barəsində əxlaqsız ifadələr işlətməsi məhz mərhum zərərçəkmiş şəxs ilə məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında münaqişəli münasibətlərin olmasını təsdiq etsə də, cinayət hadisəsinin məhz həmin münasibətlərin nəticəsi olaraq baş verməsi barədə məhkəmələrin gəldiyi qənaəti inandırıcı deyildir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən göstərilən hallara düzgün hüquqi qiymət verilməmişdir. Şərh olunanlara əsaslanaraq Ali Məhkəmənin məhkəmə kollegiyası hazırki cinayət işi üzrə məhkumlar tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsinin müəyyən olunmaması, zərərçəkmiş şəxslə səbəbsiz mübahisə yaranmaması, münaqişənin sonuncunun təhrikedici hərəkətləri nəticəsində başlaması və qətlə yetirmənin cüzi səbəbdən deyil, uzun illər davam edən münaqişəli münasibətlərdən qaynaqlanaraq baş verməsi barədə aşağı məhkəmələrin gəldiyi nəticə ilə razılamamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini və Ali Məhkəmənin tövsiyyələrini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən verilmiş ittihamı və iş üzrə toplanmış sübutları şikayətin dəlilləri baxımından təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsində məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsinin müəyyən olunmaması səbəbindən onların ittihamından CM-in 120.2.2-ci maddəsinin ittihamdan xaric edilməsi barədə qərar qəbul edilsə də, lakin bu nəticə əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsini mövqeyinə əsasən, “məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qətlə yetirməmişdən qabaq və sonra yol hərəkəti qaydalarını, o cümlədən də digər ictimai qaydaları kobud surətdə pozub xuliqanlıq etdikləri qənaətinə gəlir, bu halın təqsirləndirilən şəxslərin hərəkətlərinin ayrıca tövsif edilməsini əsaslı sayıb, xuliqanlıq əməlinin xuliqanlıq motivindən fərqləndiyini nəzərə alır. Xuliqanlıq niyyəti ilə adam öldürmədə ictimai qaydanın pozulması və xuliqanlıq əməlini nəzərdə tutan cinayət qanunun dispozisiyasında göstərilmiş digər əməllərin törədilməsini deyil, xuliqanlıq niyyətinin motiv, yəni təhrikedici daxili hissiyyat yanaşmasını ehtiva edir. Bu zaman təqsirkar şəxs ya səbəb olmadan, ya da cüzi səbəbdən şəxsi qətlə yetirir. Bu cinayət işində isə belə hal olmamışdır. Çünki məhkəmədə araşdırılan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə aralarında uzun müddət davam edən münaqişələri və bu münaqişələr zəminində formalaşan ədavətləri olmuşdur. Bu ədavət zəminində onlar Zərərçəkmiş şəxs1 qətlə yetirmişlər. Məhkəmədə elan olunmuş materiallardan da görünür Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini təhqir etmişdir. Azərbaycan Respublikasında şəxsiyyət toxunulmazdır, qanunla qorunur. Qanunla qorunan obyektin təhqir olunması cüzi səbəb və ya səbəbsiz kimi qiymətləndirilə bilməz. Əks halda bu hüquqi nihilizmə səbəb olar. Bundan başqa məhkəmədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 xoş niyyətlə deyil, onunla mübahisəsini həll etmək məqsədi ilə sonuncunun iş yerinə gəldiyi, lakin sonuncunun onun silahlı olduğunu görüb geri qayıtdıqdan sonra onun da oradan getdiyi və bu münaqişənin zərərçəkmış şəxs tərəfindən törədildiyi sübuta yetirildi. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxslərin, Zərərçəkmiş şəxs2, iş üzərə dindirilmiş şahidlərin ifadələri və Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilərkən onun üzərindən bıçağın aşkar edilməsini təsdiq edən materiallar və istintaq orqanının Təqsirləndirilən şəxs1 arvadı Şahid14 haqqında guya Tərtər rayonunun Seydimli kəndində əxlaqsızlıqla məşğul olması barədə 2011-ci ildə həqiqətə uyğun olmayan şayiələr yayan həmkəndliləri Şahid15 və X12 ilə həmfikir olub həmin şəxslərə inanıb görüşəndə ona şalam verməyən Zərərçəkmiş şəxs1 eləcə də, 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən çayxanada təşkil edilmiş görüş zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 zərbə vurduğuna görə aralarında yaranmış narazılıqdan sonra guya sonuncunun ailə üzvləri barəsində əxlaqsız ifadələr işlətməsi qənaətinə gəlməsi baxmından və Azərbaycan Respubİikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmənin heç bir səbəb olmadan və ya cuzi səbəbi bəhanə edərək başqasını həyatdan məhhrum etməsi kimi başa düşüldüyü kimi izah etməsi, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən, dalaşma mübahisəsinin təşəbbüskarının kim olmasının, təqsirkarın zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədi ilə münaqişə yaratmasının, zərərçəkmiş şəxsi münaqişəyə cəlb etməsinin araşdırılması tövsiyə olunub dalaşmanın və münaqişənin zərərçəkmiş şəxsin hüquqazidd hərəkətləri nəticəsində baş verməsi səbəbindən adam öldürmənin xuliqanlıq niyyəti ilə tövsif edilə bilməməsi göstərilməsi baxımından da əsaslıdır”. Birinci instansiya məhkəməsi tərəfindən CM-nin 120.2.2-ci maddəsinin ittihamdan xaric edilməsinin əsaslı olması barədə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə əvvəllər ədavət və düşmənçiliyi olmuş, Zərərçəkmiş şəxs1 meyitinin ekspertizası zamanı üzərindən bıçaq aşkarlanmış və hadisə günü Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 iş yerinə xoş niyyətlə gəlməmiş, qətl hadisəsi məhz zərərçəkmiş şəxsin təhrikedici hərəkətləri nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdirdi ki, o, Zərərçəkmiş şəxs1 tanıyır. O, Mübarizi ilk dəfə 2011-ci ildə Yolkalıqda görmüşdür. Ondan sonra Mübarizi bir dəfə Bakıda görüb salam vermiş və o da cavabında “Kişilərin salamını alıram” dedi. Hadisə günü servisdə Səftər Vüsal və orada işləyənlər var idi. Onun əvvəllər tanımadığı Fuad adlı şəxs gəldi və Vüsalı soruşdu. Onlara maraqlı gəldiyi üçün onlar da servisdən çıxmışlar və bu zaman Vüsal onlara tərəf qaçaqaça yaxınlaşaraq silahları oldulaqların, atəş açdıqlarını dedi. Vüsal Fuadda silah olduğunu dedi. Bu zaman çaxnaşma düşdü və hamı qaçmağa başladı. Fuad çölə çıxanda onlarla Vüsal arasında 30 metr məsafə vardı. Vüsalın arxasınca Mübariz və Fuad düşmüşdülər. Onlar çölə çıxanda servisdəkilərin hamısı çölə çıxdı. Hadisə yerinə Səxavət 15-20 dəqiqə sonra gəldi. O və Vüsal bir maşında getmişlər, amma sonuncunun onda silah olmasından məlumatı olmayıb. O, mərhumu saat 18:00 radələrində qundağı kəsilmiş kalib-16 silahı ilə vurmuşdur. Atəşin birini maşın gedəgedə açmış, digərini isə maşın dayandıqdan sonra düşüb atmışdır. Vüsal onun Mübarizi vurmağını istəmirdi və ona atma deyib, onu dayandırmağa çalışdı. Vüsalla onların arxasınca getmişlər. Onlar maşında olarkən Mübariz onlarla əlaqə saxlamayıb. Kirovda körpüdən sonra onlara çatmışlar. O, sürücüyə “Saxla, Mübarizi vurum” deməyib. Düşüb maşından vurmuşdur. Tıxacda olarkən 3 metr məsafədən bir güllə atmışdır. İkinci atəş isə yaxından olub. Mübariz özünü önə verməsəydi ona güllə dəyməyəcəkdi. Mübarizin maşınında 4 nəfər var idi. Bacısı oğlu DSK yolunda silahı götürüb düşdü. O, istintaq zamanı patronları Vüsalın verməsi barədə ifadə verməyib. Vüsal onu Tərtərə yola salmağa aparırdı və ona görə də onun çantasını maşınına qoymuşdu. Birinci atəşdən sonra Vüsal maşını sürüb onu çəkindirməyə çalışdı. Hadisədən sonra maşına baxış keçirildi. Mübarizin maşınından bıçaq çıxmasından məlumatı var. Nazim dedi onlar sadəcə bıçaq vurub gedəcəkdilər. Hadisə zamanı onların maşınında Mübariz, Nazim və Fuad olub, Elçin yolda maşından düşmüşdü. Elçinin harada yaşadığını bilmir. Mübariz onun yerini Ariz və İlqardan öyrənib. O, quşçuluqla məşğul olur və Bakıya nisyə verdiyi quşların pulunu almağa gəlmişdir. Arizlə İlqar bildirdilər ki, o, Bakıya gələndə Vüsalın yanına gəlir. Vüsalın yerini də Zərərçəkmiş şəxs1 onlar deyiblər. İlqar və Arizlə bu barədə danışıqları da var. Ariz onun həmkəndlisidir. Ariz ondan 1000 AZN borc istəyib, o da verməyib. Arizin maşın aldığını eşidib ondan pulunu tələb etdikdə, sonuncu pulu aldığını və verməyəcəyini bildirdi. Silah babasından qalıb. Neçənci ildə istehsal olunduğunu bilmir. Patronlar silahın üzərində idi. Mübarizin makar silahı var idi. Arizə vermişdi ki, onu vursun. Ona görə özü ilə həmişə silah gəzdirmişdir. Onu izlədikləri üçün özü ilə silah gəzdirmişdir. Onu öldürməklə təhdid edirdilər. Onu təhdid etmələri barədə bibisinə demişdir. Digər təqsirləndirilən şəxslərin onun təhdid edilməyi barədə məlumatlarının olub-olmadıqlarını bilmir. Onlar kənddə olarkən əllərində silah göstəriblər və bibisi də polisə məlumat verib ki, silahı yığışdırsınlar. Onun Mübarizlə münasibəti yaxşı olub və düşmənçilikləri olmayıb. Onun ailəsinə qarşı Ariz nalayiq ifadələr iştədiyi üçün onunla ədavəti olub. Mübariz Ariz və İlqarla yaxınlaşmağa başladıqdan sonra ona qarşı münasibəti dəyişmişdi. Onun İlqar və Arizlə münasibəti pis olub. Mübariz də Ariz və İlqarın sözü ilə hərəkət edirdi. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs X5 məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında uyğunsuzluqlar olduğu üçün onun istintaq zamanı verdiyi ifadələri birinci instansiya məhkəməsində elan edilib araşdırılmışdır. Həmin ifadələrində o, özünü təqsirli bilməyərək göstərmişdir ki, 2011-ci il tarixdən onun Şahid15, Ariz Qəhrəmanov və Zərərçəkmiş şəxs1 ilə münasibətləri korlanmışdır. Şahid15la Ariz Qəhrəmanov Tərtər rayonunun Seydimli kəndindən olmaqla onun həmkəndliləridirlər. Zərərçəkmiş şəxs1 isə o, sonradan Arizgilə görə tanımışdır. Belə ki, o, 2007-2008-ci illərdə Ariz Qəhrəmanovla birlikdə Rusiya Federasiyasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə Rusiya Federasiyasında olarkən o, Arizə 1000 manat məbləğində pul vermişdir. 2009-cu ildə o, Arizdən borcunu istədikdə sonuncu onun arvadı Şahid14 ünvanına nəlayiq sözlər işlətməyə başlamış, arvadının kənddə onunla-bununla gəzdiyini bildirmişdir. Şahid15 da Arizə qoşulub onun arvadının kənddə əxlaqsızlıqla məşğul olduğunu demişdir. Bu söhbətlərlə bağlı o, 2011-ci ilin əvvəllərində Tərtər rayonunda fəaliyyət göstərən “Elka” adlı kafedə İlqar, Ariz və sonradan tanıdığı Mübarizlə görüşmüş, görüş zamanı o, yenə də Arizdən pulunu tələb etmişdir. Lakin Ariz onun borcunu qaytarmamışdır. O, yenə də kənd camaatından eşitmişdir ki, Arizlə İlqar yenə də onun arvadının ünvanına həqiqətə uyğun olmayan əxlaqsız sözlər deyirlər. Hətta İlqar kənddə onun arvadı ilə gəzməsi ilə bağlı şayə də yaymışdır. Bu söhbətlərlə bağlı o, təkrarən Ariz, İlqar və Mübarizlə kənddə görüşmüş, arvadı Şərafətin əxlaqsızlıqla məşğul olmasını sübut etmələrini xahiş etmiş, sübut edə bilməyəcəkləri təqdirdə hər ikisini, yəni İlqarı və Arizi vuracağını demişdir. Hətta həmin görüş zamanı o, Mübarizə əl verib görüşmək istəyərkən Mübariz onun əlini sıxmayaraq “Mən yalnız kişilərin əlini sıxıram!” deyə cavab vermişdir. Mübariz heç vaxt onun arvadının ünvanına əxlaqsız bir söz deməmiş, bununla bağlı hər hansı bir söz işlətməmişdir. Zaman keçdikcə o, İlqar və Arizin onun arvadı Şərafətin əxlaqsızlığını sübuta yetirə bilmədiklərini görüb onları vurmaq qərarına gəlmiş və ilk olaraq İlqarı cəzalandırmaq məqsədilə 16 sentyabr 2011-ci il tarixdə Tərtər rayonunda olarkən üzərində olan bıçaqla İlqarı vurmuşdur. Bu əməlinə görə o, Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətinə islah işlərinə məhkum edilmişdir. O, İlqarı vurduqdan sonra Mübariz Arizin də vurulacağını başa düşmüş və telefon danışıqları zamanı bir neçə dəfə ona Arizə nə isə edəcəyi halda onu cəzalandıracağını bildirmişdir. Tədricən Zərərçəkmiş şəxs1 da haqlı olmayan Şahid15 və Ariz Qəhrəmanovun yanında olması, sonuncuların fikirlərini dəstəkləyərək ona qarşı çıxması onda Mübarizə qarşı kin yaratmağa başlamışdır. 08 aprel 2013-cü il tarixdə o, Tərtər rayonunun Seydimli kəndindəki çayxanada olarkən üzərində olan dəmir parçası ilə Ariz Qəhrəmanovu da vuraraq ona xəsarət yetirmişdir. Bu əməlinə görə də o, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib Tərtər rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azdalıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2016-cı il tarixdə azadlığa buraxılmışdır. O, İlqar və Arizi vurduğundan ədavəti yalnız Mübarizlə qalmış, lakin sonuncu Tərtər rayonunda yaşamadığından, Bakı şəhər sakini olduğundan o, Mübarizi vurmaq fikrindən daşınmışdır. Azadlığa çıxdıqdan sonra o, 10-15 il öncədən həmkəndlisi kimi tanıdığı və münasibəti olduğu Təqsirləndirilən şəxs3la kənddə cücə ferması yaratmış və ailəsini dolandırmağa başlamışdır. Təqsirləndirilən şəxs3 onun həmkəndlisi olsa da Bakı şəhərində yaşamışdır. Onun bildiyinə görə Səxavət Bakı şəhərində avtoservis işlətmişdir. Onun Səxavətin qardaşı Təqsirləndirilən şəxs2la da münasibətləri yaxşı olmuş, bildiyinə görə Vüsal da Səxavətin işlətdiyi avtoservisin bayır tərəfindəki avtoyuma məntəqəsini işlətmişdir. O, Səxavətlə olan ortaq biznesləri ilə bağlı ay ərzində 4-5 dəfə Bakı şəhərinə gəlib-getmiş, hər dəfə gələndə Bakı şəhərində yaşayan bibisi Cəmilənin evində gecələmişdir. O, nisyə satmış olduğu 3420 ədəd cücənin pulunu almaq məqsədilə 05 iyun 2019-cu il tarixdə Bakı şəhərinə gəlmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs3 adını xatırlamadığı şəxsdən cücələrin dəyəri olan 1000 manat, 06 iyun 2019-cu il tarixdə isə 1150 manat pulunu almışdır. Onun Səxavətə 2500 manat pul borcu olduğundan o, həmin pulu sonuncuya ödəmişdir. 07 iyun 2019-cu il tarixdə günorta saatlarında o, “Şimşək” avtoservisində Vüsalgilin yanında olmuşdur. Həmin vaxt Vüsalın qardaşı Səxavət də orada olmuşdur. O, Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 ilə uzun müddətə dayanan ədavətlərinin olmasını bilmiş, lakin ədavətin yaranma səbəbləri barədə onda tam dəqiq məlumat olmamışdır. O, Vüsal və Səxavətlə avtoservisin həyətindəki kafedə olarkən sonradan Zərərçəkmiş şəxs1 bacısı oğlu olduğunu bildiyi şəxs kafeyə daxil olaraq Vüsalın kim olmasını soruşmuş, Vüsal “Mənəm!” deyə cavab verdikdə həmin şəxs Vüsalı bayıra çağırmışdır. Vüsal həmin şəxslə avtoservisin bayır tərəfinə doğru hərəkət etdikdə o, Vüsalın qardaşı Səxavət və qohumu İmranla birlikdə Vüsalın arxası ilə çıxışa doğru getməyə başlamışdır. Elə bu zaman Vüsal qışqıraraq Mübarizin gəlməsini bildirərək qaçaqaça yenidən avtoservisin həyətinə daxil olmuş və özünə məxsus “BMW 745” markalı, **- VT-*** dövlət nömrə nişanlı avtomobilə oturmuşdur. Bu zaman o da Vüsalın maşınının qabaq sağ sərnişin oturacağına, qohumu İmran isə arxa oturacağa oturmuşdur. Vüsal dərhal öz avtomobili ilə avtoservisin həyətindən çıxaraq Zərərçəkmiş şəxs1 gəldiyi “Mercedes” markalı **-LG-*** dövlət nömrə nişanlı avtomobili təqib etməyə başlamışdır. Onlar Binəqədi şossesi ilə şəhərin mərkəzinə doğru Zərərçəkmiş şəxs1 olduğu avtomobilin arxası ilə hərəkət etmişlər. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 olduğu avtomobilə çatmış, özünə məxsus olan və maşınında saxladığı kustar üsulla hazırlanmış ov tüfəngini götürərək ona bir qədər geriyə çəkilməsini demiş, sonra isə Mübarizin olduğu “Mercedes” markalı avtomaşına doğru çəp istiqamətdən atəş açmışdır. Onlar Mübarizin maşında hərəkət etdiyini görüb hələ ölmədiyini başa düşmüşlər. Vüsal silahı ona verib yenidən silaha güllə qoymağı tapşırmışdır. O, silaha güllə qoymuşdur. Vüsal isə öz növbəsində Mübarizin oturduğu maşını vuraraq irəlidə olan sıxlığa salaraq saxlatdırmışdır. Bu zaman o, dərhal maşından düşərək Mübarizin oturduğu “Mercedes” markalı avtomobilə sağ tərəfdən yaxınlaşmış və sağ qabaq qapının sınmış şüşəsinin arasından sonuncunun sifət nahiyəsinə bir dəfə atəş açmışdır. Atəş açılan zaman “Mercedes” markalı avtomobilin tanımadığı sürücüsü sükan arxasından düşərək yolun əks tərəfinə doğru qaçmağa başlamışdır. Həmin an Təqsirləndirilən şəxs2 da sol tərəfdən “Mercedes” markalı maşına yaxınlaşmış, Təqsirləndirilən şəxs3 da öz maşınından düşüb onlara doğru qaçan zaman Vüsal qardaşını saxlayaraq geriyə qayıtmağı maşınına minməyi demişdir. O da Vüsalın maşınına oturub əlindəki silahı sonuncunun maşınına qoymuş, sonra isə Səxavətin maşınına minmişdir. Səxavət maşını ilə hərəkət etməyə başlamış, ilk öncə Səxavətin maşını hara sürməsini bilməmiş, lakin sonradan yenidən hadisə yerinin yaxınlığına doğru qayıtdığını başa düşmüşdür. Bir qədər irəllədikdən sonra Səxavət yolun kənarında avtomobilini saxlamış və ona polislərə təslim olmasını demişdir. O, maşından düşüb yol istiqamətində qaçmağa başlamış, Səxavət isə qaçmadan maşınının yanında dayanmışdır. O, qaçarkən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış, həmin xəsarətləri ona heç kim yetirməmiş, qaçan zaman polis əməkdaşları onu tutaraq polis idarəsinə gətirmişlər. O, ifadəsində Zərərçəkmiş şəxs1 bir neçə il öncəki ədavətə görə, yəni ona qarşı səhv olan həmkəndliləri Şahid15 və Ariz Qəhrəmanovun yanında olaraq Arizin tərəfini saxladığına görə öldürdüyünü, Mübarizi görən kimi köhnə söhbətlərin yadına düşdüyünü, buna görə də əsəbiləşdiyini, lakin hadisə günü Zərərçəkmiş şəxs1 avtoservisə gələcəyindən məlumatsız olduğunu, Bakı şəhərinə Mübarizi öldürmək üçün gəlmədiyini, Mübarizin avtoservisə Vüsala görə gəldiyini, Vüsalın maşınında arxa oturacaqda oturmuş qohumu Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 öldürülməsində hər hansı bir formada iştirakının olmadığını, maşında olarkən Vüsalın belində olan bıçağı çıxarıb arxa oturacağın üstünə atdığını, İmranın həmin bıçağı götürərək belinə qoyduğunu, Vüsalın özünə məxsus avtomobildə silah saxlamasından məlumatsız olduğunu, həmin silahı ilk dəfə hadisə günü Vüsalın maşınında gördüyünü, Vüsalın həmin silahı arxa oturacaqda gizlətdiyini, Zərərçəkmiş şəxs1 öldürməsi ilə bağlı Təqsirləndirilən şəxs2 ona hər hansı bir formada göstəriş vermədiyini, Zərərçəkmiş şəxs1 öldürülməsi ilə bağlı nə Vüsal, nə onun özü, nə də ki, hər hansı bir başqa şəxs tərəfindən hər hansı bir formada hazırlıq işlərinin görülmədiyini, bununla bağlı hər hansı bir plan hazırlanmadığını, Mübarizin avtoservisin qarşısına gəlməyəcəyi təqdirdə bu hadisənin də baş verməyəcəyini bildirmişdir. Daha sonra o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 öldürdüyü silahın uzun müddətdir ki, özündə olduğunu, həmin silahın ona mərhum babası İsmayıldan yadigar qaldığını, silahı Seydimli kəndindəki evində saxladığını, 2016-cı ilin noyabr ayında həbsdən azad olunduqdan sonra Ariz, İlqar və Mübarizin onunla düşmən olmalarını və onu öldürə biləcəklərini bildiyindən həmin silahı həmişə üzərində gəzdirdiyini, silahı rahat gəzdirmək üçün lüləsini və qundağını laqonda vasitəsilə kəsib balacalaşdırdığını, hadisə günü Təqsirləndirilən şəxs2 onda silah olmasından məlumatsız olduğunu, həmin gün avtoservisə gələn zaman Vüsalla görüşdükdən sonra Vüsalın onu avtovağzaldan rayona yola salmalı olduğundan içərisində silah olan çantasını Vüsalın maşınına qoyduğunu, hadisə baş verməmişdən öncə Vüsalın qaçaraq avtoservisə daxil olarkən qışqıraraq “Mübarizdir, məni vurmaq istəyir” sözlərini dediyini, Vüsalla bir yerdə sonuncunun maşınına mindiyini, Mübarizi öldürməyi qərarlaşdırdığını, lakin bu barədə Vüsala heç nə demədiyini, təqib zamanı sol tərəfdən “Mercedes” markalı avtomobilə çatıb bir qədər qabağa keçdikdən sonra əl çantasından odlu silahını çıxarıb Mübarizə doğru birinci atəşi açdığını, Vüsalın yalnız həmin vaxt onda silah olmasını bildiyini, az bir məsafə irəllədikdən sonra yaranmış tıxacdan istifadə edib maşından düşməklə Mübarizin sifət nahiyəsinə ikinci dəfə atəş açdığını, törətmiş olduğu cinayət əməlinə görə ona az cəza verilməsi məqsədilə ilkin ifadəsində birinci atəşin Vüsal tərəfindən açıldığını, eləcə də silahın Vüsala məxsus olduğunu bildirdiyini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş videogörüntülər, eləcə də telefon danışıq məlumatları ilə bağlı ifadəsində 07 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW X5” markalı avtomaşınla avtoservisdən qardaşı Təqsirləndirilən şəxs2 öncə çıxaraq “Mercedes” markalı avtomaşını təqib etməsi ilə bağlı heç nə xatırlamadığını, təqib zamanı Səxavətin maşınını yalnız Mübarizin oturduğu maşını hadisə yerinə çatmağa az qalmış arxadan vuran zaman gördüyünü, həmin anadək Səxavətin maşınını görmədiyini, Səxavətin həmin maşını hansı səbəblərə görə arxadan vurmasını bilmədiyini, Səxavətin Eltun adlı polis əməkdaşına zəng etməsindən məlumatının olmadığını, təqib zamanı Vüsalın avtomobilinin qabaq sağ oturacağında oturmasına baxmayaraq sonuncunun qardaşı Səxavətlə aralarında olan telefon danışığının məzmunu barədə heç nə bilmədiyini, “Banuçiçək” restoranının qarşısına çatmamış Vüsalın maşını ilə Nazimin maşınının sol tərəfinə keçməsindən sonra Mübarizin həmin maşında qabaq sağ oturacaqda oturduğunu gördüyünü, dərhal odlu silahını qaldırıb Mübarizə doğru birinci atəşi açdığını, atəş açmamışdan öncə oturduğu maşından nə Vüsalın, nə də ki, İmranın ona “Vur! Vur! odur” sözlərini demədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, Mübarizi Arizin vasitəsilə tanıyıb. Onunla Mübariz arasında pul məsələsi olub. O, Mübarizə pul verib. Eldənizin yanında Mübarizdən pulunu geri istəmişdir. Mübariz dedi “sənə pul düşmür”, o da səbəbini soruşduqda əl-qol atıb onu təhqir etməyə başladı. O da ona “görüşərik sənə nəyin necə olduğunu deyərəm, o pul mənə çatmalıdır.” demişdir. O, həmin gün axşam Mübarizi məhəllədə axtarmışdır ki, niyə ona pul düşmür deyib. Lakin onu tapa bilməmişdir. Bu hadisə 4-5 il əvvəl olub, o, daha sonra Mübarizi axtarmamışdır. Mübarizlə narazılğı ədavət kimi qəbul etməyib. Onun Mübarizlə ədavəti olsa idi onun evinə gedib həll edərdi. Onun Mübarizi öldürmək niyyəti olmayıb. Mübarizin onunla ədavəti olmayıb, onun ona borcu olub. O, digər şəxslərin borcu üçün Mübarizdən pul istəməyib. Hadisə günü o, 15-20 dəqiqə olardı ki, servisə gəlmişdi Orda onların işçilərindən təxmini 4-5 nəfər var idi. O, servisə gedəndə Səxavət servisdə olmayıb. Ondan 15-20 dəqiqə sonra gəldi. İmran ondan əvvəl servisə gəlmişdi. O, Talehlə görüşmək üçün gəlmişdi. Fuad çağırana qədər çayxanada dəqiq neçə nəfər olduğunu xatırlmır. O, servisdə olanda Fuad gəlib onu soruşdu, o da onunla getmişdir. Mübariz maşının içində idi, onu tanımamışdır. O, maşında kiminsə oturduğunu və həmin şəxsin əlində bıçaq olduğunu görmüşdür. O, 5 metr məsafəyə qədər Mübarizə yaxınlaşmış, Mübariz əlini belinə atanda silah çıxaracağını bilmişdir. O, görmüşdür ki, onun üstünə bıçaq və silahla gəlirlər, bundan qorxaraq servisə qaçmışdır. Uşqalar servisdən ona tərəf gələndə Mübarizin gəldiyini onlara demişdir. O, birinci çölə tək çıxmış və arxasınca Talehin çıxdığını görmüşdür. Onun maşını sexin içində idi. Səxavətin maşını moykanın qabağında idi. Səxavətin maşını ona Mübarizin maşınından daha yaxın idi. O, qaçanda onlar da onun arxasınca sexin içinə qədər gəldilər. Servisə gedib maşının açarını götürüb servisdən çölə çıxanda onlar artıq getmişdilər. O da Talehlə birlikdə maşınla onların arxası ilə getmişlər. O, Talehə onu çağırdıqlarını, onun servisdə qalmağını dedikdə Taleh dedi ki bu məsələ onun işidir. İmran onun maşınında telefonla danışırdı. Taleh maşına oturub “düşün mənim onunla işim var” dedi. Onun Talehdə silah olmasından məlumatı olmayıb. O, onu nəyə görə axtardıqlarını bilmək üçün onların arxasınca getmişdir. O, gözləmədiyi anda Taleh güllə atdı. Talehin birinci atışı ilə ikinci atışı arasında saniyələr var idi. Onun özünün silahı olub, istəsə idi Mübarizi evində gedib öldürərdi. Talehin onun yanına gəldiyini bildikləri üçün belə hesab edir ki, gələndə birinci onu soruşdular. İlqar və Mübarizin video danışıqları olub. O, daima servisdə olmuşdur. Taleh də Bakıya gələndə həmişə servisə gəlirdi. Talehin nəyə görə silah gəzdirdiyini bilmir. Maşından gülləni onun atmasını Talehi müdafiə etmək üçün demişdir. Mübariz maşında qabaqda oturmuşdu. Maşınlar yanbayan idi. O, maşını qəzadan qaçmaq üçün sola çəkmişdir. Atəş onun tərəfindən atılmayıb. O, maşını qəzadan qaçırmağa çalışmışdır. O, Nazimi vurmayıb. O, qardaşının onların arxasınca gəldiyini bilməmişdir. Onun qardaşında dəyənək olmayıb. Qardaşında patron olub və o da soyuq silah hesab olunub. Birinci və ikinci atəş arasında 4 metr məsafə olub. Onlar servisdən çıxdıqdan sonra Səxavət ona zəng vurub “sənin heç nədən xəbərin yoxdur, qayıt geri” dedi. Qardaşının onların arxasınca gəlməsi barədə məlumatı olmayıb. Onu servisdə qoyub çıxmışdır. Onunla Mübariz arasındakı gərginliyi Taleh bilmirdi, ona bu barədə heç nə deməmişdir. Onun silahdan məlumatı yoxdur və onu düzəltməmişdir. O, ümumiyyətlə o silaha əl dəyməyib. Mübarizin servisə nəyə görə gəldiyini aydınlaşdırmaq üçün onun arxasınca getmişdir. Taleh də onunla razılışıb ona Mübarizin arxasınca sürüb məsələni aydınlaşdırmasını məsləhət gördü. O, Talehin atəş açmağını bir anlıq görüb şoka düşmüşdür. Onun Talehin əlindən silahı almağa imkanı olmayıb. O, birinci atəşdən sonra maşını yayındırmağa çalışmışdır. Maşınında arxa hissədə oturacağın cibində bıçaq olub. O, həmişə maşınında bıçaq gəzdirmişdir. X25 Talehin arxasınca göndərmişdilər. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında uyğunsuzluqlar olduğu üçün onun istintaq zamanı verdiyi ifadələri birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmışdır. Həmin ifadələrində o, özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun böyük qardaşıdır. O, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi uzun müddətdir ki, tanımış, uşaqlıqdan bir yerdə böyümüşlər, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Eləcə də qardaşı Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs1 tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs4 da Talehin qohumu kimi sonuncuya görə tanımışdır. Bundan əlavə Tərtər rayonunun Seydimli kəndində Təqsirləndirilən şəxs1la qardaşı Səxavətin cücə təsərrüfatı ilə bağlı şərikli biznesləri olmuşdur. Bundan başqa o, əslən Tərtər rayonunun Seydimli kəndindən olan, həmkəndliləri Ariz Qəhrəmanlını da tanımış, eləcə də Arizin vasitəsilə Zərərçəkmiş şəxs1 da təxminən beş ildən artıq vaxtdır ki, tanımışdır. Mübariz və Arizlə onun münasibətləri əvvəllər yaxşı olmuş, hətta Ariz və Mübarizin pulu olmayanda o, bir dost kimi hər ikisinin cibinə pul qoymuşdur. Hətta 4-5 il bundan öncə Zərərçəkmiş şəxs1 Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan öncə ona zəng edərək, idarə etdiyi “Mercedes” markalı avtomobilini götürüb saxlamasını ondan xahiş etmişdir. Həmin vaxt Arizlə, Xutor qəsəbəsində yaşayan Eldəniz də Mübarizin yanında olmuşlar. O, Mübariz, Ariz və Eldənizlə Novxanı qəsəbəsində görüşmüş və Mübarizin “Mercedes” markalı avtomobilini sonuncudan götürüb qayınatasıgilin həyətinə qoymuş və Mübarizgil Arizin “Priora” markalı avtomobilinə minib getmişlər. Hətta həmin axşam Mübarizin cibinə 200 manat pul qoymuşdur. Bundan təxminən 4-5 ay sonra Mübariz onunla əlaqə saxlayaraq maşınını götürmək istədiyini bildirmiş və o, Mübarizin maşınını özünə qaytarmışdır. Həmin ərəfələrdə o, əslən Göyçay şəhərindən olan hazırda adlarını xatırlamadığı şəxslərdən nisyə verdiyi xurma yeşiklərinin dəyəri olan 3.000 manat məbləğində pulu ala bilmədiyini görüb, Mübarizin əlaqələrinin geniş olmasını nəzərə alaraq bununla bağlı sonuncudan köməklik etməsini xahiş etmişdir. Mübariz həmin şəxsləri tanımadığını, lakin buna baxmayaraq Göyçay şəhərində tanış uşaqların olduğunu demiş və borclu olan şəxslərlə maraqlana biləcəyini ona bildirmişdir. O, hər dəfə Mübarizlə görüşəndə bu məsələ ilə bağlı maraqlanmış, Mübariz də hər dəfəsində narahat olamamağı və məsələ ilə məşğul olacağını ona demişdir. Bundan təxminən bir həftə sonra Eldəniz ona zəng edərək 3000 manat məbləğində puldan 800 manat məbləğində olan hissəsini Mübarizin həmin Göyçaylı şəxslərdən aldığını və həmin pulun hazırda özündə olduğunu deyib ona vermək istədiyini bildirmişdir. O, 3000 manat məbləğində pulun tam şəkildə həmin şəxslərdən alınandan sonra Mübarizdən götürəcəyini Eldənizə demişdir. Həmin telefon danışığı aparılan günün ertəsi Mübariz Eldənizin telefonundan ona zəng edərək Xutor qəsəbəsində, yəni məhəllələrindəki kafedə onu gözlədiyini demişdir. O, həmin kafeyə gəlmiş, Mübariz və Eldənizlə həmin kafedə görüşmüşdür. Kafedə görüşmələrindən təxminən 2-3 dəqiqə sonra xurma yeşiklərini nisyə verdiyi şəxs də oraya gəlmiş və onlar eyni masa arxasına oturmuşlar. O, söhbət əsnasında həmin nisyə mal verdiyi şəxsə müraciət edərək hansı səbəblərə görə pulunu verməməsini soruşmuş, bu zaman həmin şəxs heç bir cavab vermədən Mübariz söhbətə kənardan müdaxilə edərək onu əxlaqsız sözlərlə təhqir edib “mənim başımın üstündən iş görürsən?” deyə ona sual vermişdir. O, Mübarizin gözlənilmədən ünvanına əxlaqsız sözlər deməsini və ona borclu olan şəxsin tərəfini saxladığını görüb əsəbiləşmiş və ona borclu olan şəxsi təhqir edib pulunu verməməsinin səbəbini soruşmuşdur. Bu zaman Mübarz oturduğu yerdən qalxıb onun sağ çənə nahiyəsindən yumruqla bir zərbə vurub belində olan bıçağı onun üstünə çıxartmış və onu təhqir edərək kafedən bayıra çıxmasını demişdir. Bu zaman o, Mübarizi yumruqla vurmaq üçün üstünə qalxanda Eldəniz araya girib aralamış, o, kafedən çıxıb getmişdir. Bundan sonra Ariz də ondan əlaqəni kəsmiş və o, başa düşmüşdür ki, Mübariz onun barəsində olmayan aşağlayıcı sözləri Arizə demişdir ki, Ariz də onunla əlaqəni kəsmişdir. Elə həmin gündən sonra da o, nə Mübarizi nə də ki, Arizi görməmiş və sonuncularla danışmamışdır. Lakin arada gəzən söhbətlərdən ona məlum olmuşdur ki, Mübariz hər yerdə həmin söhbət zamanı onu vura-vura varyoxunu üzünə qarşı söyməsini danışır. Elə buna görə də Mübarizlə aralarında düşmənçilik və ədavətləri yaranmışdır. O, Eldənizin həmin ərəfələrdə, yəni 4-5 il bundan öncə Xutor qəsəbəsində yaşamasını bildiyini, Eldənizin hazırda harada yaşamasını, soyadını, ata adını, ünvanını, əlaqə nömrəsini bilmədiyini göstərmişdir. Həmçinin ona məlum olmuşdur ki, Ariz Talehin ailəsi ilə bağlı nə isə nalayiq sözlər işlətmiş, Taleh bu söhbətlə bağlı Arizlə görüşdükdə Ariz həmin söhbəti həmkəndliləri olan İlqar adlı şəxsdən eşitdiyini Talehə bildirmiş, bu söhbətlərlə bağlı Taleh müxtəlif vaxtlarda həm İlqarı, həm də Arizi vurmuş, bu əməllərinə görə Taleh müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunmuş, həmin ərəfələrdə Mübariz qohumu Arizi vurduğuna görə Talehə xəbər göndərərək sonuncunu öldürəcəyi ilə hədələmiş, eyni zamanda Taleh də Mübarizə Ariz və İlqar səhv olmalarına baxmayaraq sonuncuların tərəfində dayandığına görə öldürəcəyini bildirmişdir. Elə məhz bu söhbətlərə görə də Talehlə Mübarizin arasında düşmənçilik və ədavət yaranmışdır. O, bu söhbətlərin heç birində iştirak etməmiş, yalnız ətrafda gedən söhbətlərdən bilmişdir. 07 iyun 2019-cu il tarixdə saat təxminən 17 radələrində o, adi günlərdə olduğu kimi “Şimşək” avtomobil təmiri emalatxanasında olmuş və avtoservisin həyətində olan kafedə Səftər adlı tanışı ilə nərd oynamışdır. Həmin vaxt tanışı Taleh, İmran, qardaşı Rauf da orada olmuşlar. Qısa bir müddət sonra böyük qardaşı Səxavət də kafeyə gəlmişdir. Nərd oynayan zaman bir nəfər tanımadığı şəxs kafeyə daxil olaraq onu soruşmuş və bir nəfər şəxsin bayırda onu gözlədiyini demişdir. O, oyununu yarımçıq saxlayıb həmin şəxsin arxası ilə kafedən çıxmış və avtoservisin bayır tərəfinə doğru getməyə başlamışdır. O, həmin şəxsin arxası ilə avtoservisin qarşısına çıxarkən orada ustalardan rəngsaz olan Kamran, Aska ləqəbli Asif və ya Asəf, eləcə də avtoservisdə işləyən lakin adlarını hazırda xatırlamadığı başqa ustalar da olmuşdur. O, avtoservisdən bayıra çıxdıqda yolun əks tərəfində qara rəngli “Mercedes” markalı, dövlət nömrə nişanı 085 və ya 086 olan avtomobilin dayandığını, həmin avtomobildə oturmuş sərnişinin sanki tanınmaması və onun daha da avtomobilə yaxınlaşması məqsədilə gizləndiyini görmüşdür. O, həmin avtomobilə doğru getdikdə qəfildən avtomobilin qabaq sağ qapısı açılmış və o, maşından düşən şəxsin Zərərçəkmiş şəxs1 olduğunu və sonuncunun qaçaraq onun üstünə gəlməsini görmüşdür. O, Mübarizin qaçaraq onun üstünə gəlməsini görüb, özünü müdafiə etmək üçün üzərində silah olmadığından, özünə məxsus silahını maşınından götürmək məqsədilə geri fırlanaraq yenidən qaçaraq avtoservisə daxil olmuş və özünə məxsus “BMW 745” markalı, 10-VT117 dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşmış, Zərərçəkmiş şəxs1 olduğu avtomobili təqib etmək üçün maşınına oturmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 onun maşınında qabaq sağ oturacağa, sonuncunun qohumu Təqsirləndirilən şəxs4 isə arxa oturacağa oturmuşlar. O, DSK yolundan şəhərin mərkəzinə doğru Zərərçəkmiş şəxs1 olduğu avtomobili təqib etməyə başlamışdır. O, avtoservisdən çıxmamışdan öncə qardaşı Təqsirləndirilən şəxs3 Mübarizi izləməməsi ilə bağlı ona yalvarmağa başlamış, lakin o, qardaşını dinləmədən təqibi davam etdirmiş və məqsədi Mübarizə çatıb onu öldürmək olmuşdur. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs3 da onun qarşısını kəsmək məqsədilə özünə məxsus “BMW X5” markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobili ilə onu izləməyə başlamışdır. Binəqədi şossesi ilə şəhərin mərkəzi istiqamətində hərəkət etdikdə, “Banuçiçək” restoranına çatmamış, o, özünə məxsus ov tüfəngindən digər maşında olan Zərərçəkmiş şəxs1 doğru bir dəfə atəş açmışdır. Atəş nəticəsində Mübarizin maşınının şüşəsi qırılmış, bildiyi qədər Zərərçəkmiş şəxs1 yaralanmışdır. Bundan sonra o, silahı yenidən güllə ilə doldurması üçün Talehə vermiş və özü hərəkətinə davam etmişdir. Hətta təqib zamanı qardaşı Səxavət də ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 olduğu avtomobili arxadan bir dəfə vurmuşdur. Həmin vaxt Mübariz avtomobildə sağ qabaq oturacaqda oturmuş, arxada onu bayıra çağıran şəxs olmuş, tanımadığı bir nəfər şəxs isə həmin maşını idarə etmişdir. “Banuçiçək” restoranını keçdikdən sonra Azadlıq prospektində o, Mübarizin olduğu maşını arxadan vurmuş, daha sonra sol tərəfinə keçərək sıxışdırmışdır. Mübarizin olduğu maşın tıxaca dirənib dayanmışdır. Bu zaman o, Talehlə birlikdə maşından düşərək “Mercedes” markalı maşına doğru getməyə başlamışlar. Taleh ondan irəlidə gedib əlində silahla həmin maşında oturmuş Mübarizə yaxınlaşmış və Mübarizə doğru bir dəfə atəş açmışdır. O, isə həmin avtomobildən düşüb qaçmaq istəyən sürücüyə yaxınlaşmış və Mübarizi avtoservisə gətirməsi səbəbindən həmin sürücünü yumruqla vurmaq istəmiş, lakin sürücü əyildiyindən yumruq zərbəsi dəyməmişdir. Daha sonra o, Mübarizin qan içində olmasını görüb ölməsinə əmin olmuşdur. Bu zaman qardaşı Səxavət ona yaxınlaşaraq “başınız xarab olub? Nə edirsiniz?” deyə sual vermiş, o, qardaşı Səxavəti geri itələyərək avtomobilinə oturub uzaqlaşmasını demiş və özü də maşınına minib hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt Talehlə İmran yenə də onun maşınına oturmuşlar. Az bir məsafə irəllədikdən sonra o, Talehə maşından düşüb qardaşı Səxavətin maşınına oturmasını demişdir. Buna səbəb qardaşı Səxavətin maşınında tək olması olmuşdur. Daha sonra o, yenidən “Şimşək” avtoservisinə qayıdaraq hadisə zamanı istifadə etdiyi ov tüfəngini servisə qoymuşdur. O, ifadəsində Zərərçəkmiş şəxs1 07 iyun 2019-cu il tarixdə avtoservisə gələcəyindən məlumatsız olduğunu, Mübarizin onu öldürmək üçün avtoservisə gəldiyini, avtoservisin qarşısında Mübariz avtomobildən düşüb onun üstünə gələn zaman əlini belinə atdığını, lakin geriyə dönüb qaçdığından konkret olaraq Mübarizin əlində silah olubolmamasını görmədiyini, Mübarizin onu yumruqla vurması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmədiyini, Mübarizi öldürmək üçün sonuncunun olduğu avtomobili təqib etdiyini, kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş, cinayətin aləti olan silahın ona babasından yadigar qaldığını, həmin silahı özünün kəsib hazırladığını, Mübarizin onu öldürmək istədiyini bildiyindən rayona gedib həmin silahı götürməklə, mütəmadi olaraq maşınında saxladığını, qeyd edilən silahdan qardaşı Səxavətin məlumatının olmadığını, hadisədən sonra maşından düşüb ona yaxınlaşan qardaşı Səxavətin əlində həmin vaxt hər hansı bir əşya və ya predmetin olmadığını bildirmişdir. İstintaq zamanı verdiyi əlavə ifadəsində baş vermiş cinayət hadisəsi ilə bağlı bəzi xüsusatları dostu Təqsirləndirilən şəxs1 müdafiə etmək məqsədilə ilkin ifadələrində öz üzərinə götürdüyünü, 07 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 sərnişin qismində oturduğu “Mercedes” markalı avtomobili təqib edən zaman sonuncunun olduğu avtomobilə birinci atəşin də Təqsirləndirilən şəxs1 tərəfindən açıldığını, cinayətin aləti olan odlu silahın Talehə məxsus olduğunu, həmin silahı Talehin özü ilə rayondan gətirdiyini, 07 iyun 2019-cu il tarixdə Taleh avtoservisə gələrkən əlində nə isə sellofan paket olduğunu, həmin paketdə Talehə məxsus paltarların olduğunu düşündüyünü, Zərərçəkmiş şəxs1 ilə söhbət edib aralarındakı narazılıqları həll etmək məqsədilə sonuncunun olduğu maşını təqib etdiyini, Mübarizi öldürmək fikrinin olmadığını, Talehin də həmin vaxt Mübarizlə öz söhbətini edəcəyini düşündüyünü, Talehin üzərində odlu silah olmasını bilmədiyini, Talehdə silah olmasını təqib zamanı sonuncunun birinci atəşi açmasından sonra görüb bildiyini, bu zaman avtomobilini başqa istiqamətə sürmək istəsə də, tıxaca düşmələri səbəbindən bunu bacarmadığını, Talehin bu fürsətdən istifadə edib maşından düşərək Mübarizə atəş açaraq sonuncunu öldürdüyünü, hadisədən sonra Talehin silahı onun maşınına qoyub getdiyindən məcbur qalıb həmin silahı avtoservisə apardığını, həmin silahı Talehin haradan, nə zaman və kimdən əldə etməsini, hansı şəraitdə, nə zaman Bakı şəhərinə gətirməsini bilmədiyini göstərmişdir. Həmçinin o, cinayət işi materiallarına əlavə edilmiş videogörüntülər, eləcə də telefon danışıq məlumatları ilə bağlı ilkin ifadəsində göstərdiklərini bir daha təsdiq edib avtoservisdən Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşının arxası ilə ilk öncə özünün, xeyli vaxt sonra isə qardaşı Təqsirləndirilən şəxs3 çıxdığını, qardaşının onun arxası ilə gəlməsini Mübarizin öldürülməsindən sonra maşınına qayıtmaq istəyərkən bildiyini, həmin anadək Səxavətin onun arxası ilə gəlməsini görmədiyini, bilmədiyini, avtoservisdən çıxdıqdan sonra DSK yolunda sıxlıq olduğundan və tıxaca düşdüyündən Səxavətin məhz həmin vaxt qarşıdan gələn avtomobillərin yoluna çıxaraq onu keçib irəliyə getdiyini düşündüyünü, Binəqədi şossesinə çıxdıqdan sonra isə Nazimin maşınına çatmaq məqsədilə Talehin tapşırığına əsasən maşınını yüksək sürətlə idarə etdiyini, həmin anda da Səxavəti keçibkeçməməsinə fikir vermədiyini, qardaşının harada olmasını bilmədiyini, qardaşı Səxavətin Eltun adlı polis əməkdaşına yalnız onun maşınının saxlatdırılması ilə bağlı zəng etdiyini, təqib zamanı qardaşı Səxavətlə iki dəfə telefonla danışdığını, birinci danışıqda Səxavətin ondan geri qayıtmasını tələb etdiyini, bundan sonra isə qardaşı Səxavətin harada olmasından narahatlıq keçirdiyi üçün sonuncuya zəng etdiyini, telefon danışıqları zamanı Səxavətin ondan irəlidə və ya arxada olmasını bilmədiyini, təqib zamanı Zərərçəkmiş şəxs1 əlindən əsəbi və fikirli olduğundan qardaşı Səxavətin maşınını qarşısında görmədiyini, Səxavətin Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşını hansı səbəblərə görə arxadan vurmasını bilmədiyini, Taleh Mübarizin olduğu maşına doğru ilk atəşi açmamışdan öncə Təqsirləndirilən şəxs1 “odur at! at!” sözlərini demədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanımır. Onunla ədavətləri olmayıb. Qardaşıgil servisdən maşınla çıxdılar, o qardaşına zəng vurub demişdir ki, geri qayıtsın. Daha sonra öz maşınına minib onların arxasınca getmişdir. Onun patrul xidməti ilə yaxın əlaqəsi olduğu üçün o, polisə zəng vurub demişdir ki, Vüsalı saxlasınlar. Yolda qardaşının maşınını görüb öz maşınını onun maşınına vurmuşdur. Aralarında ağ rəngli maşın var idi. O, polisə göstərmək üçün Mübarizin maşının şəklini çəkmişdir. O, onlarda silahın olmasından məlumatsız olmuşdur. Digər təqsirləndirilən şəxslərlə heç bir iş əlaqəsi yoxdur. O, servisə gələndə orada Kamran Səftər və Asif idi. Hadisədən 5 dəqiqə əvvəl o, servisdə durub nərd oynayanlara baxmışdır. O, qardaşımın hansı istiqamətdə getdiyini bilməmiş, lakin şəhər istiqamətində getdiyini zənn etmişdir. O, qardaşını sxlatmaq üçün surətli sürmüşdür. Həmin vaxt toxunduğu maşının kimə məxsus olduğunu bilmir. Onun maşını tıxacda qalmayıb. O, Talehi hadisə yerindən uzaqlaşmağa qoymamışdır. Servisdən çıxanda Fuad qabaqda Mübariz də arxasınca qaçırdı. Vüsal sevisdən çıxdıqdan sonra ona zəng vurmuş, lakin Vüsal əhəmiyyət vermədiyi üçün o da maşına minib arxasınca getmişdir. Mübarizin olduğu maşın qəfil dayandığı üçün onun maşını Mübarizin maşınına dəymişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında uyğunsuzluqlar olduğu üçün onun istintaq zamanı verdiyi ifadələri birinci instansiya məhkəməsində elan edilib araşdırılmışdır. Həmin ifadələrində o, özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun balaca qardaşıdır. O, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi uzun müddətdir ki, tanımış, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Eləcə də qardaşı Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Bundan əlavə Tərtər rayonunun Seydimli kəndində Təqsirləndirilən şəxs1la onun cücə təsərrüfatı ilə bağlı şərikli biznesləri var. O, Zərərçəkmiş şəxs1 da adını təxminən beş il bundan öncədən eştmiş, lakin sonuncu ilə heç bir münasibəti, eləcə də aralarında heç bir dava-dalaş olmamışdır. Bundan başqa o, əslən Tərtər rayonunun Seydimli kəndindən olan, həmkəndliləri Ariz adlı şəxsin də adını eşitmiş və sonuncunun Zərərçəkmiş şəxs1, eləcə də Təqsirləndirilən şəxs1 qohumluğunun çatdığını bilmişdir. Kənd camaatı arasında gedən söhbətlərdən ona məlum olmuşdur ki, təxminən 2011-ci ildə Arizin Talehə borcu yaranmış, Taleh Arizdən borcunu istədikdə aralarında mübahisə baş vermiş, Ariz Talehin ailəsi ilə bağlı nə isə nalayiq sözlər işlətmiş, Taleh bu söhbətlə bağlı Arizlə görüşdükdə Ariz həmin söhbəti həmkəndliləri olan İlqar adlı şəxsdən eşitdiyini Talehə bildirmiş, bu söhbətlərlə bağlı Taleh müxtəlif vaxtlarda həm İlqarı, həm də Arizi vurmuş, bu əməllərinə görə Taleh müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunmuş, həmin ərəfələrdə Mübariz, qohumu Arizi vurduğuna görə Talehə xəbər göndərərək sonuncunu öldürəcəyi ilə hədələmiş, eyni zamanda Taleh də Mübarizə Ariz və İlqar səhv olmalarına baxmayaraq sonuncuların tərəfində dayandığına görə öldürəcəyini bildirmişdir. Elə məhz bu söhbətlərə görə də Talehlə Mübarizin arasında düşmənçilik və ədavət yaranmışdır. O, bu söhbətlərin heç birində iştirak etməmiş, yalnız kənd camaatından eşitmişdir. Qardaşı Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs1 münasibətləri isə təxminən 4-5 il bundan öncədən korlanmışdır. O, bilmişdir ki, kiminsə qardaşı Vüsala pul borcu olmuş, həmin borclu olan şəxs Mübarizin yerlisi olmuş, qardaşı Vüsal həmin borcu almaqda Mübarizdən kömək istəmiş, Mübariz həmin borcun qaytarılmasında köməklik edəcəyinə dair Vüsala söz vermiş, bir müddət sonra Vüsal Mübarizlə, eləcə də həmin borclu olan şəxslərlə görüşüb söhbət etdikdə Mübariz həmin şəxslərin yanında qardaşı Vüsalı təhqir edərək qardaşına bir neçə sillə vurmuş, elə bu minvalla da qardaşı Vüsalla Mübarizin arasında düşmənçilik yaranmışdır. Qardaşı Vüsal da Mübarizi Arizə görə tanımışdır. O, qardaşı Vüsalla Mübarizin arasında olmuş bu söhbətləri 07 iyun 2019-cu il tarixdə baş vermiş hadisədən sonra eşidib bilmişdir. Zərərçəkmiş şəxs1 özü də kriminal aləmə meylli bir insan olmuş, müxtəlif kriminal söhbətlərə getmiş, dəfələrlə həbs olunmuşdur. 07 iyun 2019-cu il tarixdə saat təxminən 17-18 radələrində o, həmişəki qaydada avtoservisə gəlmiş, avtoservisə gələndə qardaşı Vüsalın həyətdə olan kafedə tanışları Səftərlə nərd oynadığını, balaca qardaşı Raufun isə başqa masa arxasında oturub çay içdiyini görmüşdür. Təqsirləndirilən şəxs1la şərikli qaydada olan təsərrüfat işləri ilə bağlı sonuncunun Mehdiabad qəsəbəsindən pul alacağınından, daha sonra isə qardaşı Vüsalın yanına gələcəyindən məlumatı olmuş, odur ki, o, avtoservisə gələndə Talehin də qardaşıgilin yanında olduğunu görmüşdür. Bundan əlavə həmin vaxt qardaşı Vüsala görə tanıdığı və əvvəllər də 2-3 dəfə qardaşının yanında gördüyü Talehin qohumu olan İmran adlı tanışları da kafedə qardaşının yanında olmuşdur. Səftər həmin vaxt avtoservisə avtomobilinin əyləclərini dəyişdirməyə gəlmişdir. Həmin vaxt o, qardaşı Vüsal, tanışları Taleh və İmran, eləcə də Səftər həmin avtoservisə planlı şəkildə yığılmamışlar. Vüsalgilin yanına çatmasından 5 dəqiqə sonra bir nəfər əvvəllər görmədiyi və tanımadığı şəxs kafenin qapısına yaxınlaşıb içəri daxil olmadan kinayəli şəkildə “Vüsal kimdir?” deyə sual vermiş, bu zaman qardaşı nərd oyununu saxlayıb “mənəm” deyə cavab vermişdir. Həmin şəxs Vüsalı bir dəqiqəliyinə bayıra çağırmışdır. Vüsalın arxası ilə Taleh, sonra Səftər, daha sonra isə o, kafedən bayıra çıxmışlar. O, kafedən çıxdıqdan sonra avtoservisin çıxışına doğru gedəndə qardaşı Vüsalın avtoservisin bayır tərəfindən qaçaraq yenidən həyətə daxil olduğunu görmüş və “silahlıdır, Mübarizdir, dala qayıdın!” sözlərini deməsini eşitmişdir. O, bu sözləri eşidib nə baş verdiyini anlamamışdır. Bu anda Səftər Vüsala əhəmiyyət vermədən servisin çıxışına doğru qaçıb mobil telefonu ilə uzaqdan Mübarizin gəldiyi avtomobilin, eləcə də həmin maşında olan şəxslərin şəklini çəkməyə başlamışdır. O, dərhal avtoservisin bayır tərəfində Səftərə yaxınlaşmış, qardaşı Vüsaldan xəbəri olmamış, yalnız sonuncunun avtoservisin həyətində olduğunu bilmişdir. O, avtoservisdən bayıra çıxdıqda üç nəfər şəxsin qara rəngli dövlət nömrə nişanına fikir vermədiyi “Mercedes” markalı maşına oturub hərəkət etməyə başladıqlarını görmüşdür. O, yenidən avtoservisin içərisinə girib kafeyə doğru qayıdanda Vüsalın “otur maşına gedək” sözlərini deməsini eşitmiş, qardaşının kafe tərəfdən öz maşını ilə sürətlə avtoservisin çıxışına doğru gəldiyini görmüş və Vüsalın həmin “Mercedes” markalı avtomobili təqib edəcəyini başa düşmüşdür. Vüsal maşını ilə onun yanından keçəndə qardaşına “Hara gedirsən?” deyə sual vermiş, Vüsal ona qışqıraraq “keçin içəri gəlirəm!” sözlərini deyib avtoservisdən sürətlə çıxmışdır. Həmin vaxt o, Talehin də Vüsalın maşınında sağ qabaq sərnişin oturacağında olduğunu görmüşdür. Vüsalın avtomobilinin arxa qapılarında pərdə olduğundan arxada hər hansı bir şəxsin olubolmamasını görməmişdir. Vüsalın kafedən bayıra çağırılması, maşınına minib avtoservisdən əsəbi şəkildə çıxması heç bir dəqiqə çəkməmişdir. O, Vüsalın həmin avtomobili təqib edəcəyini, sonda nə isə xoşagəlməz hadisənin baş verə biləcəyini düşündüyündən öz maşını ilə çıxıb qardaşına çatmaq və baş verə biləcək hadisənin qarşısını almaq qərarına gəlmişdir. O, maşınına doğru gedərkən əvvəlcədən tanıdığı və Binəqədi DYPŞ-də işləyən Eltun adlı tanışının ********** nömrəsinə zəng edərək təcili olaraq maşınlarını, yəni Vüsalın maşınını saxlatdırması ilə bağlı tədbir görməsini xahiş etmiş, Eltun isə ona iş otağında olduğunu və bunun üçün texniki imkanının olmadığını bildirmişdir. O, telefona adboy verib öz maşını ilə avtoservisdən çıxmış və Vüsalgilin arxası ilə hərəkət etməyə başlamışdır. “Mercedes” markalı avtomobilin sürücüsü, eləcə də qardaşı Vüsal artıq avtoservisin qarşısından uzaqlaşdıqlarından o, qardaşına çatmaq və hadisənin qarşısını almaq məqsədilə avtomobilini yüksək sürətlə idarə etməyə başlamışdır. O, hərəkətdə olaola Vüsalı saxlatdırması üçün sonuncunun mobil telefonuna zəng etmiş, lakin qardaşı telefona cavab verməmişdir. O, şəhərin mərkəzinə doğru hərəkət etmiş və hərəkət sıxlığı olduğundan yalnız qardaşı Vüsalın maşınını axtarmışdır. O, bir qədər irəllədikdən sonra Vüsalın idarə etdiyi avtomobili görmüş, sonuncunun qarşısını kəsmək məqsədilə qardaşına çatıb öz maşınının sol qabaq hissəsi ilə Vüsalın maşınını sağ tərəfdən sürtmüşdür. Bu zaman Vüsal maşınını onun maşınından yayındırıb qarşıdan gələn avtomobillərin yoluna çıxaraq sürətlə hərəkətinə davam etmişdir. O, həmin vaxt “Mercedes” markalı avtomobili görməmiş, Vüsalı saxlatdırmaq üçün yalnız qardaşının maşınını nəzərdə saxlamışdır. Elə bu zaman “Banuçiçək” restoranının qarşısına çatmamış o, ani olaraq “Mercedes” markalı avtomobilin qarşısında dayandığını görüb əyləci basmış, lakin maşını dayanmadan arxadan həmin avtomobilə çırpılmışdır. O, həmin toqquşma anınadək “Mercedes” markalı avtomobili görməmişdir. Arxadan vurulan zərbənin nəticəsində “Mercedes” markalı avtomobil yenidən hərəkətinə davam etmiş, Vüsal isə həmin vaxt “Mercedes” markalı avtomobilin sol tərəfində qarşıdan gələn nəqliyyatın yolunda olmuş və hərəkətinə davam etmişdir. O, geri qalmış və yenidən sürət yığıb Vüsalı təqib etməyə başlamışdır. O, Vüsala çatmaq üçün məcbur qalıb qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmışdır. Bir qədər irəllədikdən sonra daş körpünün yanında “Mercedes” markalı avtomobil qəfil tormozlama əməliyyatı etdiyindən o, ikinci dəfə arxadan həmin maşını vurmuş və onlar hərəkətlərinə davam etmişlər. O, “Mercedes” markalı avtomobili arxadan qəsdən vurmamış, məqsədi qardaşı Vüsalın qarşısını kəsmək olmuşdur. Bir qədər irəllədikdən sonra o, uzaqdan “Röyal” şadlıq sarayının qarşısında Vüsalın avtomobilinin dayanıqlı olduğunu görmüş və sürət yığıb həmin yerə çatmışdır. Elə bu zaman atəş səsi eşitmiş və Vüsalın maşından düşdüyünü görmüşdür. O, maşınını Vüsalın maşınının arxasında saxlamış və maşından düşüb qardaşıgilə yaxınlaşmaq istədikdə Vüsal onu saxlayaraq geri qaytarmış və maşına oturub getməsini bildirmişdir. O, həmin vaxt atəşin kimin tərəfindən açıldığını, eləcə də hadisə yerində nə baş verdiyini görməmişdir. O, maşınına oturmuş, Talehin də Vüsalın maşınına qabaq sərnişin oturacağına oturduğunu görmüş və o, qardaşı ilə maşınlarla hərəkət etməyə başlamışlar. Tərpəndikdən sonra Taleh Vüsalın maşınından düşüb onun maşınında arxa oturacaqda oturmuşdur. Taleh maşına minən kimi o, hadisə barədə Talehdən soruşmuş, bu zaman Taleh ona “sənlik deyil, aramızda olan düşmənçilikdir, sən maşınını sür!” deyə cavab vermişdir. O, Talehə polisə təslim olmalı olduqlarını bildirmiş, maşınının qapılarını içəridən bağlamış, hadisə yerindən uzaqlaşmadan yenidən sağa dönüb köməkçi yolla geri qayıdıb maşını hadisə yerinin yaxınlığında saxlamış və maşından düşmüşdür. Maşından düşən kimi sənədlərini təqdim etmək üçün hadisə yerinə gəlmiş YPX inspektorlarına doğru getmişdir. Bu zaman Talehin uzaqlaşmaq istədiyini görmüş və arxadan sonuncunu çağırmışdır. YPX əməkdaşları Talehi tutmuş və o, Talehlə birlikdə polis idarəsinə gətirilmişdir. Vüsal isə həmin vaxt hadisə yerindən qaçmışdır. O, ifadəsində avtomobilinin salonunda ön saxlanc yerində olan əşyanın təkər açmaq üçün nəzərdə tutulan açarın burulmasında istifadə edilən bir-birinin içərisindən çıxan dəmir parçası olduğunu, həmin dəmir parçasını, eləcə də avtomobilin arxa yük yerindəki beyzbol taxtasını təhlükəsizlik baxımından avtomobilində saxladığını, 07 iyun 2019-cu il tarixdə hadisə yerinə çatıb maşından düşəndə hər hansı bir təhlükə yaranacağı təqdirdə özünü müdafiə etmək məqsədilə həmin dəmir parçasını ön saxlanc yerindən götürdüyünü, lakin həmin dəmir parçasını qabından çıxartmadığını, avtomobilinin ön qoltuqaltı saxlanc yerində saxlanılan bıçaqdan isə meyvə soyulmasında istifadə etdiyini, təqib zamanı Zərərçəkmiş şəxs1 oturduğu avtomobilə doğru açılan birinci atəşi eşitmədiyini, həmin atəşin kimin tərəfindən açılmasını görmədiyini, ikinci atəşin yalnız səsini eşitdiyini, Talehin “Mercedes” markalı avtomobilin sağ tərəfindən gələrək Vüsalın maşınına oturduğunu gördüyündən ikinci atəşin Taleh tərəfindən açıldığını başa düşdüyünü, Zərərçəkmiş şəxs1 qətlə yetirildiyi odlu silahın kimə məxsus olmasını bilmədiyini, yaşadıqları evdə qardaşı Vüsala məxsus bir ədəd ov silahının olduğunu, həmin silaha dair qardaşının müvafiq icazə vəsiqəsinin də olduğunu, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımadığını, sonuncu ilə heç bir münasibətinin, Mübarizin öldürülməsinə heç bir aidiyyətinin olmadığını, ümumiyyətlə 07 iyun 2019- cu il tarixdə İmranın Vüsalın maşınına oturmasını görmədiyini, İmranın təqib zamanı Vüsalın maşınında olmasını hadisədən sonra polislərin deməsindən bildiyini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülər, eləcə də telefon danışıq məlumatları ilə bağlı ifadəsində 07 iyun 2019-cu il tarixdə avtoservisdən çıxdıqdan sonra DSK yolunda olarkən irəlidə sıxlıq olduğundan qardaşına çatmaq məqsədilə məcbur qalıb avtomobilini sürətlə idarə edərək qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxdığını, məhz bu zaman kəsiyində də qardaşı Vüsalın arxada tıxacda qalmış olduğunu və qardaşının idarə etdiyi maşını görmədən ötüb keçdiyini düşündüyünü, həmin tarixdə Eltun adlı polis əməkdaşına zəng edib telefonla danışan zaman Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-LG-*** dövlət nömrə nişanlı avtomaşının arxasında yox, “Şimşək” avtomobil təmiri emalatxanasında olduğunu, polis əməkdaşı Eltunla danışıb qardaşı Vüsalın maşınını saxlatdırmaq istədiyini, Eltun adlı polis əməkdaşına zəng edib “bizim maşınımızı saxlatdıra bilərsənmi?” sözlərini dediyini, sonuncunun onun bu sözlərini səhvən “bir maşın var onu saxlaya bilərsənmi?” kimi başa düşdüyünü, Binəqədi şossesində olarkən “Banuçiçək” restoranının qarşısına çatmamış, qardaşı Vüsalın maşınını gördüyünü, baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə öz maşınının sol tərəfi ilə qardaşı Vüsalın maşınını sağ tərəfdən vurduğunu, yalnız bundan sonra “Mercedes” markalı avtomobili gördüyünü, elə bu ərəfədə də həmin avtomobilin qəfildən qarşısında dayandığı üçün əyləcə basdığını, lakin maşınının sürüşərək arxadan həmin maşına çırpıldığını, həmin toqquşma anınadək “Mercedes” markalı avtomobili görmədiyini, həmin vaxt yalnız qardaşı Vüsalı axtardığını, hadisə yerinə çatmağa az qalmış “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləci basdığından ikinci dəfə də ehtiyatsızlıqdan həmin maşını arxadan vurduğunu, həmin maşını təqib etmədiyini, Vüsalla telefonla danışan zaman arxasında olmasını bilmədiyini, qardaşı Vüsala zəng edərək sonuncunun harada olmasını soruşduğunu, geri qayıtmasını xahiş etdiyini, ikinci zəng zamanı isə danışıqlarının məzmununu xatırlamadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 tanımır. Aralarında ədavətləri olmayıb. Talehin ədavəti olduğunu bilmişdir. Mübarizgilin sexə basqın etməsi və bu zaman silahlı olmaları yadındadır. Əvvəlcə Fuad gəlib Vüsalı çağırdı. O, sexə Talehi görməyə getmişdir. Onda bıçaq olub. Bıçağı Vüsalın maşınından götürmüşdür ki, kiməsə xəsarət yetirilməsin. Silahın kimə məxsus olmasını bilmir. Talehə silahı Vüsal verməyib, onun özündə silah olub. X16 vurulması ilə bağlı təlimat verməsini və ya ona “vur..vur” deməsini eşitməmişdir. Səxavət Vüsalın maşınını iki dəfə vurub. Maşının vurulması ilə hadisənin baş verməsi arasında 2-3 dəqiqə fasilə var idi. Atəşdən sonra təhdid və ya hədənin şahidi olmayıb. Təqsirləndirilən şəxs4 məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında uyğunsuzluqlar olduğundan onun istintaq zamanı verdiyi ifadələri birinci instansiya məhkəmsində elan olunub araşdırılmışdır. Həmin ifadələrində o, özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun ögey bacısının oğludur. Talehlə elə də yaxın münasibətləri olmamış, lakin ara-sıra kənddə və ya Bakı şəhərində elə-belə görüşmüşlər. Vüsal və Təqsirləndirilən şəxs3 qardaşlarını isə ümumiyyətlə əvvəllər tanımamışdır. O, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə Tərtər rayon məhkəməsi tərəfindən axtarışda olduğundan evinə gedə bilməmiş və Bakı şəhərinə gəlib müxtəlif yerlərdə gizlənmişdir. 2019-cu ilin iyun ayının təxminən əvvəllərində onun Günəşli qəsəbəsində gizləndiyi yer polis əməkdaşları tərəfindən müəyyən edildiyindən o, məcbur qalıb gizlənməyə başqa yer axtarmağa başlamışdır. Bununla bağlı qohumu Talehə zəng etmiş, Taleh ona Binəqədi rayonu ərazisində olan “Şimşək” avtomobil təmiri emalatxanasında dostlarının olduğunu, gedib orada gizlənə biləcəyini demişdir. O, Talehin sözünə əsasən DSK yolunda fəaliyyət göstərən avtoservisə gəlmiş və orada vaxtını keçirib, gecələri də həmin sexin həyətində qalmışdır. O, həmin ərəfələrdə də Vüsal və Təqsirləndirilən şəxs3 qardaşlarını tanımış, Vüsalgilin də Tərtər rayonunun Seydimli kəndindən olmalarını, lakin Bakı şəhərində yaşadıqlarını bilmişdir. Talehin yaşadığı kənddə cücə təsərrüfatı olduğundan sonuncu ara-sıra bununla bağlı Bakı şəhərinə gəlib getmişdir. Talehin deməsindən bilmişdir ki, sonuncu cücə işinə Səxavətlə bir yerdə başlamış, Bakı şəhərinə gələndə də bu işlə bağlı həmin avtoservisdə Səxavətlə görüşmüşdür. 07 iyun 2019-cu il tarixdə saat təxminən 17 radələrində Taleh avtoservisə gəlmiş, bundan sonra çay içmək məqsədilə bir yerdə avtoservisin həyətində olan kafeyə keçmişlər. Vüsal isə həmin vaxt Səftər adlı tanışı ilə nərd oynamışdır. O, Səftəri də bir iki dəfə Səxavətin yanına gəlib-gedən görmüşdür. Vüsalgilin nərd oyununa başlamalarından heç 5 dəqiqə keçməmiş, bir nəfər əvvəllər tanımadığı və görmədiyi şəxs kafeyə daxil olaraq “Vüsal kimdir?” deyə sual vermişdir. Vüsal oyununu saxlayıb “mənəm” deyə cavab vermiş, bu zaman həmin şəxs Vüsala bir nəfər şəxsin Vüsalı bayıra çağırdığını demişdir. Vüsal oyununu saxlayıb həmin şəxslə birlikdə kafedən bayıra çıxmışdır. Vüsalgilin arxası ilə kafedə olan Səftər, Səxavət, Taleh, eləcə də Səxavətgilin balaca qardaşı Rauf da kafedən bayıra çıxaraq avtoservisin çıxışına doğru getmişlər. Bu zaman o da avtoservisdən bayıra çıxmaq istəmiş, lakin avtoservisə gəlib Vüsalı bayıra çağıranların polis əməkdaşları olmasından və tutulacağından ehtiyat etdiyindən kafedən bayıra çıxaraq orada dayanmış, Vüsalgilin arxası ilə avtoservisin çıxışına doğru getməmişdir. Vüsalın avtoservisdən çıxmasından heç 3-5 saniyə keçməmiş Vüsal yenidən “oturun maşına, silahlıdır, atmaq istəyir!” sözlərini qışqıra-qışqıra deyərək avtoservisə daxil olmuş və qaçaraq gəlib maşınına oturmuşdur. O, Vüsaldan sonra Talehin də həmin maşına oturduğunu görmüş və nə baş verdiyini anlamadan Vüsalın maşınında arxa oturacağa oturmuşdur. Həmin vaxt Səxavətin maşını isə avtoservisin bayır tərəfində olan moykanın qarşısında dayanmış və Vüsal maşınının mühərrikini işə salıb hərəkət edənədək Səxavət artıq avtoservisin qarşısından öz maşını ilə uzaqlaşmışdır. Vüsal avtomobili ilə hərəkətə başlayan kimi Talehlə hər ikisi Mübarizin ünvanına nalayiq ifadələr işlədərək, Mübarizin kimin tərəfindən göndərilməsi ilə bağlı öz aralarında söhbətlər etməyə başlamışlar. O, Mübarizin adını ilk dəfə eşitdiyindən hələ də nə baş verdiyini anlaya bilməmişdir. Hətta bir neçə dəfə də nə baş verdiyini, hara getmələrini, kimi axtarmalarını Vüsal və Talehdən soruşsa da sonuncular əsəbi olduqlarından ona cavab belə verməmişlər. Avtoservisdən hərəkətə başladıqdan sonra Səxavət Vüsaldan öncə çıxdığından Vüsal qardaşına zəng etmiş və 085 nömrəli “Mercedes” markalı avtomobilin harada olmasını, hansı istiqamətə getməsini soruşmuşdur. O, yalnız həmin vaxt Vüsalın 085 nömrəli “Mercedes” markalı avtomobili təqib etdiyini başa düşmüş, lakin Səxavətin telefon danışığı zamanı Vüsala nə deməsini eşitməmişdir. O, arxada oturmuş, Vüsal isə yüksək sürətlə maşınını şəhərin mərkəzinə dorğu idarə edib Səxavətə və həmin Mercedes markalı avtomobilə çatmağa çalışmışdır. Təxminən Binəqədi DYPŞ-nin qarşısından şəhərin mərkəzinə doğru keçdikdən sonra, o, Səxavətin öz avtomobili ilə həmin “Mercedes” markalı avtomobilin arxasında olduğunu görmüş, elə bu zaman Səxavət öz maşını ilə arxadan “Mercedes” markalı avtomobili möhkəm zərbə ilə vurmuşdur. Dərhal Vüsal sol tərəfdən Səxavətin maşınını ötərək “Mercedes” markalı avtomobilə sürücü tərəfdən yaxınlaşmış və bu zaman o, Vüsalın Talehə nə isə ötürərək, sonuncuya “Atda! At!” deyə qışqırmasını eşitmişdir. Bundan sonra Taleh əlində olan odlu silahdan həmin “Mercedes” markalı avtomobilə doğru bir dəfə atəş açmış, hər şey göz qırpımında baş vermiş və o, yalnız atəş açılandan sonra Vüsalın Talehə verdiyi əşyanın silah olduğunu bilmişdir. O, bu səhnəni görən kimi artıq məsələnin zarafat olmadığını başa düşmüş, Taleh və Vüsala əməllərindən əl çəkib maşını saxlamalarını demişdir. Lakin Vüsal və Taleh onu dinləmədən həmin Mübariz adlı şəxsin ünvanına söyüşlər işlədərək sonuncunun olduğu avtomobilə çatmağa çalışmışlar. Birinci atəşdən sonra “Mercedes” markalı avtomobil şəhərin mərkəzinə doğru hərəkətinə davam etmiş, Səxavət də həmin maşının arxasında hərəkət etmişdir. Birinci atəşdən az bir vaxt sonra Səxavət ikinci dəfə həmin maşını arxadan vurmuş, zərbədən “Mersedes” markalı avtomobil uzaqlaşdıqda Vüsal bu fürsətdən istifadə edərək sağ tərəfdən qardaşı Səxavəti ötüb “Mercedes” markalı avtomobilin arxasına keçmişdir. Elə bununla da “Mercedes” markalı avtomobil tıxaca dirənib dayanmışdır. Elə bu ərəfələrdə Taleh əlində odlu silah Vüsalın maşınından düşmüş, eyni zamanda Vüsal da əlini öz oturacağının arxa saxlanc yerinə aparıb orada olan bıçağı götürərək “Mercedes” markalı avtomobilin sürücüsünü Mübarizi avtoservisə gətirdiyinə görə vuracağını demişdir. O, başqa hadisə baş verməsin deyə dərhal Vüsalın əlindən bıçağı almış və arxadan şalvarının belinə salıb maşından düşmüşdür. Vüsal da maşından düşmüşdür. O, maşından düşəndə artıq Talehin əlində odlu silahla “Mercedes” markalı avtomobil tərəfdən geriyə yəni, Vüsalın maşınına doğru qayıtdığını görmüşdür. Eyni zamanda Səxavət də əlində nə isə götürüb həmin “Mercedes” markalı maşına doğru qaçmaq istəmiş, lakin Vüsal qardaşının qarşısını kəsib geri qaytarmışdır. Bundan sonra o, oradan uzaqlaşmaq istədikdə Vüsal qışqıraraq ona maşına oturmasına dair tapşırıq vermiş, o, yenə də Vüsalın maşınında arxa oturacağa oturmuşdur. Vüsal irəlidə, Səxavət isə arxada olmaqla avtomobilləri ilə hərəkət etməyə başlamışlar. İrəlidəki işıqforda Vüsalla Səxavət maşınları yan-yana saxlamış və Səxavət öz maşınından qışqıraraq Talehi maşınına çağırmışdır. Taleh Vüsalın maşınından düşüb Səxavətin maşınına minmiş və Vüsal həmin işıqfordan sağa dönüb yenidən avtoservisə qayıtmışdır. Səxavət və Talehin isə hara getmələrindən məlumatı olmamışdır. O, yol boyu Vüsaldan nəyə görə belə bir hərəkət etmələrini soruşsa da Vüsal ona “Belə olmalıydı, belə də oldu, gəlmişdi məni atmağa, mən ondan qabağa düşdüm” sözlərini demişdir. Bundan başqa o, Vüsaldan Mübarizin kim olmasını, hansı səbəblərə görə Talehlə, eləcə də Vüsalla aralarında düşmənçilik olmasını soruşsa da Vüsal ona heç nə demədən yalnız telefonla ailə üzvləri ilə danışıb hadisə törətməsi, adam öldürməsi ilə bağlı məlumat verib narahat olmamalarını demişdir. Vüsal avtoservisə çatıb odlu silahı orada qoymuş və Tərtər rayonuna doğru yola düşmüşdür. O da Vüsalın maşınında olmuşdur. O, hadisə ilə bağlı heç bir günahının olmamasına baxmayaraq axtarışda olması ilə əlaqədar tutulacağından qorxduğundan polisə məlumat verməmişdir. Yolda olarkən Vüsalın Səftər adlı tanışı Vüsala zəng edib danışmış və sonuncunu polisə təslim olmağa razı salmışdır. Səftər onunla da danışıb təslim olmaq lazım olduğunu bildirmiş, o, qorxmuş, Vüsal isə qayıdıb polisə təslim olmuşdur. O, yenə də şəhərdə müxtəlif yerlərdə gizlənməyə davam etmişdir. O, Tərtər rayon məhkəməsi tərəfindən axtarıldığını bildiyindən 17 oktyabr 2019-cu il tarixdə Tərtər rayon PŞ-nə təslim olmuşdur. O, Zərərçəkmiş şəxs1 tanımadığını, Mübarizlə heç bir münasibətinin, düşmənçilik və ədavətinin olmadığını, yalnız hadisədən sonra öldürülən şəxsin adının Mübariz olmasını bildiyini, Mübarizin Talehlə, eləcə də Vüsalla aralarında olan münasibətləri, düşmənçilik və ədavətlərinin hansı səbəblərə görə yaranması barədə heç nə bilmədiyini, Mübariz adlı şəxsin hansı səbəblərə görə öldürülməsi ilə bağlı məlumatının olmadığını, Zərərçəkmiş şəxs1 adını hər hansı bir vaxt nə Təqsirləndirilən şəxs1, nə də ki, hər hansı bir başqa şəxsdən eşitmədiyini, Vüsaldan alaraq belinə saldığı bıçağı hadisədən sonra maşınlara minib gedərkən yol kənarında atdığını, lakin atdığı yeri xatırlamadığını, hadisə baş verən zaman həmin bıçaqdan hər hansı bir formada istifadə etmədiyini, Vüsaldan bıçağı aldıqdan sonra Talehin də əlində olan odlu silahı almaq üçün maşından düşdüyünü, bu zaman Talehin əlində odlu silahla artıq geri qayıdaraq ona doğru gəldiyini gördüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tələbəlik illərindən tanımış, Mübarizlə birlikdə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq” fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra da o, Mübarizlə münasibətlərini davam etdirmişdir. O, dəfələrlə Mübarizlə bir yerdə Tərtər rayonunun Seydimli kəndinə toy, eləcə də yas məclislərinə gedib iştirak etmişdir. O, ümumiyyətlə nə Talehi, nə də ki, Vüsalı hadisə baş verən günədək, yəni 07 iyun 2019-cu il tarixinədək görməmiş, tanımamışdır. Yalnız Mübarizin deməsindən bilmişdir ki, Vüsalla Mübarizin arasında son dörd-beş ildir ki problemlər olmuş və aralarında inciklik yaranmışdır. Lakin Mübariz ona Vüsalla arasında olan söhbətlər barədə heç nə deməmişdir. O, Ariz Qəhrəmanlını da Mübarizin uzaq qohumu kimi tanımış, Arizlə də münasibətləri olmuş və hazırda da münasibətləri davam edir. Söhbət əsnasında Ariz də ona Vüsalın Mübarizlə problemlərinin olduğunu, Vüsalın Mübarizin dalınca danışdığını demişdi. Lakin o,Vüsalla Mübarizin arasında konkret olaraq nə ilə bağlı incikliyin olduğunu bilməmişdir. Talehlə Mübarizin arasında nə isə problemin olmasını ümumiyyətlə nə Mübarizdən, nə də hər hansı bir başqa şəxsdən eşitməmişdir. Yalnız Arizin deməsindən ona məlum olmuşdur ki, Taleh uzun illər bundan öncə nə isə ailə söhbətləri ilə bağlı Arizi başından vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb etmə cinayətinə görə İnterpol vasitəsilə Gürcüstan Respublikasında yaxalanaraq Azərbaycana gətirilmiş və ibtidai istintaq Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsi tərəfindən aparılmışdır. İstintaq dövründə də o, bir dost kimi Mübarizə baş çəkmiş, yanına gedibgəlmişdir. İstintaq qurtardıqdan sonra məhkəmə istintaqı başlamış və 7 ay çəkən məhkəmə istintaqının sonunda məhkəmə cinayət işinə xitam vermiş və 25 aprel 2019-cu il tarixdə Mübariz məhkəmə zalında həbsdən azad edilmişdir. Mübariz həbsdən azad olunduqdan sonra demək olar ki, o, hər gün Mübarizin yanında olmuş, bir dost kimi Mübarizi tək buraxmamışdır. Mübarizin maşını olmadığından o, dəfələrlə Mübarizi Sumqayıt şəhərinə vəkili ilə görüşməyə aparmış və ya bir yerdə şəhərdə müxtəlif yerlərdə oturub çay içib ümumi söhbətlər etmişlər. Elə vaxtlar da olmuşdur ki, onun işləri olanda öz maşınını Mübarizə vermiş və maşını günlərlə Mübarizdə qalmışdır. Bundan başqa Mübariz bir gündən bir Mehdiabad qəsəbəsində idman zalına gedib idmanla da məşğul olmuşdur. O, söhbətləri zamanı həmişə Mübarizə ehtiyatlı olmasını, artıq söz-söhbətlərə fikir verməməsini demişdir. 05 iyun 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində o, evdə olarkən Mübariz bacısı oğlu Elçin və Fuadla birlikdə onu evdən götürmüş və onlar NZS qəsəbəsinə pivə içməyə getmişlər. Həmin vaxt onun maşını Mübarizdə olmuşdur. NZS qəsəbəsində olarkən Mübariz nə Vüsalın, nə də Talehin adını çəkməmiş, aralarında şəxsi işləri ilə bağlı ümumi söhbətlər olmuşdur. Təxminən 22:00 radələrində onlar evlərinə getmək üçün NZS qəsəbəsindən çıxmışlar. O, Mübariz və Fuad içkili olduqlarından maşını Elçin idarə etmişdir. Həmin vaxt Mübarizin qızının hərarəti olduğundan sonuncu uşağının yanına getməyə tələsmişdir. Yolda olarkən Mübarizin söhbətlərindən başa düşmüşdür ki, bir neçə gündür ki, uşağın istiliyini sala bilmirlər. O, Mübarizin uşağına görə narahat olduğunu görüb, sonuncuya darıxmamağı lazım olsa uşağı yaxşı həkimlərin yanına apara biləcəklərini demişdir. Elçinin şəhəri yaxşı tanımaması səbəbindən onları bir qədər uzaq yolla apardığından Mübariz əsəbiləşmiş, Elçinin üstünə qışqırmış, hətta Elçini və Fuadı maşından düşürdüb maşını bir qədər özü idarə etdi, daha sonra isə maşından düşüb taksiyə minib evinə getdi. Mübariz gedəndən sonra o da maşınını idarə edib öz evinə gəlmişdir. 06 iyun 2019-cu il tarixdə o, öz ailə və şəxsi işləri ilə məşğul olduğundan Mübarizlə ümumiyyətlə görüşməmiş və zəngləşməmişdir. 07 iyun 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində o, Mübarizin tapşırığına əsasən sonuncunun bacısıgilin evinin qarşısına çatmış və Mübarizin bacısı oğlanları Fuad və Elçinlə birlikdə bayırda darvazanın qarşısında dayandıqlarını görmüşdür. Mübariz onun maşınına, Fuad isə Elçinin maşınına oturmuşlar. Maşına oturmazdan əvvəl Mübariz Elçinə onların arxası ilə hərəkət etməyi, Mehdiabad qəsəbəsindəki idman sarayının qarşısında maşını saxlayıb onların maşınına oturmağı tapşırdı. Ona məlum olmuşdur ki, Mübarizin tapşırığına əsasən Elçin yolda düşüb dayısının azyaşlı qızını götürüb evə aparmalı idi. Yolda olarkən aralarında gedən söhbət əsnasında Mübariz yenə də ona “Yenə də eşidirəm ki, Vüsal orda-burda ağzını qoyub mənim dalımca danışır, yenə də ağzına gələni deyir, deyilənlərə görə Vüsal hardasa buralarda DSK yolunda avtoservis işlədir” dedi. O, Mübarizin danışığından onun Vüsalın olduğu yeri axtardığını belə başa düşüb söhbət əsnasında o, Mübarizə hər danışılana baş qoşmamasını, ciddi qəbul etməməsini məsləhət vermişdir. Elə bu danışıq ərəfəsində də o, idman sarayının qarşısına çatmış, Elçin maşınını orada qoyub Fuadla birlikdə onun maşınına arxa oturacağa oturmuş və onlar şəhərin mərkəzinə doğru, yəni çay içmək üçün Nərimanov metrostansiyasının yaxınlığındakı parka yola düşmüşlər. Binəqədi kəndinin içərisində olanda Mübariz maşını saxlatdı. Elçin Mübaqizin qızını götürüb evə aparması üçün uşaq bağçasının qarşısında maşından düşdü. Mübariz Elçinə qayıtmaq üçün yol pulu da verdi. Mehdiabad qəsəbəsinə dönən işıqfora çatdıqda Mübariz ona maşını kənara çəkib saxlamasını bildirdi və «Whats App» proqramı vasitəsilə ilə kiməsə zəng edib, həmin şəxsə “Vüsal adlı BMV maşını olan şəxsi tanıyrsan? Deyirlər Siz tərəfdə avtoservisi və ya kafesi var?” dedi. O, Mübarizin həmin vaxt kiminlə danışmasını bilmir. O, Mübarizin telefonla danışığından belə başa düşmüşdür ki, Mübarizin telefonda danışdığı həmin adam Vüsalı tanımamışdır. O, başa düşmüşdür ki, Mübariz həmin Vüsal adlı şəxsin olduğu avtoservisi axtarır. Mübariz həmin şəxslə danışıb qurtardıqdan sonra ona sağa dönməsini tapşırdı. O da işıqfordan sağa DSK yoluna dönmüşdür. O, Mübarizin elə-belə yol kənarından həmin avtoservisin yerini öyrənəcəyini, sonra isə yollarına davam edəcəklərini düşünmüşdür. DSK yoluna döndükdən təxminən bir km sonra o, yolun sağında avtoservis görmüş və irəlidən dönərək geriyə qayıtmaqla avtoservisin qarşısında yolun əks tərəfində maşını saxlamışdır. Mübariz Fuada maşından düşüb avtoservisə yaxınlaşmasını və Vüsalın orada işləyib-işləməməsini soruşmasını tapşırmışdır. Fuad maşından düşüb avtoservisin həyətinə daxil oldu. Mübariz isə onunla birlikdə maşında oturmuşdur. Fuadın maşından düşməsindən 15-20 saniyə keçməmiş Fuad yenidən içəridən bayıra çıxdı, bu zaman o, Fuadın arxasında təxminən bir metr ara məsafəsində üç düyməli ağ qısaqol köynək geyinmiş, dolu bədən quruluşlu çoxlu saçları olan bir nəfər şəxsin də avtoservisdən bayıra çıxdığını, həmin şəxsin bayıra çıxarkən sağa-sola baxdığını görmüşdür. O, Mübarizin Vüsalı axtarmasından, Fuada avtoservisi Vüsalın işlədib-işlətməməsi tapşırığını verməsindən başa düşmüşdür ki, Fuadın arxası ilə boylana-boylana bayıra çıxan şəxs Vüsaldır. O, ani olaraq həmin vaxt Mübarizə də fikir verib və Mübarizin davranışlarından başa düşmüşdür ki, Mübariz də Vüsalın həmin vaxt avtoservisdə ola biləcəyini düşünməmişdir. Elə bu ərəfədə Mübariz qəfildən qapını açıb maşından düşmüş və həmin şəxsə doğru qaçmağa başlamış, bu zaman həmin şəxs yenidən geriyə qayıdıb avtoservisin içərisinə doğru qaçmışdır. O, həmin şəxsin qaçmasından artıq tam əmin olmuşdur ki, qaçan şəxs Mübarizin axtardığı Vüsaldır. Mübariz qaçaraq yolu keçib Fuadla birlikdə avtoservisə daxil oldu. O, həmin vaxt maşında oturmuşdur. Elə bu zaman paltarları və əlləri çirkli olan təxminən 5-6 nəfər avtoservisdə işləyən usta bayıra çıxdı. O, həmin ustaların arasında, əynində qara şalvarı və qara köynəyi olan bir nəfər şəxsin mobil telefonu ilə onun maşınını çəkdiyini görmüşdür. O, maşınını çəkməsinin səbəbini soruşmaq üçün maşından düşüb həmin şəxsə yaxınlaşmaq istədikdə Mübarizlə Fuadın da avtoservisdən bayıra çıxıb maşına doğru qaçaraq gəldiklərini görmüşdür. O, tez maşından düşmüş və Mübarizgilə qışqıraraq “tez gəlin gedək, bu kimdirsə bizi çəkir, indi 102-yə zəng edəcək, durduğumuz yerdə zibilə düşəcəyik!” sözlərini demişdir. Mübarizlə Fuad gəlib maşına mindi və Mübariz “tez sür gedək!” dedi. O, şəhərin mərkəzinə doğru hərəkət edib yolda olarkən irad bildirərək Mübarizə “sənə yaraşmır, o kimdir ki, sən onunla söhbət etməyə gəlirsən, sənə deyirəm belə adamlara baş qoşma, bizi telefona da çəkdilər, 102-yə məlumat verəcəklər, durduğumuz yerdə oyuna düşəcəyik” demişdir. Mübariz isə onun bu sözlərinə yalnız gülümsəmişdir. Həmin vaxt Mübariz Vüsalla görüşmək üçün yox, Vüsalın həqiqətən də həmin avtoservisdə işləyib-işləməməsini dəqiqləşdirmək məqsədilə ora getmişdi, sadəcə olaraq Fuad Vüsalı bayıra çıxartdığından Mübariz məcbur qalıb maşından düşmüşdür. Yolda olarkən Mübariz «Whats App» proqramı ilə Arizə zəng edib danışmış və Arizə Vüsalı gördüyünü, Mübarizi görən kimi qaçıb avtoservisə girdiyini dedi. Həmin danışıq zamanı Mübariz qulaqcıqdan istifadə etmiş, hətta o da qulaqcığın bir tayından istifadə edib Arizlə salamlaşmış və bununla bağlı Mübarizə irad bildirdiyini Arizə də demişdir. O, öz yolu ilə hərəkətdə olmuş və Vüsalgilin onları təqib edəcəyi heç ağlına belə gəlməmişdir. Təxminən “Zəngəzur” restoranının qarşısına çatanda o, sol yan güzgüdən qara rəngli “BMW 745” markalı avtomobilin onu sıxaraq ötmə əməliyyatı etmək istədiyini görmüşdür. O, həmin avtomobilin sürücüsünün tələsdiyini düşünüb yol vermək istəmişdir. Elə bu ərəfədə o, həmin sürücüyə yol verməyə imkan belə tapmadan həmin avtomobilin sürücüsü qarşıdan gələn avtomobillərin yoluna çıxaraq sol tərəfdən onun avtomobilinə yaxınlaşmışdır. O, həmin avtomobilin salonuna baxanda sağ sərnişin oturacağında oturan tanımadığı bir nəfər şəxsin tam bədəni ilə dönüb ona baxdığını görmüşdür. Həmin vaxt sərnişin qabağını kəsdiyindən o, həmin avtomobilin sürücüsünü, yəni sürücünün Vüsal olmasını görə bilməmişdir. Elə bu zaman o, həmin avtomobilin salonundan kiminsə qışqıraraq “odur at! at!” sözlərini deməsini eşitmişdir. Bu sözdən sonra həmin avtomobilin qabaq sağ oturacağında oturmuş sərnişin bir az da arxasını həmin avtomobilin qabaq alın şüşəsinə doğru çevirib şitə söykənib yerini rahatlamış və odlu silahı çıxardıb ona doğru çevirmiş, lakin onu tanımadığı üçün bir-iki saniyə tərəddüd edib atəş açmaqdan çəkinmişdir. Bu zaman o, baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə həmin an bir qədər qaza basıb avtomobilinin sükanını digər avtomobilə doğru fırlatmişdır. Elə bu anda həmin avtomobildən yenə də “at da! At! At!” sözlərini eşitmiş və digər avtomobilin qabaq sərnişin oturacağında oturmuş şəxs ona doğru atəş açmışdır. Qeyd edilən atəş nəticəsində güllə onun maşınının qabaq alın şüşəsindən daxil olub sağ qabaq qapının şüşəsini sındırıb bayıra çıxmış, atəş nəticəsində qəlpələr onun sol bilək və sağ əlini çiyninə qədər yaralamışdır. Onun sol yan güzgüdən həmin avtomobili görməsi, eləcə də qeyd edilən “BMW 745” markalı avtomobildəki sərnişinin atəş açması heç 10 saniyə çəkməmişdir. Bu zaman arxadan onun avtomobilini vurmağa başlamışlar. Atəşdən sonra “BMW 745” markalı avtomobil geridə qalıb yenidən sıraya daxil olmuş, eyni zamanda o, hadisədən yayınmaq məqsədilə sürətlə irəliyə doğru hərəkətinə davam etmişdir. Atəşdən sonra Mübariz şokda olmuş, heç nə danışmamış, Fuad isə arxada “dayı atırlar! atırlar!” deyə qışqırmışdır. O, qaçmaq üçün hərəkətinə davam etmiş, lakin avtomobili arxadan yenə də möhkəm zərbə ilə vurulmuş və o, bir qədər də irəliyə doğru gedib “Röyal” şadlıq sarayının qarşısında tıxaca dirənmişdir. O, tıxaca dirənən kimi Fuadın “dayı qaç! dayı qaç!” deyə qışqırdığını eşitmiş və içəridən sağ arxa qapını açmaq istədiyini görmüşdür. O, Mübarizin də sağ qabaq qapını açaraq düşüb qaçacağını düşünmüş və tez telefonunu götürüb qapını açıb maşından düşərək yolun əks tərəfinə qaçmağa başlamışdır. O, maşından düşüb qaçmaq istəyərkən bir nəfər ağ köynəkli üzünə fikir vermədiyi şəxs də onu yumruqla vurmağa çalışmış, lakin o, əyildiyindən yumruq ona dəyməmişdir. O, Mübarizin də düşüb qaça biləcəyini düşünmüşdür. O, bir qədər məhəllələrin arasında gizlənmiş və oradan keçən insanların danışığından eşitmişdir ki, yolda maşının içərisində bir nəfəri gülə ilə vurublar və həmin şəxs maşında ölüb. O, Mübarizin qaça bilmədiyini və öldürüldüyünü başa düşmüşdür. O, hadisənin Mübarizin ölümü ilə qurtaracağını bilməmişdir.Hadisədən bir-iki gün sonra avtomobilini “BMW 745” markalı avtomobillə yanaşı “BMW X 5” markalı avtomobilin də təqib edib arxadan vurduğunu bilmişdir. Onun avtomobilinin arxa şüşəsində pərdə olduğundan arxada hərəkət edən maşınlara nəzər yetirə bilməmişdir. Yalnız qabağa baxıb təqibdən yayınmağa çalışmışdır. Mübarizin öldürüldüyü nöqtəyə qədər avtomobilinin arxadan bir neçə dəfə vurulmuşdur. X21 avtoservisdən bayıra çağırması ilə bağlı tapşırıq verməmişdi.Təqib zamanı avtomobilinə doğru birinci atəşi açan şəxsin adının sonradan Taleh olmasını bilmişdir. 07 iyun 2019-cu il tarixdə baş vermiş təqib zamanı onun avtomobili əzilmiş, atəş nəticəsində maşının qabaq alın şüşəsinin, sağ qapının şüşəsinin sınmış və ona maddi ziyan dəymişdir.Dostu Zərərçəkmiş şəxs1 öldürülməsində günahı olan bütün şəxslərin qanun qarşısında cavab verib məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir.O, videogörüntülərə əsasən avtomobilinin arxadan vurulma anlarını, eləcə də Zərərçəkmiş şəxs1 istiqamətində birinci atəşin açılma anını tam əminliklə xatırlayır. Onun avtomobilinə arxadan birinci zərbənin Binəqədi şossesi ilə şəhərin mərkəzinə doğru hərəkət edərkən “Banuçiçək” restoranının qarşısında olan dairəyə çatmamış, arxada sıxlıq olan ərazidə dəymişdir. Zərərçəkmiş şəxs1 istiqamətində birinci atəşin də məhz həmin an və həmin yerdə açılmışdır. Səxavətin onun maşınını arxadan birinci dəfə vurması, eləcə də Mübarizə doğru birinci atəşin açılmasının kamerada görsənmir. “BMW X5” markalı avtomobillə onun avtomobilinin arxasına ikinci zərbənin isə dairəni keçib Azadlıq prospektinə daxil olandan sonra hadisə yerinə çatmağına az bir məsafə qalmış dəymişdir. Həmin zərbədən sonra da avtomobili ilə tıxaca dirənib dayandı.İikinci zərbənin dəymə anının uzaqdan da olsa TŞ 8-035.3 nömrəli görüntüyə düşmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşıdır. 07 iyun 2019-cu il tarixdə axşam saat təxminən 18:00 radələrində oğlu Fuad ona zəng edərək həyəcanlı şəkildə “mama dayını vurdular!” dedi və telefon əlaqəsi kəsildi. O, nə olduğunu başa düşmədən təkrarən Fuada zəng etmiş, bu zaman Fuad ona Mübarizin güllə ilə vurulduğunu, dayısının artıq öldüyünü deyib meyitin morqa aparıldığını dedi. O, bu xəbəri eşidən kimi hadisə barədə bütün bacılarına məlumat verib özü də morqa gəlmişdir. Tədricən digər bacıları və qohumları da morqa gəlmişdir. Mübarizin yas mərasimində ona və digər bacılarına məlum olmuşdur ki, qardaşı Mübarizi əslən Tərtər rayonunun Seydimli kəndindən olan Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 güllələyərək öldürmüş, Mübarizin oturduğu maşın təqib edilərkən Vüsalın qardaşı Səxavət də əlində silahla orada olmuş, İmran adlı şəxs də belində bıçaqla Vüsalın maşınında arxada oturmuşdur. Bir müddət sonra bacısı Sevda onun mobil telefonuna Talehin, Vüsalın, Cavid adlı eləcə də adlarını bilmədiyi başqa şəxslərin əli silahlı fotoşəkillərini göndərmiş və ona qardaşları Mübarizin öldürülməsindən bir neçə gün öncə X22 rayonunda kimlərləsə görüşüb Mübarizin öldürülməsi üzrə plan qurduqlarını demişdir. O, qardaşı Zərərçəkmiş şəxs1 konkret olaraq hansı səbəblərə görə öldürülməsini bilmir. 07 iyun 2019-cu il tarixdə Mübarizin qohumları Ariz Qəhrəmanlının zəngindən sonra Mübarizin istiqamətini dəyişərək Vüsalgilin yanına getmişdir. Bundan sonra da bu hadisə baş vermişdir. Arizin Mübarizə onun arxası ilə Vüsalın, Vüsala onun arxası ilə isə Mübarizin danışdığını demişdir. Qardaşının öldürülməsində günahkar olan şəxslərdən biri də Ariz olmuşdur. Taleh bir neçə il bundan öncə Arizi, eləcə də Arizin İlqar adlı dostunu vuraraq məhkumluq olunmuşdur. Talehlə Mübarizin arasında nə isə düşmənçilik və ədavətin olmasını ümumiyyətlə eşitməmişdir. Mübarizin 2011-ci ildə nə isə borc pul söhbətinə görə Vüsalı sillə ilə vurduğunu eşitmişdir. Mübarizin öldürülməsi məqsədilə Talehin Vüsal tərəfindən Bakı şəhərinə dəvət olunmuşdur. O belə bilir. O, bunu camaatdan eşitmişdir. Hansı camaatdan eşitdiyini bilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun dayısıdır. O, 07 iyun 2019-cu il tarixdə xalası Nahidənin evində olarkən təxminən saat 15:00 radələrində Kəmalə xalasının oğlu Elçin ora gələrək Mübarizin zəng etdiyini, onunla birlikdə Mübarizin idmanla məşğul olduğu Mehdiabad qəsəbəsindəki idman zalına gəlmələri ilə bağlı tapşırıq verdiyini dedi. O, Elçinlə birlikdə sonuncunun “BMW 318” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomaşınla Mehdiabad qəsəbəsindəki idman zalının qarşısına gəlmişdir. Elə bu zaman Mübarizin də idman zalının qarşısında taksidən düşdüyünü görmüşdür. Mübariz taksidən düşən kimi onunla, eləcə də Elçinlə salamlaşıb görüşdükdən sonra taksidə olan ərzaq məhsullarını, meyvələri öz maşınlarına qoymalarını tapşırmışdır. O, Elçinlə birlikdə ərzaq məhsullarını və meyvələri öz maşınlarına qoyduqdan sonra Mübarizlə idman zalına daxil olmuşlar. Mübarizlə Elçin paltarlarını dəyişib təxminən 40 dəqiqə idmanla məşğul olmuşlar, həmin müddət ərzində o, dayısını və xalasının oğlunu orada gözləmişdir. İdmandan sonra o, Mübariz və Elçinlə birlikdə yenidən xalası Nahidəgilin evinə gəlmişlər. Onlar evə gələndə artıq evdə heç kim olmamışdır. Həyətə daxil olduqdan sonra o, evin girişində olan ayaqqabının içərisindən açarı götürüb qapını açmış və onlar evə daxil olmuşlar. O, evə daxil olan kimi çimmək üçün hamama keçmiş, Mübariz isə uzanmağa getmişdir. O, təxminən 15 dəqiqə sonra hamamdan çıxmış, bu zaman dayısı Mübarizin əsəbi olduğunu görmüşdür. O, başa düşmüşdür ki, dayısı kiminləsə danışıb əsəbiləşmiş, dayısı ümumiyyətlə heç kimə heç bir söz demədiyindən əsəbiləşməsinin səbəbini ondan soruşmamışdır. Bu zaman Mübariz Elçinə azyaşlı qızını bağçadan götürüb yaşadığı Pirşağı qəsəbəsindəki evə gətirməsi ilə bağlı tapşırıq vermiş və onlar hər üçü evdən çıxmışlar. O, Elçinlə həyətdən bayıra çıxdıqda dayısı Mübarizin Nazim adlı dostunun da özünə məxsus “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobili ilə orada olduğunu görmüşdür. O, Nazimin gəldiyini görüb dayısının Nazimlə harasa gedəcəyini başa düşmüş və yolüstü düşmək üçün dayısından hansı istiqamətə gedəcəyini soruşmuşdur. Mübariz Nərimanov metrostansiyasının yaxınlığındakı parka gedəcəyini ona demişdir. O, Nazimin maşınına oturmaq istədikdə dayısı ona Elçinin maşınına oturmasını və Nazimin arxası ilə sürün dedi. Elçinin maşınında cərimələr olduğundan sonuncu maşını ilə şəhərdə sərbəst hərəkət edə bilmirdi. Odur ki, belə qərara gəlmişlər ki, Mehdiabad qəsəbəsindəki idman zalının qarşısında maşını saxlayıb Nazimin maşını ilə getsinlər və bir qədər irəlidə Elçin Mübarizin qızını bağçadan götürüb avtobusla geri qayıdar. İdman zalının qarşısında Nazim maşını saxladı Elçin də maşını bir kənarda saxladı o, sonuncu ilə birlikdə Nazimin maşınına oturaraq şəhərin mərkəzinə doğru getmişlər. Bir qədər irəllədikdən sonra Binəqədi kəndi ərazisində Nazim maşını kənarda saxladı Elçin Mübarizin qızını götürüb evə qayıtmaq məqsədilə maşından düşdü. O, dayısı Mübarizlə birlikdə Nazimin idarə etdiyi avtomobillə şəhərin mərkəzinə doğru getmişlər. O, “Karl Marks” adlanan ərazidəki Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında maşından düşüb yaşadığı evə getməyi düşünmüşdür. Yolda olarkən dayısı ilə Nazimin söhbətlərindən başa düşmüşdür ki, əslən Tərtər rayonundan olan hansısa tanımadığı Vüsal adlı şəxs dayısı Mübarizin ünvanına söyüş söymüş və dayısı onu axtarır. Lakin dayısının ona bununla bağlı heç nə deməyəcəyini bildiyindən bu barədə dayısından heç nə soruşmamışdır. Binəqədi kəndindən çıxan kimi, Mehdiabad qəsəbəsinə dönmək üçün nəzərdə tutulan yol ayrıcındakı işıqfora çatmamış, Mübarizin mobil telefonuna “WhatsApp” proqramı ilə zəng olunmuş, bu zaman Mübariz Nazimə maşını kənara çəkib saxlamasını bildirdi. Nazim maşını hərəkət yolunun kənarına çəkib saxladı. Dayısı qısa müddətdə telefonla danışmış və bundan sonra Nazimə bir qədər irəlidən sağa DSK yoluna dönməsini tapşırdı. O, dayısına zəng edənin kim olmasını bilməmiş və telefon danışığı zamanı dayısına nə deyilməsini eşitməmişdir. Nazim maşını ilə DSK yoluna döndərdi, bir qədər irəllədikdən sonra hərəkət yolunun sağ tərəfində olan “Şimşək” avtoservisinin qarşısından keçib geriyə qayıdıb yolun əks tərəfində avtoservisin qarşısında maşını saxladı. Nazim maşını saxlayan kimi dayısı Mübariz ona maşından düşüb avtoservisə daxil olmasını və Vüsal adlı şəxsin orada olacağı təqdirdə sonuncunu bayıra çağırmağı tapşırdı. O, maşından düşüb avtoservisə daxil olub orada olan tanımadığı ustadan Vüsal adlı şəxsi soruşmuşdur. Həmin tanımadığı usta Vüsalın avtoservisin həyətində olan kafedə ola biləcəyini dedi. O da kafeyə daxil olmuş, orada olan 5-6 nəfər şəxslə salamlaşıb görüşüb sonra isə Vüsal adlı şəxsi soruşmuşdur. Bu zaman həmin şəxslərdən biri Vüsal olduğunu bildirdi. O da Vüsala bayıra çağırıldığını demişdir. Həmin vaxt Vüsal ondan kimin çağırdığını soruşmamış, o da Vüsala kimin tərəfindən çağırıldığını deməmişdir. O irəlidə, Vüsal isə ondan təxminən bir metr arxada hər ikisi avtoservisin çıxışına doğru getməyə başlamışlar. O, Vüsalla avtoservisin həyətindən bayıra çıxmış, dayısı onu və Vüsalı görən kimi dərhal maşından düşüb onlara tərəf qaçmağa başlamışdır. Vüsal da Mübarizi görən kimi geri dönüb qaçaraq avtoservisin həyətinə daxil oldu. Bu zaman dayısı avtoservisin darvazasına yaxınlaşaraq onun yanına gəlmiş və Vüsalın qaçaraq avtoservisin içərisində gözdən itdiyini görüb onu çağırıb maşına otur deyib özü də Nazimin maşınında qabaq sağ oturacağa oturdu. Bundan sonra onlar şəhərin mərkəzinə doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt Mübariz yenə də əsəbi idi. Onlar şəhərin mərkəzinə doğru hərəkətdə olarkən Binəqədi DYPŞ-nin qarşısından keçərkən dayısı Mübariz Ariz adlı şəxsə zəng edərək Vüsalı avtoservisdən bayıra çağırdığını, Vüsalın Mübarizi görən kimi yenidən qaçıb avtoservisə daxil olduğunu dedi. Elə bu telefon danışığı zamanı arxadan Nazimin maşınına möhkəm zərbə dəydi. O, arxaya çönüb baxmaq istədikdə atəş səsi eşitmişdir. O, Nazimin idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin deşildiyini, eləcə də sağ qabaq qapının şüşəsinin sınaraq cilalandığını görmüşdür. O, nə baş verdiyini anlamamış, Nazim öz maşınını idarə etmişdir. Bu zaman o, “BMW 745” və “BMW X5” markalı avtomobillərin Nazimin maşınını təqib etdiklərini görmüşdür. Birinci zərbənin vurulmasından heç bir dəqiqə keçməmiş Nazimin maşınına arxadan maşınla ikinci zərbə dəydi və Nazimin idarə etdiyi avtomobil Azadlıq prospektindəki “Röyal” şadlıq sarayının qarşısında tıxaca dirənib dayandı və bir nəfər şəxs əlində kəsilmiş tüfənglə sağ tərəfdən Nazimin maşınına yaxınlaşıb qabaq oturacaqda oturmuş dayısı Mübarizin sifət nahiyəsinə bir dəfə atəş açıb qaçdı, və onları təqib edən “BMW 745” və “BMW X5” markalı avtomobillərin Nazimin maşınının sol tərəfindən keçib getdiklər. O, arxa oturacaqdan düşüb dayısına yaxınlaşmış və dayısının hələ nəfəs aldığını görüb yol kənarında olan xəstəxanaya qaçıb həkimi köməyə çağırmışdır. Həkim də maşında Mübarizə baxıb artıq onun öldüyünü dedi. Onun dayısı Zərərçəkmiş şəxs1 ilə Vüsal və Təqsirləndirilən şəxs3 qardaşlarının, eləcə də Təqsirləndirilən şəxs1 münasibətləri barədə heç bir məlumatı olmamışdır.Ona dayısı nə Vüsal, nə də Taleh barədə heç bir söz deməmişdir. 07 iyun 2019-cu il tarixinədək o,ümumiyyətlə, Vüsal və Təqsirləndirilən şəxs3 qardaşlarını, eləcə də Təqsirləndirilən şəxs1 tanımamışdır. Həmin tarixdə dayısı Mübarizin konkret olaraq həmin avtoservisə hansı səbəblərə görə getməsini, Vüsalla söhbət etmək və ya dalaşmaq məqsədilə getməsini bilmir. O,dayısı Mübarizin üzərində bıçaq görmədiyini, 07 iyun 2019cu il tarixdə dayısının üzərində bıçaq olması barədə məlumatı olmamışdır. Mübarizin həmin gün maşından düşüb Vüsalın üstünə qaçarkən də əlində bıçaq, eləcə də hər hansı bir başqa silah görməmişdir. Talehi yalnız maşından düşüb dayısına atəş açan zaman görmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımamış, sonuncunun adını ilk dəfə hadisə olan gün, yəni 07 iyun 2019-cu il tarixdə eşitmişdir. 07 iyun 2019-cu il tarixdə saat təxminən 16:00 radələrinədək o, Əcəmi Naxçıvani küçəsindəki təndir evində olub işlərə nəzarət etmiş və həmin vaxtadək Səxavətlə iki ya üç dəfə zəngləşib ortaq işləri ilə bağlı gündəlik söhbətlərini etmişdir. O, telefon danışıqlarından Səxavətin avtoservisdə olduğunu bilmişdir. O, avtomobilinin əyləc sistemini ustalara göstərmək, eləcə də Səxavəti görmək məqsədilə təndir evindən çıxmış və saat təxminən 17:50-də “Şimşək” avtoservisinə çatmışdır. O, avtoservisdə maşınına baxacaq olan ustanın əlində işinin olduğunu görüb gözləmək məqsədilə maşınını avtoservisin həyətində olan kafenin yanında saxlayıb kafeyə daxil olmuşdur. O, avtoservisin həyətinə daxil olanda Təqsirləndirilən şəxs1 İmranla söhbət etdiyini görmüşdür. Səxavət də avtoservisin həyətində idi. Səxavət və Vüsalın balaca qardaşları Rauf isə avtoservisin həyətində bir küncə yığılmış noxudların təmizlənməsi ilə məşğul idi. O, kafeyə daxil olan zaman Vüsalın həmin kafeni işlədən yaşlı kişi ilə oturub söhbət etdiyini görmüşdür. Vüsal onu görən kimi salamlaşıb onu nərd oynamağa dəvət etmiş və onlar nərd oynamağa başlamışlar. Elə bu zaman İmran da kafeyə daxil olub yanlarında oturmuş, bundan sonra Taleh, Səxavət içəri daxil olaraq orada oturmuşlar. Qısa bir müddətdən sonra Səxavətlə Vüsalın qardaşı Rauf da kafeyə gəlib onun arxasında oturmuşdur. Oyuna başlamalarından heç beş dəqiqə keçmiş bir nəfər əvvəllər görmədiyi və tanımadığı şəxs kafeyə daxil olaraq, sanki sərxoş və ya narkotik maddə qəbul etmiş bir şəxs kimi “Vüsal kimdir?” dedi. Bu zaman Vüsal “mənəm” deyə cavab verdi. Həmin şəxs Vüsala “çıx bayıra” sözlərini deyib kafedən çıxdı və iti addımlarla avtoservisin darvazasına doğru getməyə başladı. Vüsal masa arxasından ayağa qalxıb kafedən bayıra çıxanda o, Vüsalı saxlamış və Vüsaldan həmin şəxsi tanıyıbtanımamasını soruşmuşdur. Vüsal həmin şəxsi tanımadığını deyib kafedən bayıra çıxdı. O, həmin şəxsi danışıq tərzinə, eləcə də davranışlarına görə sərxoş və narkomana oxşatdığından bir daha Vüsalı saxlayaraq gözləməsini bildirmişdir ki, Vüsaldan öncə özü avtoservisdən bayıra çıxıb həmin şəxsin kim və ya kimlər olmasına baxsın. O, Vüsaldan irəlidə avtoservisin çıxışına doğru getmişdir. Həmin vaxt onun arxadan xəbəri olmamış, kafedən Talehin, İmranın, eləcə də Səxavət və Raufun nə zaman çıxmalarını görməmişdir. O, avtoservisin çıxışına çatan zaman avtoyuma məntəqəsinin dəmir qapısının arxasından Vüsalı bayıra çağıran sonradan adının Fuad olmasını bildiyi şəxsin kiməsə “Taleh də oradadır, qaçaq” sözlərini deməsini eşitmişdir. Elə bu zamn həmin Fuad adlı şəxs yanında sonradan adının Mübariz olmasını bildiyi şəxslə birlikdə yolun əks tərəfində dayanmış qara rəngli “Mercedes” markalı, dövlət nömrə nişanına fikir vermədiyi maşına doğru qaçmağa başlamışlar. O, dərhal əlində olan mobil telefonu ilə həmin şəxslərin qaçarkən, eləcə də avtomobilin nömrəsinin şəklini arxadan çəkmişdir ki, ən azından hər hansı bir hadisə baş verəcəyi təqdirdə həmin şəxsləri tanıya bilsinlər. Sonradan adının Fuad və Mübariz olmasını bildiyi şəxslər maşına oturan ərəfədə Səxavət və Vüsal bayıra çıxmışlar. Elə bu zaman “Mercedes” markalı avtomobilin sürücüsü hərəkət etməyə başlamış və avtoservisin yanından yola düzələrkən Mübariz avtomobilin içərisindən avtomobil hərəkətdə ola-ola onlara doğru barmaq silkələyib “görüşərik!” deyə qışqırmışdır. O, Mübarizgilin qayıdacağından ehtiyat edib yola doğru getmiş və həmin avtomobilin arxasınca baxmışdır. “Mercedes” markalı avtomobil hərəkətinə davam edərək gözdən itmişdir. O, geri qayıdıb avtoservisə daxil olmaq istəyərkən Vüsalın özünə məxsus “BMW 745” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobili ilə sürətlə onun yanından keçib “Mercedes” markalı avtomobilin arxasınca getmişdir. O, həmin vaxt Vüsalın maşınında kimlərin olmasını görməmiş, yalnız maşının Vüsal tərəfindən idarə olunduğunu görmüşdür. O, “Mercedes” markalı maşında olan şəxslərin yenidən ora qayıda biləcəklərini və nə isə hadisə baş verə biləcəyini düşündüyündən avtoservisdən uzaqlaşmaq məqsədilə dərhal kafenin yanına qayıdıb maşınına minmişdir. O, maşınına oturub hərəkət etməyə başlayan zaman Səxavətin də özünə məxsus “BMW X 5” markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobili ilə sürətlə avtoservisdən çıxdığını görmüşdür. O, avtoservisin həyətindən çıxanda Səxavətin qardaşı Rauf onu saxlatdırıb yanına oturmuş və doluxmuş vəziyyətdə ondan xahiş edib “xahiş edirəm, elə-elə ki, Mübariz Səxavəti öldürməsin!” sözlərini demişdir. O, dərhal Səxavətə zəng edib harada olmasını soruşmuş, Səxavət ona “Banuçiçək” restoranına doğru döndüyünü bildirmişdir. O, Səxavətə çatmaq məqsədilə avtomobili ilə həmin istiqamətdə hərəkət etməyə başlamışdır. Elə yolda olarkən də Rauf ona Mübarizlə Vüsalın və Talehin arasında olan ədavət barədə danışdı. Raufun danışığından ona məlum olmuşdur ki, Mübarizin hansısa adamı uzun illər bundan öncə Talehin ailəsinin barəsində nə isə nalayiq söz danışmış, Taleh buna görə həmin şəxsi bıçaqla vurmuş, bundan başqa Mübariz haçansa Vüsalı da sillə ilə vurmuş və beləliklə aralarında düşmənçilik yaranmışdır. O, Raufun söhbətinə qədər X4 düşmənçiliyi barədə heç nə bilməmiş, bu barədə ona nə Səxavət, nə də Vüsal heç nə deməmişdir. O, “Banuçiçək” restoranının qarşısına çatanda yenə də Səxavətə zəng edib harada olmasını soruşmuş, bu zaman Səxavət bir qədər irəlidə işıqfora çatdığını demişdir. O, bir qədər irəlini görmək məqsədilə hərəkət yolunun ortasında olan qoşa xəttin üstünə çıxmışdır. Bu zaman Vüsalın idarə etdiyi avtomobilin tam şəkildə təxminən 500 metr irəlidə qarşıdan gələn avtomobil yolunda çox asta surətlə hərəkət etdiyini və yenidən sürətlə hərəkətə başladığını görmüşdür. Elə bu ərəfələrdə Səxavətin öz avtomobili ilə sıradan çıxıb maşınının sol tərəfi ilə Vüsalın avtomobilini sağ tərəfdən vurmasını görmüşdür. Bu zaman Vüsal avtomobilini daha da yolun sol tərəfinə çəkib qarşıdan gələn avtobusun yanından keçmiş və onun gözündən itmişdir. Şəhərin mərkəzinə doğru hərəkət etdikdə daş körpünün altından keçəndən sonra sağ tərəfində olan avtomobillərin sürətlə hərəkət etdiyini və sağ tərəfdə olan tıxacın hərəkətə gəldiyini görmüşdür. O, sağa çıxıb irəliyə doğru hərəkətini davam etdirmişdir. Bir qədər irəliyə getdikdən sonra o, qəfildən yolun ortasında öncə Səxavətin, qarşısında Vüsalın, lap qabaqda isə həmin “Mercedes” markalı avtomobilin dayanmış olduğunu, qarşı tərəfin tıxac olduğunu gördüyündən avtomobilini saxlamış və dərhal mobil telefonunu götürüb videoçəkiliş aparmağa başlamışdır. O, çəkiliş aparan zaman Talehin əlində odlu silahla Vüsalın maşınının qabaq sağ qapısını açıb maşına oturduğunu, İmranın isə Vüsalın avtomobilinin arxa oturacağına oturduğunu, daha sonra öncə Vüsalın, sonra isə Səxavətin maşınları ilə hərəkətə başladıqlarını görmüşdür. O, çəkilişi davam edərək hərəkətə başlayıb bir qədər irəlidə sağ tərəfdə maşınını saxlayıb yerə enmişdir. O, Mübariz oturan maşının sağ tərəfindən keçəndə artıq sonuncunun öldüyünü, sifətinin, eləcə də paltarlarının qan olduğunu görmüşdür. Rauf isə bu səhnəni görüb şoka düşmüş, eləcə maşında oturub qalmışdır. Hadisə ilə bağlı həmin yerdə güclü tıxac yaranmışdır. Elə bu ərəfələrdə YPX əməkdaşları da hadisə yerinə yaxınlaşmışlar. O, telefonunda tam şəkildə video çəkilişə baxmış, daha sonra 3-4 dəfə Səxavətə zəng etmişdir ki, sonuncuya qaçmamasını və polisə təslim olmasını desin. Lakin Səxavət telefona cavab verməmişdir. Bundan sonra o, polisə təslim olması ilə bağlı Vüsala da zəng etmiş, lakin Vüsalın telefonu sönülü olmuşdur. Bundan sonra o, Binəqədi RPİ-nə yaxınlaşaraq hadisə barədə məlumat vermiş və mobil telefonunda olan video görüntüləri göstərib orada olan şəxsləri, yəni Vüsalı, Səxavəti, Talehi və İmranı tanıdığını bildirmişdir. Daha sonra o, polislərin yanında Vüsalla telefonla danışıb, sonuncunun da yaxalanaraq polisə gətirilməsinə köməklik etmişdir. O, nə Talehdən, nə Vüsaldan, nə də ki, Səxavətdən ümumiyyətlə Mübarizin adını eşitməmiş, Mübarizin Taleh və Vüsalla münasibətləri, aralarında düşmənçilik və ədavətlərinin olub-olmaması barədə heç nə bilməmişdir. Vüsalın, Talehin, eləcə də Səxavətin hadisədən öncə Mübarizin avtoservisə gələcəyindən məlumatlarının olmamış, cinayətin aləti olan odlu silahın kimə məxsus olmasını bilməmişdir. Vüsalda, eləcə də Talehdə hər hansı bir odlu silah görməmişdir. 07 iyun 2019-cu il tarixdə Mübarizin arxası ilə avtoservisdən birinci Vüsal, sonra Səxavətin çıxdığını görmüşdür. Səxavətin Vüsalı DSK yolunda olan tıxac zamanı qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaqla ötüb keçdiyini güman edir. Özü də Səxavətin arxası ilə avtoservisdən çıxdıqdan sonra DSK yolunun tıxac olduğunu görmüşdür. DSK yolunda olarkən Səxavətə çatmaq üçün qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxdığını, Binəqədi şossesində olarkən “Banuçuçək” restoranına çatmamış uzaqdan irəlidə Vüsalın maşınının qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxdığını, sağ tərəfində Səxavətin maşınının olduğunu, qəfildən Vüsalın maşınını sola doğru qaçırtdığını görmüşdür. Buna görə də Səxavətin Vüsalın maşınını sol tərəfdən vurduğunu düşünür. O, özü əslində həmin səhnəni görməmişdir, həmin vaxt tələsdiyindən, eləcə də Raufun ona qardaşı və Talehlə Mübarizin arasında olan ədavətin yaranma səbəbləri barədə danışdığından fikrinin Raufda qaldığın, bu səbəbdən də avtomobili ilə Vüsala nə zaman çatmasını və DSK yolundan çıxan zaman Vüsalın maşını ilə onun yanında olmasına fikir verməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 “Şimşək” avtoservisinin girişində yerləşən avtoyuma məntəqəsini icarəyə götürüb işlətmişdir. Böyük qardaşı Səxavət isə həmin avtoservisin müdiri olan Azər adlı şəxslə yaxın münasibətdə olduğundan demək olar ki, boş vaxtlarında həmin avtoservisə gəlib-getmişdir. O, qardaşlarının tapşırığına əsasən hər gün axşam saat 17:00 radələrində işdən çıxdıqdan sonra elə-belə vaxtını keçirtmək məqsədilə “Şimşək” avtoservisinə gəlmiş, qardaşlarının işləri olduqda moykaya nəzarət etmiş, iş vaxtının sonunda isə qardaşları ilə birlikdə evə getmişdir. Eləcə də o, qardaşı Səxavətin tapşırığına əsasən avtoservisin həyətində bir küncdə yığılmış təxminən 30 kisə noxudun təmizlənməsi ilə məşğul olmuşdur. Qardaşı Səxavət həmkəndliləri olan Təqsirləndirilən şəxs1la Tərtər rayonunun Seydimli kəndində xırda cücə təsərrüfatı ilə məşğul olmuşdur. O, Talehi qardaşı ilə şərikli təsərrüfat işinə başlayandan sonra daha da tez-tez görmüşdür. İşlə bağlı Taleh ayda təxminən bir-iki dəfə Bakı şəhərinə gəlib qardaşları ilə avtoservisdə görüşmüş, oturub işlə bağlı söhbət etmişlər. O, nə Vüsaldan, nə Səxavətdən, nə də Talehin özündən Zərərçəkmiş şəxs1 barədə hər hansı bir söz eşitməmişdir, lakin kənd camaatından, eləcə də qohumlar arasında gedən söhbətlərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Mübariz, Ariz və İlqar adlı şəxslərlə aralarında bir neçə il bundan öncədən ədavət yaranmış, lakin ədavətin konkret olaraq nədən ibarət olmasını bilməmişdir. Eşitdiklərinə görə Mübariz, Ariz və İlqar bir neçə il bundan öncə Təqsirləndirilən şəxs1 arvadının ünvanına nə isə xoşagəlməz sözlər demiş, buna görə Taleh müxtəlif vaxtlarda İlqar və Arizi vurub onlara xəsarət yetirmişdir. X6 isə Zərərçəkmiş şəxs1 ilə aralarında ədavət və düşmənçiliklərinin olmasını o, ümumiyyətlə nə qardaşlarından, nə də ki, hər hansı bir kənar şəxsdən eşitməmişdir. 07 iyun 2019-cu il tarixdə də o, işdən çıxdıqdan sonra avtoservisə qardaşlarının yanına gəlmişdir. Həmin vaxt qardaşları Vüsal, Səxavət, həmkəndliləri Taleh, tanışları Səftər də orada olmuşlar. O, hamı ilə görüşüb noxudları təmizləməyə başlamış, təxminən 15-20 dəqiqə sonra çay içmək məqsədilə avtoservisin həyətində olan kafeyə keçmişdir. O, həmin vaxt qardaşı Vüsalla Səftərin nərd oynadığını, Talehlə Səxavətin isə oyuna baxdıqlarını görmüşdür. Həmin vaxt sonradan Talehin qohumu və adının İmran olmasını bildiyi şəxs də kafedə olmuşdur. O, masaların birinə oturub çay içməyə başlamışdır. Elə bu zaman əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxs kafeyə daxil olub “Vüsal kimdir?” dedi. Bu zaman qardaşı Vüsal “mənəm” deyə cavab verdi. Həmin şəxs heç bir söz demədən Vüsalı bayıra çağırdı. Bu zaman Vüsal kafedən çıxmaq istəyəndə Səftər qardaşını saxlamış ilk öncə Səftər özü kafedən çıxıb həmin şəxsin arxası ilə getməyə başladı. Vüsal da Səftərin arxası ilə kafedən çıxmışdır. O, Səxavət və Talehlə kafedə qalmış, İmran isə həmin vaxt kiminləsə telefonla danışırdı. Onlar Vüsalın bayıra çağırılmasını adi hal kimi qəbul etmiş və sonda belə bir hadisə baş verə biləcəyini düşünməmişlər. Vüsalın kafedən çıxmasından 10-12 saniyə sonra o, bayırdan Vüsalın “çölə çıxmayın! Mübarizdir!” deyə qışqırmasını eşitmişdir. Elə bu zaman o, Səxavət və Talehlə birlikdə kafedən bayıra çıxmışlar. O, kafedən bayıra çıxdıqda Vüsalın avtoservisin darvazasından içəriyə doğru qaçaraq gəldiyini, onlara yenə də “çölə çıxmayın! Mübarizdir!” deyə qışqırmasını və gəlib maşınına oturub avtoservisdən çıxdığını görmüşdür. O, X19 maşınına nə zaman oturmalarını görməmişdir. O, qardaşı Vüsalın qışqırmasından adı çəkilən Mübarizin Talehlə ədavətli olan Mübariz olduğunu başa düşmüşdür. O, Vüsalın qışqıraraq onlara bayıra çıxmamalarını deməsindən, eləcə də maşını ilə avtoservisin həyətindən sürətlə çıxmasından narahatlıq keçirməyə başlamışdır. Elə bu zaman qardaşı Səxavət də öz maşınına oturub Vüsalın arxası ilə avtoservisdən sürətlə çıxdı və o, qardaşlarına görə narahat olmağa başlamışdır. Bu zaman o, hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq, eləcə də qardaşları ilə Mübariz adlı şəxs arasında dava-dalaş olacağı təqdirdə mübahisəni sakitləşdirmək məqsədilə Səftərdən maşını ilə Səxavətə çatmasını xahiş etmişdir. Səftər maşına oturan kimi ondan Mübarizin kim olmasını soruşmuş və o, X14 arasında olan ədavət barədə danışmağa başlamışdır. Səftər isə eyni zamanda hər hansı bir xoşagəlməz hadisənin qarşısının alınmasından ötrü Vüsal və Səxavətə çatmaq üçün avtomobilini yüksək sürətlə idarə etmişdir. Hətta Səftər yolda olarkən iki dəfə Səxavətə zəng edib olduqları yeri soruşmuş, Səxavət artıq “Banuçiçək” restoranının qarşısına çatacağını Səftərə demişdir. Şəhərin mərkəzinə doğru bir qədər hərəkət etdikdən sonra o, uzaqdan Səxavətin maşınının sol tərəfi ilə Vüsalın maşınının sağ tərəfindən vurduğunu görmüşdür. Onlar tıxaca düşdüklərindən irəliyə doğru getməkdə çətinlik çəkməyə başlamışlar. “Röyal” şadlıq sarayının qarşısına çatanda artıq maşınların dayandığını, X19 maşınına mindiklərini, Vüsalla Səxavətin maşınları ilə hərəkət edib getdiklərini görmüşdür. Səftər tez mobil telefonunu çıxarıb bu səhnəni videoya çəkməyə başlamışdır. Səftərin maşınını irəliyə doğru yavaş-yavaş idarə etdikdə “Mercedes” markalı avtomaşının qabaq sağ sərnişin oturacağında oturmuş şəxsin paltarlarının, eləcə də sifət nahiyəsinin qan olduğunu görüb həmin şəxsin öldürüldüyünü başa düşmüşdür. O, əvvəllər Mübarizi görmədiyindən, eləcə də sonuncu avtoservisə gələrkən yanında kimlərin olmasını bilmədiyindən, hadisə yerinə sonradan gəlib çatdığından, ölən şəxsin konkret olaraq Mübariz olub-olmamasını, eləcə də həmin şəxsi konkret olaraq kimin vurmasını görməmişdir. Bundan sonra Səftər hadisə barədə polislərə məlumat vermiş və polisə gedəcəyini deyib onu maşınından düşürtmüşdür. O, maşından düşüb avtobusla evə gəlmiş və hadisə barədə valideynlərinə məlumat vermişdir. O, avtobusa minib geri qayıdarkən qardaşı Səxavətin maşınının hadisə yerinin yaxınlığında səkinin üstündə dayandığını görmüşdür. O, qardaşları Vüsal və Təqsirləndirilən şəxs3ların konkret olaraq Zərərçəkmiş şəxs1 ilə aralarında olan münasibətləri, düşmənçilik və ədavətlərinin olubolmaması barədə heç nə bilməmiş, qardaşları da ona bu barədə heç nə deməmişlər, bununla bağlı hər hansı bir şəxsdən heç nə eşitməmişdir. 07 iyun 2019-cu il tarixdə Mübarizin avtoservisin qarşısına gəlməsindən tam məlumatsız olmuşdur. Mübariz avtoservisə gəlib getdikdən əvvəlcə onun ardınca qardaşı Vüsal, daha sonra Səxavət, qardaşlarından sonra Səftərlə birlikdə özü avtoservisdən çıxmışlar. O, hadisənin həyəcanından Səftərlə birlikdə DSK yolundan Binəqədi şossesinə çıxarkən Vüsalın maşınının yanlarında hərəkət etməsinə fikir verməməmiş, qardaşı Səxavətin polis əməkdaşı Eltun adlı şəxslə telefonla danışmasından məlumatsız olmuşdur. O, bu telefon danışığı zamanı Səxavətin yanında olmamışdır. Avtoservisdən çıxdıqdan sonra qardaşları Vüsal və Səxavətin telefon danışıqlarından məlumatı olmamış, hadisədən bir müddət sonra Mübarizin bir neçə il bundan öncə qardaşı Vüsalla arasında olan nə isə pul söhbətinə görə qardaşına sillə vurduğunu eşitmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin noyabr ayından Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “İlkin İnşaat” mağazasında kassir vəzifəsində işləyir, hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək işdə olur. 07 iyun 2019-cu il tarixdə axşam saat təxminən 18:00 radələrində o, mağazada iş yerində olarkən işçilərdən bir neçə nəfərin bayıra qaçdığını görmüşdür. O, yol nəqliyyat hadisəsi baş verdiyini düşünüb buna əhəmiyyət vermədən işinə davam etmişdir. Qısa bir müddət sonra işçilər yenidən mağazaya qayıdıb bayırda bir nəfər şəxsin avtomobilində güllələnərək öldürüldüyünü və bu hadisənin mağazanın bayır tərəfində olan kameraya da düşdüyünü dedilər. Təxminən saat 20:00 radələrində o, evə getməmişdən öncə mağazanın daxilində olan monitordan həmin görüntünü geriyə çəkib baxmışdır. Hadisə ona maraqlı gəldiyindən evə gedərkən anasına və qardaşına göstərmək məqsədilə mobil telefonu ilə həmin hadisəni monitordan videoya çəkmişdir. Hətta hadisənin görüntüsünü videoya çəkən zaman hadisə ilə bağlı öz şərhlərini də bildirmişdir. O, görüntüyə baxan zaman iki maşının bir maşını təqib edib tıxacda saxlatdırmasını, daha sonra ön tərəfdə olan maşının içərisində olan şəxsin güllələndiyini, bundan sonra isə digər iki maşının hadisə yerindən uzaqlaşmasını görmüşdür. Video görüntüdə eşidilən səs ona məxsusdur, monitordakı görüntünü çəkərkən özü danışaraq şərh vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid5 ifadələrində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 07 iyun 2019-cu il tarixdə Binəqədi şossesindəki, “Emil” yanacaq doldurma məntəqəsinin yaxınlığında xidmətdə olarkən ətrafda olan vətəndaşlar ona məlumat verərək bildirdilər ki, “BMW X5” markalı avtomobil “Favorit” marketi istiqamətində “Mercedes” markalı avtomobili təqib edir. O, dərhal həmin istiqamətdə hərəkət etmişdir. Bu zaman o, qabaq dövlət nömrə nişanı olmayan qara rəngli “BMW X5” markalı avtomobilin Ə.D.Məlikov adına 6 saylı şəhər klinik xəstəxanasının qarşısı ilə əks tərəfə, yəni “Banuçiçək” restoranı istiqamətdə hərəkətdə olduğunu, onları görən kimi maşını yolun kənarına çəkib saxladığını görmüşdür. O, patrul avtomaşınından düşüb “BMW X5” markalı avtomobilin sürücüsünə yaxınlaşmışdır. O, sürücüyə yaxınlaşan zaman “BMW X5” markalı avtomobilin arxa oturacağında oturan şəxs maşından düşüb “Banuçiçək” restoranı istiqamətinə doğru qaçmağa başlamışdır. O, xidmət yoldaşı Şahid6lə birlikdə dərhal həmin şəxsin arxası ilə qaçaraq həmin şəxsi bir qədər irəlidə olan təkər təmiri emalatxanasının qarşısında saxlamışlar. “BMW X5” markalı avtomobilin sürücüsü isə maşınının yanında qalmışdır. Sonradan ona məlum olmuşdur ki, “BMW X5” markalı avtomobilin adı Səxavət, maşından düşüb qaçan şəxsin adı isə Talehdir. Talehin deməsindən ona məlum olmuşdur ki, sonuncu “Röyal” şadlıq sarayının qarşısında “Mercedes” markalı avtomobilin salonunda oturmuş Mübariz adlı şəxsi odlu silahdan atəş açaraq öldürmüşdür. Daha sonra o, xidmət yoldaşı Şahid6lə birlikdə Taleh və Səxavət adlı şəxsləri Binəqədi Rayon Polis İdarəsinə təhvil vermişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə baş inspektor vəzifəsində işləyir. 07 iyun 2019-cu il tarixdə xidmətdə olduğu zaman, vətəndaşlar tərəfindən “Emil Petrol” ərazisində dövlət qeydiyyat nömrəsi məlum olmayan «Mercedes» və «BMV X5» markalı avtomaşınların “Favorit” market istiqamətində yüksək sürətlə hərəkətdə olmaları ilə bağlı məlumat verdilər. Vətəndaşların məlumatı əsasında həmin istiqamətdə hərəkət etmişlər. Qabaq nömrəsi məlum olmayan X5 markalı avtomaşın Binəqədi rayonu Ə.D.Məlikov adına 6 saylı BŞX-nın qarşısından “Banuçiçək” şadlıq evi istiqamətində əks istiqamətdə hərəkət etmək istəyirdi. Onları görüb maşını kənara çəkməklə yolun kənarında saxladılar. İş yoldaşı Şahid5 avtomaşından düşüb dərhal «BMV X5» markalı avtomaşına tərəf yaxınlaşdı. Həmin vaxt sürücü hadisə yerində idi, bu zaman həmin maşının sol axra tərəfindən bir nəfər şəxsin qaçdığının şahidi olmuşlar. O və xidmət yoldaşı Şahid5 həmin şəxsi təqib etməyə başlamışlar və “Banuçiçək” şadlıq evinin yaxınlığında yerləşən təkər təmirinin qarşısında şəxs yaxalandı. Onlar həmin tutulan şəxsi Binəqədi RPİ-nə aparıb təhvil vermişlər. Saxlanılan şəxsin sözlərindən məlum oldu ki, irəlidə «Röyal» şadlıq sarayının yaxınlığında «Mersedes» markalı atvomaşında hərəkətdə olan Mübariz adlı şəxsi odlu silahla atəş açaraq qətlə yetirmişdir. Daha sonra Muradla Səxavətə yaxınlaşmışlar sonuncu avtomaşınında olmaqla oradan yayınmadı. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid7 ifadələrində göstərmişdir ki, o, 07 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində özünə məxsus avtomobillə Azadlıq prospekti ilə Binəqədi kəndi istiqamətində hərəkətdə olarkən irəlidə yolun tıxac olduğunu, insan kütləsinin yığıldığını görüb nə baş verdiyini öyrənmək məqsədilə maşından düşmüşdür. O, insanların arasından keçib hadisə yerinə çatdıqda orada qara rəngli, dövlət nömrə nişanına fikir vermədiyi “Mercedes” markalı avtomaşının hərəkət yolunun ortasında dayandığını, avtomaşının sağ qabaq oturacağında bir nəfər şəxsin hərəkətsiz vəziyyətdə qaldığını, həmin şəxsin sifətinin, əynində olan paltarların, eləcə də avtomobilin salonunun qan olduğunu, maşının sağ qabaq qapısının açıq vəziyyətdə olmaqla həmin şəxsin sağ ayağının bayırda qaldığını, avtomobilin qabaq alın şüşəsində dəlik olduğunu, sağ qabaq qapısının şüşəsinin isə sınmış və cilalanmış vəziyyətdə olduğunu, eyni zamanda həmin avtomobilin arxa tərəfinin vurulub əzilmiş olduğunu görmüşdür. O, maşının qabaq qabaq şüşəsində olan dəliyi, eləcə də sağ qabaq qapının sınmış şüşəsini gördükdən sonra başa düşmüşdür ki, həmin dəlik atəş nəticəsində əmələ gəlmiş və sonda da sağ qabaq qapının şüşəsi sınmışdır. Bundan sonra o, öz avtomobilinə minib yoluna davam etmişdir. O, baş vermiş hadisənin şahidi olmamış, öldürülən şəxsi, eləcə də hadisəni törədən şəxsləri tanımır, hadisə baş verdikdən sonra təsadüfən oradan keçmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid8 ifadələrində göstərmişdir ki, 07 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində Azadlıq prospektində “Röyal” şadlı sarayının qarşısında dostları ilə dayanıbmış. Bu zaman çoxlu sayda insanın avtomobil yolunun mərkəzinə doğru qaçdığını vəhəmin yerə çoxlu sayda insan yığıldığını görmüşdür. O, insanların arasından keçib hadisə yerinə çatdıqda i “Mercedes” markalı avtomaşının hərəkət yolunun ortasında dayandığını, avtomaşının sağ qabaq oturacağında bir nəfər kişinin hərəkətsiz vəziyyətdə qaldığını, həmin şəxsin sifətinin, əynində olan paltarların, eləcə də avtomobilin salonunun qan içində olduğunu görmüşdür. Maşının sərnişin oturan qabaq qapısı açıq vəziyyətdə idi və həmin kişinin sağ ayağı maşından bayırda idi. Avtomobilin sağ qabaq qapısının şüşəsinin isə sınmış və cilalanmış vəziyyətdə idi. Avtomobilin qabaq alın şüşəsinin sürücü tərəfdə olan hissəsində də dəlik var idi. O, başa düşmüşdür ki, həmin dəlik atəş nəticəsində əmələ gəlmiş və sonda da sağ qabaq qapının şüşəsi sınmışdır. Hadisənin necə və nə səbəbə baş verməsində məlumatı yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid9 ifadələrində göstərmişdir ki, Mərhum Zərərçəkmiş şəxs1 onun dayısıdır. Təqsirləndirilən şəxsləri tanımır. Özünün şəxsiyyət vəsiqəsində adı Afiyəddindir. Bütün qohumları, qonşuları, eləcə də dostları ona Elçin deyə müraciət edirlər. Mərhum dayısı Zərərçəkmiş şəxs1 təxminən 2 il bundan öncə ona və ailə üzvlərinə məlum olmayan səbəblərdən İnterpol xətti ilə axtarışa verilmiş, Gürcüstan Respublikasında tutulub Azərbaycana gətirilmiş və dərhal həbsə alınmışdır. 2019-cu ilin 25 aprel tarixində dayısı məhkəmə zalından azadlığa buraxılmış və bundan sonra Pirşağı qəsəbəsində Dilarə adlı xalasıgilin evində yaşamışdır. 07 iyun 2019cu il tarixdə təxminən saat 09:00 radələrində dayısı Mübariz ona zəng edərək xalasıgilə çağırdı. O, maşını ilə Pirşağı qəsəbəsinə dayısının yanına gəlmiş, dayısı qızı üçün hansısa sənədləri düzəltməkdən ötrü ASAN xidmətə getmək məqsədilə onu Mehdiabad qəsəbəsinin mərkəzinə düşürtməsini xahiş etmişdir. O, dayısını qəsəbənin mərkəzinə düşürüb yenidən Pirşağı qəsəbəsinə xalası Dilarənin evinə qayıtmışdır. Bir gün öncədən təşkil edilmiş ziyafət məclisi ilə bağlı Xalidə xalasının oğlu Fuad da orada gecələmişdi. Həmin gün dayısı ilə onun idman günü olduğundan o, idmana gedənədək xalasıgildə qalıb Fuadla vaxt keçirtmək qərarına gəlmişdir. O, maşınını yumuş, Fuadla ümumi söhbətlər edib çay içmişdir. Saat təxminən 14:00 radələrində dayısı Mübariz ona zəng edərək Fuadı da götürüb Mehdiabad qəsəbəsinə idman zalının qarşısına gəlmələrini tapşırdı. O, Fuadla birlikdə özünə məxsus “BMW 316” markalı, Az **-UH-*** dövlət nömrə nişanlı avtomobillə idman zalının qarşısına gəlmiş, dayısının da zalın qarşısında taksidən düşdüyünü görmüşdür. O, Fuadla birlikdə dayısının aldığı müxtəlif adda meyvə və ərzaq məhsullarını öz maşınına qoyduqdan sonra dayısı ilə birlikdə idmanla məşğul olmaq üçün zala daxil olmuşlar. Həmin vaxt Fuad da oturub onların məşqinə baxmışdır. Təxminən bir saat məşq etdikdən sonra o, dayısı və Fuadla birlikdə yenidən onun maşını ilə Dilarə xalasıgilin evinə qayıtmışdır. Yolda olarkən Mübariz ona saat 17:00 radələrində qızını bağçadan götürüb evə gətirməsini tapşırdı. Evdə olarkən onlar birlikdə ümumi söhbətlər etmişlər. Saat təxminən 17:00 radələrində o, dayısının qızını bağçadan götürmək məqsədilə evdən çıxmışdır. Onun arxası ilə Fuad, sonra isə dayısı Mübariz də bayıra çıxmışlar. O, bayıra çıxanda dayısının dostu Nazimin də özünə məxsus “Mercedes” markalı avtomobillə gəlib orada olduğunu görmüşdür. Bu zaman Fuad Nazimin maşınına oturmaq istədikdə dayısı Fuada onun maşınına oturmasını bildirib ona da Nazimin arxası ilə idman zalının qarşısınadək gəlmələrini, maşınını orada saxlayıb Nazimin maşınına oturmalarını, bağçanın qarşısında düşüb qızını götürüb avtobusla geri qayıtmağı tapşırdı. Onun maşınının cərimələri olduğundan o, maşını çox yerə sürə bilməmişdir. Dayısı Nazimin maşınında Fuad isə onun maşınında olmaqla idman zalının qarşısına gəlmişlər, o, maşınını kənarda saxlayıb, Fuadla birlikdə Nazimin maşınına arxa oturacağa oturmuşdur. Həmin vaxt dayısı Mübariz qabaq sərnişin oturacağında oturmuş, Nazim isə maşını idarə etmişdir. Yolda olarkən dayısı qızı Həbibənin gələcək təhsil məsələlərindən, eləcə də ürəyinin zəif olmasından söhbət etmişdir. Eləcə də dayısı ilə Nazimin yolda olarkən söhbətlərindən başa düşmüşdür ki, dayısıgil Nərimanov metrostansiyasının yaxınlığındakı parkda çay içməyə gedirlər. O, Binəqədi kəndinə çatdıqda dayısının qızını götürüb geri qayıtmaq üçün bağçanın qarşısında maşından düşmüşdür. Dayısı Mübariz avtobusla qayıtması üçün ona yol pulu da verdi. O, maşından düşmüş, dayısı isə Nazim və Fuadla birlikdə yollarına davam etmişlər. O, bağçadan Həbibəni götürmüş və xalasıgilə gətirmək üçün avtobusa minmişdir. Təxminən 30-40 dəqiqə sonra o, avtobusda olarkən Fuad onun mobil telefonuna zəng edərək dayısının vurulduğunu dedi. O, ilk öncə yolda nə isə mübahisə yarandığını, mübahisə zamanı kiminsə Mübarizi əllə vurduğunu başa düşmüşdür. O, Fuaddan Mübarizin necə vurulmasını soruşduqda Fuad ona “atdılar! atdılar! dayı can verir, deyəsən keçindi!” dedi. Fuadın “atdılar” sözündən o, başa düşmüşdür ki, dayısına atəş açmışlar. O, Fuaddan hadisənin harada baş verdiyini soruşduqda Fuad ona “Röyal” şadlıq sarayının qarşısında olduğunu, hadisənin də orada baş verdiyini bildirdi. O, məcbur qalıb Həbibəni Mehdiabad qəsəbəsində anası Kəmalənin işlədiyi mağazaya gətirib anasına təhvil verib tez maşınına minib Fuadın yanına yola düşmüşdür. Anası həyəcanlanmasın deyə hadisə barədə anasına heç nə deməmişdir. O, hadisə yerinə çatdıqda artıq dayısının meyitinin morqa aparıldığını eşitmişdir. O, ətrafda olan insanların deməsindən bilmişdir ki, dayısı maşında güllələnmişdir. O, dayısı Zərərçəkmiş şəxs1 Vüsal və Təqsirləndirilən şəxs3 qardaşları, eləcə də Təqsirləndirilən şəxs1 ilə aralarında olan münasibətləri barədə heç nə bilmir. Həmin şəxslərlə bağlı dayısı ona heç nə deməyib, onların adlarını belə çəkməyib, yalnız dayısının Nazimlə olan söhbətlərindən əslən Tərtər rayonundan olan kiminsə hadisədən 3-4 gün öncə dayısının ünvanına nə isə söyüş söyməsini başa düşmüşdür, lakin dayısının söyüş söyənin adını çəkmədiyindən həmin şəxsin kim olduğunu bilməmişdir. O, dayısının ölümündən sonra qohumların deməsindən əslən Tərtər rayonundan olan və dayısının arxası ilə danışan şəxsin Vüsal, dayısını güllə ilə vuran şəxsin isə Taleh olduğunu, dayısı Mübarizlə Vüsalın arasında bir neçə il bundan öncə nə isə söhbət olduğunu, Mübarizin Vüsalı sillə ilə vurduğunu eşitmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid10 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Mübariz ikinci dəfə həbs olunduqdan sonra 25 aprel 2019-cu il tarixdə həbsdən azad olundu. Bu xəbəri ona dayısı nəvəsi Ariz bildirdi. Ariz bildirdi ki, Mübariz həbsdən azad olunub və onlar bir yerdə anamın qəbrini ziyarətə gedirlər. O, Arizə bildirmişdir ki, Mübarizi yaşaması üçün onun Pirşağa qəsəbəsində olan evinə gətirsin. Mübariz həbsdən azad olunandan sonra demək olar ki, əksər vaxtlarda evdə olurdu, bir də Mehdiabad qəsəbəsində olan idman zalına gedib idmanla məşğul olurdu. Ara-sıra dostları ilə çay içməyə də gedirdi. Mübariz telefonu yalnız “Whats App” vasitəsilə işlədirdi. 07 iyun 2019-cu il tarixdə səhər saat 07:00 radələrində o, işə getmək üçün evdən çıxdmışdır., Xalidə də işə getmək üçün evdən çıxdı, lakin ondan tez və ya gec çıxmasını xatırlamır. Həmin gün axşam saat 18:00 radələrində mən 88 saylı marşrut avtobusunda evə gedirmiş. Bu zaman bacısı Xalidə ağlayaağlaya mənə zəng edərək “Mübarizi Binəqədidə güllələyiblər” sözlərini dedi. Bundan sonra o, yalnız qışqırmağını və bacısı Sevdaya zəng edib hadisə barədə məlumat verməyini xatırlayır. Bir müddət sonra özünə gəldikdən sonra qohumlarla əlaqə saxlamış və bilmişdir ki, Mübarizin meyitini artıq morqa aparıblar. O, dərhal morqa getmişdir. Hadisədən bir gün sonra bacısı Sevda dəfn mərasimi ilə bağlı Bakı şəhərinə gəldi və Sevdanın deməsindən bilmişlər ki, Mübariz hadisədən öncə Rusiya Federasiyasında yaşayan dayısı nəvəsi Arizlə telefonla danışmış, bundan sonra bu hadisə baş vermiş və qardaş Mübarizi Vüsal və Taleh adlı şəxslər güllələyərək öldürmüşlər. Bütün bu məlumatı Sevda bildirdi. Sevda özü Arizlə telefonla danışdığını dedi. Bundan başqa bacısı Xalidənin də deməsindən bilmişlər ki, oğlu Fuad da Mübarizin yanında olmuşdur. Fuad da onlara hadisənin qəfildən baş verdiyini maşınların onların oturduğu maşını təqib etdiyini, tıxaca düşmələri səbəbindən dayandıqlarını, bir nəfər şəxsin atəş açaraq Mübarizi vurduğunu, bu səhnəni görən kimi özünü itirdiyini bildirdi. Fuadın deməsindən bilmişlər ki, əslində Mübariz dostu Nazimlə çay içməyə gedirmiş, Mübarizə zəng gəlmiş və bundan sonra o, istiqamətini dəyişərək başqa yerə dönməsini Nazimə bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid11 ifadələrində göstərmişdir ki, 07 iyun 2019-cu il tarixdə axşam saat təxminən 18:00 radələrində bacısı Xalidə ona zəng edərək həyəcanlı şəkildə qardaşı Mübarizin güllə ilə vurulub öldürüldüyünü və morqa getdiyini bildirdi. O, xəbəri eşidən kimi çox pis olmuş və tez morqa getmişdir. Onların başı Mübarizin cənazə işlərinə qarışmışdır. Yalnız Mübarizin 3 mərasimində məlum oldu ki, Mübarizi əslən Tərtərin Seydimli kəndindən olan Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 güllələyərək öldürmüşlər. Həmçinin sonradan məlum oldu ki, Mübarizin oturduğu maşını təqib edən zaman Vüsalın qardaşı Səxavət də orada olmuşdur, bundan başqa İmran adlı şəxs də Vüsalın yanında olub. Vüsalın qardaşının əlində də silah olmuşdur. Bundan başqa İmranın şalvarının belində də arxa tərəfdən silah olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid12 ifadələrində göstərmişdir ki, o, 2016-cı ildə Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyündə polis nəfəri vəzifəsinə təyin olunmuş və hazırki vaxtadək həmin vəzifədə işləyir. O, Təqsirləndirilən şəxs3 hadisədən təxminən 5-6 ay öncə xidmət apardığı patrul avtomobilini DSK yolundakı avtoservisə aparan zaman orada tanımış və bununla da Səxavətlə münasibətləri yaranmışdır. Bundan sonra o, bir neçə dəfə Səxavəti özünə məxsus “BMW X5” markalı, Az **-GD-*** dövlət nömrə nişanlı avtomobili ilə ərazidə görmüşdür. 07 iyun 2019-cu il tarixdə axşam saat 18;00 radələrində Səxavət onun ********** nömrəsinə zəng edib salamlaşıb hal əhval tutduqdan sonra ona “qardaş bir maşın var onu saxlaya bilərsənmi?” deyə sual verdi. O, həmin vaxt Səxavətə xidməti otağında olduğunu, bunun üçün texniki imkanının olmadığını bildirmiş və Səxavət onunla sağollaşmışdır. Bundan təxminən iki saat sonra o, sosial şəbəkədə Binəqədi rayonu ərazisində atışma baş verməsi ilə bağlı məlumat oxumuşdur. Ertəsi gün səhər saatlarında Binəqədi Rayon Polis İdarəsinin inzibati binasının həyətində sıra baxışında olarkən o, həyətdə Səxavətə məxsus avtomobilin dayandığını, yanında isə “BMW 745” markalı, Az **-VT-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. O, idarənin həyətində olarkən iş yoldaşlarının deməsindən bilmişdir ki, bir gün öncə, yəni 07 iyun 2019-cu il tarixdə baş vermiş atışma ilə əlaqədar həmin avtomobillərin hər ikisi idarənin həyətinə gətirilmiş və digər maşın Səxavətin qardaşı Vüsala məxsusdur. 07 iyun 2019-cu il tarixdə Səxavətlə telefonda danışan zaman sonuncunun ona konkret olaraq saxlanılmalı olan avtomobilin markası və ya dövlət nömrə nişanı ilə bağlı heç bir söz demədi, yalnız “qardaş bir maşın var onu saxlaya bilərsənmi?” dedi. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid15 ifadələrində göstərmişdir ki, o, Tərtər rayonunun Seydimli kəndində təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanıyır. Vüsalla və Səxavətlə bir məktəbdə oxumuşdur. Adı çəkilən şəxslərin hamısı ilə münasibəti normal olub ədavətləri olmamışdır. 2011-ci ilin əvvəllərində Taleh onu rayonda olan yeməkxanaların birinə görüşə dəvət etmişdir. O, Talehin hansı səbəblərə görə onu görüşə dəvət etməsini bilmədən Talehlə görüşmüş, Taleh ona “sən kənddə mənim arvadım Şərafətin ünvanına söz-zöhbət yaymısan və demisən ki, Şərafət əxlaqsızlıqla məşğul olur”. Daha sonra Taleh söyüş qoyaraq əgər arvadı ilə bağlı nə isə bilirsə deməsini ona bildirdi. Həmin vaxt Ariz də orada idi. Taleh bilib düzünü deməməklə bağlı pis söyüş söydüyündən o, elə orada Arizin yanında Talehə arvadı Şərafətin rayon ərazisində əxlaqsızlıqla məşğul olduğunu bildirmişdir. Taleh onun bu sözlərini eşidib ona heç nə deməmişdir. Daha sonra Taleh Arizlə birlikdə sonuncunun maşını ilə Bakı şəhərinə yola düşmüşlər. Bu söhbətdən təxminən üç ay sonra, yəni 2011-ci ilin sentyabr ayında o, rayonda olarkən təsadüfən Talehlə küçədə məişət evinin qarşısında görüşmüş, Taleh onu musiqi məktəbinin qabağına çağırıb söhbətinin olduğunu demişdir. Taleh ona arvadının əxlaqsız olmasını sübut etməsini bildirmiş, elə bu zəmində aralarında mübahisə yaranmış və Taleh qəfildən üzərində olan bıçaqla ilk öncə onun sol tərəfdən sinə nahiyəsinə bir zərbə vurdu, bıçağın tiyəsi qırılaraq onun sinəsində qaldı. Bu zaman Taleh bıçağın dəstəyi ilə başından da bir zərbə vurub hadisə yerindən qaçdı. Faktla bağlı istintaq aparıldı onu və Talehi məhkəməyə vermişlər. Bundan sonra onun Talehlə heç bir münasibəti olmamışdır. 2013-cü ildə o, Bərdə şəhərində olarkən Talehin arvadına görə Arizi də kəndin mərkəzində başından vurduğunu eşitmişdir. Bundan sonra Taleh yenə də həbs olunmuş və bir neçə il cəza çəkmişdir. 2019-cu ilin 07 iyun tarixində o, Mübarizin Bakı şəhərində güllələndiyini və öldüyünü eşitmiş və Mübarizlə dost olduğundan sonuncunun yas mərasimində iştirak etmişdir. Hadisədən bir neçə gün sonra Mübarizi Vüsalın yox, Talehin öldürdüyünü, Vüsalın da qardaşı Səxavətlə hadisə baş verən zaman bir yerdə olduqlarını eşitmişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında hər hansı bir problem, düşmənçilik, ədavət olmamışdır. Mübarizin Təqsirləndirilən şəxs2la münasibətələri yaxşı deyildi. X11 münasibətləri yaxşı idi. Mübariz bir neçə il bundan öncə Vüsala Bakı şəhərində sillə ilə vurmuşdu. Vüsalın da məhz bundan sonra Mübarizə qarşı aqressiyası yaranmışdı. Mübarizin Vüsalı hansı səbəbə görə vurmasını bilmir, kənddə olarkən Vüsalın ona Mübarizi axtardığını, tapacağı təqdirdə Mübarizi vuracağını demişdi. Talehlə Mübariz əvvəllər ümumiyyətlə görüşməmişlər. Mübarizə Talehin əlini uzatması, Mübarizin onunla görüuşməməsi barsindəki söhbət yalandır. Zərərçəkmiş şəxs1 nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 barəsində heç nə deməyib. Mübarizin hansı səbəblərə görə öldürülməsi barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 arvadı Şahid14 ilə hər hansı bir formada əlaqəsi olmamış, Şahid14 əxlaqsız olması ilə bağlı hər hansı bir formada hər hansı bir şəxsə söz deməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid17 ifadələrində göstərmişdir ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı 15 may 2012-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. 27 iyun 2018-ci ildən başlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən 84, korpus 43 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri emalatxanasını X9 10 il müddətinə icarəyə götürmüş, icarə müqaviləsinin şərtlərinə əsasən hər ay 600 manat icarə haqqı ödəmişdir. İcarədarı olduğu avtoservisin daxilində 16 ədəd boks, 1 ədəd kafe və avtoservisin bayır tərəfində 1 avtoyuma məntəqəsi var. Avtoservisin daxilində olan 16 ədəd boksdan 2 ədədini və 1 ədəd kafeni icarəyə vermiş, qalan bokslar boşdur və həmin bokslarda hər hansı bir iş görülmür. Həmin boksları və kafeni 2019-cu ilin mart, aprel və may aylarında icarəyə vermiş və hər boksun, eləcə də kafenin sahibi ilə ayı 100 manat olmaqla icarə müqaviləsi bağlamışdır. O, Səxavət və Təqsirləndirilən şəxs2 qardaşlarını təxminən bir il bundan öncə tanımış və münasibətləri yaranmışdır. Onun da avtomobilinin markası “BMW” olduğundan Səxavət və Vüsalla tez-tez ustaların yanında görüşmüşlər. Tədricən Səxavət onun icarəyə avtoservis götürdüyünü bilmiş və onun yanına gəlibgetməyə başlamışdır. Ara-sıra Vüsal da həmin avtoservisə gəlib-getmişdir. 2019-cu ilin may ayının ortalarında o, Səxavətin qardaşı Vüsala icarədarı olduğu avtoservisin bayır tərəfindəki avtoyuma məntəqəsinin boş olduğunu, həmin yeri icarəyə verə biləcəyini demişdir. Vüsal onunla razılaşmış, moykaya xırda təmir işləri ilə bağlı xərc çəkib həmin yeri işlətməyə başlamışdır. Vüsalla belə razılığa gəlmişdir ki, sonuncu qoyduğu xərci götürsün və bundan sonra aralarında icarə müqaviləsi bağlansın. O da razılaşmışdır. 07 iyun 2019-cu il tarixdə günorta saat təxminən 13:00 radələrində o, avtoservisin yaxınlığında Səxavətlə oturub nərd oynayan zaman qəfildən özünü pis hiss etmiş və Səxavətdən onu evə aparmasını xahiş etmişdir. Səxavət onu öz maşını ilə Digah qəsəbəsinə evinə gətirmiş, həmin gün o, evdən bayıra çıxmamış və Səxavətgillə heç bir əlaqə saxlamamışdır. 08 iyun 2019-cu il tarixdə səhər saatlarında o, avtoservisə işə gələndən sonra avtoservisdə olan işçilərdən 07 iyun 2019-cu il tarixdə Azadlıq prospektində atışma olduğunu, Səxavətlə Vüsalın tutulduğunu, Vüsalın Taleh adlı tanışının da hadisə vaxtı orada olduğunu, Vüsalın polislərlə avtoservisə gəlib ustaların soyunub-geyinmə otağında gizlətdiyi adam öldürdükləri silahı təqdim etdiyini eşitmişdir. O, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 tanımamış, Mübarizin Səxavət və Təqsirləndirilən şəxs2 qardaşları, eləcə də Taleh adlı şəxslə aralarında olan münasibətləri barədə heç nə bilməmişdir. Hadisəni görməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid18 ifadələrində göstərmişdir ki, “Şimşək” avtoservisinin yaxınlığında yaşayır. Son bir ildə həmin avtoservisdə ustaların yanında dayanır, avtoservisin həyətində olan kafedə vaxtını keçirdir. 07 iyun 2019-cu il tarixində axşam təxminən saat 18:00 radələrində o, avtoservisdə olarkən əvvəllər görmədiyi və tanımadığı şəxs avtoservisin həyətindəki kafeyə daxil olub çıxdı. Onun da ardınca Vüsal kafedən çıxıb avtoservisin çıxışına doğru getdi. O, həmin vaxt avtoservisin həyətində olan boksun yan tərəfində dayandığından avtoservisin çıxışını görməmişdir. Vüsalın çıxmasından 10 saniyə keçməmiş sonuncu həyəcanlı şəkildə qaçaraq avtoservisə daxil oldu və kafenin yanında dayanmış maşınına doğru qaçdı. O, Vüsalın həyəcanlı şəkildə qaçmasından nə isə olduğunu başa düşüb avtoservisdən bayıra çıxmışdır. Bu zaman yolun əks tərəfində qara rəngli “Mercedes” markalı, 085 dövlət nömrə nişanlı maşının dayandığını və maşının salonunda iki nəfər şəxsin oturduğunu görmüşdür. Vüsalın qaçaraq içəri daxil olmasından təxminən 5-6 saniyə sonra “Mercedes” markalı avtomobil DSK yolu ilə şəhər istiqamətində getdi. Elə bu zaman Vüsal da iti sürətlə öz maşını ilə avtoservisdən çıxdı, Vüsaldan da sonra qardaşı Səxavət öz maşını ilə onun dalınca getdi. O, Vüsal və Səxavətin həmin avtomobilin arxası ilə hərəkət edib getmələrindən başa düşmüşdür ki, bir-birləri ilə nə isə problemləri var. Həmin gün axşam saatlarında Vüsal polislərin müşayiəti ilə avtoservisə gətirilmişdi. O, avtoservisin həyətində olan ustaların soyunub-geyinmə otağında çarpayının üzərindəki döşəyin altından bir ədəd silahı götürüb polislərə təqdim etdi. O, polislərin söhbətindən başa düşmüşdür ki, Vüsalgil avtoservisdən çıxdıqdan sonra dostu Talehlə birlikdə “Röyal” şadlıq sarayının qarşısında həmin “Mercedes” markalı avtomobildə oturan şəxsi güllələyib öldürmüşlər. O, Vüsalı bayıra çağıran şəxsin əlində silah və ya əşya olmasını görməmişdir. Vüsalı çağırtdıran şəxsin kim olmasını bilmir və həmin vaxt avtoservisin həyətində olan boksun yan tərəfində dayandığından avtoservisin çıxışında kimin olmasını görməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş Şahid19 ifadələrində göstərmişdir ki, MTE və PAETT” Birliyinin Binəqədi rayon şöbəsinin məhkəmə-tibb eksperti qismində işləyir. 07 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 meyitinin xarici və daxili müayinəsi onun tərəfindən aparılmışdır. Müayinə zamanı Zərərçəkmiş şəxs1 bədən səthinin döş qəfəsinin sağ yarısının ön səthində olan sıyrıq odlu silahdan açılmış birinci atəş nəticəsində yaranmışdı. Patronun daxilindəki pıjı də sürtünüb keçmişdi. Onun bədəinin sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin nisbətən iri ölçülü sıyrıqları, sol bazunun aşağı 1/3-nin ön və bayır səthlərinin, eləcə də sol saidin arxa və bayır səthlərinin çoxsaylı kiçik ölçülü sıyrıqları və sağ bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırla əhatə olunmuş kiçik ölçülü səthi əzilmiş yaraları var idi. Atəş nəticəsində sınmış xırda ölçülü şüşə qırıntılarının dəyməsi səbəbindən belə xəsarətlər yaramışdı. O, hadisəni görməyib. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış salonunda hadisə baş vermiş “Mercedes” markalı, Az**-LG-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi protokolundan görünür ki, baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 həmin maşının oturmuş olduğu oturacağın, eləcə də həmin oturacağın arxa tərəfində döşəmənin üzərindən qana bənzər ləkələr aşkar edilib götürülərək qablaşdırılmış, avtomobilin arxa bamperi, sol qabaq qanadı, sol yan güzgüsü zədələnmiş, qabaq şüşəsində sol tərəfdən bir ədəd dəlikdən daxil olub sağ qabaq qapının şüşəsini sındırıb çıxmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində qara rəngli qısaqol mayka, ağ rəngli qolsuz mayka, belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar, ağ rəngli qısa alt tumanı, bir cüt ağ-göy rəngli idman ayaqqabısı, mərhumun şalvarının sağ qabaq cibində olan bir ədəd gümüşü rəngli qatlanan bıçaq olmuş və baxış zamanı müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Həmin baxış zamanı Zərərçəkmiş şəxs1 meyitinin xarici müayinəsi zamanı bədən səthində burunun sol qanadının qismən sol-yan səthini əhatə edən 2,5x2 sm ölçülü kənarları girintili-çıxıntılı toxuma deffektli yaranın və müxtəlif ölçülü sıyrıqların olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12 iyun 2019-cu il tarixli, MTEPA X26 Birliyindən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin daxili müayinəsi zamanı meyitin boynunun arxa səthinin yumşaq toxumalarından bir ədəd güllə və göy rəngli plastmas materialdan olan pıj aşkar edilərək götürülmüş və cinayət işi materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış cinayət işinin istintaqı zamanı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 1-ci Mədən, 43-cü korpusda yerləşən “Şimşək” avtomobil təmiri sexinə baxış keçirilməsi protouolundan görünür ki, orada olan ustaların soyunub-geyinmə otağındakı çarpayının üzərindəki döşəyin altından cinayətin aləti olan bir ədəd “İJ-K” modelli, “A3356 O” №-li ov silahı müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış istintaq zamanı Təqsirləndirilən şəxs3 məxsus “BMW X5” markalı, Az**-GD-*** dövlət nömrə nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zaman həmin avtomobilin şitinin sağ tərəfindəki saxlanc yerindən bir ədəd qara rəngli parça materialdan çexolun içərisində olan qara rəngli bir-birinin içərisinə keçən dəmir materialdan dəyənək aşkar edilərək götürülərək qablaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış 08 iyun 2019- cu il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd üzərində ağ xətləri olan qısaqol köynək və bir ədəd göy rəngli cins materialdan olan şalvar müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış 08 iyun 2019- cu il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd 3 düyməli ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli qolsuz mayka və bir ədəd göy rəngli cins materialdan olan şalvar müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış 09 iyun 2019- cu il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd üzərində ağ, boz, bənövşəyi rəngli damaları olan qısaqol köynək və bir ədəd göy rəngli cins materialdan olan şalvar müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 təqdim etdiyi üzərində “Apacer” sözləri yazılmış elektron məlumat daşıyıcısı götürülərək baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Mercedes” markalı Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Şimşək” avtomobil təmiri sexinin qarşısında, yolun əks tərəfində dayanmış, Zərərçəkmiş şəxs1 bacısı oğlu ilə birlikdə həmin maşına doğru qaçmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının açıq vəziyyətdə olmaqla dayanmış, həmin avtomobilin arxasında isə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış, Təqsirləndirilən şəxs1 sonuncu avtomobilin sağ qabaq qapısını açaraq sərnişin oturacağına oturmuş, Təqsirləndirilən şəxs4 isə həmin avtomobilin arxa sağ qapısını açaraq sərnişin oturacağına oturmuş, Təqsirləndirilən şəxs4 şalvarının arxa hissəsindən belinə taxılmış vəziyyətdə dəstəyi qara rəngli bıçağın olmuş, əlini belinə aparması, eyni zamanda “Mercedes” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açılaraq Şahid1n düşmüş,, daha sonra “BMW 745” markalı **-VT-*** və “BMW X5” markalı Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət edib getmələri, eyni zamanda çəkilişi aparan Şahid2 də avtomobilini idarə edərək irəliyə doğru hərəkət etmiş, hərəkət edən zaman “Mercedes” markalı 90- LG-085 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs1 sifəti, eləcə də paltarları qana batmış vəziyyətdə hərəkətsiz qalması, həmin avtomobilin qabaq sağ qapısının şüşəsinin sınmış vəziyyətdə olması müəyyən olunub məlumat daşıyıcısında olan fotoşəkillər A4 formatlı kağıza köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək arışdırılmış iş üzrə şahid qismində dindirilmiş Şahid4 təqdim etdiyi üzərində “HP 2GB v 250 w” sözləri yazılmış elektron məlumat daşıyıcısı baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəhərin mərkəzindən Binəqədi kəndi istiqamətində avtomobillərin intensiv hərəkət etmələri, əks tərəfə isə yəni şəhərin mərkəzinə doğru hərəkət sıxlığının olması, bu zaman Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəhərin mərkəzinə doğru qarşıdan gələn nəqliyyat vasitələrinin yolunda hərəkət edərək tıxaca daxil olub dayanması, Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin avtomobilin arxasında, Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW X5” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxasında dayaması, ilk öncə “BMW 745” markalı Az 10-VT117 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq sağ oturacaqda oturmuş Təqsirləndirilən şəxs1, daha sonra sürücü Təqsirləndirilən şəxs2 və arxa sərnişin oturacağında oturmuş Təqsirləndirilən şəxs4 həmin avtomobildən düşərək Zərərçəkmiş şəxs1 sərnişin qismində oturduğu avtomobilə doğru getmələri, bu zaman “BMW X5” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 avtomobilindən düşməsi, eyni zamanda “Mercedes” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sükan arxasından düşərək qaçması, sonuncu qaçan zaman Təqsirləndirilən şəxs2 ona yumruq zərbəsi atması, Təqsirləndirilən şəxs3 əlində dəyənəklə qardaşı Təqsirləndirilən şəxs2 doğru qaçması, qardaşının onu saxlayaraq geri qaytarması, daha sonra yuxarıda adı çəkilən şəxslərin yenidən avtomobillərə minərək hərəkət edib hadisə yerindən uzaqlaşmaları görünür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş üzrə telefon danışıq məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 07 iyun 2019-cu il tarixdə saat 18:05:23-də istifadəsində olan ********** nömrəsindən polis əməkdaşı olan Şahid12 istifadəsində olan ********** nömrəsinə zəng edərək saat 18:05:46-dək olan müddətdə, yəni 18 saniyə danışıq aparmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış materiallardan görünür ki, iş materiallarında olan telefon danışıqları ilə təhlil aparılan zaman Təqsirləndirilən şəxs3 07 iyun 2019-cu il tarixdə saat 18:06:22-də istifadəsində olan ********** nömrəsindən qardaşı Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** nömrəsinə zəng edərək saat 18:06:48-dək olan müddətdə, yəni 19 saniyə, daha sonra isə saat 18:08:48-də Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 zəng edərək saat 18:12:40-dək olan müddətdə, yəni 175 saniyə danışmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış materiallardan görünür ki, istintaq zamanı DSK yolundan ünvan 7 ünvanadək olan aralıqda yol kənarında quraşdırılmış TŞ 8-001, TŞ 8-003, TŞ 8-008, TŞ 8-013, TŞ 8-035, TŞ 8-037, TŞ 8-042, TŞ 8-073 və TŞ 8-089 (ümumilikdə 9 ədəd) nömrəli kameraların 07 iyun 2019-cu il saat 17:50-dən 07 iyun 2019-cu il saat 18:15-dək olan müddəti əhatə edən görüntülərə baxış keçirilərkən DSK yolu ilə Binəqədi şossesinin kəsişməsində quraşdırılmış “TŞ 8-042” video görüntülərdə 07 iyun 2019-cu il tarixdə saat 18:05:48-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-LG-*** dövlət nömrə nişanlı avtomobillə DSK yolundan Binəqədi şossesinə çıxmaqla şəhərin mərkəzinə doğru hərəkət etməsi , bundan 10 saniyə sonra, yəni saat 18:05:58-də Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW X5” markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobillə, sonuncudan 1 dəqiqə 6 saniyə sonra isə, yəni saat 18:06:54-də Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobillə DSK yolundan çıxaraq eyni istiqamətdə “Mercedes” markalı avtomobilin arxası ilə hərəkət etmələri, “TŞ 8-013” video görüntüsünə əsasən saat 18:09:04-də qədər qeyd olunan avtomobillərin bu ardıcıllıqla hərəkətlərinə davam etmələri, Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı avtomobilin arxa tərəfinin, Təqsirləndirilən şəxs3 məxsus “BMW X5” markalı avtomobilin isə ön tərəfinin tam zədəsiz olması, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə çatması üçün qarşıdan gələn nəqliyyat vasitələrinin yolu ilə yüksək sürətlə hərəkət etməsi, “Banuçiçək” adlı restoranının qarşısında quraşdırılmış “TŞ 8-003” video görüntüsünə baxış keçirilən zaman 07 iyun 2019-cu il tarixdə saat 18:09:31-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes”, arxası ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745”, daha sonra isə Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW X5” markalı avtomobillərlə Binəqədi şossesi ilə şəhərin mərkəzinə doğru hərəkət edərək Azadlıq prospektinə daxil olmaları, Təqsirləndirilən şəxs3 avtomobilinin ön tərəfinin zədəli olması, ön tərəfdən dövlət nömrə nişanının yerində olmaması, yəni “TŞ 8-013” kamerasının quraşdırıldığı dirəkdən “TŞ 8- 003” kamerasının quraşdırıldığı dirəyədək olan ara yolda artıq Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili arxadan birinci dəfə vurmuş olması, “Mercedes” markalı avtomobilin qabaq, eləcə də sağ qabaq qapısının şüşələrində odlu silahdan açılmış atəş nəticəsində əmələ gələ bilən zədələrin olub-olmaması görünmədiyi, baxış keçirilən “Röyal” şadlıq sarayının qarşısında, yolun əks tərəfində quraşdırılmış “TŞ 8-035” video görüntüsü ilə saat 18:09:53-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes”, arxası ilə Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW X5”, sonra isə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı avtomobillərin Azadlıq prospekti ilə şəhərin mərkəzinə doğru hərəkət etmələri, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili arxadan ikinci dəfə vurması, bu zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili sağ tərəfdən ötərək Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin arxasına keçməsi, hər üç avtomobilin qarşıdan gələn nəqliyyat vasitələrinin yolu ilə şəhərin mərkəzinə doğru hərəkət etmələri, “Mercedes” markalı avtomobilin arxa buferinin qopmuş, sağ qabaq qapısının şüşəsinin sınmış, “BMW X5” markalı avtomobilin isə qabaq buferinin vurulmuş olması, dövlət nömrə nişanının yerində olmaması, saat 18:10:04-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobilin arxadan Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunan “BMW 745” markalı avtomobillə vurularaq tıxaca salınıb saxlatdırılması, saat 18:10:07-də Təqsirləndirilən şəxs2 öz maşınının sükanı arxasından, Təqsirləndirilən şəxs1 əlində odlu silahla sonuncuya məxsus avtomobilin qabaq sağ oturacağından, Təqsirləndirilən şəxs4 isə belində bıçaqla (əlini belindəki bıçağın üstündə saxlamaqla) həmin avtomobildən düşmələri, saat 18:10:08-də Təqsirləndirilən şəxs1 “Mercedes” markalı avtomobilin sağ sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncuya ikinci dəfə atəş açıb Vüsalın maşınına doğru qayıtması, “Mercedes” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 maşından düşməsi, bu zaman Təqsirləndirilən şəxs2 yumruqla sonuncunun kürək nahiyəsinə zərbə atması, Zərərçəkmiş şəxs2 əyilib qaçaraq yolu qarşı tərəfə keçməsi, saat 18:10:11-də Təqsirləndirilən şəxs3 əlində dəyənəklə “Mercedes” markalı avtomobilə doğru qaçaraq gəlməsi, bu zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 saxlayaraq geri qaytarması, saat 18:10:19-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 maşınına oturmaqla, sonuncunun qardaşı Təqsirləndirilən şəxs3la birlikdə avtomobillərlə şəhərin mərkəzi istiqamətində hərəkət etmələri görünür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış materiallardan görünür ki, TŞ kamera görüntüləri ilə telefon danışıq məlumatları arasında aparılmış təhlildən görünür ki, Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 saxlatdırmaq məqsədilə 07 iyun 2019-cu il tarixdə saat 18:05:23-də polis əməkdaşı olan Şahid12 zəng edərkən saat 18:05:46-dək olan müddətdə, yəni 18 saniyə telefon danışığı aparan zaman qardaşı Təqsirləndirilən şəxs2 irəlidə olmuşdur. Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında olmuş hər iki telefon danışığı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobil təqib olunan zaman həyata keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 arxada yox, irəlidə olmaqla şəhərin mərkəzinə doğru hərəkət etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 28 iyun 2019-cu il tarixli 78 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində üzün və boynun 1 (bir) ədəd kor odlu güllə yarası aşkar edilmişdir. Yaranın ətrafında burunun səthini, sol üst göz qapağını və alın nahiyəsini əhatə edən his çöküntüsü aşkar olunmuşdur. Yaranın giriş dəliyi burunun sol qanadında və qismən burunun sol-yan səthində yerləşmişdir. Yara kanalı boyunca sağdan İİ, İİİ, İV, V, Vİ dişlər, soldan İ, İİ, İİİ, İV, V, Vİ dişlər alveollar ilə birlikdə üst çənədən qopmuş və natamam ayrılmış, əng sümükləri sınmış, dilin mərkəzi hissəsində toxuma defektli yara əmələ gəlmiş, çənə sümüyü soldan sınmış, İV boyun fəqərəsi qəlpəli sınmış və onurğa beyni boyun səviyyəsində əzilib-dağılmış, eləcə də sağ almacıq sümüyü, sağ ön və orta kəllə çuxurları sınmış, beyinin bazal səthinin və beyin kötüyünün yumşaq qişaları altına və beyin mədəciklərinə qansızmalar baş vermiş, sağ göz qapaqları və gözaltı nahiyədə qançır əmələ gəlmiş, həmçinin güllənin aşkar olunduğu yerdə (boyunun arxa səthinin yumşaq toxumalarında) dəridə qançır yaranmışdır. Başın normal duruş vəziyyətində yara kanalının istiqaməti soldan sağa, yuxarıdan aşağıya və öndən arxaya doğrudur. Qeyd olunan odlu silah güllə yarası həyatidir, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl patronuna güllə qoyulmuş odlu silahdan açılan bir atəş nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Atəş yaxın məsafədən, yəni atəşin əlavə faktorlarının təsir edə biləcəyi məsafədən açılmışdır. Zərərçəkmiş şəxs1 meyitində başın və boyunun odlu silah-güllə yarasından başqa döş qəfəsinin sağ yarısının ön səthinin, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin nisbətən iri ölçülü sıyrıqları, sol bazunun aşağı 1/3-nin ön və bayır səthlərinin, eləcə də sol saidin arxa və bayır səthlərinin çoxsaylı kiçik ölçülü sıyrıqları və sağ bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırla əhatə olunmuş kiçik ölçülü səthi əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 atəş açılan anda odlu silahın lüləsi ona doğru öndən arxaya, soldan sağa və yuxarıdan aşağıya doğru istiqamətdə olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 atəş açan şəxs onun ön, arxa və yan tərəflərində ola bilərdi. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın və boyunun kor odlu silah-güllə yarası nəticəsində kəllə əsası sümüklərinin sınığından və İV boyun fəqərəsinin qəlpəli sınığından törəyən beyinin yumşaq qişaları altına və mədəciklərinə qansızmalar, onurğa beyninin boyun şöbəsinin tam əzilib dağılması olmuşdur.İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 14 iyun 2019-cu il tarixli 1003 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində sağ bazunun ön səthinin, sağ dirsək çuxuru nahiyəsinin, sağ saidin arxa səthinin, sağ əlin İ barmağının əsas falanqasının arxa səthinin, sağ əlin İİ daraq sümüyü proyeksiyasının arxa səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları kimi xəsarətlər aşkar olunmuş,həmin xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən 2-3 gün əvvəl əmələ gəlməsi, xəsarətlərini 07 iyun 2019-cu il tarixdə onun idarə etdiyi avtomaşının ön şüşəsinin açılan atəş təsirindən zədələnməsi və çoxsaylı, müxtəlif ölçülü şüşə parçalarının sağ yuxarı ətrafa dəyməsi nəticəsində əmələ gələ bilməsi, bu xəsaərtlərin sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmaması, ş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə tibbbioloji ekspertizasının 23 iyul 2019-cu il tarixli 468/2019 MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 AB0 sistemi üzrə qan qrupu B /İİİ/-dir. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu A /İİ/-dir. Təqsirləndirilən şəxs2 AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Təqsirləndirilən şəxs1 AB0 sistemi üzrə qan qrupu AB /İV/-dir. Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu B alfa (H) /İİİ/-dir. Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edilmiş və bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alınmış və bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə tibbbioloji ekspertizasının 25 iyul 2019-cu il tarixli 419/2019 MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 AB0 sistemi üzrə qan qrupu B /İİİ/-dir. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu A /İİ/-dir. Təqsirləndirilən şəxs2 AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Təqsirləndirilən şəxs1 AB0 sistemi üzrə qan qrupu AB /İV/-dir. Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu B alfa (H) /İİİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs1 Müpsəl oğlunun şalvarının bel hissəsindən götürülmüş, 04 ədəd çubuqlu pambıq topası,“Mercedes” markalı avtomobildən götürülmüş nümunələr, Zərərçəkmiş şəxs1 məxsus şalvar, qolsuz mayka, qısaqol mayka, tuman, bir cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus qısaqol köynək, şalvar və Təqsirləndirilən şəxs2 məxsus qısaqol köynək üzərində zəif intensivliyində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış kompleks məhkəmə-ballistik və məhkəmə-trasaloji ekspertizasının 15 avqust 2019-cu il tarixli 15590/91/92/93/94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, xarici çaxmaqlı, “İJ-K” modelli, “A3356 O” №-li təkhamarlüləli (yivsiz) odlu ov tüfəngidir. Lakin konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi sonradan kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir və odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Silahın üzərindəki zavod işarələrini dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir.Tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs3 məxsus avtomobildən götürülmüş və hadisə baş verən zaman avtomobilindən düşərkən əlində olan bir ədəd dəyənək kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.Təqdim edilmiş bir ədəd predmet yivsiz (hamarlülə) odlu ov tüfənglərdə döyüş sursatı kimi istifadə edilən zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronun daxilinə atəş komponentlərinin bir hissəsi kimi doldurulması üçün nəzərdə tutulan və atəş zamanı istifadə olunmuş tıxacdır (konteynerdir), döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet yivsiz (hamarlülə) odlu ov tüfənglərdə döyüş sursatı kimi istifadə edilən zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronun – atəş zamanı istifadə olunmuş “Brenneke” tipli gülləsidir, döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin qabaq şüşəsinin sol yan kənarından 25 mm sağda, aşağı sol kənarından 37 mm yuxarıda bir ədəd 55x22 mm ölçüdə deşib keçən zədə vardır. Zədənin formasına, morfoloji quruluşuna, zədənin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədə hamarlüləli (yivsiz) odlu silahdan bir metrdən yuxarı məsafədən, soldan-sağa doğru istiqamətdə güllənin (mərminin) təsirindən yetirilməyə xarakterikdir. Həmin zədənin təqdim edilmiş silahdan açılan atəş nəticəsində yaranması mümkündür.Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan sonuncu təmizlənmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısaqol köynəyin ön sol hissəsində boyunluq tikişindən 50 mm aşağıda 130x300 mm sahədə bir ədəd 3x2 mm, həmin zədədən 95 mm aralıda bir ədəd 3x3 mm, həmin zədədən 50 mm aşağıda bir ədəd 3x2 mm, həmin zədədən 150 mm solda bir ədəd 3x3 mm, həmin zədədən 190 mm aralıda bir ədəd 3x2 mm ölçüdə, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd ağ rəngli maykanın ön sol hissəsində sol çiyin tikişindən 45 mm aşağıda, sol qolluq dairə tikişindən 5 mm sağda bir ədəd 3x1 mm ölçüdə deşib-keçən zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterikdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları üzərində, Zərərçəkmiş şəxs1 məxsus zədə olmayan bir cüt üzərində ağ-göy rəngləri olan ayaqqabı, bir ədəd ağ rəngli tuman, bir ədəd belində kəməri olan göy rəngli cins şalvar, bir cüt qara rəngli corab üzərindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmişdir. “BMW 745” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilin üzərində (qabaq sağ qapıda, arxa sağ qapıda), “BMW X5” markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobilin qabaq bamperində, “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, sol yan güzgüdə, arxa bamperdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı sərtliyi bərk olan predmetlə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin bir birləri ilə toqquşması nəticəsində yaranması mümkün olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış məhkəməəmtəəşünaslıq ekspertizasının 24 iyul 2019-cu il tarixli 16925 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Urud” firması tərəfindən tərtib edilmiş 01 iyul 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “BMW 750” markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1000,00 manat, 2000-ci il buraxılışlı “BMW X5” markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,00 manat , 2004-cü il buraxılışlı “Mercedes” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2140,00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə fiziki kimyəvi ekspertizasının 01 avqust 2019-cu il tarixli 16853 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BMW 745 minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ və arxa sağ qapıları üzərində aşkar edilmiş qara rəngli bir qatlı sürtünmə şəklində izlər müqayisəli olaraq təqdim edilmiş “Mercedes Benz 320D minik” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş nümunələrlə rənginə, təbiətinə və tərkibinə görə (cinsi əlamətlərinə görə) uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. “Mercedes Benz 320D minik” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanad və ön sol yan güzgüsünün üzərində aşkar edilmiş tünd yaşıl rəngli bir qatlı sürtünmə izlər müqayisəli olaraq təqdim edilmiş “BMW 745 minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş nümunələrlə rənginə, təbiətinə və tərkibinə görə (cinsi əlamətlərinə görə) uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. “BMW X-5 minik” markalı **-GD- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön bufer, bamperin sağ tərəfində olan qara rəngli lak-boyaya aid olmayan sürtünmə izləri formasına, quruluşuna və tərkibinə görə kənar nəqliyyat vasitələrinin xarici detallarının və onların hissələrinin rezin əsaslı polimer materiallarına məxsus sürtünmə izinin mikrohissəcikləri olduğunu göstərir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış 14 noyabr 2019- cu il tarixli maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı mərhum Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısaqol mayka, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli qısa alt paltarı, 1 cüt ağ-göy rəngli idman ayaqqabısı, sonuncunun şalvarının sağ qabaq cibində olan 1 ədəd gümüşü rəngli qatlanan bıçaq, meyitin daxili müayinəsi zamanı aşkar edilərək götürülmüş bir ədəd güllə, bir ədəd göy rəngli plastmas materialdan olan tıxac, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd üzərində ağ, boz, bənövşəyi rəngli damaları olan qısaqol köynək, bir ədəd göy rəngli cins materialdan olan şalvar, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd üzərində ağ xətləri olan qısaqol köynək, bir ədəd göy rəngli cins materialdan şalvar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd üç düyməli ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd göy rəngli cins materialdan şalvar, “Mercedes” markalı avtomobildən götürülmüş dörd ədəd çubuqlu pambıq topasındakı qanabənzər nümunələr, bir ədəd “İJ-K” modelli, “A3356 O” №-li tək-hamarlüləli odlu silah və Təqsirləndirilən şəxs3 məxsus soyuq silah hesab edilən 1 ədəd dəyənək maddi sübut kimi tanınmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DVD diskdən görünür ki, ibtidai istintaqın ilkin mərhələsində,yəni hadisə baş verən 07 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilməmişdən öncə ona, eləcə də onun müdafiəçisinə məlumat verilməklə sonuncunun ifadəsi video çəkilişlə alınmışdır. Təqsirləndirilən şəxs1 qeyd edilən ifadəsində cinayətin aləti olan odlu silahın Təqsirləndirilən şəxs2 məxsus olduğunu, təqib zamanı həmin silahın Vüsal tərəfindən ona verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DVD diskdən görünür ki, 07 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilməmişdən öncə ona, eləcə də müdafiəçisinə məlumat verilməklə sonuncunun ifadəsi video çəkilişlə alınmışdır. Təqsirləndirilən şəxs2 həmin ifadəsində cinayətin aləti olan odlu silahın özünə məxsus olduğunu, həmin silahın ona babasından qaldığını, məhz Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə silahın lüləsini və qundağını kəsib maşınında gəzdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olmuş Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 07 iyun 2019-cu il tarixdə baş verən təqib zamanı Zərərçəkmiş şəxs1 olduğu avtomobilə doğru birinci atəşin də Təqsirləndirilən şəxs1 tərəfindən açıldığını təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olmuş Təqsirləndirilən şəxs4 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə protokollarından görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs4 07 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs3 avtoservisdən qardaşı Vüsaldan öncə çıxdığını, daha sonra Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 zəng edərək 085 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin hansı istiqamətdə getməsi barədə maraqlandığını, Binəqədi DYPŞ-nin qarşısından keçdikdən sonra Səxavətin öz maşını ilə “Mercedes” markalı avtomobili arxadan bir dəfə vurduğunu, bu zaman Təqsirləndirilən şəxs2 həmin maşının sol tərəfinə keçərək, Talehə nə isə verdiyini, Talehin “Mercedes” markalı avtomobilə doğru bir dəfə atəş açdığını, bir qədər irəlidə Səxavətin öz maşını ilə təkrarən həmin maşını arxadan vurduğunu, daha sonra Vüsalın idarə etdiyi avtomobillə “Mercedes” markalı avtomobilin arxasına keçdiyini, tıxac olduğundan maşınların dayandığını, Təqsirləndirilən şəxs1 əlində odlu silahla maşından düşdüyünü, Təqsirləndirilən şəxs2 da “Mercedes” markalı avtomobilin sürücüsünü vurmaq məqsədilə maşından bıçaq götürüb düşmək istədiyini, lakin həmin bıçağı Təqsirləndirilən şəxs2 əlindən aldığını, eyni zamanda Təqsirləndirilən şəxs3 da əlində nə isə olmaqla “Mercedes” markalı avtomobilə doğru qaçdığını, lakin Təqsirləndirilən şəxs2 qardaşını saxlayaraq geriyə qaytarmasını, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 deyib təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olmuş istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə protokollarından görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 07 iyun 2019-cu il tarixdə “Şimşək” avtoservisinin qarşısından şəhərin mərkəzinə doğru hərəkətdə olarkən Binəqədi şossesində olan “Zəngəzur” restoranını keçdikdən sonra Vüsalın avtomobili ilə onun idarə etdiyi avtomobilin sol tərəfinə yaxınlaşdığını, bundan sonra Vüsalın avtomobilinin salonundan “Odur! At! At!” sözlərini eşitdiyini, bu zaman Talehin əlində olan odlu silahla onun idarə etdiyi avtomobilə doğru atəş açdığını, eyni zamanda arxadan maşınının vurulduğunu, atəş nəticəsində şüşə qırıntılarının dəyməsi səbəbindən əlinin yaralandığını, həyəcanlı şəkildə maşınını şəhərin mərkəzinə doğru hərəkət etdirdiyini, “Röyal” şadlıq sarayına çatmamış maşınının arxadan ikinci dəfə vurulduğunu, daha sonra tıxaca daxil olduqlarından dayandığını, maşından düşüb qaçmaq istəyərkən Vüsalın onu vurmaq istədiyini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı deyib təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olmuş istintaq zamanı Şahid1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 07 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobillə şəhərin mərkəzinə dorğu hərəkətdə olarkən təqib edildiklərini bilmədiklərini, “Banuçiçək” restoranına çatmamış qəfildən maşınlarının arxadan möhkəm zərbə ilə vurulduğunu, eyni zamanda olduqları maşına doğru atəş açıldığını, yalnız bundan sonra çönüb arxaya baxan zaman arxadan “BMW X5” və “BMW 745” markalı avtomobillərin onları təqib etdiklərini, birinci atəşdən sonra “BMW X5” markalı avtomobillə olduqları avtomobilin arxadan ikinci dəfə vurulduğunu, avtomobillərinin tıxaca dirənib saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 “Mercedes” markalı avtomobilə sağ tərəfdən yaxınlaşaraq dayısı Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə atəş açdığını, bundan sonra hər iki maşının hadisə yerindən uzaqlaşdığını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı deyib təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olmuş Zərərçəkmiş şəxs2 və Şahid1 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2la Şahid1 Təqsirləndirilən şəxs2 avtoservisdən bayıra bir dəfə çıxdığını, Zərərçəkmiş şəxs1 görən kimi qaçaraq yenidən avtoservisə daxil olduğunu, avtoservisin qarşısından maşınla hərəkətə başlayan zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 barmaq silkələyib “görüşərik!” sözünü demədiyini, Təqsirləndirilən şəxs1 əvvəllər görmədiyini, sonuncunu tanımadığını, Talehi ilk dəfə dayısına atəş açan zaman gördüyünü, avtoservisdən çıxan zaman dayısı Mübarizə “Taleh də oradadır, qaçaq!” sözlərini demədiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olmuş Şahid12 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid12 07 iyun 2019cu il tarixdə axşam saat 18:00 radələrində Təqsirləndirilən şəxs3 ona zəng etdiyini, ona “bizim maşını saxlaya bilərsənmi?” yox, “qardaş bir maşın var, onu saxlaya bilərsənmi?” deyə sual verdiyini, həmin telefon danışığı zamanı ona konkret olaraq hər hansı bir avtomobil markası, eləcə də dövlət nömrə nişanı ilə bağlı heç nə demədiyini Təqsirləndirilən şəxs3 qarşı deyib təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan olunub araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş kamera görüntülərinə baxış protokolundan görünür ki, 07 iyun 2019-cu il tarixdə saat 18:05:58-dən başlamaqla saat 18:09:04-dək olan müddətdə Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW X5” markalı avtomobillə qardaşı Təqsirləndirilən şəxs2 irəlidə olmaqla Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobilin arxası ilə Binəqədi şossesi ilə şəhərin mərkəzinə doğru hərəkət etmiş, Azadlıq prospektindəki 185 saylı ünvana çatanadək “Mercedes” markalı avtomobili arxadan iki dəfə vurmuşdur. TŞ kamera görüntüləri ilə telefon danışıq məlumatları arasında təhlil aparılan zaman Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 saxlatdırmaq məqsədilə 07 iyun 2019-cu il tarixdə saat 18:05:23-də polis əməkdaşı olan Şahid12 zəng edib danışan zaman qardaşı Təqsirləndirilən şəxs2 irəlidə hərəkət etmiş, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında olmuş hər iki telefon danışığı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobil təqib olunan zaman həyata keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 arxada yox, irəlidə olmaqla şəhərin mərkəzinə doğru hərəkət etmişdir. Təqsirləndirilən şəxs4 ifadələrində və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 avtoservisdən qardaşı Təqsirləndirilən şəxs2 öncə çıxdığına görə qardaşının ona zəng edərək “Mercedes” markalı avtomobilin hərəkət istiqaməti barədə məlumat aldığını təsdiqləmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 avqust 2019-cu il tarixli 16853 saylı rəyində də “BMW X5” və “BMW 745” markalı avtomobillərinin üzərində bir-birlərinə məxsus lak-boya hissəciklərinin olmaması müəyyən edilərək Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 maşınını vuraraq Zərərçəkmiş şəxs1 olduğu maşını təqib etməyin qarşısını almağa cəhd ettməsi barəsindəki ifadələrini təkzib etdi. Kompleks məhkəmə-ballistik və məhkəmə-trasaloji ekspertizasının 15 avqust 2019-cu il tarixli 15590/91/92/93/94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən və Təqsirləndirilən şəxs3 avtomobilinin salonundakı ön saxlanc yerindən götürülmüş bir ədəd dəyənəyin kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olması müəyyən olunmaqla Təqsirləndirilən şəxs3 göstərdiyi ifadələrini təkzib etdi. İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 07 iyun 2019-cu il tarixdə saat 18 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 8 ünvanındakı 43-cü korpusda yerləşən “Şimşək” avtomobil təmiri sexində olarkən, arvadı Şahid14 haqqında guya Tərtər rayonunun Seydimli kəndində əxlaqsızlıqla məşğul olması barədə 2011 -ci ildə həqiqətə uyğun olmayan şayiələr yayan həmkəndliləri Şahid15 və X12 ilə həmfikir olub həmin şəxslərə inanmış və görüşəndə ona salam verməyən, eləcə də, 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən çayxanada təşkil edilmiş görüş zamanı Təqsirləndirilən şəxs2 zərbə vurduğuna görə aralarında yaranmış narazılıqdan sonra guya sonuncunun ailə üzvləri barəsində əxlaqsız ifadələr işlətmiş Zərərçəkmiş şəxs1 qeyd olunan avtomobil təmiri sexinin qarşısına gəlib Təqsirləndirilən şəxs2 soruşmaqla görüşmək istəməsindən hiddətlənərək, tanışları arasında Zərərçəkmiş şəxs1 nüfuzlu olmasını nümayiş etdirmək kimi cüzi səbəbdən Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 xuüqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə, Təqsirləndirilən şəxs3 cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü idarə etdiyi “BMW X5” markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobillə ön sərnişin oturacağında Zərərçəkmiş şəxs1, arxa oturacaqda Şahid1 oturduğu və Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, 90-LG- 085 dövlət nömrə nişanlı avtomobili təqib etməyə başlamış, daha sonra o, ümumi niyyətlərindən məlumatı olmayan Təqsirləndirilən şəxs4la birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomaşınla Təqsirləndirilən şəxs3 arxası ilə təqibi davam etdirməklə, Təqsirləndirilən şəxs2 qardaşı ilə telefon əlaqəsi saxlayıb Zərərçəkmiş şəxs1 olduğu avtomobilin hərəkət istiqaməti barədə məlumat aldıqdan sonra həmin avtomobilə çatmaqdan ötrü öz avtomobili ilə DSK yolundan Binəqədi şossesinə çıxmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi həmin yolda avtomobilləri yüksək surətlə idarə edərək, davamlı şəkildə manevr qaydalarını pozmaqla qarşıdan gələn avtomaşınların hərəkət İstiqamətinə çıxıb, yolda hərəkət edən xüsusi və ictimai nəqliyyat vasitələrində olan sərnişinlərin, eləcə də ətrafdakı piyadaların həyat və sağlamlıqları üçün təhlükə yaratmaqla Bakı şəhərinin mərkəzi istiqamətində hərəkət edib yolun sol tərəfindəki “Banuçiçək” şadlıq sarayına çatmamış, Zərərçəkmiş şəxs1 qaçmaq və özünü müdafiə etmək imkanını məhdudlaşdırmaq məqsədilə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin ön tərəfi ilə “Mercedes” markalı avtomobili arxadan bir dəfə vurmaqla arxa buferini və kapotunu, Təqsirləndirilən şəxs2 isə öz avtomobili ilə həmin avtomobili sol tərəfdən sürtüb qabaq sol qanad və sol yan güzgüsünü zədələmiş, eyni zamanda o, cinayətkar niyyətlərini başa çatdırmaqdan ötrü olduğu avtomobilin ön sağ pəncərəsini açmaqla həmin zaman Təqsirləndirilən şəxs2 ona verdiyi və sonuncuya məxsus zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, xarici çaxmaqlı, “İJ-K” modelli, “A3356 O” №-li təkhamarlüləli, konstruktiv dəyişikliyə məruz qalmaqla lüləsi sonradan kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş qanunsuz olaraq əldə edib gəzdirdiyi odlu silahdan istifadə etməklə digər avtomobildə olan Zərərçəkmiş şəxs2 və Şahid1 də həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək qəsdən öldürmək məqsədilə qeyd edilən avtomobilin ön sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 istiqamətində bir dəfə atəş açmaqla, “Mercedes” markalı, 99-LG- 085 dövlət nömrə nişanlı avtomobilə alın şüşəsinin sol yan kənarından 25 mm sağdan, aşağı sol kənarından 37 mm yuxarıdan olmaqla bir ədəd 55x22 mm ölçüdə dəliyin açılması, sağ qapının şüşəsinin sınması ilə nəticələnən zədə yetirmiş, atəş nəticəsində müxtəlif ölçülü şüşə parçalarının dəyməsi səbəbindən avtomobili idarə edən Zərərçəkmiş şəxs2 sağ bazunun ön səthinin, sağ dirsək çuxuru nahiyəsinin, sağ saidin arxa səthinin, sağ əlin İ barmağının əsas falanqasının arxa səthinin, sağ əlin İİ daraq sümüyü proyeksiyasının arxa səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan, eləcə də həmin avtomobildə sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin nisbətən iri ölçülü sıyrıqları, sol bazunun aşağı 1/3-nin ön və bayır səthlərinin, eləcə də sol saidin arxa və bayır səthlərinin çoxsaylı kiçik ölçülü sıyrıqları və sağ bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırla əhatə olunmuş kiçik ölçülü səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə onlardan qaçmaq istədiyini görüb, qanunsuz hərəkətlərini davam etdirməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə təqibi davam etdirib Binəqədi şossesindən Azadlıq prospektinə daxil olmaqla “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobili arxadan ikinci dəfə vurub həmin avtomobilin arxa buferini və kapotunu təkrarən zədələmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin arxasına keçməklə avtomobilinin qabaq buferinin sağ tərəfi ilə təqib etdikləri avtomobilin arxa buferinin sol tərəfinə vuraraq Zərərçəkmiş şəxs1 olduğu avtomobili ünvan 3 ünvanda yerləşən “Röyal” şadlıq sarayının qarşısına çatmamış tıxaca salaraq avtomobilin həmin ərazini tərk etmək imkanını məhdudlaşdırmaqla hərəkət yolunun mərkəzində saxlatdırmış, Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək imkanını təmamilə aradan qaldırdıqdan sonra o, olduğu avtomobildən düşərək, qeyd olunan odlu silahı özü ilə götürüb Mübariz Budaqlmı xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə sonuncunun olduğu avtomobilə sağ tərəfdən yaxınlaşıb Zərərçəkmiş şəxs2, həmin avtomobildə arxa oturacaqda oturmuş Şahid1, eləcə də həmin vaxt qeyd olunan küçədən avtomobillə keçən və orada dayanmış digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək, saat 18:10-da həmin avtomobilin sağ qabaq oturacağında sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə atəş açmaqla sonuncuya yaranın giriş dəliyi burunun sol qanadında və qismən burunun sol-yan səthində yerləşən, yara kanalı boyunca sağdan İİ, İİİ, İV, V, Vİ, soldan l, İİ, İİİ, İV, V, Vİ dişlərin alveollarla birlikdə üst çənədən qopması və natamam ayrılması, əng sümüklərinin sınması, dilin mərkəzi hissəsində toxuma defektli yaranın əmələ gəlməsi, çənə sümüyünün soldan sınması, İV boyun fəqərəsinin qəlpəli sınması və onurğa beyninin boyun səviyyəsində əzilib-dağılması, eləcə də sağ almacıq sümüyünün, sağ ön və oıia kəllə çuxurlarının sınması, beyinin bazal səthinin və beyin kötüyünün yumşaq qişaları altına və beyin mədəciklərinə qansızmaların baş verməsi, sağ göz qapaqları və gözaltı nahiyədə qançırların əmələ gəlməsi, həmçinin güllənin aşkar olunduğu yerdə (boyunun arxa səthinin yumşaq toxumalarında) dəridə qançırın yaranması ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, kəllə əsası sümüklərinin sınığından və İV boyun fəqərəsinin qəlpəli sınığından törəyən beyinin yumşaq qişaları altına və mədəciklərinə qansızmalar, onurğa beyninin boyun şöbəsinin tam əzilib dağılması səbəbindən ölməsinə səbəb olan üzün və boynun 1 (bir) ədəd kor odlu güllə yarası yetirərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs1 qanunsuz olaraq əldə edib gəzdirdiyi qeyd olunan silahla bir qrup şəxs halında xuliqanlıq niyyətilə ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bununla yanaşı yuxarıda qeyd edilən toqquşmalar, eləcə də atəş nəticəsində “Mercedes” markalı, **-LG- *** dövlət nömrə nişanlı avtomobilin arxa buferini, kapotunu, qabaq sol qanadını, sol yan güzgüsünü, qabaq alın şüşəsini və sağ qabaq qapının şüşəsini zədələməklə ümumilikdə həmin avtomobilə 2140,00 (iki min yüz qırx) manat məbləğində zərər yetirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq, həmin vaxt Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən dəyənəyi götürməklə, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs2la birlikdə olduqları avtomobildən Zərərçəkmiş şəxs2 zor tətbiq etmək məqsədi ilə yerə enərək Təqsirləndirilən şəxs3 əlində olan dəyənəyi, Təqsirləndirilən şəxs4 isə əlini belinə atıb üzərində olan bıçağı nümayiş etdirməklə, Təqsirləndirilən şəxs2 ilk olaraq Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək əli ilə vurmaq istəyərkən sonuncu həmin yerdən qaçdığından avtomobillərə oturub hadisə yerindən uzaqlaşmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, nəqliyyatın hərəkətinin sıx olduğu həmin ərazidə tıxacın yaranması, çoxlu sayda insanların həmin əraziyə toplaşmaqla onların arasında vahimə yaradılmaqla ictimai qaydanın pozulması, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması və həmin zorun tətbiq olunması hədəsi, eləcə də əmlakın zədələnməsi ilə nəticələnən əməlləri ilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayəti ilə yanaşı, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti ilə bağlı ittiham verilmişdir. Lakin birinci instansiya məhkəməsi qəsdən adam öldürmə cinayəti ilə bağlı əməlin düzgün tövsif edilmədiyi qənaətinə gəlməklə hesab etmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin tövsifi zamanı səhvə yol vermiş və onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham əsassız və qanunsuz olmuşdur. Apellyasiya protestində göstərilən dəlillərə əsasən ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd edilən şəxslər arasında əvvəllər anlaşılmazlığın və münaqişənin olması təkzib edilməmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 axtarması və iş yerinə gəlməsi faktı təsdiq olunmuş, lakin məhkəmə İstintaqı zamanı təqdim və tədqiq edilmiş sübutlar arasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 iş yerinə gəlməkdə məqsədinin münaqişə yaratmaq, cinayət törətmək, üzərində gəzdirdiyi bıçaqdan onlara qarşı istifadə etmək, hər hansı bir şəxsə xəsarət yetirmək və ya ziyan vurmaq, hər hansı bir qanunu pozmaq olmasını təsdiq edəcək sübut olamış, buna baxmayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 görüb dinləmədən heç bir əsasları və əsaslı səbəbləri olmadan onu qətlə yetirmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 axtarması hələ onun sonuncuya qarşı qanunazidd hərəkət törədəcəyi, xüsusən də, onu qətlə yetirəcəyi anlamına gələ bilməz. İrəli sürülmüş ittihamın mahiyyəti elə ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 ilə keçmiş də olan münaqişələrini xatırlayaraq, ona qarşı qanunazidd hərəkət törətmək üçün cüzi səbəb axtarmış və niyyətlərini həyata keçirmək üçün məqsədə müvafiq anı gözləmişlər. Sübutların məcmusu onu deməyə əsas verir ki, hadisə günü təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 öldürməyə heç bir tutarlı səbəbləri olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, zərərçəkmişin müqavimətinin qırılması ilə qətlə yetirilməsində xüsusi rolu və əməyi olmuş Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 ilə ümumiyyətlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə olan halda təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup halında birləşməsi və bir nəticə uğrunda aktiv hərəkətlət etməsi onların məhz öz üstünlüklərini nümayiş etdirmək, qarşı tərəfə güclü olduğunu "başa salmaq" məqsədi daşımışdır. Təqsirləndirilən şəxslərin artıq avtomobil təmir sexindən uzaqlaşmış Zərərçəkmiş şəxs1 arxasınca iki fərqli avtomobildə getmələri, zərərçəkmiş şəxslərin olduğu avtomobili təqib etmələri və hərəkətdə olan zaman atəş açmaları ədavətdən doğan hərəkətlərin deyil, cəmiyyətə, qarşı tərəfə güclü olmalarını nümayiş etdirmək məqsədi daşımışdır. Birinci instansiyası məhkəməsi hökmündə təqsirləndirilən şəxslərin mövqeyindən çıxış etsə də zərərçəkmiş şəxsin mövqeyinə toxunmamış və onun həyatına xüsusi diqqət yetirməmişdir. Həmçinin, məhkəmə zərərçəkmiş şəxsin hərəkətlərini ehtimal etmiş, Zərərçəkmiş şəxs1 qanunazidd hərəkət törətməsini birbaşa sübutlarla əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlilləri ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində xuliqanlıq niyyətinin olub-olmamasına, bununla bağlı cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuş və nəticədə onların əməllərinin tövsif edilməsində səhvə yol vermiş, nəticədə məhkumlara qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini xaric etmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2012-ci il tarixli, 03 saylı qərarının 6- cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 olunun törətdikləri cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız və artıq formalaşmış məhkəmə təcrübəsinə zidd nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası belə nəticəyə Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələblərinə riayət etməklə gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilmiş ittihamdan CM-in 120.2.2-ci maddəsinin xaric edilməsi hissəsində iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olmadığından Təqsirləndirilən şəxs1 CM-nin 120.2.1, 120.2.2 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 120.2.1, 120.2.2 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib onlara bu maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kolegiyası hesab edir ki, bu barədə apellyasiya protestinin və məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 daha ağır cəzanın təyin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi X2 apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməklə həmin hissədə təmin edilməli, lakin protestin Təqsirləndirilən şəxs1 cəzasının 05 ilini və Təqsirləndirilən şəxs2 cəzasının 03 ilini həbsxanada çəkilməsi barədə dəlilləri əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Ciayət qanununun normasından göründüyü kimi həbsxana rejiminin təyin edilməsi imperativ norma kimi nəzərdə tutulmamışdır. Qeyd olunan məsələ ilə bağlı protestdə göstərilən əsas həbsxana rejiminin təyin edilməsi üçün yetərli olmadığından habelə cinayətin törədilməsi şəraiti və işin halları bunu istisna edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması, məhkum olunmuş Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 228.1-ci maddələrindən həmin Məcəllənin 120.1, 221.3 və 228.1-ci maddələrinə tövsif edilməsi barədə müdafiəçilri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri cinayət işi materialları ilə təkzib edildiyindən təmin edilməməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyəsində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 2-ci madəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd ilə tətbiqi düzgün müəyyən edilməlidir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunun mənasına görə, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi məqsəd müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro-Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi7 və Müdafiəçi8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar Müdafiəçi7 və Müdafiəçi8 hər birinə ayrı-ayrılıqda 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Pro-Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353, 397.1, 397.2, 398.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Apellyasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum olunmuş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2022-ci il tarixli, 1(101)-88/2021 saylı hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.2.1, 120.2.2 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) iİ müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2019-cu il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan ehrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 229.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən tolamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2019-cu il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 20.2.2 və 120.2.4-cü maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi iə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 24 iyun 2019-cu il tarixdən hesablansın. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm Təqsirləndirilən şəxs4 aid və qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərdiyinə görə vəkillər Müdafiəçi7 və Müdafiəçi8 dövlət büdcəsinin vəsaiti hesabına hər birinə ayrı-ayrılıqda 90 (doxsan) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədikləri “Pro-Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-38/2023
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-38/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver