Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-387/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X4 ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Müdafiəçi Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(005)- 288/2023 nömrəli hökmü ilə (hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə) xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 02 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Agır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-773/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Agır Cinayətlər Məhkəməsində baxılmış iş üzrə Təqsirləndirilən şəxs 03 gün həbsdə saxlanıldığı müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 09 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 42000,0 manat dəyərində bir ədəd «X7» markalı lazer aparatını Zərərçəkmiş şəxs1, guya özünə məxsus, heç bir problemi olmayan və istismara yararlı əmlakı kimi təqdim edib, ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə satmasını bildirib onu özünə inandıraraq 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:45 radələrində ünvan 2 ünvanda yerləşən “Zenni Studio” gözəllik slonunda sonuncunun sözləri ilə həmin tibbi avadanlığı atası Şahid2 satıb Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat məbləğində, yəni xeyli miqdarda pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 9800,0 manat dəyərində bir ədəd “BDEM 3in1” markalı lazer aparatını Zərərçəkmiş şəxs2, guya özünə məxsus, heç bir problemi olmayan, istismara yararlı əmlakı kimi təqdm edib 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov adına parkın yaxınlığında onun sözləri ilə Şahid3 satıb ona məxsus həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 3400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(005)- 288/2023 nömrəli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-288/2023 saylı, xx.xx.2023cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində əməli ağırlaşdırlan halların olması səbəbilə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti dəlilləri qismində göstərilmişdir: hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan cinayət işi üzrə ilkin olaraq zərərçəkmiş şəxs qismində tanınmışdım. Sonradan istintaq dövründə Zərərçəkmiş şəxs1 tərəfindən ifadə verilərək bildirilmişdir ki, ona satılan lazer aparatı ilə bağlı Zərərçəkmiş şəxs1 yalnız Şahid3 tanımış və 30000 ( otuz min ) manat pulu da Zabirə vermişdir. Suraxanı Rayon Polis idarəsi tərəfindən aparılan ********* saylı cinayət işində 07 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarında Zərərçəkmiş şəxs1 Abdulhamid qızının iş üzrə zərərçəkmiş şəxs qismində statuslarına xitam verilmişdir. Qeyd etdiyim cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli l(101)-773/2022 saylı hökmündə də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 Abdulhamid qızı arasında olan məsələdə Zərərçəkmiş şəxs1 Abdulhamid qızı şahid kimi ifadə verərək lazer aparatını ona Şahid3 tərəfindən satılmasını bir daha demişdir. Həmin cinayət işi üzrə bir neçə faktda Şahid3 adı hallansa da cinayət işinin daha da ağırlaşmaması üçün onun heç nədən xəbəri olmaması kimi göstərilmişdir. Bildirmək istəyirəm ki, bu cinayət işi üzrə Şahid3 Təqsirləndirilən şəxs ilə əlbirdir və bilərəkdən cinayətin üstünü ört-basdır edirlər. Bildirmək istəyirəm ki, Təqsirləndirilən şəxs barəsində ilkin cinayət işi aparılanda Şahid3 yazılı iltizam verərək Zərərçəkmiş şəxs1 Abdulhamid qızına 30000 ( otuz min ) manat pulu qaytaracağını bildirmişdir. Qeyd etmək istəyirəm ki, Şahid3 həmin lazer aparatının pulundan 15000 ( on beş min ) borcum qaldığını tərəfimdən istintaqda və məhkəmədə deyilib. Hətda Şahid3 məhkəmə prosesində qeyd edib ki bəli həmin aparatın üstündə 15000 manat pul qazanacaq. Bildirmək istəyirəm ki, aparatı Təqsirləndirilən şəxs 30000 ( otuz min manat) manata aldığım halda niye Şahid3 15000 min borclu qalırdım. Göründüyü kimi Təqsirləndirilən şəxsla Şahid3 əlbir olaraq məni aldadıblar. Məhkəmə prosesində yuxarıda qeyd etdiyim hlları əsas tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində əməli ağırlaşdırlan halların olması səbəbilə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi barədə vəsatət versəm də məhkəmə tərəfindən təmin edilməmişdir. Göründüyü kimi Şahid3 tərəfindən mənim etibarımdan sui-istifadə etməklə basqasına aid olan əmlakı mənə sataraq üzərində pul qazanmaq istəmiş və Təqsirləndirilən şəxsla əlbir olaraq cinayət törətmişlər. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Apellyasiya şikayətində zərərçəkmiş şəxs X1 qeyd edir ki, Şahid3 tərəfindən mənim etibarımdan sui-istifadə etməklə başqasına aid olan əmlakı mənə sataraq üzərində pul qazanmaq istəmiş və Təqsirləndirilən şəxsla əlbir olaraq cinayət törətmişlər. Zərərçəkmiş şəxs X1 daha sonra şikayətində bildirir ki, Nərimanov Rayon Məhkəməsində kecirilən məhkəmə prosesində Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində əməli ağırlaşdıran halların olması səbəbilə işin cinayət işində əməli ağırlaşdıran halların olması səbəbilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsı barədə məhkəməyə vəsatət təqdim etmişdir. Vəsatəti məhkəmə tərəfindən qəbul edilməmişdir. Qeyd etmək vacibdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-288/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən məlum olur ki, ibtidai istintaq zamanı Şahid3 cinayətin törədilməsində iştirakı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən onun barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin həmin qərarda Şahid3 tərəfindən yazılmış “Zərərçəkmiş şəxs1 dəymiş 30.000 manat maddi ziyanı xx.xx.2021-ci il tarixədək qaytaracağına dair” öhdəlik götürməsi barədə xx.xx.2021-ci il tarixli İltizamın qanunamüvafiq qaydada götürülmədiyi müəyyən edildiyindən sübut növü kimi qiymətləndirilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-288/2023 nömrəli iş üzrə məhkəmə istintaqında ifadələr əsasında müəyyən edilmidir ki, Şahid3 lazer aparatını 45000 manata satması faktını inkar etmir. Cavad ona zəng edib lazer aparatının satmağa kömək etməsini, ona aparatı 30000 manat satmasını bildirmişdir. Şövkətgilə lazer aparatının satılmasında vasitəçilik etməkdə məqsəd onu aldatmaq deyil, sadəcə qazanc əldə etmək olmuşdur. Belə ki, Cavad həmin lazer aparatını 30000 manat satmasını bildirsə də, Şövkətgilə aparatın 45000 manata satıldığını demişdir. Cavad 30000 manatı alıb getdikdən sonra qalan 15000 manat pulu alıb əvvəlcədən razılaşdıqları kimi satışa vasitəçilik etmiş Şahid9la öz aralarında bölüşdürəcəkdilər. Odur ki, Təqsirləndirilən şəxsla Şahid3 əlbir olaraq zəzərçəkmiş şəxsə qarşı cinayət törətməsi müddəasi əsassızdır. Müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırmaq üçün irəli sürülmüş həmin hala etiraz bildirirəm. Habelə, Nərimanov Rayon Məhkəməsinin 1(005)-288/2023 nömrəli məhkəmə hökmündə 30000 manatı Şahid2 ödəməsi və Təqsirləndirilən şəxs tərəfindən alınması sübut kimi qiymətləndirilib təsdiq edilmişdir. Hökmdə qeyd edimişdir ki, Şahid3 məxsus ünvan 2 ünvanda yerləşən «Zenni Studio» adlı gözəllik salonuna gəlmələrini, salonda Şahid2 «X7» markalı lazer aparatına baxıb lazer aparatının kimə məxsus olmasını soruşması, Təqsirləndirilən şəxs lazer aparatının ona məxsus olması, Şahid3 və gözəllik salonunda olmuş digər şahidlərin yanında Şahid2 30000 manat pulu sayıb Təqsirləndirilən şəxs verməsi, Təqsirləndirilən şəxs 30000 manat pulu Şahid2 alıb salondan çıxıb getməsi bir daha təsdiq olunur. Appellyasiya şikayətndə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına dəyişiklik edilməsi haqqında” 19 may 2023- cü il tarixli 11/2023 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının “Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir” hissəsinə istinad edilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, dəyişikliklərə dair Ali Məhkəmə Plenum Qərarıninin istinad edilmiş həmin hissədəki tələblərin AR CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs işinə aidiyyatı yoxdur. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmədən ona təyin edilmiş cəzanın 6 ay azaldılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxsin əməlində əlbirlik olmaması artıq məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən, ikinci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxsin əməlində təkrarlıq yoxdur, məhkəmədən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın 6 ay azaldılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin qərarının ədalətli olduğunu bildirdi və məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayət əməllərinin xarakteri, ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Digər tərəfdən, şəxsin əməlində təkrarlıq olmasa belə, hesab edir ki, onun cəzası azaldılmamalıdır. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində əməli ağırlaşdırlan halların olması səbəbilə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ibarətdir. Həmçinin, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona təyin edilmiş cəzanın azaldılmasından ibarətdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi onun tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və həmin şəxsin əməlini Azərbaycan Respublikası Cinayət 178.2.4-cü maddəsi ilə düzgün tövsif etsə də, ikinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə almamış, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəanı ittihamdan xaric etməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs1 Şahid3 Təqsirləndirilən şəxs ilə əlbir olmasına istinad edərək, bu halların olması səbəbilə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 391.8-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması əsaslarını müəyyən edir. Həmin bənddə, zərərçəkmiş şəxsin nümayəndəsinin qeyd etdiyi əsas ilə cinayət işi materiallarının birinci instansiya məhkəməsinə qaytarılması nəzərdə tutulmamışdır. Həmçinin, apellyasiya icraatında hökmün ləğv edilməsi və cinayət işi materiallarının birinci instansiya məhkəməsinə qaytarılması əsası CPM-nin 391.8-1-ci maddəsinə əsasən ilkin baxış iclasında nəzərdə tutulmuşdur ki, bunun üçün Baş prokurorun verilmiş ittihamla müqayisədə daha ağır ittiham irəli sürülməsi üçün apelyasiya protesti olmalıdır. Cinayət işinin materialları ilə belə bir protestin verilmədiyi məhkəmə kollegiyası tərəfindən müəyyən olunmur. Odur ki, cinayət işinin məhkəmənin öz təşəbbüsü ilə apelyasiya mərhələsində qaytarılması əsasları qanunla nəzərdə tutulmadığı üçün zərərçəkmiş şəxsin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi iİbtidai istintaq zamanı Şahid3 cinayətin törədilməsində iştirakı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən onun barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin həmin qərarda Şahid3 tərəfindən yazılmış “Zərərçəkmiş şəxs1 dəymiş 30.000 manat maddi ziyanı xx.xx.2021-ci il tarixədək qaytaracağına dair” öhdəlik götürməsi barədə xx.xx.2021-ci il tarixli İltizamın qanunamüvafiq qaydada götürülmədiyi müəyyən edildiyindən sübut növü kimi qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın yüngüləşdirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs verilmiş ittihamda bir epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ittihamdan xaric edilməli, buna müvafiq olaraq təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 9800,0 manat dəyərində bir ədəd “BDEM 3in1” markalı lazer aparatını Zərərçəkmiş şəxs2, guya özünə məxsus, heç bir problemi olmayan, istismara yararlı əmlakı kimi təqdm edib 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov adına parkın yaxınlığında onun sözləri ilə Şahid3 satıb ona məxsus həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 3400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlləri 2020-ci ilin oktyabr ayında törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 2 il müəyyən edildiyindən, yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmadığından bu maddədə nəzərdə tutulan əməl böyük ictimai təhlüklə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ...məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ikinci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayətin təkrar törədilməsi ilə bağlı müddəa, yəni təqsirləndirilən şəxsə qarşı yönəlmiş CM-in 178.2.2-ci maddəsi ittihamdan xaric edilməli, buna müvafiq olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 məhkəməyə birgə ərizə təqdim edərək ikinci epizod üzrə cinayətin təkrarçılığının olmamasını nəzərə alaraq işdən çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası xatırladır ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək törətdiyi cinayət əməllərinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Lakin məhkəmə kollegiyası ikinci epizod - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini, buna müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəanın ittihamdan xaric edilməsini nəzərə alaraq hesab edir ki, şəxsə cəza təyin edilərkən həmin hal nəzərə alınmalı və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(005)-288/2023 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəa ittihamdan xaric edilməli, bu epizod cəza təyini zamanı nəzərə alınmamalı və buna müvafiq olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəa ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 03 (üç) il 01(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Agır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-773/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 09 (doqquz) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Agır Cinayətlər Məhkəməsində baxılmış iş üzrə Təqsirləndirilən şəxs 03 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 30 saat üçün cəmi 180 manat dövlət büdcəsindən Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-387/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-387/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver