Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-388/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2, Müdafiəçi3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Yardımlı rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum edilmiş, 02 aprel 2013cü il tarixdən 26 fevral 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Qurbanəli oğlu tərəfindən birgə imzalamaqla verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə dövlətin qanunla qorunan mənafelərinə və fiziki şəxsin qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) sədrinin 02 aprel 2013-cü il tarixli QK-22 nömrəli əmri ilə 02 aprel 2013-cü il tarixdən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməklə 26 fevral 2019-cu il tarixədək həmin vəzifədə işləməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinin xx.xx.2015-ci il tarixli 20 nömrəli əmrinə əsasən, qəbul edilmiş ilkin sənədlərin ilkin ekspertizası işinin təşkili, mənzil fondunun və bağ sahələrinin rəsmiləşdirilməsi işinin təşkili, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı işinin təşkili, arxiv işinin təşkili, təşkilatlardan və vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması işinin təşkili və sair səlahiyyətlərə malik inzibatitəsərrüfat və təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qeydiyyat orqanına müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin daşınmaz əmlak üzərində hüquqlarının tanınmasına və mülkiyyətə dair çıxarış almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən, əvvəlki Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 saylı qərarına əsasən qüvvədə olan kooperativlərinin tərkibində Şüvəlan qəsəbəsi 51 saylı BTK nəzdində olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə mərhum X13 ayrılmış 1487 saylı 1200 m2 olan bağ sahəsinə sonuncunun istifadə və mülkiyyət hüququ yarandığı və bu hallar işlədiyi və rəhbərlik etdiyi idarədə saxlanılan sxematik xəritə və arxiv sənədləri ilə təsdiq olunduğu halda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı sənədinin verilməsi ilə bağlı Şüvəlan qəsəbə sakini X4 istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmış həqiqi məzmunu təhrif edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 saylı nömrəli sərəncamına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsi olan 1487b nömrəli bağ sahəsinin sonuncuya ayrılmasına dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı saxta orderi əsasında xx.xx.2015-ci il tarixli ********** saylı müraciəti ilə əlaqədar "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 9.1.1-ci maddəsinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğunun yoxlanılması, 9.1.2-ci maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyənləşdirilməsinin təmin edilməsi, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsünün, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportunun, plan-cizgisi barədə sənədlərin əlavə edilməsi, 14.1-ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu halda qeydiyyatın bir ay müddətinə dayandırılması və 15.1.6-cı maddələrinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul etməsini tələb etdiyi halda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın və "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"da nəzərdə tutulmuş eyni məzmunlu qanunvericilik tələblərini qəsdən pozaraq, mərhum - X10 adına qeyd olunan qərar və sərəncam əsasında verilmiş torpaq sahəsi üzrə rəhbər vəzifə tutduğu qurumun İnventarlaşdırılması bürosunda yer quruluşu üzrə mühəndis vəzifəsində işləyən Şahid6 tərəfindən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və bağ sahəsində mübahisə predmeti var” yazıldığı halda və qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqində həmin torpaq sahəsi ilə bağlı Hüquq şöbəsi qrafasında yalnız müayinə aktı olduğu, kadastr şöbəsi qrafasında “1487b” saylı bağ nömrəsi sxematik xəritədə əks olunmadığı qeyd olunduğu, 51 saylı BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar olunmadığı, dövlət arxiv idarəsindən verilmiş arxiv arayışı olmadığı halda toplanmış sənədlərdə uyğunsuzluq və araşdırma aparılmasının zəruriliyi ilə bağlı ciddi şübhə doğuran halların mövcudluğuna baxmayaraq, xx.xx.2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin inzibati binasındakı xidməti otağında həmin torpaq sahəsi ilə bağlı tərtib olunmuş çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan dövriyyə vərəqinin baş mühəndis, rəis müavini qrafasında şəxsən imzalamaqla öz imzası ilə təsdiq edib, eyni qaydada çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəyə isə rəhbəri olduğu idarənin İnvertarlaşdırma şöbəsinin Torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektoruna və Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə "icra edin" məzmunlu dərkənar qoyaraq sənədi icraya yönəltməklə vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib, qanunsuz olaraq hazırlanmış sənədlər qovluğunu və Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışı Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş cinayət təqibinin müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş Şahid8 vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsindən, yəni “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 yanvar 2018-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinə əsasən, Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin düzgünlüyünü ərazi idarəsinin rəisi kimi yoxlamayaraq, qeyd olunan hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışı imza və təsdiq etməklə nəticədə mülkiyyət hüququnu təsdiq edən çıxarışla torpaq sahəsinin X4 mülkiyyətinə verilməsini təmin etdikdən sonra həmin torpaq sahəsinin sonuncu ilə alıcı X22 Mardaxayeviç arasında bağlanmış 9 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçməsinə və X22 Mardaxayeviçin adına xx.xx.2016cı il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsinə nail olub, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasının təmini ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə, eləcə də ölmüş şəxs X10 hüquqi varisi Zərərçəkmiş şəxs1 əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)- 351/2023 nömrəli hökmünə əsasən (hakim G.Əsədova) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Qurbanəli oğlu birgə imzalamaqla apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdikləri şəxs bəraət verilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, hazırkı cinayət işi obyektiv araşdırmanın və sübutların məcmusunun deyil, işdə maraqlı olan şəxslərin tutduqları mövqedən və nüfuzlarından istifadə edərək istintaq orqanına etdiyi təzyiqlərin nəticəsi olaraq başlanılmışdır. Araşdırılması üçün xx.xx.2022-ci il tarixdə prokurorluğa daxil olmuş materiallar üzrə 4 (dörd) ay sonra, yəni 08.09.22-ci ildə cinayət işi başlanmasının və başlanmış cinayət işinin az ağır cinayət olmasına, mürəkkəb olmamasına, heç bir ekspertiza kecirilməməsinə baxmayaraq həmin cinayət işi üzrə icraatın müxtəlif vaxtlarda dayandırılması və nəhayət 10 aydan sonra yekunlaşdırılması belə bir nəticəyə gəlməyə tam əsas verir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qeyd olunan hökm çıxarılarkən məhkəmədə tədqiq olunan və Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməməsi nəticəsinə gəlməyə əsas verən sübutlara deyil, ibtidai istintaq orqanının ehtimallara əsaslanmış olduğu hallara istinad edilməklə və ittiham aktı bütövlüklə köçürülməklə kifayətlənilmiş, istintaq orqanının istinad etdiyi heç bir hüquqi əsası olmayan mülahizələri sübut kimi qəbul etmiş, daha doğrusu tam ehtimallara əsaslanmış, sübutların qiymətləndirilməsində ciddi səhvə yol verilmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri elementi kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da öz əksini tapmalıdır. Lakin Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda bu tələblərə ümumiyyətlə əməl edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan görünür ki, o, özü və ücünçü şəxs ücün qanunsuz üstünlük, yəni qeydiyyat orqanına müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin daşınmaz əmlak üzərində hüquqlarının tanınmasına və çıxarış almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmiş və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməmişdir. Lakin nə ibtidai istintaq zamanı elan olunmuş ittiham qərarında, nə də məhkəmənin hökmündə Təqsirləndirilən şəxs özü üçün əldə etmiş olduğu qanunsuz üstünlüyün nədə ifadə olunması, üçüncü şəxslərin kimlərin olması müəyyən edilməmiş, qeyri-müəyyənliyə yol verilməklə işə nəticə verilmişdir. Halbuki, istər ilkin istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən hec biri Təqsirləndirilən şəxs bu işdə birbaşa və ya dolayısı ilə marağının olmasını təsdiq etməmiş, torpağı mübahisələndirilən şəxslərin hamısı Təqsirləndirilən şəxslu tanımadıqlarını, onunla ünsiyyətdə olmadıqlarını təsdiq etmişlər. Yalnız Şahid5 onunla telefon ünsiyyətində olduğunu və lakin bu işlə əlaqədar ondan hec bir xahiş etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamın əsas məğzinə (mahiyyətinə) görə qeyd olunan mübahisəli torpaq sahəsinə çıxarışın verilməsi üçün dövriyyə sənədinə imza etməsi və hüquqi rəyə “icra edin” məzmunlu dərkənar qoyması olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, dövriyyə sənədi həmin sənədlərə aidiyyatı şöbələrdə baxılmasını təsdiq edir və səlahiyyət dairəsinə uyğun olaraq rəis müavini və ya baş mühəndis tərəfindən imza edilir. Bu halda da sənəd müvafiq şöbə rəisləri və Təqsirləndirilən şəxs tərəfindən imza edilib. Həmçinin, müəyyən edilmişdir ki, dövriyyə sənədi rəsmi sənəd deyil, idarədaxili bir protsedurdur və hec bir hüquqi nəticəsi yoxdur. Digər tərəfdən, bu sənəd əslində Təqsirləndirilən şəxs vəzifə səlahiyyətinə aid olan işi düzgün icra etməsinin göstəricisidir, yəni o, sənədlər toplusuna bütün aidiyyatı şöbələrdə baxılmasını təmin etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən nəzərə alınmamışdır ki, Təqsirləndirilən şəxs tərəfindən dərkənar boş kağızlardan, yaxud ağ vərəqdən ibarət olan sənədlər toplusuna əsaslanmaqla deyil, qanuniliyi və hüquqi əsaslılığı idarənin hüquq şöbəsi tərəfindən yoxlanılaraq şöbə rəisinin imzasıyla təsdiq edilmiş müsbət rəy verildikdən soma qoyulmuşdur. Bundan əlavə, verilmiş ittihamdan fərqli olaraq, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ittihamda adları müxtəlif statusla qeyd edilmiş şəxslərdən Yusif İsgəndərov, Abram Yefremovu ümumiyyətlə tanımamış və onlarla heç vaxt ünsiyyətdə olmamışdır. Hansı ki, məhz bu şəxslərin öz aralarında olan, daha doğrusu, Y.İsgəndərovun etmiş olduğu mülki, ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş qanunsuzluq (bu məsələnin özü də mübahislədir) sonrakı qanunsuz proseslərin baş verməsinə səbəb olmuşdur. Onlardan hansı birinin harada və neçə hektar torpaq sahəsinin olmasından, onlara məxsus olmuş torpaq sahəsinin istər ilkin sənədləşdirilməsində, istərsə də sonrakı sənədləşdirilmələrində hər hansı bir qanunsuzluğa yol verilib-verilməməsindən Təqsirləndirilən şəxs tam məlumatsız olmuşdur və belə bir məlumatın əldə edilməsi onun səlahityyətinə aid olan məsələ olmamışdır. Bundan başqa, Bakı şəhər İH Başçısının müvafiq sərəncamı ilə, o cümlədən xx.xx.1997ci il tarixli 1364 saylı Sərəncamı ilə X13 torpaq sahəsinin ayrılmasından və həmin torpaq sahəsinin başqa şəxsin adma sənədləşdirilməsindən də Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Həm də bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən təşəbbüs göstərilməsinə əsaslı bir səbəbdə olmamışdır. Bu hal həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yusif İsgəndərovun, Şahid2, Şahid3, Şahid5, Şahid7 ifadələri ilə tam təsdiq olunmuşdur. Eləcə də, həm Şahid5 ifadəsindən və həm də digər şahid ifadələrindən də görünür ki, Zərərçəkmiş şəxs1 oğlu mərhum Rza İbrahimovun adma torpaq sahəsinin olmasından, həmin torpaq sahəsində başqa şəxsin tikinti işləri aparmasından və həmin torpaq sahəsinin başqa şəxsin adına sənədləşdirilməsindən Təqsirləndirilən şəxs ümumiyyətlə məlumatı olmamışdır. Yalnız A.Yefremovun tanışı Şahid5 bu barədə bildikdə dərhal əvvəlcə Zərərçəkmiş şəxs1, sonra isə Təqsirləndirilən şəxs telefonla zəng edərək məlumatlandırmışdır. Halbuki, istintaq orqanı və məhkəmə yanlış olaraq belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs hazırda sözü gedən torpaq sahəsinin başqa şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 mərhum oğlunun adma olmasından əvvəlcədən məlumatlı olmuş, guya Şahid5 ondan xahiş etməsinə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyd olunan torpaq sahəsini başqa şəxsin adma sənədləşdirmişdir.Digər tərəfdən, Bakı ŞİH-nin xx.xx.1993-cü il tarixli 2022 saylı nömrəli sərəncamının həqiqi məzmunu əgər istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmışdırsa istintaq orqanının vəzifəsi və borcu olmuşdur ki, həmin sərəncamın kim tərəfindən və hansı şəraitdə təhrif olunmasını müəyyən etsin. Məhkəmə isatintaqı zamanı da həmi sənədin saxta olmasını təsdiq edən hec bir sübut müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs elan olunmuş ittihama görə o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə dövlətin qanunla qorunan mənafelərinə və fiziki şəxsin qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Yuxarıda qeyd edildiyi ki, əgər Təqsirləndirilən şəxs Y.İsgəndərovu, A.Yefremovu tanımamışdırsa və Təqsirləndirilən şəxs Y.İsgəndərovun adma çıxarışın verilməsini hər hansı bir şəxs nə şifahi, nə yazılı qaydada xahiş etməmişdirsə, eləcə də ona belə bir yazılı və ya şifahi göstəriş verilməmişdirsə, hətta Y.İsgəndərovun adma çıxarışın verilməsinə görə ona hətta kimsə sözlə belə “təşəkkür”-nü bildirməmişdirsə və ya o, guya mərhum R.İbrahimova məxsus torpaq sahəsinin Y.İsgəndərovun adına sənədləşdirilməsindən sonra özündə hər hansı bir mənəvi “razılıq”, “gümrahlıq”, “rahatlıq” hiss etməmiş və ya duymamışdırsa onda Təqsirləndirilən şəxs özü və üçüncü şəxslər üçün hansı qanunsuz üstünlük əldə etməsi, bununla bağlı kimə kömək etməsi və vahid şəxsi niyyətinin nədə ifadə olunması da məlum deyil. Bundan başqa, Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında “sxematik xəritə”-yə istinad edilsə də məhkəmə istintaqı zamanı “sxematik xəritə”-nin rəsmi sənəd hesab olunmadığı tam öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə hökmündə də “sxematik xəritə” rəsmi sənəd kimi qiymətləndirilərək sübut kimi qəbul edilmişdir. Bundan başqa, cəlb qərarında Təqsirləndirilən şəxs vəzifədən sui-istifadə etməsi vəzifə səlahiyyətləri sadalanmaqla əsalandırılır. xx.xx.2014-cü il tarixli əmrdə Təqsirləndirilən şəxs vəzifə salahiyyətləri sadalanır. Həmin əmrdə işin təşkili vəzifə səlahiyyəti kimi sadalanır və Z.Abduılov irad bildirilmir. Kadastr şöbəsi tərəfindən bağ nömrəsinin ‘‘sxematik xəritə”-də əks oiunmadığı göstərilsə də mühəndis Şahid6 müayinə aktında qeyd edir ki, bağ sahəsinin yerləşmə ardıcıllığına uyğun olaraq(elektron baza məlumatlarında) və sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisidir, “elektron baza məlumatı” qeydi isə idarə tərəfindən həmin vətəndaşa plan-ölcü verilməsini ehtiva edir. Plan ölcü isə qeyd etdiyimiz kimi texniki şöbə tərəfindən baş mühəndisin imzasıyla verilir, yəni bu məsələ Təqsirləndirilən şəxs səlahiyyətinə aid deyildir. Ekspertizə vərəqində hüquq şöbəsi tərəfindən yalnız müayinə aktının olması göstərilir və nədənsə hüquq şöbəsinin müdirinin imzasıyla Təqsirləndirilən şəxs ünvanlanmış hüquqi rəy yaddan çıxarılır. Həmin rəydə isə hüquqmüəyyənedici və texniki sənədlər və ən əsası isə orderin əlavə edilməsi göstərilməklə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8,10-cu maddələrinə əsasən qeydiyyat aparıla bilər yazılmışdır. Lakin istintaq orqanı tərəfindən heç bir əsas olmadan dövriyyə vərəqini rəsmi sənəd hesab etməklə orada “baş mühəndis” və “rəis müavini” qrafasında Təqsirləndirilən şəxs imza etməsini qanun pozuntusu hesab edilmişdir. Məhkəmə tərəfindən də istintaq orqanının gəldiyi eyni səhv nəticəyə gəlinmişdir. Yuxarıda qeyd etdiyimiz kimi dövriyyə sənədi rəsmi sənəd deyil, yalnız sənədin müvafiq şöbələrdən keçdiyini təsdiq edir və səlahiyyət bölgüsünə uyğun olaraq ya baş mühəndis ya da ki, rəis müavini tərəfindən imzalanır. İndiki halda da Təqsirləndirilən şəxs həmin qrafada rəis müavini kimi imza edib, yəni bu sənədə baş mühəndis tərəfindən imza edilmir. İstintaq və məhkəmə daha irəli gedərək Təqsirləndirilən şəxs tərəfindən hüquqi rəyə rəhbəri olduğu idarənin inventarlaşdırma şöbəsinin torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektoruna və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə “icra edin” məzmunlu dərkənar qoyaraq sənədi icraya yönəltdiyi qənaətinə gəlir. Halbuki, plan ölcü kadasr və texniki inventarlaşdırma şöbəsi tərəfindən vətəndaş çıxarış almaq ücün müraciət edənə qədər hazırlanıb vətəndaşa verilib və bu sahəyə nəzarət baç mühəndis tərəfindən edilir, yəni plan ölçünün hazırlanmasının Təqsirləndirilən şəxs hec bir aidiyyatı olmamışdır. Digər tərəfdən, hüquqi rəyin üzərində yalnız “icra edin” dərkənarı qoyulmasına baxmayaraq istintaq və məhkəmə əsassız olaraq göstərişin məhz qeyd edilən şöbələrə ünvanlanması qənaətinə gəlmişlər. Bundan başqa, məhkəmə əsassız olaraq hökmdə dövlət arxiv idarəsindən verilmiş arayışın olmadığına istinad etmişdir. Halbuki, nəzərə almamışdır ki, istintaq orqanı tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı ŞİH Başçısı Aparatının rəhbəri A.İmaməliyevin imzasıyla verilmiş 06.07.22-ci il tarixli məktubdan görünür ki, X2 və İstismarı Birliyi tərəfindən verilən order və onlara əsas olmuş sənədlər Bakı ŞİH-nin arxivində saxlanılmır (c.i.səh.95). Bundan əlavə, məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs ƏMDXDƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləyərkən bu əməlləri ilə dövlət əmlakının idarə edilməsi ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə, eləcə də ölmüş şəxs R.İbrahimovun hüquqi varisi R.İbrahimovun əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmuşdur. Lakin məhkəmə qeyd olunan nəticəyə gəlməkdə də haqlı olmamışdır. Belə ki, cinayət qanunvericiliyinə əsasən, mühüm zərər real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində manelərəin yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələni həll edərkən zərərçəkmiş vətəndaşların sayı, onlara vurulmuş zərərin mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi, xarakteri və s. nəzərə alınmalıdır. Lakin qeyd olunan cinayət işi üzrə ƏMDXDƏDK Reyestr publik hüquqi şəxsin xidmətinin iş üzrə zərərcəkmiş kimi tanınmasına heç bir əsasın olmamasına və həmin idarəyə hər hansı bir zərər vurulmamasına da məhkəmə əhəmiyyət verməmişdir. Halbuki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qərarlarından da görünür ki, Yefrem Abramovun adma verilmiş çıxarış hələ ləğv edilməmiş və qüvvədədir. Mərhum R.İbrahimovun adma olmuş torpaq sahəsinin başqa şəxsin adma sənədləşdirilməsi bu vaxtadək müxtəlif instansiya məhkəmələrində mübahisə predmeti olmuş minlərlə işlərdən biri olmaqla onun məhkəmə yolu ilə həll edilməsi mülki qanunvericiliklə tənzimlənir və hazırda bu mübahisə məhkəmələrdə öz həllini tapmaqdadır. Bundan abşqa, ittihamın əsas sübutlarından biri və əsası ondan ibarət olmuşdur ki, mübahisə olunduğu iddia edilən yerə çıxarış mütləq qaydada verilməməliydi. Həm istintaq orqanının və həm də məhkəmənin gəldiyi qəti nəticəyə görə əgər torpaqla bağlı mübahisə olmuşdursa həmin torpaq sahəsinə çıxarış verilməsi qanuni olmamışdır. Lakin belə bir nəticəyə gəlindikdə Daşınmaz Əmlakın Dövlət Reyestrr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin Əsasnaməsinin 3.1.4 cü maddəsinə istinad edilsə də həmin Əsasnamənin 3.1.5 maddəsinin tələbi nəzərə alınmamışdır. Həmin maddədə dövlət qeydiyyatından imtina edilməsi ücün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatları daxil etmək nəzərdə tutulmuşdur. Normal məntiqlə də yanaşılsa aydın olur ki, hüquqlar arşında ziddiyyət varsa bu araşdırılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməli olduğu məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Həmin maddənin mənasına görə əgər mübahisə varsa çıxrışın verilməsindən birmənalı olaraq qəti imtina edilməsi nəzərdə tutulmamışdır. Hazırki cinayət işinin materiallarından da görünür ki, bu xüsusatla bağlı həmin mübahisə araşdırılmış, bütün şöbələrin müsbət rəyindən sonra müvafiq qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid6, Şahid7 və Şahid8 ifadələri tamamilə eynilik təşkil etmişdir. Şahid7 məhkəmə istintaqı zamanı istintaqa verdiyi ifadəsini tamamilə təkzib etmiş və çıxarışın verilməsində qanun pozuntusu olmadığı, Təqsirləndirilən şəxs onlara qanunsuz göstəriş vermədiyini, bu işlə əlaqədar kiminsə marağının olmadığını, ifadəsinin müstəntiq tərəfindən yazılaraq ona imza etdirildiyini qeyd etsə də məhkəmə bu halı ümumiyyətlə nəzərə almamışdır. Bundan əlavə, Şahid6 məhkəmə istintaqı zamanı ifadəsində müayinə aktında yerin mübahisəli olması barədə qeydi ilə əlaqədar bildirmişdir ki, o, bu barədə Təqsirləndirilən şəxs bildirdikdə sonuncu buna görə ona təşəkkür etmiş, ona qanunsuz göstəriş verməmişdir. O, bu işdə kiminsə marağının olmasını təsdiq etməmişdir. İstintaq orqanı şöbələrin verdiyi müsbət rəyin Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət etdiyinə kifayət qədər əsas olduğuna əmin olduğu halda bu faktı təkzib etmək ücün Şahid6 guya şöbə müdirlərinin ilkin olaraq mənfi rəy verdikləri barədə yalan ifadəsini almış və eyni ifadəni Şahid8 almağa cəhd etsə də buna nail ola bilməmişdir. Şahid6 isə məhkəmə istintaqı zamanı verdiyi İfadəsində bu faktı təkzib edərək guya şöbə müdirlərinin ilk olaraq mənfi rəy verdiklərini, sonradan Təqsirləndirilən şəxs göstərişi ilə dəyişərək müsbət rəy verdiklərininə dair ibtidai istintaqda ifadə vermədiyini bildirmişdir. AR CPM-nin 349.5.1- ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmahdir. Məhkəmə tərəfindən qanunun bu tələbi kobud şəkildə pozularaq məhkəmə hökmündə Şahid5, Şahid7 və R. Məmmədovun məhkəmədə verdiyi ifadəsinə deyil, istintaq zamanı verdiyi ifadəsinə istinad edilərək həmin ifadələr olduğu kimi köçürülmüşdür. Məhkəmə tərəfindən həmin ifadələr sübutlar siyahısından çıxarılmalı olduğu halda, əksinə, Şahid6 və Şahid7 həmin ifadələrini sübut kimi qəbul etmişdir. Halbuki, onlar məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, bütün şöbələr tərəfindən ilkin olaraq müayinə aktının üzərində guya “imtina edilsin” yazıldığı və sonra Təqsirləndirilən şəxs göstərişi ilə dəyişdirilərək yenidən tərtib edildiyi, bununla bağlı Şahid6la Təqsirləndirilən şəxs yanında olarkən guya sonuncu onlara özündən razı halda “torpağın faktiki vəziyyəti necə varsa müayinə aktında göstərilsin, idarə özü bilər” deməsi barədə istintaq zamanı verdikləri ifadələrini tam inkar etmələrinə və məhkəmə iclas protokolunda da hər iki şahidin sual-cavab zamanı bu faktın əks olunmasına baxmayaraq, hakim hansı səbəbdənsə hər iki şahidin ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad etmişdir. Bundan başqa, Şahid5 ifadəsində çıxarış verilənə qədər bu işlə bağlı Təqsirləndirilən şəxsla hec bir əlaqəsinin olmadığını, yalnız Zərərçəkmiş şəxs1 şikayətlərindən sonra məsələnin araşdırılması məqsədilə Zəfərlə görüşünün və telefon danlşlğının olmasını bildirmişdir. İstintaq orqanı tərəfindən dindirilmiş bütün şahidlərin ifadələri süni şəkildə ittiham edici istiqamətdə Təqsirləndirilən şəxs əleyhinə yönəldilməklə alınmışdır. Qeyd edilən şahidlərin məhkəmə istintaqı zamanı istintaqa verdiyi ifadələrini qismən təsdiq etmələri, eləcə də istintaq zamanı şahidlərdən Şahid6 və Şahid7 ifadələrinin tam eynilik təşkil etməsi və Şahid8 ifadəsinin onlara uyğunlaşdırılması və hətta daha irəli gedərək Təqsirləndirilən şəxs guya təqsirini qismən etiraf etməsini yazması müstəntiqin işin ittiham mahiyyətini təsdiqləmək ücün saxtakarlıq etməsinin təsdiqidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Qurbanəli oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmünü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X11 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmünü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmə kollegiyasının iclasında işirak etmir, məhkəmə kollegiyasına teleqram vuraraq üzürlü səbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir və məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsinin (vəkili), məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Qurbanəli oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək və ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə olub 2015-ci ildə. O 2015-ci ilin sentyabr ayında 1 saylı Bakı Ərazi İdarəsi rəis müavini vəzifəsində işləmişdir. Ona idarə rəisi tərəfindən səlahiyyətlər verilmidir. Həmin səlahiyyətlərə çıxarışın, qeydiyyat vəsiqəsinin, plan ölçüsünün verilməsi aid olmamışdır. İdarə rəisi tərəfindən ona verilmiş səlahiyyətlər sənədlərin qəbulu, arxiv işinin təşkili, qeydiyyat işinin təşkilindən ibarətdir. Sənədlərdən də göründüyü kimi vətəndaş müraciət etmişdir. ”Daşınmaz əmlakın Dövlət reyestri haqqında qanunda” yazılıb ki, vətəndaş mövcud olan sənədin əslini və şəxsiyyət vəsiqəsini, yaxin etibarnamə ilə idarənin müvafiq şöbəsinə təqdim edə bilər. Sənədlər təqdim olunduqdan sonra onlarda qüsür aşkarlanmamışdır. Belə ki, sənədlərdə qüsur aşkarlanmadığı üçün sənədlərin qəbul şöbəsi “Zed” işarəsi qoyaraq sənədləri İdarənin dövriyyəsinə qəbul etmişdir. Sənəd arxiv şöbəsinə daxil olduqdan sonra araşdırılmış və ordan da texniki şöbəyə göndərilmişdir. Texniki şöbədə sənədlərə baxış keçirilmiş və kordinatlar vurulmuşdur. Sənədlər dövriyyədə olan zaman mühəndis tərəfindən müayinə aktı tərtib edilmiş, kadastr şöbəsinə daxil olmuş, kadastr həmin sahənin qeydiyyatda keçibkeçməməsinə dair hər hansı qeyd daxil etməmişdir, yəni oda “Zed” işarəsi qoymuşdur. Bütün bunlardan sonra sənədlərin hüquqi cəhətdən əsaslı olub-olmaması ilə bağlı dövriyyə işi olaraq bu sənədlər hüquq şöbəsinə göndərilmiş və idarənin digər şöbələrinə yönəldilmişdir.Bütün təşkilatlarda olduğu kimi sənədlərin əsaslı olub-olmaması ilə bağlı hüquq şöbəsi rəy təqdim edir. O yalnız hüquq şöbəsinin verdiyi rəyə əsasən viza qoyub ki, qanunauyğun icra edilsin. Hüquq şöbəsinin rəyı təqdim olunmuş, yazılmışdır ki, ”Daşınmaz əmlakın Dövlət reyestri haqqında” qanunun 8.10-cu maddəsinə əsasən qeydiyyat aparıla bilər. Sənədlər ən sonda ona təqdim olunmuşdur. O da hüquqi rəyin üzərinə dövriyyə olaraq “icra edilsin” qeydi yazmışdır. Onun “icra et” sözü o demek deyil ki, çıxarış və plan ölçü verilsin.Sonradan o sənədlər yenidən plan ölçü hazırlanması üçün texniki şöbəyə gedir, plan ölçü hazırlanır, plan ölçü şöbə müdürü tərəfindən, sektor müdürü və idarənin baş mühəndisi tərəfindən təsdiq olunur. Onlar hazırlandıqdan sonra texkini cəhətdən hər hansı problem oldadıgı halda sənədlər qeydiyyat şöbəsinə verilir.Qeydiyyat şöbəsi sənədlərə bir daha baxır, problem yoxdursa çıxarışı hazırlayır və çıxarışı qeydiyyat şöbəsinin müdiri imzalayır. Şöbə müdirinin səlahiyyəti vardır ki, problem çıxarsa bu işi dayandırsın. Sənədlərdə hər hansı çatışmamazlıq olarsa hüquq şöbəsinin səlahiyyəti var ki, o iş dayandırılsın. Hələ ona gəlməmişdən əvvəl idarə rəisinə xidməti məlumat yazılmalıdır ki, təqdim olunmuş sənədlərdə aşağıdakı nöqsanlar aşkar olunub, iş 1 ay müddətə dayandırılsın. Lakin bu işdə belə bir xidməti məlumat olmamışdır. O sənədlərdə saxtakarlığın olmasına dair hər hansı irad olmamışdır. Sonra çıxarış imzalanması üçün idarə rəisinə təqdim olunur. İdarə rəsinin birbaşa səlahiyyətidir ki, sənədlərə bir daha baxsın, çatışmamazlıq olmadığı təqdirdə sənədə imza atır. Eldar müəllimi çoxdan tanıyır, münasibətləri normal olub. 2020ci ildə o idarə rəisi olan zaman Eldar müəllim ona zəng etmişdir və dedimişdir ki, “mən sənə nə pislik etmişəm ki, sən mənim oğlumun torpağını satmısan”. O da deyib ki, elə bir hal ola biməz. Eldar müəllim ona demişdir ki, Natiq adlı oğlan ona zəng edib deyib ki, həmin torpağın sahibi odur. O da Eldar müəllimə demişdir ki, bir gün nümayəndəsini onun yanına göndərsin, o adaşdırıb məlumat verəcək. Eldar müəllim nümayəndəsini göndərmiş, birlikdə qovluqlara baxmışlar və o demişdir ki, bağların vəziyyətini bilirsiz, niyə gedib daş daş üstünə qoymamısız. Onlar da deyiblər ki, uşag rəhmətə gedib, başları qarışıb, sənəd ala bilməyiblər. O da hamını dəvət edib məsələni araşdırmaq qərarına gəlmişdir. Bir müddət sonra o Eldar müəllim, Natiq müəllim ilə birlikdə görüşmüşlər, sənədləri ortalığa qoymuşlar ki belə problem var. Eldar müəllim ona təklif etmişdir ki, verilən çıxarışı ləğv etsin, ona yenisini versin. O da bunu edə bilməyəciyini, onun səlahiyyətində olmamasını Eldar müəllimə demişdir. O sözdən sonra ondan incimişlər. Qərara gəlinmişdir ki, Baki İnzibati məhkəməsinə müraciət edilsin. Bir müddət sonra o işdən azad olunmuşdur. Eldar müəllim ona zəng edərək bildirmişdir ki, məhkəmə onun xeyrinə qərar qəbul edib, lakin reyestr idarəsi qeydiyyata almır, çünki həmin torpaq sahəsinin başqa fiziki şəxsə aid olduğu görünür. Hazırki apellyasiya baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində veridyi ifadəsini təsdiq edərək bildirdi ki, qeyd olunan sənəd icra olunan müddətdə idarənin rəis müavini vəzifəsində fəaliyyət göstərmişdir. Qəbul şöbəsi tərəfindən təqdim olunmuş sənədlər ekspertiza olunaraq dövriyyəyə qəbul edilmiş və idarənin dövriyyəsinə uyğun olaraq sənəd arxiv şöbəsinə təqdim olunmuşdur, sənədləri qəbul edən ekspert və şöbə müdiri “Z” qoyaraq sənədləri qəbul etmiş, yəni ki, vətəndaş tərəfindən təqdim olunmuş sənədlər qanunamüvafiqdir. Növbəti hissə isə arxivə aiddir, bu sənədlər arxivə daxil olduqdan sonra arxiv şöbəsi qeyd etmişdir ki, təqdim olunmuş sənəd, orderdə olan vətəndaşın adı arxiv siyahısında var, “Z” qoyaraq imzalamış, heç bir irad bildirməyib və aidiyyəti üzrə kadastr şöbəsi və digər şöbələrə daxil olduqca heç bir irad bildirilmədən sənəd daxili dövriyyə ilə rəis müavini olaraq gəlib ona çatmışdır. Ona gəlib çatana qədər ekspertiza keçirilmiş və hüquq şöbəsi ona məlumat yazmışdır ki, “vətəndaşın müraciəti araşdırılmış və aşağıdakı əsaslara uyğun olaraq qeydiyyat aparıla bilər”, o da həmin rəyin üstünə yazmışdır ki, “xahiş edirəm icra edin”. Bütün sənədlərdə mühəndisin rəyinə istinad edirlər, mühəndisin rəyində qeyd olunur, o idarənin fəaliyyətinə cavabdeh şəxs olmamışdır, ona verilən aşağıdakı səlahiyyətlər olmuşdur, yalnız idarənin qəbul edilmiş ilkin ekspertiza işinin təşkili, mənzil fondunun və bağ sahələrinin rəsmiləşdirilməsi işinin təşkili, informasiya texnologiyaları və proqram təminatı, daşınmaz əmlakın dövlət hüquqlarının qeydiyyatı işinin təşkili, ” əslində o, qeyd olunan işə məsul olan şəxs də olmamış, vətəndaşın ərizəsinin adı sərəncamda mövcud olmuş, həmçinin sərəncamın saxta olub-olmadığını demək nə onun, nə də idarənin səlahiyyəti deyildir, çünki, 2007-ci ildə Bağlar İdarəsi ləğv olunanda Bağlar İdarəsi tərəfindən bütün sənədlər Bakı şəhər 1 saylı Reyestr İdarəsinə təqdim olunmuşdur, o da arxivdədir, bu gün də sorğu verilsə, həmin qaydada təsdiq edib göndərəcəklər ki, sənəd arxivdə var və vətəndaşın adı həmin siyahıda mövcuddur. O, sadəcə olaraq həmin rəyin üstünə yazmışdır ki, “xahiş edirəm icra edin”. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, birinci instansiya məhkəməsində və hazırki apellyasiya baxışı zamanı məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487 saylı, 1200 kv.m olan bağ sahəsi mərhum atası X13 məxsus olmuşdur. Qeyd olunan bağ sahəsi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə atası X13 ayrılmışdır. X15 30 avqust 2001ci il tarixdə vəfat etdiyi üçün onun hüquqi varisi kimi tanınmışdır. Bu hallar, ölüm haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və həmin tarixli “Miras payın bağışlanması haqqında müqavilə” ilə təsdiq edilir. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6218/2020 saylı qərarı ilə “Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə atası X13 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən 1487 saylı 1200 kv.m olan bağ sahəsinə dair hüququn ölmüş şəxsə, yəni X13 məxsus olması barədə arayış verilməsi öhdəliyi” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan sonra həmin məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daha sonra həmin qurum tərəfindən X10 adına arayış verilmişdir. Həmin arayış əldə olunduqdan sonra həmin bağ sahəsinə dair adına çıxarışın və texniki pasportun alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Həmin İdarənin xx.xx.2021-ci il tarixli çıxarışın verilməsindən imtina məktubuna əsasən “1487b” saylı bağ sahəsi digər fiziki şəxsin adına dövlət reyestrində qeydiyyatda keçdiyi üçün ona “1487” saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi mümkün olmadığı bildirilmişdir. Lakin, qeyd olunan bağ sahəsinin nömrəsi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının tələb etdiyi bağ sahəsinin nömrəsi ilə uyğunluq təşkil etmir. Bundan başqa onun mülkiyyət hüququna dair dövlət reyestrində qeydiyyatını tələb etdiyi sahə boşluq təşkil edir və orada hər hansı tikinti mövcud deyildir. Eyni zamanda həmin məktubda o da qeyd olunmuşdur ki, elektron kadastr baza məlumatına əsasən “1487 b” saylı bağ sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və ********** nömrəli çıxarış verilmişdir. 09 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə həmin bağ sahəsi X12 tərəfindən Yefremov Abram-Sevi Mardaxayeviçə satılmışdır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən, 51 saylı BTK-ya dair ayrıc aktının arxiv qovluğunda aşkar olunmaması və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən “1487b” saylı bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması qeyd olunmuşdur. Göstərilən xüsusatların hər birinin əks olunduğu sənədlərin, yəni X4 adına olan xx.xx.1993-cü il tarixli 300 nömrəli orderin, X10 adına olan xx.xx.1997-ci il tarixli 35 saylı orderin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların, Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinin, 1 saylı Bakı Ərazi İdarəsinin məktublarının, Bakı İnzibati Məhkəməsinin qərarının və digər zəruri sənədlərin surətləri araşdırmaya təqdim edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinə çıxarış almaq mümkün olmadığından həmin məsələ ilə əlaqədar iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli İŞ № e-2-1(112)-3501/2022 saylı Qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487 saylı 1200 kvm olan bağ sahəsi ilə əlaqədar naturada faktiki yerləşdiyi yerə uyğun onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Adları çəkilən şəxslərin heç biri mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazini belə dəqiq tanımır. Həmin torpaq sahəsi xx.xx.1997-ci il tarixdən, yəni Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının 1364 saylı Sərəncamından sonrakı dövrdə onlara məxsus olmuşdur. Həmin torpaq sahəsi mişar daşları ilə hasara alınmışdır və həmin ərazidə hal-hazırda da heç bir tikinti işləri aparılmamışdır. Həmin torpaq sahəsinə dair çıxarış verilməkdən imtina edilir və öz adına çıxarış ala bilmir. Faktiki həmin torpaq sahəsi onların istifadəsindədir və həmin torpaq sahəsinə heç kəs müdaxilə etmir. (iş vərəqə c.2, iş.v.240-252) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 1988-ci ildə Ermənistan Spitak rayonunda zəlzələ olduqdan sonra ailəliklə oradan köçüb Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bina evində məskunlaşmışdır. 2011-ci ildə oğlu Aslan bildirmişdir ki, qəsəbə sakini və makler kimi tanıdığı Şahid2 adlı şəxs torpaq satır. Qeyd etmişdir ki, oğlu, Ərəstunun oğlu ilə hərbi xidmətdə birlikdə olmuşdur. O, bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Ərəstun adlı şəxsdən 12.000 manat müqabilində hər hansı sənəd olmadan 0,6 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin evin tikilişi 2013-cü ildə başa çatmışdır. Ərəstun adlı şəxs Şüvəlan qəsəbəsində yaşamış, əslən Şuşa şəhərindəndir. Həmin torpaqda fərdi yaşayış evi tikib qurtardıqdan bir müddət sonra Abram Yefremov adlı şəxs həmin torpaq sahəsinə gələrək həm oranın, həm də ona bitişik olan 0,6 ha torpaq sahəsinin ona məxsus olduğunu, bununla bağlı orderə sahib olduğunu bildirmişdir. Bundan sonra o Ərəstunu çağırmış və məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. Həmin vaxtı Ərəstun yox Hacı adlı şəxs onun yaşadığı evə gəlmiş və Hacı Abramla çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, digər 0,6 ha torpaq sahəsini Ərəstun 15.000 manata bacısı Aygünə satmışdır. Bundan sonra Ərəstun ona hər hansı bir işə qarışmamağı, məsələni Hacı adlı şəxsin qaydasına qoyacağını bildirmişdir. Sonradan Hacı adlı şəxsin məsələni həll etdiyini demişdir. Bir müddət sonra Abram yenidən yaşadığı evə gəlmiş və artıq onun əlində yaşadığı torpaq sahəsinə dair çıxarış olmuşdur. O, yenidən Ərəstunu çağırmış və bu məsələni həll etməyi bildirmişdir. Yenə də Ərəstun Abraamla birlikdə evindən çıxıb getmişdir. O, Ərəstundan məsələnin nə yerdə qaldığını soruşmuş və Ərəstun Abraama başqa torpaq sahəsi veriləcəyini bildirmişdir. Sonradan Abramla aralarında belə bir razılaşma olmuşdur ki, Ərəstuna məxsus olan 0,12 ha torpaq sahəsinə onun adına çıxarış alınacaq, daha sonra həmin torpaq sahəsi tərəfindən Abram Yefremova satılacaq, Abram isə öz növbəsində ona və Aygünə satılan torpaq sahəsinin 0,6 ha hissəsini ona, 0,6 ha hissəsini isə Aygünə satacaq. Bundan sonra guya həmin torpaq sahəsini 1993-cü ildə almağını təsdiq edən xx.xx.1993-cü il tarixli 300 nömrəli saxta order hazırlanmış və həmin order əsasında çıxarış alınmış, həmin bağ sahəsi isə 1487b kimi nömrələnmişdir. Həmin orderi ona Ərəstun təqdim etmişdir. Halbuki, o, xx.xx.1993-cü il tarixdə hər hansı torpaq sahəsi almamışdır. Digər Abrama məxsus bağ sahəsi isə 1466 kimi nömrələnərək ona da çıxarış alınmış və qarşılıqlı olaraq o, 1487b saylı 0,12 ha torpaq sahəsini Abrama, Abram isə 1466 saylı bağ sahəsinin 0,6 ha hissəini ona, 0,6 hissəsini isə Aygünə satmışdır. Abramın 1466 saylı bağ sahəsinə qanunsuz sənədlərlə çıxarış alıb-almamasından isə məlumatsızdır. Belə qanunsuz hərəkət etməyinə səbəb Abram tərəfindən hədə-qorxuya məruz qalmağı olmuşdur. Belə ki, Abram keçmiş Energetika nazirinin müavini Şahid5 yaxın adamı olmuş və o, həmin şəxslə onu hədələyərək evini sökdürəcəyini bildirmişdir. O, isə evinin sökülməyindən qorxaraq adına qanunsuz yollarla çıxarış alınmasına razılıq vermişdir. İstəyi yalnız evinin əldən çıxmasının qarşısını almaq olmuşdur. Etdiyi hərəkətə görə peşmandır. Həmin vaxtlarda, hətta indidə sözügedən ərazidə hər hansı sənəd təqdim edilmədən torpaq sahələri satılır. Buna görə də o, buna əhəmiyyət vermədən Ərəstundan hər hansı sənəd təqdim edilmədən ondan torpaq sahəsi almışdı. Abram torpaq sahəsinin dəyişdirilməsinə etiraz etdiyinə görə və öz torpağını, yəni ev tikdiyi torpağı, yaxud bunun müqabilində 30.000 manat pul tələb edirdi. Buna görə də onun razılaşması bir qədər vaxt aparmış və sonda razılıq vermişdi. xx.xx.1993-cü il tarixli, 300 nömrəli order əsasında 1487b saylı bağ sahəsinə order almışdır. Həmin orderin əslini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (BTE) təqdim etmişdir. Həmin orderi Ərəstun ona təqdim etmişdir. Sözügedən torpaq sahəsinə çıxarışı xx.xx.1993-cü il tarixli, 300 nömrəli order əsasında əldə etmişdir. Həmin torpaq sahəsinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması, habelə həmin torpaq sahəsinin xx.xx.1997-ci il tarixli 35 saylı order əsasında X13 məxsus olması barədə hər hansı məlumatı olmamışdır. Qeyd olunan torpaq sahəsini Şahid2 alan zaman Hacı adlı şəxsi də tanımamışdır. Abram gəldikdən sonra Hacı adlı şəxs də Ərəstun vasitəsilə ortaya çıxmışdır. Ərəstundan eşitdiyinə görə Hacı Abramı hazırki 1487b saylı torpaq sahəsinin yerləşdiyi əraziyə aparmış, həmin vaxt Hacının yaxın adamı kimi Niyaz adlı şəxsdə orada iştirak etmiş, o və Aygünə satılmış 0,12 ha torpaq sahəsinin əvəzinə Abrama həmin torpaq sahəsini təklif etmişlər. Abram onlarla razılaşmış, lakin onlara inamı olmadığı üçün sənədləşmənin onun adına aparılmasını bildirmiş, o, da öz növbəsində buna razılıq vermişdir. Daha sonra Ərəstun ona xx.xx.1993-cü il tarixli 300 nömrəli orderi təqdim etmiş və həm Ərəstunun, həm də Hacının tapşırıqlarına əsasən həmin orderlə bir neçə dəfə DƏDRX-nin Bakı Ərazi İdarəsinə getmişdir. Orada dəqiq olaraq kimə yaxınlaşmağını xatırlamır, girdiyi otaqlarda bir neçə şəxs əyləşmiş və ona müəyyən sənədləri imzalatdırıb yola salmışdırlar. 0,6 ha torpaq sahəsini Ərəstundan aldıqdan sonra o, çıxarış alınmasından ötrü əlavə olaraq ondan 3000 manat pul istəmiş, həmin məbləği Ərəstuna vermişdir. Hər iki torpağa çıxarış alındıqdan sonra Ərəstun və Aygündən 3000 manat pulunun geri qaytarılmasını tələb etmiş, həmin məbləğin 1000 manatını Aygün nağd qaydada qaytarımış, 2000 manatı isə aralarında borc müqaviləsi bağlandığı üçün hissə-hissə ödəmişdir. Onlar tərəfindən ona 6000 manat pul verilməsi təmamilə yalan məlumatdır. Bildirmişdir ki, bir müddət əvvəl Ərəstunla görüşü olmuş, Ərəstun bildirmişdir ki, yalandan bildirmişdir ki, guya ona 6000 manat pul vermişdir. Bunu etməkdə məqsədi Aygünün adına rəsmiləşdirilmiş 0,6 ha torpaq sahəsinin pulla ondan alınmasını göstərmək və əlavə sualların yaranmasının qarşısını almaq olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şüvəlan qəsəbəsində usta kimi fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Buna görə də qəsəbə sakinləri onu çox yaxşı tanıyır və kiminsə alqı-satqı məsələləri olduqda ona müraciət edirlər. X12 qonşusudur, münasibətləri yaxşı olmuşdur. 2014-cü ildə Yusiflə söhbət əsnasında ona Şüvəlan qəsəbəsində 0,6 ha torpaq sahəsinin 12.000 manata satıldığını, lakin torpağın sənədlərinin olmadığını bildirmişdir. Qeyd etmişdir ki, həmin torpaq sahəsini Şüvəlan qəsəbəsində Qress adlanan yerdə Hacı adlı şəxs satırdı. Yusif qiymətlə razılaşmış və birlikdə torpaq sahəsinə baxış keçirmişdir. Bundan sonra Yusif torpağın sənədsiz olması səbəbindən gələcəkdə hər hansı probleminin olubolmamayacağını soruşmuş, o isə hər hansı problem olmayacağını bildirmişdir. Həmçinin, Hacı adlı şəxs ona bildirmişdi ki, həmin torpaq sahəsinin və ona bitişik olan digər 0,6 ha torpaq sahəsinin sənədləri çıxarış alınmasından ötrü Daşınmaz Əmlaka göndərilmişdir. Hacının bu məlumatından sonra digər 0,6 ha torpaq sahəsini də bacısı Şahid3 təklif etmişdir. Aygün və onun həyat yoldaşı torpağa baxış keçirtmiş və həmin torpaq da sənədsiz 15000 manata Aygünə satılmışdır. Bildirmişdir ki, həmin torpaq sahələrinə həm Yusif, həm də bacısı Aygün 300 manat əskiklə pul vermış, hər biri üçün əlavə olan 300 manat pulu isə öz cibindən qoyaraq pul məbləğlərini Hacı adlı şəxsə təqdim etmişdir. Buna səbəb Yusifin və bacısının kasıb olması səbəbindən onlara köməklik etmək istəməyi olmuşdur. Təxminən 1 il keçdikdən sonra, yəni Yusif artıq həmin torpaq sahəsində ev tikdikdən sonra ona zəng edərək bildirmişdir ki, ona satılan torpağın başqa sahibi çıxmış, adı isə Abramdır. Bundan sonra bu barədə Hacıya məlumat vermiş və onunla birlikdə Yusifin evinə getmişdir. Orada Yusifdən aldığı 12.000 manat pulu Hacıya verdiyini bir daha bildirmiş və Hacı da bunu etiraf etmişdir. Daha sonra Hacı məsələyə özünün aydınlıq gətirəcəyini bildirmiş və söhbət bununla da yekunlaşmışdır. Daha sonra Hacı onunla telefon əlaqəsi saxlayaraq Abramla görüşdüyünü, məsələnin tezliklə yoluna qoyulacağını qeyd etmişdir. Qısa müddət keçdikdən sonra Abram onunla telefon əlaqəsi saxlamış və bacısı Aygünə satılmış torpaq sahəsinin də orderlə ona məxsus olduğunu bildirmişdir. O, həmin torpağın müqabilində Hacıya 15.000 manat pul verdiyini bildirmiş, lakin Abram buna baxmayaraq, onları da həmin torpaqdan çıxaracağını bildirmişdir. Sonradan Yusif bildirmişdir ki, bir qədər aralıda 0,12 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsinə çıxarış alınacaq, Abram isə Yusifə və Aygünə satılmış ümumilikdə 0,12 ha torpaq sahəsinə çıxarış alacaq. Qeyd etmişdir ki, Yusifin ona bildirdiyi 0,12 ha torpaq sahəsi barədə məlumatı olmamış, həmin torpağın kimə məxsus olduğunu bilməmişdir. Bundan sonra Yusif həmin 0,12 ha torpaq sahəsinə çıxarış alaraq Abrama satmış, Abram isə öz növbəsində çıxarışla ona məxsus olan 0,6 ha torpaq sahəsini Yusifə, digər 0,6 ha torpaq sahəsini isə bacısı Aygünə satmışdır. Həmçinin Yusif ona bildirmişdir ki, Aygünə verilməli olan 0,6 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz edir, çünki Abrama 0,12 ha torpaq sahəsi vermişdir, buna görə də Aygünə məxsus olan 0,6 ha torpaq sahəsi ona qalmalıdır. O, Aygünə satılmış torpağı vermək istəmədiyini bildirmişdir. Buna görə də bacısı Aygünə görə tərəfindən Yusifə əlavə olaraq 6000 manat nağd qaydada pul verilmişdir. Həmçinin alqı-satqı günü bacısı Aygün 1.000 manat nağd qaydada Yusifə pul vermiş, 2.000 manat isə notarial qaydada pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şüvəlan qəsəbəsində yerləşən 1487b saylı bağ sahəsinin kimə məxsus olub-olmaması barədə məlumatı olmamış, həmin orderin necə hazılandığını, kim tərəfindən verildiyini bilməmişdir. Yusif demişdir ki, ona məxsus 0,12 ha torpaq sahəsi olmuşdur, lakin həmin bağ sahəsinə saxta yollarla çıxarış alınmasından tamamilə məlumatsızdır. Yusif bacısı Aygünə verilməli olan torpaq sahəsini ona vermək istəməmiş və buna görə də onunla mübahisələri olmuşdur. O, Abrama 0,12 ha torpaq sahəsini verdiyini, əvəzində isə Aygünə məxsus olan 0,6 ha torpaq sahəsinin də Abram tərəfindən ona verilməli olması ilə izah etmişdir. xx.xx.1993-cü il tarixli, 300 nömrəli orderdən məlumatı olmamışdır, həmin orderi o, təqdim etməmişdir. Hacı adlı şəxs Şüvəlan qəsəbəsində yaşayır. O, bir neçə şəxsə torpaq satmış, sonradan həmin torpağın əsas sahibləri üzə çıxmış, hətta tikilmiş evlər sökülmüşdür. Onun barəsində Xəzər RPİ-də araşdırma olmuş və eşitdiyinə görə əvvəl həbs olunmuşdur. Qeyd olunan torpaq sahəsinə çıxarışı Yusifin özü almışdır. O, çıxarış alınması üçün ondan pul almamışdır. Qeyd edilən problemlər yarandıqdan sonra Yusifin əlavə olaraq 0,12 ha torpaq sahəsinin olması barədə onun özündən eşitmişdir. Yusif 0,12 ha torpaq sahəsinin ona aid olduğunu, Abrama 0,12 ha torpaq sahəsi verdiyi üçün 0,6 ha torpaq sahəsini də Aygünə vermək istəmədiyini bildirirdi. O, Yusifə 300 manat da pul köməklik etmiş, sonradan həmin pulu Yusif qaytarmışdır. Hacı qeyd edilən torpaq sahəsini onun vasitəsilə sənədsiz Yusifə və Aygünə satmışdır. Yusif bacısı Aygünə satılmış 0,6 ha torpaq sahəsini ona vermək istəmədiyi üçün bacısı Aygünlə birlikdə Energetika Nazirliyində Şahid5 qəbulunda olmuş, göstərilənlər barədə ona da məlumat vermiş, Şahid5 isə öz növbəsində öz aralarında razılaşmağı bildirmişdir. Bundan sonra Xəzər rayon polis idarəsində rəis Azər adlı şəxsin qəbuluna da getmiş, o bununla bağlı Yusifi də dəvət etmiş və məsələni razılaşma yolu ilə həll etməyi tövsiyə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid2 qardaşıdır. 1993cü ildə X14 ilə ailə həyatı qurmuşdur. 2014-cü ildə Şüvəlan qəsəbəsində olan 0,6 ha torpaq sahəsini 14.700 manat ödəməklə Ərəstundan almışdır. Ərəstun ilk olaraq həmin torpaq sahəsinin sənədlərinin qaydasında olduğunu bildirmiş, sonradan isə məlum olmuşdur ki, həmin torpaq sahəsinin sənədləri yoxdur. Bildiyinə görə Ərəstun həmin torpağı Hacı adlı şəxsdən almışdır. Hətta Ərəstundan eşitdiyinə görə o, 300 manat da öz cibindən pul qoymuş və Hacıya vermişdir. Ərəstun həmçinin öz növbəsində ümumiyyətlə respublikada çıxarış verilməsinin dayandığını, buna görə də torpağın sənədlərinin gecikdiyini qeyd etmişdir. Bir müddət keçdikdən sonra Abram Yefremov ortaya çıxmış və həmin torpaq sahəsinin, habelə qonşusu Yusifə satılmış 0,6 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Ərəstundan aldığı məlumata görə ona məlum olmuşdur ki, Hacı və onun yaxın adamı Niyaz adlı şəxs bir qədər aralıda yerləşən 0,12 ha boş torpaq sahəsinə Yusifin adına çıxarış alıb həmin torpaq sahəsini Abrama verəcək, Abram isə öz növbəsində ona məxsus olan torpaq sahəsinin 0,6 ha hissəsini ona, 0,6 ha hissəsini isə Yusifə verəcəkdi. Həmçinin, Ərəstun bildirmişdir ki, Hacı və Niyaz Abramla yaxındır, Hacıya verilmiş 15.000 manat pul dolayı yolla Abrama çatmışdır. Yusifin adına rəsmiləşdirilən torpaq sahəsinin sahibinin kim olmasından məlumatsız olmuş, həmin torpaq sahəsinə hansı yollarla çıxarış alınmasını bilməmişdir. Bu müddət ərzində çıxarışın alınmasına xərclərin çıxılması adı ilə Ərəstuna əlavə olaraq 3000 manat pul da vermiş, Ərəstunun deməsinə görə həmin pulun üzərinə 3000 manat da qoyaraq 6000 manat pulu Yusifə vermişdir. Yekunda isə Yusif çıxarışın alınmasına çıxılan xərclər adı ilə ondan şəxsən nağd qaydada 1000 manat, notariat qaydada təsdiq edilmiş borc müqaviləsi əsasında isə 2000 manat pul almışdır. Həmin borc müqaviləsinin surətini araşdırmaya təqdim etmişdir. Hər iki torpağa çıxarış alındıqdan sonra Yusif onun adına rəsmiləşdirilmiş 0,12 ha torpaq sahəsini Abrama satmış, lakin Abrama məxsus olan 0,12 ha torpaq sahəsini isə tam olaraq özünə götürmək istəmişdir. Bununla bağlı Yusiflə mübahisələri olmuşdur. Bundan sonra Ərəstun vəfat etmiş qardaşı Ceyhunun dostu olmuş, həmin vaxt Energetika nazirinin müavini vəzifəsində işləyən Şahid5 qəbuluna gedəcəyini, bu işdə köməklik etməsi barədə xahiş edəcəyini bildirmişdir. Həmçinin Şahid5 da Abramla dost, Yusiflə isə həmyerli idi. Buna görə də o, hər iki tərəfə təsir edə bilirdi. Ərəstunla birlikdə o da qəbula getmiş, orada Şahid5 bütün olanları danışmış, o isə öz növbəsində köməklik edəcəyini bildirmişdir. Bundan təxminən 1 ay sonra Şahid5 köməkliyi ilə Abram həmin 0,6 ha torpaq sahəsini ona, digər 0,6 ha torpaq sahəsini isə Yusifə satmışdır. Əlavə olaraq bildirmişdir ki, Yusif 3000 manat pulu ondan guya çıxarışın alınmasına xərcinin çıxılması adı ilə almışdır. Həmçinin 3000 manat da torpaqla bağlı sənədlərin düzəlməsinə görə Ərəstuna vermişdir. Ərəstundan aldığı məlumata görə isə o, verdiyi 3000 manatın üstünə 3000 manatda qoyaraq 6000 manat pulu Yusifə vermişdir.Lakin Ərəstunun onun əvəzinə pul verməsinə inanmır. O, həmin torpaqla bağlı 21.000 manat pul xərcləmişdir. 1487b saylı torpaq sahəsinə çıxarış alınmasına əsas olmuş xx.xx.1993-cü il tarixli 300 nömrəli saxta orderin dəqiq olaraq kim tərəfindən verildiyini bilmir. Amma Ərəstundan eşitdiyinə görə həmin orderi Yusifə Hacı adlı şəxs vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, rəhmətlik Yefremov Abram-Sevi Mardaxayeviç dostu olan və hal-hazırda X5 yaşayan X8 qayınatası olmuşdur. 2013-cü ilin oktyabr ayında Abraam Yefremov Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 12 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinə çıxarış almağa köməklik göstərməyini xahiş etmişdir. O isə köməklik göstərəcəyini bildirmişdir. 2014-cü ilin aprel ayında rəhmətlik Abram onunla görüşmək istədiyini bildirmiş və onunla razılaşmışdır. Qeyd etmişdir ki, həmin vaxtı Energetika Nazirinin müavini vəzifəsində işləyirdi. 2014-cü ilin aprel ayında Abram ilə görüşmüş, söhbət zamanı Abram ona əvvəl çıxarış alınması üçün müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsində ev tikildiyini və yaxın zamanda bundan xəbər tutduğunu demişdir. O, bununla bağlı sürücüsü Rauf Kərimovu və Abram dayını birlikdə həmin torpaq sahəsinə göndərmişdir ki, torpaq sahəsində olan evin kim tərəfindən tikildiyini və torpağı satan şəxsi öyrənsinlər. Onlar həmin torpaq sahəsinə getmiş və ona bildirmişlər ki, həmin torpaq sahəsini Hacı adlı şəxs Ərəstun adlı şəxs vasitəsilə Yusif adlı şəxsə satmışdır. Sonradan da məlumatı olmuşdur ki, həmin torpaq sahəsinin 6 sotunu Yusif, 6 sotunu isə Ərəstun bacısı Aygünə satmışdır. Yusif həmin torpaq sahəsində ev tikmiş, lakin həmin vaxtı Aygün torpağı alsa da ev tikməmişdi. Bundan sonra həmin torpaq sahəsinə getmiş və orada Hacı, Ərəstun və Yusiflə görüşmüş və həmin torpağın Abraam dayının olduğunu bildirmişdir. Onlar heç bir etiraz etməmiş və həmin torpağın boşaldılması tələbini qoymuşdur. Bundan sonra Abraama torpaq sahəsinə aid saxta olmayan sənədlərlə çıxarış alması üçün Əmlak komitəsinə müraciət etməsini demiş və həmçinin özü də Əmlak komitəsində olan rəhbər şəxslərdən birinə zəng edərək Abrama məxsus olan yəni Yusifin ev tikdiyi torpaq sahəsinə tezliklə çıxırışın verilməsinin surətləndirilməsini xahiş etmişdir. Sonradan Abraam həmin torpaq sahəsinə dair çıxarış almışdır. Yusif artıq həmin torpaq sahəsinin Abraama məxsus olduğunu və çıxarış aldığını, həmçinin Abramın ondan torpaq sahəsini boşaltmasını tələb etdiyini gördükdə Ərəstun və Hacı adlı şəxsdən bu məsələni həll etmələrini tələb etmiş, çünki həmin torpaq sahəsini o pulla almışdı. Bir müddət sonra Hacı və Ərəstun Yusiflə belə razılığa gəldi ki, həmin ərazidə Abrama başqa torpaq sahəsi veriləcək. Sonradan onlar Abrama həmin ərazidə başqa bir torpaq sahəsi göstərdilər və Abram həmin torpaq sahəsinin sənədləşdirilərək ona verilməsinə razılaşdı. Qeyd etmişdir ki, Abraam həmin torpaq sahəsinin başqa şəxsə aid olduğunu bilmirdi. Sonradan Yusif Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487b saylı, 1200 kv.m olan bağ sahəsinə aid orderi gətirərək onlara göstərdi. O, həmin orderə baxdıqda orderin köhnə kağız vərəqədə olduğunu və 1993-cü il tarixdə Yusifə verildiyini görmüşdü. Həmin order onda heç bir şübhə yaratmamışdı, lakin təəcüblü gəlmişdi ki, Yusif nə üçün həmin torpaq sahəsində ev tikməmiş, Abrama məxsus torpaq sahəsində ev tikmişdir. Bundan sonra 2015-ci ildə həmin torpaq sahəsinə Yusif çıxarış almış və Abrama satmış, Abram da öz növbəsində özünə məxsus torpaq sahəsinə aid olan çıxarışı ləğv edərək Yusifə satmışdır. Yusifin həmin ərəfədə çıxarış alınması üçün kiməsə pul verib-vermədiyini bilməmişdir. Təxminən 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəllərində Zəfər ona zəng edərək bildirmişdir ki, Abrama satılmış torpaq sahəsi problemlidir. Milli Məclisin deputatı Zərərçəkmiş şəxs1 məxsusdur. Ondan nə edə biləcəyini soruşduqda Zəfər onunla görüşmək istədiyini və məsləhətləşmək istədiyini demişdir. O, isə bu məsələdən narahat olaraq səhəri günü Zərərçəkmiş şəxs1 zəng edərək ondan Şüvəlan qəsəbəsində torpaq sahəsinin olubolmadığını soruşmuşdur. O torpaq sahəsi olduğunu bildirmişdir. O isə Eldar müəllimə həmin torpaq sahəsinə dair Abram adlı şəxsə çıxarış verildiyini bildirmişdir. Eldar müəllim ona bildirmişdir ki, bu barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq və telefon danışığını bitirmişdir. O bu cür danışığını gördükdə məyus olmuşdur. Təxminən 2-3 gün sonra Zəfər ona zəng edərək bildirmişdir ki, Eldar müəllimin nümayəndələri onunla görüşüb və onu da dəvət edir. O, dərhal onlarla görüşmüş, görüş zamanı Zəfər və Eldar müəllimin nümayəndələrinə baş verən hadisəni danışmış və mövcud vəziyyətdən çıxış yolu kimi bildirmişdir ki, bu məsələnin həlli üçün Eldar müəllim, Abram dayı və Əmlak komitəsi birlikdə məhkəməyə müraciət etsin, məhkəmə Yusifin saxta sənədlə aldığı çıxarışı ləğv etsin, həmin torpaq sahəsinə dair Eldar müəllimə çıxarış verilsin, Yusifin və Aygünün ev tikidiyi torpaq sahəsinə aid olan çıxarış ləğv edilsin və Abrama çıxarış verilsin. Öz növbəsində Yusif və digər şəxslər özləri problemlərini həll etsin. Buna baxmayaraq Eldar müəllim onun dediyi ilə razılaşmayaraq özü iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona təəcüblüdür ki, həmin torpaq sahəsinə çıxarış verilibsə necə ola bilər ki, həmin torpaq sahəsinə ikinci çıxarış verilə bilər. Birinci çıxarış ləğv edilməlidir ki, yeni çıxarış verilsin. Qeyd etmişdir ki, o, heç vaxt Eldar müəllimə qeyd olunan torpaq sahəsini 2015-ci il tarixdə Əmlak komitəsində işləyən Zəfər adlı şəxsə 20.000 manat pul verərək almasını deməmişdir. Zərərçəkmiş şəxs1 göstərdikləri yalandır, heç vaxt o mövzuda danışıq olmamışdır. Telefon danışığı yuxarıda göstərdiyi kimi və qısa zamanda olmuşdur. Zərərçəkmiş şəxs1 zəng edib həmin məlumatı verməsəydi onun məlumatı çox gec olardı. O, Şahid2la görüşən zaman onun vaxtı ilə aralarında yaxın münasibət olan rəhmətlik Ceyhunun qardaşı olduğunu bilmiş və onunla münasibət yaranmışdır. Bu səbəbdən onlar sonradan ona müraciət etmiş və Yusifin Aygünə məxsus olan torpaq sahəsini vermək istəmədiyini demişdilər. O, Yusifdən bu məsələnin düzgün həll etməsini tələb etmişdir. Bundan sonra Abram həmin 0,6 ha torpaq sahəsini Aygünə, digər 0,6 ha torpaq sahəsini isə Yusifə satmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2017-ci ilədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İnvertarlaşdırına şöbəsinin Torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektorunda müdir vəzifəsində çalışmışdır. 2017-ci ildən 2022-ci ilin fevral ayınadək şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləmişdir. 2022-ci ilin fevral ayından DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirınənin təşkili şöbəsinin Texniki inventarlaşdırına işləri sektorunun mühəndisinventarlaşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2015- ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ona təqdim edildikdən sonra bildirmişdir ki, həmin tarixdə İmran Vəliyev artıq iki aydır ki, işlədiyi vəzifəsindən kənarlaşdırılmış və onun vəzifəsini müvəqqəti olaraq o, icra etmiş və müayinə baxış aktından da göründüyü kimi İ.Vəliyev adının üzərində xətt qoyaraq öz imzasını qeyd etmişdir. Həmin imza ona məxsusdur. Yusif İsgəndərov xx.xx.2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir ki, ona məxsus torpaq sahəsinə çıxarış verilsin. O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0,12 ha 1487B nömrəli torpaq sahəsinə dair xx.xx.1993-cü il tarixli 300 saylı order təqdim etmişdir. xx.xx.2015-ci il tarixdə yer quruluşu üzrə mühəndis işləmiş Şahid6 həmin torpaq sahəsinə baxış keçirmiş və akt tərtib etmiş, faktiki torpaq sahəsi 1185 kvadrat metr təşkil etmiş, bağ sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanmış və bağ sahəsində tikili yoxdur qeyd olunmuşdur. Aktın qeyd hissəsində “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və Bağ sahəsində mübahisə predmeti olduğu” göstərilmişdir. O, hal hazırda xatırlamır ki, bağ sahəsinə dair digər tərəflər kimlər olmuşdur və hansı sənədlərin surəti təqdim edilmişdir. Lakin bildirmişdir ki, həmin torpaq sahəsinə dair ekspertiza vərəqinin 3cü qrafası olan Arxiv qrafasında torpaq sahəsinin arxiv siyahısında adı olduğu və 2021 nömrəli sərəncam olduğu qeyd olunmuşdur. Həmin müayinə aktı torpağa baxış keçirmiş mühəndis Ramin Məınınədov tərəfindən imzalandıqdan sonra o, öz imzası ilə təsdiq etmiş və sənədlər aidiyyatı üzrə İdarənin Kadastr şöbəsinə göndərilmişdir. Kadastr şöbəsində sənədlər yoxlanılmış və bağ nömrəsinin sxematik xəritədə əks olunmadığı göstərilmişdir. Lakin bildirir ki, sxematik xəritə hüquqmüəyyənedici sənəd deyil, əsas sənəd sərəncam və orderdir. Bundan sonra sənədlər qeydiyyatın ekspertiza şöbəsinə göndərilir və orada müayinə aktı və kadastrın qeydi olduğu göstərildikdən sonra sənədlər idarənin hüquq şöbəsinə göndərilir. Hüquq şöbəsində isə torpağın müayinə aktı olduğu qeyd olunur və nəticədə sənədlər toplusu İdarə rəisinin müavininə təqdim edilərək çıxarış verilməsi üçün imzalanır. Həmin dövrdə müavin Təqsirləndirilən şəxs işləmişdir. Qeyd etmişdir ki, bir neçə gün sonra torpağa baxış keçirmiş mühəndis Şahid6 yanına gələrək bildirmişdir ki, sözü gedən torpaq sahəsinə baxış keçirdikdə müəyyən etmişdir ki, torpaqda mübahisə predmeti var yəni başqa şəxs tərəfindən həmin torpaq sahəsinə əvvəl müraciət olunmuşdur. O, bunu eşitdikdə Şahid6la birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Qəbul zamanı Zəfər müəllimə bildirmişdir ki, Raminin dediyinə görə sözügedən torpaq sahəsində mübahisə var və digər şəxslər tərəfindən fevral ayında müraciət olunmuşdur. Zəfər müəllim isə cavabında «torpağın faktiki vəziyyəti necə varsa müayinə aktında göstərilsin, idarə özü bilər» demişdir. Bundan sonra onun qəbulundan çıxmış və müayinə aktını Ramin təhvil vermişdir. Lakin bildirmişdir ki, Zəfər müəllim həmin sözləri çox razı halda demişdir. Həmçinin, məlumat üçün bildirmişdir ki, əgər Aktda mübahisə predmetinin olduğu göstərilirsə, bu zaman həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilir, yalnız mübahisə aradan qalxdıqdan sonra yenidən baxış keçirilir və bundan sonra çıxarış verilir. Mübahisə predmeti ona görə yazılıb ki, digər şəxsin həmin torpağa iddiası olmuşdur. Lakin göründüyü kimi həmin aktın tərtib edilməsindən 7 gün sonra, mübahisə predmeti aradan qaldırılmadan həmin torpaq sahəsinə çıxarış verilmişdir. Hətta məhkəmələrdə torpaq sahəsinin qeydiyyata alınması barədə qərar qəbul olunub icraya göndərilsə belə mübahisə predmeti olarsa o qərar icra edilmir, məsələyə yenidən baxılır. Bu özü onu göstərir ki, çıxarış müvafiq pozuntularla verilmişdir. Torpağa çıxarış verilməsi üçün orderdən əlavə İcra hakimiyyətinin sözügedən ərazi üçün sərəncamı, ayrıc aktı olmalı və həmin torpaq sxematik xəritədə öz əksini tapmalıdı. Həmin torpaq sahəsinə dair sərəncam da olmamışdır. Əslində order idarəyə təqdim olunmamışdan əvvəl dövlət arxivinə müraciət olunmalıdır. Order təqdim olunduqdan sonra da arxiv arayışı sənədlər toplusunda olmalıdır. Əgər dövlət arxivində orderə aid arxiv arayışı yoxdursa həmin sənəd etibarsızdır. Birinci instansiya məhkəməsində 16 saylı cəzaçəkmə müəssisində cəza çəkən videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid6 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2019-cu ilin avqust ayınadək Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi İdarəsinin İnventarlaşdırılması bürosunda yer quruluşu üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Yer quruluşu üzrə mühəndis kimi vəzifəsi torpaq sahələrinə texniki baxış keçirib onun sahəsini ölçüb, çəkib təqdim etmək və s. olmuşdur. 2015-ci ilin sentyabr ayında idarə tərəfindən sözü gedən bağ sahəsinə dair sənədlər yəni xx.xx.1993-cü il tarixli 300 saylı orderin əsli və Yusif İsgəndərovun ərizəsi texniki baxış keçirilməsi üçün ona təqdim olunmuşdur. O, ərizə üzərində olan telefon nömrəsi ilə əlaqə saxlamış və həmin şəxsə bildirmişdir ki, torpağa baxış keçirmək lazımdır. O, torpaq sahəsinə həmin şəxslə birlikdə baxış keçirən zaman ona məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinin mülkiyyət hüququnun tanınması üçün digər fiziki şəxs tərəfindən 2015-ci ilin fevral ayında müraciət olunmuşdur və idarəyə sənədlər təqdim olunmuşdur. Həmin vaxtı xatırlamışdır ki, 2015-ci ilin fevral ayında müraciət edən şəxslər hal-hazırda baxış keçirdiyi ərazini ona göstərir. 2015-ci ilin feral ayında təqdim olunan sənədlər 1487 saylı bağ sahəsinə aid olmuşdur. 2015-ci ilin sentyabr ayının 8-də 1487 saylı torpaq sahəsinə baxış keçirən zaman ona həmin torpaq sahəsinə aid olduğu deyilən 1487b saylı order təqdim edilmişdi. O, həmin vaxtı təəccüblənmiş və artıq baxış keçirilməsi vəzifəsi olduğu üçün baxış keçirmişdir. Həmin vaxtı ona aydın olmuşdur ki, sözü gedən torpaq sahəsi mübahisəlidir. Baxış zamanı tərəfindən həmin torpaq sahəsində baxışa aid akt tərtib edilmiş, faktiki torpaq sahəsi 1185 kvadrat metr təşkil etmiş, bağ sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır və bağ sahəsində tikili yoxdur qeyd olunmuşdur. Aktın qeyd hissəsində “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487 saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və Bağ sahəsində mübahisə predmeti olduğu” göstərilmişdir. Müayinə baxış aktında yazdığı kimi sözügedən bağ sahəsi sxematik xəritəyə əsasən (bağlara aid yerləşmə sxemi) 1487 saylı bağ sahəsinin həqiqi yeri idi, çünki, sxematik xəritədə 1487B saylı bağ haqqında heç bir məlumat yox idi. Həmçinin bağ sahələri yerləşmə ardıcıllığına görə yalnız rəqəmlərlə sıralanırdı və orada a, b, c kimi hərflər yox idi. Həmin torpaq sahəsinə dair ekspertiza vərəqinin 3-cü qrafası olan Arxiv qrafasında torpaq sahəsinin arxiv siyahısında adı olduğu və 2021 nömrəli sərəncam olduğu qeyd olunmuşdur. O, həmin vaxtı elə zənn etmişdir ki, həmin sənədə imtina veriləcək. Baxış aktında da göstərmək istəmişdir ki, vətəndaşın göstərdiyi ərazi orderdə 1487b yazıldığı üçün həmin ərazidir. Lakin orada yalnız 1487 saylı bağın olduğunu və 1487b saylı bağın olmadığını bilmişdir. Bu səbəbdən də aktda göstərmişdir ki, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Həmin müayinə aktı tərəfindən imzalandıqdan sonra şöbə müdiri vəzifəsini icra edən Şahid7 təqdim olunmuş, o da müayinə aktını yoxlayıb imza etmiş və görmüşdür ki, gördüklərini yazmışdır. Bundan sonra sənədlər aidiyyatı üzrə İdarənin Kadastr şöbəsinə göndərilmişdir. Kadastr şöbəsində sənədlər yoxlanılmış və bağ nömrəsinin sxematik xəritədə əks olunmadığı göstərilmişdir. Lakin bildirmişdir ki, sxematik xəritə hüquqmüəyyənedici sənəd deyil, əsas sənəd sərəncam və orderdir. Bundan sonra sənədlər qeydiyyatın ekspertiza şöbəsinə göndərilmiş və orada müayinə aktı və kadastrın qeydi olduğu göstərildikdən sonra sənədlər idarənin hüquq şöbəsinə göndərilmişdir. Hüquq şöbəsində isə yalnız torpağın müayinə aktı olduğu qeyd olunmuş, lakin bağ sahəsində faktiki mübahisə predmeti olduğu haqqında heç bir məlumat qeyd etməmişdir. Əslində hüquq şöbəsində əgər müayinə baxışında mühəndis tərəfindən qeyd olunan mübahisə predmeti haqqında qeyd olarsa onlar öz rəyini bildirməli və sənəd imtinaya getməlidir. Lakin burada əksinə olaraq sənədlər toplusu İdarə rəisinin müavini tərəfindən çıxarış verilməsi üçün imzalanmışdır. Həmin dövrdə müavin Təqsirləndirilən şəxs işləmişdir. Bildirmişdir ki, yazdığı müayinə aktının üzərində bütün şöbələr tərəfindən çıxarış verilməsinə imtina edilsin sözləri yazılmışdı. Bir müddət sonra şöbə rəisi vəzifəsini icra edən Şahid7 onun yanına gələrək bildirmişdir ki, rəhbərlik yəni müavin Təqsirləndirilən şəxs göstəriş vermişdir ki, yazdığı müayinə aktı dəyişilməli və əvvəl yazdığı kimi yeni baxış aktına yenidən köçürməlidir. O, bunu eşitdikdə etiraz etmiş və Şahid7lə birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Qəbul zamanı Cavanşir müəllim Zəfər müəllimə bildirmişdir ki, Raminin dediyinə görə sözügedən torpaq sahəsində mübahisə var və digər şəxslər tərəfindən fevral ayında müraciət olunmuşdur. Zəfər müəllim ondan soruşduqda o, Cavanşir müəllimin dediyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, “sən torpaq sahəsində nə müayinə etmisənsə onları baxış aktında olduğu kimi göstər, qalan işlərə qarışma, idarə özü bilər”. Bundan sonra onun qəbulundan çıxmış və müayinə aktını olduğu kimi yenidən köçürmüşdür. Sonradan eşitmişdir ki, Zəfər bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarış onun aktı əsasında verilmişdir. Lakin o, özünü sığortalamaq üçün bunu bildirmişdir. Çünki o, aktda torpağın mübahisəli olduğunu və sxematik xəritədə həmin bağın 1487b saylı nömrəsinin əks olunmadığını göstərmişdir. Əgər Aktda mübahisə predmetinin olduğu göstərilirsə, bu zaman həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilir, yalnız mübahisə aradan qalxdıqdan sonra yenidən baxış keçirilir və bundan sonra çıxarış verilir. Mübahisə predmeti ona görə yazılıb ki, digər şəxsin həmin torpağa iddiası olmuşdur. Bu özü onu göstərir ki, çıxarış müvafiq pozuntularla verilmişdir. Torpağa çıxarış verilməsi üçün orderdən əlavə İcra hakimiyyətinin sözügedən ərazi üçün sərəncamı və həmin torpaq sxematik xəritədə öz əksini tapmalıdır. Həmin torpaq sahəsinə dair sərəncam da olmamışdır. Əslində order idarəyə təqdim olunmamışdan əvvəl dövlət arxivinə müraciət olunmalıdır. Əgər dövlət arxivində orderə aid sərəncam vətəndaşa təqdim olunarsa sonra reyestr xidməti həmin sənədləri qəbul etməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6218/2020 saylı qərarından görünür ki, Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1364 nömrəli sərəncamına əsasən X13 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən, 1487 saylı, 1200 kv.m olan bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X15) məxsus olması haqqında arayış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli İŞ № 2-1(112)-3501/2022 saylı Qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən, 1487 saylı, 1200 kv.m olan bağ sahəsi ilə əlaqədar naturada faktiki yerləşdiyi yerə uyğun Zərərçəkmiş şəxs1 mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2015-ci il tarixli 36/230 saylı məktubundan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 saylı qərarına əsasən qüvvədə olan kooperativlərin tərkibində Şüvəlan qəsəbəsi 51 saylı BTK nəzdində olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487 saylı 1200 m2 olan bağ sahəsi mərhum X13 ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********65 saylı məktubundan görünür ki, ünvan 4nə dair çıxarış "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində icraatda olan zaman aidiyyəti şöbələrdə ekspertiza olunmuşdur. Sənədin icraya yönəldilməsi həmin dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Təqsirləndirilən şəxs imzası əsasında həyata keçirilmişdir. Hazırlanmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin dövrdə idarə rəisi olmuş Şahid8 tərəfindən təsdiq olunmuşdur. Həmçinin bildiririk ki, Şahid8 xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən Şahid8 əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən ləğv edilmişdir. Təqsirləndirilən şəxs 2 aprel 2013-cü il tarixindən 26 fevral 2019- cu il tarixədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini, 26 fevral 2019-cu il tarixindən 16 mart 2020-ci il tarixinədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən ləğv edilmişdir. Məlumat üçün bildiririk ki, qeyd edilən məsul şəxslər hal-hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olan orqanlarda fəaliyyət göstərmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********85 saylı məktubuna əlavə edilmiş X4 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 saylı nömrəli sərəncamına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsi olan 1487b nömrəli bağ sahəsi X9 ayrılmışdır. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı 0.1185 m2 olan bağ sahəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan 9 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X12 ünvan 4 ünvanında yerləşən 0.1185 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə X22 Mardaxayeviçin mülkiyyətinə verir. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı 0.1185 m2 olan bağ sahəsi Yefremov Abram-Sevi Mardaxayeviçin xüsusi mülkiyyətinə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 9 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Yefremov Abram-Sevi Mardaxayeviç ünvan 5 ünvanında yerləşən 0.117216 ha olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsini alıcı X4 və 0.05721 ha torpaq sahəsini alıcı Şahid3 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********85 saylı məktubuna əlavə edilmiş arxiv qovluğunda mövcud olan xx.xx.2015-ci il tarixli ********** saylı ərizənin surətindən görünür ki, X12 hüquqların dövlət qeydiyyatı haqqında ilkin qeydiyyat aparılması və daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında ilkin texniki pasportun alınması üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin rəisinə müraciət etmiş və ərizəyə order əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********85 saylı məktubuna əlavə edilmiş X4 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1487b saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının qeyd hissəsindən görünür ki, “Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığı, Bağ sahələrinin yerləşmə ardıcıllığına uyğun olaraq (elektron baza məlumatlarında) sxematik xəritəyə əsasən ərizəçi tərəfindən göstərilən faktiki sahə 1487b saylı bağ sahəsinin həqiqi ərazisi olduğu, Bağ sahəsinə dair digər tərəflər fevral ayında sənədlər təqdim etdiyi və təqdim edilən sənədlərin surəti sənədlər toplusuna əlavə olunduğu və bağ sahəsində mübahisə predmeti var” qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqində həmin torpaq sahəsi ilə bağlı Hüquq şöbəsi qrafasında yalnız müayinə aktı olduğu, kadastr şöbəsi qrafasında “1487b” saylı bağ nömrəsi sxematik xəritədə əks olunmadığı qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş arxiv qovluğunda mövcud olan çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan “Dövriyyə vərəqinə” Təqsirləndirilən şəxs baş mühəndis, rəis müavini qrafasında şəxsən imzalamaqla öz imzası ilə təsdiq etdiyi, eyni qaydada çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəyə isə rəhbəri olduğu idarənin İnvertarlaşdırma şöbəsinin Torpaq sahələrinin planı və ölçülərinin hazırlanması sektoruna və Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə "icra edin" məzmunlu dərkənar qoyaraq sənədi icraya yönəltdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********38 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 51 saylı BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487b saylı bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamından görünür ki, Şüvəlan qəsəbəsi 51 saylı BTK nəzdində olan bağ sahəsinin X4 istifadəsinə verilməsi qeyd olunmuş, lakin konkret olaraq hansı torpaq sahəsinin olması barədə heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 saylı məktubundan görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən X4 bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsi və ərizə ilə təqdim edilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2022 nömrəli sərəncamı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0.12 hektar torpaq sahəsi olan 1487b saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1993-cü il tarixli 300 nömrəli order əsasında Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1487b saylı bağ sahəsi (0.12 hektar) xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər toplusunda Dövlət arxiv idarəsindən verilmiş arxiv arayışı aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********2 saylı məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində Şahid8 işləmişdir, xx.xx.2016-cı il tarixdən Şahid8 əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli QK-53 nömrəli əmri ilə ləğv edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixindən 26 fevral 2019-cu il tarixinədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini, 26 fevral 2019-cu il tarixindən 16 mart 2020-ci il tarixinədək Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin xx.xx.3030-ci il tarixli QK-19 nömrəli əmri ilə ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********2 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Əsasnaməsindən görünür ki, İdarə müvafıq ərazi üzrə aşağıdakı vəzifələri yerinə yetirir: paralel olaraq yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində məlumatları dövlət reyestrinə daxil etmək; hüquqların qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə edilmiş, sənədləri qəbul etmək; təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunu müəyyənləşdirmək; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək və bu əsaslar olduqda dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatları daxil etmək; hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq; dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatların tam və düzgün olmasını təmin etmək; pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək; dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası ərazisində dəyisməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın reyestr nömrəsi vermək; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayışın verilməsindən imtina etmək; hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək; dövlət reyestrini, ərizə jurnalını, reyestr kitablarını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq; hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə qanunla müəyyən edilmiş müddətdə yazılı məlumat vermək; məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək; qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilən Azərbaycan Respublikasınm dövlət əmlakının reyestrinə daxil olan məlumatları, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə ipotekaya qoyulmasına dair məlumatları dövlət reyestrinə daxil etmək; daşınmaz əmlakla bağlı olan məhdudiyyətlərin (yüklülüklərin) o cümlədən, servitutun, uzufruktun, etibarlı idarəetmənin, icarənin, istifadənin, lizinqin və həbsin dövlət qeydiyyatını aparmaq; ipotekanın dövlət qeydiyyatını aparmaq, məlumatları reyestrə daxil etmək və bu barədə çıxarış vermək, daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək; yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; daşınmaz əmlakın qiymətləndirilməsi (dövlət müəssisə və obyektləri istisna olmaqla) istiqamətində tədbirlər görmək; hüquqların dövlət qeydiyyatı, ölçü işləri və texniki inventarlaşdırılması zamanı aşkar olunan qanun pozuntuları (zəbt olunmuş torpaqlar, özbaşına inşa olunmuş tikililər, artırmalar, yenidənqurma, genişləndirmə və s.) haqqında aidiyyəti üzrə məlumat vermək və qanunvericiliyə uyğun digər müvafiq tədbirlər görmək; dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtibedilməsində və aparılmasında iştirak etmək, daşınmaz əmlakın dövlət reyestri və kadastrı, habelə ünvan reyestrinin məlumatlarını Komitənin vahid avtomatlaşdırılmış informasiya sisteminə müəyyən edilmiş qaydada daxil etmək; ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək; daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə verilməsində iştirak etmək; bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək; qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada alınan dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsini təmin etmək, habelə göstərilən xidmətlər müqabilində alman xidmət haqqını mədaxil etmək; İdarənin rentabelli işləməsi və iqtisadi göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər hazırlamaq, qabaqcıl təcrübəni öyrənmək və istehsalata tətbiq etmək, xidmətlərin göstərilməsinə dair tariflər barədə əsaslandırılmış təkliflər hazırlamaq və Xidmətə təqdim etmək; İdarənin maliyyətəsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlamaq, təhlil etmək, təkliflər vermək; fəaliyyət istiqamətlərindən irəli gələn mübahisələr barədə hüquqi və fiziki şəxslərin ərizə və şikayətlərinə baxmaq, müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək; İdarənin müasir lazımi avadanlıqlarla və yeni proqram-texniki vasitələrlə təmin olunması məsələsinin həlli ilə əlaqədar Xidmətə təkliflər vermək; bu Əsasnamə ilə müəyyən edilən vəzifə və hüquqlarını Komitə tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirmək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli **********44 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinin xx.xx.2015-ci il tarixli 20 saylı əmrindən görünür ki, qəbul edilmiş ilkin sənədlərin ilkin ekspertizası işinin təşkili, mənzil fondunun və bağ sahələrinin rəsmiləşdirilməsi işinin təşkili, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı işinin təşkili, arxiv işinin təşkili, təşkilatlardan və vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması işinin təşkili idarənin rəis müavini Təqsirləndirilən şəxs həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli **********44 saylı məktubuna əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında 29 iyun 2004-cü il tarixli qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğunun yoxlanılması, 9.1.2-ci maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyənləşdirilməsinin təmin edilməsi, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsünün, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportunun, plan-cizgisi barədə sənədlərin əlavə edilməsi, 14.1-ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu halda qeydiyyatın bir ay müddətinə dayandırılması və 15.1.6-cı maddələrinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul edilir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İnkişafı və istismarı Birliyinin Şüvəlan bağlar sahəsindəki 51 saylı koopertivinin 20 dekabr 1993-cü il tarixli 300 saylı orderi, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 avqust 2009-cu il tarixli RX-08i nömrəli əmri ilə təsdiq edilmiş ********** nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, qeyd olunan bağ sahəsinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqi və bağlar və mənzillər (ilkin) dövriyyə vərəqi, çıxarış alınması üçün əsas olmaqla rəsmi sənəd olan toplanmış sənədlər üzrə çıxarılmış hüquqi rəy, Yusif İsgəndərovun adına xx.xx.2015-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış, X22 Mardaxayeviçin adına xx.xx.2016-cı il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış 11 mart 2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 27 oktyabr 2022-ci il tarixli məktubdan və Bakı Ağır Cinayətlər məhkəməsinin 22 aprel 2022- ci il tarixli İş 1(101)-100/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. İşin hallarından göründüyü kimi vəzifəli şəxs olaraq Təqsirləndirilən şəxs vəfat etmiş X10 hüquqi varisi Zərərçəkmiş şəxs1 əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi qanunla qorunan hüquqlarına vahid niyyətlə mühüm zərər vurmuşdir. Göründüyü kimi mərhum X10 hüquqi varisi Zərərçəkmiş şəxs1 əmlak və gözlənilən mülkiyyət hüquqlarına ziyan vurulmuşdur və həmin hüquqlar Azərbaycan Respublikasının Konstitusiyası ilə birbaşa müdafiə olunur. Təqsirləndirilən şəxs özü üçün əldə etdiyi qanunsuz üstünlüyün nədə ifadə olunması, şahidlərdən hec biri Təqsirləndirilən şəxs bu işdə birbaşa və ya dolayısı ilə marağının olmasını təsdiq etməməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəlincə isə qeyd edilməlidir ki, qəsdən törədilən hər bir vəzifə cinayətin törədilməsi məhz vəzifəli şəxsin müxtəlif şəxsi maraqları ilə müşaiyət olunur. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsində aşağıdakı korrupsiya hüquqpozmaları müəyyən olunmuşdur: 9.2.1.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi; 9.2.2.xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.3.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi; 9.2.4.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi; 9.2.5.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi; 9.2.6.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.7.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, vəzifə cinayətləri dövlət hakimiyyəti əleyhinə olan ən təhlükəli cinayətlərdir. Bu cinayətləri səciyyələndirən cəhətlərdən biri də odur ki, vəzifə cinayətləri əsasən xüsusi subyekt (vəzifəli şəxslər, dövlət qulluqçular, kommersiya təşkilatlarının qulluqçuları) tərəfindən törədilir. Digər tərəfdən bu cinayətlərin bir çoxu vətəndaşların və ya təşkilatların hüquqlarına, qanuni mənafelərinə, yaxud cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səciyyələnir. Vəzifə səlahiyyətlərindən sui-istifadə - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı olan hərəkətlərdə ifadə olunan, lakin qulluq mənafeyinə zidd olaraq həyata keçirilən hərəkət və ya hərəkətsizlikdir. Fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və ya qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü zərərçəkmişlərin sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi xarakterində ifadə oluna bilər. Subyektiv cəhətdən qəsdən edilən cinayətdir. təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsini arzu etməsə də şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmaqla birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi və əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə və əməlinin tövsifi dəyişdirilə bilməz, ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Qurbanəli oğlu tərəfindən birgə imzalamaqla verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(005)-351/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Həsən Əhmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-388/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-388/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver