Məhkəmə qərarları › İş №1(103)-39/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-39/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-39/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Xudaşirin oğlunun, müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlərlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlərlər Məhkəməsinin (sədrlik edən hakim R.Ə.Sadıxov) 10 may 2022-ci il tarixli, 1(101)-791/2022 saylı hökmü ilə xx.xx.1972-ci ildə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, bina 41, mənzil 59-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin “28” sentyabr 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs təkrarən zor tədbiq etməklə aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə 2020-ci ilin noyabr ayının axırından 2021-ci ilin may ayının axırınadək olan müddət ərzində müxtəlif tarixlərdə bir neçə dəfə günorta saatlarında qohumu Qanuni nümayəndə məxsus ünvan 1 ünvana qonaq gəlib, həmin mənzildə olduğu müddətdə Qanuni nümayəndə qızı xx.xx.2012-ci ildə anadan olmuş, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edib Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonun ekranında təsvir olunan videogörüntüdəki əxlaqsız hərəkətləri göstərdikdən sonra əynindəki şalvarın zəncirbəndini açıb, cinsi qabiliyyətli xarici cinsiyyət üzvünü çıxararaq Zərərçəkmiş şəxs videogörüntüdə təsvir olunan əxlaqsız hərəkətləri etməyi tələb etmiş, onun hərəkətlərindən çəkinərək müqavimət göstərən Zərərçəkmiş şəxs iradəsinə zidd şəkildə biləyindən tutub dartaraq fiziki ağrı yetirməklə, öz cinsiyyət üzvünü azyaşlı qızın əlinə alaraq sıxmasına məcbur edib, cinsi ehtirasını təmin edilməsinə nail olmaqla, təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-791/2022 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli olması sübuta yetmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Qanuni nümayəndə övladlarına öz övladı kimi yanaşmış, heç bir halda onun uşaqlarının hansınasa, o cümlədən qızı Humaya qarşı əxlaqsız hərəkətlər etməmiş, Ülviyyə ilə bir neçə ildir ki, qeyri-rəsmi münasibətdə olaraq müxtəlif yerlərdə görüşüb intim əlaqədə olmuş, Ülviyyə ondan həyat yoldaşı Aynurdan boşanmağı tələb etmiş, arvadı Aynur onların münasibətindən şübhələndiyi üçün Ülviyyədən uzaqlaşmaq istəsə də, Ülviyyə buna etiraz edərək onunla görüşləri dayandıracağı və ayrılacağı təqdirdə onu şərləyəcəyi ilə hədələmiş, o isə razı olmadığına görə Ülviyyə onu ’’cəzalandırmaq” üçün azyaşlı qızı Humaya təcavüz etməsi barədə polisə yalandan şikayət etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3, qızları Aytən və Ləman ibtidai istintaq və məhkəmə istintaqı zamanı eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, məhkəmə heç bir tutarlı əsas olmadan həmin ifadələri inandırıcı hesab etməmişdir. İstintaqın aparılma üsulları və iş üzrə sübutların toplanması ittihamın qəsdən uydurulmasının bütün əlamətlərini əks etdirir. Cinayət-prosessual qanunvericiliyinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin dindirilməsində müəllimin, zəruri halda isə həkimin və ya qanuni nümayəndəsinin iştirakının təmin edilməsi məcburi sayıldığı halda, müəllimin və həkimin iştirakını təmin etməmişdir. Bu da, dindirmə və üzləşmə zamanı anasının təzyiqi və təsiri altında azyaşlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı böhtan söyləməsinə zəmin yaratmışdır. xx.xx.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularkən o, cinayət prosessual qanunvericiliyinə zidd olaraq, tutulmanın əsaslarına dair münasibətini bildirməkdən məhrum edilməklə qanunun icazə verdiyi üsullarla özünü müdafiə etmək hüququ pozulmuşdur. Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası xx.xx.2021-ci il tarixdə təyin edilərək həmin gün keçirilməsinə baxmayaraq, həmin qərar Təqsirləndirilən şəxs bir gün sonra, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, Təqsirləndirilən şəxs artıq bitmiş məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə qərara münasibətini bildirmək, etiraz etmək, əlavə suallar təqdim etmək, vəsatətlər vermək və digər hüquqlardan məhrum edilmişdir. İbtidai istintaq müddətinin bitməsinə bir həftə qalmış, yəni xx.xx.2021-ci il tarixdə, istintaqın aparıldığı 3 ay ərzində heç bir yeni xüsusatların aşkar edilmədiyi, sübutların əldə edilmədiyi halda, Təqsirləndirilən şəxs əməli CM-nin 153.2-ci maddəsindən 150.3.3-cü maddəsinə tövsif edərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Əməlin tövsif edilməsi haqqında qərarda əvvəlki ittihamın mətninə “köməksiz vəziyyətdə” sözünü əlavə etməklə əməli az ağırdan cinayətdən xüsusilə ağır cinayətə tövsif edən müstəntiqin həm prokuroru, həm də gələcəkdə məhkəməni inandırmaq sədalövhlüyü yalnız təəssüf doğurur. “Köməksiz vəziyyət” yalnız psixoloji ekspertizanın rəyi əsasında irəli sürülməli olduğu halda müstəntiq bu barədə ekspertiza qarşısında sual qoymamışdır. Təəssüflər olsun ki, əlavə məhkəmə-psixoloji ekspertizanın keçirilməsi barədə məhkəmədə vəsatət qaldırsa da, məhkəmə əsassız olaraq vəsatətini rədd edərək həqiqətin müəyyən olunmasına maneçilik törətmişdir. Zərər çəkmiş şəxslə bağlı ibtidai istintaq zamanı aparılan ekspertiza əlavə və ya təkrar ekspertizanın təyin edilməsinə səbəb olmalı idi, çünki onun tamlığına və obyektivliyinə şübhə yaranmışdır. Nəticə etibarı ilə ekspertlər yarımçıq rəy vermişlər, bu da onların və ekspertizanı təyin edən müstəntiqin səriştəsini şübhə altına alır və iş üçün vacib olan hallar haqqında qeyri-müəyyənlik yaradır. İttiham aktına əsasən hadisənin 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayına kimi baş verməsinə baxmayaraq, zərərçəkmiş şəxsin bu barədə anasına yalnız 5 ay sonra, sentyabr ayının sonunda danışması və heç bir araşdırma aparılmadan, sübut toplamadan cinayət işinin başlanması zərərçəkmiş şəxsin anası tərəfindən öyrədildiyini sübut edir. İstintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs azyaşlı uşarlarla deyil, nikah daxili və nikahdan kənarda yetkin yaşında olan qadınlarla cinsi münasibətdə olması mövcuddur. Kompleks psixoloji-psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli cəhətdən sağlam düşüncəli şəxsdir və onda cinsi üstünlük pozğunluqlarının klinik əlamətləri aşkar edilməmişdir. Odur ki, onun təhrif olunmuş formada cinsi ehtiyaclarını ödəmək məqsədi güdməsi, buna görə də azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmək məqsədi daşıyan cinayət niyyəti olması barədə ittiham ekspertiza məlumatları ilə təkzib edilir, həmin hərəkətlərlə onun obyektiv əlaqəsi aşkar edilməmişdir. Müstəntiq ittihamda Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs mobil telefonunun ekranında təsvir olunan videolardakı əxlaqsız hərəkətləri göstərdiyini iddia etsə də, Təqsirləndirilən şəxs mobil telefonunu maddi sübut kimi götürməmiş, onun yaddaşına baxış keçirməmiş, mobil telefondan internet tətbiqi vasitəsilə həmin videoları daşıyan sayt səhifəsini müəyyən edilməsinə dair məlumatların tələb edilməsi barədə qərar çıxarılması üçün məhkəməyə müraciət etməmişdir. Belə məlumatlar olmadan Zərərçəkmiş şəxs ifadəsinin etibarlığını yoxlamaq mümkün deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin bütün vəsatətlərini əsassız olaraq rədd etmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməmiş və ona bəraət verilməli olduğu halda, ən sərt cəza tətbiq etmişdir. Yalan ifadələr əsasında Təqsirləndirilən şəxs ittiham edilməsi və həmin ittiham əsasında barəsində hökm çıxarılması yolverilməzdir və milli və beynəlxalq hüquqa ziddir. Təqsirləndirilən şəxsin elan edilmiş ittihamla heç bir əlaqəsi yoxdur və onun təqsiri istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Müstəntiq azyaşlı qızın və anasının şəxsiyyətini səciyyələndirən halların müəyyən edilməsi üçün heç bir tədbirlər, o cümlədən azyaşlı uşağın təhsil aldığı məktəbin müəllim və sinif şagirdlərini, Qanuni nümayəndə isə yaxın dairəsinin ifadələrini almamışdır. Onların verdiyi ifadələrin həqiqətə uyğun olub-olmamaları barədə məhkəmə psixoloji ekspertiza keçirməmiş, məhkəmə isə müdafiə tərəfinin bu barədə verdikləri vəsatətləri ittiham tərəfinin əsassız və qərəzli mövqeyinə şərik olaraq təmin etməkdən imtina etmiş, Təqsirləndirilən şəxs müdafiə hüququnun aktiv şəkildə həyata keçirilməsinə açıq şəkildə mane olaraq təqsirləndirilən şəxslə müdafiə mövqeyi qurmağı ona bilavasitə təsir kimi qiymətləndirmiş, prosess iştirakçıları məhkəmə iclasının qaydalarını pozduğuna hakimin diqqətini cəlb etdikdə bunu proses iştikakçılarına təzyiq kimi qiymətləndirərək dəfələrlə müdafiə tərəfinə əsassız iradlar tutmuş, təqsirləndirilən şəxsin isə öz müdafiəsi üçün söyləmək istədiyi nitqini mütəmadi olaraq kəsmiş, müdafiə tərəfinin zərərşəkmiş və şahidlərə mahiyyəti üzrə verdiyi sualları çıxarmış, onları sorgusual etməyə imkan verməmişdir. Müdafiə tərəfi ilə ittiham tərəfi arasında ciddi ziddiyyətlər olduğu zaman ədalət mühakiməsini həyata keçirməli olan məhkəmə müdafiə tərəfinə açıq-aşkar qərəzini nümayiş etdirərək peşə hüquqlarını həyata keçirməsinə mane olmaqla ittihamın tərəfinin mövqeyini tutmuş, vəsatətlər təkrarən vriləndə isə məhkəmə buna mənfi reaksiya nümayiş etdirmiş, sanki ittihamın funksiyalarını üzərinə götürmüşdür. 18-ci X8 Fehruza qarşı qanunsuz prosessual üsullar tətbiq edilmiş, o, polis əməkdaşları tərəfindən döyülmüş, İstintaq Təcridxanasına daxil olarkən böyrəklərindəki ağrılar barədə şikayət etmiş, bu barədə Bakı şəhər prokurorluğunda araşdırmaya başlanmışdır. Məhkəmə həmin polis əməkdaşlarını prosesə cəlb etməmiş, Təqsirləndirilən şəxs polisin havadarlıq etdiyi Qanuni nümayəndə böhtanların sonadək qəbul etmədiyi halda hansı məqsədlə ona güc tətbiq edildiyini öyrənməmişdir. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar və sənədlər hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Nə qədər ki, yalnız zərərçəkmış şəxsin sözləri, tutarlı sübutlar və dəlillər olmadan xüsusilə ağır cinayət törədilməsində şəxslər ittiham olunacaq, qərəzsiz, obyektiv, tam və hərtərəfli cinayət prosessindən söz gedə bilməz. Məhkəmə hökmdə yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutları araşdırmaq və onlara qiymət vermək əvəzinə ittiham aktını olduğu kimi hökmə köçürmüş, məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlərlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlərlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, təqsirləndirilən şəxsin apellyasiya şikayətində əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, bu əməli törətməmişdir. Barəsində şikayət olunub və o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəəsinə çağırlmış, orada bu hadisəni boynuna qoymuş, məcburiyyət qarşısında imza etdirmişlər. Qanuni nümayəndə Allahşükür qızı onun həyat yoldaşı Şahid3 bibisidir. Azyaşlı Zərərçəkmiş şəxs isə Ülviyyənin qızıdır. O, Humaya qarşı heç vaxt heç bir əxlaqsız hərəkətlər törətməmişdir. Ülviyyə işləri ilə əlaqədar Türkiyədə olduğu dövrdə Ülviyyənin xahişi ilə onun uşaqlarına-yəni qızı Humaya və oğlanları Polad və Sənana arvadı Aynur Ülviyyənin evində qalmaqla qulluq etmişdir. Bu məsələ 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayınadək davam etmişdir. Həmin ərəfədə o da işdən çıxıb Ülviyyəgilə gəlib şam yeməyi yeyib istirahət etmişdir. Təxmnən 3-4 dəfə isə həmin evdə gecələmişdir. Həmçinin böyük qızları Ləman və Aytən də həmin vaxt Ülviyyənin evində qalmışlar. Necə ola bilər ki, bu qədər insanın yaşadığı evdə və şəraitdə o, Humaya qarşı hər hansı əxlaqsız hərəkət etsin. Onun barəsində polisə Qanuni nümayəndə şikayət etmişdir. O, əvvəllər Ülviyyə ilə birlikdə işləmiş, onunla intim əlaqədə olmuş, lakin sonra Ülviyyə ilə münasibətlərini kəsdiyi üçün o da ondan qisas almaq məqsədilə şikayət etmişdir ki, guya o, onun azyaşlı qızına sataşmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Xətai rayonu Polad Həşimov küçəsində, Ülviyyəgil isə Nəriman rayonu Montin qəsəbəsində yaşamış, yoldaşı və iki qızı Ülviyyəgildə, o isə öz evlərində yaşamış, həftədə bir-iki dəfə ora getmiş, yoldaşının bişirdiyi yeməyi götürb evlərinə gəlmiş, 2018-ci ildə Ülviyyə ilə paltar dükanı açmış, o vaxt da aralarında söz-söhbət olmuş, həmdə ki Ülviyyə ilə aralarında intim münasibətlər də olmuş, onunla əlaqəni kəsdiyinə görə ona belə şər atmış, Türkiyədən qayıtdıqdan sonra onla yenidən münasibət qurmaq istəmiş, lakin o razı olmamış, Ülviyyənin yoldaşına 1800 manat pul borcu olmuş, yoldaşı onun uşaqlarına pulla baxmış, lakin o da pulu vermirmiş, pulu verməmək üçün belə etmiş, Ülviyyə Türkiyədən may ayında qayıtmış, şikayəti isə sentyabr ayında vermiş, dəfələrlə pullarını tələb etmiş, onu evinə söhbət etmək üçün çağırmış, o isə getməmiş, ona görə də belə bir şikayət etmiş, üzləşdirmə zamanı Humay anasının göstərişi ilə ona qarşı belə ifadə vermiş, o, polisdə də heç nəyi etiraf etməmiş, Ülviyyəgildə olanda yoldaşı da orada olmuş, həmin ərəfələrdə heç yerə getməmiş, Ülviyyə may ayında Türkiyədən gəldikdən sonra ona və yoldaşına bu barədə heç bir şey deməmiş, o, sentyabr ayının 28-i Ülviyyənin bu barədə şikayət etdiyini bilmiş, Ülviyyə şikayət edəcəyi barədə onu hədələmiş, tələbi isə yenidən onunla münasibətdə olması olmuş, sentyabr ayının 26-sı onlarda olanda yoldaşı mətbəxdə yemək bişirəndə yenə ona qarşı əxlaqsız hərəktələr etmiş, əl-qol atmış, ona görüşmək barədə təkliflər etmiş, ondan əvvəl də evə dəvət etmiş, sentyabrın 27-si yoldaşına zəng edib, guya belə şeylə olduğunu demiş, o, Humayla üzləşdiriləndə orada Ülviyyə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs bibisi Ülviyyənin qızıdır. Ülviyyə ticarət məqsədilə tez-tez Türkiyəyə gedərək müəyyən müddətlər orada qalmalı olurdu. Ülviyyənin xahişi ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 14, bina 2A, mənzil 26-da yaşayan övladlarına- 8 yaşlı Humaya, 14 yaşlı Polada, 16 yaşlı Sənana o qulluq etmişdir. Bu xidmətinə görə Ülviyyə ona razılaşdıqları məvacibi ödəyirdi. Sonuncu dəfə Ülviyyə 2020-ci ilin noyabr ayında Türkiyə Respublikasına getdiyi üçün o, onun yaşadığı evə gedərək orada qalmışdır. Qaldığı ərəfədə Ülviyənin uşaqlarının yeməyini bişirib, paltarlarını yuyub, evin təmizlik işlərini görmüşdür. Qızı Aytən həmin ərəfədə əri ilə boşandığı üçün azyaşlı oğlu 2018-ci il təvəllüdlü Yusiflə birlikdə daimi onun yanında həmin evdə qalmışdır. Əri Fehruz və digər qızı Ləman mütamadi həmin evə gəlib getmiş, elə hallar olmuşdur ki, onlarda həmin evdə gecələmişlər. Fehruz günorta və axşam işdən çıxdıqdan sonra həmin evə gələrək yemək yeyirdi. Bəzi hallarda elə orada gecələyir, bəzi hallarda isə çıxıb evlərinə gedirdi. Bildirmək istəyir ki, Ülviyyənin kiçik qızı Humay heç vaxt evdə Fehruzla tək qalmamışdır. O və digər ailə üzvləri Ülviyənin uşaqlarına öz övladları kimi yanaşmış və heç bir halda əri Fehruz onun uşaqlarından hansınasa, o cümlədən qızı Humaya qarşı əxlaqsız hərəkətlər etməmişdir Ona görə Fehruzun Humaya qarşı hər hansı əxlaqsız hərəkət etməsinə inanmır. Ülviyyə Türkiyədən qayıtdığı gün o, ailə üzvüləri ilə birlikdə öz evinə çıxıb getmişdir. 25 sentyabr 2021-ci il tarixdə Ülviyyə qızı Humayla birlikdə onlara qonaq gəlmiş, heç bir narazılıq olmamışdır. 26 sentyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Ülviyyə ona zəng vurub demişdir ki, «sən tək bizim evə gələ bilərsənmi, amma ərin Fehruzu gətirmə». O, ona demişdir ki, şəhərdaxili marşrutlar işləmir və buna görə onların yaşadığı evə gələ bilməyəcəkdir. O, həmin gün saat 21 radələrində Ülviyyəyə zəng vurub ondan soruşmuşdur ki, nə baş verib və nə üçün o, onu evinə çağırır. Ülviyyə ona demişdir ki, «qızı Humay ona danışıb ki, Fehruz ona qarşı əxlaqsız hərəkətlər etmişdir». O, Ülviyyəyə inanmayaraq demişdir ki, heç bir halda onun əri onun azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməz. Elə bu səbəbdən bundan sonra Ülviyyə ilə danışmamış və onun evinə getməmişdir. 28 sentyabr 2021-ci il tarixdə Ülviyyə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gedərək ərindən ərizə verərək şikayət etmişdir. Artıq əri həbsdə olduğu zaman o, Ülviyyəgilin yaşadığı binanın qarşısına gəlmiş, Humayın küçəyə çıxmasını gözləmişdir ki, Humayın özündən hadisə barədə məlumat alsın. Təxminən bir saat gözlədikdən sonra binadan Poladla Humay çıxmış, hər ikisi onu görərək yaxınlaşıb görüşmüşlər. O, Humaya sual vermişdir ki, Fehruz ona qarşı nə isə etmişdirmi? Humay bir az tərəddüd etdikdən sonra başını yelləyərək Fehruzun ona qarşı pis hərəkətlər etdiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Humay isə anasının bibisi Ülviyyənin qızıdır. Ülviyyə ticarət məqsədilə tez-tez Türkiyəyə gedərək müəyyən müddətlər orada qalmalı olurdu. Ülviyyənin xahişi ilə anası Aynur Ülviyyəyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 14, bina 2A, mənzil 26-da qalaraq Ülviyyənin övladlarına- 8 yaşlı Humaya, 14 yaşlı Polada, 16 yaşlı Sənana qulluq etmişdir. Sonuncu dəfə anası Aynur Ülviyyəgilin evinə 2020-ci ilin noyabr ayında gedərək orada qalmışdır. Yəni həmin vaxt Ülviyyə ticarət məqsədilə Türkiyyəyə getmişdir. Anası ilə birlikdə bacısı Aytən azyaşlı oğlu Yusiflə həmin evdə qalmışdır. Atası Fehruz və o, 3-4 dəfə həmin evə gəlib getmiş, elə hallar olmuşdur ki, onlar da həmin evdə gecələmişlər. Ülviyyənin kiçik qızı Humay heç vaxt evdə atası ilə tək qalmamış, o və digər ailə üzvləri Ülviyənin uşaqlarına öz övladları kimi yanaşmış və heç bir halda atası Fehruz onun uşaqlarından hansınasa, o cümlədən qızı Humaya qarşı əxlaqsız hərəkətlər etməmişdir. Ülviyyə Türkiyədən qayıtdığı gün anası və bacısı evlərinə qayıtmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atası, Zərərçəkmiş şəxs isə anası Aynurun bibisi Ülviyyənin qızıdır. Anasının bibisi Ülviyyə ticarətlə məşğul olduğu üçün tez-tez müəyyən müddətlərə Türkiyəyə getdiyi zaman onun qızı Humay və oğlanları Sənanla Polada anası qulluq etmişdir. Bu ərəfələrdə anası Ülviyyənin evində qalırdı. Axırıncı dəfə 2020-ci ilin noyabr ayının axırlarında anası Ülviyyəgilə getmişdir. Həmin ərəfədə həyat yoldaşı ilə münasibəti pozulduğu üçün korpə uşağı ilə anası ilə birlikdə Ülviyyəgildə yaşamışdır. Arabir həmin evə atası Fehruz və bacısı Ləman gəlib-gedir, bəzi hallarda isə orada gecələyirdilər. Atası heç vaxt Humaya qarşı pis münasibət göstərməmiş, Humayı onlardan seçməmişdir. Yalnız atası tutulduqdan sonra bilmişdir ki, anasının bibisi Ülviyyə polisə şikayət etmişdir ki, guya atası Fehruz onun qızı Humaya qarşı əxlaqsız hərəkət etmişdir. Atasının belə hərəkət etməsinə inanmır. Müdafiə tərəfi sübutların məcmusu ilə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli olmasının sübuta yetirilmədiyini, Təqsirləndirilən şəxs, həyat yoldaşı Şahid3, qızları Aytən və Ləmanın ibtidai istintaq və məhkəmə istintaqı zamanı eyni məzmunlu ifadələr verməsinə baxmayaraq məhkəmənin həmin ifadələri inandırıcı hesab etmədiyini qeyd etsə də, məhkəmə kollegiyası həmin ifadələrin zərərçəkmiş şəxs, digər şahidlərin ifadələri ilə, eyni zamanda iş materiallarında olan digər sübutlarla təkzib edildiyi qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində azyaşlı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu kimi tanıyır. Belə ki, Fehruzun arvadı Aynur xala anası Ülviyyənin qardaşı qızıdır. Onun 14 yaşlı Polad və 16 yaşlı Sənan adlı qardaşları var. Onlar hamısı anaları ilə birlikdə bir evdə yaşamışlar. Anası Ülviyyə ticarət işləri ilə əlaqədar Türkiyəyə gedib orada olduğu müddət onlara Aynur xala baxmışdır. Amma Aynur xala onların qaldığı evə əri Fehruz, qızları Ləman və Aytənlə birlikdə gəlirdi. Bu vaxt Fehruz mətbəxdə döşəmədə gecələyirdi. Onların 2020-ci ilin payız aylarında birlikdə qaldıqları evdə olduğu zaman Fehruz təxminən 5-6 dəfə evdə adamların olmamasından istifadə edərək onu yanına çağırıb telefonda baxdığı pis şeyləri ona göstərib həmin şeyləri onun üçün etməsini tələb etmişdir. O, imtina etdiyi zaman isə zorla əlindən tutub əlini salırdı şalvarının altına və cinsiyyət orqanının oxalatdırırdı. Hətta bir dəfə Fehruzun cinsiyyət orqanını oxalayanda əlinə maye dəymişdir. O, Fehruzdan soruşmuşdur ki, bu nədir, o isə heç nədir demişdir. Anasına bu hadisəni sonuncu evlərinə qayıdandan sonra demişdir. Anası Aynur xalanı bu məsələni araşdırmaq üçün evinə çağırsa da Aynur xala gəlməmiş və anası onunla birlikdə polisə gedərək Fehruzdan şikayət etmişdir. O, yalan danışmır, hər şeyi olduğu kimi bildirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs onun doğma qızıdır. Humaydan başqa onun iki oğlu vardır, 14 yaşlı Polad və 16 yaşlı Sənan. O və övladları Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 14, bina 2A, mənzil 26-da yaşayır. Təqsirləndirilən şəxs qardaşı qızı Şahid3 əridir. O, dolanışıq məqsədilə Turkiyyə Respublikasının İstanbul şəhərinə gedib həmin şəhərdən ucuz qiymətə satış üçün geyim paltarları alıb Bakı şəhərinə göndərib sərfəli qiymətə sataraq qazanc əldə edir. Bu səbəbə görə bəzən Türkiyədə bir neçə ay qalmalı olurdu. Türkiyədə qaldığı müddətdə qardaşı qızı Aynurdan pul müqabilində evində qalıb uşaqlarına qulluq etməyi xahiş etmişdir. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Turkiyə Respublikasının İstanbul şəhərinə gedərkən uşaqlarına yenə Aynur baxmışdır. O, Türkiyə Respublikasında olduğu müddətdə tez-tez uşaqları ilə telefonla əlaqə saxlamış, ona məlum olmuşdur ki, Aynur onun evində qaldığı müddətdə öz qızı Aytəni azyaşlı uşağı Yusiflə birliklə həmin evə qalmağa gətirmiş, həmçinin Aynurun digər qızı Ləman və əri Fehruz da daimi onun yaşadığı evə gəlib getmiş, elə hallar olmuşdur ki, onun evində qalmışlar. Qohumluq münasibətlərini nəzərə alaraq bu hallara göz yummuşdur. 2021-ci ilin may ayının axırı Bakı şəhərinə yaşadığı evə qayıtdıqdan sonra Aynur ailə üzvüləri ilə birlikdə çıxıb öz evinə getmişdir. Hər dəfə evə gəlib-gedən zaman qızı Humay ondan yenə Türkiyəyə gedəcəyini soruşurdu. Axırıncı dəfə isə 26 sentyabr 2021-ci il tarixdə qızı Humay ondan soruşmuşdur ki, «sən yenə Türkiyə Respublikasına gedəcəksən». O, qızından nə üçün onun getməyi ilə maraqlanmasının səbəbini soruşmuş, Humay isə ona demişdir ki, onun Turkiyə Respublikasına getməsini istəmir. Humayın bu sözü onda şübhə yaratmış və ondan soruşmuşdur ki, Turkiyə Respublikasında olduğu müddətdə bir problem olub, bəlkə Aynur onu döyüb və ya incitmişdir. Humay ona demişdir ki, Aynurla onun heç bir problemi yoxdur, amma onun əri Fehruzun yaşadığı evə gəlməsini istəmir. O, Humaydan səbəbini soruşduqda, qızı ona demişdir ki, Fehruz onunla təklikdə qaldıqda ona qarşı əxlaqsız hərəkətlər etmişdir. O, Humaya nə baş verdiyini ətraflı danışmağını demiş və Humay ona demişdir ki, ilk dəfə 2020-ci ilin axırları dəqiq bilmədiyi tarixdə Fehruz onların evində idi. Həmin vaxt oğlanları harasa getmiş, Aynur isə evdə yemək bişirmək üçün tərəvəz lazım olduğundan tərəvəz almaq üçün evdən çıxıb mağazaya getmiş və evdə Fehruzla qızı tək qalmışdır. Həmin vaxt Fehruz qonaq otağında olan divanın üstündə əyləşmiş və əlində olan telefonda nəyəsə baxırdı. Həmin vaxt Fehruz qızı Humayı yanına çağırıb divanda onun yanında oturmasını demişdir. Humay divanda Fehruzun yanında oturduqdan sonra o, telefonu Humaya göstərib demişdir ki, burda qızın etdiyini səndə mənə et. Humay onun telefonunda görmüşdür ki, bir qız yanında olan kişinin cinsiyyət orqanından tutub sıxır. Sonra Fehruz şalvarının qabağını açıb cinsiyyət orqanını çıxarmış və Humaya 1 manat pul verib onun cinsiyyət orqanından əli ilə tutub sıxmasınnı demişdir. Humay onun dediyini etmək istəməmiş və həmin vaxt Fehruz qızı Humayın sağ əlindən tutub cinsiyyət orqanına tərəf aparıb əlini toxundurmuş və bu kimi hallar bir neçə dəfə baş vermişdir. Hətta polisdə Humay ifadə verərkən bilmişdir ki, Humay Fehruzun cinsiyyət orqanına əlini vurduğu zaman əlinə maye axmışdır. Bu halı qızı utandığından ona deməmişdir. Humay bunları ona danışdıqdan sonra o, bərk əsəbləşib Aynura zəng vurub ona tək yaşadığı evə gəlməsini demiş, Aynur ona demişdir ki, şəhərdaxili marşrut avtobuslar işləmir və buna görə onun yaşadığı evə gələ bilməyəcəkdir. O, əvvəl Aynurla danışıb məsələyə aydınlıq gətirməsini düşünmüş, həmin gün axşam vaxtlarında qohumu Aynur ona zəng vurub ona nə səbəbə onun yaşadığın evə gəlməsini soruşmuş, o, danışıq zamanı Aynura əri Fehruzun barəsində qızı Humayın dediklərini demiş, Aynur isə ona cavab vermişdir ki, «heç vaxt mənim ərim belə hərəkət etməz, sən mənim ərimi şərləyirsən». O, bir daha demişdir ki, «gəl evimə danışıb aydınlıq gətirək». Aynur gələcəyini desə də gəlməmiş, o iki gün sonuncunun gəlməsini gözləmiş, lakin Aynur gəlmədiyi üçün 28 sentyabr 2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə qızı ilə birlikdə gedərək Fehruzdan şikayət ərizəsi vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Bacısı Humaydan başqa onun böyük qardaşı Sənan vardır. Təqsirləndirilən şəxs isə qohumları Aynurun əridir. Anası Ülviyyə ticarət işləri ilə əlaqədar Türkiyə Respublikasına getdiyi zaman qohumları Aynur evlərinə gəlib onlarla qalmaqla onlara baxırdı. O və qardaşı Sənan ali məktəbə qəbul olmaq üçün müxtəlif fənlər üzrə hazırlıq kurslarına gedirdilər. Aynur onların evinə əri Fehruz, iki qızı və nəvəsi ilə birlikdə gəlib qalmışdır. Aynurun əri Fehruz onu və qardaşı Sənanı hava qəbul etmək adı ilə evdə oturmaqlarına imkan vermirdi. Həmin vaxtlarda bacısı Humay evdə Fehruzla qalırdı. Bacısı ona və qardaşı Sənana heç vaxt Fehruz barədə bir söz deməmişdir. Guman edir ki, bacısı 8 yaşlı olmaqla qorxusundan onlara bir söz deməmişdir. Humay başına gələnləri anasına dedikdən sonra və anasının şikayəti əsasında Fehruz tutulduqdan sonra qardaşı Sənan bacısını məktəbə yola salan zaman qarşılarını Fehruzun arvadı Aynur kəsərək Humaydan ərindən şikayət etməməyi tələb etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Bacısı Humaydan başqa onun qardaşı Polad vardır. Təqsirləndirilən şəxs isə qohumları Aynurun əridir. Anası Ülviyyə ticarət işləri ilə əlaqədar Türkiyə Respublikasına getdiyi zaman qohumları Aynur evlərinə gəlib onlarla qalmaqla onlara baxırdı. O və qardaşı Sənan ali məktəbə qəbul olmaq üçün müxtəlif fənlər üzrə hazırlıq kurslarına gedirdilər. Aynur onların evinə əri Fehruz, iki qızı və nəvəsi ilə birlikdə gəlib qalmışdır. Aynurun əri Fehruz onu və qardaşı Poladı hava qəbul etmək adı ilə evdə oturmaqlarına imkan vermirdi. Həmin vaxtlarda bacısı Humay evdə Fehruzla qalırdı. Bacısı ona və qardaşı Polada heç vaxt Fehruz barədə bir söz deməmişdir. Sonradan bilmişdir ki, bacısı 8 yaşlı olmaqla qorxusundan onlara bir söz deməmişdir. Humay başına gələnləri anasına dedikdən sonra və anasının şikayəti əsasında Fehruz tutulduqdan sonra o, bacısını məktəbə yola salan zaman qarşılarını Fehruzun arvadı Aynur kəsərək Humaydan ərindən şikayət etməməyi tələb etmişdir. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ona bir neçə dəfə əxlaqsız hərəkətlər etdiyini bildirərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiqləmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab etməklə yanaşı işin biri-digərini tamamlayan digər mötəbər sübutları ilə təkzib olunduğu qənaətindədir və nəzərə alır ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlili qismində istinad etdiyi həmin şahid ifadələrindən biri təqsirləndirilən şəxsin arvadı Şahid3, digərləri ilə onun qızları Şahid4 və Aytən Əfşanlıya aiddir. İttiham irəli sürülən şəxsin həmin şahidlərdən birinin əri, digərlərinin isə atası olması, onların birlikdə yaşayan, ümumi-birgə təsərrüfatı idarə edən ailə olmaları faktını nəzərə alsaq, birinci instansiya məhkəməsi haqlı olaraq həmin ifadələrin reallığı əks etdirməsinə və obyektivliyinə, dolayısı ilə həmin sübutların mötəbərliyinə şübhə ilə yanaşmışdır. Həmin şahidlərin təqsirləndirilən şəxsin yaxın qohumları olması onların tərəfsiz olması ehtimalını azaldır. Bu səbəbdən onların doğru olmayan ifadə verə biləcəyi göz önünə alınaraq ifadəsi dəyərləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəl zərərçəkmiş şəxsin anası Qanuni nümayəndə onlara borcu olması səbəbindən ona şər atdığını qeyd edirdisə, sonradan bu mövqeyini dəyişərək Qanuni nümayəndə ilə aralarında intim münasibət olduğunu, lakin onunla münasibətini kəsdiyi üçün N.Ülviyyənin onu şərlədiyini qeyd etməklə müxtəlif məzmunlu fikir səsləndirmişdir. İlk izahatında təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq Humayın onun boynunu masaj etdiyini bildirmiş, sonrakı ifadələrində isə bunu təkzib etmişdir. Təqsirləndirilən şəxsin ifadələri arasında ziddiyyətlər də onun mötəbərliyini şübhə altına alır. Həmçinin, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 64 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Bundan əlavə olaraq, apellyasiya şikayətində müdafiə tərəfi Zərərçəkmiş şəxs anasının təsiri altında qalmasını və ifadə verməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinin zərərçəkmiş şəxsin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı dövründə verdiyi ifadəsinin şübhə altına alınmasına, onun ifadəsinə tənqidi yanaşılmasına səbəb olacaq hal kimi qiymətləndirmir. Belə ki, iş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilmir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətləri düzgün qavraya bilmək və təsvir etmək iqtidarındadır. Zərərçəkmiş şəxs insanın zahiri görkəmini yadda saxlayıb təsvir etmək, barəsində edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11/590 nömrəli, 21 dekabr 2022-ci il tarixli ekspert rəyində Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətlərinin müəyyən olmadığı, Zərərçəkmiş şəxs cinsi sahəyə aid istifadə etdiyi lüğət və anlayışların onun psixi səviyyəsinə uyğun olduğu, Zərərçəkmiş şəxs əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malik olduğu, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadələri təzyiq və yaxud təsir altında verib-vermədiyini müəyyən etməyin mümkün olmadığı, Zərərçəkmiş şəxs məhkəməpsixoloji ekspertizası zamanı cinayət hadisəsi barədə informasiyalar verərkən onun psixikasında və davranışında kənar psixoloji təsir və ya təzyiq əlamətlərinin müəyyən olunmadığı, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətlərinin müəyyən edilmədiyi, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmadığı qeyd edilmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs ifadələrini anasının təzyiqi və təsiri altında ifadə verməsi barədə müdafiə tərəfinin dəlilləri ekspert rəyləri ilə təkzib edilmişdir. Həmçinin, müdafiə tərəfi iş üzrə məhkəmə psixoloji ekspertizasının keçirmədiyini qeyd etsə də, apellyasiya baxışı zamanı məhz müdafi tərəfinin vəsatəti əsasında ekspertiza keçirilməklə müvafiq rəy alınmışdır. Bunlardan əlavə, müdafiə tərəfi Feyruz Əliyev şübhəli şəxs qismində tutularkən cinayət prosessual qanunvericiliyə zidd olaraq sonuncunun tutulmanın əsaslarına dair münasibətini bildirməkdən məhrum edilməklə qanunun icazə verdiyi üsullarla özünü müdafiə etmək hüququnun pozulduğu bildirilsə də, işdə olan xx.xx.2021-ci il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə müdafiəçinin iştirakı ilə tutulmuş, tutmanın əsasları izah edilmiş, tutma ilə əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs münasibəti protokola əlavə edilmişdir. Bunlardan əlavə, müdafiə tərəfi “köməksiz vəziyyətdə” sözünü psixoloji ekspertizanın rəyi əsasında irəli sürə biləcəyi halda, bu barədə ekspertiza qarşısında sual qoymadan ittihamın ağırlaşdırdığını qeyd etsə də, məhkəmə kollegiyası bu dəlili ilə də razılaşmır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 13-cü bəndindən də görünür ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Köməksiz vəziyyətdə zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə onun barəsində edilən hərəkətlərin mahiyyətini ya dərk etmir, ya da dərk etsə də, müqavimət göstərmək imkanında olmur. Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs tərəfindən törədilən hərəkətlərin mahiyyətini dərk etməməsi və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinin olmaması ekspert rəyləri ilə müəyyən edilmişdir. Bunlardan əlavə, müdafiə tərəfi evdə digər insanların olduğu şəraitdə təqsirləndirlən şəxsin Humaya qarşı hər hansı əxlaqsız hərəkətlərinin mümkün olmadığını qeyd etsə də, zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2 ifadələrindən görünür ki, təqsirləndirilən şəxs digər şəxsləri hava qəbul etmək adı ilə onların evdə oturmaqlarına imkan verməmiş, həmin vaxtlarda Humay evdə Fehruzla qalmışdır. Bunlardan əlavə, müdafiə tərəfi ekspert rəyi ilə təqsirləndirilən şəxsin nikah daxili və nikahdan kənar yetkin yaşında olan qadınlarla cinsi münasibətdə olmasının müəyyən olunmasını qeyd etsə də, bu hal onun zərərçəkənə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edə bilməməsini istisna etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Odur ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün ona isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Müdafiə tərəfi həmçinin, əməldə qeyd olunan cinayətin tərkibinin olmaması barədə iddiasını mahiyyət etibarı ilə onunla izah etmişdir ki, zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməmişdir. Lakin, müdafiəçinin zorakılığın tətbiq edilməməsinə dair iddiası işin həqiqi hallarına əsaslanmır. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallardan görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı edilən hərəkətlərin mənasını tam dərk edə bilməməsindən, yəni köməksiz vəziyyətindən istifadə etmiş, həm də zərərçəkmiş şəxs özünə qarşı edilən hərəkərlərin mənasını tam olaraq dərk etməsə də bunun “pis hərəkət” olduğunu başa düşüb təqsirləndirilən şəxin tələblərini yerinə yetirməkdən imtina etdikdə sonuncu niyyətlərini həyata keçirmək üçün zərərçəkənə qarşı fiziki güc tətbiq edərək əlindən tutub fiziki ağrı yetirmişdir. Həmin faktiki hallar təqsirləndirilən şəxsin hərəkətlərinin məhz Cinayət Məcəlləsinin təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayətini nəzərdə tutan 150.3.3-cü maddəsinin dispozisyası ilə uyğunluq təşkil etdiyini göstərir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilmiş, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyini zamanı cəzanın, o cümlədən, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 150.3.3-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-791/2022 saylı, 10 may 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-791/2022 saylı, 10 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münaibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar