Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-40/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun vəkili X7, Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçiləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8 iştirakları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1418/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmü ilə (X18 (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 47, ev 286A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi döngə 1, mənzil 14də yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək "şübhəli şəxs” qismində saxlanıldığı 2 gün müddət cəza müddətinə hesablanıb çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmışdır. xx xxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 47-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin hökmlə Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 191950 manat (yüz doxsan bir min doqquz yüz əlli) alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Faiq Abdullayev özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub qardaşı Təqsirləndirilən şəxs1 birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyri Atayevaya 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 apellyasiya protesti, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri, həmçinin Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişlər. Dövlət ittihamçısı Vüsal Mehrəliyev apellyasiya protetini onunla əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edərkən, həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti öz qardaşı Təqsirləndirilən şəxs1 ilə iştirakçılığın daha təhlükəli forması kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini, Təqsirləndirilən şəxs2 eyni zamanda Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət əməli nəticəsində 191.950 manat miqdarda vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üzrə hər hansı hərəkəti həyata keçirmədiyini, hətta cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətləri etməməsini nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hər hansı bir halı müəyyən etmədən, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində cəza təyin etməsi başa düşülən olmamışdır. Məhkəmə konkret olaraq hansı əsaslara görə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, eyni zamanda ağır cinayətlər kateqoriyasına aid cinayətlərin törədilməsinə görə cinayətlərin məcmusu qaydasında 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət nəticəsində vurduğu ziyanla bağlı hər hansı bir məbləğdə ödəniş həyata keçirməmiş, buna cəhd belə etməyən şəxs barəsində aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qərarda şərh etməmiş və əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə, o cümlədən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə qəti cəza təyin edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. Məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, çıxarılmış məhkəmə hökmü tamamilə əsassızdır və formal xarakterli yazılmışdır. Hökmdə qeyd olunan cinayət əməlinin törədilməsini təsdiq edən heç bir istinad mənbəyi mövcud deyildir. Halbuki məhkəmə tərəfindən cinayət işində mövcud olan sübutlara obyektiv qiymət verilməli və sonda əsaslandırılmış qərar qəbul edilməli idi. Lakin birinci instansiya məhkəməsi yalnızca zərərçəkmiş şəxs qismində tanınmış Vüsalə Alayevanın ifadəsinə istinad edərək hazırki hökmü çıxarmışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasındakı münasibət mülki xarakterli faiz münasibətləridir. Belə ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq müxtəlif məbləğlərdə pulu Zərərçəkmiş şəxs faizə götürmüş və uzun müddət həmin pulların faizlərini ödəmişdir. Lakin daha sonradan mövcud pandemiya vəziyyəti və işlərin pisləşməsi səbəbindən faizlərin ödənməsində müəyyən problemlər yaranmışdır. Bunun ardınca isə Zərərçəkmiş şəxs uzun müddət ödənilən faizlərdən gəlir əldə etdiyi və həmin faizlərin ödənilməsinin dayanmasını istəmədiyi üçün hüquq-mühafizə orqanlarına əsassız formada şikayətlər etməyə başlamışdır. İşin maraqlı nüansı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi də hazırki istintaqı aparan müstəntiqin icraatında olmuşdur. İşin xüsusatlarından göründüyü kimi məsələ tam mülki xarakterlidir və belə xarakterli bir epizodla bağlı cinayət işinin başlanılması qanunsuzdur. Məhz bu səbəbdən də həmin müstəntiq ilk başda Təqsirləndirilən şəxs2 başqa bir epizodla bağlı təqsirləndirilməsinə dair cinayət işinin başlanılmasmı təmin edir. Təqsirləndirilən şəxs2 həmin işdə cəlb olunduqdan sonra isə Zərərçəkmiş şəxs öyrədərək Faiq və Fərid qardaşlarından şikayət etdirir. Olduqca maraqlı haldır ki, dərhal həmin ərizə həmin müstəntiqin icraatına daxil olur və başqa cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb olunduğundan guya Təqsirləndirilən şəxs2 əməli ilə bağlı araşdırma aparırmış görüntüsü yaradaraq əslində Təqsirləndirilən şəxs1 cəlb olunması üçün çalışmışdır. Göründüyü kimi mülki xarakterli borc münasibəti ilə əlaqədar cinayət işinin başlanılması və Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb olunması üçün istintaq orqanı tərəfindən ilk başda digər qardaşın həbsinə nail olunmuş, daha sonra isə asanlıqla hazırki iş üzrə epizodu birtərəfli qaydada araşdırmağa başlamışdır. Bu əsassız araşdırmanın da nəticəsində hazırki ədalətsiz məhkəmə hökmü çıxarılmışdır. Nəzərinizə çatdırmaq istədiyi bir digər məqam isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin ifadəsini ittihamın əsası kimi hesab etmişdir. Belə ki, guya Təqsirləndirilən şəxs1 aldığı pulların məbləğləri zərərçəkmiş şəxsin eynilə dediyi kimi qeydə alınmışdır. Halbuki məhkəmə hər iki tərəfin təqdim etdiyi sübutları araşdırmalı və ədalətli qərar qəbul etməli idi. Qeyd edim ki, Zərərçəkmiş şəxs öz ifadəsində dəfələrlə Təqsirləndirilən şəxs1 ona əslində faiz olan amma özünün “aylıq qazancı” adlandırdığı gəlirləri verməsini təsdiq etmişdir. Lakin həmin verilən məbləğlər ittihamın əsası sayılan ümumi məbləğdən çıxarılmamışdır. Görünür məhkəmə yalnız zərərçəkmiş şəxsin mənafeyini nəzərə almışdır. Bundan əlavə bildirir ki, zərərçəkmiş şəxs guya verdiyi pul məbləğlərinin qarşılığında Təqsirləndirilən şəxs1 avtomobillər alaraq icarəyə verdiyini və əldə olunan gəlirləri ona vermələrini bildirməkdədir. Halbuki Zərərçəkmiş şəxs verdiyini bildirdiyi pul məbləğləri heç bir halda icarəyə veriləcək qədər qiymətli avtomobillərin alınması üçün kifayət edəcək məbləğlər deyildir. Həmin məbləğlərə yeni avtomobillərin alınmasına inanmaq sözün əsl mənasında sadəlövlük olardı. Sözsüz ki, icarəyə verilən avtomobillərin qiymətinin olduqca yüksək olması da nəzərə alınmalıdır. Bir daha nəzərə çatdırır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü tamamilə hüquqi əsaslandırmadan uzaqdır və sanki ittiham aktının qısaldılmış variantıdır. Müdafiə tərəfinin əsaslandırdığı və təqdim etdiyi faktlar heç bir halda nəzərə alınmamış, yalnızca zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq hazırki hökm çıxarılmışdır. Əslində isə tərəflər arasındakı mövcud münasibət tam formada araşdırılmalı və yekun nəticədə hər hansı bir borcdan söhbət gedirsə həmin məbləğ dəqiqləşdirilərək hesablanmalıdır. Əks halda ədalət mühakiməsindən söhbət belə gedə bilməz. İstintaq orqanı tərəfindən cinayət işi araşdırılarkən və məhkəmə araşdırması zamanı aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verilməməsi Azərbaycan Respublikasının Baş Prokurorunun 02 aprel 2019-cu il tarixli göstərişinin bilavasitə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Baş Prokurorunun 02 aprel 2019-cu il tarixli göstərişində “Dələduzluq cinayətləri üzrə ibtidai araşdırma təcrübəsinin ümumiləşdirilməsi zamanı dələduzluq faktlarına dair şikayətlərə baxılarkən bir çox hallarda mülki münasibətlərdən irəli gələn mübahisələr üzrə əsassız cinayət işlərinin başlandığı cinayət işləri üzrə yoxlamaların səthi aparıldığı, şəxslərin əsasız təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barələrində əsassız qətimkan tədbirləri seçildiyi, cinayət işini başlanmasının rədd edilməsi barədə əsassız qərarlar qəbul edildiyi və əməllərin düzgün tövsif edilmədiyi müəyyən olunmuşdur. Həmin hallar qətiyyətlə aradan qaldırılmalı, dələduzluqla bağlı bütün müraciətlər tam, hərtərəfli və obyektiv araşdırılmalı, dələduzluq cinayət əməlləri mülki xarakterli münasibətlərdən irəli gələn mübahisələrdən, habelə müəyyən əlamətlərinə görə dələduzluğa oxşar mülkiyyət əleyhinə olan digər cinayətlərdən fərqləndirilməlidir. Araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərərçəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə olması müəyyən edildikdə süründürməçilik hallarına yol verilmədən dərhal cinayət təqibinə xitam verilməli və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ barədə məlumat verilməlidir. Bu xarakterli müraciətlərin araşdırılması zamanı nəzərə alınmalıdır ki, əmlakın qaytarılmaması obvektiv hallarla, yəni birgə sahibkarlıq fəaliyyətinin qurulması, iqtisadi münasibətlərlə bağlı, həmçinin müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənir. Yuxarıda qeyd olunan xüsusatlardan və işin faktiki hallarından açıq-aşkar görünür ki, mübahisə tamamilə mülki xarakterli olmuşdur. Halbuki qanunvericiliyimiz borclu-kreditor münasibətləri ilə dələduzluq cinayətinin tərkibini mütləq olaraq fərqləndirir. Lakin sözügedən cinayət işinin istintaqını aparan Bakı şəhər Baş Polis İdarəsi bu kimi xüsusatları qanuni və əsaslı qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında'” Plenum qərarında göstərilmişdir ki, “mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.” Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan əhəmiyyətli faktlara düzgün hüquqi qiymət verməyərək kobud qanun pozuntusu etmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanunsuz hökm çıxarmışdır. Qeyd edilənlərə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilmiş, ona vurulmuş ziyan tam ödənliməmişdir. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Apellyasiya protestinə və apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)- 557/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və X1 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin vəkili tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1606/2022 nömrəli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-557/2022 nömrəli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) 06 iyul 2023-cü il tarixli 1(103)-937/2023 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 kassasiya protesti və Zərərçəkmiş şəxs və nümayəndəsi X7 birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan 06 iyul 2023-cü il tarixli 1(103)-937/2023 nömrəli hökmünün ləğv edilməsi, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı1 dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestini və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə qarşı isə etiraz etdiyini bildirərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etdi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə, o cümlədən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə qəti cəza təyin edilməklə dəyişdirilməsini, məhkum edilmiş şəxslərin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X11 verilmiş apellyasiya şikayətini və dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiklərini, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə qarşı isə etiraz etdiklərini bildirərək, Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdilər, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, məhkum edilmiş şəxslərin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi8 verilmiş apellyasiya şikayətlərini müdafiə etdiklərini, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestinə qarşı isə etiraz etdiklərini bildirərək, müdafiəçinin verdiyi apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış etdilər, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsini, zərərçəkmiş şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı Vüsal Mehrəliyev tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. İşin hüquqi məsələləri: Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-nin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri - təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (ələlxüsüs “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoхlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoхlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoхlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunların tələbinə uyğun hazırki cinayət işi üzrə həm məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəmə iclasında tədqiq edilmiş sübutları işin faktikı hallarına uyğun qiymətləndirib, cinayət və Cinayət-Prosessual qanunların tətbiqinin qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları müəyyən etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərəçəkmiş tərəfin, məhkum edilmiş şəxslərin və onların müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1418/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilməli, hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cazasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasının əvvəlinin 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək mahiyyəti üzrə ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirir ki, onun şirkəti olub və maşınların icarəsi ilə məşğul olmuşdur. Qarşı tərəfə 48000 manat borcu olub. Artıq hesabladığı məbləğ faizdir. Ona bildirmişdir ki, artıq faiz dayandırılsın, çünki verə bilmir. Zərərçəkimiş şəxs isə lombard fəaliyyəti ilə məşğul olur, faizə pul verir. Böyük məbləğlə onun bir əlaqəsi yoxdur. Şişirdilmiş məbləğdir. Ayda 4000 manat faiz verirdi. Ümumilikdə onun zərərçəkimişə 48500 manat borcu olub. Ədalət müəllim deyə şəxs var. Lombardlara 2 faizdən pul verir. Sonuncu ona demişdi ki, ondan şikayətçi olmayacaq. Ancaq proses davam etdiyi müddətcə həmin faiz yazılacaq. Həmin məbləğlər şişirdilərək 191000 manat olmuşdur. Qarşı tərəfə 120000 manatdan artıq faiz pul vermişdir. O, faiz vermişdir ki, təzədən ona pul verib. Zərərçəkmiş şəxsin nümayəndəsi Raqif Mustafayevin suallarına cavab olaraq məhkum Faiq Abdullayev bildirmişdir: Onun 48500 manat borcu olub. 48500 manat faiz borcu olduğunu mən ancaq sözlə deyə bilərəm. Sənədlə təsdiq edə bilmirəm. Mən ondan pulları hissə-hissə pul götürmüşəm. Faizləri vermişəm ki, mənə pul verib. Aldığım pullar dəqiq yadımda deyil. Artıq 5 il keçib. 8,10,12 faizlə pul götürmüşəm. Banka gecikmələrim olduğundan ordan götürməmişəm. 40000 manatı xalamın baldızı evini satıb, xalam mənə verib. Xeyr, mən hədə-qorxu gəldiyini bildirmədim. Mənə qarşı nalayiq söz işlədib. 3 il yarıma kimi hesablasaq, ayda 3-3500-dən hesablayanda 190000 manata yaxın pul olur. Axırıncı səs yazım var, orda faizlə bağlı mən demişdim ki, faiz dayandırılsın mən ana puldan ödəniş edim. Xeyr mən 191000 manat borcumun olması ilə bağlı ona bildirməmişəm. Xeyr, şişirdilmiş məbləğlə bağlı müstəntiqə şikayət eləməmişəm, çünki qardaşımın işi gedirdi. Biri oğlumdur, anası ilə qalır. Ziya mənim maşınlarımı aparıb gətirən idi. Adını vermişdim, bilmirəm istintaqa çağırılıb ifadə verib ya yox. Fəridin dostu idi. Ədalətlə Vüsalə xanım bizə gəldi. Mənə dedilər ki, sənə 5-6 ay vaxt verir ki, özüvə gəl, sonra bizim pulları qaytar. Mənim xalam və onun yoldaşı evin çıxarışını verib. Çünki ev girovda idi. Evi bankdan çıxardaq, sonra evi satmaqla pulu sizə qaytara bilək. Mənim işim maşını icarə vermək idim”. Zərərçəkmiş şəxs suallarına cavab olaraq məhkum Təqsirləndirilən şəxs1 bildirmişdir: “ 40000 manatı ofisin yanında görüşdük, maşın orda dayanmışdı. Pulu orda sənə qaytardım. İçindəki sənəd atama məxsus olub. Elmarın adına olmayıb maşın. Mən bildirdim ki, faizi sənə 2-3 günə qaytaracam. Maşınlar qalıb həyətimdə. Sən də dedin ki, maşınlar qalıbsa ver mənə istifadə edim. Mən maşını verəndən sonra 15 gün sonra xərc qoyulub. 8,10,12 faizlə pulu səndən götürmüşəm. 48500 manatın faizi ayda 4000 manat edir. Nağd 4 faizlə pul verib müştəriyə, mənim girovum olmadığına görə 8,10,12 faizlə verib. Mənim maşınım banka borcu olub. O maşınların sənə bir aidiyyatı olmayıb. Ziyanın gəldiyindən xəbərim olmayıb. Adını vermişəm.” Dövlət ittihamçısının suallarına cavab olaraq məhkum Təqsirləndirilən şəxs1 bildirmişdir: “100000 manatdan yuxarı qaytarmışam. 2017-ci ilin dekabrından 2019-cu ilin avqustuna kimi pulların qaytarmağı davam edib. 191000 manat şotçik işləyir kimi ifadə edim. 3 ilə faizi vurduqda o qədər məbləğ edir. 2015-ci ilin fevralında şirkətimi açmışam. İşlərim də yaxşı gedirdi. 2017-ci ilin dekabrında ilk dəfə pul götürmüşəm. 2000 manat, sonra 3000, sonra 5000 manat pul götürmüşəm. 8,10,12 faizlə pul götürmüşəm. Pulları qaytarmağımla bağlı mənim işçim vardı adı Kənan idi. Qarşı tərəfin qohumudur, onlar tərəfindən şahid kimi ifadə verib. O mənə dedi ki, mənə pul lazımdır. Qarşı tərəfdən 1200 manata pul götürmüşdü, ayda 100 manat ödəyirdi. Ona görə onların xeyrinə ifadə verdi. Mən axırıncı dəfə ödənişimi 40000 manatı qaytardım. Sonra həmin pulu mənə 4 faizlə pul verdi. Xeyr, o mənim işimlə gəlib maraqlanmayıb. Faizin vaxtı çatanda məni yığırdı. Mercedes SS klas maşını sürməyə verirdim. 20-25 gün onun istifadəsində olub. Maşının dəyəri 30000 manat idi. Elmarda maşınım var, mən onunla işləyirəm. Mən Vüsalənin məndən səs yazısında tələb etdiyi məbləği ona görə inkar etməmişəm ki, qardaşım Fəridin barəsində də istintaq getdiyindən onu başa samışlar ki, zərərçəkmişi cırnatma, suyuna get. Sonra qardaşı üçün də problem olmasın. Məhkəmədə Kənanı gördüm ona faiz söhbətini niyə deməməyini soruşanda dedi ki, ona təsir olub ki, o cür ifadəni verib.” Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailəli olmuş və boşanmışdır. O özü "xxxx" MMC-nin direktoru və təsisçisi kimi 2015-ci ildən fəaliyyət göstərmiş və həmin şirkət vasitəsilə avtomobillərin icarəsi ilə məşğul olmuşdur. Həmin şirkətdə tək olaraq fəaliyyət göstərmiş və heç bir şəriki olmamışdır. Qardaşı Fərid 2 ilə ərzində həmin şirkətdə əmək müqaviləsi əsasında avtomobilərin təhvil-təslimi ilə məşğul olan işçi kimi işləmişdir. Şahid2 isə həmin şirkətdə müvəqqəti sürücü kimi ona kömək etmişdir. Belə ki, bəzən toy məclislərində iştirak üçün və bəzən avtomobillərin təmiri məqsədi ilə Kanana icarədə olan avtomobillərə dair yol vərəqəsi yazaraq sonuncudan müxtəlif ünvanlara getməsini xahiş etmiş və bunun müqabilində müxtəlif məbləğlərdə zəhmət haqqı vermişdir. 2000-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları yəni, 2002- ci ildə Şahid7, 2005-ci ildə X12 dünyaya gəlmişdir. Təxminən 2010-cu ildə Zərərçəkmiş şəxs boşanmışdır, onlar boşanan zaman aralarında heç bir mülki və aliment tələbləri olmamışdır. Onlar boşandıqdan sonra iki il müddətində münasibətləri normal olmuş, O, 2013-cü ildə yenidən ailə həyatı qurduqdan sonra Vüsalə ilə münasibətləri pisləşmiş, daha sonra 2017-ci ildən sonra münasibətləri yenidən yaxşılaşmışdı. Onların münasibətlərinin yenidən yaxşı olmasına səbəb o olmuşdur ki, Vüsalə 2015-ci il məşğul olduğu lombard fəaliyyəti ilə bağlı sonuncuya müraciət etmiş, faizə pullar götürüb uzun müddətə Vüsaləyə faizlər ödəməklə qazanc vermişdir. Onun Vüsalədən faizə götürdüyü pulların Fəridə heç bir aidiyyəti olmamışdır. Belə ki, o məşğul olduğu avtomobil icarəsi ilə bağlı maddi problemləri yarandığı üçün Vüsalədən faizə pulları öz işinə sərf etmişdir. O özü qeyd etdiyi məsələlərə görə əvvəlcə başqa lombardlara müraciət etmək istəsə də yaxın olduqları yəni, keçmiş həyat yoldaşı olduğu üçün Vüsaləyə faizə pul götürmək üçün müraciət etmişdir. Belə ki, o xx.xx.2017-ci il tarixdə Neftçilər TM-də yerləşən lombard obyektinə müraciət edib Vüsalədən aylıq 6 faiz olmaqla 4.000 manat pul götürmüşdür. O pulu götürən zaman həmin faizə görə heç bir girov təqdim edə bilməyəcəyini bildirmişdir. Bu zaman Vüsalə onu tanıdığını buna görə də heç bir girova ehtiyac olmadığını, ona etibar etdiyini, heç bir sənədləşmə də aparmayacağını demişdir. Onun da girovu olmadığı üçün heç bir sənədləşmənin olmaması ilə razılaşmışdır. O Vüsalədən pulu götürən zaman onların yanlarında heç kim olmayıb və həmin vaxtı bu məsələlərdən o və Vüsalədən başqa heç kimin məlumatı olmamışdır. Beləliklə, o 2018-ci ilin yanvar ayında 4.000 manatın 240 manat faizini ödəmişdir. O həmin faizi Vüsaləyə sonuncunu obyektində şəxsən özünə tanımadığı işçinin yanında vermişdir. Faizi Vüsaləyə verəndən bir neçə gün sonra yenidən müraciət edib öz şəxsi xərcləriylə bağlı 2.000 manat pul istəmişdir. Vüsalə də eyni qayda ilə verməyə razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Vüsalənin işlətdiyi lombardda 2.000 manatı 5 faizlə şəxsən özündən götürmüşdür. Bu vaxt yanlarında heç kəs yox imiş. Vüsalə ona pulları verən zaman harasa qeydiyyat aparmasını bilməmişdir. Əvvəlki götürdüyü pulların faizini işçisi Kənan vasitəsilə xx.xx.2018-cu il tarixdə Vüsaləyə göndərmiş, həmin vaxtı ona yenidən faizə pul verməsini xahiş etmiş, Vüsalə də onunla razılaşmışdır. Həmin vaxtı Kənan vasitəsilə ona 3.000 manat pulu 6 faizlə vermişdir. O hər ay mütəmadi olaraq götürdüyü pulların fazilərini verirmiş. Bundan sonra növbəti dəfə yenidən Vüsaləyə müraciət edib 90- NK-054 qeydiyyat nişanlı “Land Cruiser” markalı avtomobilin bank kreditini ödəməklə və **-FU-*** nömrəli “Porshe” markalı abvtomobilin matorunda olan problemini aradan qaldırmaq üçün ona 15.000 manat pul lazım olmasını buna görə də sonuncu qeyd etdiyi avtomobili satmaq istədiyini bildirdmişdir. Bu vaxt Vüsalə özü ona bildirmişdir ki, həmin avtomobili satmasın əgər istəyirsə ona 5 faizlə 15.000 manat pul verə bilər. O da Vüsalə ilə razılaşmışdır. O həmin pulu xx.xx.2018-ci il tarixdə onun avtomobil icarəsi obyektinin yanında qeyd etdiyi “Porshe” markalı avtomobilin içərisində ikisinin iştirakı ilə vermişdir. O da həmin pulu götürüb əvvəlki qaydada hər ay üçün bütün götürdüyü pullarla yanaşı faizləri ödəyirmiş. Növbəti dəfə o Vüsaləyə müraciət edib işçisi Kənanın vasitəsilə xx.xx.2018-ci il tarixdə 6 faizlə 3.000 ABŞ dolları, Kənanın vasitəsilə xx.xx.2018-ci il tarixdə 2.905 ABŞ dolları və 5.530 manat pulu 5 faizlə götürmüşdür. Bundan sonra 2019- cu təxminən yanvar və yaxud fevral ayında Vüsalə ona müraciət edib bildirmişdir ki, aldığı 29.500 manat və 6.000 ABŞ dolları pulu ödəməyini, yalnız bundan sonra ona yenidən faizlə pular verə biləcəyini və ona verdiyi pullara görə faizləri aşağı sala biləcəyini bildirmişdir. O da Vüsalə ilə razılaşmışdır. Bundan sonra o qohumlarının evlərini satdığını bilib xalası X4 müraciət edib sonuncudan müvəqqəti bir həftəliyinə həmin pulu ona verməyini xahiş etmişdir. Məlahət də onunla razılaşıb ona 40.000 manat pul vermişdir. O da həmin pulu xalasından alıb Vüsaləyə qaytarmışdır. Bundan sonra bir neçə gün sonra 27.000 manat və 13.000 manat olmaqla iki dəfəyə 40.000 manat pulu 4 faizlə ona vermişdir. Həmin puldan Fərid 27.000 manat və 13.000 manat olmaqla götürüb ona vermişdir, Fərid də həmin vaxtı onun Vüsalədən faizə pul götürməyini bilmişdir. O da həmin pulu xalasına verib borcunu ödəmişdir. Bundan təxminən 1 ay sonra ona yenidən pul lazım olduğundan daha dəqiq 90NK054 qeydiyyat nişanlı avtomoibilin bank borcunu ödəmək üçün 10.000 manat istəsə də, Vüsalə ona 5 faizlə 8.500 manat pulu özü tanımadığı taksi vasitəsilə ona göndərmişdir. O da həmin pulu götürmüşdür. O götürdüyü həmin pulların faizini 2019-cu ilin avqust ayına qədər olan müddətdə ödəmiş, sonradan isə işləri yaxşı getmədiyindən, daha sonra karantin tətbiq edildiyindən Vüsalənin faizlərini ödəyə bilməmişdir. Hazırda Vüsaləyə 48.500 manat faizə götürdüyü pul borcu vardır. Vüsalədən faizə götürdüyü pulların qardaşı Fəridə heç bir aidiyyatı olmamışdır. Fəridlə birlikdə Vüsalədən birlikdə iş qurmaq adı ilə heç bir məbləğdə pul almamışdır. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs X5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək mahiyyəti üzrə ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirir ki, Vüsalənin Atayevanın nə üçün onun barəsində də şikayət etdiyini anlaya bilmir. Qardaşı Faiq həqiqətən də hissə-hissə Zərərçəkmiş şəxs faizə pullar almış, lakin həmin pullar qarşılığında Vüsaləyə ümumiyyətlə hər hansı vəd verməmişdir. Sadəcə olaraq həmin vaxtlar ölkədə karantin rejimi tətbiq olunduğundan işləri yaxşı getməmiş, yəni demək olar ki, işlər dayanmış və bu səbəbdən Vüsalənin verdiyi pulların faizlərini qaytara bilməmişlər. Vüsalənin özünün də təsdiq etdiyi kimi o faizə pul verməklə məşğul olmuşdur. Vüsalə ilə şərikli iş qurmaq niyyəti olmamış və ona belə bir təklif etməmişdir. Vüsalə bu barədə yalan danışır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Faiqlə əvvəllər ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. Vüsalə xanımla hər hansı bir düşmənçilik və ya ədavəti yoxdur. Qardaşının övladlarına görə ailələri arasında ünsiyyət saxlamışlar. Onun və qardaşının Vüsalə xanımın pulunun ələ keçirilməsi ilə bağlı bildirmişdir ki, onun bundan xəbəri olmamışdır. O və qardaşı Faiq heç vaxt birlikdə iş qurmaq məqsədlə Vüsalə xanımdan pul almamışlar. Onların avtomobil icarəsi ilə məşğul olduqları işə Vüsalə xanımın heç bir aidiyyəti olmamışdır. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Faiq və Təqsirləndirilən şəxs2lər onların gördükləri avtomobil icarəsi işinə pul qoyaraq gəlir əldə etmək adı ilə onu aldadaraq hissə-hissə ümumilikdə 191.950 manat pulunu ələ keçirmişlər. Müdafiəçi1 suallarına cavab olaraq zərərəçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir: “ Təqsirləndirilən şəxs2lə mənim işgüzar fəaliyyətim 2018-ci ilin yanvar ayında başlayıb, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəli qutarıb. Bəli, ibtidai istintaqdakı ifadələrim mənə məxsusdur. Öz sözlərimlə yazılıb. Hamısı da doğrudur. Dəfələrlə pul alınıb qaytarılmamışdı. Sonuncu epizod üzrə də pul verildi, geri qaytarılmadı. 2019-cu ilin əvvəlləri olardı. Artıq mən başa düşdüm ki, məni aldadır. Mənə xeyir gəlmir. Məbləğ dəqiq yadımda deyil. Həmin məbləğləri kağıza yazmışdım. Pulu verib maşınımı almalı idim. Dəqiq hansı maşın olduğu yadımda deyil. Səhv etmirəmsə, Lexsus markalı maşın olmalıdır. Xeyr, pulların hamısının əvəzinə maşına verilməli idi. Başqa heç nə yox. Maşınların markalarından Optima, Mercedess, Land Cruser də var idi. Qardaşım 2019-cu iyun ayınında rəhmətə getmişdi. 5 dəfə 3000 verməmişəm. Dedi ki, maşın hərraca çıxıb 2000 manata alacam. Mən də verdim. Cüzi miqdarda mənə gəlir kimi pul verilib. Hər epizod üzrə dəqiq nə qədər gəlir götürmüşəm deyə bilmərəm. 460 manat, 920 manatın olduğunu dəqiq deyə bilmərəm. Fərid gəlib məndən pul götürüb qaytarmayıb. “Galenvagen” maşını gətirib. Həmin maşına görə 45000 manat vermişəm. Şikayətimi Bakı şəhər Polis İdarəsinə müraciət etmişəm. O da mənim hüququmdur. Hara istəsəm edə bilərəm. Yazdığım ərizənin mahiyyəti barədə heç ne demirəm. İş materiallarında mövcuddur, orda baxa bilərsiz. Ərizəni idarəyə ünvanlamışam. Maşınların markalarını dəqiq ardıçıllıqla deyə bilmərəm, gələn proses yazdığım kağızı gətirib səsləndirərəm. “Mersedes-S klass”, “Galenvagen” 2006-cı il istehsalı markalı maşınını 40000 manata almışdır. X24 markalı maşın 2012-ci il istehsallı maşın bankda idi, Qiyməti yadımda deyil, təxminə 8500 manat olardı. Əlbəəl vermişəm. X22 markalı maşın dəqiq yadımda deyil. Ərizə Bakı Polis İdarəsində tərtib edilib. Ərizələrdə olubsa, rəqəm səhvi ola bilərdi. Ümumi məbləğin nə qədər olduğunu deyə bilərəm. Hər maşına görə ayrılıqda deyə bilmərəm. Mən faizə pul verməmişəm. Qısa müddət ərzində xeyir olmur axı. Əvvəldə verdiyi pulları iş üçün verirdim. Sonrakı pulları isə əvvəlki pullar batmasın deyə vermişəm. Həmin avtomobillər mənə məxsus idi. Adlarını vermişəm. Maşınların pulunu vermişəmsə, onlar da mənə məxsusdur. Əlavə xərclər olacaq deyə maşınları adıma keçirtmədilər. Xeyr, qaytarmamışam. 17- 18 dəfə pul vermişəm. Dəqiq yadımda deyil hansında gəlir olub, hansında yox.” Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2000-ci ildə X8 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. 2010-cu ildə Faiq Abdullayevdən boşanmış, boşanan zaman qarşı tərəfə qarşı heç bir mülki və aliment tələbi olmamışdır. Faiqlə boşandıqda sonra övladlarını dolandırmaq üçün 8 ildən artıqlır ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” ticarət mərkəzində olan ofisində fiziki şəxs kimi vergi ödəyicisi olaraq lombard fəaliyyəti ilə məşğul olmuşdur. O ailəli olduğu dövrdə heç bir fəaliyyətlə yəni, maddi gəlir gətirən işlə məşğul olmamış və qazanc əldə etməmiş, fərdi sahibkarlıq fəaliyyəti ilə yalnız boşandıqdan sonra məşğul olub qazanc əldə etmişdir. Faiqlə boşansa da birgə nigahlarından iki övladları olduğu üçün övladları pis olmasın deyə Faiq və sonuncunun ailə üzvləri ilə mehriban olmuş, hər zaman münasibətləri yaxşı olmuşdur. Hər zaman övladlarının atası ilə yaxşı münasibəti olması, birlikdə vaxt keçirmələri üçün əlindən gələni etmişdir. Faiqin də işlərin yaxşı getməsi onun ürəyincə olmuşdur ki, övladlarının gələcəyi üçün bəlkə Faiq də nə vaxtsa şərait yaradar. Lakin faktiki olaraq boşandıqdan sonra övladlarının bütün ehtiyaclarının özü tək qarşılaşımışdır. Faiqlə övladlarına görə yaxşı münasibət saxlamış, buna görə də sonuncuya etibar etmişdir. Faiq onlar ailəli olduqları dövrdə cəmi bir avtobusla Bakı şəhəri ərazisində sərnişin daşımaqla məşğul olmuş, daha sonra isə evakuator xidməti ilə məşğul olaraq qazanc əldə etmişdir. Onlar boşandıqdan sonra 2015-ci ildən etibarən Faiq qardaşı Fəridlə birlikdə şərikli formada Gənclik metrosu yaxınlığında avtomobil icarəsi ilə məşğul olan obyekt işlətmişlər. Əvvəllər onlar mehriban olduqlarından Faiq və Fərid dəfələrlə onu öz obyektlərinə dəvət etmişlər, burada ona da bir neçə dəfə əvəzi ödənilməklə icarəyə avtomobillər vermişlər, həm də özlərini hansı formada fəaliyyət göstərmələri və guya yüksək səviyyədə qazanc əldə etmələrini bildirmişlər. Belə ki, həm Faiq və həmdə Fərid obyektlərində guya özlərinə məxsus 10-12 avtomobilin icarəyə verdiklərini və həmin işdən yüksək gəlir əldə etdiklərini bildirmişlər və tez-tez onun yanında demişlər ki, bu işdə çox böyük xeyir vardır. Onun öz işində də ilk vaxtlar başlayan zaman təcrübəsiz olduğu üçün və əlində sərmayə pulu az olduğundan işləri yaxşı getməmiş, çox az qazanc əldə etmişdir. Sonralar isə övladlarının gələcəyini qurmaq üçün davamlı olaraq lombard fəaliyyəti ilə məşğul olmuş və öz işini yavaşyavaş qurmuşdur. Faiq əvvəllər onun işiylə tez-tez maraqlanmış, qazancının nə qədər olmasını soruşmuş, o da hər dəfə nə edirsə övladlarının gələcəyi üçün etdiyini bildirmişdir. Faiq və yaxud Fərid özü ona lombard fəaliyyətiylə bağlı müraciət edib ondan heç vaxt hər hansı bir pul məbləği götürməmişlər. 2017-ci ilin sonu 2018-ci ilin əvvəlində O başqa yerlərdən Faiqlə Fəridin işlərinin yaxşı getmədiyni eşitsə də bu barədə Faiqlə maraqlanan zaman sonuncu əksinə hər şeyin qaydasında olmasını, bizneslərinin genişləndirdiklərini sadəcə, obyektlərinə icarə üçün yeni avtomobillər aldıqları üçün bir qədər nəğd pul ehtiyaclarının olmasını bildirmişdir. 2018-ci ilin yanvar ayının əvvəlində Faiq onunla söhbət etmək istədiyini bildirib buna görə də onu özlərinin işlətdiyi avtomobil icarəsi obyektinə dəvət etmişdir. O həmin yerə gedən zaman Faiq və Fərid ona müraciət edib bildirmişlər ki, ona dəstək olmaq, övladlarına yaxşı gələcək təmin etmək üçün ona kömək etmək istəyirlər. O da Fəridlə Faiqin bu fikrinə çox sevinmişdir ki, övladlarının atası və əmisi olaraq övladlarının gələcəyini düşünmüşlər. Faiqgil onun qarşısına uzun avtomobil siyahısı qoyaraq həmin avtomobillərin həmin şəxslərə məxsus olmasını və həmin avtomobilləri gündəlik və aylıq olaraq icarəyə verib daimi olaraq gəlir əldə etdiklərini, həm də icarəyə verdikləri avtomobilləri kasko sığorta da etdikləri üçün həmin biznesin heç bir riski olmamasını demişdilər. O da qohumluq əlaqələri düşünüb onlara inanmışdır. Faiq və Fərid ona təklif etmişlər ki, onlara pul versin, həmin pullar müqailində avtomobillər alsınlar və aldıqları avtomobiləri icarəyə buraxıb əldə etdikləri gəlirdən ona da qazanc versinlər. Faiq və Fərid bildirmişlər ki, nə vaxt istəsə onun puluna alınan avtomobilləri satıb bu işə qoyduğu əsas pulu götürə bilər. O da həmin vaxt ancaq yaxşı şeylər düşündüyündən əvvəlcə həm Faiq, həm də Fəridə ona yaxşılıq etmək istədikləri üçün onlara təşəkkür etmişdir. O onlara bu işdə heç bir təcrübəsi olmadığı üçün bu işin necə alınacağını bilmədiyini demiş, Faiq və Fərid isə onu qətiyyən narahat olmamağı, bütün işi özlərinin idarə edəcəyini, onun nəyləsə maraqlanıb hər hansı bir məsələyə nəzarət etməyinə ehtiyac olmadığını bildirmişlər. Həm də onlar qeyd etmişlər ki, onların biznesi hazır sistem şəkildə formalaşıb, burada nəyəsə müdaxilə etmək lazım deyil, bu biznes özü daimi olaraq gəlir gətirir, sadəcə bu işə pul qoymaq lazımdır. Faiq və Fərid ondan aldıqları pullar müqabilində yeni avtomobillər alıb icarəyə buraxaqcaqlarnı demişlər. O da özlüyündə ehtiyat etdiyi üçün əvvəlcə həmin şəxslərin təklif etdiyi işə böyük məbləğdə pul qoymamaq məqsədilə hazırda az məbləğdə pullarının olmasını demiş və neçə illərdi zəhməti hesabına övladlarının gələcəyi üçün yığıdığı bütün pulu birbaşa vermək istəməmişdir. Faiq və Fərid özləri ona demişdir ki, o nə qədər böyük məbləğdə pullar qoysa daha çox gəlir əldə edə bilər. O isə ilkin olaraq onlara az məbləğdə pullar vermək istədiyindən, onları bu işini yoxlamaq üçün onlara ilkin olaraq imkanı çatdığı qədər daha az pullar verə biləcəyini demişdir. Faiq və Fərid ona bildirmişdir ki, nə vaxt pul hazır etsə onlara xəbər etsin və gəlib pulu götürsünlər. İlkin söhbət zamanı Faiq və Fəridə verdiyi bütün pulların hara sərf edilməsi və ona necə qazanc verməsini desələr də prosesin gedişində bu dediklərinə əməl etməmişlər, sadacə ona narahat olmamağı, onun üçün böyük işlər gördüklərini, müəyyən məqamlarda isə hansısa avtomobili ona nümayiş etdirib guya onun puluyla alınmasını bildirmişlər. O özü Fərid və Faiqə etibar etdiyindən onların işlərinə qarışmamış, inanmışdır ki, həqiqətən də onun verdiyi pullar müqabilində məşğul olduqları avtomobil icarəsi işinə qoyub ona gəlir verəcəklər. O Faiq və Fəridə hazırda nəğd şəkildə pulunun az olmasını deyəndə Faiq və Fərid ona bildirmişlər ki, istədiyi müddət ərzində istədiyi qədər pulu bu işə qoya bilər, onsuz da o həmin şəxslərin təklif etdiyi işə qoyduğu pulun ümumi həcminə görə gəlir əldə edəcək, yəni, onun verdiyi ümumi məbləğdən neçə avtomobil alıb icarəyə buraxacaqlarsa onda həmin avtomobillərin hamısının gəlirini ümumi qaydada əldə edəcəkdir. Faiq və Fəridə verdiyi pulların lombarda fəaliyyətinə heç bir aidiyyəti olmamış, onlardan bu pullara görə heç bir girov götürməmişdir. Onun məqsədi sadəcə övladarının atası ilə həmin şəxslərin gələcəyi üçün yaxşı bir iş qurub qazanc əldə etmək olmuşdur. Lakin Faiq və Fərid birlikdə onun etibarından sui-istifadə edib pullarını ələ keçirmişlər. Faiq və Fəridə vediyi pulların hesabatını özündə dəqiqliklə aparmışdır. Belə ki, həmin şəxslər əksər vaxtları özləri və yaxud işçiləri adının Kənan olduğunu bildiyi şəxs və digər adlarını xatırlamadığı işçiləri vasitəsilə ofisində ondan pullarını götürmüşlər. O öz qeydiyyatlarında həmdə həmin vaxtı pulun Fərid və Faiq və yaxud işçiləri tərəfindən götürülməsinə baxmayaraq ondan pul alınan pulu kim istəmişdisə həmin şəxsin adını özündə qeydiyyatını aparmışdır. Faiq və Fərid özləri ona bildirmişlər ki, həmin şəxslər birlikdə bu işi görürlər, ona görə də bu işlə bağlı həmin şəxslərin hansı ona müraciət etsə bu zaman o pulu həmin şəxslərin tələbi ilə versin. Belə ki, demələrinə görə onun verdiyi pullardan hər ikisinin məlumatı olmuşdur. Onun Fərid və Faqilə danışığı zamanı verdiyi məbləğə uyğun olaraq nə qədər gəlir vermələrini soruşsa da onlar işlərinin standart olmadığını, avtomobillərin icarədə olduqları müddətə müvafiq formada gəlirlərinin dəyişdiyini bildirib, mümkün qədər çox gəlir verəcəklərini bildirmişlər. O da Faiq və Fəridə inandığı üçün 06 yanvar 2018-ci il tarixdə Fəridə 5.000 manat, 20 yanvar 2018-ci il tarixdə Faiqə 2.000 manat, 21 yanvar 2018-ci il tarixdə Faiqə 4.000 manat və 500 ABŞ dolları, 28 fevral 2018-ci il tarixdə Faiqə 3.000 manat, 03 mart 2018-ci il tarixdə Fəridə 3.000 manat, 16 aprel 2018-ci il tarixdə Faiqə 2.000 ABŞ dolları, 27 aprel 2018-ci il tarixdə Faiqə 15.000 manat, 28 avqust 2018-ci il tarixdə Faiqə 3.000 ABŞ dolları, 30 oktyabr 2018-ci il tarixdə Faiqə 2.900 ABŞ dolları və 5.600 ABŞ dolları iki dəfəyə olmaqla ümumilikdə 8.500 ABŞ dolları, 10 dekabr 2018-ci il tarixdə Fəridə 10.000 ABŞ dollarını, 20 yanvar 2019-cu il tarixdə Fəridə 40.000 manat, 05 fevral 2019-cu il tarixdə Faiqə 10.000 manat, 30 mart 2019-cu il tarixdə Fəridə 10.000 ABŞ dolları, həmin tarixdə Faiqə 8.500 ABŞ dolları, 05 aprel 2019-cu il tarixdə Faiq və Fəridə birlikdə 10.000 manat, 13 may 2019-cu il tarixdə Faiqə 10.000 manat, 2019-cu ilin iyun ayının sonunda Fəridə 9.000 manat, 2019-cu ilin avqust ayında Fəridə 8.700 manat pulu ofisində vermişdir. Onun verdiyi pulların tarixi və həmin pullara görə ona Faiq və yaxud Fəridin müraciət etməsi tamamilə dəqiqdir, sadəcə olaraq bəzi vaxtlarda Fərid və yaxud Faiq ona özləri müraciət etsə də, əksər vaxtları həmin pulları özləri götürmüş, bəzi vaxtlarda isə pulun götürülməsini Kənan adlı işçilərinə və digər adlarını bilmədiyi iki nəfər kişi işçisinə tapşırmışlar. O da Fərid və Faiqin tələbinə görə həmin pulları qeyd etdiyi şəxslərə vermişdir. Fərid və Faiq ondan aldıqları pulların müqabilində onu şirnikləşdirmək üçün guya gördükləri işin qazancı olaraq ona cəmi bir neçə dəfə pullar vermişlər. Onlar ona verdiyi pullar müqabilində 2018-ci ilin fevral və mart ayının sonunda hər dəfə 460 manat olmaqla ona ümumilikdə 920 manat pulu qazanc adı ilə vermişlər, həmin şəxslər ona bu pulu verəndə xüsusilə vurğulamışlar ki, onun verdiyi az məbləğdə pula görə qısa müddət ərzində ona yüksək gəlir verirlər, bununla da guya onu həvəsləndirmişdilər ki, o yenə də əlavə pullar versin. 2018-ci ilin aprel ayında Faiq və Fərid ona heç bir gəlir verməyib bildirmişlər ki, təcili olaraq onlara 15.000 manat pul lazımdır, əgər bu pulu tapa bilməsələr, ziyana düşəcəklər və əvvəldən verdiyi pullara görə ona xeyir verə bilməyəcəklər. O da əvvəlki pullarını xilas etmək və çox böyük ümidlə başladığı guya birgə işləri yarımçıq qoymamaq üçün həmin vaxt onun nəğd pulu olmadığı üçün əavvəlcədən Fərid və Faiqi xəbərdar etməklə ofisinin yaxınlığında yerləşən lombarda müraciət edib öz şəxsi qızıllarını girov qoyaraq 15.000 manat pulu götürüb qeyd etdiyi kimi Faiqə vermişdir. Verdiyi pullarla bağlı onu da demişdir ki, 2019-cu ilin yanvar ayının 20-si ərəfəsində Fərid onun telefon əlaqəsi saxlayıb bir ədəd qara rəngli 2006-cı il istehsallı “Galinvagen Mersedes” markalı ucuz qiymətə avtomobil almasını, təcili olaraq alıb obyektlərində icarə vermək istədiyini bildirmiş və həmin avtomobili almaq üçün 40.000 manat pul lazım olmasını demişdir. Fəridin təklifi ilə O onların obyektinə gedib qara rəngli 2006-cı il istehsallı **- FU-*** qeydiyyat nişanlı “Galinvagen Mersedes” markalı avtomobili də ona nümayiş etdirib həmin avtomobili gündəlik 250-300 manat icarəyə verməklə gəlir əldə edəcəklərini bildirmişlər. Fərid özü ona demişdir ki, həmin avtomobilin qiyməti çox olsa da, pulun bir qismini ödəyib hazırda bu maşını almaq üçün 40.000 manat pul lazımdır, alqısatqını isə əlavə xərc və şapka pulu olmasın deyə təkrarən onun adına qeydiyyata vurmaq lazım deyil. Belə ki, bu avtomobil rəsmi guya Fəridin adında olsa da, guya ona məxsus olacaqdı. Fərid həmin pulu ondan şəxsən özü dostu Fərid adlı şəxsin yanında ofisində götürmüşdür. O həmin avtomobili sonradan görmək istəsə də həmin şəxslər avtomobili işlətdiklərini bildirmişlər, lakin sonradan yəni 2019-cu ilin sonunda ona məlum olmuşdur ki, guya ona məxsus olan həmin avtomobili Faiq üzərinə **-SV-*** qeydiyyat nişanını qoymaq adı ilə aparıb başqa “Həci” adlı şəxsin yanına qoyaraq ordan da pul götürmüşdür. 2019-cu ilin avqust ayına qədər olan müddətdə Faiq və Fərid ona az-az olmaqla cəmi 2.760 pulu guya gəlir kimi vermişlər. 2019-cu ilin aprel ayında Faiq və Fərid ona birlikdə müraciət edib təcili olaraq 10.000 manat pul lazım olmasını deyəndə O onlara bildirmişdir ki, artıq külli miqdarda pul verməyinə baxmayaraq onlar ona bu məbləğlərdə uyğun gəlir vermirlər. Bu zaman onlar ona demişlər ki, guya hazıradək onun verdiyi pulları götürdükləri şin genişləndirilməsinə sərf etmişlər, hazırda isə 10.000 manat pul verilməsə işlərində yenə də ləngimə yaranacaqdır. O da Faiqlə Fəridə inandığından və artıq külli miqdarda verdiyi pulları təhlükəyə atmamaq üçün yenidən qeyd etdiyi lombarda müraciət edib yenə də onlara xəbərdar etməklə şəxsi qızıllarını girova qoyub 10.000 manat pul götürərək hər ikisinin iştirakı ilə ofisində pulu onlara vermişdir. Faiq və Fərid hər dəfə ondan iri məbləğdə pulları alarkən ona müxtəlif avtomobillər göstərib onun verdiyi pullar müqabilində həmin avtomobilləri alınmasını və ona məxsus olmasını bildirmişlər. Faiq və Fərid ona qara rəngli 2006-cı il istehsallı **-FU-*** qeydiyyat nişanlı “Galinvagen Mersedes” markalı avtomobili, ağ rəngli “X23” markalı 2003-cü il istehsallı **-OP-*** qeydiyyat nişanlı avtomobil, qara rəngli 2008-ci il istehsallı, **-GU-*** qediyyat nişanlı avtomobil, ağ rəngli, “Camaro” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobil, qara rəngli “Land Cruiser” markalı 2012-ci il istehsallı **-NK-*** qeydiyyat nişanlı avtomobili göstərib onun verdiyi pullar müqabilində alındığını, avtomobillərin qalıq borclarını ödəmək üçün bu avtomobillərdən alınan icarə pullarının həmin istiqamətə yönəltdiklərini və bütün dəyərini ödədikdən sonra bu avtomobilləri rəsmi olaraq onun adına qeydiyyata salacaqlarını bildirmişlər. 2019-cu ilin sonunda O Fərid və Faiqdən pulları tələb edən zaman həmin şəxslər onu guya sakitləşdirmək üçün ağ rəngli 2007-ci il istehsallı “Mercedes S-klas” markalı **-NG-*** qeydiyyat nişanlı avtomobili 28.000 manat qiymətləndirməklə ona gətirib vermişlər və sonradan bunu adına rəsmişləşdirəcəyini demişlər. Lakin avtomobil onun həyətində bir aya yaxın qalsa da hər dəfə Fəridgil müxtəlif bəhanələrlə sənədləşməni gecikdirmişlər. Fəridgilin də məlumatı O həmin avtomobilə 2.000 manatlıq təmir xərci də qoymuşdur. Sonradan onunla həmin avtomobilin sahibi Elmar adlı tanışları vasitəsilə əlaqə saxlayıb “X6” yanında avtomobilin yanında olmasını bildirib onunla görüşmüşdür. Bu zaman həmin avtomobilin Elmara məxsus olmasını, sadəcə olaraq həmin avtomobili işlətmək üçün Fəridgilə verdiyini, lakin son iki aydır ki, nə Fəridgili, nə də ki, avtomobili tapa bilmədiyini demişdir. Onların arasında olan mübahisədən sonra avtomobil Elmara məxsus olduğu üçün sonuncu avtomobili aparmışdır. O Fəridgili həmin vaxtı axtarsa da, həmin şəxsləri tapa bilməmiş, Elmar avtomobili aparandan sonra Fəridgil ona demişdir ki, həmin avtomobil guya onların özünə məxsus olub, lakin sonradanda həmin avtomobili Elmara verməmişlər. O dəfələrlə Fəridgilin evinə gedib həmin şəxslərə verdiyi pulları qaytarmaqla bağlı müraciət etsə də, onlar müxtəlif bəhanələrlə ondan yayınır və pulları tezliklə ödəyəcəklərini bildirmişlər. Bu görüşlər zamanı xanım olduğu üçün pulunu verməkdən imtina etməsinlər deyə guya Faiq və Fəridə verdiyi pulların ilk lombard fəaliyyətinə başlayan zamanlarda müdiri olmuş Ədalət müəllimə məxsus olmasını demiş, Ədalət müəlim də ona görə həmin şəxslərə pulun qaytarılması ilə bağlı bir neçə dəfə söhbətlər etmişdir. Amma əslində Faiq və Fəridə verdiyi pullar onun özünə məxsus olmuşdur. Artıq Faiq və Fəridin ona məxsus pulları ələ keçirmələrini başa düşəndə bu pulların verilməsini heç bir sənədlə rəsmişləşdirmədiyi üçün həmin şəxslərin ondan aldığı pullarla bağlı səs yazılarını telefon vasitəsilə yazmışdır. Bundan başqa onun həmin şəxslərlə birgə iş görüb qazanc əldə etməyiylə bağlı işləri onun işçiləri Ağasəlim, böyük oğlu Əli, Fəridgilin işçisi Kənan, pul götürdüyü lombardın müdiri Elçin müəllim və ətraflarında olan digər şəxslər bilmişlər. Səs yazıları və lombarddan pul götürməyiylə bağlı sənədləri də istintaqa təqdim etmişdir. Faiq və Fərid birlikdə 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə ümumilikdə 191.950 pulunu ələ keçirmişlər, həmçinin Faiqgilə verdiyi lombarddan götürdüyü hazırda da faizlərini ödədiyi pulların məbləği xx.xx.2018-ci ildə götürdüyü pula görə 19.500 manat, xx.xx.2019-cu il tarixdə götürdüyü pula görə 7.500 manat pul ödəmişdir. Hazırda da onun qızılları girovdadır və o, faiz pulları ödəməkdə davam edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində olan aşağıdakı mötəbər dəlillər, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, aparılmış istinaq hərəkətlərinin protokolları və digər sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Abdullayev Novruzəli oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması aşkar təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskdə olan məlumatlara ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə sübut kimi kifayət qədər istinad olunmuş, ittiham aktının 6, 22-45-ci vərəqələrində danışıqların detalları ətraflı açıqlanmış, birinci instansiya məhkəməsinin hökmünün isə 12-ci vərəqinin 6-cı abzasında həmin məlumatların məzmunu qısa şəkildə qeyd olunmaqla qiymətləndirilmişdir. Təkrar apellyasiya baxışı zamanı da diskdəki danışıqlara baxış keçirilərkən Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir: “191950 manatla bağlı etiraz etmirəm deyəndə, həmin məbləğ faizlərlə birgə yığılıb o qədər eləmişdi, mən də yola verirdim, ki, faizdir onsuz qaytarmayacam.” Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq Faiq Abdullazdə bildirmişdir: “Bəli, faizlərlə bağlı həmişə etiraz eləmişəm. X20 sədrliyi ilə baxılan işdə yazılan səs yazılarında da həmin məbləğin faiz olduğu təsdiqlənmişdir. Həmin səs yazısında olmasa da, bir neçə dəfə aramızda danışıq olub onlarda demişəm.” “Həmin səs yazısı istintaq aparılan dövrdə yazılıb. Vusalənin mənə səs yazısında tələb etdiyi məbləğdə pulun yğildığına ona görə etiraz etməmişəm ki, Qardaşı Fəridin barəsində də istintaq getdiyindən onu başa samışlar ki, zərərçəkmişi cırnatma, suyuna get. Sonra qardaşı üçün də problem olmasın. Ona görə məhz həmin səs yazısında faizə etiraz eləmirəm.” Göründüyü kimi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında olan danışıqlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs maşınların alqı-satqısını həyata keçirilməsi, maşınların sonuncunun və öz adına rəsmiləşdirmək və sonradan həmin maşınları icarəyə verməklə qazanc əldə etmək məqsədi ilə birgə biznes fəaliyyəti ilə məşğul olması barədə vədlər vermiş və bu məqsədlər üçün Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda kifayət qədər böyük məbləğlərdə vəsait almışdır. Eyni zamanda tərəflər (Faiq və Vüsalə) arasında tələb edilən məbləğlər barəsində də danışıqların aparıldığı bir daha sübut olunur. Başqa sözlə, əvvəla, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs ünvanına “sənin aylıqların verilir”, “bu yandan faizlər dirəndi”, kimi ifadələrinin “aylıq” hissəsi faiz kimi deyil, zərərçəkmişin göstərdiyi və Təqsirləndirilən şəxs1 verilmiş cüzi qazanc kimi qəbul olunmasını məhkəmə kollegiyası qənaətbəxş hesab edir. Təqsirləndirilən şəxs1 “bu yandan faizlər dirəndi” ifadələrini işlətməklə, əksinə, Zərərçəkmiş şəxs ilə bağlı olmayan, digər işlərilə bağlı borc faizlərini qaytara bilməməsini zərərçəkmişə izah etməklə özünü vəziyyətdən çıxarmağa çalışır. Müdafiə tərəfin isə Faiqin faizə etiraz eləməməsini həmin danışıqların sonuncunun qardaşı Fəridin barəsində istintaq getdiyindən zərərçəkmişi cırnatmaması, onun suyuna getməsi ilə əsaslandırmasını məhkəmə kollegiyası özünümüdafiə və məsuliyyətdən yayınma halı kimi qiymətləndirir. Həmçinin birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, ilkin mərhələdə Zərərçəkmiş şəxs verdiyi pulların müqabilində ona bir neçə ay aylıq qazanc verilmiş (faktiki olaraq sonuncunu inandırmaq, əsl məqsədi pərdələmək niyyəti ilə), Zərərçəkmiş şəxs işlərin gedişatı ilə maraqlandıqda Faiq Abullazadə və qardaşı ona işlətdikləri avtomobil icarəsi obyektində olan bir neçə avtomobili nümayiş etdirib onun verdiyi pullar hesabına alındığını demişlər (zərər çəkmişin adına rəsmiləşdirmədən, bir qismi başqa şəxslərə məxsus olduğu halda). Sonradan bizneslərinin yaxşı getməməsini bildirərək verdiyi pulların batmaması adı ilə Zərərçəkmiş şəxs daha artıq məbləğlərdə pullar alınmış, sonuncu bu pulların bir qismini özünə məxsus olan qızılları girov qoyaraq başqa lombarddan götürmüş, verilmiş pullar tələb olunduqda Faiq Abullazadə zərərçəkmiş şəxsi inandırmaq və sakitləşdirmək məqsədi ilə müxtəlif bəhanələr gətirməklə yanaşı yekunda 2007-ci il istehsallı “Mercedes S-klas" markalı **-NG-*** qeydiyyat nişanlı avtomobili 28.000 manat qiymətləndirməklə sonradan adına rəsmiləşdirəcəyi adı altında (digər şəxsin mülkiyyətində olan avtomobili) Zərərçəkmiş şəxs vermişdir. Göstərilən hal Zərərçəkmiş şəxs ifadələri, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 aralarında olan telefon danışıqları, ibtidai istintaq və birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid8 ifadələri və sonuncunun Zərərçəkmiş şəxs arasında olan telefon danışıqları ilə təsdiqlənmişdir. Belə ki, Şahid8 ifadəsində göstərmişdir ki, o özünə məxsus olan, Faiqə etibarnamə verdiyi avtomobilini axtarmağa başlamış, həmin vaxtlar Faiq və Fərid onun zənglərinə cavab verməyib gizlənmişlər... Avtomobilini axtaran zaman təxminən 2019-cu ilin sonlarında dəqiq tarixini bilmədiyi vaxtda Bakı şəhəri, Həzi Aslanov metrosunun yaxınlığında olan “Şanlı Urfa” restoranının qarşısında özünə məxsus olan “Mersedes S klass” markalı **-NG-*** qeydiyyat nişanlı ağ rəngli avtomobili görmüş, həmin avtomobilinə yaxınlaşıb dayanacağa baxan şəxsdən həmin avtomobili orada saxlayan şəxsi, sonradan adının Vüsalə olmasını bildiyi xanımı tapmış, hər şeyi olduğu kimi Vüsaləyə danışıb həmin avtomobilin özünə məxsus olmasını, bu avtomobili istifadə edib pulunu ödəmək üçün Faiqə verdiyini, pulunun ödənmədiyini, Faiqi tapa bilmədiyini, ona məxsus avtomobili geri almaq istədiyini demişdir. Vüsalə xanım bildirmişdir ki, həmin avtomobili Faiq və qardaşı Fərid onlara avtomobil icarəsi obyektinə gəlir əldə etmək üçün qoyduğu pulu tələb edən zaman, bunun əvəzində, onunku kimi təqdim edib 28.000 manat dəyərləndirməklə ona vermişlər, lakin guya qeydiyyat xərcləri və kreditdə olduğu üçün həmin avtomobili Vüsalənin adına rəsmiləşdirməmişlər. Vüsalə xanım sözlərindən sonra, onluq bir məsələnin olmamasını başa düşüb avtomobilini ona təhvil vermişdir. ... Bu hadisədən sonra da Faiqili ondan yayınmış, ... təxminən 3-4 ay sonra ona məxsus “Vaz 2121” markalı avtomobilin Elçin adlı şəxsə girov qoyulmasını eşitmiş, bundan sonra həmin şəxsə müraciət edib Faiqin avtomobili girov qoyduğu borc məbləğini, yəni, 7.000 manatı həmin şəxsə verib avtomobilini təhvil almışdır. Belə ki, göstərilən şahidlər pulun verilməsində şəxsən iştirak etməsələr ki, baş vermiş hadisədən tam məlumatlı olmuşlar, uzun müddət ərzində Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olduqları üçün təqsirləndirilən şəxslərin bütün bələd əməllərindən xabardar olmuşlar, onlar Zərərçəkmiş şəxs problemlərini birgə müzakirə etmişlər, ona tövsiyə və məsləhətlər vermişlər, pulların xilas edilməsi üçün kömək göstərməyə çalışmışlar. Bu şəxslər özlərinin iştirakı baş vermiş hadisələrin şahidləri olmuşlar, gördükləri və eşitdikləri barədə məhkəməyə ifadələr vermişlər. Onların ifadələri yanaşı sübutlar kimi əsas faktı (dələduzluq faktını) təsdiq edən əsaslı məlumatlardır. Həmin sübutlar digər sübutlara uyğun gələrək, onları tamamlamış və digər sübutlarla məcmu halda qiymətləndirdikdə cinayət hadisənin baş verməsini təstiq edən fakültativ sübutlardır. Yuxarıda göstərilən şahid ifadələri Zərərçəkmiş şəxs ifadələrinə tam uyğun gəlməklə, təqsirləndirilən şəxslərin ifadələri kəskin ziddiyyət təşkil edirlər. Bu fakt onu təsdiq edir ki təqsirləndirilən şəxslərin ifadələri işin obyektiv hallarına zidd olan özünü müdafiə xarakterli ifadələrdir. Zərərçəkmiş şəxs və şahidlərin ifadələri belə nəticəyə gəlməyə əsas verir ki təqsirləndirilən şəxsləri hərəkətlərindən dələduzluq cinayət əməlinin bütün tərkibinin mövcuddur. Göstərilən sübutlar biri-biri ilə və cinayət işinin digər hallar tam uyğun gələrək biri-birini tamamlayır və obyektiv nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etibarlı qohumluq münasibətlərdə olan Zərərçəkmiş şəxs 191950 manat pul vəsaitinin məhz üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmək (kommersiya) məqsədi ilə həmin işi görmək niyyətində olmadan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə borclarının olması haqda məlumatları gizlətməklə öz əmlak kütlələrinin artırmaq məqsədi (dələduzluq niyyəti ilə) ilə əldə etmələri aşikardır. Məhkəmə kollegiyası hesab edir ki, dələduzluqda ittiham olunan şəxsin əmlakın ona verilməsinədək həmin əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətində olub-olmaması (əməlində cinayətin subyektiv cəhətinə aid zəruri əlamətin mövcudluğu) məsələsi yalnız şəxsin öz hərəkətlərinə subyektiv münasibəti barədə verdiyi şifahi məlumatlar əsasında deyil, həm də işin obyektiv hallarından, o cümlədən onun əmlakı əldə edərkən nümayiş etdirdiyi davranışından, verdiyi vədlərin məzmunundan, əmlakı ələ keçirdikdən sonrakı dövrdə etdiyi hərəkətlərdən, bu hərəkətlərin verdiyi vədlərlə (götürdüyü öhdəliklə) uyğunluq təşkil edib-etməməsindən, verdiyi vədin, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinin ondan asılı olmayan hallardan, yoxsa özünün vədin (öhdəliyin) icrasından boyun qaçırmasından irəli gəlib-gəlməməsindən, vədin qismən də olsa yerinə yetirilməsi (öhdəliyin icrası) istiqamətində hərəkətlər edib-etməməsindən asılı olaraq həll olunmalıdır. Bu baxımdan, yuxarıda qeyd olunan hallar Zərərçəkmiş şəxs pul vəsaitləri götürərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqi niyyətlərinin nədən ibarət olduğunu və məqsədlərinin nəyə yönəldiyini müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən hallar iş üzrə toplanmış, o cümlədən tədqiq edilən sübutlardan, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, şahid ifadələri, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd diskdə təsbit edilmiş 15 səs yazıları və digər sübutlardan irəli gəlir. Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs arasında olan pul söhbətinin lotoreyaya aid olması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, ittiham aktının 39-cu vərəqində təsdiqlənmişdir. Həmin danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs arasındakı lotoreya söhbəti ümumiyyətlə bu işə və verilmiş ittihama aid olmamışdır. Eyni danışıqların ittiham aktının 32-ci vərəqində 3 və 4-cü abzaslarında qeyd edilmiş «hissələrindən görünür ki, Q1-şərti işarəsi ilə (Zərərçəkmiş şəxs) işarələnmiş qadın səsinin: “Mən girdim 80 minin altına, ama siz gör neynəmisiz?” ifadəsi K1-lə (Təqsirləndirilən şəxs1) işarələnmiş kişi səsi tərəfindən inkar edilmir. Həmçinin, ittiham aktının 35-ci vərəqində, 36 və 37-ci abzaslarda qeyd olunmuş Q1- şərti işarəsi (Zərərçəkmiş şəxs) işarələnmiş qadın səsinin: “başıva dönərəm, neynirsən elə 187 min puldu...” ifadələrinə K1-lə (Təqsirləndirilən şəxs1) işarələnmiş kişi səsi “bildim” cavabını verməklə həmin məbləği aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs1 ifadələrində etiraf etmişdir ki, Zərərçəkmiş şəxs ona inanmış və etibar etmişdir, ona görə də verdiyi pullara görə heç zaman qirov tələb etməmişdir, sənədləşdirmə aparmamışdır. Deməli, qismən olsa da, özü etiraf etmişdir ki Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldadıb pulları ələ keçirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 özünün məsuliyyət dərəcəsini azaltmaq məqsədilə bilə-bilə yalandan göstərmişdir ki, güya Zərərçəkmiş şəxs götürdüyü və ona borclu olduğu pulun məbləği 48500 manat təşkil edir. Bu rəqəm külli miqdara yaxın olsa da, xeyli miqdar təşkil edir və əməlin daha yüngül maddəsinə tövsif edilməsinə ümid yaradır. Bu yolla Təqsirləndirilən şəxs1, etdiyi cinayət əməlin ağırlıq dərəcəsini azaltmaq niyyəti ilə dolayısı ilə təqsirini etiraf etmişdir: yəni ağir deyil, daha yüngül cinayət törətmişdir. Beləliklə, cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyriyaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirilmişdir. Göründüyü kimi, verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası həmin protestin və şikayətlərin təmin edilməsi üçün əsas görmür. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilən cəza məsələsinə gəlincə, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Təqsirləndirilən şəxs1 əməlində ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və himayəsində bir azyaşlı övladının olması kimi cəzasını yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs2 isə əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirilən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətində azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən, yuxarıda sadalanan yüngülləşdirici halları və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsinin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 405.2.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi hallarında apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)- 1418/2021 nömrəli hökmü X3 aid hissədə dəyişdirilməli, hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cazasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020ci il tarixədək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməli və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 399.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1418/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilsin. Hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cazasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 45 (qırx beş) saat üçün cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-40/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-40/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver