Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-41/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-52/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-52/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Qərardan Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini, Səbail Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(009)-52/2022 saylı qərarının ləğv edilməsi və X4 barəsində ittiham hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Proses iştirakçıları Zərərçəkmiş şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etməsinin onun hüququ olduğunu və həmin şəxsin ərizəsinin təmin edilib apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin ərizəsini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-52/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına apellyasiya şikayətindən imtina olunması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-52/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, həmin qərardan digər proses iştirakçılarının apellyasiya şikayətləri və ya apellyasiya protesti olmadığından, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 390.1, 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-52/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-41/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-41/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver