Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-417/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(009)-19/2023 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Ülviyyə Şükürova) 27 sentyabr 2023-cü il tarixli, 1(009)-19/2023 saylı hökmü ilə xx xxxx 2004-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş yataqxanada yaşayan Təqsirləndirilən şəxs1 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmiş; xx xxxxxxx 2001-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs1 və X14 qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında yerləşən Malakan bağının yaxınlığında olarkən həmin ərazidən keçən əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yanına çağırtdıraraq sonuncunun əlində bıçaq gəzdirməsini bəhanə edib, həmin vaxt artıq Zərərçəkmiş şəxs2 əlində olan qeyd edilən bıçağı tələb edib aldıqdan sonra sonuncu bıçağı geri qaytarılmasını xahiş etdikdə o, əldə etdiyi bıçağı özündə saxlamaq üçün sonuncunun üz nahiyəsinə yumruqla zərbə vuraraq, həyat və sağlamlığı üçün təhlükəli olmayan üst dodağın sol yarısının bayır səthinin qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 da özünə məxsus bıçağı tələb etdikdə onunla həmrəylik nümayiş etdirən Təqsirləndirilən şəxs2 də zor tətbiq edərək sonucunun üz nahiyəsinə sillə ilə o, bu dəfə həmin vaxt yumruq və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurub zərərçəkmiş şəxslərin müqavimətini sındırmaqla, sonuncuya məxsus 01 ədəd 10 manat dəyərində cib bıçağını bir qrup şəxs halında açıq taladıqdan sonra, hərəkətlərinin davamı olaraq, hər iki zərərçəkmiş şəxsi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6/2 ünanında yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında olan Filarmoniya parkına gətirib orada Təqsirləndirilən şəxs2 zor tətbiq edilməklə fənd işlədərək Zərərçəkmiş şəxs2 yerə yıxıb müqavimətini sındırdıqdan sonra, o, sonuncuya məxsus üzərindən yerə düşən 640 manat dəyərində 01 ədəd “Poco M4 Pro” markalı mobil telefonu da götürüb açıq talayaraq, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlıqları üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 10 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 640 manat məbləğində əmlaklarının açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında yerləşən Malakan bağının yaxınlığında olarkən həmin ərazidən keçən əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yanına çağırtdıraraq sonuncunun əlində bıçaq gəzdirməsini bəhanə edib, həmin vaxt artıq Zərərçəkmiş şəxs2 əlində olan qeyd edilən bıçağı tələb edib aldıqdan sonra, sonuncu bıçağı geri qaytarılmasını xahiş etdikdə Təqsirləndirilən şəxs1 əldə etdiyi bıçağı özündə saxlamaq üçün sonuncunun üz nahiyəsinə yumruqla zərbə vuraraq, həyat və sağlamlığı üçün təhlükəli olmayan üst dodağın sol yarısının bayır səthinin qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 da özünə məxsus bıçağı tələb etdikdə o, Təqsirləndirilən şəxs1la həmrəylik nümayiş etdirib zor tətbiq edərək Zərərçəkmiş şəxs1 üz nahiyəsinə sillə ilə Təqsirləndirilən şəxs1 bu dəfə həmin vaxt yumruq və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurub zərərçəkmiş şəxslərin müqavimətini sındırmaqla, sonuncuya məxsus 01 ədəd 10 manat dəyərində cib bıçağını bir qrup şəxs halında açıq taladıqdan sonra, hərəkətlərinin davamı olaraq, hər iki zərərçəkmiş şəxsi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6/2 ünanında yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında olan Filarmoniya parkına gətirib orada o, zor tətbiq edilməklə fənd işlədərək Zərərçəkmiş şəxs2 yerə yıxıb müqavimətini sındırdıqdan sonra, Təqsirləndirilən şəxs1 sonuncuya məxsus üzərindən yerə düşən 640 manat dəyərində 01 ədəd “Poco M4 Pro” markalı mobil telefonu da götürüb açıq talamış, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1la qabaqcan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlıqları üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 10 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 640 manat məbləğində əmlaklarının açıq talayaraq soyğunçuluq etmişlər. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, Təqsirləndirilən şəxs1 və X6 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, cinayət hadisəsi olmamışdır. Məhkəmənin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, onların CM-in həmin maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrlə, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ifadələri ilə təsdiqini tapmışdır. İbtidai istintaqda dindirilmiş Şahid1, Şahid5, X24, Şahid4, Şahid3 Dilaver oğlu, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə hökmündə göstərmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində mobil telefonunun Təqsirləndirilən şəxs1 tərəfindən soyğunçuluq yolu ilə talanması xüsusatını təsdiq etməmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonu taladığını məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Zərərçəkmiş şəxs1 isə əlində bıçağı gəzdirdiyinə görə irad bildirilmişdir. Bıçağı talamaq niyyətləri olmamışdır. Qeyd olunan dəlilə münasibət bildirərkən göstərilməlidir ki, zərərçəkmiş şəxslər polis şöbəsinə ərizə ilə müraciət edərək onlara xəsarət yetirilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən telefon və bıçağın talandığını göstərmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrdə bunu təsdiq etmişlər. Lakin, məhkəmə hadisənin baş verməsini və axarını tam əhatə etməsinə baxmayaraq şahid və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələri deyil məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsas götürmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, dava-dalaş zamanı onun telefonu yerə düşmüşdür, sonradan telefonu tapa bilməmişdir, dava-dalaş zamanı kiminsə telefonu yerdən götürdüyünə güman etmişdir, lakin kimin götürdüyünü görməmişdir. Hadisədən sonra o, evə getmiş, evdə valideynləri mobil telefonunun üzərində olmadığını gördükdə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə polisə şikayət etməyi israrla təkid etmişlər. Ona görə də o, polisə şikayət edərkən mobil telefonunun talandığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Mirəbülfəzə “nəyə baxırsan” demiş, söz-söhbət düşmüşdür. Sonra ikisi də bir-birlərinə vurmuşlar. Dava düşmüş, dava-dalaş zamanı Vilayyətin telefonu yerə düşmüşdür, bu zaman kimsə telefona təpiklə vurmuş, tapdalamışdır və telefonun ekranı sınmışdır. Sonra Vilayyət telefonunu yerdən götürmüşdür. Kimin kimə nə fənd işlətdiyini görməmişdir. Zərərçəkmiş şəxslərin ifadələri arasında ziddiyyətlərə məhkəmə qiymət vermədən əsassız bəraət hökmü çıxarmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində talama niyyəti olmamış, mobil telefonu Zərərçəkmiş şəxs2 baxmaq üçün istəmiş, sonra isə mobil telefon naməlum şəraitdə itmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonu taladığını məhkəmə iclasında heç kim təsdiq etmir. Qeyd olunan dəlilə münasibət bildirərkən göstərilməlidir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi tanımadığı halda ondan mobil telefonunu baxmaq üçün götürməsi, bundan sonra mobil telefonun naməlum şəraitdə itməsi reallığı əks etdirmir. Həmçinin, Zərərçəkmiş şəxs2 hadisədən sonra polis şöbəsinə mobil telefonun Təqsirləndirilən şəxs1 tərəfindən talanması barədə ərizə ilə müraciət etməsi mobil telefonun naməlum şəraitdə itməsi faktını inkar edir. Cinayət işinin materialları və hadisənin baş vermə ardıcıllığı ilə mobil telefonun talanması öz təsdiqini tapsa da məhkəmə qeyd edilən xüsusatlara düzgün hüquqi qiymət verməmiş və mobil telefonun naməlum şəraitdə itməsi qənaətinə gəlməkdə tam haqsız olmuşdur. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 üz nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya xəsarət yetirməklə onun əlində olan 640 manat dəyərində 01 ədəd “Poco M4 Pro” markalı mobil telefonu ələ keçirməsinə qiymət verməmişdir. Yəni Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsini açıq saxlamışdır. Halbuki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 üz nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya xəsarət yetirməsi istintaq sənədləri ilə tam sübuta yetirilmişdir və həmin sənədlər məhkəmə istintaq sənədləri ilə də üst-üstə düşür. Bundan başqa, iş materiallarında olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlarına olan Səbail rayon polis idarəsinə ünvanlanmış şikayət ərizələrinin məzmunundan görünür ki, ərizədə göstərilənlər istintaqa verilən ifadənin məzmunu ilə eynilik təşkil edir. Məhkəmədəki ifadələri ilə eynilik təşkil etmir. Zərərçəkmiş şəxslər istintaqda ifadə verməzdən əvvəl artıq hadisənin qısa məzmununu ərizədə göstərmişlər. Lakin məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə baxışı zamanı verdiyi ifadələrlə müqayisə edib düzgün təhlil etməmiş, məhkəmə baxışında verdiyi ifadələri təhrif etmiş, onların şikayət ərizələrində qeyd edilənlərə ümumiyyətlə hökmündə münasibət bildirməmiş, arbitr rolundan kənara çıxmaqla sübutlara birtərəfli qiymət vermişdir. Bütün bunlar məhkəmənin müdafiə tərəfinin mövqeyində dayanaraq sübutları düzgün qiymətləndirməməklə, obyektiv həqiqəti müəyyən etməməklə qanunsuz və əsassız yekun nəticəyə gəlməsinə dəlalət edən hallardır. Beləliklə hadisə “Malakan” bağında başlayır və «Sahil» stansiyasında bitir. Məhkəmə isə belə qiymət vermişdir ki, guya Mirəbülfəz və İqbal Eldar və Villayətlə zarafat etmişlər, məlum bıçaq və telefonu alıb baxaraq qaytarmışlar. Lakin, məhkəmə hökmündə “telefon və bıçağa baxmaq istəyən” təqsirləndirilən şəxslərin hansı səbəbdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Villayət Xanlarovu təqib etməsi və sonuncuları döyməsi xüsusatarına hüquqi qiymət verməmişdir. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X15 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək verilmiş protestin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-19/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 apellyasiya protestinin əsassız olduğunu bildirərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-19/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs2 apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(009)-19/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Protest müəllifi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Protest müəllifi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmünün çıxarılmalı olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, əsaslı nəticəyə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası bu qənaətini aşağıdakılarla əsaslandırır. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, İqbal adlı şəxslə gəzərkən digər şəxslərlə tanış olmuş və mübahisəni həmin digər şəxslər başlatmış və erkən yaşları olduğu üçün onlarda həmin şəxslərə cavab olaraq dava etmişdir. Mübahisədən sonra bir-birlərini tanımış və barışmışlar. Bıçaq Eldar adlı şəxsdə olmuş və bıçağı baxmaq üçün götürmüş, bıçaqla heç bir xəsarət yetirmədən geri qaytarmışdır. Vilayət adlı şəxslə də mübahisələri yaranmış və qarşılıqlı dalaşmışlar. Üzərində öz telefonu olsa belə konturu olmadığına görə zəng etmək üçün Vilayət adlı şəxsin telefonunu istəmiş, mübahisə zamanı telefon qırıldığı üçün Mirəbülfəz xərci də ödəmişdir. Hadisədən sonra İqbal adlı şəxslə birlikdə metro ilə getmişlər. İstintaq zamanı tək dindirilmiş, nə qanuni nümayəndəsi, nə də müdafiəçiləri olmamışdır. Mirəbülfəz telefonu götürməmiş, bıçağı isə götürüb baxıb qaytarmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt İqballa bir yerdə olmuş, digər şəxslərlə gəzməyə çıxdığı zaman tanış olmuş, mübahisəni birinci onlar başlatmış və beyinləri qan olduğu üçün dava olmuşdur. Hadisə baş verən zaman bir-birilərini tanımamışlar, hadisədən sonra tanımışlar və barışmışlar. Bıçaq Eldarda olmuş, bıçağı o özü götürmüş və sonra qaytarmışdır. Bıçaqla xəsarət yetirməmiş, Vilayətlə də mübahisələri yaranmış və dalaşmışlar. Ondan başqa İqbal da həmin şəxsləri vurmuş sonra barışmışlar. Hadisədən sonra qardaşı evə çağırdığı üçün getmiş, Vilayət telefon qırıldığı üçün onun xərcini də ödəmişdir. Vilayyətin telefonunu götürüb qardaşına verməmiş, bu yalan yazılmışdır. Davadan əvvəl konturu olmadığı üçün onun telefonunu istəyib zəng etmiş, hadisə zamanı öz üzərində telefonu olmuşdur. O, telefonu götürməmiş, istintaq zamanı ifadə verməyə həmişə tək getmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, mübahisə bir-birilərinə baxışdıqlarına görə olmuşdur. Bıçaq Eldar adlı şəxsdə olmuş, baxıb geri qaytarılmışdır. Telefon götürməmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verilən ifadələr ona aid olmamış, müstəntiq onu döyməklə təhdid etmişdir. Onu ona görə döydülər ki, guya onlar oğurluq etmişlər. Müstəntiqin hərəkətlərindən qorxduğu üçün heç bir yerə şikayət etməmişlər. Müstəntiq ona izahata qol çəkməyə görə təzyiq etmiş, onu döymüşdür. Oxuya və yaza bilmir, ümumiyyətlə məktəbə getməmiş, ev ustası kimi işləmişdir. Mirəbülfəzin qardaşını təzəlikcə tanımış, hadisə baş verən zaman onun işlədiyi yerə getməmişdir. Məsələ bıçağın və telefonun götürülməsi ilə bağlı olmamışdır. Vilayyətin telefonu hadisə zamanı qırılmış, yəqin ki, ona görə şikayət etmişdir. Hadisə baş verən zaman özünün telefonu olmuş, ***-***-**-** nömrəsi olmuş, lakin indi həmin nömrəni işlətməmişdir. Onların arasında əvvəlcədən nəyisə götürməklə bağlı heç bir niyyətləri olmamış, Mirəbülfəz bıçağı götürmüş və sonra qaytarmışdır. İçərişəhərdə park tərəfdə olarkən telefon yerə düşüb qırılmış, davadan sonra hər ikisi evə getmiş, o, 20 yanvarda düşmüşdür. İbtidai istintaq zamanı verilən ifadələri o verməmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, onlar şəhərdə gəzmişlər, dostunun əlində balaca bıçaq olmuş, biraz gəzdikdən sonra təqsirləndirilən şəxslərlə aralarında söz-söhbət olmuş, onlar Eldara onlara baxıb nəyə görə bıçağı oynatdığını demişlər. Bundan sonra dava-dalaş olmuş, dava-dalaş zamanı telefonu qırılmış, telefonu qırıldıqdan sonra Polis Bölməsinə gedib şikayətçi olmuş, ona yeni telefon almışlar, o da barışmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, orta təhsillidir. 10-cu sinifə kimi oxumuşdur, oxuma-yazması var, dava-dalaş bıçaq gəzdirməyə görə irad bildirilməsinə görə olmuşdur. Bıçaq birinci Eldarda olmuş, bıçağı Eldardan baxmaq üçün almışlar, bıçağı niyə gəzdirirsən deyə irad bildirilmiş, bıçağı Eldardan almışlar. Sonra da bıçağı itməsin deyə o almışdır. Təqsirləndirilən şəxslər bıçağı Eldara qaytardıqdan sonra Eldardan bıçağı o almışdır. Əslində bıçaq onun olmuş, bıçağı Eldar ondan xəbərsiz əşyalarının içindən almışdır. Telefonu isə dava-dalaş zamanı yıxılanda yarasız hala düşmüş, sınıq telefon onda olmuş, sonra dava-dalaş olmamışdır. Onun telefon nömrəsi ***-***-**-** olmuş, aralarında mübahisə bitdikdən sonra telefon və bıçaq onda olmuş, telefonu sındığı üçün polisə şikayət etmişdir. Mübahisələr İçərişəhər metrosunun yanında olmuş, bundan sonra polisə getmiş, telefon qırıldığı üçün təqsirləndirilən şəxslərin arxasınca getmiş, lakin onlar artıq getdiyi üçün onlara telefonunun sındığını deyə bilməmişdir. Telefon onun cibində sındığı üçün təqsirləndirilən şəxlsər telefonun sındığını görməmişlər. Təqsirləndirilən şəxslər piyada getmiş, adam sayı çox olduğu üçün qarışıqlıqda onları görə bilməmişdir. İlk dəfə mübahisə Malakan bağının yanında olmuş, mübahisənin yaranmasına səbəb Eldarın bıçaq oynatması olmuşdur. Təqsirləndirilən şəxslər onları çağıraraq- “əlində bıçaqla bizə niyə elə baxırsan” deyə irad bildirmişlər. Təqsirləndirilən şəxslər bıçağı alanda hədə qorxu ilə almamışlar, bıçağı baxmaq üçün istəmişlər və Eldar da vermişdir. Onlar bıçağa baxıb, niyə üstünüzdə bıçaq gəzdirirsiz demiş, baxdıqdan sonra bıçağı qaytarmışlar. O da bıçağı Eldardan almışdır. Malakan bağından sonra İçərişəhər metrosu tərəf getmişlər, içərişəhər metrosunun yanında yenidən mübahisə olmuşdur. Təqsirləndirlən şəxs Mirəbülfəz Malakan bağının yanında olarkən danışmaq üçün ondan telefonunu istəmiş, o da telefonu vermiş, telefonla danışdıqdan sonra telefonu geri qaytarmışdır. İçərişəhər metrosunun yanında olarkən sözləri düz gəlmədiyi üçün dalaşmışlar, onlara dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı ifadəsini telefonunun götürülməsi şəklində verməyinə səbəb polisin ərizəni elə verməsini deməsi və sınıq telefonunu düzəltməmələri olmuşdur. Onun üzərində pul olmamış, ondan pul istəyən olmamışdır. Telefonu ona görə vermişdir ki, təqsirləndilər şəxs Mirəbülfəzlə dalaşdıqdan sonra barışmışlar və aralarında mehribançılıq olmuşdur. Onun sifət nahiyəsindən bir dəfə xəsarət yetirilmiş, telefon daşın üzərinə yıxıldığı zaman qırılmışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri hadisə zamanı görmüş, hadisənin üzərindən uzun zaman keçdiyi üçün xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar gedərkən uşaqlar arasında mübahisə olduğunu görmüşlər, təqsirləndirilən şəxslər ilə zərərçəkmiş şəxslər dalaşmışlar, bıçaq kimin əlində olduğunu xatırlamır. O, ifadə verərkən bəzilərini o yazmış, bəzilərini müstəntiq yazmışdır, ifadəsini imzalayarkən oxumamışdır, təqsirləndirilən şəxslərin pul, telefon istəməsini görməmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, dostu Fəridlə Tarqovuya düşmək istəyərkən Malakan bağında dava-dalaş olduğunu görmüşlər. Fərid və o bir yerdə dalaşan uşaqlara yaxınlaşıb, onları ayırmaq istəmişlər. Mirəbülfəz dalaşmış, onları ayırmaq üçün yaxınlaşmışlar. Sonra onlar İçərişəhər metrosunun yanında dalaşmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə baxışmaq üstündə olmuş, Mirəbülfəz dalaşmağa başladıqdan sonra təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsləri ayırmağa çalışmış, telefonun götürülməsini görməmişdir. Vilayətin telefonu Mirəbülfəzə verməsini görməmişdir. 3 yerdə dava-dalaş olmuş, Mirəbülfəz Vilayətə yumruq vurmuş, Mirəbülfəz telefonu Vilayətdən alıb oyun oynayıb qatarmışdır. Vilayət telefonu özü vermiş, Mirəbülfəzin telefonu zərərçəkmiş şəxsə qaytarmasını özü görmüşdür. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə zor tətbiq edib bıçağı alması halı olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onları 19 aprel 2022-ci il tarixdə aralarında olan mübahisə zamanı tanımışdır. 19 aprel 2022-ci il tarixdə axşam saatlarında Malakan bağında dostu Təqsirləndirilən şəxs2 ilə oturmuşlar. Daha sonra Atamoğlan, Fərid, Cəmil, Amin və Nihad ilə orada tanış olmuş və skamyada oturub söhbət etmişlər. Bu zaman Vilayyət və Eldar oradan keçərkən Eldarın əlində bıçağı açıq şəkildə gəzdirdiyini görmüş, bir müddət baxışmışlar. Vilayət və Eldar həmin vaxtı içkili olmuşlar. Sonra Vilayyət və Eldar onlara tərəf gələrək onlara “nəyə baxırsız?” demişlər. O da Eldara “gözdür də baxır” demişdir. Bu zəmində, yəni Eldar kobud danışdığına görə mübahisə başlamışdır. Həmin vaxtı Atamoğlan və X34 yaxınlaşıb Eldarın əlində bıçaq gəzdirməyinə irad bildirmişlər. O, baxmaq üçün bıçağı Vilayətdən bıçaq və telefon istəməmiş, bıçaq zərərçəkmişlərin özlərində olmuşdur. O Eldara cəmiyyətdə bıçağı əlində nümayışkarcasına gəzdirdiyinə görə irad bildirmişdir. Bu Eldarın xoşuna gəlməmişdir. Mübahisə zamanı bıçaq yerə düşmüşdür. O, bıçağı götürməmişdir. Vilayyətdən telefon istəməmişdir, ondan telefon almamışdır. Həmçinin Sahil bağında olan köşkün arxasında Eldar ilə bıçağı açıq şəkildə gəzdirməsinə görə aralarında mübahisə etmişlər. Bu zaman Vilayyət ona yumruq vurmuş, buna görə də o da Vilayyəti vurmuşdur. O, Eldar və Vilayyətlə dalaşmış, Eldarın qoluna və üzünə vurmuşdur. Metronun “İçərişəhər” stansiyasının yaxınlığında olan parka tərəf getməyə başlamışlar. X21rıb yerə yıxmışdır. Daha sonra İqballa o, qorxub oradan qaçmışlar. Onun pula ehtiyacı olmamış, Vilayyətdən pul istəməmişdir. İstintaq zamanı verdiyi ifadə həqiqəti əks etdirmir. Onun atası həmin gün onun kartına 50 manat göndərmişdir, yəni həmin gün onu pula ehtiyacı yox idi. Bundan sonra o, yaşadığı evə getmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onları 19 aprel 2022-ci il tarixdə aralarında olan mübahisə zamanı tanımışdır. 19 aprel 2022-ci il tarixdə axşam saatlarında Malakan bağında dostu Təqsirləndirilən şəxs2 ilə oturmuşlar. Daha sonra Atamoğlan, Fərid, Cəmil, Amin və Nihad ilə orada tanış olmuş və skamyada oturub söhbət etmişlər. Bu zaman Vilayyət və Eldar oradan keçərkən Eldarın əlində bıçağı açıq şəkildə gəzdirdiyini görmüş, bir müddət baxışmışlar. Vilayət və Eldar həmin vaxtı içkili olmuşlar. Sonra Vilayyət və Eldar onlara tərəf gələrək onlara “nəyə baxırsız” demişlər. O da Eldara “gözdür də baxır” demişdir. Bu zəmində, yəni Eldar kobud danışdığına görə mübahisə başlamışdır. Həmin vaxtı Atamoğlan və X34 yaxınlaşıb Eldarın əlində bıçaq gəzdirməyinə irad bildirmişlər. Bıçaq onların özlərində olmuşdur. Mübahisə zamanı bıçaq yerə düşmüşdür. O, bıçağı götürməmişdir. Vilayyətdən telefon istəməmişdir, ondan telefon almamışdır. Həmçinin Sahil bağında olan köşkün arxasında Eldar ilə bıçağı açıq şəkildə gəzdirməsinə görə aralarında mübahisə etmişlər. Bu zaman Vilayyət ona yumruq vurmuş, buna görə də o da Vilayyəti vurmuşdur. O, Eldar və Vilayyətlə dalaşmış, Eldarın qoluna və üzünə vurmuşdur. Həmin vaxtı Amin öz mobil telefonu ilə həmin mübahisəni kameraya çəkmişdir. Metronun “İçərişəhər” stansiyasının yaxınlığında olan parka tərəf getməyə başlamışlar. X25rıb yerə yıxmışdır. Daha sonra İqballa o, qorxub oradan qaçmışlar. Bundan sonra o, yaşadığı evə getmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə ilə əlaqədar tanıyır. 19 aprel 2022-ci il tarixdə, axşam saatlarında dostu Eldar ilə birlikdə Malakan bağı istiqamətində gəzişmişlər. Həmin vaxtı onlar içkili olmuşlar. Bu zaman Eldarın əlində bir ədəd cib bıçağı olmuşdur. Həmin bıçaq onun bıçağıdır. Eldar bıçağı ondan baxmaq götürmüşdür. Malakan bağında Eldarla gəzişərkən Əbülfəz və İqballa bir müddət baxışmışlar. Sonra onlar bir-birlərinə yaxınlaşmış, Eldar Əbülfəzə “nəyə baxırsan” demiş, bundan sonra aralarında mübahisə düşmüş, bir-birilərini vurmuşlar. X41 “bıçağı yığışdır” demiş, onlar mübahisə etmiş, həmin vaxtı Atamoğlan və Amin də onunla Eldara yaxınlaşıb Eldarın əlində bıçaq gəzdirməyinə irad bildirmişlər. Dava-dalaş zamanı onun telefonu yerə düşmüşdür, sonradan telefonu tapa bilməmişdir, dava-dalaş zamanı kiminsə telefonu yerdən götürdüyünə güman etmişdir, lakin kimin götürdüyünü görməmişdir. Əbülfəzlə Eldar bir-birlərini vurmuşlar, İqbal isə onu vurmuşdur. Amin fənd işlədərək onu yerə atmışdır. Daha sonra Mirəbülfəz baxmaq üçün ondan bıçağı istəmişdir. O da həmin bıçağı Mirəbülfəzə vermişdir. Lakin Mirəbülfəz “İçərişəhər” metrosu yaxınlığında bıçağı ona qaytarmışdır. Həmin vaxtı orada çox uşaq olmuşdur, hamısı bir-birilə mübahisə edirdilər. Hadisədən sonra o, evə getmiş, evdə valideynləri mobil telefonunun üzərində olmadığını gördükdə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə polisə şikayət etməyi israrla təkid etmişlər. Ona görə də o, polisə şikayət edərkən mobil telefonunun talandığını qeyd etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətin və tələbinin olmadığını və onlarla barışdığını bildirmişdir. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vilayyət onun xalası oğlunun dostudur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə ilə əlaqədar tanıyır. 19 aprel 2022-ci il tarixdə axşam saatlarında Vilayyətlə birlikdə Malakan bağında gəzirdilər. Əllərində spirtli içki olan “Go” var idi, içkili idilər. Vilayyətdə bıçaq var idi, o, Vilayyətdən bıçağı baxmaq üçün istəmişdir. Vilayyət də bıçağı ona vermişdir. O, bıçaq əlində Malakan bağında Vilayyətlə gəzişirdi. Bu zaman Mirəbülfəzlə bir müddət baxışmışlar, daha sonra bir-birlərinə yaxınlaşmışlar. O, Mirəbülfəzə “nəyə baxırsan” demiş, sözsöhbət düşmüşdür. Sonra ikisi də bir-birlərinə vurmuşlar. Mirəbülfəz ona “bıçağı yığışdır” demişdir. Həmin vaxtı Atamoğlan və Amin də Vilayyətlə ona yaxınlaşıb onun əlində bıçaq gəzdirməyinə irad bildirmişlər. Mübahisə zamanı bıçaq yerə düşmüş, bıçağı kimsə götürmüşdür, sonra bıçaq itmişdir. Dava düşmüş, dava-dalaş zamanı Vilayyətin telefonu yerə düşmüşdür, Bu zaman kimsə telefona təpiklə vurmuş, tapdalamışdır və telefonun ekranı sınmışdır. Sonra Vilayyət telefonunu yerdən götürmüşdür. Kimin kimə nə fənd işlətdiyini görməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbinin olmadığını, onlarla barışdığını boldirmişdir Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar tanıyır. 19 aprel 2022-ci il tarixdə, axşam saatlarında tanışları Şahid2la şəhərdə gəzirdilər. Şahid1 orada görmüşlər. X28 Mirəbülfəzlə mübahisə etdiyini görmüş, onlara yaxınlaşmış, mübahisənin nəyə görə olduğunu öyrənmişlər. Öyrənmişlər ki, Eldar və Vilayyət Mirəbülfəz və İqbalın qarşısına bıçaq çıxardığı üçün mübahisə düşmüşdür. Mirəbülfəzlə İqbal onların qabağına bıçaq çıxardılmasını özlərinə sığışdırmamış və buna görə Eldarla Vilayyəti yanlarına çağıraraq dava etmişlər. Sonradan bıçağı Mirəbülfəzin əlində görmüşlər. O, qeyd edilənləri görməmiş, ona bunları sonradan danışmışlar. İqbal Mirəbülfəzin dostu idi, orada gəzirdi, kimisə vurduğunu görməmişdir. Mirəbülfəz Vilayyətlə dalaşanda o, onları ayırırdı. Mirəbülfəz Vilayyətin telefonunu əlindən alıb nəsə oynayırdı. İqbalın Vilayyəti yerə yıxdığını xatırlamır. Mirəbülfəz sadəcə dedi ki, “telefonun koduna aç, oyun oynayım”. Vilayyət telefonu ona vermişdir. Vilayyətin telefonunun sonra kimin əlində olduğunu xatırlamır. Onlar dalaşanda kimsə telefona videoçəkiliş edirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar tanıyır. 19 aprel 2022-ci il tarixdə axşam radələrində o, tanışı Şahid5 və Şahid1la Malakan bağında gəzirdilər. Bu zaman o, dostu Atamoğlanın Mirəbülfəzlə mübahisə etdiyini görmüş, Atamoğlan onun yaxını olduğundan ona yaxınlaşaraq nədən söhbət etdikləri barədə maraqlanmışdır. Öyrənmişdir ki, Əbülfəz bıçaq oynadırmış, dostu Atamoğlan isə “eləmə” demişdir, ona görə mübahisələri düşmüşdür. Daha sonra birlikdə Sahil bağı istiqamətində getmişlər. Sahil bağında Vilayyətlə Mirəbülfəzin aralarında mübahisə yaranmışdır. Bu zaman onlar bir-birlərinə vurmuşlar. O, onları ayırmağa çalışmışdır. Daha sonra hamısı bir yerdə “İçərişəhər” metrostansiyası tərəfə getmişlər. Mirəbülfəzin Vilayyətdən pul istədiyini, telefon istədiyini görməmişdir. Daha sonra Mirəbülfəz dostu ilə uzaqlaşmışdır. O, orada heç bir şəxsi vurmamış, eləcə də orada olan şəxslər onu vurmamışdır. Birinci instansiya məhkəməsində Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi X7 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar tanıyır. Şahid2 onun əvvəllər qonşusu olmuşdur. 19 aprel 2022-ci il tarixdə axşam saatlarında Mirəbülfəzlə Vilayyətin dalaşdığını görmüşdür. Malakan bağında Vilayyətlə İqbalın aralarında dava düşmüş, bir-birlərini vurmuşlar. Sonra ona zəng gəlmiş, onu evə çağırmışlar. Daha sonra Vilayyətlə Mirəbülfəzin sözləri çəp gəlmiş, onlar dalaşmışlar. Daha sonra hamısı birlikdə Sahil bağı istiqamətində söhbət edə-edə getmişlər. Oradan “İçərişəhər” metrosu istiqamətində getmişlər. Orada Eldarla onun sözü çəp gəlmiş, Eldar ona təpik atmış, o isə özünü qorumuşdur. Bıçaq Vilayyətin bıçağı idi, Eldar onu götürmüşdür. Amil ona demişdir ki, “burada camaatın anası bacısı keçir, niyə əlində bıçaq gəzdirirsən?”. Həmin vaxtı o da Amilin yanında idi. X8 istəməmişdir. Bıçaqla bağlı Eldara birinci Mirəbülfəz yaxınlaşmış irad bildirmiş, daha sonra onunla Amin irad bildirmişdir. İqbal ilə Eldarın bir-birlərini vurduğunu görmüşdür. Mirəbülfəzin Vilayyətdən pul istədiyini görməmişdir. Vilayyətin telefonun kimin əlində olduğunu görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar tanıyır. 19 aprel 2022-ci il tarixdə, axşam radələrində Malakan bağında Şahid1 və Şahid3 ilə birlikdə oturmuşlar. Daha sonra Mirəbülfəzlə İqbal onlara yaxınlaşmış, birlikdə oturub söhbət etmişlər. Sonra Eldar və Vilayyəti görmüşlər, Eldar əlində bıçaq ilə tərs-tərs onlara tərəf baxırdı. Sonra onlar bir-birlərinə yaxınlaşmış və dalaşmışlar. Dava zamanı Vilayyəti itələyəndə Vilayyətin telefonu yerə düşmüşdür. Kimsə telefona təpik vurmuşdur, lakin kimin olduğunu görməmişdir. O, telefonun sonra kimin götürdüyünü görməmişdir. Həmçinin Mirəbülfəzin və İqbalın Vilayyətdən məcburi qaydada telefon aldığını görməmişdir. O, orada heç bir şəxsi vurmamış, eləcə də orada olan şəxslər onu vurmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, X3 onun qardaşıdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 19 aprel 2022-ci il tarixdə aralarında olan mübahisə zamanı tanımışdır. Əvvəllər həmin şəxslərlə onun arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən «Malakan» bağında təxminən bir ildir ki tanıdığı, əvvəllər anket məlumatlarını bilmədiyi, istintaq zamanı adını bildiyi, «Qara» ləqəbli Təqsirləndirilən şəxs2 və həmin gün tanıdığı, istintaq zamanı adlarını bildiyi Şahid1, Şahid2, Şahid5, Şahid3 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən «Malakan» bağında dayandığı zaman, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oradan keçdiklərini, həmin vaxtı Eldarın əlində bıçağı açıq şəkildə gəzdirdiyini görmüşdür. Həmin vaxtı Atamoğlan və Amin Vilayyət ilə Eldara yaxınlaşıb Eldarın əlində bıçaq gəzdirməyinə irad bildirmişlər. Sonradan o, Eldarı yanına çağırdığı üçün Vilayyət, Eldar, Atamoğlan və Amin ona tərəf gəlmişlər. Həmin vaxtı Eldar özündə olan bıçağı Vilayyətə vermişdir. Buna görə o, baxmaq üçün bıçağı Vilayyətdən istəmişdir. Vilayyət də həmin bıçağı ona vermişdir. Bundan sonra birlikdə «Sahil» bağına tərəf yollanmışlar. Malakan bağından çıxan vaxtda o, bıçağı Vilayyətə qaytarmışdır. «Sahil» bağında olan köşkün arxasında Eldar ilə bıçağı açıq şəkildə gəzdirməsinə görə aralarında sözlü mübahisə yaranmışdır. Eldar bıçağı pis niyyətlə açmadığını ona bildirmişdir. Həmin vaxtı Vilayyət həmin mübahisəyə müdaxilə etdiyi üçün o, əsəbiləşib yumruqla bir dəfə Vilayyətin üz nahiyəsinə vurmuşdur. Bundan sonra «Qara» adlı şəxs Eldarın üzünə şillə vurmuş, sonra o, Eldarın üz nahiyəsinə yumruqla bir dəfə və belinə təpiklə bir dəfə vurmuşdur. Həmçinin həmin vaxtı Atamoğlan Eldarı yerə yıxıb təpiklə Eldarı vurmuşdur. Bundan sonra metronun «İçəri şəhər» stansiyasının yaxınlığında olan parka tərəf getməyə başlamışlar. Yol gedərkən o, Vilayyətdən oyun oynamaq üçün mobil telefonunu istəmişdir. Vilayyət də özünə məxsus məxsus «Росо M4 Pro» markalı mobil telefonu ona vermişdir. Bundan X21rıb yerə yıxmışdır. Bundan sonra o, Vilayyətə məxsus mobil telefonu metrounun «İçəri şəhər» stansiyasının yaxınlığında özünə qaytarmışdır. Bundan sonra Vilayyət onun yanında həmin telefonu Nihada vermişdir. Nihad həmin telefonu Vilayyətdən alıb İqbala vermişdir. Bundan sonra o, İqbal ilə birlikdə oradan çıxıb metro ilə metronun «20 Yanvar» stansiyasına getmişdir. Orada o, İqbaldan ayrılmış və yaşadığı evə getmişdir. Həmin gün təxminən 2 saatdan sonra görüşmək barədə İqbal ilə razılaşmışdır. Həmin gün, təxminən iki saatdan sonra o, həmin ərazidə İqbal ilə görüşmüşdür. Həmin vaxtı o, Vilayyətə məxsus mobil telefonun İqbalın üzərində olmadığını görmüşdür. Lakin İqbal mağazadan siqaret alarkən o, İqbalın cibində 130 (yüz otuz) manat pul olmasını görmüşdür. Lakin İqbal həmin mobil telefonu satıb və satmaması barədə ona heç bir söz deməmişdir. O, özü də İqbaldan bu barədə heç bir söz soruşmamışdır. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, Vilayyətdən mobil telefonu oyun oynamaq məqsədilə almış, sonra da özünə qaytarmış, «Sahil» bağında olan köşkün arxasında o, Eldar ilə mübahisə edən zaman Vilayyət həmin mübahisəyə müdaxilə etdiyi üçün o, əsəbiləşib yumruqla bir dəfə Vilayyətin üz nahiyəsinə vurmuşdur. O, Eldara məxsus cib bıçağını Vilayyətdən baxmaq məqsədilə almış və Malakan bağından çıxan zaman həmin bıçağı Vilayyətin özünə qaytarmışdır. Şahid1, Şahid2, Şahid5, Şahid3 və Şahid4 19 aprel 2022-ci il tarixdə qeyd olunan mübahisə baş verməmişdən bir neçə dəqiqə əvvəl təsadüfən tanımışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, bu səbəbdən həmin şəxslərlə onun arasında heç bir düşmənçilik və ya ədavət olamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, hazırda Abşeron rayonu, Xırdalan şəhərində ünvanını dəqiq bilmədiyi fərdi evdə əmisi Amil ilə birlikdə yaşayır. Özü də Bakı şəhərində müxtəlif ərazilərdə tikintidə fəhlə işləyir. Adı İqbal olsa da, ləqəbi «Qara»dır. Təqsirləndirilən şəxs1 təxminən bir il olar ki, qiyabi tanısa da, bir ay olar ki, yaxından tanıyır. Həmçinin Mirəbülfəzin ləqəbi «Əbiş»dir. 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən «Malakan» bağında o, Mirəbülfəz, istintaq zamanı adlarını bildiyi Şahid1, Şahid2, Şahid5, Şahid3 və Şahid4 ilə birlikdə olan zaman istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oradan keçdiklərini, həmin vaxtı Eldarın əlində bıçağı açıq şəkildə gəzdirdiyini görmüşdür. Həmin vaxtı Atamoğlan və Amin Vilayyət ilə Eldara yaxınlaşıb Eldarın əlində bıçaq gəzdirməyinə irad bildirmişlər. X18 yanına çağırdığı üçün Vilayyət, Eldar, Atamoğlan və Amin Mirəbülfəzə tərəf gəlmişlər. Həmin vaxtı Eldar özündə olan bıçağı Vilayyətə vermişdir. Buna görə Mirəbülfəz bıçağı Vilayyətdən istəmişdir. Vilayyət də həmin bıçağı Mirəbülfəzə vermişdir. Bundan sonra birlikdə «Sahil» bağına tərəf yollanmışlar. «Sahil» bağında olan köşkün arxasında Eldar ilə bıçağı açıq şəkildə gəzdirməsinə görə orada sözlü mübahisə yaranmışdır. Eldar bıçağı pis niyyətlə açmadığını bildirmişdir. Həmin vaxtı Vilayyət mübahisəyə müdaxilə etdiyi üçün Mirəbülfəz əsəbiləşib yumruqla bir dəfə Vilayyətin üz nahiyəsinə vurmuşdur. Bundan sonra o, Eldarın üz nahiyəsinə bir dəfə şillə ilə və ayaq nahiyəsinə bir dəfə təpiklə vurmuşdur. X27 üz nahiyəsinə bir dəfə yumruqla və təpiklə belinə bir dəfə vurmuşdur. Həmçinin həmin vaxtı Atamoğlan Eldarı yerə yıxıb təpiklə vurmuşdur. Həmin vaxtı Amin öz mobil telefonu ilə həmin mübahisəni kameraya çəkmişdir. Bundan sonra «İçəri şəhər» metrosunun yaxınlığında olan parka tərəf getməyə başlamışlar. X10 mobil telefonunu istəmişdir. Lakin Vilayyət öz mobil telefonunu Mirəbülfəzə verməmişdir. Buna görə Amin Vilayyətdən «Росо M4 Pro» markalı mobil telefonu alıb Mirəbülfəzə vermişdir. Bundan sonra Vilayyət onu vurmaq istədiyi üçün o, Vilayyəti idman fəndi işlətməklə qaldırıb yerə yıxmışdır. Bundan sonra Vilayyətə məxsus mobil telefon və Eldara məxsus bıçaq Mirəbülfəzdə qalmışdır. Hətta həmin vaxtı Mirəbülfəz öz üzərində bıçaq olduğunu bildirib, Vilayyətə məxsus mobil telefonu saxlamaq üçün ona vermək istədiyini bildirmişdir. Lakin o, buna razı olmadığı üçün həmin mobil telefon Mirəbülfəz də qalmışdır. Bundan sonra o, Mirəbülfəz ilə birlikdə metronun «İçəri Şəhər» stansiyası ilə metronun «20 Yanvar» stansiyasına yollanmışdır. Həmin stansiyanın yaxınlığında yerləşən Mirəbülfəzin qardaşı olan, istintaq zamanı adını bildiyi X2 işlətdiyi internet klubun qarşısına getmişdir. Orada Mirəbülfəz onun kənarda dayanmağını bildirmişdir. O, həmin internet klubdan bir neçə metr kənarda dayanıb Mirəbülfəzi gözləmişdir. Həmin vaxtı Mirəbülfəzin qardaşı Vasifullah klubun qarşısına çıxmışdır. O, həmin vaxtı Mirəbülfəzin Vilayyətə məxsus «Росо M4 Pro» markalı mobil telefonu qardaşı Vasifullaha vermiş və özü tək onun yanına qayıtmışdır. O, həmin mobil telefonu nə üçün qardaşına verməsini soruşmuşdur. Mirəbülfəz də bildirmişdir ki, «verdim ki, qardaşımda qalsın». Mirəbülfəz bu barədə əlavə məlumat vermədiyi üçün o, əlavə sual verməmişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, «Sahil» bağında olan köşkün arxasında o, Eldarın üz nahiyəsinə bir dəfə şillə və ayaq nahiyəsinə bir dəfə təpik vurmuşdur. Bundan sonra Vilayyət onu vurmaq istədiyi üçün o, «İçəri şəhər» metrosunun yaxınlığında olan parkın içərsində Vilayyəti idman fəndi işlətməklə qaldırıb yerə yıxmışdır. Eldara məxsus cib bıçağını Mirəbülfəz Vilayyətdən almışdır. Həmçinin Vilayyətə məxsus mobil telefonu isə Amin Vilayyətdən alaraq Mirəbülfəzə vermişdir. Hadisə vaxtı bıçaq və mobil telefon Mirəbülfəzin üzərində qalmışdır. Şahid1, Şahid2, Şahid5, Şahid3 və Şahid4 19 aprel 2022-ci il tarixdə qeyd olunan mübahisə baş verməmişdən bir neçə dəqiqə əvvəl təsadüfən tanımışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, bu səbəbdən həmin şəxslərlə onun arasında heç bir düşmənçilik və ya ədavət olamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayından tanıyır. Belə ki, o, Eldar ilə ünvan 7 ünvanında kirayədə yaşamışdır. 19 aprel 2022-ci il tarixdə, təxminən saat 20 radələrində kirayə yaşadığı evdə onunla birgə yaşayan, otaq yoldaşı Eldar ilə birlikdə Bakı şəhəri ilə Səbail rayonunda yerləşən «Tarqovu» adlanan ərazidə «Malakan bağı» istiqamətində gəzmişdir. Bu zaman Eldarın əlində bir ədəd xamilyon rəngli, orta ölçülü «kəpənək» adlandırılan cib bıçağı olmuşdur. O, Eldara həmin bıçağı cibinə qoymağını, «Malakan» bağında tüfeyli həyat sürən şəxslərin çox olduğunu, buna görə də onlarla mübahisə edəcəklərini demişdir. Eldar isə «heçkim heçnə edə bilməz» deyə cavab vermişdir. Bundan sonra o, Eldar ilə birlikdə «Malakan» bağının tam ortası ilə hərəkət edən zaman, tanımadığı 6-7 nəfər şəxsin bağın kənarında dayandıqlarını görmüşdür. Həmin şəxslərdən ikisi sonradan adı ona məlum olan, X16 və Şahid3 yaxınlaşaraq nəyə görə bıçaq gəzdirdiyini Eldardan soruşmuşdur. Eldar onlara bıçağı elə belə gəzdirdiyini demişdir. Atamoğlan Eldardan nəyə görə aqressiv cavab verdiyini soruşmuş, Eldar isə əsəbi olduğunu demişdir. Bu zaman Atamoğlan onun istintaq zamanı adını bildiyi, Təqsirləndirilən şəxs1 Eldarı çağırdığını demişdir. Eldar da Atamoğlan və Amin ilə birlikdə Mirəbülfəzin yanına getməyə başlamışdır. O da Eldarın arxasınca getmişdir. Bu zaman Eldar bıçağı arxaya tərəf uzadaraq ona vermişdir. Daha sonra Mirəbülfəz onu çağırıb baxmaq üçün bıçağı ondan istəmişdir. O da həmin bıçağı Mirəbülfəzə vermişdir. Bu zaman Eldar Atamoğlanla birlikdə kənara çəkilib ikisi söhbət etmişdir. Daha sonra söhbət böyümüşdür. Həmin vaxt orada Amin və Atamoğlandan başqa, istintaq zamanı adlarını bildiyi, Şahid4, Şahid5 və Şahid2 da olmuşdur. Eldar ilə o, birlikdə sağollaşıb söhbəti yekunlaşdırmaq istəmişlər. Bu zaman o, Mirəbülfəzdən bıçağı geri istəmişdir. Lakin Mirəbülfəz bıçağı ona verməmişdir. Bu zaman Fərid və Cəmil də Mirəbülfəzə bıçağı qaytarmalı olduğunu bildirmişlər. Lakin Mirəbülfəz bıçağı qaytramamışdır. Daha sonra o və orada olan digər şəxslər «Malakan» bağının yanı ilə hərəkət edib «MC donalds» restoranı tərəfə getdmiş, orada, yəni «Sahil» bağında köşkün arxasında Mirəbülfəzdən bıçağı istədiyi üçün üz nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Sonra o, biraz kənara uzaqlaşmışdır. Daha sonra Eldar ilə o, evə getmək istəmişdir. Lakin Mirəbülfəz və yanında olan şəxslər yenə arxasınca gəlmişdir. Həmin ərəfədə Mirəbülfəz ondan üzərində pul varsa verməyini tələb etmişdir. Lakin o, işləmədiyi üçün pulunun olmadığını Mirəbülfəzə demişdir. Daha sonra birlikdə metronun «Sahil» stansiyası tərəfə, yəni Səməd Vurğun küçəsi ilə hərəkət edib, iki mərtəbəli yaşayış binasının həyətinin girişində dayanamışlar. Bu zaman yenə söhbətləşməyə başlamışlar. Mirəbülfəz onu vuran zaman Eldarın heç bir reaksiya vermədiyini bildirib Eldarı da vurmaq lazım olduğunu demiş və bu zaman Amin öz mobil telefonu ilə Eldarı döymələrinin videosunu çəkmişdir. Bu zaman Mirəbülfəzin yanında əvvəlcədən orada olan, adını bildiyi Təqsirləndirilən şəxs2 Eldarın üzünə şillə vurub arxaya çəkilmişdir. Daha X27 üz nahiyyəsinə yumruq vurmuş və təpiklə Eldarı vurmuşdur. Lakin təpiyin Eldarın hansı nahiyəsinə dəyməsini dəqiq xatırlamır. Bundan başqa Atamoğlanda Eldarı yerə yıxıb vurmuşdur. Ətarfdakı şəxslər bizi aramışlar. O, Mirəbülfəz və Atamoğlanla ön tərəfdə irəliləməyə başlamışdır. Eldar isə Fərid, Cəmil və İqbal ilə metronun «İçəri şəhər» stansiyası istiqamətə irəliləməyə başlamışlar. Bu zaman o, Eldara zəng edib gətdiyi yerə çağırmış və Eldar həmin yerə onun yanına gəlmişdir. Bundan sonra Mirəbülfəz ona məxsus 640 (altı yüz) manat dəyərində «Росо M4 Pro» markalı mobil telefon telefonu saata baxıb qaytarması üçün ondan istəmişdir. O da düşünmüşdür ki, telefonu ona geri qaytarar. Bu səbəbdən o, özünə məxsus həmin mobil telefonu Mirəbülfəzə vermişdir. Mirəbülfəz telefonun parolunu açmağını bildirmişdir. Lakin o, Mirəbülfəzə telefonun parolu deməmişdir. Bundan əvvəl həmin gün mübahisə ərəfəsində Mirəbülfəz ondan həmin telefonu 1-2 dəfə alıb, zəng edərək ona geri qaytarmışdır. O, telefonun parolunu demədiyi üçün Mirəbülfəzin yanında olan İqbal metronun «İçəri Şəhər» stansiyası yaxınlığında olan parkın içərisində onu qaldıraraq yerə çırpmışdır. Bu zaman o, biraz aralanıb kömək çağırmağa getmişdir. Bu zaman Eldarda onun arxasınca gəlmişdir. Onun ayağı əzildiyi üçün telefonu Mirəbülfəzdən geri almaq üçün gedə bilmədiyindən Mirəbülfəzdən telefonunu geri almaq lazım olduğunu Eldara dedmişdir. Eldar Mirəbülfəzin arxasına qışqıraraq telefonu geri qaytarmasını demişdir. Amin telefonun parkın kənarında daşın yanında olduğunu demişdir. Eldar gedib həmin yerə baxsa da telefonun orada olmadığını gördü. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, mübahisənin səbəbi Eldarın əlində bıçaq gəzirməsi və qeyd olunan şəxslərin Eldara irad bildirməsi olmuşdur. 19 aprel 2022-ci il tarixdə, təxminən saat 20 radələrində «Sahil» bağında köşkün arxasında Mirəbülfəzdən bıçağı istədiyi üçün Mirəbülfəz üz nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan başqa Mirəbülfəzə öz mobil telefonunun kodunu demədiyi üçün sonuncunun yanında olan adını bilmədiyi şəxs «İçəri Şəhər» metrosunun yaxınlığında olan parkın içərisində onu qaldıraraq yerə çırpmışdır. Həmin mübahisə 1 saata yaxın davam etmişdir Onu yalnız Mirəbülfəz bir dəfə yumruqla üz nahiyəsinə vurmuş, bundan başqa İqbal onu qaldırıb yerə çırpışdır. O, hadisə vaxtı heç kimi vurmamışdır. Eldar da heç kimi vurmamışdır. Eldar bıçağı ona verdikdən sonra Mirəbülfəz həmin bıçağı ondan istədiyi üçün o, həmin bıçağı Mirəbülfəzə vermişdir. Onun mobil telefonu və həmin bıçaq Mirəbülfəzdə qalmışdır. Həmçinin zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, əvvəllər tanımadığı, ona tanınmaya təqdim edilən foto şəkillər üzrə tanyaraq istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ona məxsus «Росо M4 Pro» markalı mobil telefonunu almaqla ona vurmuş olduğu 640 (altı yüz qırx) manat maddi ziyan Mirəbülfəzin qohumları tərəfindən ona tam şəkildə ödənilmişdir. Buna görə də onun qeyd olunan cinayət işi üzrə heç kimdən şikayət və tələbi yoxdur. Bununla bağlı o, Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin Mirəbülfəzin yanında olan və onu qaldırıb yerə yıxan şəxsin adının istintaq zamanı Təqsirləndirilən şəxs2 olması ona məlum olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, 19 aprel 2022-ci il tarixdə saat 20 radələrində kirayə yaşadığı ünvan 8 ünvanında onunla birgə yaşayan Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu, «Tarqovu» adlanan ərazidə «Malakan» bağı istiqamətində gəzmişdir. Bu zaman onun əlində bir ədəd xamilyon rəngli, orta ölçülü «kəpənək» adlandırılan cib bıçağı olmuşdur. Vilayyət ona həmin bıçağı cibinə qoymağı, «Malakan» bağında tüfeyli həyat sürən şəxslərin çox olduğunu buna görə də onlarla mübahisə edəcəklərini demişdir. O isə «heç kim heçnə edə bilməz» deyə cavab vermişdir. «Malakan» bağının tam ortası ilə hərəkət edən zaman 6-7 nəfər şəxsin bağın kənarında dayandığını görmüşdür. Həmin şəxslərdən ikisi, yəni istintaq zamanı adlarını bildiyi sonradan adı onlara məlum olan X16 və Şahid3 yaxınlaşaraq ona nəyə görə bıçağı gəzdirdiyini soruşmuşdur. O, onlara bıçağı elə belə gəzdirdiyini demişdir. Atamoğlan ona nəyə görə aqressiv cavab verməyini soruşmuşdur. O isə əsəbi olduğunu demişdir. Daha sonra Vilayyət ilkin olaraq onlarla salamlaşmış, nəyə görə yaxınlaşdıqlarını soruşmuşdur. Bu zaman Atamoğlan, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 onu çağırdığını bildirmişdir. O, Mirəbülfəz olan istiqamətə gedən zaman Vilayyət də onun arxasınca gəlmişdir. Bu zaman o, bıçağı arxaya tərəf uzatmaqla Vilayyətə vermişdir. Daha sonra Mirəbülfəzin Vilayyəti çağırıb baxmaq üçün bıçağı istədiyini görmüşdür. Lakin o, Atamoğlanla kənara çəkilib söhbət etmişdir. Daha sonra söhbət daha da böyümüşdür. Həmin vaxt orada Amin və Atamoğlandan başqa Şahid4, Şahid5 və Şahid2 Möhsüm oğlu da olmuşdur. O, sağollaşıb söhbəti yekunlaşdırmaq istəyən zaman Vilayyət Mirəbülfəzdən bıçağı istəmişdir. Lakin Mirəbülfəz bıçağı qaytarmamışdır. Bu zaman Fərid ilə Cəmil də Mirəbülfəzə bıçağı qaytarmalı olduğunu bildirmişdir. Lakin Mirəbülfəz bıçağı qaytramamışdır. Daha sonra «Malakan» bağının yanı ilə hərəkət edib «MC Donalds» restoranı tərəfə getmişlər. «Sahil» bağında olan köşkün arxasında Vilayət Mirəbülfəzdən bıçağı istədiyi üçün Mirəbülfəz Vilayyətin üz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Sonra Vilayyət biraz kənara uzaqlaşmışdır. Daha sonra Vilayyət ilə o birlikdə oradan çıxıb evə getmək istəmişdir. Lakin Mirəbülfəz və yanındakı şəxslər yenə onun arxasınca gəlmişdir. Daha sonra birlikdə metronun «Sahil» stansiyası tərəfdə Səbail rayonu, Səməd Vurğun küçəsi ilə hərəkət edib iki mərtəbəli yaşayış binasının həyətinin girişinda dayanmışlar. Bu zaman yenə söhbət etməyə başlamışlar. Mirəbülfəz Vilayyəti vurduğu zaman onun heç bir reaksiya vermədiyiNi bildirib onu da vurmaq lazım olduğunu bildirmişdir. Bu zaman Amin öz mobil telefonu ilə mübahisənin videosunu çəkmişdir. Bu zaman Mirəbülfəzin yanında əvvəlcədən orada olan, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 onu üzünə bir dəfə şillə vurub arxaya çəkilmişdir. Daha sonra Mirəbülfəz onun üz nahiyyəsinə bir dəfə yumruqla, təpiklə bir dəfə bel nahiyəsinə vurmuşdur. Atamoğlanda onun mübahisə zamanı təpiyi ona dəydiyi üçün onu yerə yıxaraq vurmuşdur. Ətrafda olan xatırlamadığı şəxslər onları aralamışlar. Vilayyət Mirəbülfəz və Atamoğlanla qarşı tərəfdə irəliləməyə başlamışdır. O isə Fərid, Cəmil və İqbal ilə birlikdə metronun «İçəri şəhər» stansiyası tərəfə irəliləməyə başlamışlar. Bu zaman Vilayyət ona zəng edib, onu olduğu yerə çağırmışdır. O, həmin yerə Vilayyətin yanına getmişdir. Bu zaman Mirəbülfəzin yanında olan, İqbal Vilayyəti qaldıraraq yerə çırpmışdır. Həmin ərəfədə Mirəbülfəz artıq Vilayyətdən «Росо M4 pro» markalı mobil telefonu almışmış və telefonun kodunu deməsini istəmişdir. X20 telefonunun parolunu deməmişdir. Bu zaman Vilayyət biraz aralanıb kimisə kömək üçün çağırmağa getmişdir. Bu zaman o da Vilayyətin arxasınca getmişdir. Vilayyət ayağı əzildiyi üçün gedə bilmədiyini bildirib, özünə məxsus mobil telefonu Mirəbülfəzdən almaq lazım olduğunu demişdir. O, Mirəbülfəzin arxasınca telefonu vermək lazım olduğunu qışqırmışdır. Amin telefonun parkda olan daşın yanında olduğunu demiş, o, həmin yerə baxsa da, telefonun orada olmadığını görmüşdür. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, həmin bıçağı xatırlamadığı vaxtda Xaçmaz rayonundan xoşuna gəldiyi üçün səyyari satış ilə məşğul olan şəxsdən 10 manat pulun müqabilində almışdır. O, həmin bıçağı meyvə doğramaq üçün üzərində gəzdirmişdir. Kiməsə xəsarət yetirmək və ya kimisə qorxutmaq fikri olmayıb və bunu heç vaxt etməmişdir. Həmin bıçaq xamiliyon rəngli, orta ölçülü, «kəpənək» adlandırılan cib bıçağı olmuşdur. Mübahisənin baş verməsinə səbəb onun üzərində olan bıçağı gəzdirməyi olmuşdur. Həmin mübahisə ümumilikdə təxminən bir saata yaxın davam etmişdir.Ona məxsus X8 almış, heç kimə qaytarmayaraq özündə saxlamışdır. Vilayyətə məxsus «Росо M4 pro» markalı mobil telefonu Mirəbülfəz Vilayyətdən götürmüşdür. Sonuncu dəfə o, həmin mobil telefonun Mirəbülfəzdə olmasını görmüşdür. Hadisə vaxtı gözlə görünən xəsarət almamış, hazırda xəsarəti yoxdur. Buna görə də məhkəmə tibbi ekspertizasından müayinədən keçmək istəmədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Səbail rayonunda yerləşən «Malakan» bağında dostu Şahid3 və Şahid4 ilə birlikdə oturacaqda oturmuşdur. Əbiş ləqəbli istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 və yanında bir nəfər tanımadığı şəxs onlara yaxınlaşmışdır. Mirəbülfəz onlardan instaqrama girmək üçün telefon istəmişdir. O və dostları telefonunda enerjinin az olduğunu demişdir. Bu minvalla aralarında tanışlıq yaranmışdır. Bu zaman oradan əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 keçmişdir. Eldarın əlində bıçaq olmuş və Eldar bıçağı əlində fırladaraq hərəkət etmişdir. O, Aminlə birgə Vilayyət və Eldara yaxınlaşıb, Eldara bildirmişdir ki, «burada camaatın anası bacısı keçir, niyə əlində bıçaq gəzdirirsən?». Eldar isə bildirmişdir ki, “özümə görə gəzdirirəm keç kimə adiyyatı yoxdur”. Həmin vaxtı Mirəbülfəz həmin şəxsləri yanına çağırıb Eldarın əlindəki bıçağa baxmaq istədiyini bildirmişdir. Eldar bıçağı Vilayyətə vermişdir. Bu zaman Vilayyət bıçağı baxmaq üçün Mirəbülfəzə vermişdir. Mirəbülfəz isə “sən azyaşlısan bıçağı sənə verməyəcəm” deyib bıçağı cibinə qoymuşdur. Sonra orada tanışları Şahid2 və Şahid5 görüb, onları da yanına çağırmışdır. Fərid nə baş verdiyini soruşmuşdur. Mirəbülfəz də Eldarın azyaşlı olduğunu bıçağını götürüb qaytarmadığını bildirmişdir. X23 yanında yaşca böyük Vilayətin olduğunu bıçağı qaytarmağını bildirmişdir. Vilayət isə bıçağın hədiyyə olduğunu bildirmişdir. Lakin Mirəbülfəz bıçağı geri qaytarmamışdır. Sonra Fərid təkidlə bıçağı qaytarmağı Əbülfəzdən istəmiş və aralarında söz mübahisəsi yaranmışdır. X29 kənarda söhbət etməyi təklif edib, «Sahil» bağı istiqamətində getmişlər. «Sahil» bağında köşkün arxasında aralarında mübahisə yaranmışdır. Bu zaman Vilayyət bıçağı Mirəbülfəzdən istəmişdir. Mirəbülfəz isə Vilayətin üz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Sonra Vilayət kənara çəkilib, Malakan bağı istiqamətinə getmişdir. Sonra o, yaxınlaşıb kömək etmək istəmişdir. Həmin vaxt Mirəbülfəz yenə Vilayyətin yanına gəlib kənara çəkərək söhbət etmək istədiyini bildirmiş və Səməd Vurğun küçəsi ilə hərəkət edib iki mərtəbəli yaşayış binasının həyətinin girişinə aparmışdır. O və yanda olan digər şəxslər ora gəlmişdir. Həmin vaxt ona telefon zəngi gəlmiş, bir qədər aralıqda telefonla danışmışdır. Danışığı bitdikdən sonra onlara yaxınlaşan zaman Mirəbülfəzin yanında olan, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 Eldarla mübahisə etdiyini görmüş, X44 üz nahiyyəsinə bir dəfə şillə ilə vurmuşdur. Daha sonra Mirəbülfəz Eldarla mübahisə etmiş və İqbal Eldarın belindən tutub yerə yıxmış və Mirəbülfəz Eldarın üz və bədənin müxtəlif nahiyyələtinə təpiklə vurmuşdur. Mübahisə zamanı Eldarın ona təpiyi dəydiyi üçün, o, Eldarın arxasında dayanmaqla, Eldarı tutub idman fəndi işlətməklə yerə yıxmışdır. Lakin Eldar yerə yıxılarkən o, Eldarı vurmamışdır. Həmin yerə «Sahil» bağından metronun «İçəri Şəhər» stansiyasına gedən yol olmuşdur. Orada olan Amin baş verən mübahisəni mobil telefon ilə videoçəkiliş etməyə başlamışdır. Orada olan Nihad, Cəmil və Fərid onları ayırmağa başlamışdır. Sonra orada mübahisə sonlanmış və dava dalaşın sonlanması üçün onlar hamısı bir yerdə Səbail rayonu, İçəri şəhər metrostansiyası qarşısında olan parka tərəf gəlmiş, X11 pul lazım olduğunu və pul verməsini istəmişdir. Vilayyət isə pulunun olmadığını bildirmişdir. Daha sonra Mirəbülfəz Vilayyətə məxsus “Росо M4 pro“ parkalı mobil telefonu verməsini istəmişdir. Mirəbülfəz Vilayətin telefonunu əlindən alaraq ekranda olan kilidi açmasını istəmiş, kilidi barmaq izi ilə açıldığını bildirmişdir. Daha sonra Mirəbülfəzin yanındakı dostu Vilayəti yerə yıxıb telefon kildini açana qədər döyəcəyini bildirmişdir. X37 təpik zərbəsi vurmuşdur. O, onları sakitləşdirmiş və sonradan məlum olmuşdur ki, Vilayyətin telefonu yoxdur. O, həmin telefonu sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 7-ci sinfə qədər Sabirabad rayonundə yerləşən orta məktəbdə oxumuşdur. Lakin sonradan təhsilini davam etdirməmişdir. Təxminən 2022-ci ilin aprel ayının ilk on günlüyündə Bakı şəhərinə gəlmişdir. Hazırda Bakı şəhərinda metronun «Nizami» stansiyasının yaxınlığında, yəni Anadolu Türk litseyinin yaxınlığında yerləşən, ünvanını dəqiq bilmədiyi fərdi yaşayış evində kirayədə yaşayır. 19 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində tanışı Şahid2 ilə birlikdə metronun «Nizami» stansiyasının yaxınlığında görüşmüş və Fərid ilə birlikdə yaşadığı metronun «Nizami» stansiyasının yaxınlığında yerləşən evinə getməyini orada paltarlarını götürüb, Bakı şəhəri, Səbail rayonunda yerləşən «Tarqovu» adlanan əraziyə gəlməli olduğunu bildirmişdir. Daha sonra «Sahil» bağına gəlmişdir. Tarqovuda gəzdikdən sonra orada Atamoğlan Fəridi görüb yanına çağırmış və orada ona kənarda tanımadığı şəxslər dostlarının dava-dalaş etdiklərini bildirib, sakitləşdirmək üçün köməklik etməyini istəmişdir. O, Fəridlə birlikdə ora yaxınlaşdıqları zaman, həmin vaxtı tanıdığı, istintaq zamanı adını bildiyi, «Əbiş» ləqəbli Təqsirləndirilən şəxs1 “sən azyaşlısan bıçağı sənə verməyəcəm” deyərək Eldara məxsus bıçağı cibinə qoymasını görmüşdür. Fərid nə baş verdiyini soruşmuşdur. Lakin Əbülfəz bıçağı geri qaytarmamışdır. Sonra Fərid təkidlə bıçağı qaytarmağı Mirəbülfəzdən istəmiş və aralarında söz mübahisəsi yaranmışdır. Daha sonra birlikdə «Sahil» bağı istiqamətində getmişlər. «Sahil» bağında köşkün arxasında yenidən onların aralarında mübahisə yaranmışdır. Bu zaman Vilayyətdə bıçağı Mirəbülfəzdən istəmişdir. Mirəbülfəz isə Vilayyətin üz nahiyyəsinə yumruq zərbəsi ilə vurmuşdur. Sonra Vilayət kənara çəkilib, «Malakan» bağı istiqamətinə getmişdir. Sonra Atamoğlan oraya yaxınlaşıb kömək etmək istəmişdir. Həmin vaxt Mirəbülfəz yenə oraya gəlib söhbət etmək istədiyini bildirmiş və Səbail rayonu, Səməd Vurğun küçəsi ilə hərəkət edib iki mərtəbəli yaşayış binasının həyətinin girişinə aparmışdır. Daha sonra Mirəbülfəzin yanında olan, istintaq zamanı adını bildiyi, «Qara» ləqəbli Təqsirləndirilən şəxs2 Eldarla mübahisə etdiyini görmüşdür. X44 üz nahiyyəsinə şillə ilə vurmuşdur. Daha sonra Mirəbülfəz də Eldarla mübahisə etmiş və Eldarın belindən tutub yerə yıxmışdır. Həmin vaxtı Mirəbülfəz Eldarın üz və bədənin müxtəlif nahiyyələtinə təpiklə vurmuşdur. Sonra Amin baş verən mübahisəni mobil telefon ilə videoçəkiliş etməyə başlamışdır. Onlar onları ayırmağa başladılar. Sonra orada mübahisə sonlanmış və dava dalaşın sonlanması üçün hamısı bir yerdə metronun «İçəri şəhər» stansiyasının qarşısında olan parka tərəf getmişlər. X11 pul istəmişdir. Vilayyət isə pulunun olmadığını bildirmişdir. Daha sonra metronun «İçəri şəhər» stansiyasına qalxan parkın içərisində Mirəbülfəz Vilayyətə məxsus «Росо M4 pro» parkalı mobil telefonu verməsini istəmiş və Vilayyətin telefonunu əlindən alaraq, ekranda olan kilidi açmasını istəmişdir. Daha sonra orada, Mirəbülfəzin yanında olan İqbal Vilayyəti yerə yıxmış və telefon kilidini açana qədər döyəcəyini bildirmişdir. Daha sonra Mirəbülfəz İqbal ilə birlikdə oradan uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, Vilayyətin telefonu yoxdur. O, orada heç bir şəxsi vurmamış, eləcə də orada olan şəxslər onu vurmamışdır. O, Vilayyətə məxsus mobil telefonu sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdür. Həmçinin mübahisə baş verməmişdən əvvəl o, Eldara məxsus bıçağı Mirəbülfəzdə olmasını görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində o, tanışı Şahid5 ilə metronun «Nizami» stansiyasının yaxınlığında görüşmüşdür. Bundan sonra o, Cəmil ilə birlikdə yaşadığı metronun «Nizami» stansiyasının yaxınlığında yerləşən evinə getməyini, orada Cəmilin paltarlarını götürüb daha sonra birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən «Tarqovu» adlanan əraziyə getmişlər. Tarqovuda gəzdikdən sonra orada tanıdığı Şahid1 onu görüb yanına çağırmışdır. Cəmil orada ona kənarda tanımadığı şəxslərin, yəni dostlarının dava-dalaş etdiklərini bildirib, sakitləşdirmək üçün köməklik etməyini istəmişdir. O, Cəmillə birlikdə ora yaxınlaşdığı zaman Mirəbülfəz Eldara “sən azyaşlısan bıçağı sənə verməyəcəm” deyib, Eldara məxsus bıçağı cibinə qoymasını görmüşdür. O, nə baş verdiyini soruşmuşdur. Mirəbülfəz ona Eldarın azyaşlı olduğunu bıçağını götürüb qaytarmadığını bildirmişdir. O, bıçağı qaytarmasını bildirmişdir. Lakin Mirəbülfəz bıçağı geri qaytarmamışdır. Sonra o, təkidlə bıçağı qaytarmağı Mirəbülfəzdən istəmiş və aralarında söz mübahisəsi yaranmışdır. Daha sonra birlikdə «Sahil» bağı istiqamətində getmişlər. «Sahil» bağında köşkün arxasında yenidən onların aralarında mübahisə yaranmışdır. Bu zaman Vilayyət bıçağı Mirəbülfəzdən istəmişdir. Mirəbülfəz isə Vilayyətin üz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Sonra Vilayyət kənara çəkilib, «Malakan» bağı istiqamətinə getmişdir. Sonra Atamoğlan yaxınlaşıb kömək etmək istəmişdir. Həmin vaxt Mirəbülfəz yenə kənara çəkərək söhbət etmək istədiyini bildirmiş və Səbail rayonu, Səməd Vurğun küçəsi ilə hərəkət edib iki mərtəbəli yaşayış binasının həyətinin girişinə aparmışdır. Daha sonra Mirəbülfəzin yanında olan, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi «Qara» ləqəbli Təqsirləndirilən şəxs2 Eldarla mübahisə etdiyini görmüşdür. Həmin vaxtı İqbal Eldarın üz nahiyyəsinə bir dəfə şillə ilə vurmuşdur. Daha sonra Mirəbülfəz Eldarla mübahisə etmiş, İqbal Eldarın belindən tutub yerə yıxmış və Mirəbülfəz Eldarın üz və bədənin müxtəlif nahiyyələtinə təpiklə vurmuşdur. Sonra Amin baş verən mübahisəni mobil telefon ilə videoçəkiliş etməyə başlamışdır. O, onları ayırmağa başlamışdır. Sonra orada mübahisə sonlanmış və dava-dalaşın sonlanması üçün onlar hamısı bir yerdə Bakı şəhəri, Səbail rayonunda yerləşən metronun «İçəri şəhər» stansiyası qarşısında olan parka tərəf getmişlər. X11 pul lazım olduğunu və pul verməsini istəmişdir. Vilayyət isə pulunun olmadığını bildirmişdir. Daha sonra Mirəbülfəz Vilayyətə məxsus «Росо M4 pro» parkalı mobil telefonu verməsini, telefonda oyun oynamasını istəmiş və Vilayyətin telefonunu əlindən alaraq ekranda olan kilidi açmasını istəmişdir. Vilayyət kilidin barmaq izi ilə açıldığını bildirmişdir. Daha sonra İqbal metronun «İçəri şədər» stansiyasına qalxan yerdə olan parkın içərisində Vilayyəti yerə yıxıb telefon kildini açana qədər döyəcəyini bildirmişdir. Daha sonra Mirəbülfəz dostu ilə uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, Vilayyətin telefonu yoxdur. O, orada heç bir şəxsi vurmamış, eləcə də orada olan şəxslər onu vurmamışdır. O, həmin telefonu sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə, təxminən saat 20 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən «Malakan» bağında Şahid1 və Şahid3 ilə birlikdə oturmuşdur. Həmin vaxtı, sonradan adını bildiyi, Əbiş ləqəbli Təqsirləndirilən şəxs1 və yanında olan, istintaq zamanı adını bildiyi «Qara» ləqəbli, X17 onlara yaxınlaşmışdır. Mirəbülfəz ondan «instaqram» sosial şəbəksinə girmək üçün telefon istəmişdir. Atamoğlan ilə o, telefonda enerjinin az olduğunu demiş və Mirəbülfəzə telefon verməmişlər. Bu minvalla aralarında tanışlıq yaranmışdır. Bu zaman oradan istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 keçmişdir. Eldarın əlində bıçaq olmuş və bıçağı əlində fırladaraq hərəkət etmişdir. Amin və Atamoğlan onlara yaxınlaşmışdır. Həmin vaxtı Mirəbülfəz həmin şəxsləri yanına çağırıb Eldarın əlindəki bıçağa baxmaq istədiyini bildirmişdir. Eldar da bıçağı Vilayyətə vermişdir. Bu zaman Vilayyət bıçağı baxmaq üçün Mirəbülfəzə vermişdir. Mirəbülfəz isə Eldara “sən azyaşlısan bıçağı sənə verməyəcəm” deyib bıçağı cibinə qoymuşdur. Atamoğlan daha sonra orada tanışları Şahid2 və Şahid5 görüb onlarıda oraya çağırmışdır. Fərid nə baş verdiyini soruşmuşdur. Mirəbülfəz Eldarın azyaşlı olduğunu, bıçağını Eldardan götürüb qaytarmadığını bildirmişdir. X23 yanında yaşca böyük Vilayyətin olduğunu, bıçağı Vilayyətə qaytarmasını bildirmişdir. Vilayyət isə bıçağın hədiyyə olduğunu bildirmişdir. Sonra Fərid təkidlə bıçağı qaytarmağı Mirəbülfəzdən istəmiş və aralarında söz mübahisəsi yaranmışdır. X29 kənarda söhbət etməyi təklif edib, «Sahil» bağı istiqamətində getmişlər. «Sahil» bağında köşkün arxasında aralarında mübahisə yaranmışdır. Bu zaman Vilayyət bıçağı Mirəbülfəzdən istəmişdir. Mirəbülfəz isə Vilayyətin üz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Sonra Vilayyət kənara çəkilib, «Malakan» bağı istiqamətinə getmişdir. Sonra Atamoğlan yaxınlaşıb kömək etmək istəmiş, həmin vaxt Əbülfəz yenə Vilayyətin yanına gəlib kənara çəkərək söhbət etmək istədiyini bildirmiş və Səməd Vurğun küçəsi ilə hərəkət edib iki mərtəbəli yaşayış binasının həyətinin girişinə aparmışdır. Atamoğlan və yanında olan digər şəxslər ora gəlmişdir. Daha sonra Mirəbülfəzin yanında olan, istintaq zamanı adını bildiyi, «Qara» ləqəbli Təqsirləndirilən şəxs2 Eldarla mübahisə etdiyini görmüşdür. Həmin vaxtı İqbal Eldarın üz nahiyyəsinə şillə ilə vurmuşdur. Bundan sonra Mirəbülfəz Eldarla mübahisə etmişdir. Həmin vaxtı İqbal Eldarın belindən tutub yerə yıxmış və Mirəbülfəz Eldarın üz və bədənin müxtəlif nahiyyələtinə təpiklə vurmuşdur. Sonra Amin baş verən mübahisəni mobil telefon ilə videoçəkiliş etməyə başlamışdır. Orada olan Cəmil və Fərid onları ayırmağa başlamışdır. Sonra orada mübahisə sonlanmış və dava dalaşın sonlanması üçün hamısı bir yerdə Səbail rayonu, İçəri şəhər metrostansiyası qarşısında olan parka tərəf getmişlər. X11 pul lazım olduğunu deyib pul verməsini istəmişdir. Vilayyət isə pulunun olmadığını bildirmişdir. Daha sonra Mirəbülfəz Vilayyətə məxsus «Росо M4 pro» parkalı mobil telefonu verməsini istəmiş və Vilayyətin telefonunu əlindən alaraq ekranda olan kilidi açmasını istəmişdir. Vilayyət kilidi barmaq izi ilə açıldığını bildirmişdir. Daha sonra Mirəbülfəzin yanında olan İqbal Vilayyəti qaldırıb, yerə yıxıb telefon kilidini açana qədər döyəcəyini bildirmişdir. Daha sonra Mirəbülfəz ilə İqbal oradan uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, Vilayyətin telefonu yoxdur. O, orada heç bir şəxsi vurmamış, eləcə də orada olan şəxslər onu vurmamışdır. O, həmin telefonu sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdür. Həmçinin Eldara məxsus bıçaq Mirəbülfəzdə qalmışdır. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, Vilayyətdən mobil telefon almamış və İqbala verməmişdir. Vilayyətə məxsus mobil telefon sonuncu dəfə Mirəbülfəzin özündə qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə saat 20 radələrində Səbail rayonu, Malakan bağında dostu Atamoğlan və Nihadla oturacaqda oturan zaman istintaq zamanı adlarını bildiyi, «Əbiş» ləqəbli Təqsirləndirilən şəxs1 və «Qara» ləqəbli Təqsirləndirilən şəxs2 ilə birlikdə onlara yaxınlaşmışdır. Mirəbülfəz onlardan instaqrama girmək üçün telefon istəmişdir. Atamoğlan və o, telefonda enerjinin az olduğunu demişlər. Bu minvalla aralarında tanışlıq yaranmışdır. Bu zaman oradan əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 keçmişdir. Həmin vaxtı Eldarın əlində bıçaq olmuş və bıçağı əlində fırladaraq hərəkət etmişdir. O, Atamoğlan ilə birlikdə onlara yaxınlaşmışdır. Atamoğlan Eldara bildirmişdir ki, «burada camaatın anası bacısı keçir, niyə əlində bıçaq gəzdirirsən?». Eldar isə bildirmişdir ki, “özümə görə gəzdirirəm heç kimə adiyyatı yoxdur”. Mirəbülfəz həmin şəxsləri yanına çağırıb Eldarın əlindəki bıçağa baxmaq istədiyini bildirmişdir. Eldar həmin bıçağı Vilayyətə vermişdir. Bu zaman Vilayyət bıçağı baxmaq üçün Mirəbülfəzə vermişdir. Mirəbülfəz isə “sən azyaşlısan bıçağı sənə verməyəcəm” deyib bıçağı cibinə qoymuşdur. Atamoğlan daha sonra orada tanışları Şahid2 və Şahid5 görüb onlarıda yanına çağırmışdır. Fərid nə baş verdiyini soruşmuşdur. Mirəbülfəz Eldarın azyaşlı olduğunu bıçağını götürüb qaytarmadığını bildirmişdir. X23 yanında yaşca böyük Vilayyətin olduğunu bıçağı Vilayyətə qaytarmasını bildirmişdir. Vilayyət isə bıçağın hədiyyə olduğunu bildirdi. Lakin Mirəbülfəz bıçağı geri qaytarmamışdır. Sonra Fərid təkidlə bıçağı qaytarmağı Mirəbülfəzdən istəmiş və aralarında sözlü mübahisə yaranmışdır. X29 kənarda söhbət etməyi təklif edib, «Sahil» bağı istiqamətə getmişlər. Orada köşkün arxasında aralarında mübahisə yaranmışdır. Bu zaman Vilayyətdə bıçağı Mirəbülfəzdən istəmişdir. Mirəbülfəz isə Vilayyətin üz nahiyyəsinə yumruq zərbəsi ilə vurmuşdur. Sonra Vilayyət kənara çəkilib, Malakan bağı istiqamətinə getmişdir. Sonra Atamoğlan yaxınlaşıb kömək etmək istəmişdir. Həmin vaxt Mirəbülfəz yenə kənara çəkərək söhbət etmək istədiyini bildirmiş və Səməd Vurğun küçəsi ilə hərəkət edib iki mərtəbəli yaşayış binasının həyətinin girişinə aparmışdır. Atamoğlan və digər şəxslər ora gəlmişdir. Daha sonra Mirəbülfəzin yanında olan adını bilmədiyi şəxsin Eldarla mübahisə etdiyini görmüşdür. X27 üz nahiyyəsinə şillə ilə vurmuşdur. Daha sonra Mirəbülfəz Eldarla mübahisə etmiş və Mirəbülfəzin yanında olan İqbal tanışı Eldarın belindən tutub yerə yıxmışdır. Mirəbülfəz Eldarın üz və bədənin müxtəlif nahiyyələrinə təpiklə vurmuşdur. Sonra o, baş verən mübahisəni mobil telefon ilə videoçəkiliş etməyə başlamışdır. Orada olan Nihad, Cəmil və Fərid onları ayırmağa başlamışdır. Sonra orada mübahisə sonlanmış və dava dalaşın sonlanması üçün biz hamısı bir yerdə Səbail rayonu, İçəri şəhər metrostansiyası qarşısında olan parka tərəf getmişlər. X11 pul lazım olduğunu və pul verməsini istəmişdir. Vilayyət isə pulunun olmadığını bildirmişdir. Daha sonra Mirəbülfəz Vilayyətə məxsus «Росо M4 pro» parkalı mobil telefonu verməsini bildirmiş və Vilayyətin telefonunu əlindən alaraq ekranda olan kilidi açmasını istəmişdir. Vilayyət kilidi barmaq izi ilə açıldığını bildirmişdir. Daha sonra Mirəbülfəzin yanında olan İqbal Vilayyəti yerə yıxıb telefon kildini açana qədər döyəcəyini bildirmişdir. Sonrada o, təpiklə Vilayyətə vurmaq istəmiş, lakin təpik Vilayyətə dəyməmişdir. Daha sonra Mirəbülfəz dostu İqbal ilə birlikdə oradan uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, Vilayyətin telefonu yoxdur. Mirəbülfəz ona Vilayyətin telefonunu daşın yanına qoyduğunu bildirmişdir. O, həmin telefonu sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdüm. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki,o, Vilayyəti təpiklə vurmaq istəsə də təpik Vilayyətə dəyməmişdir.O, Vilayyətə məxsus mobil telefonu sonuncudan alıb Mirəbülfəzə verməmişdir. 19 aprel 2022-ci il tarixdə baş vermiş mübahisəni özünə məxsus mobil telefonla qeydə almaqda heç bir xüsusi marağı olmamış və həmin görüntüləri hər-hansı bir şəxsə göndərməmiş, həmçinin sosial şəbəkələrdə paylaşmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 271 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 – üst dodağın sol yarısının bayır səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-157/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit edilir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Apellyasiya protestinin dəlili təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrinin məhkəmə tərəfindən nəzərə alınmaması, əsassız olaraq həmin ifadələrə qiymət verilmədən məhkəmədə verilmiş ifadələrin əsas götürülməsi, iş üzrə kifayət qədər sübutlar olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verməməsi ilə bağlı olmuşdur. İlkin olaraq qeyd olunmalıdır ki, hazırkı ittiham üzrə zərərçəkmiş şəxslərin əmlakının açıq talaması mübahisəli olmaqla, verilmiş ittihamın əsasını istintaq zamanı verilmiş ziddiyyətli ifadələr təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxslərin ziyanına, onun vəziyyətinin digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz və hər bir halda ziddiyyətli və şübhəli məqamlar məhz təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərindən çıxış etdikdə məhkəmə ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına şərh etmək kimi və ya sonuncun cinayət törətməsini təsdiq edən sübutları toplamaq kimi səlahiyyətləri yoxdur, əksinə cinayət təqibinin istənilən mərhələsində şübhələri və ziddiyyətli məqamlar hər bir halda təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə kollegiyası iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarının vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd edilir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə, yəni başqa sözlə desək hadisənin bilavasitə baş verdiyi zaman kəsiyində hadisə yerində olmaqla hadisəni görən şəxslər təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidlər Şahid1, Şahid5, Fərid Calalov, Şahid4, Şahid3dur. İstintaq zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 bıçağı və telefonu talamadıqları barədə ifadələr vermişdir. Göstərmişdir ki, Eldar ilə bıçağı açıq şəkildə gəzdirməsinə görə aralarında sözlü mübahisə yaranmış, Vilayyət mübahisəyə müdaxilə etdiyi üçün o, əsəbiləşib yumruqla bir dəfə Vilayyətin üz nahiyəsinə vurmuş, digər şəxslər də onu vurmuşdur. Vilayyətdən mobil telefonu oyun oynamaq məqsədilə almış, sonra da özünə qaytarmış, Eldara məxsus cib bıçağını Vilayyətdən baxmaq məqsədilə almış və Malakan bağından çıxan zaman həmin bıçağı Vilayyətin özünə qaytarmışdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 isə istintaqda fərqli ifadə verərək göstərmişdir ki, Eldar özündə olan bıçağı Vilayyətə vermiş, Mirəbülfəz bıçağı Vilayyətdən istəmiş və Vilayyət də həmin bıçağı Mirəbülfəzə vermişdir. «İçəri şəhər» metrosunun yaxınlığında olan parka tərəf getməyə başlamışlar. X10 mobil telefonunu istəmiş, Vilayyət öz mobil telefonunu Mirəbülfəzə verməmiş, Amin Vilayyətdən «Росо M4 Pro» markalı mobil telefonu alıb Mirəbülfəzə vermişdir. X12 məxsus «Росо M4 Pro» markalı mobil telefonu qardaşı Vasifullaha vermişdir. İstintaq zamanı İqbal Mürsalzadə ardıcıl olaraq ifadələrində Təqsirləndirilən şəxs1 telefonu qardaşı Vasifulla Məmmədova verdiyini göstərsə də, Vasifulla Məmmədov ifadələrində bunun yalan olduğunu, ona hər hansı telefonun və cib bıçağının verilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxslərin ilkin izahatından görünür ki, onlar izahatlarında bıçağın və telefonun təqsirləndirilən şəxslər tərəfindən götürülməsi barədə izahat vermişlər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilkin izahatı 20 aprel 2022-ci il tarixdə alınmış, həmin tarixdə o, yetkinlik yaşına çatmamış, buna baxmayaraq izahat qanuni nümayəndə təyin edilmədən və iştirakı təmin edilmədən alınmışdır. Bundan sonra, 21 aprel 2022-ci il tarixdə yenidən izahatı alınmış, bu zaman da qanuni nümayəndə təyin edilmədən və iştirakı təmin edilmədən izahat alınmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilkin izahatında Malakan bağında olarkən iki nəfər şəxsin Eldara yaxınlaşaraq bıçaqla bağlı suallar verdiyini, yeddi nəfərlə bıçağa görə mübahisə etməyə başladıqlarını, həmin şəxslərdən birinin bıçağı götürüb qaytarmadığını, dava zamanı telefonunun yerə düşdüyünü, həmin şəxsin telefonunu əlindən aldığını, etiraz edib polis axtarmağa getdiyini göstərmişdir. 29 aprel 2022-ci il tarixli ifadəsində isə Zərərçəkmiş şəxs2 Malakan bağında olarkən iki nəfər şəxsin – Atamoğlan Abbasovun və Şahid3 Eldara yaxınlaşaraq bıçaqla bağlı suallar verdiyini, Mirəbülfəzin Eldarı yanına çağırdığını, Eldar arxa tərəfdən bıçağı ona (Vilayyətə) verdiyini, Mirəbülfəzin bıçağı baxmaq üçün istədiyini, o da, bıçağı baxmaq üçün Mirəbülfəzə verdiyini, sonradan mübahisə olduğunu, Mirəbülfəzin bıçağı qaytarmadığını, Mirəbülfəzin ona məxsus telefonun saatına baxıb qaytarmasını istədiyini, özünə məxsus telefonu Mirəbülfəzə verdiyini, Mirəbülfəzin həmin telefonu alıb bir-iki dəfə zəng edib ona qaytardığını, sonra telefonun Mirəbülfəzdə qaldığını, ayağı əzildiyindən geri almaq üçün gedə bilmədiyini və s göstərmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ifadəsində mübahisə zamanı Mirəbülfəzin onu çağırdığını, sonuncuya tərəf gedən zaman Vilayyət də onun arxasınca gəldiyini, bu zaman o, bıçağı arxaya tərəf uzatmaqla Vilayyətə verdiyini, Mirəbülfəzin Vilayyəti çağırıb baxmaq üçün bıçağı istədiyini gördüyünü demişdir. Sonra sağollaşıb söhbəti yekunlaşdırmaq istəyən zaman Vilayyət Mirəbülfəzdən bıçağı istəmiş, Mirəbülfəz bıçağı qaytarmamışdır. «İçəri şəhər» stansiyası tərəfə gedən ərəfədə Mirəbülfəz Vilayyətdən «Росо M4 pro» markalı mobil telefonu almış və telefonun kodunu deməsini istəmiş, X20 telefonunun parolunu deməmişdir. Bu zaman Vilayyət biraz aralanıb kimisə kömək üçün çağırmağa getmişdir. Şahidlərdən Şahid1 ilkin izahatından görünür ki, o, telefonun və bıçağın təqsirləndirilən şəxslər tərəfindən açıq talanması ilə bağlı hər hansı xüsusat göstərməmişdir. Şahid3, Şahid4 və Şahid5 isə telefonun Təqsirləndirilən şəxs1 tərəfindən oyun oynamaq üçün götürüldüyünü, sonradan telefonun olmadığının məlum olduğunu bildirmişlər. Şahid4 ilkin izahatı 20 aprel 2022-ci il tarixdə alınmış, həmin tarixdə o, yetkinlik yaşına çatmamış, buna baxmayaraq izahat qanuni nümayəndə təyin edilmədən və iştirakı təmin edilmədən alınmışdır. İbtidai araşdırmanın gedişatında Şahid1 ifadəsində göstərmişdir ki, Eldarın əlində bıçaq olmuş, Mirəbülfəz həmin şəxsləri yanına çağırıb Eldarın əlindəki bıçağa baxmaq istədiyini bildirmişdir. Eldar bıçağı Vilayyətə vermiş, bu zaman Vilayyət bıçağı baxmaq üçün Mirəbülfəzə vermişdir. Sonra mübahisələri davam etmiş Mirəbülfəz Vilayətin telefonunu əlindən alaraq ekranda olan kilidi açmasını istəmiş, kilidi barmaq izi ilə açıldığını bildirmişdir. O, həmin telefonu və bıçağı sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdür. Şahid5 və Fərid Cəfərov oxşar ifadə vermişdir. Şahid4 ifadəsində göstərmişdir ki, Eldarın əlində bıçaq olmuş və bıçağı əlində fırladaraq hərəkət etmişdir. Amin və Atamoğlan onlara yaxınlaşmış, həmin vaxtı Mirəbülfəz həmin şəxsləri yanına çağırıb Eldarın əlindəki bıçağa baxmaq istədiyini bildirmişdir. Eldar da bıçağı Vilayyətə vermişdir. Bu zaman Vilayyət bıçağı baxmaq üçün Mirəbülfəzə vermişdir. O, həmin telefonu və bıçağı sonuncu dəfə Mirəbülfəzin əlində görmüşdür. Şahid3 da oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş adları və ifadələri yuxarıda sadalanan şəxslər əmlakların açıq talanmadığını bildirmişlər. Apellyasiya baxışı zamanı da dindirilmiş şəxslər bunu bir daha təsdiq etmişlər (həmin şəxslərin ifadələri yuxarıda sadalandığından kollegiya onları yenidən sadalamağa lüzum görmür). Müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxslərə CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, onlar özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar məhkəmədə dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə ittiham təkzib olunmaqla əmlaklarının açıq talanmaması təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. İfadələrini dəyişmiş zərərçəkmiş şəxslər və şahidlər bunu ifadələrini oxumadan imza etmələri ilə izah etmişlər. Məhkəmə kollegiyası bu halı ona görə inandırıcı qəbul edir ki, bu iddianı bir deyil bir neçə şəxs irəli sürmüş, onların yetkinlik yaşına çatmaması və gənc olması da bu inamı yaratmışdır. İstintaqda verdikləri ifadələrini nəyə görə dəyişməsi ilə bağlı verilən suallara şəxslər qeyd edilən şəkildə izah etmiş, həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı vermiş olduqları ifadələrin həqiqəti əks etdirdiyini göstərmişlər. Verilmiş ittiham ifadələrə əsaslandığından, sonradan həmin ifadələr dəyişdiyindən, zərərçəkmiş şəxslər və şahidlərin həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı vermiş olduqları ifadələrini təkzib etmək üçün məhkəmə kollegiyasının əsaslı bir dəlili olmadığından və cinayət işinin materiallarında da sonradan verilmiş ifadələri təkzib etmək üçün hər hansı bir sübut olmadığından məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onların məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri inandırıcı və işin hallarına uyğun hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən müəyyən edilmişdir ki, 19 aprel 2022-ci il tarixdə Malakan bağında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuş, mübahisə zamanı hər iki tərəf bir-birini vurmuş, qarşılıqlı münaqişə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər hansı əmlak (telefon və ya pul) tələb etməmişlər. Əksinə münaqişənin baş verməsinə səbəb zərərçəkmiş şəxslərin əlində olan bıçaq olmuş, Zərərçəkmiş şəxs1 əlində olan bıçağı nümayiş etdirilməsi mübahisəyə zəmin yaratmışdır. Buna görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bıçağa görə irad bildirmişdir. Bunun üstündə qarşılıqlı dava-dalaş baş vermişdir. Zərərçəkmiş şəxslər məhkəmə iclasında verdikləri ifadələrində bıçağın və mobil telefonunun Təqsirləndirilən şəxs1 tərəfindən soyğunçuluq yolu ilə talaması xüsusatını inkar etmişlər. Sadalananlar onu göstərir ki, Təqsirləndirilən şəxs1 əməlində talama niyyəti olmamış, mobil telefonu Zərərçəkmiş şəxs2 baxmaq üçün istəmiş, sonra qaytarmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonu taladığını məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Zərərçəkmiş şəxs1 isə əlində bıçağı gəzdirdiyinə görə irad bildirilmişdir. Bıçağı talamaq niyyətləri olmamış, bıçağı almış, baxmış və qaytarmışdır. Talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir. Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin gözü qarşısında baş verir və onlar bu hərəkətlərin cinayət olduğunu dərk edir. Subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin əmlakını açıq şəkildə qanunsuz və əvəzsiz olaraq götürüldüyünü dərk edir və bunu etməyi arzu edir. Belə ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Eyni zamanda soyğunçuluq cinayətinin subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Belə olduğu halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində soyğunçuluq cinayətinin tərkib elementi obyektiv cəhət mövcud olmamışdır. Həmçinin, soyğunçuluq cinayətinin tərkibinin yaranması üçün birbaşa qəsdin əqli və iradi ünsürlər (şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir) mövcud olmalıdır ki, təqsirləndirilən şəxslərin hərəkətlərində əqli və iradi ünsürlər mövcud olmamış, birbaşa qəsd yaranmamışdır. Belə olan halda isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində soyğunçuluq cinayətinin tərkib elementi subyektiv cəhəti də mövcud olmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə kollegiyası qeyd edir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətinin tərkibini yaratmır (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarı). CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). 27. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya protestində göstərilən dəlillərə bütövlükdə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdə geniş təfsir edilməklə hərtərəfli, dolğun və əsaslı cavablandırma verilmiş, bu dəlillər üzrə dəqiqləşdirmə aparılmışdır. Apellyasiya protestinin müəllifi həmin məhkəmə qərarlarında müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da apellyasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı apellyasiya protestində qaldırılan məsələlər üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, apellyasiya protestində göstərilənlər isə birinci instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, birinci instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Eyni Məcəllənin 42.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarına əsasən CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 180.2.1 və 180.2.4-cü müddələri tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından hazırkı işə cinayət hadisəsi olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli olması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya protestinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 180.2.1 və 180.2.4-cü müddələri ilə nəzərdə tutulmuş cinayət hadisəsinin olmaması qənaətinə gələrək, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq onlara bəraət verilməsi qənaətinə gəlmişdir. Odur ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(009)-19/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bəraət almış şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(009)-19/2023 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 90 (doqxsan) saat üçün cəmi 540 (beş yüz qırz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 90 (doqqsan) saat üçün cəmi 540 (beş yüz qırz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-417/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-417/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver