Məhkəmə qərarları › İş №1(103)-42/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-42/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-42/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X20, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, Zərərçəkmiş şəxs2, Məhkum Təqsirləndirilən şəxs və Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Elbrus oğlunun iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Quba rayonu Atuc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Aşağı Atuc kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4- cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilərək təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 19 318 (on doqquz min üç yüz on səkkiz) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 verilməsi və zərər çəkmiş şəxs, mülki iddiaçı X5 mülki iddiası qismən təmin edilərək təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 15 300 (on beş min üç yüz) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq X8 verilməsi qərara alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci mədən, 15-ci korpus ünvanında 150 kvadrat metr ərazidə 3 otaqdan ibarət ev inşa edib ona təhvil verəcəyini yalandan vəd edib onu aldadaraq və etibarından suiistifadə etməklə 2017-ci ilin may ayından sentyabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs2 ilk dəfə Binəqədi qəsəbəsi, 1-ci mədən, 15-ci korpus ünvanında ev tikiləcək yerin yanında torpağın alınması üçün 6 000 manat, bundan 15 gün sonra 2017-ci ilin may ayında sonuncunun yaşadığı Yasamal rayonu Azərbaycan prospekti 85 saylı evdə 4 000 manat, 2017-ci ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül taxta bazarı yaxınlığında taxta və əlavə material alınması üçün 3 433 manat, 2017-ci ilin iyun ayının axrında qeyd edilən sonuncu ünvanda tikinti üçün əlavə 5 000 manat, 2017-ci ilin avqust ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 15-ci korpusda qeyd edilən evin tikildiyi yerdə 2 500 manat, bundan sonra 2017-ci ilin avqust ayının sonunda qeyd edilən sonuncu ünvanda 2 000 manat, sonuncu dəfə 2017-ci ilin sentyabr ayının əvvəlində evin tikintisi üçün sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 85 saylı evdə 1 385 manat pul almaqla, ümumilikdə 24318 manat nəğd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirmiş, Zərərçəkmiş şəxs2 sifarişi ilə inşa etdirdiyi evi isə sonuncunun razılığı və məlumatı olmadan 2017-ci ilin sentyabr ayında Şahid1 sataraq, Zərərçəkmiş şəxs2 24 318 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs1 özünü evlərin alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 üçün Bakı şəhəri, Binəqədi qəsəbəsi 1-ci mədən 15-ci korpus ünvanında 110 kv.metr ərazidə 64 kv.metrdən ibarət 3 otaqlı evi hissə-hissə inşa etdirib ona təhvil verəcəyini yalandan vəd edib aldadaraq bu barədə öz aralarında hər ikisinin imza etdiyi xx.xx.2017-ci il tarixli akt tərtib etməklə sonuncunu inandırıb etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs1 özünün kirayədə yaşadığı ünvanda ünvan 4çə dəfəyə, ilk dəfə xx.xx.2017-ci il tarixdə 12 000 manat, ikinci dəfə həmin ünvanda xx.xx.2017-ci il tarixdə 2 920 manat və üçüncü dəfə yenə həmin ünvanda xx.xx.2017-ci il tarixdə 3 080 manat olmaqla ümumilikdə 18 000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirmiş, Zərərçəkmiş şəxs1 sifarişi ilə inşa etdirdiyi evi isə sonuncunun razılığı və məlumatı olmadan 2017-ci ilin noyabr ayında Şahid3 sataraq, Zərərçəkmiş şəxs1 18 000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin hökmdən narazı qalan məhkum və müdafiəçilər apellyasiya şikayətləri verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, verdiyi ifadələr nəzərə alınmayaraq tam şəkildə əks olunmamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, istintaqın yekun nəticələrinə əhəmiyyət verilmədən ədalətsiz hökm çıxarılmış və həmçinin şahidlərin ifadələrinə baxmayaraq məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair vəsatət təmin edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Elbrus oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş üzrə şahidlərdən təqsirləndirlən şəxsin ələyhinə ifadə vermiş yalnız bir şahid, yəni Şahid4 zərərçəkmiş şəxsin qızı olmasına baxmayaraq məhkəmə həmin ifadəyə şübhəli yanaşmamış, lakin şahid X11 ifadəsini təqsirləndirilən şəxsin qohumu olması səbəbi ilə qohumunu məsuliyyətdən yayındırmaq kimi qiymətləndirmişdir. Zərərçəkmiş şəxs X8 münasibətdə dələduzluq cinayətinin tərkibinin olmaması təqsirldirilən şəxs tərəfindən həmin zərərçəkmiş şəxsə torpaq sahəsi təklif edilməsi ilə sübut olunur. Həmçinin Zərərçəkmiş şəxs2 münasibətdə isə təqsirləndirilən şəxslə şəriklik münasibətləri olmasını və təqsirləndirilən şəxsin zərərə düşməsi səbəbi ilə Zərərçəkmiş şəxs2 pulu ödəyə bilməməsi ilə yaranan mülki münasibətlərin olmasına diqqət etməyərək qanunsuz olaraq cimayət məsuliyyətinə cəlb etmişdir. Birinci instansiya icraatı zamanı zəruri şahidlərin iştirakı təmin edilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya icraatı zamanı təqsirləndirlən şəxsin müdafiəçisi Müdafiəçi2 Elbrus oğlu tərəfindən verilmiş vəsatət qismən təmin edilərək məhkəmə iclası məhkəmə istintaqı aparılmaqla keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda təqsirli bilməyərək qeyd etmişdir ki, X12 ona yaxınlaşaraq özünə ev tikmək istədiyini demiş və ondan köməklik istəmişdir. Razılaşmaya əsasən o, 110 kvadratlıq ərazinin 64 kvadratında 3 otaqlı bir mərtəbə fərdi yaşayış evi tikməli və evi 2 ay müddətinə tikib təhvil verməli idi. Bu barədə evində əyləşənlərində iştirakı və imzası ilə akt tərtib olunmuş və X12 pulu sayaraq ilkin olaraq 12000 manat pulu ona vermişdir. O, növbəti gündən etibarən evin tikintisinə başlamışdır. X12 özü də tez-tez tikintiyə gələrək işin gedişatı ilə tanış olmuş, ümumi olaraq nəzarət etmiş və yaxından köməklik etmişdir. Tikintiyə lazım olan materiallar çatışmadığı üçün xx.xx.2017-ci il tarixində X12 onun kirayə yaşadığı ünvan 5 ünvanına gələrək əlavə olaraq 2920 manat pul vermişdir. Pulu verərkən yanlarında heç kim olmamış, o, isə əvvəl tərtib etdikləri aktın axırına imza ataraq pulu X3 götürmüş və tikintiyə lazım olan materialları almışdır. xx.xx.2017-ci il tarixdə tikintinin davamı üçün X12 ona kirayə yaşadığı mənzilə gələrək 2880 manat pul vermişdir. Sonradan 2018-ci ilin yanvar ayında X12 evdən imtina etdiyi üçün o, evi əvvəllər tanımadığı Şahid3 satmışdır. Ümumi olaraq bu alqı-satqı ziyan ilə nəticələnmişdir. Məqsədi evi satıb X5 pulunu qaytarmaq olmuşdur. Ancaq ziyan ilə satdığı üçün pulu geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 aid epizoda münasibətdə isə qeyd edilmişdir ki, 2016-cı ilin dekabr ayında o, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus, 15 ərazisində ona məxsus evin həyətində kərpic və daşla iki otaqlı ev tikmişdir. Həmin vaxt Binəqədi rayon İcra Hakimiyyətindən gəlib tikintinin qanunsuz olduğunu deyilərək tikintinin bir divarının üstündən bir neçə daş uçurdulmuş və tikintini dayandırmışlar. Həmin ərəfədə onun evinin yaxınlığına Chevrolet Niva markalı avtomobil gəlmiş və avtomobildən bir nəfər şəxs düşüb gəlib onun evinə baxmış və onunla söhbət zamanı həmin şəxsin adının Zərərçəkmiş şəxs2 olmasını öyrənmişdir. Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı tikinti üçün icazə almadığından evinin tikintisini Binəqədi rayon İcra Hakimiyyətinin işçilərinin dayandırdığını bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs2 ona lazımdırsa özünün torpaq aldığını, torpaq alıb icazəsini aldıqdan sonra ev inşa etməyini, evi satıb xeyir əldə etmələrini ona bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ilə razılaşmış və yaxınlıqda qohumu Mürsəliyev Səbuhiyə məxsus torpaq sahəsini Zərərçəkmiş şəxs2 göstərmişdir. Torpaq sahəsi Zərərçəkmiş şəxs2 xoşuna gəldiyindən sonuncu onun vəsaiti ilə həmin torpaq sahəsində ev tikəcəklərini demişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 onunla telefonla danışmış, pul götürdüyünü və onun göstərdiyi torpaq sahəsini almağa getməyi ona demişdir. O, Binəqədi qəsəbəsi tərəfdə Zərərçəkmiş şəxs2 qarşılayıb birlikdə həmin torpaq sahəsinin sahibi olan Mürsəliyev Səbuhinin yanına getmişlər. Zərərçəkmiş şəxs2 torpağın yol tərəfə yaxın olan hissəsini bəyənmiş və həmin hissədə 1 sot yarım torpaq sahəsini almaq istədiyini demişdir. Torpağın sahibi isə həmin torpaq sahəsini hissə-hissə deyil bütövlükdə satdığını demişdir. Zərərçəkmiş şəxs2 da torpaq sahibinə torpaq sahəsinin qalan hissəsini bir müddət sonra alıb pulunu ödəyəcəyini dedikdən sonra 6.000 manat pulu Səbuhiyə vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona cəmi 5.000 manat pul verib tikintiyə başlamağını və evin tikintisinə bir qədər də onun pul qoymağını, onların birlikdə şəriklik etmələrini demişdir. Bundan sonra o, görəcəyi işi tamamlasın deyə, yaşadığı evi 30.000 manata satmışdır. Həmin evin tikintisinə 6.000 manat pul qoymuşdur. Öz ailəsi ilə yaxınlıqda yerləşən kirayə evdə yaşamışlar. Bundan sonra Zərərçəkmiş şəxs2 evin yer və dam hissəsi üçün taxta təminatını təşkil etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 taxta işi ilə məşğul olan qohumu 3.000 manat dəyərində taxta vermişdir. Bundan sonra o, tikintini başa çatdırmış, öz ailə üzvləri ilə birlikdə həmin evə köçmüşlər ki, ev satılanadək orada yaşasınlar. Bundan sonra Zərərçəkmiş şəxs2 də razılığı ilə həmin evi 31.500 manata satmışlar. Həmin evin pulunu əldə etdikdən sonra o, Malikin evin tikintisi üçün sərf edilən malları hesab etmələrini demişdir. Tikintiyə 14.000 manat Zərərçəkmiş şəxs2, 14.000 manat isə o, özü qoymuşdur. Həmin tikintini satdıqdan sonra o, Zərərçəkmiş şəxs2 5.000 manat pul vermiş, 4.000 manat pulu isə torpağa verəcəyini demişdir. Çünki onlar ikinci evin tikintisinə başlamalı olmuşlar. Bundan sonra evin tikintisi üçün icazə ilə bağlı 5.000 manat pul vermiş, yerdə qalan 17.000 manatdan iki min manat dolanışıq üçün özünə götürmüşdür. Qalan pula isə ikinci torpaq sahəsində tikintiyə başlamışlar. Yerdə qalan 13.000 manatla evin damını bağlamışlar. Pul bitdikdən sonra o, Maliklə bir neçə dəfə telefon əlaqəsi saxlamış, evin yarımçıq qaldığını demişdir. Zərərçəkmiş şəxs2 bir-iki dəfə də gəlib evə baxmış, hətta ona təklif etmişdir ki, evi bu vəziyyətdə satsınlar. Bundan sonra o, faizə girib 8.000 manat pul tapmışdır. Evin pəncərə qapılarını almışdır. Evin döşəmə taxtalarını yerləşdirmişdir. Bu vəziyyətdə də evi satılığa qoymuşdur. Zərərçəkmiş şəxs2 da evin bu vəziyyətini görmüşdür. Bundan sonra evi 30.000 manata bir nəfər gənc ailə ilə razılaşmışdır. Həmin 30.000 manatdan 10.000 manat evin tam təmiri üçün pul xərcləyərək. evin həyətini tametlə döşəmişdir. Tikintinin qalıq təmirlərini başa çatdırmışdır. Yerdə qalan 20.000 manatdan 10.000 manatını faizə götürdüyü pulun borcunu qaytarmışdır. 5.000 manat hər iki evin qarşısına çəkilən yolun torpağının pulunu ödəmişdir. 1500 manat pula isə evə qaz işıq su xətlərini çəkdirib sayğaclar qoydurmuşdur. Yerdə qalan 3500 manat pulu isə özü şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 1000 manat pul qaytarmışdır. Apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 ifadəsində və sual-cavab əsasında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu və uzaq qohumudur. Satılan torpaq sahəsi qardaşına məxsus olmuş və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə şərikli iş görməsi səbəbi ilə ilk öncə ona altı min manat pul vermişdir. Həmin pulu qardaşının işinin olması səbəbi ilə sonuncunun adından qəbul etmişdir. İlk olaraq yeddi evin tikilməsi nəzərdə tutulmuş və evin Zərərçəkmiş şəxs2 qızı üçün tikilməsi söhbəti olmamışdır. Evlər tikildikdən sonra pulun qalan hissələrinin də verilməsi nəzərdə tutulmuşdur. İkinci evin tikintisi zamanı Zərərçəkmiş şəxs2 şəriklikdən imtina etmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5əli oğlu ifadəsində və sual-cavab əsasında bildirmişdir ki, qonşusu olan Təqsirləndirilən şəxs 20 ildən çox müddətdir tanıyır. Təqsirləndirilən şəxsin torpaq alaraq Zərərçəkmiş şəxs2 ilə şərikli ev tikilməsini təqsirləndirilən şəxs özü ona bildirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan pul və ya şərikli iş görmək söhbətlərində iştirak etməmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6-cavab əsasında Təqsirləndirilən şəxs qohumu olduğunu və təqsirləndirlən şəxs ilə Zərərçəkmiş şəxs2 şərik olmasını bildirmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7-cavab əsasında Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşayaraq ailəvi münasibətləri olduğunu və təqsirləndirlən şəxs ilə Zərərçəkmiş şəxs2 şərik olmasını bildirmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində və sual-cavab əsasında bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Həyat yoldaşı ilə Zərərçəkmiş şəxs2 birlikdə şərikli ev tiksə də, sonradan sonuncu şəriklikdən imtina etmişdir. Digər şəxs X12 isə onun üçün tikilmiş evdən imtina etdiyindən Təqsirləndirilən şəxs həmin evi başqa bir şəxsə satmışdır. O, həmçinin pulun geri qalan hissəsinin X8 hal-hazırdək hissə-hissə ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı dindirilmiş şahidlər X17, Şahid5əli oğlu, X21, X13 ifadələrinə münasibətdə qeyd edir ki, qeyd edilmiş şəxslər təqsirləndirilən şəxs ilə qohumluq və ya dostluq münasibətlərindədir. Şahid X18 isə təqsirləndirilən şəxsin həyat yoldaşıdır. Məhkəmə kollegiyası qeyd edilmiş ifadələri qeyri səmimi qəbul edərək və həmin ifadələri subyektiv mülahizələr əsasında, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınma, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, qeyd edilmiş ifadələrlə iş materiallarında olan və digər şahid ifadələri ziddiyyət təşkil edir və həmin ifadələrin həqiqiliyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4-cavab əsasında Təqsirləndirilən şəxs evi alarkən X5 orada olmasına baxmayaraq heç bir etiraz etmədiyini, evin qiymətini 40000 min manata razlaşdıqlarını və həmin puldan ilkin olaraq 35500 manat pul ödənildiyini bildirmişdir. X19 ifadəsində, həmçinin təqsirləndirilən şəxs tərəfindən evin satılması zamanı ev sahibinin evdən imtina etdiyini deməsini qeyd etmişdir. Məhkəmə kollegiyası şahid X10 ifadəsini münasibətdə qeyd edir ki, X10 həyat yoldaşı Şahid3 isə ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs evin özünə məxsus olduğunu, sonuncuya əlavə işlərin görülməsi üçün 5000 manat verilsə də vədinə əməl etmədiyi bildirilmişdir. Şahid3 ifadəsində, həmçinin evi alan zaman X5 orda olması qeyd edilməmişdir. Göründüyü kimi hazırkı apellyasiya icraatı zamanı X10 ifadəsi onun həyat yoldaşı tərəfindən ibtidai istintaqda verilmiş ifadə ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası X19 tərəfindən verilmiş ifadəni subyektiv mülahizə və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirirək həmin ifadəni sübut kimi qəbul etmir. Apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı (bundan sonra zərərçəkmiş şəxs) X12 apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, Təqsirləndirilən şəxs ev tikintisi məqsədi ilə pul versə də, həmin evi onun məlumatı və xəbəri olmadan başqa şəxsə satmışdır. Hazırkı vaxtadək ona 3000 manat pul qaytarmışdır. Bu səbəbdən apellyasiya şikayətlərinin dəlilləri ilə razı deyil. Lakin, apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında X2 Ələkbər Əlişan oğlunun ona 10000 manat borcu qaldığını, qalan borcun hissə-hissə ödənilməsi barədə təqsirləndirilən şəxslə razılığa gəldiyini, sonuncunun əməlindən məhz pulun qaytarılmaması səbəbi ilə şikayət verdiyini və evdən özünün imtina etməsindən sonra evin satılmasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq, istər məhkəmə istintaqı zamanı, eləcə də apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında X2 Ələkbər Əlişan oğlundan şikayətçi olduğunu, evin onun xəbəri və ya imtinası olmadan satıldığını bildirsə də, daha sonra çıxışını dəyişərək evdən onun tərəfindən imtina olunması səbəbi ilə satıldığını bildirmişdir. Məhkəmə kollegiyası və dövlət ittihamçısı tərəfindən ziddiyyətli fikirlər bildirməsinin səbəbi soruşulan zaman X12 ona dəymiş ziyanın bir qisminin ödənildiyini və qalan borcun ödəniləcəyi barədə razılığa gəlməsi ilə əsaslandırmışdır. Göründüyü kimi X12 tərəfindən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında dedikləri həqiqəti əks etdirməyərək subyektiv mülahizə kimi qəbul edilməlidir. Bu səbəbdən X12 tərəfindən “evin onun razılığı əsasında satılması” ilə bağlı qeyd etdiklərini məhkəmə əsaslı hesab etmir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X16 apellyasiya çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edir. Elan edilmiş hər iki epizod üzrə təqsirləndirilən şəxsin əməli sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs Telman Abbasov ona dəymiş ziyanın bir qismi ödənildiyindən məhkumun xeyrinə məhkəmə iclasında ifadə vermişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı (bundan sonra zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs 2016cı ilin yay aylarında kombi ustası kimi tanımışdır. Təqsirləndirilən şəxs ona sifarişlə ev tikib təqdim etdiyini deməsindən sonra Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Qızına ev tikdirməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 24318 manat pul vermişdir. 2018-ci ilin yanvar ayında o, Təqsirləndirilən şəxs onun üçün tikdiyi evə baş çəkərkən həmin evdə tanımadığı şəxslərin yaşadığını görmüşdür. Ona məlum olmuşdur ki, həmin evi Təqsirləndirilən şəxs 35.000 manata almışlar. Bunun səbəbini Təqsirləndirilən şəxs soruşduqda sonuncu ona şəxsi probleminin olduğunu bildirərək məcbur olub bunu etdiyini, yəni onun sifarişi ilə onun üçün tikdiyi evi xəbərsiz başqa şəxsə satdığını demişdir. Təqsirləndirilən şəxs verdiyi pullardan 5.000 manat qaytarmış və bundan sonra isə onun üçün ev tikəcəyini desə də ev tikməkdən də yayınmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi2 Elbrus oğlu çıxışında bildirmişdir ki, ittiham ancaq zərərçəkmiş şəxslərin ifadəsi əsasında olmuşdur. Birinci instansiya icraatı zamanı işlə əlaqəsi olmayan şahidlər dindirilmişdir. Apellyasiya icraatı zamanı şahid ifadələrindən eləcə də, Zərərçəkmiş şəxs2 səs yazısından da görünür ki, həmin evin sonuncunun qızı üçün tikilməmiş və onlar arasında şərikli münasibət olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən pulun qaytarıla bilməməsi səbəbi ilə zərərçəkmiş şəxslər birləşərək şikayət vermişlər. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs son sözündə ittihamda özümü təqsirli hesab etmədiyini bildirirək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, şahid ifadələrini və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi barədə onun və müdafiəçisinin verdiyi apellyasiya şikayətinin dəlillərini, eləcə də bu barədə onun və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdiklərini aşağıdakılara əsasən əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə təqsirləndirilən şəxsin əməlinin Zərərçəkmiş şəxs1 münasibətdə qeyd edir ki, iş materialarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli aktda göstərilmişdir ki, “mən, Təqsirləndirilən şəxs X3 ev tikmək məqsədi üçün məsləhət gördüyümüz ünvanda 1,5 kv sahədə məsləhət gördüyümüz eskiz əsasında ev tikib tam təmirli şəkildə təhvil verəcəm. Evin ümumi dəyəri torpaq xərci ilə bir yerdə 20 000 manat dəyərində razılaşdıq. İlkin ödəniş 12 000 ödəməklə işə başlayırıq, qalan 8000 manat isə evin təmirinə kimi hissə-hissə ödəməklə razılaşdıq”. Həmçinin həmin aktın ön səhifəsinə evin eskis layihəsi də əks olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və birinci instansiya icraatı zamanı aktda qeyd edilmiş hallarla oxşar məzmunlu izahat verərək bildirmişdir ki, “xx.xx.2017-ci il tarixində Telman, atası Mircavan və iki nəfər əvvəllər tanımadığı şəxs onun kirayə yaşadığı ünvan 5 ünvanına gələrək ümumilikdə 20.800 manata razılaşmışlar. Razılaşmaya əsasən o, 110 kvadratlıq ərazinin 64 kvadratında 3 otaqlı bir mərtəbə fərdi yaşayış evi tikməli və evi 2 ay müddətinə tikib təhvil verməli idi. Bu barədə evində əyləşənlərində iştirakı və imzası ilə akt tərtib olunmuş və Telmanın özü pulu sayaraq ilkin olaraq 12000 manat pulu ona vermişdir. O, sabahısı gündən etibarən evin tikintisinə başlamışdır. Telman özü də teztez tikintiyə gələrək işin gedişatı ilə tanış olmuş, ümumi olaraq nəzarət etmiş və yaxından köməklik etmişdir. Tikintiyə lazım olan materiallar çatışmadığı üçün o, xx.xx.2017-ci il tarixində Telmana zəng vurmuş və Telmandan 3000-4000 manat pul istəmişdir. Həmin gün axşamı Telman onun kirayə yaşadığı ünvan 5 ünvanına gələrək əlavə olaraq 2920 manat pul vermişdir. Pulu verərkən yanlarında heç kim olmamış, o, isə əvvəl tərtib etdikləri aktın axırına imza ataraq pulu Telmandan götürmüş və tikintiyə lazım olan materialları almışdır. xx.xx.2017-ci il tarixdə tikintinin davamı üçün Telman ona kirayə yaşadığı mənzilə gələrək 2880 manat pul vermişdir. Pul onun evində verilmişdir”. Göründüyü kimi evin tikilib təhvil verilməsi üçün Zərərçəkmiş şəxs1 pulun alınması işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilmiş “sonradan 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 evdən imtina etdiyi üçün o, o evi əvvəllər tanımadığı Şahid3 satmışdır. Ümumi olaraq bu alqı-satqı ziyan ilə nəticələnmişdir” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında Zərərçəkmiş şəxs1 tərəfindən evdən imtina etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya icraatı zamanı Zərərçəkmiş şəxs1 üçün tikilmiş evi alan şəxs Şahid3 ifadə verərək bildirmişdir ki, “o, 2017-ci ilə qədər Bakı şəhəri, 28 may metrostansiyası yaxınlığında yaşamışdır. Həmin vaxt evi dövlət tərəfindən sökülmüş və ona pul verilmişdir. O, da özünə ev axtarmağa başlamışdır. 2017-ci ilin noyabr ayında Binəqədi rayonu, 1-ci mədən 15-ci korpus, Bizim marketin yanında Ələkbər adlı maklerlə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona həmin ünvanda ev tikib satdığını bildirmişdir. O, da Təqsirləndirilən şəxs evə baxmaq istədiyini və həmin ünvanda özünə ev almaq istədiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 6 ünvanına gedib baxmışdır. Həmin vaxt Ələkbər evin ona məxsus olduğunu və evi 40000 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə özü də, həmin ünvanda digər evdə yaşayır. O, evə baxmış, ev təmirsiz olmuş və ev 3 otaq, bir mətbəx otağından ibarət olmuşdur. 2017-ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs ilə razılaşaraq evi almağa qərar gəlmiş və Təqsirləndirilən şəxs ona evi tam təmir edib ona təhvil verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs 35200 manata pul ödəməklə almış və qalan pulu isə evi təmir edib tam qurtardıqdan sonra ödəyəcəyi barədə razılaşmışdır. Evin bələdiyyə sədri tərəfindən verilmiş sərəncam əsasında sənədi olmuş və həmin sərəncamı onun adına keçirmişdir. Evin işığı, qazı və suyu hamısı onun adına olmuşdur. O, Təqsirləndirilən şəxs 35200 manat pulu notarial qaydada verməmişdir. Pulu həmin ünvanda qardaşı Rasimin yanında, həyat yoldaşı Günelin və Təqsirləndirilən şəxs yanında olan 3 nəfər tanımadığı makler olan şəxslərin yanında sonuncuya vermişdir. Pulu verəndə Təqsirləndirilən şəxs iltizam yazaraq pulu ondan təhvil almış və şahidlər həmin sənədə imza etmişlər. Bir müddət keçdikdən sonra o, evə gəlib baxanda Təqsirləndirilən şəxs evi təmir etmədiyini görmüşdür. Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs isə ona evi yaxın zamanda təmir edib ona təhvil verəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs hissə-hissə 4800 manat pulu da ödəmişdir. Təqsirləndirilən şəxs da həmin pula evin taxtalarını, alçipanı, sementi və daşı almışdır. Lakin Təqsirləndirilən şəxs evin təmirini tam qurtarmayaraq ona evi yarımçıq təhvil vermişdir. Təqsirləndirilən şəxs ona təxminən 5000 manat dəyərində maddi ziyan vurmuş və mən həmin pulu öz cibindən ödəyərək materialları özü almışdır. Təqsirləndirilən şəxs ilə elə danışmışdır ki, 40000 manat pulu sonuncuya verib evi ondan tam təmirli şəkildə alacaqdır. Lakin Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməmiş və o, əlavə evin təmirinə öz cibindən təxminən 5000 manat xərcləmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 gəlib qeyd olunan evi ona kim tərəfindən satıldığını soruşmuşdur. O, Zərərçəkmiş şəxs1 evi ona Təqsirləndirilən şəxs satmasını bildirdikdə Zərərçəkmiş şəxs1 evin onun üçün tikildiyini, tikilinin ona məxsus olmağını demişdir. O, da Zərərçəkmiş şəxs1 evin sənədlərinin onda olduğunu və hər sənədinin qaydasında olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu da aldatmasını və ona təxminən 5000 manat dəyərində ziyan vurduğunu bildirmişdir”. Qeyd edilmiş ifadədən də göründüyü kimi ev üçün Şahid3 təqsirləndirilən şəxsə pul ödəmiş, daha sonra isə X12 gələrək evin ona kim tərəfindən satdığını bildirmişdir. Göründüyü kimi qeyd edilmiş mənzilin satışından əldə edilən pul ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 çəkdiyi xərcləri ödəmək imkanında olsa da pulu ödəməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şahid3 ev satılarkən X5 xəbəri olmamış və həmin evdən imtina ilə bağlı təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələr özünü müdafiə xarakterlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli iltizamda da qeyd edilmişdir ki, X14 xx.xx.2018-ci il tarixdə X8 17 500 manat pul ödəyəcəkdir. Qeyd edilmiş halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs X12 üçün Binəqədi qəsəbəsi 1-ci mədən 15-ci korpus ünvanında 110 kv.metr ərazidə 64 kv.metrdən ibarət 3 otaqlı evi hissə-hissə inşa etdirib ona təhvil verəcəyini yalandan vəd edib aldadaraq bu barədə öz aralarında hər ikisinin imza etdiyi xx.xx.2017-ci il tarixli akt tərtib etməklə sonuncunu inandırıb etibarından sui istifadə etməklə ümumilikdə 18 000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirmiş, X1 ilə inşa etdirdiyi evi isə sonuncunun razılığı və məlumatı olmadan 2017-ci ilin noyabr ayında Şahid3 sataraq, Zərərçəkmiş şəxs1 18 000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyası X8 münasibətdə təqsirləndirilən şəxsin dələduzluq etməməsi ilə bağlı ifadəsini və şikayətin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınma, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Kollegiya apellyasiya şikayətinin “zərərçəkmiş şəxs X8 münasibətdə dələduzluq cinayətinin tərkibinin olmaması təqsirləndirilən şəxs tərəfindən həmin zərərçəkmiş şəxsə torpaq sahəsi təklif edilməsi” dəlilinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin təklif edilməsi və ya verilməsi təqsirləndirilən şəxs tərəfidən həmin cinayət əməlinin törədilməməsi anlamına gəlmir. Qeyd edilmiş hal zərərin əvəzinin ödənilməsinə cəhd kimi qiymətləndirir. Həmçinin iş materiallarından da göründüyü kimi zərərçəkmiş şəxs tərəfindən torpaq sahəsinin qəbulundan imtina edilmişdir. Kollegiya təqsirləndirilən şəxsin əməlinin Zərərçəkmiş şəxs2 münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxslə Təqsirləndirilən şəxs şərik olduğunu əsas gətirərək onlar arasında yaranan münasibətlərin mülki xarakterli daşıdığını bildirilir. Halbuki iş materillarında təqsirləndirilən şəxslə Təqsirləndirilən şəxs arasında şərikli fəaliyyətinə dair hər hansı sübut mövcud deyildir. Belə ki, iş materiallarına olan təqsirləndirilən şəxs tərəfindən imza edilmiş əl yazmada “Zərərçəkmiş şəxs2un evinin tikilməsi üçün təqsirləndirilmiş şəxsə verilmiş pullar qeyd edilmişdir”. Habelə, iş materiallarında olan həmin iltizamda təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 19318 manat borcunun qalmasını və bu borcun 2 ay ərzində qaytarılması qeyd edilmişdir. Göründüyü kimi nə evin tikilməsi üçün zərərçəkmiş şəxs tərəfindən pulların verilməsi, nə də həmin pulların zərərçəkmiş şəxslərə geri qaytarılması ilə bağlı qeydlərdə tərəflər arasında şərik münasibətlərin olması və ya Zərərçəkmiş şəxs2 evdən imtina etməsinə dair hər hansı qeyd mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilə bilməz. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə araşdırılmış sübutlarla düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmişdir və həmin hal cinayət işinin materialları ilə hazırda işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha kifayət qədər öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək hesab edir ki, mübahisələndirilən hökmlə ona təyin edilmiş cəza qismən yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır və cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları müəyyən etmiş və ağırlaşdıran halların olmamasını göstərsə də, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası hüdudlarından kənara çıxmasa da ona ağır cəza vermişdir. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qismən ödənişlər edilmiş və sonuncunun təqsirləndirilən şəxsə şikayət və tələbi olmamışdır. Qeyd edilmiş halları məhkəmə kollegiyası nəzərə alaraq təqsirləndirilən şəxsin cəzasının yüngülləşməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığna və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilsin. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət (cəmi 4 gün) ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəllinin xx.xx.2020-ci il tarixdən hesablanması nəzərə alınsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar