Məhkəmə qərarları › İş №1(103)-42/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-42/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-42/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Əli Səlim oğlu Seyfəliyev və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1958-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim C.T.Qədimovun sədrliyi ilə) 26 avqust 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 26 avqust 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclası zalından həbsə alınmış və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarıldığına görə onun sərəncamına verilmiş hesab olunmuş, həmin avtomobilin üzərinə Suraxanı Rayon Polis İdarəsinin rəis müavininin 12 fevral 2019-cu il tarixli ***-*******92 nömrəli məktubuna əsasən qoyulmuş qadağa ləğv edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 236 (iki yüz otuz altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobili 28 aprel 2018-ci ildə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində 05 km/saat sürətlə idarə edərkən 34 nömrəli evin qarşısında «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş (həmin normanın tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar), yəni qarşısında «16BMX Braver» markalı ikitəkərli velosipedlə yolun sağ kənarındakı divarın yanında olan boruya sıxılıb dayanmış xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yanından keçərkən onunla təhlükəsiz yan məsafəsi seçməyib hərəkətini davam etdirərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ tərəfi ilə zərərçəkmiş şəxsi vurub yerlə sürümüşdür. Təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs dərəcələrinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq ölmüşdür. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində Təqsirləndirilən şəxs eyni zamanda şahidlər Şahid1, Şahid3 ifadələrində mərhum Zərərçəkmiş şəxs velosipedi sürərkən avtomobilin arxasında gədiyi müəyyən olunur ki, bu isə Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsasdır. Məhkəmə prosesində az yaşlı Şahid2 dəfələrlə müxtəlif məzmunlu ifadə verib göstərdi ki, hadisə vaxtı orada olub, mərhum onun dayısı oğlu olmuşdur. 28 aprel 2018-ci il saat 10-11 radələrində velosiped sürmüşlər. Bu zaman mikroavtobusun gəldiyini görüb Vaqifə ehtiyatlı olmasını deyib, Vaqif evin divarının yanındakı dəmir boruya qısılıb ki, mikroavtobus gəlib keçsin. Lakin mikroavtobus Vaqifin yanına çatanda onun velosipedinə dəyib və velosiped çevrilib. Vaqif mikro avtobusun altına düşüb və onu sürüyüb. Sürücü düşüb Vaqifi çəkib maşının altından çıxarıb çörək sexi tərəfə aparıb. Az yaşlı şahid X14 yaşı az olduğundan, hadisələri tam və düzgün qavramır, məhrumun yaxın qohumudur və təzyiq altında qeyri-obyektiv və qəzəbli ifadə verir. Ona görə də onun ifadəsi sübut kimi qiymətləndirilməməlidir. İş üzrə keçirilmiş və hökmdə qeyd olunan, 11 iyun 2018-ci il tarixli məhkəmə trasoloji ekspertizasının 11828 saylı rəyindən görünür ki, ekspertə tədqiqatına təqdim edilmiş “Mersedes Benz 215 markalı 90VA522” qeydiyyat nişanlı mikroavtobusun üzərində hər hansı zədə müəyyən edilmədi. Ekspert tədqiqatına təqdim edilmiş velosipedin üzərində (arxa təkər, arxa oturacaq, qabaq oturacaq) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə daş, beton, metal (dirəklər) də aiddir. Təqdim edilmiş velosipedin üzərində olan zədələrin kənarlarında digər nəqliyyat vasitələrinə məxsus hər hansı çıxıntı hissələrinin əksi aşkar edilmədiyindən həmin zədələrin digər nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Bu rəydən açıq şəkildə görünür ki, baş vermiş hadisədə təqsirlənən şəxsin idarə etdiyi mikroavtobusla mərhuma məxsus velosiped təmasda olmayıb, yəni avtobus velosipedə dəyməyib. Belə olan halda müdafiə tərəfi kimi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur və ona bəraət verilməlidir. Hökmdən həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı yol verdiyi qanunsuzluqlan və hadisə mexanizmini düşünülmüş və qanunu kobud surətdə pozmaq yolu ilə necə saxtalaşdırılmasını cinayət işinin materiallarını xronoloji ardıcıllıqla təhlil etməklə mümkündür. Belə ki, aprılmış cinayət təqibinin ilkin mərhələsində şahidlər dairəsi müəyyən edilərək dindirilmiş və hadisənin baş vermə mexanizmi müəyyən edilmişdir ki, həmin mexanizm əsasında müstəntiq tərəfindən ekspertiza təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs bu hadisədə təqsirsiz ola biləcəyini ehtimal edərək, Şahid1 da şahid qismində dindirmək qərarına gəlir və 17 may 2018-ci il tarixdə sonuncunu şahid qismində dindirir. Bundan sonra istintaqa məhkəmətrasoloji ekspertizasının 11 iyun 2018-ci il tarixli 11828 №-İi rəyi daxil olur və həmin rəydən də görünür ki, təqdim edilmiş velosipedin üzərində (arxa təkərində, arxa oturacaqda, qabaq oturacaqda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontaktda olması, dəyməsi nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə daş, beton, metal (dirəklər) də aiddir. Bundan sonra istintaqçı 28 iyun 2018-ci il tarixdə Şahid3 şahid qismində dindirir. Bu şahid də dindirildikdən sonra 10 iyul 2018-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının rəyi istintaq orqanına daxil olur və müəyyən edilir ki, mərhum azyaşlı Vaqifin bədəni üzərində aşkar edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Bundan sonra müstəntiq Məmməd Həşimov iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək, haqlı olaraq nəticəyə gəlir ki, «sürücü Təqsirləndirilən şəxs 28 aprel 2018-ci il tarixdə saat 11 radələrində idarə etdiyi «Mersedes-Benz-215 CDİ» markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusla Qaraçuxur Qəsəbəsi E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində saatda təxminən 05 km sürətlə hərəkətdə olarkən 34 saylı evin qarşısına çatanda yolda asfalt örtüyün üstündə olan hündürlüyü 10 sm olan beton daş maneəni keçəndə sürəti daha da azaldıb hərəkəti davam etdirirmişdir. Bu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan 5 noyabr 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «16BMX Braver» markalı ikitəkərli uşaq velosipedi ilə həmin mikroavtobusla yaşayış evinin divan arasında olan boşluğa keçməklə həmin mikroavtobusu sağ tərəfdən keçməyə cəhd etmiş, həmin manevri edərkən idarəçiliyini itirərək velosipedin arxa hissəsi ilə mikroavtobusun sağ arxa təkərinə dəyib toqquşmuş, taqqıltı səsini eşidən sürücü Təqsirləndirilən şəxs dərhal idarə etdiyi mikroavtobusu saxladıqda, velosipedin arxa təkəri mikroavtobusun arxa sağ təkərinə ilişdiyindən velosiped mikroavtobusun tam dayanana kimi 0,5-1 metr məsafədə yerə sürümüşdür. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər alan Zərərçəkmiş şəxs dərhal «Bakı Medikal Plaza» Təcili Yardım şöbəsinə çatdırılmış, lakin aldığı xəsarətlərdən həmin şöbədə ölmüşdür. Hadisə zamanı qed olunan nəqliyyat vasitələri texniki cəhətdən saz olmuşlar. Hadisə zamanı «Mersedes-Benz-215 CDt» markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusda tək sürücü, velosipeddə tək Zərərçəkmiş şəxs olmuş, mikroavtobus və velosipeddə əlavə yük olmamışdır. Hadisə, yəni velosipedin mikroavtobusun arxasına dəyməsi mikroavtobusun sürücüsünün görünüş dairəsindən kənarda baş vermişdir. «Mersedes-Benz-215 CDt» markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusun sürücüsünün hərəkəti üçün təhlükə qeyd olunan velosipedin manevr edərək, qabaqda hərəkətdə olan mikroavtobusu sağ tərəfindən ötmək üçün mikroavtobusla ev divarının arasında olan eni 1 metr olan boşluq sahəsinə keçməsi anında yaranmışdır». Hadisənin başvermə mexanizmini yuxanda göstərilən obyektiv formada qiymətləndirərək, müstəntiq arxayınlıqla və əminliklə işi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilməsi məqsədilə Respublika Ekspertiza Mərkəzinə təqdim edir və güman edir ki, bu mexanizm Təqsirləndirilən şəxsə çevirmək üçün keçərlidir. Lakin belə olmur və ekspert cinayət işini məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında 20 iyul 2018-ci il tarixli yazılı Məlumatla geri qaytarır və bu yazılı məlumatda həmçinin ekspert göstərir ki, «velosipedçinin mikroavtobusu sağ tərəfdən ötərkən onun arxa sağ təkərinə dəyməsi sürücünün görünüş dairəsindən kənarda baş verməsi, həmçinin sürücünün hərəkəti üçün təhlükənin yaranması məlumatları biri-biriləri ilə ziddiyyət təşkil edir». Dolayısı ilə ekspert müstəntiqi başa salır ki, velosipedlə avtomaşının toqquşması sürücünün görünüş dairəsindən kənarda olmuşdursa, sürücü təqsirsizdir, əgər onu təqsirləndirmək istəyirsənsə, velosipedçini əvvəlcədən sürücünün görünüş dairəsinə sal!». Yalnız bu qədər! Heç bir lüzum olmadan, heç bir səbəb olmadan 8 gün sonra, yəni 28 iyul 2018-ci il tarixdə o ölmüş zərər çəkənin babası Nümayəndə2 yenidən istintaqa dəvət edir və əlavə ifadəsini alır. Nümayəndə2 əlavə ifadəsində, ekspertin tövsiyyəsinə uyğun olaraq, velosipedçini sürücünün hadisədən əvvəl görünüş dairəsinə salmaq üçün, müstəntiq özünün əvvəllər də ona verdiyi «həmin hadisə ilə bağlı istintaqa nə məlumat verə bilərsiniz?» sualına cavab olaraq bu dəfə yazır: « mən özüm də gözümlə bu hadisəni görmədim, lakin hadisənin şahidi olan qonşum Tarverdini dinlədim və hadisə ilə əlaqədar deyə bilərəm ki, Vaqif velosiped sürərək mikroavtobusun gəldiyini görüb divarın yanında lap trubaya tərəf sıxılıb dayandıqda, mikroavtobus uşaq dayandığı yerdən keçəndə taqqıltı səsi gəldi. Mikroavtobusun sürücüsü Məhyəddin mikroavtobusu saxlayıb yerə düşərək əvvəlcə mikroavtobusun altını yoxlayıb, sonra isə mikroavtobusun arxa tərəfinə keçmişdir. Tarverdi həmin yerə çatanda Vaqif qabaq sağ təkər tərəfdə velosipedlə birlikdə tam da olmasa avtomaşının altına yıxılaraq qalıb. Mikroavtobusun təkəri Vaqifin üstündən keçməmişdir. Güman edirəm ki, sürücü Məhyəddin divara sıxılaraq dayanan nəvəm Vaqifi vurub dirəyə və divara sıxmaqla xəsarət yetirmişdir. Sonradan uşağa heç bir yardım göstərmədən hadisə yerindən qaçmışdır». Bu sonuncu cümlənin biri güman, biri də şər və böhtan! Daha sonra Şahid1 sözlərinə əsaslanan, ölən uşağın babası olduğuna görə işdə maraqlı olan şahid Nümayəndə2 ifadəsinə əsaslanaraq, müstəntiq hadisə mexanizmini 180 dərəcə dəyişir, saxtalaşdırır və bu dəfə məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası keçirilməsi haqqında 01 avqust 2018-ci il tarixli qərarında süni surətdə velosipedçini əvvəlcədən məqsədyönlü şəkildə Təqsirləndirilən şəxs görünüş dairəsinə salaraq yazır: «sürücü Təqsirləndirilən şəxs 28 aprel 2018-ci il tarixdə saat 11 radələrində idarə etdiyi «Mersedes-Benz-215 CDt» markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusla Qara-çuxur Qəsəbəsi E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində saatda təxminən 05 km sürətlə hərəkətdə olarkən, qarşıda yolun sağ kənarındakı divarın yanında olan trubaya sıxılıb dayanan velosipedçi xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yanından keçəndə avtomobilin arxa sağ yan hissəsi ilə velosiped toqquşmuş, taqqıltı səsini eşidən sürücü Təqsirləndirilən şəxs dərhal idarə etdiyi mikroavtobusu saxladıqda, velosipedin arxa təkəri mikroavtobusun arxa sağ təkərinə ilişdiyindən velosiped mikroavtobusun tam dayanana kimi 0,5-1 metr məsafədə yerə sürümüşdür. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər alan Zərərçəkmiş şəxs dərhal «Bakı Medikal Plaza» Təcili Yardım şöbəsinə çatdırılmış, lakin aldığı xəsarətlərdən həmin şöbədə ölmüşdür. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 avqust 2018ci il tarixli 20177 №-li rəyi istintaqa daxil-olur və əvvəlcədən bəlli olduğu kimi həmin rəydən görünür ki, artıq bu dəfə Təqsirləndirilən şəxs hadisədə təqsirlidir. Beləliklə də yalnız bir ifadə, Şahid1 sözlərinə və ölən uşağın babası olduğuna görə işdə maraqlı olan şahid Nümayəndə2 ifadəsinə əsaslanaraq, müstəntiq hadisə mexanizmini 180 dərəcə dəyişir, saxtalaşdırır və bu dəfə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilməsi haqqında 01 avqust 2018-ci il tarixli qərarında süni surətdə velosipedçini əvvəlcədən məqsədyönlü şəkildə Təqsirləndirilən şəxs görünüş dairəsinə salaraq onun təqsirliliyi barədə rəy ala bilir! Daha sonra Təqsirləndirilən şəxs Azərb. Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunaraq, iş üzrə istintaq yekunlaşdınlıb məhkəməyə verilir. Lakin məhkəmə baxışı baş tutmur ona görə ki, sən demə zərər çəkən tərəfin Təqsirləndirilən şəxs qarşı çox böyük maddi tələbləri var. Belə ki, zərər çəkənin hüquqi varisi iddia edir ki, mərhumun dəfninə nə az-nə çox, düz 25.000 manat pul xərcləmişdir. Həmçinin bəlli olur ki, zərər çəkənin hüquqi varisi ona vurulmuş mənəvi zərərə görə də əlavə 75.000 manat pul tələb edir. Beləliklə də ortada 100.000 manat pul tələbi də var. Cinayət işi məhkəmənin hazırlıq mərhələsindən geri qaytarılır və istintaq orqanı tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verməklə Təqsirləndirilən şəxs hansı əmlaklarının olub-olmaması araşdırılır. Sonradan yenə də iş məhkəməyə göndərilir. Məhkəmə də cinayət işinə qeyri-obyektiv baxaraq, iş üzrə alınmış ilkin şahid, zərərçəkən ifadələrinə əhəmiyyət vermir və hər yolla ittihamı müdafiə edərək, iş üzrə ittihamı təsdiq edə biləcək mötəbər sübutlar məcmusu olmadan, sonda Təqsirləndirilən şəxs məhkum edilməsi barədə ittihamedici hökm çıxarır. Bununla da məhkəmə öz əsassız və qanunsuz hökmü ilə bütün mövcud qanunların və digər aktların tələblərini pozmuş olur. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsini həll edilməsinə öz təsirini göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini qeyd etməklə sonuncu barəsində təqsirliliyi sübuta yetirilmədiyindən CM-nin 263.2-ci maddəsi üzrə onun barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, aparılmış məhkəmə istintaqı zamanı toplanmış sübutlarla ittihamın əsasına qoyulmuş halların tam olaraq təkzib edildiyinin, hadisə yerində tərəflərin hər birinin iştirakı ilə aparılan məhkəmə iclasında ittiham və birinci instansiya məhkəməsində müəyyən edilməmiş və araşdırılmamış qalan kifayət qədər halların müəyyən edilməklə, təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edən danılmaz faktların aşkarlandığını qeyd etmişdir. Müdafiəçi yekun olaraq çıxışında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və dərhal məhkəmə iclas zalından azadlığa buraxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, baş vermiş hadisədə heç bir təqsirinin olmadığını, hadisə zamanı uşağı görmədiyini və avtomobili ilə vurmadığını qey edərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı C.Əliyev çıxışında hazırda aparılmış məhkəmə istintaqı nəticəsində dindirilmiş şahid ifadələri, hadisə yerində keçirilmiş istintaq hərəkətləri, o cümlədən ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, və cümlədən birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə isitntaqı zamanı təqsirləndirilən şəxsin təqsirini sübuta yetirən halların məcmusu ilə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlində təqsirinin tam olaraq sübuta yetirildiyini qeyd etmişdir. Dövlət ittihamçısı həmçinin birinci instansiya məhkəməsinin hökmünün tam olaraq qanuni və əsaslı olduğunu bildirib, Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində ittihamı təkzib edən heç bir hala istinad etmədiklərini qeyd etmiş və yekun olaraq apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi C.Əliyev dövlət ittihamçısının fikri ilə razı olduğunu, Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində hadisələrin təhrif edilməklə əks etdirildiyini qeyd etməklə, verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə keçirməklə cinayət işinin materiallarını tam, hər tərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ləğv edilməklə, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı, mülki iddia üzrə iddia tələbi baxılmamış saxlanılmalıdır. Apellyasiya məhkəməsinin hadisə yerində keçirilən iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, 5 km/saat sürətlə hərəkət etmiş, qarşısında heç bir kəs və ya maneə olmamış, avtomobili çox asta sürətlə idarə etmişdir. Avtomobilin əvvəlcə ön, sonra arxa təkərləri yoldakı tramplini keçəndə arxadan səs gəldiyini eşidib avtomobilini dayandırmışdır. Həmin vaxt o zənn etmişdir ki, qonşulardan kimsə onun avtomobilinin arxasınca gəlmiş, telefonla oynadığından onu görməyib avtomobilini arxa hissədən vurmuşdur. Avtomobildə düşüb baxdığı zaman avtomobildən təxminən 2 metr aralıda bir uşağın yerdə çabaladığını görmüş, çaşıb qalmışdır. Sonra ətrafda olan kəslərdən su istəmişdir ki, uşağın üzünü yusun. Suyu gətirdikləri zaman artıq sonradan uşağın babası olduğunu bildiyi şəxs gəlib uşağı götürərək aparmışdır. Hadisəni görən bir nəfər qadın olmuşdur, mağazadan çıxdığı zaman görmüş, bu barədə də ifadəsində bildirmişdir ki, onun hadisə ilə heç bir əlaqəsi yoxdur. Bu faktı qonşular da təsdiqləyə bilər. Yekunda məhkum edilmiş şəxs törədilmiş cinayətə heç bir aidiyyətinin olmaması qeyd edərək məhkəmə kollegiyasından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, idarə etdiyi avtomobilin ön təkərləri tramplini keçmiş, arxa təkərlər keçərkən səsə görə avtomobili dayandırmışdır. Uşaq onun avtomobilinə dəyməyib, dəysə avtomobilində iz olardı. O, taqqıltını maşından yox, arxa tərəflərdən eşitmişdir. Avtomobil tramplindən keçdiyinə görə demək olar ki, dayanmış vəziyyətdə olduğundan, o gələn səsə reaksiya verib dərhal düşmüşdür. O uşağı avtomobildən düşəndən sonra görmüş, həmin vaxt uşaq avtomobilin arxa hissəsindən təxminən 2 metr uzaqda olmaqla, çabalamışdır. O, hərəkətdə olduğu zaman uşağı görməmiş, sonuncu onun arxasınca hərəkət etmişdir. Hadisə zamanı orada olmuş digər şahid uşaq (Şahid2) da ifadəsində göstərmişdir ki, o uşağa (Zərərçəkmiş şəxs) deyir ki, keçə bilməyəcəksən, qoy maşın çıxıb getsin. Şahidin bu şəkildə ifadə verdiyi halda necə ola bilər ki, o hərəkət zamanı uşaqdan arxada olsun. O, dəqiq olaraq uşağın (Zərərçəkmiş şəxs) qaz trubasına dəydiyini demir. Uşağın ya divara, ya da qaz borusuna dəyib dəydiyini deyir. O, hadisə zamanı görə bilmir ki, onun arxasında nə hərəkət edir. Bir daha bildirir ki, şahid uşaq (Şahid2) də ilkin ifadəsində deyir ki, avtomobil onlardan qabaqda gedir, onlar avtomobilin arxasınca gedirlər və bu zaman o, digər uşağa (Zərərçəkmiş şəxs) deyir ki, getmə, avtomobili keçə bilməyəcəksən. Uşağın xəsarətlərinin heç biri yanıq xəsarəti deyil. Adicə bir maşın (hərəkətdə olan) belə aşanda sürüşür, sonra dayanır. O da güman edir ki, uşaq dəyir, beyni dəyir və sol üzü üstə yerə dəyir və asfalta sürtülür. Birinci instansiya məhkəməsində dindirilərkən Təqsirləndirilən şəxs ittihamda qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə özünə məxsusdur. BCD dərəcələri üzrə sürücülük hüququ var. 28 aprel 2018-ci ildə saat 11 radələrində həmin avtomobili Bakı şəhəri, ünvan 3 ünvan istiqamətində idarə edirdi. 34 nömrəli evin qarşısından keçərkən yolun hərəkət hissəsində çəkilmiş və yol səthindən təxminən 5 – 10 sm hündürlükdə olan çıxıntıya (tramplinə) çatdıqda həmin maneəni keçmək üçün avtomobilin sürətini daha da azaltmış və mikroavtobusun ön təkərləri göstərilən maneəni keçdikdən bilavasitə sonra arxada güclü tappıltı eşitmişdir. Gələn səsin onun idarə etdiyi avtomobillə heç bir əlaqəsi olmayıb. Lakin hər ehtimala qarşı avtomobili dərhal dayandırıb yerə enmiş və arxa tərəfə keçdikdə avtomobilin arxa sağ yan hissəsi ilə yol kənarındakı evin daş divarının arasında, təxminən bir metr enində olan boşluqda velosipedlə birlikdə yerə yıxılmış və üz-başı qan içində olan azyaşlı uşaq olduğunu görmüşdür. Başa düşmüşdür ki, uşaq idarə etdiyi velosipedlə mikroavtobusu sağdan ötmək istəyərkən, mikroavtobusla divarın arasındakı boşluğa daxil olmuş və orada dəmir boruya dəyib yıxılaraq xəsarət almışdır. Uşağın bir ayağı velosipedin üzərində idi və yerdə can verirdi. Dərhal uşağı qucağına götürüb üzünün qanını yumuş, həmçinin kömək çağırmağa başlamışdır. Uşağın yaxındakı evdən çıxan qohumları onu öz avtomobillərinə qoyub xəstəxanaya aparmışlar. Sonradan eşitmişdir ki, uşaq (adının Zərərçəkmiş şəxs olduğunu sonradan bilib) vəfat edib. Qeyd edir ki, Zərərçəkmiş şəxs əvvəllər ümumiyyətlə tanımayıb, valideynlərini isə ötəri tanıyıb. Həmçinin bildirir ki, hadisədən sonra avtomobilinə baxmış, lakin avtomobilin üzərində velosipedlə və ya bilavasitə uşaqla toqquşmaya xarakterik ola biləcək heç bir əlamət, o cümlədən cızıq və zədə aşkar etməmişdir. Hesab edir ki, hadisənin baş verməsində təqsiri yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Mersedes Benz-215 CDİ" markalı 9Ü-VA-522 dövlət qeydiyyat nişanlı mikroavtobusu və avtomobili idarə etmək üçün BCD dərəcəli sürücülük vəsiqəsi olmuşdur. 2X aprel 2018-ci il tarixdə təxminən saat 11 radələrində qeyd etdiyi avtomobili idarə edərək Qara-çuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə 5 km/saat surəti ilə yaşadığı ünvan istiqamətində hərəkətdə olmuş. 34 nömrəli evin qarşısından keçdiyi zaman hərəkət hissəsində yolda soldan sağa doğru çəkilmiş və yol səthindən 5-10 sm hündürlükdə beton çıxıntısına çatmış, həmin maneəni keçməyə başlayanda idarə etdiyi avtomobilin surətini daha da azaltmışdır ki, həmin maneəni ötüb keçsin. Həmin vaxt arxadan tappıltı səsi eşitmiş, həmin səsin idarə etdiyi mikroavtobusla heç bir əlaqəsi olmamış, hər bir ehtimal üçün nə baş verdiyini yoxlamaq məqsədi ilə avtomobilin hərəkətini dayandırmış və avtomobildən düşüb mikroavtobusun arxa hissəsinə keçmişdir. Həmin vaxt nəqliyyat vasitənin arxa sağ yan hissəsi ilə yolun kənarında olan evin daş divarının arasında təxminən bir metr enində olan boşluqda velosipedi sürərək yerə yıxılmış və üz-başı qan içində olan azyaşlı uşaq olmasını görmüşdür. Həmin uşaq velosipedi idarə edərək mikroavtobusu sağ tərəfində ötmək istəyərək mikroavtobusla divarın arasında olan boşluğa girib və orada olan dəmir dirəyi dəyib yıxılaraq xəsarət almasını güman etmiş, uşağın bir ayağı velosipedin üzərində olmaqla yerdə can verməsini görmüş və uşağı qucağına götürüb kömək çağırmağa başlamışdır. Yaxınlıqda olan 34 nömrəli evdən çıxan uşağın valideyn və yaxınları uşağı öz avtomobillərinə qoyaraq xəstəxanaya aparmışdır. Bir müddət sonra adını sonradan öyrəndiyi Vaqif adlı həmin azyaşlı uşağın aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini öyrənmişdir. Hadisə yerində olarkən idarə etdiyi mikroavtobusun arxa və sağ yan hissəsinə baxmış və avtobusda heç bir zədə, cızıq izləri aşkar etməmişdir. Lakin mikroavtobusun arxa sağ təkərinin üzərində yüngül sürtülmə izlərin olduğunu görmüşdür. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisənin sənədləşdirilməsində iştirak etmiş, vəfat edən uşağı ümumiyyətlə əvvəllər tanımamış, mərhumun valideynlərini və qohumlarını ötəri tanımış, lakin onlarla heç bir münasibəti olmamışdır. Apellyasiya məhkəməsinin hadisə yerində keçirilən iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində (həmçinin əyani olaraq yerində göstərməklə) bildirmişdir ki, rəhmətə gedən uşağın babası ilə yaxın qonşudur və münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs də uzun müddətdir tanıyır. Hadisə günü, saat təxminən 10, 11-ə işlədiyi zaman qardaşı ona zəng edərək əmisi oğlunun rəhmətə getdiyini demiş və ondan gəlib-gəlməyəcəyini soruşmuşdur. Bu zaman o, qardaşına cavabında gedəcəyini deyib, qardaşından onu da götürməsini xahiş etmişdir. Bu zaman qardaşı ona hazırlaşıb çıxmasını, avtomobillə onu götürməyə gəldiyini bildirdiyi üçün o da, hazırlaşıb yaşadığı evdən çıxmışdır. Evdən çıxanda rəhmətlik Vaqif və Zamiq yolun orta hissəsində (hadisə yerinə baxış zamanı qeydə alınmış yuxarıdan aşağı düşərkən yolun sağ hissəsində olan birinci borunun qarşısını göstərmişdir) dayanmışdılar. Həmin vaxt velosiped Vaqifin əlində olmuş, uşaqlardan velosipedin üzərində sürən olmamışdır. O, çörək almaq üçün mağazaya girmiş, belə ki, rayona gedərkən hər zaman çörək alıb aparmışdır. Bu səbəbdən də o, mağazadan çoxlu sayda çörək alıb çıxmış, küçəni üzü yuxarı sağ tərəflə qalxmışdır. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yuxarıda işıq dirəyinin yanı tərəfdən (hazırda Al market mağazası olan yerin tinindən) üzü aşağı gəlmiş, Vaqif də yuxarı hissədə (mövcud olan yolda avtomobillərin dönməsi üçün olan yerdə) velosiped sürərək geriyə dönüş edib üzü aşağıya dönmüşdür. Həmin vaxt Zamiq yolun üzü aşağı düşəndə sağ tərəfində Vaqifdən və Məhyəddinin avtomobilindən aşağıda dayanmışdır. Bu zaman qardaşının idarə etdiyi avtomobil gəldiyi üçün o, avtomobilə minərək Təqsirləndirilən şəxs və Vaqifin hərəkət etdiyi istiqamətin əksinə üzü yuxarı istiqamətdə (əli ilə getdiyi istiqaməti göstərmişdir) çıxıb getmişdir. Bundan başqa hadisə barədə heç bir xüsusat görməmişdir. Şahid1 ifadəsinin davamında və verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, uşaqları çörək almaq üçün mağazaya girdikdə yolun hərəkət hissəsində görmüş, mağazada çörək alması 3-5 dəqiqə çəkmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobili o tərəflərdə olmamış, yuxarılarda olmuşdur. Ondan izahat alınanda o, heç bir sənədə qol çəkməmiş, polisin yanına girməsi cəmi 5 dəqiqə belə çəkməmişdir. O, əmisi oğlunun 3 mərasimini verdikdən sonra Bakı şəhərinə qayıtmış, Zərərçəkmiş şəxs babası Vaqif kişi ilə söhbət zamanı sonuncuya “axı uşaq ondan (Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən) qabaqda gəlirdi ifadəsini işlətmişdir. Bu zaman Vaqif kişi ona demişdir ki, gedək bu məzmunda izahat ver. Polis idarəsində müstəntiqin adını yadında saxlamasa da, ondan soruşmuşdur ki,- “bu yolda sürüb qabaqda qonşu? görmüsünüz?”, bu zaman o, hə deyə cavab vermiş, müstəntiq də qarşısında olan kompyuterdə nə isə yazmışdır. Bu zaman otağa iki kişi bir qadın girmiş və bərkdən qışqırmağa başlamışlar, müstəntiqin isə telefonuna zəng gəldiyi üçün otaqdan çıxmışdır. Təxminən 10 dəqiqə gözlədikdən sonra Vaqif kişi müstəntiqə zəng vuraraq harada olmasını soruşmuş, müstəntiq də Vaqif kişiyə,- “düşün aşağı çay için, gəlirəm” deyə bildirmişdir. Təxminən 1 saat gözlədikdən sonra Vaqif kişi yenidən müstəntiqə zəng edərək harada olmasını soruşmuş, bu zaman müstəntiq onlara çıxıb getmələrini, sabahsı gün hadisə yerinə gəlib orada ifadə vermələrini demişdir. O, bundan başqa istintaqda iştirak etməmiş, ifadə verməmiş, müstəntiqi görməmiş, hadisə yerinə gəlib heç bir xüsusat göstərməmişdir. O, rəhmətlik Zərərçəkmiş şəxs sonuncu dəfə gördüyü zaman, həmin uşaq velosipedi sürərək Al marketin qarşısından üzü aşağı fırlanmış, Məhyəddin Ağayevin idarə etdiyi avtomobil isə ondan arxada yuxarıdan üzü aşağı gəlmişdir. O daha əvvəl də bildirmişdir ki, müstəntiqi necə görmüşdür, ifadə verməsi nə qədər çəkmişdir. Müstəntiq onunla hadisə yerinə gəlməmiş, ondan ifadə götürməmişdir. O, özü çox vaxt rayona gedir, Bakı şəhərində olmur. Birinci instansiya məhkəməsində də, apellyasiya məhkəməsində də bu məzmunda ifadə vermişdir. Dövlət ittihamçısının Şahid1 birinci instansiya məhkəməsində istinad edərək Zərərçəkmiş şəxs boruya qısılıb dayanması barədə ifadəsi ilə bağlı verdiyi suala cavab olaraq göstərmişdir ki, o, belə bir şey görməmiş, ifadəsində göstərilən xüsusatı göstərməmiş, elə bir söz deməmişdir. Müdafiəçinin sualına cavab olaraq şahid Tanrıverdi: Müstəntiqə hadisə yerini göstərməmiş, ümumiyyətlə hadisə yerini görməmiş. Nümayəndənin sualına cavab olaraq şahid Tanrıverdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Vaqif idarə etdiyi velosiped eyni istiqamətdə hərəkət etmiş, onun gördüyü anda velosiped qarşıda olmuş, avtomobil arxada olmuşdur. Müdafiəçinin sualına cavab olaraq şahid Tanrıverdi: Əsas ifadəm bu gün dediklərimdi, elə dediklərimdə bunlar olub. Sədrlik edənin sualına cavab olaraq şahid Tanrıverdi: O, sonuncu dəfə qeyd etdiyi şəxsləri gördüyü zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil “Al market”in tinində olmuş, Zərərçəkmiş şəxs qabaqda olmuşdur. Bu zaman Şahid1 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili gördüyü son yerləri göstərmiş, həmin yerlər ibtidai istintaq zamanı hadisə yerinə baxış zamanı müəyyən edilmiş yerdən yuxarı istiqamətdə öndə Zərərçəkmiş şəxs, arxada Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə qonşuluqda yaşayır. 28 aprel 2018-ci ildə qardaşı ona zəng edərək əmisi oğlunun səhhətində problem olduğunu və dərhal Ağsu rayonuna getməli olduqlarını bildirmişdir. Qardaşının gəlməsini gözlədiyi vaxt çörək sexinə girmiş və çörək aldıqdan sonra küçəyə çıxmışdır. Bu vaxt görmüşdür ki, mərhum Zərərçəkmiş şəxs bibisi oğlu ilə birlikdə küçədə velosiped sürürlər. Eyni vaxtda təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusla küçənin başından üzü aşağı asta sürətlə hərəkət edirdi. Vaqifin bibisi oğlu avtomobil gəldiyini görüb mərhuma ehtiyatlı olmasını demiş, sonuncu isə idarə etdiyi velosipedlə bir az irəliləyərək yolun sağ kənarındakı evin divarının yanında olan boruya qısılıb dayanmışdır. Elə bu vaxt qardaşı gəlib çatdığına görə onun avtomobilinə əyləşərək Ağsu rayonuna getmiş və bu səbəbdən hadisələrin sonradan necə cərəyan etdiyini görməmişdir. Sonradan eşidib ki, həmin vaxt Vaqif xəsarət almış və xəstəxanada vəfat etmişdir. Məhkəmənin hökmündə həmçinin qeyd edilmişdir ki, Şahid1 iş üzrə ibtidai araşdırma dövründə yuxarıda göstərilənlərdən başqa bildirmişdir ki (iş v. 69 – 71), hadisənin baş verdiyi yerlə onun dayandığı yer arasında təxminən 30 metr məsafə olub. Mikroavtobus uşağın dayandığı yerdən keçəndə uşaq avtomobilin əks (sağ yan) tərəfində olduğuna görə o (şahid), hadisənin necə baş verdiyini görməmiş, lakin uşağın durduğu yerdən taqqıltı səsi gəldiyini eşitmiş və təqsirləndirilən şəxsin avtomobili dayandırıb yerə endiyini görmüşdür. Hadisə yerinə yaxınlaşdıqda həmçinin görmüşdür ki, uşaq avtomobilin qabaq sağ təkəri tərəfdə, «velosipedqarışıq» avtomobilin tam da olmasa altında qalıb, lakin avtomobilin təkəri onun üzərində deyil. Elə bil ki, uşaq velosipedlə avtomobilin sağ böyrü tərəfdən avtomobilin aşağı hissəsinə girib. Uşağın üz-gözünün qanlı olduğunu görmüş, lakin tələsdiyinə görə yardım etmədən Ağsu rayonuna getmişdir. Şahid1 işin məhkəmə baxışı zamanı təkidlə bildirmişdir ki, yalnız işin məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərilənləri görüb. Yəni mərhumun avtomobil gəldiyini görüb divarın yanındakı boruya qısılaraq dayandığını görmüş, lakin bu məqamda gəlmiş qardaşının avtomobili ilə getməsi səbəbindən sonradan baş verənləri görməmiş, o cümlədən taqqıltı səsi eşitməmiş, təqsirləndirilən şəxsin avtomobili dayandırıb yerə endiyini, uşağın «velosipedqarışıq» avtomobilin sağ yan tərəfdən altında qaldığını və üz-gözünün qanlı olduğunu görməmişdir. Apellyasiya məhkəməsinin hadisə yerində keçirilən iclasında qanuni nümayəndəsi olan anasının iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və verilmiş suallara cavab olaraq (həmçinin əyani olaraq yerində göstərməklə) bildirmişdir ki, hadisənin baş verdiyi yerdən bir qədər aşağıda babasıgillə birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs ilə hadisə yerindən yuxarı hissədə, hazırda Al marketin olduğu tikilinin qarşısı tərəflərdə oynamış, velosiped sürmüşlər. O, avtomobili görüb Vaqif getməməsini söyləsə də, Vaqif onun sözünü eşitməyib irəli gedərək, avtomobil və velosipedin hərəkət istiqamət üzrə yuxarıdan aşağıya doğru hərəkət etdikdə hadisə yerinə baxış zamanı yolun sağ hissəsində müəyyən edilmiş iki ədəd yer səthinə perpendikulyar borulardan birincisinə çatmamış, tərəfdə olan tikilidən təxminəm 5-7 sm çölə çıxan (yağış sularının və s. axması üçün) yolun səthinə paralel istiqamətdə yerləşən plastmas borunu göstərərək, sağ ayağını həmin borunun üzərinə qoyub, velosipedin üzərində oturaqlı şəkildə dayanmış, avtomobil də gəlib onu vuraraq altına salmışdır. Vaqif maşının altına düşdükdən sonra avtomobil hərəkətini davam etdirmiş, ani bir vaxtda velosipeddən “çak” deyə səs gəlmiş, bundan sonra avtomobilin sürücüsü Vaqifi maşının altından çıxarmağa çalışsa da, bunu edə bilməmiş, bu səbəbdən yenidən avtomobilə oturaraq bir qədər irəli sürmüş və yenidən qayıdıb avtomobildən düşüb gələrək Vaqifi avtomobilin altından çıxardaraq, Vaqif qumların yanına qoymuşdur. Avtomobil Zərərçəkmiş şəxs ön sağ hissəsi ilə vurmuşdur. Bu zaman onun özü Vaqifin olduğu yerdən bir qədər arxada, yolun sağ tərəfində tikilinin (darvazanın) qarşısında olan bir qədər açıqlıq yerdə dayanmışdır. Bundan sonra X13 çıxarıb yerə qoymuş, o da velosipedilə tez nənəsinə deməyə getmiş, gedərkən də yerə yıxılaraq ayağını cızmışdır. Hadisədən əvvəl o və Vaqif velosiped sürüb yuxarıdan aşağıya doğru getmişlər. O, avtomobilin səsini eşidib arxaya baxdığı zaman hazırda “Al market” olan bitişik tikilinin aşağı hissəsində olmuş, velosipedlə bir qədər irəliyə keçib, tikilinin bitdiyi yerdə sağ tərəfdə olan boşluq hissəyə (darvazanın qarşısına) keçib dayanmışdır. Vaqif isə ondan qabaqda velosipedi sürüb az əvvəl göstərdiyi boruya ayağını qoyub divara söykənərək dayanmışdır. Vaqif orada dayandığı zaman M.Ağayevin idarə etdiyi avtomobil velosipedin arxa oturacağından vuraraq Vaqifi maşının altına salmışdır. Məsafə dəqiqləşdirilmiş, truba çıxıntısı ilə uşağın ayağını qoyub durduğu yerdən yaxın trubaya olan məsafə 2 metrdir. Şahid2 ifadəsi alınarkən sonuncu özünün təsvir etdiyi şəraitdə (ayağı boruya söykənmiş vəziyyətdə velosipedin üzərində dayanaraq) hadisələr canlandırılmaqla avtomobil hərəkətə gətirilmiş, həmçinin Şahid2 avtomobilin ön sağ farasının alt hissəsinə düşən qara rəngli buferin sağ künc hissəsini göstərərək avtomobilin həmin hissə ilə Zərərçəkmiş şəxs velosipedinin arxa dəmir oturacağına vurduğunu göstərmişdir. Şahid həmçinin Zərərçəkmiş şəxs velosipedi ilə avtomobilin ön sağ hissəsindən (ön sağ təkərin qarşısından) avtomobilin altına yıxıldığını da əli ilə göstərmiş, həmçinin avtomobilin Zərərçəkmiş şəxs üstündən keçdiyini də qeyd etmişdir. Sədrlik edən tərəfindən Şahid2 iş üzrə əvvəlki ifadələrində göstərdiyi xüsusatlar elan edilməklə suallar verilməklə mövcud ziddiyyətlər araşdırılmış, bu zaman Şahid2 ifadəsində göstərmişdir ki, avtomobil onlardan birazca qabaqda olmuş. Sonra Vaqif maşını keçib, gedib boru çıxıntısına söykənərək dayanmışdır. O da həmin vaxt Vaqifə demişdir ki, maşını ötüb keçməsin. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs atasıdır. Qeyd edir ki, 28 aprel 2018-ci ildə işdə olduğu vaxt anası ona zəng edərək Vaqifin velosiped sürərkən mikroavtobusla toqquşub xəsarət aldığını bildirmişdir. Bundan dərhal sonra Vaqifin aparıldığı xəstəxanaya getmiş və ora çatanda bilmişdir ki, uşaq aldığı xəsarətlərdən vəfat edib. Sonradan hadisə yerinə gəlmiş və yolun ortasında qan izləri görmüşdür. Həmçinin təqsirləndirilən şəxsin bildirdiyi divara və boruya diqqətlə baxmış, lakin heç bir zədə və qan izi aşkar etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin bildirir ki, oğlunun vəfatı ilə bağlı 25.000 manat miqdarında xərci çıxıb. Belə ki, oğlunun məzar daşına 4.000 manat, xəstəxanaya 1.000 manat, yas mərasiminə 20.000 manat məbləğində pul xərcləyib. Təqsirləndirilən şəxs isə ona heç bir maddi və ya mənəvi yardım göstərməyib. Əksinə törətdiyi cinayətə baxmayaraq, ona və ailə üzvlərinə qarşı hədsiz kobud və aqressiv davranaraq güya onlar tərəfindən şərləndiyini daim bildirir və özünü heç bir təqsiri olmayan adam kimi aparır. Təqsirləndirilən şəxsin əməli nəticəsində vurulmuş mənəvi zərəri 75.000 manat miqdarında dəyərləndirir. Göstərilənlərə əsasən mülki iddiasının təmin edilməsini, həmçinin təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraatının dayandırılması haqqında” 12.05.2018-ci il tarixli qərardan görünür ki, iş üzrə 05.05.2018-ci il tarixdə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, həmin ekspertiza rəyi olmadan hadisənin günahkar sürücüsünü müəyyən etmək və onun hərəkətlərinə hüquqi qiymət vermək mümkün olmadığından, cinayət işi üzrə istintaq müddətinin lüzumsuz axının dayandırılması üçün ibtidai araşdırma müddəti ekspert rəyi alınanadək dayandırılmalı olması qənaətinə gəlinməklə, müstəntiq tərəfindən müvafiq qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin ibtidai istintaqı dayandırılmışdır. (cild 01, iş vər. 72) “Məhkəmə tibbi ekspertizasının təyini haqqında” 28.04.2018-ci il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən 28.04.2018-ci il tarixdə, saat 11:55 radələrində Bakı Medikal Plaza X18 filialından məlumatda, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 34 Cdə yaşayan azyaşlı Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin idarə etməsini itirərək avtomaşına dəyərək xəsarət alaraq aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyinin qeyd edildiyi, araşdırma zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanın qarşısında həmin küçədə idarə etdiyi velosiped ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 48 B/l-də yaşayan və qeydiyyatda olan xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz” markalı mikroavtobusun arxasına dəyərək aldığı xəsarətlərdən Bakı Medikal Plaza X24 filialında öldüyünün müəyyən edildiyi qeyd olunmaqla, məhkəmə-tibbi eksperti qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) vət. Zərərçəkmiş şəxs bədəni üzərində hansı xəsarətlər vardır, həmin xəsarətəlrin ayrı ayrılıqda ağırlıq dərəcəsi necədir? b) vət. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər hansı əşyanın və ya əşyaların təsirindən yaranmışdır, müəyyən edilən xəsarətlər avtoqəza nəticəsində əmələ gələ bilərmi və onların yaranma müddəti hansı vaxtda təsadüf edir? c) vət. Zərərçəkmiş şəxs ölümünə səbəb hadisə yerinin vaxtına və şəraitinə uyğun gəlirmi? d) vət. Zərərçəkmiş şəxs ölümünə səbəb nədir ? (cild 01, iş vər. 20) Məhkəmə-tibbi ekspertizasının 26 may 2018-ci il tarixli, 38 nömrəli ekspert rəyindən görünür ki, müstəntiq tərəfindən müvafiq qərarda göstərilmişdir ki, 28.04.2018-ci il tarixdə, saat 11:55 radələrində Bakı Medikal Plaza X18 filialından məlumatda, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 34 C-də yaşayan azyaşlı Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin idarə etməsini itirərək avtomaşına dəyərək xəsarət alaraq aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyinin qeyd edildiyi, araşdırma zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanın qarşısında həmin küçədə idarə etdiyi velosiped ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 48 B/l-də yaşayan və qeydiyyatda olan xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz” markalı mikroavtobusun arxasına dəyərək aldığı xəsarətlərdən Bakı Medikal Plaza X24 filialında ölmüşdür. Meyidin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Sağ gicgah nahiyəsində 7,0x3,0sm, sol yanaq-almacıq-gicgah nahiyəsində 16,0x8,0sm, sol bazunun bayır səthində 23,0x5,0sm ölçüdə, fasiləli yerləşmiş, sağ kürək nahiyəsindən başlayaraq sağrı nahiyəsinədək davam edən 2 (iki) ədəd 42,0x2,0sm ölçülərdə, fasiləli yerləşmiş, sol qalça tini nahiyəsində köndələn yerləşmiş 8,0x3,5sm, sol baldırın orta-aşağı 1/3-nin ön səthində 4 (dörd) ədəd l,0xl,0sm ölçülərdə, sağ budun aşağı 1/3-nin iç səthində 2 (iki) ədəd 3xlsm və lxlsm, sağ ayaq pəncəsinin üst səthində 2,5xlsm ölçülərdə, səthləri ətraf sağlam dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızı rəngli sıyrıqlar vardır. Üz nahiyəsi tam əhatə olunmaqla qırmızımtıl-göy rəngli qançırlıdır. Sol budun yuxarı-orta 1/3-nin bayır səthində köndələn yerləşmiş 6,0x 1,0sm ölçüdə anoloji qançır vardır. Bədən səthində digər xəsarətlər aşkar edilməmişdir. Ekspert tərəfindən məhkəmə-tibbi diaqnoz olaraq “Sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma. Sağ ağ ciyərə və qara ciyərə qansızma. Bədənin küt travması” müəyyən edilmişdir. Ekspertizanın nəticəsində qeyd olunmuşdur ki, «Mərhum Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızmalar, sağ ağ ciyərə və qara ciyərə qansızma, sağ gicgah nahiyəsinin, sol yanaq-almacıq-gicgah nahiyəsinin, sol bazunun, sağ kürək nahiyəsinin, sol qalça tini nahiyəsinin, sol baldırın, sağ budun, sağ pəncənin sıyrıqları, üz nahiyəsinin və sol budun qançırları həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 28.04.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqələri vardır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində baş vermiş baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2 – 4 saat əvvələ uyğun gəlir». (cild 01, iş vər. 84-89) Məhkəmə-trasoloji ekspertizasının 11 iyun 2018-ci il tarixli, 11828 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olaraq «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobil və velosiped təqdim edilmiş, həmin nəqliyyat vasitələrinə 05 iyun 2018-ci il tarixdə Suraxanı rayon ərazisində yerləşən cərimə meydançasında açıq havada ekspert tərəfindən baxış keçirilmişdir. «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobilə açıq havada təbii işıq altında baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin üzərində hər hansı bir zədə müəyyən edilməmiş, avtomobilin müvafiq fotoları çəkilərək ekspert rəyinə əlavə edilmişdir. Velosipedə baxış zamanı müəyyən edilmişdir ki, velosipedin arxa təkər örtüyü (qanadı) əzilmiş, batmış, sürtünmüş vəziyyətdədir. Velosipedin arxa təkər diski əzilmiş, batmış vəziyyətdədir. Velosipedin arxa oturacağı əzilmiş, batmış, sürtünmüş vəziyyətdədir. Velosipedin qabaq oturacağı əzilmiş, batmış, sürtünmüş vəziyyətdədir. Tədqiqata təqdim edilmiş velosipedə açıq havada adi gözlə təbii işıq altında baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş velosipedin üzərində arxa təkərində, arxa oturacaqda, qabaq oturacaqda zədələrin, izlərin olması müəyyən edilmişdir. Tədqiqat zamanı müəyyən oldu ki, təqdim edilmiş velosipedin üzərində qeyd olunan zədələr qeyri-müəyyən formada metalın yığılaraq içəriyə doğru əzilməsi, batması, sürtünməsi aşkar edilmişdir. Sonra velosipedin üzərində olan zədələr, izlər lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək baxılmışdır. Bu zaman təqdim edilmiş velosipedin üzərində olan zədələr soldan sağa doğru istiqamətlənmişdir. Zədə olan sahələrdə düzxət formada sürtünmə cızılma izləri var və həmin sahələrdə asfalt qatının mikrohissəciklərinin yığıntısı müşahidə edilir. Aparılmış tədqiqatların nəticələrinə əsasən müəyyən olmuşdur ki, təqdim edilmiş velosipedin üzərində (arxa təkərində, arxa oturacaqda, qabaq oturacaqda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə daş, beton, metal (dirəklər) də aiddir. Təqdim edilmiş velosipedin üzərində olan zədələrin kənarlarında digər nəqliyyat vasitələrinə məxsus hər hansı çıxıntı hissələri aşkar edilməmiş, bu səbəbdən də velosipedin üzərində olan zədələrin hər-hansı nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqatın nəticəsi olaraq qeyd olunmuşdur ki, «Təqdim edilmiş velosipedin üzərində (arxa təkərində, arxa oturacaqda, qabaq oturacaqda) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı sərtliyi bərk olan predmetlə kontaktda olması, dəyməsi nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə daş, beton, metal (dirəklər) də aiddir. Təqdim edilmiş velosipedin üzərində olan zədələrin kənarlarında digər nəqliyyat vasitəsinə məxsus hər-hansı çıxıntı hissələrin əksi aşkar edilmədiyindən həmin zədələrin digər nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir». “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul etmək haqqında” 25.06.2018-ci il tarixli qərardan görünür ki, 12.05.2018-ci il tarixdə dayandırılmış icraat müstəntiq tərəfindən hazırki qərarla təzələnmişdir. (cild 01, iş vər. 78) 17.05.2018-ci il tarixli protokolla iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs qonşusu Ağanın oğludur, onlar qonşuluğunda yaşayır, aralarında heç vaxt ədavət və düşmənçilik yoxdur. "Mercedes-Benz" markalı **-VA- *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Təqsirləndirilən şəxs tanıyır, sonuncu yaşadığı məhəllədə uzun müddətdir ki, qonşuluqda yaşayır, onunla da ədavəti və düşmənçiliyi yoxdur. 28.04.2018-ci il tarixdə saat 10:30 radələrində rayona getmək üçün yaşadığı evdən çıxıb küçədə olan çörək satılan mağazaya girmiş və çörək aldıqdan sonra mağazadan çölə küçəyə çıxmış və Zərərçəkmiş şəxs digər qonşunun uşağı ilə küçədə velosiped sürməsini görmüşdür. Mağazadan çörək aldıqdan sonra yaşadığı evə gələn zaman evinin qarşısından keçən küçədə divarın yanında Zərərçəkmiş şəxs velosipedi sürərək qeyd etdiyi mikroavtobusla divarın yanında olan trubanın arasında sıxılaraq dayanmasını görmüşdür. Durduğu yerdən hadisə baş verən yerə kimi təxminən 30 metr məsafə olmuş, həmin mikroavtobus Zərərçəkmiş şəxs dayandığı yerdən keçəndə sonuncu avtomaşının əks tərəfində olduğu üçün hadisənin necə baş verdiyini görməmiş, lakin həmin vaxt səs eşitmiş və səs gələn tərəfə baxdıqda Məhyəddinin avtomaşını saxlayaraq düşməsini görmüşdür. Ora yaxınlaşdıqda görmüşdür ki, Vaqif velosipedi ilə birlikdə mikroavtobusun qabaq sağ təkəri altına yıxılmış, lakin avtomobilin təkəri sonuncunun üzərində olmamışdır. Belə ki, Vaqif velosipedi ilə sağ yan tərəfdən avtomobilin aşağı hissəsinə girmiş və baş nahiyyəsidən qan axmağa başlamışdır. Həmin vaxt tələsdiyi üçün onlara kömək etməmiş və oradan uzaqlaşaraq təcili olaraq Ağsu rayonuna getmişdir. Daha sonra isə nələr baş verməsindən heç bir məlumatı olmamışdır. Sonradan isə Zərərçəkmiş şəxs xəstəxanada vəfat etməsini öyrənmişdir. Bu səbəbdən də özü könüllü olaraq polisə gedib maraqlanaraq ifadə vermişdir. O, daha sonra göstərmişdir ki, Məhyəddini qonşu kimi tanıyır, sonuncu həmin mikroavtobusu həmin küçə ilə idarə etmiş, qeyd etdiyi küçə ensiz və yol nahamar olmuşdur. Məhyəddini tanıdığı müddət ərzində sonuncu həmişə mikroavtobusu asta sürətlə idarə etmişdir. Baş vermiş hadisəni kənardan müşahidə edən zaman Məhyəddin avtomobili təxminən 5 km/saat sürətlə idarə etmişdir. O, həmçinin göstərmişdir ki, hadisənin baş verməsini konkret olaraq görməmiş, belə ki, uşaq divar tərəfdə dayanan zaman mikroavtobus onun qarşısından keçən zaman özü əks tərəfdə dayandığından gözlə görə biləcəyi məsafəni avtobus kəsdiyindən nə baş verdiyini görməmişdir. Lakin avtobusun ön təkəri uşağın qarşısından keçdikdən sonra səs gəldiyini eşitmiş. Vaqif hadisə baş verməmişdən əvvəl divar tərəfdə dayanıb mikroavtobusun keçib getməsini gözləmişdir. (cild 01, iş vər. 69-71) “Hadisə yerinə baxış keçirilməsi barədə” 10.07.2018-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində hadisə yeri və ətrafında olan tikililərə nəzər salındıqda ətrafda DİN-in TŞ nəzarət kameralarının və hadisə yerini müşahidə edən video kameraların olmadığı müəyyən olunmuşdur. (cild 01, iş vər. 83) Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 26.09.2018-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 129) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 24.09.2018-ci il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən qərara alınmışdır ki, sürücü Təqsirləndirilən şəxs qismində cəlb olunsun və ona Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilsin və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 26 may 2018ci il tarixli 88 saylı saylı, 11.06.2018-ci il tarixli 11828 saylı və yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 08 avqust 2018-ci il tarixli 20177 saylı rəyləri, həmçinin baxış protokolu, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilsin. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Təqsirləndirilən şəxs əməli həmçinin Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə tövsif edilməsi haqqında müraciəti vəsatət kimi qəbul edilsin və toplanmış sübutlarla onun göstərdikləri öz təsdiqini tapmadığından həmin vəsatət rədd edilsin, bu xüsusatlarla bağlı sənədlərin surətləri Suraxanı rayon prokurorluğuna göndərilsin. Sürücü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin, bu xüsusatlarla bağlı sənədlərin surətləri Suraxanı rayon prokurorluğuna göndərilsin. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Təqsirləndirilən şəxs velosiped sürən azyaşlı Zərərçəkmiş şəxs vurmadığını, Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə arxa sağ tərəfindən mikroavtobusu ötməyə cəhd edəndə mikroavtobusa dəymədən, yolun sağ tərəfində olan dirəyə və divara dəyib, maneə ilə toqquşaraq yerə yıxılmaqla xəsarət aldığını göstərməsi vəsatət kimi qəbul edilsin və toplanmış sübutlarla onun göstərdikləri öz təsdiqini tapmadığından, onun ifadəsində göstərdiyi bu xüsusat özünü müdafiə kimi qiymətləndirilərək rədd edilsin, bu xüsusatlarla bağlı sənədlərin surətləri Suraxanı rayon prokurorluğuna göndərilsin. (cild 01, iş vər. 130- 135) “Qətimkan tədbirinin seçilməsi barədə” 24.09.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 154-155) Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 12.02.2019-cu il tarixli, ***-*******92 nömrəli məktubundan görünür ki, idarənin rəis vəzifəsini müvəqqəti icra edən Cavanşir Əhmədov tərəfindən DİN-in BDYPİ-nin İQŞ-nin rəisi Mübariz Şahbazova məktubla müraciət edilərək istintaq zərurəti ilə əlaqədar olaraq cinayət işi üzrə Təqsirləndirilən şəxs adına olan “Mercedes-Benz-215 CDİ” markalı **-VA-*** dövlət nömrə nişanlı mikroavtobusla bağlı hər hansı bir əməliyyatın aparılmasına qadağa qoyulmasına göstəriş verilməsi xahiş edilmişdir. (cild 01, iş vər. 258) Məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və birinci instansiya məhkəməsi tərəfindən həmin ittihamla razılaşmaqla, Təqsirləndirilən şəxs qeyd edilən əməlin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyasına əsasən, bu maddə ilə cinayət məsuliyyəti yalnız avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda yarana bilər. Qeyd edilən normanın dispozisiyasından aydın olur ki, bu maddə ilə cinayət məsuliyyəti ancaq avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və pozuntular səbəbindən zərərçəkmiş şəxsin ölümü ilə nəticələndikdə yarana bilər. Şəxsin birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi ittihamdan isə göründüyü kimi Təqsirləndirilən şəxs «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozması, yəni həmin normada qeyd edilən yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmalarına dair tələblərinin pozulması müəyyən edildiyi qeyd olunmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İlk növbədə qeyd olunmalıdır ki, 28.04.2018-ci il tarixdə baş vermiş az yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsindən 3 ildən artıq müddət keçmişdir ki, keçən müddət ərzində iş üzrə ibtidai istintaq orqanı tərəfindən bir-birindən fərqlənən qənaətlərə gəlinmiş, həmçinin iş üzrə keçən şahidlər biri birindən fərqlənən ziddiyyətli ifadələr vermişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə toplanmış sübutlar qarşılıqlı, əlaqəli və mərhələli şəkildə təhlil edilərək qiymətləndirilməli və şahidlərin ifadələrinə mümkün subyektiv təsir əlamətlərinin, iş üzrə sübutların obyektiv şəkildə qiymətləndirilməsinə yarada biləcək maneələrin qarşısı alınmalıdır. Belə ki, iş üzrə dindirilmiş şahidlərdən Şahid2 mərhum Zərərçəkmiş şəxs ilə qohumluq münasibətində olması (dayısı oğlu), Şahid1 mərhum Zərərçəkmiş şəxs babası Nümayəndə2la uzun müddətdir qonşu olmaqla, yaxın tanışlıq münasibətində olması, ölüm hadisəsinin baş verməsindən sonra gedən uzun proses müddətində mərhumun ailə üzvlərinin iş üzrə şahid ifadələrindən xəbərdar olmaları imkanlarının real olaraq mövcud olması kimi amillər özlüyündə şahidlərin verdikləri ifadələrində subyektiv amil rolunun (mərhumun ailə üzvlərinin cinayət işinin təqsirləndirilən şəxsin ziyanına yekunlaşması arzusu ilə) mövcud olmasına əsas verir ki, məhz bu cəhətdən şahidlərin ifadələrində göstərdikləri hallara xüsusi diqqət ayrılması və bu halların iş üzrə toplanmış digər sübutlarla daha dərin qarşılıqlı tədqiq edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə kollegiyası həmçinin iş üzrə şahidlərin (Şahid2, Şahid1 və Şahid3) hər birinin ayrı-ayrılıqda istintaqın mərhələləri və məhkəmə istintaqları zamanı ifadələrində qeyd etdikləri biri-birindən fərqli məqamları da məhz ifadələrin alındığı dönəmlərə münasibətdə qiymətləndirilməsinin zəruri olduğunu qeyd edir Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hadisənin ilkin baş vermə anından sonra aparılmış ilkin istintaq hərəkətləri aşağıdakı kimi olmuşdur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 28.04.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi X10 tərəfindən HK-1-152 saylı material nəzərdən keçirilməklə, material əsasında müəyyən etmişdir ki, 28.04.2018-ci il tarixdə, saat 11:55 radələrində Bakı Medikal Plaza X18 filialından məlumat daxil olmuşdur ki, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş. Azərbaycanlı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. F..Bəkirli küçəsi, ev 34 C-də yaşayan azyaşlı Zərərçəkmiş şəxs idarə etdiyi velospetin idarə etməsini itirərək avtomaşına dəyərək xəsarət alaraq aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki. Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanın qarşısında həmin küçədə idarə etdiyi velosped ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 48 B/l-də yaşayan və qeydiyyatda olan xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz” markalı ** VA *** dövlət nömrə nişanlı mikroavtobusun arxasına dəyərək aldığı xəsarətlərdən Bakı Medikal Plaza X24 filialında ölmüşdür. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 2) 28.04.2018-ci il tarixli MK-2-791 nömrəli raportdan görünür ki, Suraxanı RPİ-nin məsul növbətçisi, polis mayoru Tofiq İsayev həmin idarənin rəisinə raportla məruzə edərək bildirmişdir ki, 28.04.2018-cı il tarixdə, saat 11:55-də, "Bakı Medikal Plaza xəstəxanasının Babək filialının həkimi Əliyev zəng vurub bildirib ki, Qaraçuxur qəs. E Bəkirli küç, ev 34”s"də yaşayan, 2011-ci il təv. Zərərçəkmiş şəxs yaşadığı küçədə özünə məxsus velosipedi idarə edərkən idarə etməni itirərək Qaraçuxur qəs. E.Bəkirli küç ev 34/1 qarşısında dayanmış “Mercedes Benz-215 CDİ” markalı **-VA-*** dövlət qeydiyyat n/n-lı mikroavtobusa çırpılaraq qapalı kəllə-beyin və döş qəfəsinin əzilməsi xəsarəti ilə daxil olmuş, bir neçə dəqiqədən sonra aldığı xəsarətlərdən qeyd olunan xəstəxanada vəfat etmişdir. Qeyd olunan xəstəxanaya RPİ-nin müstəntiqi polis kapitanı M.Həşimov göndərilmişdir. (cild 01, iş vər. 04) 28.04.2018-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan, əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə yerində yol nahamardır, asfalt örtüyü kələkötürdür. Asfaltın bəzi hissələri torpaqla örtülüdür. Yolun ehtiyat hissəsi yoxdur. Yolun sağ və sol tərəflərində fərdi yaşayış evləri yerləşir. Yol dardır, ensizdir. Yolun başlanğıc hissəsindən hadisə baş verən yerə kimi yol enişlidir. Hadisə yerində yerdə qanabənzər ləkələr vardır. Yolun eni 5,03 metrdir. Küçəni içəriyə doğru götürdükdə qanabənzər ləkələrdən yolun sağ tərəfində olan daş divara kimi olan məsafə 1,87 metrdir. Yolun başlanğıc yerindən hadisə yerinə kimi 15 dərəcəli enişdir. Qan ləkəsi olan yerdə yolun eni 3,45 metrdir. Küçənin istiqamətini içəriyə doğru götürdükdə hadisə baş verən yerdə yolun sağ tərəfində olan daş hasarın qarşısında divar boyu bir-birindən 5,20 metr aralı dəmir borular asfalt örtükdən çıxır. Dəmir borunun birincisi divardan 0,46 sm, ikincisi isə 0,33 sm məsafədədir. Qan ləkəsindən 5,6 metr məsafədə asfaltdan kustar üsulla düzəldilmiş tramplin vardır. “Mersedes Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusa baxış keçirilərkən uzunluğu 5,6 metrdir. Avtomaşının üzərində hər hansı bir zədə, yəni cızıq, batıq, əzik və sair aşkar olunmadı. Mikroavtobusun üzərində olan toz silinməyib.” (cild 01, iş vər. vərəqə 5-11) “X27” klinikasının Zərərçəkmiş şəxs barəsində olan epikrizindən görünür ki, xəstənin anamnez morbisinə “valideynlərin deməsinə görə velosiped sürərək maşına dəymiş olduğu” qeyd edilmiş, eyni zamanda uşağın gətirilərkən üzün sağ və sol səthində təpə nahiyəsinə qədər dəridə sıyrılmış, didilmiş yaralar, sinədə sıyrılmış yara, sol və sağ çiyində hematom və dəri sıyrıntıları, sağ və sol qulaqdan qan gəlməsi, üst çənə dişlərinin itirilməsi, baş təpə nahiyəsində didilmiş, sıyrılmış yara, sol bud çanaq nahiyəsində didilmiş sıyrılmış yara, sol və sağ bud baldır nahiyəsində çox saylı hematom sıyrıntılar müşahidə edildiyi də qeyd edilmişdir. (cild 01, iş vər. 24-25) 01.05.2018-ci il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi” protokolundan görünür ki, X17 hadisə ilə bağlı ifadəsində göstərmişdir ki, özü gözü ilə bu hadisəni görməmiş, lakin hadisənin şahidi olan Zamiqi dinləmişdir və hadisə ilə əlaqədar deyə bilər ki, Zamiq Vaqiflə birlikdə hərəsi öz velosipedini sürmüşlər, Vaqif bir az qabağda Zamiq isə onun arxası ilə velosiped sürərək evlərinin qabağına çatmışlar. Onların qabağında eyni istiqamətində mikroavtobus hərəkətdə olub. Mikroavtobus çox az surəti ilə hərəkətdə olub. Vaqif həmin mikroavtobusu sağ tərəfindən ötmək istəyəndə Zamiq demişdir ki, “ehtiyatlı ol, ötmə, qoy mikroavtobus çıxıb getsin”. X28 eşitməmiş, həmin mikroavtobusu sağ tərəfindən ötməyə başlamışdır. Lakin mikroavtobusla divarın arasında az ara məsafə olduğundan Vaqif avtobusu ötməyi bacarmamış, mikroavtobus sağ böyür hissəsi ilə Vaqif idarə etdiyi velosipedə dəymiş, Vaqif idarəçiliyi itirmiş və yerə yıxılmışdır. Bu hadisə baş verdikdən dərhal sonra həmin mikroavtobus dayanmış, sürücü düşüb Vaqifə yaxınlaşmışdır. Bundan sonra Zamiq onları çağırmışdır. Həmçinin qeyd etmişdir ki, Zamiqin deməsinə görə hadisədən bir saniyə qabaq həmin mikroavtobus yolun üzərində olan maneəni keçəndə hərəkəti demək olar ki, dayandırmışdır, mikroavtobus az surəti ilə hərəkət etmişdir. (cild 01, iş vər. 40-41) 06.05.2018-ci il tarixli “Şahidin dindirilməsi protokolu”ndan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs nənəsi X7 dindirilərkən sonuncu ifadəsində bildirmişdir ki, 28 aprel 2018-ci il tarixdə onlar hamısı evdə olmuş, Səbinənin oğlu X8 birlikdə evlərinin qarşısında küçədə oynamışlar. Uşaqlar velosiped sürmüş, saat 11 radələri olarmış. Bu zaman həyəcanlı halda olan Zamiq həyətə daxil olub dedi ki, Vaqifi mikroavtobus vurub, qanın içindədir. Onlar dərhal bayıra küçəyə çıxmış və evdən təxminən 10 metr aralı mikroavtobus dayandığını, həmin mikroavtobusla daş divarın arasında olan yerdə asfaltın üstündə qan içində olan Vaqifi, onun yanında əvvəl idarə etdiyi velosipedi görmüşlər. Vaqif halsız vəziyyətində idi. Roza uşağı qaldırdı. Bu zaman onlara yaxınlaşan həyat yoldaşı Nümayəndə2 nəvələri Vaqifi öz idarə etdiyi avtomobilə yerləşdirmiş və təcili olaraq Vaqifi “Meqa Plaza” xəstəxanasına aparmışlar. Vaqifi həkimlərə təhvil versələr də, bir müddət sonra həkimlər Vaqifin dünyasını dəyişdiyini bildirmişdir. Özü gözü ilə bu hadisəni görməmiş, lakin hadisənin şahidi olan Zamiqi dinləmişdir və hadisə ilə əlaqədar deyə bilər ki, Zamiq Vaqiflə birlikdə hərəsi öz velosipedini sürmüşlər, Vaqif bir az qabaqda Zamiq isə onun arxası ilə velosiped sürərək evlərinin qabağına çatmışlar. Onların qabağında eyni istiqamətində mikroavtobus hərəkətdə olub. Mikroavtobus çox az surəti ilə hərəkətdə olub. Vaqif həmin mikroavtobusu sağ tərəfindən ötmək istəyəndə Zamiq demişdir ki, “ehtiyatlı ol, ötmə, qoy mikroavtobus çıxıb getsin”. X28 eşitməmiş, həmin mikroavtobusu sağ tərəfindən ötməyə başlamışdır. Lakin mikroavtobusla divarın arasında az ara məsafə olduğundan Vaqif avtobusu ötməyi bacarmamış, mikroavtobus sağ böyür hissəsi ilə Vaqif idarə etdiyi velosipedə dəymiş, Vaqif idarəçiliyi itirmiş və yerə yıxılmışdır. Bu hadisə baş verdikdən dərhal sonra həmin mikroavtobus dayanmış, sürücü düşüb Vaqifə yaxınlaşmışdır. Bundan sonra Zamiq onları çağırmışdır. (cild 01, iş vər. 42-43) Müstəntiq tərəfindən 07.05.2018-ci il tarixdə şahid qismində dindirilmiş X12 (Zərərçəkmiş şəxs anası) ifadəsindən görünür ki, Roza Əhmədova da ifadəsində Ağa Əhmədov və Şadiyə Əhmədovanın ifadəsində qeyd etdikləri xüsusatları bir daha bildirmişdir. (cild 01, iş vər. 45-46) Müstəntiq tərəfindən 09.05.2018-ci il tarixdə şahid qismində dindirilmiş X2 (Şahid2 anası) ifadəsindən görünür ki, Roza Əhmədova da ifadəsində Ağa Əhmədov, Şadiyə Əhmədova və Roza Əhmədovanın ifadələrində qeyd etdikləri xüsusatları bir daha bildirmişdir. (cild 01, iş vər. 45-46) 09.05.2018-ci il tarixdə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, 28 aprel 2018-ci il tarixdə o, əmisi oğlu Vaqiflə evlərinin qarşısında küçədə oynamış, hərəsi öz velosipedini sürmüşdür. Təxminən saat 11 radələri olardı. Vaqif bir az qabaqda, o isə Vaqifin arxası ilə velosiped sürərək evlərinin qabağına çatmışlar. Qabaqlarında eyni istiqamətində mikroavtobus hərəkətdə olmuş, mikroavtobus çox az surəti ilə hərəkətdə olmuşdur. Vaqif həmin mikroavtobusu sağ tərəfindən ötmək istəyəndə Vaqifə demişdir ki, "ehtiyatlı ol, ötmə, qoy mikroavtobus çıxıb getsin". Lakin Vaqif onun sözünü eşitməmiş, həmin mikroavtobusu sağ tərəfindən ötməyə başlamışdır. Lakin mikroavtobusla divarın arasında az ara məsafəsi olduğundan Vaqif avtobusu ötməyə bacarmamış, mikroavtobus sağ böyür hissəsi ilə Vaqif idarə etdiyi velosipedə dəymiş, Vaqif idarəçiliyi itirmiş və yerə yıxılmışdır. Bu hadisə baş verdikdən dərhal sonra həmin mikroavtobus dayanmışdır. Sürücü düşüb Vaqifə yaxınlaşmışdır. O, tez evə getmiş və anası ilə digər qohumlarına baş verənləri danışmışdır. Anası və Vaqifin anası Roza hadisə yerinə yaxınlaşıb mikroavtobusla divarın arasında yerdə olan Vaqifi qaldırmışlar. Bundan sonra babası Nümayəndə2 idarə etdiyi şəxsi avtomobillə Vaqifi "Meqa Plaza" xəstəxanasına aparmışdır. Onun özü bu hadisədə heç bir xəsarət almamışdır. Müstəntiqin Vaqif manevr edib həmin mikroavtobusu ötmək istəyəndə mikroavtobus hərəkətdə olub yoxsa yox? sualına cavab olaraq şahid ifadəsində qeyd etmişdir ki, hadisədən bir saniyə qabaq həmin mikroavtobus yolun üzərində olan maneəni keçəndə hərəkəti demək olar ki, dayandırmışdır, mikroavtobus az surəti ilə hərəkət etmişdir. Vaqif də az surətlə velosipedi sürmüşdür. Hadisə vaxtı hava şəraiti yağmursuz, yer quru olmuşdur. Hadisədən qabaq hadisə yerində heç kim olmamış, sonradan hadisə yerinə yığışan adamlara fikir verməmişdir. (cild 01, iş vər. 61) Sadalanmış sübutların təhlilindən müəyyən olunur ki, müstəntiq tərəfindən dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17, X7 (Zərərçəkmiş şəxs nənəsi), X12 (Zərərçəkmiş şəxs anası), X6 (Şahid2 anası) ifadələrində hadisə barədə Şahid2 təsvir etməsindən məlumatlı olduqlarını bildirmişlər ki, elə 09.05.2018-ci il tarixdə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 da ifadəsində şahidlərin onun dilindən eşitdikləri hadisənin təsvirinə uyğun ifadə verərək Vaqifin mikroavtobusu sağ tərəfindən ötmək istəyəndə Zamiqin Vaqifə,- “ehtiyatlı ol, ötmə, qoy mikroavtobus çıxıb getsin” dediyini, lakin Vaqifin Zamiqi eşitməyib, həmin mikroavtobusu sağ tərəfindən ötməyə başladığını, lakin mikroavtobusla divarın arasında az ara məsafə olduğundan Vaqif avtobusu ötməyi bacarmadığını, bundan sonra hadisənin baş verdiyini qeyd etmişdir. Göründüyü kimi hadisənin birbaşa şahidi olmuş Şahid2 hadisəni yuxarı qeyd edilən mexanizmdə baş verməsini görməsi, şahidin elə hadisədən dərhal sonra da hadisəni bu cür öz qohumlarına təsvir etmiş olması da yuxarıda sadalanan hallarla öz təsdiqini tapmışdır. Həmçinin ilkin istintaq materiallarına və “X27” Klinikasının tibbi sənədlərinə nəzər saldıqda Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin idarə etməsini itirərək avtomaşına dəyərək xəsarət aldığı, velosiped sürərək maşına dəymiş olduğu qeyd edilir. Bu hal tibbi sənədlərdə mərhum Zərərçəkmiş şəxs anamnezi müəyyən edilərkən valideynlərinin deməsi əsasında müəyyən edilmiş, bu barədə klinikadan Suraxanı RPİ-nin məsul növbətçisinə məlumat verilmiş, məlumatı qəbul etmiş polis əməkdaşları tərəfindən də bu barədə müvafiq raportlar tərtib edilmişdir. İş materiallarından görünür ki, qeyd edilən ifadələrin alındığı və hadisə yerinə və avtomobilə, velosipedə baxış keçirildikdən, meyitin məhkəmə-tibbi ekspertizası və məhkəmə-trasoloji ekspertizaları keçirilməklə müvafiq rəylər əldə olunduqdan sonra müstəntiq tərəfindən müvafiq qərarla məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Belə ki, “Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi barədə” 10.07.2018-ci il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən aparılmış istintaq zamanı müəyyən edilmiş hal olaraq qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs 28 aprel 2018-ci ildə saat 11 radələrində idarə etdiyi «Mercedes Benz-215CDİ» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində 05 km/saat sürətlə hərəkət edərkən 34 nömrəli evin qarşısına çatdıqda yolda – asfalt örtüyünün üstündə olan, hündürlüyü 10 sm təşkil edən beton-daş maneəni keçdiyi vaxt sürətini daha da azaltmış, bu zaman arxadan eyni istiqamətdə hərəkət edən xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «16BMX Braver» markalı ikitəkərli velosipedlə mikroavtobusla yaşayış evinin divarı arasında qalmış boşluğa keçməklə mikroavtobusu sağ tərəfdən ötməyə cəhd etmiş, bu manevri edərkən velosipedçi idarəetməni itirmiş, nəticədə velosipedin arxa hissəsi ilə mikroavtobusun arxa sağ təkəri toqquşmuş və velosipedin arxa təkəri mikroavtobusun arxa sağ təkərinə ilişdiyinə görə mikroavtobus velosipedi tam dayananadək, yəni 0,5 – 1 metr məsafədə yerlə sürümüşdür. Hadisə zamanı qeyd olunan nəqliyyat vasitələri texniki cəhətdən saz olmuşlar. Hadisə zamanı “Mersedes Benz-215 CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusda tək sürücü, velosipeddə tək Zərərçəkmiş şəxs olmuş, mikroavtobusda və velosipeddə əlavə yük olmamışdır. Hadisə, yəni velosipedin avtobusun arxasına dəyməsi mikroavtobusun sürücüsünün görünüş dairəsindən kənarda baş vermişdir. “Mercedes Benz-215CDİ” markalı 90VA522 qeydiyyat nişanlı mikroavtobusun sürücüsünün hərəkəti üçün təhlükə qeyd olunan velosipedin manevr edərək qabaqda hərəkətdə olan mikroavtobusu sağ tərəfindən ötmək üçün mikroavtobusla ev divarın arasında olan eni 01 metr olan boşluq sahəsinə keçməsi anından yaranmışdır. Hadisə yerinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yolun hadisə baş verən hissəsində eni 3,45 metrdir, yolda heç bir nişanlanma yoxdur. Yol asfalt örtüklüdür, 15 dərəcəli enişli, qurudur. Digər zəruri məlumatlar cinayət işində vardır. Qeyd olunanlara əsasən, ekspertizanın keçirilməsini təmin etmək üçün qərarın surəti 02 vərəqədə və ********* saylı cinayət işi ekspertə təqdim olunmaqla müstəntiq tərəfindən ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) Təqdim edilən məlumatlara görə “Mersedes Benz-215 CDİ” markalı 90VA522 qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Təqsirləndirilən şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluqlar olmuşdurmu? b) Təqdim edilən məlumatlara görə “16BMX Braver” markalı iki təkərli uşaq velosipedi idarə edən xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Zərərçəkmiş şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluqlar olmuşdurmu? (cild 01, iş vər. 90-91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti göstərilən qərar üzrə məhkəmə ekspertizasının aparılmasından imtina edərək, bununla bağlı 20 iyul 2018-ci ildə 18445 nömrəsi ilə məlumat tərtib etmişdir. Ekspert tərəfindən qeyd edilmişdir ki, sürücünün hərəkəti üçün təhlükə yarandıqda sürücü “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Belə olan halda isə istintaq tərəfindən qərarda göstərilən hadisə mexanizmi yəni, velosipedçinin mikroavtobusu sağ tərəfdən ötərkən onun arxa sağ təkərinə dəyməsi sürücünün görünüş dairəsindən kənarda baş verməsi, həmçinin sürücünün hərəkəti üçün təhlükənin yaranması məlumatları bir-biri ilə ziddiyyət təşkil etmişdir. Qərarda təsvir olunmuş həmin halda sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (cild 01, iş vər. 95-96). Müstəntiq tərəfindən müvafiq qərarda təsvir edilmiş hadisələrin baş vermə mexanizmi sonuncunun təxəyyül məhsulu olmamış, məhz iş üzrə aparılmış istintaq hərəkətləri nəticəsində toplanmış mötəbər sübutların (şahid ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsi və s,) məcmusundan yaranan ağlabatan şəkildə təsvir edilmiş şərait olmuşdur. Hadisələrin bu mexanizmdə baş verməsinin əsas məqamı ondan ibarət olmuşdur ki, hadisənin baş verməmişdən öncə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs idarə etdiyi velosipeddən öndə olmuş, Zərərçəkmiş şəxs arxadan gələrək avtomobili ötmək üçün sağ tərəfindən manevr etmişdir. Qeyd edilən şəraitlə bağlı ekspert müvafiq olaraq ekspertizanın keçirilməsindən imtina etməsi ilə bağlı 20 iyul 2018-ci il tarixli, 18445 nömrəli məlumat tərtib etmiş və həmin məlumatda velosipedçinin mikroavtobusu sağ tərəfdən ötərkən onun arxa sağ təkərinə dəyməsi sürücünün görünüş dairəsindən kənarda baş verməsi şəraitində, sürücünün vəzifələrini tənzimləyən “X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərində qeyd olunan sürücünün hərəkəti üçün təhlükənin yaranması halını yaratmadığını, bununla da sürücünün üzərində qanunla etməli olduğu hər hansı vəzifə olmadığını göstərmişdir. Göründüyü kimi ibtidai istintaqın həmin mərhələsində toplanmış sübutların məcmusu ilə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibinin olması müəyyən edilməmiş, bununla da faktiki olaraq aparılan istintaq hərəkətləri ilə şəxsin maddənin dispozisiyasında qeyd olunan hərəkətləri etməsi mövcud sübutlarla inkar edilmişdir. Cinayət prosessual qanunvericiliyi obyektiv şəraitdə aparılmış ilkin istintaq hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs münasibətdə cinayət təqibinin bəraətverici əsaslarla xitam verilməsini şətrləndirdiyi halda, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs müvafiq ittihamın verilməsində maraqlı olan tərəflərin təşəbbüsü ilə ittiham üçün kifayətedici sübutların əldə edilməsi istiqamətdə fəal addımlar atmağa başlamışdır. Belə ki, 28.07.2018-ci il tarixli “Şahidin dindirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən dindirilən mərhum Zərərçəkmiş şəxs babası Nümayəndə2 ifadəsində göstərmişdir ki, 28 aprel 2018-ci il tarixdə onlar evdə olmuş, Səbinənin oğlu X8 birlikdə evlərinin qarşısında küçədə oynamış, uşaqlar velosiped sürmüşlər. Saat 11 radələri olardı. Bu zaman hayəcanlı halda olan Zamiq həyətə daxil olub dedi ki, Vaqifi mikroavtobus vurub, qan içindədir. Onlar dərhal küçəyə çıxmışlar və evlərindən təxminən 10 metr aralı mikroavtobus dayandığını, həmin mikroavtobusla daş divarın arasında olan yerdə asfaltın üstündə qan içində olan Vaqifi, onun yanında əvvəl idarə etdiyi velosipedi görmüşlər. Nəvəsi Vaqif halsız vəziyyətində olmuş, Roza uşağı qaldırmış, o isə dərhal nəvəsi Vaqifi götürüb özünə məxsus olan idarə etdiyi avtomobillə “X27” xəstəxanasına aparmışdır. Vaqifi həkimlərə təhvil versələr də, bir müddət sonra həkimlər Vaqifin dünyasını dəyişdiyini bildirmişlər. Şahid müstəntiqin hadisə ilə bağlı istintaqa verə biləcəyi məlumat barədə soruşmuş, bu zaman cavab olaraq şahid Nümayəndə2 bildirmişdir ki, o özü gözü ilə bu hadisəni görməmiş, lakin hadisənin şahidi olan qonşusu Tarverdini dinləmiş və hadisə ilə əlaqədar deyə bilər ki, Vaqif velosiped sürərək mikroavtobusun gəldiyini görüb divarın yanında olan trubaya tərəf sıxılıb dayanmışdır. Mikroavtobus uşaq dayandığı yerdən keçəndə taqqıltı səsi gəlmişdir. Mikroavtobusun sürücüsü Məhyəddin mikroavtobusu saxlayıb yerə düşərək əvvəlcə mikroavtobusun altını yoxlayıb sonra isə avtobusun arxa hissəsinə keçmişdir. Tarverdi həmin yerə çatanda Vaqif qabaq sağ təkər tərəfdə velosped qarışıq tamda olmasada avtomaşının altına yıxılaraq qalmışdır. Mikroavtobusun təkəri Vaqifin üstündən keçməmişdir. Güman edir ki sürücü Məhyəddin divara sıxılaraq dayanan nəvəsi Vaqifi vurub dirəyə və divara sıxmaqla xəsarət yetirmişdir. Sonradan uşağa heç bir yardım göstərmədən hadisə yerindən qaçmışdır. (cild 01, iş vər. 100-101) Daha sonra 01.08.2018-ci il tarixdə müstəntiq tərəfindən “Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi barədə” qərar qəbul olunur və müstəntiq tərəfindən müvafiq qərarda istintaq zamanı müəyyən edilmiş şərait olaraq qeyd edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs 28 aprel 2018-ci il tarixdə saat 11 radələrində, idarə etdiyi “Mercedes- Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusla Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində təxminən 05 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda yolun sağ kənarında ki, divarın yanında olan trubaya sıxılıb dayanan velosipedçi xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yanından keçəndə avtomobilin arxa sağ yan hissəsi ilə velosiped toqquşmuş, taqqıltı səsini eşidən sürücü Təqsirləndirilən şəxs dərhal idarə etdiyi mikroavtobusu saxlatdıqda, velosipedin arxa təkəri mikroavtobusun arxa sağ təkərinə ilişdiyindən velosiped mikroavtobusun tam dayanana kimi 0,5-1 metr məsafədə yerlə sürüşmüşdür. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Zərərçəkmiş şəxs dərhal “Bakı Medikal Plaza” Təcili Yardım şöbəsinə çatdırılmış, lakin aldığı xəsarətlər ağır olduğundan həmin şöbədə ölmüşdür. Müstəntiq tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, hadisə zamanı qeyd edilən “Mercedes-Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusda tək sürücü, velosipeddə tək Zərərçəkmiş şəxs olmuş, mikroavtobusda və velosipeddə əlavə yük olmamışdır. Hadisə yerinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yolun hadisə baş verən hissəsində eni 3,45 metrdir, yolda heç bir nişanlanma yoxdur. Yol asfalt örtüklüdür, 15 dərəcəli enişli, qurudur. Digər zəruri məlumatlar cinayət işində vardır. Qeyd olunanlara əsasən, ekspertizanın keçirilməsini təmin etmək üçün qərarın surəti 02 vərəqədə və ********* saylı cinayət işi ekspertə təqdim olunmaqla müstəntiq tərəfindən ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) Təqdim edilən məlumatlara görə “Mercedes-Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Təqsirləndirilən şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluqlar olmuşdurmu? b) Təqdim edilən məlumatlara görə “16BMX Braver” markalı iki təkərli uşaq velosipedi idarə edən xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Zərərçəkmiş şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluqlar olmuşdurmu? (cild 01, iş vər. 106-107) Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08.08.2018-ci il tarixli, 20177 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı aşağıdakı formada qeyd edilmişdir. Mövcud hadisə 28 aprel 2018-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkir küçəsi 34 saylı evin qarşısında baş vermişdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 1 avqust 2018-ci il tarixli qərar). Hadisə yerinin yol şəraiti: hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsi quru, mailli , asfalt örtüklüdür və yolun eni 3,45 metrdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 1 avqust 2018-ci il tarixli qərar, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 28 aprel 2018-ci il tarixli protokol və onun sxemi). Aparılmış istintaq zamanı müəyyən edilərək qərarda göstərilmişdir ki, sürücü M.X11- 215 markalı mikroavtobusu E.Bəkir küçəsində 5 km/saat sürətlə hərəkət etdirərkən qarşıda yolun sağ kənarındakı divarın yanında olan trubaya sıxılıb dayanan velosipedçi Zərərçəkmiş şəxs mikroavtobusun arxa sağ yan hissəsi ilə vurmuşdur (məlumatın mənbəyi ekspertizanın təyin edilməsi haqqında 1 avqust 2018-ci il tarixli qərar). Ekspert müstəntiq tərəfindən qoyulmuş birinci sual üzrə aşağıdakıları qeyd etmişdir: Aparılmış istintaq zamanı müəyyən edilərək qərarda göstərilmişdir ki, sürücü M.X11- 215 markalı mikroavtobusu E.Bəkir küçəsində 5 km/saat sürətlə hərəkət etdirərkən qarşıda yolun sağ kənarındakı divarın yanında olan trubaya sıxılıb dayanan velosipedçi Zərərçəkmiş şəxs mikroavtobusun arxa sağ yan hissəsi ilə vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Mercedes Benz-215 markalı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətləri tədqiq olunaraq aşağıdakılar göstərilir: sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, mikroavtobusun təhlükəsiz idarə olunmasını təmin etməli» və hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli idi. Mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs qarşısında yolun sağ kənarında dayanan velosipedçinin olmasını nəzərə almalı, daim hərəkət şəraitinə nəzarət etməklə velosipedçi ilə təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli idi. «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-d hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdırlar. Mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə sürücü Təqsirləndirilən şəxs qeyd olunan maddənin tələblərini rəhbər tutmalı, yəni hərəkət zamanı diqqətini daimi dəyişən yol şəraitindən və mikroavtobusun idarə olunmasından ayırmamaqla Mercedes Benz-215 markalı mikroavtobusun hərəkət hissəsi itə təhlükəsiz hərəkətini təmin etməli idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz-215 markalı mikroavtobus ilə qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşısında yolun sağ kənarındakı divarın yanında olan trubaya sıxılıb dayanan velosipedçini vurması onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri, yəni velosipedçidən təhlükəsiz yan məsafəni təmin etməməsi ilə əlaqədar olmuşdur. Ona görə də Mercedes Benz-215 markalı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert tərəfindən 2-ci sualla bağlı qeyd edilmişdir ki, velosipedçi yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından onların hərəkətləri tədqiqi xüsusi texniki bilik tələb etmir və yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Qeyd edilən tədqiqatdan sonra ekspert tərəfindən nəticəyə gəlinmişdir ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz-215 markalı, 90VA522 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Velosipedçi yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından onların hərəkətləri tədqiqi xüsusi texniki bilik tələb etmir və yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. (cild 01, iş vər. 124-126) Göründüyü kimi, müstəntiq tərəfindən icraat təzələndikdən sonra ilkin olaraq aparılmış istintaq hərəkəti mərhum Zərərçəkmiş şəxs babası Nümayəndə2 dindirilməsi olmuşdur ki, şahid ifadəsində ailə üzvləri kimi hadisəni Şahid2 deyil, digər Şahid1 guya ifadəsində bildirdiyi şəraitdən qaynaqlanaraq təsvir etmiş, müstəntiq tərəfindən sonrasında hər hansı istintaq hərəkəti həyata keçirilmədən cəmi 3 gün sonra 01.08.2018-ci il tarixdə 01.08.2018-ci il tarixli “Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarda müstəntiq tərəfindən təsvir edilən şərait artıq faktiki olaraq Şahid1 17.05.2018-ci il tarixdə dindirilməsinə dair protokolda qeyd edilən ifadədə təsvir edilən şəraitdən çıxarışlar edilməklə formalaşdırılmış və “Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi barədə” 10.07.2018-ci il tarixli qərarında təsvir edilən şəraitdən ilk növbədə onunla fərqlənmişdir ki, artıq Təqsirləndirilən şəxs 28 aprel 2018-ci il tarixdə saat 11 radələrində, idarə etdiyi “Mercedes-Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusla Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində təxminən 05 km/saat sürətlə hərəkətdə olarkən, Zərərçəkmiş şəxs qarşıda yolun sağ kənarında ki, divarın yanında olan trubaya sıxılıb dayandığı qeyd edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, istintaq orqanı tərəfindən qəbul edilmiş qərarda öncəki qərar üzrə ekspert tərəfindən tədqiqatın aparılmasından imtina edilməsi üçün əsas olmuş şərait (velosipedin avtomobilin arxasınca gələrək manevr etməsi) aradan qaldırılmaqla, 3 gün ərzində hansı toplanmış sübutlara əsaslandığı tam da bəlli olmayan bir şərait təsvir edilmiş, bununla da faktiki olaraq Zərərçəkmiş şəxs irəlidə dayanmış olduğu qeyd edilməklə sürücünün görünüş dairəsinə salınmış və həmin təsvir edilmiş şəraitdən çıxmadan hadisəni qiymətləndirən ekspertin rəyi ilə də yekunda təqsirləndirilən şəxsə qarşı ittiham verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarında artıq ibtidai istintaq zamanı Şahid1 guya 17.05.2018-ci il tarixdə dindirilməsinə dair protokolun mötəbərliyi artıq şübhə altına alınmaqla həmin ifadənin alındığı tarixdə faktiki olaraq müstəntiq tərəfindən cinayət işi üzrə icraat dayandırılmış vəziyyətdə olması göstərilmişdir. Məhkəmə kollegiyası Şahid1 ibtidai istintaq zamanı qeyd olunan ifadəsinin mötəbərliyini yalnız prosessual əsasla deyil, həmçinin Şahid1 bilavasitə məhkəmə baxışı zamanı təkrar olaraq hadisə yerində dindirməklə, eləcə də Şahid1 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı ifadələrinə qarşılıqlı şəkildə qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanının Şahid1 dindirilməsinə dair tərtib etdiyi protokol, həmin ifadə əsasında müəyyən edilmiş hadisələrin baş vermə mexanizmi və həmin mexanizmlə bağlı verilmiş ekspert rəyi mötəbər sübut hesab oluna bilməz. (qeyd edilən mövqe də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarında öz əksini tapmışdır) Belə ki, hazırki məhkəmə baxışı zamanı Şahid1 hadisə günü gördüklərini təsvir edərkən ilk növbədə hadisə baş vermə məqamından bir qədər əvvəl artıq qardaşının avtomobilinə minib oradan çıxıb getdiyini, sonuncu dəfə Zərərçəkmiş şəxs dönüb aşağıya doğru velosiped sürərkən, A.Məhyəddini isə idarə etdiyi avtomobillə bir qədər Zərərçəkmiş şəxs arxada (Al marketin tinində) gördüyünü bildirmiş (təsvir olunan zaman hər iki iştirakçı hadisənin baş verdiyi yerdən yuxarıya doğru aralı olmuşlar), Zərərçəkmiş şəxs trubaya sıxılıb dayanması kimi bir halı görmədiyini bildirmişdir. Şahid1 qardaşının avtomobilinə mindikdən sonra heç bir şey görmədiyini, eşitmədiyini bildirməklə yanaşı, həm birinci həm də apellyasiya instansiya məhkəmələrində hazırda bildirdiyi məzmunda ifadə verdiyini qeyd etmişdir. Şahid1 qardaşının avtomobilində hərəkət istiqamətinin də hadisə iştirakçılarının hərəkət istiqaməti ilə əks istiqamətdə hərəkət etməsi, Şahid1 hadisələrin sonrakı axarını görməsini mümkünsüz edir. Bu isə öz növbəsində məhz hadisə baş verdiyi andan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən öndə olmasına dəlalət edən sübut kimi qiymətləndirilməsini istisna edir. Birinci instansiya məhkəməsinin hökmünə isə nəzər saldıqda görünür ki, məhkəmə qeyd etmişdir ki, Şahid1 işin məhkəmə baxışı zamanı təkidlə bildirmişdir ki, yalnız işin məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərilənləri görüb. Yəni mərhumun avtomobil gəldiyini görüb divarın yanındakı boruya qısılaraq dayandığını görmüş, lakin bu məqamda gəlmiş qardaşının avtomobili ilə getməsi səbəbindən sonradan baş verənləri görməmiş, o cümlədən taqqıltı səsi eşitməmiş, təqsirləndirilən şəxsin avtomobili dayandırıb yerə endiyini, uşağın «velosiped qarışıq» avtomobilin sağ yan tərəfdən altında qaldığını və üz-gözünün qanlı olduğunu görməmişdir Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Şahid1 məhkəmə istintaqı dövründə verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadə arasında əhəmiyyətli fərqlər olduğuna baxmayaraq, onun həm ibtidai istintaq həm də məhkəmə istintaqı dövründə verdiyi ifadələrdəki bir məqam eynidir. O cümlədən, Şahid1 hər iki ifadəsində birmənalı olaraq bildirir ki, Zərərçəkmiş şəxs avtomobil gəldiyini görüb (onun bibisi oğlu da avtomobil gəldiyini görüb mərhuma ehtiyatlı olmasını demişdir) idarə etdiyi velosipedlə bir az irəliləyərək yolun sağ kənarındakı evin divarının yanında olan boruya qısılıb dayanmışdır. Yuxarıda qeyd edildiyi kimi Şahid1 hazırki apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin hökmündə qeyd edilən, sonuncunun həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində ifadəsinin ortaq amili olan (özlüyündə də ittihamın dolayı sübuta yetirilməsi üçün lazımlı məqam olan) Zərərçəkmiş şəxs avtomobil gəldiyini görüb (onun bibisi oğlu da avtomobil gəldiyini görüb mərhuma ehtiyatlı olmasını demişdir) idarə etdiyi velosipedlə bir az irəliləyərək yolun sağ kənarındakı evin divarının yanında olan boruya qısılıb dayanması xüsusatını tamamilə təkzib edərək belə bir halı görmədiyini, birinci instansiya məhkəməsində də ifadəsində belə bir halı qeyd etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin 2-ci cildinin 122-ci vərəqində olan Təqsirləndirilən şəxs müdafiəçisi X3 birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına yazılı qeydlərindən görünür ki, müdafiəçi Şahid1 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində hadisəni görmədiyini, uşaqlar küçədə velosiped sürürdüklərini, avtobus isə yuxarıdan aşağı gəldiyini, işi olduğu üçün rayona getdiyini bildirmişdir. Eyni zamanda Şahid1 məhkəmədə hakim və prokurorun suallarına cavab olaraq təkrarən göstərmişdir ki, işi olduğu üçün rayona getmiş, mərhum Zərərçəkmiş şəxs bibisi oğlu ilə küçədə velosiped sürdüyünü bu zaman Məhyəddinin avtomobillə üzü aşağı gəldiyini görüb, bibisi oğlunun mərhum Zərərçəkmiş şəxs ehtiyatlı olmasını dediyini eşitmişdir. Zərərçəkmiş şəxs velosipedlə trubaya sıxılıb dayandığını görmədiyi bildirilmişdir. Verilmiş qeydin məzmunundan da göründüyü kimi, müdafiəçi belə Şahid1 Zərərçəkmiş şəxs velosipedlə trubaya sıxılıb dayandığını görmədiyi bildirdiyini qeyd etmişdir ki, hazırki məhkəmə baxışı zamanı ifadəsində Şahid1 da ifadəsində bu halı təsdiq etmişdir. Bu isə öz növbəsində həm birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir, həm də Şahid1 ittihamın əsasına qoyulmuş 17.05.2018-ci il tarixli ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini yol verilməz edir ki, məhkəmə kollegiyası bu hala qiymət verərək, bu mühüm faktoru hazırki məqamda sözügedən ifadə üzərində qurulmuş hadisələrin baş vermə mexanizminin, həmin mexanizm əsasında keçirilmiş müvafiq məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının da mötəbərliyinə şübhə yaranması üçün əsas olaraq qəbul edir. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08.08.2018-ci il tarixli, 20177 nömrəli rəyinin yalnız nəticə hissəsinə yox, tam mətninə nəzər saldıqda ekspertin hadisələri hər hansı obyektiv sübutların əsasında yox, məhz istintaq orqanının fərziyələri əsasında qurulmuş hadisələrin baş vermə mexanizmindən kənara çıxmadan və yalnız qərarda təsvir edilmiş şərait çərçivəsində qiymətləndirərək müvafiq nəticəyə gəlinmişdir ki, məhkəmə kollegiyası göstərilən xüsusata yuxarıda qeyd edilənlərlə yanaşı, aşağıda digər şahid ifadələrinin qiymətləndirilməsi zamanı da əlavə olaraq qiymət verəcəkdir. Cinayət işi üzrə digər mühüm amil Şahid3 ifadəsidir ki, məhkəmə kollegiyası qeyd edilən məqamla bağlı aşağıdakıları qeyd edir. Belə ki, 28.06.2018-ci il tarixli “Şahidi dindirmə” protokolundan görünür ki, xx.xx.1977ci il təvəllüdlü, orta təhsilli Şahid3 şahid qismində dindirilmiş, bu zaman şahid ifadəsində qeyd etmişdir ki, 28.04.2018-ci il tarixdə, saat 11 radələrində o, dükandan çıxıb yaşadığı evə getmək üçün məhəllədə olan çörək sexinə tərəf düşmüşdür. Həmin vaxt təxminən 10-15 metr qarşıda yolda ağ rəngdə “Mercedes-Benz” markalı **-VA-*** dövlət nömrə nişanlı avtomaşının dayandığını və orada bir uşağın velosiped sürərək həmin avtobusun arxasında olan trubaya (boruya) dəyərək avtomaşının arxasına yıxıldığını görmüşdür. Həmin uşaq yıxılanda başı trubaya (boruya) dəymiş və zərbədən yerə yıxılmışdır. Uşağın üzündə qan var idi. Həmin vaxt ora bir neçə nəfər şəxs yığışmış, o isə daha orada dayanmamış. Evinə getmişdir. Sonradan bilmişdir ki, həmin uşaq onun qonşuluğunda yaşayan Ağa Əhmədzadənin oğludur və həmin vaxt orada ölüb. Şahid müstəntiqin “Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı **-VA- *** dövlət nömrə nişanlı avtomaşın həmin uşağı, yəni Zərərçəkmiş şəxs vurmuşdurmu?” məzmunda sualına cavab olaraq qeyd etmişdir ki, o Məhyədddin Ağakişiyevin idarə etdiyi avtomaşının dayandığını və həmin uşağın yəni Vaqifin həmin avtomaşının arxası tərəfdə divarın yanında olan boruya velosiped sürərək dəydiyini görmüşdür. Vaqif trubaya (boruya) dəymişdir. Şahid müstəntiqin “Mərhum Vaqif trubaya (boruya) dəyən zaman həmin mikroavtobus hərəkətdə idimi?” sualına cavab olaraq göstərmişdir ki, həmin uşaq trubaya dəyən zaman mikroavtobus hərəkətsiz dayanmışdır. Çünki orada tramplin var. Yəqin ona görə dayanmışdır. (cild 01, iş vər. 82) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 28 aprel 2018-ci ildə saat 11 radələrində hadisənin baş verdiyi küçənin yoxuşunda yerləşən marketə getmiş, çıxdıqda taqqıltı səsi eşitmişdir. Səs gələn yerə baxıb görmüşdür ki, qonşunun uşağı Vaqif qan içində yerdədir. Həmçinin yerdə qusaq var idi. Bunu görüb huşunu itirmiş və ayıldıqda Vaqifin nənəsinin qucağında olduğunu görmüşdür. Hadisənin necə baş verdiyini görməyib. Qeyd edilən şahidə birinci instansiya məhkəməsində verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, avtomobilin uşağı necə vurduğunu görməmiş, ibtidai istintaq zamanı ifadəsini oxumamış, yalnız imza etmişdir. Onun özü oxuya bilmir. Hadisə zamanı o uşağı görməmiş, yalnız səsini eşitmiş, o, uşağın maşının altına düşməsini və ya Məhiyyəddinin uşağı vurmasını görməmişdir. Avtomobilin arxasında qan izi olmuşdur. Məhiyyəddin də orada olmuşdur. Onun polisdə izahatını necə yazmalarından xəbəri yoxdur, məhkəmədə verdiyi izahatını təsdiq edir. Mağazadan çıxanda hadisə yeri görsənmir, məhəllədə tramplin olmaqla, avtomobil tramplini keçib dayanmışdır. O, hadisədən sonra uşağı (Zərərçəkmiş şəxs) görmüş, nənəsinin qucağında olmuşdur. O, nə görmüşsə onu danışıram. O, velosipedi də görmüş, maşının arxasından velosipedi götürüb həyətə qoymuşlar. Velosiped maşının arxasında olmuşdur. Maşın zərərçəkmiş şəxslərin evinin qarısında saxlamışdır. Maşın trubanı keçib saxlamışdır. O, uşağın maşına dəyib yıxıldığını görməmişdir. Dəqiq bilmir ki, uşaq maşına dəyib yıxılıb ya yox. Uşaq maşının arxasında yıxılmışdı, velosipedi də yanında idi. Nənəsi uşağı götürdü qucağına, velosipedi isə götürüb həyətə qoymuşlar. Qan izi də yolun ortasında olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə Şahid3 ifadəsində özünün oxumağı bacarmadığı və ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirməsinə münasibətdə qeyd edir ki, həm 28.06.2018-ci il tarixli “Şahidi dindirmə” protokolundan, həm də birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, Şahid3 orta təhsilli olmaqla, ibtidai istintaq zamanı ifadəsinin sonunda Şahid müstəntiqin “ifadənizə başqa əlavəniz varmı?” sualına cavab olaraq öz əlyazması ilə ifadə ucadan oxundu, düzgün yazılıb” qeydini edərək, imzalamışdır. Şahid3 hadisə yerinə baxdıqda huşunu itirdiyi və ayıldıqda Vaqifin nənəsinin qucağında olduğunu gördüyünü bildirməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Şadiyə Əhmədova və Roza Əhmədovanın dindirilmə protokollarından göründüyü kimi, hadisə zaman Zərərçəkmiş şəxs qucağına Şahiyə Əhmədova (nənəsi) yox, anası Roza Əhmədova almış və Nümayəndə2 avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Həmçinin Şahid3 avtomobilin arxasında qan izi olması ilə bağlı qeyd olunmalıdır ki, hadisədən sonra hadisə yerinə baxışa gəlmiş müstəntiqin tərtib etdiyi 28.04.2018-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi hələ avtomobilin üzərindən heç tozu belə silinmədiyi halda, həmin qan izinin müstəntiq tərəfindən aşkar edilməməsi, protokolda da müstəntiq tərəfindən avtomaşının üzərində hər hansı bir zədə, yəni cızıq, batıq, əzik və sair aşkar olunmamasının qeyd edilməsi mümkünsüz olmuşdur. Digər maraqlı məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 08.05.2018-ci il tarixdə şahid qismində, 24.09.2018-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs hadisənin şahidləri olan şəxslər olaraq Şahid2 (Zərərçəkmiş şəxs ilə birlikdə velosiped sürən) və qonşuluqda yaşayan Ruhiyyə adlı qadını qeyd edib, həmin şəxslərin öz avtomobilindən düşərkən orada olduqlarını, ətrafda olan digər şəxsləri isə tanımadığını bildirmişdir. (cild 01, iş vər. 48-50, cild 01, iş vər. 151-153) Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisənin real şahidi olaraq yalnız 2 nəfəri,- birinci Şahid2, ikinci olaraq isə Şahid3 göstərmişdir ki, Şahid3 həqiqətən hadisələrin şahidi olmadığı halda, o cümlədən hadisə zamanı huşunu itirmiş olduğu halda Təqsirləndirilən şəxs Şahid3 hadisənin şahidi kimi göstərməsi ağlabatan deyil. Məhkəmə kollegiyası məhz yuxarıda qeyd edilən ziddiyyətləri nəzərə alaraq hesab edir ki, Şahid3 birinci instansiya məhkəməsində verdiyi ifadəsi qonşuluqda yaşadığı ittiham tərəfinin subyektiv təsirləri nəticəsində verilməklə, iş üzrə digər sübutların məcmusu ilə təsdiq olunmadığından Şahid3 ibtidai istintaq zamanı 28.06.2018-ci il tarixdə dindirilərkən qeyd olunan ifadəsi daha mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə kollegiyası iş üzrə hadisələrin şahidi olmuş digər şəxs Şahid2 ifadələri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi Şahid2 hadisənin ilk anlarından bütün təsvirlərində və ifadəsində Şahid2 mikroavtobusun onlardan irəlidə eyni istiqamətdə çox az sürətlə hərəkət etdiyini, Vaqif həmin mikroavtobusu sağ tərəfindən ötmək istəyəndə Vaqifə demişdir ki, "ehtiyatlı ol, ötmə, qoy mikroavtobus çıxıb getsin". Lakin Vaqif onun sözünü eşitməmiş, həmin mikroavtobusu sağ tərəfindən ötməyə başlamışdır. Lakin mikroavtobusla divarın arasında az ara məsafəsi olduğundan Vaqif avtobusu ötməyi bacarmadığını, mikroavtobus sağ böyür hissəsi ilə Vaqif idarə etdiyi velosipedə dəymiş, Vaqif idarəçiliyi itirmiş və yerə yıxıldığını, bu hadisə baş verdikdən dərhal sonra həmin mikroavtobus dayandığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsində yuxarıda qeyd edilən Şahid3 ifadəsinə münasibətdə görünən tendensiya Şahid2 də ifadəsində öz əksini tapmış, Şahid2 artıq hadisəni ilk təsvir etdiyi kimi deyil, yuxarıda mötəbərliyinə şübhələrin mövcud olduğu birmənalı olaraq təsdiqini tapan Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğunlaşmış, yəni hadisədən əvvəl Zərərçəkmiş şəxs divarın yanında olan dəmir boruya qısılaraq gözlədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əvvəl də qeyd edildiyi kimi, Şahid2 mərhum Zərərçəkmiş şəxs ilə qohum olmaqla, sonuncunun ailə üzvləri ilə birgə yaşaması faktoru nəzərə alınmaqla, şahidin ifadələrində görünən ziddiyyətli məqamların digər sübutlarla qarşılıqlı təhlilinə ehtiyac vardır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən, eləcə də məhkəmə iclas protokollarından göründüyü kimi işin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi (anası) X2 iştirakı ilə şahid qismində dindirilmiş xx xxxxx 2012-ci il təvəllüdlü Şahid2 bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun dayısı oğludur. Hadisə baş verən ərəfədə anası ilə birlikdə müvəqqəti olaraq babasıgildə yaşayırdı. 28 aprel 2018-ci ildə saat 10 radələrində oynamaq üçün dayısı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə küçəyə çıxmışdır. Hər biri öz velosipedini sürürdü. Həmin vaxt velosiped sürdükləri küçə enişlidir. Hadisə ərəfəsində Vaqif velosipedlə üzü aşağı, enişlə hərəkət etməyə başlamışdır. Bu zaman o (şahid), arxadan üzü enişə doğru mikroavtobus gəldiyini görüb Vaqifə ucadan demişdir ki, ehtiyatlı olsun, özü isə yolun yoxuş hissəsində dayanıb qalmışdır. Vaqif bir az da irəliləyib yol kənarındakı evin divarının yanındakı dəmir boruya qısılaraq gözləmişdir ki, mikroavtobus gəlib keçsin. Lakin mikroavtobus Vaqifin yanına çatdıqda onun velosipedinə dəymiş və velosiped çevrilmişdir. Eyni zamanda Vaqif mikroavtobusun yan tərəfdən altına yıxılmış və mikroavtobus onu «altına alıb» az bir məsafə irəliləməklə Vaqifi sürümüşdür. Sonra sürücü avtomobili dayandıraraq yerə enmişdir. Sürücü yerə enib gəldikdən sonra Vaqifin avtomobilin arxa orta hissəsində, altında olduğunu görüb, onu əllərindən tutub çətinliklə kənara çıxararaq çörək sexi tərəfə qoymuş, o (şahid), isə Vaqifin qan içində olduğunu görüb hadisə barədə nənəsinə xəbər vermək üçün evə qaçmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Vaqif maşının altına düşmüş, onu oradan çıxardıb yerə uzatmışlar. O, avtobusun Vaqifi vurub altına aldığını görmüş, həmin vaxt o, yolun yoxuş hissəsində olmuşdur. Vaqifi maşının altından əllərindən tutub çıxartmışlar. Müstəntiq soruşanda da o, eyni sözləri demişdir. O, avtobusun Vaqifi vurub altına aldığını görmüşdür. O, hadisə barədə evdəkilərə xəbər vermək üçün qaçmışdır. Sürücü Vaqifi maşının altından əllərindən tutub çətinliklə çıxarmışdır. Vaqif mikroavtobusu ötmək istəməmiş, o Vaqifə demişdir ki, maşın gəlir, ehtiyatlı olsun. Vaqif də trubaya qısılıb dayanmışdır ki, maşın onun yanından ötüb keçsin. Vaqif trubaya qısılıb dayandığı anda mikroavtobus hələ onun bərabərinə çatmamışdır. Vaqif mikroavtobusun qarşısında olub. O, müstəntiqə Vaqifin mikroavtobusu ötmək istəməsini deməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin suallarına cavab: Vaqif maşından qabaq gedib dayanmış, o, yolun yuxarı hissəsində dayanmışdır. Maşın yavaşyavaş gəlmişdir. Vaqif maşının sağ yan tərəfdən ortasında onun altına düşmüş və maşın onu altında sürümüşdür. Velosipedin arxası da əzilmiş, maşın velosipedə də dəymişdi. Maşın biraz gedəndən sonra velosipedin səsi çıxdı deyə maşın dayanmışdır. Velosipedi sürücü çıxarıb qırağa qoymuşdur. Maşın biraz qabağa getmişdi, onda Vaqif maşının altında idi. Maşının altından Vaqifi üzü mağazaya tərəf dartıb çıxarmışlar. Maşın velosipedə dəyəndən sonra Vaqif maşının altına düşmüşdür. Vaqif maşının altına sola tərəf yıxılmışdır. Vaqif dayanıb mikroavtobusun keçməsini gözlədiyi vaxt sağ ayağını trubaya qoymuşdur. Göründüyü kimi Şahid2 ilkin ifadəsindən fərqli olaraq birinci instansiya məhkəməsində Vaqifin avtomobilin önündə olduğunu, onun Vaqifə yalnızca ehtiyatlı olmasını deməsini, onun sözündən sonra Vaqifin bir az da irəliləyib yol kənarındakı evin divarının yanındakı dəmir boruya qısılaraq mikroavtobusun gəlib keçməsini gözlədiyini (ittihamın əsasını təşkil edən mexanizmi təsvir etmiş) bildirmiş, məhkəmə iclasında 08.07.2019-cu il tarixdə təkrar dindirilərkən isə artıq Vaqifin dayanıb mikroavtobusun keçməsini gözlədiyi vaxt sağ ayağını trubaya qoyduğunu bildirmişdir. Apellyasiya məhkəməsinin hadisə yerində keçirilən iclasında qanuni nümayəndəsi olan anasının iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və verilmiş suallara cavab olaraq isə avtomobili görüb Vaqifə getməməsini söyləsə də, Vaqifin onun sözünü eşitməyib irəli gedərək, avtomobil və velosipedin hərəkət istiqamət üzrə yuxarıdan aşağıya doğru hərəkət etdikdə hadisə yerinə baxış zamanı yolun sağ hissəsində müəyyən edilmiş iki ədəd yer səthinə perpendikulyar borulardan birincisinə çatmamış, sağ tərəfdə olan tikilidən təxminəm 5-7 sm çölə çıxan (yağış sularının və s. axması üçün) yolun səthinə paralel istiqamətdə yerləşən plastmas borunu göstərərək, sağ ayağını həmin borunun üzərinə qoyub, velosipedin üzərində oturaqlı şəkildə dayanmış, avtomobil də gəlib onu vuraraq altına saldığını bildirmişdir. Göründüyü kimi artıq Şahid2 hadisəni təsvir etmə şəraiti dəyişməklə, Zərərçəkmiş şəxs hadisə yerinə baxış zamanı yerdən çıxan 2 ədəd dəmir boruya qısılması yox, yuxarıdan aşağı düşdükdə həmin borulardan birincisindən belə təxminən 2 metr əvvəldə, sağ tərəfdə olan tikilidən təxminəm 5-7 sm çölə çıxan (yağış sularının və s. axması üçün) yolun səthinə paralel istiqamətdə yerləşən plastmas borunun üzərinə sağ ayağını qoyub, velosipedin üzərində oturaqlı şəkildə dayandığını qeyd etmişdir. Həmçinin Şahid2 birinci instansiya məhkəməsində o və Vaqifin avtomobildən öndə olduqlarını deməsinə, həmçinin Vaqifə avtomobili ötməmə barədə heç bir söz deməməsinə baxmayaraq, hazırki apellyasiya baxışı zamanı hadisə yerində dindirilərkən avtomobilin onlardan birazca qabaqda olub, onları keçdiyini, Vaqifin maşını keçib, gedib boru çıxıntısına söykənərək dayandığını, onun da həmin vaxt Vaqifə maşını ötüb keçməməsini ifadəsində bildirmişdir. Sadalananlardan müəyyən edilir ki, ittihamda qeyd olunan mexanizm bir daha Şahid2 apellyasiya baxışı zamanı ifadəsində göstərdiyi hallarla təkzib edilmişdir ki, məhkəmə bu kimi halları o cümlədən iş üzrə müəyyən edilmiş obyektiv sübutların məcmusu ilə də təhlil etməyi zəruri hesab edir. Belə ki, həm birinci instansiya məhkəməsində mahiyyət etibarı ilə, həm də apellyasiya baxışı zamanı hadisə yerində Şahid2 avtomobilin ön sağ farasının alt hissəsinə düşən qara rəngli buferin sağ künc hissəsini göstərərək avtomobilin həmin hissə ilə Zərərçəkmiş şəxs velosipedinin arxa dəmir oturacağına vurduğunu, bundan sonra avtmobilin ön sağ hissəsi tərəfdən Zərərçəkmiş şəxs altına saldığını, hətta qabaq təkəri ilə Zərərçəkmiş şəxs üzərindən keçdiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hadisənin obyektiv vəziyyətini əks etdirən hadisə yerinin müayinə protokolundan görünür ki, “hadisə yerində yerdə qanabənzər ləkələr vardır, yolun eni 5,03 metrdir, küçəni içəriyə doğru götürdükdə qanabənzər ləkələrdən yolun sağ tərəfində olan daş divara kimi olan məsafə 1,87 metrdir, qan ləkəsi olan yerdə yolun eni 3,45 metrdir. Küçənin istiqamətini içəriyə doğru götürdükdə hadisə baş verən yerdə yolun sağ tərəfində olan daş hasarın qarşısında divar boyu bir-birindən 5,20 metr aralı dəmir borular asfalt örtükdən çıxır. Dəmir borunun birincisi divardan 0,46 sm, ikincisi isə 0,33 sm məsafədədir.” Göründüyü kimi, eni 3,45 metr olan yolda, sağ tərəfdə olan kənar divardan 1,87 metr məsafədə qanabənzər ləkələr aşkar edilmişdir. Bu o deməkdir ki, qanabənzər ləkələr yolun orta hissəsində aşkar edilmişdir. Hazırki vəziyyətdə Şahid1 ibtidai istintaq zamanı, həmçinin Şahid2 hazırki məhkəmə baxışı zamanı təsvir etdiyi şəraitdə baş versəydi qanabənzər ləkələr də yolun sağ kənarına yaxın həddə yəni divardan 0,46 sm, yaxud da 0,33 sm məsafədə aşkar edilməli idi. (Qeyd edilən mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır) Digər bir qeyd edilməli olan hal ondan ibarətdir ki, Şahid2 avtomobilin ön sağ farasının alt hissəsinə düşən qara rəngli buferin sağ künc hissəsini göstərərək avtomobilin həmin hissə ilə Zərərçəkmiş şəxs velosipedinin arxa dəmir oturacağına vurduğunu qeyd etmişdir. Belə olan halda, Şahid2 ifadəsi əsas sübut kimi qəbul olunacağı təqdirdə qanabənzər ləkələr mikroavtobusun qabaq sağ tərəfindən aşkar olunmalı idi. Lakin iş materiallarında müstəntiq tərəfindən hadisə yerinə baxış zamanı “Mersedes Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusa baxış keçirilərkən nəinki qabaq sağ ön hissəsində avtomaşının üzərində hər hansı bir zədə, yəni cızıq, batıq, əzik və sair aşkar olunmaması, mikroavtobusun üzərində olan tozun silinmədiyi və məhkəmə-trasoloji ekspertizasının 11 iyun 2018-ci il tarixli, 11828 nömrəli ekspert rəyi ilə müəyyən edilən «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobilə açıq havada təbii işıq altında baxış keçiriəkrən həmin avtomobilin üzərində hər hansı bir zədə müəyyən edilməməsi, həmçinin həmin ekspert rəyi ilə təqdim edilmiş velosipedin üzərində olan zədələrin kənarlarında digər nəqliyyat vasitələrinə məxsus hər hansı çıxıntı hissələri aşkar edilməmiş, bu səbəbdən də velosipedin üzərində olan zədələrin hər-hansı nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranmasını müəyyən etməyin mümkün olmaması ilə tam olaraq təkzib olunur. Həmçinin qeyd edilməli olan digər bir hal ondan ibarətdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs tikilidən çıxan plasmas boruya ayağını qoymaqla velosipedin üzərində dayandığı şərait əyani olaraq hadisə yerində keçirilmiş məhkəmə iclası zamanı Şahid2 velosiped üzərində dayanmaqla sonuncu tərəfindən göstərilmiş, bu zaman Təqsirləndirilən şəxs də idarə etdiyi avtomobil hərəkət etdirilərək velosipedə yaxınlaşdırılmışdır. Bu zaman müəyyən edilmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs sürdüyü velosipedin ölçüləri, Zərərçəkmiş şəxs özünün boyu və velosipedin tikili və yola paralel dayanmaqla, Zərərçəkmiş şəxs özünün tarazlığını itirmədən dayanması halında, velosipedin arxa təkəri (o cümlədən velosipedin özü) obyektiv olaraq divardan çox da aralı məsafədə olmamışdır. Bu halda isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ küncü ilə həmin velosipedin arxa təkər nahiyəsinin təmas etməsi üçün Təqsirləndirilən şəxs avtomobili yolun sağ hissəsində olan divara həddən artıq yaxın sürməli olmuşdur. Qeyd edildiyi kimi tikilinin divarı yolun içərisinə doğru getdikcə çıxaraq yolu daratldığından, həmçinin Zərərçəkmiş şəxs dayanmış olduğu qeyd edilən yerdən 2 metr irəlidə divardan 0,46 sm aralıda yolun içərisinə doğru yer səthinə perpendikulyar şəkildə çıxan dəmir borunun olması, o cümlədən avtomobilin zavod konstruksiyası baxımından kifayət qədər böyüklüyə malik və avtomobildən çıxıntı şəklində quraşdırılmış yan güzgüsünün (bu halda sağ güzgüdən söhbət gedir) olması, həmçinin Təqsirləndirilən şəxs sağa doğru manevr etmədən avtomobili düz istiqamətdə hərəkət etdirdiyi şəraitdə, irəlidə olan divarın çıxıntısı və dəmir boru ilə avtomobilin təmasını birmənalı olaraq qaçılmaz etməli olmuşdur. Lakin yuxarıda qeyd edilənlərdən müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin üzərində hər hansı bir zədə, yəni cızıq, batıq, əzik və s. aşkar olunmaması Şahid2 təsvir etdiyi şəraitin obyektiv həqiqətə uyğun olmadığını bir daha təsdiq edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin obyektiv olaraq müəyyən edilən hallarından başqa biri də odur ki, Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusun çəkisi bir neçə tonla ölçülməklə, hadisə vaxtı 08 yaşında olan mərhum Zərərçəkmiş şəxs bədəninin çəkisinə münasibətdə dəfələrlə çox olmuşdur. Hadisələrin hazırki məhkəmə baxışı zamanı Şahid2 təsvir etdiyi mexanizmdə (avtomobilin təkəri ilə Zərərçəkmiş şəxs bədəni üzərindən keçməsi şəraitində) baş vermiş olduğu təqdirdə, üzərindən keçməklə təsir edən bir neçə tonluq avtomobildən qat-qat yüngül çəkiyə və daha az sərtliyə malik olan 08 yaşlı uşaq bədəninin bu fiziki təsir nəticəsində almalı olduğu xəsarətlər daha ağır və spesifik olmalı olmuşdur (açıq sınıqlar və s.). Lakin iş üzrə aparılmış ekspertiza tədqiqatlarından və müvafiq tibbi sənədlərdən göründüyü kimi, Zərərçəkmiş şəxs tibbi-müayinəsi zamanı sonuncunun bədənində aşkar edilmiş xəsarətlər sırasında üzərindən avtomobilin keçməsi ilə xarakterizə edilən hər hansı xəsarət aşkar edilməmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 26 may 2018-ci il tarixli, 38 nömrəli ekspert rəyindən görünür ki, müstəntiq tərəfindən müvafiq qərarda göstərilmişdir ki, 28.04.2018-ci il tarixdə, saat 11:55 radələrində Bakı Medikal Plaza X18 filialından məlumatda, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 34 C-də yaşayan azyaşlı Zərərçəkmiş şəxs idarə etdiyi velospedin idarə etməsini itirərək avtomaşına dəyərək xəsarət alaraq aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyinin qeyd edildiyi, araşdırma zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanın qarşısında həmin küçədə idarə etdiyi velosped ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 48 B/l-də yaşayan və qeydiyytda olan xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz” markalı mikroavtobusun arxasına dəyərək aldığı xəsarətlərdən Bakı Medikal Plaza X24 filialında ölmüşdür. Meyidin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Sağ gicgah nahiyəsində 7,0x3,0sm, sol yanaq-almacıq-gicgah nahiyəsində 16,0x8,0sm, sol bazunun bayır səthində 23,0x5,0sm ölçüdə, fasiləli yerləşmiş, sağ kürək nahiyəsindən başlayaraq sağrı nahiyəsinədək davam edən 2 (iki) ədəd 42,0x2,0sm ölçülərdə, fasiləli yerləşmiş, sol qalça tini nahiyəsində köndələn yerləşmiş 8,0x3,5sm, sol baldırın orta-aşağı 1/3-nin ön səthində 4 (dörd) ədəd l,0xl,0sm ölçülərdə, sağ budun aşağı 1/3-nin iç səthində 2 (iki) ədəd 3xlsm və lxlsm, sağ ayaq pəncəsinin üsi səthində 2,5xlsm ölçülərdə, səthləri ətraf sağlam dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızı rəngli sıyrıqlar vardır. Üz nahiyəsi tam əhatə olunmaqla qırmızımtıl-göy rəngli qançırlıdır. Sol budun yuxarı-orta 1/3-nin bayır səthində köndələn yerləşmiş 6,0x 1,0sm ölçüdə anoloji qançır vardır. Bədən səthində digər xəsarətlər aşkar edilməmişdir. Ekspert tərəfindən məhkəmə-tibbi diaqnoz olaraq “Sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma. Sağ ağ ciyərə və qara ciyərə qansızma. Bədənin küt travması” müəyyən edilmişdir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Məhkəmə tibbi ekspertizasının təyini haqqında” 28.04.2018-ci il tarixli qərardan və Məhkəmə-tibbi ekspertizasının 26 may 2018-ci il tarixli, 38 nömrəli ekspert rəyindən göründüyü kimi, müstəntiq tərəfindən müvafiq qərarda yol-nəqliyyat hadisəsi istintaq orqanının ilkin müəyyən etdiyi şəraitdə (Zərərçəkmiş şəxs mikroavtobusun arxasına dəyərək xəsarət alması formasında) təsvir edilmiş, məhkəmə-tibbi eksperti tərəfindən də Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin məhz müstəntiq tərəfindən təsvir edilmiş 28.04.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəkləri qeyd edilmişdir. Bu isə hadisənin ilkin istintaq zamanı müəyyən edilən şəraiti (Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi əsasında təsbit edilmiş şərait) ilə, Zərərçəkmiş şəxs aldığı xəsarətlər arasında hər hansı bir uyğunsuzluq olmamasına dəlalət edir və eyni zamanda məhkəmə kollegiyası tərəfindən yuxarıda sadalanan ziddiyyətlərlə birlikdə qiymətləndirildikdə Şahid2 hazırki apellyasiya baxışı zamanı təsvir etdiyi şəraitin digər obyektiv sübutlarla uzlaşmamasını və həqiqətə uyğun olmadığını bir daha təsdiq edir. Məhkəmə kollegiyası məhz yuxarıda qeyd edilən ziddiyyətləri nəzərə alaraq hesab edir ki, Şahid2 birinci instansiya məhkəməsində və hazırkı məhkəmə baxışında verdiyi ifadələr öz qohumlarının subyektiv təsirləri nəticəsində verilməklə, iş üzrə digər sübutların məcmusu ilə təsdiq olunmadığından sonuncun ibtidai istintaq zamanı 02.05.2018-ci il tarixdə dindirilərkən qeyd olunan ifadəsi daha mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanmış sübutları təhlil edərək, məhkəmə istintaqı ilə müəyyən edilmiş hallarla bağlı xülasə şəklində qeyd edir ki, hadisənin baş verdiyi yolun eni əvvəlcə 5,03 metr olmaqla, hadisənin baş verdiyi hissədə yolun sağ tərəfində olan tikilinin yola doğru çıxması ilə əlaqədar olaraq artıq yolun eni 3,45 metr təşkil edir. Hadisədən bilavasitə əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobus tipli nəqliyyat vasitəsi, Zərərçəkmiş şəxs və Şahid2 idarə etdiyi velosipedlərdən irəlidə olmuş, mikroavtobusun sürəti 5 km/saat təşkil etmiş və yolun qarşısında asfaltdan düzəldilmiş 10 sm hündürlüyündə tramplin olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusu əyləcə basmaqla, dayanacaq vəziyyətə qədər yavaşıtmış, mikroavtobusun yan güzgüləri olsa da, zavod konstruktiv quruluşuna görə bilavasitə avtomobilin arxa hissəsini görüntüsünü təmin edən salon güzgüsü yoxdur. Zərərçəkmiş şəxs mikroavtobusdan arxada gəlməklə mikroavtobusu ötmək üçün həmin nəqliyyat vasitəsindən daha çox sürət yığmış (yolun enişli olması və mikroavtobusun asta sürətlə hərəkət edərək, tramplinə yaxınlaşdığından sürətini daha da yavaşlatması da bunun üçün əlverişli şərait yaratmış), lakin Zərərçəkmiş şəxs Şahid2 ona bildirməsinə baxmayaraq yolun daralmasını və mikroavtobusun tramplinə görə dayanmasını nəzərə almadığından idarəetməni itirmiş, sürücünün görünüş dairəsindən kənarda başladığı manevri təhlükəsiz şəkildə başa çatdıra bilməmişdir. İş materiallarında avtomobilin zərərçəkmiş şəxsin idarə etdiyi velosipedlə kontaktda olmasına dair mötəbər sübutlar yoxdur, işin ilkin mərhələsində aparılmış istintaq hərəkətləri nəticəsində müəyyən edilmiş şəraitdə sürücü Təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirinin olmaması ekspert tərəfindən bildirilmişdir. Həmin şəraiti təkzib edən mötəbər sübutlar olmamaqla, istintaqın ittihamın əsasına qoyduğu şahid ifadələri, hadisənin baş vermə mexanizminin təsviri və həmin şəraitlə bağlı keçirilmiş ekspertiza tədqiqatının nəticəsində verilmiş rəy bir sıra sübutlarla ziddiyyət təşkil etməklə, həmin halların mötəbərliyinə əsaslı şübhələr vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarında hazırki apellyasiya baxışınadək toplanmış sübutların Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirini sübuta yetirmək üçün kifayət etmədiyi, buna dair mötəbər sübutların olmadığı qeyd edilmişdir. Həmin qərardan sonra keçirilmiş hazırki apellyasiya baxışı və məhkəmə istintaqının nəticəsində isə ümumiyyətlə istintaqın və birinci instansiya məhkəməsinin ittihamın əsasına qoyduqları sübutlar və təsvir etdikləri mexanizmin əsasında duran Şahid1 istintaq və birinci instansiya məhkəməsindəki ifadələrini təkzib etmiş, hadisə yerində dindirilməklə obyektiv ifadə vermiş, həmçinin digər Şahid2 də ifadəsi hadisə yerində yoxlanılaraq qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.04.2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Cinayət prosesində tərəflərin çəkişmə prinsipi habelə cinayət-prosessual qanunvericiliyində təsbit edilmişdir. Belə ki, CPM-in 32.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Çəkişmə prinsipi cinayət məhkəmə icraatının elə qurulmasını ehtiva edir ki, orada ədalət mühakiməsi (işin həll edilməsi) funksiyası ittiham və müdafiə funksiyalarından tamamilə ayrılmış olsun. İşin həll edilməsi funksiyası məhkəməyə aiddir. Məhkəmə işə ədalətlə və qərəzsiz baxılmasını təmin etməli, tərəflərə öz prosessual vəzifələrini həyata keçirmək və mövqelərini müdafiə etmək üçün bərabər imkanlar yaratmalıdır. Çəkişmə yalnız bitərəf məhkəmənin mövcudluğu halında mümkün olduğundan məhkəmənin tərəflərin prosessual funksiyalarını (ittiham, yaxud müdafiə) öz üzərinə götürməsi yolverilməzdir. Məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərindən, Konstitusiya Məhkəməsinin və yuxarıda sadalan beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından göründüyü kimi məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bildiyi ittihamdan görünür ki, ittihamın hədləri aşağıdakı xüsusatlarla məhdudlaşdırılmışdır:

1. Təqsirləndirilən şəxs özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobili 28 aprel 2018-ci ildə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində 05 km/saat sürətlə idarə etmişdir;

2. Bu zaman Təqsirləndirilən şəxs qarşısında xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs «16BMX Braver» markalı ikitəkərli velosipedlə yolun sağ kənarındakı divarın yanında olan boruya sıxılıb dayanmışdır;

3. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yanından keçərkən onunla təhlükəsiz yan məsafəsi seçməyib hərəkətini davam etdirmişdir.

4. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ tərəfi ilə zərərçəkmiş şəxsi vurub yerlə sürümüşdür.

5. Təqsirləndirilən şəxs 34 nömrəli evin qarşısında «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmaqda ittiham edilir (həmin normanın tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar);

6. Təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs dərəcələrinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq ölmüşdür. Göstərilən xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Mercedes Benz- 215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobilim məhəllə istiqamətində 05 km/saat sürətlə idarə edilməsi iş üzrə sübutlarla təsdiq olunmaqla, Təqsirləndirilən şəxs avtomobili hansı sürətlə idarə etməsi ilə bağlı hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun hər hansı tələbinin pozulması hallarının olmadığına dəlalət edir. Verilmiş ittiham cərcivəsində göstərilmiş digər xususatlara münasibətdə hazırkı məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, hadisə baş verən anda Zərərçəkmiş şəxs «16BMX Braver» markalı ikitəkərli velosipedlə yolun sağ kənarındakı divarın yanında olan boruya sıxılıb dayanmış olması sübuta yetirilməmiş, əksinə Zərərçəkmiş şəxs avtomobildən arxada hərəkət etməklə onu ötüb keçməyə cəhd etməsi, eyni zamanda Təqsirləndirilən şəxs avtomobili düz istiqamətdə asta sürətlə hərəkət etdirərək, sağa və ya sola doğru heç bir manevr etmədiyi, tramplinə yaxınlaşaraq sürətini daha da yavaşlaması müəyyən edilmişdir. Bu göstərilən hal da Təqsirləndirilən şəxs görüş dairəsində yolun sağ kənarında divarın yanında olan boruya sıxılıb dayanmış hər hansı şəxsin, o cümlədən hərəkət iştirakçısının olmadığına dəlalət edir ki, belə olan halda Təqsirləndirilən şəxs «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, digər hərəkət iştirakçısına münasibətdə təhlükəsiz yan məsafəsi seçilməli olmasına dair sürücünün riayət etməli olduğu şəraiti, bununla da baş verə biləcək hər hansı hadisə zamanı hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinin pozulması halını təkzib edir. Yəni başqa sözlə desək Təqsirləndirilən şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinin pozulması sübuta yetmədiyi şəraitdə yalnız baş vermiş ölüm nəticəsindən çıxış edilməklə Təqsirləndirilən şəxs hərəkətlərinin həmin hadisənin törədilməsinə səbəb olması kimi qiymətləndirilərək, bu mexanizm üzərində qurulmuş ittihamda təqsirli bilinməsi hüquqa və qanunaziddir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15.11.2013-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X20» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərin məcmusu isə onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs ölməsi ilə nəticələnən hadisənin baş vermə şəraitinin ittihamda qeyd edildiyi kimi baş verməsi, verilmiş ittiham çərçivəsində Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi mötəbər sübutlarla təsdiq olunmur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edən sübutların və ittihamı şübhə altına alan ziddiyyətlərin olduğu şəraitdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən CPM-nin 125, 143-146-cı maddələrinə, nə də ki (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinin tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən barəsində təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından dərhal azad olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 236 (iki yüz otuz altı) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir (CPM-198.2.). Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, eyni əsaslarla Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın dairəsinin müəyyən olunmasına da zərurət qalmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X17 iddia ərizəsi ilə müraciət edərək cinayət nəticəsində ona 25.000 manat miqdarında maddi və 75.000 manat miqdarında mənəvi zərər vurulduğunu iddia etmişdir. O, vurulmuş maddi ziyanla bağlı həmçinin qeyd edir ki, oğlunun məzar daşına 4.000 manat, xəstəxanaya 1.000 manat və yas mərasiminə 20.000 manat məbləğində pul xərcləyib. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı tərəfindən verilmiş mülki iddia tələbi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər. 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərər çəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Göründüyü kimi cinayət-prosessual qanunvericliyin tələbləri baxımından mülki iddia tələbinin həll olunması zamanı mütləq şəkildə nəzərə alınmalı olan hal, ziyanın bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulması və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulması ilə bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilə bilər ki, yuxarıda göstərildiyi kimi, məhkəmə kollegiyası irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayətin törədilməsində təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlinmişdir ki, bu halda zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçının Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddiası baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarıldığına görə onun sərəncamına verilmiş hesab olunmalı, həmin avtomobilin üzərinə Suraxanı Rayon Polis İdarəsinin rəis müavininin 12 fevral 2019-cu il tarixli ***-*******92 nömrəli məktubuna əsasən qoyulmuş qadağa ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Habelə həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.2, 42.1.4, 347, 349- 353, 356, 397.1, 397.2, 398.1.2, 399.1.2, 399.1.3, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair 26 avqust 2019-cu-ci il tarixli hökmü ləğv edilsin və yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad olunsun. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz-215CDİ» mikroavtobus markalı 90VA522 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığına görə onun sərəncamına verilmiş hesab olunsun, həmin avtomobilin üzərinə Suraxanı Rayon Polis İdarəsinin rəis müavininin 12 fevral 2019-cu il tarixli ***-*******92 nömrəli məktubuna əsasən qoyulmuş qadağanın ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 236 (iki yüz otuz altı) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X17 tərəfindən verilmiş mülki iddiası baxılmamış saxlanmalıdır. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Rəşad Abdulov

Hakimlər: Qədim Babayev

Əli Seyfəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar