Məhkəmə qərarları › İş №1(103)-42/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-42/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-42/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası X22 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi6, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi5 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxış iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmü ilə (sədrlik edən Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər X20 və X3 ibarət tərkibdə) xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 dekabr 2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 7, ev 23 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 10 (on) il 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququnun izah edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, Təqsirləndirilən şəxs oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən lügənrəD“ dəmir bazarı”nda tanışı Səfərov Əbdülhəsən Mahmud oğlunun etibarından sui-istifadə edib sonuncuya məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğluna xüsusilə külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilməsi hissəssində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmlə qətiyyən razı deyillər, bu barədə məhkəmə çıxışında da bildirmişlər, bu hissədə Təqsirləndirilən şəxs əməli işin digər halları ilə sübuta yetmir, ümumiyyətlə bununla bağlı iş materiallarında hər hansı sübut yoxdur. Belə ki, iş materialları ilə, eyni zamanda məhkəmə hökmü ilə tanış olduqda aydın görünür ki, müdafiə tərəfinin gətirdiyi dəlillər tədqiq edilməmiş, şahid ifadələri və digər sübutlar, eyni zamanda zərərçəkmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmamışdır. Bütün sübutlar məhz ittiham mövqeyindən araşdırılmış, bunların nəticəsində yekun nəticəyə gəlinmişdir. Həqiqətənmi maddi sübut iş materialında qeyd olunmuş həcmdə olmuşdur, ya yox, həmçinin təqsirləndirilən şəxsin digər xidmətlər göstərməsi və bunun əvəzləşdirilməsi məsələsi də şübhəli olaraq qalmışdır. Azərbaycan Respublikası CPM-nin mövqeyi bu hissədə ondan ibarətdir ki, bütün şübhəli hallar məhz təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda onu da qeyd etmək istəyirlər ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan münasibətlər sırf mülki hüquq münasibətləridir. Hətta nəzərə alınsa ki, Təqsirləndirilən şəxs əmlakı əldə etmiş və satmışdır, burada hər hansı cinayətdən söhbət gedə bilməz. O sadəcə öz öhdəliklərini tərəf qarşısında yerinə yetirə bilməmişdir. Lakin, bir daha qeyd edirlər ki, istintaq orqanının bu halları araşdırmaq niyyəti olmamış, ümumiyyətlə bu malın olub-olmamasını, kimlərə satılmasını araşdırmamışdır. Sadəcə zərərçəkmiş şəxsin tərtib etdiyi qaimələri və Təqsirləndirilən şəxs əsəbiləşərək telefonda işlətdiyi bir cümləni əsas götürərək məhkəmə hüquqlarını müdafiə etdiyim şəxsə kifayət qədər ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxs hazırki maddi vəziyyəti və onun şəxsiyyəti bu cür cinayət əməlini törətməsinə imkan vermir. İş materillarından da görünür ki, onlar uzun illər dostluq etmiş və birlikdə ticarət əlaqələri olmuşdur. Bu da onu göstərir ki, Zərərçəkmiş şəxs qərəzli şəkildə Təqsirləndirilən şəxs şikayət etmişdir. Əslində onun niyyəti borcu tələb etmək deyil, özünün Təqsirləndirilən şəxs olan borcunu ört-basdır etmək olmuşdur. Bu hallar istintaq orqanı tərəfindən araşdırılmamışdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tam sübuta yetirilmişdir. İstintaq gedişində onun törətdiyi ağır cinayəti o özü qismən etiraf etmişdir. Çünki onun şahidlərə birbaşa təsir etməyi, bir daha onu sübut edir ki, o törətdiyi ağır cinayəti ört-basdır etmək üçün hətta şahidləri pulla alınmadıqda hədə-qorxu ilə təhdid etmişdir. Bunu məhkəmədə şahid Azəf Rzayev onun üzünə qarşı söylədi. Başqa şahidlər də bunu təsdiq etdi. Təqsirləndirilən şəxs ona xüsusilə külli miqdarda zərər vurmuşdur, ziyanı ödəməmişdir, əməlindən peşman deyildir, əvvəllər eyni əməllə məhkum olunmuşdur, cinayəti onun və ailə üzvlərinin ağır xəstə olduğu vaxt törətmişdir. Vəkilin yazdığı səbələr tam əsassızdır. Təqsirləndirilən şəxs bu maddə və cinayət ilə bəraət alması qanuna ziddir. Hər kəs törətdiyi ağır cinayətin cəzasını almalıdır. O buna qarşı tam etirazını bildirir ki, Təqsirləndirilən şəxs ona xüsusilə külli miqdarda zərər vurduğu üçün ona verilən cəzadan şikayətçidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi və Təqsirləndirilən şəxs həmi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən həmçinin, Zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmü qanunsuz və əsassızdır, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə və törətdiyi əməlin ictiami təhlükəliliyinə uyğun deyildir. Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül bazarında ona məxsus olan ******* manat dəyərində 11600 metr uzunluğunda müxtəlif diametrli boruları sataraq mənimsəmişdir. Həmin dövrdə o və həyat yoldaşı ağır vəziyyətdə COVİD-19 xəstəliyindən xəstəxanada müalicə olunurdular. Həyat yoldaşı vəfat etmiş, onun vəziyyətinin ümidsiz olduğu yaxınlarına bildirilmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs həmin boruları bazarda satmış və əldə etdiyi pulları mənimsəmişdir. Təqsirləndirilən şəxs bugünədək ona vurduğu ziyanı ödəməmiş, ödəməkdən də imtina edir. Təqsirləndirilən şəxs hələ də özünü ona verilmiş ittihamla təqsirsiz bilir. Təqsirləndirilən şəxs ona xüsusilə külli miqdarda ziyan vurmuş, ziyanı ödəməmiş, milyonlarla ölçülən əmlakına həbs qoyulmuşdur, əməlindən peşman deyildir və əvvəllər məhkum olunmuş, cinayəti zərərçəkmiş şəxsin və ailə üzvlərinin ağır xəstə olduğu pandemiya dövründə törətmişdir, əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin hallar nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş digər apelyasiya şikayəti məzmun baxımından əvvəlki ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif adamlarla ona xəbər göndərir ki, zərərçəkmiş şəxs barışıq ərizəsi yazsın o həbsdən çıxdıqdan sonra zərərçəkmiş şəxsin pulunu qaytaracaqdır. Təqsirləndirilən şəxs yenə də dələduzluğundan əl çəkmir, onu və hüquq mühafizə orqanlarını aldatmak istəyir. Binədəqi rayon polis idarəsində istintaq gedən vaxt şahidlərə birbaşa təsir etmiş, hədə-qorxu gəlmişdir. İki dəfə Binəqədi Rayon Məhkəməsi onu həbs etmək istəmiş, lakin hər ikisində Bakı Apellyasiya Məhkəməsi onu azad etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5 apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətinə əlavədə göstərilənləri nəzərə alaraq, hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir: məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini düzgün qiymətləndirməmiş, digər sübutlarla müqayisəli şəkildə yoxlamamış və qanunsuz hökm çıxartmışdır. Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o şəxsən ən azı həftədə bir dəfə "xxxx" ASC-yə getmiş, hər dəfə mütləq əraziyə daxil olaraq bütün işlərə yerində baxıb nəzarət etmiş, işlərin qaydasında olduğunu gördükdən sonra qayıdıb Bakıya gəlmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2003cü ildən tanıdığını və onların arasında birgə kommersiya fəaliyyəti olduğunu dəfələrlə vurğulamışdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı ifadə vermiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru işləmiş Şahid5 oğlu ifadəsində Əbdülhəsən Səfərov 2018-ci ilin iyun ayından 2019-cu ilin yay aylarına qədər olan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətində yaşıllaşdırma, damların dəyişdirilməsi, istixanaların tikilməsi, kommunikasiya xətlərinin dəyişdirilməsi, sexlərin tikilməsi, yığılması, anbarların tikilişi, suvaqlanması, damların qoyulması, ağaclara su çəkilişi və topoqrafıya kimi işlər görmüşdür. O da bu işlərin müqabilində dəyişdirilən dəmir boru və digər metal məmulatları Əbdülhəsənə təhvil vermişdir. Orucəlini də bir, ya da iki dəfə ilk vaxtlarda Əbdülhəsənin yanında gördüyünü qeyd etmişdir. ( cild-3, hökmün 8-ci səhifəsi) Bundan başqa cinayət işi üzrə ibtidai istintaq zamanı dindirilmiş şahid X21 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona məxsus Kamaz markalı maşınla onun sürücüsü Musa adlı şəxs Siyəzəndən dəmir boruları Orucəlinin dəmir bazarındakı satış nöqtəsinə gətirdiyini, həmin dəmir boruların Orucəli Abbasova məxsus olmasını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən aldadılmasının və ona 1.044.000 manat maddi ziyan dəyməsinin yalan olduğunu qeyd etmiş, bundan başqa Təqsirləndirilən şəxs adına yazılmış yol vərəqələrinin olduğunu gördüyünü bildirmişdir. ( Cild-2, səh 126-128) Bundan başqa cinayət işi üzrə ibtidai istintaq zamanı dindirilmiş şahid X16 öz ifadəsində 2018-ci ilin ortalarından 2019-cu ilin yay aylarına qədər Tufan adlı şəxsin xahişi ilə 6-7 dəfə Siyəzən Broyler ASC-dən Tufana məxsus Kamaz markalı maşınla dəmir borular götürüb Orucəlinin dəmir bazarındakı satış nöqtəsinə gətirməsini göstərmişdir. Bundan başqa ifadəsində 7 dəfə daşımaya hər dəfə 330 metr olmaqla ümumilikdə 2300 metr boru daşıdığını bildirmişdir. ( Cild-2, səh 144-146) İş materiallarında olan Siyəzən-Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmrdən görünür ki, 1984-cü ildən Siyəzən-Broyler ASC balansından istifadəyə yarasız olan, köhnələn və xarab olan uzunluğu 6289,46 metr olan 377 millimetrlik dəmir turba boru, 2104, 41 metr olan 273 millimetrlik dəmir turba boru və 2020,6 metr olan 426 millimetrlik dəmir turba boruların balansdan çıxarılması və tullantıların əvəzi kimi Təqsirləndirilən şəxs verilməsi qeyd edilmişdir. (cild-2, səhifə 60) Bundan başqa iş materiallarında olan Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktında (FORMA 3Q) göstərilmişdir ki, Karroziyaya (çürümə) məruz qalmış uzunluğu 6289,46 metr olan 377 millimetrlik dəmir turba boru, 2104, 41 metr olan 273 millimetrlik dəmir turba boru və 2020,6 metr olan 426 millimetrlik dəmir turba borular, ümumilikdə 10413,93 metr borular istifadəsi mümkün olmadığı üçün ləğv edilsin, bu əmlaklar (qiymətlilər) köhnəlmiş, istismar müddətini itirmiş, tamamilə yararsız hala düşmüş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilmiş və ASC-nin balansından silinmiş və əvəzsiz olaraq Təqsirləndirilən şəxs verilmişdir. Həmin aktı direktor Asəf İsmayılov və maddi-məsul şəxs X8 imzalamışlar. (Cild-2, səhifə 61) Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla cinayət işinə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1455 №-li əmri əlavə edilmişdir. (cild-2, səhifə 84-85). Həmin əmrdə göstərilmişdir ki, Siyəzən-Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmr (cild-2, səhifə 60) və Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktı (FORMA 3Q) tamamilə ləğv edilmişdir. Həmin 1455 saylı əmrdə göstərilmişdir ki, “ xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Binəqədi RPİ-nin İŞ-nə təqdim edilmiş üzərində 904 nömrəsi olan xx.xx.2018-ci il tarixli əmrlə və xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktı ilə tanış oldum, Təqsirləndirilən şəxs əvəzsiz verilməsi nəzərdə tutulan metal borulara aid sənədlər tərəfimizdən araşdırıldıqdan sonra məlum oldu ki, həmin metal borular 1984-cü ildən Siyəzən Broyler ASC-nin istifadəsində olan, çürüməsinə və korroziyaya uğramasına baxmayaraq qismən yararlı olmuşdu, qismən yararlı olan metal borular Təqsirləndirilən şəxs bizə verdiyi məlumata görə onun şəriki Zərərçəkmiş şəxs Siyəzən Broyler ASC-də götürdüyü işlərin qarşılığında verilmişdir.” Göründüyü kimi, ibtidai istintaq və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş bu 1455 saylı əmrdə həmin metal borular 1984-cü ildən Siyəzən Broyler ASC-nin istifadəsində olan, çürüməsinə və korroziyaya uğramasına baxmayaraq qismən yararlı olmuşdu, qismən yararlı olan metal borular Təqsirləndirilən şəxs bizə verdiyi məlumata görə onun şəriki Zərərçəkmiş şəxs Siyəzən Broyler ASC-də götürdüyü işlərin qarşılığında verilmişdir. Siyəzən Broyler ASC Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəriki kimi qəbul etmişdir. Bu da onlar arasında olan münasibətlərin kommersiya münasibətləri olmasını təsdiq edən sübutlardan biridir. Bundan başqa Təqsirləndirilən şəxs ilə konfendensial ünsiyyət zamanı müdafiəçilərinə şifahi olaraq bildirmişdir ki, onun özünə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iş təklifi gəlmiş, kifayət qədər böyük həcmli olan həmin işi Əbdülhəsənlə birlikdə şərikli görmək qərarına gəlmişdir. Bu işə başlayandan etibarən onun üzərinə düşən vəzifələr kimi təczihatla məşğul olmuş, lazımi avadanlıqları yığmış, işçilər yığıb briqada kimi formalaşdırıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərmişdir. Zərərçəkmiş şəxs onun şəriki qismində Siyəzən Broyler ASC-də gedən tikinti və təmir işlərinə rəhbərlik etmiş, Orucəli Abbasov isə ümumilikdə 903.680 (doqquz yüz üç min altı yüz səksən) manat dəyərində dəmir künclük (uqolnik) və digər materialları "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərmişdir. Bunun müqabilində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona həmin məhsulun qiymətinin bir qismi pul formasında ödənilmiş, yerdə qalan məbləğ isə ona "xxxx" Açıq Səhmdar Cəmiyyətindən çıxarılmış dəmir borularla barter edilmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona aşığdakı cədvəldə göstərilmiş ölçüdə, qalınlıqda və diametrdə dəmir borular verilmişdir. Bunların hamısı Təqsirləndirilən şəxs məxsus qeydiyyat kitabında əks edilmişdir. Lakin ibtidai istintaq və məhkəmə istintaqı zamanı həmin kitabları təqdim etsə də ibtidai araşdırmanı aparmış müstəntiq və məhkəmə iclasına sədrlik etmiş hakim həmin kitabı cinayət işinin materiallarına əlavə edib araşdırmaqdan boyun qaçırmışlar. Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərdiyi dəmir küncülkərin müqabilində ona cəmi 8.539,88 metr dəmir boru göndərilmiş, həmin boruların hər metrəsi ona 25 AZN dən verilməklə ümumilikdə ona 213.497 (iki yüz on üç min dörd yüz doxsan yeddi ) manat təşkil etmişdir. Həmin borular Zərərçəkmiş şəxs məxsus olmamış və Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərdiyi dəmir küncülkərin müqabilində barter olaraq verilmişdir. Bundan başqa həmin dəmir boruların bir qismi su, bir qismi isə qaz borusu olmuşdur. Bütün bu göstərilənlərdən məlum olur ki, Təqsirləndirilən şəxs və dırnaqarası zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğlu arasında olan münasibətlər ticarət münasibətləri yəni işgüzar münasibətlər olmuş və bu münasibətlərin mülki xarakterli olduğu üçün ancaq mülki mühakimə icraatında araşdırma predmeti ola bilərdi. Lakin Səfərov Əbdülhəsən Mahmud oğlu Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Kamran Əliyevlə əlaqəyə girərək qanunsuz yollarla cinayət işinin başlanmasına nail olmuş, iki dəfə Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə hökmündən görünür ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, 07 saylı qərarının 40-cı maddəsi hal-hazırda mübahisələndirlən məhkəmə hökmündə kobud surətdə pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ilə zərər çəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olsa da, Təqsirləndirilən şəxs əsassız olaraq Binəqədi RPİ-nin İŞ tərəfindən cinayət məsliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən qanunsuz olaraq barəsində ittihamedici hökm çıxarılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində Əbdülhəsənin hazırda ona təxminən 155000 manat borcu olduğunu, əvvəllər isə Əbdülhəsən ondan boruları alıb müxtəlif yerlərə verdiyinə görə ona 40000 manata qədər borcu yarandığını bildirmişdir. Bakı şəhər 27 saylı Notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 7E-5399 reyester nömrəli, xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, X12 və Səfərov X4 rayonu donuz kökəltmə sovxozu ərazisində yerləşən 800 kv.m torpaq sahəsində dair Təqsirləndirilən şəxs adına etibarnamə vermişlər. Təqsirləndirilən şəxs deməsinə görə həmin etibarnamə Zərərçəkmiş şəxs ona olan 40.000 manat borcuna görə verilmişdir. Yuxarıda sadalanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə onun barəsində cinayət hadisəsi olmadığı üçün AR CM-nin 39.1.1 və 42.1.1-ci maddəsi ilə bəraətverici əsaslarla yeni hökm çıxarılmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi , ümumi dəyəri 1.044.000 manat təşkil edən 11600 m uzunluğunda müxtəlif diametrli həmin boruları ona "xxxx" ASC- də onun briqadasının yerinə yetirdiyi işlərin - 250.000 ədəd ağacların əkilməsi, cəmi bir ay ərzində demək olar ki, 12 ha sahədə olan üç istixananın və əvvəlki yarımçıq qalmış bir istixananın tikintisi, təxminən 30-40 min kv/m dam örtüyünü dəyişilməsinin müqabilində 1 milyon 44 min manatlıq dəyərində, 11600 metr uzunluqda, 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm diametrliyində olan, 7-8 mm qalınlıqda olan su borularını və digər lom şəkildə olan dəmir məmulatlarını qarşılığında ona verildiyini göstərmişdir. Zərərçəkmiş şəxs "xxxx" ASC ilə aralarında hər hansı podratçı və ya subpodratçı kimi fəaliyyət göstərməsi barədə müqavilə, "xxxx" ASC-də işlərin görülməsi ilə bağlı tenderin qalibi olması ilə bağlı sənədlər, o cümlədən "xxxx" ASC-də təmir-tikinti aparmasını, ağaclar əkməsini təsdiq edən hər hansı bir sənədləri ibtidai istintaqa və məhkəməyə təqdim etməmişdir. Bundan başqa "xxxx" ASC-də görülmüş işlər zamanı işlətdiyi fəhlələr və onlarla bağlanmış müqavilələri və onlara əmək haqqı ödənilməsini təsdiq edən sənədləri ibtidai istintaq orqanına təqdim etməmişdir. Bundan başqa "xxxx" ASC-də görülmüş işlərin smetası, layihəsi, həmin işlərə xərclənmiş vəsaitlərlə bağlı sənədələr cinayət işinin materiallarında mövcud deyildir. Bundan başqa Zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən ona təqdim edilmiş borularla bağlı hər hansı sənədləri ibtidai istintaq və məhkəməyə təqdim etməmşdir. Bundan başqa Zərərçəkmiş şəxs "xxxx" ASC-də götürdüyü metal məmulatları ilə bağlı istintaq orqanına təqdim etdiyi qaimələrdə dəmir borular barədə heç bir məlumat qeyd edilməmiş, həmin qaimələrdə Təqsirləndirilən şəxs mal göndərilməsi barədə məlumatlar əks etdirilməmiş və onun imzası olmamışdır. Həmin qaimələrin cinayət işinə hansı adiyyətənin olması ibtidai istintaqı aparmış müstəntiq tərəfindən qeyd edilməmişdir. Belə ki, həmin qaimələri müstəntiq cinayət işinin materiallarına əlavə etməklə süni formada ittihamedici sübutların artırılmasına cəhd göstərmişdir. Göründüyü kimi, ibtidai araşdırmanı aparmış müstəntiq və birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlamamış, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutları təhlil etməmiş və bir-biri ilə müqayisə etməmiş, yeni sübutlar toplamamış və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qaimələrin, foto şəkillərin və Zərərçəkmiş şəxs adına verilmiş “X23” verilmiş ittihamı hansı formada təsdiq etməsi müəyyən edilməmiş, həmin qaimələrdə ümumiyyıtlə hər hansı ölçülü metal borunun yox metal və alminum qırıntısının daşınması qeyd edilmiş, həmin qaimələrdə adı göstərilmiş sürücülərin ifadəsi alınaraq cinayət işinin materillarına əlavə edilməmişdir. Qaimə fakturalarda heç birində Təqsirləndirilən şəxs adına qaimə yazılmamış və onun heç bir qaimədə adı və imzası olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş foto şəkillərin isə X2 nöqtəsində olan borulara aidiyyəti olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs qonşuluqdakı obyektdə olan boruların şəkillərini çəkərək cinayət işinin ibtidai istintaqı zamanı müstəntiqə təqdim etmişdir. Bundan yuxarıdakı cədvəldən göründüyü kimi, Zərərçəkmiş şəxs təqdim etdiyi 24 qaimədən 9–u ümumiyyətlə alminum daşınması ilə bağlı olmuş və borulara aidiyyəti olmamış, bundan başqa digər 15 daşınma isə metal qırıntılarının daşınması ilə bağı olmuş, heç bir qaimədə borununun diametri, uzunluğu göstərilməmiş, ancaq qara metalın və ya alminumun çəkisi göstərilmişdir. Bundan başqa həmin daşınmaların 5–i X34 şirkətinə, digərləri isə Əbdülhəsən şəxsi qeydi ilə daşınmış, heç birində Təqsirləndirilən şəxs adı göstərilməmişdir. Bu xüsusat bir daha sübut edir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs heç bir məbləğdə boru göndərilməmişdir. Zərərçəkmiş şəxs həçminin ifadəsində göstərmişdir ki, o, lügənrəD“ dəmir bazarı”nda alverini genişləndirmiş, demək olar ki, bazarda əksər müştərilər və hətta alverçilər dəmir məmulatlarını pərakəndə ondan almışlar. Bu da Ə.Səfətrovun çıxardığı boruların bir hissəsini özünün tapdığı müştərilərə satmasını istinsa etmir və belə olan halda Siyəzən Broylerdə gördüyü işin müqabilində Zərərçəkmiş şəxs müxtəlif diametrli 11600 m uzunluğunda boruların verilməsini təqdiq edən mötəbər sənədlər də cinayət işinin materiallarına əlavə edilməlidir. Hansı ki, zərərçəkmiş şəxs O.Səfərovun təqdim etdiyi xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019xx.xx.2019 tarixli qaimə fakturalarda Siyəzən–Broylerdən Zərərçəkmiş şəxs adı ilə göndərilən metalların “X35” göndərilməsi qeyd olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs adına Siyəzən Broyler ASC tərəfindən verilmiş “X23”dən (Cinayət işi Cild-1 səhifə 36, səhifə 72, 218-219) görünür ki, dəmir boruların metrəsi Zərərçəkmiş şəxs 25 manatdan, metal qırıntıları isə kilosu 0,14 manatdan, alminumu isə kiloqramı 0,17 manatdan verilmişdir. Belə ki, 377 millimetrlik boru 3479,04 metr*25 manat=86976,00 manat təşkil edir. Bundan başqa 6860 kq qara metal *0.14 manata=960,40 manat təşkil edir. 1860 kq alminum * 0,17 manat =316,2 manat təşkil etmişdir. Bu xüsusat bir daha təsdiq edir ki, Orucəli Abbasovun ifadəsində qeyd etdiyi ki, bütün borular ümümilikdə metrəsi 25 manatdan Siyəzən Broyler ASC tərəfindən ona göndərilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş xx.xx.2018-ci il tarixli Siyəzən Broyler ASC tərəfindən ona təqdim edilmiş qaimədən görünür ki, işlənmiş müxtəlif ölçülü metal borular- F 426, F 377, F 273 diamterli borular cəmi 10.358 metr olmuşdur. Bundan başqa xx.xx.2018-ci il tarixli qaimədə isə metal qırıntıları 41388 ton, alminum örtüklər isə 5000 ton olmuşdur. İttihamın məbləği zərərçəkmiş şəxsin ifadəsinə əsaslanmış, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində 11.600 m uzunluğunda boruların ümumi dəyərinin 852.348,00 manat olması göstərilmişdir. Halbuki, CPM-nin 144-146–cı maddəsinə əsasən bütün şübhələr şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təsfir edilir. Belə ki, məhkəməəmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və nümunələri təqdim edilmiş dəmir boruların orta istismar parametrlərinə uyğun olaraq 2019-cu ilin yanvar-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 852.348,00 manat müəyyən edilir (cild 2, iş vərəqə 65-68). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyi mötəbər olmadığı, ekspertin əsaslandığı boru nümunələrinin hardan götürülməsi şübhəli olduğu və ekspertin rəyində qeyd etdiyi boruların əksəriyyəti cinayət işinin materiallarında qeyd edilmədiyi,mekspert borulara qiymət verərkən yalnız təzə boruların qiymətinə əsaslandığı, Zərərçəkmiş şəxs ifadəsində həmin parametrli boruların adını çəkmədiyi üçün sübut hesab edilə bilməz və sübutların siyahısından çıxarılmalıdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertizaya göndərilən nümunələrin haradan əldə edilməsinə, o cümlədən həmin nümunələrin "xxxx" ASC-yə aid olan borulardan kəsilib-kəsilmədiyini təsdiq edə biləcək hər hası məlumat cinayət işinin materlallarlnda yoxdur. Hansı ki, həmin nümunələrin ekspertiza tədqiqatı üçün götürülməsi barədə təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə protokol tərtib olunmalı idi. Lakin belə bir protokol cinayət işinin materiallarında yoxdur. Belə ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs qismində tanınmış şəxs Zərərçəkmiş şəxs ifadələrində gördüyü işlərin müqabilində 1 milyon 44 min manatlıq dəyərində, 11600 metr uzunluqda, 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm diametrliyində olan, 7-8 mm qalınlıqda olan su borularını və digər lom şəkildə olan dəmir məmulatlarını götürdüyünü bildirmişdir. Lakin həmin boruların ölçülərini və metrəsini hansı məbləğə verilməsini göstərməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardan görnür ki, müstəntiq Kamran Əliyev qalınlığı 8 mm olan diametri 426 mm-lik 5628 metr su borusunun, qalınlığı 13 mm olan diametri 377 mm-lik 3450 metr su borusunun, qalınlığı 10 mm olan, diametri 325 mm-lik uzunluğu 60 metr olan su borusunun, qalınlığı 9 mm olan diametri 530 mm olan uzunluğu 130 metr olan su borusunun, qalınlığı 8 mm, diametri 73 mm olan, uzunluğu 2331 metr olan su borusunun qiymətlərinin müəyyən edilməsini AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir. Lakin həmin qərarda qiymətin hansı dövrə uyğun müəyyən edilməsi, nümunə üçün götürülmüş dəmir boruların hardan götürülməsi və boruların köhnə, yaxud təzə olub-olmamasl, istifadəyə yararlı və ya qismən yararsız olması qeyd edilməmişdir. Göründüyü kimi, ekspertizaya təqdim edilmiş boru nümunələri cinayət işi üzrə hardan götürülməsi barədə qərar olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs ifadələrində, gördüyü işlərin müqabilində 1 milyon 44 min manatlıq dəyərində, 11600 metr uzunluqda, 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm diametrliyində olan, 7-8 mm qalınlıqda olan boruların ona verildiyini qeyd etsədə ekspertizaya ifadələrdə və cinayət işinin materiallarında olmayan 530 mm diametri, 73 mm diametri, qalınlığı 7-88 millimetrə uyğun olmayan boruların qiymətinin müəyyən edilməsi tələb edilmişdir. Həmin diametrli, qalınlıqlı və qərarda göstərilmiş ölçülü boruların müstəntiq Kamran Əliyev tərəfindən müəyyən edilməsi hələ də müəmma olaraq qalmışdır. Məhkəmə öz hökmündə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyində sübut kimi qəbul etsədə onu tamamilə hökmünə yerləşdirməmiş, işdə olan zidiyyətləri görsə də hər-hansı səbəbdən susmuşdur. Yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyi mötəbər sübut hesab edilmədiyi üçün sübutların siyahısından çıxarılmalıdır. Hökmdə qeyd olunanlara əsasən Zərərçəkmiş şəxs boruların yer səthindən qazılaraq çıxarılması, kəsilməsi, maşınlara yüklənməsi və müxtəlif ünvanlara çatdırılması haqları onun vəsaiti hesabına başa gəlmişdir. Belə olduğu halda, Zərərçəkmiş şəxs həmin boruları yerin səthindən qazıb çıxaran, onların yüklənməsində və daşınmasında iştirak edən, eləcə də həmin şəxslərə ödənilmiş əmək haqqının məbləğini təsdiq edən məlumatları cinayət işinin materiallarına əlavə etməli idi. Həmçinin Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, gördüyü tikinti işləri və etdiyi həmin işləri öz vəsaiti hesabına həyata keçirib təxminən 1 000.000 manat məbləğində pul xərcləmişdir. Belə olan halda onun geniş maddi imkanlara malik olan iş adamı olması fikri yaranır. Lakin Zərərçəkmiş şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, o, 2017-ci ili mart–aprel aylarında qeyriləri ilə birlikdə törətmiş olduğu cinayət əməlinə görə iş № 1(101)-369/2021 xx.xx.2021-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 7000 (yeddi min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 193-1.3.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7500 (yeddi min beş yüz) manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs təyin edilmiş cəzalar qismən toplanılmış, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və Zərərçəkmiş şəxs qəti olaraq 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Zərərçəkmiş şəxs barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə tapşırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin İş № 1(101)-369/2021 xx.xx.2021-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin İş № 1(101)-369/2021 xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Zərərçəkmiş şəxs 7 il 3 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilmişdir. Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxsin öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakın vahid niyyətlə ələ keçirilib külli miqdarda ziyan vurulmaqla dələduzluq edilməsində və qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət yolu ilə əldə etdiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyinin gizlədilməsi məqsədilə həmin pul vəsaitlərindən istifadə edilməklə maliyyə əməliyyatlarının həyata keçirilməsi və əqdlər bağlanılması yolu ilə külli miqdarda pul vəsaitinin vahid niyyətlə leqallaşdırılması cinayətinin törədilməsində məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd verib köməkçi qismində iştirak etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosessində yerləşən dəmir borular satılan bazardan əldə edilmiş satış qəbzlərindən görünür ki, bazarda hal-hazırkı cinayət işinin predmeti olmuş boruların təzəsinin və köhnəsinin arasında kəskin fərq mövcuddur. Belə ki, Azərbaycan Respublikasında və dünya bazarında son illərdə baş vermiş infilyasiya nəticəsində kəskin bahalaşma getmiş 2018-2019-cu illərə nisbətən hər bir tikinti materialı hal-hazırda 35 % bahalaşmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi barədə olan protokol sübutların siyahısından çıxarılmalıdır. ( Cild-2, səhifə 10-11) Belə ki, həmin ifadəsi alınarkən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 dindirmədə iştirak etməmiş və protokolda imzası olmamışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs əlavə dindirilməsi zamanı onun müdafiəçisinin iştirakı təmin olunmamışdır. Həmin ifadəsində Abasov X11 Əbdülhəsənin ibtidai istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş kağız parçaları ilə bağlı, bundan başqa Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazısı ilə bağlı ifadə vermişdir. Həm səs yazısında, həm də kağız parçalarında işi üzrə ittihamı təsdiq edəcək sübutlar mövcud olmamışdır. Siyəzən Broyler ASC tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 1455 №-li əmr mötəbər sübut hesab edilmədiyi üçün sübutarın siyahısından çıxarılmalıdır. (Cinayət işi cild-2, səhifə 85). Belə ki, cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən Siyəzən-Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmr (cild-2, səhifə 60) və Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktı (FORMA 3Q) (cild-2, səhifə 59) ibtidai istintaqa təqdim edilmişdir. İbtidai istintaqı aparan müstəntiq Kamran Əliyev tərəfindən xx.xx.2021-ci il tarixdə protokol tərtib edilərək həmin sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla cinayət işinə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1455 №-li əmri əlavə edilmişdir. (cild-2, səhifə 84-85). Həmin əmrdə göstərilmişdir ki, Siyəzən-Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmr (cild-2, səhifə 60) və Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktı (FORMA 3Q) tamamilə ləğv edilmişdir. Həmin 1455 saylı əmrdə göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Binəqədi RPİ-nin İŞ-nə təqdim edilmiş üzərində 904 nömrəsi olan xx.xx.2018-ci il tarixli əmrlə və xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktı ilə tanış oldum, Təqsirləndirilən şəxs əvəzsiz verilməsi nəzərdə tutulan metal borulara aid sənədlər tərəfimzidən araşdırıldıqdan sonra məlum oldu ki, həmin metal borular 1984-cü ildən Siyəzən Broyler ASC-nin istifadəsində olan, çürüməsinə və korroziyaya uğramasına baxmayaraq qismən yararlı olmuşdu, qismən yararlı olan metal borular Təqsirləndirilən şəxs bizə verdiyi məlumata görə onun şəriki Zərərçəkmiş şəxs Siyəzən Broyler ASC-də götürdüyü işlərin qarşılığında verilmişdir.” Həmin əmrdə 1455 saylı əmrin bir nüsxəsinin Binəqədi RPİ-nin İŞ-nə verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmr ele bir formada yazılmışdır ki, elə bil ibtidai istintaqı aparan müstəntiq tərəfindən diqtə edilmişdir. Bu əmrdən və cinayət işinin materiallarından görünür ki, Binəqədi RPİ-nin müstəntiqi X28 Broyler ASC-nin direktoru X10 polis idarəsində dəvət edərək ondan xx.xx.2021-ci il tarixdə ifadə almış və onun barəsində saxta sənəd tərtib etmə ilə (AR CM-nin 320-ci naddəsi) cinayət işi başlayacağını bildirmiş, onu qorxutduqdan sonta müstəntiqin diqtəsi altında Siyəzən-Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmrdən və Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktından məlumatının olmadığını bildirmişdir. Bundan sonra müstəntiqin diqtəsi altında yazılmış 1455 saylı əmr ibtidai istintaqa təqdim edilmiş və cinayət işinin sonunda onun barəsində AR CM-nin 313, 314 və 320.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. (cild-2, sübut qiymətləndirmə qərarı nəticə hissəsi 5-ci bənd) Siyəzən-Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmrdən və Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktının cinayət işinin istintaqı zamanı ləğv edilməsi onu göstərir ki, həmin əmr polisin müstəntiqinin təziqi altında yazılmışdır. Əks halda həmin əmr cinayət işinin başlanmasından əvvəl qəbul edilərdi. Bundan sonra A.İsmayılov ibtidai istintaq və məhkəmə istintaqı zamanı gün ərzində bir çox əmrlərə qol çəkdiyini, həmin əmri də ola bilsin oxumadan imzaladığını göstərmişdir. Burada diqqət çəkən məqam onda ibarətdir ki, həmin əmr rəsmi olaraq əmr kitabına işlənmiş, məhz həmin əmrdən sonra boruların kəsilib çıxarılıb daşınmasına, eləcə də "xxxx" ASC-nin ərazisində olan istixanaların tikintisinə, inzibati binaların təmiri, ağac əkmə və sair işlərə başlanılmışdır. Direktor A.İsmayılov əmri oxumadan imza edə bilər, lakin əmrin məzmunundan onun məlumatlı olmasınını boruların çıxarılıb ayrı-ayrı çeşidlərdə ASC-nin həyətinə yığıması faktı tam təsdiq edir. Eyni zamanda ASC-nin 1990-2000–ci illərdə işləməməsi, həmin boruların istər qaz, istərsə də su boru xətti olduğu halda (fərq etməz ) korruziyaya uğramaqla istifadəyə yararsız vəziyyətə gətirilməsini qaçılmaz edir. Bunu cinayət işində olan həmin boruların fotoşəkilləri, eləcə də Ə.Abbasovun həmin boruların üzərində apardığı yamaq, pasın, çürüntünün çıxarılması işləri də bunu tam təsdiq edir. Hətta, A.İsmayıov məhkəmə istintaqında ifadə verərkən göstərmişdir ki, boruların nə qədərinin işlək vəziyyətdə olmasını bilmir. Bu ifadənin özü belə, boruların yararsız, metal qırıntısı kimi qiymətləndirməyə kifayət qədər əsas verir. Bundan əlavə, nə ibtidai istintaq, nə də ki,məhkəmə baxışı zamanı araşdırılmamışdır ki, həmin borular ASC-nin balansına hansı qiymət təşkil edir, istismar müddətinin keçməsi ilə bağlı isə aparılan qiymətləndirmələrdə sonuncu dəfə balansda hansı qiymətlə saxlanmışdır. Əgər, həmin borular istismara yaralı idisə, onda həmin əmri verən şəxslər, əmlakın talanmasına şərait yaradan şəxslər ASC-nin əmlakının talanmasına görə cinayət məsuliyyətinə cəlb edilməmişlər? Əgər həmin boru xətti yararlı idisə nə üçün istifadə olunmur, dəyişdirilməsinə qərar verilirdi? Bundan başqa bir nüansı da məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, Siyəzən- Broyler ASC tərəfindən verilmiş 904 saylı, xx.xx.2018-ci tarixli Əmrdən və Siyəzən Broyler ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktında olan boruların diametri və ölçüsü ilə ( 10.413,93 metr) Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş xx.xx.2018-ci il tarixli Siyəzən Broyler ASC tərəfindən ona təqdim edilmiş qaimədən görünür ki,( işlənmiş müxtəlif ölçülü metal borular- F 426, F 377, F 273 diamterli borular cəmi 10.358 metr olmuşdur) təxmini eyni ölçülərədə olmuşdur. Siyəzən Broyler” ASC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla cinayət işinə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1455 №-li əmrində qismən yararlı olan metal borular Təqsirləndirilən şəxs bizə verdiyi məlumata görə onun şəriki Zərərçəkmiş şəxs Siyəzən Broyler ASC-də götürdüyü işlərin qarşılığında verilməsinin qeyd edilməsi şübhəli məqamlardan biridir. Lakin ibtidai istintaq və məhkəmə istintaqı zamanı bu zidiyyətlər aradan qaldırılmamışdır. Nəzərinizə çatdırmaq istərdim ki, cinayət işinin materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyi cinayət işinin predmetini təşkil edən boruların orta bazat qiymətini əks etdirmədiyi, birtərəfli keçirildiyi, ekspertizanın keçirilməsi zamanı təqsirləndirilən şəxsin hüquqlarının kobud surətdə pozulduğu, şübhə doğurduğu və natamam olduğu üçün tərəfmizdən Əmlak Ekspert Mərkəzi MMC-yə müraciət edilmiş və 2018-2019-cu illərə uyğun olaraq boruların real orta bazar qiyməti alınmış və Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş ƏEM/İ 09-473/22 nömrəli, 01 iyul 2022-ci il tarixli mütəxəsis rəyi təqdim edilmişdir. Həmin mütəxəsis rəyi boruların real bazar qiymətini əks etdirdiyi üçün mötəbər sübut qismində cinayət işinin materiallarına əlavə edilməlidir. Bundan başqa X7 qeydiyyat kitabına əsasən Siyəzən Broyler ASC tərəfindən X9 2018-2019-cu illərdə barter yolu ilə verilmiş 6 adda boruların yararlı olduğu halda metal boruların 2018-2019-cu illərə uyğun olaraq orta bazar dəyərinin 240025.5 manat təşkil etməsi, təmir-bərpa işləri aparıldıqdan sonra metal boruların 2018-2019-cu illərə uyğun olaraq orta bazar dəyərinin 204021.7 manat təşkil etməsi göstərilmişdir. X7 qeydiyyat kitabına əsasən Siyəzən Broyler ASC tərəfindən X9 2018-2019-cu illərdə barter yolu ilə verilmiş 6 adda boruların təkrar emal olunması (metallom) nəzərdə tutulan vəziyyətdə metal boruların 2018-2019-cu illərə uyğun olaraq orta bazar dəyəri 98275.9 manat təşkil etmişdir. Bütün bu gəstərilənlərdən məlum olur ki, yaranmış zidiyyətlər ancaq qismən məhkəmə istintaqı keçirilməklə aradan qaldırıla bilər. Belə ki, X1 görüş zamanı Bakı İstintaq Təcridxanasında bizə bildirmişdir ki, Siyəzən Broyler ASC tərəfindən X9 2018-2019-cu illərdə barter yolu ilə verilmiş 6 adda borular istifadəyə yarasız olmuş, onun qismən istifadəyə yararlı hala gətirilməsi üçün müvafiq təmir-bərpa işləri aparılmış, faskalanmış, çürük yerləri kəsilmiş və yamatdırılmış, hər metrəsinə 5 manat xərc çəkilərək qismən yararlı vəziyyətə gətirilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X14 müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, qeyd etdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilənməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmaqla zəruri olan istintaq hərəkətləri keçirildi və iş üzrə bütün hallar obyektiv şəkildə araşdırıldı. Hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir, belə ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri də göstərir ki, "xxxx" ASC müqaviləni sadəcə Zərərçəkmiş şəxs ilə bağlamışdır, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında boruların satışının Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilib əldə olunan gəlirin Zərərçəkmiş şəxs verilməsi barədə şifahi razılaşma əldə olunmuşdur, ifadələrdən də göründüyü kimi, borular uzun müddət satılmamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəstə olmasından istifadə edərək borular qısa zamanda satılmış və pulu mənimsənilmişdir, boruların bir qismi satılarkən aşkar olunmuş və maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi6 bildirmişdir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlinə verilmiş hüquqi qiymətlə bağlı hissəsi ilə razı olsa da, Təqsirləndirilən şəxs təyin olunan cəzanın ədalətli olması ilə razı deyil. Belə ki, cəza təyin olunarkən zərərçəkmiş şəxsin xəstə olmasından istifadə edilməsi, habelə indiyədək vurulmuş ziyandan heç bir ödəniş edilməməsi nəzərə alınmamışdır. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs təyin olunan cəzanın ağırlaşdırılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadələri tamamilə yalandır, o, ibtidai istintaqda, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində bir-birinə tamamilə zidd ifadələr vermişdir. Təqsirləndirilən şəxs qohumları ibtidai istintaq zamanı mənə 400000 manat təklif etmişdirlər, eyni təklif birinci instansiya məhkəməsində də edildi, lakin bu təklif istintaqın müddətini uzatmaq üçün idi, indiyə kimi vurulmuş ziyandan heç bir ödəniş edilməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs təyin olunan cəzanın ağırlaşdırılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi5 bildirmişdir ki, Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda dələduzluqla ittiham edilir. Aparılan apellyasiya istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkibi yoxdur. Hesab edirəm ki, tərəflər arasında baş verən hadisə cinayət hadisəsi deyil. Belə ki, birinci instansiya məhkəməsinin hökmü iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi və digər heç bir sübutla təsdiqlənməyən ifadələrinə əsaslanmışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona borularla bağlı 1 milyon 44 min manat məbləğində ziyan dəymişdir, lakin baxaq görək Zərərçəkmiş şəxs maddi durumu buna imkan verirmi? İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 500 manat məbləğində cərimə öhdəliyini icra etmədiyi üçün inzibati qaydada cərimə olunmuşdur. Ona görə də, Zərərçəkmiş şəxs 1 milyon 44 min manat məbləğində ziyan dəyməsi inandırıcı deyildir. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi 22 sentyabr 2022-ci il tarixli ifadədən də görünür ki, boruların satılması ilə bağlı söhbət zamanı Təqsirləndirilən şəxs bildirdi ki, mən boruları satdıqca pulunu verim, lakin Zərərçəkmiş şəxs deyir ki, pulları birlikdə verərsən. Bu da təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək niyyəti olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya nümunə kimi təqdim olunan borular ölçülərinə görə tamam fərqlənir. Belə ki, Zərərçəkmiş şəxs ifadələrində ona verilən boruların 7-8 mm diametrli olmasını qeyd etsə də, məhkəmə-əmtəəşünaslıq ekspertizasında 9 mm, 10 mm və digər ölçülü borular göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunan sübutların mənbəyi bəlli deyil. Zərərçəkmiş şəxs bildirmişdir ki, boruların bir metrinin yararlı hala gətirilməsi üçün 50 manat sərf olunmuşdur və bu məbləğ borunun qiymətinin üzərinə əlavə olunaraq yekunda 1 milyon 44 min manat edir. Hazırda həmin boruların təzəsinin qiyməti heç o qiymətə deyil, 11-12 manatdır. Buradan belə nəticəyə gəlmək olar ki, həmin borular tamamilə yararsız vəziyyətdə, yəni metallom olub, onda həmin metallomun təmizlənib satılmasına nə ehtiyac var idi ki? Təqsirləndirilən şəxs da bildirir ki, borular Zərərçəkmiş şəxs hesabına yox, özünün hesabına təmizlənmiş və digər tikintilərdə istifadə edilmək üçün hissə-hissə satılmışdır. Borular 1980-ci illərdə istifadəyə verilib, Şahid5 ifadəsində göstərilmişdir ki, boruların heç də hamısı yararsız vəziyyətdə olmamışdır. Deməli, boruların əksəriyyəti yararsız vəziyyətdə olmuş, bir hissəsi yararlı olmuşdur. Eləcə də, borular 1990-2000-ci illərdə, yəni 10 il istifadə edilməmişdir, istifadə edilməyən borularda sürətli korroziya gedir, deməli həmin borular 1 milyon 44 min manata satıla bilməzdi. Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi cari hesab sənədi var, sənədin altında öz qeydləri də var, lakin həmin sənədlə özü razılaşmır, əgər həmin sənədi sübut kimi qəbul etmirdisə, təqdim etməkdə məqsədi nə idi? Zərərçəkmiş şəxs boruların metrini 90 manata verdiyini deyir, lakin Təqsirləndirilən şəxs bildirir ki, onlar öz aralarında boruların metrini 25 manata danışıblar. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, boruların qiyməti 852348 manatdır, lakin ittiham 1 milyon 44 min manat üçün verilmişdir. Zərərçəkmiş şəxs gördüyünü bildirdiyi işlərlə bağlı apardığı heç bir yazılı qeyd yoxdur, bütün bunlardan görünür ki, Zərərçəkmiş şəxs göstərdikləri reallıqdan tam uzaqdır. Məhkəmədən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsinin olmaması əsası ilə Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Müdafiəçi4 digər müdafiəçinin dedikləri ilə tam razı olduğunu, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkibinin olmadığını, cinayət işinin materiallarından boruların Zərərçəkmiş şəxs məxsus olmasını sübut edən heç bir dəlil olmadığını bildirmişdir. Qeyd etmişdir ki, boruların Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edən heç bir sənəd yoxdur, iş materiallarında cari hesab ekstratı adlı sənəd var ki, onu istintaqa Zərərçəkmiş şəxs təqdim edib və həmin sənədin "xxxx" ASC tərəfindən verilməsi göstərilsə də, sənəddə nə imza, nə də möhür yoxdur və rəsmi sənəd deyil. Apellyasiya istintaqı zamanı Zərərçəkmiş şəxs dəfələrlə sual verdik ki, "xxxx" ASC ilə aralarında olan müqavilə, işin smetası, işçilərin əmək haqqısı və digər məsələlərlə ilə bağlı məlumat versin, lakin Zərərçəkmiş şəxs kommersiya sirri olduğunu bildirib cavab vermədi. CPM-nin tələbinə əsasən, ittiham aktı mülahizələrə əsaslana bilməz. Zərərçəkmiş şəxs özü ifadəsində bildirmişdir ki, boruları Təqsirləndirilən şəxs satmaq üçün vermişdir, buradan da görünür ki, onlar arasında mülki münasibətlər olub və hər bir halda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur. Cinayət işinin materiallarında "xxxx" ASC tərəfindən verilmiş əmr də var və həmin əmrdə yazılıb ki, borular korroziyaya məruz qaldığı üçün Təqsirləndirilən şəxs verilsin. Həmin əmri Asəf Baxşəliyev imzalayıb, "xxxx" ASC-nin işçisi X8 tərtib edib və sənədə maddi məsul şəxs qismində imza edib. Asəf Baxşəliyev ifadəsində göstərib ki, sənəddən məlumatı yoxdur, sənəddən məlumatı yoxdursa, necə imzalayıb və möhür vurub? X8 isə ümumiyyətlə dindirilməyib. Niyə istintaq orqanı X5 dindirməyib? İbtidai istibtaq zamanı Tufan adlı şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mülki xarakterli münasibətlərin və onların şərik olmasının şahidi olmuşdur, hətta onun maşınını sürən Musa adlı şəxs məhsulları "xxxx" ASC-dən Dərnəgül Bazarına daşımışdır, lakin həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edildikdən sonrakı gün Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar ləğv edilmişdir və Bakı Apellyasiya Məhkəməsində hakimin sualına cavaba olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, həmin boruları 272 min manata əldə etmişdir. Cinayət işinin materiallarında boruların qiyməti barədə ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxs ümumilikdə əldə etdiyi məhsul 230 min manat dəyərindədir. Ekspertiza rəyində boruların dəyərinin 852 min manat olması göstərilir, ittiham isə 1 milyon 44 min manat üçün verilmişdir. Bundan başqa, işdəki əsas ziddiyyətlərdən biri də budur ki, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi boruların ölçüləri, çəkisi və miqdarı ilə ekspertiza rəyində göstərilən ölçülərin, çəki və miqdar tamamilə fərqlidir. Zərərçəkmiş şəxs ifadələrində 530 mm-lik boru haqqında qeyd etməsə də, ekspertiza rəyində həmin boru göstərilmişdir. Təqsirləndirilən şəxs verilən məhsullar boru olmayıb, əksəriyyəti metal qırıntısı olmuşdur. Ümumiyyətlə, ekspertiza rəyində göstərilən qiymətlərlə orta bazar qiymətləri kəskin dərəcədə fərqlənir, məsələn 73 mm-lik borunun yenisi 11 manat, işlənmişi 6-7 manatdır, lakin ekspertiza rəyində həmin boru 50-70 manat arasında dəyərləndirilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin, Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməsini və Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsinin olmaması əsası ilə Təqsirləndirilən şəxs bəraət verilməsini, fonoskopik, xətşünaslıq və əmtəəşünaslıq ekspertiza rəylərinin, şəxsin 16 oktyabr 2020-ci tarixli ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki müdafiəçilərinin dedikləri ilə tam razıdır, onların arasındakı münasibət şərikli kommersiya münasibətidir və cinayət hesab oluna bilməz, onun Zərərçəkmiş şəxs qarşı dələduzluq niyyəti olmamışdır, qeyd olunanları nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş edir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, məhkum edilmiş şəxsin və müdafiəçlərinin mübahisələndirdikləri hissədə yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin və müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxsə bəraət verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsindən ibarət olmuşdur. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi: mən Əbdülhəsən ilə 2003-cü ildə tanış olmuşam, həmin vaxt Əbdülhəsən mənə 200 manatlıq kiçik fermaları vermişdi, bir müddət sonra mən gəmiqayırma zavodunda işləyəndə Əbdülhəsən mənə dedi ki, Neftçaladan çənlər doğranacaq, onları götürərsən? Mən də qəbul etdim, təxminən 35-40 ton 200 manatdan dəmir verdi, mən də onları təmizləyib satırdım, pulunu da əvvəldən verirdim. 2010-cu ilə kimi Əbdülhəsəni uzun müddət görmədim. 2010-cu ildə Əbdülhəsən yanıma gəlib dedi ki, mənim mağazam yoxdur, olar mən sənin yanında oturum? Mən də razılaşdım. Sonra gördüm ki, Əbdülhəsən bank işi ilə, pul diriltmə işi ilə məşğuldur, savadlıdır, insanlarla ünsiyyəti yaxşıdır. Mən ona təklif etdim ki, gəl mən pul götürüm, Rusiyadan boru vuraq, qazancı faizlə bölək. Mənim qaynım Akif Abasovun firması var idi, ona dedim, pul buraxdı, Akif qazancın 67 faizini özünə götürdü, qalan 33 faizini isə Əbdülhəsənlə mən aramızda bölüşdürməyi qərara aldıq. Biz Rusiyaya getdik, oradan 850 ton işlənmiş neft boruları aldıq, gətirdik, satdıq, qazancı da bölüşdük. İkinci dəfə yenə Akifdən pul götürüb 612 ton qarğıdalı aldıq, qarğıdalının tonu 185 manata alınmalı idi, Akif də hər tondan bizə 15 manat verməli idi, amma sonra qarğıdalının qiyməti qalxdı, tonu 200 manata başa gəldi, Akif qarğıdalını 245-250 manatdan satdırıb pulunu götürdü, bizə heç nə vermədi və həmin vaxtdan Akiflə mənim münasibətim pozuldu. Bundan sonra Əbdülhəsən məndən ayrıldı, getdi başqa işlə məşğul oldu, Əbdülhəsənin mənə 40000 manata qədər borcu var idi. 2014-cü ildə Əbdülhəsən gəldi ki, məni tuturlar, mənə təcili 32000 manat pul lazımdır, Binə qəsəbəsində evim var, satmağa qoymuşam. Evi 75000 manata satmağa qoysa da, qiyməti 50000 manata salmışdı. Mən də dedim ki, mən sənə 35000 manat pul tapacam, gedək notariusda sənədi mənə ver, mən 2 il sənin evinə yaxın getməyəcəm, arada gedim ağaclara su verərəm. Getdim dostumdan borc aldım, getdik notariusda sənədi mənə verdi. Sonra yenə yanıma gəldi, satışda kömək edirdi, arada məndən hissə-hissə 29900 manat borc aldı, arada pul borclu olduğu adamlar üstümə gəlirdi, Əbdülhəsəndən aralanmaq istəyirdim. Bu vaxt “Azərtikintikörpü”də işləyən Vaqif zəng etdi, Vaqifi "xxxx" Açıq Səhmdar Cəmiyyətində abadlaşdırma işlərinə göndərmişdilər, mən də həmin cəmiyyətə əvvəllər borular vermişdim. Vaqif mənə dedi ki, burda böyük işlər gedir, istixana qurmaq lazımdır, sənin briqadan var, sən bu işi görə bilərsən? Dedim ki, əlbəttə görərəm. Mən də Əbdülhəsən ilə məsləhətləşdim, dedim ki, mənə borcun var, gəl gedək bu işi şərikli görək. Birlikdə Vaqifin yanına getdik, Vaqif də bizi icraçı direktor Şahid5 yanına apardı, oturub danışdıq və Asəflə hər hektarı 30000 manata razılaşmışdıq. Gəldim, öz işçilərimlə danışdım, işçilər dedi ki, istixananın hər hektarını 15000 manata qurarıq. Təminatı və təsisatı da bizə verdilər və dedilər ki, özünüz həll edin, bazar qiymətindən baha olmasın, hər həftə pul verəcəyik. Mən Əbdülhəsənə dedim ki, sən briqadanın başında dur, məni tanıdıqları üçün mənə nisyə mal verirlər, mən də təminat və təsisatı edim. Mən lazım olan ləvazimatları mağazama yığıb "xxxx" ASC-yə yola salırdım. Əbdülhəsən işləmək üçün özü Neftaçaladan qohumlarını da çağırdı və mənə dedi ki, başqa adam tapma. Mən qaynaq aparatı, 2000 metr kabel, 2 konteyner, boya vuran aparat, dəmir kəsən aparat, 50 döşək alıb yola saldım, Rafiq adlı gürcüstanlı bir şoferin “Qazel” markalı maşınını aylıq 600 manata icarəyə götürdüm ki, işçilər istifadə etsinlər. Mən həftədə 2 dəfə gedib nəzarət edirdim, sonra Əbdülhəsən direktor Asəf ilə yaxın münasibət qurdu, mən içəri keçəndə direktordan icazə almağa başladım. 3 ay ərzində biz 13,5 hektar istixana qurduq, 405000 manat pul edirdi, yarısı işçilərə, qalan yarısı Əbdülhəsən ilə mənə çatmalı idi. Bir ara şirkət pul məsələsində çətinliyə düşdü, mən də nisyə götürdüyüm malların pulunu həftədə 2 dəfə verirdim, mən də Vaqifə zəng elədim ki, bəs pul gecikir, mən materialları nisyə götürürəm. Vaqif dedi ki, o pulun batmaq ehtimalı yoxdur, amma bura borular gəlir, içi doludur, istiyirsən hər ehtimala qarşı boruları götür, ürəyin rahat olsun. Mən də düşündüm ki, camaatın pulunu xırda-xırda verərəm, qoy boruları götürüm. Mən şirkətə 980000 manatlıq material vermişəm, o pulun 745000 manatı nağd verilib, 235000 manat boru ilə əvəzləşdirilib, o pulun hər hektar üçün verilən 30000 manata aidiyyəti yox idi. Mənim dəftərimdə bütün proseslər dəqiq qeyd olunub. Mən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 13 nəfərdən ibarət briqadamı göndərdim, briqadanın başçısı Əlimuxtar adlı şəxs idi. Onlar işə başladılar, Əbdülhəsən də Neftçaladan öz qohum-əqrəbasını gətirdi, 1 hektar istixana qurulandan sonra Əlimuxtar mənə dedi ki, Əbdülhəsən məni sıxır, vaxtında material vermir, mən orada işləyən deyiləm, beləcə Əlimuxtar öz briqadasını götürüb qayıtdı, mən öz cibimdən onlara 15000 manat pul verib yola saldım. "xxxx" Açıq Səhmdar Cəmiyyətində Əbdülhəsənin öz briqadası qaldı, istixana bitəndən sonra ağacəkmə işləri başladı və reyka lazım oldu, mən də Afiq adlı şəxsdən 200000 manatlıq reyka alıb göndərdim, Əbdülhəsən hər axşam pulu gətirirdi, pulu verirdim. Bir qədər sonra Əbdülhəsən dedi ki, cücə sexlərinin üzərini örtmək üçün profil lazımdır, mən də Kamil adlı tanışımın vasitəsilə İrandan 1440 manatdan 1300 tona yaxın profil gətizdirdim, danışıqda Əbdülhəsən də iştirak etmişdi. Profillərin pulu arada gecikirdi, hətta 2019-cu ilin axırında 30000 manat kredit götürüb ödədim, bir qisminin də əvəzində metal verdim. Ümumilikdə 2 milyon manata yaxın material vermişəm, 155 min manat mənə borcu qalıb. 2020-ci ilin yaxınlarında Əbdülhəsən mənə yaxınlaşıb dedi ki, sənin mənə borcun var, mənə 50000 manat pul verməlisən. Mən də dedim ki, mən səndən 2019-cu ildə ayrılmışam, sənə borcum yoxdur. Əbdülhəsən dedi ki, mənim borclarım var, ya mənə boru ver, aparım töküm, göstərim ki, mənim malım var, bankdan pul çıxardım, ya da səni tutduracam. Mən də dedim ki, sənin hələ materialdan mənə 155 min manat borcun var, qazancımdan keçmişəm, məni nə əsasla tutduracaqsan? Əbdülhəsən dedi ki, deyəcəm ki, borular mənimdir. Borular mənə verdiyim materialın bir hissəsinin əvəzində verilib, mən də boruları satmışam. Bir müddət sonra məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi çağırdı, getdim, ifadəmi verdim, sonra qərar qəbul olundu ki, iş mülki xarakterlidir, cinayət tərkibi yoxdur. Daha sonra məni Binəqədi Rayon Polis İdarəsi çağırdı, orada da eyni şeyi dedim, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarını da aparıb göstərdim. Mən obyekt işlədirdim, mənim öz mallarım var idi. Əbdülhəsən 3000 metr artıq boru yazıb, ifadəsində deyir ki, borunun metrinə 50 manat xərc çəkib. Boruların içərisində 73 mm-lik boru ümumiyyətlə olmayıb. Boruların təzəsinin metri 10-11 manatdan satılır, köhnə borunun metri 90 manata ola bilər mi? Mənim Əbdülhəsənə borcum yoxdur. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs oğlu bildirmişdir: “Siyəzən Broyler ASC ilə danışıqlar necə olmuşdu? Siz danışıqlarda iştirak etmişdiniz? Birinci mən getmişdim, Vaqif məni dəvət etmişdi.” “Siz "xxxx" ASC-də kiminlə danışmışdınız? Vaqifin vasitəsilə Şahid5lə danışmışdım.” “Bəs Əbdülhəsən necə gedib "xxxx" ASC-yə çıxdı? Mən aparmışam.” “Niyə aparmısınız? Əbdülhəsənin öz iş yeri yox idi, mənim yanımda otururdu həmişə, məndən və başqa adamlardan mal götürüb satırdı, faizini qazanırdı, "xxxx" ASC ilə iş görməli idik, işin başına kimisə qoymalı idim, ona görə aparmışdım. Əbdülhəsənin mənə borcu var idi, dedim ki, birlikdə işləyək, qazancı bölərik.” “Şahid5lə razılaşma necə idi? Biz orada istixana qurmalı və başqa işlər görməli idik, birinci istixanadan başladıq.” “Siyəzən Broyler ASC ödənişi hansı qaydada etməli idi? Nağd şəkildə ödəməli idi, gedib ofisdən pulu götürürdük.” “Nə qədərlik iş görməli idiniz? Materialın pulu ilə bizim əmək haqqımız ayrı idi, briqadalara 15000 manat verməli idik.” “Boru razılığı necə oldu? Mən malı nisyə götürürdüm, bir müddət sonra şirkət pulu gecikdirməyə başladı, mən əl-ayağa düşdüm və Vaqifə zəng elədim, Vaqif dedi ki, o pul batmaz, amma bura borular gəlir, içi dolu su borularıdır, su axmır, həmin boruları əvvəldə başqa şəxsə 25 manatdan razılaşmışdılar, Vaqif dedi ki, istəyirsən hər ehtimala qarşı boruları götür, ürəyin rahat olsun. Mən də düşündüm ki, qoy boruları götürüm, satıb camaatın pulunu ödəyərəm.” “Borularla bağlı razılaşma konkret kiminlə olub? Vaqif mənə zəng edib təklif etdi, razılaşma direktorla olub, direktorun da yanında Vaqif və Əbdülhəsən olub. Sonra gedib borulara baxdım, boruların bir hissəsi "xxxx" ASC-nin həyətində idi, bir hissəsi isə şirkətin həyətinin arxa tərəfində idi. Şirkət kranı verdi, Vaqif qazmaq üçün traktor verdi, boruları da öz fəhlələrimiz kəsdi.” “Boruların çıxarılması, daşınması və kəsilməsi xərclərini kim çəkməli idi? Borular çıxarılıb mənə bötüv gəlirdi, turbanı mən kəsdirirdim. Boruların qazılıb çıxarılması şirkətin hesabına idi, daşınması üçün və fəhlələrin pulunu mən ödəmişəm.” “Borular sizə nə vaxt gəlməyə başladı? İlk dəfə 13 sentyabr 2018-ci ildə, axırıncı boru 23 oktyabr 2018-ci ildə gəlib.” “Ümumilikdə nə qədər boru gəlib? 8600 metr.” “Siz o boruları nə etdiniz? Bir hissəsini metallom kimi satmışam.” “Boruları hara yığırdınız? Xırdalan bazarında yerim var idi, oraya yığıb təmizləyirdim.” “Bəs “Dərnəgül Bazarı”ndakı obyektinizdəki borular nə idi? Xeyr, orada daha çox xırda borular və digər materiallar olurdu.” “Orada da sizə verilən borulara bənzər borular var idi? Xeyr, orada daha çox xırda diametrli borular idi.” “Siyəzən Broyler ASC-nin verdiyi boruları nə vaxt satdınız? İlk dəfə 03 oktyabr 2018-ci ildə 30 metr, 23 oktyabr 2018-ci ildə 500 metr satmışam, daha sonra 50 metr borunu Kamran adlı şəxsə Əbdülhəsənin borcunun əvəzinə vermişəm, Əbdülhəsən daha sonra 57 metr boru aparıb, amma pulunu verməyib, axırıncı dəfə 05 may 2020-ci ildə satmışam, 1500 metr boru qalmışdı.” “Siyəzən Broyler ASC-nin direktoru və işçiləri həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində ifadələrində bildiriblər ki, biz razılaşmanı Əbdülhəsən ilə etmişik, işimiz ancaq boruların dəyişdirilməsi idi, bu barədə nə deyə bilərsiniz? Boruların dəyişdirilməsinin bizə aidiyyəti yox idi, özlərinin bu işi görməyə adamları var idi, köhnə borular təzələri ilə əvəz olunanda borular mənə pul əvəzində verilib. Əbdülhəsənin "xxxx" ASC-nin direktoru ilə münasibətləri yaxın idi, 2018-ci ilin noyabr ayında məni kənarlaşdırdılar. Əbdülhəsən "xxxx" ASC-nin direktorunu ələ almışdı, əlbəttə ki, onlar Əbdülhəsənin xeyrinə ifadə verəcəklər.” Nümayəndə Müdafiəçi6 suallarına cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu bildirmişdir: “Şahid5 haradan tanıyırsınız? Vaqif vasitəsilə tanımışam.” “Şahid5 axırıncı dəfə nə vaxt görmüsünüz? İşimə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda görmüşəm, oturub çörək yemişik.” “Yemək yemək məsələsi necə olub? Naxçıvanlı dostlarla yemək yeyirdik, danışanda dedim ki, mənim belə bir işim var, "xxxx" ASC ilə işləmişəm, filankəslər mənim üzümə şahid durur, o da dedi ki, gözlə, çağıraq, gəlsin. Çağırdılar, oturub danışanda mən Asəfə dedim ki, hadisə necə olubsa, get elə də izahat ver, Asəf də dedi ki, mən artıq izahatımı vermişəm, dəyişə bilmərəm.” “Siz Şahid4 tanıyırsınız? Xeyr.” “Sizin "xxxx" ASC-dən konstruksiyaları kimdən almısınız? Mən oradakı hamını tanımalı deyiləm ki. Görsəm üzdən tanıyaram.” “Şahid2 tanıyırsınız? Xeyr, tanımıram.” “Cavid Abbasovu tanıyırsınız? Bəli, "xxxx" ASC-də əsas iş aparanlardan biri idi.” “Onunla görüşmüsünüz? Xeyr, mən Asəf ilə görüşmüşəm.” “Sizin adınıza hər hansı qaimə yazılıb? Mən özüm qaimələri yazıb "xxxx" ASC-yə göndərirdim, "xxxx" ASC-dən gələn boruların qaiməsini Əbdülhəsən yazırdı, heç bir rəsmi sənəd yox idi.” “Sizə göndərilən boruları siz və ya "xxxx" ASC qeydiyyatdan keçirirdi? Mən özüm kitabımda qeydiyyatdan keçirirdim.” “"xxxx" ASC tərəfindən sizə rəsmi sənəd verilib? Əbdülhəsən mənə rəsmi sənəd verməyib.” “Metal boruları kim çıxardırdı? İşin üzərində Əbdülhəsən dururdu.” “Boruları hansı təşkilat çıxardırdı? Boruları çıxartmağa təşkilat lazım deyil, traktor kəsirdi, qaynaqçı kəsirdi, fəhlələr də maşına yığırdı.” “İş materiallarında Vaqif adlı şəxsin sizi tanımadığına dair ifadəsi barədə nə deyə bilərsiniz? Müstəntiq ona təsir göstərdiyi üçün elə ifadə verib, birinci instansiya məhkəməsində Vaqifin dindirilməsi üçün vəsatət versəm də, təmin olunmadı.” “İbtidai istintaqda boruları satıb naxçıvanlı Kamil adlı şəxsə verdiyinizi bildirmisiniz, bu barədə nə deyə bilərsiniz? Mən Kamildən əvvəllər də profillər götürmüşəm, pulunun bir hissəsini verməmişdim, 2020-ci ildə 30000 manat pul götürüb Kamilə borcumu vermişəm.” “Bakı Apellyasiya Məhkəməsində göstərdiyiniz kitabı niyə ibtidai istintaqda təqdim etməmisiniz? Mənim adıma "xxxx" ASC-dən əmr və qərar gəlmişdi, sonra Kamran Əliyev həmin əmr və qərarı dəyişdirib Əbdülhəsənin adına verdi. Mən qorxdum ki, bu kitabı da götürəcəklər, əlimdə heç bir sənəd qalmayacaq.” “İfadələrinizdə qeyd etmisiniz ki, "xxxx" ASC-yə çoxlu sayda metal məmulatlar vermisiniz, həmin malların pulunun ödənilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilərsiniz? Şifahi şəkildə razılaşma olub.” Həbs olunana kimi “Dərnəgül Bazarı”nda sizin adınıza mağaza olub? Olub.” “İndi var? Xeyr, mən uzun müddətdir həbsdəyəm, mağaza oğlumun adındadır, oğlum idarə edir.” “Elxan Məmmədov adlı şəxsi tanıyırsınız? Həmin şəxsə boru satmısınız? Dəqiq yadımda deyil, Cəbrayıldan bir nəfər var idi, onun da öz mağazası var idi, ona satmışam, o da düzəldib özü satırdı.” “Nə vaxt satmısınız? Mən boruları əsasən 2019-cu ildə satmışam.” “Şahid3 adlı şəxsi tanıyırsınız? Sizinlə hər hansı ticarət münasibəti olub? Birinci instansiya məhkəməsində görmüşəm.” “Şahid3 ifadəsində qeyd etmişdir ki, 2020-ci ilin iyun ayının əvvəllərində boruların olduğu yerdə getdim, Əbdülhəsənin borularını orada gördüm, bu barədə nə deyə bilərsiniz? Həmin şəxs Əbdülhəsənin qohumudur, ona görə elə ifadə verib, orada həmin vaxt boru yox idi. Əbdülhəsən mənə demişdi ki, mən ölüb eləsəm, bu pullar Adbalaya çatacaq, mən də dedim ki, sənin qardaşın ola-ola niyə yad adama verirsən.” “Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs arvadının yas mərasimində iştirak etmisiniz? Mən həmin adamı tanımıram.” “Zərərçəkmiş şəxs sizə boru göndərməsi barədə hər hansı sənədə imza edib qəbul etmisiniz? Xeyr, şifahi idi hər şey.” “Cinayət işinin materiallarındakı məhkəməxətşünaslıq ekspertizasının 11 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, həmin imza sizə məxsusdur və siz yazmısınız ki, mən bu boruları Zərərçəkmiş şəxs qəbul etdim, barədə nə deyə bilərsiniz? Mənim elə imzam yoxdur” Zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğlunun suallarına cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu bildirmişdir: “Siz ilkin ifadənizdə demisiniz ki, 238500 manat verib əvəzində metrəsi 25 manatdan 7000 metr yeraltı su borusu almısınız məndən, hesablamaya əsasən 9540 metrə boru edir, 2540 metrə borunu necə izah edə bilərsiniz? Mən izahatımda 8600 metr boru yazmışam, göndərdiyim materialların bir hissəsinin əvəzində mənə boru verilib.” “Siz ilkin ifadənizdə demisiniz ki, 7000 metr yeraltı su borusundan 1800 metrini armatur sexinə vermisiniz, həmin boruların divar qalınlığı nə qədər idi? 7-8 mm, qarışıq idi.” “İlkin ifadənizdə qeyd edirsiniz ki, "xxxx" ASCdə məsul şəxs olmusunuz, deyə bilərsiniz ki, "xxxx" ASC-də metal boruların yerinə çəkilən plastik borular nə vaxt çəkilib, hansı ölçüdə olub və metal borular nə vaxt istehsalatdan çıxarılıb kəsilməyə başlanıb? Plastik boruların bu işə aidiyyəti yoxdur, biz orada işləyəndə 270 mm-lik plastik borular gətirilirdi, amma o boruların nə mənə, nə Əbdülhəsənə heç bir aidiyyəti yoxdur.” “Birinci instansiya məhkəməsindəki ifadənizdə qeyd etmisiniz ki, aldığınız boruların bir hissəsini satıb istixananı tikən fəhlələrin borcuna vermisiniz, siz orada istixana tikmisinizsə, 400000 manat pulu kimdən alıb kimə vermisiniz? Mən 400000 manat almamışam, 15000 manat Əlimuxtara vermişəm, 2000 manat boruları təmizləyən şəxsə vermişəm, xırda məbləğlər də olub.” “İfadənizdə qeyd etmisiniz ki, Şahid5lə 30 hektar istixana tikmək üçün razılaşmısınız, bəs niyə istixanaları tikməmisiniz? Elə razılaşmışdıq, amma sonra işi dayandırdılar, yağışlar başladı, sonra ağac məsələsi çıxdı.” “İfadənizdə qeyd edirsiniz ki, 1,5 manatdan 250000 ədəd ağac əkmisiniz, Bakı Apellyasiya Məhkəməsində hakimin sualına cavab verdiniz ki, mən sizi oktyabr ayında işdən uzaqlaşdırmışam, ağaclar dekabr-mart ayları ərzində əkilib, mən sizi işdən uzaqlaşdırmışamsa siz orada necə ağac əkmisiniz? Mən ağac əkmişəm deməmişəm, mən ağac əkinində sənlə şərik olmuşam və reyka göndərmişəm.” “İfadənizdə qeyd etmisiniz ki, "xxxx" ASC-yə külli miqdarda künclük vermisiniz, lakin birinci instansiya məhkəməsində "xxxx" ASC-nin təsisat şöbəsinin müdiri Şahid6 və anbardar sizi tanımadı, siz də onları tanımadınız, bu barədə nə deyə bilərsiniz? Mən materialları göndərirdim, Əbdülhəsən qarşılayırdı.” “İfadənizdə qeyd etmisiniz ki, "xxxx" ASC-də işləmisiniz, ancaq mühafizə xidmətinin rəisi sizi tanımadı, həmçinin də siz onu tanımadınız, necə olur ki, siz "xxxx" ASC-də işlədiyiniz halda bir-birinizi tanımadınız? Əlbəttə ki, məni tanımayacaq, Əbdülhəsən həmişə onun cibinə 20 manat pul qoyurdu, məni görsə də deyəcək ki, tanımıram.” “04 oktyabr 2021-ci il tarixdə siz həbsdən azad olduqdan sonra ibtidai istintaqa 11600 metr uzunluğunda istehsala yararsız 426 mm-lik qaz borularına dair sənəd təqdim etmisiniz, verdiyiniz ifadələrin ziddinə olaraq o qaz boruları haradan çıxıb? Orada qaz və su boruları var idi, Siyəzən rayonunun arxasındakı asfaltın kənarı ilə gələn 273 mm-lik qaz borusu olub, 377 və 426 mm-lik köhnəlmiş su boruları olub, 630, 730 mm-lik boru ümumiyyətlə olmayıb.” "xxxx" ASC-nin direktoru Şahid5 olduğu halda sizin istintaqa təqdim etdiyiniz sənəddə Asəf İsmayılov yazılması barədə nə deyə bilərsiniz? Əgər sənəd saxtadırsa ekspertizaya göndərilsin.” “Mən sizin yanınıza son dəfə gələndə siz mənə dediniz ki, mən sənin pulunu vermirəm, bu barədə nə deyə bilərsiniz? Əbdülhəsən mənim yanıma vəkili ilə gəlmişdi, məni əsəbləşdirdi, dedi ki, mənim borclarım var, pul ver. Mən də dedim ki, sənin hələ materialdan mənə 155 min manat borcun var, qazancımdan keçmişəm, mənə min dəfə yalan danışmısan, Əbdülhəsən dedi ki, səni tutduracam, mən də dedim ki, nə istəyirsən elə.” “Əgər siz "xxxx" ASC-də istixana tikmisinizsə, onun enini, uzunluğunu və hündürlüyünü deyə bilərsiniz? Eni 11 metr, 100 metr uzunluğu idi.” “İstixananın neçə qapısı var idi? Biz tikəndə qapısı yox idi.” “Deyə bilərsiniz ki, istixanaya neçə ton beton işlənib? Mən material göndərmişəm istixana üçün.” “İstixanaya neçə armatur işlənib? Məndəki siyahıda var, dəqiq bilmirəm.” Müdafiəçi4 suallarına cavab olaraq Təqsirləndirilən şəxs oğlu bildirmişdir: “Siyəzən Broyler ASC ilə siz və ya Zərərçəkmiş şəxs arasında hər hansı müqavilə olub? Xeyr, hər şey şifahi idi.” “İşçilərin əmək haqqı sizin tərəfinizdən verilib? 15000 manat Əlimuxtara vermişəm, bəzi xırda xərclər də olub, fəhlələrə ödəmişəm ki, sonra götürərəm.” “Orada işləyən, Zərərçəkmiş şəxs gətirdiyi briqadanın pulunu Zərərçəkmiş şəxs verib ya "xxxx" ASC? Orada pul hektara görə danışılmışdı, "xxxx" ASC tərəfindən ödənilmişdi.” “Borcun əvəzində sizə boru verilməsini kim təklif etdi? Mən Vaqif ilə danışanda Vaqif təklif etdi, amma Asəf və Əbdülhəsən də bilirdi.” “Sizə göndərdiyiniz tikinti materiallarının əvəzində verilən nağd pulu kim verib? Pulu 4-5 dəfə Əbdülhəsən ilə "xxxx" ASC-nin “Yaşıl Bazar”dakı ofisindən mühasibatlıqdan götürmüşük, birinci və ikinci dəfə götürəndə pul mənim adıma yazılıb.” “Oraya gedəndə kiminlə əlaqə saxlayırdınız? Biz ora gedəndə hazır şəkildə gedirdik ki, bu qədər material vermişik, bu qədər alacağımız var.” “Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, sizin əvvəllər birlikdə kommersiya fəaliyyətiniz olub, sizin yanınıza gələnə kimi və ya "xxxx" ASC-də işlədiyi dövrdə Zərərçəkmiş şəxs Dəmir Bazarında öz şəxsi yeri olub? Xeyr, olmayıb.” “Siz ümumilikdə "xxxx" ASC-yə nə qədərlik material vermisiniz? 2 milyon manat məbləğində.” “Sizə o pul tam şəkildə ödənilib? 235000 manat dəyərində boru verilib, xeyirdən əlavə Zərərçəkmiş şəxs mənə 155000 manat borcu var.” “Sizə verilən boruların ümumi uzunluğu nə qədər idi? 8600 metr.” “Müstəntiq boruları təqdiqat üçün götürəndə siz orada iştirak etmisiniz? Xeyr.” “Sizi ibtidai istintaqda səs yazısı və qəbzlə bağlı dindirilərkən müdafiəçiniz iştirak etməyib, necə oldu ki, müdafiəçiniz olmadan dindirildiniz? Xatırlamıram.” “İbtidai istintaqa əmlakın ləğvi aktı təqdim etmisiniz və həmin sənəddə qeyd olunub ki, "xxxx" ASC tərəfindən sizə 10413 metr korroziyaya məruz qalmış boru təqdim edilib, həmin sənədi necə əldə etmisiniz? Mən "xxxx" ASC-nin rəhbərliyinə materialların siyahısını göndərdim, onlar da mənə həmin sənədi verdilər ki, mən materialları vermişəm, əvəzində də boru verilib. Mən sənədi müstəntiqə təqdim edəndə mənə dedi ki, sən bu sənədə 100000 manat pul vermisən.” “Bu sənədi götürməyə niyə istintaqın gedişində zərurət duydunuz? Niyə əvvəldən almamışdınız? Mən şərikli pulumu gözləyirdim, Əbdülhəsən də uzadırdı məsələni.” “Zərərçəkmiş şəxs sizə olan 155000 manat borcu nə ilə bağlıdır? 15000 manat qaynaqçılara vermişəm, 29900 manat Əbdülhəsənə borc vermişəm, qalanı da xırda borclar idi.” “Zərərçəkmiş şəxs gəlib sizdən pul tələb edənə kimi "xxxx" ASC ilə işləyəndə probleminiz olub? Xeyr, olmayıb.” “Vaqif sizə demişdi ki, başqa söhbətlər gedir? Demişdi amma mən dərinə getmirdim.” “Borular hansı nəqliyyat vasitəsilə daşınıb və daşınma pulunu kim verib? Daşınma pulunu mən vermişəm, Gəncəli olan Musa adlı şəxs daşıyıb.” “Zərərçəkmiş şəxs sizə nə qədər borcu var? Xeyirdən əlavə Zərərçəkmiş şəxs mənə 155000 manat borcu var.” Müdafiəçi5 suallarına cavab olaraq Təqsirləndirilən şəxs oğlu bildirmişdir: “Razılaşma necə idi, mal gəldikcə satılmalı idi, yoxsa yığılıb satılmalı idi? Mal göndərilirdi, satılandan sonra bizim qazancımız olsa idi, Əbdülhəsən ilə aramızda bölməli idik.” “Zərərçəkmiş şəxs malların satılması ilə maraqlanırdı? Özü boruların bir hissəsini mənimlə birlikdə sexə verib, 2019-cu ildə boruların 80 faizi satılmışdı.” “Siz ifadənizdə qeyd etmisiniz ki, istixana üçün 903680 manatlıq material vermisiniz, həmin ödəmələrdən Zərərçəkmiş şəxs sizə şəxsən pul ödəyib? Bəli.” “Həmin pulun təxminən nə qədər hissəsi Zərərçəkmiş şəxs vasitəsilə sizə çatdırılıb? Təxminən 1,5 milyon manat.” Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs oğlu bildirmişdir: “Siz materialları kimdən götürmüsünüz? Elman, Zakir, Kamil adlı və digər şəxslərdən götürmüşəm.” “Siz necə kənarlaşdırılmısınız? 2018-ci ilin noyabr ayında məni kənarlaşdırdılar, pulu Əbdülhəsənə verirdilər, o mənə verirdi.” “Boruları oktyabr ayında satmağa başlamışdınızsa, noyabr ayında siz kənarlaşdırılanda iş yekunlaşmamışdı? Orada başqa işlər də görülürdü, işin sonuna yaxın iş münasibətləri korlandı, Əbdülhəsən əlinə pul düşəndə başqa adamlardan material alıb verirdi, mən kənarda qalırdım.” “Sizin "xxxx" ASC-də işlər görməyinizi kimlər təsdiq edir? Vaqif, sürücülər, kran şoferləri.” “Bəs Asəf niyə sizin əleyhinizə ifadə verib? Aranızda ədavət olub? Asəf materialların pulunun çox hissəsini nağd şəkildə verirdi, 235000 manatlıq pulun əvəzinə boru vermişdi, lakin Əbdülhəsən Asəf ilə daha mehriban idi.” “Siz istinad etdiyiniz qırmızı kitabçanı niyə ibtidai istintaqa və birinci instansiya məhkəməsinə təqdim etməmisiniz? Qorxurdum ki, yoxa çıxardarlar, əlimdə sübutum qalmaz.” "xxxx" ASC-nin təsisat şöbəsinin müdirinin, anbardarının, mühafizə xidmətinin rəisinin sizin əleyhinizə ifadə verməkdə sizinlə hər hansı problemi var idi? Xeyr. Əbdülhəsən onlarla yaxın münasibət qurdu, mən ağac məsələsindən oradan uzaqlaşdırıldım.” “Vaqif adlı şəxsdən başqa digər şəxslərin sizin əleyhinizə ifadə verməsinin səbəbini nədə görürsünüz? Bilmirəm.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi: Təqsirləndirilən şəxs ilə 2003-cü ildə “Anşaq Azpetrol” neft şirkətində tikinti quraşdırma işləri görərkən tanış olmuşam. Bu zaman dənizdə və quruda çıxarılan neft avadanlıqlarını və boruları Bakı şəhərində “BMW qarajı” deyilən yerdə icarəyə yer götürüb orada satmışam. Həmin vaxt Təqsirləndirilən şəxs da başqa müştərilər kimi yanıma gəlib məndən mal istəyib. Mən heç vaxt nisyə mal verməmişəm. Afyəddin adlı tanışım Orucəlini təqdim edib onun cəzaçəkmə müəsssisəsindən yeni çıxdığı üçün imkanı olmadığını, Orucəliyə mal verməyimi və özünün zamin durduğunu dedi. Mən də inanıb 30000-35000 manat dəyərində nisyə mal verdim. Bir ay ərzində satıb pulunu verdi, sonra Orucəli ilə işgüzar münasibətimiz yarandı və mən “Anşaq Azpetrol” neft şirkətinin 500000 manat dəyərindəki malını satmaq üçün Orucəliyə vermişəm, satıb pulunu özü və qardaşı vasitəsilə mənə çatdırıb. X31 tanışlığım olub, mən rayonda fermer təsərrüfatı ilə məşğul idim, Akif Orucəli ilə birlikdə mənim evimdə olanda mən bildirmişəm ki, mən Neftçala rayon qazlaşdırmasına Ukrayna və Rusiyadan 3 milyon manata yaxın metal boru gətirmişəm. Akif mənə dedi ki, əgər razılaşsan birlikdə işləyək. Bakı şəhərinə gələndən sonra biz Akiflə razılaşdıq və mən Rusiyanın Samara şəhərindən 1000 tona yaxın metal gətirdim. Metal gətirəndə Akif yeznəsini mənə təqdim edib dedi ki, onu da özünlə apar, mən də apardım, hər ikisindən mal gətirdim, satıb pulunu böldük. Sonra mən başqa tikintilərdə iştirak elədim, daha sonra eşitdim ki, ərəblər "xxxx"i satıblar, yeni təşkilatçı gəlib. Birinci dəfə gedəndə Orucəlini də özümlə apardım, orada məlum oldu ki, burada böyük işlər görüləcək lakin işlər maddi vəziyyəti yaxşı olan insanlara veriləcək. Mən bir ay sonra may ayında Asif Rzayevlə görüşdüm, Asif mənə dedi ki, sən Rusiyadan metal məmulatları gətirə bilsən və işçi qüvvən olsa, Baş İdarə ilə danışıb işi sizə verərəm. Bir ay sonra mən "xxxx"ə getdim, Asif Rzayev məni Cavid Abasovun yanına göndərdi Baş İdarəyə, orada mənə işləri təhvil verdilər. Sonra metal məmulatları və metal qırıntıları çıxdı, sonra bazardan mənə çoxlu təkliflər gəldi, bu təkliflərdən birini də avqust ayında Orucəli etdi ki, bütün boruları ver mənə. Mən də boruları təmizləyib təhvil alandan sonra Bakı şəhərindəki “X24”nə göndərdim. Təxmini 2019-cu ilin iyun ayına kimi orada iş gördüm, sonra başqa işlərə başım qarışdı, onda mallar hələ satılmamışdı. 2020-ci ilin iyun ayında xəstələndim, 3 ay sonra aktiv həyata qayıdanda gördüm ki, borular satılıb. Dəfələrlə gedib malların pulunu istədim, lakin hər dəfə bir bəhanə elədi, axırıncı dəfə isə qəti surətdə dedi ki, pulunu vermirəm, get hara istəsən şikayət elə. Mən də hüquqmühafizə orqanlarına şikayət etdim. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Birinci dəfə "xxxx"ə işlərə baxmağa gedəndə Orucəli ilə getmişdiniz? Bəli.” “Niyə onunla getmişdiniz? Çünkü orada metal borular var idi, Orucəlinin bazarda yeri var idi, mənim isə yox idi, mən tikinti işi ilə məşğul olub malları alıcılara satmağa verirəm, ona görə Orucəlini də apardım.” “Orucəli orada boruları gördü? Borular qıraqda idi, az idi, amma ölçüləri məlum idi, Orucəli də dedi ki, borulara başqa müştəri axtarma, ver mən satım.” ““Anşaq Petrol”dan da boruları götürəndə Orucəlini aparmışdınız? Bəli, Orucəli ilə getmişdim. Həmin boruları gətirib Dərnəgüldəki anbara yığmışdım.” “Orucəli desəydi ki, bu borular satılası deyil, "xxxx" ilə işləməyəcəkdiniz? İşləyəcəkdim, boruları satmağa başqa adamlar var idi, bazar qiymətindən aşağı versəydim alardılar.” “Cinayət işinin materiallarından görünür ki, sizin də bazarda yeriniz olub, bu barədə nə deyə bilərsiniz? Əvvəllər olub, sonra satıb tikinti işinə keçmişəm, çıxan malları bazara verib satdırmışam.” “Siz "xxxx" ilə nə iş görürdünüz? Tikinti işləri görürdüm, su xəttinin çəkilməsi, ağacların əkilməsi, damların vurulması işləri görülürdü, 200-250 fəhlə işləyirdi.” “Gördüyünüz işlərin müqabilində sizə borular verilirdi? Razılaşmamız belə idi ki, görülən işlərin əvəzində nağd pul veriləcək, 1 milyon pulun əvəzində borular verilib mənə.” “Nə qədər boru verilib sizə? 11600 metr boru və 15 maşına yaxın metal qırıntısı verilib.” “Dəyəri nə qədər idi? 1 milyon 44 min manat.” “Orucəli "xxxx" ilə hər hansı bir tikinti işi görüb? Xeyr, ancaq mən məşğul olmuşam.” “Bundan əvvəl Orucəli ilə birgə kommersiya fəaliyyətiniz olub? Xeyr, heç zaman olmayıb.” “Sizin Orucəliyə borcunuz olub? Xeyr.” “Bəs Orucəlinin sizə borcu olub? Xeyr, bizim aramızda borc olmayıb.” “Borular nə qədər qaldı Orucəlidə? 2020-ci ilin iyun ayının əvvəlində anbara getmişdim, mallar orada idi.” “Borular nə vaxt anbara gətirilmişdir? 2019-cu ilin fevral-mart aylarında.” “Bir il anbarda qalıb borular? Bəli. Mən xəstəxanaya düşəndən sonra bazar qiymətindən aşağı qiymətə satılıb.” “Siz başqa kiməsə həmin boruları təklif etmisiniz? Xeyr. Mən boruları Orucəliyə vermişdim, özüm müştəri apara bilməzdim.” “Siz boruları ölçüsündən asılı olmayaraq 90 manatdan vermişdiniz? Bəli.” “90 manatın 50 manatı xərclər idi? Mayası 70-75 manata gəlib çıxırdı.” Müdafiəçi5 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “11600 metr boru olması və dəyərinin 1 milyon 44 min manat olması barədə rəqəmləri nəyə əsasən deyirsiniz? Boruların metrini 90 manatdan hesablamışam.” “11600 metr borunun hansı diametrdə olmasını deyə bilərsinizmi? Ümumi hesablanıb, təxmini 5200 metr 426 mm-lik, 2500 metr 273 mm-lik, 1000 metr 377 mm-lik boru olub, qalan borular isə birlikdə 3000 metr olub.” “Sizin aparılan əməliyyatlarla bağlı qeydiyyat apardığınız kitabçanız var? Mən rəsmi sənədlə vermişəm boruları, cinayət işinin materiallarında var.” “Borunun verilməsi hansı müddətləri əhatə edib? 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına kimi.” “Aranızda ödənişin hansı qaydada aparılması barədə razılaşma olub? Borular satılacaqdı, satılandan sonra pulu veriləcəkdi.” “Borular siz göndərdikcə satılıb pulu verilməli idi? Xeyr, satılandan sonra.” “Ödəniş nə vaxt verilməli idi? Borular tamam satılandan sonra.” “1 milyon 44 min manat sizin gördüyünüz işin nəticəsi idi? Alacağımın əvəzində almışam boruları, fəhlələrin pulunu özüm vermişəm.” “Görülən işlərlə bağlı olaraq tikinti materialları kimin hesabına alınıb? "xxxx"in vəsaiti hesabına alınıb, mən vasitəçi olmuşam, elə material olub ki, onu mən ödəmişəm.” “Bununla bağlı qaimə və ya sənəd var? Bütün sənədlər "xxxx"dədir, sənədləri istintaqa təqdim etmişəm.” “1 milyon 44 min manat pulun içərisində materialların pulu olub? Xeyr, o pul mənim əmək haqqım idi.” “Sizin "xxxx"dən alacağınız nə qədər idi? Kommersiya sirridir, deyə bilmərəm.” “Siyəzən Broyler sizə əmək haqqı kimi nə qədər pul verməli idi? Kommersiya sirridir, deyə bilmərəm.” “Gördüyünüz işləri konkret deyə bilərsiniz? 1 milyon 44 min manat sizin əmək haqqınızdır, yoxsa fəhlələrin də pulu daxil idi, həmin məbləğə? Kommersiya sirridir, deyə bilmərəm. Bu sualın ittihamın mahiyyətinə aidiyyəti yoxdur.” “Görülən işlər neçə işçi yerinə yetirib? 200-250 fəhlə olub.” “İşçilərin əmək haqqı hansı məbləğ əsasında ödənilib? Kommersiya sirridir, deyə bilmərəm. Bu sualın ittihamın mahiyyətinə aidiyyəti yoxdur.” “Siz boruların pulunu nə vaxt tələb etməyə başladınız? 2020-ci ilin sentyabr ayında tələb etməyə başladım, lakin hər dəfə bir bəhanə elədi, axırıncı dəfə isə qəti surətdə dedi ki, pulunu vermirəm, get hara istəsən şikayət elə.” “Həmin vaxta kimi borular tələb etməmisiniz? Xəstəxanada olmuşam, ona görə tələb etməmişəm.” “O vaxta kimi gedib baxmışdınız ki, borular hara yığılıb? 2020-ci ilin iyun ayında anbara getmişəm, oraya yığılmışdı, boruların şəkillərini çəkmişəm, onları da istintaqa təqdim etmişəm.” “Siz gördüyünüz işləri hansı müddətdə yerinə yetirmisiniz? Təxminən 2018-ci ilin iyul ayından 2019-cu ilin iyun ayına kimi.” “İşçilərin gündəlik xərcləri, işə gəlib-getmələri, yemək xərcləri, işlədilən texnikaların kəsilməsi, daşınması və s. xərclər barədə müvafiq qeydiyyat aparmısınız? Həmin xərclər kimin hesabına ödənilirdi? "xxxx" ASC-nin yoxsa sizin? Bəli, qeydlərim var, xərclər mənim hesabıma ödənilirdi.” “Gördüyünüz işlər müqabilində "xxxx" ASC-nin sizə hansı məbləğdə borcu yaranmışdır? "xxxx" ASC-nin mənə olan 1 milyon 44 min manat borcunun əvəzində boru verilib.” “Sizə naturadan başqa hər hansı nağd ödəniş edilmişdirmi? Kommersiya sirridir, deyə bilmərəm.” “Siz "xxxx" ASC üçün hansı işləri görmüsünüz? Gördüyünüz işlər üzrə "xxxx" ASC-nin sizə ödədiyi məbləğləri sənəd şəklində təqdim edə bilərsiniz? Bu sualın ittihamın mahiyyətinə aidiyyəti yoxdur.” “Siyəzən Broyler ASC-də həmin məbləğdə gördüyünüz işləri təsdiq edən sənədləri nə üçün ibtidai istintaqda və məhkəmə istintaqında təqdim etməmisiniz? Həmin sənədlər məndən tələb olunmayıb. Bu sualın ittihamın mahiyyətinə aidiyyəti yoxdur.” “Siz bildirmisiniz ki, "xxxx" ASC-də 60000-70000 kvadrat metrdən çox dam örtüyü dəyişmisiniz. Dəqiq deyə bilərsiniz nə qədər dam örtüyü dəyişmisiniz? Təxmini demişəm ki, 60000-70000 kvadrat metrdən çox olub, dəqiq yadımda deyil.” “Bunu təsdiq edən təhvil-təslim aktları mövcuddur? "xxxx" ASC-də var, məndə yoxdur.” “Gördüyünüz işlər üçün materialları haradan almısınız? Materialların çox hissəsini "xxxx" ASC verib.” “1 milyon 44 min manat ödənilən pulun nəyin puludur? Gördüyüm işlərin puludur.” “Şiferlərin və dəmir üzlüklərin haradan alındığını bilirsiniz? Xeyr, mənə aidiyyatı yoxdur.” “Təqsirləndirilən şəxs sizə hər hansı material göndərib? Xeyr.” “Material ilə bağlı sizin kiməsə borcunuz var? Xeyr.” “Boruların nə borusu olması və ölçüləri barədə nə deyə bilərsiniz? O suala cavab vermişəm.” “Cinayət işinin 1-ci cildinin 30-cu səhifəsində olan metal alışı ilə bağlı olan sənədi haradan əldə etmisiniz? Həmin sənəd "xxxx" ASC-yə aiddir, mənə aidiyyatı yoxdur, boruların ölçüləri haqqındadır, mənim apardığım qeydlər var orada. Mənə təqdim olunan boruların 90 faizinə yaxını barədə sənəddir.” “Həmin sənəddəki məlumatların doğruluğu barədə nə deyə bilərsiniz? O sənəddə ancaq boruların ölçüləri mənə aiddir, qalanını bilmirəm.” “O sənədi kim tərtib edib? "xxxx" ASC.” “Tərtib olunana kimi sənəddən məlumatınız var idi? Mənə aid olmayan hissələr barədə yox.” “Həmin sənəddə əlyazması ilə olan qeydlər nə ilə bağlıdır? Onlar mənim öz qeydlərimdir, mənim əlyazımdır.” “Həmin sənəddə kompüterlə yazılan yazıları kimin icra etdiyini bilirsiniz? Xeyr, bilmirəm.” “Sizin həmin səhifədə apardığınız hesabata əsasən, diametri 273 mm borunun uzunluğu 2331,27 metr, diametri 426 mm borunun uzunluğu 5625 metr, diametri 377 mm borunun uzunluğu 3449,3 metr, diametri 325 mm borunun uzunluğu 42,5 metr, diametri 219 mm borunun uzunluğu 12,6 metr, diametri 159 mm borunun uzunluğu 67,38 metr, diametri 233 mm borunun uzunluğu 33 metr, diametri 214 mm borunun uzunluğu 12,3 metr, diametri 325 mm borunun uzunluğu 12 metr, diametri 214 mm borunun uzunluğu 12,3 metr olmaqla cəmi 11600 metr olduğu göstərilmişdir, həmin rəqəmləri haradan əldə etmisiniz və bu məlumatları təsdiq edən sənəd varmı? Bəli, "xxxx" ASC-nin rəsmi sənədləri var.” “Sizin təqdim etdiyiniz həmin cədvəldə olan məlumatlardan görünür ki, sizə diametri 377 mm-lik, uzunluğu 3449,04 metrlik borunun qiyməti 86976 manat, diametri 273 mm-lik, uzunluğu 504,39 metrlik borunun qiyməti 12609,75 manat, diametri 426 mm-lik , uzunluğu 285 metrlik borunun qiyməti 7127 manat təşkil edir, bu sənədləri istintaqa təqdim etməkdə məqsədiniz nə idi? Mən istintaqa qiymətlə bağlı sənəd təqdim etməmişəm.” “"xxxx" ASC tərəfindən sizə verilən boruların metri neçə manatdan hesablanmışdır? Bu sualın ittihamın mahiyyətinə aidiyyəti yoxdur, mənim kommersiya sirrimdir.” “Borunun qalınlığı qiymətə təsir edib? Xeyr, qalınlıqdan asılı olmayaraq metr ilə almışam.” “Sizin təqdim etdiyiniz həmin sənədə əsasən boruların bir metrinin qiyməti 25 manat olmuşdur, "xxxx" ASC tərəfindən sizə 10358,83 metr boru verilmişdir, cədvələ əsasən hesablandıqda boruların qiyməti 258970 manat təşkil edir, bu isə sizin iddia etdiyiniz məbləğdən 4 dəfə aşağıdır, bu fərqi necə izah edə bilərsiniz? Mənim borunu neçəyə almağımın işə aidiyyatı yoxdur.” “Həmin cədvəldən görünür ki, sizə gördüyünüz işlərin əvəzində "xxxx" ASC tərəfindən 41380 kq qara metal, 5000 kq aliminium verilmişdir, həmin malların dəyəri nə qədər idi? Bu sualın ittihamın mahiyyətinə aidiyyəti yoxdur, mənim kommersiya sirrimdir.” “Həmin malları satılması üçün Təqsirləndirilən şəxs vermisiniz? Bəli.” “Təqsirləndirilən şəxs malların pulunu verib sizə? Bir hissəsini verib, bir hissəsi qalıb.” “Nə qədəri qalıb? Dəqiq yadımda deyil.” “İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, siz sədrlik edənin sualına cavab olaraq dəmir boruları gördüyünüz işin müqabilində sizə verildiyini, dəyərinin 272000 manat təşkil etdiyini bildirmisiniz, hal-hazırda isə həmin boruların dəyərinin 1 milyon 44 min manat olduğunu deyirsiniz, bu barədə nə deyə bilərsiniz? Mən elə söz deməmişəm.” “11600 metr uzunluğunda verilən borunun qiyməti 272000 manat olduğu halda, həmin boruların dəyərinin 1 milyon 44 min manat olmasını nəyə əsasən deyirsiniz? Mən o qiymətə satmışam.” “Həmin boruların qiymətinin müəyyən edilməsi ilə əlaqədar keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı ekspertizaya göndərilən borular haradan götürülmüşdü? Onu mən götürməmişəm, müstəntiqin iştirakı ilə boruların yığıldığı yerdən götürülüb, mən də iştirak edib yerini göstərmişəm.” “Həmin nümunələrin götürülməsində iştirak etmisiniz? Bəli, müstəntiqə boruları təqdim etmişəm.” “Təqdim etdiyiniz borular Təqsirləndirilən şəxs verdiyiniz borular idi? Bəli.” “İbtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyiniz ifadələrdə gördüyünüz işlərin müqabilində 1 milyon 44 min manat dəyərində 11600 metr uzunluğunda, diametrləri 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm-lik borular olmaqla həmin boruların qalınlığının 7-8 mm-lik olduğunu bildirmisiniz, lakin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, təqdim olunan nümunələrin qalınlığı 8 mm, diametri 426 mm, qalınlığı 13 mm, diametri 377 mm, qalınlığı 10 mm, diametri 325 mm, qalınlığı 9 mm, diametri 530 mm, qalınlığı 8 mm, diametri 73 mm olan borulardır, boruların diametri və qalınlığına görə yalnız 426 mm olan boru həmin məlumatlara uyğundur, buradan da görünür ki, ekspertizaya göndərilən boru nümunələrinin əksəriyyəti sizə aid olmayan borulardan götürülmüşdür, bu barədə sizin məlumatınız varmı? Təqsirləndirilən şəxs izahatında göstərib ki, mənim ona verdiyim 10 mm qalınlığı, 20 mm uzunluğu olan 377 mm-lik 1800 metr borunu armatur sexinə verib. 9000 metr borudan 3000 metrə yaxını müxtəlif diametrdə olub.” “Birinci instansiya məhkəməsində verdiyiniz ifadənizi təsdiq edirsiniz? Bəli.” “Siz boruların 1-ci və sonuncu partiyasını nə vaxt vermisiniz? 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına kimi, tarixlər dəqiq yadımda qalmayıb.” “Siz nə vaxt xəstələndiniz? 2020-ci il iyun ayının 26-da xəstəxanaya düşdüm.” “Siz şəxsin qarşısında belə bir şərt qoymusunuz ki, boruları satma, yığ oraya? Xeyr.” “Siz xəstələnənə kimi borulardan heç satılmamışdı? 2020-ci il iyun ayının əvvəlində 1000 metr satılmışdı, həmin pulu verəcəkdi mənə amma vermədi.” “Sizin xəstəlik dövrünüz nə qədər çəkdi? 3 ay aktiv həyata qayıtmamışam.” “O vaxta kimi boruların satılmamasını nə ilə əlaqələndirirsiniz? Mənim 1 il başım işə qarışıb, maraqlanmamışam, bazarda elə olur ki, mal 5 il satılmır, qəfil satılır. Həmin müddətdə Orucəli adına olan bütün əmlakı keçirtdi başqalarının adına, mağazanı da satıcının adına keçirtdi.” “Boruların razılaşma şərti ilə bağlı Təqsirləndirilən şəxs sizə deyib ki, satdıqca pulunu verim? Mən demişdim ki, sat mənim pulumu ver. Bütöv və ya hissə-hissə fərqi yoxdur.” “Siz Orucəlidən soruşmusunuz ki, bu borular niyə satılmır? Xeyr, mənim nəyimə lazımdır ki, bunu soruşmaq. O, boruları satıb mənə pulunu verməli idi.” “Niyə boruları Orucəlidən götürüb satmaq üçün başqasına vermirdiniz? Bazarın qaydası belədir ki, malı kiməsə vermisənsə oradan götürə bilməzsən.” “Siz nə vaxt bildiniz ki, Təqsirləndirilən şəxs boruların metrini 30-40 manata satıb? Xəstəxanadan çıxandan sonra sentyabr ayında.” Müdafiəçi4 suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Siz boruları Təqsirləndirilən şəxs hansı məqsədlə vermişdiniz? Satmaq üçün vermişdim.” “Son illərdə sizin Dərnəgül Bazarında yeriniz olub? Xeyr.” “Təqsirləndirilən şəxs ilə aranızda razılaşmanız necə olub? Boruları hissə-hissə satıb pulu verilmədi idi, yoxsa tam satılandan sonra? Tam satılandan sonra verməli idi, 1000 metr borunu satsa da, pulunu verməyib.” “11600 metr borudan sizə hər hansı pul verilib? Xeyr, verilməyib.” “Siz boru nümunələrinin götürülməsində iştirak etmisiniz? Bəli.” “Borular haradan götürülmüşdü? Bir hissəsi ekologiya postunun yanında Orucəlinin obyektinə yığılmışdı, bir hissəsi də satış nöqtəsinə.” “Siz haradan bildiniz ki, həmin borular sizindir? Mən müntəzəm olaraq gedib baxırdım ki, malım satılıb ya yox.” “Təqsirləndirilən şəxs boru nümunələrinin götürülməsində iştirak etmişdi? Xeyr.” “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, qalınlığı 13 mm, diametri 377 mm və uzunluğu 3450 metr olan dəmir borunun qiymətinin 372600 manat olması qeyd olunmuşdur, lakin sizin təqdim etdiyiniz hesabatda həmin boruların 6289,46 metr olmaqla qiymətinin 157236 manat olması göstərilmişdir, bunu necə izah edə bilərsiniz? Mənim "xxxx" ASC ilə danışığım belə olub ki, boruların yerin altından qazılıb çıxarılması, maşınlara yüklənməsi, daşınması, təmizlənməsi və s. xərclər mənə məxsusdur. Mən çəkdiyim xərcləri də əlavə edib boruların metrini 90 manata satmışam.” “ Borunun yenisinin qiyməti 108 manat, sizin verdiyiniz borunun maya dəyəri 25 manat olduğu halda, niyə siz borunun metrini 90 manata vermisiniz? Mən xərclərimi də qiymətə əlavə etmişəm.” “Sizin boruların metrini 90 manata verməyiniz barədə sənəd var? Aramızda şifahi razılaşma olub, mən boruları qaimə ilə vermişəm, cinayət işinin materiallarında var.” “Cinayət işinin 1-ci cildinin 235-ci səhifəsində olan 10 noyabr 2018-ci il tarixli "xxxx" ASC tərəfindən sizə verilən qaimədən görünür ki, gördüyünüz işlərin müqabilində sizə 41388 kq metal qırıntısı, 5000 kq aliminium şiferlər verilmişdir, bu materialların cinayət işi ilə nə əlaqəsi vardır? Metallomu Təqsirləndirilən şəxs satmağa vermişəm, bu işə aidiyyəti yoxdur.” “Cinayət işinin materiallarında sizin tərəfinizdən ibtidai istintaqa cinayət işinin 1-ci cildinin 236-252-ci səhifələrində olan 17 ədəd qaimə təqdim olunmuşdur, bu qaimələrdən görünür ki, Baku STELL Kompaniya və Zərərçəkmiş şəxs şəxsi qeydi ilə müxtəlif vaxtlarda aliminium və qara metal daşımışdır, həmin qaimələrin cinayət işi ilə nə əlaqəsi vardır? Həmin qaimələrin bu işə aidiyyəti yoxdur.” “Boruların verilməsinə dair qaimə təqdim edə bilərsiniz? Cinayət işinin materiallarında var.” “Nə ibtidai istintaq zamanı vermiş olduğunuz ifadələrinizdə, nə də ki, təqdim etdiyiniz sənədlərdə 530 və 73 mm-lik diametrli boruların sizə verilməsinin mövcudluğu ilə əlaqədar hər hansı məlumat olmadığı, eləcə də 9 mm, 10 mm və 13 mmlik qalınlığı olan boruların sizə verilməsinin mövcudluğu ilə bağlı hər hansı məlumat olmadığı halda, ekspertizaya təqdim olunmuş boru nümunələrinin qalınlığının artması, eləcə də 530 və 73 mm-lik boruların hansı səbəbdən nümunə kimi ekspertizaya təqdim olunması barədə nə deyə bilərsiniz? Təqsirləndirilən şəxs izahatında qeyd edib ki, mən 1800 metr 377 mm-lik borunu ona 30-32 manata armatur sexində vermişəm, armatur sexi 12 mm-dən aşağı borunu qəbul etmirdi. 3000 metrə yaxın 530 mm-lik boru vermişəm.” “"xxxx" ASC ilə sizin aranızda hər hansı subpodrat və ya podrat müqaviləsi olub? Bu, mənim kommersiya sirrimdir, deyə bilmərəm.” “Siz "xxxx" ASC ilə hüquqi şəxs kimi müqavilə bağlamısınız? Kommersiya sirridir, deyə bilmərəm.” “Siz qeyd olunan boruları Təqsirləndirilən şəxs başqa kiməsə vermisiniz? Xeyr.” “Sizin Təqsirləndirilən şəxsla alveriniz zamanı başqa bir şəxsə borcunuz olub? Bu sualın ittihama heç bir aidiyyəti yoxdur.” “Sizin Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə borcunuz olub? Xeyr.” “Bəs niyə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sizə verilmiş torpaq sahəsinin satılması ilə bağlı Təqsirləndirilən şəxs etibarnamə vermisiniz? Mən o yeri Orucəliyə satmışam.” “Cinayət işinin 1-ci cildinin 216-217-ci vərəqəsində olan, tərəfinizdən istintaqa təqdim olunan sübut əhəmiyyəti olan materiallarda səliqə ilə yığılmış topa halda olan boruların fotoşəkilləri var, həmin fotoşəkillər sizə təqdim olunmaqla boruların harada yığılması, boruların kim tərəfindən aşkar edilməsi, fotoşəkillərin kim tərəfindən çəkilməsi, diametri və qalınlığı, materialının nədən ibarət olması və orada olan boruların sayı və ümumi uzunluğu barədə nə deyə bilərsiniz? Fotoşəkilləri mən özüm çəkmişəm, bundan başqa 2020-ci ilin iyun ayında da alıcı ilə birlikdə gedib boruların fotoşəkillərini çəkmişəm, həmin şəxsin ifadəsi iş materiallarında var. Həmin vaxt budka sındırılmışdı, onun da şəklini çəkmişəm.” "xxxx" ASC tərəfindən sizə verilən boruların istifadəyə yararlı olub-olmaması barədə nə deyə bilərsiniz? Borular istifadəyə tam yararlı olub.” “Bəs hansı səbəbdən boruların işlək vəziyyətə gətirilməsinə 50 manat pul xərcləmisiniz? Boruların çıxarılması, qazılması, daşınması, təmizlənməsi və kəsilməsinə xərcləmişəm.” “Boruların çürüməsi və korriziyaya məruz qalması barədə nə deyə bilərsiniz? 20 ildən yuxarı bütün borular korriziyaya məruz qalır.” “Həmin boruların nə vaxtdan istifadəyə verilməsi barədə məlumatınız olub? Xeyr.” “Həmin borular texniki tələblərə cavab verirdimi? Uzun müddət istifadədə olması onların yararlılığına hansı dərəcədə təsir göstərmişdir? Bəli, cavab verirdi.” “"xxxx" ASC tərəfindən həmin borular verilərkən boruların metri qiymətləndirmədə diametrinə və qalınlığına görə aparılmış, yoxsa həmin ölçülərdən asılı olmayaraq orta qiymət çıxarılmışdır? Mənə uzunluğuna və çəkisinə görə verilmişdi.” “Siz Təqsirləndirilən şəxs boruları verərkən qiymətləri diametrinə və qalınlığına görə müəyyən etmişdiniz, yoxsa ortalama borunun hər metrinə görə ümumi qiymət müəyyən etmişdiniz? Ortalama 90 manata vermişdim.” “İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sizə verilən borular 1984-cü ildə istismara verildiyindən çürüməyə və korroziyaya məruz qalaraq istifadəyə qismən yararlı vəziyyətdə olmuşdur, bunu cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 1455 saylı əmr də təsdiq edir, belə olan halda həmin borulardan yararsız vəziyyətdə olan hissəsinin təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün sizin tərəfinizdən hər hansı bir vəsait xərclənmişdirmi? Yararsız hissələri çıxardıb metallom kimi vermişəm.” “Həmin 11600 metrə daxil idi kəsilən hissələr? Xeyr.” “"xxxx" ASC-nin direktoru Asəf İsmayılovun imzası ilə imzalanmış və həmin idarənin möhürü ilə təsdiqlənmiş əmrdə göstərilir ki, borular çürüməyə və korroziyaya məruz qalmasına baxmayaraq qismən yararlı olmuşdur, eyni zamanda həmin əmrdə sizin Təqsirləndirilən şəxs ilə şərik olduğunuz qeyd edilmişdir, bu barədə nə deyə bilərsiniz? Mən həmin sənədi görməmişəm.” “Belə olan halda "xxxx" ASC sizin Təqsirləndirilən şəxsla şərik olmağınızı haradan bilirdi? Həmin sənəd saxtadır.” Deyə bilərsiniz bu borular nə borularıdır? Mən bu boruları öz mağazamda təmizlədib kəsdirmişəm. "xxxx" ASC-də belə bir şərait olmayıb, bütün texnikanı mənim dostum Vaqif verib. Bu boru metallom olub.” Müdafiəçi3 suallarına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir: “Sizin Təqsirləndirilən şəxsla münasibətiniz nə vaxt pozulub? Mən 2020-ci ilin iyun ayında gedəndə görmüşəm ki, mallarım satılıb, pulunu istəyəndə verməyib, deyib verəcəm, sonra Orucəlinin qaynının yanına getmişəm, o da təsdiqləyib malların satıldığını.” “Siz o vaxta kimi niyə maraqlanmırdınız ki, mallar satılır ya yox? Maraqlanmışam, gedib şəkillərini də çəkmişəm.” Nümayəndə Müdafiəçi6 suallarına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir: “Bu işlə bağlı polisə şikayət etməmişdən əvvəl Təqsirləndirilən şəxs boruları satıb pulunu ələ keçirməsi barədə kiməsə demişdiniz? Bəli, Orucəlinin şəriki və qaynı Akif Abasova bildirmişdim. Akif Abasov mənə bildirdi ki, avqust ayında Orucəlinin birdən-birə varlandığını gördüm, Orucəlini çağırıb dedim ki, bu pullar səndə haradandır? Bu pullları yarı bölməliyik. Orucəli də deyib ki, bu pulların sənə aidiyyəti yoxdur, Əbdülhəsənin məndə 500000 manatlıq borusu var, özü xəstəxanadadır, həmin malları satmışam, özümə düşən hissəsini xərcləyirəm. Ondan sonra mən həmin səs yazısı ilə Orucəlinin yanına gəldim, Akifin mənə dediklərini bildirdim. Akif zəng elədi ofisə ki, gəl camaatın pulunu ver.” “Bu barədə səs yazısı var? Bəli, var, mən istintaqa təqdim etmişəm.” “Təqsirləndirilən şəxs boruları sizdən alanda ölçürdü? Xeyr, alanda ölçmürdü, satanda ölçürdü. Boruları Orucəlinin satıcısı Niyaz anbara yığırdı.” “Siz boruların qiymətini neçəyə razılaşmışdınız? Metrini 90 manata.” “Təqsirləndirilən şəxs neçəyə satıb? 30-70 manat arası.” “Məqsədi nə olub belə ucuz satmaqda? Düşünüb ki, mən öləcəm, anbarı tez boşaltsın.” “İndiyə kimi Orucəli kiminsə vasitəsilə sizə hər hansı məbləğdə pul təklif edib? Bəli, Mirzə Nəcəfov və Faiq adlı şəxs vasitəsilə 400000 manat pul təklif olunub, müstəntiqdən 10 gün vaxt istədilər ki, ödəyib barışacıyıq, amma ödəmədilər.” “Təqsirləndirilən şəxs boruları kimə satması barədə nəsə bilirsiniz? Xəstəxanadan çıxandan sonra bazara gələndə öyrəndim ki, Orucəli boruları Elxan adlı şəxsə və başqalarına fərqli uzunluqlarda ucuz qiymətə satıb.” “Borulara çəkilən xərc və maya dəyəri nədən ibarətdir? Borunun hər metrinin təxminən 50 manat dəyəri olub, borulara çəkilən xərclər isə boruların çıxarılması, yerə yığılması, anbara daşınması, anbardan maşına yüklənib Bakı şəhərinə daşınması, nəqliyyat vasitələrinin və fəhlələrin pulu idi.” “Siz və həyat yoldaşınız nə vaxt xəstələnmişdi? 2020-ci il iyulun 17-də mən komadan ayıldım, növbəti gün həyat yoldaşım rəhmətə getdi.” “Təqsirləndirilən şəxs həmin vaxta kimi borulardan heç satmışdı? Mən xəstələnənə kimi 1000 metr borunu öz qardaşına satmışdı, mənə pulunu verməli idi, amma vermədi.” “Təqsirləndirilən şəxs sizin yas mərasimində iştirak edib ya da xəstəliyinizlə maraqlanıb? Yas mərasimində heç mən də olmamışam, dəfndə iştirak edib, həkim mənimlə bağlı bildirmişdi ki, hazırlığınızı görün, öləcək.” “Həkimin dediyini Təqsirləndirilən şəxs bilirdi? Bəli, bilirdi.” Sədrlik edənin suallarına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir: “Siz "xxxx" ASC ilə özünüz müqavilə bağlamısınız? Mən subpodratçı olmuşam.” “Siz subpodrat müqaviləsini necə bağlamısınız? Podratçı "xxxx" ASC olub.” “Gördüyünüz işlərin xərclərini özünüz qarşılamısız? Bəli.” “Bəs gəliriniz nə idi? Gəlir kimi boruları almışam.” “Təqsirləndirilən şəxs bu məsələ ilə əlaqəsi olub? Xeyr, olmayıb.” “Sizin Təqsirləndirilən şəxsla münasibətlərin yaxın olub? Bəli, əvvəllər də iş görmüşük.” “Xəstələnənə kimi Təqsirləndirilən şəxs ilə münasibətləriniz necə idi? Normal idi.” “Bəs niyə sizə qarşı Təqsirləndirilən şəxs belə bir hərəkət edib? O, yəqin ki mənim öləcəyimi düşünürdü, kommersiya ikiminiz arasında olub, mən öləndən sonra heç kim gedib o pulu istəməyəcəkdi.” “Siz boruları verəndə Təqsirləndirilən şəxs maddi imkanı necə idi? Normal idi.” “Sizin 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə iş münasibətlərinin korlanıb? Xeyr, elə bir şey olmayıb.” Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, uzun müddət lügənrəD“ dəmir bazarı” deyilən yerdə metal və metal məmulatlarının alqısatqısı ilə məşğul olmuşdur. Səfərov Əbdülhəsən Mahmud oğlu ilə təxminən 2003-cü ildə tanış olmuş və həmin vaxtdan etibarən aralarında yaxın işgüzar münasibətlər yaranmış, hətta dostluq etmişlər. Əbdülhəsən də müxtəlif biznes sahələri ilə məşğul olmuş, o cümlədən metal alveri də etmişdir. O cümlədən 2010-cu ildə Əbdülhəsənin işləri bir az zəifləmiş, ona görə də Əbdülhəsən həmin vaxt lügənrəD“ dəmir bazarı”nda arabir onunla birlikdə dəmir və metal alış-verişi ilə məşğul olmuşdur. Daha sonra qaynı Akif Abasovdan borc alıb Rusiyadan satmaq üçün borular gətirmək qərarına gəlmiş, Əbdülhəsənin sənəd işlərindən yaxşı başı çıxdığına görə onu da özü ilə Rusiyaya aparmışdır. Qazancın 67 faizinin qaynı Akif Abasova çatması, qalan 33 faizini isə Əbdülhəsənlə aralarında bölüşdürməyi qərarlaşdırmışlar. İkinci dəfə isə yenə pul götürüb qaynı Akif Abasov üçün 612 ton qarğıdalı da idxal edib gətirmişlər. Bütün gediş-gəliş məsrəflərini və digər cari xərcləri özü ödəmişdir. Münasibətləri daha da yaxınlaşdığından bundan sonra xeyli müddət onlar birlikdə işləmiş, Əbdülhəsən ondan boruları alıb müxtəlif yerlərə verdiyinə görə ona 40000 manata qədər borcu yaranmışdır. Amma bir müddət sonra Əbdülhəsən daha onunla şərikli işləməkdən yayınmış və lügənrəD“ dəmir bazarı”nın girişində özünə ayrıca obyekt açmışdır. Əbdülhəsən təxminən 2-3 il həmin yerdə özü sərbəst işlədikdən sonra həmin obyekti bağlamışdır. Bu müddətdə şərikli işləməsələr də münasibətləri davam etmiş, hətta Əbdülhəsənə müxtəlif vaxtlarda borc da vermişdir. Bir müddət sonra şəxsən onun özünə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iş təklifi gəlmiş, kifayət qədər böyük həcmli olan həmin işi Əbdülhəsənlə birlikdə şərikli görmək qərarına gəlmişdir. Bu iş təklifi barədə Əbdülhəsənə bildirmiş, birlikdə müzakirə etmişlər və razılaşaraq işləməyə başlamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara 30 hektar ərazidə istixanaların quraşdırılması tapşırılmış, oranın rəhbəri – ola bilsin ki direktoru olan Asəf müəllimlə hər hektarı 30000 manata razılaşmışlar. Əbdülhəsənlə isə öz aralarında belə razılaşma əldə olunmuşdur ki, hər hektara görə alacaqları 30000 manatın 15000 manatını işçilərə versinlər, qalan hissəsini isə öz aralarında bölüşdürsünlər. Bu işə başlayandan etibarən onun üzərinə düşən vəzifələr kimi təczihatla məşğul olmuş, lazımi avadanlıqları yığmış, işçilər yığıb briqada kimi formalaşdırıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərmişdir. Həmçinin Əbdülhəsən də öz qaynı və qohumlarından ibarət briqada yığıb düzəltmiş, birlikdə işə başlamışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2018-ci ilin iyul ayının ortalarından 2018-ci ilin dekabr ayına qədər işləmişlər. 3 ay ərzində onlar birlikdə 13,5 hektar istixana quraşdırmışlar. Şəxsən özü müntəzəm şəkildə iş yerinə gedib baş çəkmiş, işlərin gedişinə nəzarət etmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona işlənmiş yeraltı boruların çıxarılması ilə bağlı təklif gəlmişdir. Yəni, "xxxx"Açıq Səhmdar Cəmiyyəti xətləri yeniləmək istədiyi üçün köhnələri ərazidən çıxardıb yığışdırmaq fikrində olmuşdur. O bu təklifi dəyərləndirmiş, sərfəli olduğu üçün qəbul etmiş və bu işi də Əbdülhəsənlə birlikdə görmək barədə razılaşmışlar. Həmin boruların uzunluğu təxminən 7000 metrə yaxın olmuş, qiyməti də təxminən 238500 manat təşkil etmişdir. O cümlədən boruların 4200 metri 426 mm diametrli, 2500 metri 273 mm diametrli, 1000 metrə yaxını isə 377 mm diametrli olmuş, onlar boruların qiymətini "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hər metrinə görə 25 manata razılaşmışlar. Həmin çıxardıqları boruların 1800 metrini hər metrəsi təxminən 30-32 manata razılaşdırılmaqla Əbdülhəsənin iştirakı ilə sexə vermişlər, bir hissəsini də hər metrini 40-42 manata satıb camaatın borcunu ödəmişdir. Bu qaydada işin xeyli hissəsini artıq icra etmişlər. Amma müəyyən müddətdən sonra Əbdülhəsən işi ələ alıb yiyələnərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şahid5 oğlunu da ələ almış və son nəticədə onu işdən uzaqlaşdırmağa başlamışdır. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində hərəsi 1 manat 50 qəpik olmaqla 250000 ədəd ağac əkmişlər. Həmin işdə də aralarında razılaşma belə olmuşdur ki, 1 manat 50 qəpiyin yarısını, yəni 75 qəpiyi ağacı əkdirdikləri fəhlələrə ödəyəcəklər, qalan 75 qəpiyi isə ikisi öz aralarında bölüşdürəcəklər. Amma Əbdülhəsən razılaşmaları pozmağa başlamış və bütün bu işlərə görə əldə etdiyi qazancdan ona bir manat da belə pul verməmişdir. O, Əbdülhəsəni "xxxx" Açıq Səhmdar Cəmiyyətində görülən işlərin üstünə bir icraçı rəhbər kimi təyin etmiş, əsas rəhbər isə özü olmuşdur. Əbdülhəsən bilavasitə yerində fəhlələrin üstündə durmuş, gündəlik görülən işlərə nəzarət etmiş, işçilərin problemlərini bilavasitə yerində həll etmişdir. Özü isə şəxsən ən azı həftədə bir dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmiş, hər dəfə mütləq əraziyə daxil olaraq bütün işlərə yerində baxıb nəzarət etmiş, işlərin qaydasında olduğunu gördükdən sonra qayıdıb Bakıya gəlmişdir. 2019-cu ildə Əbdülhəsənlə birlikdə iş fəaliyyətinə son qoymuş, onunla daha şərikli iş görməmişdir. Sonralar Əbdülhəsənin koronavirusa yoluxub uzun müddət yatdığını, həyat yoldaşının isə həmin xəstəlikdən vəfat etdiyini bilmiş, hətta bir dəfə yas yerinə də getmişdir. Səfərov Əbdülhəsən Mahmud oğluna onun guya ******* manat pul verməli olduğu barədə iddialar tam əsassızdır. Onun Əbdülhəsənə heç bir borcu yoxdur, aldatmamışdır, dələduzluq etməmişdir. Əksinə, Əbdülhəsənin hazırda ona təxminən 155000 manat borcu vardır və dəfələrlə müraciət etsə də o, həmin pulu qaytarmır. Ona görə də bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Verilən sualları cavablandırarkən Təqsirləndirilən şəxs oğlu göstərdi ki, onun əleyhinə ifadə vermiş şahidlərə ifadələrini dəyişmələri üçün bilavasitə özü və ya başqa şəxs vasitəsilə təsir-təzyiq etməmiş, bu məqsədlə heç kimə hər hansı təklif verməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən qaz boruları alması ilə bağlı sənədləri əldə edib ibtidai istintaq orqanına təqdim etmək üçün heç kiminlə sövdələşməmişdir. Sonradan Əbdülhəsən Səfərovla telefonla danışarkən pulları qaytarmayacağı, sonuncunun hara istəyirsə bununla bağlı şikayət edə biləcəyi ilə bağlı fikirləri ola bilsin ki, hirsləndiyi üçün acıqla bildirdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səfərov Əbdülhəsən Mahmud oğlu göstərmişdir ki, o, 2003-cü ildə “Anşaq Petrol” neft şirkətində tikinti quraşdırma işlərini görərkən Təqsirləndirilən şəxs oğlu ilə tanış olmuşdur. Orucəli də lügənrəD“ dəmir bazarı” deyilən yerdə qaynı Akifə məxsus obyektdə adi bir satıcı kimi işləmişdir. O, “Anşaq Petrol” neft şirkətindən aldığı müxtəlif metal məmulatları sonradan satmaq üçün bazarın ərazisində yerləşən “BMW qarajı” deyilən yerə gətirib yığmışdır. Bazara gələn alıcılar həm də onun metal məmulatlarını yığdığı həmin “BMW qarajı”na gəlib baxmış, satışı oradan həyata keçirmiş, heç bir halda nisyə mal verməmiş, malı yalnız nağd pul müqabilində müştərilərə vermişdir. Orucəlini də Afyəddin adlı tanışı məhz həmin vaxtlarda onun yanına müştəri kimi gətirib tanış etmişdir. X19 bir az da fərqli təqdim edərək demişdir ki, bu şəxsin maddi ehtiyacları böyükdür, hansısa cinayətə görə cəza çəkib və cəzaçəkmə müəssisəsindən təzəlikcə azad edilib. Onun ailə vəziyyəti, digər çətinlikləri barədə danışmaqla Afyəddin ondan xahiş etmişdir ki, imkandırsa kömək məqsədilə Orucəliyə malları nisyə versin, Orucəli də ondan nisyə götürəcəyi metalları sonradan satdıqca gətirib pulunu ödəsin. Afyəddinin təminatı və xahişini nəzərə alıb ağır maddi vəziyyətdə olan Orucəliyə kömək etmək qərarına gəlmiş və ona ümumilikdə təxminən 30-35 min manatlıq dəmir materiallarını nisyə vermişdir. İlk vaxtlar özünü düzgün adam kimi göstərməyə çalışan Orucəliyə inanmış, ona görə də sonrakı müddətdə Neftçaladan “Anşaq Petrol” neft şirkətindən aldığı materialları “BMW qarajı”ndakı anbara göndərib yığdırmamış, dəmir material və məmulatları birbaşa Orucəlinin sifarişi əsasında lügənrəD“ dəmir bazarı”na göndərmişdir. Orada Orucəli maşınların çatdırılma haqqını ödəmiş, malları satmış, o da satılmış malların pullarını gəlib Orucəlidən almışdır. Yəni, razılaşmaya görə o malları Orucəliyə müəyyən konkret qiymətə vermiş, Orucəli də öz qazancı kimi hər malın razılaşdıqları qiymətinin üzərinə müəyyən məbləği öz qazancı kimi əlavə edərək satmışdır. Bu qaydada təxminən 6 ay ərzində Orucəli ilə aralarında alver olmuş, Orucəli onun mallarının pulunu vaxtlı-vaxtında vermiş, özü də kifayət qədər yaxşı qazanc əldə etmişdir. Bundan sonra Orucəlinin böyük qaynı Akiflə birlikdə Rusiyanın Samara şəhərindən satmaq üçün təxminən 1000 tona qədər dəmir materiallarını idxal edib ölkəyə gətirmişlər. Sonra həmin malları da Orucəli satmış, qabaqcadan razılaşdıqları ona çatası məbləği də vermişdir. Şəxsən onun özünün bir çox iş görən dairələrlə geniş əlaqələri olmuş, çoxsaylı biznes adamları ilə işgüzar münasibələri olmuş, böyük həcmli podrat işlərini yerinə yetirmiş, kifayət qədər geniş maddi imkanlara malik olmuşdur. Bütün bu əlaqələri, imkanları barədə kifayət qədər məlumatlanan Orucəli öz aralarındakı alver münasibətlərin gedişində onun kifayət qədər etibarını qazanmışdır. Qaynı Akifə görə də aralarında artıq dostluq münasibətləri yaranmışdır. Onun özündə düzgün partnyorla işləmək istədiyindən Orucəlini də belə bir insan kimi qəbul edib gələcək layihələrdə də kömək üçün onu cəlb etmək barədə düşünmüşdür. Metal alveri ilə bağlı onun işləri artdığından və bu sahə ilə əlaqədar ona edilən təkliflər davamlı olduğundan lügənrəD“ dəmir bazarı”nda yer götürərək özünün satış obyektini açmışdır. Həmin dövrdə özünün tanışları vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində istismarda olmuş dəmir su borularının çıxarılaraq satılmasının planlaşdırıldığı barədə eşitmişdir. Bu məsələni yerində dəqiqləşdirmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmək qərarına gəlmiş və gedərkən Orucəliyə də bu barədə deyərək onu da özü ilə oraya aparmışdır. Qəbulunda olarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru ilə söhbət zamanı məlum olmuşdur ki, borular həqiqətən var və onlar hansı vaxtda satılacaqdır. Amma onları sadəcə satışa çıxartmaq fikirləri yoxdur. Belə ki, mövcud müasir tələblərə görə, sanitariya-gigiyena tələbləri və hansısa standartların tələbləri baxımındın quşçuluqda artıq plastik borulara keçidlə bağlı tələb qoyulduğuna görə onlar həmin boruları qısa zamanda plastmast borularla dəyişdirməyi, həmin çıxarılacaq metal boruları da müvafiq işləri görəcək podratçıya zəhmət haqqı müqabilində razılaşıb ödəməyi planlaşdırdıqlarını bildirmişdir. Həmin söhbət zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoruna özünün iş adamı kimi fəaliyyəti ilə bağlı məlumat vermiş, podratçı kimi gördüyü işlər və təcrübəsi barədə məlumatlandırmışdır. Bununla da söhbətləri yekunlaşmışdır. Həmin söhbət zamanı boruların alınması, yaxud barteri ilə bağlı heç bir razılaşmaları və müzakirələri olmamışdır. Bundan bir müddət sonra, yəni 2018-ci ilin təxminən may ayında özü tək yenidən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmiş, direktor Asəflə görüşmüş, boruların dəyişdirilməsi və digər mümkün işlərin görülməsi ilə bağlı podratçı kimi xidmətini təklif etmişdir. Asəflə onun arasında ikilikdə geniş müzakirələri olmuş, sonra direktor onu həmin yerdə görülməli olan işlərlə tanış etmişdir. Orada təxminən 40 hektar sahədə istixanalar salınması, 250 hektar ərazidə ağac əkilməsi planlaşdırıldığı deyilərək həmin ərazilər ona göstərilmişdir. Bundan başqa təxminən 60-70 min kvadrat metr ölçüdə inzibati binaların dam örtüklərinin dəyişilməsi, yeni boksların tikilməsi, həmin saxlanc yerlərinin təmir-tikinti və təchizat materialları ilə təmin edilməsi zərurətinin olması bildirilmişdir. Həmin böyük həcmli işlərin görülməsi üçün çox böyük miqdarda künclük dəmir konstruksiyalar, profil qoşa talvarlar, metal məmulatları, hətta buğda məmulatları ilə təchiz olunmalı olması vurğulanmışdır. Asəf bütün bu işləri görəcəyi təqdirdə onu daha yuxarı rəhbərliyi ilə görüşdürə biləcəyini demişdir. Bütün bu işləri görməyə razılıq vermiş, bunun üçün lazımi bütün ehtiyatlarının, işçi qüvvəsinin, texnikalarının və təbii ki, iş təcrübəsinin olduğunu bildirmişdir. İlkin razılıqdan bir ay sonra həmin müəssisənin rəhbəri Cavid Abasovla görüşmüş, bütün detalları müzakirə etmişlər, razılıq əldə olunmuşdur. Bütün bu söhbətlərin heç birinə Orucəlinin heç bir aidiyyəti olmamış, ümumiyyətlə bu şəxs onun apardığı danışıqlardan məlumatsız olmuşdur. Cavidlə görüşdən bir həftə sonra onu Asəf dəvət etmiş, görüləcək işləri təhvil vermişlər. O, əvvəlcə təxminən 12 ha sahədə olan 4 ədəd istixananın tikintisi işini qəbul etmiş və işlərə başlamışdır. Ondan əvvəlki sifarişçi üç ay ərzində bir istixananı tikib təhvil verə bilmədiyi halda o, cəmi bir ay ərzində, demək olar ki, 12 ha sahədə olan üç istixananın və əvvəlki yarımçıq qalmış bir istixananın tikintisini başa çatdırmışdır. Bu işlərdə həm materialları özü təmin etmiş, həm də işçi qüvvəsini özü aparmış, təxminən 30- 40 min kv/m dam örtüyünü dəyişmişdir. O, gördüyü işlərin müqabilində 1 milyon 44 min manatlıq dəyərində, 11600 metr uzunluqda, 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm diametrliyində olan, 7-8 mm qalınlıqda olan su borularını və digər lom şəkildə olan dəmir məmulatlarını götürmüşdür. Orada təchizat tərəfindən ona həmin borular ölçülərək təhvil verilmişdir. Həmin qaydada metal məmulatlar tərəzidə çəkilmiş, boruların yer səthindən qazılaraq çıxarılması, kəsilməsi, maşınlara yüklənməsi və müxtəlif ünvanlara çatdırılması haqları onun vəsaiti hesabına başa gəlmişdir. Bundan başqa o, lügənrəD“ dəmir bazarı”nda alverini genişləndirmiş, demək olar ki, bazarda əksər müştərilər və hətta alverçilər dəmir məmulatlarını pərakəndə ondan almışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerdən çıxarılan su borularını ilkin olaraq həmin cəmiyyətin ərazisində onun üçün ayrılmış yerə çeşidləyib yığmışdır. 2018-ci ilin təxminən avqust ayında artıq onun gördüyü iş barədə məlumatlı olan, eşidən Orucəli həmin boruları ondan almaq üçün müraciət etmiş, onunla danışmış, o da prinsip etibarilə boruları ona satmağa razı olduğundan etiraz etməmiş və Orucəli gəlib dəmir su borularına yerində baxmış, qiymətini ondan dəqiqləşdirmişdir. O da aralarındakı tanışlıqları, münasibəti, Orucəliyə olan inamını, etibarını nəzərə alaraq son qiyməti müəyyənləşdirib Orucəliyə bildirmişdir. Orucəli dərhal qiymətlə də razılaşmış və boruların hamısını özünün alacağını bildirmiş, bununla da aralarında razılaşma əldə olunmuşdur. Təxminən 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına qədər olan müddət ərzində razılaşmalarına əsasən həmin boruları "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Orucəlinin satışla məşğul olduğu lügənrəD“ dəmir bazarı”na göndərməyə başlamışdır. Onun inamını qazanmış Orucəli hər vəchlə and-aman edərək boruların pulunu hamısını bir yerdə satıb qurtarandan sonra ödəyəcəyini vəd etmişdir. Etibar etdiyi bu şəxsin onu aldada biləcəyini, özü də bu həcmdə bir məsələdə aldada biləcəyini ağlına belə gətirməmişdir. Həm də podrat işlərini görmək üçün artıq xərcə-borca girib işləri yekunlaşdırmaq üzrə olduğundan Orucəlinin pulun ödənişi qaydası ilə bağlı təklifinə razılıq vermişdir. Bir məsələni də sonradan dəfələrlə düşənərək analiz etmişdir ki, Orucəli ondan malları alan zaman heç vaxt malların keyfiyyəti, ölçüləri və çəkiləri ilə maraqlanmamışdır. Məsələn, bazarda bir metrinin qiyməti 70 manat olan borunu ondan qəbul edən zaman belə xatırlayır ki, Orucəli malın xüsusiyyətləri ilə maraqlanmamış, “narahat olma, satacam” deyib malların tez bir zamanda onun sərəncamına keçməsinə çalışmışdır. Əslində isə bazar qanunlarına görə malı alan şəxs ən azından malın keyfiyyəti ilə maraqlanmalı, hər dəfə qiymətini soruşub dəqiqləşdirməli idi. Orucəli üçün isə bu xüsusatlar ümumiyyətlə maraqlı olmamış, yalınz hər şeyin qaydasında olacağını deyib boruların tez bir şəkildə ona çatdırılmasını istəmişdir. Amma borular daşınıb qurtardıqdan sonra Orucəli pulu ödəməkdən yayınmağa başlamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirmiş, hətta hissə-hissə ödəniş barədə söhbətlərdən də qaçmışdır. Amma bununla belə metalın böyük hissəsini artıq satmış Orucəlinin yenə onu aldatdığına sona qədər inana bilməmiş, hüquq-mühafizə orqanlarına müraciət etməyi də özünə hələlik yaraşdıra bilməmiş, ortada xeyli ümumi tanışların, dostların olduğu bir halda yaxşı vəziyyət yarana bilməyəcəyini düşünmüşdür. Həm də artıq ətrafdakı çoxsaylı insanlar onların arasındakı bu məsələdən xəbər tutmağa başlamış, Orucəlinin onun bir milyon manatdan artıq dəyərdə borularını sataraq pulunu ödəməkdən yayındığını bilmişlər. Amma çoxsaylı müraciətlərinin heç bir faydası olmamış, ona məxsus olan bazar qiyməti 1 milyon 44 min manat dəyərində 11600 metr uzunluqda, müxtəlif diametrli dəmir boruları və metallom metal məmulatlarını Orucəli götürüb sataraq pulunu ödəyəcəyinə dair yalandan vəd verib onları ələ keçirdiyini başa düşməyə başlamışdır. O, 2020-ci ilin yay aylarında Covid-19 xəstəliyinə tutulmuş, həmçinin həyat yoldaşı da bu xəstəlikdən vəfat etmişir. Uzun müddət ağır vəziyyətdə yatdığından, hətta həyat yoldaşının dəfnində iştirak edə bilməmişdir. Başı özünün xəstəliyinə qarışmış, ölümlə üz-üzə qalmışdır. Onun həyatında yaranmış bu ağır vəziyyətdən sui-istifadə edən Orucəli onun xəstəlikdən yaxında vəfat edəcəyini düşünərək 10 gün ərzində müxtəlif şəxslərə, müxtəlif ünvanlarda, hətta həmin malları mövcud bazar qiymətindən də ucuz qiymətə sataraq pulları ələ keçirmişdir. Orucəlinin ona məxsus malları kimə satmasını, neçəyə satmasını, hansı avtomobillər ilə daşınmasını təsdiq edə biləcək məlumatları da ibtidai istinrtaq orqanına təqim etmişdir. O, xəstəxanaya gedənə qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı dəmir məmulatlarını Orucəli satılması üçün “Ekologiya Postu” deyilən yerə yığmışdır. Xəstəlikdən təxminən 3 ay sonra aktiv həyata qayıtdıqda Orucəli ilə əlaqə saxlayaraq pulunu istəmiş, sonuncu ona “narahat olma, sənin pulun məndədir” demişdir. O, Orucəlinin metalları satdığı yerə getmiş, malların tamamilə satıldığını görüb Orucəli ilə yenidən əlaqə saxlayıb pulunu istədikdə Orucəli ona gah əsassız bəhanələr getirmiş, gah da “sənin malını satıb əldə etdiyim pulu digər mala vermişəm, narahat olma, pulunu bir həftəyə verəcəm” demişdir. O da çarəsiz bir vəziyyətdə Orucəliyə inanıb gözləmişdir. Amma deyilən vaxt tamam olanda Orucəlinin ona qarşı yenə qeyri-səmimi olduğunu hiss etmiş və Orucəlinin qaynı Akifin yanına gedərək şikayət etmişdir. Akif də demişdir ki, o, 2020-ci ilin avqust ayında Orucəligildə olanda sonuncunun birdən-birə kəskin hiss olunacaq vəziyyətdə varlandığını hiss etmiş, Orucəlinin bahalı xarici markalı avtomobil almasını, xərclədiyi pulların məbləğlərinin artmasını görüb şübhələnərək bu gəliri haradan əldə etməsini soruşmuşdur. Akif Orucəlidən alqı-satqıya dair hesabat verməsini istəmiş, Orucəli də ona demişdir ki, “sənə aidiyyəti yoxdur, Əbdülhəsənin məndə olan metal məmulatlarını satmışam, pullar məndədir, mənə çatacaq faizlərdən özümə xərcləyirəm. Əbdülhəsən xəstəxanadan çıxar. Özümüz həll edərik”. Bundan sonra Orucəli ilə yenə dəfələrlə əlaqə saxlayaraq pulunu tələb etsə də, Orucəli ona kobud cavablar vermişdir. Sonda isə ona demişdir ki, “get nə bacarırsan et, mənə heç nə verməmisən, mən sənə pul verməli deyiləm”. Orucəli ona ümumilikdə 1 milyon 44 min manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq vaxtı da Orucəli hər cür dələduzluq əməllərinə əl atmış, məsuliyyətdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Həbsə alındıqdan qısa müddət sonra azadlığa çıxmış, bu hal iki dəfə təkrarlanmışdır. Onun pulunu qaytarmaq əvəzinə qanunsuz yolla ələ keçirdiyi pullarını başqa yerlərə xərcləməyə başlamış, o cümlədən azadlığa buraxıldıqdan sonra hansısa yollarla guya "xxxx" Açıq Səhmdar Cəmiyyətindən yararsız qaz boruları alması barədə həqiqətə uyğun olmayan sənədlər əldə edib təqdim etmişdir. Onun israrı ilə bu məsələ aydınlaşdırılmış və həqiqətən də onların saxta olması müəyyənləşdirilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç vaxt qaz boruları çıxarılıb satılmadığı dəqiqləşdirilmişdir. Bu məsələlərə də Orucəli əslində ona qaytarmalı olduğu pulu xərcləmişdir. İbtidai istintaq vaxtı və sonradan məhkəmə araşdırması zamanı da Orucəli iş üzrə onun xeyrinə ifadə verməyən şahidlərə qanunsuz təsirlər etməyə, hədəqorxular gəlməyə başlamış, ifadələrini dəyişməyi tələb etmiş, ifadəsini dəyişəcək şəxslərə pul ödəməyi də öhdəsinə götürmüşdür. Amma həmin şahidlərin heç biri mövqeyini dəyişməmiş, bu qanunsuz təsirlər barədə ibtidai istintaq orqanını da məlumatdırmışlar. Ona görə də vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir, əks halda məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təchizatçı vəzifəsinə işə daxil olmuşdur. 2017-ci ilin iyun ayından dekabr ayına qədər olan müddət ərzində cəmiyyətin bütün su borularını dəyişmək qərarına gəlmişdir. Onun vəzifəsi həmin ərəfədə su borularının qazılıb çıxarılmasına nəzarət etməkdən ibarət olmuşdur. Borular əvvəlcə qazılmış, kəsilib çıxarılmış, daha sonra ölçülmüş, həm uzunluğu, növü təyin olunmuş, həm də tərəzidə ağırlığı çəkilmişdir. Bundan sonra yüklənib digər təyinatı üzrə aparılmışdır. Səfərov Əbdülhəsəni 2017-ci ildən tanımış, sonuncu öz briqadası ilə cəmiyyətdə çoxlu tikinti işləri görmüşdür. Əbdülhəsən bütün cəmiyyətin tavanlarını yeniləmiş, təxminən 30000 kv/m ərazini suvaqlanmağını, yenidən hörülməyini, təzə bokslar tikilməsini təmin etmiş, 13 ha sahədə cəmiyyət üçün müxtəlif bağçılıq və meyvəçilik istixanalarını tikmişdir. Əbdülhəsənlə cəmiyyətin rəhbərliyi arasında Əbdülhəsənin gördüyü işlərin müqabilində sonucuya cəmiyyətin dəyişdirdiyi dəmir boruların verilməsi barədə saziş olmuşdur. O, boruları ölçmüş, çəkmiş, malın verilməsinə dair qaiməyə möhür vurmuş, Əbdülhəsən isə qol çəkib təhvil almışdır. Sənədin bir nüsxəsi Əbdülhəsənə, biri cəmiyyətin mühasibatlığına çatdırılması üçün ona, digəri isə qapıdan maşınların çıxa bilməsi üçün mühafizəçiyə verilmişdir. Çıxarılan borular tam yeni və işlək vəziyətdə olmuş, amma cücə saxlama yerlərində yoxlama və standartlara uyğun bütün su borularının dəmirdən plastmast borularla əvəz olunması tələb olunmuşdur. Ona görə dəmir borular plastmast borularla dəyişilmiş, Əbdülhəsən də təxminən 10-11 min metr uzunluqda su boruları çıxarmışdır. Razılaşmaya görə metr-metr yarım dərinlikdə basdırılmış boruların qazılması cəmiyyətin hesabına, həmin dərinlikdən boruların kəsilib səliqəli çıxarılması xərcləri Əbdülhəsənin öhdəsində olmuşdur. Təqsirləndirilən şəxs oğlu adında şəxsi tanımır, bu adda şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətində görülmüş işlərə heç bir aidiyyəti olmamışdır. Onun bildiyinə görə bütün müqavilələr Səfərov Əbdülhəsən Mahmud oğlu ilə olmuş, bütün işçiləri və texnikanı oraya məhz Səfərov Əbdülhəsən Mahmud oğlu gətirmiş, bilavasitə özü rəhbərlik edib işi yekunlaşdırmışdır. Təqsirləndirilən şəxs oğlu adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinə giriş yalnız xüsusi buraxılışladır və hansısa başqa girişdən kənar insanın oraya girməsi mümkünsüzdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən qaz boruları çıxarılıb satılmamış və ya harayasa göndərilməmişdir. Səfərov Əbdülhəsən Mahmud oğlunun çıxarıb apardığı işlənmiş su borularının sonradan haraya, kimə verilməsini bilmir. Ümumi şəkildə ona məlum olan odur ki, Səfərov Əbdülhəsən Mahmud oğlu həmin boruları gördüyü işin müqabilində aldığı üçün satmaq üçün aparmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Musayev Hüseyn Əliqulu oğlu göstərdi ki, o, təxminən 2016-cı ilin sonlarından 2019-cu ilin sonlarında qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətində mühafizə rəisi vəzifəsində işləmişdir. Onun vəzifəsi şirkətin əmlakını və digər mülkiyyətini qorumaq, cəmiyyətə giriş-çıxışa nəzarət etmək olmuşdur. Səfərov Əbdülhəsəni isə 2017-ci ildən tanımış, sonuncu öz briqadası ilə cəmiyyətdə çoxlu tikinti işləri görmüşdür. Əbdülhəsən bütün cəmiyyətin tavanlarını yeniləmiş, çoxlu ağac əkmiş, təxminən 30000 kv/m ərazinin suvaqlanmasını, yenidən hörülməsini, təzə bokslar tikilməsini təmin etmişdir. 13 ha sahədə cəmiyyət üçün müxtəlif bağçılıq və meyvəçilik istixanalarını tikmişdir. Əbdülhəsənlə cəmiyyətin rəhbərliyi arasında Əbdülhəsənin gördüyü işlərin müqabilində sonuncuya cəmiyyətin dəyişdirdiyi dəmir boruların verilməsi barədə saziş olmuşdur. O, borular şirkətdən çıxarılarkən qaimələrinə baxmış, təchizatçının imzası və möhürü olan qaimələri qapıdan buraxmışdır. Sənədin bir nüsxəsi Əbdülhəsənə, biri ona, biri də cəmiyyətin mühasibatlığına çatdırılması üçün təchizatçıya verilmişdir. Bundan sonra o, metal və dəmir borular ilə yüklənmiş maşınların çıxmalarına imkan yaratmışdır. Cəmiyyət bütün rəsmi müqavilələri Səfərov Əbdülhəsən Mahmud oğlu ilə bağlamışdır, bütün işçiləri və texnikanı oraya məhz Səfərov Əbdülhəsən Mahmud oğlu gətirmiş, bilavasitə özü rəhbərlik edib işi görüb qurtarmışdır. Təqsirləndirilən şəxs oğlu adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlibgetməsini görməmişdir. Ümumiyyətlə belə şəxsi tanımır. Bu adda şəxsin Əbdülhəsənlə şərikli işləməsi barədə heç vaxt eşitməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinə giriş yalnız xüsusi buraxılışladır və hansısa başqa girişdən kənar şəxsin, o cümlədən Orucəlinin oraya girməsi mümkünsüzdür. İşlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamış və ərazidən kənara daşınmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu göstərdi ki, o, Səfərov Əbdülhəsən Mahmud oğlunu uzun müddətdir ki, tanıyır. Belə ki, 2004-2006-cı illərdə “Anşaq” neft şirkətində usta işləmiş, Əbdülhəsən isə tikinti quraşdırma hissəsində direktor vəzifəsində işləmişdir. O, həmin müəssisədə istehsaldan çıxan dəmir listləri, üçkünc materialları və işlənmiş boruları tanışı Təqsirləndirilən şəxs oğluna göndərmişdir. Həmin vaxtlarda Orucəliyə 40-50 maşın, təxminən 500 tona yaxın material göndərmişdir. Həmin müddətdə də material satılaraq pulu Əbdülhəsənə verilmişdir. Bu hal bir il müddətinə davam etmişdir. Bundan sonra eşitmişdir ki, Əbdülhəsən "xxxx" Açıq Səhmdar Cəmiyyətində böyük təmir-tikinti işləri aparır. O, Əbdülhəsəndən xahiş etmişdir ki, iki oğlunu yanına işə qəbul etsin. Əbdülhəsən də onun xahişini nəzərə alaraq oğullarını işə qəbul etmişdir. 2019-cu ilin may ayının ortalarında bilmişdir ki, Əbdülhəsən "xxxx" Açıq Səhmdar Cəmiyyətində gördüyü işin müqabilində aldığı işlənmiş su borularını satmaq üçün Orucəlinin lügənrəD“ dəmir bazarı”nda yerləşən satış məntəqəsinə yığmışdır. O özü də həmin borular üçün müştəri tapsa da, Əbdülhəsən artıq boruların hamısının satışı ilə bağlı Orucəli ilə sövdələşdiyini demiş, ona görə də həmin borulardan ona verilməmişdir. Dəmir bazarın sol girəcək hissəsində təxminən 426 mm-lik və başqa diametrli cəmi təxminən 7000 metr borular yığılmışdır. Həmin yerdən təxminən 100 metr aralı satış köşkü olmuş və üzərində Təqsirləndirilən şəxs aid telefon nömrəsi qeyd edilmişdir. Həmin yerdə təxminən 5000 metr 273 mm-lik dəmir işlənmiş su boruları olmuşdur. Bütün borulara Təqsirləndirilən şəxs öz bildiyi kimi sərəncam verib satışı ilə məşğul olmuşdur. Sonuncu dəfə 2020-ci ilin iyun ayının əvvəllərində boruların həmin yerdə olduğunu şəxsən özü görmüşdür. 2020-ci ilin iyul ayında Əbdülhəsən və arvadı “Covid-19” virusuna yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişlər. Həmin ərəfədə də bilmişdir ki, Orucəli Əbdülhəsənin mallarını satmaqda davam etsə də pulunu hələ də ödəməmişdir. 2020-ci ilin iyul ayının 19-da Əbdülhəsənin arvadı həmin xəstəlikdən vəfat etmişdir. Şəxsən o özü qadının dəfn mərasimində iştirak etmiş və həmin vaxt Orucəlini də yas mərasimində görmüşdür. Əbdülhəsən isə çox ağır vəziyyətdə olduğundan dəfndə də iştirak edə bilməmişdir. Əbdülhəsən xəstəxanada çox ağır vəziyyətdə olanda onunla telefonda danışmış və vəsiyyət formasında demişdir ki, “yaxın münasibətimiz var, neçə ilin dostuyuq, mənim Orucəli ilə olan işlərimdən ətraflı məlumatın var. Əgər mənə nəsə olsa Orucəlidə mənə məxsus bir milyon manatlıq mallarım var. Bundan əlavə PİC“ Pikap” markalı avtomobilim var, həmin avtomobil də Orucəlidədir. Onun da qiyməti 30000 manat təşkil edir”. Əbdülhəsənin arvadının qırx mərasimində də iştirak etmiş, amma Orucəlini orada görməmiş, sonuncunun həmin yas mərasiminə gəlmədiyi məlum olmuşdur. Sonra məlum olmuşdur ki, Orucəli Əbdülhəsənin ona verdiyi həmin malları xəbərsiz, dəyər-dəyməzinə sataraq bu barədə Əbdülhəsənə heç nə deməmiş, ümumiyyətlə pulunu verməmiş və sonradan da pulu ödəməkdən tam imtina etmişdir. Təqsirləndirilən şəxs oğlu adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlibgetməsini görməmişdir. Bu adda şəxsin Əbdülhəsənlə həmin işlədikləri işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamışdır. İbtidai istintaq vaxtı o da polisə çağırılmış və ondan ifadə alınmışdır. O, soruşulanlar barədə obyektiv ifadə vermişdir. İş üzrə nə bilirsə olduğu kimi danışmışdır. Bir müddət sonra Orucəli həbs olunmuş, amma qısa müddət sonra həbsdən çıxmışdır. Orucəli həbsdən çıxandan bir müddət sonra, 2021ci ilin oktyabr ayının təxminən 8-9-da onun mobil telefon nömrəsinə gizli nömrədən zəng gəlmişdir. Telefona cavab verən kimi tanımadığı şəxs dərhal ona “salam, sən Orucəliyə qarşı Binəqədi polisində ifadə vermisən, danışmısan, get təkrar de ki, məni Əbdülhəsən məcbur edib”. Həmin şəxs danışığına davam edərək özünün cinayətkar aləmin üzvü olduğu, sözünə baxmadığı halda onun başına hər cür oyun aça biləcəklərini demiş, sərt şəkildə hədə-qorxu gəlməyə başlamış, ağır söyüşlər söymüş, özünə və ailə üzvlərinə qarşı lazımi hərəkət edə biləcəklərini demişdir. Tanımadığı şəxsin telefondakı bu təklifinə cavab olaraq dərhal da yalan danışa bilməyəcəyini, verdiyi ifadənin həqiqət olduğunu, polisə gedib ifadəsini dəyişməyəcəyini bildirmiş, bununla da danışığı sonlandırmışdır. Amma edilən hədə-qorxulardan çox narahat olmuş, Əbdülhəsəni tapıb ona bu barədə danışmışdır. Əbdülhəsən də ona bu barədə işi araşdıran müstəntiqə bildirməsini məsləhət görmüşdür. O da müstəntiq Kamran Əliyevə müraciət etmiş, müstəntiq də ondan hədəqorxu gəlinməsi ilə bağlı ərizə alaraq elə həmin gün bu haqda dindirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu göstərdi ki, özü müxtəlif dəmir, metal tərkibli konstruksiyaları kəsici alətlə kəsməklə məşğul olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin yay ayından 2018-ci ilin fevral ayına qədər kəsici işləmişdir. O, Əbdülhəsənlə danışığına əsasən orada fəhlə kimi işləmiş və Əbdülhəsənin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində fəhlələr üçün hazırladığı yataqxana tipli yerdə yaşamışdır. Əbdülhəsən "xxxx" Açıq Səhmdar Cəmiyyətində uzun müddət ərzində böyük həcmli müxtəlif işlər görmüş, tikinti işləri aparmış, həmin görülmüş işlər müqabilində də cəmiyyət dəyişdiyi su borularını Əbdülhəsənə vermişdir. Əbdülhəsənin sifarişi ilə qazılaraq çıxarılmış boruları kəsmiş, borular təmizlənmiş, çəkisi çəkilmiş və maşınlara yüklənmişdir. Bütün bunlara nəzarəti cəmiyyətin təhcizatçısı və mühafizəçiləri həyata keçirmişdir. Həmin maşınlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisindən möhürlənmiş vəziyyətdə yola salınmışdır. O, 8 ay ərzində təxminən 50 maşın boru və 15 maşın metallom göndərmişdir. Təqsirləndirilən şəxs oğlu adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. Bu adda şəxsin Əbdülhəsənlə həmin işlədikləri işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamışdır. İbtidai istintaq vaxtı o da polisə çağırılmış və iş üzrə nə bilibsə olduğu kimi danışmışdır. Bir müddət sonra Orucəli həbs olunmuş, amma qısa müddət sonra həbsdən çıxmışdır. Orucəli həbsdən çıxandan bir müddət sonra, 2021-ci ilin oktyabr ayının təxminən 7-də onun mobil telefon nömrəsinə gizli nömrədən zəng gəlmiş, özünü Orucəlinin qohumu kimi təqdim edən şəxs istintaqa verdiyi ifadəsini dəyişməsini təklif etmiş, boruların Orucəliyə məxsus olması barədə ifadə verəcəyi halda ona 500 manat pul da verəcəklərini bildirmişdir. O, qəti şəkildə bu təklifdən imtina etmiş, yalan danışa bilməyəcəyini demişdir. Belə olan halda həmin şəxs telefonda onu hədələməyə başlamış, onu qorxudaraq hər cür imkanları olduğunu, onun özünə və ailə üzvlərinə qarşı hər cür pis hərəkət etməyə hazır olduqlarını bildirmiş, ağır söyüşlər söyməyə başlamışdır. Bu şəxsin sözlərini daha eşitmək istmədiyindən danışığı kəsmişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin oktyabr ayının təxminən 8-10-u aralığında metronun ”ulğoroK“ stansiyasının çıxışında ona qəflətən biri balacaboy, dolu bədənli və qara saçlı, digəri isə nisbətən uca boylu, dolu bədənli olmaqla iki nəfər tanımadığı kişi yaxınlaşmış və salamlaşıb dərhal gedib müstəntiq Kamrana verdiyi ifadəsini Orucəlinin xeyrinə dəyişməsini təklif etmişlər. Söhbət əvvəlcə sakit tərzdə başlamış və kim olduqlarını soruşduqda həmin şəxslər Orucəlinin adamları olduğunu demiş və müstəntiqin yanına gedib ifadəsini dəyişəcəkləri halda ona 500 manat pul da verəcəklərini bildirmişlər. Bu şəxslərin bir neçə gün əvvəl olmuş telefon zəngindəki söhbətlə bağlı gəldiklərini baş düşmüşdür. O, bu təklifdən qəti imtina edərək yalan danışa, yalan ifadə verə bilməyəcəyini demişdir. Həmin şəxslər razılaşmadığını görüb danışıqlarını sərtləşdirmiş, onsuz da vəkil Yusif müəllimin bu işi ,”ınığıdrıdnıs“ Əbdülhəsənin özünün həbs olunacağını, Əbdülhəsənlə bərabər onun özünün də tutulacağını bildirmiş, əgər bu da baş tutmasa onun başına oyun açacaqlarını, yaşadığı yeri də dəqiq bildiklərini, hər şeydən məlumatlı olduqlarını demiş, kəskin hədə-qorxulara başlamış, onu sərt şəkildə təhdid etmişlər. Amma o yenə də razılaşmamış və bu şəxslərdən ayrılıb getmişdir. Sonradan bu şəxslərin kim olmalarını əlamətlərinə görə araşdırmağa başlamış və belə təxmin etmişdir ki, onlardan boyu balaca olanı Orucəlinin qaynı Hilal adlı şəxsdir. Bu məsələdən sonra xeyli narahatlığı yaranmış və Əbdülhəsəni tapıb başına gələnləri danışmışdır. Əbdülhəsən də ona mütləq bu barədə istintaq orqanına məlumat verməsini məsləhət görmüşdür. Müstəntiqin yanına gedib bu barədə danışmış, müstəntiq də ondan hədə-qorxu gəlinməsi ilə bağlı ərizə alaraq elə həmin gün də bu hallarla bağlı dindirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu göstərdi ki, 2017-ci ilin oktyabr ayından 2019-cu ilə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru, 2019-cu ildən isə Cəmiyyətin direktor müavini vəzifəsində işləmişdir. Amma 2021-ci il noyabr ayında öz ərizəsi ilə işdən çıxmışdır. İşlədiyi dövr ərzində Cəmiyyətdə görüləcək işlərlə bağlı tender keçirilmiş və tenderdə qalib gələn şəxslərə işlər verilmişdir. İş üzrə podrat və subpodratçılar üzərilərinə götürdükləri öhdəliklər üzrə işləri vaxtında təhvil verdikləri halda digər işləri də həmin şəxslərə həvalə etmişdir. Belə şəxslərdən biri də Əbdülhəsən Səfərov olmuşdur. Əbdülhəsən Səfərov 2018-ci ilin iyun ayından 2019-cu ilin yay aylarına qədər olan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətində yaşıllaşdırma, damların dəyişdirilməsi, istixanaların tikilməsi, kommunikasiya xətlərinin dəyişdirilməsi, sexlərin tikilməsi, yığılması, anbarların tikilişi, suvaqlanması, damların qoyulması, ağaclara su çəkilişi və topoqrafıya kimi işlər görmüşdür. O da bu işlərin müqabilində dəyişdirilən dəmir boru və digər metal məmulatları Əbdülhəsənə təhvil vermişdir. Orucəlini də bir, ya da iki dəfə ilk vaxtlarda Əbdülhəsənin yanında görmüşdür. Təqsirləndirilən şəxs oğlunun Əbdülhəsənlə həmin işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamış, heç kimə qaz borusu satılmamış və bu barədə heç bir hüquqi, yaxud fiziki şəxslə müqavilə bağlanmamışdır. Bütün danışıqlar Əbdülhəsənlə aparılmış və bütün işlər də Əbdüləsən tərəfindən görülmüşdür. Məhkəmədə şahid qismində dindirilməzdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs oğlu onu tanışı vasitəsilə axşam saatlarında 9-cu mikrorayonda yerləşən restoranlardan birinə dəvət etmiş, həmin şəxsin orada olduğunu bilmədiyi üçün oraya getmişdir. Belə ki, dostu zəng edəndə yenicə duş qəbul etdiyindən heç evdən çıxmaq istəməmiş, amma dostunun təkidindən sonra razılıq vermişdir. Restoranda olarkən Orucəli ona təqdim edilmiş və ümumi söhbətdən belə başa düşmüşdür ki, onu Orucəli ilə danışmaq üçün məxsusi şəkildə təşkil edib çağırmışlar. Söhbət əsnasında Orucəli, habelə Orucəlinin yanında olan bir neçə nəfər şəxs ona məhkəməyə çağırılacağı halda "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Əbdülhəsənə verilmiş bir milyon manatdan artıq dəyərdə boruların Orucəliyə məxsus olmasını bildirməsini, Əbdülhəsənin isə guya Orucəlinin işçisi olması barədə ifadə verməsini təklif etmişlər. Hətta Orucəlinin yanında olan şəxslərdən birinin Ukraynada yaşadığı və geniş əlaqəli, böyük təsir imkanlarına malik bir insan olduğu bildirilmişdir. O, qətiyyətlə bu təklifdən imtina etmiş, haqqı dana bilməyəcəyini, Orucəlinin həmin borulara aidiyyəti olmadığını, borularla bağlı bütün məsələlərin Əbdülhəsənlə bağlı olduğunu, bütün işləri Əbdülhəsənin gördüyünü, boruların da zəhmət haqqı kimi Əbdülhəsənə verildiyini bildirmişdir. Ona ifadəsini dəyişməyə görə şirnikləndirici təkliflər edilmiş, bu keçmədikdə isə sərt tonda danışılmış, hədə-qorxu gəlinmişdir. Amma bütün bunlara baxmayaraq o, fikrini dəyişmədiyini, yalan danışa bilməyəcəyini bildirib restorandan çıxaraq evinə getmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Allahverdiyev İbrahim İmran oğlu göstərdi ki, 2018-ci ilin təxminən yanvar ayından 2019-cu ilin may ayına qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Cəmiyyətin bütün su borularını dəyişmək barədə qərar qəbul edilmiş, onun işçiləri su borularının qazılıb çıxarılmasına nəzarət etmişdir. Belə ki, borular əvvəlcə qazılıb kəsilib çıxarılır, bundan sonra borular ölçülür, həm uzunluğu, növü təyin olunur, həm tərəzidə ağırlığı çəkilir, daha sonra yüklənib digər təyinatı üzrə aparılırdı. Səfərov Əbdülhəsəni 2018-ci ildən tanımış, sonuncu öz briqadası ilə cəmiyyətdə çoxlu tikinti işləri görmüşdür. Belə ki, Əbdülhəsən bütün cəmiyyətin tavanlarını yeniləmiş, təxminən 30000 kv/m ərazinin suvaqlanmağını, yenidən hörülməyini, təzə bokslar tikilməsini təmin etmiş, 13 ha sahədə müxtəlif bağçılıq və meyvəçilik istixanalarını tikmişdir. Əbdülhəsənlə cəmiyyətin rəhbərliyi arasında Əbdülhəsənin gördüyü işlərin müqabilində sonucuya cəmiyyətin dəyişdirdiyi dəmir boruların verilməsi barədə saziş olmuşdur. O, boruları ölçmüş, çəkmiş, malın verilməsinə dair qaiməyə möhür vurmuş, Əbdülhəsən imza edib təhvil almış, sənədin bir nüsxəsi Əbdülhəsənə, biri mühasibatlığa çatdırılması onun işçisi Şahid1, digəri isə qapıdan maşınların çıxa bilməsi üçün mühafizəçiyə verilmişdir. Əbdülhəsənə külli miqdarda dəmir boru, metallar verilmişdir. Həmin çıxarılan boruların tam əksər hissəsi yeni və işlək vəziyyətdə olmuşdur. Amma cücə saxlama yerlərində yoxlama və standartlara uyğun tələb olunmuşdur ki, bütün su boruları dəmirdən plastmast borularla əvəz olunmalıdır, bu səbəbdən də onlar dəmir boruları plastmast borulara dəyişmişlər. Əbdülhəsən təxminən 10-11 min metr uzunluğunda su boruları çıxarmışdır. Razılaşmaya görə bir metr, bir metr yarım dərinlikdə basdırılmış boruların qazılması cəmiyyətin hesabına, həmin dərinlikdən boruların kəsilib səliqəli çıxarılması xərcləri isə Əbdülhəsənin hesabına olmuşdur. Təqsirləndirilən şəxs oğlu adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlibgetməsini görməmişdir. Bu adda şəxsin Əbdülhəsənlə həmin işlədikləri işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlu ilə zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 147-153). Baxış keçirilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, lügənrəD“ Dəmir Bazarı” deyilən ərazidə müxtəlif ölçülü və diametrli dəmir boruların yığılması aşkar edilmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 203-215). Könüllü olaraq təqdim etmə və götürmə haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğlu qaimə fakturaları, fotoşəkilləri, əlyazmaları təqdim etmiş və həmin sənədlər protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 216-254). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və nümunələri təqdim edilmiş dəmir boruların orta istismar parametrlərinə uyğun olaraq 2019-cu ilin yanvar-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 852.348,00 manat müəyyən edilir (cild 2, iş vərəqə 65-68). Məhkəmə-xətşünaslıq ekspertizasının 11 noyabr 2021-ci il tarixli 4/1455 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 10.5 sm X 14.5 sm, 13.0 sm X 23.0 sm və 12.5 sm X 14.5 sm karton kağız parçalarının üz və arxa tərəfində olan rəqəmlər və yazılar - Təqsirləndirilən şəxs oğlu tərəfindən icra olunmuşdur. Həmin əlyazmanın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs oğlu əlyazma ilə Səfərov Əbdülhəsən Mahmud oğluna məxsus dəmir boruları qəbul etməsini təsdiqləmişdir (cild 2, iş vərəqə 160- 172). Məhkəmə-fonoskopik ekspertizasının 22 noyabr 2021-ci il tarixli 4/1456-4/1467 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs oğluna məxsusdur. Həmin səs yazısından görünür ki, Təqsirləndirilən şəxs oğlu Səfərov Əbdülhəsən Mahmud oğluna 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları ələ keçirməsini etiraf etmiş, “get nə bacarırsan et” demişdir (cild 2, iş vərəqə 173- 177). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, birinci instansiya məhkəməsi, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərinin hər birini nəzərdən keçirib, proses iştirakçılarının çıxışını dinləyib müdafiə tərəfinin apellyasiya şikayətinin və ona əlavənin, həmçinin zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni bununla əsaslandırır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğluna məxsus 11600 metr uzunluğunda dəmir boruların dələduzluq yolu ilə ələ keçirilməsinə dair ittiham irəli sürülmüşdür. İstər ibtidai istintaq, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiya məhkəməsində Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı etiraf etməmiş, əksinə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan işlərlə bağlı sifarişin onun tərəfindən götürüldüyünü, işlərin Səfərov Əbdülhəsən Mahmud oğlu ilə bir yerdə görüldüyünü, həmin işlərin görülməsinə özü tərəfindən xeyli miqdarda vəsait qoyulduğunu, dəmir boruların satışından əldə olunmuş vəsaitin bir hissəsinin işlərin görülməsi ilə bağlı sərf olunmuş vəsaitlərin əvəzi olaraq sərf edildiyini və s... dəlillər gətirmişdir. (Gətirilən dəlillər ətraflı olaraq qərarın təsviri hissəsində göstərilmişdir) Yəni, təqsirləndirilən şəxs və onun müdafiəçiləri cinayətin baş vermə faktını və hallarını, təqsirləndirilən şəxsin törədilən cinayətə aidiyyatını və təqsirini inkar etmişdirlər. Cinayət işinin materialları ətraflı nəzərdən keçirildikdə müəyyən olunur ki, zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğluna məxsus 11600 metr uzunluğunda dəmir boruların Təqsirləndirilən şəxs tərəfindən qanunsuz və əvəzsiz olaraq ələ keçirilməsi işdə olan sübutlarla təsdiq olunur. Belə ki, cinayət işində olan zərərçəkmiş şəxsin ifadəsində bildirdiyi faktlar şahid ifadələri (Şahid1, Musayev Hüseyn Əliqulu oğlu, Şahid3 oğlu, Şahid4 oğlu, Şahid5 oğlu, Allahverdiyev İbrahim İmran oğlunun ifadələri) ilə, həmçinin işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qaimələriylə, işdə olan məhkəməxətşünaslıq və məhkəmə-fonoskopik ekspertizasının rəyləri ilə təsdiq olunmuş, bunun əksinə olaraq, xüsusilə qismən məhkəmə istintaqı ilə keçirilən apelyasiya baxışında təqsirləndirilən şəxsin və onun müdafiəçilərinin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiələrini zərərçəkmiş şəxsə verilmiş çoxsaylı sualların üzərində qurmuş, verilən bütün suallara zərərçəkmiş şəxs dəqiq və ətraflı cavablar vermiş, daha sonra təqsirləndirilən şəxsin dindirilməsi zamanı isə o, xüsusilə iddia etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlərin görülməsi ilə bağlı verilmiş çoxsaylı suallara cavab verə bilməmiş və şikayətində işləri zərərçəkmiş şəxslə bir yerdə görməsinə dair dəlilləri təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş şahidlərlə bağlı təqsirləndirilən şəxsə onlar arasında hər hansı ədavət və düşmənçiliyi olması ilə bağlı sual verilmiş, o da öz növbəsində heç bir ədavətinin olmadığını bildirmiş və onun əleyhinə ifadə verilməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qismən məhkəmə istintaq ilə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxin apelyasiya şikayətinin dəlilləri nəinki təsdiq olunmamış, əksinə təqsirləndirilən şəxsin dindirilməsi zamanı təkzib olumuşdur. Həmçinin cinayət işinin materiallarını nəzərdən keçirdikdə təqsirləndirilən şəxsin şahidlərə təsir göstərmə cəhdləri müəyyən olunmuş, səs yazısındakı etirafını əsəbiləşərək cavab verməsi ilə əlaqələndirmiş, xüsusilə, dediyi hallarla bağlı şahid olan şəxslərin qismən məhkəmə istintaqına dəvət olunması ilə bağlı məhkəmə kollegiyasının təklifi qəbul olunmamış, sadəcə dəmir boruların daşınmasında şahid təqdim edəcəkləri ilə bağlı vəsatət vermişdirlər. Məhkəmə kollegiyası da bununla bağlı vəsatəti işlə əlaqəli olmadığından rədd etmişdir. Belə ki, məhkəmə kollegiyası bu vəsatəti rədd edərkən ona əsas tutmuşdur ki, dəmir boruların "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daşınması heç kim tərəfindən mübahisələndirilmir. Təqsirləndirilən şəxs, onun iddia etdiyi kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətində bilavasitə işlərin görülməsi ilə bağlı (apelyasiya şikayətindəki dəlillərindən biri) onunla bir yerdə işləmiş şəxslərin məhkəməyə dəvət edilməsi ilə bağlı təklif verilmişdir ki, buna müdafiə tərəfinin reaksiyası olmamışdır. Həmçinin təqsirləndirilən şəxsin işlərin onun tərəfindən görülməsi ilə bağlı dəlilləri qismən məhkəmə istintaqında zərərçəkmiş şəxsin və onun nümayəndəsinin sualcavabı zamanı da təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindən qaz borularını çıxarılması ilə bağlı öz briqadası ilə bir yerdə işləməsi ilə əlaqədar zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş suallara cavab verə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dəmir boruların Təqsirləndirilən şəxs tərəfindən satılması faktı da iş materialları ilə təsdiq olunur. Yəni 11600 metr uzunluğunda dəmir boruların Təqsirləndirilən şəxs göndərilməsi və hal-hazırda dəmir boruların mövcud olmaması faktı işin mübahisəsiz tərəfidir. Dəmir boruların uzunluğu ilə bağlı ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi xüsusilə zərərçəkmiş şəxsin ifadələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qaimələrinə, səs yazısına, cəmiyyətin cavab məktubuna istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Lakin dəmir boruların qiyməti ilə bağlı ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, hal-hazırda dəmir borular mövcud olmadığından onların təkrar qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsinə lüzum görülmür. Məhkəmə kollegiyası bu halda işdə olan sübutlara nəzər saldıqda dəmir boruların qiyməti ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyini daha mötəbər hesab edir. Məhkəmə bu motivini ekspertin bu sahədə xüsusi biliklərə malik olması ilə əlaqələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, 11600 metr dəmir boruların qiyməti ilə bağlı ekspert rəyi daha mötəbər hesab edildiyindən bununla bağlı ittihamın həcmi azaldılmalı, bu hissədə hökm dəyişdirilməli və dəmir boruların dəyəri 852.348,00 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apelyasiya şikayətinə və onun əlavəsindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutları cinayət işi materiallarında olan ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı əldə edilmiş sübutlarla qarşılıqlı şəkildə tədqiq edib qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edilmiş, ona bəraət verilməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağılaşdırılmasından ibarət olduğundan məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qeyd olunan dəlilinə, həm də məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməyərək ona 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən verilmiş ittihamda Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən lügənrəD“ dəmir bazarı”nda tanışı Səfərov Əbdülhəsən Mahmud oğlunun etibarından sui-istifadə edib sonuncuya məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğluna xüsusilə külli miqdarda ziyan vurub dələduzluq etdiyi qeyd edilsə də, məhkəməəmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və nümunələri təqdim edilmiş dəmir boruların orta istismar parametrlərinə uyğun olaraq 2019-cu ilin yanvar-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 852.348,00 manat müəyyən edilmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən verilmiş ittihamda vurulmuş zərər 1.044.000 (bir milyon qırx dörd min) manat qeyd edilsə də, ekspert rəyi ilə həmin məbləğ 852.348,00 manat (səkkiz yüz əlli iki min üç yüz qırx səkkiz) müəyyən edilmiş və buna müvafiq olaraq məhkəmə kollegiyası ittihamın həcminin azaldılması və hökmün dəyişdirilməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsə verilmiş ittihamın həcmi azaldığından, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngüləşdirilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə ibtidai istintaq orqanı tərəfindən tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, 06 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinın 28 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 405-cü maddəsinə əsasən 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyib müdafiə tərəfinin apellyasiya şikayətinin və ona əlavənin, həmçinin zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmü dəyişdirilməli, ona qarşı irəli sürülmüş ittihamın həcmi-vurulmuş ziyanın məbləği azaldılmalı, buna müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.1 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-569/2022 saylı hökmü dəyişdirilsin. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə Səfərov Əbdülhəsən Mahmud oğlunun etibarından sui-istifadə edib ona məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərərçəkmiş şəxs Səfərov Əbdülhəsən Mahmud oğluna xüsusilə külli miqdarda ziyan vurması barədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın (ziyanın) həcmi azaldılaraq 852.348,00 manat müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və ona qəti olaraq 09 (doqquz) il, 11 (on bir) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar