Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-427/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Ağakərim oğlunun, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs1, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Ağdam rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1973-cu ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Baki şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1023/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1023/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə üzərində qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcının 06 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 12 yanvar 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcının 06 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə eyni zamanda, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bır qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 13747,745 (13kq 747,745qr) külli miqdarda narkotik vasitə heroini, 1426,772 qram ( 1 kq 426,772qr) külli miqdarda psixotrop maddə metamfetamini və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən "RQD-5” markalı hücum təyinatlı istifadəyə yararlı qəlpəli əl qumbarasının gövdəsi və 1 ədəd istifadəyə yararlı zavod üsulu ilə istehsal edilmiş döyüş sursatının hissəsi hesab edilən "AZRQM-2” markalı alışdırıcını əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan iran islam Respublikasının vətəndş «Rəsul» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək 05.01.2021-cı ıl tarixdə "Rəsul” adlı şəxsin Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlətdiyi külli miqdarda narkotik vasitə, psixotrop maddə və döyüş sursatını əldə edib Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mercedes-Benz E220» markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitənin bir hissəsini üzərində, digər hissəsini və döyüş sursatım qeyd olunan ünvanda saxlamış, 06 yanvar 2021 -ci il tarixdə saat 19:20-də Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nə gətirilmiş və həmin günü saat 21:00-da üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ və sol ciblərindən 2 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 99.409 qram və 148,336 qram, ümumi təmiz çəkisi 247,745 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroın, 2 ədəd torbada ayrı- ayrılıqda təmiz çəkiləri 98,772 qram və 99,300 qram, ümumi təmiz çəkisi 198,072 qram ağ rəngli krıstalİ şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, daha sonra isə həmin gun saat 22:10-da yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 6 mənzil 38-ə baxış zamanı yataq otağından 3 ədəd torbada hər birində 1500 qram və 1 ədəd torbada 1000 qram, ümumilikdə 5500 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar usulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroın, 1 ədəd torbada təmiz çəkisi 243,700 qram ağ rəngli kristall şəkilli maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə- metamfetamın, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən "RQD-5” markalı hücum təyinatlı istifadəyə yararlı qəlpəli əl qumbarasının gövdəsi və 1 ədəd istifadəyə yararlı zavod üsulu ilə istehsal edilmiş döyüş sursatının hissəsi hesab edilən "AZRQM-2” markalı alışdırıcı, daha sonra isə saat 22:55-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Köhnə BinəSədərək ticarət mərkəzi istiqamətində olan yolun hərəkət hissəsinin sol kənarındakı işıq dirəyinin altına baxış zamanı isə oradan 8 ədəd torbada hər birində təmiz çəkisi 1000 qram, umumi təmiz çəkisi 8000 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar usulla hazırlanmış külli miqdarda narkotik vasitə olanheroın və 1 ədəd torbada təmiz çəkisi 985 qram ağ rəngli kristall şəkilli maddələr kustar usulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)- 1023/2021 saylı hökmünün ləğv edilməsini, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılarkən bir çox prosessual pozuntulara yol verilmişdir. Məhkəmə tərəfindən düzgün hökm çıxarılmamış, onun bir azyaşlı övladının olması, ailə vəziyyəti, ilk məhkumluğunun olması, onunla əlbir olub cinayət törətmiş Təqsirləndirilən şəxs2 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, ona 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi prosessual qanun pozuntusudur. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi5 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında Dövlət ittihamçısı2 Ağakərim oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1023/2021 saylı hökmü apellyasiya şikayətinə münaibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş digər məhkum edilmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətinin dəlilləri onun cəzasının yüngülləşdirilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş şəxsə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət edilməklə ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cəzanı fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1023/2021 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi5 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-1023/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi5 dövlət büdcə vəsaiti hesabına 90 (doxsan) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-427/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-427/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver