Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-43/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X32 Əhmədovun sədrliyi və məruzəsi ilə, X9 Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X11 Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 02 (iki) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ 236 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 18 may 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum cəzasının hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanaraq qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 22 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirlərinin təyin olunması, onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan qalıq qalmış 1010,144 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, narkotik vasitələrin aşkar olunaraq götürülməsini özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin, 1 ədəd telefon məlumatları olan CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri-114 (bir yüz on dörd) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxsiyyəti məlum olmayan Əli adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə küllü miqdarda ümumi təmiz çəkisi 1010, 394 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, həmin heroinin 1010 qramını Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın altındakı daşın altına gizlətməklə saxlamış, 0,394 qramını isə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına daşımış, 22 mart 2021-ci il tarixdə saat 12:10 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparılmış, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,394 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirəri davam etdirilərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığına keçirilmiş axtarış zamanı oradakı göy rəngli qarajın alt hissəsində daşın altına gizlədilmiş bir ədəd paketdə təmiz çəkisi 1010 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-216/2022 saylı, 18 may 2022-ci il tarixli hökmünün ləgv edilərək, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmünün ləgv edilməsi, anası X7 məxsus telefonun 10-22 mart 2021-ci il tarixlər üzrə anten məlumatların bir daha tələb edilməsi və alınmış məlumatların bir nüsxəsinin ona təqdim edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkməsinin 13-cü Polis Bölməsinin gətirilən şəxslərin qeydiyyatını 10-22 mart 2021-ci il tarixlər üzrə özündə əks etdirən qeydiyyat kitabının əslinin məhkəməyə gətirilməsinin təmin edilməsi, guya “üzərində” aşkar edilmiş və “gizlətdiyi” yerdən götrülmüş bükülülərin üzərində barmaq izlərinin aşkar edilməsi məqsədi ilə həmin bükülülərin ekspertizaya göndərilməsi, onun axtarışının hansı tarixdən elan edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumat bazasından məlumat tələb edilməsi, 12 mart 2021-ci il tarixdə hansı məqsədlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13-cü Polis Bölməsinə gətirilməsi,kim tərəfindən gətirilməsi və 13 mart 2021-ci il tarixdə hansı qərarla sərbəst buraxılması barədə sənəd tələb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamasını, islah yoluna qədəm qoymasını, ağır ailə vəziyyətini, himayəsində iki övladının olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, səhhətində ciddi problemlər olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-216/2022 saylı, 18 may 2022-ci il tarixli hökmünün əsassız və qanunsuz olduğundan ləgv edilərək,Təqsirləndirilən şəxs barəsində ədalətli və humanist bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X11 Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, məhkum Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi öz ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir, ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-216/2022 saylı, 18 may 2022-ci il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı Agir Cinayətlər Məhkəməsinin 1(101)-216/2022 saylı, 18 may 2022-ci il tarixli hökmü “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanaraq qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi” hissələrində dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları yüngülləşdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 22 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 22 mart 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 mart 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 22 mart 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini saxladığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığındakı göy rəngli qarajın alt hissəsinə axtarış keçirilən zaman oradan 01 ədəd paketdə təmiz çəkisi 1010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın alt hissəsinə axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığındakı göy rəngli qarajın alt hissəsindən 01 ədəd paketdə təmiz çəkisi 1010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin “kakos” olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin oktyabr ayında əvvəlcə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, sonra isə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslan Respublikasınının vətəndaşı Əli adlı şəxsin ona bildirdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altında olan bir ədəd qara selofan bağlamanın içərisindən öz istifadəsi üçün götürüb üzərində gəzdirdiyini, həmin bağlamanı isə orada gizlətdiyini bildirməsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə saat 11-12 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində «Kontakt Home» mağazasının qarşısında olduğu zaman 2 nəfər şəxs ona yaxınlaşıb, özlərini polis işçisi kimi təqdim edərək, onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Pölis Bölməsinə aparmışlar, polis bölməsində onu 10 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək 12 gün müddətində qanunsuz olaraq müvəqqəti saxlama yerində saxlamışlar, həmin 12 gün müddətində onu məcbur etmişlər ki, narkotik vasitələrin satışı, dövriyyəsi ilə məşğul olması barədə ifadələr versin, o, da polislərin təzyiqlərinə dözə bilməyəib məcbur olub onların dedikləri ilə razılaşmış və onun olmayan narkotik vasitələrin onun olması barədə ifadələr vermişdir, o, polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü X20 Saxlama yerində olduğu zaman anası Gülyaz Fərəcova həmin bölməyə gələrək, polislərdən onun orada olub-olmamasını soruşmuş, polislər də onun orada saxlandığını bildirmişlər, anası Gülyaz Fərəcova Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Pölis Bölməsinə onun üçün 4 dəfə yemək də gətirmişdir. O, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Bülbülə” gölünü tanımamış, həmin yerə polislər onu aparmışlar və ona orada olan göy rəngli qarajın altındakı daşı göstərib demişlər ki, orada bir ədəd qara sellofan bağlama var, onu çıxardıb təqdim etsin, onlar da bunu videoya çəkəcəklər, o da məcburən polislərin dediyi kimi etmiş, qarajın altında olan daşın altındakı bağlamanı götürüb polislərə təqdim etmişdir. O, heç vaxt İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə əlbir olmamış, sosial şəbəkələr olan «İnstaqram» və «Facebook» işlətməmişdir, o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirmiş, həmin ifadəni təyziq altında olduğu üçün vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur və müəyyən edilmişdir ki, həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik vasitələrin heroin növündən inyeksiya yolu qəbul edir, narkotik vasitələrdən istifadə etdiyinə görə 13 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Pölis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid İsayev tərəfindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır və həmin cinayət işi 23 dekabr 2020-ci il tarixdə tamamlanaraq ittiham aktı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə çağırılsa da məhkəməyə getməkdən yayınmışdır. 22 mart 2021-ci il tarixdə saat təxminən 12:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına getmişdir, həmin vaxt üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir bükümdə narkotik vasitə heroin olmuşdur, Sabunçu rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında gəzərkən iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər, sonra onu 13-cü Polis Bölməsinə aparmışlar. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Pölis Bölməsinin inzibati binasında xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı polis əməkdaşları üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetlərin olduğu təqdirdə təqdim etməsini bildirmişlər, o da heç bir etiraz bildirmədən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim edərək bildirmişdir ki, təqdim etdiyi maddə “kakos”dur, o, heroini kakos olaraq tanımış və heroini adətən kakos olaraq adlandırmışdır, polis əməkdaşları tərəfindən axtarış zamanı sorğu edildikdə bildirmişdir ki, həmin “kakosu”, yəni heroini 2020-ci ilin oktyabr ayında əvvəlcə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, sonra isə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslan Respublikasınının vətəndaşı Əli adlı şəxsdən almışdır, əvvəllər bir neçə dəfə İran İslan Respublikasında yaşayan Əli adlı şəxsdən narkotik vasitə olan heroin almışdır. O, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Əli adlı şəxslə tanış olmuşdur, Əli ondan “WhatsApp” sosial şəbəkəsində istifadə etdiyi nömrəni istəmişdir, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayarkən də Əli adlı şəxs ona hesab nömrəsi olan kartı göndərmişdir, o da həmin karta müəyyən məbləğdə pulları yüklədikdən sonra Əli adlı şəxs ona narkotik vasitə olan heroini qoyduğu yeri demişdir, o da bundan sonra həmin yerə gedərək narkotik vasitə olan heroini götürüb istifadə etmişdir. Bu zəmində də Əli adlı şəxslə aralarında etibarları yaranmışdır, sonuncu dəfə də 2021-ci ilin fevral-mart aylarında “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yenidən Əli adlı şəxslə əlaqə saxlamışdır. Əli ona bildirmişdir ki, Bakı şəhərində ona məxsus heroin vardır, karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmir və ondan xahiş etmişdir ki, həmin heroini özündə saxlasın və Əli Bakı şəhərinə gəldikdə heroini sonuncuya versin, bundan sonra, Əli adlı şəxs ona demişdir ki, o, qeyd etdiyi heroini adətən satarkən qoyduğu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altına qoyacaqdır. Bundan sonra o, Əli adlı şəxsin ona dedeyi yerə getmişdir, həmin yerdə həqiqətən də çox miqdarda heroin olduğunu aşkar etmişdir və bundan sonra həmin heroini olduğu yerdə də saxlamışdır, özü istifadə etməyi üçün isə az-az götürüb bükümləmiş və həmin bükümləri üzərində saxlamışdır, həmçinin şəxsi axtarış zamanı polis əməkdaşlarına bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altında Əli adlı şəxsin ona saxlamaq üçün verdiyi narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları tərəfindən ondan aşkar edilmiş bir bükümdə narkotik vasitə olan heroin götürülmüş, qablaşdırılmışdır və qablaşdırılmış zərf möhürlənmişdir, Möhürlənmiş zərfə iştirakçılar və o, imza etmişlər, bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir, tərtib edilmiş protokola iştirakçılar və o, imza etmişdir. Bundan sonra polis əməkdaşları təklif etmişlər ki, bildirdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altında olan heroinin yerini göstərsin, o, həmin vaxt heç bir etiraz bildirmədən polis əməkdaşları ilə birlikdə özünün verdiyi istiqamətlər əsasında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığına getmişlər, orada polis əməkdaşlarına göy rəngli qarajı, həmin qarajın altında olan daşın altındakı heroinin olduğu yeri göstərmişdir. Sonra polis əməkdaşları həmin yerdə video çəkiliş əsasında axtarış aparılmasını təklif etmişlər, o da etiraz etməmiş və həmin vaxt onun iştirakı ilə video çəkilişlə axtarış aparılmışlar, axtarış zamanı polis əməkdaşları onlara göstərdiyi Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altından qara rəngli sellofan torbada heroini aşkar etmişlər və polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin qablaşdırılaraq götürülmüşdür, qablaşdırılmış zərf möhürlənmişdir, möhürlənmiş zərf onun tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır, bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir, tərtib edilmiş protokolu iştirakçılar və o, imzalamışdır. O, təxminən 2-3 il müddətində istifadə etdiyi narkotik vasitə olan heroini Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində tanımadığı müxtəlif şəxslərdən almışdır, həmin şəxslərin əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı olmamışdır. 2021 -ci ilin fevral ayından isə narkotik vasitə olan heroini İran İslam Respublikasında yaşayan Əli adlı şəxsdən almışdır. Əli də ifadəsində qeyd etdiyi kimi əvvəlcə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, sonra isə Əli ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmışdır. Əli adlı şəxsin “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi profil, “whatsapp” sosial şəbəkəsində istifadə etdiyi telefon nömrəsi onun telefonunda olmuşdur. Həmin mobil telefonu 2020-ci ilin noyabr ayının əvvəllərində itirmişdir. Bu səbəbdən də Əli adlı şəxsin “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi profil, “whatsapp” sosial şəbəkəsində istifadə etdiyi telefon nömrəsi barədə heç bir məlumatı olmamışdır. 2020-ci ilin noyabr ayından telefonunu itirdiyindən istifadə etdiyi nömrəni və telefonunun markasını, imei kodunu xatırlamır. Həmin vaxtdan da mobil telefondan istifadə etməmişdir, başqa da əlaqə nömrəsi olmamışdır, istifadə etdiyi nömrənin də kimin adına rəsmiləşməsini hazırda xatırlamaır. O, üzərindən və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bülbülə gölünün yanından aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Başqa heç bir cinayət hadisəsi etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir, onun bədənində ağrılar olduğu üçün iki gündən bir narkotik vasitə olan heroindən istifadə etmişdir. O, həmin Əli adlı şəxsin dediyi yerdə heroini aşkar etmişdir, lakin özü ilə götürməyib elə orada da saxlamışdır, özü istifadə etməyi üçün isə həmin heroindən götürüb üzərində saxlayaraq istifadə etmişdir, həmin yerdə təxminən 1 kq heroin olarmış, Əli adlı şəxs də ona heroinin miqdarını 1 kq demişdir, adətən Əli adlı şəxs ona satdığı narkotik vasitələri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bülbülə gölünün yanından göy rəngli qarajın altında olan daşın altına qoyurmuş, o, pulu karta köçürmüşdür, adətən “Milli ön” aparatından köçürmüşdür, lakin konkret olaraq hansı ünvanlarda yerləşən “Milli ön” aparatından köçürməsini xatırlamır. O, 13 noyabr 2021-ci il tarixdə üzərindən aşkar olunmuş 1,076 qram narkotik vasitə heroini tanımadığı şəxsdən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində almışdır. 2020-ci ilin noyabr ayında o, Sabunçu rayonu Sabunçu qəsəbəsində olmuş, həmin vaxt üzəridə pul olduğundan Bakı şəhəri Sabunçu rayou Sabunçu qəsəbəsində xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsdən pulunu verərək narkotik vasitə heroin almışdır. 22 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən aşkar edilmiş narkotik vasitə olan heroini ona Əli adlı İran İslam Respublikasının vətəndaşı 2020-ci ilin oktyabr ayında verməmişdir. 2021-ci ilin fevral ayının sonları mart ayının əvvəlləri olardı ki, “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayarkən sonuncu ona bildirmişdir ki, Bakı şəhərində heroini vardır, karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmir və ondan xahiş etmişdir ki, həmin heroini Bakı şəhərinə gəldiyi zaman qaytarması üçün özündə saxlasın, bundan sonra Əli adlı şəxs demişdir ki, sözü gedən heroini adətən qoyduğu Bakı şəhəri Sabunçu rayonu Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altına qoyacaqdır. Bundan sonra o, Əli adlı şəxsin dediyi yerə getmiş, həmin yerdə həqiqətən də heroin olduğunu aşkar etmişdir. O, həmin heroini olduğu yerdə də saxlamaqla özü istifadə etməsi üçün az-az götürüb bükümləyirmiş və həmin bükümləri də üzərində saxlayırmış, məhz həmin heroin bükümü də 22 mart 2021-ci il tarixdə ondan aşkar edilmişdir. O, əhəmiyyətli hesab etmədiyindən ilkin ifadələrində, üzərinə videoçəklişlə şəxsi axtarış, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Bülbülə” gölünün yaxınlığında videoçəkişlə axtarış-baxış keçirilərkən bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxslə telefonla əlaqə saxlayarkən sonuncu ona narkotik vasitə olan heroini qoyduğu yeri demiş və həmin yerə baxdıqda ondan aşkar edilmiş narkotik vasitə olan heroini tapmışdır. O, gündəlik narkotik vasitə heroin istifadə edir, həmin vaxtdan da yəni 2020-ci ilin oktyabr ayından narkotik vasitə olan heroin onda olsaydı həmin heroini ya istifadə edərmiş, ya da kiməsə verərmiş. O, mobil telefonunu 2020-ci ilin noyabr ayında itirmişdir, İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin whatsapp sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsi vərəqədə yazılmış halda onda olmuşdur. Həmin ərəfədə mobil telefonu olmadığından tanımadığı bir nəfər şəxsin mobil telefonu vasitəsi ilə İran İslam Respublikasının Əli adlı şəxsin whatsapp sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmiş, tanımadığı şəxs də ona heç bir etiraz bildirməmişdir. O da tanımadığı şəxsin telefonundan narkotik vasitə heroin almaq üçün İran İslam Respublikasının Əli adlı şəxsin whatsapp sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmiş, həmin vaxt da sonuncu ona Bakı şəhərində heroin olmasını, karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyini, həmin heroini saxladığı yeri deyərək Bakı şəhərinə gəldiyi zaman ona qaytarması məqsədilə saxlaması üçün xahiş etmişdir. Hazırda onda İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsin telefonu yoxdur. Belə ki, Əli adlı şəxsin nömrəsini yazdığı kağızı tullamışdır, lakin hara tulladığını hazırda xatırlamır. Həmçinin telefonundan zəng etdiyi tanımadığı şəxs də bilməmişdir ki, o, Əli adlı şəxslə narkotik vasitə barədə danışır, belə ki, Əli adlı şəxslə şifrəli danışmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Pölis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra o və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Pölis Bölməsinin əməliyyat müvəkkili Şahid2lə birlikdə məlumat əsasında 22 mart 2021-ci il tarixdə saat l2:10 radələrində ünvan 2 ünvanının qarşısına getmişlər. Həmin vaxt xarici görkəmi əlamətlərinə görə X12 əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim etmişdir Onlar Rüstəmə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Pölis Bölməsinə aparmışlar.Bölmədə X15 Rüstəmi şübhəli şəxs qidmində tutmaqla hüquq və vəzifələrini izah ettmişdir. Sonra rüstəmin üzərində qeyri qanunsuz maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Onların iştirakı ilə videoçəkilişlə Rüstəmin üzərində şəxsi axtarış keçirilmiş, Rüstəm əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 2020-ci ilin oktyabr ayında "WhatsApp” proqrammı ilə danışaraq tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsin ona bildirdiyi Bakıxanov qəsəbəsi L.Məmmədbəyli küçəsi Bülbülə gölünün kənarında olan göy qarajın altında olan bir ədəd qara bağlamanın içərisindən hər gün öz istifadəsi üçün götürüb üzərində gəzdirdiyini və həmin yeri də göstərə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış və möhürlənənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra onlar birlikdə Bakıxanov qəsəbəsində yerləşən "Bülbülə” gölünün yaxınlığında olan göy qarajın yanına getmişlər. X2rajın altında gizlətdiyi narkotik vasitəni təqdim etməsini təklif etmiş, Rüstəm də göy rəngli qarajın alt hissəsində olan mişar daşının arxasından bir ədəd qara sellofan bağlamanı çıxarıb təqdim ettmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağlamanın içərisində olan narkotik vasitə heroindir, onu 2020-ci ilin oktyabr ayında "WhatsApp” proqrammı ilə yazışaraq tanıdığı İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin vasitəsilə əldə etmişdir. Narkotik vasitə lazım olduqca gəlib həmin yerdən götürüb üzərində saxlamışdır. Sonra götürülmüş həmin kütlə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Eləcə də Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, onlarda əvvəlcədən məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinə gələcək, ona görə də o və digər əməliyyat müvəkkili Şahid2 də həmin yerə Rüstəmi saxlamağa getmişlər. Rüstəmi bölməyə gətirəndən sonra onun axtarışda olan şəxs olduğunu bilmişlər. Onlarda əvvəlcədən məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və üzərində narkotik vasitələr saxlayır. Rütəm saxlanılandan sonra bölmədə özü etiraf etmişdir ki, Sabunçu qəsəbəsində olan Bülbülə gölünün yanında göy rəngli qaraj var, orada da narkotik vasitə gizlətmişdir. Rüstəmin üzərinə baxış keçrilən və Bakıxanov qəsəbəsində yerləşən "Bülbülə” gölünün yaxınlığında olan göy qarajın altından narkotik vasitə aşkar olunanda müdafiəçi iştirak etməyib, Rüstəm özü bildirmişdir ki, müdafiəçiyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdi ifadəsi elan olunmuş X28 da ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Rüstəm 10 mart 2021-ci il tarixdən 2 gün evə gəlməmiş, o da Sabunçu rayonu ərazisindəki bütün polis bölmələrində Rüstəmi axtarmağa başlamışdır. 2021-ci il mart ayının 14-də Rüstəm hazırda xatırlamadığı nömrədən ona zəng edib, Bakı şəhər Sabunçu rayon RPİ-nin 13-cü Polis Bölməsində olduğunu bildirmişdir. O, həmin bolməyə getmiş, bölmədə polis əməkdaşlarından oğlu Rüstəmin orada olub-olmamasını soruşmuşdur, əvvəlcə oğlunun orada olmasını deməmişlər, lakin sonradan onun yalvarışlarına görə oğlu Rüstəmin 13-cü polis bölməsində olduğunu demişlər və uzaqdan oğlunu ona göstərmişlər, oğlu Rüstəmi 2021-ci ilin mart ayının 20-ə kimi 13-cü polis bölməsində qanunsuz olaraq saxlamışlar, o da bir neçə gün ərzində həmin bölməyə oğlu üçün yemək aparmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hal-hazırda Azəpbaycan Respublikası Ədliyyə Nazirliyi 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir 11 mart 2021-ci il tarixdə onu polis əməkaşları saxlayaraq Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparmışlar və həmin tarixdən sonra 4-5 gün həmin Polis X1muşdur, tutulduğu günün ertəsi günü Təqsirləndirilən şəxs da həmin polis bölməsinə gətirilərək X8 saxlanılmış və o, 4-5 gün sonra oradan çıxarılsa da X23 orada qalmışdır, orada başqa adamlar da olmuşdur, Təqsirləndirilən şəxs ilə söhbət eləmiş, onun narkotik maddəsi ilə tutulduğunu bilmişdir, Təqsirləndirilən şəxs ifadəsin alandan sonra müvəqqaəti saxlama yerinə gətiriləndə halıəhvalı yox idi, qəmli idi və nəsə soruşanda cavab vermirdi, onun cəzasının əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmışdır, təxminən 4-5 gün Təqsirləndirilən şəxs ilə birlikdə müvəqqəti saxlama məntəqəsində olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində məsul növbətçi vəzifəsində işləyir. Hər bir polis bölməsində şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı olur ki, gətirilən şəxslər həmin qeydiyyat kitabına qeyd edilir. Növbədə 3 nəfər polis əməkdaşı ilə olurlar, onlar 24 saat işdə olmaqla qalan iki gün istirahət edirlər. Təqsirləndirilən şəxs taniyir, belə ki, 22 mart 2021-ci il tarixdə növbədə olduğu zaman onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə əməliyyat müvəkkilləri Şahid1 və Ramo İsayev adlı polis əməkdaşları gətirmişlər və bununla bağlı qeydiyyat kibabında qeydiyyat aparılmışdır. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixlər ərzində Sabunçu Rayon Polis İdarəsinin 13-cü X20 saxlama yerində saxlanılmamışdır, birinci instansiya məhkəməsində ifadə verərkən Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixlər ərzində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində olması barədə ifadəsi düzgün deyildir, çünki əgər həmin vaxtlar polis bölməsində saxlanılmış olsaydı mütləq qeydiyyat kitabında qeyd olunmalı idi, ona görədə həmin birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq etmir, hpzırda verdiyi ifadəsində göstərdikləri düzgündür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Bölməsində məsul növbətçi vəzifəsində işləyir, növbədə 3 nəfər olurlar bir gün işdə, iki gün isə istirahətdə olurlar. Təqsirləndirilən şəxs tanimir, 2021-ci ilin mart ayının 12-dən 22-nədək Rüstəmin bölmədə müvəqqəti saxlama yerində saxlanılmasını görməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində olan şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə saat 12.20-də baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsidə gətirilmiş və 22 mart 2021-ci il tarixdə saat 19.00-da Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə thvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 24 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş məhkum Təqsirləndirilən şəxs anası X6 və iş üzrə şahid qismində dindirilmiş hal-hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azəpbaycan Respublikası Ədliyyə Nazirliyi 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən X5 ifadələrində göstərdikləri məhkum Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və onların ifadələrində göstərdikləri iş materialları ilə tam təkzib olunur, iş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində olan şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarışa əsasən X5 11-22 mart 2023-cü il tarixlərində Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində olması təsdiq olunmur, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılarkən təzyiq göətərilməsi və döyülməsi halları iş materialları ilə öz təsdiq olunmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 22 mart 2021-ci il tarixli, 6/1156 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “vət.Təqsirləndirilən şəxs aşkar olunmuş bir büküm...’1 yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,394 qram açıq qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət.X19 təqdim etdiyi 1 ədəd bağlamada maddə “ yazısı olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1010 qram açıq qəhvəyi rəngli tozşəkili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir.Tədqiqata təqdim edilmiş, vət.Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1010,394 qramdır(1kq 10,394qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahisına daxildir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 05 iyul 2021-ci il tarixli, 2170 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın alt hissəsinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin çəkisi 1010,394 qram olmuş narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və qalıq qalmış 1010,144 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Fərəcov X22 Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunacaq cəzayla qismən toplanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 saylı qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən,insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.3.Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma- üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə-dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər:234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;234.4.2. təkrar törədildikdə;234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması-min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd:1.Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. «İnsan hüquqlarının və X16 haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» və 19 dekabr 1988-ci il tarixli «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. İnsan Hüquqlarının və X16 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır.Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin hərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.Həmin Məcəllənin 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, həmçinin məhkum Təqsirləndirilən şəxs himayəsində iki övladının olması onun barəsində cəzasını yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, apellyasiya şikayətlərində qanunun normasının düzgün tətbiq edilməməsi göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin 18 may 2022ci il tarixli hökmünün ləğv edilməsi üçün əsas ola bilməz, lakin birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar və əldə editdiyi narkotik vasitənin miqdarı tam nəzərə alınmamış və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan son həddə yaxın olan ağır cəza təyin edilmişdir, ona görə də həmin hallar nəzərə alınaraq, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı Agir Cinayətlər Məhkəməsinin 1(101)-216/2022 saylı, 18 may 2022-ci il tarixli hökmü “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanaraq qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi” hissələrində dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları yüngülləşdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. İş üzrə Bakı Agir Cinayətlər Məhkəməsinin 1(101)-216/2022 saylı, 18 may 2022-ci il tarixli hökmü “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanaraq qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi” hissələrində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8(səkkiz) ilə endirilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 02(iki) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə ona təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Həsən Əhmədov Hakimlər Ziya Şirinov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(103)-43/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-43/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver