Məhkəmə qərarları › İş №1(103)-432/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-432/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-432/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi – Müdafiəçi5, "xxxx" MMC-nin nümayəndəsi – Nümayəndə3, Maraqlı şəxs – Maraqlı şəxs2 ASC-nin nümayəndəsi Maraqlı şəxs1 iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Bağ Massivi, “Təzə Sahələr” deyilən ərazidə nömrəsiz evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(101)-183/2022 saylı hökmündən Maraqlı şəxs2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 1(101)-183/2022 saylı hökmünə əsasən (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 308.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-ci maddəsi ilə cəza təyin edilməmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Hökmdən təqsirləndirilən zərərçəkmiş (mülki iddiaçı) "xxxx" MMC, məhkumun müdafiəçisi X4 və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2097/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləriin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir. Belə ki, o, 25 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 24 iyul 2018-ci il tarixli qərarla 01 may 2003-cü il tarixdə, 0103-P13-37680 saylı Şəhadətnamə nömrəsi ilə dövlət qeydiyyatına alınan "xxxx" MMC-nin (VÖEN: **********) ona qoşulması nəticəsində yenidən təşkil edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsi tərəfindən 10 avqust 2018-ci il tarixdə ********** № ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-nin direktorunun xx.xx.2016-cı il tarixli əmri ilə Cəmiyyətin baş mühasibi vəzifəsinə təyin edilib xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nda “mühasib“ vəzifəsinin tələblərinə əsasən, müəssisəyə daxil olan pul vəsaitlərinin, əmtəəmaterial qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək, maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparmaq, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini təmin etmək, eyni zamanda müəssisəyə pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanması və xərclənməsini, habelə pul, maddi vəsaitlərin, debitor borcların silinməsi, həmçinin debitor və kreditorlarla hesablaşmaları qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində Cəmiyyətin kreditorlarına olan borcunu ödəmək üçün əvvəlcə Cəmiyyətin kassasından direktor, xəzinədar və özü tərəfindən imzalanmış kassa-məxaric orderləri əsasında müvafiq məbləğin xəzinədar tərəfindən sayılıb ona təqdim edildikdən sonra həmin məbləği "xxxx" ASC-nin Dərnəgül filialında "xxxx" MMC-nin AZ03 CAPN 0000 0000 0008 4014 0001 №-li və Zərərçəkmiş şəxs MMC-nin AZ66 CAPN 0000 0000 0093 6130 0001 №-li hesablaşma hesabına köçürməklə Cəmiyyətə məxsus hesablaşma hesabı vasitəsilə müvafiq kreditorlara nağdsız qaydada pul vəsaiti köçürülməli olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmçinin "xxxx" MMC və Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin bir sıra kreditorlarına olan borclarını ödəmək məqsədi ilə bank çıxarışlarını kompüter proqramlarının imkanlarından istifadə edib vəzifə saxtakarlığı yolu ilə hesabda pulun olmadığı görüntüsünü yaradaraq, Cəmiyyətin direktorunu və kassirini inandırıb Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 4a ünvanında yerləşən ofisində cinayətdən xəbərsiz xəzinədar Zakir Qrimxanovdan kassa-məxaric qəbzini şəxsən imzalayaraq bank hesabına mədaxil etmək adı ilə pul vəsaiti götürərək banka təhvil verməyib, bir sıra hallarda isə kassadan təhvil aldığı nağd pul vəsaitinin az hissəsini Cəmiyyətin bankdakı hesabına mədaxil edərək törətdiyi əməli gizlətmək məqsədi ilə rəsmi sənəd hesab edilən "xxxx" ASCnin hesabdan çıxarışlarını və ödəniş tapşırıqlarını istintaqa məlum olmayan şəraitdə və yerdə saxtalaşdıraraq, həmin sənədlərə guya Cəmiyyətin kassasından götürdüyü məbləğdə pulu Cəmiyyətin həmin bankda olan hesabına köçürməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil edərək, həmin orderləri xəzinədara təhvil verməklə xəzinədən götürdüyü pulları tam qaydada banka ödəməsi görüntüsünü yaradıb banka köçürmədiyi pul vəsaitlərini, o cümlədən, "xxxx" MMC-nin "xxxx" ASC-nin Dərnəgül filialındakı AZ03 CAPN 0000 0000 0008 4014 0001 №-li hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2017-ci il tarixli 006357 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 41.000 manat pul vəsaitinin 25.000 manatını hesaba mədaxil edib qalan 16.000 manatı, xx.xx.2017-ci il tarixli 006676 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 38.000 manat pul vəsaitinin 23.721 manatını hesaba mədaxil edib qalan 14.279 manatı, xx.xx.2017-ci il tarixli 006678 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 2.000 manat pul vəsaitini, xx.xx.2017-ci il tarixli 006734 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitinin 10.000 manatını hesaba mədaxil edib qalan 20.000 manatı, xx.xx.2017-ci il tarixli 006981 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 91.500 manat pul vəsaitinin 40.000 manatını hesaba mədaxil edib qalan 51.500 manatını, xx.xx.2017-ci il tarixli 006992 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 25.000 manat pul vəsaitinin 15.047 manatını hesaba mədaxil edib qalan 9.953 manatını, xx.xx.2017-ci il tarixli 007277 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 35.000 manat pul vəsaitinin 2.200 manatını hesaba mədaxil edib qalan 32.800 manatını, ümumilikdə 2017-ci il üzrə cəmi 146.532 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2018-ci il üzrə "xxxx" MMCnin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2018-ci il tarixli 007937 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 18.000 manat pul vəsaitinin 13.356,7 manatını hesaba mədaxil edib qalan 4.643,3 manatı, xx.xx.2018-ci il tarixli 007949 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 10.700 manat pul vəsaitinin 6.440,57 manatını hesaba mədaxil edib qalan 4.259,43 manatını, xx.xx.2018-ci il tarixli 008033 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 11.400 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 008082 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 37.000 manat pul vəsaitinin 30.500 manatını hesaba mədaxil edib qalan 6.500 manatını, xx.xx.2018-ci il tarixli 008131 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 9.800 manat pul vəsaitinin 7.000 manatını hesaba mədaxil edib qalan 2.800 manatını, xx.xx.2018-ci il tarixli 008416 №- li xəzinə məxaric orderi əsasında götürdüyü 36.000 manat pul vəsaitinin 29.275,65 manatını hesaba mədaxil edib qalan 6.724,35 manatını, xx.xx.2018-ci il tarixli 008429 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 12.000 manat pul vəsaitinin 6.255,25 manatını hesaba mədaxil edib qalan 5.744,75 manatını, xx.xx.2018-ci il tarixli 008486 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 5.000 manat pul vəsaitinin 3.000 manatını hesaba mədaxil edib qalan 2.000 manatını, xx.xx.2018-ci il tarixli 008643 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 48.000 manat pul vəsaitinin 38.000 manatını hesaba mədaxil edib qalan 10.000 manatını, xx.xx.2018-ci il tarixli 008662 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 80.000 manat pul vəsaitinin 69.000 manatını hesaba mədaxil edib qalan 11.000 manatını, xx.xx.2018-ci il tarixli 008707 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 10.000 manat pul vəsaitinin 1.800 manatını hesaba mədaxil edib qalan 8.200 manatını, xx.xx.2018-ci il tarixli 008809 №li xəzinə məxaric orderi əsasında götürdüyü 104.600 manat pul vəsaitinin 95.500 manatını hesaba mədaxil edib qalan 9.100 manatını, xx.xx.2018-ci il tarixli 008834 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 51.500 manat pul vəsaitinin 40.000 manatını hesaba mədaxil edib qalan 11.500 manatını, xx.xx.2018-ci il tarixli 008904 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 11.000 manat pul vəsaitinin 6.996 manatını hesaba mədaxil edib qalan 4.004 manatını, xx.xx.2018-ci il tarixli 008953 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 6.200 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 008990 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 45.000 manat pul vəsaitinin 35.981 manatını hesaba mədaxil edib qalan 9.019 manatını, xx.xx.2018-ci il tarixli 009021 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 55.000 manat pul vəsaitinin 48.100 manatını hesaba mədaxil edib qalan 6.900 manatını, ümumilikdə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba 3 halda mədaxil etdiyi cəmi 8.494,4 manat çıxılmaqla "xxxx" MMC-yə məxsus cəmi 111.500,43 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2018- ci il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2018-ci il tarixli 008036 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 20.840 manat pul vəsaitinin 12.940,38 manatını hesaba mədaxil edib qalan 7.899,62 manatını, xx.xx.2018-ci il tarixli 008810 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 25.400 manat pul vəsaitinin 25.000 manatını hesaba mədaxil edib qalan 400 manatını, xx.xx.2018-ci il tarixli 008832 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 4.600 manat pul vəsaitinin 3.470 manatını hesaba mədaxil edib qalan 1.130 manatını, xx.xx.2018-ci il tarixli 008952 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 68.600 manat pul vəsaitinin 18.500 manatını hesaba mədaxil edib qalan 50.100 manatını, xx.xx.2018-ci il tarixli 009168 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 009490 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 8.000 manat pul vəsaitinin 3.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, ümumilikdə isə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba mədaxil etdiyi 200 manat çıxılmaqla, "xxxx" MMC-yə məxsus cəmi 94.329,62 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2019-cu il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2019-cu il tarixli 009587 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.000 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009743 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 700 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009790 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 4.700 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009841 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 15.200 manat pul vəsaitinin 10.200 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 010045 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 60.000 manat pul vəsaitinin 52.000 manatını hesaba mədaxil edib qalan 8.000 manatını, xx.xx.2019-cu il tarixli 010144 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 22.061 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 010263 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 26.500 manat pul vəsaitinin 22.500 manatını hesaba mədaxil edib qalan 4.000 manatını, xx.xx.2019-cu il tarixli 010330 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 118.000 manat pul vəsaitinin 110.750 manatını hesaba mədaxil edib qalan 7.250 manatını, xx.xx.2019-cu il tarixli 010400 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 50.000 manat pul vəsaitinin 41.300 manatını hesaba mədaxil edib qalan 8.700 manatını, xx.xx.2019-cu il tarixli 010425 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 32.000 manat pul vəsaitinin 22.500 manatını hesaba mədaxil edib qalan 9.500 manatını, xx.xx.2019-cu il tarixli 010589 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 100.000 manat pul vəsaitinin 93.200 manatını hesaba mədaxil edib qalan 6.800 manatını, xx.xx.2019-cu il tarixli 010664 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 200.000 manat pul vəsaitinin 195.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 010703 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 61.000 manat pul vəsaitinin 44.500 manatını hesaba mədaxil edib qalan 16.500 manatını, xx.xx.2019-cu il tarixli 010868 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 46.000 manat pul vəsaitinin 33.100 manatını hesaba mədaxil edib qalan 12.900 manatını, xx.xx.2019-cu il tarixli 010947 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 75.000 manat pul vəsaitinin 53.300 manatını hesaba mədaxil edib qalan 21.700 manatını, xx.xx.2019-cu il tarixli 011065 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 140.000 manat pul vəsaitinin 135.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 011131 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 54.000 manat pul vəsaitinin 39.000 manatını hesaba mədaxil edib qalan 15.000 manatını, xx.xx.2019-cu il tarixli 011198 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 23.000 manat pul vəsaitinin 15.600 manatını hesaba mədaxil edib qalan 7.400 manatını, xx.xx.2019-cu il tarixli 011577 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.000 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 011870 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitinin 23.800 manatını hesaba mədaxil edib qalan 6.200 manatını, xx.xx.2019-cu il tarixli 013035 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 14.000 manat pul vəsaitinin 9.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, ümumilikdə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba 6 halda mədaxil etdiyi cəmi 17.455 manat çıxılmaqla, "xxxx" MMC-yə məxsus cəmi 159.956 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2020-ci il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2020-ci il tarixli 004196 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 42.500 manat pul vəsaitinin 30.900 manatını hesaba mədaxil edib qalan 11.600 manatını, xx.xx.2020-ci il tarixli 003385 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.400 manat pul vəsaitinin 860 manatını hesaba mədaxil edib qalan 2.540 manatını, xx.xx.2020-ci il tarixli 003402 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 15.000 manat pul vəsaitinin 13.000 manatını hesaba mədaxil edib qalan 2.000 manatını, ümumilikdə 2020-ci il üzrə "xxxx" MMC-yə məxsus cəmi 16.140 manat məbləğində pul vəsaitini mənimsəməklə, ümumilikdə qeyd edilən qaydada xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə "xxxx" MMC-nin hüquqi varisi olan Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 528.458,05 manat (beş yüz iyirmi səkkiz min dörd yüz əlli səkkiz manat beş qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə həmin Cəmiyyətlərə vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talayıb şəxsi ehtiyaclarına sərf etmiş, vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Proses iştirakçılarının çıxışları: Hazırda Maraqlı şəxs2 ASC apellyasiya şikayəti verərək, hökmün mülki iddianın təmin edilməsi hissəsində və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının əmlakın üzərinə həbs qoyulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi və maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı3 və zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilməsini xahiş etdilər. İşin hüquqi məsələləri: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya şikayətindən göründüyü kimi, apellyasiya şikayətində maraqlı şəxs tərəfindən hökmün yalnız mülki iddiaya dair hissəsi mübahisələndirilməmişdir. Kollegiya iş materiallarını Maraqlı şəxs2 ASC-nin apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, birinci instasiya məhkəməsi məhkum edilmiş şəxsin ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzilinin üzərinə həbs qoyulmasında və həmin əmlakın hərrac yolu ilə satılmaqla əldə olunmuş vəsaitin mülki iddianın təmin edilməsinə yönəldilməsinə dair nəticəyə gəlməkdə haqlı olmamışdır. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Maraqlı şəxs2 ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 1280***-*******01L nömrəli xx.xx.2022-ci il tarixli Əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən sonuncuya xx.xx.2024-cü il tarixədək müddətə illik 19% dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq tərəflər arşında bağlanmış İMANZL166470001 saylı xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 28 ünvanında yerləşəm 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Təqsirləndirilən şəxs bank qarşısındakı öhdəliklərini yerinə yetirmədiyindən «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» 8İ-4026 №-li xx.xx.2023-cü il tarixli İcra qeydi alınmış və həmin mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq açıq hərrac vasitəsi ilə realizə edilmişdir. Hərrac təşkilatının (ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün) hərracın yekunları barədə № 47/01 nömrəli xx.xx.2023-cü il tarixli Protokolu və «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» xx.xx.2023-cü il tarixli müqavilə əsasında ipoteka predmeti olan həmin mənzil tələbkar Maraqlı şəxs2 ASC tərəfindən alınmışdır. Göründüyü kimi həmin mənzil üzrə xx.xx.2022-ci il tarixdən bankın ipoteka hüququ rəsmi reyestrdə qeydiyyata alınaraq ipoteka saxlayan kimi üstün təminat, əşya və s. hüquqlarının olmasına baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsinəin xx.xx.2022-ci il tarixli qərarı ilə mənzilin üzərinə həbs qoyulması və hərracdan alınaraq bankın balansına keçirilməklə faktiki olaraq sahiblikdə olan əmlakın müsadirə olunması Maraqlı şəxs2 ASCnin qanunla qorunan hüquq və mənafelərinə zidd olmaqla maraqlarına toxunur. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində cinayət-hüquqi tədbiri kimi xüsusi müsadirə edilə bilən əmlaklar konkret göstərmişdir. 1) şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 2) şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 3) cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 4) terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Mübahisələndirilən hökmdən görünür ki, Təqsirləndirilən şəxs mühasib kimi zərərçəkmiş hüquqi şəxsdə fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə etmiş, lakin ona qarşı irəli sürülmüş ittihamlar üzrə ilk epizod xx.xx.2017-ci il tarixdən başlayaraq törədiyi cinayət əməllərinə görə irəli sürülmüşdür. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərinin törədilməsi (başlandığı) müddətləri xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edən dövr üzrə olmuşdur. Lakin, həmin hökmlə o da müəyyən olunur ki, müsadirə edilmiş əmlak, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 28 ünvanında yerləşən 1 nömrəli mənzil 14 oktyabr 2016-cı il tarixdən Təqsirləndirilən şəxs mülkiyyətindədir. Bununla da, müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mənzili hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini törətməmişdən öncə əldə etmişdir. Eyni zamanda, həmin mənzil Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində xüsusi müsadirə edilə bilən əmlaklar kateqoriyasına aid deyildir. Azərbaycan Respublikası CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən “Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz” və “Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasmın mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir" “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 73-cü maddəsinə əsasən mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğinə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunun 185, 248, 301.2.5, 354.2-ci maddələrinin mənasına görə məhkəməyədək icraatda mülki iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişsə, məhkəmə müvafiq vəsatət əsasında və yaxud öz təşəbbüsü ilə həmin tədbirləri həm hazırlıq iclasında, həm də mülki iddia təmin edildiyi halda məhkəmə baxışının nəticələrinə görə görmək hüququna malikdir. Belə tədbirlərin görülməsi ilə əlaqədar təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulursa, müvafiq qərar hökmün nəticəvi hissəsində və yaxud hazırlıq iclasının qərarında göstərilməlidir. Göründüyü kimi istər müvafiq qanunvericlikdə, istərsədə onların tətbiqi ilə bağlı aidiyyəti yuxarı inistansiya məhkəmələrinin hüquqi yanaşmalarında məcburi cinayət-hüquqi tədbiri olaraq xüsusi müsadirənin tətbiq olunması ilə, vurulmuş ziyanın və mülki iddianı təmin etmək üçün əmlak üzərinə həbsin qoyulması biri-birindən tamam fərqləndirilmişdir. Bu tədbirlərin hər ikisi cinayət işi üzrə icraatda tətbiq olunsa da, lakin xüsusi müsadirə cinayəthüquqi tədbir, vurulmuş ziyanın və mülki iddianı təmin etmək üçün əmlak üzərinə həbsin qoyulması isə hüquqi təbiətinə görə mülki xarakterli təminat tədbiridir və bunların prosessual tətbiqi və icrası da, ayrı-ayrı formalarda həyata keçirilir. Mübahisələndirilən hökmdən isə görünür ki, Təqsirləndirilən şəxs qızma məxsus olan mənzilə (əmlaka) dair hökmün əsaslandırıcı hissəsində xüsusi müsadirə tətbiq edilmiş, nəticə hissəsində isə mülki iddianın təmini üsulu kimi (həmin əmlakın üzərinə həbs qoyulması barədə qərarın göstərilməsi əvəzinə) tələb həmin mənzilə yönəldilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən, girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qızma məxsus olan mənzilin üzərinə həbs qoyulan zaman, eləcə də hökmlə mülki iddia üzrə təmin edilmiş pul tələbinin ona yönəldilməsi zamanı həmin mənzil üzrə xx.xx.2022-ci il tarixdən Maraqlı şəxs2 ASC-nin ipoteka hüququ rəsmi reyestrdə qeydiyyata alınaraq ipoteka saxlayan kimi üstün təminat, əşya və s. hüquqlarının olması nəzərə alınmadığından buna dair qərarın və hökmün həmin hissələri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, maraqlı şəxs apellyasiya şikayətində hökmün ləğv edilməsini xahiş etsə də, Cinayət Prosessual Məcəllənin 399.1.1-ci maddəsinin tələblərinə əsasən, hökm mülki iddiaya dair hissədə dəyişdirilməlidir. Bu səbəbdən də apellyaiya şikayəti qismən təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən, mənzilin üzərinə həbs qoyulması hissəsində və 1(101)-l83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü də, qismən - "Təqsirləndirilən şəxs mülkiyyətində olan, üzərinə həbs qoyulmuş ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakı hərrac qolu ilə satılmaqla əldə olunmuş vəsaitin 528.458,05 manat maddi ziyana və 920 manat mülki iddianın təmin edilməsinə yönəldilməsi” hissəsində ləğv edilərək həmin əmlak (mənzil) həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 400.2. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: 400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi; 400.2.3. barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş məhkumun və ya bəraət almış şəxsin şəxsiyyəti barədə məlumatların kifayət qədər tam aydınlaşdırılmaması. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.1, 400.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü mülki iddiaya dair hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs mülkiyyətində olan üzərinə həbs qoyulmuş ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunmuş 528.458.05 manat maddi ziyana və 920 manat mülki iddianın təmin edilməsinə yönəldilməsinə dair müddəalar hökmdən xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən - Təqsirləndirilən şəxs mülkiyyətində olan üzərinə həbs qoyulmuş ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulması hissəsində ləğv edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar