Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-438/2020 04.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qurbanov Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçisi Müdafiəçi1, Bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Əliyeva Könül Nəriman qızının iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Minks şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verilməsi və cinayət təqibinə xitam olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o, “xxxx” MMC-də aviabiletlərin satışı və turizm üzrə menecer işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs tərəfindən QSC “Bank Standard” KB-nin müştəri xidmətləri mərkəzinin direktoru N.A.Biləndərliyə ünvanlanmış 43 №li saxta ərizədən istifadə edəcəyi barədə məlumat verməməklə aldadıb (passiv aldatma) həmin saxta ərizəni xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 4 ünvanında yerləşən QSC “Bank Standard” Kommersiya Bankına təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib “xxxx” MMC-nin bankdakı kredit xəttindən 5700 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “xxxx” MMC-də aviabiletlərin satışı və turizm üzrə menecer vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs tərəfindən QSC “Bank Standard” KB-nin müştəri xidmətləri mərkəzinin direktoru N.A.Biləndərliyə ünvanlanmış 39/14№li saxta ərizədən istifadə edəcəyi barədə məlumat verməməklə aldadıb (passiv aldatma) həmin saxta ərizəni xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 4 ünvanında yerləşən QSC “Bank Standard” Kommersiya Bankına təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib “xxxx” MMC-nin bankdakı kredit xəttindən 5500 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 5500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verilmiş və onun barəsində cinayət təqibinə xitam olunmuşdur. Həmin hökmdən narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası tədbiq edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ittiham aktına uyğun əsaslandırılmış və həmçinin şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin hakimi formal və səthi məhkəmə istintaqı apararaq, işin faktiki hallarını araşdırmadan icraatında olan cinayət işi üzrə qərəzli və maraqlı olmasını açıq-aşkar nümayiş etdirərək bəraət hökmü çıxarmış və cinayət təqibinə xitam verərək hüquqlarını kobud şəkildə pozmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və bəraət almış şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verməmişlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası tədbiq edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası tədbiq edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məkhəmə iclasında iştirak edən bəraət almış şəxsin müdafiəçisi Əliyeva Könül Nəriman qızı apellyasiya şikayətinə verilmiş etiraza uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında video görüntü ilə iştirakı təmin edilmiş bəraət almış şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə verilmiş etiraza uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən bəraət hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə nəzərdə tutulan cinayət hadisəsi baş vermədiyinə, əməldə cinayət tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin qeyd edilən bəraət hökmü ilə gəldiyi nəticəsi ilə razılaşır və apellyasiya şikayəti ilə əlaqədar ilk növbədə cinayət tərkibi və cinayətin tövsif edilməsi anlayışlarının açıqlanmasını zəruri hesab edir. Belə ki, təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İİİ bəndinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şahid1 üçün “Estec Turizm” şirkətinin hesabına 7936 avro pul vəsaiti tam olaraq ödənilmişdir. Şahid1 tərəfindən 4200 manat pul vəsaitinin ödənilməsi, eləcə də əgər müştəri tərəfindən zərərçəkmiş şəxs və Şahid1 tərəfindən qeyd edildiyi kimi 8000 avro pulun qalıq hissəsi iyul ayında ödənilmişdirsə, xx.xx.2014-cü il tarixli ərizə əsasında cəmiyyətin kredit hesabından ayrılmış və həmin tarixdə şirkətin cari hesaba köçürülmüş 5500 manat pul məbləği ilə Şahid1 tərəfindən 2 dəfəyə olmaqla 2014-cü ilin aprel və iyul aylarında ödənilmiş (ifadələrdə bu məbləğlər qeyri müəyyəndir) pul məbləğləri arasında hər hansı bir əlaqə mövcud deyildir. “xxxx” QSC tərəfindən xx.xx.2013-cü il tarixli “xxxx” MMC adından ərizə əsasında həmin cəmiyyətin kredit hesabından ayrılmış və cari hesaba köçürülmüş 5700 manat pul, eləcə də “xxxx” MMC adından verilmiş xx.xx.2014-cü il tarixli ərizə əsasında həmin cəmiyyətin kredit hesabından ayrılmış və cari hesaba köçürülmüş 5500 manat pul məbləğinin xərclənməsi sxemi belə olmuşdur: -xx.xx.2013-cü il tarixli kreditin ayrılması barədə ərizə bank tərəfindən xx.xx.2013-cü il tarixdə 5700 manat kredit ayrılmış və transfer edilərək “xxxx” MMC-nin “xxxx” KB QSC-də olan ******************** saylı manat hesabına yerləşdirilmiş, həmin tarixdə 9975 manat manat hesabına məxadil edilmişdir. Kredit hesabından ayrılmış 5700 manat pul vəsaiti və şirkətin manat hesabına mədaxil edilmiş 9975 manat, cəmi 15675 manat və hesabda olan 280,44 manat məbləğ, cəmi 15955,44 manatın 8700,63 manatı 8 318,0 avro alışına, 5633,15 manatı 7181,48 USD alışına, 1510,75 manatı 1926 USD alışına, 110,91 manatı isə komisyon haqqlarının ödənilməsinə sərf edilmişdir. Həmin 8 1xx xxxxxxx 7701 avrosu “X10 Organizasyon və Ticarət Limited” Şirkətinin bank hesabına, 293 avrosu isə “xxxx” MMC-nin həmin bankda olan kart hesabının möhkəmləndirilməsinə, 274 manatı “Tourismer” şirkətinin bank hesabına köçürülmüş, 50 avrosu komisyon haqqına sərf edilmişdir. Cəmi alınmış 9 107,48 USD-nin 8506 USD-si “X10 Organizasyon və Ticarət Limited” Şirkətinin bank hesabına, 560 USD “Darina Holiday”s şirkətinin bank hesabına köçürülmüş və 41,48 USD isə komisyon haqqların ödənilməsinə sərf edilmişdir. xx.xx.2014-cü il tarixli kreditin ayrılması barədə ərizə bank tərəfindən xx.xx.2014-cü il tarixdə 5500 manat kredit ayrılmış və transfer edilərək “xxxx” MMC-nin “xxxx” KB QSC-də olan ******************** saylı manat hesabına yerləşdirilmiş, Həmin pul məbləği elə həmin tarixdə 5317 avro alınmış, həmin pul şirkətin avro hesabında olan qalıq pulla, yəni 2049 manat pulla birləşdirilərək 7366 avro şirkətin borcuna görə “X10 Organizasyon və Ticarət Limited” şirkətinin bank hesabına köçürülmüşdür. İş materiallarında olan: - kompüter texnologiyası üzrə mütəxəssis qismində cəlb edilmiş Bayramov Vaqif Xanbaba oğlu göstərmişdir ki, ona təqdim edilmiş cinayət işinin 2-ci cildinin 126-cı səhifəsinə tikilmiş mailto:svetlana@vizittour.azElektron ünvan mailinə xx.xx.2017-ci il tarixdə saat 14:58-də göndərilmiş yazışma olan vərəqədə Təqsirləndirilən şəxs adından göndərilmiş yazı outlook proqramında yazılma ehtimalı olsa da, tarixi olmayan, hansı səhifədən göndərilməsi məlum olmayan, yaddaşa verilmiş, başqa bir kompüterdən göndərilərək üzərində texniki cəhətdən düzəliş, əlavə və ya hər hansı bir yazının yazılması imkanı mümkün olan bir yazıdır. Əyani olaraq elə həmin yazı üzərində də dəyişiklik etmə imkanını nümayiş etdirərək öz rəyini tərəflərin iştirakı ilə əsaslandırmışdır. Bundan başqa, o səhifə ki, Təqsirləndirilən şəxs hesab edilir, həmin hostinq artıq mövcud deyil və Təqsirləndirilən şəxs mail yazışmalarının oxunması elə bu səbəbdən də mümkün deyil. Məhkəməyə təqdim edilmiş kompyüterdə cinayət işinin 2-ci cildində 126-cı səhifədə tikilmiş sübut hesab edilən yazını eynilə aşkar etmək mümkün olmamışdır, belə ki, vərəqdəki yazılar yaddaşa verilmiş ayrı-ayrı papkalarda hissə şəklində arxivləşdirilmişdir. Təqdim edilmiş kompüterin də Təqsirləndirilən şəxs kompüteri olmaması səbəbindən onun qara yaddaşında hətta silinmiş yazıları belə bərpa etmək imkanını istisna edir. Belə ki, ümumiyyətlə ona təqdim edilmiş kompüterdə Təqsirləndirilən şəxs aidliyi zərərçəkmiş şəxs tərəfindən təsdiq edilən yazılar kompyüterin yaddaşına xx.xx.2014-cü il tarixdə daxil edilməsi səbəbindən həmin yazının Təqsirləndirilən şəxs mail ünvanına aid olması təsdiq edilmir. - Bank sahəsində xüsusi biliklərə malik olan Məmmədov Fərid tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, “xxxx” QSC tərəfindən xx.xx.2013-cü il tarixli “xxxx” MMC adından ərizə əsasında həmin cəmiyyətin kredit hesabından ayrılmış və cari hesaba köçürülmüş 5700 manat pul, eləcə də “xxxx” MMC adından verilmiş xx.xx.2014-cü il tarixli ərizə əsasında həmin cəmiyyətin kredit hesabından ayrılmış və cari hesaba köçürülmüş 5500 manat pul məbləği təyinatı üzrə “xxxx” MMC-nin müştərilərinin səyahəti üçün müvafiq olaraq “Estec Czech incoming Tour Operator&Hotel Management” Company-yə və “X10 Organizasyon və Ticarət Limited” şirkətinə ödənilmişdir. 2. Müştəri Şahid4 tərəfindən ilkin 50 faiz kimi ödənilmiş 9000 (doqquz min) manat pulun Təqsirləndirilən şəxs tərəfindən 7150 manatının ələ keçirilməsinə dair hər hansı bir sübut müəyyən edilməmişdir. Qeyd: “xxxx” MMC-nin cari hesabından bank çıxarışları ilə müəyyən edilir ki, cəmiyyətin kart hesabı da mövcud olmuş, dəfələrlə kart hesabı üzrə möhkəmləndirmə barədə bank əməliyyatları həyata keçirilmiş, lakin ******************** saylı kart hesabı üzrə aparılmış əməliyyatlar iş materiallarında mövcud deyildir. 3. Müştəri Şahid1 tərəfindən 2014-cü ilin iyul ayında ümumilikdə 8000 avro pul ödənişinə dair sübut iş materiallarında aşkar edilməmişdir. (2014-cü ilin aprel ayında Şahid1 tərəfindən ödənilmiş 4200 manat pulun mədaxilinə dair kassa sənədi istisna olmaqla). Təqsirləndirilən şəxs tərəfindən 7150 manatının ələ keçirilməsinə dair hər hansı bir sübut müəyyən edilməmişdir. 4. Cəmiyyətin kredit hesabından çıxarışlar öyrənilərkən kredit hesabından xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin kredit hesabından 5700 manat pul ayrılmasına dair qeyd 2013-cü il kredit hesabından çıxarışda aşkar edilməmişdir. Qeyd: Cəmiyyətin kredit hesabından pul çıxarılmasına dair xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli ərizələrin banka rəsmi qaydada təqdim edilməsi barədə ərizələrdə banka daxil olma və icraya yönəlməyə dair hər hansı bir qeyd yoxdur. 5. X6 adından ödənilmiş pul vəsaiti xx.xx.2014-cü il tarixdə 7730 manat pulun TT********** saylı qəbz üzrə Şahid2 tərəfindən “xxxx” MMC adından hesaba mədaxil edilmiş, bu manat hesabında öz əksini tapmış, xx.xx.2014-cü il tarixli ödəniş tarpşırığına “X10 Organizasyon və Ticarət Limited” Şirkətinə həmin məbləğdə pul ödənilməsinə dair bankın xidmət şöbəsi tərəfindən möhür vurulmuşdur. Lakin manat hesabı üzrə həmin pul məbləği hesabda olmasına baxmayaraq bank tərəfindən ödəniş tapşırığı icra edilməmiş, xx.xx.2014-cü il tarixdə icra edilmiş və bu barədə ödəniş tapşırığı da iş materiallarında öz əksini tapmışdır. Bu ödəniş üzrə bank qanunverciliyinin tələbləri bank tərəfindən pozulması müəyyən edilmiş, lakin pul vəsaitlərinin itməsi, təyinatsız xərclənməsi və ya hər hansı şəkildə mənimsənilməsi və ya ələ keçirilməsi halı müəyyən edilməmişdir. - xx.xx.2016-cı il tarixli 9981 saylı və xx.xx.2015-ci il tarixli 11316 saylı ekspertiza rəylərindən görünür ki, xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin kredit hesabından 5700 manat pul ayrılmasına dair ərizədə və cəmiyyətin xx.xx.2014-cü il tarixli kredit hesabından pul ayrılmasına dair ərizəsində “Zərərçəkmiş şəxs” adından çəkilmiş imzalar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir; - məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2017-cı il tarixli 266 saylı rəyindən görünür ki, xx.xx.2013-cü il tarixdə 5700 manat və xx.xx.2014-cü il tarixdə 5500 manat kredit vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən alınması, habelə Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində “xxxx” MMC-yə ziyan dəyməsi müəyyən olunmur. - xx.xx.2016-cı il tarixli auditor rəyi ilə Təqsirləndirilən şəxs tərəfindən ittiham olunan məbləğin ələ keçirilməsi iş üzrə sübutlarla öz təsdiqini tapmır. Auditor rəyində qeyd edilir ki, audit yoxlamasına təqdim olunmuş müvafiq sənədlərə, o cümlədən mövcud X7nə əsasən aparılmış müvafiq audit araşdırılmaları nəticəsində müəyyən olunmuşdur: xx.xx.2014-cü il tarixdə “xxxx” MMC-dən və ya onun direktorundan Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs Vladimirobna və Şahid2 rəsmi olaraq heç bir pul vəsaiti almamışlar. Lakin, “xxxx”MMC-nin QSC “Bank Standard” kommersiya Bankında olan manat hesabina naməlum mənbədən daxil olmuş 7677.03 manat pul vəsaiti həqiqətən də, xx.xx.2014-cü il tarixdə 7366 avronunalınmasına, onun komisyon haqqının ödənilməsinəsərf edilmişdir və həmin vəsait elə həmin tarixdə də “xxxx” MMC-nin həmin bankda olan **********235623001 saylı avro hesabına yerləşdırilmişdir. Yuxarıdakı sualda qeyd edilən -21082014-cü il tarixdə həmin 7366 avro pul vəsaiti “xxxx “MMC-nin avro hesabından göstərilmiş turizm xidmətinə görə” X10 Organizasyon və Ticarət Limited” şirkətinin bank hesabına köçürülmüşdür. Bu əməliyyatların aparılması zamanı və ya aparılması nəticəsində yuxarıdakı sualda qeyd edilən cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən hər hansı mənimsəmə hallarının olması müəyyən olunmur. Auditə təqdim olunmuş müvafiq sənədlərə, o cümlədən mövcud “xxxx” MMC-nin QSC “Bank Standard” Kommersiya Bankında olan manat hesabına, bir gün əvvəl - xx.xx.2014-cü il tarixdə naməlum mənbədən 7.808 manat pul vəsaiti yerləşdirilmişdir. xx.xx.2014-cü il tarixdə isə həmin 7.808 manat pul vəsaiti 7.262 avronun alışına, onun komisyon haqqının ödənilməsinə yönəldilmiş və həmin 7.262 avro elə həmin tarixdə Cəmiyyətin avro hesabına yerləşdirilmişdir. 5.680 avronun müqabilində, ümumi hesablaşmaların nəticəsində yaranmış yekun borc məbləğinə uyğun olaraq xx.xx.2014-cü il tarixdə 7.262 avro Çexiya Respublikasının ESTEC “CZECH İNCOMİNG TOUR OPERATOR HOTEL MANAGEMENT COMPANY” şirkətinə köçürülmüşdür. xx.xx.2014-cü il tarixdə “xxxx” MMC-dən və ya onun direktoru Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 rəsmi olaraq heç bir pul vəsaiti almamışlar. Lakin, “xxxxi’MMC-nin QSC “Bank Standard’’ Kommersiya Bankında olan manat hesabına, xx.xx.2014-cü il tarixdə, həqiqətən də, naməlum mənbədən 23.545(23.045 m +500 m =23.545m) manat pul vəsaiti yerləşdirilmişdir. xx.xx.2014-cü il tarixdə həmin 23.545 pul vəsaitinin 500 manatı cərimə ödənişinə, 5.034,48 manatı avro alışına, 17.751,94 manatı USD alışma, 162-manatı isə komisyon haqqlarının ödənilməsinə sərf edilmişdir. 5.034,48 manata alınmış 4.792 avronun 966 avrosu “X10 Organizasyon və Ticarət Limited” Şirkətinin Bank hesabına ödənilmiş və 2.972 avrosu isə “xxxx" MMC-nin kart hesabının möhkəmləndirilməsinə yönəldilmişdir. 17.751,94 manata alınmış 22.637 USD də “X10 Organizasyon və Ticarət Limited" Şirkətinin Bank hesabına köçürülmüşdür. Beləliklə, dördüncü sualda qeyd edilən cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən “xxxx" MMC-dən və ya onun direktoru Zərərçəkmiş şəxs Çexiya Respublikasının ESTEC “xxxx" Şirkətinə ödənilməsi məqsədi ilə 5.680 avro pul vəsaiti alınmamışdır və həmin Şirkətə həmin tarixdə həmin məbləğdə avronun köçürülməsi həmin tarixə olan X7 ilə təsdiq və ya sübut olunmur. Bu əməliyyatların aparılması zamanı və ya aparılması nəticəsində yuxarıdakı sualda qeyd edilən cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən hər hansı mənimsəmə hallarının olması müəyyən olunmur. xx.xx.2014-cü il tarixdə “xxxx” MMC-dən və ya onun direktoru Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 rəsmi olaraq heç bir pul vəsaiti almamışlar. Lakin, MMC-nin QSC “Bank Standard” Kommersiya Bankında olan manat hesabına, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə, həqiqətən də, naməlum mənbədən 2.604(1.924 m + 680 m “2.604 m) manat pul vəsaiti yerləşdirilmişdir. xx.xx.2014-cü il tarixdə vo ondan bir gün sonra - xx.xx.2014-cü il tarixdə manat hesabına yerləşdirilən həmin 2.604 manat pul vəsaiti ilə xx.xx.2014-cü il tarixdə 1.852 avro və xx.xx.2014-cü il tarixdə 666 avro, cəmisi 2.518 avro alınaraq “xxxx” MMC-nin QSC “Bank Standard” Kommersiya Bankında olan ******************** kart hesabının möhkəmləndirilməsinə sərf edilmişdir. Beləliklə, sualda qeyd edilən xx.xx.2014-cü il tarixdə “xxxx” MMC-dən və ya onun direktoru Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən “xxxx” Şirkətinə ödənilməsi məqsədi ilə 2.500 avro pul vəsaiti alınmamışdır və köçürülməmişdir. Bu əməliyyatların aparılması zamanı və ya aparılması nəticəsində yuxarıdakı sualda qeyd edilən cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən hər hansı mənimsəmə hallarının olması da müəyyən olunmur. - “xxxx” MMC-nin QSC “Bank Standard” kommersiya bankında olan ******************** saylı hesab nömrəsi üzrə, həqiqətən də Azərbaycan manatı ilə kredit xətti açılmış və həmin hesabdan sualda qeyd edilən xx.xx.2013-cü il tarixdə deyil, bir gün sonrakı tarixdə - xx.xx.2013-cü il tarixdə 5700 manat kredit ayrılmış və transfer edilərək “xxxx” MMC-nın QSC xxxx” Kommersiya Bankında olan ******************** saylı manat hesabına yerləşdirilmişdir. Bu əməliyyatla bərabər, həmin tarixdə “xxxx” MMC-nin həmin manat hesabına əlavə olaraq naməlum mənbədən 9.975 manat da mədaxil edilmişdir. Həm 5.700 manat və həm də 9.975 manat, cəmisi 15.675 manat və 280.44 manat hesabda olan məbləğ, yekun olaraq manat hesabında toplanılmış 15.955,44 manatın; 8.700,63 manatı 8.318,00 avronun, 5.633,15 manatı 7.181,48 USD-nin və 1.510,75 manatı isə yenidən 1.926 USD-nin alışına, 110,91 manat isə komisyon haqqlarının ödənilməsinə sərf edilmişdir. “xxxx” MMC-nin QSC “xxxx” Kommersiya Bankında olan ******************** saylı hesab nömrəsi üzrə açılmış Azərbaycan manat ilə kredit xəttindən sualda qeyd edilən - xx.xx.2014-cü il tarixdə 5.500 manat kredil vəsaitinin alınması həqiqətən də, sübut olunmur. Lakin, digər suallarda və cavablarda olduğu kimi bu əməliyyat üzrə də sualda qeyd edilən - xx.xx.2014-cü il tarixdə “xxxx" MMC-nin QSC “xxxx” komersiya Bankında olan ******************** saylı manat hesabına naməlum mənbədən 5500 manat pul vəsaiti yerləşdirilmiş və ya mədaxil edilmişdir. "xxxx" MMC-nin QSC “xxxx” Kommersiya Bankında olan ******************** saylı manat hesabına yerləşdirilmiş və ya mədaxil edilmiş həmin 5.500 manat pul vəsaiti həmin tarixdə xx.xx.2014-cü il tarixdə 5.317 avronun alınmasına sərf edilmiş, alınmış 5.317 avro “xxxx” MMC-nin avro hesabında olan qalıqla birləşdirilərək 7.366 avro xx.xx.2014-cü il tarixdə aparılmış turizm əməliyyatları nəticəsində yaranmış növbəti borc məbləğini bağlamaq üçün “X10 Organizasyon və Ticarət Limited” şirkətinin bank hesabına köçürülmüşdür. Beləliklə, aparılmış bu əməliyyat nəticəsində sualda qeyd edilən xx.xx.2014-cü il tarixdə cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən 5.500 manat məbləğində kredit vəsaitini almaları və ya mənimsəmələri halları müəyyən olunmur. Şirkətə dəymiş ümumi maddi ziyan məbləğinin 31.338 manatı “xxxx” MMC ilə QSC “xxxx” Kommersiya Bankı arasında “X3” haqqında Müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Bank tərəfindən buraxılmış kredit vəsaitlərinin dövriyyəsi nəticəsində yaranmışdır. Belə ki, həmin dövrdə yeddi dəfə olmaqla, cəmisi 37.800 manat kredit alınmasına və həmin pul vəsaitlərinin cari əməliyyatların aparılmasına sərf edilməsinə baxmayaraq, bank çıxarış sənədindən görünür ki, həmin dövrdə iki dəfə olaraq cəmisi 6.462 manat pul vəsaiti geri qaytarılaraq bərpa edilmişdir. Nəticədə MMC-nin Banka faizləri nəzərə alınmamaqla xx.xx.2014-cü il tarixə 31.338 manat kredit borcu qalmışdır. İş materiallarında olan qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-242/2017 saylı qətnaməsindən görünür ki, “xxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs və Şahid2 qarşı hazırki ittiham epizodunda qeyd edilən məbləğ daxil külli miqdarda şirkətə maddi ziyan dəyməsi iddiası sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs və Şahid2 qarşı əmək fəaliyyəti prosesində dəymiş maddi və mənəvi zərərin ödənilməsi, eləcə də iş üzrə xüsusi qərardadın çıxarılması üzrə “xxxx” MMC-nin iddiası təmin edilməmişdir. Həmin qətnamədə eləcə də göstərilir ki, iddiaçı “xxxx” MMC-nin Təqsirləndirilən şəxs və Şahid2 qarşı “maddi, mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılmsına dair” iddia tələbi üzrə həmçinin xx.xx.2014-cü il tarixdə kredit xətti üzrə 5500 manat pul vəsaitinin ayrılması və xx.xx.2013cü il tarixdə 5700 manat saxta məktub əsasında məxaric əməliyyatının aparılması və s. əməlləri üzrə borc olaraq cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən ümumilikdə müştərək qaydada 2011-2013-cü illər üzrə cəmi 34978 manat, 2014-cü il üzrə 54 216,53 manat pul vəsaitinin ödənilməsi iddiası təmin edilmir. Belə ki, iş üzrə auditor rəyi və məhkəmə mühasibatlıq ekspertzası rəyinə əsasən xx.xx.2013-cü il tarixdə cavabdehlər tərəfindən 5700 manat pul vəsaitini, (altıncı sual üzrə), xx.xx.2014-cü il tarixdə isə 5500 manat pul vəsaitini almaları müəyyən edilmir. Qətnamədə qeyd edilir ki, “məhkəmə iddiaçının tələblərinin əsaslandığı faktiki halların tam və hərtərəfli yoxlanılması məqsədilə bir sıra tədqiqatlar aparılmasını təmin etmişdir. Əvvəla iddiaçı, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə kreditin ayrıması haqqında ərizələrin QSC “xxxx” KB-yə təqdim etməklə “xxxx” MMC adından 5500 və 5700 manat kredit alınaraq onun mənimsənilməsinin dəlili kimi xx.xx.2013-cü il tarixli 43 saylı və 25.08. 2014-cü il tarixli 39/14 saylı ərizələrə istinad etsə də, keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli 9981 saylı rəyində xx.xx.2013-cü il tarixli 43 saylı və xx.xx.2014-cü il tarixli 39/14 saylı ərizələrdə “Baş direktor” sözlərinin qarşısındakı imzaların Təqsirləndirilən şəxs Vladimiriovna və Şahid2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edildiyi göstərilmişdir. Bundan əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 26692 saylı rəyi ilə cavabdehlər Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il tarixlərdə “xxxx” MMC-dən və ya onun direktoru Zərərçəkmiş şəxs rəsmi olaraq heç bir pul vəsaitinin alınmadığı, eləcə də onların hərəkətləri nəticəsində “xxxx” MMC-yə ziyan dəyməməsi təsbit edilmişdir”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 7716/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2017-ci il tarixli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-242/2017 saylı qətnaməsi qüvvədə saxlanılmaqla qeyd edilmişdir ki, “hazırki iş üzrə araşdırma zamanı cavabdehlər tərəfindən hüquqa zidd hərəkələrin törədilməsi, cavabdehlərin hər hansı bir hərəkəti ilə iddiaçıya dəymiş zərərin arasında səbəbli əlaqənin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən istinad edilən hallara dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir”. Qətnamədə həmçinin “ekspert və mütəxəssislərin apardıqları tədqiqatlarla cavabdehlərin “xxxx” MMC-dən müxtəlif şirkətlərə ödəniş etmək məqsədilə pul almaları və ödəniş aparmadan həmin vəsaitləri mənimsəmələri və iddiaçıya ziyan vurmaları təsdiqini tapmamışdır” qeyd edilmişdir. Göründüyü kimi müştəri Şahid1 tərəfindən pul ödənişinə dair yeganə sənəd 4200 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2014-cü il tarixli DAB/1 133527 saylı kassa mədaxil orderi vardır ki, digər məbləğin ödənilməsinə dair iş materiallarında sənəd yoxdur. Şahid1 üçün “Estec Turizm” şirkətinin hesabına 7936 avro pul vəsaiti tam olaraq ödənilməsi müəyyən edilmişdir. Şahid1 tərəfindən 4200 manat pul vəsaitinin ödənilməsi, eləcə də əgər müştəri tərəfindən zərərçəkmiş və Şahid1 tərəfindən qeyd edildiyi kimi 8000 avro pulun qalıq hissəsi iyul ayında ödənilmişdirsə xx.xx.2014-cü il tarixli ərizə əsasında cəmiyyətin kredit hesabından ayrılmış və həmin tarixdə şirkətin cari hesaba köçürülmüş 5500 manat pul məbləği ilə Şahid1 tərəfindən 2 dəfəyə olmaqla 2014-cü ilin aprel və iyul aylarında ödənilmiş (ifadələrdə bu məbləğlər qeyri müəyyəndir) pul məbləğləri arasında hər hansı bir əlaqə mövcud deyildir. İş materiallarından görünür ki, “xxxx” QSC tərəfindən xx.xx.2013-cü il tarixli “xxxx” MMC adından ərizə əsasında həmin cəmiyyətin kredit hesabından ayrılmış və cari hesaba köçürülmüş 5700 manat pul, eləcə də “xxxx” MMC adından verilmiş xx.xx.2014-cü il tarixli ərizə əsasında həmin cəmiyyətin kredit hesabından ayrılmış və cari hesaba köçürülmüş 5500 manat pul məbləğinin xərclənməsi qeyd edilən şəkildə iş materiallarında öz əksini tapır: Belə ki, xx.xx.2013-cü il tarixli kreditin ayrılması barədə ərizə bank tərəfindən xx.xx.2013-cü il tarixdə 5700 manat kredit ayrılmış və transfer edilərək “xxxx” MMC-nin “xxxx” KB QSC-də olan ******************** saylı manat hesabına yerləşdirilmiş, həmin tarixdə 9975 manat hesabına məxadil edilmişdir. Kredit hesabından ayrılmış 5700 manat pul vəsaiti və şirkətin manat hesabına mədaxil edilmiş 9975 manat, cəmi 15675 manat və hesabda olan 280,44 manat məbləğ, cəmi 15955,44 manatın 8700,63 manatı 8 318,0 avro alışına, 5633,15 manatı 7181,48 USD alışına, 1510,75 manatı 1926 USD alışına, 110,91 manatı isə komisyon haqqlarının ödənilməsinə sərf edilmişdir. Həmin 8 1xx xxxxxxx 7701 avrosu “X10 Organizasyon və Ticarət Limited” Şirkətinin bank hesabına, 293 avrosu isə “xxxx” MMC-nin həmin bankda olan kart hesabının möhkəmləndirilməsinə, 274 manatı “Tourismer” şirkətinin bank hesabına köçürülmüş, 50 avrosu komisyon haqqına sərf edilmişdir. Cəmi alınmış 9 107,48 USD-nin 8506 USD-si “X10 Organizasyon və Ticarət Limited” Şirkətinin bank hesabına, 560 USD “Darina Holiday”s şirkətinin bank hesabına köçürülmüş və 41,48 USD isə komisyon haqqların ödənilməsinə sərf edilmişdir. xx.xx.2014-cü il tarixli kreditin ayrılması barədə ərizə bank tərəfindən xx.xx.2014-cü il tarixdə 5500 manat kredit ayrılmış və transfer edilərək “xxxx” MMC-nin “xxxx” KB QSC-də olan ******************** saylı manat hesabına yerləşdirilmiş, Həmin pul məbləği elə həmin tarixdə 5317 avro alınmış, həmin pul şirkətin avro hesabında olan qalıq pulla, yəni 2049 manat pulla birləşdirilərək 7366 avro şirkətin borcuna görə “X10 Organizasyon və Ticarət Limited” şirkətinin bank hesabına köçürülmüşdür. xx.xx.2016-cı il tarixli 9981 saylı və xx.xx.2015-ci il tarixli 11316 saylı rəylərdən görünür ki, xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin kredit hesabından 5700 manat pul ayrılmasına dair ərizədə və xx.xx.2014-cü il tarixli cəmiyyətin kredit hesabından pul ayrılmasına dair ərizədə “Zərərçəkmiş şəxs” adından çəkilmiş imzalar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2017-cı il tarixli 266 saylı rəydən görünür ki, xx.xx.2013-cü il tarixdə 5700 manat və xx.xx.2014-cü il tarixdə 5500 manat kredit vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən alınması müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində “xxxx” MMC-yə ziyan dəyməsi müəyyən olunmur. İş materiallarında olan qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-242/2017 saylı qətnaməsindən görünür ki, sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs və Şahid2 qarşı əmək fəaliyyəti prosesində dəymiş maddi və mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması üzrə “xxxx” MMC-nin iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-7716/2017 saylı sonradan qanuni qüvvəyə minmiş qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham aktında qeyd edilmiş Şahid4 və Şahid1 turist səfəri üçün Təqsirləndirilən şəxs həmin şəxslər tərəfindən təqdim edilmiş pul vəsaitinin bir hissəsini ələ keçirməsi və sonradan həmin pulların ödənilməsi üçün “xxxx” MMC-yə kredit ayrılmasına dair xx.xx.2013-cü tarixli və xx.xx.2014-cü il tarixli ərizələrin əsasında müvafiq olaraq 5700 və 5500 manat pul əldə etməsi barədə ittiham edilən epizodlar öz təsdiqini tapmır. Zərərçəkmiş şəxs ifadəsində Şahid4 adlı şəxsin ailəvi olaraq Türkiyənin Bodrum şəhərinə “Alba Turizm” şirkəti vasitəsilə səyahət etməsi ilə bağlı xx.xx.2013-cü il tarixdə 9000 manat pulu Təqsirləndirilən şəxs tərəfindən beh şəklində götürülməsini bildirmişdir. “Alba Turizm” şirkətinin Şahid4 üçün tərtib etdiyi invoysdan görünür ki, həmin turpaketin dəyəri 9532 dollar təşkil etmişdir. Halbuki xx.xx.2013-cü il tarixli DAB 964250 saylı kassa mədaxil qəbzindən görünür ki, Şahid4 tərəfindən 50 faiz ilkin ödəniş şəklində 9000 manat nağd şəkildə “xxxx” MMC-nin kassasına pul ödənilmişdir. Kassa mədaxil qəbzində ümumiyyətlə hər hansı bir imza yoxdur. 048VST013 saylı, Şahid4 invoysundan görünür ki, invoysun qiyməti 9532 dollar təşkil edir. İş materallarında olan zərərçəkmiş şəxs tərəfindən birinci instansitya məhkəmə prosesində təqdim edilmiş xx.xx.2013-cü il tarixli ödəniş tapşırığından görünür ki, təkcə Şahid4 üçün tərtib edilmiş 048VST013 saylı invoys üzrə deyil, digər 6 invoyslar (042VST013, 046VST013, 047VST013, 048VST013, 049VST013, 050VST013, 051VST013) üzrə də cəmi 36 084 dollar turpaket üçün “xxxx” MMC tərəfindən “Alba Turizm” şirkətinə pul ödənilmişdir. Zərərçəkmiş şəxs ifadəsində Şahid4 üçün həmin 36084 dollar vəsaitin 2372 dollarının ona aid olmasını qeyd etmişdir. 042VST013 saylı invoys üzrə məbləğ 150 dollar, 046VST013 saylı invoys təqdim edilməmiş və iş materiallarında yoxdur, 047VST013-9670 dollar, tarixsiz 048VST013 saylı invoys üzrə 9532 dollar (Şahid4), 049VST013 saylı invoys üzrə 13972 dollar, 050VST013 saylı invoys üzrə 645 dollar, 051VST013 saylı invoys üzrə 2115 dollar ödəniş edilməsi tələb edilir (cəmi 36084 dollar). İş materiallarında olan “xxxx” MMC-nin dollar hesabı üzrə çıxarışından isə görünür ki, Şahid4 invoysu üzrə onun turpaketi üçün 3 dəfə olmaqla, xx.xx.2013-cü il tarixli 36 064,0 dollar, içərisində zərərçəkmişin qeyd etdiyi məbləğ olaraq 2372 dollar (cild iş vər 124), xx.xx.2013-cü il tarixli ödəniş tarşırığı əsasında xx.xx.2013-cü il tarixdə (bank icra etməklə) 5693 dollar (cild 2 iş vər 125) və xx.xx.2013-cü il tarixdə 7160 dollar (cəmi 15272 dollar) pul vəsaiti ödənilmişdir. Zərərçəkmiş şəxsin ifadəsində və ittiham üzrə isə qeyd edilir ki, Şahid4 üçün Təqsirləndirilən şəxs beh şəklində aldığı 2372 dollar “Alba Turizm” şirkətinə ödənilsə də, 7160 dolları ələ keçirdiyi üçün məcbur olaraq 2013-cü il tarixdə “xxxx” QSC-yə müraciət edərək qalan məbləği məzənnə üzrə 5616 manat pulu xx.xx.2013-cü il tarixdə ələ keçirib Şahid4 üçün ödənişini təşkil etmişdir. Şahid4 özü isə ifadəsində 2 dəfə olmaqla deyil, cəmi 1 dəfə 2013-cü ilin iyun ayında cəmi 9000 manat Nelliyə pul ödəməsini təsdiq etmiş, səyahətini 08-xx xxxxxx 2013-cü il tarixdə ailəsi ilə birlikdə heç bir problem olmadan başa vurub geri qayıtmasını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, onun gözü qarşısında bu barədə qəbz yazılmış, xx.xx.2013cü il tarixdə ailəsi ilə birlikdə Bodrum şəhərinə uçmuş, xx.xx.2013-cü ildə geri qayıtmışdır. Göründüyü kimi, Şahid4lə zərərçəkmiş şəxsin ifadələri arasında, eləcə də Şahid4 ifadəsi ilə onun ödəniş etdiyi kassa mədaxil orderi arasında, kassa mədaxil orderi ilə Zərərçəkmiş şəxs ifadəsi arasında ziddiyyət vardır. Kassa sənədində pulun 50 faiz olmaqla xx.xx.2013-cü il tarixdə 9000 manat, Şahid4 ifadəsində birdəfəyə olmaqla cəmi 9000 manat, zərərçəkmiş şəxsin ifadəsində 2 dəfə ilkin 2372 dollar olmaqla əvvəlcə iyul ayında və sonra xx.xx.2019-cü il tarixdə qalan məbləğin ödənilməsi bank hesabından çıxarışlarda isə Şahid4 ödədiyi 9000 manatın dollara olan məzənnəsi kimi xx.xx.2013-cü il tarixə kimi ödənilməsi bank sənədlərində öz əksini tapmışdır. Hətta “xxxx” MMC-nin AZE53MOSZ ******************** saylı dollar hesabı üzrə bank çıxarışları (cild 2 səh 124, 125) üzrə Şahid4 invoysu üzrə cəmi 15272 dollar ödənişin 3 dəfə olmaqla ödənilməsi öz əksini tapmışdır. Bu isə iş materiallarında olan sübutların biri-biri ilə ziddiyyətli olmaqla ittihamı təsdiq etməməsi nəticəsinə gəlməyə əsas verir. Beləliklə də, iş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixə kimi Şahid4 üçün ödənilməli olan və onun tərəfindən ödənilmiş 9532 dollar vəsait artıq şirkət tərəfindən Alba Turizm şirkətinə ödənilmişdir və xx.xx.2013-cü il tarixdə kredit xəttindən onun üçün saxta ərizə əsasında pul ayrılmasına zərurət qalmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Şahid4 epozodunun xx.xx.2013-cü il tarixdə saxtalaşdırılmış ərizə ilə kredit xəttindən pul ayrılmasının heç bir səbəbli əlaqəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olan ekspert rəyinə görə kassa mədaxil orderlərində və qəbzlərdə imzalar Təqsirləndirilən şəxs aiddir. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı keçirilmiş xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin vəkili sözügedən ekspertizanın birinci instansiya icraatı zamanı keçirilmədiyini əsas gətirirək ekspertizasının keçirilməsini xahiş etmişdir. Göründüyü kimi məhkəməxətşünaslıq ekspertizasının obyekti ittiham aktı ilə bağlı olmayan qəbzlərə münasibətdə təşkil etmişdir. Qeyd edilmiş ekspertizanın keçirilməsində məqsəd isə bəraət almış şəxsin məhkəmə iclasında verdiyi ifadələrindəki ziddiyyətli məqamların aydınlaşdırılması və elecə də zərərçəkmiş şəxsin işin tam obyektiv araşdırılmasında şübhələrinin aradan qaldıraraq məhkəmələrə inamın artırılması məqsədi daşımışdır. Məhkəməyə daxil olmuş ekspert rəyindən isə müəyyən edilmişdir ki, bəraət almış şəxs tərəfindən ittiham aktı ilə bağlı olmayan ödəniş tapşırıqlarına və mədaxil qəbzlərinə imza atılmışdır. Lakin, əldə edilmiş bu faktlar da Təqsirləndirilən şəxs ittiham edildiyi cinayətdə təqsirli olmasına dəlalət etmir. Azərbaycan Respublikası CPM-nin 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məcəllənin 138.1-ci maddəsinə müvafiq olaraq sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verilməsi və cinayət təqibinə xitam olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qurbanov Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-438/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-438/2020
04.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver