Məhkəmə qərarları › İş №1(103)-439/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-439/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-439/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmü ilə (X6 (sədrlik edən və məruzəçi) Əli Məmmədov və Telman Hüseynov) xx xxxxxxx 1994-cü il tarixdə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, 19 aprel 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəza çəkmə müddətinin başlanğıcının 19 aprel 2021-ci il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi, məhkəmə məsrəfi olan 81 (səksən bir) manat 82 qəpiyin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, maddi sübut olaraq Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan 9,363 qram olan narkotik vasitə heroinin və 9,248 qram olan metamfetaminin məhv edilməsi və onun məhv edilməsinin “Azərbaycan Respublikasının narkomanlığa və X1 X3 üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməsi, bir ədəd elektron tərzinin Təqsirləndirilən şəxs məxsus olmasının ittihamdan xaric edilməsi və elektron tərəzinin digər maddi sübutlarla birlikdə ayrılmış olan ********* saylı cinayət işinə əlavə olunması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitəpsixotrop maddələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021- ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti və dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikaytini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə ibtidai istintaq tərəfindən əsassız olaraq cinayət işi başlanılmışdır. İbtidai istintaq zamanı heç bir sübut olmadan formal mülahizələrə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində ittiham irəli sürülmüşdür. Bundan başqa ibtidai istintaq Azərbaycan Respublikası CPM-nin tələblərini kobud şəkildə pozulmaqla aparılmışdır. Sübutların natamamlığı, istintaq tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilərək döyülməsi və.s kimi kobud qanun pozuntları şəraitində aparılmış istintaqı hər tərəfli, tam və obyektiv hesab etmək mümkün deyildir. İbtidai istintaqın əsassız ittihamlarla şəxsin barəsində cinayət işinin başlanılması məhkəmə istintaqı gedişində bir daha öz əksini tapmışdır. Belə ki, iş materialları ilə işin faktiki haları üst-üstə düşmür, sübutlar ittihamın əsasını təşkil etmək üçün yetərli deyildir. Birinci instansiya məhkəməsində araşdırılma zamanı təqsirləndirilən şəxsin və şahidlərin vermiş olduğu ifadələr bunu bir daha təsdiq etmiş oldu. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyi və onun həmin cinayətin törədilməsinə aiddiyyətinin olmasına dair gəldiyi qənaəti əsassız olmuş, iş üzrə təqsirləndirilən şəxsin gətirdiyi dəlillər, əməliyyat-axtarış tədbirlərinin qanun pozuntusu ilə keçirilməsi və ibtidai istintaqın aparılmasında yol verilmiş kobud pozuntular araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların təsdiqi kimi ziddiyyətli sübutlara istinad olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olmasını nəzərə almamış və bununla da sonuncu barəsində əsassız olaraq qeyd olunan maddə ilə hökm verilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Allahşükür adlı iran islam Respublikasının vətəndaşı adlanan şəxsin ümumiyyətlə həyatda mövcud olub-olmaması istintaq tərəfindən müəyyən edilməmiş (müəyyən edilsəydi Allahşükür və başqa şəxslər barəsində digər cinayət işinin ayrıca icraata ayrılması barədə cinayət işinin 280-282-cı vərəqlərində olan qərar qəbul edilməzdi), Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində olmamış, o, tutma protokolunda, bu barədə olan qərarda və əməliyyatçıların ifadələrində göstədikləri vaxtda-saat 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 saylı ünvanda yerləşən “İstanbul Gold” otelinin yaxınlığında deyil, saat 15:00 radələrində “İstanbul Gold” otelinin daxilində, 2-ci mərtəbəsində Türkanə adlı qadınla birlikdə saxlanılmış, daha sonra əməliyyatçılar tərəfindən Təqsirləndirilən şəxs Türkanə ilə gecələdiyi 209 nömrəli otağa baxış keçirilmiş, orada qanunsuz əşya aşkar edilməmiş, bundan sonra əməliyyatçılar hər iki şəxsi özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirib orada Təqsirləndirilən şəxs yalan ifadə verməyə məcbur etmişlər (sadalananlar təqsirləndirilən şəxsin istifadəsində olan telefonların anten dairələri barədə olan məlumatlarla, Təqsirləndirilən şəxs və Şahid4 Ələmdar qızının ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələrlə, sonuncunun istifadəsində olmuş telefonun anten dairələri üzrə olan məlumatlarla, öz təsdiqini tapır), sonuncu da onların istədikləri məzmunda ifadə vermişdir. Türkanə adlı qadının Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmələrini rəsmiləşdirməmişlər. Polis əməkdaşları tərəfindən istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə Təqsirləndirilən şəxs saxlanılarkən həmin qadının orada olmamasına, ümumiyyətlə belə bir şəxsin olmamasına dair yalan ifadə vermişlər. Təqsirləndirilən şəxs yalan ifadə verməyə məcbur edilməsindən başqa, yuxarıda sadalanan faktlar ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən də qəbul edilmişdir. Belə ki, cinayət işinin 259-276-cı vərəqlərində olan qərardan göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs Allahşükür adlı İran İslam Respublikasının vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq 14 aprel 2021-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndində olmasını, onun tutma protokolunda, bu barədə olan qərarda və əməliyyatçıların ifadələrində göstədikləri vaxtda-saat 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 saylı ünvanda yerləşən “İstanbul Gold” otelinin yaxınlığında saxlanılmasını deyil, saat 15:00 radələrində “İstanbul Gold” otelinin daxilində, 2-ci mərtəbəsində Türkanə adlı qadınla birlikdə saxlanılmasını, Təqsirləndirilən şəxs tək deyil, Türkanə ilə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmələrini, Təqsirləndirilən şəxs “İstanbul Gold” otelinə gələrkən üzərində çanta olmamasını, ona məxsus bank kartına narkotik vasitələrin satışından pul daxil olmaması faktlarını qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs ittiham olunduğu əmlin törədilməsində iştirak etməsini istisna edən kifayət qədər sübutlar olduğu halda, nədənsə istintaq orqanı və birinci instansiya məhkəməsi bu sübutlara doğru düzgün qiymət verməmiş, əməliyyatın CPM-nin tələblərinin pozulması ilə keçirilərək sübutlar əldə edilməsinə ümumiyyətlə qiymət verməmiş, bu sübutları ittihamın əsasına qoymuşdur. Təqsirləndirilən şəxsla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul ediləndən dərhal sonra-əməliyyat tədbirləri keçirilmədən Nəsimi Rayon Məhkəməsi sədrinin adına ünvanlanmış, cinayət işinin 8-ci vərəqində olan məktubda isə göstərilir ki, “...Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuniliyinin yoxlanılması üçün Sizə göndərilir.” Təqsirləndirilən şəxs da otelin 209 saylı otağında 18.04.2021-ci il tarixdə saat 20:00dan 19.04.2021-ci il tarixə saat 14:00-a kimi olmalı idi. Təqsirləndirilən şəxs 209 saylı otaqda müvəqqəti qalsa da otelin sahibi-mülkiyyətçisi deyil. Belə olan halda Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilməsinə etiraz etməməsinə dair ərisəzi kifayət etmədiyindən mehmanxananın da mülkiyyətçisin yazılı razılığı lazım idi ki, bu da yoxdur. Əməliyyat-axtarış tədbirlərini həyata keçirənlərə lazım idi ki, oteldə bu əməliyyatı həyata keçirmək üçün CPM-nin 445.1.4-cü maddəsinə müvafiq olaraq məhkəmənin bu barədə qərarını alsınlar ki, belə bir qərar da alınmamışdır. Məhkəmə baxışı zamanı əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş hər üç şəxsdən Təqsirləndirilən şəxs saxlanılan andan niyə videoçəkilişdən istifadə etməmələri soruşulduqda onlar bu suala cavab verə bilmədikləni dedilər. Qeyd olunduğu kimi, ittiham aktında Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq edən sübutlar sırasında 3 nəfər polis əməkdaşı olan şahidlərin ifadələri göstərilmiş, məhkəmə iclasında təqsirləndirilən şəxsdən başqa, həmin polis əməkdaşları şahid qismində dindirilmişlər. Məhkəmə iclasında həmçinin Təqsirləndirilən şəxs lehinə ifadə verən iş üzrə olan digər şahidlərin hamısı dindirilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs saxlandıqdan sonra onun üzərində şəxsi axtarış və götürmə, müvəqqəti qaldığı otaqda axtarış və götürmə keçirilərkən onun hüquqlarının pozulmasına aid hallar olduğuna baxmayaraq bu hallar ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə saat 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 saylı ünvanda yerləşən “İstanbul Gold” otelinin yaxınlığında deyil, həmin gün saat 15:00 radələrində “İstanbul Gold” otelinin daxilində- 2-ci mərtəbəsində Türkanə adlı qadınla birlikdə saxlanılmış, Təqsirləndirilən şəxs tək deyil, Türkanə ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs “İstanbul Gold” otelinə gələrkən üzərində çanta olmamış, ekspertiza rəyinə görə onun üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddələrin çantada aşkar olunan narkotik vasitə və psixotrop maddə ilə eyni tərkibli olması, çantada olanların Təqsirləndirilən şəxs aid olmaması, bununla əlaqədar təqsirliliyinin sübuta yetirilməməsinə görə bu hissədə barəsində cinayət təqibinə xitam verilməsi halı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin aldatma, zorakılıq hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən də həmin ifadələr ona elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Polis əməkdaşlarının həm istintaqda, həm də məhkəmə baxışlarında verdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən edilməsi zəruridir. Belə ki, qeyd olunduğu kimi ibtidai istintaq orqanı və birinci isntansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham irəli sürərkən onun Baş Narkotıklərlə Mübarızə İdarəsınə gətirilməsində və üzərinə baxış keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Baş Narkotıklərlə Mübarızə İdarəsınin əməkdaşları olan şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri mötəbər sübutlar kimi qəbul edilməməlidir. Belə ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Göründüyü kimi iş materiallarında olan, yuxarıda sadalanan ziddiyyətlər birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilərək aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitələrin onunki olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, cinayət işində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma niyyətinin olması və bununla da onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddsi ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzası verilməsi barədə hökm verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, birinci isntansiya məhkəməsi sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallarla bağlı aşağıdakıları qeyd edirəm ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq yuxarıda sadalanan qanun normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmlə gəldiyi nəticə əsassızdır və məhkəmənin 14 dekabr 2021-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir ildir narkotik vasitələrdən istifadə edir. İbtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəni təsdiq etmir, istintaqın ilkin mərhələsində Baş Narkotiklərlə Mübarizə idarəsində ona hədə-qorxu gəldiklərinə görə polislərin istədikləri məzmunda ifadə vermişdir. İş üzrə hadisənin necə baş verdiyini istintaq təcridxanasında saxlanıldıqdan, yəni həbs olunandan bir müddət sonra - özünə gəldikdən sonra müstəntiqə ifadə verərkən bildirmişdir. Bu zaman da müstəntiqin təklifi ilə yalandan bildirmişdir ki, öz üzərindən aşkar olunan narkotik vasitə və pasixotrop maddəni Yasamal rayonu ərazisində olarkən 100 manata tanımadığı şəxsdən alaraq bir müddət üzərində gəzdirmiş, hər dəfə istədikdə onlardan istifadə etmişdir. Əslində isə tutularaq saxlanıldığı zaman nə üzərində, nə də ki, oteldə gecələdiyi otaqda bunların heç biri olmamışdır. 12 aprel 2021-ci il tarixdə, təxminən saat 11 radələrində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə Leyla adlı qadın müştəri qismində əyləşmiş, ünsiyyətləri yaranmış, Leyla narkotik vasitə istifadə etdiyini bildirmiş, o da narkotik vasitə istifadə etdiyini bildirmişdir. Leyladan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, demişdir ki, Əli adlı polis işləyən tanışı var, həmin polis əməkdaşının narkotik vasitələrini İran vətəndaşı Bakı şəhəri ərazisində satır, istəsə Əliyə deyər, onlara da narkotik vasitə təşkil edər. O, razılaşdıqdan sonra Leyla Əli adlı polis tanışı ilə danışıb istifadə etmək üçün narkotik vasitə təşkil etməsini xahiş etmiş, Əli Leylaya bildirmişdir ki, istifadə etməsi üçün narkotik vasitə təşkil edəcək, lakin narkotik vasitəni istifadə etdikdən sonra həmin narkotik vasitənin qalan hissəsini İran vətəndaşının dediyi yerlərə aparmaq lazımdır. Həmin vaxt narkotik vasitə istifadə etməyinə ehtiyacı olduğu üçün Leyla ilə razılaşmış və bir müddətdən sonra Leylanın mobil telefonuna narkotik vasitənin harada yerləşdirilməsi barədə şəkilli məlumat gəlmiş, sonra da Leyla ilə birlikdə Xətai rayonu ərazisində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmişlər. Orada Leyla avtomobildən düşərək narkotik vasitənin olduğu qara sellofan torbanı götürüb qayıtmışdır. Həmin gün birlikdə narkotik vasitə istifadə etdikdən sonra gecəyə kimi birlikdə avtomobillə gəzmişlər. Leyla narkotik vasitənin qalan hissəsini İran vətəndaşının dediyi yerlərə çatdırmalı olduqlarını bildirdikdə o, qorxaraq buna etiraz etmişdir. Leyla demişdir ki, narkotik vasitəni deyilən yerə qoymaqda ona kömək etməsə Əli adlı polis əməkdaşı hər ikisinə ciddi probləmlər yaradacaq. O, bildirmişdir ki, bu işi görməyə qorxur, istifadə etdiyi narkotik vasitənin pulunu ona verə bilər. Bundan sonra Leyla narkotik vasitəni götürərək avtomobildən düşüb getmişdir. Bir müddət Leylanın dediklərinə görə ehtiyyatlı davranmağa başlamış, narkotik vasitə istifadə etməmişdir. 18 aprel 2021-ci il tarixdə, təxminən saat 21 radələrində tanışı Türkanə adlı xanımla “İstanbul Gold” adlı oteldə görüşmək barədə razılaşaraq oraya getmiş və həmin gün Türkanə ilə birlikdə “İstanbul Gold” otelində gecələmişlər. 19 aprel 2021-ci il tarixdə təxminən saat 14 radələrində Türkanə ilə birlikdə oteldən çıxan zaman liftin qarşısında mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onun əllərini tutub Türkanə ilə birlikdə qaldıqları 209 nömrəli otağa salıb sakit olmalarını bildirərək ondan narkotik vasitələrin harada olduğunu soruşmuşlar və otağı axtarmağa başlamışlar, o üzərində narkotik vasitənin olmadığını bildirmişdir. Otaqdan heç bir narkotik vasitə aşkar etməmişlər, onları da özləri ilə birlikdə Baş İdarəyə aparmışlar. Polis əməkdaşlarının avtomobili ilə yolda gedən zaman onu nəyə görə idarəyə apardıqlarını soruşduqda bildirmişlər ki. idarədə deyəcəklər. Bu zaman o, Leylanın dediyi kimi problem yarandığını hiss etmişdir. Baş idarədə Anar adlı polis əməkdaşı başqa bir polis əməkdaşı ilə birlikdə onu Türkanədən ayıraraq otaqlardan birində saxlamışlar. Polis əməkdaşları onun üzərini axtarmışlar, üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Anar adlı polis işçisi bildirmişdir ki, indi təhqiqatçı gələcək, təhqiqatçının dedikləri ilə razılaşmalıdır, əks halda ona işgəncə verəcəklər. Nə ilə razılaşmalı olduğunu soruşduqda Anar əlində olan 2 bükümü və stolun üzərindəki elektron tərəzini ona göstərərək demişdir ki, bu bükümləri və tərəzini cibinə qoymalısan ki, videoçəkiliş zamanı üzərindən çıxsın. Həmçinin, oteldəki otağa idman çantasında narkotik vasitə qoyulacaq və otaqda axtarış keçirilərkən həmin idman çantasının və içərisində olan əşyaların ona məxsus olduğunu bildirməlidir. O, razılaşmadıqda bədəninin müxtəlif nahiyyələrinə vuraraq əllərini və ayaqlarını bağlayıb ona işgəncə vermişlər. (Hazırda bu hadisənin üstündən uzun müddət keçdiyindən bədənində heç bir iz qalmamışdır.) Ağrılara dözmədiyindən bildirmişdir ki, onların dedikləri hər şeyə razıdır. Bundan sonra onu başqa otağa aparmışlar, təhqiqatçı otağa daxil olaraq 2 ədəd bükümü və masa üzərində olan bir ədəd elektron tərəzini üzərinə qoymağını, video çəkiliş zamanı həmin narkotik vasitə və elektron tərəzini cibindən çıxardacağını, həmçinin, çəkiliş zamanı onda bunlardan başqa narkotik vasitə olduğunu soruşduqda, müvəqqəti qaldığı “İstanbul Gold” otelində özünə məxsus narkotik vasitə olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, üzərində olan 1.000 manat pulun da narkotik vasitələrin satışından əldə etdiyini bildirməyini demişdir. O, da yenidən həmin işgəncələrə məruz qalmaqdan qorxub deyilənlərə razılaşmışdır. Bundan sonra video çəkiliş başlamış, o, da deyilən hər şeyi ardıcıl şəkildə həyata keçirmişdir. Video çəkilişdən sonra polis əməkdaşları onu avtomobillə “İstanbul Gold” otelinin 209 nömrəli otağına gətirmişlər. Orada onlar özləri ilə gətirdikləri idman çantasını dolabın içinə qoyduqdan sonra yenidən video çəkiliş olacağını, çəkiliş zamanı həmin çantanın ona məxsus olmasını bildirməyini demişlər. O, da qorxusundan deyilənlərə razılaşmış və dedikləri kimi danışmışdır. Əslində üzərində, gecələdiyi otaqda heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır, Allahşükür adlı İran İslam Respublikası vətəndaşını tanımır, üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş zamanı dedikləri uydurmadır, polis əməkdaşları tərəfindən bu cür bildirilməsi deyildiyi üçün o, da bu cür ifadə vermişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin və tərəzi də ona məxsus deyil, onların özünə məxsus olması ilə əlaqədar ibtidai istintaqda yalan ifadə vermişdir. Qorxmuşdur ki, həqiqəti axıra kimi desə oteldə aşkar olunanları da ona ittiham verərlər. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Bir daha bildirmişdir ki, o, 19 aprel 2021-ci il tarixdə saat 14 radələrində Nəsimi rayonu ərazisində mülki geyimli polis əməkdaşları tərəfindən “İstanbul Gold” adlı otelin 209 nömrəli otağından çıxıb liftə yaxınlaşan zaman saxlanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1.000 manat pulu narkotik vasitələrin satışından əldə etməmişdir. Polis əməkdaşları ona bu cür ifadə verməyini dediyi üçün istintaqda ifadə vemişdir ki, guya həmin pulu “Allahşükür” adlı şəxs onun plastik kartına göndərmişdir. Halbuki, plastik kartı yoxlanılarkən orada 1.000 manat pulun köçürülməsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Əslində həmin pulu idarə etdiyi avtomobilin təmiri üçün ona anası vermişdir. İbtidai istintaqın ilkin mərhələsində polis əməkdaşlarından qorxduğundan onların öyrətdikləri məzmunda ifadə verərək göstərmişdir ki, “13 aprel 2021-ci il tarixdə “Allahşükür” adlı şəxs ona Vatsap mobil tətbiqi vasitəsilə yazaraq İmişli rayonu, Rəsullu kəndi ərazisində həmin kəndə girişdən 50 metr məsafədə olan körpünün altında çanta olduğunu və həmin çantada narkotik vasitə, psixotrop maddə və başqa dərmanların olduğunu, onları götürüb özündə saxlamağını və sonradan deyəcəyi adamlara verməyini, bunun müqabilində 1.000 manat pul verəcəyini demiş, o, da razılaşaraq 14 aprel 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi avtomobillə İmişli rayonunun Rəsullu kədinə getmiş və avtomobili kəndə grişdən 50-60 metr məsafədə körpünün yanında saxlayıb körpünün altında olan bir ədəd çantanı götürüb avtomobilə qoyaraq Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində çantanı müvəqqəti yaşadığı “İstanbul Gold” otelindəki 209 nömrəli otağa aparmışdır. Bakı şəhərində 3 ədəd elektron tərəzi də almışdır. Yaşadığı otaqda çantanı açdıqda görmüşdür ki, orada narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və başqa dərman preparatları var. Özü narkotik vasitələrdən istifadə etdiyi üçün heroindən və metamfetamindən bir qədərini tərəzidə ölçüb ayrı-ayrı bükümlərə qablaşdırıb cibinə qoymuşdur ki, istədikdə istifadə etsin. Qalan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman preparatları çantada qalmış, həmin çantam taxta dolaba qoymuşdur. Həmin gün saat 17 radələrində müvəqqəti yaşadığı otelin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirdilər və xidməti vəsiqələrini göstərərək, barəmdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin İdarədə üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın cibindən 1 büküm narkotik vasitə olan heroin, 1 büküm psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Şəxsi axtarışda üzərindən 1 ədəd mobil telefon, **********655977 və **********745647 nömrəli plastik kartlar və 1.000 (min) manat pul olan pul kisəsi aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq göstərmişdir ki,..«İstanbul Gold» otelində 209 nömrəli otaqda da narkotik vasitələr var, həmin ünvana baxış keçirilməsinə etirazı yoxdur. Sonra qeyd etdiyi ünvana getmişlər, o, otağın girişdən sol tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmiş, çantanın içərisinə baxış zamanı içərisindən 2 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə psixotrop maddə olan metamfetamin, 1 ədəd sellofan torbada 900 ədəd “Gobaprel” preqabalin həbi, göy rəngli sellofan torbada 185 ədəd “Mydrax tropicamid” maye damcısı və 2 ədəd elektron tərəzi aşkar edilmişdir”. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ailə üzvləri tərəfindən dəvət edilmiş müdafiəçisinin iştirakı ilə dindirilərkən bildirmişdir ki, “...Şəxsi axtarış zamanı üzərimdən aşkar olunmuş bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin mənə məxsusdur, onları şəxsi istifadəm üçün Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığım şəxsdən əldə etmişəm.” (Cild 1, i.v 189-193, 294-296) Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsindən, üzərində daşıma və saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ümumiyyətlə ona məxsus olmadığını, həmin predmetlərin özünə məxsus olması və şəxsi istifadəsi üçün əldə etməsi barədə ibtidai istintaqın sonrakı gedişində verdiyi ifadələrinin müstəntiqin öyrətməsinə əsasən bildirdiyini göstərmişdir ki, məhkəmə də öz növbəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması barədə xüsusatları inandırıcı hesab etməməsinə baxmayaraq, sonuncunun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi, saxlaması, daşıması kimi yalnış nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini vəzifəsində işləyir. 19 aprel 2021 -ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı səhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotıklərlə Mübarızə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək Baş Narkotıklərlə Mübarızə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və Baş Narkotıklərlə Mübarızə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 saylı ünvanda yerləşən “İstanbul Gold” otelinin yaxınlığına getmişlər. Orada əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxsnu otelin yaxınlığında piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edərək barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Baş Narkotıklərlə Mübarızə İdarəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Baş Narkotıklərlə Mübarızə İdarəsinin inzibati binasına gəlmişdir. Baş Narkotıklərlə Mübarızə İdarəsinə gəldikdən təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm, bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd açar, bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, iki ədəd plastik bank kartları və 1.000 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddə, psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd elektron tərəzi, 1.000 manat pul və digər qeyd etdiyi əşyalar götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, onları 10 aprel 2021-cİ il tarixdə “Vatsapp” mobil tətbiqi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Allahşükür adlı şəxsin vasitəsilə 14 aprel 2021-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndindən götürdüyünü, sonradan həmin maddələri müəyyən ünvanlara qoyaraq yerlərini Allahşükür adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında Allahşükür adlı şəxsin ona 1.000 manat pul göndərdiyini, üzərindən aşkar olunmuş 1.000 manat pulun narkotik vasitələrin satışından əldə edilmiş pullar olduğunu, plastik bank kartlarına da narkotik vasitələrin satışından əldə etdiyi pulların yükləndiyini, Özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, həmçinin müvəqqəti yaşadığı “İstanbul Gold” otelinin 209 nömrəli otağında da narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında ünvan 6 ünvanda yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs oteldə qaldığı 209 nömrəli otaqda hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs 209 nömrəli otağa girişdən sol tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindən bir ədəd idman çantasım təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin idman çantası açılaraq içərisinə baxış keçirilərkən çantadan iki ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm və bir ədəd içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan büküm bir ədəd sellofan torbada 900 ədəd “Gobaprel” preqabalin həbinə bənzər, göy rəngli sellofan torbada 185 ədəd “Mydrax tropicamid” maye damcısına bənzər kütlə və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə, o cümlədən digər dərman preparatları çantaya qoyulmuş və çanta müvafiq qaydada qablaşdırılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddə, o cümlədən dərman preparatlarının və tərəzilərin özünə məxsus olduğunu, onları 14 aprel 2021-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndindən götürdüyünü, sonradan həmin maddələri müəyyən ünvanlara qoyaraq yerlərini Allahşükür adlı şəxsə göndərəcəyini bildirmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib olunmuş və həmin protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs Baş Narkotıklərlə Mübarızə İdarəsində heç bir təzyiq və ya başqa fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində adlarını qeyd etdiyi Leyla və Əli adlı şəxsləri tanımır. Ümumiyyətlə Təqsirləndirilən şəxs yalan danışır. Təqsirləndirilən şəxs göstərdikləri tamamilə yalandır. Peyman məsuliyyətdən boyun qaçırmaq üçün ifadəsində polis əməkdaşlarının təzyiqinə məruz qalmasını bildirmişdir. Şahid4 ifadəsində yalan göstərmişdir. Şahid4 adlı şəxsi tanımır. Peymanı otelin yaxınlığında piyada hərəkət edən zaman saxlayıb Baş Narkotıklərlə Mübarızə İdarəsinə gətirmişlər. Peymanı ilk dəfə piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşaraq Baş Narkotıklərlə Mübarızə İdarəsinə dəvət etmişlər və ilk öncə Baş Narkotıklərlə Mübarızə İdarəsinə getmişlər. Həmin vaxt otelin otağına girməmişlər, (cild 01 i.v.181-185) Məhkəmədə dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı olduğu kimi Şahid1la eyni məzmunlu ifadələr verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdilər, (cild 01 i.v.210-215, 216-221) Göründüyü kimi, Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz X3 sahəsində ixtisaslaşmış struktur qurumunun əməkdaşları verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib Nəsimi rayonu ərazisində satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında, Təqsirləndirilən şəxs ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə o, saxlanılaraq müvafiq qurumun inzibati binasına gətirilmiş və orada üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə aparılmış, şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada götürülərək sənədləşdirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, “Əməlindən peşmandır. Narkotik vasitəni satmaq niyyəti olmamış, sadəcə daşımışdır. Xəstə atasının müalicəsi üçün maddi yardıma ehtiyacı olduğundan bunu etmək məcburiyyətində qalmışdır.” Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən də, ona elan edilmiş ittiham, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması üzrə də özünü təqsirli bilərək, maddi imkansızlıqdan həmin cinayət əməlini törətdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz hökmündə müzakirə edərək hüquqi qiymət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Əvvəla, təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onları satış məqsədi ilə əldə etməsinə dair hüquq-mühafizə orqanlarına hər hansı konkret məlumatın daxil olmaması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitə olan heroinin və ya psixotrop maddə metamfetaminin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Lakin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən ziddiyyətli mövqedən çıxış edərək yekunda fərqli qənaətə gəlmişdir. Eyni zamanda, məhkəmə düzgün olmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzinin sonuncuya məxsus olmasının sübuta yetməməsi qənaətinə gələrək qeyd edilən tərəzinin Təqsirləndirilən şəxs məxsus olmasını ittihamdan xaric etmişdir. Ümumiyyətlə məhkəmənin hansı əsasla bu qənaətə gəlməsi anlaşılmazdır. Halbuki, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını mübahisələndirməmişdir. Belə olan halda, məhkəmənin elektron tərəzi ilə bağlı fərqli nəticəyə gəlməsi aydın deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifındə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarını da nəzərə almamışdır. Belə ki, narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində isə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarınm qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən həmin maddələrin miqdarı nəzərə alınmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi 9,463 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 9,348 qram təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahıdan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarı 0,15 qramdan artıq, külli miqdarı isə 2 qram və ondan artıq həddə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 63 dəfə, psixotrop maddə metamfetaminin çəkisi isə 62 dəfə artıq olması, onun həmin predmetləri əldə etməsinin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Bundan başqa, narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi təqsirləndirilən şəxsin hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni (heroini) və psixotrop maddə (metamfetamini) satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin lazımı miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarda olmasını, bu halların öz-özlüyündə törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından 64 dəfədən, psixotrop maddə metamfetaminin çəkisi isə 62 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Təqsirləndirilən şəxs tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə kifayət qədər əsaslandırmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs əməlinə verdiyi qeyd edilən narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan hökmündə narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməməsinə dair, yəni ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla - Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin edilməklə məhkum olunmasına dair yeni hökm çıxarılmalıdır. Apellyasiya protestində Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı yazılı etirazlar verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdiklərini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı isə etiraz etdiklərini qeyd edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdilər, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamçısı X5 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etdi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni hökm çıxarılmasını, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci intansiya məhkəmənin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi İsmayıl Babyevin apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsindən və Təqsirləndirilən şəxs bəraət verilməsindən, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilərək, onun Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini nəzərdən keçirib hesab edir ki, ilk olaraq apellyasiya protestinin dəlillərinə qiymət verilməli, eyni zamanda apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən CMnin 234.1-ci maddəsinə tövsif edilməsinə dair dəlilini işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşımasının sübuta yetirilməməsi, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmaması əsasları ilə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi düzgün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmədə təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyindən və təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddəni əldə edib daşıdığına görə onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi əsası ilə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif etməməklə cinayət qanunu normasının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir ildir narkotik vasitələrdən istifadə edir. İbtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəni təsdiq etmir, istintaqın ilkin mərhələsində Baş Narkotiklərlə Mübarizə idarəsində ona hədə-qorxu gəldiklərinə görə polislərin istədikləri məzmunda ifadə vermişdir. İş üzrə hadisənin necə baş verdiyini istintaq təcridxanasında saxlanıldıqdan, yəni həbs olunandan bir müddət sonra - özünə gəldikdən sonra müstəntiqə ifadə verərkən bildirmişdir. Bu zaman da müstəntiqin təklifi ilə yalandan bildirmişdir ki, öz üzərindən aşkar olunan narkotik vasitə və pasixotrop maddəni Yasamal rayonu ərazisində olarkən 100 manata tanımadığı şəxsdən alaraq bir müddət üzərində gəzdirmiş, hər dəfə istədikdə onlardan istifadə etmişdir. Əslində isə tutularaq saxlanıldığı zaman nə üzərində, nə də ki, oteldə gecələdiyi otaqda bunların heç biri olmamışdır. 12 aprel 2021-ci il tarixdə, təxminən saat 11 radələrində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə Leyla adlı qadın müştəri qismində əyləşmiş, ünsiyyətləri yaranmış, Leyla narkotik vasitə istifadə etdiyini bildirmiş, o da narkotik vasitə istifadə etdiyini bildirmişdir. Leyladan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, demişdir ki, Əli adlı polis işləyən tanışı var, həmin polis əməkdaşının narkotik vasitələrini İran vətəndaşı Bakı şəhəri ərazisində satır, istəsə Əliyə deyər, onlara da narkotik vasitə təşkil edər. O, razılaşdıqdan sonra Leyla Əli adlı polis tanışı ilə danışıb istifadə etmək üçün narkotik vasitə təşkil etməsini xahiş etmiş, Əli Leylaya bildirmişdir ki, istifadə etməsi üçün narkotik vasitə təşkil edəcək, lakin narkotik vasitəni istifadə etdikdən sonra həmin narkotik vasitənin qalan hissəsini İran vətəndaşının dediyi yerlərə aparmaq lazımdır. Həmin vaxt narkotik vasitə istifadə etməyinə ehtiyacı olduğu üçün Leyla ilə razılaşmış və bir müddətdən sonra Leylanın mobil telefonuna narkotik vasitənin harada yerləşdirilməsi barədə şəkilli məlumat gəlmiş, sonra da Leyla ilə birlikdə Xətai rayonu ərazisində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmişlər. Orada Leyla avtomobildən düşərək narkotik vasitənin olduğu qara sellofan torbanı götürüb qayıtmışdır. Həmin gün birlikdə narkotik vasitə istifadə etdikdən sonra gecəyə kimi birlikdə avtomobillə gəzmişlər. Leyla narkotik vasitənin qalan hissəsini İran vətəndaşının dediyi yerlərə çatdırmalı olduqlarını bildirdikdə o, qorxaraq buna etiraz etmişdir. Leyla demişdir ki, narkotik vasitəni deyilən yerə qoymaqda ona kömək etməsə Əli adlı polis əməkdaşı hər ikisinə ciddi probləmlər yaradacaq. O, bildirmişdir ki, bu işi görməyə qorxur, istifadə etdiyi narkotik vasitənin pulunu ona verə bilər. Bundan sonra Leyla narkotik vasitəni götürərək avtomobildən düşüb getmişdir. Bir müddət Leylanın dediklərinə görə ehtiyyatlı davranmağa başlamış, narkotik vasitə istifadə etməmişdir. 18 aprel 2021-ci il tarixdə, təxminən saat 21 radələrində tanışı Türkanə adlı xanımla “İstanbul Gold” adlı oteldə görüşmək barədə razılaşaraq oraya getmiş və həmin gün Türkanə ilə birlikdə “İstanbul Gold” otelində gecələmişlər. 19 aprel 2021-ci il tarixdə təxminən saat 14 radələrində Türkanə ilə birlikdə oteldən çıxan zaman liftin qarşısında mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onun əllərini tutub Türkanə ilə birlikdə qaldıqları 209 nömrəli otağa salıb sakit olmalarını bildirərək ondan narkotik vasitələrin harada olduğunu soruşmuşlar və otağı axtarmağa başlamışlar, o üzərində narkotik vasitənin olmadığını bildirmişdir. Otaqdan heç bir narkotik vasitə aşkar etməmişlər, onları da özləri ilə birlikdə Baş İdarəyə aparmışlar. Polis əməkdaşlarının avtomobili ilə yolda gedən zaman onu nəyə görə idarəyə apardıqlarını soruşduqda bildirmişlər ki. idarədə deyəcəklər. Bu zaman o, Leylanın dediyi kimi problem yarandığını hiss etmişdir. Baş idarədə Anar adlı polis əməkdaşı başqa bir polis əməkdaşı ilə birlikdə onu Türkanədən ayıraraq otaqlardan birində saxlamışlar. Polis əməkdaşları onun üzərini axtarmışlar, üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Anar adlı polis işçisi bildirmişdir ki, indi təhqiqatçı gələcək, təhqiqatçının dedikləri ilə razılaşmalıdır, əks halda ona işgəncə verəcəklər. Nə ilə razılaşmalı olduğunu soruşduqda Anar əlində olan 2 bükümü və stolun üzərindəki elektron tərəzini ona göstərərək demişdir ki, bu bükümləri və tərəzini cibinə qoymalısan ki, videoçəkiliş zamanı üzərindən çıxsın. Həmçinin, oteldəki otağa idman çantasında narkotik vasitə qoyulacaq və otaqda axtarış keçirilərkən həmin idman çantasının və içərisində olan əşyaların ona məxsus olduğunu bildirməlidir. O, razılaşmadıqda bədəninin müxtəlif nahiyyələrinə vuraraq əllərini və ayaqlarını bağlayıb ona işgəncə vermişlər. (Hazırda bu hadisənin üstündən uzun müddət keçdiyindən bədənində heç bir iz qalmamışdır.) Ağrılara dözmədiyindən bildirmişdir ki, onların dedikləri hər şeyə razıdır. Bundan sonra onu başqa otağa aparmışlar, təhqiqatçı otağa daxil olaraq 2 ədəd bükümü və masa üzərində olan bir ədəd elektron tərəzini üzərinə qoymağını, video çəkiliş zamanı həmin narkotik vasitə və elektron tərəzini cibindən çıxardacağını, həmçinin, çəkiliş zamanı onda bunlardan başqa narkotik vasitə olduğunu soruşduqda, müvəqqəti qaldığı “İstanbul Gold” otelində özünə məxsus narkotik vasitə olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, üzərində olan 1.000 manat pulun da narkotik vasitələrin satışından əldə etdiyini bildirməyini demişdir. O, da yenidən həmin işgəncələrə məruz qalmaqdan qorxub deyilənlərə razılaşmışdır. Bundan sonra video çəkiliş başlamış, o, da deyilən hər şeyi ardıcıl şəkildə həyata keçirmişdir. Video çəkilişdən sonra polis əməkdaşları onu avtomobillə “İstanbul Gold” otelinin 209 nömrəli otağına gətirmişlər. Orada onlar özləri ilə gətirdikləri idman çantasını dolabın içinə qoyduqdan sonra yenidən video çəkiliş olacağını, çəkiliş zamanı həmin çantanın ona məxsus olmasını bildirməyini demişlər. O, da qorxusundan deyilənlərə razılaşmış və dedikləri kimi danışmışdır. Əslində üzərində, gecələdiyi otaqda heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır, Allahşükür adlı İran İslam Respublikası vətəndaşını tanımır, üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş zamanı dedikləri uydurmadır, polis əməkdaşları tərəfindən bu cür bildirilməsi deyildiyi üçün o, da bu cür ifadə vermişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin və tərəzi də ona məxsus deyil, onların özünə məxsus olması ilə əlaqədar ibtidai istintaqda yalan ifadə vermişdir. Qorxmuşdur ki, həqiqəti axıra kimi desə oteldə aşkar olunanları da ona ittiham verərlər. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Bir daha bildirmişdir ki, o, 19 aprel 2021-ci il tarixdə saat 14 radələrində Nəsimi rayonu ərazisində mülki geyimli polis əməkdaşları tərəfindən “İstanbul Gold” adlı otelin 209 nömrəli otağından çıxıb liftə yaxınlaşan zaman saxlanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1.000 manat pulu narkotik vasitələrin satışından əldə etməmişdir. Polis əməkdaşları ona bu cür ifadə verməyini dediyi üçün istintaqda ifadə vemişdir ki, guya həmin pulu “Allahşükür” adlı şəxs onun plastik kartına göndərmişdir. Halbuki, plastik kartı yoxlanılarkən orada 1.000 manat pulun köçürülməsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Əslində həmin pulu idarə etdiyi avtomobilin təmiri üçün ona anası vermişdir. İbtidai istintaqın ilkin mərhələsində polis əməkdaşlarından qorxduğundan onların öyrətdikləri məzmunda ifadə verərək göstərmişdir ki, “13 aprel 2021-ci il tarixdə “Allahşükür” adlı şəxs ona Vatsap mobil tətbiqi vasitəsilə yazaraq İmişli rayonu, Rəsullu kəndi ərazisində həmin kəndə girişdən 50 metr məsafədə olan körpünün altında çanta olduğunu və həmin çantada narkotik vasitə, psixotrop maddə və başqa dərmanların olduğunu, onları götürüb özündə saxlamağını və sonradan deyəcəyi adamlara verməyini, bunun müqabilində 1.000 manat pul verəcəyini demiş, o, da razılaşaraq 14 aprel 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi avtomobillə İmişli rayonunun Rəsullu kədinə getmiş və avtomobili kəndə grişdən 50-60 metr məsafədə körpünün yanında saxlayıb körpünün altında olan bir ədəd çantanı götürüb avtomobilə qoyaraq Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində çantanı müvəqqəti yaşadığı “İstanbul Gold” otelindəki 209 nömrəli otağa aparmışdır. Bakı şəhərində 3 ədəd elektron tərəzi də almışdır. Yaşadığı otaqda çantanı açdıqda görmüşdür ki, orada narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və başqa dərman preparatları var. Özü narkotik vasitələrdən istifadə etdiyi üçün heroindən və metamfetamindən bir qədərini tərəzidə ölçüb ayrı-ayrı bükümlərə qablaşdırıb cibinə qoymuşdur ki, istədikdə istifadə etsin. Qalan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman preparatları çantada qalmış, həmin çantam taxta dolaba qoymuşdur. Həmin gün saat 17 radələrində müvəqqəti yaşadığı otelin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirdilər və xidməti vəsiqələrini göstərərək, barəmdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin İdarədə üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın cibindən 1 büküm narkotik vasitə olan heroin, 1 büküm psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Şəxsi axtarışda üzərindən 1 ədəd mobil telefon, **********655977 və **********745647 nömrəli plastik kartlar və 1.000 (min) manat pul olan pul kisəsi aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq göstərmişdir ki,..«İstanbul Gold» otelində 209 nömrəli otaqda da narkotik vasitələr var, həmin ünvana baxış keçirilməsinə etirazı yoxdur. Sonra qeyd etdiyi ünvana getmişlər, o, otağın girişdən sol tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmiş, çantanın içərisinə baxış zamanı içərisindən 2 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə psixotrop maddə olan metamfetamin, 1 ədəd sellofan torbada 900 ədəd “Gobaprel” preqabalin həbi, göy rəngli sellofan torbada 185 ədəd “Mydrax tropicamid” maye damcısı və 2 ədəd elektron tərəzi aşkar edilmişdir”. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisinin iştirakı ilə dindirilərkən bildirmişdir ki, “...Şəxsi axtarış zamanı üzərimdən aşkar olunmuş bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin mənə məxsusdur, onları şəxsi istifadəm üçün Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığım şəxsdən əldə etmişəm. Həmçinin üzərimdə aşkar olunmuş tərəzi mənə məxsus deyil, həmin tərəzini polis əməkdaşları verdilər ki, cibimə qoyum və şəxsi axtarış zamanı təqdim edim və narkotik vasitələrin satışı ilə məşğul olduğumu bildirim.” Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini vəzifəsində işləyir. 19 aprel 2021 -ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı səhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotıklərlə Mübarızə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək Baş Narkotıklərlə Mübarızə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və Baş Narkotıklərlə Mübarızə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 saylı ünvanda yerləşən “İstanbul Gold” otelinin yaxınlığına getmişlər. Orada əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxsnu otelin yaxınlığında piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edərək barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Baş Narkotıklərlə Mübarızə İdarəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Baş Narkotıklərlə Mübarızə İdarəsinin inzibati binasına gəlmişdir. Baş Narkotıklərlə Mübarızə İdarəsinə gəldikdən təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm, bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd açar, bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, iki ədəd plastik bank kartları və 1.000 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddə, psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd elektron tərəzi, 1.000 manat pul və digər qeyd etdiyi əşyalar götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, onları 10 aprel 2021-cİ il tarixdə “Vatsapp” mobil tətbiqi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Allahşükür adlı şəxsin vasitəsilə 14 aprel 2021-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndindən götürdüyünü, sonradan həmin maddələri müəyyən ünvanlara qoyaraq yerlərini Allahşükür adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında Allahşükür adlı şəxsin ona 1.000 manat pul göndərdiyini, üzərindən aşkar olunmuş 1.000 manat pulun narkotik vasitələrin satışından əldə edilmiş pullar olduğunu, plastik bank kartlarına da narkotik vasitələrin satışından əldə etdiyi pulların yükləndiyini, Özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, həmçinin müvəqqəti yaşadığı “İstanbul Gold” otelinin 209 nömrəli otağında da narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında ünvan 6 ünvanda yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs oteldə qaldığı 209 nömrəli otaqda hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs 209 nömrəli otağa girişdən sol tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindən bir ədəd idman çantasım təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin idman çantası açılaraq içərisinə baxış keçirilərkən çantadan iki ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm və bir ədəd içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan büküm bir ədəd sellofan torbada 900 ədəd “Gobaprel” preqabalin həbinə bənzər, göy rəngli sellofan torbada 185 ədəd “Mydrax tropicamid” maye damcısına bənzər kütlə və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə, o cümlədən digər dərman preparatları çantaya qoyulmuş və çanta müvafiq qaydada qablaşdırılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddə, o cümlədən dərman preparatlarının və tərəzilərin özünə məxsus olduğunu, onları 14 aprel 2021-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndindən götürdüyünü, sonradan həmin maddələri müəyyən ünvanlara qoyaraq yerlərini Allahşükür adlı şəxsə göndərəcəyini bildirmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib olunmuş və həmin protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs Baş Narkotıklərlə Mübarızə İdarəsində heç bir təzyiq və ya başqa fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində adlarını qeyd etdiyi Leyla və Əli adlı şəxsləri tanımır. Ümumiyyətlə Təqsirləndirilən şəxs yalan danışır. Təqsirləndirilən şəxs göstərdikləri tamamilə yalandır. Peyman məsuliyyətdən boyun qaçırmaq üçün ifadəsində polis əməkdaşlarının təzyiqinə məruz qalmasını bildirmişdir. Şahid4 ifadəsində yalan göstərmişdir. Şahid4 adlı şəxsi tanımır. Peymanı otelin yaxınlığında piyada hərəkət edən zaman saxlayıb Baş Narkotıklərlə Mübarızə İdarəsinə gətirmişlər. Peymanı ilk dəfə piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşaraq Baş Narkotıklərlə Mübarızə İdarəsinə dəvət etmişlər və ilk öncə Baş Narkotıklərlə Mübarızə İdarəsinə getmişlər. Həmin vaxt otelin otağına girməmişlər, (cild 01 i.v.181-185) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı olduğu kimi Şahid1la eyni məzmunlu ifadələr verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdilər. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, “Əməlindən peşmandır. Narkotik vasitəni satmaq niyyəti olmamış, sadəcə daşımışdır. Xəstə atasının müalicəsi üçün maddi yardıma ehtiyacı olduğundan bunu etmək məcburiyyətində qalmışdır.” Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən də, ona elan edilmiş ittiham, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması üzrə də özünü təqsirli bilərək, maddi imkansızlıqdan həmin cinayət əməlini törətdiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsindən, üzərində daşıma və saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ümumiyyətlə ona məxsus olmadığını, həmin predmetlərin özünə məxsus olması və şəxsi istifadəsi üçün əldə etməsi barədə ibtidai istintaqın sonrakı gedişində verdiyi ifadələrinin müstəntiqin öyrətməsinə əsasən bildirdiyini göstərmişdir ki, məhkəmə də öz növbəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması barədə xüsusatları inandırıcı hesab etməməsinə baxmayaraq, sonuncunun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi, saxlaması, daşıması kimi yalnış nəticəyə gəlmişdir. Lakin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən ziddiyyətli mövqedən çıxış edərək yekunda fərqli qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 14 dekabr 2021-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə qanunun normasının düzgün tətbiq edilməməmsi səbəbindən ləğv edilməli, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən hökmü onunla əsaslandımışdır ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən kifayət qədər sübutlar əldə olunmamışdır. Lakin məhkəmənin gəldiyi həmin nəticə əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün hökmdə göstərmişdir ki, “Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən bilirmişdir ki,”...Şəxsi axtarış zamanı üzərimdən aşkar olunmuş bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin mənə məxsusdur, onları şəxsi istifadəm üçün Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığım şəxsdən əldə etmişəm. Həmçinin üzərimdən aşkar olunan tərəzi mənə məxsus deyil, həmin tərəzini mənə polis əməkdaşları verdilər ki, cibimə qoyum və şəxsi axtarış zamanı təqdim edim və narkotik vasitələrin satışı ilə məşğul olduğumu buldirim”. İbtidai istintaqdakı ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs məhkəmədə üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, bu narkotik vasitənin özünə məxsus olmasını müstəntiqin onu öyrərməsinə görə bildirdiyini desə də, məhkəmə onun bu ifadəsini inandırıcı hesab etmir, lakin üzərində aşkar edilən tərəzinin ona məxsus olmadığı hissəsində ifadəsini inandırıcı hesab edir.” Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzinin sonuncuya məxsus olmasının sübuta yetməməsi qənaətinə gələrək qeyd edilən tərəzinin Təqsirləndirilən şəxs məxsus olmasını ittihamdan xaric etmişdir. Ümumiyyətlə məhkəmənin hansı əsasla bu qənaətə gəlməsi aydın deyildir. Halbuki, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını mübahisələndirməmişdir. Belə olan halda, məhkəmənin elektron tərəzi ilə bağlı fərqli nəticəyə gəlməsi düzgün deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifındə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarını da nəzərə almamışdır. Belə ki, narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində isə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi 9,463 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 9,348 qram təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahıdan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarı 0,15 qramdan artıq, külli miqdarı isə 2 qram və ondan artıq həddə müəyyən olunmuşdur. Bundan başqa, narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi təqsirləndirilən şəxsin hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni (heroini) və psixotrop maddə (metamfetamini) satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin lazımı miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız Təqsirləndirilən şəxs vermiş olduğu, işin obyektiv hallarına uyğun gəlməyən ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə təhlil etməmiş və nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.2.2-353.2.5-ci maddələrinə əsasən ittiham hökmünün təsviri-əsalandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar, ittihamın bir hissəsi əsasız hesab edildikdə, bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Hazırki, hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qymətləndirməmiş, məhkum edilmiş şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 20.04.2021-ci il tarixli 6/1537 №-li rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış paketdə bir ədəd bükümdə təmiz çəkisi 9,463 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 9,348 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. -üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız yapişdirılmış qara rəngli çantada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 500 qr., 525 qr., ümumi təmiz çəkisi 1055 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 530 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 90 ədəd “Gobaprel 300 06 21” göstəricisi olan dərman konvalyutlarında 900 ədəd (hər birində 10 ədəd olmaqla) dərman kapsullarının əsas təsiredici maddəsi tropikamiddir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 270 qram təşkil edir, 185 ədəd üzərində “Mudrax 0,5%... 10ml 07 2022” göstəriciləri olan zavod üsulu ilə ilə qablaşdırılmış dərman flakonlarındakı məhlulun əsas təsiedici maddəsi tropikamiddir.Təqdim olunmuş ümumi sayı 185 ədəd olan dərman fakonlarında tropikamidin təsir maddəsinin ümumi miqdarının 9,25 qramdır 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqyisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Bir ədəd kağız paketdəki və bir ədəd qara çantadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümimı təmiz çəkisi 1.064,463 qram təşkil edir. Bir ədəd kağız paketdəki və bir ədəd qara çantadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 530,348,463 qram təşkil edir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 19 aprel 2021ci il tarixli protokol və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm, bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm və bir ədəd elektron tərəzi, həmçinin üzərindən bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd açar, bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, iki ədəd plastik bank kartları və 1.000 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni 10 aprel 2021-ci il tarixdə vhatsapp sosial əlavəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Allahşükür adlı şəxsin vasitəsi ilə 14 aprel 2021-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndindən götürdüyünü, sonradan isə həmin narkotik vasitəni müxtəlif ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətəndaşı Allahşükür adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında sonuncunun ona 1.000 (min) manat pul göndərdiyini, üzərindən aşkar edilmiş 1.000 manat pulun narkotik vasitələrin satışından əldə edilmiş pullar olduğunu, üzərində aşkar olunan plastik kartlara da narkotik vasitələrin satışından əldə edilmiş pullar yükləndiyini, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, həmçinin müvəqqəti qaldığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 ünvanında yerləşən “İstanbul Gold” otelində 209 nömrəli otaqda da narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan, 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:00-da Təqsirləndirilən şəxs bir gecə qaldığı “İstanbul Gold” otelinin 209 nömrəli otağına polis əməkdaıları tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilir və Təqsirləndirilən şəxs otaqda olan dolabın içərisindən 1 ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirir. Həmin idman çantasının içərisindən 2 (iki) ədəd bükümdə narkotik vasitə olan heroinə banzər kütlə və 1 (bir) bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd selofan torbada 900 ədəd “Gobaprel” preqobalin həbinə bənzər, göy rəngli selofan torbada 185 ədəd “Mudrax trokipamid” maye damcısına bənzər kütlə və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülür. Götürülənlərlə əlaqədar Təqsirləndirilən şəxs bildirir ki, aşkar olunanlar özünə məxsusdur, onları 14 aprel 2021-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndindən götürmüşdür, sonradan həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətəndaşı Allahşükür adlı şəxsə göndərəcəyini bildirir. İş materiallarında olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 31 may 2021-ci il tarixli 1654 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və hazırda da onda müxtəlif iki növdə, böyük miqdarda narkotik vasitələr aşkar edilib götürülmüşdür. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri guya öz istifadəsi üçün əldə etməsinə dair ifadəsi işin qeyd olunan obyektiv halları ilə yanaşı, həm də onun məhz narkotik vasitə olan heroindən istifadə etməsi nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkməsinə dair məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təkzib olunur. İşin obyektiv hallarından göründüyü kimi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müxtəlif növlərdə, ayrı-ayrı yerlərdə narkotik vasitələrin - üzərindən və oteldə qaldığı 209 nörməli otaqdakı bir ədəd idman çantasından heroin və marixauna aşkar olunması, onun əzab çəkdiyi narkomaniya xəstəliyinin məhz narkotik vasitə olan heroindən və marixuanadan istifadə etməsi nəticəsində yaranması, onun həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədilə əldə edib saxladığını təsdiq edən hallardır. Bundan başqa ekspertiza rəyi ilə də təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və idman çantasından aşkar edilmiş narkotik vasitələrin kimyəvi tərkibi eynidir, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin üzərindən də narkotik vasitə heroinin izləri aşkar edilmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istintaq zamanı təzyiqlər edilməsi və döyülməsi barədə ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində olan 533 saylı şəxsi iş tələb edilərək baxış keçirilmiş və onda Bakı İstintaq Təcridxanasına qəbul edilərkən hər hansı bir zorakılıq əlaməti və xəsarət aşkar edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə hökmündə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, məhkum edilmiş şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və işin obyektiv hallarına uyğun olmayan nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol vermişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin mahiyyətindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının həmin izahının mənasına görə, təqsirkar narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini inkar etdiyi təqdirdə məhkəmə müvafiq araşdırma aparmalı, iş üzrə bir sıra amil və halları təhlil edib təqsirkarın niyyətini müəyyən etməlidir. Birinci instansiya məhkəməsinin hökmündə isə həmin Plenum qərarının izahına istinad olunsa da, məhkəmə diqqəti əsasən məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini etiraf etmədiyinə yönəlmiş və Plenum qərarının izahında olan amillərin olub-olmadığı məsələsini kifayət qədər ətraflı araşdırıb onlara qiymət verməmişdir. Sadalananladan görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə Azərbaycan Respublikası CM 234.1-ci maddəsinin dispozisyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Azərbycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməklə CM-nin əsaslandığı qanunçuluq və digər prinisplərini pozmuşdur. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə- psixotrop maddələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanununun normasının tətbiqi zamanı səhvə yol verdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə yanaşı apellyasiya şikayətinin dəlillərini də yoxlayaraq həmin dəlillərin əsassız olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli iş materialları ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm həmin sübutlara, həm də yuxarıda göstərilən hallara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli və apellyasiya protestinə əsasən hökm ləğv edilməli və o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmalı cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnış o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədi ilə tətbiq edilir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, cəza çəkmədən islah olunması üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunur. İş materiallarında оlan, Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzanı yüngülləşdirən hallardır. İş üzrə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və məhkum edilmiş şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin Salyan rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan 9,363 qram olan narkotik vasitə heroin və 9,248 qram olan metamfetamin, habelə 01 ədəd elektron tərəzi məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə uyğun olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatı xərcləri 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.2, 399.1.2 və 401-ci maddələrininin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Hökm etdi: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı apellyasiya protesti təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmü Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilsin və cinayət işi üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkərkən narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktiki qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 81 (səksən bir) manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan 9,363 qram olan narkotik vasitə heroin və 9,248 qram olan metamfetamin, həmçinin 01 ədəd elektron tərəzi məhv edilsin. Maddi sübutların məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və X1 X3 üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar