Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-44/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri–X2 qızı və X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, məhkumlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, məhkumların müdafiəçiləri- Müdafiəçi3, Müdafiəçi5, Müdafiəçi7 və Müdafiəçi6 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Samir Əliyev) 1951-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ortatəhsilli, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Bərdə rayonu 588 saylı qəsəbə bina7mənzil13-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, x xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS ev 97-də qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS ev 56-da qeydiyyatda olan və yaşamış, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxx 1984-cü ildə İran İslam Respublikasının Kirmanşah vilayətində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, fərdi fəaliyyətlə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Kirmanşah vilayətinin Pərdiz küçəsində qeydiyatda olan və yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 barələrində olan xx xxxx 2019-cu il tarixli hökmündən məhkumlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2; məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli xx xxxxxx 2019-cu iltarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 09 (doqquz) ilmüddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə və Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli xx xxxxxx 2019-cu iltarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə və həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli xx xxxxxx 2019-cu iltarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 08 (səkkiz)il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəl- ləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə və həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli xx xxxxxx 2019-cu iltarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 07(yeddi)il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Eyni zamanda, Mardani X3 Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi qaydada çıxarılmalıdır. Məhkəmə hökmündən məhkum Təqsirləndirilən şəxs4 və müdafiəçisi, habelə dövlət ittihamçısı tərəfindən müvafiq olaraq apellyasiya şikayəti və ya protesti verilməmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşları şəxsiyyəti istintaqa “Turac” kimi məlum olan şəxslə və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxxxx 2019-cu ildə Biləsuvar rayonunda olan “Biləsuvar” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək İrana gedib həmin ölkənin ərazisində yaşayan şəxsiyyəti istintaqa “Turac” adı ilə məlum olan şəxsə satış məqsədilə külli miqdarda narkotik vasitə heroin sifariş etdikdən sonra, xx xxxxxx 2019cu ildə Azərbaycan Respublikasına qayıtmış, bundan sonra Təqsirləndirilən şəxs1 qrupun üzvü Təqsirləndirilən şəxs3lə Qaradağ rayonu Korgöz qəsəbəsində görüşərək İrandan satış məqsədilə külli miqdarda, yəni 270 qram narkotik vasitə heroin sifariş verdiyini və həmin narkotik vasitə heroinin 01 qramını 25 manata Təqsirləndirilən şəxs3 satması barədə ümumi razılığa gəlmiş, x xxxxxx 2019-cu ildə şəxsiyyəti istintaqa “Turac” adı ilə məlum olan İran ərazisində yaşayan şəxs Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq sifariş etdiyi külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs4 ilə göndərdiyini, sonuncunun sərhəd nəzarət-buraxılış məntəqəsindən keçdikdən sonra onunla əlaqə saxlayacağını deyib Təqsirləndirilən şəxs4 Bakı şəhərində qarşılamağı tapşırmış, Təqsirləndirilən şəxs1 öz növbəsində «Turac» adlı şəxsə istifadəsində olan mobil telefon nömrəsini həmin qadına bildirməməsini, Təqsirləndirilən şəxs4 Bakıya gətirəcək taksi sürücüsünün telefon nömrəsini öyrənərək ona deməsini “Turac” adlı şəxsə tapşırmış, özü isə etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə rayonundan Bakı şəhəri Qaradağ rayonuna yola düşmüş, yolda olarkən qrupun üzvü Təqsirləndirilən şəxs3lə telefon əlaqəsi saxlayıb satışməqsədilə sifarişverdiyi narkotikvasitəheroini İrandan qaçaqmalçılıq yolu ilə gətirən qrupun üzvü Təqsirləndirilən şəxs4 qəbul etməsi üçün Bakı şəhəri Qaradağ rayonunda görüşəcəyi barədə məlumat vermiş, Təqsirləndirilən şəxs3 ürək əməliyyatı keçirmək üçün xəstəxanaya getdiyini deyib qrupun üzvü Təqsirləndirilən şəxs2 göndərəcəyini bildirərək, onunla birlikdə sifariş verdikləri həmin narkotikvasitəheroini SafooraMardanidən müəyyən zəhmət haqqı müqabilində qəbul etməsi üçün getməsini tapşırmış və Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb bu barədə məlumatlandırmış, bundan sonra Təqsirləndirilən şəxs1 tapşırığa uyğun olaraq Bakı şəhəri Qaradağ rayonunun ərazisində yaşayan qrupun üzvü Təqsirləndirilən şəxs2la mobil telefonla əlaqə saxlayaraq onunla Qaradağ rayonu Korgöz qəsəbəsində görüşmüş, satış məqsədilə sifariş verdiyi külli miqdarda narkotik vasitə heroini İrandan qaçaqmal- çılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Bakı şəhərinə gətirəcək həmin ölkənin vətəndaşı Təqsirləndirilən şəxs4 ilkolaraq 1300manat vermək müqabilində götürmək üçün Qaradağ rayonunda görüşmələri barədə ümumi razılığa gəlmişdir. xx xxxxxx 2019-cu ildə “Turac” adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs4 qrupa məxsus ümumilikdə 4 bükülüyə qablaşdırılmış külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirmək üçün özünün düz bağırsağına və uşaqlıq yoluna yerləşdirib gizlədərək saxlamış və həmin gün saat 19 radələrində Astara rayonu “Astara” sərhəd nəzarətburaxılış məntəqəsindən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib qanunsuz daşıyıb Astara-Bakı marşrutu ilə sərnişin daşımaqla məşğul olan Şahid2 Əhmədağa oğlunun idarə etdiyi “Mercedes E-class” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, bundan sonra Təqsirləndirilən şəxs4 istifadəsində olan mobil telefon vasitəsilə şəxsiyyəti istintaqa “Turac” adı ilə məlum olan İranda yaşayan şəxsə zəng edərək, avtomobildə olduğunu deyib sonuncunun danışmasıüçün mobiltelefonu sürücü Şahid2 vermiş, “Turac” adlı şəxs Şahid2 əlavə sərnişin götürməməsini tapşıraraq, onun mobil telefon nömrəsini öyrəndikdən sonra həmin qadını Bakı şəhərinə aparmağı xahiş edərək yol haqqını Bakı şəhərində alacağını bildirmiş və sonra “Turac” adı ilə məlum olan şəxs sürücü Şahid2 mobil telefon nömrəsini qrupun üzvü Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq bildirmişdir. Təqsirləndirilən şəxs1 də qrupun üzvü Təqsirləndirilən şəxs2 mobil telefonu vasitəsilə sürücü Şahid2 zəng edərək sərnişinləri Bakı şəhərinə çatmamış DİN-nin Baş Dövlət Yol polis idarəsinin Qaradağ rayonunun ərazisindəki YPX postunu keçdikdən sonra birinci körpünün altına gətirməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu ildə saat 22 radələrində Şahid2 Bakı-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən 36-cı km-də olan 719 nömrəli Yol Patrul Xidməti postunu Bakı şəhəri istiqamətində keçdikdən sonra avtomobili həmin magistral yolda 35-ci kilometrliyində yerləşən birinci körpünün altında saxlayıb Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu idarə etdiyi “VAZ 2107” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobillə Təqsirləndirilən şəxs2la görüş yerinə gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 qarşılayarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Təqsirləndirilən şəxs4 daxili orqanlarına baxış keçirilməsi üçün sonuncu Səhiyyə Nazirliyinin 01 saylı Klinik xəstəxanasına saat 22:50 dəqiqədə aparılmış, orada Təqsirləndirilən şəxs4 daxili orqanlarına keçirilmiş baxış zamanı onun düz bağırsağından qrupa məxsus 02 ədəd və uşaqlıq yolundan 02 ədəd hər biri 7x3 sm ölçüdə sellofan bağlamalara bükülmüş qabaq- cadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq, yəni Azərbaycaın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək qanunsuz satış məqsədilə əldə edib saxlayaraq daşıdıqları içərilərində cəmi 165,57 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış “Naqan” sistemli 1895-ci il nümunəli 7,62 mm kalibrili 2154 nömrəli revolveri və həmin silahdan, habelə “Piper” sistemli revolverlərdə və sairə yivli odlu silahlarda istifadə olunması üçün nəzərdə tutulmuş 04 ədəd patron əldə edib saxlayaraq gəzdirməklə Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS 97 nömrəli ünvanda yerləşən evin həyətyanı sahəsindəki anbara daşımaqla dolabın üzərində gizlətmiş, Təqsirləndirilən şəxs2la onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin İstintaq idarəsində istintaq aparılması və hər ikisinin haqqında həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar sonuncunun qayınatası Şahid10 silahı və 04 ədəd patronu Təqsirləndirilən şəxs2 azyaşlı övladlarının əlinə keçməməsi üçün saxlandığı yerdən götürüb yaşadığı Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS 75 saylı ünvandakı evinə apararaq, yataq otağındakı zirzəmidə gizlətmiş, xx xxxxxx 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS ev 97-də axtarış aparılarkən, Şahid10 əməkdaşlara kürəkəni Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən sonra, silahı və 04 ədəd patronu yaşadığı evə aparıb saxladığını deyib həmin “Naqan” sistemli 1895-ci il nümunəli 7,62 mm kalibrili 2154 nömrəli revolveri və həmin silahdan, habelə “Piper” sistemli revolverlərdə və sairə yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş 04 ədəd patronu yaşadığı evində təqdim etmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmdən narazı olduğunu, məhkəmə işin faktiki hallarını araşdırmadığını, cinayət qanunu normalarının tətbiqində səhv nəticəyə gəldiyini, məhkəmə hökm çıxararkən, onun yaşını, məcburi köçkün olduğunu, ikinci qrup əlil olmasını və təqaüd aldığını nəzərə almadan ona ağır cəza təyin etdiyini göstərməklə, məhkəmənin hökmünün dəyişdirilməsini və ona əməlinə görə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək, özünü elan olunmuş ittihamda təqsirli bilmədiyini, məhkəmənin barəsində olan hökmü qərəzli olduğundan narazı olduğunu, ibtidai istintaq zamanı CPM-nin 303-cü maddəsinin kobud surətdə pozulduğunu, Təqsirləndirilən şəxs1lə avtomobil alqı-satqısı zamanı tanış olmasını və yalnız aralarında avtomobil alqı-satqı münasibəti olduğunu, əvvəllər heç bir vaxt onu görmədiyini, ondan əvvəllər xaricdə hansısa bir əlaqəsinin olmasını təziqlə razılaşmasını tələb etdiklərini, xx.xx.2019-cu ildə əvvəllər infarkt keçirtdiyinə görə ürəyində ”çat” olması və damar tutulması ilə əlaqədar ürək əməliyyatı keçirdiyini, xx.xx.2019-cu ildə əməliyyyat bitdikdən sonra ambulator müalicə üçün evə buraxıldığını, həmin gün DTX-nin əməkdaşlarının evinə gəlib heç bir sənəd təqdim etmədən zorla DTX-ə aparıldığını, onun dedikləriilə yazılmayan sənədlərə imza etdirildiyini, heç bir ibtidai istintaq aparılmadığını və ifadə alınmadığını, kimləsə qeyri-leqal alqı-satqı etməyi barədə heç kimin ifadə vermədiyini, üzərində və yaşayış evində qeyri–qanuni heç bir şey tapılmadığını, narkotiklə bağlı ona qarşı hər hansı bir dəlil və sübut olmadığını, kimnənsə narkotik alması və ya verməsi barədə heç bir ifadə və ya izahat olmadığını, daimi yaşayış yerinin olduğunu, ailəli olmaqla himayəsində 04 övladının və birinin azyaşlı olduğunu, xəstəliyinə görə hazırda da dərman preparatları qəbul etməklə yaşadığını göstərməklə, məhkəmənin hökmünün ləğv olunması və apellyasiya şikayətinə məhkəmə istintaqı ilə aparılmasını, verdiyi apellyasiya şikayətində sadaladığı bütün hallar nəzərə alınmaqla, onun barəsində icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, məhkəmənin hökmü ilə razı olmadığını, özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilmədiyini, günahsız olmasını sübuta yetirilməsi üçün verdiyi apellyasiya şikayəti üzrə məhkəmə baxış iclasının məhkəmə istintaqı ilə aparılmasını göstərməklə, məhkəmənin həmin hökmünün ləğv olunmasını və hökmün ona aid olan hissəsində icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-in 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam və ya ona bəraət verilməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əəsassızdır. Belə ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşılmalı, özünü müdafiə üsulu kimi qiymətləndirilməli və onun cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadədən imtina kimi qiymətləndirilməlidir. Məhkəmədə narkotik vasitə ilə bağlı digər təqsirləndirilən şəxslər və şahidlər onun əleyhinə ifadə verməmiş, yalnız istintaqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, digər təqsirləndirilən Həsənağanın tapşırığı ilə Asiflə İrandan gələn qonaqları qarşılamağa gedəndə ona guya bu barədə məlumat vermiş, o da razılaşmışdır. Silaha gəldikdə isə hüquqlarını müdafiə etdiyi şəxs özü könüllü narkotik vasitə ilə heç bir bağlılığı olmayan məsələni DTX-in əməkdaşlarına bildirmişdir. Bu hallar da onu sübut edir ki, istər ibtidai istintaq və istərsə də məhkəmə istintaqı hərtərəfli, obyektiv və tam aparılmamış və müdafiə etdiyi şəxsin əməli CinayətMəcəlləsinin maddələriilə düzgün tövsif edilməmişdir. Müdafiə etdiyi şəxs məhkəmədə verdiyi ifadəsi ilə təkzib etdiyi, istintaqda verdiyi ifadəsində göstərmişdir ki, uşaqlıq illərindən tanıdığı, Təqsirləndirilən şəxs3 onun mobil nömrəsinə xx xxxxxx 2019-cu ildə günorta vaxtı zənggəlmiş, Həsənağa ürəyindən əməliyyat keçirəcəyini, İrandan narkotik vasitə sifariş etdiyini, əməliyyat olunacağı səbəbindən narkotik vasitələri götürə bilməyəcəyindən, Akif adlı şəxslə görüşüb həmin narkotik vasitələri Akiflə birlikdə gedib götürməyi, daha sonra isə özünə çatdırmağı ona bildirdikdə razılaşmış, yarım saat sonra Akif zəng vurmuş və görüşməli olduqlarını bildirmiş, həmin gün saat 19 radələrində Akif oz avtomobili ilə onun yaşadığı ünvana gəlib kafedə oturmuşlar. Akif onun telefonu ilə narkotik vasitələri Bakıya gətirən qadın olduğu taksi sürücünün mobil telefonuna yığmış və onlar saat 22 radələrində Qaradağ postu yaxınlığında olan körpünün altında görüşməyi təklif etmiş, kafedən çıxıb razılaşdıqları yerə çatdıqda, Akifin avtomobilindən düşüb taksidəki qadınları Akifin avtomobilinə dəvət etmək üçün taksinin arxa qapısını açmış və bu zaman taksidən DTX-nın əməkdaşları düşmüş və onları saxlamışlar. Digər təqsirləndirilən şəxslər də eyni məzmunlu ifadələr vermişlər. CM-nin 206-cı maddəsinin dispozisiyasında Azərbaycanın gömrük sərhədindən gizli keçirmədən söhbət gedir. Lakin işin bütün hallarını nəzərdən keçirdikdə Təqsirləndirilən şəxs2 narkotik vasitələri özünün keçirmədiyinin tam şahidi oluruq və bu işdə olan bütün sübutlarla öz təsdiqini tapır. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri cinayətin törədilməsi məqsədilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Lakin iş üzrə müdafiə etdiyi şəxs narkotik vasitənin kömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan keçirilməsində bunu yerinə yetirən şəxslə birgə iştirak etməmiş və birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişdir. Bu hərəkətləri istintaqa məlum olan İran vətəndaşı Təqsirləndirilən şəxs4 yerinə yetirmişdir. "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun xx xxxx 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu bəndinin 5-ci abzasına görə mal və ya digər əşya qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin həmin cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməkdə məsuliyyəti istisna edilir. Cinayət əməlinin törədilməsi və icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür İş üzrə qaçaqmalçılığın obyektiv tərəfini narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi təşkil edir. Lakin sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitənin gömrük sərhədindən və gömrük nəzarətindən kənar Azərbaycana keçirilməsində İran vətəndaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə iştirak etməmiş və onunla qabaqcadan əlbir olmaqla cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişdir. Belə olan halda, Akif İmanovun əməlində CM-nin 206.3.2-ci maddəsinin tərkibi yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində həmin maddələrin tərkibi yoxdur. Belə ki, müdafiə etdiyi şəxsin rolu narkotik vasitəni Akiflə alıb Həsənə çatdırmaqdan ibarət olmuş, bu halda istintaq onun əməlində satmanı necə müəyyənləşdirmişdir. İş materialında olan sübutlarla həmin hal sübuta yetirilməmişdir. Bu isə bir daha sübut edir ki, istər istintaq orqanı, istərsə də məhkəmə iş üzrə faktları hərtərəfli, tam və obyektiv araşdırmamış və bunun nəticəsində Təqsirləndirilən şəxs2 əməlini düzgün tövsif etməmişdir. Bununla yanaşı, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin "bir qrup şəxs" tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir edilməlidir. Lakin, yenə də məhkəmə istintaqı hərtərəfli, tam və obyektiv aparılmadığından, müdafiəçisi olduğu şəxsin əməlləri CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CM-nin 228.2.1-ci maddəsi ilə məhkəmə Təqsirləndirilən şəxs2 barəsində hökm çıxararkən, həmin maddənin “Qeyd hissəsini” nəzərə almamış, yəni maddənin “Qeyd hissəsində” deyilir ki, bu maddədə göstərilən əşyaları könüllü təhvil verən şəxs, əgər onun əməlində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Cinayət işindəki faktlar tam araşdırıldıqda, Təqsirləndirilən şəxs2 həqiqətən odlu silahın onda olmasını və onun yerini könüllü DTX-nin əməkdaşlarına bildirməsi öz təsdiqini tapmaqla, bir daha sübut edir ki, onun əməlində Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinin də tərkibi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü məhkum Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicənin təyin olunmaması səbəbindən dəyişdirilməlidir. Cinayət işinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, məhkumlar: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cümaddələri ilə və məhkum Təqsirləndirilən şəxs3 AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cümaddələri ilə cinayətlərin törədilməsində özlərini təqsirli bilməmələrinə baxmayaraq, hər birinin cinayətlərin törədilməsində təqsirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşTəqsirləndirilən şəxs4 özünü və onları ifşa edən ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı; istintaq dövründə dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə; baxış, götürmə, axtarışvədigəristintaqhərəkətlərininprotokollarıilə; keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkolojivə başqa ekspertizalarının rəyləriilə, toplanmışvəbirinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maşın alqı-satqısı ilə və eyni zamanda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş, sonuncu dəfə narkotikə görə və 2010-cu ildə cəzasını çəkib qurtarmış, ümumilikdə 24 il məhkum həyatı yaşamış və azadlığa çıxandan sonra Bərdə rayonuna köçüb orada yaşamış, həbsdə olarkən asmavəvərəm xəstəliyinə tutulmuş və buna görə 2017-ci ilin ortalarından İrana müalicəyə gedib əsasən İranın Parsabad şəhərində müalicə almışdır. İlk dəfə Parsabad şəhərində olarkən İranlı Babaş adlı şəxslə tanış olmuş, Babaş İran azərbaycanlısı olmaqla, İranın Aslandüz şəhərində yaşamış, Babaşla tanış olduqdan sonra hər dəfə müalicəyə getdikdə Babaşın evində qalmış, həkimə onunla birlikdə gedib-gəlmiş, Babaş Aslandüz şəhərində ticarətlə məşğul olmuş, sonuncu dəfə xx xxxxxx 2019-cu ildə yenə müalicə məqsədilə İrana getmiş, axşam Babaşın tanışları ilə çayxanaya getmiş, onların yanına təxminən 35-40yaşında, ortaboylu, qarayanız, kök, bığlı, Turac adlı İran azərbaycanlısı gəlmiş, onunla tanış olduqdan sonra, ümumi söhbət zamanı Turac ona bu yaxınlarda qadın qohumlarının Azərbaycana gələcəyini, həmin qadınları qarşılayıb Bakı şəhərinə aparmağını xahiş etdikdə etiraz etməmişdir. Bundan sonra bir gün də Aslandüzdə Babaşın evində qaldıqdan sonra xx xxxxxx 2019-cu ildə Azərbaycana qayıtmış, Azərbaycana gəldikdən iki gün sonra, yəni xx xxxxxx 2019-cu ildə səhər saat 11-12 radələrində Turac onun mobil nömrəsinə zəng edib qohumları həmin gün Azərbaycana gələcəklərini, Astarada qarşılayıb Bakıya aparmaq lazım olduğunu bildirdikdə, Turaca Astaranın çox uzaq olduğunu, həmin adamların Astaradan bir taksiyə oturub Bakı istiqamətinə gəlmələrini vəBakıya yaxınyerdə onları qarşılayıb lazım olan ünvana aparacağını bildirmiş, Turaca qohumları Astaraya çatanda yola çıxması üçün ona xəbər verməsini demiş və Bakı şəhərini yaxşı tanımadığı üçün tanışı Həsanağa Quliyevə zəng edib Turacın qohumlarını Bakıda qarşılayıb yerləşdirməkdə ona köməklik etməsini xahiş etdikdə, Həsənağa ona xəstə olduğundan Qızıldaşda qonşusu olan Asif adlı şəxslə getməyini tapşırmışdır. Asifi təxminən 2-3 ay ərzində tanımışdır. Asiflə aralarında maşın alqı-satqısına dair münasibətləri olmuşdur. Elə həmin gün saat 12-13 radələrində Turacın zəngini gözləmədən idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə Bakı şəhərinə yola çıxmışdır. Bakı şəhərinə yaxınlaşanda Qızıldaş qəsəbəsində olanda Asif ona zəng edərək harada olmağı ilə maraqlandıqda Bakıya gəldiyini, görüşüb Qızıldaşda kafedə çörək yeməklərini bildirmişdir. Saat 5-6 radələrində Asiflə Qaradağ rayonu Qızıldaş qəsəbəsində kafedə görüşmüş, 1-2 saat keçdikdən sonra Turac zəng edib qadın qohumlarının Azərbaycanda Astara rayonunda olduqlarını bildirmiş və ona taksi sürücüsünün nömrəsini vermiş, taksi sürücüsünün nömrəsini Asifin mobil telefonuna yazıb elə Asifin mobil telefonu ilə taksi sürücüsü ilə danışmış, taksi sürücüsü Astarada gömrükdən indi çıxdığını, təxminən 3-4 saata Bakıya çatacaqlarını demiş, b undan sonra da 1-2 dəfə taksi sürücüsü ilə danışıb harada olmaqları ilə maraqlanmışdır. Axşam saat 10 radələrində Qızıldaş qəsəbəsində əsasyolunüstündə körpünün altında Asiflə birlikdə gözləyərkən mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edib saxlamış, ona aydın olmuşdur ki, həmin vaxtı Turacın qohumları olan iki nəfər qadın və taksi sürücüsü də saxlanılmış və hamısını Bakı şəhəri “Semaşko” adlanan xəstəxanaya gətirmişlər. Müayinə zamanı Turacın qohumu cavan qızın daxili orqanından sonra öyrəndiyi 270 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Onun həmin narkotik vasitənin gətirilməsindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS ev 97-də yaşamışdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 yaşadığı Korgöz qəsəbəsindən tanıyır. Həsənağa ilə eyni qəsəbə sakinidirlər, uşaqlıqdan münasibətləri olmaqla həmin vaxtdan Həsən adı ilə müraciət edirlər. xx xxxxxx 2019-cu ildə saat 15 radələridə tanışı Təqsirləndirilən şəxs3 zəng edib dostu Təqsirləndirilən şəxs1 Bakı şəhərinə gəldiyini və onunla birlikdə İrandan gələn qonaqları qəbul edərək Bakı şəhərinə aparmaqda Akifə köməklik etməyini demiş, həmin gün axşam saat 18 radələrində yaşadığı qəsəbədə Təqsirləndirilən şəxs1lə görüşüb kafelərin birində yemək yemişlər. Bir qədər sonra Akif zəng edə bilmək üçün telefonunda kontur olmadığını deyib ondan telefonu ilə İrandan gələn qonaqları gətirəcək taksi sürücüsü ilə əlaqə saxlaya bilib-bilməyəcəyini soruşduqda, etiraz etməyib telefonunu Akifə vermişdir. Akif onun telefonu ilə əvvəllər tanımadığı şəxslə danışdıqdan sonra qonaqların axşam gələcəyini demişdir. Daha sonra Akifə “UAZ” markalı avtomobili satdığını demiş, onun satdığı “UAZ” markalı avtomobili almaq istədiyini bildirdikdən sonra birlikdə onlara gedib avtomobilə baxmışlar. Akifə satdığı “UAZ” markalı avtomobilin akumulyator və təkərlərini göstərmək üçün evinin həyətyanı sahəsində olan anbara getmişlər. Anbarda avtomobilinin təkərlərinə və akumuliyatoruna baxan zaman Akif ondan anbara kiminsə daxil olub-olmadığını soruşduqda, Akifə anbara heç kimin daxil olmadığını demiş, Akif ona üzərində əmanətinin olduğunu və həmin əmanəti birlikdə İrandan gələn qonaqları şəhərə aparıb qoyduqdan sonra geri qayıdarkən onu evdə düşürərkən götürəcəyini bildirdikdə razılaşmış, başı Akifə satdığı avtomobilin akumuliyatoruna baxmağa qarışdığından, Akifin üzərində nə çıxarıb anbarda harada gizlətdiyini bilməmişdir. Axşam saat 22 radələrində onlar İrandan gələn qonaqları qvrşılamağa Akifin “Vaz 2107” markalı avtomobili ilə Qaradağ rayonu ərazisində yerləşən DYP postunun yaxınlığında körpünün alt hissəsinə gedərək, üzü Bakı şəhəri istiqamətində avtomobili saxlamışlar. Akiflə yolda gedərkən, onun evində nə gizlətdiyini soruşmuş, sonuncu ona “Naqan” markalı silahın olduğunu, həmin tapançadan iki güllə atdığını, dörd gülləsinin isə silahın darağında qaldığını demiş, təxminən yarımsaat sonra onlar avtomobili saxladıqları yerə üzərində taksi nişanı olan “Mersedes Benz” markalı avtomobil yaxınlaşmış və onlar bir qədər keçib qarşıda saxlamışlar. Akif avtombili işə salıb taksinin yaxınlığına sürmüş, həmin vaxt bir neçə nəfər avtomobildən düşüb özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edib, onları Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına aparmışlar. Sonra ona məlum olmuşdur ki, qarşılamağa getdikləri qadınlardan birinin daxili orqanlarından heroin aşkar edilmişdir. Tutulduğunda polislərə evdə Akifin silah qoyduğunu demiş, qorxurdu ki uşaqların əlinə keçib hansısa bədbəxt bir hadisə baş verər. Birincii nstansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, əvvəllər bir müddət Qaradağ rayonu karyerlərin birində kamaz sürücüsü işləmiş, sonra isə daş sexi işlətmiş, təxminən son iki il səhhəti ilə bağlı işləmir. Səhhətində yaranan problemlərə görə iki ay əvvəl infarkt miokarda keçirmiş, xx xxxxxx 2019-cu ildə isə ürəyindən əməliyyat olunmuş, bir il bundan əvvəl tanışı Elşən adlı şəxsə istifadəsindəki “Hyundai SantaFe” markalı avtomobili satmaq istədiyini demiş, sonra Elşən onunla əlaqə saxlayaraq avtomobili atasının almaq istədiyini demiş, Elşən və Elşənin atası Akiflə görüşüb avtomobilin satış şərtlərini müzakirə etmiş, xx xxxxxx 2019-cu ildə Akif ona zəng edərək İrandan olan tanışların Bakı şəhərinə gəldiyini, onları qarşılamaq üçün onunla birlikdə getməyini deyəndə Akifə səhhəti pisləşdiyindən xəstəxanaya ürəyindən əməliyyat olunmağı üçün getdiyini bildirərək, əvəzinə Asif adlı tanışı ilə getməyini demişdir. Asifin istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib Akifin nömrəsini vermiş və həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Asif də yaşadığı Körgöz AZNS qəsəbəsində yaşayır. Onunla uzun müddətdir dostluq münasibətləri mövcuddur. Bu danışıqlardan bir neçə saat sonra “Mediland” adlı özəl xəstəxanada ürəyindən əməliyyat olunmuş və bir gün xəstəxanada qalmışdır. xx xxxxxx 2019-cu ildə səhər saatlarında ona Akifin oğlu Elşən zəng edərək atasının telefonuna zəng çatmadığını deyib harada olması barədə maraqlandıqda, atası ilə bir gün əvvəl danışdığını, hal-hazırda xəstəxanada olduğunu və atasının harada olması barədə xəbəri olmadığını bildirmişdir. Daha sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib onu da idarəyə aparmışlar. Halbuki, onun həmin narkotik vasitədən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, İranın Kirmanşah vilayətində doğulmuş və qadın bərbəri işləmişdir. 2011-ci ildə İranda ailə həyatı qurmuş və həmin nikahdan bir azyaşlı oğlu var. Tutulmamışdan 5-6 ay qabaq rəsmi boşanmış, son vaxtlar işsiz olduğundan maddi vəziyyəti yaxşı olmamış, buna görə də təxminən 2 ay olar yaşadığı Kirmanşah vilayətindən İranın Tehran şəhərinə iş axtarmaq üçün gəlmişdir. Tehran şəhərinin Dövlət Darvazası küçəsində “PiçeŞemru” yataqxanasında əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən milliyəti Azərbaycan türkü olan Nərgiz adlı xanımla tanış olmuş, tanış olduqdan sonra 3.000.000 tümən qarşılığında balaca bükülülərin içərisinə qoyulmaqla daxili orqanlarında, yəni düz bağırsağına yerləşdirilməklə narkotik vasitə heroini qaçaqmalçılıqla İrandan Azərbaycana, yəni Bakı şəhərinə aparmağını və tanımadığı şəxslərə verməyini təklif etdikdə, maddi vəziyyəti yaxşı olmadığından razılaşmış, sonra bir dəfə heroini düz bağırsağına keçirib İrandan Biləsuvar sərhəd keçid məntəqəsindən keçib, həmin narkotik maddəni Bakı şəhərində “Hilton” hotelin yanında dənizkənarı bulvarda Nərgizin tapşırığı ilə bir oğlana vermiş və həmin gün İrana qayıtmışdır. Bundan sonra onun bank hesabına 3.000.000 tümən köçürülmüşdür. Sonra Nərgizin vasitəsilə Ərdəbildən Turac adlı şəxslə tanış olmuş, eyni işi Turac da təklif etdikdə razılaşmışdır. xx xxxxxx 2019-cu ildə Turac ona içərisində heroin olan 04 ədəd bükülü verib Azərbaycana keçdikdən sonra Astara şəhərində taksiyə oturub taksi sürücüsünü onunla danışdırmağını demişdir. Təxminən 300 qram olan 04 ədəd bükülülərin içərisində olan heroini öz daxili orqanı düz bağırsağına yerləşdirərək gizlədib qaçaqmalçılıq yolu ilə Astara sərhəd keçid məntəqəsindən Azərbaycana keçmiş, Astara şəhərində Turacla danışmış və həmin tanımadığı adamın digər nömrəsini ona verib adının Şerzadə olduğunu demişdir. Sonra onunla birlikdə Azərbaycana gələn anası Pərvanə ilə taksiyə oturmuş, Azərbaycan dilini bilmədiyi üçün taksi sürücüsünü Şerzadə ilə danışdırmış, qaçaq yolla Azərbaycana narkotik keçirməyindən anasının xəbəri olmamış, anası Azərbaycana həm turist kimi, həm də paltar almaq üçün gəlmiş, Şerzadə taksi sürücüsünə onları Bakı şəhərinə aparmalı olduğunu izah etmiş, həmin narkotikləri verməli olduğu şəxslə sürücünü calaşdırmışdır. Onlar yola çıxmış və Bakı şəhərinə yaxınlaşarkən polislər onları saxlamış, anasını və onu həkimə aparmışlar. Müayinə zamanı onun daxili orqanı düz bağırsağından tanımadığı Bakı şəhərində görüşəcəyi şəxsə verməli olduğu 4 ədəd bükülünün içərisində olan narktik vasitə sayılan heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, məhkəmə zalında gördüyü təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı Korgöz qəsəbə sakinləri kimi tanımış, düşmənçiliyi və ədavətim yoxdur, digər təqsirləndirilən şəxsləri tanımır. xx xxxxxx 2019-cu ildə 18 radələrində yaşadığı Korgöz qəsəbəsi ərazisində olarkən iki nəfər ona yaxınlaşıb özlərini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək, Korgöz qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 evində silah olması ilə bağlı Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçiriləcəyini və onun da həmin baxışda hal şahidi qismində iştirak etməyini xahiş etdikdə razılaşmış və onlarla birlikdə baxış keçirilən evə, yəni Təqsirləndirilən şəxs2 yaşadığı Korgöz qəsəbəsi AZNS ev 97 ünvanına getmişlər. Evə çatan zaman orada ondan başqa qəsəbə sakini Şahid9 hal şahidi qismində dəvət olunduğunu görmüş, Təqsirləndirilən şəxs2 yaşadığı evinin həyətyanı sahədə olan anbarına, həyətyanı sahəsinə, evin daxilindəki otaqlara və digər yerlərə baxış keçirilsə də, iş üzrə mühüm əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Baxış sona çatana yaxın baxışda iştirak edən Təqsirləndirilən şəxs2 qaynatası Şahid10 könüllü olaraq xx xxxxxx 2019-cu il tarixdə kürəkəni Təqsirləndirilən şəxs2 yaşadığı evin əl damından, yəni anbarın içərisində olan dolabın üzərində kombizona bükülü vəziyyətdə aşkar etdiyi 01 ədəd içərisində 04 ədəd güllə olan tapançanı həmin yerdən götürüb yaşadığı Korgöz qəsəbəsi, AZNS ev 75 ünvanında yerləşən evinin yataq otağının zirzəmisində gizlətdiyini bildirmiş və polislərə silahı təhvil vermək üçün onun yaşadığı evə getməyi təklif etmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə Şahid10 yaşadığı evə getmiş və Şahid10 yaşadığı evinin yataq otağında zirzəmiyə giriş qapısını açaraq, oradan bir ədəd gümüşü rəngli tapança tipli silahı könüllü olaraq çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Bu barədə protokol tərtib olunmuş və həmin silah qablaşdırılaraq möhürlənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 eyni məzmunlu ifadə verərək, öz ifadəsində məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 01 saylı Klinik tibbi mərkəzin Ginekologiya şöbəsinin müdiri işləyir. xx xxxxxx 2019-cu ildə saat 01 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən İranvətəndaşları olan Təqsirləndirilən şəxs4vəŞahid1 müayinəyə işlədiyi Mərkəzin Ginekologiya şöbəsinə gətirilmişlər. Müayinə vaxtı Təqsirləndirilən şəxs4 uşaqlıq yolundan 02 ədəd və düz bağırsağından 02 ədəd olaraq, təxminən 7x3 ölçüdə, hər birinin çəkisi təxminən 100mq olan yadcisim müəyyən edilmiş və ümumilikdə 04 ədəd yad cisim Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təhvil verilmiş, Şahid1 aparılmış müayinə zamanı bədən üzvlərindən yad cisim və ya başqa predmet aşkar edilməmişdir. Müayinədə onunla birlikdə həkim Şahid4 da iştirak etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı oğlu olmaqla bərabər, həm də kürəkənidir. Digər təsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 qəsəbə sakini kimi tanımış, Asifə yaşadıqları Korgöz qəsəbəsində “Srok” deyə müraciət edirlər. Kürəkəni Təqsirləndirilən şəxs2 qızı ilə birlikdə Korgöz qəsəbəsi AZNS, ev 97 ünvanında yaşamış, Asifin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs kimi tutulmasını həmin orqandan onlara məlumat verildikdən sonra xx xxxxxx 2019-cu ildə bilmişdir. Daha sonra, ona Asifin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana adlarını bilmədiyi bir neçə şəxslə əlbir olaraq keçirmələrinin tutulmasına səbəb olması məlum olmuşdur. xx xxxxxx 2019-cu ildə qızının yaşadığı Korgöz qəsəbəsi AZNS ev 97 ünvanında yerləşən evlərinə getmiş, həmin vaxt evin həyətyanı sahəsinin dağınıq olduğunu görüb evin həyətyanı sahəsində yır-yığış etmək fikrinə düşmüş, həyətdə olan dəmirləri yığışdırdıqdan sonra həyətyanı sahədəki anbarda daxil olmuş, orada yır-yığış apardıqdan sonra əlini təsadüfən anbardakı dolabın üzərinə atarkən, həmin dolabın üzərində dəmir qab görmüş və onu götürərkən yerdə kombizona bükülü vəziyyətdə bir əşyanın düşdüyünü və həmin əşyanı kombizonun içindən çıxararkən içərisində silah olduğunu görmüş, bayram vaxtı olduğundan Asifin övladları, yəni nəvələrinin evlərində olmaları səbəbindən silahla özlərinə xəsarət yetirmələrindən qorxduğundan aşkar etdiyi həmin silahı yaşadığı Korgöz qəsəbəsi AZNS ev 75 ünvanına apararaq evində gizlətmək və sonra isə ara sakitləşdikdən sonra hüquqmühafizə orqanlarına təhvilvermək fikrinə düşmüş, buməqsədlə Asifin evindən aşkar etdiyi silahı götürüb yaşadığı Korgöz qəsəbəsi AZNS ev 75 ünvanına aparıb evin yataq otağında olan zirzəmiyə düşərkən sol tərəfdə yerləşən daşların arasında gizlətmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Asifin evində axtarış aparan zaman silahın onda olduğunu demiş və şahidlərin iştirakı ilə silahı gizlətdiyi yerdən götürərək könüllü olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına vermiş və onlar silahı qablaşdıraraq götürmüşlər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 1115 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içində dörd büküm qəhvəyi rəngli, təmiz çəkisi 165.47 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və heroinin ümumi təmiz çəkisi 165.47 qram təşkil etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə fonoskopik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 6763/6764/6765 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 01 ədəd “PRİNCO” markalı CD disklərdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Disklərdə mübahisəli fonoqramlarda olan danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Disklərdə olan mübahisəli fonoqromlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3 məxsusdur. Disklərdə olan mübahisəli fonoqramlarda danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində «K5» kimi işarə olunmuş diktorun səsi vənitqi Təqsirləndirilən şəxs2na məxsusdur. Disklərdə mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 yox, digər şəxsə məxsusdur. Disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yox, digər şəxsə məxsusdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 6700/6701 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə hazırlanmış, “Naqan" sistemli, 1895-ci il nümunəli, 7,62 mm kalibrli, 2154 nömrəli revolverdir - yivli odlu döyüş silahı hesab edilir, detallarının əksəriyyəti zavod üsulu ilə istehsal edilmiş, yalnız sümbəsi kustar üsulla hazırlanmış, sümbəsinin kustar üsulla hazırlanması ilə silahın konstruksiya- sında heç bir dəyişiklik yaranmamış və onun detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, lakin üzərində istehsal tarixinə dair işarələr (yazılar) korroziya və istismar nəticəsində pozulub məhv olduqlarından, nə vaxt hazırlandığını müəyyən etmək mümkün deyildir. Təyinatına uyğun olaraq, həmin revolverin də aid olduğu “Naqan” sistemli, 1895-ci il nümunəli revolverlərdən atılmış 17,62 mm kalibrli güllə 700 metr məsafəyə uça və həmin məsafədə hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq məhvedici zədə yarada bilər. Revolverin çaxmağı və tətiyinin işlək detalları yeyildiyindən, yaylarının elastikliyi (sərtliyi) azaldığından tətik çaxmaq mexanizmi nasaz olduğuna görə hazırda həmin silah atəş açmaq üçün yararsızdır və bu səbəbdən onun tətiyinə hansı qüvvə ilə təsir etdikdə ondan atəş açıldığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 04 (dörd) ədəd patron zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik ”Naqan” sistemli 1895-ci il nümunəli revolverlərdə, həmçinin “Piper” sistemli revolverlərdə və sairə yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlarıdırlar - döyüş sursatıdır, atəşə (istifadəyə) yararlıdırlar. 7,62 mm kalibrli “Naqan” sistemli 2154 nömrəli revolverin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu təsdiq edir ki, həmin silahdan atəş və ya atəşlər açılmış, lakin müvafiq elmi metodika olmadığına görə, atəşin və ya atəşlərin vaxtını müəyyən etmək mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizanın 128 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmə halları olmuş, lakin, onda narkomaniyanın əlamətləri aşkar edilməmiş və əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizanın 64 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyiaşkaredilir. AzərbaycanRespublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlər ilə istifadə olunması qaydasının və şərtlərinin, həmçinin narkomanlıq xəstəliyinə düçar olan şəxslər barədə tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, yaş həddi ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 126 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsiilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan,onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 152 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, müayinə zamanı X1 narkomaniya xəstəliyi aşkar olunmadığından, narkomaniya xəstəliyindən əzab çəkmir və bu səbəbdən narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator komission məhkəmə-psixiatrik ekspertizasının 467 nömrəli xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamış və həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş və hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator komission məhkəmə-psixiatrik ekspertizasının 468 nömrəli xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. İttiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamış və həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş və hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator komission məhkəmə-psixiatrik ekspertizasının 465 nömrəli xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamış və həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş və hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator komission məhkəmə-psixiatrik ekspertizasının 466 nömrəli xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. İttiham olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş və hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsi onların əməllərinin cinayət-hüquqi tövsifinə hüquqi qiymət verərkən, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələr və psixotrop maddələrinin miqdarına, həmçinin onların külli miqdarına görə siyahı»sının, «Narkotik vasitələrinin, psixotrop maddələrinin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının və eyni zamanda «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının konkret müddəalarını rəhbər tutaraq nəzərə almaqla tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələri və yaxud psixotrop maddələri təkcə satma deyil, həm də onları satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığından, göstərilən hərəkətlərin narkotikvasitənin satışməqsədilə əldə edilməsinin müəyyən olunması həmin qəbildən olan işlərinin düzgün həll olunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə onun əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, həmçinin onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi öz qərarının həmin hissəsi ilə əlaqədar qeyd etmişdir ki, məhkum Təqsirləndirilən şəxs4 aşkar edilib götürülmüş narkotik vasitə heroinin külli miqdar təşkil etməsi, onun digər məhkumlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, bununla əlaqədar müntəzəm olaraq şəxsiyyəti istintaqa “Turac”adıiləməlum olan İran ərazisində yaşayan şəxslə mobil telefon vasitəsi ilə əlaqələr saxlanılması, məhkum Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa “Turac”adıiləməlum olan şəxsin çağırışı ilə avtomaşını ilə Bərdə rayonundan Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs4 götürmək məqsədilə gözləmələri, narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində dövriyyəsinin qadağan olunmasına və ifşa oluna biləcəkləri təhlükəsini nəzərə alaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında İrandan qaçaqmalçılıq yolu ilə satış məqsədilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsini təşkil etməklə sonuncunun narkotik vasitə heroini daxili orqanlarında gizlətməklə gətirməsi və bütün bunların qabaqcadan əlbir olan bir qrup şəxs halında onların İrandan qaçaqmalçılıq yolu ilə və satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Plenumun həmin xx xxxx 2011-ci il tarixli qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz Azərbaycan Respublikası gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin qaçaqmalçılığın da tərkibini yaratdığı müəyyən edildikdə əməl cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə əsasən, gömrük nəzarətigömrük qanunvericiliyinə riayət edilməsini təmin etmək üçün gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Bu Məcəllənin 1.0.22-ci maddəsinə əsasən, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücüxətlər vasitəsi ilə gömrük ərazisinə gətirilməsi və ya aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini məhz narkotik vasitələrinin, psixotrop maddələrinin və ya onların prekursorlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə və yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Birinci instansiya məhkəməsində baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayət əməlinin obyektiv tərəfini Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satış məqsədilə qanunsuz külli miqdarda sifariş verməklə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyəti istintaqa “Turac”adıiləməlum olan İranın ərazisində yaşayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri sifariş əsasında Təqsirləndirilən şəxs4 bədəninin daxili orqanlarında gizlədib qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar və gizli Azərbaycan Respublikasının ərazisinə keçirilməsini razılaşdırmaqla təşkil edib həyata keçirmişlər. Beləliklə də, məhkəmə kollegiyası toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar toplusuna məcmuyu halında qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cümaddələri ilə və məhkum Təqsirləndirilən şəxs3 AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cümaddələri ilə cinayətləri törətməkdə özlərini təqsirli bilməmələrinə baxmayaraq, onların hər birinin cinayətlərin törədilməsində təqsiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşTəqsirləndirilən şəxs4 özünü və onları ifşa edən ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı; istintaq dövründə dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə; baxış və götürmə, müayinə, axtarış və digər istintaq hərəkətlərinin protokolları ilə; keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkolojivə başqa ekspertizalarının rəyləriilə, cinayət işi üzrə toplanmışvəbirinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi məhkumlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxış iclasında törətdiyi cinayətləri etirafetməməsibarədə verdikləri ziddiyyətli ifadələrində irəli sürdükləri dəlillər məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib edildiyini nəzərə alaraq, onların həmin ifadələrində irəli sürdükləri dəlilləri yalnız məsuliyyətdən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur vəbuna görədə məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və ya məhkəmədə hər hansı bir sənədi imzalamaqdan imtina etməsini yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkumlar-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətlərin törədilməsində iştiraklarının və hər hansı bir aidiyyətlərinin olmaması barədə hər biri öz apellyasiya şikayətində irəli sürdüyü dəlillər kifayət qədər əsaslandırılmadığından, işin faktiki hallarına uyğunolmadığından, toplanmışvəyuxarıda sadalanan çoxsaylı mötəbər sübutlarla təqzib olunduğunu nəzərə alaraq hesab edir ki, hər biri tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər yalnız onların sübyektiv mülahizələri olmaqla yanaşı, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 əməlində təqsirli bilindiyi maddələrin tərkib əlamətlərinin olmaması, iş üzrə toplanmış sübutların tam, obiyektiv və hərtərəfli araşdırılmaması, müdafiə etdiyi şəxsin məhkəmədə verdiyi ifadəsinə və ibtidai istintaqda hüquqi qiymət verilməməsi, digər təqsirləndirilən şəxslərin və şahidlərin onun əleyhinə ifadə verməmələri, müdafiə etdiyi şəxsin narkotik vasitəni kömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli Azərbaycana keçirilməsində bunu yerinə yetirən şəxslə birgə iştirak etmədiyi və birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etmədiyi, müdafiə etdiyi şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə rolu narkotik vasitəni Təqsirləndirilən şəxs1lə almaqla Həsən Quliyevə çatdırmaqdan ibarət olduqda satışın sübuta yetirilmədiyi, CM-nin 228.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 silahı könüllü təhvil verdiyi halda, məhkəmənin bu maddənin silahın könüllü təhvil verməklə cinayət məsuliyyətindən azad olunması barədə “Qeyd hissəsini” nəzərə almadığına dair onun müdafiəçisi Müdafiəçi3 tərəfindən irəli sürülmüş dəlillərlə razılaşmır və həmin dəlilləri aşağıda göstərilən xüsusatlara görə əsassız hesab edir. Belə ki, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarlaTəqsirləndirilən şəxs2 tanışları - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, həmçinin şəxsiyyəti istintaqa “Turac”adıiləməlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxslə satış məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs4 bədəninin daxili orqanlarında gizlədib qaçaqmalçılıqla gömrük nəzarətindən kənar və gizli olaraq Azərbaycan Respublikasının ərazisinə keçirilməsini razılaşdıraraq təşkil etmələri ibtidai istintaq dövründə və məhkəmə baxışında dindirilmiş onların hər birinin və Təqsirləndirilən şəxs4 ifadələri ilə yanaşı, işin faktiki hallarına uyğun olan şahid ifadələri ilə; toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə; məhkəmə ekspertizalarının rəyləri ilə; maddi sübutlar və elan olunaraq tədqiq edilmiş başqa çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, şəxsiyyəti istintaqa “Turac” adı ilə məlum olan İran ərazisində yaşayan şəxs narkotik vasitənin qaçaqmalçılıq yolu Azərbaycan Respublikasının ərazisinə daşınarkən, mütamadi olaraq məhkumların mobil telefon nömrələri ilə əlaqə saxlamaqla yanaşı, narkotik vasitəni bədəninin daxili orqanlarında gizlədib qaçaqmalçılıqla gömrük nəzarətindən kənar və gizli olaraq Azərbaycana keçirmiş Təqsirləndirilən şəxs4 onu Bakı şəhərinə gətirən taksi sürücüsü ilə də mobil telefon vasitəsilə əlaqə saxlamışlar. Bununla yanaşı, məhkumlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların hər biri ibtidai istintaq dövründə verdikləri etirafedici ifadələri ilə özlərini cinayətlərin törədilməsində təqsirli bilməklə yanaşı, hər birinin elan edilmiş ittiham üzrə təqsiri məhkəmədə tədqiq edilmiş üzləşdirmə və ifadələrinin hadisə yerində yoxlanılması barədə protokollarla; çoxsaylı şahid ifadələrivəekspertiza rəyləri ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır (c-1, i.v. 134-141, 308-311; c-2, i.v. 20-23, 66-69, 71-74, 90-93, 116-117, 118-123, 168-171; c-3, i.v. 35-37, 41-46, 90- 93, 95-99, 105-108,110-113, 115-121, 132-139, 140-144; c-4, i.v.11-15, 32-36, 53-56, 80-82). Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaqın gedişində və ibtidai istintaqın sonunda məhkumların hər biri öz müdafiəçiəri ilə birlikdə cinayət işinin materialları ilə tanış olduqdan sonra, hər biri tanış etmə protokolunda cinayət işinin materialı və maddi sübutlarla müdafiəçisi ilə birlikdə tam tanış olduğunu, istintaq dövründə onlara qarşı hər hansı bir qanunsuz hərəkətlərə cinayət təqibini həyata keçirən orqan tərəfindən yol verilmədiyini qeyd etməklə, onların hər birinin heç bir vəsatətinin, etirazınınvəşikayətinin olmadığını göstərərək protokolu imzalamaqla, cinayət işinin məhkəməyə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Bununla yanaşı, hüquqlarının pozulması və onların hər birinə qarşı cinayət təqibini həyata keçirən orqan tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi ilə əlaqədar ibtidai istintaq dövründə məhkumlar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya digər dövlət qurumuna hüquqlarının pozulması ilə bağlı şikayətlə müraciət etməmişlər (c-4, i.v. 92-103). Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər işinfaktikihallarına uyğun olmadığındanvətoplanmış mötəbər sübutlarla təkzib edildiyindən həmin dəlillərlə razılaşmır və təmin edilməsi üçün əsas tapmadığından, hesab edir ki, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə işin icraatına xitam verilməsi və ya onun barəsində bəraət hökmünün çıxarılması üçün heç bir əsas yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, məhkumlar: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər biri ayrı-ayrılıqda yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar və onların məhkumluqları və cəzalarını ağırlaşdıran hallar yoxdur. Birinci instansiya məhkəməsi məhkumların hər birinə təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onların cəzasını ağırlaşdıranhalların olmamasıilə yanaşı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən – hər birinin cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi məhkumlar: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin şəxsiyyətini, cəzalarını ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzalarını yüngülləşdirən halların olmasını və onları təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının hər birinin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkumların hər birinə təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə yanaşı, cinayət işi üzrə ədalətlilik və humanizm prinsiplərinin tələblərinə kifayət qədər əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxxxx 2003-cü il tarixli 04 saylıqərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə törədilmiş cinayətin xarakterinə və törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X6 Haqqında» xx xxxxxxxx 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilən zaman və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkumların törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlkəlilik dərəcəsini, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlləri törətməsini, onlardan götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsini və təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətinə, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətinə və Cinayət Məcəlləsinin 228.2-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərdə tutulduğu halda, onların hər birin həmin maddələrin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə ədalətlilik və humanizm prinsiplərinə kifayət qədər əməl etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumların hər birinə cəza məsələsi müzakirə olunarkən, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normalarına və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun xx xxxx 2003-cü il tarixli 04 nömrəli qərarının tövsiyyələrinə əməl edildiyini nəzərə alaraq hesab edir ki, onun əməli düzgün tövsif olunduğundan və ədalətli cəza təyin edildiyindən, məhkum Təqsirləndirilən şəxs2 özü tərəfindən cəzasının yüngülləşdirilməsi barədə verilmiş apellyasiya şikayəti təmin edilməməli və bu səbəbdən məhkumların hər birinin barəsində onların əməllərinin tövsifi və cəza hissəslərində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi maddi sübutlarla bağlı məsələni müzakirə etməklə əsaslı olaraq hesab etmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 165.37 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; təqsirləndirilən Təqsirləndirilən şəxs1 götürülmüş 1300 (bir min üç yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı; Naqan” sistemli, 1895-ci il nümunəli, 7,62 kalibrli, 2154 nömrəli revolver və zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik ”Naqan”və“Naqan” sistemli 1895-ciilnümunəli revolverlərdə, habelə “Piper” sistemli revolverlərdə vəsair yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş 04 ədəd patronların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə təhvil verilməsi; cinayət işinin materiallarında saxlanılan və üzərində “74-2019” sözləri yazılmış 01 ədəd CD diskin, üzərində “Təqsirləndirilən şəxs1 və ARTA, 2-52X Speed, CD-R 700 MB\80 compact DİSK” sözləri yazılmış bir ədəd CD diskin, üzərində “Təqsirləndirilən şəxs2 və ARTA, 2-52X Speed, CD-R 700 MB\80 compact DİSK” bir ədəd diskin, üzərində “Təqsirləndirilən şəxs3 və ARTA, 2-52X Speed, CD-R 700 MB\80 compact DİSK” sözləri yazılmış bir ədəd CD diskin cinayət işində saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, 393.40 (üç yüz doxsan üç manat qırx qəpik) manat təşkil edən ekspertiza xərcləri təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, habelə 178 (yüz yetmiş səkkiz) manat hissəsi isə təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Digər tərəfdən, keçirilmiş Ambulator məhkəmə-narkoloji ekspertizanın 126 saylı 24yanvar 2019-cu il tarixlirəyinə əsasən, məhkum Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsiilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Lakin, birinci instansiya məhkəməsi verilmiş həmin ekspertiza rəyini nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, narkomaniya xəstəliyindən məcburi müalicə təyin etməli olduğu halda, qanunun tələblərinə əməl etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edirki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli və Həsənağa Quliye və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumlar-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2; habelə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü əməlin tövsifi və təyin olunmuş cəza hissəsində dəyişdirilmədən saxlanılmalı, eynizamanda həmin hökm məhkum Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Məhkumlar - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2; habelə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CinayətMəcəlləsinin 93.1.2-ci maddəsinə əsasən,narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Habil Məmmədov
3. Həsən Əhmədov