Məhkəmə qərarları › İş №1(103)-44/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-44/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-44/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı3 Agakərim oğlunun, Bəraət almış şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1975-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilmiş, iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilmiş, Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail Rayon Prokurorluğuna göndərilməsi, maddi sübut kimi saxlanılan 0,341 qram narkotik vasitə olan “heroin” araşdırma sona çatanadək Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılması, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 448 (dörd yüz qırx səkkiz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilməsi hökm edilmişdir. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı X6 apellyasiya protesti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmünün ləğv edilməsi və onun CM-nin həmin maddəsi ilə təqsirli bilinib, məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin cinayət prosessual qanunvericiliyinə riayət etmədən tərtib olunması göstərilsə də hökmdə bu barədə qeyd olunanlar əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, məhkəmə şahid ifadələrində, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindəki qeyd olunan nüanslara əhəmiyyət verməyərək, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə istinad etmiş, bununla da məhkəmə hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları müqayisəli tədqiq etməmiş, gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayaraq, ziddiyyətli sübutlara əsaslanmışdır. Bundan əlavə, məhkəmə hökmdə iş materiallarında Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması haqqında 18.05.2020-ci il tarixli protokola əlavə edilmiş DVD diskdə video görüntünün olmamasını qabartmaqla sübutların məhkəmədə tədqiq edilməsini mümkünsüz hesab etməsi, üzərinə baxış keçirilərkən video çəkilişdən istifadə etməklə və protokola əlavə etməklə özünü ona istinad edilən cinayət əməlində təqsirli bilməyən Təqsirləndirilən şəxs təqsirinin müəyyən edilməsində mötəbər və təkzibedilməz sübut növü ola biləcəyini göstərməklə, habelə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi halda, həmin görüntüləri əks etdirən DVD diskdə isə heç bir video görüntünün olmamasını nəticə etibarı ilə ona qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olması görüntüsü yaratmağa cəhd kimi qiymətləndirməklə CPM-in 144-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan maddəyə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı olduğu halda, məhkəmə sübutlara birtərəfli qaydada qiymət vermişdir. Belə ki, əvvəla iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 18.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilərkən orada polis əməkdaşları ilə yanaşı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X15 da iştirak etmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən göy rəngli cins şalvarının arxa cibindən 1 ədəd çüzdanın (pul kisəsi) içərisindən digər şəxsi əşyaları ilə yanaşı, 1 ədəd siqaret sellofanına bükülmüş, toz-kristal şəkilli, spesifık qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olan heroin olmasını, 18.05.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisindəki bazarın yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Qeyd olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı tərəflərə qabaqcadan xəbərdarlıq edilməklə ‘'Samsung A-5” markalı telefonla video çəkilişi aparılmış və tərəflərin hər biri prtokolla tanış olaraq imzaları ilə təsdiq etmiş və bu zaman nə Təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən istintaq hərəkətinin, yaxud video çəkilişin aparılması ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Hətta məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özü də 18.05.2020-ci il tarixdə polis bölməsində təhqiqatçı Əfqan Əliyevin otağında üzərinə şəxsi axtarış və götürmə aparılan vaxt orada polis əməkdaşı tərəfindən video çəkilişin aparıldığını təsdiq etmiş, lakin təhqiqatçıya cibində olan pul kisəsinin içərisinə narkotik vasitənin kimin tərəfindən qoyulduğunu demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol və əlavə edilmiş 1 ədəd DVD disk də ittiham tərəfinin təqdim etdiyi sübutlar siyahısına daxil olduğundan həmin sübutun da tədqiq edilməsi ardıcıllığını ittiham tərəfi, yəni məhkəmə prosesində dövlət ittihamçısı müəyyən etməli idi. Lakin məhkəmə sübutların tədqiq edilməsi ardıcıllığına riayət etməyərək, arbitr funksiyasından kənara çıxaraq təqsirləndirilən şəxsə hansı məzmunda ifadə verməsini göstərməklə, hələ hazırlıq iclasında iş üzrə bəraət hökmü çıxaracağını bəlli etmişdir. Daha sonra, məhkəmə hökmdə göstərmişdir ki, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həllində hər hansı halın sübut edilməsində istifadə edilə bilməz. İstintaq və digər prosessual hərəkətin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaqın keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan bu hərəkətin həyata keçirilməsi halı da aiddir. Lakin məhkəmə hökmdə bu barədə qeyd olunan fikirləri də əsaslandırmayaraq iş üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması deyəndə konkret olaraq hansı pozuntulara yol verilməsinin nəzərdə tutulduğunu, istintaqın keçirilməsində iştirakı məcburi olan subyektin konkret olaraq kim və ya kimlərdən ibarət olmasını açıqlamamışdır. İttihamdan aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış, 18 may 2020-ci il tarixdə, saat təxminən 13:45-də Səbail RPİ-nin 8-ci PB-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanlıaraq, ünvan 2əşən Səbail RPİnin 8-ci PB-nin inzibati binasına dəvət edildikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindəki pul kisəsinin içərisində bir ədəd siqaretin şəffaf sellofanına bükülü halda təmiz çəkisi 0,341 qram narkotik vasitə olan herion aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı bəraət almış şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, sübuta yetirmişdir ki, narkotik vasitə ona aidiyyəti yoxdur. Məhkumluğu yoxdur. Etmədiyi hərəkətə görə cəza almaq istəmir. Bu düzgün deyildir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı3 Ağakərim oğlu apellyasiya protestinin dəlillərini müdafiə edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 çıxış edərək apellyasiya protestinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Təqsirləndirilən şəxs son söz olaraq ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 1998-ci ildə ailə həyatı qurub. Bir oğlan övladı olmuş və o, İkinci Qarabağ döyüşlərində şəhid olmuşdur. Məhkumluğu olduğundan yoldaşı ilə rəsmi olaraq boşanıblar ki, gələcəkdə ailəsi buna görə problem yaranmasın. 18 may 2020-ci il tarixdə yaşadığı evə təxminən 150-220 metr qalmış, mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb bildiriblər ki, polis əməkdaşlarıdır. Bundan sonra onu polis bölməsinə getməyə dəvət ediblər. O, polislərin təklifini qəbul edib və birlikdə 8-ci polis bölməsinə gəliblər. Bölmədə ilk olaraq onu əməliyyatçıların otağında saxlayıblar. Təhqiqatçının otağına aparana kimi əməliyyatçı Azər ona aid olmayan narkotik vasitəni götürüb pul kisəsinin cibinə qoymuşdur. Bundan sonra, təhqiqatçının otağında daha əvvəl pul kisəsinin cibinə qoyulmuş bükülünü cibindən çıxararaq masanın üzərinə qoyulmuşdur. Onun üzərində isə ümumiyyətlə hər hansı bir qadağan olunmuş əşya olmamışdır. Qeyd edir ki, ona istinad edilən cinayət əməlini törətməmişdir və buna görə də ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Cinayət məsuliyyətindən azad olunmasını və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən olunub ki, Bibi-Heybət qəsəbəsi sakini Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Məlumatın yoxlanılması məqsədi ilə Bölmənin əməliyyat müvəkkili Razi Məmmədovun və köməklik məqsədi ilə çağırılan DİN-in BNMİ-nin əməkdaşları Natiq İsbatov və Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılıb. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onlar Bibi-Heybət qəsəbəsinə yollanıb. Məlumatda onlara bildirilən Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşıb özlərini təqdim edib Cavidi 8-ci polis bölməsinə dəvət ediblər. Əməliyyat qrupunda olan şəxslərin və həmin bölmənin təhqiqatçısı polis kapitanı Əfqan Əliyevin və müdafiəçi qismində dəvət olunmuş Anar Hadıyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ arxa cibində olan pul kisəsinin içərisindən bir ədəd siqaretin şəffaf sellofanına bükülü halda narkotik vasitəyə oxşar maddə aşkar edilib. Həmin maddə müvafiq ekspertizaya göndərilib və məlum olub ki, həmin maddə narkotik vasitə olan heroindir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1, X10, həmçinin əlavə şahid qismində dindirilmiş X8, X16 və X11 ifadələrində şahid X4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermiş və Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparıldığını göstərmişlər. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq etmişlər. Bu hal apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş videoçəkiliş barədə disk Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparıldığını sübut edir. İş materiallarından müəyyən olunur ki, 18 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPl-nin 8-ci PB-nin təhqiqatçısı polis kapitanı Əfqan Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 19 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində "həbs” qətimkan tədbirinin seçilməsi üçün Səbail rayon prokurorluğuna vəsatətlə müraciət olunmuş, Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən həmin vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2020-ci il tarixli, 6/812 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan zərfdəki, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,341 qr, olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X1 05.11.2020-ci il tarixli, 3133 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(103)-1340/2021 saylı qərarı ilə xx xxxx 1975-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 04 fevral 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25.01.2022-ci il tarixdə Xətai RPİnin əməkdaşları tərəfindən tutularaq 26.01.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09.05.2017-ci il hökmünə əsasən 02 il müddətə azadlıqdan məhrum edilmiş və 24.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə iş materiallarında olan sübutları qarşılıqlı müqayisəli tədqiq edərək qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli tam və obyektiv araşdırma aparılmamışdır. Şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli sübuta yetirilmişdir. Bu cinayət əməli, ekspertiza rəyləri, şahid ifadələri ilə yanaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparıldığı video çəkilişlə sübut olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. AR CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan tələbnamədən müəyyən olunur ki, o, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09.05.2017-ci il hökmünə əsasən 02 il azadlıqdan məhrum edilmiş və 24.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallardan biri cinayətlərin residividir. AR CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. AR CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş və o, yenidən cinayət əməli törətmişdir. Bu baxımdan məhkəmə kollegiyası AR CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından müəyyən olunur ki, 18 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPl-nin 8-ci PB-nin təhqiqatçısı polis kapitanı Əfqan Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 19 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində "həbs” qətimkan tədbirinin seçilməsi üçün Səbail rayon prokurorluğuna vəsatətlə müraciət olunmuş, Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən həmin vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi göstərilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 04 fevral 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25.01.2022-ci il tarixdə Xətai RPİnin əməkdaşları tərəfindən tutularaq 26.01.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək tutulduğu 02 gün və 13 aprel 2021-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə olduğu 2 ay 09 gün müddət cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. AR CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası, AR CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 18 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək tutulduğu 02 gün və 13 aprel 2021-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə olduğu 2 ay 09 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. AR CM-in 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. AR CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə kollegiyası, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, maddi sübut kimi saxlanılan 0,341 qram narkotik vasitə olan “heroin” məhv məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X15 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. AR CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. AR CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, X12 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarı tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının: 4-cü bəndinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). 30-cü bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351, 353, 356, 397.1, 397.2, 398.1.2, 399.1.2, 401.1.1, 401.1.2, 401.1.3 və 410-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmü bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 18 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək tutulduğu 02 gün və 13 aprel 2021-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə olduğu 2 ay 09 gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində 09 (doqquz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi saxlanılan 0,341 qram narkotik vasitə olan “heroin” məhv edilsin. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatının videogörüntülərinin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə tutulsun. Dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X3 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar