Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-45/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçilər – «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 670-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Akademik Qarayev küçəsi, dalan 2, ev 4-də qeydiyyatda olub, Bakı şəhəri, İ.Məmmədov küçəsi, ev 15-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılov) 25 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 8 oktyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması müəyyən edilmişdir. Hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması müəyyən edilmiş, iş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmışdır. Hökmlə həmçinin maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə, yəni, xeyli miqdarda N.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Təqsirləndirilən şəxs2 vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı özünü cinayətkar aləmdə «Maqa» ləqəbi ilə tanınan nüfuz sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs1, qrup üzvlərindən olan Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hövsan qəsəbəsinə kafeyə dəvət etmiş, sonuncu bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmiş, orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əli ilə göstərərək sonuncuya olan 8.500 manat pul borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, N.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açılacağını, odlu silahla vurulacağını deyərək və qrupun digər üzvü «Elnur» adlı şəxs Təqsirləndirilən şəxs1 dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda N.000 manat pul verməsini hədəqorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X9 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 aldığı 2.000 manat pulu Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmiş, sonrakı müddətdə Təqsirləndirilən şəxs2 və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda N.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əskinaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmışdır. Bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs2 şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əskinazlarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda N.000 manat pulu hədəqorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Təqsirləndirilən şəxs2 vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı Təqsirləndirilən şəxs2, onun yanında olan qrup üzvlərindən özünü cinayətkar aləmdə «Maqa» ləqəbi İlə tanınan nüfuz sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hovsan qəsəbəsinə kafeyə dəvət etmişdir. Zərərçəkmiş şəxs bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmişlər. Orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əli ilə göstərərək sonuncuya olan 8.500 manat borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, N.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açacağını, odlu silahla vurulacağını demiş və qrupun digər üzvü «Elnur» adlı şəxs Təqsirləndirilən şəxs1 dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda N.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X9 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə aldığı 2.000 manat pulu Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs2 və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda N.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs2 şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxslər X6 və Təqsirləndirilən şəxs2, həmçinin onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum edilmiş şəxs X6 hökmdən apellyasiya şikayəti verib ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində yaşlı xəstə anasının olmasını, anasına ondan başqa baxanın olmadığını, ondan heç kimin şikayətçi olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs X3 müdafiəçisi X7 apellyasiya şikayəti verib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021 nömrəli iş üzrə 25.05.2021-ci il tarixli hökmünü ləğv edərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz nəticəsini yalnız zərərçəkmiş şəxsin ifadəsi üzərində qurmuşdur. Belə ki, məhkəmə zərərçəkmiş şəxsin məhkəməyədək istintaq zamanı verdiyi ifadələrlə məhkəmə istintaqında verdiyi ifadələri müqayisəli şəkildə təhlil edib qiymətləndirməmişdir. Halbuki iş materiallarından görünür ki, zərərçəkmiş şəxs məhkəməyədək istintaqda bir-birinə zidd olan ifadələr vermişdir. Belə ki, mobil telefon aparatlarından alınmış məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə 30 aprel 2019-cu il tarixdə axşam saatlarından 01 may 2019-cu il tarixə keçən gecə bir yerdə olmuşlar. Lakin 7 yanvar 2020-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, zərərçəkmiş ifadə verən zaman hadisənin aprel ayında baş verdiyini, ifadə verən zaman həyəcanlı olduğu üçün ola bilsinki tarixi tam dəqiq deyə bilmədiyini qeyd etmişdir. Məhkəmə hökmündən görünür ki, məhkəmənin nəticəsi yuxarıda qeyd olunan ziddiyyətli ifadələrlə əsaslandırılmışdır. Məhkəmə hökmdə zərərçəkmiş şəxsin istintaqda və məhkəmədə verdiyi ifadələrdən hansını mötəbər sübut kimi qəbul etdiyini və sübut kimi istinad etdiyi zərərçəkmiş ifadəsinin hansı sübutlarla və işin hansı halları ilə öz təsdiqini tapdığını göstərməmişdir. Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan əlavə hökmdən görünür ki, məhkəmə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin istifadəsində olan telefonların anten dairələrinə əsaslanmışdır. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs1 istintaqda və məhkəmədə verdiyi ifadələrində birmənalı şəkildə göstərmişdir ki, həmin telefon, yəni ***-***-**-** mobil nömrəsi həmin vaxt onun istifadəsində olmamışdır. İşin bu halı məhkəmə eləcə də, istintaq orqanı tərəfindən araşdırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi bu hal istintaq tərəfindən yoxlanılmalı idi. Bu məqsədlə istintaq həmin telefon nömrəsinin müvafiq tarixlərə uyğun zənglərini, bu zənglərin kimə edildiyini aşkarlayaraq, həqiqətən də həmin dövrdə telefonun Təqsirləndirilən şəxs1 istifadəsində olub-olmadığını aydınlaşdıra bilərdi. Digər tərəfdən hətta məhkəmənin istinad etdiyi, yuxarıda qeyd edilən sübutlar mötəbər sübutlar olsa idi belə, yəni zərərçəkmişin verdiyi ifadələr ziddiyyətli olmasa, anten məlumatlarına əsasən doğurdan da həmin tarixdə Təqsirləndirilən şəxs1 hadisə yerində olması müəyyən olunsa idi belə bu Təqsirləndirilən şəxs1 ittihamda göstərilən cinayəti törətməsini təsdiq etmirdi. Belə ki, zərərçəkmişin ifadəsindən başqa həmin vaxt Təqsirləndirilən şəxs1 Hövsan qəsəbəsində dənizkənarı kafedə görüşməsini və ən əsası da görüş zamanı tapança səsi çıxaran hərəkətlər etməsi və yaxud balta çıxararaq zərərçəkmiş şəxsi hədələməsinə dair işdə heç bir sübut yoxdur. Bu barədə isə zərərçəkmiş şəxsin ifadələri yenə də ziddiyyətlidir və zərərçəkmişin ziddiyyətli ifadələr verməsi onun səmimi olmadığını göstərir və bütün ifadələrini şübhə altına alır. İşə baxılan zaman məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs həmin vaxt “Maqa” kimi özünü təqdim edən şəxsin bel nayihəsindən tapança çıxararaq ona nümayiş etdirdiyini, sonra isə üzərindən balta çıxararaq masanın üzərinə qoyub pulu çatdırmasa orqanlarını kəsəcəyi ilə hədə-qorxu gəldiyini bildirmişdir. 20 iyun 2019-cu il tarixli zərərçəkmiş şəxsin dindirilməsi, 7 yanvar 2020-ci il tarixli zərərçəkmiş şəxsin əlavə dindirilməsi protokollarından isə görünür ki, zərərçəkmiş şəxs bu barədə ziddiyyətli ifadələr vermişdir. Belə ki, o həmin ifadələrində Təqsirləndirilən şəxs1 masanın altında əlində nəsə silah səsinə oxşar bir əşyanın səsini çıxartdığını, lakin Marifin əlindəki əşyanın silah olubolmamasını dəqiq bilmədiyini, həmin əşyanı görmədiyini ,bir qədər sonra kafedə əyləşən zaman Marifin masanın altından təxmini uzunluğu 30-40 sm olan qara rəngli sapı olan balta çıxardıb masanın üstünə qoyaraq zərərçəkmişi qorxutduğunu qeyd edir. Digər tərəfdən 20 iyun 2019-cu il tarixli şübhəli şəxsin dindirilməsi və 22 iyun 2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokollarından isə görünür ki, Təqsirləndirilən şəxs2 bu barədə tamam fərqli ifadə vermiş və Təqsirləndirilən şəxs1 üzərində nə silah, nə də ki balta olmadığını sadəcə bıçaq olduğunu qeyd etmişdir. Bundan əlavə, zərərçəkmiş Zərərçəkmiş şəxs 07 yanvar 2020-ci ildə əlavə dindirmə zamanı izahatında həmin baltanın təxminən uzunluğunun 30-40 sm olduğunu qeyd etmişdir. Lakin zərərçəkmiş şəxs tərəfindən verilən ifadənin həqiqətə uyğun olmadığı bir daha təsdiqlənir. Ümumiyyətlə Zərərçəkmiş şəxs dediyi kimi şəxsin üzərində eyni zamanda tapança və təqribi uzunluğu 30-40 sm olan baltanın olması absurd məsələdir. Digər tərəfdən Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, onlar Hövsan qəsəbəsinə ona məxsus və hazırda satdığı üçün nömrə nişanını bilmədiyi “Subaru” markalı avtomobillə birlikdə getmiş və sonradan dəniz kənarında kafedə əyləşmişlər. Şəxsin üzərində balta və tapança olsa idi belə, onsuzda bir yerdə getdikləri avtomobildə və yaxud dəniz kənarına gedərkən həmin predmetlərin fərqinə varardı. Lakin məhkəmə bu halları nəzərdən qaçırmış və zərərçəkmişin ziddiyyətli ifadələrini mötəbər sübut kimi qiymətləndirmişdir. Göründüyü kimi bu ifadələrin heç biri digər sübutlarla öz təsdiqini tapmır və Təqsirləndirilən şəxs1 isə öz ifadələrində birmənalı olaraq belə bir hal olmadığım qeyd edir. Yuxanda qeyd edilənlərdən görünür ki, Zərərçəkmiş şəxs verdiyi ifadələr bir- biri ilə ziddiyyət təşkil edir və onun həqiqətə uyğun olmasını şübhə altına atır. Eyni zamanda zərərçəkmiş öz ifadəsində göstərir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa orada digər şəxslər də, özünü “Elnur” kimi təqdim edən şəxs və daha sonradan onların yanma gələn tanımadığı 4 nəfər şəxs də iştirak etmişdir. Həmin şəxslər əgər doğurdan da hadisə yerində iştirak etmişdirsə aşkarlanıb şahid qismində dindirilərək bu halı təsdiq və yaxud təkzib edə bilərdilər. Göründüyü kimi ittiham tərəf təqsirləndirilən şəxsə elan etdiyi ittihamı məhkəmədə sübut edə bilməmişdir. Bu cinayət tərkibinin yaranması üçün qəsd obyekti qismində özgənin əmlakı çıxış etməlidir. Lakin sözü gedən pul onsuzda Təqsirləndirilən şəxs2 özünə məxsus olub, borc qismində verilən puldur. İş materiallanndan da müəyyən olunur ki, həqiqətən də zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 borclu olmuşdur. Təqsirləndirilən şəxs eləcə də borcun məbləği barədə ziddiyyətli ifadələr vermişdir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Öz ərizəsində Təqsirləndirilən şəxs2 5500 manat borc aldığını qeyd etmişdir. 7 yanvar 2020-ci il tarixində dindirmə zamanı isə ifadəsində qeyd etmişdir ki, o Pərvindən ümumilikdə 10500 manat pul borc almışdır. Həmin 5500 manat borcu əvvəldən götürmüş, sonradan isə əlavə 5000 manat da borc götürmüşdür. Yəni ümumilikdə 10500 manat borc almışdır. Daha sonra həmin borcdan 2000 manat qaytarmış və 8500 manat borcu qalmışdır. Həmin 8500 manat pulu Təqsirləndirilən şəxs2 hadisədən sonrakı bir ay ərzində tam şəkildə qaytardığını qeyd etmişdir. Yəni 2000 manat hadisə günü, 6000 manatı isə sonradan qayatararaq borcu tam şəkildə bitirdiyini demişdir. Lakin göründüyü kimi zərərçəkmiş şəxs borcu tam şəkildə ödədiyini desə də ortada 500 manat pul qalır. Göründüyü kimi zərərçəkmiş şəxs ümumilikdə borcu danmır. 20 iyun 2019-cu il tarixli dindirmə protokolundan, 9 oktyabr 2019-cu il tarixli zərərçəkmiş Zərərçəkmiş şəxs və təqsirləndirilən Təqsirləndirilən şəxs1ın üzləşdirmə protokolundan, eləcə də Bakı şəhəri Xətai rayon məhkəməsində iclas zamanı verdiyi ifadədən görünür ki, zərərçəkmiş Təqsirləndirilən şəxs2 10.500 manat borc aldığını qəbul edir. Deməli Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sadəcə öz əmlakını, öz borcunu tələb etmişdir. Təqsirləndirilən şəxs1 isə öz ifadələrində hadisə yerində olmadığını bildirmişdir. Məhkəmədə sübut kimi istinad olunan anten məlumatlarından Təqsirləndirilən şəxs1 hadisə yerində olması müəyyən olunmuş olsaydı belə, onun Zərərçəkmiş şəxs üzərində zor göstərərək ondan əmlak tələb etməsi sübuta yetmir. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş borcun geri qaytarılmasını istəmiş, əlavə heç bir məbləğ tələb etməmişdir. Təqsirləndirilən şəxs2 16 mart 2020-ci il tarixli istintaqa verdiyi ifadədə də yuxarıda qeyd edilən halları təsdiq etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs2 üzərindən tapılan 1400 manat pul məhkəmə tərəfindən maddi sübut kimi qiymətləndirilmişdir. Lakin özü-özlüyündə məhkəmənin və istintaqın maddi sübut kimi qiymətləndirdiyi 1400 manat pul əskinazlarının Təqsirləndirilən şəxs2 üzərində aşkarlanması onun zərərçəkmişin əmlakım hədə-qorxu ilə tələb etməsi halım sübut etmir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsinin, nə də digər cinayət əməlinin tərkibinin olması sübuta yetmir. Hökmdən Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verib məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu, belə ki, Zərərçəkmiş şəxs öz pulu olan N.000 manatını tələb etdiyini, həmin faktın məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığını, hətta Zərərçəkmiş şəxs ona olan borcundan 2000 manat nağd pulu 2021-ci ilin fevral ayında valideynlərinə qaytardığını bildirmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır. Sadalananları nəzərə alaraq barəsində qəbul edilmiş hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2021-nömrəli cinayət işi üzrə 25 iyun 2021-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs2 barəsində ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri olmuşdur. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs ondan borc pul istəmiş, o da Aqillə birlikdə valideynlərinin yaşadıqları evə getmiş, anasından N.000-manat pul alaraq Aqilə vermişdir. Bundan əlavə həyat yoldaşının təxminən 6000-7000-manat dəyərində olan qızıllarını götürmüş, Aqillə birlikdə Aqilin tanıdığı Lombarda getmiş, Aqil həmin qızılları və özünə aid az miqdarda qızılarını da lombarda qoyaraq 3.500-manat pul götürmüşdür. Aqil ona olan borcunu iki ay müddətində qaytarmalı idi. Lakin iki ay tamam olandan sonra Zərərçəkmiş şəxs pulu qaytarmadığı üçün o pulunu Aqildən istəmişdir. Aqil pulu qaytaracağına söz versə də pulu qaytarmamışdır. Həmin pul valideynlərinin pulu olduğu üçün valideynləri də pulu ondan istəməyini həmişə tələb etmişlər. Onun əlimdə sənəd olmadığı üçün rəsmi orqanlara müraciət etməmiş Aqildən özü pulunu almaq istəmişdir. Eyni zamanda valideynləri anası X5 və atası X8, əmisi X10 da Aqili tanıdıqlarına görə onlar da Aqilə zəng edərək ondan pulu istəmişlər. Aqillə valideynlərim və əmim arasında da bu barədə söhbətləri olmuşdur. Lakin Aqil onlara da pulu qaytaracağını bildirsə də pulu qaytarmamışdır. O ordudan tərxis olunandan sonra Aqildən pulu təkidlə tələb etməyə başlamışdır. Həmçinin Aqilin pulu qaytarması üçün tanıdıqları şəxslərə də müraciət etmişdir. 2019-cu ilin aprel ayının 30-da Aqildən başqa şəxslərlə birlikdə pulu tələb edəndə Aqil ona 2000-manat pul qaytarmışdır. Qalan borcu da qaytaracağını bildirmişdir. 2019-cu ilin iyun ayında Aqil ona zəng edərək pulu verəcəyini bildirmiş, pulu almaq üçün Aqillə görüşüb ondan 1.400-manat alan zaman polislər onu tutmuşdular. Təqsirləndirilən şəxs2 ilkin izahatında və polis əməkdaşları onu saxlayan zaman da o polis əməkdaşlarına Aqilin ona borclu olduğunu və ondan borcunu istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı, eyni zamanda ilkin ərizəsində, izahatlarında və ilkin ifadələrində Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs2 borc pul almasını, qızılları lombarda qoyub pul götürmələrini, Pərvinin valideynləri ilə tanış olmasını, onların evində çörək yeməsini, Pərvinin valideynlərinin də ondan pulu tələb etmələrini təsdiq etmişdir. Pərvin onun üstünə adamlar gətirdiyi üçün şikayət etdiyini, eyni zamanda o pulu Pərvinə qaytardığını bildirmiş, lakin pulu nə vaxt, harada və kimə qaytarmasını izah edə bilməmişdir. Eyni zamanda məhkəmə iclasında 2021-ci ilin fevral ayında Pərvinin valideynlərinə borcundan 2000-manat qaytarmasını bildirmişdir. Cinayət işinin materialllarından görünür ki, zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova yazdığı ərizədə göstərmişdir ki, əvvəllər tanıdığım Pərvin adlı şəxsdən 2018-ci ilin oktyabrında 5.500 manat borc pul almış, təxminən 3-4 aydan sonra Pərvin ona bildirdi ki, borcun var. O, borcunun 5.500-olduğunu bildirəndə Pərvin onunla görüşməyi təklif etmiş. Xalqlar dostluğu metrostansiyasının yanında onunla görüşərkən Pərvinin yanında getmiş, özlərini onun qohumu kimi təqdim edən 2 nəfər şəxs ondan icazəsiz idarə etdiyi Subaru markalı avtomaşınınən arxa hissəsinə oturaraq ona söhbət etmək üçün Hövsan qəsəbəsinə sürdürmüşlər. Hovsan qəsəbəsində dəniz qırağında əlavə 4 nəfər Opel markalı maşında onlara yaxınlaşmışlar və ona hədə-qorxu gələrək N.000-manat pulu verməyəcəyi təqdirdə öldürəcəklərini bildirmişlər və son bir ay ərzində ondan 8.500 manat pul almışlar. Əlavə olaraq 4.500 manat da ödəməyini tələb etmişlər. Mən bu barədə dostum Amidə bildirəndə o tanışı Ceyhunla əlaqə saxlayıb ona məlumat verdi. Ceyhunun göndərdiyi Babək adlı şəxslə birlikdə Pərvin və Elnurla görüşüb borc barədə söhbət etdik və onlar bildirdilər ki, 2000manat da verdikdən sonra bu məsələ bağlanır. Bundan sonra Babək və Ceyhun söhbətdə iştirak etdiklərinə görə məndən 3000-manat tələb etdilər. Xahiş edirəm həmin şəxslər barəsində qanuni tədbir görəsiniz. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs 20.06.2019-cu il tarixdə dindirilərkən ifadəsində bildirmişdir ki, 9 ay əvvəl Pərvindən 10.500-manat borc pul alıbdır. 2 ay keçməmiş Samir adlı şəxs hərbi hissəyə gəlmiş ondan Pərvinin pulunu istəmişdir. O, da demiş ki, 10.500-manat alıb, onu da qaytaracaq. Təxminən 2 ay əvvəl Pərvin “Maqa” ilə gəlmiş və ondan N000-manat pul tələb etmişlər. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs 07.01.2020-ci il tarixdə dindirilən zaman ifadəsində bildirmişdir ki, əvvəl 5.500, sonra da 5000-götürüb, 2000-qaytarıb, qalıb 8.500-manat borc. Pərvinə 8500 manat borcunu tam şəkildə qaytarmış, hadisədən sonraki bir ay ərzində, həmin 8.500 manat pulu hadisə baş verən günü Pərvinə verdiyim 2000-manat pulla birlikdə vermiş, 2000-manat hadisə günü sonradan da 6000-manat pulu vermişdir. Pərvin ondan artıq pul tələb etdiyi üçün polisə şikayət etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 20.06.2019-cu il tarixdə verdiyi ifadəsində Zərərçəkmiş şəxs ondan hissə-hissə olmaqla N.000-manat pul aldığını, sonuncu ilə görüş zamanı Aqil özünün də hesablamış və bildirmişdir ki, ona N.000manat borcu vardır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 11.09.2019-ci il tarixdə dindirilərkən 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs onun 6000-7000-manat dəyərində qızıl əşyalarını lambarda qoyaraq 3.500-manat pul götürmüşdür. Lakin istintaq zamanı lambardla bağlı heç bir istintaq hərəkəti aparılmamış, bu barədə Zərərçəkmiş şəxs bu barədə ifadə alınmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Pərvindən 10500manat borc almasını, əlavə olaraq qızılı lambarda qoyaraq 3.500 pul götürməsini bildirmişdir. Həm də bildirmişdir ki, Pərvinə olan borcunu 30.04.2019-cu il tarixdən sonra Pərvinlə görüşərək ödəmişdir. Lakin pulu nə vaxt, harada, hansı məbləğdə ödəməsini bildirə bilməmişdir. Təqsirləndirilən şəxs2 isə 30.04.2019-cu ildən sonra Aqillə görüşmədiyini ondan pul almadığını bildirmişdir. Bu müddətdə Pərvinlə Aqil arasında heç bir telefon danışığı olmamışdır. Bu da onu göstərir ki, Aqil Pərvinə 30 aprel 2019-cu il tarixdə verdiyi 2000-manatdan başqa pul verməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Pərvinə məxsus qızıl əşyalarını lambarda qoyub 3.500 manat pul götürməsini bildirmişdir. Hətta 2021-ci ilin fevral ayında borcundan 2000-manat pulu da Pərvinin valideynlərinə ödəməsini bildirmişdir. Zərərçəkmiş şəxs özünün ərizəsinə, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrə obyektiv yanaşılarsa müəyyən olunar ki, Zərərçəkmiş şəxs lambarda qoyulan qızıllarla birlikdə 14.000-manat pul almışdır. Lambarda Zərərçəkmiş şəxs da qızıl qoyması nəzərə alınarsa Aqilin Təqsirləndirilən şəxs2 N.000-manat borcu olması öz əksini tapır. Bütün bunlar onu təsdiq edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs yalnız borcunu tələb etmişdir. Ondan borcdan artıq pul tələb olunmamışdır. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı toplanmış sübutları məcmu qaydada təhlil etdikdə aydın surətdə görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Aqilin ona olan borcunu tələb etmişdir. Özgə əmlakını, yəni Aqilin əmlakını tələb etməmişdir Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi məqsədi ilə məhkəmə baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirib apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə, məhkum edilmiş şəxslərin və müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş şəxsin isə şikayətlərin təmin edilməsinə etiraz etməməsi ilə bağlı çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə əhatə olunan cinayət əməllərinə münasibətdə Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən onlara təqsirli bilindikləri həmin maddə ilə cəza təyin edilməməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olmaları mötəbər sübutlarla təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrinin tərkibinin olmadığı, onların əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda, həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi yalnız Zərərçəkmiş şəxs digər sübutlarla uzlaşmayan ziddiyyətli ifadələrinə istinad etməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildə ailə problemi ilə bağlı ondan borca pul istəmiş, əlində pulu olduğuna görə N.000 manat borcu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs daha sonra yenə ona müraciət edib yenidən borca pul verməsini xahiş etmiş və ona iki borcu bir yerdə qaytaracağına dair söz vermişdir. Onun da Zərərçəkmiş şəxsla gedişi-gəlişi olduğuna görə, sonuncunun bu müraciətinə də razılıq vermişdir. Bundan sonra həm o özündə olan qızılları, həm də Zərərçəkmiş şəxs özündə olan az miqdarda qızılları “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən lombarda qoyub əvəzində 3500 manat pul götürmüşlər. Lakin Zərərçəkmiş şəxs lombarddan götürdükləri pulun əvəzində verilməli olan pulları qaytarmamış, bu səbəbdən də lombarda qoyulmuş qızıllar da batmışdır. Zərərçəkmiş şəxs həmin ilin dekabr ayında gəlib onun ailə üzvləri ilə danışmış, salonu olduğunu, aya 4000 manat pul aldığını, verməli olduğu pulları həmin ay qaytaracağını demişdir. Lakin bu dəfə də Zərərçəkmiş şəxs borcunu qaytarmamış, telefonlarına cavab verməmiş, görüşə gəlməmişdir. Onun Moskvada yaşayan Akif adlı dostu, kursant yoldaşı olduğundan onunla əlaqə saxlamışdır, Akif Emin adlı onun tanışı olduğunu, həmin şəxslə birlikdə gedib dostcasına danışmasını demişdir. Bundan sonra o, görüşmək istəməsi barədə Aqilin özünə demiş, sonuncu da qəbul etmişdir. Gedib kafedə oturub danışmışlar, zərərçəkmiş şəxs yenə vaxt istəmiş, borcu 1-2 aya qaytaracağını bildirmiş, sonra ona zəng edib 1400 manat pul qaytaracağını bildirmişdir. Lakin o gedib pulu alanda onu hədə-qorxu ilə aldığını bildirib tutmuşlar. Yekunda özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilkin olaraq N 000 manat borc pul vermiş, pulu verəndə orada Aqil və onun özü olmuşdur. 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs verdiyi pulu əmisindən alıb gətirib “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında maşının içində vermişdir. Əmisinə müraciət etdiyi zaman, sonuncudan pulu borca istədiyini demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs yenə ona müraciət edərək, ailəsində problemləri olduğunu deyib ondan borca pul istəmişdir. Bundan sonra Aqillə birlikdə lombarda getmişlər və qızılları qoyaraq Aqil pul götürmüşdür. “Memar Əcəmi” metrostansiyasının yaxınlıındakı lombardda qızılları onun adına qoymuşlar. Lombarda qoyulmuş qızıllara münasibətdə lombard onlara cəmi 3500 manat pul vermiş, həmin pulun hamısını Aqil götürmüşdür. Beləliklə də Aqilin ona borcu ümumilikdə 16.500 manat təşkil etmişdir. Aqilə N 000 manat birinci borc verməsi ilə, lombarddan 3500 manat pulu Aqilin götürməsi prosesləri arasında 1 ay 15 gün - 2 ay arası vaxt kəsiyi olmuşdur. İlk dəfə Aqilə N.000 manat pulu borc verdiyi zaman Aqil ona həmin pulu 1 həftəyə qaytaracağını demişdir. Lakin Aqil ona yalnız 2000 manat qaytarmış, bunu da 2019-cu ilin aprel ayında etmişdir. Kafedə Aqil, o və Emin oturmuşlar. Emin dostu Akifin onunla tanış elədiyi adam olmuşdur. Sonra “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı kafedən Hövsan qəsəbəsinə gedərək, orada kafedə oturub pulla bağlı söhbət etmişlər. Söhbət zamanı Emin,- “borcu müəyyən edək, bəlkə Pərvin sənə borcludur” deyə bildirmiş, Aqil isə,- “Pərvinə borcum var, bilirəm. 2 000 manat var evimdə qaytaracam”. Deyə bildirmişdir. Həmin görüşlərinə o, əmisini çağırmamışdır, çünki həmin vaxt Aqil pulu verməmişdir. Kafedə olduqları müddətdə balta söhbəti olmamış, orada ancaq Aqil, o və Emin olmaqla 3 nəfər olmuşlar. Kənarda başqa heç kim olmamış, onların arxasınca başqa maşın gəlməmişdir. Kafedə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs hərbi şəhərcikdə olan evinə getmiş, bir qədər sonra orta yaşlı bir kişi 2.000 manat pulu Aqilə vermiş, o isə həmin pulu ona vermiş, Aqil ona həmçinin borcunun qalanını da 2 ay ərzində qaytaracağını demiş, Aqil evinə, Emin taksi ilə olmaqla, onlar da evlərinə çıxıb getmişlər. Aldığı 2000 manat pulu aparıb evə vermişlər. Aqil ümumilikdə N 000 manatdan 2000 manatını vermiş, qızıldan qalanı və digər qalan məbləği də verəcəyini demişdir. Aqillə ailəvi dost olduqlarından məhkəməyə müraciət etməyi özünə sığışdırmamışdır. Təqsirləndirilən şəxs1 tanımamış, həmin şəxsi yalnız Baş Polis İdarəsində görmüşdür. Mariflə Eminin yaxınlığı olmuş, onun özünün isə yaxınlığı olmamışdır. Emini 2019-cu ilin aprelindən əvvəl tanımışdır. Mariflə heç bir telefon danışığı olmamış, sonuncunu bu işə cəlb etmək üçün zəng etməmişdir. Hövsan qəsəbəsinə Emin, o və Aqil 3-ü getmişdir. X19 məsləhət görmüş, o da çarəsizlikdən pulu ala bilmədiyi üçün Aqillə görüşə Eminlə getmişdir. Eminin nüfuzu olsa da, Eminin kriminal aləmlə əlaqəsi olmamışdır. Eminin 33- 34 yaşı, onun 29 yaşı, Aqilin isə 30 yaşı olmuşdur. Aqil ilə görüşə o, Eminlə getmiş, Mariflə getməmişdir. Apellyasiya instansiya məhkəməsində dindirilmiş məhkum edilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, Pərvinin qızıl haqq-hesabları olduğunu bilmişdir. Onun cəmi bir dəfə telefon danışığı olmuşdur. Ona barəsində axtarış elan olduğunu demişlər. Özü polis idarəsinə getmiş, polis idarəsində zərərçəkmiş şəxs onu gördüyünü dediyindən onu tutmuşlar. Müstəntiq ona münasibətdə qərəzli mövqe tutmuşdur. Bir onu bilir ki, Pərvinlə Aqilin arasında olan anlaşılmazlıq aralarında olan borc pulla bağlıdır. Son olaraq məhkəmə kollegiyasından heç bir cinayət törətmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvini sonradan tanımış, onu daha əvvəl bir dəfə Razində maşında görmüş, maşının nə markalı olduğu yadında qalmamışdır. Həmin maşın elə zənn edir ki, taksi olmuşdur. O, Eminlə söhbət etdiyi zaman Pərvini görmüş, sonradan həmin şəxsin adının Pərvin olduğunu bilmişdir. Emin onun tanışı olmuşdur. Aqildən pul tələb etməmiş, sadəcə onunla telefon danışığı olmuş, telefonla danışığı borc pul məsələsi ilə bağlı olmuş, Aqilə telefonla danışanda ona Pərvinə borcu olduğunu, ona borcunu nə vaxt verməyini soruşmuş, onun orada heç bir maddi marağı olmamışdır. O hadisə baş verən vaxtı Bakıxanov qəsəbəsində olmuşdur. Evdə qaldığı şəxs də təsdiq edə bilər ki, o, hadisə vaxtı Bakıxanov qəsəbəsində olmuşdur. Həmin şəxsin adı Raziya Namazovadır. Daha əvvəl bu barədə istintaqda demiş, lakin birinci instansiya məhkəməsində bu barədə sual verilməmişdir. Onun həmin vaxtlarda VAZ 2106 markalı maşını olmuş, mobil telefonu çox vaxt maşında olmuşdur. Onun əlavə 2 sensorlu, 1 adi telefonu da olmaqla başqa telefonları da olmuşdur. Telefonun içindəki nömrələr tam yadında olmamış, biri onun adına olmamış, amma həmin nömrəni də öyrənmək mümkündür. Telefon nömrələri adından çıxmadığına görə müstəntiq baxmamışdır. O heç kimdən qaçıb gizlənməmiş, istintaqa onu çağırmamışlar. O, rayonda maşın alveri ilə məşğul olmuşdur. Yalnız saxlandıqdan sonra hər şeyi bilmişdir. Onun özü Bakıxanov qəsəbəsində, Suraxanıda atası, anası ilə qalmışdır. Onun tapılması hüquq-mühafizə orqanları üçün rahat olmuşdur. Müvəqqəti saxlama yerində Zərərçəkmiş şəxsla üzləşdirmələri olmuş, üzbəüzdə zərərçəkmiş şəxsə suallar verdiyi zaman sonuncu donub qalmışdır. Bu müddətdə vəkili olmamış, üzləşmədən sonra ona vəkil təklif edilmiş, səhəri gün isə vəkil gəlmişdir. Nömrəni tapa bilərmiş, maşın alverinə görə həmin nömrəni internetə qoyduqlarından həmin nömrəni elanlardan tapa bilərmiş. Həmin nömrə Eminlə ortaq istifadə etdiyi nömrə olmuşdur. Həmin nömrənin anten məlumatları Hövsanda çıxmışdır. Onun istifadəsində başqa nar nömrə də olmuşdur. Ona Emin dediyi üçün o da Aqilə zəng etmiş, Aqili əvvəl tanımamışdır. Söhbət zamanı demişdir ki, borcu var, ailənin maddi problemi var, o da zəng edib Aqillə danışmışdır. Onun özünün maşın alverində dəfələrlə pulu batdığı olub, lakin pulu qaytarılmamışdır. Deyilən qədər gücü olsaydı, gedib o borclarını alardı. Nasosnu adlanan ərazi tərəfdə olmamışdır. Aqil ona heç bir miqdarda pul verməmişdir. Qeyd edilən nömrəni şəxsi həyatında istifadə etməmişdir. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 borc almış və aldığı borcu düzgün hesablamamışdır. Borcu 10.500 manat bir götürmüş, 3500 manat da qızıllar almışdır. Təqsirləndirilən şəxs2 ona 10500 manat qaytaracağı təqdirdə 3500 manatı istəməyəcəyini bildirdiyindən həmin məbləği o nəzərə almamışdır. 30 aprel 2019-cu il tarixdə ilkin olaraq 2 nəfər avtomobilinə minmişlər və ona demişlər ki, gəl söhbət edək. Hövsan tərəfə gedib kafedə söhbət etmişlər. Bundan sonra daha 4 nəfər də həmin kafeyə gəlmişdir. Söhbət əsnasında borcun məbləğində razılaşa bilmədiyindən həmin şəxslər onu vurmaq və döyməklə hədələmişlər. Sonra hamı ilə birlikdə Nasosnu adlanan yerə getmişlər, orada Pərvinə 2000 manat vermiş, daha sonra qalan pulu istədiklərindən Bakı Baş Polis İdarəsinə şikayət etmişdir. Yekun çıxışında məhkəmə kollegiyasına müraciət edərək məhkum edilmiş şəxslərlə barışdığını, ondan tələb olunan N000 manat pulun isə Təqsirləndirilən şəxs2 aid olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvini hadisədən 4-5 il əvvəl tanımış, onunla dost olmuş və ailəvi get-gəli olmuşdur. Pərvindən borc pulu nə vaxt aldığının tarixi yadında olmasa da, Pərvindən ilk olaraq 1500 manat bir almış, həmin borcunu qaytarmışdır. Daha sonra Pərvindən yenidən 10.500 manat borca pul almışdır. Həmin pulu Pərvin nağd əmisindən almış, Pərvinin əmisindən nə qədər almasını xırda-xırda aldığından tam olaraq xatırlamır. Bütün pullar Pərvinin əmisində olmuşdur. Subaru markalı maşını olmuş, həqiqətən də “Memar Əcəmi” metrostansiyasında olan kredit evi lombardından pul götürmüşlər, həmin lombard McDonalds restoranının yanında yerləşir. Qızılları lombarda qoyub 3500 manat pul almışlar. Lakin hazırda dəqiq xatırlamır ki, lombarddan pulu öz adına, yaxud Pərvinin adına almışlar. Lombarda qoyduqları qızılların çox qismi Pərvinin, az qismi onun olmuşdur. Lombarddan götürdükləri 3500 manat pul, onun Pərvindən daha əvvəl aldığı 10.500 manat borcun içində olmamışdır. Onun özü lombarddan götürdükləri 3500 manatı borc kimi qəbul etməmiş, həmin vaxt Pərvinə pulu olanda qaytaracağını demişdir. Daha əvvəl aldığı 10 500 manat borcu isə, Pərvinə 2 aya qaytaracağını demişdir. Dəqiq xatırlamadığı tarixdə Pərvin ona əmisinin pulu istədiyini bildirmişdir. Daha sonra Pərvinin xalası oğlu Samir ona zəng etmiş və onlar Biləcəri qəsəbəsində görüşmüşlər. Görüş zamanı ondan pulu geri qaytarmasını istəmişlər. Həmin vaxt o, kredit alıb borcunu qaytaracağını desə də, kredit ala bilmədiyi üçün borcunu qaytara bilməmişdir. O vaxtı Qala hərbi hissəsində müvəqqəti yaşayış yeri olub və Nasosnu adlanan ərazidə yerləşən hərbi hissədə evi olmuşdur. Samirin görüş zamanı ona hansı miqdarda borclu olduğu dediyini hazırda xatırlamır. Hadisənin iştirakçılarının çoxunun adını eşitmiş, Emini isə tam xatırlamır. “Xalqlar dostluğu” metrostansiyasında görüşənədək Pərvinə 500 manat vermişdir. “Xalqlar dostluğu” metrostansiyasına Subaru markalı maşını ilə gəlmiş, həmin vaxt avtomobilə Pərvin bir də iki nəfər oturmuş, onlardan biri qabağa, Pərvin isə arxaya keçmişdir. Onların kim olduğunu soruşmuş, onlar isə cavabında qohum olduqlarını, dərdləşəcəklərini bildirmişlər. O Pərvindən başqa digər iki nəfəri tanımamış, maşında elə-belə söhbət etmişlər, pul barədə isə danışmamışlar. Hadisə zamanı Hövsan qəsəbəsindəki kafedə artıq 6 nəfər olmuşlar. Belə ki, sonradan 4 nəfər də Opel markalı avtomobillə arxalarınca oraya gəlmişlər. 4 nəfər də stolda oturmuş, Maqa ilə Elnur onun maşında olan şəxslər olmuşlar. Ona deyilmişdir ki, pulu niyə vermir. O da cavabında pulu olanda verəcəyini bildirmişdir. Daha sonra elə həmin kafedə çay içmişlər, həmçinin həmin kafe çox da işlək yer olmamışdır. Söhbət zamanı borcun məbləğində razılaşa bilməmiş, pulun miqdarında 3 000 və ya 6 000 manat fərq olmuşdur. Həmin vaxt Pərvin qızılların məbləğini demiş, lakin o, qızılların dəyərində götürdüyü pulu borc kimi qəbul etməmişdir. Təxmini N.000-16.000 manat pul söhbəti olmuş, o isə 10.500 manat borcu olduğunu demişdir. Əslində isə onlar (Təqsirləndirilən şəxs2 və digərləri) onun borclu olduğu pulun miqdarını düz deyirmişlər. Bel əki, o, lombarda qoyulmuş qızılların pulunu borc məbləğinə hesablamamışdır. Belə ki, Pərvin ona lombarda qoyduqları qızılların özünə məxsus olduğunu, qızılın əvəzində götürdüyü 3500 manat pulu nə vaxt istəsə qaytara biləcəyini demişdir. Hövsan qəsəbəsindəki kafedə söhbət etdikləri vaxt stolun üstünə qoyulan əşya üstü dəri koburadan olmuş, həmin vaxt baltanı gördüyünü dəqiq xatırlamır, qaranlıq olduğundan əşyanın nə olmasını tam dəqiq seçə bilməmişdir. Həmçinin elə həmin vaxt oturduqları stolun altından səs eşitmiş, lakin silah səsi olub-olmadığını tam bilməmişdir. Kafedə söhbətləri zamanı isə ona “baltalayarıq” deyilmiş, həmin sözü kimin deməsini isə xatırlamır. O, həmin vaxt qorxduğundan pulu qaytaracağını, evində olan 2.000 manatı verəcəyini, pulun qalanını da sabah verəcəyini demiş, bu barədə razılığa gəlmişlər. Bundan sonra onlar avtomaşınlarla Nasosnu adlanan əraziyə getmişlər. Digər “Opel” markalı avtomaşın körpünün yanında dayanmış, 4 nəfər də orada qalıb gözləmişdir. Pulu götürmək üçün yaşadığı binaya tərəf Pərvinlə o birlikdə getmiş, pulu evdən götürüb gəldikdən sonra isə 2.000 manat pulu Pərvinə hamının yanında vermişdir. 6 nəfər birlikdə Opeldə oturub Socar YDM-ə gəlmiş, onun maşını hərbi şəhərcikdə qalmışdır. Daha sonra onlardan bir nəfər zəng vurub taksi çağırmış, nə qədər taksi pulu ödədiyi isə yadında qalmamış, onun üzərində pul olmadığı üçün taksinin pulunu o yox, oradakı digər şəxslərdən kimsə vermişdir. Pulun qalanını da sabahsı gün qaytaracağını bildirmişdir. Maqa ləqəbli şəxs zəng edərək ondan pulun nə olduğunu soruşmuş, daha sonra isə görüşərik deyə bildirmişdir. Növbəti gün pulu Pərvinə verməli olmuşdur. Pərvinin özünə 3500 manat bir vermiş, qalanı isə dəqiq yadında deyil. Pərvinə 2000 və ya 3000 manat borcu qalmışdır. Marifi 2 dəfə görmüş, hadisə vaxtı oxşatmış, lakin burnu bir az fərqli olmuşdur. Qızılla bağlı istintaqda dindiriməsi isə dəqiq yadında deyil. Daha sonra 2021-ci ilin dəqiq xatırlamadığı tarixində Pərvinin valideynlərinə 2 000 manat pul qaytarmışdır. Pərvindən lombarddan götürdükləri puldan başqa 10500 manat borca pul almışdır. Hövsan qəsəbəsinə girəndə arxalarınca Opel markalı avtomobil gəldiyini bilmişdir. O, özünün idarə etdiyi maşında gedəndə, maşındakı heç kimin əlində heç bir alət olmamış, stol arxasında olanda stolunun üstündə kabura görmüş, ya bıçağın, ya da hansısa aksesuarın kaburası olmuşdur deyə zənn edir. O, Pərvinə pul ilə olan borcunu əvvəlcə 8.500 manat olaraq hesablamış, daha sonra isə həmin borcu 10500 manat miqdarında hesablamışdır. Həmin pul başqa birinin pulu olmuşdur. Hadisə günü hamısı Opel markalı avtomobilə minib hərbi şəhərcikdən getmişlər. Həmin avtomobildə necə oturduqları yadında deyil, deyəsən 2 nəfər qabaqda oturub. Qızılların pulunu Pərvinə olan borcu kimi nəzərə almamışdır. Hövsan qəsəbəsindəki kafedə silah səsi bir yana 6 nəfərin olması bəs etmişdir ki, o qorxsun. Lombarda qoyulmuş qızılları geri almaq üçün pulu o qaytarmalı olmuşdur. O, borcunu 8500 manat olaraq bilirmiş və həmin şəxslərin dediyi məbləğ ilə razılaşmamışdır. Pərvinə borc olaraq aldığı 10.500 manatdan 2000 manat qaytırdıqdan sonra sonuncuya 8500 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-**1, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və zərərçəkmiş şəxs X2 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, sms və anten məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə telefon əlaqəsi saxlamış, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı baş vermiş hədə-qoxu ilə tələb etmə cinayəti 30 aprel 2019-cu il tarixdə axşam saatlarından 1 may 2019-cu il tarixə keçən gecə saat 1 radələrinədək baş vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs həmin müddət ərzində bir yerdə olmuşlar. «Maddi sübut kimi tanınma haqqında» 2 iyul 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 14 ədəd 100 manatlıq pul əskinası maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, «Azerfon» və "xxxx" MMC-lərdən alınmış özündə anten, sms və zənglərə dair məlumatları əks etdirən iki ədəd CD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 8 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 qohumları tərəfindən ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, «Azerfon» və "xxxx" MMC-lərdən alınmış özündə anten, sms və zənglərə dair məlumatları əks etdirən iki ədəd CD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə məhkum edilmiş şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 30 aprel 2019-cu il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında (birinci və apellyasiya instansiya məhkəmələrində) vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi məhkəmə istintaqı aparmaqla ittiham tərəfinin irəli sürdüyü sübutları araşdıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə törətdikləri qeyd olunan cinayət əməlinin əsassız sayılması üçün kifayət qədər dəlillər və sübutların olmasına baxmayaraq, işin faktiki hallarına, cinayət əməlinin motivinə, hadisənin baş vermə mexanizmi, səbəbi, ardıcıllığı və törədilmə şəraitinə düzgün qiymət verməmiş və nəticədə mahiyyəti üzrə yanlış nəticəyə gələrək elan edilmiş ittihamla əməlin tövsifi hissəsində razılaşıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair yekun məhkəmə aktı qəbul etmişdir. Göstərilənlərlə bağlı ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi sözügedən həmin ittiham üzrə törədilən ictimai təhlükəli əməlin obyektiv və subyektiv əlamətlərinin məcmusu ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmədən törədilmiş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddəsi ilə tövsif etməklə və məhkum edilmiş şəxslərin müvafiq maddələrlə təqsirli bilib cəzalandırılmaları ilə bağlı yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hədə-qorxu ilə tələb etmənin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasından, eləcə də «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci qərarlarında hədə-qorxu ilə tələb etmə cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, hədə-qoxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilələrdən ibarətdir. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq hədə-qorxu ilə tələb etmənin xüsusiyyəti, tələbin qanunsuz olması, yəni heç bir qanuni əsasa və ya şifahi razılıqdan irəli gələn real ehtimala əsaslanmaması, habelə qəsdin zərərçəkmiş şəxsin mübahisə doğurmayan əmlakına və ya əmlak hüquqlarına yönəlməsidir. Odur ki, belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb edir və bu məqsədlə bilavasitə cinayətin törədilmə halları ilə yanaşı, şəxslərin qarşılıqlı münasibətləri və davranışları ilə bağlı xüsusatların müəyyən edilməsi çox vacibdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, keçən müddət ərzində aparılmış ibtidai araşdırma materiallarında olan sübutların məcmusundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 (əvvəllər məhkum edilməmiş) əvvəllər hərbiçi olmuş və N saylı hərbi hissədə baş leytenant rütbəsində xidmət etmiş, Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dostluq münasibətləri olmuşdur. Digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 (əvvəllər məhkum edilməmiş) fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən avtomobil satış mərkəzində avtomobillərin satışını həyata keçirməklə zərərçəkmiş şəxsi əvvəllər tanımamış, digər məhkum edilmiş şəxsi isə hadislərin gedişatında tanımışdır. Zərərçəkmiş şəxs N saylı hərbi hissədə zabit kimi qulluq edir, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ilə aralarında əvvəllər dostluq münasibətləri olmuş, digər məhkum edilmiş şəxsi hadisələrin gedişatında tanıyıb bilmişdir. Göründüyü kimi məhkum edilmiş şəxslərdən heç biri əvvəl məhkum edilməmiş, hətta biri hərbçi olmaqla baş leytenant rütbəsində xidmət etmişdir. Lakin Bakı şəhəri Baş Polis İdarəsinin şöbə rəisi Məhərrəm Əhmədov tərəfindən tərtib olunmuş 20 iyun 2019-cu il tarixli Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs2 “Pərvin”, Təqsirləndirilən şəxs1 isə “Maqa” adı ilə cinayətkar aləmin nüfuzlu şəxsləri kimi səciyyələndirilmişlər. Daha sonra istintaqın gedişatında müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 hərbi hissədə baş leytenant rütbəsində xidmət müəyyən olunduğundan həmin statusda, yəni “cinayətkar aləmdə nüfuzlu şəxs” statusunda bir nəfər Marif Mizəyev qalmışdır ki, həmin şəxsə münasibətdə yuxarıda sadalanan hallarla yanaşı, iş materiallarında sonuncunun inzibati məsuliyyətə belə cəlb edilməsi ilə bağlı heç bir rəsmi sənədə istinad edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan hallar öz özlüyündə ibtidai araşdırma orqanı tərəfindən məhkum edilmiş şəxslərin şəxsiyyətlərinin ictimai təhlükəliyinin artırılması ilə bağlı atılmış uğursuz bir addım kimi qiymətləndirilməlidir. Həmçinin cinayət işinin mübahisəsiz hallarından biri də Zərərçəkmiş şəxs tərəfindən 2018-ci ilin sentyabr-oktyabr aylarında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 qaytarmaq şərti ilə müəyyən məbləğdə borc pulun hissə-hissə alınmasıdır. Digər tərəfdən ibtidai araşdırma orqanı tərəfindən verilmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ittihamdan göründüyü kimi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda N.000 manat pulu hədə-qorxu ilə tələb etmişlər. Yəni başqa sözlə desək həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi tələb olunun məbləğin 8.500 manat hissəsinin borc pul olduğunu qəbul etmişlər. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdinin qeyri-qanuni əmlaka, yəni Zərərçəkmiş şəxs mənsub olan əmlaka və ya yaxud əmlaka olan hüquqa yoxsa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlaka yönəlməsinin dəqləşdirilməsini məhkum edilmiş şəxslərin əməllərinin hüquqi tövsifinin dəqiq müəyyən edilməsi baxımından əhəmiyyətli olmasını qeyd edir. Həmçinin göstərilən hala qiymət verərkən adları çəkilən şəxsləri həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində, eyni zamanda hazırkı məhkəmə iclasında vermiş olduqları ifadələrin qarşılıqlı təhlil edilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 20 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində vermiş olduğu ifadəsində 2018-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs ondan hissə-hissə borc olaraq N000 manata pul aldığını göstərməklə yanaşı, eyni halları 20 iyun 2019-cu il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bildirmişdir. 02 iyun 2019 və 16 mart 2020-ci tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs N000 manat məbləğdə pulun hissə-hissə verdiyini bildirməklə daha əvvəl vermiş olduğu ifadələrini təkrarlamışdır. 11 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 müstəntiq tərəfindən əlavə dindirilərkən Zərərçəkmiş şəxs ilkin olaraq 10500 manat pulun 2018-ci ilin sentyabr ayında verdiyi, bundan əlavə Aqilin həmin ilin oktyabr ayında ailəsinə məxsus təxminən 6000-7000 manata məbləğində qızıl zinət əşyalarının ondan alaraq Memar Əcəmi metrosu yaxınlığında olan Lombarda qoyduğunu bildirmişdir. İfadəsində həmçinin Aqilin ona 10500 manat pulu qaytaracağı təqdirdə 3500 manat lombarddan götürəcəyi pulu istəməyəcəyini qeyd etmişdir. Eyni halları məhkum edilmiş şəxs birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində göstərmişdir. Belə ki, sonuncu birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində 2018-ci ilin sentyabr-oktyabr aylarında hissə-hissə olmaqla, zərərçəkmiş şəxsə N000 manat pul verdiyini bildirmişdir. Apellyasiya icraatı qaydasında işə baxılarkən məhkum edilmiş şəxs zərərçəkmiş şəxsə 2018-ci il tarixdə ilkin olaraq N000 manat, daha sonra isə sonuncunun yenidə pul istədiyindən qızıl zinət əşyalarının və bunun müqabilində sonuncunun lombarddan pul götürdüyünü bildirmiş, 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı zərərçəkmiş şəxsdən aldığı pulun ona aid olmasını bildirmişdir. Verilmiş borcdan qaytarılmış məbləğlərə münasibətdə Təqsirləndirilən şəxs2 30 aprel 2019-cu il tarixdə 2000 manat qaytarıldığını, 2021-ci il tarixdə isə Aqilin onun atasına daha 2000 manat qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova ünvanlamış 20 iyun 2019-cu il tarixli ərizədə Təqsirləndirilən şəxs2 5500 manat borc pul aldığını, elə həmin gün zərərçəkmiş şəxs qismində vermiş oldu ifadəsində Təqsirləndirilən şəxs2 09 ay bundan qabaq hissə-hissə olaraq 10500 manat borc pul aldığını, 07 yanvar 2020-ci tarixdə Təqsirləndirilən şəxs2 10500 manat borc aldığını, müstəntiqin ona verdiyi “daha əvvəl 5500 manata aldığınızı qeyd edib indi isə 10500 manat borc aldığınızı deyirsiniz” məzmunda suala sonuncu Pərvindən ümumilikdə 10500 manat aldığını, 5500 manat daha əvvəl borc aldığını, daha sonra isə əlavə olaraq 5000 manat götürdüyünü, həmin borcdan 2000 manat ödədiyini və 8500 manat borcu qaldığı və hadisədən baş verdiyi tarixdən sonraki iki ay ərzində qalan pulu ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 10500 manat pul aldığını, verilmiş ümumi məbləğdən 3500 manatın lombarddan götürdüyü bildirdiyi halda, daha sonra müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq Pərvinin evlərinin plana düşdüyündən xəbərdar olduğunu, buna görə Pərvində 10000 manat olduğunu bildiyini, ilkin olaraq 1500 manat götürdüyü, sonra az-az pul götürməklə və cəmi 5000 manat olduğunu, 3500 manat lombarddan götürdüyünü və ümumilikdə götürdüyü məbləğ cəmi 8500 manat olduğunu, əməliyyat baş tutan günü Təqsirləndirilən şəxs2 1000 manat borcu qaldığını, öz hesabına görə 8500 manat borc aldığını bildirmişdir. Hazırkı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hissə-hissə borc aldığını, borcu düzgün hesablamadığını, borc olaraq 10500 manat götürdüyünü, lombarddan qızıllara görə 3500 manat pul aldığını, həmin pulu Pərvinin ona qaytarmasını tələb etmədiyindən nəzərə almadığını, Təqsirləndirilən şəxs2 N000 manat aldığı həmin pulun da Pərvinə aid olduğunu, borc məbləğinin hansı tarixdə qaytardığını xatırlamadığını və Təqsirləndirilən şəxs2 atasına hadisədən sonra 2000 manat borcundan qaytardığını bildirmişdir. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadələrində elə bir əhəmiyyətli fərq olmamışdır. Belə ki, məhkum edilmiş şəxsin vermiş olduğu ifadələrində borc məbləğinin hissə-hissə olması, həmin məbləğin N000 manatdan az olmaması ilə bağlı hər hansı ziddiyyət yoxdur. Verilmiş ifadələrdə ziddiyyətli məqam Zərərçəkmiş şəxs verilmiş ilkin məbləğlə bağlı olmuşdur. Belə ki, məhkum edilmiş əvvəl vermiş olduğu ifadələrində zərərçəkmiş şəxsə ilkin olaraq 10500 manat, daha sonra isə lombarddan 3500 manat götürüldüyü bildirdiyi halda məhkəmə istintaqı vermiş olduğu ifadələrində ilkin olaraq zərərçəkmiş şəxsə N000 manat daha sonra qızıl-zinət əşyalarını verdiyi və lombarddan 3500 manat pulun zərərçəkmiş şəxs tərəfindən götürüldüyünü bildirmişdir. Eyni zamanda qaytarılmış məbləğə münasibətdə məhkum edilmiş şəxs vermiş olduğu borc puldan zərərçəkmiş şəxsin 30 aprel 2019-cu il tarixdə 2000 manat qaytardığını, əməliyyat keçirilən gündə isə sonuncu tərəfindən ona qalan məbləğin qaytarılmadığını bildirmişdir. Bundan fərqli olaraq zərərçəkmiş şəxsin vermiş olduğu ifadələrinin əksər hissəsi ziddiyyətli olmuşdur. Belə ki, zərərçəkmiş şəxsin ilkin ərizəsindən məhkum edilmiş Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla borc olaraq 5550 manat götürdüyünü bildirdiyi halda, daha sonra vermiş olduğu ifadəsində həmin məbləğin 10500 manat olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs vermiş olduğu ifadələrində həmin məbləğin alınması və qaytarılması ilə bağlı ziddiyyətli ifadələr vermişdir. Belə ki, sonuncu Pərvindən ümumilikdə 10500 manat aldığını, 5500 daha əvvəl borc aldığını, daha sonra isə əlavə olaraq 5000 manat götürdüyünü, ondan 2000 manat ödədiyini və 8500 manat borcu qaldığını, hadisənin baş verdiyi tarixdən sonraki iki ay ərzində qalan pulu ödədiyini bildirdiyi halda, birinci instansiya məhkəməsində ilkin olaraq Təqsirləndirilən şəxs2 1500 manat götürdüyünü, sonra az-az pul götürdüyünü və cəmi 5000 manat olduğunu, 3500 manat pulun lombarddan götürdüyünü və ümumilikdə götürdüyü məbləğ cəmi 8500 manat olduğunu, əməliyyat baş tutan günü Təqsirləndirilən şəxs2 1000 manat borcunun qaldığını bildirmişdir. Hazırkı məhkəmə istintaqında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 10500 manat pul götürdüyünü, daha sonra sonuncunun ona təqdim etdiyi qızıl-zinət əşyalarını lombarda qoyub daha 3500 manat götürdüyünü, eyni zamanda Təqsirləndirilən şəxs2 atasına 2021-ci tarixdə borclu qaldığı puldan 2000 manat ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası hər iki proses iştirakçısının vermiş olduqları ifadələrində uzlaşan məqamlarla bağlı qeyd edir ki, həm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, həm də Zərərçəkmiş şəxs verilmiş borc məbləğinin hissə-hissə verildiyi, həmin borc məbləğinin bir hissəsinin Təqsirləndirilən şəxs2 aid qızıl zinət əşyaların müqabilində lombarddan götürüldüyünü, ilkin məbləğin verildiyi halda, lombarddan götürülmüş pulun məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən tələb edilməyəcəyini bildirmişlər. Proses iştirakçılarının ifadələrində olan ziddiyyətli məqamlarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs 20 iyun 2019-cu il tarixdə vermiş olduğu ifadəsində 9 ay əvvəl Pərvin Kərimovdan 1-2 aya qaytarmaq adı ilə 10500 manat borc aldığını, iki ay tamam olmamış Təqsirləndirilən şəxs2 Samir adlı şəxslə onun işlədiyi hərbi hissəyə gəldiyi və ona olan N000 manat borcunun tələb etdiyini bildirmiş, zərərçəkmiş şəxsin ifadəsində istinad etdiyi hal məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən təsdiq olunmuşdur. Maraqlısı budur ki, bundan sonra müstəntiq tərəfindən keçirilmiş üzləşdirmə istintaq hərəkətində, eyni zamanda həm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, həm də Zərərçəkmiş şəxs alınmış ifadələrdə Samir adlı şəxsin adı çəkilməklə sonuncunun verilmiş borcun qaytarılmasını tələb etdiyi qeyd olunsa da, Samirin zərərçəkmiş şəxsdən tələb etdiyi N000 (borc məbləği) manat məbləğ heç bir prosessual sənəddə əks olunmamışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin yuxarıda göstərilmiş ifadəsinə əsaslanaraq qeyd edir ki, göstərilən hadisənin cinayət hadisəsinin baş verdiyi 30 aprel 2019-cu il tarixdən daha qabaq olması onu deməyə əsas verir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin ona N000 manat məbləğində borcunun olmasını cinayət hadisəsi baş verməmişdən əvvəl də, sonuncuya bildirməklə ondan həmin məbləğdə pulun qaytarılmasını tələb etmişdir. Bu isə öz növbəsində 30 aprel 2019-cu tarixədək Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında borc münasibətlərinin olmasına və həmin borc məbləğinin N000 manat təşkil etməsinə, hadisələrin ilkin və sonrakı gedışatında onun zərərçəkmiş şəxsdən həmin məbləği israrla tələb etməsinə, həmçinin Təqsirləndirilən şəxs2 ifadələrinin borc məbləği ilə bağlı həqiqəti əks etdirməsini deməyə əsas verir. Göründüyü kimi məhkum edilmiş şəxs qohumu Samir vasitəsi ilə zərərçəkmiş şəxsdən nə az, nə çox N000 manat tələb etmişdir ki, bu da hazırda ibtidai araşdırma orqanı tərəfindən sonuncuya Təqsirləndirilən şəxs1lə əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs tələb etdikləri məbləğlə eynilik təşkil edir. Zərərçəkmiş şəxsdən daha əvvəl tələb olunan məbləğin cinayətin predmeti olan N000 manat pul vəsaiti ilə eynilik təşkil etdiyindən ibtidai araşdırmanı həyata keçirən müstəntiq tərəfindən işin sonrakı gedişatında verilmiş ittihamın şübhə altına alınmaması baxımdan digər prosessual sənədlərdə göstərilməmişdir. Digər tərəfdən zərərçəkmiş şəxs yuxarıda qeyd olunduğu kimi işə məhkəmə istintaqında vermiş olduğu ifadəsində məhkum edilmiş şəxsdən borc olaraq götürdüyü məbləğin N000 manat təşkil etdiyini qəbul etdiyi və həmin məbləğdən 10500 manat hissəsinin ana məbləğ, 3500 manat hissəsinin isə lombarddan götürdüyü vəsait olduğunu bildirmişdir ki, bu da öz növbəsində məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə borc olaraq vermiş olduğu məbləğin N000 manatdan az olmadığının göstəricisidir. Məhkəmə kollegiyası həmçinin 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 1400 manat vəsaitə münasibətdə də qeyd edir ki, yuxarıda qeyd olunmuş ifadələrdən müəyyən olunur ki, əməliyyat-axtarış tədbiri keçirilən tarixə zərərçəkmiş şəxs A Qasımov məhkum edilmiş şəxsə götürmüş olduğu borc məbləğindən yalnız 2000 manatını qaytarmışdır. Belə ki, zərərçəkmiş şəxs vermiş olduğu ifadələrində qalıq məbləğin qaytarılmasını bildirsə də, buna dair sübutu nə birinci instansiya məhkəməsində, nə də hazırkı məhkəmə istintaqı zamanı təqdim edə bilməmişdir. Əksinə vermiş olduğu ifadəsində 2021-ci il tarixdə (müvafiq əməliyyatın keçirilməsindən 2 il sonra belə) Təqsirləndirilən şəxs2 götürmüş olduğu borc məbləğinin 2000 manat hissəsini atasına qaytardığını bildirmişdir ki, bu öz növbəsində əməliyyat axtarış tədbirinin keçirildiyi tarixə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 borclu olduğunu deməyə əsas verir. Belə olan təqdirdə, borc pul olaraq verilmiş N000 manat pulun ödəniləcəyi ilə bağlı Təqsirləndirilən şəxs2 real gözlənti hissinin yaranması, məhz Zərərçəkmiş şəxs özünün davranışı, etirafı və vədləri ilə bağlı olmuşdur ki, belə bir vacib əhəmiyyətli yanılmanın təsiri altında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birgə 30 aprel 2019-cu il tarixdə N000 manat məbləğində pulun Zərərçəkmiş şəxs istənilməsi özü-özlüyündə hədə-qorxu ilə tələb etmə cinayət əməlinin tərkibinin, həm obyektiv, həm də subyektiv cəhətdən (birbaşa qəsdin) sonuncularının hərəkətlərində mövcudluğunu ciddi şübhə altına almağa imkan verməklə yanaşı, həmin şəxslərin davranışının (Təqsirləndirilən şəxs2 ilk, həm də Təqsirləndirilən şəxs1 və digərləri ilə birlikdə hərəkətlərinin) hədə-qorxu ilə tələb etmə kimi təzahür etmədiyinə dəlalət edir. Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1998-ci il 25 dekabr tarixli qərarının adə dəyişdirilərək “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” kimi müəyyən edilmişdir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 2-1 bəndində göstərilmişdir ki, əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda, tələbin Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, misal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in N4-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına və zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsi mühüm ziyan vurduqda - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanı tərəfindən cinayət təqibi ilə bağlı toplanmış mötəbər sübutları öz daxili inamı və hüquq düşüncəsi uyğun əlaqəli şəkli birlikdə tədqiq edərək, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əks olunmuş hüquqi mövqeyini əsas götürərək belə qənaətə ki, 30 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs2 borcu olan Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafedə sonuncunun borcunu vaxtında ödəmədiyinə görə zor tətbiq etmə hədəsi ilə tələb etdikləri xeyli miqdarda yəni N.000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə mənsub olmamaqla Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlak olduğundan (ittihamda qeyd olunduğu kimi mövcud borc məbləğindən əlavə “cərimə” adı altında heç bir miqdarda pul tələb edilmədiyindən) məhkum edilmiş şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi istisna olunur və məhkum edilmiş şəxslərin tələblərinin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq (məhkəməyə müraciət edib tələb etməli olduqları halda) zor tətbiq etmə hədəsi ilə (zərərçəkmiş şəxsə balta göstərməklə və odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxardılması ilə bağlı müşayiət olan hərəkətlər etməklə) müşayiət olunmaqla mühüm ziyana (sonuncu həmin vaxt həyat və sağlamlığının real təhlükə qarşısında olduğundan qorxaraq hərəkət etmiş) səbəb olduğundan onların əməlləri müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməlidir. Burada həmçinin qeyd edilməlidir ki, X6 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs qarşı özbaşınalıq cinayəti törətdikləri zamanı, sonuncuya qarşı zor tətbiq ediləcəyi ilə hədələmələri kimi əməlləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tam əhatə olunduğundan sonuncuların əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N4-cü maddəsi ilə də tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkum edilmiş şəxslərin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 vermiş olduqları apellyasiya şikayətlərində X6 və Təqsirləndirilən şəxs2 hərəkətlərində hər hansı bir cinayət əməlinin olmaması və sonunculara bəraət verilməsi ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oglunun istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**1, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** və zərərçəkmiş şəxs X2 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, sms və anten məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 077- ***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə telefon əlaqəsi saxlanılmışdır. Həmçinin anten məlumatlarından görünür ki, hadisənin baş verən günü yəni 30 aprel 2019-cu il tarixdə axşam saatlarından 1 may 2019-cu il tarixə keçən gecə saat 1 radələrinədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs həmin müddət ərzində bir yerdə olmuşlar. Bundan başqa ibtidai araşdırma dövründə keçirilmiş üzləşdirmə protokollarında, həmçinin həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində hadisənin iştirakçılarının vermiş olduğu ifadələrindən müəyyən olunur ki, 30 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafedə bir yerdə olmuşlar. Yuxarıda sadalanan sübutlardan başqa həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı proses iştirakçılarının vermiş olduğu ifadələrdən müəyyən olunur ki, 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafedə adları istintaq məlum olmayan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və zərərçəkmiş şəxsə balta göstərməklə və odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxardılması ilə bağlı müşayiət olan hərəkətlər etməklə, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 məxsus N000 manat pulu tələb etmişlər və həmin əməllərin zərərçəkmiş şəxs mühüm ziyana vurulmasına səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxslərin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 vermiş olduğu apellyasiya şikayətlərində X6 və Təqsirləndirilən şəxs2 hərəkətlərində hər hansı bir cinayət əməlinin olmaması və sonunculara bəraət verilməsi ilə bağlı dəlilləri əsassızdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Belə olan halda məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü bu hissədə dəyişdirilməlidir. Belə ki, məhkum edilmiş şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif olunması və həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 389.1-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işinin materiallarından və verilmiş apellyasiya şikayətlərindən görünür ki, müdafiə tərəfi məhkum edilmiş şəxslərin ümumiyyətlə heç bir ictimai təhlükəli əmələ yol vermədiklərini qeyd edib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verilməsini tələb etmişlər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 42.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda sadalanan normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 aprel 2019-ci il tarixdə törətdikləri cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət əməlidir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanunu ilə 2 il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökmün qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş olur. Məhz bu səbəbdən də məhkəmə kollegiyası hökmün dəyişdirilməsini, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri həmin maddə ilə cəza təyin edilməməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401.2.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(101)-156/2021 nömrəli hökmü məhkum edilmiş şəxslərinin əməllərinin hüquqi tövsifi hissəsində dəyişdirilməklə sonuncuların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli olsalar da, həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara təqsirli bilindikləri həmin maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxslərin cinayət məsuliyyətindən azad olunması qərarına gəlindiyi üçün Azərbaycan Respublikası CPM-in 175-ci maddəsinin tələbləri nəzərə alınmalı və məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə iclası zalından dərhal azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.2, 401.2.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(101)-156/2021 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilsin və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinsinlər, lakin həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onlar məhkəmə iclas zalından azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Qədim Babayev Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-45/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-45/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver