Məhkəmə qərarları › İş №1(103)-45/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-45/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-45/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X15 və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 qızının, zərərçəkmiş şəxsin hüquiq varisi – X7, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024cü il tarixli 1(101)-763/2024 saylı hökmündən zərərçəkmiş şəxsin hüquiq varisi Sevil İsrafilova, Təqsirləndirilən şəxs və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qismən məhkəmə istintaqı aparılmaqla baxaraq məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.S.Hüseynovdan ibarət tərkibdə) 26 aprel 2024-cü il tarixli hökmü ilə, xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəza çəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvanda birlikdə yaşadığı, spirtli içki aludəçisi olan oğlu Zərərçəkmiş şəxs mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş vəziyyətdə özünü idarəetməni itirərək spirtli içki almaq üçün ondan pul tələb etməsi, rədd cavabı aldığı zaman bu və digər müxtəlif bəhanələrlə hər dəfə ona qarşı nalayiq sözlər işlətməklə, üzərinə hücum çəkərək fiziki zor tətbiq etməklə onunla mübahisə və münaqişə yaratması səbəbindən yataq otağının qapısını arxadan kilidləyərək yatdığı zaman Zərərçəkmiş şəxs həmin gecə də sərxoş vəziyyətdə evə gələrək yataq otağının qarşısına keçib ona qarşı nalayiq ifadələr işlətməklə otağın qapısını zorakılıqla açmağa çalışmasını görüb yuxudan oyanmış, dərhal əynini geyinib qapını kiliddən açaraq nə baş verdiyinə maraqlanmaq istədikdə Zərərçəkmiş şəxs hər iki əli ilə onun yaxasından tutaraq onu qonaq otağına tərəf dartıb nalayiq sözlər işlətməyə davam etməklə sağ əli ilə çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi endirərək ona sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sol alın nahiyəsinin sıyrığı, sol yanağın qançırı xəsarətlərini yetirməsi, əvvəllər də yol verdiyi bu kimi qanunsuz və əxlaqsız hərəkətlərinin artıq mütəmadi hal alması və bütün bunların növbəti günlərdə də davam edəcəyini bilib bezməsi nəticəsində törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görüb bunları arzu edərək onu öldürməklə qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə yataq otağına keçib oğlunun sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində olmaqla əvvəllər də dəfələrlə onu bıçaqla hədələməsi səbəbindən özünü müdafiə məqsədilə yatdığı otaqda saxladığı soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağını götürüb qayıdaraq onun üzərinə doğru hücum çəkib qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirərək sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin sıyrığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsin sol yan səthində olan döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd, qarının sağ yan səthində olan qarın boşluğuna nüfuz etməyən 01 (bir) ədəd, hər iki bazu nahiyəsində olan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yara xəsarətlərini və kəskin qanitirmə ilə nəticələnərək onun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ qabırğaaltı nahiyədə olan, sağ döş boşluğuna nüfuz edərək diafraqmanın dəlib keçən, qaraciyəri yaralayan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən, zərərçəkmiş şəxsin hüquiq varisi X8 apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən, Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilməklə, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən, Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ona çox cəza təyin edildiyini və barəsində olan cinayət işinə ədalətlə yenidən baxılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs münasibətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilmişdir. Müdafiəçi2 Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən, Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Zərərçəkmiş şəxsin hüquqi varisi S.Ə.İsrafilova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və düzgün araşdırılmamış, nəticədə oğullarını öldürməkdə günahlandırılan həyat yoldaşına guya oğullarını qəsdən öldürməsi barədə həqiqətə uyğun olmayan ittiham elan edilmişdir. Belə ki, işin materiallarında olan ifadələrdən göründüyü kimi mərhum oğlu spirtli içki aludəçisi olmuşdur. Hər dəfə də bununla bağlı evdə dava-dalaş salmış, onu və həyat yoldağını təhqir etmiş, hətta atasına bir necə dəfə bıçaqla hücum etmişdir. Zərərçəkmişin hüquqi varisi kimi məhkəmə iclasında göstərdiyi kimi, Kamran sərxoş halda gəlmiş, həyat yoldaşı Təqsirləndirilən şəxs isə öz otağında yatılı olmuşdur. Kamran soyunub qonaq otağına keçmiş, sonra qəflətən Ramiz yatan otağa keçmək istədikdə qapının bağlı olğunu görüb qapını döymüş, silkələmiş, Kamrana “Kamran, atan səhər durub işə gedecək" desə də, Kamran ona əhəmiyyət verməmişdir. Ramiz qapını açan kimi Kamran Ramizin boğazından tutmuş, içəri salmış və yumruqla çənəsinə zərbələr endirmişdir. Kamran atasından pul istəmiş, atası isə Kamrana “Sən nə vəziyyətdəsən?" demişdir. Sonra Kamran mətbəxə getmişdir. Kamranın əlindən mətbəxdəki bıçaqları Ramiz yatan otaqda balışın altında gizlətmişlər. Çünki Kamran dəfələrlə özünə xəsarət yetirmiş, evdən telefon, pul oğurlamışdır. Amma Kamran mətbəxdən əli arxasında çıxmış, təzədən otağa girəndə ona əhəmiyyət verməmiş, atasını sürütləyib yataq otağına keçirmiş, babasından qalan bıçağı atasından istəmiş, sonra təzədən atasını qonaq otağına sürütləmişdir. Kamran hündür boy, cüssəli oluğu üçün Ramizin ona fiziki olaraq gücü çatmamışdır. Hadisə vaxtı da həyat yoldaşının oğlu Kamranı hansı bıçaqla necə vurduğunu görməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə heç bir səbəb olmadan dəfələrlə Təqsirləndirilən şəxs döyməklə onun sağlamlığına qəsd edən zaman təqsirləndirilən şəxsin zərərçəkmişə bıçaqla xəsarət yetirməsi, həmin xəsarət ağır zərər vurmaya aid xəsarət olsa da həmin xəsarətin yeganə ağır xəsarət olmasını, bununla belə həyat üçün mühüm orqana yetirilməməsi, zərəçəkmişin qanaxma nəticəsində ölməsi, onun niyyətinin qəsdən adam öldürmə deyil, CM-nin 123-cü maddəsində göstərilən yüngülləşdirici hallarla, yəni özünü müdafiə vəziyyətində törədilən qəsdən adam öldürmə cinayətinin tərkibini yaratmış, birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs əməlini qəsdən adam öldürmə kimi tövsif etməklə səhvə yol vermişdir. Hökmdə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi qeyd edilmiş, lakin həmin hal cinayət tərkibinin əlaməti kimi deyil, cəzanı yüngülləşdirən hal kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamış, oğlunun ona xəsarət yetirməsi, sonra onu itələyərək, yataq otağında onun atasına məxsus olan bıçağı götürmək istəməsi, həmin bıçağı Kamrandan qabaq götürməsi, Kamranın onu silkələyib, qonaq otağına gətirməsindən sonra oğluna əlindəki bıçaqla xəsarət yetirilməsini hiss etdikdən dərhal sonra öz hərəkətlərini saxlaması və dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırmasından ibarət hərəkətləri Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aralarında yaranmış qərəzli münasibətlər zəminində qisas almaq məqsədilə deyil, qəsd edəndən müdafiə olunmaq məqsədilə onun sağlamlığına ziyan vurmaq yolu ilə özünü ictimai təhlükəli qəsddən qoruyarkən ona xəsarət yetirməklə qəsdən öldürməsini təsdiq edir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs zəruri müdafiə vəziyyətində öldürərək həyatdan məhrum etsə də, həmin hərəkət qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyərək (zərərçəkmiş Zərərçəkmiş şəxs atasının yataq otağında olan bıçağı götürmək üçün gedən zaman həmin bıçağı Təqsirləndirilən şəxs özünün zərəçəkmişdən öncə davranaraq götürərək ona xəsarət yetirməsi) zəruri müdafiə həddini aşdığından onun əməlində CM-nin 123.1-ci maddəsində müəyyən edilmiş zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinin tərkibi yaranmışdır. Müdafiəçi2 təqsirləndirilən şəxsin apellyasiya şikayətinə verdiyi əlavəni onunla əsaslandırmışdır ki, müdafiə etdiyi şəxslə konfidensial söhbət edərkən ona iş üzrə maraqlı olan və işin tövsifinə təsir edəcək hallarla bağlı suallar verərəkən müdafiə etdiyi şəxs ona hadisə zamanı oğlu ilə aralarında baş vermiş tutaşmada oğluna hansı qaydada xəsarət yetirməsini bir növ istintaq ekspermenti kimi izah edərkən ona məlum olmuşdur ki, Kamrana bıçaq xəsarətini Ramiz birbaşa və qəsdlə yetirməmiş, Ramizin əlindən bıçağı almaq istəyən Kamran elə bıçaq Ramizin əlində ola-ola onun biləyindən tutub özünə tərəf dartan zaman qeyd olunan xəsarətləri almışdır. Ramizin bıçaqdan bərk yapışaraq buraxmamasının səbəbi oğlunu öldürmək deyil, oğlunun əvvəllər də onun bıçaqla öldürməsi ilə hədələməsi, hətta özünə də xəsarətlər yetirməsi səbəbindən həmin halların təkrarlanmasından qorxması olmuşdur. Cinayət işinin materillarından da göründüyü kimi Təqsirləndirilən şəxs dəfələrlə polisə zəng edərək oğlunun onu bıçaqla hədələməsini bildirmiş, lakin bununla bağlı qanuna müvafiq heç bir tədbir görülməməsi hazırki faciə ilə nəticələnmişdir. Hazırki cinayət işi üzrə əməlin tövsifinə təsir edəcək əsas məqamların araşdırılması üçün zəruri olan istintaq hərəkətləri aparılmamış yalnız hadisə yerinə baxış istintaq hərəkəti aparılmışdır. Zərərçəkmişin qeyd olunan xəsarətləri hansı qaydada alması ifadələrin yerində yoxalanması və istintaq eksperimenti kimi istintaq hərəkətləri aparılmaqla dəqiq müəyyənləşdirmək olardı, lakin nədənsə istintaq orqanı qeyd olunan istintaq hərəkətlərini aparmamış, bununla belə ittiham aktında Təqsirləndirilən şəxs oğlu Kamranı qəsdən öldürməsinin kifayət qədər toplanmış sübutlarla, zərərçəkmişin hüquqi varisi və şahidlərın ifadəsi, istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təsdiq olunması qeyd edilmişdir. İş üzrə yalnız hadisə yerinə baxış istintaq hərəkəti keşirilmiş, zərəçəkminin hüquqi varisi məhkəmənini iclasında ümumiyyətlə istintaq zaman guya verdiyi ifadədən fərqli ifadə verərək ümumiyyətlə hadisə zamanı bışağı görməməsini, hadisənin birbaşa şahidi olmuş Şahid1 da hadisə zamanı otağa daxil olarkən qardaşının maykasının qan olmasını, lakin atasının əlində bıçaq görmədiyini bildirmişdir. İş üzrə yeganə sübut olan zərərçəkmişin aldığı bıçaq xəsarətlərindən ölməsi barədə ekspert rəyi mövcud olsada da bununla belə həmin xəsarətləri hansı qaydada alması araşdırılmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə heç bir səbəb olmadan dəfələrlə Təqsirləndirilən şəxs döyməklə, onun sağlamlığına qəsd edən zaman təqsirləndirilən şəxsin zərərçəkmişin onun əlində bıçaq almaq istəməsi zamanı oğlunun ona və ya özünə xəsarət yetirməsindən qorxaraq bıçağı buraxmaması, xəsarətlərin məhz bıçaq Ramizin əlində olarkən Kamranın Ramizin biləyindən tutaraq özünə tərəf silkələməsi zamanı yetirilməsi, zərəçəkmişin ölümünə səbəb ağır zərər vurmaya aid xəsarət olsa da həmin xəsarətin yeganə ağır xəsarət olmasını, bununla belə həyat üçün mühüm orqana yetirilməməsi, zərərçəkmişin qanaxma nəticəsində ölməsi, onun niyyətinin qəsdən adam öldürmə deyil, CM-nin 124-cü maddəsində göstərilən yüngülləşdirici hallarla, ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkibini yaratmış, birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs əməlini qəsdən adam öldürmə kimi tövsif etməklə səhvə yol vermişdir. Təqsirləndirilən və şahidlərin ifadələri və işdə olan digər sübutlarla mübahisəsiz qaydada sübut olunur ki, mərhum dəfələrlə sərxoş halda evə gələrək ailə üzvlərini nəlayiq ifadələrlə təhqir etmiş, evdən oğurluq etmiş, atasını dəfələrlə döymüş, onun üzərinə bıcaqla hücum etmiş və hətta bıçaqla özünə xəsarət yetirmiş evdəki əşyaları zədələmişdir. Təqsirləndirilən şəxs özünün də inkar etmədiyi kimi əlində olan bıçaqdan Zərərçəkmiş şəxs xəsarət alaraq ölməsi təsdiq olunur, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən qisas almaq məqsədilə öldürməsi nəticəsinə gəlinməklə əməlin CM-nin 120.1-ci maddəsilə tövsif edilməsi iş materiallarına uyğun deyil və əsaslandırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinadən Təqsirləndirilən şəxs zərərçəkmişi həyatdan mahrum etmək niyyətinin nə ilə təsdiq olunması müəyyən olunmur. Bu barədə iş materiallarında heç bir sübut mövcüd deyildir. Təqsirləndirilən şəxsla zərərçəkmiş arasında sonuncunun sərxoş olaraq dəfələrlə evə gəlməsi, onu və anasını nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı dəfələrlə münaqişə olmuş və bununla bağlı Təqsirləndirilən şəxs dəfələrlə polis orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmişi aralarında baş vermiş münaqişələrə görə həyatdan məhrum etmək niyyəti olmuş olsa idi, oğlunun növbəti dəfə də hadisə baş verən gün yenə də sərxoş halda evə gələrək atasının yatdığı otağın qapısının bağlı olmasını görüb qapını bərkdən döyərək atasının ünvanına nalayiq ifadələr işlədərkən təqsirləndirilən Təqsirləndirilən şəxs artıq qapını açarkən otağında yastığının altında saxladığı bıçağı götürüb qapını açaraq dərhal oğluna xəsarət yetirmiş olardı. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamış, oğlunun ona xəsarət yetirməsi, sonra onu itələyərək, yataq otağında onun atasına məxsus olan bıçağı götürmək istəməsi, həmin bıçağı Kamrandan qabaq götürməsi, bıçaq Ramizdə olsa da Ramiz tərəfindən bir başa xəsarət yetirilməməsi, Kamranın onun əlindəki bıçağı almaq üçün biləyindən tutaraq silkələməsi və özünə tərəf çəkməsi nəticəsində sonuncunun xəsarət alması və qanında spirtin miqdarının həddən artıq çox olması nəticəsində aldığ xəsarət zamanı qanaxmasının normadan artıq olması nəticəsində xəstəxanaya Ramizin çağırdığı təəcili tibbi maşını ilə çatdırlsa da ölməsi Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aralarında yaranmış qərəzli münasibətlər zəminində qisas almaq məqsədilə deyil, ehtiyatsızlıqdan adam öldürməsini təsdiq edir. İstintaq orqanın ittihamda qeyd etdiyi kimi hadisənin gedişatı qəbul edilsə belə, yenə də Təqsirləndirilən şəxs əməlində qəsdən deyil, zəruri müdafiə həddini aşmaqla adam öldürmə cinayətinin tərkibinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti, istintaq orqanın qeyd etdiyi kimi zərəçəkmişin yol verdiyi qanunsuz və əxlaqsız hərəkətlərinin artıq mütəmadi hal alması və bütün bunların növbəti günlərdə də davam edəcəyini bilib bezməsi nəticəsində bir başa qəsdlə öldurmək niyyəti ilə deyil (istintaq orqanının hansı əsasa görə həmin nəticəyə gəlməsi qeyd olunmadığı kimi, məhkəmə də həmin halın mövcud olmasını müəyyən etməmiş), zəruri müdafiə həddi aşmaqla, yaxud da ehtiyatsızlıqdan öldürməsi iş üzrə aparılmış araşdırma ilə müəyyən edilərək əməli müvafiq maddə ilə tövsif edilməli, ona hökmdə şərh olunan cəza təyini zamanı nəzərə alınan hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə axşam saat 21 radələrində işdən çıxıb evə gəlmiş, yeməyini yedikdən sonra saat 23 radələrində yatmağa getmişdir. İş rejiminə görə səhər saat 06-da yuxudan durmuş və saat 07-də edən çıxmışdır. Axşam yatdıqdan sonra təxminən gecə saat bir radələrində, möhkəm səs eşidib yuxudan oyanmış, həyat yoldaşına nəsə olduğunu zənn edib yataqdan qalxaraq tez geyinmiş və qapını açan kimi Kamran onun boğazından yapışmışdır. Həmin vaxt əynində idman şalvarı və gödəkçəsi olmuşdur. Kamran yaxasından tutduqda “Kamran nə olub” deyə soruşmuş, Kamran “gəl bura, gəl bura, sən babamın bıçağını məndən gizlədirsən”, demiş, Kamrana “sən nə danışırsan, neynirsən bıçağı”, demiş, Kamran onu digər otağa, qonar otağına çəkib “məgər mən bilmirəm bıçaq hardadır, sən bıçağı məndən gizlədirsən”, demişdir. Kamran boyca ondan hündür, qolları uzun və idmançı bədən qurluşunda olmuş, Kamrana heç bir halda gücü çatmamışdır. Kamran “gəl bura sənə göstərim haradadır bıçaq” demiş və yaxasını buraxmadan əli ilə onu boğan vəziyyətdə dal-dala yataq otağına tərəf itələmiş və yatdığı döşəyin altında gizlətdiyi atasından yadigar bıçağı əlini atıb götürdükdə, Kamranın əlindən vurduğundan, bıçaq Kamranın əlindən düşmüş, tez bıçağı götürüb, “Kamran sən neynirsən” demişir. Kamran isə “ver bıçağı mənə”, demiş və onu sürüyərək yenidən qonaq otağına aparmışdır. Kamran onu möhkəm silkələdiyindən yıxılmasın deyə Kamranın çiynindən tutmaq istəyərkən bıçağın Kamrana toxunduğunu hiss etmiş və dərhal əlini aşağı salmışdır. Kamran sağ əli ilə onun biləyindən tutub “bıçağı ver mənə” deyib, özünə tərəf çəkmiş, lakin bıçağı verməyib əlini geri çəkdikcə, Kamran onun əlini özünə tərəf təkrar-təkrar çəkərək bıçağı verməsini tələb etmişdir. Həmin vaxt Kamran bıçağı onun əlindən almış olsaydı, “Əhməd” öz ailə üzvülərini qətlə yetirdiyi kimi” Kamran da öz ailə üzvülərini qətlə yetirə bilərdi. Çünki, Kamran içkili olarkən anlaqsız vəziyyədə olmuş və hər gün, eyni zamanda həmin gün sərxoş vəziyyətdə olmuşdur. Böyük oğlu onları ayırmş, eyvana qaçmış, Kamran içərisində su olan bankəni götürüb ona tərəf atmış və su bankəsi onun alnını sıyırmışdir. Su bankəsini atdıqdan sonra Kamranın qarın nahiyəsində qan gəldiyini görmüş və sonuncu yerə yıxılmışdır. Böyük oğlu ilə köməkləşib Kamranı yerdən qaldırmışlar. Oğluna tez “103” zəng etməsini demiş, daha sonra özü zəng edərək, Kamranın qan itirdiyini bildirmiş və tez gəlmələrini xahiş etmişdir. Təcili tibbi yardım əməkdaşları gəlmiş, Kamranı “Semaşko” xəstəxanasına çatdırmışlar. Atasından yadigar qalan bıçağı yataq otağında gizlətməsinə səbəb, Kamranın həmin bıçaqla özünə xəsarət yetirməsinin qarşısını almaq olmuşdur. Apellyasiya şikayətinə münasibətdə mövqeyini dəqiqləşdirərək, müdafiəçisi tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəni müdafiə etdiyini bildirmiş və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquiq varisi X8 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətinə verdiyi əlavəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X2 qızı apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğuna görə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 392.3-cü maddəsinə əsasən, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin ittiham hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir: İlk öncə, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiə hüququ Milli və Beynəlxalq hüquq normaları daxilində təmin olunmuş və məhkəməyədək icraat zamanı onun müdafiə hüququnun pozulması halları müəyyən edilməmişdir. Zərərçəkmi şəxsin hüquqi varisi, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmünün hüquqi tövsifini mübahisələndirərək, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən, həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Müdafiə tərəfi də, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmünün hüquqi tövsifini mübahisələndirərək, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən, həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi və müdafiə tərəfi apellyasiya şikayətində eyni mövqedən çıxış etmiş və birinci instansiya məhkəməsinin ittiham hökmünü məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə dair hissədə mübahisələndirmişlər. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X5 təməl prinsiplərindəndir. Birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirən zərərçəkmiş şəxsin hüquqi varisi və müdafiə tərəfi məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən, həmin Məcəllənin 123.1 və ya 124.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı bir sıra dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışının yekun nəticəsinə əsasən qeyd edir ki, cinayət işi üzrə aparılmış araşdırma zamanı tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verən birinci instansiya məhkəməsi, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə aidiyyətini və hərəkətləri ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməklə öldürməsinə dair əsasları və bununla bağlı mövqeyini işin faktiki hallarına uyğun olaraq düzgün müəyyənləşdirmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarının hüquqi tövsiyyəsinə görə, təqsirkarın niyyətinin qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CMin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123 və 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş üzrə ifadələri ilə müəyyən olunmuş məqamların və məlumatların analizinə, habelə onların digər sübutlarla əlaqəli tədqiqinə və təhlilinə əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını məhs həmin sübutların məcmusu ilə düzgün müəyyən etmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının hüquqi tövsiyyəsi nəzərə alınaraq, hazırda mübahisələndirilən ittiham hökmündə istinad edilən sübutların tədqiqi ilə işin faktiki halları aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində sərbəst ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 3 övladından böyük oğlu ailəsindən ayrıldığı üçün onlarla yaşamış, Kamran adlı oğlu isə spirtli içki aludəçisi olmuşdur. Belə ki, Kamran evə içib gəlmiş, ona nalayiq sözlər demişdir. Əvvəllər də üstünə bıçaqla gəlib ondan pul istəmişdir. O, dəfələrlə bu hallarla bağlı polisə, 28-ci Polis Bölməsinə ərizə ilə müraciətlər etmiş, bundan əlavə 2 ay Kamranı Zığ şossesində yerləşən narkoloji dispanserdə yatızdırmış, Semaşkoda 3 dəfə qanını dəyişmişdir. Oğlu alkoqoldan müalicə alsa da, müalicədən çıxandan 15 gün sonra yenə içməyə başlamışdır. Özü isə bir qayda olaraq səhər evdən çıxmış, axşam qayıtmışdır. 2023-cü ilin aprel ayının 7-də saat 21:00 radələrində işdən çıxıb evə gəlmiş, saat 23:00 radələrində gedib yatmışdır. Tək yatdığı vaxt gecə saat 01-in yarısında yatdığı otağın qapısı bərk döyülmüşdür. O, qapını yuxulu vəziyyətdə açarkən, oğlu Kamran onun yaxasından yapışmış, əl ilə ona zərbələr endirmişdir. O, oğlu Kamrana yumşaq tonla “Kamran, mən sənin atanam, məni vurma” demiş, lakin Kamran onun sözlərinə qulaq asmamışdır. Oğlu ona “Camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən?” demiş, o isə oğluna “Mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də vermirəm” demişdir. Oğlu onu itələmiş, yataq otağında onun atasına məxsus olan bıçağı götürmək istəmiş, lakin o, həmin bıçağı Kamrandan qabaq götürmüşdür. Kamran onu silkələyib, qonaq otağına gətirmiş, bıçağı əlindən almaq istəmişdir. O, bıçağı elə tutmuşdur ki, xəsarət yetirməsin. Lakin Kamran onu silkələyərkən onun qol tərəfinin cızıldığını, bıçağın Kamrana batdığını hiss etmişdir. Hiss edən kimi əlini aşağı salmış, əlini aşağı salan kimi, Kamran biləyindən tutmuş, sol əli ilə onu boğmuşdur. Sonra böyük oğlu gəlib onları aralamış, aralayan zaman Kamranın qabırğası altında bıçaq yarası görmüşdür. Sonra Kamran balkona çıxmış, oradan su şüşəsi götürüb, onun üstünə atmışdır. Lakin o, üzünü çevirdiyindən dəyməmişdir. Bu zaman Kamrandan qanaxma başlamış, iki dəqiqə keçmədən halı dəyişmiş və yerə yıxılmışdır. Digər oğlu ilə birlikdə Kamranı kresloya qoymuş, böyük oğluna təcili yardım çağırmasını tapşırmış, sonuncu da çağırmış, oğlu Kamranın özünü bıçaqla vurduğunu məlumat vermişdir. Özü də təcili yardıma üç dəfə zəng vurmuş, tez gəlmələri üçün yalvarmışdır. Çölə çıxıb, təcili yardım maşınını qarşılamış, onlara köməklik etmiş, Kamranı Semaşko xəstəxanasına aparmışlar. Maykasını qaldıranda qabırğa altında bir bıçaq yarası və cızıqlar olduğunu görmüşdür. Növbəti gün isə oğlu Kamranın vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə zamanı əlində olan bıçaq atasından qalma, qatlanmayan bıçaq olmuşdur. Həmin bıçağı otağında saxlamışdır. Belə ki, bıçağı məhz Kamran özünə xəsarət yetirməsin deyə gizlətmişdir. Çünki Kamran hər gecə evə gələn zaman bıçaq axtarmış, hirsindən divara vurmuş, evdəki kresloların hamısının üstündə bıçaq izləri qalmışdır. Kamran cinayət törətdiyinə görə saxlanılarkən də özünə ağır xəsarət yetirmiş, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunmuşdur. Hadisə günü də Kamran onu əli ilə arxaya itələmiş, “Elə bilirsən mən bilmirəm mənim babamın bıçağı haradadır?” demiş, əl atıb döşəyin altından bıçağı götürmək istəyəndə o, bıçağı Kamrandan əvvəl götürmüşdür. Bıçağı yuxarıda tutmuş, oğluna tərəf tətbiq etməmiş, Kamranı vurmaq niyyəti olmamışdır. Vəziyyəti pis olduğuna görə ibtidai istintaq zamanı verdiyi ifadə yadında qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-nin 327.1.3cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, mərhum oğlu Zərərçəkmiş şəxs hərbi qulluqçu olduğu vaxtlardan spirtli içki aludəçisi olmuş, tüfeyli həyat tərzi sürmüş, həmin vaxtdan hər gün spirtli içki qəbul edib özünü idarəetməni tamamilə itirərək sərxoş vəziyyətdə yad insanlara sataşmış, həm onlardan, həm də tanımadığı insanlardan spirtli içki almaq üçün pul tələb edərək rədd cavabı aldıqda mübahisə etmişdir. Sərxoş vəziyyətdə evdə olduğu zaman dəfələrlə ona və anasına qarşı nalayiq sözlər işlətməklə, çılpaq vəziyyətdə evdə gəzməklə dözülməz əxlaqsız hərəkətlərə yol vermişdir. Spirtli içki aludəçiliyinə görə müalicə alması üçün əvvəllər onu narkoloji dispanserə yerləşdirsələr də, evə qayıtdıqdan sonra da spirtli içkini buraxmamışdır. Əvvəllər iki dəfə onun istifadə etdiyi mobil telefonunu oğurlayıb satdığı üçün hadisədən təxminən 2 ay əvvəl ondan şikayət etmiş, bununla bağlı Yasamal RPİ-nin 28-ci polis bölməsində araşdırma aparılmışdır. Ona görə də, yatarkən pulunu, avtomobilinin açarını, mobil telefonunu və ata yadigarı olan bir ədəd bıçağını həmişə çarpayıda baş ucuna qoymuşdur. Kamran mobil telefonunu oğurlamaqla yanaşı, ona könüllü şəkildə pul verməyəcəyi təqdirdə avtomobilini qaçıracağını, pulunu oğurlayacağını demiş və dəfələrlə öz təşəbbüsü ilə münaqişə yaradıb mətbəx otağından bıçaq götürərək üzərinə hücum çəkməklə onu bıçaqlayacağını, öldürəcəyini deyib hədə-qorxu gəlmiş, özü isə bununla bağlı DİN-in “102” Xidmətinə şikayət etmişdir. 07 aprel 2023-cü il tarixdə, axşam saat 21 radələrində işdən evə qayıtmış, Kamran saat 22 radələrində evdən çıxmış, o isə təxminən saat 23 radələrində yataq otağına keçib Kamranın sərxoş vəziyyətdə evə gələcəyi təqdirdə otağın qapısını açaraq müxtəlif bəhanələrlə səs-küy salıb söz-söhbət yarada bilməməsi üçün qapını arxadan kilidləyərək yatmış, yatmazdan əvvəl həmişə olduğu kimi pulunu, avtomobilin açarını, mobil telefonunu və ata yadigarı olan bir ədəd bıçağını çarpayıda baş ucuna qoymuşdur. Gecə saat 00 radələrində yataq otağının qapısının möhkəm səslə döyüldüyünü eşidib qəfil yuxudan oyanmış, bu zaman Kamranın sərxoş vəziyyətdə onu vuracağı, bıçaq soxacağı barədə hədələyici sözlər dediyini eşidib hər şeydən bezmiş vəziyyətdə yataqdan durub əynini geyinərək otağın qapısını kiliddən çıxarıb açmışdır. Kamran sərxoş vəziyyətdə heç bir səbəb olmadan hər iki əli ilə yaxasından tutaraq onu özünə tərəf dartıb qonaq otağına keçmiş, səs-küyə digər oğlu Şahsəddin olduğu otaqdan çıxmış, Kamran ünvanına nalayiq sözlər işlədərək sağ əli ilə çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, arvadı baş verənlərə görə mətbəxlə qonaq otağının arasında dayanıb ağlayaraq münaqişəni bitirmələri üçün qışqırmışdır. Kamranın hər gecə təkrarladığı bu kimi hərəkətlərindən bezdiyi üçün qaçaraq yataq otağına keçib Kamrandan özünü müdafiə etmək üçün saxladığı bıçağını götürərək sağ əlində tutub yenidən qonaq otağına qayıdaraq bıçağı ona nümayiş etdirməklə münaqişəni bitirməsini demiş, lakin Kamranın onun sözlərinə məhəl qoymadığını, əksinə üzərinə hücum etməyə davam etdiyini görüb özünü idarəetməni itirərək ondan kənarlaşması üçün bıçaqla Kamranın sol qol nahiyəsinə və qarın boşluğuna bir neçə dəfə kortəbii zərbələr endirərək xəsarətlər yetirmişdir. Bunu görən digər oğlu Şahsəddin Kamranın arxa tərəfinə keçib dartaraq onu kənara çəkmiş, Kamranı bir qədər aralandıqdan sonra qonaq otağındakı stolun üzərində olan su qabını ona dorğu atmış, lakin su qabı ona dəyməyib yan keçmişdir. Bu zaman Kamranın əsasən qarın boşluğu nahiyəsindən xeyli qan axdığını, halının qəfil pisləşdiyini görüb endirdiyi zərbələrdən Kamranın xəsarət aldığını bilmiş, dərhal Şahsəddinlə köməkli şəkildə onu qonaq otağındakı kresloda oturtmuş, sonra Şahsəddin istifadəsindəki mobil telefonla təcili yardıma zəng edib özünün tutulmasını istəmədiyi üçün Kamranın özü-özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etməsi barədə yalan məlumat verib, yaşadıqları ünvana həkim briqadası göndərmələrini xahiş etmiş, ardınca da özü mobil telefonu onun əlindən götürərək təcili şəkildə həkim briqadası göndərmələrini bildirmişdir. Təxminən 15 dəqiqə sonra təcili yardım avtomobili gələrək K.X14 Mərkəzə aparmış, xəstəxananın qarşısında gözləyərkən Yasamal RPİ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onu və oğlu Şahsəddini 28-ci polis bölməsinə, ardınca rayon prokurorluğuna aparmış, rayon prokurorluğunda izahat verərəkən Kamrana bıçaqla xəsarət yetirdiyini səmimi şəkildə etiraf etmişdir. Lakin Kamranı öldürmək yaxud ağır xəsarət yetirmək məqsədi ilə ona bıçaqla zərbələr endirməmiş, sadəcə bir anda Kamranın ona qarşı hərəkətlərinə görə özünü itirərək qorxutmaq və özündən kənarlaşdırmaq məqsədilə ona bir neçə dəfə bıçaqla kortəbii zərbələr vurub xəsarətlər yetirmişdir. Tutduğu əməldən peşmandır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası X1 ifadə verərək göstərmişir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ata-anasına yaxşı oğul, uşaqlarına yaxşı ata olmuşdur. Oğlu Zərərçəkmiş şəxs 11-ci sinifdən içki düşkünü olmuş, atası Kamranı müalicə üçün hər yerə aparmışdır. Kamran narkomaniyadan da müalicə almışdır. Kamran ölməmişdən əvvəl o, Kamrana atasının reabilitasiya mərkəzinə getdiyini və müalicə ilə bağlı danışdığını demiş, lakin Kamran müalicəyə razılıq verməmişdir. Kamran dəfələrlə bıçaq çəkmiş, o, Kamrana “Kamran, sən anana bıçaq çəkirsən?” dedikdə sonuncu ona “Sənə yox, sənin yanındakına çəkirəm” demişdir. Oğlu Kamran xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində evə içkili vəziyyətdə gəlmişdir. Həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs öz otağında yatmışdır. Kamran soyunub qonaq otağına keçmiş, sonra qəflətən Ramiz yatan otağa keçmək istəmiş, lakin qapı bağlı olmuşdur. Kamran qapını döymüş, silkələmiş, o, Kamrana “Kamran, atan səhər durub işə gedecək” desə də, Kamran ona əhəmiyyət verməmişdir. Ramiz qapını açan kimi Kamran Ramizin boğazından tutmuş, içəri salmış və yumruqla çənəsinə zərbələr endirmişdir. Kamran atasından pul istəmiş, atası isə Kamrana “Sən nə vəziyyətdəsən?” demişdir. Sonra Kamran mətbəxə getmişdir. Onlar Kamranın əlindən mətbəxdəki bıçaqları Ramiz yatan otaqda balışın altında gizlətmişlər. Çünki Kamran dəfələrlə özünə xəsarət yetirmiş, evdən telefon, pul oğurlamışdır. Amma Kamran mətbəxdən əli arxasında çıxmış, təzədən otağa girəndə ona əhəmiyyət verməmiş, atasını sürütləyib yataq otağına keçirmişdir. Babasından qalan bıçağı atasından istəmiş, sonra təzədən atasını qonaq otağına sürütləmişdir. Kamran hündür boy, cüssəli olmuşdur. O, dəhlizə çıxmış, sonra Kamranın əlində su butulkası olduğunu, Ramizin üstünə atdığını görmüşdür. Sonra atası təcili yardıma zəng etmiş, “oğlum özünü bıçaqlayıb” demişdir. O, bıçaq görməmiş, belə ki, hadisə vaxtı Ramizin əlində heç nə görməmiş, hadisədən sonra istintaq orqanı gəlib evdə bıçaq axtarmış, eyvandan balaca bıçaq tapmışlar, hansı ki, o, həmin bıçağı əvvəllər görməmişdir. Ümumiyyətlə həyat yoldaşı Ramizin əlində nə hadisə vaxtı, nə də başqa vaxt bıçaq görməmiş, Kamranın əlində isə dəfələrlə bıçaq görmüşdür. İstintaq dövründə çox pis olmuş, nə danışdığını bilməmiş, müstəntiq evlərinə gələndə nə yazdığını bilməmiş, ifadəsini oxumadan qol çəkmişdir. Evində bıçaqlanma olduğunu ona desələr də özü görməmişdir. Yoldaşının haqqında cinayət işinin açıldığını bilmiş, latın əlifbasını bilmədiyindən nə ifadə verdiyini də bilməmiş, ifadəsini də oxumadan müstəntiq ona qol çəkdirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, oğlu Kamran hərbi qulluqçu olduğu vaxtlardan spirtli içki aludəçisi olmuş, tüfeyli həyat tərzi sürmüş, həmin vaxtdan hər gün spirtli içki qəbul edib özünü idarəetməni tamamilə itirərək sərxoş vəziyyətdə yad insanlara sataşmış, həm onlardan, həm də tanımadığı insanlardan spirtli içki almaq üçün pul tələb edərək rədd cavabı aldıqda mübahisə etmişdir. Hətta sərxoş vəziyyətdə evdə olduğu zaman dəfələrlə ona və atasına qarşı nalayiq sözlər işlətməklə, çılpaq vəziyyətdə evdə gəzməklə dözülməz əxlaqsız hərəkətlərə yol vermişdir. Spirtli içki aludəçiliyinə görə müalicə alması üçün əvvəllər onu narkoloji dispanserə yerləşdirsələr də, evə qayıtdıqdan sonra da spirtli içkini buraxmamışdır. Kamran əvvəllər də Ramizə məxsus mobil telefonu oğurlayıb satdığı üçün Təqsirləndirilən şəxs şikayət etmiş, bununla bağlı Yasamal RPİnin 28-ci polis bölməsində araşdırma aparılmışdır. Kamran atasının mobil telefonunu oğurlamaqla yanaşı, ona könüllü şəkildə pul verməyəcəyi təqdirdə avtomobilini qaçıracağını, pulunu oğurlayacağını demiş və dəfələrlə öz təşəbbüsü ilə münaqişə yaradıb mətbəx otağından bıçaq götürərək atasının üzərinə hücum çəkməklə bıçaqlayacağını, öldürəcəyini deyib hədə-qorxu gəlmişdir. Hadisənin baş verdiyi 07 aprel 2023-cü il tarixdə saat 23 radələrində Kamran həmişə olduğu kimi sərxoş vəziyyətdə evə gəlib qonaq otağında oturmuş, təxminən 10-15 dəq sonra Şahsəddin işdən evə qayıdıb yatmaq üçün öz otağına keçmişdir. Kamran bir qədər oturduqdan sonra atasının harada olduğunu soruşmuş, yorğun olduğunu, səhər işə gedəcəyini deyib onu narahat etməməsini xahiş etsə də, sözlərinə məhəl qoymayaraq atasının ünvanına nalayiq sözlər işlədib onunla söhbət edəcəyini demiş və Ramizin yatdığı otağın qapısının arxadan kilidli olduğunu görüb yumruq və təpiklə zərbələr vuraraq möhkəm səslə qapını döyməyə başlamışdır. Səs-küy salmamasını, qapını döyüb atasını narahat etməməsini, sərxoş olduğunu, gedib yatmasını xahiş etsə də, bu hərəkətlərinə son qoyması üçün müdaxilə etməyə çalışsa da, Kamran əli ilə onu kənara itələyib atasının ünvanına qarşı nalayiq sözlər işlətməklə oyanmasını, qapını açmasını tələb etmiş, hətta onu vuracağını, bıçaq soxacağını deyib hədələyici sözlər işlətmişdir. Bir qədər sonra Ramiz oyanıb yataq otağının qapısını kiliddən açmış, Kamran sərxoş vəziyyətdə heç bir səbəb olmadan hər iki əli ilə atasının yaxasından tutaraq onu özünə tərəf dartıb qonaq otağına keçmişdir. Səs-küyə digər oğlu Şahsəddin otaqdan çıxmış, Kamran nalayiq sözlər işlədərək sağ əli ilə atasının çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, özü isə baş verənlərə görə qorxduğu üçün bir qədər kənarda, mətbəxlə qonaq otağının arasında dayanıb ağlayaraq münaqişəni bitirmələri üçün qışqırmışdır. Ramiz bundan sonra qaçaraq yataq otağına keçib Kamrandan özünü müdafiə etmək üçün saxladığı bıçağını götürərək yenidən qonaq otağına qayıtmış, sağ əlində tutduğu bıçağı Kamrana nümayiş etdirməklə münaqişəni bitirməsini tələb etmiş, lakin Kamranın onun sözlərinə məhəl qoymadığını, əksinə üzərinə hücum etməyə davam etdiyini görüb bıçaqla Kamranın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. Bunu görən Şahsəddin Kamranın arxa tərəfinə keçib dartaraq onu kənara çəkmiş, Kamranı bir qədər aralandıqdan sonra sonuncu qonaq otağındakı stolun üzərində olan su qabını Ramizə dorğu atmış, lakin su qabı ona dəyməmişdir. Bu zaman Kamranın əsasən qarın boşluğu nahiyəsindən xeyli qan axdığını, halının qəfil pisləşdiyini görüb Ramizin bıçaqla endirdiyi zərbələrdən Kamranın xəsarət aldığını başa düşmüş, dərhal köməkli şəkildə Kamranı qonaq otağındakı kresloda oturtmuş, sonra Şahsəddin istifadəsindəki mobil telefonla təcili yardıma zəng edib Ramizin tutulmasını istəmədiyi üçün Kamranın özü-özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etməsi barədə yalan məlumat verib yaşadıqları ünvana həkim briqadası göndərmələrini xahiş etmiş, ardınca da Ramiz mobil telefonu onun əlindən götürərək təcili şəkildə həkim briqadası göndərmələrini bildirmişdir. Təxminən 15 dəqiqə sonra təcili yardım avtomobili gələrək oğlunu X16 aparmış, sonradan Kamranın aldığı xəsarətlərdən gecə saatlarında xəstəxanada dünyasını dəyişdiyini, əri Ramizin isə hadisəni törətməkdə təqsirli olduğu üçün saxlanıldığını öyrənmişdir. Oğlu Zərərçəkmiş şəxs ölümünə dair əri Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi gün işdən gəlib evdə yatmışdır. Anasının “Dur, atanı al qardaşının əlindən” qışqırıq səsinə oyanmış, duranda qardaşı Kamranın əlindəki su butulkasını atasının üstünə atdığını görmüşdür. Qardaşı Kamranın maykası qan içində olmuş, yəqin həmişə olduğu kimi yenə də qardaşının özünə xəsarət yetirdiyini fikirləşmişdir. Təcili yardıma zəng edib “Deyəsən qardaşım özünə xəsarət yetirib” demiş, təcili yardım gələndə köməkləşib qardaşını maşına qoymuş və Semaşkoya aparmışlar. Əvvəlcə xəstəxanaya atası getmiş, sonra əynini dəyişib o da getmişdir. Atasının əlində hadisə vaxtı heç nə görməmiş, həmin vaxt atası ilə heç nə danışmamışdır. Şahid1 məhkəmədə verdiyi sərbəst ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsi ilə eyni məzmunda olmuşdur. Birinci instansiya məhkəməsində işi üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və nəzərə alınmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində iş üzrə sübut əhəmiyyətli sənədlər məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 45 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 353 saylı rəyi, «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokol, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 312-MTKŞ/2023 saylı rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 420/2023-MTBŞ nömrəli rəyi, kompleks ambulator məhkəmə psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1952 saylı rəyi, “Bakı şəhər Təcili və X11 Stansiyası” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2023cü il tarixli PHŞ-696/2-238/2023 saylı məktub, “Əşyaya baxış keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikası DİN-in xx.xx.2023-cü il tarixli 3-13/2-52037/202 saylı məktubu, Yasamal RPİ-nin 28-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-53-3/2- 9034/2023 nömrəli məktub, “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 6467 nömrəli arayışı, 2 nömrəli X4 xx.xx.2023-cü il tarixli, 1/2729 nömrəli arayışı, “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3557 nömrəli arayışı, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xx/xx-6495 nömrəli arayışı və iş üzrə maddi sübut 01 (bir) ədəd bıçaq tədqiq edilmiş, onların mahiyyəti və mötəbərliyi işin faktiki hallarına uyğun qiymətləndirilmişdir. Habelə, tədqiq olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:22-də “102” Xidmətinə zəng edib oğlu tərəfindən bıçaqla hədələnməsini bildirmiş, məlumat müvafiq qaydada qeydiyyata alınaraq aidiyyəti üzrə Yasamal RPİ-yə ötürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə müraciət edərək oğlu Zərərçəkmiş şəxs ona məxsus olan “Redmi 11” markalı mobil telefonu götürərək geri qaytarmamasını bildirmiş, həmin xüsusatların mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilərək xx.xx.2023-cü il tarixdə toplanmış material işə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PBnə müraciət edərək oğlu Zərərçəkmiş şəxs mütəmadi olaraq halsız vəziyyətdə gələrək narahatçılıq yaratdığını, onun narkotik vasitə istifadəçisi olmasından şübhələndiyini bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmiş, həmin müraciət üzrə araşdırma aparılaraq müayinə nəticəsində Zərərçəkmiş şəxs narkotik vasitə qəbul etmədiyi müəyyən olunduğundan xx.xx.2023-cü il tarixdə toplanmış material işə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 23:24-də DİN-in “102” Xidmətinə zəng vuraraq oğlu Təqsirləndirilən şəxs onu bıçaqla hədələməsi barədə məlumat vermiş, həmin məlumat əsasında Yasamal RPİ-nin 28-ci PBdə araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisinin xx.xx.2023-cü il tarixli raportu əsasında Zərərçəkmiş şəxs və onun ailə üzvləri münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı verdiyi ifadəsini təhlil edərkən, Təqsirləndirilən şəxs məlum hadisə zamanı Kamranın sol əli ilə boğazından tutaraq onu boğduğu, sonuncunun sağ əli ilə onun (Təqsirləndirilən şəxs) sağ əlinin biləyindən tutaraq sağ əlində tutduğu bıçağı verməsini tələb edərkən, təkrar-təkrar güc sərf edərək özünə tərəf çəkməsi səbəbi ilə Təqsirləndirilən şəxs sağ əlində tutduğu bıçağın sonuncunun iradəvi gücü və təsiri olmadan Kamranın sol qarın nahiyəsinə xəsarət yetirməsi ilə bağlı qeyd etdiyi halları inandırıcı və ağlabatan hesab etmir. Eyni zamanda, Təqsirləndirilən şəxs digər oğlu onları ayırdıqdan sonra Kamranın aldığı xəsarətlərdən acıması səbəbindən su bankəsini Təqsirləndirilən şəxs atmasına dəlalət edir ki, bu xüsusadda Kamranın hadisə zamanı özü-özünə xəsarət yetirməsi haqqında mülahizəni təkzib edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrə münasibətdə, birinci instansiya və apellyasiya baxışında fərqli mülahizələrlə qeyri-səmimi ifadələr verdiyini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, həmçinin cinayət hadisəsini bilavasitə görmüş zərərçəkmiş şəxsin hüquqi varisi (həyat yoldaşı) S.Ə.İsrafilovanın və iş üzrə şahid (oğlu) Şahid1 ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrinin müqayisəli təhlilinə, habelə digər sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuş cinayət əməlinin müvafiq olaraq həmin Məcəllənin 123.1 və ya 124.1-ci maddələri ilə tövsif edilməsi haqqında apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasn, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin qeyd olunan normalarına və apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, toplanmış istintaq materiallarının tədqiqinə, habelə keçirilmiş məhkəmə araşdırmasının və apellyasiya baxışının nəticələrinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvanda birlikdə yaşadığı və spirtli içki aludəçisi olan oğlu Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş məlum hadisə zamanı sonuncunu zəruri müdafiə həddini aşmaqla və ya ehtiyatsızlıq nəticəsində öldürməsi ilə bağlı hallar müəyyən edilməmişdir. Birinci və apellyasiya instansiyası qaydasında keçirilmiş məhkəmə baxışının nəticələrinə əsasən, Təqsirləndirilən şəxs (CM-in 123 və 124-cü maddələrində nəzərdə tutulan əsaslar olmadan) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tədqiq olumuş iş materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətmiş olduğu məlum cinayət hadisəsi haqqında ibtidai istintaq zamanı verdiyi ifadəsinə münasibətdə qeyri-səmimi ifadə verərək, cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Eyni zamanda, məlum hadisənin bilavasitə şahidi olmuş zərərçəkmiş şəxsin hüquqi varisi (həyat yoldaşı) S.Ə.İsrafilova və iş üzrə şahid (oğlu) Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə münasibətdə məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadə verərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına köməklik göstərməyə çalışmışdır. İş üzrə tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 45 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində: sağ qabırğaaltı nahiyədə olan, sağ döş boşluğuna nüfuz edərək diafraqmanın dəlib keçən, qaraciyəri yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, qarının sağ yan səthində olan qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, hər iki bazu nahiyəsində olan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, sol əlin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər həyatidir, sol əldə olan sıyrıq küt əşyanın, 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaralar isə iti ucu, bir kənarı iti, digər kənarı isə küt olan yastı tiyə tipli deşici-kəsicin alətin (alətlərin) təsirindən törənmişlər, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənə bilərdi, törənmə müddətləri onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İş üzrə tədqiq edilmiş, “Əşyaya baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və cinayəti törədərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq qatlanmayan tiplidir. Təqsirləndirilən şəxs həmin bıçaqla xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini bildirmişdir. İş üzrə tədqiq edilmiş, kompleks məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 312-MTKŞ/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni bir alətlə, o cümlədən, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaqla törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara əsasən, istintaq orqanı tərəfindən iş üzrə qanuni üsullarla toplanılmış və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan, işin faktiki hallarına uyğun olaraq qiymətləndirilmiş sübutların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs, habelə zərərçəkmiş şəxsin hüquqi varisi (həyat yoldaşı) S.Ə.İsrafilovanın və iş üzrə şahid (oğlu) Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə qismən razılaşır və onların ibtidai istintaq zamanı verdiyi ifadələrinin daha səmimi və inandırıcı olduğunu nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs, habelə zərərçəkmiş şəxsin hüquqi varisi (həyat yoldaşı) S.Ə.İsrafilovanın və iş üzrə şahid (oğlu) Şahid1 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri əlaqəli şəkildə təhlil olunarkən, bu ifadələr arasında müəyyən edilmiş ziddiyyətlər işin faktiki hallarına uyğun qiymətləndirilmiş və bu ziddiyyətlər digər sübutların tədqiqi ilə aradan qaldırılmışdır. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1 -ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Belə ki, apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq və təhlil edən, habelə iş üzrə keçirilmiş istintaq və məhkəmə hərəkətinin protokollarını, həmçinin toplanmış sənədlərin hər birini mötəbərliyi üzrə qiymətləndirən birinci instansiya məhkəməsi işin faktiki hallarını tədqiq edilmiş sübutların məcmusu ilə düzgün müəyyənləşdirmişdir. Qanunvericiliyin tələbinə əsasən, birinci instansiya məhkəməsində tədqiq olunmuş və ittihamın əsası kimi qəbul edilmiş hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qəbul ediləndir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələbinə əsasən, iş üzrə toplanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmuyu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun prosessual hüququ kimi qiymətləndirir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmənin ittiham hökmü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşdə olan sübutlar Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirinin təsdiq edilməsi barədə yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aydın ədalətsiz hesab etmir. Birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsində maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, tərəflərin apellyasiya şikayətləri isə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisinin və müdafiə tərəfin apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar