Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-452/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş-mülki iddiaçı X2, onun nümayəndəsi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin N3.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs və mülki iddiaçı X2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə (hakim X1 ibarət tərkibdə) xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” YYM nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs 378,00 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi, mülki iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs maddi ziyana görə 7972,00 manat, taksi xidmətlərdən istifadəyə görə 500,00 manat və mənəvi ziyana görə 1000,00 manat, cəmi 9472,00 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 07:30-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi özünə məxsus “Hyundai Elantra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Türkan-Pirallahı dairəsində dairədən çıxıb Türkan qəsəbəsi istiqamətində30 km/saat sürətlə hərəkət edərkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, hərəkəti istiqamətində yolayrıcı istiqamətində quraşdırılmış 2.4 "Yol verin” üstünlük nişanının tələblərinə riayət edərək yolayrıcına daxil olmalı və üstünlük yol nişanı sürücüsünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli və bundan sonra hərəkət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan idarə etdiyi “Hyundai Elantra” markalı **- TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısı ilə Mərdəkan şosesi ilə Pirallahı istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Toyota Prius” markalı avtomobil yol kənarında olan hasara dəymiş və nəticədə Zərərçəkmiş şəxs baş beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ üst göz qapağının, üst dodağın sağ yarısının, sol dirsəyin, hər iki əlin, sol saidin əzilmiş yaraları, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığı, sağ gözətrafı nahiyənin, burunun sıyrıqları, ikitərəfli reaktiv plevrit, sol İİİ, İV, V, Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları ilə nəticələnən və sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, həmçinin Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10950 manat maddi ziyan vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək birinci instanisya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1-ci maddəsi ilə cərimə cəzasının təyin olunması, mülki iddianın araşdırılaraq sübutlar əsasında qərar qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıq üzündən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin maddənin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Lakin işə baxan məhkəmə təqsirləndirilən şəxsə ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etsə də, hökmdə bunun səbəbi əsaslandırılmamışdır. Bundan başqa məhkəmə bir tərəfdən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları qeyd etməsinə baxmayaraq cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmamasını nəzərə alaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi hallar ziddiyət təşkil edir. Eyni zamanda məhkəmə cəza təyin edərkən baş vermiş yol-nəqliyyat hadisəsinə görə Zərərçəkmiş şəxs da, təqsirinin müəyyən olunduğunu və buna görə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə almamışdır. Mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs maddi ziyana görə 7972,00 manat, taksi xidmətlərdən istifadəyə görə 500,00 manat və mənəvi ziyana görə 1000,00 manat, cəmi 9472,00 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Lakin bu hissədə də, məhkəmə düzgün nəticəyə gəlməmişdir. məhkəmə taksi xidmətlərdən istifadəyə görə 500,00 manat pulun tutulması qənaətinə gəlsə də, təqdim edilmiş sübutlardan görünür ki, Zərərçəkmiş şəxs 6-7 ay müddətində istifadə etdiyi, həmçinin müalicəsi və işi ilə bağlı olmayan yerlərə getməsinin də, yol xərcini tələb etmişdir. Ancaq Zərərçəkmiş şəxs cəmi 20 gün müddətində müalicə də olmuş və həmin müddət ərzində taksidən istifadə ilə bağlı xərclər tutulmalı idi. Bundan əlavə məhkəmə mənəvi ziyana görə 1000,00 psixi sarsıntı keçirməsi sübut olunmamış və bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Həmçinin məhkəmə baş vermiş yol-nəqliyyat hadisəsində Zərərçəkmiş şəxs də, təqsirinin olduğunu nəzərə almamışdır. Həmçinin məhkəmə maddi ziyana görə 7972,00 manat pulun tutulması qənaətinə gəlsə də, Təqsirləndirilən şəxs avtomobilinin "xxxx" ASC-də sığorta olunmasını və dəymiş ziyana görə hər iki tərəfin təqsiri müəyyən olunduğu üçün dəymiş ziyanın 2500 manatının (icbari sığorta üçün ödənilməli məbləğin maksimum həddinin 5000 manat olması nəzərə alınmaqla) sığorta şirkəti tərəfindən ödənilməli olmasını nəzərə almadan həmin məbləği tam olaraq təqsirləndirilən şəxsdən tutmuşdur. Halbu ki, məhkəmə sığorta şirkətinə sorğu verərək sığorta hadisəsinin qeydə alımb-almmamasım, qeydə alındığı halda sığorta ödənişinin ödənilib-ödənilməməsini araşdırmamış, bununla bağlı vəsatətimi heç bir əsas olmadan təmin etməmişdir. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçı X2 nümayəndəsi tərəfindən də apellyasiya şikayəti verilərək hökmün cəza təyin edilməsi hissəsində dəyişdirilərək daha ağır cəza təyin edilməsi, mülki iddia hissəsində mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 10350,00 (on min üç yüz əlli) manat və 5000 manat mənəvi ziyanın, həm birinci, həm apellyasiya instansiyası üçün ödənilmiş 225 manat dövlət rüsumlarının tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs zərərçəkənə heç bir maddi ziyan ödəməmiş, istintaq və məhkəmə dövründə zərərşəkəni vurduğu nəqliyyət vasitəsi ilə məhkəməyə gəlib getmiş zərərçəkən isə taxsi və tanışlarının nəqliyyat vasitəsindən istifadə etmək məcuriyyətində qalmışdır, hadisə yerində zərərçəkənə ilkin tibbi yardım göstərməmiş, əksinə təhqiqat aparan şəxslərlə prosesdən kənar əlaqələr yaradaraq özünün təqsirli olmaması üçün addımlar atmış, nəticədə mühüm əhəmiyyət kəsb edən hadisə yerinin video görüntü olan sübut sübutlar əvvəlcədən sübutun yeri brədə xəbərdalıq və xahiş edilməsinə, video görtüntü telefon vasitəsi ilə təhqiqatçıya təqdim edilməsinə baxmayaraq bilərkən və qərəzli olaraq mənbədən götürülməmiş, bununla da sübtlar siyahısından çıxarılmşdır. Məhkəmə süni surətdə ekspertiza bəhanəsi ilə süni surətdə işli uzatmaqla icraat aparmış, verilən vəsatətlər araşdırılmamış, hadisə yerinin iştirakçıları şahid qismində dəvət edilməmiş, əsaslı əsassız icraat zamanı gah istntaq başa çatmış, gah da heş bir əsas olmadan heş nə olmamı.şkimi davam etmişdir, şahidin dindirilməsindın imtina barədə qərar qəbul edildiyi halıda, yenidən heç nə olmamış kimi şahidin dindirilməsi prosesi baş vermişdir, ən azından iki dəfə çıxış etmişik, prosesin görüntüsü tələb edildikdə “xoruz olmur səhər açılmır” əası ilə görüntünün olmadığı bildirilir. Cəhdin nədə ifadə olunması məlum deyil, əksinə ortada görsənməyən nümayəndəsi təzyiq edərək 1000 manatı götür, ya da biz öz bildiyimiz kimi gedib öz işimizi həll edək deyə bildirmiş, buna dair sübutlar olsa da məhkəmə bunu da dəyərləndirməmişdir, nəticə ortadadır. Göründüyü kimi qanun yol-nəqliyyat hadisəsini törətmiş şəxsin üzərinə nəqliyyat hadisəsi zamanı zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirlərin görülməsi, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları yaxınlıqdakı tibbi müəssisəyə göndərməsi vəzifəsi qoyur. Yol-nəqliyyat hadisəsini törətmiş şəxs tərəfindən qanunla üzərinə qoyulmuş vəzifələrin icrasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul etməsi əsaslı hesab etmir. Bundan başqa iş materillarına əlavə edilən və təqsirləndirilən şəxs tərəfindən özünün nəqliyyat vasitəsinə dəymiş ziyanın zərərçəkəndən tələb edilməsinə dair icraatda mülki iş vardır, həmin qüsur aktlarından görünür ki, təqsirləndirilən şəxs tam yeni hissələrlə guya nəqliyyat vasitəsini təmir etdirmiş, indi də pulun tələb edir. Ancaq zərərçəkən münasibətdə istifadə olunnmuş ikinci əl ehtiyat hissələri ilə maddi ziyan hesablayır ki, bu da təmamilə əsassız və qərəzlidir. Zərərəçəkən artıq hadisə baş verən hazırkı vaxtadək dişısiz gəzir, özlərinə təklif etmişdir ki həkim tapın pul istəmirəm, ancaq guya zərərin ödənilməsinə cəhd etmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə etmiş, orada göstərilən dəlillərə uyğun çıxış edərək, məhkəmə kollegiyasından Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1-ci maddəsi ilə cərimə cəzasının təyin olunması, mülki iddianın araşdırılaraq sübutlar əsasında qərar qərar qəbul edilməsinixahiş etmişlər. Eyni zamanda müdafiəçi cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdyindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və nümayəndəsi verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, hökmün cəza təyin edilməsi hissəsində dəyişdirilərək daha ağır cəza təyin edilməsi, mülki iddia hissəsində mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 10350,00 manat və 5000 manat mənəvi ziyanın, həm birinci, həm apellyasiya instansiyası üçün ödənilmiş 225 manat dövlət rüsumlarının tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətlərin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunması barədə məhkum edilmiş şəxs və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin olunması barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin,həmçinin apellyasiya şikayətlərinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin N3.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin N3.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 25 iyun 2022-ci il tarixdə səhər saat 7-də o, özünə məxsus idarə etdiyi texniki vəziyyətdən tam saz vəziyyətdə olan "Hyundai Elantra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həyat yoldaşı Şahid ilə birlikdə saatda 30 km/saat sürətlə Pirallahı rayonu istiqamətindən üzü Qala 4 yoluna hərəkət edib dairəyə daxil olmuş və dairədən çıxaraq Türkan qəsəbəsi istiqamətinə hərəkət etmək istəyən zaman artıq yola daxil olmuş, dairədən çıxıb baş yola daxil olmuş və üzü Türkan qəsəbəsi istiqamətinə hərəkət etmək istəyən vaxt ikinci zolağa daxil olub yolu keçən zaman Mərdəkan şosesi istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomaşın onun avtomaşınının sağ qabaq qapısına çırpılmışdır. Həmin vaxt artıq onun idarə etdiyi avtomaşının sürəti saatda 60 km/saat olmuşdur. Zərbənin gücündən onun avtomaşını bir neçə metr üzü Pirallahı rayonu istiqamətinə hərəkət edərək dayanmış, “Toyota Prius” markalı avtomaşın isə qarşıda olan hasara dəyib dayanmışdır. Hadisə nəticəsində o, həyat yoldaşı Elşən və qarşı avtomaşının sürücüsü xəsarət almışdır. Həmin vaxt ona kənardan köməklik göstərilmişdir və o, özündə olmadığı üçün kiməsə köməklik göstərmək iqtidarında olmamışdır. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq səmimi peşman olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərin aradan qaldırılması və barışıq əldə edilməsi məqsədi ilə dəfələrlə real addımlar atmış, müəyyən məbləğdə pul təklif etmiş, lakin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmadığı üçün aralarında barışıq əldə edilməmişdir. Mülki iddianı qismən etiraf edir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 25 iyun 2022-ci il tarixdə saat 07:30-da o, ona məxsus “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xəzərrayonu Mərdəkan şosesindən üzü Pirallahı rayonu istiqamətində hərəkətdə olan zaman ondan qabaqda sol tərəfdə mikroavtobus dairədən dönmə əməliyyatı edirmiş. O, Qala qəsəbəsi ərazisində 4 yol deyilən dairəyə çatanda sürəti azaldaraq 70-80 km/saat sürətlə yoluna davam etmiş, bu zaman qəflətən dairədən “Hyundai Elantra” markalı avtomobil onun yoluna çıxmış və ona yol vermədən Türkan qəsəbəsi istiqamətinə getdiyindən onun avtomobilinin qabaq hissəsi ilə hamin avtomobilin sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o, idarəetməni itirmiş və bir qədər qarşıya gedərək hasara çırpılmışdır. Həmin hadisə vaxtı o, ağır xəsarət almış və arxasınca gələn iş yoldaşları ona dərhal yardım edərək xidmət etdiyi hərbi hissəyə məlumat vermişlər. Hərbi hissənin həkimləri gəlmiş, hərbi hissənin maşını ilə əvvəlcə N saylı xəstəxanaya, daha sonra isə hərbi qospitala aparılmışdır. Sağlamlığını itirmişdir, əmək qabiliyyəti hələ də tam bərpa olunmamışdır. Həmçinin onun avtomobilinə hadisə nəticəsində 10950 manat maddi ziyan dəymişdir və avtomobili təmir olunmamışdır. İlkin olaraq “Hyundai Elantra” markalı avtomobilin sürücüsü, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəyini bildirdiyindən, o, onun barəsində şikayətinin olmadığı barəsində ərizə vermişdir. Lakin, hadisədən sonra Təqsirləndirilən şəxs adından Elxan adlı şəxs onun yanına gələrək ona 1000 manat təklif etmiş, əks təqdirdə məsələni başqa cür həll edəcəklərini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona heç bir maddi və mənəvi köməklik göstərmədiyi üçün aralarında barışıq əldə olunmamışdır, bu səbəbdən təkrar olaraq ondan şikayətçi olub ərizə ilə müraciət etmişdir. Onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmamışdır, 18 fevral 2023-cü il tarixdə hadisə ilə bağlı onun DİNdəki elektron kabinetinə SMS vasitəsilə inzibati tənbeh qərarı göndərilmiş, lakin cəriməni ödəməmişdir. Ona dəymiş maddi və mənəvi ziyan ödənilmədiyi üçün o, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək cavabdehdən yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu 10950 manat maddi ziyanın, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığının bərpasına görə 3850 manat maddi ziyanın, xəstəlikdən sonrakı dövrdə taksi xidmətlərdən istifadə nəticəsində 500 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, cəmi 20300 manat pulun tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir və hazırda mülki iddiasını müdafiə edir. Bunların nəzərə alınaraq mülki iddianın təmin edilməsini, dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum olunmuş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin N3.1-ci maddəsi ilə cərimə cəzası verilməsindən və zərərçəkmiş şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs mülki iddiasının yenidən araşdırılmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs (mülki cavabdeh) barəsində cərimə verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in N3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxs cəza təyini məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixl hökmü bu hissədə dəyişdirilməlidir. Belə ki, məhkum edilmiş şəxsin əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi nəzərə alınmalı və təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 389.1-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət əməlidir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanunu ilə 2 il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökmün qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş olur. Məhz bu səbəbdən də məhkəmə kollegiyası hökmün dəyişdirilməsini, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi cəza tədbirinin müəyyən edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Zərərçəkimiş şəxsin nümayəndəsi apellyasiya şikayətində hökmün maddi ziyanın ödənilməsi ilə bağlı 10350 manatın təqsirləndirilən şəxsdən alınaraq mülki iddiaçıya verilməsi hissəsi ilə bağlı isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəymiş maddi ziyana görə təqsirləndirilən şəxsdən alınaraq mülki iddiaçıya ödənilməli olan məbləğ müəyyən edilərkən iş üzrə keçirilmiş ekspert rəyinə əsaslandırılmışdır. Belə ki, iş materiallarında olan iş üzrə keçirilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə "Toyota Prius” markalı **- SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 7972,00 manat müəyyən edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddiaçı xəstəlikdən sonrakı dövrdə taksi xidmətlərdən istifadə nəticəsində 500,00 manat maddi ziyan çəkməsini müvafiq sənədlərlə sübut edə bildi. Odur ki, məhkəmənin mülki iddianı qismən təmin etməsi qanuni olmuşdur. Bundan əlavə, kollegiya apellyasiya şikayətlərinin mənəvi zərərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tutulmuş mənəvi zərərin əvəzinin həcminin artırılması və azaldılması üçün əsas görmür. Belə ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya şikayətlərinin mənəvi zərərlə bağlı dəlillərini yuxarıda qeyd edilən məhkəmə aktlarının tələbləri baxımından dəyərləndirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təmin etdiyi 1000 manat mənəvi ziyanın məbləği işin hallarına nəzərən ağlabatan və ədalətlidir, məbləğin dəyişdirilməsi üçün yeni əsaslar görmür. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki iddiaçı X2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilməli, N3.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar Təqsirləndirilən şəxs cəza təyin olunmamalı və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 44, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası q ə r a r a a l d ı: Mülki iddiaçı X2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Hökmdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin və o cinayət məsuliyyətindən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-452/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-452/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver