Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-461/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Qasımovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən Mahmud Muradxan oğlu Ağalarov sədrliyi ilə, hakimlər X9 və X4 ibarət tərkibdə) xx xxxxxx 1980-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Şəmkir şəhəri E.Hüseynov küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə tanışı «MedEra» Hospitalında tibb bacısı işləmiş Zərərçəkmiş şəxs1 iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə aralarında olan münasibətləri, sonuncunun həyat tərzi, iş rejimi, ailə tərkibi, telefon nömrələri barədə məlumat toplayaraq imkanlı və işgüzar nüfuza malik tanınmış həkim olmasını bilib, həmin məlumatlar və şəxsən özü ilə aralarında yaşanmış intim münasibətlərlə şantaj edərək özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran video və foto görüntülərini, səsyazmalarını internetin sosial şəbəkələrində yaymaq hədəsi ilə özündən asılı vəziyyətə saldığı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 zəng vuraraq aralarında yaşanmış münasibətləri barədə danışdırmaqla səsini yazmağa məcbur etmiş, daha sonra həmin səsyazmanı əlində rəhbər tutaraq vahid niyyətlə əhatə olunan qəsdlə 20000(iyirmi min) manat məbləğində xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə həkim-terapevt işlədiyi ünvan 1 ünvanında yerləşən «MedEra» Klinikasında olduğu müddətdə Zərərçəkmiş şəxs2 17 sentyabr 2020-ci il tarixdə bir dəfə, 6 oktyabr 2020-ci il tarixdə üç dəfə və 10 oktyabr 2020ci il tarixdə iki dəfə zəng vurub özünü kriminal aləmin nüfuzlu nümayəndəsi olan «Şəmkirli Anar» kimi təqdim edərək işçisi Zərərçəkmiş şəxs1 ilə onun arasında olan intim münasibətlərdən məlumatlı olmasını, həmin münasibətləri barədə iş yoldaşlarına, ailə üzvlərinə, işlədiyi klinikanın rəhbərliyinə, Zərərçəkmiş şəxs1 ərinə, ailə üzvlərinə və qohumlarına bildirməklə, özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran, bu mövzuda aparılmış telefon danışıqlarının səsyazmalarını həmin şəxslərə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib, özünü, arvadı və qızını yatağından oğurlatdıraraq başlarına pislik gətirəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, 10 oktyabr 2020-ci il tarixdə saat 12:34-də Qədir Məmmədovun iş yerinə gələrək iş otağının qarşısında videoçəkiliş aparıb sonradan həmin videonu onun telefonuna göndərməklə, onunla ünsiyyətdən yayınmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Qədir Məmmədova oradakı tibb personalına zəng vurduraraq telefon əlaqəsi yaradıb artıq arxasınca iş yerinə gəldiyini bildirməklə hədələrinin real olmasına inandıraraq ona 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda nağd pul verməsini və tanışı Zərərçəkmiş şəxs1 ev almasını tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olaraq nigahdan kənar intim münasibət yaratdığı Zərərçəkmiş şəxs1 ilə aralarında yaşanmış cinsi aktlardan bir neçəsini mobil telefon cihazının videokamerası vasitəsi ilə gizlincə qeydə alaraq sonradan özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran həmin videogörüntüləri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə yaymaqla və iş yoldaşlarına, qohumlarına, qonşularına, ailə üzvlərinə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib özündən asılı vəziyyətə salmaqla, onu bir neçə dəfə döyərək bədən xəsarətləri yetirməklə zor tədbiq edib, üzərində gəzdirdiyi və əsl odlu silah kimi təqdim etdiyi suvenir alışqan tapançanı dəfələrlə nümayiş edib itaətsizlik göstərəcəyi halda həmin tapança ilə onu öldürəcəyi ilə qorxudaraq, ucuz qiymətə oğurluq avtomobil alıb həmin avtomobil ilə yolla gedən zaman övladlarının üzərlərindən keçərək onları ömürlük şikəst edəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, onunla ünsiyyətdən yayınmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Zərərçəkmiş şəxs1 telefonuna özündə olan intim video və fotolarından bəzilərini göndərməklə, əri Şahid1, qaynı Eidəniz Qafarova, qonşuları Ülkər və Şahid3, xalası qızı Səidə Hüseynovaya, xalası oğlu Elşən Hüseynova, qardaşı Vüsal Hüseynova, atası Əyyub Hüseynova zəng vuraraq Zərərçəkmiş şəxs1 ilə yaxın intim münasibətlərdə olması barədə bildirməklə sonuncunu hədələrinin real olmasına inandıraraq 2020-ci ilin oktyabr-noyabr ayınadək olan müddət ərzində məcburi cinsi istismara məruz qoymuş və yaşadığı evdə, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında olduğu müddətdə dəfələrlə telefonla zəng vurmaqla və 21 sentyabr 2020-ci il tarixdə evinin yaxınlığına gəlib görüşə çağırmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə 10000 (on min) manat məbləğində xeyli miqdarda əmlak tələb etmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı dindirilmiş məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrindən, habelə cinayət işin tədqiq olunmuş materiallarından Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslə qarşı edilən hərəkətlərin, o cümlədən etdiyi hədələrin törədilməsinin motivi və məqsədi məhz zərər çəkmiş şəxslərə məxsus əmlakın və ya əmlak xarakterli hüquqların əldə olunmasından ibarət deylidi. Yəni Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud deyil, ona görə Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələr arasında yaranmış zidiyyətləri aradan götürmək üçün müvafiq üzləşdirmə istintaq hərəkəti keçirilmədiyindən hesab edir ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında dindirilən şahidlər də ifadələrində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə qarşı hədə-qorxu ilə pul tələb etməsinin şahidin olmadıqları bildirmişdirlər. Polis əməkdaşının yanına gəlib ağlayaraq imdad diləyən Zərərçəkmiş şəxs1, həmçinin Zərərçəkmiş şəxs1 kömək etməyi xahiş edən Zərərçəkmiş şəxs2 da pul tələbi ilə bağlı Şahid4 hər hansı şikayətlərini bildirməmişdirlər. Halbuki, təsvir olunan hadisə 2020-ci ilin sentyabr ayında, yəni Zərərçəkmiş şəxs1 polis bölməsinə rəsmi şikayətlə müraciət etdiyindən əvvəl baş vermişdir. Məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxslərin, habelə Şahid4 və Şahid3 məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında hər hansı zidiyyət yoxdur, şahidlər Anar və Şahid2lar isə işin həqiqi halları barədə tam məlumatlı deyillər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə ailə qurmaq niyyətində olduğu halda ondan tamah niyyətlə pulun tələb etməyi absurddur. Xüsusilə nəzərə alsaq ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ev almaq üçün Zərərçəkmiş şəxs2 kömək istəməsi və həm onun, həm də özü tərəfindən 20.000 manat məbləğində pulun atışmasının təklif etməsi Zərərçəkmiş şəxs1 tamah məqsədi ilə pul tələbi heç bir məntiqə sığmır. Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaması halı, faktiki olaraq 20.000 manat məbləğində pulun hədə-qorxu ilə tələbə məruz qalmamasını fikirləşməyə dəlalət edir. Şahid2 ifadəsində qardaşı - Zərərçəkmiş şəxs1 əri Şahid1 dediklərinə istinad etmiş, Təqsirləndirilən şəxs zərər çəkmiş şəx Zərərçəkmiş şəxs1 hədəqorxu ilə pul tələb etməsinin şəxsən şahidi olmadığım bildirmişdir. Şahid1 ifadəsindən bəlli olur ki, o, arvadı Zərərçəkmiş şəxs1 ilə məhkum edilmiş şəxs arasında intim münasibətlərinin mövcud olmasına inanmamış və aralarından faktiki olan münasibətlərdən xəbərsizdir. Şahidlər - Zərərçəkmiş şəxs1 əri Şahid1 və sonuncunun doğma qardaşı olan Şahid2 ifadələri Təqsirləndirilən şəxs verilmiş hazırkı ittiham üzrə təqsirli hesab olunmasına əsas ola bilməz. Təqsirləndirilən şəxs hədələri zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tamah məqsədi ilə pul əldə etmək məqsədi ilə yox, X7 ilə ailə qurmağa, Zərərçəkmiş şəxs2 isə qısqanclıq zəmnində zənn etdiyi kimi X3 uzaqlaşdırmağa yönəlmişdir. Yəni Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin bildirdiyi kimi 08 oktyabr 2020-ci il tarixdə sonuncuya hər hansı xəsarəti yetirmədi, başqa vaxtı yaranmış olan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunmur. Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hər hansı zorakılığın göstərilməsi və sonuncuya bədən xəsarətin yetirilməsi faktı müəyyən olunmadığından Təqsirləndirilən şəxs əməllərini Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib cəza təyin edilməsi tamamilə əsassızdır. Hökmdən həmçinin məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və onun barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən toplanılmış qeyri-qanuni sübutlara əsaslanmış, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmə prosesi zamanı şikayətçinin və şahidlərin ona münasib olan verdikləri onun vəziyyətini yüngülləşdirən ifadələri nəzərə alınmamışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təqsirliliyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsi məhkumun özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət vermiş, məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, onunəməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən cinayət işinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci ilci il tarixli, 01 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-ballistik ekspertizasının 4 dekabr 2020-ci il tarixli 3/1851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, odlu, qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən, həmçinin zavod nişanları üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan Məhkəmə-sənətşünaslıq ekspertizasının 25 yanvar 2021-ci il tarixli 11/394-395 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd mobil telefonun «Foto» və «Qalereya» bölməsinə dax olduqda orada çoxlu sayda şəkillər və videogörüntülər üzə çıxdı. «Foto» və «Qalereya» bölməsində yer alan 31 iyul 2020-ci il tarixdə saat 21.44 -də, 3 sentyabr 2020-ci il tarixdə saat 2,1- da, 17 oktyabr 2020-ci il tarixdə saat 13.07-də, 22 oktyabr 2020-ci il tarixdə saat 12,31-də, 31 oktyabr 2020-c tarixdə saat 15.08-də çəkilmiş fotoşəkillərdə oral seks, qızın lüt formada təsviri, döş hissəsinə fokuslanma, qadının arxa hissəsinin lüt formada təsvirinə fokuslanma görünür. Həmin foto şəkillərə baxan şəxslərdə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması kimi hallar ortaya çıxır. 9 sentyabr 2020-ci il tarixdə saat 13.51-də çəkilmiş video görüntüdə isə bir nəfər kişinin qadınla eybəcər formada ehtiras doğuran, oral yolla cinsi intim əlaqəsi görünür. Həmin video görüntüdə kişinin cinsi orqanına toxunaraq başqalarında qıcıqlanqma, ehtiras və ikrah hissinin yaranması, cinsi orqanın tam təsviri, cinsi orqana fokuslanma kimi görüntülər üzə çıxır. Aparılmış tədqiqata əsasən demək olar ki, «Foto» və «Qalereya» bölməsində yer alan 31 iyul 2020-ci il tarixdə saat 21.44-də, 3 sentyabr 2020ci il tarixdə saat 2.06-da, 17 oktyabr 2020- ci il tarixdə saat 13.07-də, 22 oktyabr 2020-ci il tarixdə saat 12.31-də, 31 oktyabr 2020-ci il tarixdə saat 15.08- də çəkilmiş fotoşəkillərdə və 9 sentyabr 2020-ci il tarixdə saat 13.51-də çəkilmiş video görüntüdə - fikrin ancaq cinsi orqana yönəlməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfi qıcıqlandırması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alır. Bu səbəbdən aparılmış məhkəmə-sənətşünaslıq tədqiqata əsasən deyə bilərik ki, «Foto» və «Qalereya» bölməsində yer alan 31 iyul 2020-ci il tarixdə saat 21-44-də, 3 sentyabr 2020-ci il tarixdə saat 2.06-da, 17 oktyabr 2020-ci il tarixdə saat 13.07-də, 22 oktyabr 2020-ci il tarixdə saat 12.31-də, 31 oktyabr 2020-ci il tarixdə saat 15.08-də çəkilmiş fotoşəkillər və 9 sentyabr 2020-ci il tarixdə saat 13.51-də çəkilmiş video görüntü pornoqrafik xarakterlidir. İş materiallarında olan Məhkəmə kompüter-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli 5/932 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Xiaomİ» markalı «Redmi7» (M1810F6LG) modelli «**********13848», «**********13830» İMEİ nömrəli «Android» əməliyyat sistemi ilə təchiz olunmuş mobil smartfonun yaddaşında müəyyən olunmuş mövcud və silinmiş müxtəlif məlumatlar-zənglər, SMS mesajlar, baxılmış veb saytlar siyahısı, «WhatsApp» ilə aparılmış yazışmalar, cihaz qoşulmaları, simsiz şəbəkələr (WiFi qoşulmaları), şifrlər, media məlumatlar (audio, foto, video) və həmin məlumatlara dair tərtib edilmiş hesabat rəyə əlavə olunmuş «DVD» tipli optik disklərə köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədəki ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı cinayət əməlini törətmədiyini göstərməsi, onun özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla və digər mötəbər istintaq sənədləri ilə təkzib edilmir və bu hal onun öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ondan hədə qorxu ilə pul tələb etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında verdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ondan hədə qorxu ilə pul tələb etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında verdiyini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ərizəsində qeyd etdiyi xüsusatlar obyektiv həqiqəti əks etdirmir, Təqsirləndirilən şəxs müdafiə etmək, onun cinayət məsuliyyətindən azad olunması məqsədi daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şahidlərin, həmçinin zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də birinci instansiya məhkəməsi həmin ifadələri sübüt növü kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs1 digər ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə baxışında Təqsirləndirilən şəxs çəkindiyi və qorxduğu üçün məhkəməyə həqiqəti deyə bilmədiyini göstərmişdir. Məhkum Təqsirləndirilən şəxs sərt cəza təyin edilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin 31 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 6 sentyabr 2010-cu il tarixdə Nərimanov rayon məhkəməsinin 6 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməmsinin 04 oktyabr 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, hökm çıxarılarkən hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilmədən, hökm qanuni və əsaslı olduğundan məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü məhkumun müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X2 işlədiyi Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-461/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-461/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver