Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-469/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs1, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 1967-ci ildə İmişli rayonu, Bəhramtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs haqqındakı xx xxxxxx 2020-ci il tarixli, 1(101)-100/2020 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında aşıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ә.İ.Məmmədovun sədrliyi ilə, F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 1(101)- 100/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2018-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa edilən binadan ev satacağına dair yalan vəd verib aldatmaqla 2014-cü ilin avqust ayının ikinci on günlüyündə ünvan 1 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs2 10000 (on min) manat məbləğində pul almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla da, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 10000 (on min) manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanda yerləşən 27 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1 məxsus «Maserati Quattroporte» markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb Zərərçəkmiş şəxs1 87000 (səksən yeddi min) ABŞ dolları məbləğində pul verəcəklərinə dair yalan vəd verib aldatmaqla, həmin dövrün məzənnəsi ilə 68242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik təşkil edən 87000 (səksən yeddi min) ABŞ dolları dəyərindəki “Maserati Quatroporte” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Təqsirləndirilən şəxs qeyd edilən avtomobilin satışından hasil olunmuş pulu Әzizalı Səmədovla birlikdə ələ keçirməklə vədinə əməl etməmiş və bununla da Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 68242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik məbləğində, yəni külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində tikilməkdə olan “Avrositi” Holdinqdə mağaza satacağına dair yalan vəd verib aldatmaqla bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 115710 (yüz on beş min yeddi yüz on) manat məbləğində pulu almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla da Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 115710 (yüz on beş min yeddi yüz on) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-100/2020 saylı sözügedən hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilib Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin bu hökmü məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən (Cinayət-Prosessual Məcəllənin 401,2.1 -ci maddəsi); məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutlar nəzərə alınmadığından (C inayət- Prosessual Məcəllənin 401.2.2-ci maddəsi); irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar hökmdə qanunda göstərilən sübutlarla təsdiq edilmədiyindən (Cinayət-Prosessual Məcəllənin 402.0.1-ci maddəsi), ləğv edilməklə, istintaq aparılmaqla barəmdə bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə şahid, zərərçəkmiş şəxsin ifadələri sübut qismində qəbul edilmişdir. Həmin sübutlar onun təqsirini təsdiq etmir və onlar ittiham sübutü kimi qəbul oluna bilməz. İş üzrə Zərərçəkmiş şəxs1 istər ilkin olaraq Binəqədi rayon Polis İdarəsinə müraciət edən zaman, istər X3 barəsində Bakı Ağır Cinayətlər məhkəməsində cinayət işinə baxılan zaman məhkəməyə təqdim etmiş olduğu notarial qaydada təsdiq olunmuş ərizəsində, istər məhkəmə gedişi zamanı AR Baş Prokuroru cənab Zakir Qaralova və AR DİN cənab Vilayət Eyvazova ünvanlanmış olduğu müraciətində, istərsə də bu məhkəmə iclaslarında dəfələrlə qeyd etmişdir ki, ona etibarnamə əsasında məxsus olmuş “Maserati Quattroporte” markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 onun etibarından sui-istifadə etməklə və aldatmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə Baş Yol Polis İdarəsinin əməkdaşı Yaqub adlı vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi ələ keçirmişlər. İş üzrə Zərərçəkmiş şəxs1 izahat, ərizə və müraciətlərində ona məxsus olmuş “Maserati Quattroporte” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin razılaşması, onun satılması barədə nə Təqsirləndirilən şəxs, nədə ki, X3 ilə hər hansı sövdələşmə olmayıb və Şahid1 barəsində şikayət üzrə istintaq gedən zamana (2016-cı ilə) qədər ümumiyyətlə tanımadığı mübahisəsiz hal kimi təsdiq olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı qeyd etmişdir ki, təxminən 2014-cü ilin noyabr ayında Fizulİ Qasımov adlı dostu Zərərçəkmiş şəxs1 avtomobil salonunda tünd göy rəngli “Maserati” markalı avtomobilin satıldığını görmüşdür. Fizuli ona həmin “Maserati” markalı avtomobili almaq İstədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 zəng vuraraq Fizuli adlı dostunun “Maserati” markalı avtomobili almaq istədiyini bildirmiş və həmin avtomobili evakuator vasitəsilə Fizuli Qasımovun tanıdığı ustanın yanma göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 problem olmadığım ona bildirmiş və avtomobili ustanın yanına göndərmişdir. Şəfi avtomobilin qiymətinin 92000 (doxsan iki min) ABŞ dolları olduğunu bildirmişdir. X23 ilə telefonda danışaraq avtomobilin qiymətini 87000 (səksən yeddi min) ABŞ dollarına endirilməsi barədə razılığa gəlmişdir. Fizuli 87000 (səksən yeddi min) ABŞ dollarından 20000 (iyirmi min) ABŞ dollarını nağd ödəmək istəmiş, pulun qalan hissəsini isə 3 (üç) ay müddətinə Ödəyəcəyini bildirmişdir. Fizuli avtomobili ustada yoxlatdırdıqdan sonra avtomobili sürüb aparmışdır. Fizuli Qasımov 3 (üç) ay müddətində pulun qalan hissəsini ödəyə bilməmişdir. Lakin Fizuli qalan pulu bir ay və ya ay yarım ərzində ödəyəcəyini bildirmişdir. Fizuli avtomobili ustada yoxlatdıranda avtomobilin buraxılış ilinin 2011-ci il yox, 2010-cu il olduğu müəyyən olunmuşdur. Fizuli bunu biləndə əvvəl narazılıq etmiş, lakin Şəfi Fizııliyə qalan pulu ödəmək üçün bir ay vaxt verdikdə razılaşmışdır. Bir müddət keçdikdən sonra Fİzulİ Qasımov ölmüşdür. Sonra “Maserati” markalı avtomobilin başqa şəxslərə satılması məlum olmuşdur. Bir dəfə X21 Yaqub adlı şəxs “Maserati” markalı avtomobili rəsmiləşdirmək üçün ona zəng etmişdir. O da Yaquba bildirmişdir ki, “Maşınla bağlı mənə deyil, Şəfiyə zəng vurmaq lazımdır”. Yaqub isə avtomobilin Şəfinin adına olmasına baxmayaraq, həmin avtomobili rəsmiləşdirmək üçün gələn şəxslər onun adım verdiyini ona demişdir, O isə avtomobilin Şəfiyə məxsus olduğunu və Şəfiyə zəng vurmalarını demişdir. Binəqədi rayon Polis İdarəsində olanda avtomobilin Altay tərəfindən satıldığı ona məlum olmuşdur. Bundan sonra Şəfinin ofisində Altay Şəfiyə demişdir ki, “Avtomobilin yerinə sənə ev verəcəm”. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələrindən göründüyü kimi iş üzrə Zərərçəkmiş şəxs1 avtomobili satmaq istədiyi zaman yəni 2014-cü ilin noyabr ayından Binəqədi rayon Polis İdarəsində istintaq gedən zamana kimi Şahid1 nə Təqsirləndirilən şəxs, nədə ki, X2 tanımamış onlarla hər hansı sövdələşmələri olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Әzizalı Səmədovu 2015-ci ilin avqust-sentyabr aylarında Qüdrət və İsmayıl adlı dostlarının vasitəsi ilə tanımış və bundan sonra onların arasında yaxşı münasibət yaranmışdır. Hətta o, Təqsirləndirilən şəxs və Әzizalı Səmədovla tanış olduqdan sonra Altay və Әzizalı onun adma 2.000.000 (iki milyon) məbləğində əmlak yazmışlar. Lakin iş alınmadığından o, həmin əmlakı Altaya və Әzizalıya qaytarmışdır. Altay və Әzizalı ondan ilk dəfə təqribən 26.000 (iyirmi altı min) manat dəyərində beton almışlar. Altay və Әzizalı Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev prospektində yerləşən “Avrositi” holdiııqdə sahəsi 74 kv.m, dəyəri 28.000 (iki yüz səksən min) manat olan dükanı ona satmalı imişlər. Həmin dükan Әbülfəz adlı şəxsə məxsus olmuşdur. Onun Әzizalı və Altayla razılaşmasına əsasən dükanın qiyməti 28.000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. İləmin dükanın müqabilində o, Altaya və Әzizalıya beton, avtomobil və pul verməli olmuşdur. Bunların müqabilində isə Altay və Әzizalı ona həmin dükanı verməli imişlər. O da, dükanın əvəzində Әzizalı və Altaya beton, ağ rəngli X26 markalı avtomobil vermişdir. X26 markalı avtomobili o, Altayın tələbinə əsasən Altayın tanışı İbrahim adlı şəxsə baş etibarnamə əsasında vermişdir. Bundan başqa, o, Altay və Әzizalıya 5.000 (beş min) manat pul vermişdir. Müəyyən vaxtlarda onun tərəfindən Altaya və Әzizalıya kisələrdə sement də verilmşdir. Hətta bir dəfə o, dostundan kisələrdə sement alaraq Altay və Әzizalıya vermişdir. Bundan başqa, o, əlavə olaraq 500 (beş yüz) manat da Altaya və Әzizalıya vermişdir. Ona vəd edilən dükanın müqabilində ümumilikdə 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitini o, Altay və Әzizalıya vermişdir. Lakin bir gün Altayın və Әzizalının ona verməli olduqları dükanın sahibi Әbülfəz onun yanma gəlmiş və demişdir ki, “Әgər bunlar mənim pulumu verməsə, mən onlardan şikayət edəcəm və dükanla bağlı problem yaranacaq”. Әbülfəzin sözləri ona şübhəli gəlmiş və o, Әzizalı və Altayın Әbülfəzlə dükan barəsində problemlərinin yarandığını başa düşmüşdür. Ona görə də o, Әzizalı və Altayla alış-verişi dayandırmışdır. Bundan sonra Altay ona müxtəlif vaxtlarda müxtəlif yerlərdə olan dükanları, torpaq sahələrini göstərmişdir. Lakin Altayın ona göstərdikləri bütün obyektlərin müxtəlif problemləri olmuşdur. Sonra o, Altaydan verdiyi pulları tələb etmişdir. Altay isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Ona ümumilikdə 125.000 (yüz iyirmi beş min) manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinə məhkəmədə baxıldığı vaxt ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Әzizalı ilə Altayın ofisləri Bakı şəhərinin Nəsimi rayonunda yerləşmişdir. Altay və Әzizalı tikinti işləri ilə məşğul olmuşlar. O, Bakı şəhəri, 8-ci km, Qara Qarayev prospektində yerləşən obyektdəki dükanlarda pilləkən qoymalı və istilik sistemi quraşdırmalı imiş. Bu barədə onun Әzizalı və Altay İlə danışığı olmuşdur. Әzizalı və Altay onu həmin obyektə dəvət etmişlər və iş təklif etmişlər. Onun görəcəyi işin müqabilində Altay və Әzizalı ona pul verməli imişlər. Lakin bir neçə müddətdən sonra o, Әzizalının və Altayın düz adam olmadıqlarını və onu aldatdıqlarını başa düşmüşdür. O, aldanıldığını gördüyünə görə tez Altayla və Әzizalı ilə işi bitirmişdir. Bundan sonra Altay və Әzizalı ona təklif etmişlər ki, “Sənə mənzil verək. Həm işinin pulunu oradan götür, həm də sən bizə 10000 (on min) manat verməlisən ki, biz mənzili sənə verək”. O da Altayla və Әzizalı ilə razılaşmışdır. Bu məqsədlə o, Әzizalı və Altayın Nəsimi rayonunda yerləşən ofisinə getmişdir. O, ofisə daxil olanda Altayın və Әzizalının ofisdə olduğunu görmüşdür. O, Altaya və Әzizalıya 10.000 (on min) manat pulu gətirdiyini bildirmişdir. Әzizalı Altaya pulu ondan götürməsini bildirmişdir. Sonra o, Altayla birlikdə Altayın otağına keçmişdir. Orada o, Altaya 10000 (on min) manat pul vermişdir. Altay pulu saymadan ondan almış və otaqdakı siyirməyə atmışdır. O, Altaydan pulun sayılmasını istəmişdir. Altay isə pulu saymağa ehtiyac olmadığını ona demişdir. Onun verdiyi 10000 (on min) manat puldan Әzizalının oğlu ona 5.000 (beş min) manat qaytarmışdır. Lakin hazırda Altay və Әzizalı ona 5.000 (beş min) manat pul qaytarmalı olsalar da, həmin pul ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Göründüyü kimi zərərçəkmiş şəxslər Qəiəndərov Sahib Zöhrab oğlu və Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, nədə ki, X3 arasında mülki münasibətlərdən irəli gələn (podrat müqaviləsi üzrə) öhdəliklərdən yaranmış borc yaranmışdır. Bu isə tərəflər arasında yaranmış münasibətlər cinayəti istisna edir. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün CPM-də nəzərdə tutulmuş əsaslar mövcüddur. Hökm qanunsuz və əsassız olmaqla, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmır, Təqsirləndirilən şəxs istinad edilən əməlin onun tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut yoxdur və bu ittihamlar hər hansı faktla sübuta yetirilmir. Bu səbəbdən də apellyasiya qaydasında ləğv edərək, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-100/2020 saylı sözügedən hökmündən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti vermiş, lakin verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəmə kollegiyasına ərizə verərək apellyasiya şikayətini müdafiə etmədiyini və həmin şikayətdən imtina etdiyini göstərərək, həmin apellyasiya şikayətinin baxışına xitam verilməsini xahiş etmişdir. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(103)- 469/2020 saylı qərarı ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Hökmdən məhkumun özü, digər zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Məhkumun müdafiəçisinin apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş həmin apellyasiya şikayətini müdafiə edərək, mübahisələndirilən hökmün ləğv edilib Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini, bu mümkün olmazsa məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkumun müdafiəçisinin apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və bu səbəbdən məhkumun barəsində şikayətçi olduğunu göstərib, məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X14 məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğundan təmin olunmayıb, hökmün qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişidirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkumun müdafiəçisinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı xx xxxxxx 2020-ci il tarixli, 1(101)-100/2020 saylı hökmü qanuni və əsaslı olduğundan müdafiəçinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə məhkum olunması barədə hökmün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə onun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti 82 ünvanında ticarət mərkəzi tikilirdi. Həmin ticarət mərkəzinin tikintisi üzrə podratçı Səmədov Әzizalı olmuşdur. O, ticarət mərkəzi tikilən vaxt Әzizalı Səmədovun yanında mühəndis işləmişdir. Onun əmək haqqısı Әzizalı Səmədov tərəfindən verilmişdir. Ticarət mərkəzinin tikintisi çoxlu xərc tələb etdiyindən Әzizalı Səmədova maddi cəhətdən bir nəfər kömək etmişdir. Həmin adamın soyadını dəqiq xatırlamasa da, onun adı Seymur olmuşdur. Seymur bəzən pul, bəzən də müxtəlif markalı maşınları gətirib Әzizalı Səmədova vermişdir. Әzizalı Səmədov da Seymurun verdiyi maşınları sataraq həmin maşınların satışından əldə edilən pulları ticarət mərkəzinin tikintisinə xərcləmişdir. X10 verdiyi pulların və maşınların əvəzində X16 tikilən ticarət mərkəzində obyektlər verməli imiş. Әzizalıya tikinti üçün verilən pulları Әzizalı gətirib ona verirmiş, o da Әzizalının verdiyi pulların hesabatını öz dəftərində aparırmış. X18 verilməli olan pulları almaq üçün o, öz avtomobili ilə gedərək həmin pulları götürmüşdür. Kamran və Şəfi “Maserati” markalı avtomobili onlara, yəni Әzizalı Səmədova və ona verməmişdir. Kamran həmin avtomobili Seymur adlı şəxsə vermişdir. Seymur da “Maserati” markalı avtomobili sənədləri ilə birgə Әzizalıya vermişdir. Seymur ilə Әzizalı arasında müqavilə olmuşdur. Seymur Әzizalıya tikinti materialları, pul və müxtəlif markalı maşınlar vermişdir. Seymur Әzizalıya “Maserati” markalı avtomobil ilə yanaşı, “İnfiniti” və digər markalı avtomobillər də vermişdir. Seymur həmin avtomobilləri Әzizalıya nisyə şəkildə vermişdir. Әzizalı Seymurun verdiyi avtomobilləri sataraq əldə edilən pulları podratçısı olduğu ticarət mərkəzinin tikintisinə xərcləmişdir. Ümumiyyətlə bir neçə şəxs tikinti materialları və müxtəlif markalı avtomobilləri nisyə şəkildə Әzizalı Səmədova vermişlər. Әzizalı Səmədov da nisyə verilmiş avtomobilləri sataraq pul əldə etmiş və həmin pulları ticarət mərkəzinin tikintisinə xərcləmişdir. Әzizalı Səmədov ticarət mərkəzinin tikintisi üçün ona verilmiş avtomobillərin, digər tikinti materiallarının və pulların əvəzində həmin ticarət mərkəzinin tikintisi başa çatdıqdan sonra verilmiş əşyaların və pulların dəyərində həmin şəxslərə ya obyekt verməli, ya da ticarət mərkəzindəki obyektlər satıldıqdan sonra satışından əldə edilən pulları verməli imiş. Ölkədə inflyasiya baş verənədək Әzizalı Səmədov vaxtı-vaxtında vəzifələrini yerinə yetirmişdir. Lakin inflyasiya zamanı pulların qaytarılmasında gecikmələr başlanmış və işlər dayandırılmışdır. Bundan sonra Әzizalı Səmədova pul, avtomobil və digər əşyalar verən şəxslər Әzizalı Səmədov barəsində şikayət etməyə başlamışlar. X5 verəcəyi pul 220000 (iki yüz iyirmi min) manat olmuşdur. Həmin məbləğə “Maserati” markalı avtomobilin dəyəri də daxil olmuşdur. “Maserati” markalı avtomobili X17 Rəsul adında şəxsə satmış və Әzizalı əldə edilmiş pulu Seymura qaytarmışdır. Әzizalı Seymura “Maserati” markalı avtomobilin dəyərini qaytardıqdan sonra həmin avtomobillə bağlı bütün problemlər həll olunmuşdur. “Maserati” markalı avtomobil satıldıqdan 3 (üç) il keçdikdən sonra o, Zərərçəkmiş şəxs1 tanımışdır. Səmədov Әzizalıya maddi cəhətdən kömək edən şəxslər verdikləri pulu ya materiallarla, ya ev, ya da obyektlə əvəzləşdirmişlər. Həmin şəxslər Seymurun tanışları olmuşlar və bütün pullar Seymurda cəmləşmişdir. Zərərçəkmiş şəxs3 yeganə şəxs olmuşdur ki, Seymurla əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs3 də etdiyi köməkliyə görə Әzizalı Səmədov tərəfindən obyekt təklif olunmuşdur. Zərərçəkmiş şəxs3 isə həmin obyekti istəməmiş və Әzizalıya demişdir ki, “Mənim pulumu sonra qaytararsınız”. İnflyasiya olduqda isə Zərərçəkmiş şəxs3 obyekti tələb etməyə başlamışdır. Ümumilikdə, Səmədov Әzizalının 220000 (iki yüz iyirmi min) manat borcu qalmışdır. Lakin Әzizalının borcu şişirdilərək 360000-400000 (üç yüz altmış min-dörd yüz min) manat olmuşdur. Bu tamamilə yalandır. Әzizalının ümumilikdə Seymura 220000 (iki yüz iyirmi min) manat borcu qalmış və onun Әzizalı Səmədovun borcuna aidiyyatı olmamışdır. Həmin borc Әzizalı Səmədovun öz borcu olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı hissədə ifadəsində göstərdi ki, onunla Zərərçəkmiş şəxs2 arasında pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs2 Səmədov Әzizalının yanına gələrək podrat müqaviləsi bağlamış və demişdir ki, “Mərmər işini mən görəcəm”. Zərərçəkmiş şəxs2 görəcəyi mərmər işinin əvəzində Әzizalıya və ona demişdir ki, “Bakı şəhəri, Yasamal rayonunda olan tikintilərdən mənə ev verərsiz”. O və Әzizalı Səmədov da Zərərçəkmiş şəxs2 ilə razılaşmışdır. Lakin Zərərçəkmiş şəxs2 tərəfindən vurulan mərmər ticarət mərkəzinin sahibi tərəfindən bəyənilməmişdir. O və Әzizalı Səmədov da Zərərçəkmiş şəxs2 mərməri düzgün vurmadığına görə mərməri geri qaytarmalı olduğunu bildirmişdir. Bununla bağlı onların üçü arasında mübahisə yaranmışdır. Mübahisə yarandıqdan sonra Zərərçəkmiş şəxs2 ona və Әzizalı Səmədova şər atacağını, güya onlara 10000 (on min) manat məbləğində pul verdiyini və həmin pulu onlardan alacağını bildirmişdir. Podrat müqaviləsinin şərtlərinə görə Zərərçəkmiş şəxs2 pulu heç kimdən tələb etməyə haqqı olmamışdır. Çünki müqavilənin şərtlərində “Әgər gördüyünüz iş bəyənilməsə, bugünkü tələbata uyğun olmasa, o, qəbul olunmayacaq” deyə bir bənd olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs2 Səmədov Әzizalıdan 5000 (beş min) manat pulu geri almış, qalan 5000 (beş min) manat pulu da sonra verməsini Әzizalı Səmədova bildirmişdir. Lakin onun bu məsələdən xəbəri olmamışdır. Ümumiyyətlə onunla Zərərçəkmiş şəxs2 arasında heç vaxt pul haqq-hesabı olmamış və o, Zərərçəkmiş şəxs2 pul almamışdır. Zərərçəkmiş şəxs2 ancaq Әzizalı Səmədovla haqq-hesabı olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, təxminən on ilə yaxın müddət ərzində X3 ilə birlikdə Bakı şəhərində təmir-tikinti işlərinin aparılması ilə bağlı işlər görmüşdür. X3 xx xxxx 2013-cü il tarixdə Avrositi Holdinq MMC ilə müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 nömrəli binanın qarşısında yerləşən torpaq sahəsində ticarət mərkəzinin tikintisini öhdəliyinə götürmüşdür. Onunla birlikdə Әzizalı həmin ticarət obyektinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonunda yerləşən tikinti materiallarının topdan satışı bazarında lazım olan tikinti materiallarını alıb qeyd etdiyi obyektin tikintisinə sərf etmişdir. Şəriki Әzizalı ilə birlikdə çox vaxt tikinti materiallarını Seymur Dadaşovdan alıb həmin obyektin tikintisində istifadə etmişlər. xx xxxx 2014-cü il tarixdə onlar X6 şəhərində yerləşən 89 kv metr, dəyəri 53.000 manat olan mənzili qarşılıqlı razılıq əsasında nisyə olaraq almışlar. Sonra həmin mənzili onlar Fizuli adlı şəxsə sataraq əvəzində 60.000 min manat dəyərində tikinti materialları almış və 102 nömrəli binanın qarşısında yerləşən ticarət mərkəzinin tikintisinə sərf etmişlər. Sonra onlar həmin ticarət mərkəzinin tikintisindən əldə etdikləri gəlirdən, yəni puldan 53.000 manatını Seymura olan borclarını tam şəkildə qaytarmışlar. Həmin pulu Әzizalı onun iştirakı ilə birlikdə Seymura sonuncunun Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində vermişdir. Bundan başqa, onlar xx xxxxxx 2014-cü il tarixdə Seymur Dadaşovdan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 116 nömrəli binanın 12-ci mərtəbəsində yerləşən 99 nömrəli, 175 kvadrat metrlik mənzili qarşılıqlı razılıq əsasında 260.000 min manata nisyə almış və onlar həmin mənzili Seymurdan aldıqları gün yadında qalmayan qiymətə satıb əldə etdikləri puldan tikinti materialları alıb ticarət mərkəzinin tikintisinə sərf etmişlər. Sonra Әzizalı 3-4 ay ərzində onun iştirakı ilə Seymura həmin mənzilin pulunu hissə-hissə olmaqla tam şəkildə ödəmişdir. Bundan başqa, onlar xx xxxxxx 2014-cü il tarixdə Seymurdan «Mercedes CL» markalı avtomobili 117.750 manata niysə almış və xx xxxxxx 2014-cü il tarixdə həmin avtomobili 120.000 manata sataraq əldə etdikləri pulu qeyd etdiyi tikintiyə sərf etmişlər. Bundan əlavə, onlar 2014-cü ilin iyul ayından 2015-ci ilin fevral ayına qədən olan müddət ərzində Seymurdan müxtəlif vaxtlarda, ümumilikdə 495.000 manat məbləğində tikinti materiallarını nisyə alaraq qeyd etdiyi obyektin tikintisinə sərf etmişlər. Həmin tikinti materialları 21.390 manat dəyərinə betondan, 50.000 manat dəyərində 100.000 ədəd kubik daşdan və 423.610 manat dəyərində sementdən ibarət olmuşdur. Qeyd etdiyi tikinti materiallarının pulundan, yəni 495.000 manat puldan 115.310 manat pulu xx xxxx 2016-cı il tarixə kimi müxtəlif vaxtlarda hissə- hissə Seymur Dadaşova ödəmişlər. Onların, yəni onunla şəriki X12 Dadaşova qeyd etdiyi tikinti materiallarının pulundan 379.690 manat borcları qalmışdır. O, Zərərçəkmiş şəxs1 ifadəsini qismən təsdiq edir. O, həqiqətən də Şəfiyə Yasamalda olan evin möhürsüz müqavilə sənədini vermiş, lakin həmin evi Səfivə göstərməmişdir. Səfivə söz vermişdir ki masının pulunun əvəzinə həmin binadan ona ev veriləcək. Laki o, Şəfiyə verdiyi vədi yerinə yetirə bilməmişdir. Daha sonra isə X19 torpaq sahəsi, Zabratda isə obyekt göstərib söz vermişdir ki. maşının pulunun əvəzinə həmin obyektləri ona verəcəkdir. Lakin, Әzizalı bu vədini yerinə yetirməyərək Şəfini aldatmışdır. O, Şəfidən öz hərəkələrinə görə üzr istəyir. O, Şəfiyə onun ofisində maşının pulunun onun tərəfindən qaytarılacağına söz vermişdir, lakin sözünü yerinə yetirə bilməmişdir. Maşının pulunu Seymura vermişlər ki, Seymurdan tikinti materialları alsınlar. Zərərçəkmiş şəxs2 tanıyır. Vəli Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində təmir işləri ilə məşğul olmuşdur. Həmin vaxtarda Vəli ona demişdir ki, ona 10.000 manat məbləğində pul versin və o, bunun əvəzinə Vəliyə yeni tikilmiş binada ev versin, daha sonra isə Vəli ticarət mərkəzində işlədikcə həmin evin pulunu ödəsin. O, Vəliyə bildirmişdir ki, Xırdalan şəhərində Vəliyə 2 otaqlı ev verə bilər, lakin ilkin ödəniş kimi 2.000 manat pul verə bilər. Zərərçəkmiş şəxs2 ona 10.000 manat pul vermiş və ona bildirmişdir ki, onun ticarət mərkəzində işlədiyi puldan həmin evin pulunu çıxsın. Buna baxmayaraq Vəli həmin yerdə 10.000 manatlıq iş görmədiyi üçün o, Vəlinin onun pulunu özünə qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 ondan gördüyü işin əvəzində pul istəyən zaman o, Vəlinin pulunu ödəmiş, lakin Vəli gördüyü işin müqabilində ondan artıq pul tələb etməyə başlamışdır. O isə Vəlinin gördüyü işi ölçdürmüş və məlum olmuşdur ki, Vəli gördüyü işdən artıq məbləğdə pul istəyir. Buna görə də Vəli ilə aralarında mübahisə olmuş və Vəli ona demişdir ki, ya ona işin pulunu versin, ya da ki, onu şərləyəcəkdir. Zərərçəkmiş şəxs2 həmin ticarət mərkəzində işlədiyi pulun artığını ondan almaq istəyir. Sahib X26i markalı maşını həqiqətən də Әzizalıya verib, Әzizalının da həmin maşınla nə iş gördüyü, yəni kimə isə satıb-satmaması, mal ilə dəyişməsi və s. ona məlum deyil. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, toplanmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 30 ildir ki, avtomobillərin satışı ilə məşğuldur və onun “100 Cars” adlı avtomobil salonu var. O, Təqsirləndirilən şəxs baş vermiş hadisəyə qədər tanımamışdır. 2014-cü ilin oktyabr ayında çoxdan tanıdığı və avtomobil satışı ilə məşğul olan Kamran adlı şəxs ona məxsus avtomobil salonuna gəlmiş və onun salonunda satışda olan “Maserati” markalı avtomobilə müştəri tapdığını bildirərək ondan həmin avtomobili istəmişdir. Həmin avtomobilin qiymətinin 100000 (yüz min) ABŞ dolları məbləğində olmasına baxmayaraq, Kamran həmin avtomobilin qiymətinin 87000 (səksən yeddi min) ABŞ dollarına endirilməsini ondan xahiş etmişdir. O da öz növbəsində Kamranla bu barədə razılaşmışdır. O, Kamrana güvəndiyindən həmin avtomobili evakuatora qoyduraraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən qaraja göndərmişdir. “Maserati” markalı avtomobil başqa şəxsin adına olsa da, ona məxsus olmuşdur. Çünki “Maserati” markalı avtomobilin əvvəlki sahibi ondan bahalı avtomobil almış və aldığı avtomobilin əvəzində “Maserati” markalı avtomobili ona vermişdir. “Maserati” markalı avtomobil ona məxsus olsa da, onun həmin avtomobilə dair etibarnaməsi olmamışdır. O, “Maserati” markalı avtomobili Kamrana göndərdikdən 2-3 gün keçdikdən sonra Kamrana zəng vurmuş və avtomobilin satışından əldə olunacaq pulu soruşmuşdur. Kamran avtomobili alan şəxslərin beh verdiklərini, 1-2 günə məsələni həll edəcəyini və avtomobilin pulunu ona qaytaracağını bildirmişdir. “Maserati” markalı avtomobilin rəngi göy olduğundan rənginə görə digər avtomobillərdən seçilirmiş. Bir neçə gün keçdikdən sonra o, yolda dayandığı vaxt dövlət nömrə nişanı 103 olan “Maserati” markalı avtomobilin yanından keçdiyini görmüşdür. O, həmin avtomobili rəngindən dərhal tanımışdır. Sonra o, Kamrana zəng vurmuş, “Maserati” markalı avtomobilin idarə olunduğunu Kamrana bildirmiş və niyə həmin avtomobilin idarə olunduğu halda onun pulunun ödənilmədiyini soruşmuşdur. Kamran ona demişdir ki, “Sənin nəyinə lazımdır? 3-4 günə pulunu veririk”. Lakin həmin vaxtdan bir neçə ay keçsə də, Kamrandan xəbər çıxmamışdır. Sonra Kamran ondan qaçıb gizlənmişdir. Çətinliklə olsa da sonradan o, Kamranı tapmışdır. Bundan sonra Kamran tərəfindən “Maserati” markalı avtomobilin Baş Dövlət X22 saxta sənədlər əsasında rəsmiləşdirilməsi və həmin avtomobilin Təqsirləndirilən şəxs verilməsi ona məlum olmuşdur. O, Kamrandan bu barədə soruşduqda və pulunu tələb etdikdə Kamran müxtəlif variantlarda pulun ona qaytarılacağını bildirmişdir. Onların arasında işgüzar münasibətlər olduğundan o, Kamrana inanmışdır. Bundan sonra 1 (bir) il ərzində Kamran ona 14 (on dörd) sot torpaq sahəsi göstərmişdir. Sonra Kamran ona demişdir ki, “Daş karxanası açmışdım, işlədə bilmədim. Onu satıb pulunu verəcəm”. 1 (bir) il keçdikdən sonra o, Kamranın ona pul vermədiyini görüb Kamran barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Kamranı, onun dostu Təqsirləndirilən şəxs və X11 rayon Polis İdarəsinə gətirərək onunla görüşdürmüşlər. O, Təqsirləndirilən şəxs və Әzizalı Səmədovu həmin Polis İdarəsində tanımışdır. O, Altaya və Әzizalıya avtomobilin dəyərinin 100000 (yüz min) ABŞ dolları olduğunu demiş və heç olmasa avtomobilin dəyərinin yarısının, yəni 50000 (əlli min) ABŞ dollarının ona qaytarılmasını tələb etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, “Sənin pulunu şəxsən mən verəcəm”. Altay elə dediyinə görə o, Kamrandan əl çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 5-6 ay məsələni uzatmışdır. Sonra Altay özü də yoxa çıxmış və Altayın telefonuna zəng çatmamışdır. Altaydan xəbər çıxmadıqdan sonra Әzizalı Səmədov ona gah Zabrat qəsəbəsində ev, gah gölün qırağında bir torpaq sahəsi göstərmişdir. Lakin onların dəyəri avtomobilin dəyərindən aşağı olduğundan o, Әzizalı ilə razılaşmamışdır. X13 da xəbər çıxmamışdır. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, o, “Maserati” markalı avtomobili Kamrana vermişdir. Lakin o, Kamrandan polisə şikayət etdikdən sonra Binəqədi rayon X20 adlı müstəntiq Kamranı, Altayı və Səmədov Әzizalını onunla görüşdürdükdə Altay ona demişdir ki, “Kamran maşını mənə verib. Sənin pulun məndədir. Sənin puluvu bundan sonra Kamran yox, biz, yəni mən və Әzizalı verəcəyik”. O da Altaya və Әzizalıya inanmış və gözləmişdir. Lakin bundan sonra Altay qaçmış və onun pulu ödənilməmişdir. İndiyə qədər onun 87000 (səksən yeddi min) ABŞ dolları məbləğində pulu qaytarılmamışdır. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Әzizalı Səmədovu 2015-ci ilin avqust-sentyabr aylarında Qüdrət və İsmayıl adlı dostlarının vasitəsi ilə tanımış və bundan sonra onların arasında yaxşı münasibət yaranmışdır. Hətta o, Təqsirləndirilən şəxs və Әzizalı Səmədovla tanış olduqdan sonra Altay və Әzizalı onun adına ******* (iki milyon) məbləğində əmlak yazmışlar. Lakin iş alınmadığından o, həmin əmlakı Altaya və Әzizalıya qaytarmışdır. Altay və Әzizalı ondan ilk dəfə təqribən 26000 (iyirmi altı min) manat dəyərində beton almışlar. Altay və Әzizalı Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev prospektində yerləşən “Avrositi” holdinqdə sahəsi 74 kv.m, dəyəri 280000 (iki yüz səksən min) manat olan dükanı ona satmalı imişlər. Həmin dükan Әbülfəz adlı şəxsə məxsus olmuşdur. Onun Әzizalı və Altayla razılaşmasına əsasən dükanın qiyməti 280000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. Həmin dükanın müqabilində o, Altaya və Әzizalıya beton, avtomobil və pul verməli olmuşdur. Bunların müqabilində isə Altay və Әzizalı ona həmin dükanı verməli imişlər. O da, dükanın əvəzində Әzizalı və Altaya beton, ağ rəngli X26 markalı avtomobil vermişdir. X26 markalı avtomobili o, Altayın tələbinə əsasən Altayın tanışı İbrahim adlı şəxsə baş etibarnamə əsasında vermişdir. Bundan başqa, o, Altay və Әzizalıya 5000 (beş min) manat pul vermişdir. Müəyyən vaxtlarda onun tərəfindən Altaya və Әzizalıya kisələrdə sement də verilmşdir. Hətta bir dəfə o, dostundan kisələrdə sement alaraq Altay və Әzizalıya vermişdir. Bundan başqa, o, əlavə olaraq 500 (beş yüz) manat da Altaya və Әzizalıya vermişdir. Ona vəd edilən dükanın müqabilində ümumilikdə 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitini o, Altay və Әzizalıya vermişdir. Lakin bir gün Altayın və Әzizalının ona verməli olduqları dükanın sahibi Әbülfəz onun yanına gəlmiş və demişdir ki, “Әgər bunlar mənim pulumu verməsə, mən onlardan şikayət edəcəm və dükanla bağlı problem yaranacaq”. Әbülfəzin sözləri ona şübhəli gəlmiş və o, Әzizalı və Altayın Әbülfəzlə dükan barəsində problemlərinin yarandığını başa düşmüşdür. Ona görə də o, Әzizalı və Altayla alış-verişi dayandırmışdır. Bundan sonra Altay ona müxtəlif vaxtlarda müxtəlif yerlərdə olan dükanları, torpaq sahələrini göstərmişdir. Lakin Altayın ona göstərdikləri bütün obyektlərin müxtəlif problemləri olmuşdur. Sonra o, Altaydan verdiyi pulları tələb etmişdir. Altay isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Ona ümumilikdə 125000 (yüz iyirmi beş min) manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinə məhkəmədə baxıldığı vaxt ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Әzizalı ilə Altayın ofisləri Bakı şəhərinin Nəsimi rayonunda yerləşmişdir. Altay və Әzizalı tikinti işləri ilə məşğul olmuşlar. O, Bakı şəhəri, 8ci km, Qara Qarayev prospektində yerləşən obyektdəki dükanlarda pilləkən qoymalı və istilik sistemi quraşdırmalı imiş. Bu barədə onun Әzizalı və Altay ilə danışığı olmuşdur. Әzizalı və Altay onu həmin obyektə dəvət etmişlər və iş təklif etmişlər. Onun görəcəyi işin müqabilində Altay və Әzizalı ona pul verməli imişlər. Lakin bir neçə müddətdən sonra o, Әzizalının və Altayın düz adam olmadıqlarını və onu aldatdıqlarını başa düşmüşdür. O, aldanıldığını gördüyünə görə tez Altayla və Әzizalı ilə işi bitirmişdir. Bundan sonra Altay və Әzizalı ona təklif etmişlər ki, “Sənə mənzil verək. Həm işinin pulunu oradan götür, həm də sən bizə 10000 (on min) manat verməlisən ki, biz mənzili sənə verək”. O da Altayla və Әzizalı ilə razılaşmışdır. Bu məqsədlə o, Әzizalı və Altayın Nəsimi rayonunda yerləşən ofisinə getmişdir. O, ofisə daxil olanda Altayın və Әzizalının ofisdə olduğunu görmüşdür. O, Altaya və Әzizalıya 10000 (on min) manat pulu gətirdiyini bildirmişdir. Әzizalı Altaya pulu ondan götürməsini bildirmişdir. Sonra o, Altayla birlikdə Altayın otağına keçmişdir. Orada o, Altaya 10000 (on min) manat pul vermişdir. Altay pulu saymadan ondan almış və otaqdakı siyirməyə atmışdır. O, Altaydan pulun sayılmasını istəmişdir. Altay isə pulu saymağa ehtiyac olmadığını ona demişdir. Onun verdiyi 10000 (on min) manat puldan Әzizalının oğlu ona 5000 (beş min) manat qaytarmışdır. Lakin hazırda Altay və Әzizalı ona 5000 (beş min) manat pul qaytarmalı olsalar da, həmin pul ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ilin noyabr ayında Fizuli Qasımov adlı dostu Zərərçəkmiş şəxs1 avtomobil salonunda tünd göy rəngli “Maserati” markalı avtomobilin satıldığını görmüşdür. Fizuli ona həmin “Maserati” markalı avtomobili almaq istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 zəng vuraraq Fizuli adlı dostunun “Maserati” markalı avtomobili almaq istədiyini bildirmiş və həmin avtomobili evakuator vasitəsilə Fizuli Qasımovun tanıdığı ustanın yanına göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 problem olmadığını ona bildirmiş və avtomobili ustanın yanına göndərmişdir. Şəfi avtomobilin qiymətinin 92000 (doxsan iki min) ABŞ dolları olduğunu bildirmişdir. X23 ilə telefonda danışaraq avtomobilin qiymətini 87000 (səksən yeddi min) ABŞ dollarına endirilməsi barədə razılığa gəlmişdir. Fizuli 87000 (səksən yeddi min) ABŞ dollarından 20000 (iyirmi min) ABŞ dollarını nağd ödəmək istəmiş, pulun qalan hissəsini isə 3 (üç) ay müddətinə ödəyəcəyini bildirmişdir. Fizuli avtomobili ustada yoxlatdırdıqdan sonra avtomobili sürüb aparmışdır. Fizuli Qasımov 3 (üç) ay müddətində pulun qalan hissəsini ödəyə bilməmişdir. Lakin Fizuli qalan pulu bir ay və ya ay yarım ərzində ödəyəcəyini bildirmişdir. Fizuli avtomobili ustada yoxlatdıranda avtomobilin buraxılış ilinin 2011-ci il yox, 2010-cu il olduğu müəyyən olunmuşdur. Fizuli bunu biləndə əvvəl narazılıq etmiş, lakin Şəfi Fizuliyə qalan pulu ödəmək üçün bir ay vaxt verdikdə razılaşmışdır. Bir müddət keçdikdən sonra Fizuli Qasımov ölmüşdür. Sonra “Maserati” markalı avtomobilin başqa şəxslərə satılması məlum olmuşdur. Bir dəfə X21 Yaqub adlı şəxs “Maserati” markalı avtomobili rəsmiləşdirmək üçün ona zəng etmişdir. O da Yaquba bildirmişdir ki, “Maşınla bağlı mənə deyil, Şəfiyə zəng vurmaq lazımdır”. Yaqub isə avtomobilin Şəfinin adına olmasına baxmayaraq, həmin avtomobili rəsmiləşdirmək üçün gələn şəxslər onun adını verdiyini ona demişdir. O isə avtomobilin Şəfiyə məxsus olduğunu və Şəfiyə zəng vurmalarını demişdir. Binəqədi rayon Polis İdarəsində olanda avtomobilin Altay tərəfindən satıldığı ona məlum olmuşdur. Bundan sonra Şəfinin ofisində Altay Şəfiyə demişdir ki, “Avtomobilin yerinə sənə ev verəcəm”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, maşın alveri ilə məşğul olur. O, maşın bazarından və digər yerlərdən ucuz qiymətə maşın alaraq bir müddətdən sonra həmin maşınları biraz baha qiymətə satmışdır. Bir gün Bakı şəhərində fəaliyyət göstərən avtosalonlardan birində ucuz qiymətə “Maserati” markalı avomobilin satıldığını və avtomobilin qiymətinin 89000 (səksən doqquz min) ABŞ dolları olduğunu ona demişlər. O da adını xatırlamadığı avtosalon işçisinə həmin “Maserati” markalı avtomobili almaq istədiyini bildirmişdir. Bu məqsədlə o, Təqsirləndirilən şəxs və tanımadığı digər şəxslə Bakı şəhəri, Babək prospektində görüşmüşdür. Həmin görüşdə o, Təqsirləndirilən şəxsla “Maserati” markalı avtomobilin qiyməti barədə razılığa gəlmişdir. Onun Altayla əldə etdiyi razılığa əsasən “Maserati” markalı avtomobilin qiyməti 89000 (səksən doqquz min) ABŞ dollarından 84000 (səksən dörd min) ABŞ dollarına endirilmişdir. 84000 (səksən dörd min) ABŞ dolları məbləğində pulun 64000 (altmış dörd min) ABŞ dolları hissəsini o, nağd ödəməli, qalan 20000 (iyirmi min) ABŞ dolları məbləğinin əvəzində isə Altaya başqa avtomobil verməli olmuşdur. Bundan sonra “Maserati” markalı avtomobili Yasamal rayon Polis İdarəsinin qarşısında yerləşən avtosalondan çıxararaq ona vermişlər. Həmin vaxt avtomobil ona veriləndə o, avtomobilin dəyərini ödəməmişdir. Onun Təqsirləndirilən şəxsla əldə etdiyi razılığa əsasən avtomobil bahalı olduğuna görə o, avtomobilin dəyərini həmin avtomobili öz adına rəsmiləşdirdikdən sonra ödəməli olmuşdur. Ona görə də o, avtomobili götürəndə pul verməmişdir. O, avtomobili Baş Dövlət X27 sənədləşdirməyə aparanda həmin İdarədə əvvəl avtomobili onun adına sənədləşdirməmişlər. Sonra Altaygil kiminləsə danışmış və bundan sonra Altay məsələnin həll olunduğunu ona demişdir. Bundan sonra “Maserati” markalı avtomobil onun adına sənədləşdirilmişdir. Avtomobilin sənədləşdirilməsi başa çatdıqdan sonra o, Təqsirləndirilən şəxs 64000 (altmış dörd min) ABŞ dolları məbləğində pulu nağd şəkildə vermişdir. Qalan 20000 (iyirmi min) ABŞ dolları məbləği əvəzində isə o, Təqsirləndirilən şəxs “Toyota” markalı avtomobil vermişdir. O, Təqsirləndirilən şəxs “Toyota” markalı avtomobili verdikdən sonra onun Təqsirləndirilən şəxs borcu qalmamışdır. O, “Maserati” markalı avtomobili aldıqdan 7-8 ay keçdikdən sonra Zərərçəkmiş şəxs1 onun yanına gəlmiş və həmin avtomobilin özünə məxsus olduğunu bildirmişdir. O isə Şəfiyə həmin avtomobilin ona məxsus olduğunu, pulunu verərək avtomobili Altaydan aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 də avtomobilin özündə olan əlavə açarını gətirib ona təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4ifadəsində göstərmişdir ki, təxminən 2 (iki) il əvvəl Təqsirləndirilən şəxs və Altayın dostu X7 Sahibin ünvan 4 ünvanda yerləşən ofisinə gəlib-getmişdir. Təqsirləndirilən şəxs və Səmədov Әzizalı bina tikintisi ilə məşğulolduqlarından Altayın və Әzizalının pula ehtiyacları olmuşdur. Zərərçəkmiş şəxs3 isə pulu olmamış, lakin X26 markalı avtomobili olmuşdur. Həmin X26 markalı avtomobili Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs və Səmədov Әzizalıya vermişdir. Altay və Әzizalı isə avtomobilin əvəzində Sahibə mənzil verəcəklərini bildirmişdilər. Bununla bağlı onlara, yəni Sahibə və ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzil də göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs və X7 Sahibin X26 markalı avtomobilini alsalar da, avtomobilin əvəzində Zərərçəkmiş şəxs3 mənzil verməmişlər. Zərərçəkmiş şəxs3 və o, Təqsirləndirilən şəxs və Әzizalı Səmədovu çox axtarsalar da, tapa bilməmişlər. Şahid3 birinci instansiya məhkəməsində məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 onun yaxın qohumudur. Sahib fərdi sahibkarlıqla məşqul olurmuş. O da Zərərçəkmiş şəxs3 yanında müəyyən işlərdə köməklik edirmiş. Әzizalı və Altay Sahibin işlədiyi ofisə gəlib getdikləri üçün o, həmin şəxsləri tanıyırmış. Təxminən 2-3 il bundan əvvəl o, Әzizalı və Altayın Sahibə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində tikilən ticarət mərkəzindən mağaza satmaq istədiklərini, həmin mağazanın qiymətinin təxminən 270000 (iki yüz yetmiş min) manat olduğunu eşitmişdir. Onun bildiyinə görə Sahib Әzizalı və Altaya təxminən 120000 (yüz iyirmi min) manatdan çox pul vermişdir. Sahib 270000 (iki yüz yetmiş min) manat məbləğində pulun bir qismini sement, beton, özünə məxsus olan X24 markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobil hesabına vermişdir. Sahib X24 markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobili Әzizalının dediyi adamın adına keçirmişdir. Bundan sonra Sahib Әzizalı və Altay tərəfindən aldadıldığını bilmiş və pullarını geri istəməyə başlamışdır. Lakin Әzizalı və Altay müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan boyun qaçırmışlar. Sonradan isə Sahib onların heç birini ümumiyyətlə tapa bilməmişdir. Ona görə də Sahib polisə müraciət etmişdir. Bundan başqa, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Әməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 480 (dörd yüz səksən) saat ictimai işlər növündə cəza təyin edilmişdir (cild 1, iş vərəqə 209-210). İşdə olan xx xxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-178/2019 saylı hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi müəyyən edilmiş, digər zərərçəkmiş şəxslər X8, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi zərərlə əlaqədar mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqları izah olunmuşdur (cild 1, iş vərəqə 230- 235). İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2, iş vərəqə 149). İşdə olan xx xxxxxx 2019-cu il tarixli İmişli rayon İcra və Probasiya şöbəsinin cavab məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 1(036)-2014 saylı, xx xxxxxx 2014cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilmiş və ona təyin edilmiş cəza xx xxxxxx 2014-cü il tarixdə icra olunmuşdur (cild 2, iş vərəqə171). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs qeyd edilən həmin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməli olması və kifayət qədər sübuta yetirilməsi barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, və onun törətdiyi qeyd edilən cinayət əməlləri kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək, cəzanın yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfındən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla barışdığını, qeyd edilən zərərçəkmiş şəxslərə ayrı-ayrılıqda vurulmuş maddi ziyanın ödənilməsini, qeyd edilən zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi qeyd edilən cinayət əməllərinin tövsifi məsələsi düzgün həll edilməklə, ona təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası hüdudlarında və cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı xx xxxxxx 2020-ci il tarixli, 1(101)-100/2020 saylı hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-100/2020 saylı hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-469/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-469/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver