Məhkəmə qərarları › İş №1(103)-47/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-47/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-47/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)- 1254/2021 nömrəli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünə əsasən (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu 04 fevral 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, barəsində narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs müəyyənləşdirilməmiş tarixdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 107,703 qram təşkil edən heroin narkotik vasitəsini əldə edib, həmin narkotik vasitənin 91,180 qramını yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qədər daşıyıb orada gizlətmiş, 15,893 qramdan ibarət qalan hissəsini isə öz üzərində saxlamaqla daşımışdır. 04 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı bir ədəd bükümdə külli miqdar təşkil edən 15,893 qram çəkidə heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra narkotik vasitənin həm də yaşadığı evdə satış məqsədi ilə saxlaması barədə daxil olmuş məlumat əsasında 04 fevral 2021-ci il tarixdə, saat 20 radələrində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün şəxsi icazəsi və iştirakı ilə baxış keçirilərkən, bir ədəd üzərində heroin narkotik vasitəsinin izləri olan qara rəngli elektron tərəzi və bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdar təşkil edən 91,180 qram heroin narkotik vasitəsi qonaq otağında olan divanın üzərindəki döşəyin altından aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)- 1254/21 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü qanunsuz və ədalətsizdir. Polis əməkdaşları onu evində yatmış vəziyyətdə tutmuşlar. Onun üzərində narkotik vasitə olmamışdır. Müstəntiq cinayət işini saxtalaşdıraraq guya onun yol kənarında şübhəli şəxs kimi saxlanıldığını qeyd etmişdir. O, narkotik vasitədən istifadə etmir və heç vaxt satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitələr polis əməkdaşlarına məxsusdur. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(103)-1548/21 nömrəli qərarı ilə məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)- 1254/21 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin 31 may 2022-ci il tarixli, 1(102)-581/2022 nömrəli qərarı ilə məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 1(103)-1548/21 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bərəat verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, proses iştirakçılarını dinləyərək, məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Ali Məhkəmənin məhkəmə kollegiyası işi yeni baxışa göndərərkən hesab etmişdir ki, cinayət işi üzrə cinayət mühakimə icraatını həyata keçirən aşağı instansiya məhkəmələri müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi barədə vəsatətləri təmin etməməklə qərarında sadalanan qanun normalarına, Avropa Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarlarında verilən tövsiyələrə riayət etməmiş və Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan da kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə gəldiyi nəticəni tam əsaslandırılmış hesab etməmişdir. Ali Məhkəmənin məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yeni apelyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halların araşdırılması üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, iş üzrə obyektiv, hərətərfli və tam araşdırma aparmaq məqsədilə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmış, əlavə şahidlər dindirilmiş, məhkum edilmiş Təqsirləndirilən şəxs prosessual sənədlərdə imzalarının yoxlanılması üçün xətşünaslıq ekspertizası keçirilmiş və müvafiq sorğular verilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildə narkotikdən istifadə etmiş, lakin sonradan namaz qılmağa başlamış, uzun müddət namaz qılmış və narkotik vasitədən istifadə etməmişdir. Lap əvvəllər adam öldürməyə görə məhkum olunub cəza çəkmiş, daha sonra isə 2015-ci ildə günahsız olaraq tutulmuşdur. 2015-ci ildə tutularkən həmin vaxt 100 nəfərin içəri getməli olduğu bildirilmiş və Cinayət Məcəlləsinin 234.1-ci mddəsi ilə o da məsuliyyətə cəb olunmuş və 2017-ci ildə azadlığa buraxılmışdır. Himayəsində həyat yoldaşı və bir nəfər vərəm xəstəsi olan uşağı vardır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 04 fevral 2021-ci il tarixdə o, yaşadığı evində yatdığı vaxt evinə silahlı basqın olunmuş, sonradan polis işçiləri olduğunu bildiyi şəxslər pəncərədən evə daxil olmuş və onu götürüb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Aparılarkən onda heç bir növdə və heç bir miqdarda narkotik vasitə olmamışdır. Ondan narkotik vasitə aşkar edilib götürülməsi, 234.4.3-cü maddə ilə təqsirli olmağını boynuna götürməsi ilə bağlı təklif olunanları qəbul etməyəcəyi təqdirdə, həyat yoldaşını da idarəyə gətirəcəkləri, sonuncunun barəsində də cinayət işi açacaqları ilə hədələnmişdir. O da məcburiyyət qarşısında təklif olunanları qəbul etmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsində olarkən guya onun üzərindən videoçəkilişlə hansısa miqdarda heroin naprkotik vasitəsi aşkar edilib götürülmüş, etirafedici izahat və ifadələr vermiş, təqdim olunan sənədləri imzalamışdır. Bundan sonra o, yaşadığı evə aparılmış, polislər tərəfindən evindəki kreslonun arasına narkotik yerləşdirilmişdir. Həmin vaxt onun vəkili də evində olmuşdur. Sonra ona nə deməli olduğu izah edilmiş və kamera çəkilişi ilə həmin narkotiki oradan çıxarıb təqdim etmişdir. Polislərin tapşırdıqları kimi, tanımadığı şəxsdən aldığını demişdir. İttihamda göstərilən narkotik vasitələrin heç bir qramı da onun olmamış, Ağa adlı şəxsi isə tanımamışdır. İbtidai istintaq zamanı adından yazılmış ifadələri özü yazmamış, ifadələri polislər tərəfindən yazılmış, o isə oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, polislərlə heç bir düşmənçiliyi olmamışdır. Lakin tutulmazdan 3-4 gün əvvəl həyətindən ayaq səsləri gəldiyini hiss etmiş, çıxıb baxdıqda isə heç kimi görməmişdir. Tutulmazdan iki gün əvvəl isə həyətinə qayıdarkən özünə məxsus itin həyətdə olmadığını görmüşdür. Günahsız olması ilə bağlı bir neçə orqana şikayət ərizələri yazmış, ərizələrində polisin ona qarşı törətdiyi haqsızlıqları göstərmiş, hətta barəsində olan işə qanuni baxılması üçün aclıq aksiyasına başlamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, lakin tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə olan heroin qəbul etmişdir. O, narkotik vasitənin aludəçisi olmuş, onu bu işə heç kim məcbur etməmiş və heroini könüllü olaraq özü qəbul etmişdir. Narkotik vasitə olan heroini tutulmazdan təxminən on gün əvvəl Maştağa qəsəbəsindəki bazarın yaxınlığında üzdən tanıdığı, lakin adı və ünvanı haqqında məlumatı olmadığı «Ağa» adlı şəxsdən 1.500 manata almışdır. Həmin narkotik vasitədən bir qismini tanımadığı şəxslərə satmış, qalan hissəsi isə onun üstündə və evində aşkar edilmişdir. Narkotik vasitə aldığı həmin şəxsləri tanımamış və onları göstərə bilməmişdir. «Ağa» adlı şəxsi isə cəmi bir dəfə görmüş və pulunu tam ödəmişdir. 04 fevral 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindəki evinin qarşısında dayanan zaman üç nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Baş idarəyə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra, birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. İdarədə olan zaman təhqiqatçı Nəcəf Aburşu tərəfindən onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra yalnız vəkil X1 onun hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra Çingiz Kərimov iş otağına dəvət olunmuş və təhqiqatçı Nəcəf Aburşu tərəfindən ona vəkil kimi təqdim edilmişdir. Daha sonra ona polis bölməsində videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş vasitəsi ilə onun üzərində axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanuna zidd əşya və yaxud predmet olduğu təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd Cənubi Koreya istehsalı olan «Samsunq» markalı mobil telefonu, içində siqaret dənələri olan siqaret qutusunu, alışqanı və 90 (doxsan) manat pulu çıxardıb təqdim etmişdir. Daha sonra o, könüllü olaraq sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içində qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. O, könüllü olaraq təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 17 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin yerdə olan iştirakçılar tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərindən narkotik vasitə aşkar edilib götürülməsindən sonra o, özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində də narkotik maddə saxladığını bildirmişdir. Polis əməkdaşları ilə bərabər vəkili və o özü birliklə onun yaşadığı ünvana getmişlər. O, evə baxış keçirilməsinə etirazı olmadığını bildirib, bu barədə yazılı razılıq ərizəsi təqdim etmişdir. Ondan yaşadığı evə daxil olmazdan əvvəl, evdə olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. O, evinin qonaq otağında olan divandakı döşəyin altında gizlətdiyi içərisində heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 94 qram olduğu müəyyən edilmişdir. Evdən aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş heroini narkotik vasitəsini eyni tarixdə “Ağa” adlı şəxsdən alıb əldə etmişdir (iş vərəqə: səh. 57-59; 69-70; 114-116). Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində heç bir cinayət əməli törətmədiyini, gunahsız yerə tutulduğunu, yatdığı yerdə evinə girdiklərini, ayın 2-si Şəkidə olduğunu, ayın 4-ü kəndə gəldiyini, günorta saat 2-3 radələrində yorğun olduğu üçün paltarlı vəziyyətdə yatdığını, qızının ağlamaq səsinə oyanıb hər tərəfdən polislərin evə girdiklərini gördüyünü, başının üstünü kəsdirib, evdəki əşyaları ələk-vələk elədiklərini, polisin birinin səhv gəldiklərini və başqa evə girməli olduqlarını dediyini, onu qandallayıb maşına mindirdiklərini, polisin ondan 10 000 manat istədiyini, ona pul nə gəzir dediyini, yolda olarkən maşında qardaşına və bibioğluna zəng edib pul gətirmələrini istəyini, bölməyə aparıb bir gün orda saxlandığını, ayın 5-i Sabunçu Polis İdarəsinə aparıldığını, qardaşı və bibioğlusunun 3.000 manat gətirdiklərini, lakin polislərin razılaşmadığını və 2.000 manat da gətirilməsini istədiklərini, onlara pulun olmadığnı və kağızlara qol çəkmədiyini, axşam saat 10-11 radələrində vəkilin gəldiyini və qol çəkdikdən sonra getdiyini, çəkiliş vaxtı vəkilin olmadığını, ona qol çəksə buraxılacağını, buraxılacağına inandığı üçün nə dedilərsə dediyini və qol çəkdiyini, ona, qol çəkməsə qızını ora gətirəcəklərini dediklərini, onu döymədiklərini və işgəncə vermədiklərini, düşməni olduğunu, ancaq düşməni tərəfindən tutdurulmasını hesab etmədiyini, polisin evdə olanda qızından Sevda Əli qızının bacısı olduğunu soruşduğunu, soruşmaq səbəbin bilmədiyini, ittihamda deyildiyi kimi saat 5 yox, saat 4-də evə girildiyini, evin qarşısında yolda tutmadığını, evə girəndə ondan başqa evdə Əliyeva Gülnazın, oğlunun və qızının olduğunu, polislərin necə girdiyini və tutduqlarını gördüklərini, ona silah çəkən əməliyyatçının adının Elman olduğunu, evə girib dağıtdıqlarını, söyüş söydüklərini, aqressiv rəftar etdiklərini, yolda olanda 10 min manat pul istədiklərini, qardaşına və bibisioğluna zəng etmək və pul istəmək üçün telefonunu verdiklərini, idarədə olanda da iki dəfə ******* saylı nömrəsilə zəng etdiyini, pul istəmək üçün ümumi 4 dəfə zəng elədiyini, üstündə narkotik vasitə olmadığını, narkotiki Elman adlı əməliyyatçının cibinə qoyduğunu, narkotik satıcısı olmadığını, müdafiəçini 3 dəfə gördüyünü, sanksiyada, uzatmada və çəkilişdə, qalan hallarda görmədiyini, dindirmədə vəkilin olmadığını, həyətdə qoyun saxladığını, həmçinin kreditə aldığı Azsamand markalı maşınla taksi fəaliyyəti ilə məşğul olaraq dolandığını, latın qrafikası ilə yazmağı bacarmadığını, təcridxanada da aclıq etsədə xeyri olmadığını, Ağır Cinayətlərdə şikayət ərizəsi verdiyini, təcridxanada şikayət yazdığını, lakin qeydiyyata almadıqlarını, göndərilən smsdən xəbərinin olmadığını, kim tərəfindən yazıldığını bilmədiyini, narkotik maddəni 2010-cu ildən bəri istifadə etmədiyini, ancaq marixuana çəkdiyini, 2010-cu ilə qədər heroindən istifadə etdiyini, ekspert rəyində narkotik maddənin bədənində olması qeyd edilsə də, ondan narkolojidə analiz götürülmədiyini, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə baxılanda hakimə günahsız olduğunu və təqsirli olmadığını dediyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ona Bakı şəhəri Sabuncu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin xidməti ərazisində Maştağa qəsəbə sakini İlqar adlı şəxsin narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 04 fevral 2021-ci il tarixdə həmin məlumatın yoxlanılması məqsədi ilə özündən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid2 və polis polkovnik-leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə davranış xətti izah edilmişdir. Bundan sonra, həmin əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsinə doğru getmişlər. İlqarın çox vaxt həmin küçədə yerləşən nömrəsiz bir fərdi evin qarşısında dayandığını müəyyənləşdirmiş və həmin gün saat 17 radələrində İlqarın yenidən həmin küçədə dayandığını görüb onlar ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, digər əməkdaşlarla birlikdə həmin şəxsə narkotik vasitələrin əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə şübhəli olduğunu bildirib, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlar həmin şəxsi idarəyə aparmışlar. Qeyd olunan yerdə Təqsirləndirilən şəxs həmin idarənin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosundan vəkil kimi X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və üzərinə baxış keçirilmişdir. Baxış zamanı İlqarın üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd Cənubi Koreya istehsalı olan «Samsunq» markalı mobil telefonu, içində siqaret dənələri olan siqaret qutusunu, alışqanı və 90 (doxsan) manat pulu çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd bükümə baxış keçirilən zaman bükümün içində qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs orada könüllü olaraq təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Aşkar olunan narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə 17 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə onun tərəfindən ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin yerdə olan iştirakçılar tərtib edilmiş protokola və qablaşdırılmış zərfə imza etmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin götürüldükdən sonra o, özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində də narkotik maddə saxladığını bildirmişdir. Odur ki, İlqar, onun müdafiəçisi və polis əməkdaşları birliklə İlqarın yaşadığı ünvana getmişlər. İlqar evinə baxış keçirilməsinə etirazı olmadığını bildirib, razılıq ərizəsi təqdim etmişdir. Onlar evə daxil olmazdan əvvəl, evdə olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin qonaq otağında olan divandakı döşəyin altında gizlətdiyi bir ədəd içərisində heroin narkotik vasitəsinə bənzər maddələr olan bükümü və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşma ilə bir yerdə 94 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitə onun tərəfindən ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra İlqar üzərində və yaşadığı evdə aşkar olunaraq götürülmüş narkotik vasitəni on gün əvvəl üzdən tanıdığı, lakin adı və ünvanı haqqında məlumatı olmadığı «Ağa» adlı şəxsdən aldığını, bir qismini satdığını, digər qismini isə istifadə etdiyini etiraf etmişdir. Qablaşdırılmış narkotik vasitəni götürdükdən sonra, onlar birlikdə Təqsirləndirilən şəxs özləri ilə götürüb evi tərk etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 məhkəmədəki ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib sonuncu ilə oxşar məzmunlu ifadələr vermişlər. İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan və əlavə edilmiş bir ədəd “CD” diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə şübhəli maddə olan aşkar edilərək götürülmüş, çəkilməklə miqdarının 17 qram olduğu müəyyən edilmişdir. Bundan başqa həmin tarixdə tərtib olunmuş evə baxış və götürmə aparılması haqqında olan protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd “CD” diskdə olan videogörüntüdən açıqaydın görünür ki, həqiqətən də evə baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında olan divanın üzərindəki döşəyin altından bir ədəd bükümdə heroin narkotik vasitəsinə şübhəli maddə, həmçinin bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilməklə miqdarının 94 qram olduğu müəyyən edilmişdir . Hər iki halda Təqsirləndirilən şəxs aşkar edilib götürülən maddələrin heroin narkotik vasitəsi olduğunu və «Ağa» adlı şəxsdən alıb əldə etdiyini göstərmişdir (iş vərəqə: səh. 29-31; 35-37). İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2021-ci il tarixli, 6/512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” və sair yazılar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi - 15,983 qram qəhvəyi rəngli maddə kütləsi və üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” və sair yazılar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi - 91,810 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 45-50). İşdə olan məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli, 965 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 102-103). Apellyasiya icraatında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxs tutulan günü evdən çölə çıxan zaman 6-7 nəfər mülki geyimdə şəxslərin Təqsirləndirilən şəxs evinə gəldiklərini və evinə girdiklərini görmüş, onlardan gəlişlərinin səbəbini soruşduqda onlar heç nə olmadığını, salamatçılıq olduğunu bildirmişlər. Həmin mülki geyimli şəxslər evə girdikdən sonra evdə səs-küy qopmuş, həmin an o, çöldə olmuş və o, Təqsirləndirilən şəxs qardaşına zəng edərək, hadisə barədə xəbər vermişdir. Mülki geyimli şəxslər gələrkən Təqsirləndirilən şəxs həyətdə olmamışdır. Həmin şəxslər evdən çıxan zaman o, işdə olmuş, həmin şəxslər evdən çıxarkən onları görməmişdir. Apellyasiya icraatında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. İlqarın evi ilə onun evi bir-birinə yaxındır, evləri arasında təxminən 300 metr məsafə vardır. Əli Nəsirov ona zəng edərək qardaşı İlqarın evinə polis işçilərinin gəldiyini demiş, bundan sonra o, qardaşının evinə getmişdir. O, 10 dəqiqəyə evə çatmışdır. Gələn kimi evə girmiş, lakin polis işçiləri onu evdən çıxartmışlar. Gələn polislər 4-5 nəfər olmuş və mülki geyimdə idilər. Polis işçiləri axşam saatlarında qardaşı Təqsirləndirilən şəxs aparmışlar. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hədə-qorxu altında əməlini etiraf etməsi ilə bağlı ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs ona hədə-qorxunun kim tərəfindən, hansı formada və hansı şəraitdə edildiyini dəqiq bildirməmişdir. Onun həyat yoldaşının və qızının barəsində cinayət işinin açılaçağı ilə hədələnməsi isə inandırıcı və “ağlabatan” deyildir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin əməliyyat arayışından və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsini törətməzdən əvvəl Sabunçu rayon Xalq Məhkəməsinin 09 aprel 1999-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 95-ci maddəsi (Qəsdən adam öldürmə) ilə (08 dekabr 1960-cı il Qanunu) təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sabunçu rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 10 yanvar 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Quliyev X6 rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 10 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: səh. 87-89, 126-128). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində səmimi olmadığı həm də onunla təsdiq olunur ki, o, apellyasiya şikayətində narkotik vasitədən istifadə etmədiyini göstərmişdir (apellyasiya şikayəti elektron sistemə də yerləşdirilmişdir). Halbuki, işin faktiki hallarından göründüyü kimi, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmaqla ekspert rəyinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. İşdə olan "xxxx" MMC-dən daxil olmuş 03 may 2021-ci il tarixli, BKC/LGL-7644/21 saylı məktub və “Cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC tərəfindən göndərilmiş bir ədəd diskdə olan məlumatlara əsasən 055-92122-55 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Diskə baxış keçirilən zaman 04 yanvar 2021-ci il tarixdə, saat 22:07:54-də ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəyə «Emi qolum bərk ağrıyır. 7 manat pulum var gelim mene yarım vere bilersen qalan pulu anamın qebri sabah verecem nolar emi imkan varsa atqaz eleme» mətnində cinayət işi üzrə əhəmiyyət kəsb edən yazışmalar olması müəyyən edilmişdir (iş vərəqə: səh. 129130). Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 04 yanvar 2021-ci il tarixdə daxil «Emi qolum bərk ağrıyır. 7 manat pulum var gelim mene yarım vere bilersen qalan pulu anamın qebri sabah verecem nolar emi imkan varsa atqaz eleme» məzmunda yazılmış sms mətninə aydınlıq gətirməkdən imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi hallara və özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadələrinə tənqidi yanaşır və onun dediklərini özünün müdafiəsinə yönələn cəhd kimi qiymətləndirir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslar, eləcə də ümumiyyətlə əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin külli miqdarda olmasını, telefonuna göndərilmiş qısa mesajın məzmununu, yaşadığı evdən üzərində heroin ləkələri olan elektron tərəzinin aşkar olunduğunu nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Lakin məhkəmə kollegiyası cinayət işi üzrə ibtidai istintaq orqanının “təqsirləndirilən şəxsin dindirilməsi” barədə istintaq hərəkətini yerinə yetirərkən qanun pozuntusuna yol verməsini müəyyən etmişdir. Belə ki, apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin protokollarında imzanın ona məxsus olmaması barədə verdiyi ifadəsinin yoxlanılması məqsədilə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, cinayət işinin 1-ci cildinin 69-cu vərəqində olan 06 fevral 2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolonun 2-ci səhifəsinin aşağı sol hissəsində “bilirəm” sözü və 114-cü vərəqində olan 16 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolun 2-ci vərəqinin aşağı sol hissəsində “bilirəm” sözü – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəydə digər istintaq hərəkətləri barədə tərtib edilmiş protokollarda imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində 16 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” istintaq hərəkəti Bakı İstintaq Təcridxanasında həyata keçirilərkən müdafiəçinin iştirakının təmin edilməməsi xüsusatının yoxlanılması məqsədilə kollegiyanın sorğusuna Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, vəkil X3 16 aprel 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmamışdır. Müdafiə hüququ ilə bağlı yuxarıda qeyd edilən halların məcmusu onu düşünməyə əsas verir ki, 16 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Bakı İstintaq Təcridxanasında dindirilərkən müdafiəçi X3 ümumiyyətlə həmin tarixdə Bakı İstintaq Təcridxanasında olmamış, onun iştirakı formal olaraq qeyd edilmiş, həmin istintaq hərəkəti barədə tərtib edilmiş protokol tərtib olunan anda deyil, sonradan müdafiəçi tərəfindən imzalanmışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 92.3-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır: 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə. Həmin Məcəllənin 92.4-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı andan təmin olunur: 92.4.1. şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçini tələb edərkən — bu Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Məcəllənin 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Həmin Məcəllənin 233.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. Həmin Məcəllənin 233.5-1-ci maddəsinə əsasən hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Həmin Məcəllənin 233.5-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, 16 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz və etibarsızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, ittihamın təsdiq edilməsi üçün cinayət təqibi üzrə toplanılmış sübutlar kifayət qədər olduğundan 16 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” sübutunun etibarsız hesab edilməsi şəxsə bəraət verilməsi üçün əsas ola bilməz. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi sanksiyası daxilində 07 (yeddi) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuşdur. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Həmçinin məhkəmə cəzanın differensiallaşdırılmasını həyata keçirməyib və məhkum edilmiş şəxsin ailəli olmasını yüngülləşdirən hal kimi nəzərə almayıb. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5, 7, 8 və 9cu maddələrində nəzərdə tutulmuş qanunvericiliyinin əsas prinsiplərinin tələblərini rəhbər tutaraq, hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti, ailəli olması, həmçinin ədalət və humanizm prinsipi naminə azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, cəza yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, əsassız olduğundan verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 07 (yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmişin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021ci il tarixli, 1(101)-1254/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il, 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saat üçün cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar