Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-471/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, müdafiəçilər X2, Müdafiəçi1, təqsirləndirilən şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Süleyman Ağayev) xx xxxx 1961-ci ildə Lerik rayonu Monidigah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmamış, heç bir yerdə işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 51 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 “8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin qərarına görə X5 qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, X5 06 dekabr 2020-ci il tarixdə saat 15 radələrində kürəkəni Zərərçəkmiş şəxs yaşadığı evdə ailə münasibətləri zəminində arvadı Şahid1 ilə mübahisə edib Şahid1 döyməsi barədə məlumat alıb qızı və kürəkəninin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozundakı 62 nömrəli ünvana gələrək Zərərçəkmiş şəxs qızını döyməsinə görə irad tutması Zərərçəkmiş şəxs başqasının ailə işlərinə müdaxilə kimi qəbul olunması səbəbindən başlanmış mübahisə zamanı, kürəkəni ilə dalaşarkən, ona əvvəl yumruğu və əlləri ilə sifət, boyun və döş qəfəsindən zərbələr endirmiş, itələyərək yerə yıxmış və yerdə olarkən masanın üzərindəki şüşə meyvə qabı ilə baş nahiyəsinə vurmuş və bununla kifayətlənməyib evdən dalaşmanı davam etdirə-etdirə çıxarkən həyətdən tapdığı daş parçasını götürüb Zərərçəkmiş şəxs kürək nahiyəsinə atmaqla Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ənsə və sağ təpə nahiyələrinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və yerə yıxılması nəticəsində sağ ayağın birinci barmağının dırnaq falanqasının yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qərardan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə şikayətin təmin edilməklə qərarın dəyişdirilməsi, dövlət ittihamçısının, tərsirləndirilən şəxsin və müdafiəçilərin isə apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmündən və ya digər yekun qərarından zərər çəkmiş şəxs öz mənafeyinə aid hissədə şikayət vermək hüququna malikdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmir. Həmçinin müdafiə tərəfi də, X3 törətmiş olduğu cinayətin sübuta yetirilib-yetirilmədiyini və bu əməlin hüquqi tövsifini apellyasiya qaydasında mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara hazırki qərarda açıqlama verməyə zərurət görmür və hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X3 ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. X3 barəsində amnistiya aktının tətbiq edilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası belə hesab edir ki, bu hissəsində qərar dəyişdirilməməlidir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən vermiş apellyasiya şikayətində təqsirləndirilən şəxs X4 daha ağır cəza təyin edilməsini xahiş etmiş və bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi “8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, X3 barəsində əsaslı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 362/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-362/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-471/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-471/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver