Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-472/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Ağakişiyev Raul Firdovsi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı3, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhər 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) xx xxxxxxxx 1990-cı ildə Türkmənistan Respublikası Tejen şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu Yuxarı Əskipara kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Pentensianar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2019-cu ilin dekabr ayının ortalarında saat 16:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 20 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq əli ilə sifətindən bir dəfə sillə vurub üzərində gəzdirdiyi silah qismində istifadə edilən bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək sonuncudan üzərində 5 manat dəyərində ***-***-**-** CSM nömrəsi olan 300 manat dəyərində **********31913 və **********31911 iki imei kodlu “Samsung Galaxy ” markalı “J2” modelli mobil telefon aparatını alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 305 (üç yüz beş) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökmdən Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 322-ci maddəsinə tövsüf edilməsini və istintaq təcridxanasında saxlanıldığı müddət nəzərə alınmaqla onu məhkəmə zalından azad edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, istintaq və məhkəmə orqanı Təqsirləndirilən şəxs əməlini işin faktiki hallarına əsasən düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, hadisədə tamah niyyəti olmayıb. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu sonuncunun əlindən almışdır. Lakin, işdə olan ifadələrdən, o cümlədən zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs telefonu ondan ona görə almışdır ki, Zərərçəkmiş şəxsla Şahid1 mobil telefonla görüntülü danışarkən Zərərçəkmiş şəxs gülmüşdür, psixi xəstəlikdən əziyyət çəkən Təqsirləndirilən şəxs isə elə hesab etmişdir ki, Zərərçəkmiş şəxs ona gülür. O, Zakirə əsəbləşmiş və gəlib onun telefonunu əlindən almışdır. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs psixi xəstədir, dəfələrlə ruhi xəstəxanada müalicə olunub, hətta stasionar müalicədə olub. Onun düşüncəsində Zərərçəkmiş şəxs telefonu ona gülüş vasitəsi kimi qalıb. Ona görə də o, Zərərçəkmiş şəxs telefonunu - ona gülüş vasitəsini Zakirin əlindən almışdır, onun bu hərəkətlərində tamah niyyəti yoxdur, Təqsirləndirilən şəxs ona gülüş vasitəsini almaqla hesab elmişdir ki. Zakiri cəzalandırır. Bu hərəkət özbaşnalıqdır, quldurluq deyil, hadisəyə səbəb olmuş hal zərərçəmis şəxsin ona gülməsi baş vermiş hadisədə psixi pdoblemi olan şəxsin tamah niyyətinin olmasını istisna edir. Hadisədən sonra guya Təqsirləndirilən şəxs həmin telefonu 20 manat tanımadığı şəxsə satması da həqiqət deyil, bu hal heç bir sübutla təsdiq olunmur. Yalnız, Təqsirləndirilən şəxs psixi vəziyyətindən istifadə edən müstəntiqin onun ifadəsinə yazdığı uydurma sözlərdir, əgər Təqsirləndirilən şəxs telefonu satdığını deyirdisə nə üçün müstəntiq həmin alıcını müəyyən etmirdi, istintaq bu halı müəyyən etməyibsə deməli belə bir fakt da yoxdur. Bundan başqa, iş üzrə bıçaqdan istifadə edildiyi qeyd olunsa da belə bir bıçağın olması da təsdiqini tapmamışdır. Uydurulmuş bıçağı sübutsuz əsas tutmaq qanunsuzdur, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs də bıçaq olmasını xatırlamadığını bildirdi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə şillə vurması, onun həyatı və sağlamlığı ilə bağlı təhlükəli zorakılıq etməsi halları da məhkəmə tibb ekspertinin rəyi ilə istisna olunur, müəyyən olunur ki, zərərçəkmişin bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Beləliklə, hazırki iş üzrə quldurluq cinayətini tərkib əlamətləri - hadisənin tamah niyyətilə, zərərçəkmişə əli ilə sifətindən bir dəfə sillə vurması, bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi, telefonu satması heç bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq açağıdakıları qeyd edir: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmü mübahisələndirilərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin cinayət qanununun müvafiq norması ilə düzgün tövsif olunmadığı iddia edilmiş və bununla bağlı bir sıra dəlillərə istinad edilmişdir. Apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası vurgulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, verilmiş ittiham, Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi qənaətinə əsaslı olaraq gəlmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə əhatə olunduğuna görə bu maddə ilə düzgün tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. Hökmdə həmin məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı bıçaqdan istifadə etməməklə quldurluq etməsini bildirməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 54-55-ci vərəqlərində olan «şübhəli şəxsin dindirilməsi haqqında», cinayət işinin 73-74-cü vərəqlərində olan «təqsirləndirilən şəxsin dindirilməsi haqqında» protokollardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadə verərkən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlib onun mobil telefonunu əlindən aldığını bildirmişdir. Bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yanında olmuş və hadisəni bir başa görmüş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı bıçaq tətbiq etməklə quldurluq etməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı bıçaqdan istifadə olunmadan cinayət törətməsini deməsi isə aralarında barışıq yaranmış və ona maddi ziyanı tam ödəmiş Təqsirləndirilən şəxs kömək məqsədi güdür. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarlarına uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyasl belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Şikayətdə İ.Məmmədovun tamah niyyətinin olmadığı, onun həmin telefon aparatını tanımadığı şəxsə 20 manata satmasının həqiqətə uyğun olmadığı, bunun heç bir sübutla təsdiq olunmadığı, müstəntiqin onun ifadəsinə yazdığı uydurma sözlər olduğu, İ.Məmmədovun zərərçəkmiş şəxsə sillə vurmasının ekspert rəyi ilə istisna olunduğu, zərərçəkmiş şəxsi biçaqla hədələməsinin də təsdiq olmadığı iddia edilir. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə əlaqədar iş üzrə sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən iddiaları təsdiq olunmur, bunlarla əlaqədar dəlilləri hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. İ.Məmmədov zərərçəkmiş şəxsə sillə vurduğunu və onu hədələməklə telefonunu aldığını, həmin telefonu tanımadığı şəxsə satdığını birinci instansiya məhkəməsində ətraflı göstərmişdir. İ.Məmmədov ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin ilk baxışında da müdafiəçisinin iştirakı ilə belə ifadələr vermiş və həmin ifadələrində zərərçəkmiş şəxsi bıçaqla hədələdiyini də göstərmişdir. İ.Məmmədov məhkəmədə verdiyi sonrakı ifadələrində ibtidai istintaq zamanı və ilk məhkəmə iclasında ifadə verərkən ona hər hansı bir təsirin göstərilməsini bildirməmiş, müdafiəçinin iştirakı ilə verilən ifadələrin müstəntiqin uydurması olması barədə fikir söylənilməsi üçün də əsas yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, həmin sübutlar ittihamın, Təqsirləndirilən şəxs təqsirinin təsdiq ediliyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsi ilə nəzərdə tutulan cəzanı yüngüləşdirən halın mövcudluğunu da nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Həmin cəzanı yüngülləşdirən halı nəzərə alan məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, törədilmiş cinayətin xarakteri, ictmai təhlükəlilik dərəcəsi və İ.Məmmədova Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin sanksiyasının aşağı (minimum) həddində cəza təyin edildiyi, habelə iş üzrə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas verən müstəsna halın mövcud olmadığı da nəzərə alınmaqla cəzanın endirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-472/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-472/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver