Məhkəmə qərarları › İş №1(103)-476/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-476/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-476/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakimlər: Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X10 şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Məhkum olunmuş şəxslər – Təqsirləndirilən şəxs1 (bundan sonra mətndə Təqsirləndirilən şəxs1) və Təqsirləndirilən şəxs2 (bundan sonra mətndə Təqsirləndirilən şəxs2), Müdafiəçilər – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi7 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra CM-nin) 178.3.2, 193.və 313-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-246/2024 №-li, 27 noyabr 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-246/202 №-li, 27 noyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: (X20, sədrlik edən, məruzəçi) X13 və X21), xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), natamam ali təhsilli, subay, məhkumluğu olmayan, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 58/E2, mənzil 32 ünvanında yaşamış, 21 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarına əsasən polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətminkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuş, 05 may 2023-cü il tarixdə tutulmuş, həmin vaxtdan hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMnin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 CM-nin 193.1 və 313-cü maddələri ilə cəza təyin edilməməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcınin 05 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi və Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddələri ilə cəza təyin edilməməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasının çəkməsinin başlanğıcının 27 noyabr 2024-cü il tarixdən hesablanması, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-nin 99-5.1.4-cü maddəsinə əsasən, hazırkı cinayət işi ilə bir icraatda barələrində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan aşağıda qeyd olunan hüquqi şəxslər: - Təqsirləndirilən şəxs1 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 25 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 47, mənzil 17); - Təqsirləndirilən şəxs1 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 20 dekabr 2021-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinin (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 58/E2, mənzil 32); - Təqsirləndirilən şəxs2 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 31 may 2022-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi ev 47, mənzil 73); - Təqsirləndirilən şəxs2 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 07 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********, hüquqi ünvanı: ünvan 5 qeyd olunan hüquqi şəxslərin barəsində ləğv etmə növündə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi hissəsində hökmün icrasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılması, hüquqi şəxslər "xxxx", "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri barəsində CM-nin 99-8.3-cü maddəsində əlavə cinayət-hüquqi tədbir qismində nəzərdə tutulmuş cərimənin təyin olunmaması, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxs- mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiasının tam təmin olunaraq vurulmuş maddi ziyana görə 21.633 manat və ödənilmiş dövlət rüsumuna görə 155 manat, ümumilikdə 21.788 (iyirmi bir min yeddi yüz səksən səkkiz) manat pul vəsaitinin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 10.894 (on min səkkiz yüz doxsan dörd) manat hesabı ilə tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilməsi, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması, onun ödədiyi 380 manat dövlət rüsumunun geri qaytarılması, eyni zamanda Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması, cinayət işi üzrə maddi ziyanları ödənilməmiş qalan digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah olunması, İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı təqdim etdiyi aviabiletlər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər, iş materiallarında olan Təqsirləndirilən şəxs1 və Xəyal Məmmədovun təsisçisi və direktoru olduğu şirkətlərlə bağlanmış müqavilələr və qəbzlərin cinayət işinin materiallarında saxlanılması və iş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla külli miqdarda əmlak mənfəəti əldə etmək məqsədi ilə əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və satışından, işlər görülməsindən və xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMCni və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMC-ni özü tərəfindən, həmçinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMC-ni isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən təsis etməklə, özü "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru, Təqsirləndirilən şəxs2 isə "xxxx" və "xxxx" MMC-nin təsisçisi və direktoru olmaqla, hər ikisi vəzifəli şəxs kimi qabaqcadan əlbir olaraq birlikdə öz qulluq mövqelərinə görə onlara olan inam və etibardan sui- istifadə etməklə özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmək məqsədilə ünvan 6 ünvanında icarəyə götürdükləri ofisdə 2022-cı ilin mart ayından 2022ci ilin noyabr ayınadək olan dövr ərzində onlara müraciət etmiş şəxslərin, həmçinin onların yaxın qohumlarının Türkiyə Respublikasında yerləşən universitetlərdə təhsil almalarını təşkil etmələri, Avropa ölkələrinə viza alınmasını təmin edəcəklərinə, həmin şəxslərin xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrinə qəbulu üçün köməklik göstərəcəklərinə dair yalan vədlər verərək fəaliyyətlərinin qanuniliyinə inandırmaq üçün həmin şirkətlərin adından qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə tamah niyyətilə məzmununa guya müraciət etmiş şəxslərin şirkətlərə ödəyəcəkləri pulun müqabilində bütün ödənişlərin, yəni təqaüdlə təhsilin, viza işlərinin həlli xərclərinin şirkətlərinin vəsaiti hesabına özlərinin ödəyəcəyi barədə bilə-bilə yalan məlumatlar daxil etdikləri müqavilələri icarəyə götürdükləri qeyd olunan ofisdə həmin tarixlərdə tərtib edib müraciət etmiş vətəndaşların əksəriyyətinə imzalatdırdıqdan sonra özləri imzalamaqla MMC-lərə məxsus dairəvi möhürlərlə təsdiq edib həmin müqavilələri, eyni zamanda ödənilən pullara dair məlumatları əks etdirən qəbzləri müraciət etmiş şəxslərə təqdim etməklə onlardan qeyd edilən məqsəd üçün müxtəlif məbləğlərdə, o cümlədən Zərərçəkmiş şəxs9 gəlini X14 Litvaya iş vizası düzəldəcəyi adı ilə 2022-ci ilin mart ayında 750 manat, eyni niyyətlə X6 baldızı X5 Türkiyədə yerləşən universitetlərin birinə qəbul etdirəcəyi adı ilə 2022-ci ilin mart ayından-sentyabr ayına kimi hissə- hissə 6600 ABŞ dolları, həmin dövrlərin rəsmi məzənnəsi ilə 11.220 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs6 Litvaya iş vizası düzəldəcəyi adı ilə 2022-ci ilin mart-may aylarında 5000 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs1 qızı X15 Türkiyədə yerləşən universitetlərin birinə qəbul etdirəcəyi adı ilə 2022-ci ilin mayavqust aylarında 49750,81 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs7 Türkiyədə yerləşən universitetlərin birinə doktorantura təhsili almasını təşkil edəcəyi adı ilə sonunucudan 2022-ci ilin may ayında 3000 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs10 Əmin qızından qızı X9 yerləşən universitetlərin birinə ingilis dili üzrə təhsil almasına qəbul etdirəcəyi adı ilə 2022-ci ilin iyul ayında 19.915,68 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs4 oğlu X3 qəbul olduğu Türkiyə Respublikasının Medipol Universitetindən həmin ölkənin Hacettepe Universitetinə dəyişdirəcəyi adı ilə xx.xx.2022-ci il tarixdə 16.098,56 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs3 Latviyaya iş vizası düzəltdirəcəyi adı ilə 2022-ci ilin avqust-sentyabr aylarında 2250 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs2 Latviyaya iş vizası düzəltdirəcəyi adı ilə 2022-ci ilin avqust-sentyabr aylarında 2250 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs8 Latviyaya iş vizası düzəltdirəcəyi adı ilə 2022-ci ilin iyul ayında 2103 manat olmaqla adları qeyd edilən 8 şəxsdən - Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 Əmin qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cəmi 99.015,05 manat pul vəsaitini ünvan 6 ünvanında yerləşən ofisində şəxsən və əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə alaraq, qalan 2 şəxsdən - X17 və Zərərçəkmiş şəxs8 öz adına "xxxx" ASC-də açılmış 416974******7607 kart hesabına köçürülmüş cəmi 13323 manat məbləğində həmin pul vəsaitini "xxxx" ASCnin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən nağdlaşdırılmaqla çıxarıb, əldə etdiyi pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə adları qeyd edilən 10 nəfər şəxsə məxsus cəmi 112.338,05 (bir yüz on iki min üç yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxslər yaradıb adları qeyd olunan 10 nəfər şəxsə xeyli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən şirkətlərin təsisçisi və direktoru olmaqla vəzifəli şəxs kimi həmin vəzifədə işləyərkən təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyinə görə onlara olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmək məqsədilə "xxxx" MMC-nin təsisçisi və direktoru Zərərçəkmiş şəxs5 özünə və əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş ayrı-ayrı şəxslərə müxtəlif istiqamətlərdə aviabiletlərlərin pullarını gələcəkdə özləri tərəflərindən həmin vətəndaşlara xidmətlər göstərildikdən sonra ödəyəcəklərini yalandan bildirərək, sonuncunun razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs5 tərəfindən 2022-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayına qədər əhatə edən dövrdə özünə və xidmət göstərdikləri ayrı-ayrı şəxslərə, o cümlədən – Moilə Mədinayevə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 480,80 manat, Toğrul Muradova xx.xx.2022-ci il tarixdə Bakı-Antalya istiqamətində aviabilet üçün 883,86 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 413,6 manat, Coşqun Yusifova xx.xx.2022-ci il tarixdə Bakı- Tbilisi istiqamətində aviabilet üçün 569,18 manat, Aqşin Nemətova xx.xx.2022-ci il tarixdə Bakı-Tbilisi istiqamətində aviabilet üçün 569,18 manat, Qurban Əhmədova xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 465,84 manat, Baləhməd Məmmədova xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 651,2 manat, Mikayil Əzibolaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 548,08 manat, Abdullah Əzibolaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 548,08 manat, Şəhla Zeynalovaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 596,66 manat, Telman Vəliyevə xx.xx.2022-ci il tarixdə Almanya- Varşava istiqamətində aviabilet üçün 497,56 manat, Mehmed Çakıcıya xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı- İstanbul istiqamətində aviabilet üçün 1040,2 manat, özünə xx.xx.2022-ci il tarixdə İstanbul- Bakı-İstanbul istiqamətində aviabilet üçün 1040,2 manat, İlyas Əsədova xx.xx.2022-ci il tarixdə Moskva-Bakı istiqamətində aviabilet üçün 332,46 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci tarixdə Bakı-İstanbul istiqamətində aviabilet üçün 1053,76 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul istiqamətində aviabilet dəyişimi üçün 112,7 manat, Ağahüseyin Haciyevə xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul istiqamətində aviabilet üçün 861,44 manat, Mehmed Cakica xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet dəyişimi üçün 120 manat, Rəbiyyə Kuryayevaya xx.xx.2022-ci il tarixdə Bakı- İstanbul istiqamətində aviabilet üçün 875,55 manat, Əfqan Qarayevə xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya-Bakı istiqamətində aviabilet üçün 1088,7 manat, Süleyman Garayevə xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya istiqamətində aviabilet üçün 696,55 manat, Alim Qədimova xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya istiqamətində aviabilet üçün 696,55 manat, Ramin Nuriyevə xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya-Bakı istiqamətində aviabilet üçün 1088,7 manat, Baləhməd Məmmədova xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 369,3 manat, Zöhrab Əliyevə xx.xx.2022-ci il tarixdə Bakı- İstanbul-Qaziantep istiqamətində aviabilet üçün 1184,64 manat, Yusif Əliyevə xx.xx.2022ci il tarixdə Bakı-İstanbul- Qaziantep istiqamətində aviabilet üçün 1184,64 manat, Sünbülə İbadovaya xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 701,5 manat, Anar Mirzəzadəyə xx.xx.2022-ci il tarixdə Bakı-Tbilisi-Riga istiqamətində aviabilet üçün 1292,13 manat, Namiq Cabbarova xx.xx.2022-ci il tarixdə İzmir-Bakı istiqamətində aviabilet üçün 411 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 531,2 manat, İlgar Hacıyevə xx.xx.2022-ci tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 463,97 manat, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı- Ankara istiqamətində aviabilet üçün 651,07 manat, Fatimə Rəsulovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 325,54 manat, Aysel Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 325,54 manat, Aytəkin Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 651,07 manat, özünə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Emil Məmmədzadəyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Aytən Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 501,3 manat, İradə Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 501,3 manat, Habil Haciyevə xx.xx.2022-ci il tarixdə Bakı- İzmir istiqamətində aviabilet üçün 543,77 manat, Natiq Məmmədliyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Əbdulrəhman Əyyuba xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Murad Rəhimliyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Paşa Quliyevə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Ayxan Tağızadəyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Əbduləli Ağayevə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Miryəğub Zeynalova xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Murad İbrahimova xx.xx.2022-ci il tarixdə Bakı- Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Süleyman Baxşıyevə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, İlgar Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, Oktay Əhmədliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, Mətanət Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod istiqamətində aviabilet üçün 714 manat, Aqil Mədinəliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, Elnur Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, İlhamə Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı- Minvod-Bakı istiqamətində aviabilet üçün 761,60 manat, Uğur Mədinəliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 620,5 manat, Oğuz Mədinəliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod istiqamətində aviabilet üçün 357 manat, Gülnar Əhmədovaya xx.xx.2022-ci tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 1105 manat, Aytən Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir-Bakı istiqamətində aviabilet üçün 1643,64 manat, Habil Haciyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir-Bakı istiqamətində aviabilet üçün 1643,64 manat, İradə Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 788,92 manat, özünə xx.xx.2022-ci il tarixdə Ankara-İstanbul- Bakı istiqamətində aviabilet üçün 1021,45 manat, Tugrulberk Yılmaza xx.xx.2022-ci il tarixdə İstanbul- Bakı-istanbul istiqamətində aviabilet üçün 1200,08 manat, X36 xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı-İstanbul istiqamətində aviabilet üçün 1200,08 manat, Rəhman Hacıyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 338,95 manat, Anar Xankişiyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 339,79 manat, Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Kamila Əmirsultanovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Aytən Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Antalya istiqamətində aviabilet üçün 317,17 manat, Aytəkin Həsənovaya xx.xx.2022ci il tarixdə Bakı-Ankara-Bakı istiqamətində aviabilet üçün 310,53 manat, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 310,53 manat, Fatimə Rəsulovaya xx.xx.2022-ci tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 232,05 manat, Fidan Hacılıya xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul-Hamburg istiqamətində aviabilet üçün 539,61 manat olmaqla, ümumilikdə dəyəri 52331,94 (əlli iki min üç yüz otuz bir manat doxsan dörd qəpik) manat təşkil edən qeyd olunan istiqamətlərə aviabiletlərin alınmasına nail olduqdan sonra həmin aviabiletlərin pulunu özü istisna olmaqla adlarına bilet rəsmiləşdirilmiş digər adları qeyd olunan şəxslərdən 2022-ci ilin iyul-oktyabr ayları ərzində ünvan 7 ünvanında alıb, həmin pul vəsaitini və özünə sifariş verdiyi aviabiletlərin pulunu Roziyyeh X18 ödəməyərək, əldə edilmiş pul vəsaitlərini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Roziyyeh X18 məxsus cəmi 52371,64 (əlli iki min üç yüz yetmiş bir manat altmış dörd qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çox hissəsini ödədiyini və qalan hissəsini də tez bir zamanda ödəyəcəyinə söz verir. Subaydır, atası rəhmətə getmiş, anası isə ağır şəkər xəstəsidir. Evin tək oğludur, anası onun öhdəçiliyindədir. Səhhətində, həmçinin anadan gəlmə döş qəfəsində problemlər var. Bu səbəbdən müalicə müəssisəsində müalicə alır. Qeyd edilənləri nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024 -cü il tarixli 1(101)-246/2024 nömrəli hökmünün ləğv edilərək cinayət işinə xitam verilməsini və yaxud barəsində bəraət hökmü çıxarılmaqla həbsdən azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024 -cü il tarixli 1(101)- 246/2024 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs2 CM-nin 178.2.2,178.2.4., 93.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi və CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin normalarına uyğun cəza verilməsi,CN-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həmin cəzanın şərti olaraq tətbiq edilməsi və zərərçəkmiş şəxs-mülki iddiaçı X1 mülki iddiasının Təqsirləndirilən şəxs2 aid hissədə əsassız olmas səbəbindən rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-246/2024 nömrəli Hökmünü Təqsirləndirilən şəxs2 aid hissədə əsassız,ədalətsiz və qanunsuz hesab edir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri həqiqəti müəyyən etmək əvəzinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ittiham aktında müstəntiq Kamal Əhmədovun öz şəxsi təxəyyülü ilə müəyyən etdiyi əsassız və bir-birinə ziddiyətli olan , habelə hər hansı bir sübutlara söykənməyən, təsdiq dilməyən müddəalarını olduğu kimi hökmə köçürmüş, Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2-cı maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli hesab etmiş, onu ağır cəza ilə məhkum etmişlər. Halbuki ittiham aktında, eyni zamanda məhkəmə icraatı materiallarında Cinayət Məcəlləsinin 178.3.2-cı maddəsi ilə Təqsirləndirilən şəxs2 təqsirliyini sübut edən hər hansı bir ifadələr, protokollar, maddi sübutlar və digər sənədlər mövcud deyildir. Əksinə istintaqda və məhkəmə icraatında zərərçəkmiş şəxslərin ifadələrindən, məhkəmədə onlara verilən suallara cavablarından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 həmin şəxslərə qarşı cinayət əməlləri törətməmiş, onlarin pullarını ələ keçirməmişdir. Hətta bir çoxları onu tanımayıblar, ilk dəfə məhkəmədə görüblər. Həmçinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 178.3.2-ci maddəsi üzrə təqsirliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən Təqsirləndirilən şəxs2 qanunsuz olaraq 178.3.2-ci maddəsi üzrə təqsirli hesab etmiş, onu 6 ay 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanimayan (istintaqda müstəntiqə verdiyi ifadəsində (cild 1,i.v.338-345) və məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs2 ona ziyan vurmasını bildirməyən və onun simasını ilk dəfə məhkəmədə görən zərərçəkmiş şəxs- mülki iddiaçı X1 Təqsirləndirilən şəxs2 qarşı mülki iddiasını absurd və əsassız olaraq təmin etmiş, ondan 10894 manat tutularaq X2 ödənməsıni qət etmişdir. Qeyd etdiklərimlə bağlı hüquqi mövqeyi və əsaslandığı dəlillər aşağıdakılardan ibarətdir. İstintaq materiallarında Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 əlbirliyini, aralarında rol bölgüsü olmasını sübut edən hər hansı bir sənəd, fakt mövcud deyildir. Həmin halları sübut etmədən Təqsirləndirilən şəxs2 qanunsuz olaraq CM-nin 178.3.2-ci maddəsi üzrə ittiham elan edilmişdir. Daha sonra məhkəmə istintaqında da həmin hallar barədə hər hansı sübut müəyyən edilmədi. Həmçinin zərərşəkmiş şəxslərin ifadələrindən müəyyən olnmuşdur ki, Təqsirləndirilən şəxs2 dörd zərərçəkmiş şəxsə cəmi 10250 manat ziyan vurmuşdur. Göründüyü kimi vurulan ziyan və əlbirliyin olmasına dair iş materiallarında hər hnası bir sübut yoxdur. Cinayət qanunvericiliyinin tələblərinə zidd olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri müdafiəçi kimi onlara təqdim etdiyi tovsifin dəyişilməsi barədə vəsatətə və mülki iddiaya etiraza tamamilə baxmamış, irəli sürdüyü dəlilləri, mühüm əhəmiyyəti olan faktiki halları aydınlşdırmadan hökm çxarmışlar, məhkəmə aktında bu dəlillərə hüquqi mövqelərini bildirməmişlər, sanki məhkəməyə vəsatət və etiraz təqdim etməmiş Onların vəzifə borcudur ki, vəkilin vəsatətə və etirazlarına baxaraq, göstərilən faktları və irəli sürülən dəliiləri yoxlayıb aydınlaşdırdıqdan sonra öz daxili inamları ilə məhkəmə aktları qəbul etsinlər. Lakin Təqsirləndirilən şəxs2 6 il 06 ay azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmiş hakimlər mühüm əhəmiyyətli faktları aydınlaşdırmaği vacib hesab etməyərək istintaqda tərtib edilən ittiham aktında yazılanları olduğu kimi hökmə köcürməklə, dövlət ittihamçısıının gəldiyi nəticələri imzaları ilə təsdiq etməklə öz vəzifələrini bitmiş hesab etmişlər. Halbuki Cinayət-Prosessual Məcəllənin 25.2.-ci maddəsinin tələbinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 tərəfindən iş üzrə 4 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 10.250 manat ziyan vurulmuşdur. Qeyd etmək vacibdir ki, istintaq prosesində və məhkəmə baxışı keçirilən dövrdə Təqsirləndirilən şəxs2 2 nəfər şəxsə vurduğu ziyanı tam olaraq ödəmiş, 2 nəfər ödənişi istəməyərək onu bağışlamışdır. Beləliklə, məhkəmə icraatında həmin 4 zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs2 arasında barışıq əldə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd etdiyi halları aydınlaşdırmadan Təqsirləndirilən şəxs2 aid hissədə düzgün olmayan hökmlə onu cəzaya məhkum etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ VƏ İZAHATLARİ: Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi-vəkil Müdafiəçi7 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmişlər. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi-vəkil Müdafiəçi5 müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmişlər. Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Apellyasiya instansiyası məhkəmələrində X10 şöbəsinin prokuroru X19 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayırlıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətmələrinin sübuta yetirlməsini, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə xitam verilməsi, yaxud ona bərəat verilməsi və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 178.2.2,178.2.4., 193.1 və 313-cü maddələrinə tövsif edilməsi, ona CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin normalarına uyğun cəza verilməsi, ona təyin olunmuş cəzanın şərti tətbiq olunması və zərərçəkmiş şəxs-mülki iddiaçı X1 mülki iddiasının Təqsirləndirilən şəxs2 aid hissədə əsassız olması səbəbindən rədd olunması üçün əsasların olmamasını, məhkum olunmuş şəxslərə onlar tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin, müdafiə tərəfi olaraq onların apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələr üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 bəraət verilməli olması, digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməllərinin isə CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilməli olmasına dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslərin təqsirli bilindiyi maddələr üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxslərin əməllərinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə, məhkum olunmuş şəxslərə münasibətdə mülki iddianın düzgün təmin olunubolunmamasına və daha sonra isə məhkum olunmuş şəxslər təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının, məhkum edilmiş şəxslər və müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-246/2024 №-li 27 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirlmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı törətdikləri hər bir cinayət epizodu üzrə verdikləri ətraflı etirafedici ifadələri, o cümlədən çoxsaylı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, həmçinin birinci instansiya məhkəmə istintaqı gedişində tədqiq edilmiş üzləşdirmə protokolları, telefon danışıqlarına dair məlumatların yerləşdirildiyi disklərə baxış keçirilməsi protokolları, işdə olan maddi sübutlarla və məhkəmədə tədqiq edilmiş digər çoxsaylı sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onlar tərəfindən törədilməsi və təqsirliliklərinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların CM-nin 178.3.2-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına və CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 193.1 və 313-cü maddələri ilə cəza təyin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs2la birlikdə ittiham olunmasını qəbul etməməsi, barəsində olan işin mülki bir məsələ olması, Ruziyyə xanımın müstəntiqlə birləşib ona dəymiş ziyanın məbləğinin 50 min manatdan artıq göstərmələri, heç kimi aldatmaması, şirkət sahibi kimi iş görməsi, hər bir zərərçəkmişə müəyyən məbləğdə ödənişlər etməsi, Zərərçəkmiş şəxs1 və Ruziyyə Mohammadiyə ziyan dəyibsə, bundan boyun qaçırmaması, lakin 20-30 min manat dəymiş ziyanın 50-60 min manata qaldırılmasını qəbul etməməsi və həmin məbləği ödəməyəcəyi, görülmüş işlərlə bağlı onların müqavilələrinin olması, müqavilə ilə onların işləri görmək öhdəliklərini öz üzərinə götürmələri və əgər öhdəlik yerinə yetirilməsə, ödənişin geri qaytarlması məsələsinin də müqavilədə nəzərdə tutulması, heç kimi aldatmaması, şirkət sahibi kimi iş görməsi, Təqsirləndirilən şəxs2 özünün «VİŞ travel» və "xxxx" MMC-nin təsisçi və direktoru olmasına baxmayaraq, həmin şirkətlərin Təqsirləndirilən şəxs1 məxsus olması, "xxxx" şirkətinin işlərindən özünün qazanc götürməməsi, ittihamda adları göstərilən iki zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ona aid olması, şirkətin adından müştərilərlə müqavilə bağlamaması və heç kimdən pul almaması, müştərilərdən alınan pulların nəqd qaydada mühasibatlıq tərəfindən alınması, qalan pulların isə ofisdə və seyfdə olması, iş üzrə 11 şikayətçi olsa da, o, həmin şikayətçilərdən yalnız ikisi ilə görüşməsi, qalan şikayətçiləri sonradan tanıması, vətəndaşlarla müqavilələr bağlanılması, həmin müqavilələri ya Rasimin, ya da Nəbi adlı şəxsin imzalaması, müqavilələrin bəzilərində özünün imzası olsa da, həmin şəxslərdən ödənişləri almaması, Zərərçəkmiş şəxs1 ilə bağlı epizodda iştirak etməsi, lakin Rasimin tapşırığı ilə 5-6 min manat pulu Gülnar xanımdan götürməsi, Gülnarın yataqxana ilə birlikdə şirkətə 57000 manat pul ödəməsi, pullar alınsa da, həmin pulların ofis işləri ilə bağlı xərclənməsi, təhsil istiqamətində xərclənməməsi, təyyarə bileti üçün Gülnardan pul almaması, Ruziyyənin işi ilə bağlı məlumatının olmasına dair birinci instansiya məhkəmə istintaqında verdikləri ifadələrinə tənqidi yanaşaraq qeyd olunan ifadələri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirərək həmin ifadələrin iş materiallarında olan və birinci instansiya məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla tam təkzib olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və həmin əməllərə görə təqsirli olmaları məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqı zamanı verdikləri ifadələri, birinci instansiya məhkəməsində tədqiq olunmuş üzləşdirmə-dindirmə protokolları, birinci instansiya məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər X30, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7 və zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X8 ibtidai istintaq zamanı verdikləri və birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq olunmuş ifadələri, birinci instansiya məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarına əlavə edilmiş diskə xx.xx.2023-cü il tarixli baxış protokolu, "xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2023-cü il tarixli baxış protokolu, cinayət işi materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2023-cü il tarixli baxış protokolu, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 002 saylı müqavilə, cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli 182814 nömrəli kassa mədaxil orderi, 03 avqust 2022-ci il tarixli 076 saylı müqavilə, xx.xx.2022-ci il tarixli 082976 nömrəli kassa mədaxil orderi, 03 avqust 2022-ci il tarixli 077 saylı müqavilə və xx.xx.2022ci il tarixli 082977 nömrəli kassa mədaxil orderi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış protokolu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdikləri yuxarıda qeyd olunan hallar (faktlar) iş üzrə mövcud olan digər hər hansı bir sübutla təsdiq olunmadığından, əksinə birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda sadalanan sübutlarla, yəni şahidlər və zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlərlə təkzib olunduğundan birinci instansiya məhkəməsi düzgün olaraq onların ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir. CPM-nin 145.1-145.2-ci mаddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci mаddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kоllеgiyаsı hеsаb еdir ki, yuxarıda sаdаlаnаn sübutlаr təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinаd оlunmuş əməllərin törədilməsində аidiyyаtının və təqsirliliyinin təsdiqinə kifаyətdir. Məhkəmə kоllеgiyаsı yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hеsаb еdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ittihаm tərəfinin təqdim еtdiyi və birinci instаnsiyа məhkəmə baxışında araşdırılmış sübutlarla tаm təsdiqini tapmışdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətlərinin Təqsirləndirilən şəxs1 barəsində başlanılmış cinayət işinə xitam verilməsi, yaxud ona bəraət verilməsi və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2,178.2.4-cü maddələrinə tövsif olunmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə birinci instansiya məhkəməsində dindrilmiş şahidlər və zərərçəkmiş şəxslərin ifadələri ilə, həmçinin iş üzrə tədqiq olunmuş digər sübutlarla təkzib olunan dəlillər olmaqla birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 bəraət verilməsi və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməllərinin CMnin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2,178.2.4-cü maddələrinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində başlanılmış cinayət işinə xitam verilməsi, yaxud ona bəraət verilməsi və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2,178.2.4-cü maddələrinə tövsif olunmasına dair apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəliləri əsassızdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə onların təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Belə ki, CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 o halda bəraət hökmü çıxarıla və Təqsirləndirilən şəxs2 əməlləri isə CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2,178.2.4-cü maddələrinə tövsif oluna bilərdiki, Təqsirləndirilən şəxs1 əməllərində CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərində isə CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onların təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatlarının olmaması sübuta yetirilsin; onların təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar onların təqsirliliyini təsdiq etməsin və sair. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 178.3.2, 193.1 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların əməllərinin çaşqa maddəyə tövsif olunması və yaxud həmin maddələrlə onlar bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 193.1 və 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmələri, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onlara həmin maddələrlə cəza təyin edilməməməsinə dair də düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməməsini nəzərə alaraq CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə, Təqsirləndirilən şəxs2 isə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə hər iki təqsirləndirlən şəxsə CM-nin 193.1 və 313-cü maddələri ilə cəza təyin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. CM-nin 178.3.2-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə cəza təyin edilərkən onların təqsirləndirildiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, təyin olunmuş cəzanın оnların islah olunmasına təsiri, habelə cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyətlərini nəzərə alaraq onlara müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyini məsələsində də qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, CM-nin 46.1-ci maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi şəxslər - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lər barəsində CM-nin 313-cü maddəsinə münasibətdə həmin Məcəllənin 99-5.1, 99-5.1.4-cü maddələrinə əsasən ləğv etmə növündə cinayət hüquqi tədbir tədbiq edilməsinə və nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi təklif olunan hüquqi şəxslərin hər hansı əmlakı və ya cərimə tətbiq oluna biləcək maddi vəsaitinin müəyyən olunmamasını nəzərə alaraq qeyd olunan hüquqi şəxslər barəsində CM-nin 99- 8.3-cü maddəsində əlavə cinayət-hüquqi tədbir qismində nəzərdə tutulmuş cərimənin təyin olunmamasına dair nəticəsi də qanuni və əsaslı olmuşdur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəmə istintaqında tam tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla külli miqdarda əmlak mənfəəti əldə etmək məqsədi ilə əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və satışından, işlər görülməsindən və xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMC-ni və xx.xx.2021- ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMCni özü tərəfindən, həmçinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMC-ni və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) MMC-ni isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən təsis etməklə, özü RT TRAVEL” və "xxxx" MMC-nin təsisçisi və direktoru, Təqsirləndirilən şəxs2 isə "xxxx" və "xxxx" MMCnin təsisçisi və direktoru olmaqla, hər ikisi vəzifəli şəxs kimi qabaqcadan əlbir olaraq birlikdə öz qulluq mövqelərinə görə onlara olan inam və etibardan sui-istifadə etməklə külli miqdarda özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmişlər. CM-nin 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1-ci maddəsinə əsasən, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri cərimədən, xüsusi müsadirədən, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmədən və hüquqi şəxsi ləğv etmədən ibarətdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən məhkəmələr cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə verilmiş mülki iddialara münasibətdə qənaəti cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 bəraət verilməsi və yaxud hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2,178.2.4-cü maddələrinə tövsif olunması, yaxud məhkum olunmuş şəxslərə təyin olunmuş cəzanın azaldılması və yaxud şərti tətbiq olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-246/2024 №-li, 27 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-246/2024 №-li, 27 noyabr 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-246/2024 №-li, 27 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Anar İbrahimov, Mehriban Qarayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar