Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-48/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Rəhimov Elmar Eldar oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 avqust 1981-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 26, mənzil 41-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(101)-224/2020 nömrəli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: T.Q.Hüseynovun sədrliyi ilə, F.A.Qəribov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 08 oktyabr 2020-ci il tarixli, 1(101)- 224/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 21 yanvar 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin maddi sübut və mülki iddia məsələləri də həll edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə tamah motivi ilə 2018-ci ilin oktyabr ayının ortalarında qonşusu Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 22də yerləşən 29 saylı mənzilin giriş qapısını açarseçmə üsulu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, 2019-cu ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində həmin mənzildən Zərərçəkmiş şəxs2 məxsus 650 manat dəyərində olan 42x72sm ölçülü “Maktek RUB LCD” markalı kombi aparatını, 300 manat dəyərində olan “İndesit” markalı, “W165” modelli paltaryuyan maşını, 250 manat dəyərində olan “Panasonic” markalı, “THL32C4S” Malayziya istehsalı televizoru, ümumi dəyəri 2100 manat dəyərində olan 42 ədəd Almaniya istehsalı elektrik qidalandırıcısmı (razetka), 50 manat dəyərində olan “Crohe” markalı mətbəx su kranını, 450 manat dəyərində olan “Shivaki” markalı kondisioneri, ümumi dəyəri 384 manat olan 48 seksiya ağ rəngli radiatoru, ümumi dəyəri 1500 manat olan taxt, şkaf, termo, 2 ədəd tumbadan ibarət yataq otağı mebel dəstini, ümumi dəyəri 450 manat olan televizor altı, güzgülü tumbalardan ibarət olan qonaq otağı mebel dəstini, 300 manat dəyərində olan 02 ədəd divanı, hər biri ayrı-ayrılıqda 200 manat olan ümumilikdə dəyəri 600 manat təşkil edən 03 ədəd çarpayını, 300 manat dəyərində olan üç qapılı böyük şkafı, ümumi dəyəri 500 manat olan 06 ədəd stulla birlikdə stolu, ümumi dəyəri 80 manat olan yemək, çay və kofe dəstini, 20 manat dəyərində olan “Luisenburg” markalı saxsı çaydanı, ümumi dəyəri 100 manat olan qaşıq, çəngəl və bıçaq dəstini, ümumi dəyəri 70 manat olan çömçə və qaşıq dəstini, hər birinin ayrı-ayrılıqda dəyəri 03 manat olan ümumilikdə dəyəri 12 manat təşkil edən 04 ədəd dəsmalları, 90 manat dəyərində olan 01 ədəd gümüş materialdan hazırlanmış sinini (podnos), ümumi dəyəri 07 manat olan dəm çaydanı, ümumi dəyəri 10 manat olan mətbəx bıçağı dəstini, ümumi dəyəri 80 manat olan çömçə dəstini, 30 manat dəyərində olan kiçik mis qazanı, 40 manat dəyərində olan qazan dəstini, ümumi dəyəri 04 manat olan çay, duz, istiot qabı dəstini, ümumi dəyəri 10 manat olan armudu və sadə çay stəkanları dəstini, ümumi dəyəri 40 manat olan kasa və aş qabları dəstini, hər birinin ayrı-ayrılıqda dəyəri 10 manat olan ümumilikdə dəyəri 20 manat təşkil edən 02 ədəd konfet qabını, hər birinin ayrı-ayrılıqda dəyəri 15 manat olan ümumilikdə dəyəri 30 manat təşkil edən 02 ədəd meyvə qabını, hər biri ayrı-ayrılıqda dəyəri 03 manat olan ümumilikdə dəyəri 18 manat təşkil edən 06 ədəd Çexiya istehsalı “Bohema” markalı qədəhləri, 12 manat dəyərində olan qoz sındıranı, ümumi dəyəri 26 manat olan stolüstü oyun dəsti olan nərd, domino, lotonu, ümumi dəyəri 330 manat olan yorğan və döşək dəstini, 2500 manat dəyərində olan “Bosch” markalı soyuducunu, 1500 manat dəyərində olan “LG” markalı qabyuyan maşını, 150 manat dəyərində olan “Davaline” markalı aspiratoru, 340 manat dəyərində olan ətçəkən maşını, 300 manat dəyərində olan “Brown” markalı blenderi, 250 manat dəyərində olan “Brown” markalı meyvə suyu hazırlayan aparatı, 130 manat dəyərində olan “Brown” markalı ütünü, 250 manat dəyərində olan samovarı, ümumi dəyəri 50 manat olan qazan dəstini, 20 manat dəyərində olan “TP Link” markalı internet qəbuledici moderni, 150 manat dəyərində olan termosu, 450 manat dəyərində olan tozsoranı, 40 manat dəyərində olan iki ayaqlı nərdivanı, 30 manat dəyərində olan tavanı, ümumi dəyəri 540 manat olan çay dəstini, ümumi dəyəri 40 manat olan çarpayı üzlüyünü(postel), ümumi dəyəri 12 manat olan dəsmal dəstini, ümumi dəyəri 250 manat olan 05 ədəd yorğanı, ümumi dəyəri 300 manat olan döşəkləri, ümumi dəyəri 150 manat olan 10 ədəd balıncı, ümumi dəyəri 50 manat olan 02 ədəd ədyalı , 450 manat dəyərində olan “Dolce&Gabanna” markalı kişi ətrini, 400 manat dəyərində olan “Lanvin” markalı qadm ətrini, 25 manat dəyərində olan çərçivədəki meyvə rəsmini, 240 manat dəyərində olan kişi ayaqqabısını, 210 manat dəyərində olan qadın .ayaqqabısını, 150 manat dəyərində olan uşaq ayaqqabısını, 600 manat dəyərində olan paltarları, 60 manat dəyərində olan yumurta formalı suveniri, ümumi dəyəri 420 manat olan 07 ədəd “Beluga” markalı spirtli içkini, ümumi dəyəri 240 manat olan 07 ədəd “Almeqa” markalı spirtli içkini, ümumi dəyəri 380 manat olan 06 ədəd “Çarski” markalı spirtli içkini, ümumi dəyəri 460 manat olan 12 ədəd “Standart” markalı spirtli içkini, ümumi dəyəri 1350 manat olan 07 ədəd 12 illik istehsal olan “Red Label” markalı spirtli içkini, ümumi dəyəri 1440 manat olan 08 ədəd 12 illik “Black Label” markalı spirtli içkini, ümumi dəyəri 320 manat olan 04 ədəd “Absent” markalı spirtli içkini, ümumi dəyəri 340 manat olan 04 ədəd “Xenisi XO” markalı spirtli içkini, ümumi dəyəri 340 manat olan 04 ədəd “Bacardi” markalı spirtli içkini, ümumi dəyəri 180 manat olan 02 ədəd Böyük Britaniya istehsalı olan markası istintaqa məlum olmayan spirtli içki likörü talamaqla, Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 23970(iyirmi üç min doqquz yüz yetmiş) manat maddi ziyan vurub, oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə tamah motivi ilə 2018-ci ilin dekabr ayında qonşusu Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi ev 22-də yerləşən 28 saylı mənzilin giriş qapısının kilidini sındırmaq yolu ilə mənzilə qanunsuz daxil olaraq, 2019-cu ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində həmin mənzildən Zərərçəkmiş şəxs1 məxsus qonaq otağında olan ümumi dəyəri 1500 manat olan mebel dəstini (02 ədəd qorkanı, 01 ədəd kamodu, 01 ədəd TV altlığını, 08 ədəd stul ilə birlikdə 01 ədəd stolu), 120 manat dəyərində olan 01 ədəd masanı, ümumi dəyəri 400 manat olan 01 ədəd divan və 02 ədəd kreslonu, 700 manat dəyərində olan 01 ədəd “Samsung” markalı, “LA46A550P1R” modelli televizoru, 8000 manat dəyərində olan 01 ədəd böyük pərdəni, ümumi dəyəri 2000 manat olan 02 ədəd xalçanı, ümumi dəyəri 200 manat olan 02 ədəd radiatoru, 3000 manat dəyərində olan çıl-çırağı, qorkaların içərisinə yığılmış ümumi dəyəri 40 manat olan 02 ədəd güldanı, ümumi dəyəri 70 manat olan vazaları, 20 manat dəyərində olan 01 ədəd meyvə qabını, ümumi dəyəri 45 manat olan bulud boşqabları, ümumi dəyəri 40 manat olan çərəz qablarını, ümümi dəyəri 1985 manat olan qabqacaqları, 300 manat dəyərində olan 01 ədəd tozsoranı, 60 manat dəyərində olan “Elektra EGS-181-MK11” markalı Yaponiya istehsalı par ütüsünü, 400 manat dəyərində olan ütünü, 100 manat dəyərində olan “Sony” markalı “SS-TS111” markalı musiqi mərkəzi dəstini, 180 manat dəyərində olan 01 ədəd maqnitofonu, 25 manat dəyərində olan 01 ədəd “Panasonic” markalı, “1081P7” modelli DVD aparatım, 50 manat dəyərində olan “Sony” markalı, “DPPFP75” modelli 01 ədəd şəkil çıxaran aparatını, 120 manat dəyərində olan 01 ədəd masa süfrəsini, 140 manat dəyərində olan stol süfrəsini, yataq otağında ümumi dəyəri 12 000 manat olan yataq otağı dəstini (taxt, şfaner, 02 ədəd tumba, güzgülü kamod), 500 manat dəyərində olan 01 ədəd “LG” markalı kondisioneri, 1200 manat dəyərində olan 01 ədəd pərdəni, ümumi dəyəri 800 manat olan 04 ədəd yataq örtüyünü, 300 manat dəyərində olan 02 ədəd böyük yorğanı, 200 manat dəyərində olan taxt döşəyini, ümumi dəyəri 1600 manat olan dəsmalları, 200 manat dəyərində olan DVD aparatını, uşaq otağından hər birinin ayrıayrılıqda dəyəri 150 manat olan ümumilikdə dəyəri 300 manat təşkil edən 02 ədəd çarpayını, hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat olan ümumilikdə 400 manat təşkil edən 02 ədəd şkafı, hər biri ayrı-ayrılıqda 60 manat olan ümumilikdə 120 manat təşkil edən tumbanı, hər biri ayrı-ayrılıqda 70 manat olan ümumilikdə dəyəri 140 manat təşkil edən 02 ədəd yazı masasını, hər birinin ayrıayrılıqda dəyəri 10 manat olan ümumilikdə dəyəri 20 manat təşkil edən 02 ədəd stulu, 50 manat dəyərində olan güzgünü, 2000 manat dəyərində olan “HP” markalı və 300 manat dəyərində olan “TOSHİBA” markalı notbukları, 260 manat dəyərində olan yorğanı, 200 manat dəyərində olan 01 ədəd taxt döşəyini, 280 manat dəyərində olan 02 ədəd yay yataq örtüyünü (ədyal), 150 manat dəyərində olan 01 ədəd DVD aparatını, ümumi dəyəri 1000 manat olan hər bir otağın qapı dəstəkləri və evdə olan elektrik qidalandırıcılarım (razetkalar), 700 manat dəyərində olan 01 ədəd 4x5,5 metr ölçülü xalçanı, 200 manat dəyərində olan 01 ədəd radiatoru, ümumi ^əyəri 200 manat olan suvernirləri, 1600 manat dəyərində olan “LG” markalı kondisioneri, mətbəxdə 1200 manat dəyərində olan “Ariston” markalı, “Hotpoint 2” modelli ikiqapılı soyuducunu, 400 manat dəyərində olan 01 ədəd “Ariston” markalı, “Hotpoint” modelli qabyuyan aparatı, 800 manat dəyərində olan 01 ədəd “Ariston” markalı paltaryuyan aparatı, 200 manat dəyərində olan 01 ədəd “Ariston” markalı, “Hotpoint” modelli qaz plitəsini, 150 manat dəyərində olan 01 ədəd dörd göz sobanı, ümumi dəyəri 300 manat olan 02 ədəd samovarı, 1900 manat dəyərində olan pərdəni, 200 manat dəyərində olan radiatoru, ümumi dəyəri 2000 manat olan mətbəx ləvazimatlarını (qazanlar, qablar, qaşıq, bakal, stəkan), 220 manat dəyərində olan meyvə suyu aparatını, 190 manat dəyərində olan cipsi aparatını, ümumi dəyəri 1200 manat olan 06 ədəd stulla birlikdə 01 ədəd böyük stolu, 60 manat dəyərində olan 01 ədəd mikseri, 150 manat dəyərində olan böyük qazanı, 150 manat dəyərində olan 01 ədəd blenderi, hamamda 1600 manat dəyərində olan 01 ədəd güzgülü əl-üz yuyanı, 200 manat dəyərində olan 01 ədəd paltar qurudanı, 180 manat dəyərində olan 01 ədəd kranı, sanitar qovşağında 800 manat dəyərində olan 01 ədəd əl-üz yuyanı, eyvanda 1800 manat dəyərində olan 01 ədəd kombi aparatını, dəhlizdə 1800 manat dəyərində olan 01 ədəd xalçanı, 2200 manat dəyərində olan 01 ədəd “LG” markalı televizoru, 700 manat dəyərində olan televizor altlığını talamaqla, Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni ümumilikdə 62615 (altmış iki min altı yüz on beş) manat maddi ziyan vurub, təkrarən oğurluq cinayətini törətmişdir. Həmin hökmdən narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, həmin hökmün dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs vermiş olduğu məlumatlar əsasında iş üzrə sübut əhəmiyyətli olan əşyaların, yəni zərər çəkmiş şəxslərə məxsus əşyaların müəyyən edilərək götürülməsi zərurəti yaranmış, tərəfindən bir neçə vəsatətlər verilərək maddi sübutların müəyyən edilməsi təmin olunmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iki mənzildən oğurladığı əşyaların əksəriyyətini tanıdığı şəxslərə satmışdır. Həmin əşyalar barəsində dəqiq məlumatlar əldə olunduqdan sonra istintaq orqanına vəsatətlə müraciətlər olunaraq onların tapılıb sahiblərinə qaytarılması xahiş olunmuşdur. İstintaq orqanı tərəfindən maddi sübutların aşkar edilməsi istiqamətində müəyyən işlər aparılmış və maddi sübutların əksər hissəsi aşkar edilərək zərər çəkmiş şəxslərə qaytarılmışdır. Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 22, mənzil 28-dən vət. Zərərçəkmiş şəxs1 məxsus taladığı əşyalardan yataq dəsti Seymur adlı şəxsə verilmiş, çıl-çıraq Vüsai adlı şəxsin yaşadığı mənzildədir. Vüsal adlı şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 81, mənzil 90- da yaşayır, həmin mənzilin sahibi Gülnarə Fərəcova adlı qadındır. Seymur adlı şəxs isə Vüsal adlı şəxsin tanışıdır, yataq dəsti ona Vüsalın vasitəsi ilə verilmişdir. Seymur adlı şəxs yuxarıda qeyd olunan ünvanda, ünvan 2q orqanı Seymur adlı şəxsi müəyyən edərək dindirməmiş və onda olan maddi sübutlar aşkar olunaraq götürülməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mənzilindən gizli talanmış əşyaların əksəriyyətinin dəyərini real dəyərindən qat-qat baha olaraq, hətta 2-3 dəfə baha qiymətlə dəyərləndirmişdir. Belə ki, zərər çəkmiş HP və TOSHİBA markalı köhnə modelli nootbukların ümumi dəyərini 4200 manat göstərdiyi halda, həmin nootbuklardan biri TOSHİBA markalı olan aşkar edilərək ekspertizaya təqdim olunmuş və onun real dəyərinin 300 manat olduğu aşkar edilmişdir.Bundan başqa, zərər çəkmişə məxsus mənzilin qonaq otağında olan mebel dəstinin ümumi dəyəri 30 000 manat göstərildiyi halda, ekspert rəyində həmin qonaq otağı mebel dəstinin ümumi dəyəri 1500 manat göstərilmişdir. Bu cür nümunələr kifayət qədər göstərmək mümkündür, göründüyü kimi, əmlakların dəyəri bir neçə dəfə real dəyərindən artıq göstərilmişdir. Bu xüsusatla bağlı diqqət yetirilməli hallardan biri də zərər çəkmiş Zərərçəkmiş şəxs1 hələ istintaq orqanına vermiş olduğu ifadələrində mənzildə olan əşyaların və məişət avadanlıqlarının 2007-2008-ci illərdə alınıb qurşaşdırıldığını bildirməsidir. Göründüyü kimi, əmlaklar əldə olunmuş və istismar edilmiş, təxminən 11-12 ii sonra talanmaya məruz qalrnışiar.Bu qədər müddət sonra əmlakların İlkin əldə olunma qiymətləri ilə dəyərləndirilməsi, həmçinin şişirdilmiş qiymətlərlə dəyərləndirilməsi qəbuledilməzdir, xüsusən nəzərə alınsa ki, həmin dəyərləndirmə-qiymətləndirmə təqsirli şəxsin əməlinin tövsifinə bilavasitə təsir göstərmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində aşkar olunan əşyaların real bazar dəyərlərinin əks olunması, qiymətlər arasındakı böyük fərq haqlı olduğumuzu əyani olaraq göstərir. Lakin qalan tapılmayan əşyaların dəyərlərinin süni şişirdilmiş qiymətlər əsasında dəyərləndirilməsi təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsində qeyri obyektivliyə yol verildiyinə, ona əsassız ağır ittiham elan edilməsinə gətirib çıxarmışdır. Müdafiə tərəfi olaraq hesab edirik ki, təqsirləndirilən şəxsin əməlinin tövsifinə təsir göstərən əlamət kimi talanmış əşyaların real dəyərlərinin müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əlavə dindirilməsi, dindirilmə zamanı aşkar olunmayan əşyaların mənşəyi, əldə olunma müddəti, istismarı, markası, amartizasiyası (aşınması) və sairə spesifik əlamətlərinin müəyyən edilərək həmin məlumatlar əsasında cinayət işi üzrə nəzəri məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilərək əşyaların real dəyərlərinin müəyyən olunması və bundan sonra təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə vəsatət verilmişdir. Vəsatət əsassız olaraq təmin olunmamışdır. Belə olduğu halda, cinayət işinin ibtidai istintaqının tam, hərtərəfli və obyektiv aparılması prinsipinin pozulduğu qənaətindədir və bu da təqsirləndirilən şəxsin əsassız və qanunsuz ağır ittihama məruz qalması ilə nəticələnmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid ifadələrindən açıq aydın görünür ki, onlar tərəfindən satın alınmaqla əldə olunmuş əmlakın, əşyaların demək olar hamısı işiənmiş, könnəlmiş vəziyyətdə olmuşlar, hətta bəzilərində istismarın əlaməti olan defektlər olmuşdurŞahid23lərin ifadələrində əldə olunmuş əmlakların dəyərləri barədə göstərdikləri ilə zərər çəkmiş Zərərçəkmiş şəxs1 qeyd etdiyi qiymətlər arasında əhəmiyyətli fərqlər mövcud olmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı şahidlərdə olan əşyaların hamısı götürülməmişdir, bəzi əşyalar indiyənədək həmin şəxslərdə qalmışdır. Baxmayaraq ki, əşyaların götürülərək ekspertiza tədqiqatına məruz qalması və sahibinə qaytarılmasına dair vəsatətlər vaxtlı-vaxtında verilmişdir, istintaq orqanı həmin vəsatətlərin bir qismini təmin etməmişdir. Müdafiə tərəfinə bəllidir ki, Zərərçəkmiş şəxs1 mənzilindən talanmış çilçıraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 81, mənzil 90-da yaşayan Şahid12dır, daha dəqiq desək həmin mənzildədir. Bundan başqa, Şahid12 yataq dəstini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 81, mənzil 51-də yaşayan Seymur adlı tanışına satmışdır. Odur ki, Seymur adlı şəxs müəyyən edilərək məhkəmə istintaqına cəlb olunmalı, dindirilməsi aparılmalı, onda olan maddi sübutlar götürülməli və ekspertiza tədqiqatına təqdim olunmalıdır(Seymur adh şəxs barəsində Şahid12 yetərli məlumat verə bilərdi). İttiham aktının siyasıhında olan Şahid12 məhkəmə istintaqı zamanı dindirilməsi çox vacib bir hal idi, belə ki, ona müdafiə tərəfinin bir çox sualları var idi, bundan əlavə həmin şahiddə olan maddi sübut götürülərək ekspertiza tədqiqatına təqdim olunmalı və əmlakın dəyəri müəyyən edilməli idi. Bununla bağlı tərəfimdən müvafiq yazılı vəsatət məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin olunmamışdır.Xüsusilə qeyd olunmalıdır ki, Şahid12 çilçırağın olması iş materiallarında əksini tapsa da, həmin əmlak ekspertiza tədqiqatına təqdim olunmamışdır. Ədalət mühakiməsinin hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək məqsədi ilə yerləşdikləri yer məlum olan maddi sübutlar aşkar edilərək götürülməli, ekspertiza tədqiqatına təqdim olunmalı, aşkar edilməyən əşyalarla münasibətdə nəzəri əmtəəşünaslıq ekspertiza təyin edilməli, əmlakların real dəyərləri müəyyən edilməli və bundan sonra təqsirləndirilən şəxsə əsaslı və qanuni ittiham verilməsindən söhbət gedə bilərdi. Əks halda Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Qanunverciliyinin və Avropa Konvensiyasının müddəalarının pozulması ilə nəticəiənmiş məhkəmə aktı qəbui olunacaqdır. Buniarı nəzərə aiaraq məhkəmə istintaqı zamanı Şahid12 dindirilməsi aparılmalı, onun vasitəsi ilə Seymur adlı şəxsin şəxsiyyəti müəyyən edilərək məhkəmə İstintaqına cəlb olunmaqla dindirilməsi aparılmalı idi. Hər iki şəxsdə saxlanılan maddi sübutlar ekspertiza tədqiqatına təqdim olunmalı və onların real bazar dəyərləri müəyyən edildikdən sonra təqsirləndirilən şəxsə elan olunmuş ittihamın əsasslı olmasından və iş üzrə ədalətli ittiham hökmünün çıxarılmasından söhbət gedə bilərdi. Odur ki,şahidlərin siyahısında olan Şahid12 məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsinin təmin edilməsi, onda saxlanılan, maddi sübut olan bir ədəd çil-çırağın məhkəmə əmtəəşünashq ekspertizasının tədqiqatından keçməsinin təmin olunması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 81, mənzil 51-də yaşayan Seymur adlı şəxsin müəyyən edilərək məhkəmə istintaqına cəlb edilməklə dindirilməsinin təmin olunması, onda saxlanılan, maddi sübut olan bir dəst yataq mebelinin məhkəmə əmtəəşünashq ekspertizasının tədqiqatından keçməsinin təmin olunması və cinayət işi üzrə təyin ediləcək ekspertiza rəyi alındıqdan sonra Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərək yekun ittiham hökmünün çıxarılmasına dair yazılı vəsatət məhkəməyə verilmişdir. Qeyd olunmalıdır ki, vəsatət müzakirə olunan zaman mülki iddiaçı X7 da vəsatətin təmin olunmasına dair mövqe bildlirməsinə baxmayaraq məhkəmə vəsatəti əsassız olaraq rədd etmişdir. Bundan sonra məhkəmə istintaqının qurtarması elan edilmiş, müdafiə tərəfi məhkəmə istintaqının bu şəkildə tamamlanmasının əleyhinə olduğu bildirilmişdir. Daha sonra məhkəmə çıxışlarına keçilmişdir. Əsassız ittihamı müdafiə edən dövlət ittihamçısı qısa çıxış etdikdən sonra təqsirləndirilən şəxsə ağır cəza istəmişdir. Təqsirləndirilən şəxsin az təqsirliliyi ilə bilavasitə bağlı olan sübutların araşdırılması və ya tədqiq olunması aparılmamışdır. Cinayət Qanunverciliyinin tələblərinə əsasən ittiham mötəbər sübutlara əsaslanmalıdır, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində əşyaların dəyərləri barədə göstərdiyi rəqəmlər reallığı əks etdirmədiyindən ifadənin həmin hissəsi mötəbər sübut kimi qəbul oluna bilməzdi. Məhkəmə istintaqı yarımçıq və natamam şəkildə tamamlana bilməzdi, məhkəmə istintaqının təzələnməsi zərurəti var idi, məhkəmə istintaqı təzələnərək şahidlərin istintaqa cəlb olunması təmin edilməli idi, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli hallar obyektiv araşdırılmalı, yəni yeni sübutlar tədqiq olunmalı idi. Bununla da, məhkəmənin ittiham hökmü əsaslı və ədalətli hesab oluna bilməz, həmin hökm dəyişdirilməlidir, belə ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlinin tövsifinə təsir edəcək hallar araşdırılmalı, həmin hallara hüquqi qiymət verildikdən sonra təqsirli şəxsə münasibətdə ədalətli cəza təyin edilməlidir. əməlində yüngülləşdirici hallar olan və ağırlaşdırıcı hallar olmayan təqsirli şəxsə sərt cəza verilmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-187/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmasına dair 08 oktyabr 2020-ci il tarixli, 1(101)- 224/2020 saylı hökmü verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-640/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 26 yanvar 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, hazırki cinayət işi üzrə cinayət mühakimə icraatını həyata keçirən aşağı instansiya məhkəmələri müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətləri təmin etməməklə cinayət prosessual qanunvericiliyin normalarına, Avropa Məhkəməsinin “Murtazaliyeva Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi qərarı və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında verilən tövsiyələrə riayət etməmiş və Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit edilmiş cinayət işlərinə qərəzsiz və ədalətlə baxmaq vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilməsini, əməlin tövsüf edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(101)-224/2020 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materialların əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 20666 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş malların normal vəziyyətdə (təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə) 2019-cu ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 15658,00 (7908+7750) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmin rəyin tədqiqi hissəsində Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd, 42x72 sm ölçülü, Maktek Rub LCD kombi aparatı 650 manat, 01 ədəd İndesit markalı, W165 model paltaryuyan 300 manat, 01 ədəd qara rəngli Panasonic markalı THL32C4S Malayziya istehsalı televizor 250 manat, 01 ədəd “Crohe” markalı mətbəx su kranı 50 manat, 01 ədəd 48 seksiya ağ rəng radiator hər bir seksiyası 8 manat olmaqla, ümumilikdə 384 manat, 01 dəst yataq dəsti (taxt, 2 tumba, termo, şkaf) ümumilikdə 1500 manat, 01 dəst televizor altı 51x51x69sm+108x180+60x180 güzgülü tumbalar ümimilikdə 450 manat, 01 ədəd 230 sm parça divan birləşmiş vəziyyətdə 1+1 ümumilikdə 300 manat, 03 ədəd çarpayı 113x202 sm hər biri 200 manat olmaqla, ümumilikdə 600 manat, 01 ədəd şkaf 212x202 sm 3 qapılı 300 manat, 01 dəst 06 stul qara rəng parça + 60x190 sm stol ümumilikdə 500 manat, 01 ədəd gümüş sini 90 qram 24 dm2 90 manat, 01 dəst yemək, çay kofe dəsti 80 manat, 01 ədəd luisenburg saxsı çaynik 20 manat, 01 dəst taxta qutuda olan qaşıq, çəngəl, bıçaq dəsti ümumilikdə 100 manat, 01 dəst böyük çömçə qaşıq və sair dəst ümumilikdə 70 manat, 01 ədəd çaynik 7 manat, 05 ədəd mətbəx bıçağı ümumilikdə 10 manat, 01 dəst 14 ədəd sadə bıçaq, qaşıq dəsti ümumilikdə 20 manat, 01 ədəd mis qazan 30 manat, 01 dəst 05 predmetdən ibarət sadə qazan dəsti ümumilikdə 50 manat, 01 dəst 04 predmetdən çay, duz, istiot qabı ümumilikdə 4 manat, 01 dəst armudu və çay stəkanı ümumilikdə 10 manat, 01 dəst kasa və aş qabı ümumilikdə 40 manat, 06 ədəd bohema araq stəkanı hər biri 3 manat olmaqla, ümumilikdə 18 manat, 01 dəst qoz sındıran ümumilikdə 12 manat, 02 ədəd meyvə qabı hər biri 15 manat olmaqla, ümumilikdə 30 manat, 02 ədəd konfet qabı hər biri 10 manat olmaqla, ümumilikdə 20 manat, 01 dəst nərd, domino, loto ümumilikdə 26 manat, 04 ədəd dəsmal hər biri 3 manat olmaqla, ümumilikdə 12 manat, 03 ədəd yorğan və döşək dəsti hər biri 110 manat olmaqla, ümumilikdə 330 manat, 01 ədəd “Davaline” markalı aspirator 150 manat, 01 ədəd “TP-LİNK” markalı modem 20 manat, 01 ədəd 2 ayaqlı metal nərdivan 40 manat, 01 ədəd yumurta formalı suvenir 60 manat, 01 ədəd çərçivədə şəkil (meyvə şəkli) 25 manat, 01 ədəd “Shivaki” kondisioner 450 manat, 05 ədəd döşək hər biri 60 manat olmaqla, ümumilikdə 300 manat, 05 ədəd yorğan hər biri 50 manat olmaqla, ümumilikdə 250 manat, 10 ədəd balınc hər biri 15 manat olmaqla, ümumilikdə 150 manat, 03 ədəd çarpayı üzlüyü hər biri 40 manat olmaqla, ümumilikdə 120 manat, 01 ədəd tava 30 manat kimi, cəmi 7908,00 manat kimi qeyd olunmuşdur. Həmin rəyin tədqiqi hissəsində Zərərçəkmiş şəxs1 məxsus olan mebel dəsti (02 ədəd qorkanı, 01 ədəd kamodu, 01 ədəd TV altlığını, 08 ədəd stul ilə birlikdə 01 ədəd stolu) 1500 manat, “Elektra EGS-181-MK11” markalı Yaponiya istehsalı par ütüsü 60 manat, “Sony” markalı “SS-TS111” markalı musiqi mərkəzi dəsti 100 manat, “Sony” markalı, “DPP-FP75” modelli 01 ədəd şəkil çıxaran aparatı 50 manat, sökülmüş vəziyyətdə 02 ədəd çarpayı, hər birinin ayrı-ayrılıqda dəyəri 150 manat, ümumilikdə dəyəri 300 manat, 02 ədəd şkaf sökülmüş vəziyyətdə hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat, ümumilikdə 400 manat, hər biri ayrı-ayrılıqda 60 manat, ümumilikdə 120 manat təşkil edən 2 ədəd tumba, hər biri ayrı-ayrılıqda 70 manat, ümumilikdə dəyəri 140 manat təşkil edən 02 ədəd yazı masası, hər birinin ayrı-ayrılıqda dəyəri 10 manat, ümumilikdə dəyəri 20 manat təşkil edən 02 ədəd stul, “TOSHİBA” markalı noutbuk 300 manat, 01 ədəd “Panasonic” markalı, “1081P7” modelli DVD aparatı 25 manat, 01 ədəd “LG” markalı kondisioner 500 manat, “Ariston Hotpoint 2” modelli ikiqapılı soyuducu 1200 manat, 01 ədəd “Ariston Hotpoint” modelli qabyuyan aparatı 400 manat, 01 ədəd dördgöz soba 150 manat, 01 ədəd “Ariston Hotpoint” modelli qaz sobası 200 manat, 01 ədəd “Samsung” markalı, “LA46A550P1R” modelli televizor 700 manat, 02 ədəd güldan ümumi dəyəri 40 manat, 1 böyük, 2 kiçik ölçülü vaza ümumi dəyəri 50 manat, orta ölçülü vaza 20 manat, meyvə qabı 20 manat, bulud 3 ədəd cəmi 45 manat, şərəz qabı dəsti 40 manat, qrafin və stəkan dəsti 100 manat, masa 120 manat, divan və kreslo dəsti 400 manat güzgü 50 manat, xalça 700 manat, cəmi 7750,00 manat qeyd olunmuşdur. Aparılmış ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir (cild 3, iş vərəqi 34-37). Yuxarıda qeyd edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 20666 saylı rəyindən göründüyü kimi ekspert tərəfindən talanmış əmlakların qiyməti cinayət törədilən vaxta uyğun olaraq 2019-cu ilin yanvar ayına olan bazar qiymətinə əsasən müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, yaşayış yeri qzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, əməlində ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına çağırılıb ifadəsi alınmış şahid X2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanması qeyd edilən yataq dəstini qonşusu Şahid12 1000 manata almış, həmin mebeli Neftçala rayonundakı mənzilinə aparmışdır. Seymur Hacımirzəyev həmin mebeli təmir etdirərək tanımadığı şəxsə satdığı üçün təqdim edə bilməcəyini bildirmişdir. Məhkəmə iclasına zərərçəkmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir, evindən oğurlanmış əşyalar həyat yoldaşı tərəfindən alındığı üçün qiymətləri haqqında dəqiq məlumat verə bilmir. Çin istehsalı olan, “krem” rəngli yataq dəsti mebeli və çıl-çıraq ona təqdim edilməmişdir, harda olması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 əri X8 məhkəmə iclasına dəvət edilsə də, teleqram göndərərək, səhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, arvadı Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin digər şahidlər Şahid21unun, Şahid12, Şahid10 məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün məcburi gətirilmələri barədə qərarlar çıxarılmışdır. Lakin həmin şəxslər qeyd olunan ünvanlarda yaşamadıqlarından polis orqanı tərəfindən onların məhkəməyə gətirilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi X1 xx.xx.2023-cü il tarixli, 61 nömrəli mütəxəsis rəyində qeyd edilmişdir ki, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olmuş, Çin istehsalı olan, “krem” rəngli yataq dəstinin (taxt, şifaner, 2 ədəd tumba və güzgülü kamod) 2019-cu ilin yanvar ayına olan bazar qiymətlərinə uyğun olaraq dəyəri 1300 manat, 1 ədəd 5 şamlı çılçırağın 2019-cu ilin yanvar ayına olan bazar qiymətlərinə uyğun olaraq dəyəri isə 350 manat məbləğində müəyyən olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən oğurluq cinayət əməli xeyli miqdarda ziyan vurmaqla törədilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməli və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(101)-224/2020 nömrəli hökmü dəyişdirilməlidir. Məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif olunmalı, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.2, 399.1.5-ci maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(101)-224/2020 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-48/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-48/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver