Məhkəmə qərarları › İş №1(103)-486/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-486/2020

19.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-486/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qurbanov İbrahim Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X2, məhkum X4 və onun müdafiəçisi Bakışəhəri 04 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 194.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 1(001)-337/2019 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair məhkum X4 vəsatətinin rədd olunması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-337/2019 saylı qərarından məhkum X8 tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, M üə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)- 337/2019 saylı hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X8 qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)-337/2019 saylı hökmündən xx xxxxxx 2020-cu il tarixdə apelyasiya şikayəti və apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)- 337/2019 saylı qərarı ilə(hakim Tağıyev Vüsal Adıgözəl oğlu) məhkum X4 apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum X8 apelyasiya şikayəti verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-337/2019 saylı qərarının ləğv edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)- 337/2019 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının şikayətin təmin edilməməsi, məhkum olunmuşşəxsin və onun müdafiəçisinin isəşikayətin təmin olunması barədəçıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-337/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını sübut edən hər hansı bir tutarlı sübutun və hər hansı bir sənədin olmamasıəsasları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)-337/2019 saylı hökmündən məhkum X4 apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni vəəsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)-337/2019 saylı hökmü elan olunarkən məhkum X8 müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apelyasiya şikayət verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan qəbzdən məlum olur ki, məhkum X8 xx xxxxxxxx 2019-cu il tarixdə elan olunmuş hökmün surətini xx xxxxxxxx 2019-cu il tarixdə alması barədə qəbzə imza edərək, rəsmi qaydada qəbul etmiş və həmin qəbz hal-hazırda iş materiallarındadır . Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinəəsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinəəsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz vəədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər vəşəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründəözbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-ci maddəsinəəsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Həmin Məcəllənin 202.2-ci maddəsinəəsasən cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Həmin Məcəllənin 202.3-cü maddəsinəəsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)-337/2019 saylı hökmü xx xxxxxxxx 2019-cu il tarixdə X6 rəsmi qaydada təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyəəsasən həmin hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı xx xxxxxxxx 2019-cu il tarixdən başlamış və xx xxxxxxx 2019-cu ildə başa çatmışdır. İş materiallarından isə görünür ki, məhkum X8 tərəfindən apelyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi həmin hökmdən 03 aydan çox müddət buraxıldıqdan sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Beləliklə də müəyyən olunur ki, apelyasiya şikayəti xx xxxxxxx 2019-cu il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət bitdikdən 03 aydan çox müddət keçdikdən sonra verilmiş və bununla da apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanıüzrlü səbəblərə görə buraxılmış müddət maraqlışəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmışşəxs üçün bərpa edilir. Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarıçıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmişşəxs X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)-337/2019 saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan heç bir üzürlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyasının fikrincə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(001)-337/2019 saylı hökmündən apelyasiya şikayəti vermə müddəti məhkum edilmişşəxs X8 tərəfindən üzrsüz səbəbdən ötürülməklə onun tərəfindən apellyasiya şikayəti verildiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut onun tərəfindən vəsatətəəlavə edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas vermədiyindən, məhkum X4 apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-337/2019 saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 202, 203, 384.1 və 384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum X4 apelyasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 194.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 1(001)-337/2019 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair məhkum X4 vəsatətinin rədd olunması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-337/2019 saylı qərarı məhkum X8 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Namiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar