Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-49/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X8, (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) 22 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Seyif Fərid” adlı şəxslə 2021-ci ilin noyabr ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefonun “whatsap” proqramı ilə əlaqəyə girərək, 500 manat pul müqabilində sonuncunun tapşırığı ilə narkotik vasitələri və psixotrop maddələri ona bildirəcəyi ünvanlara çatdırmaq təklifini qəbul edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bir bağlamada təmiz çəkisi 130,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və 1 ədəd qaşığı Binəqədi rayonu, Sulutəpə qəsəbə dairəsində reklam plakatının altından götürüb əldə edərək, yaşadığı ünvan 2 ünvanının zirzəmisinə gətirərək orada televizorun arxa hissəsində gizlətmiş, bundan sonra həmin narkotik vasitədən bir bağlamada təmiz çəkisi 130,0 qram olan külli miqdarda heroini özü ilə götürüb əynindəki şalvarın sol yan cibinə qoyub saxlayaraq daşıyarkən, o, 04 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 18:20 də ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə video-çəkiliş keçirilən zaman o, əynindəki şalvarın sol yan cibində saxladığı bir bağlamada təmiz çəkisi 130,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gün saat 20:50-də onun yaşadığı evin zirzəmisinə baxış keçirilərkən orada televizorun arxa hissəsində gizlədilmiş bir ədəd sellofan torbanın içərisində bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmağına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünün ləğv olunaraq onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-cu il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyədək verdiyi ifadələrdən fərqli olaraq Təqsirləndirilən şəxs Bakı Ağır cinayət məhkəməsində keçirilən məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakteri və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəmişdir. Lakin hökm dövlətin adından çıxarılsa da, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, məhkəmə iclasında olan sübutlara deyil, məhkəmə iclasında tədqiq edilməyən, məhkəməyədək icraat zamanı kobud qanun pozuntuları ilə əldə edilmiş və iş materiallarına uyğun olmayan sübutlara istinad edilmişdir. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Lakin məhkəmə konkret halda əməliyyat-axtarış tədbirinin əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı tədqiq etmədən, CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamadan əldə edilmiş materialların kobud qanunpozuntusu ilə əldə edilməsinə baxmayaraq, əsas sübut kimi qəbul etmişdir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununda yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsinin ancaq məhkəmənin qərarı ilə aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulan cinayət şəxsiyyət əleyhinə ağır cinayət və ya xüsusi təhlükəli cinayətlər kateqoriyasına aid edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs olduğu yerin, onun nəqliyyat vasitəsinin, yaşayış sahəsinin müşahidəsi üçün birmənalı olaraq məhkəmə qərarı alınmalı idi və həmin tədbir məhkəmə qərarı olmadan keçirilə bilməzdi. Cinayət işində olan Bakı şəhəri, Nəritmanov rayon məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlən üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş, idarənin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtanş tədbirlərinin həyata keçirilməsinə dair 04 dekabr 2021-ci ildə qərar qanuniliyinin yoxlanılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə öz qərarında Əməliyyat-axtanş tədbirlərinin həyata keçirilməsi haqqında qərarda qeyd edilən yerin və nəqliyyat vasitəsinin müşahidəsinin məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli cinayətlərinin qarşısının alınması üçün keçirilməli olmasını və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində şəxsin saxlanılması və onun üzərinə baxış keçirilməsi kimi əməliyyat-axtarış tədbirinin nəzərdə tutulmadığını göstərərək sonda 04 dekabr 2021-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmadan geri qaytaralması barədə qərar qəbul etmişdir. Bununla da, məhkəmə öz qərarında aparılmış əməliyyat-axtarış tədbirlərinin qanunsuz hesab etmişdir. Həmin məhkəmə qərarını əməliyyat-axtarış fəaliyyətinə nəzarət edən prokuror və onun qanuniliyini yoxlamaq üçün məhkəməyə müraciət etmiş orqan mübahisələndirməmişdir. Həmin məhkəmə qərarı da qüvvədə olduğu halda, məhkəmə kollegiyasının həmin tədbir nəticəsində əldə edilmiş sübutlara, o cümlədən maddi sübutlara əsaslanmaqla ittihamedici hökm çıxarmasının heç cür izahı ola bilməz. Beləliklə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarını və həmin qərar əsasında əldə olunmuş materiallar məhkəməyə təqdim olunmamış və məhkəmə tərəfindən nəzarət qaydasında yoxlanılmamış, yəni məhkəmədə baxışa və məhkəmə nəzarətinə cəlb edilməmişdir. Odur ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə yuxarıda qeyd edilən qərar əsasında keçirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi, habelə onun yaşadığı mənzildə axtarış keçirilməsi barədə aparılmış prosessual hərəkətlər qanunsuzdur və həmin hərəkətlər nəticəsində əldə olunanlar sübut kimi qəbul edilə bilməzdi, yəni onların əsasında cinayət işi başlanıla bilməzi və təqsirləndirilən şəxsə ittiham elan oluna bilməzdi, son nəticədə barəsində ittihamedici hökm çıxarıla bilməzdi. Lakin buna baxmayaraq, qanuniliyi və əsaslılığı məhkəmə tərəfindən yoxlanılmamış, hətta məhkəmə tərəfindən keçirilməsi qanunsuz hesab edilmiş «Əməliyyat-axtarış tədbirinin aparılması barədə» qərara əsasən əldə edilmiş materiallar sübut kimi qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanması, ona ittiham elan edilməsi, onun məhkum olunması üçün sübut kimi qəbul edilmişdir. Həmin qərarda əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə olunmuş materialların əldə edilməsinin qanuniliyinin yoxlanılması üçün məhkəməyə təqdim olunması və eyni zamanda həmin məhkəmə baxışında şübhəli (təqsirləndirilən şəxsin) iştirakının təmin olunması tələb olunmuşdur. Əks halda məhəkəm araşıdırması ədalətsiz hesab olunmalıdır. Həmin qərarda göstərilir ki, «ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran, sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir etmiş və tərəflər onların araşdırmalarında iştirak etmək imkanına malik olmadıqda səmərəli sayıla bilməz. İş materiallarından görünüdüyü kimi, Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq, oradan aralıda yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilmişdir. Orada otaqlarını birində üzərində şəxsi axtarış gətirildikdən çox müddət keçdikdən sonra keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma haqqında protokoldan görünür ki, o, saat 18.20-də tutulmuşdur. Bundan 1 saat sonra, yəni saat 19.25-də onun şübhəli şəxs kimi tutulması barədə protokol tərtib edilmiş, yalnız saat 19.45-dən başlayaraq saat 19.59-dək onun üzərində şəxsi axtarış keçirilmişdir. Onun tutulduğu vaxtdan şübhəli şəxs qismində tutulduğu vaxta qədər harada saxlandığı məlum deyildir. Halbuki Ali Məhkəmənin Plenumu şübhəli şəxsin tutulduqdan sonra dərhal təhqiqat orqanının müvəqqəti saxlama yerinə yerləşdirilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi barədə protokollar Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirildiyi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarovun 04 dekabr 2021-ci il tarixli şəxsi və mənzildə axtarışın keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs qarşı irəli sürlümüş ittihamın əsasını təşkil edə və ittihamı təsdiq edən sübut kimi qəbul oluna bilməz. İş materiallarına əsaslanaraq, qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış axtarış keçirilməsi barədə protokollar mümkün olmayan sübut kimi qiymətləndirməlidir. Çünki CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsaşən o, sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməli və həmin protokollar, onların nəticəsi olaraq götürülmüş maddi sübutlar, maddi sübutlarla bağlı keçirilmiş bioloji ekspertizanın rəyi sübutlar siyahısından çıxarılmalıdır. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçis Müdafiəçi3 verilmiş apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirlərinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamasını, ona görə həmin tədbirlərin keçirilməsinə dair qərar qanunsuz olmasını bildirib apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı işə baxan birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunmasını, təqsirliliyinin tam sübuta yetirilməsini və sonuncuya ədalətli cəza təyin edilməsini, cinayət işinin başlanılmasında öncə şübhəli şəxs tutularkən sonuncunun üzərində şəxsi axtarış aparılmasının vəzifə kimi nəzərdə tutulmasını, ona görə həmin istintaq hərəkətinin tamamilə qanuni olmasını bildirib Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və sonuncunun cəzasının azaldılması üçün əsasların olmadığını qeyd edərək, məhkəmə kollegiyasından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirlən şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamasına, polis əməkdaşlarının təzyiqləri nəticəsində etirafedici ifadələr verdiyinə, istintaq orqanı tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə sübutların toplanılmasına istinad edib təqsirləndirlən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs qismində dindililmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, özünü irəli sürülən ittiham üzrə qismən təqsirli bilir. Onun üzərindən polis əməkdaşları tərəfindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Onun evinə baxış keçirilərkən o da evə baxışda iştirak etmişdir. 1 qram narkotik vasitə heroin, 0,5 qram metamfetamin evin zirzəmisindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı Fərid adlı şəxsin adını çəkməmiş və həmin şəxsi tanımır. Polis əməkdaşları ona birinci dəfə Binəqədi rayonu, 8-ci mikrorayonda “Çənlibel” restoranının yaxınlığında yaxınlaşdılar. Onu tutan şəxslər 7-8 nəfər olardı. Tutularkən ona polis əməkdaşları tərəfindən sənəd təqdim edilməmişdir. Tutularkən o, tək olmuşdur və yanında heç kim olmamışdır. Həmin vaxt mobil telefonu üzərində olmuşdur. Polis əməkdaşları Restoranın həyətində maşına aparıb döymüşlər və daha sonra Polis İdarəsinə aparmışlar. Oraya gedəndə mobil telefonunun üzərində olub-olmamasını dəqiq xatırlamır. Polis İdarəsində Təxminən 20 dəqiqə qalmışdır. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmışlar. Polis İdarəsindən Saat 17 radələrində çıxmışlar. Evə baxış üçün gələndə saat 19-20 radələri idi. Onun ilk tutulma anı ilə evə gələnə kimi keçən vaxt arasında Təxminən 1-2 saat fərq olmuşdur. Həmin vaxt evdə arvadı olmuşdur. Döyülmə faktı ilə bağlı birinci instansiya məhkəməsində bildirmişdir O, ibtidai istintaq zamanı verdiyi o izahatlara təzyiq altında imza etmiş, bəzi imzalar ona məxsus deyil. Onu tutan əməliyyatçılarla ibtidai istintaq zamanı deyil, birinci instansiya məhkəməsində üzləşdirilmişdir. Məhkəmədə onu döydüklərini bildirmişdir. O özünü Üzərimdən aşkarlanan 1 qram heroin, 0,5 qram metamfetamin ilə təqsirli bilir, satış üçün deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı etirafedici ifadələr verərkən təzyiq altında olmuşdur. Birinci instansiyası məhkəməsində təqsirləndirilən şəxs qismində dindililmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. İbtidai istintaq zamanı 06 dekabr 2021-ci il tarixdə şübhəli şəxs və 06 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələrində bildirmişdir ki, o, narkotik vasitə və psixotrop maddələri təxminən 6 aydır istifadə etmişdir. 2016-ci ildə o, İran İslam Respublikasının “Məşəd” şəhərinə ziyarətə getmiş və orada təsadüfən “Seyif Fərid” adlı şəxslə dostlaşaraq mobil telefon nömrəsini ona vermişdir. Bir müddətdən sonra “Seyif Fərid” ona mobil telefonunu xatırlamadığı nömrəsi ilə vatsap proqramı ilə 2021-ci ilin təxminən noyabr ayının sonlarında onun ***- ***-**-** nömrəsinə zəng etmiş və Bakı şəhərində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən dairədə reklam plakatın altında gizlədilmiş sellofan torbada narkotik və psixotrop maddələrin olduğunu, onları həmin yerdən götürüb onun göstərişi ilə deyilən ünvanlara qoymağı, bu işlərin qarşılığında ona 500 manat məbləğində pul verəcəyini təklif etmiş, özü narkotik vasitə aludəçisi olduğu üçün onun təklifi ilə razılaşmışdır. Sonra o, həmin yerə getmiş, 1 bağlamada təmiz çəkisi 130,0 qram narkotik vasitə heroini, 1 bağlamada və bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram psixotrop maddə metamfetamini, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram narkotik vasitə heroini, bir ədəd elektron tərəzi və 1 ədəd çay qaşığını Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən dairədə reklam plakatının altından götürüb onları üzərində daşıyaraq yaşadığı ünvan 6 ünvanına gətirmiş və evinin zirzəmisində olan televizorun arxa hissəsində gizlətmişdir. 04 dekabr 2021-ci idə “Seyif Fərid” ona zəng etmiş və həmin narkotik vasitədən 1 bağlamada çəkisi 130,0 qram olan heroini götürüb özündə saxlamağı, bir qədər vaxtdan sonra onu hansı ünvana aparıb qoymağını bildirəcəyini demişdir. O, bağlamanı evinin zirzəmisindən götürüb şalvarının cibinə qoymuş və küçəyə çıxıb piyada küçə ilə getməyə başlamışdır. Həmin gün saat 18:20-radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969 ev 4 ünvanının qarşısında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, özlərini təqdim etdikdən sonra, onun qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Sonra o, BNMİ-nin inzibati binasına gətirilmiş və ona hüquqlarının müdafiə olunması ilə bağlı seçdiyi vəkil təyin olunmuşdur. Bundan sonra üzərinə video-çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə qərarla tanış edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarışın keçirilməsi başlanılmış və şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində saxlanılan qanunsuz nə əşya varsa, onları təqdim edilməsi təklif edilmişdir. O, könüllü olaraq əynindəki şalvarın sol yan cibində saxladığı 1 bağlamada təmiz çəkisi 130,0 qram olan narkotik vasitə heroini masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əynindəki şalvarın sağ yan cibindən 26 manat pul, 1 ədəd açar, sürücülük vəsiqəsi, plastik bank kartı, "Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun, müdafiəçisinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Özünə məxsus bir ədəd "Samsung” markalı mobil telefon, plastik bank kartı və sürücülük vəsiqəsi götürülmüş, 1 ədəd açar və 26 manat pul isə onun özünə geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında ona 500 manat məbləğində pul veriləcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik və psixotrop maddələrin olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Sonra yaşadığı evin qarşısına getmişlər və ona yaşadığı evin ona aid olan zirzəmisində saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, o və vəkili bu barədə qərarla tanış olmuşlar. Bundan sonra o, zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada narkotik vasitə olan heroin və iki bağlamada psixotrop maddə olan metamfetamin olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və elektron tərəzi, qaşıq və həmin kütlələr içərisi boş olan həmin torbaya qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və üzəri onun, müdafiəçisinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə BNMİnə etimad doğuran, qərəzsiz mənbədən xx xxxxx 1974-cii ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı raportla Baş idarənin rəhbərliyinə məruzə edildikdən sonra müvafiq qaydada əməliyyat tədbirinin keçirilməsinə və əməliyyat qrupunun təşkil olunmasına dair qərar qəbul edilmişdir. Əməliyyat qrupuna o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 daxil edilmişlər. Bundan sonra 04 dekabr 2021-ci il tarixdə saat 18:20-də ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirmişlər. Sonra ona hüquq və vəzifələri izah edilmiş, hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raportla Baş idarənin rəhbərliyinə məruzə edilmişdir. Onunla araşdırma aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilmişdir. Onun hüquqlarının müdafiəsi ilə bağlı özünün xahişi ilə dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərar qəbul edilmiş və həmin qərarla o və müdafiəçisi tanış olunmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra saat 19:45 dəqiqədə şəxsi axtarış və götürmə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən 26 manat pul, 1 ədəd açar, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, plastik bank kartı, içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə qabı ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 136 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartı və sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, bir ədəd açar və 26 manat pul şübhəli şəxsin özünə geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən bir ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yüklənəcəyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə video çəkilişlə aparılmışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD diski əlavə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə haqqında qərarla tanış olduqdan sonra o, baxışın keçirilməsinə dair razılıq ərizəsini təqdim etmişdir. Həmin gün saat 20:50-də onun, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 9 ünvanına gəlmişlər və baxışın keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və iki bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 kq 26 qram, metamfetaminə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 556 qram olmuşdur. Daha sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd qaşıq torbaya qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, həmin zirzəminin açarının yalnız özündə olduğunu bildirmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq təklif edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokola bir ədəd DVD diski əlavə edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində polis nəfəri vəzifəsində işləyən Şahid3 da Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsinin öz qərarında Əməliyyat-axtanş tədbirlərinin həyata keçirilməsi haqqında qərarda qeyd edilən yerin və nəqliyyat vasitəsinin müşahidəsinin məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli cinayətlərinin qarşısının alınması üçün keçirilməli olması və “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində şəxsin saxlanılması və onun üzərinə baxış keçirilməsi kimi əməliyyat-axtarış tədbirinin nəzərdə tutulmadığını göstərərək sonda 04 dekabr 2021-d il tarixli qərarın qanuniliyinin yoxlanılmadan geri qaytaralması barədə qərar qəbul etməsi, bununla da, məhkəmənin öz qərarında aparılmış əməliyyat-axtarış tədbirlərinin qanunsuz hesab etməsi, həmin məhkəmə qərarının əməliyyat-axtarış fəaliyyətinə nəzarət edən prokuror və onun qanuniliyini yoxlamaq üçün məhkəməyə müraciət etmiş orqanın mübahisələndirməməsi ilə bağlı dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli “ünvana baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19-45-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə haqqında qərarla tanış edilmiş, həmin gün saat 20:50 dəqiqədə baxışın keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildiyi, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və iki bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etdiyi, sonra həmin kütlələr elektron tərəzidə çəkildiyi və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 kq 26 qram, metamfetaminə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 556 qram olduğu, daha sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd qaşıq içərisi boş olan torbaya qoyularaq qablaşdırılaraq möhürləndiyi və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalandığı, sonra Təqsirləndirilən şəxs məxşus zirzəmiyə baxış keçirildiyi, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədiyi Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Bİnəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi lə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, həmin zirzəminin açarının yalnız özündə olduğunu, qeyd edilən ünvanda narkotik vasitə olması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdiyi əks olunmuşdur. Cinayət işinə əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19-45-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra saat 19-45 dəqiqədə şəxsi axtarış və götürmə başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən 26 manat pul, 1 ədəd açar, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, plastik bank kartı, “Samsung” markalı mobil telefon aşkar edilərək götürüldüyü görünmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə qabı ilə birlikdə elektron tərəzidə çəkildiyi və çəkisi qablaşdırma ilə birlikdə 136 qram olduğu, aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürləndiyi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandığı, bir ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartı, və sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürüldüyü, bir ədəd açar və 26 manat pul şübhəli şəxsin özünə geri qaytarıldığı görünmüşdür, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yüklənəcəyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdildiyi görünmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Həmin Məcəllənin 90.11-ci maddəsinə əsasən şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 90.11.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 90.11.2. tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq; 90.11.3. həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq; 90.11.4. müayinəyə məruz qalmaq; 90.11.5. ekspertiza aparılmasına məruz qalmaq; 90.11.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq; 90.11.7. bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi müdafiəçi şəxsi axtarış və götürməyə, o cümlədən zirzəmiyə baxışa apellyasiya şikayətinin dəlilində əməliyyat tədbiri kimi yanaşmışdır, lakin məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan normaların təhlilindən də göründüyü kimi şəxsi axtarış və götürmə istintaq hərəkəti şəxs tutulduqdan sonra CPM-nin 207.4-cü maddəsinə əsasən həmin məcəllənin 90.11-ci bəndinə uyğun həyata keçirilən istintaq hərəkətidir və bundan sonra da istintaq hərəkətlərinin davamı olaraq zirzəmiyə baxış həyata keçirilməsi də eyni maddənin bəndinə uyğun olaraq həyata keçirilmiş hadisə yerinə baxış istintaq hərəkətidir və bu istintaq hərəkətləri cinayət işinin başlanılması dair qərardan əvvəl də həyata keçirilə bilər və bundan sonra bu istintaq hərəkətlərinin qanuniliyinin təsdiq olunması üçün məhkəmə qərarı tələb edilmir. Buna görə də ibtidai istintaq zamanı birinci instansiya məhkəməsi haqlı olaraq bu hərəkətlərin əməliyyat tədbiri kimi tanınması və qanuniliyinin yoxlanılmasından imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan təxirəsalınmaz hallarda şəxsi axtarış aparıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi təxirə salınmaz hallarla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsəində məhkəmənin qərarı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində göstərdiyi-Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma haqqında protokoldan görünür ki, o, saat 18.20-də tutulmuşdur. Bundan 1 saat sonra, yəni saat 19.25-də onun şübhəli şəxs kimi tutulması barədə protokol tərtib edilmiş, yalnız saat 19.45-dən başlayaraq saat 19.59-dək onun üzərində şəxsi axtarış keçirilmişdir- dəlili ilə bağlı qeyd edir ki, həmin istintaq həkətləri ilə bağlı iş materiallarındakı sübutlara əsasən hər hansı qanunsuzluq aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixli şübhəli şəxs kimi ifadəsində, eləcə də 06 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində tərəfindən törədilmiş əməli etiraf etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki ifadəsində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təzyiq və təsir olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları inkar etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmadığını, onun narkotik vasitələrin istifadəçisi olmasını, satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən istinad edilmiş bu dəlil birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi zamanı iştirak etmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 dolğun, ətraflı və biri-biri ilə, həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu uzlaşan ifadələri, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs cinayət işi materiallarının 12-ci, 32-ci səhifələrində olan ərizələrdə, 14-cü, 17-ci, 28-ci, 29-cu, səhifələrində olan protokollarda, 28-ci səhifədə olan “(şəxsi axtarış və götürmə aparılması haqqında)” qərarda, 38-ci səhifədə olan izahatda olan imzalar qrafasındakı imzaların onun tərəfindən icra olunmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 4/1682 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(103)-1522/2022 nömrəli cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsində olan 04 dekabr 2021-ci il tarixli müdafiəçi təyin edilməsi haqqında ərizədə “İmza” qrafasındakı imza, 32-ci vərəqədə olan 04 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında” ərizədə “İmza” qrafasındakı imza, i/v 14-də olan 04 dekabr 2021ci il tarixli şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 17-də olan 04 dekabr 2021-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 28-də olan 04 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 29-da olan 04 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda “İmza” və “4” rəqəmi qarşısndakı imzalar, i/v 38-39-da olan 04 dekabr 2021-ci il tarixli izahatda Təqsirləndirilən şəxs adından olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 05 dekabr 2021-ci il tarixli, 6/5374 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd sarı rəngli parça torbada olan; - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 130,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd parça torbada bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram ümumi təmiz çəkisi 546,27 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və bir ədəd qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli 4935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** nömrəli mobil telefona 2021-ci ilin oktyabr ayının 1-dən 2021-ci ilin noyabr ayının 30-nadək olan müddət ərzində, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** nömrəli mobil telefona 04 dekabr 2021-ci il tarixdə saat 15:00-dan saat 23:00-a-dək olan müddət ərzində, X5 istifadəsində olmuş (050) ***-**-** mobil telefona 04 dekabr 2021-ci il tarixdə saat 18:00dan saat 23:00-a-dək olan müddət ərzində, Şahid1 istifadəsində olmuş (055) ***-**-** nömrəli mobil telefona 04 dekabr 2021-ci il tarixdə saat 15:00-dan saat 20:00-a-dək olan müddət ərzində, Şahid3 istifadəsində olmuş (051) ***-**-** nömrəli mobil telefona 04 dekabr 2021-ci il tarixdə saat 15:00-dan saat 20:00-a-dək olan müddət ərzində, Şahid2 istifadəsində olmuş (050) ***-**-** nömrəli mobil telefona 04 dekabr 2021-ci il tarixdə saat 15:00-dan saat 20:00-a-dək olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS-lər, telefon danışıqlarının audio yazısının və SMS danışıqlarının mətnlərinin, həmçinin, qeyd edilən müddət ərzində həmin mobil telefon aparatlarının istifadə olunduqları anten dairəsi – yəni, ərazi, şəhər, rayon, qəsəbə və küçələr barədə məlumatların "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürül qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 05 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, (050) 334-28-73, (055) 576-99-99, (051) ***-**-** nömrələrdə Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarında göstərilən müddətdə SMS mətni qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 07 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, (055) ***-**-** saylı nömrə xx.xx.2017-ci il tarixdə saat 00:00-da "xxxx" şəbəkəsindən “Azercell” mobil operatoruna danışmışdır, xx.xx.2018-ci il tarixdə saat 10:01-də “Azercell” şəbəkəsindən "xxxx" mobil operatoruna və xx.xx.2021-ci il tarixdə "xxxx" şəbəkəsindən “Azercell” mobil operatoruna danışmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 06 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 077) ***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş yuxarıda qeyd olunan nömrəli mobil telefonlara daxil olan və çıxan zənglər, SMS-lər, telefon danışıqlarının audio yazısında və SMS danışıqlarının mətnlərində, həmçinin, qeyd edilən müddət ərzində həmin mobil telefon aparatlarının istifadə olunduqları anten dairəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə sübut kimi istifadə olunacaq şübhəli məlumatlar aşkar edilməmişdir. Yuxarıda sadalanan sübutlardan görünür ki, məhkum edilmiş şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələrdən qanunsuz dövriyyəsində iştirakçı olmaqla, bu proseslərdən məlumatlı olan şəxs olmuşdur. Digər tərəfdən şəxsin narkotik vasitələri istehlak etməsi onun narkotik vasitənin ayrı-ayrı növünü haradan, kimdən, nə zaman əldə edə biləcəyinə dair daha çox məlumatlı olmasına səbəb olur ki, bu da şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsini daha da asanlaşdırır. Sadalanan hallar məhkum edilmiş şəxsin müdafiəçisinin “Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində narkotik vasitənin olmaması”, törədilmiş cinayətə aidiyyətinin olmasına dair heç bir sübutun olmaması ilə bağlı dəlilərini təkzib etməklə yanaşı, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə hər hansı təsirə məruz (polis əməkdaşları tərəfindən ona təzyiq olmasına münasibətdə) qalmadan sərbəst şəkildə ifadə verməsinə dəlalət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətində göstərilən məhkum edilmiş şəxs barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmdən göründüyü kimi məhkəmə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni hər bir məhkum edilmiş şəxsin törədilmiş cinayətdə iştirak dərəcəsini və xarakterini, habelə cinayət törətdikdən sonrakı davranışlarını, hər birinin şəxsiyyətini, o cümlədən, təqsirli şəxslər barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi ilk dəfə cinayət törətməsini və ailəli olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 08 (səkkiz ) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hökmdə sadalanan yüngülləşdirici hal ilə (ilk dəfə cinayət törətməsini və ailəli olmasını) yanaşı, təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 22 iyun 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-49/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-49/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver