Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-493/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X15 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X2, Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X4, xx xxxxxxxx 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)-1399/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)-1399/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində başqasının vasitəsi ilə dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə uzun müddət biznes fəaliyyəti ilə məşğul olan Şahid1 külli miqdarda pulunun olmasını bildiklərindən sonuncunun əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin yay aylarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qrupun üzvü Təqsirləndirilən şəxs1 həmin zaman rəisi işlədiyi ünvan 2 ünvanında yerləşən Keşlə Gömrük postunda Şahid1 ilə görüş təyin edib 20.06.2020-ci il tarixdə sonuncu ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 iştirakı ilə həmin ünvanda görüşərək yaxın münasibətdə olduqları şəxs kimi təqdim etdikləri Şahid3 rəhbəri olduğu "Kompleks" kooperativinə məxsus ünvan 3 ünvanında yerləşən, 2150 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin tikilinin yerləşdiyi 2 hektar həcmdə torpaq sahəsinin sənədləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la ortaq tanışları olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar bilə-bilə edəcəkləri qanunsuz hərəkətə görə, yəni dövlət mülkiyyətində olan torpağa dair xüsusi mülkiyyət hüququ əsasında çıxarışın əldə olunması üçün Təqsirləndirilən şəxs3 vasitəsi ilə dolayı yolla 100.000 (bir yüz min) manat məbləğində maddi nemət olan pul vəsaitini verib 26 gün ərzində həmin torpaq sahəsinə çıxarış alaraq satacaqlarını və külli miqdarda qazanc əldə edəcəklərini bildirib, görüntü yaratmaq, həqiqi niyyətləri barədə aldatmaq və etibar qazanmaq üçün guya torpaq sahəsinin Şahid1 adına rəsmiləşdirəcəkləri barədə vəd verməklə inamını qazanıb razılaşdıqdan sonra, sonuncudan 01.07.2020-ci il tarixdə, saat 13 radələrində, Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 4 ünvanında yerləşən Keşlə Gömrük postunda yerləşən xidməti otağında görüşüb qrup üzvü Təqsirləndirilən şəxs3 iştirakı ilə 40.000 (qırx min) manat, 2020-ci ilin iyul ayının ortalarında eyni niyyətlə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə həmin ünvanda 30.000 (otuz min) manat, 2020-ci ilin iyul ayının sonlarında isə eyni ünvanda Təqsirləndirilən şəxs1 Şahid1la təklikdə görüşərək 30.000 (otuz min) manat olmaqla cəmi 100.000(bir yüz min) manat pulunu ələ keçirib öz aralarında böldükdən sonra, qabaqcadan əlbir olduğu qrup üzvləri ilə aralarında olan vahid cinayətkar planın davamı olaraq Şahid1 eyni niyyətlə daha çox məbləğdə pul vəsaitləri ələ keçirmək məqsədilə guya müəyyən işlərin görülməsinə inam yaratmaq üçün həmin torpaq sahəsinin üzərindəki tikilinin "Kompleks" kooperativinə məxsus olması barədə 27.06.2019-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışının surətini yeni əldə edilmiş sənəd kimi sonuncuya təqdim edib guya torpaq sahəsinin məxsus olduğu "Kompleks" kooperativinin vergi borcunun olmasını və həmin vergi borcu sıfırlandıqdan sonra torpaq sahəsinin Şahid1 adına keçirilməsinin rəsmiləşdiriləcəyinin mümkün olmasını deyərək, bunun üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyən tanışları olan səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə 34.000 (otuz dörd min) manat maddi nemət olan pul verməli olduğunu bildirib inandırdıqdan sonra, qrup üzvləri onu Şahid1 guya sənədləşmə işlərini görən şəxs kimi təqdim etmiş, o, isə 12.08.2020-ci il tarixdə Şahid1la sonuncunun rəhbərlik etdiyi ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Klinikadakı xidməti iş otağında görüşərək zəruri sənədləşmə işi adı ilə 34.000 (otuz dörd min) manat pulunu almış, daha sonra vahid niyyətlə cinayətkar plana uyğun olaraq Şahid1 “Kompleks” kooperativinin məhkəmə qaydasında onun adına keçirilməsinin daha etibarlı olmasına və bunun üçün İnzibati-İqtisad məhkəmələrinin birində işləyən tanışları olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə əlavə olaraq 40.000 (qırx min) manat və bu işdə vasitəçilik edəcək vəkilə 3.000 (üç min) manat maddi nemət olan pul vəsaitinin verilməli olduğunu bildirib inandırdıqdan sonra, özü, qrupun üzvü kimi 2020-ci ilin sentyabr-oktyabr aylarında istintaqla müəyyən edilməyən günlərdə müəyyən ardıcıllıqla ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Klinikaya gedərək Şahid1la sonuncunun xidməti iş otağında görüşərək ondan 43.000 (qırx üç min) manat, daha sonra həmin ünvanda Şahid1 guya torpaq sahəsinin mülkiyyətçisi və "Kompleks" kooperativinin rəhbəri kimi təqdim etdikləri Şahid3 vəzifəli şəxs kimi torpağın sənədləşməsinə razılıq verməsi üçün bazarlıq etmək adı ilə 3.700 (üç min yeddi yüz) manat, qeyd edilən torpaq sahəsinə texniki pasport düzəltmək adı ilə 2.000 (iki min) manat, yeni tarixə çıxarış almaq adı ilə 900(doqquz yüz) manat, guya torpaq sahəsinin sənədləşdirilməsində köməklik göstərmiş Dövlət Vergi Xidmətində işləyən vəzifəli şəxsə göstərdiyi köməyin müqabilində “İphone” markalı mobil telefon hədiyyə etmək adı ilə 2.550 (iki min beş yüz əlli) manat, daha sonra guya sənədləşmə işlərinin görülməsində köməklik edən vəzifəli şəxsə ad günü münasibəti ilə hədiyyə almaq adı ilə 500 (beş yüz) manat, habelə 2020-ci ilin sentyabr-oktyabr aylarında istintaqla müəyyən edilməyən gündə Təqsirləndirilən şəxs3la birlikdə ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Klinikasına gedib Şahid1la sonuncunun xidməti iş otağında görüşərək “Kompleks” kooperativinin yeni möhürünün hazırlanması adı ilə 5.500 (beş min beş yüz) manat pul vəsaitlərini ayrı-ayrı dövlət qurumlarının səlahiyyətli vəzifəli şəxslərinə vermək adı ilə ümumilikdə 192.150 (bir yüz doxsan iki min yüz əlli) manat pulu alıb aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 külli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində ayrı-ayrı vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətlərə görə dolayı yolla özünün və qeyrilərinin vasitəsilə şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1399/2021 saylı, 08 dekabr 2021-ci il tarixli hökmünü ləğv edib, əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 32.4.,312.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə əlaqədar istintaq və məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, cinayətə təhrik etmə - başqasında cinayət törətmək qətiyyəti yaradan fəaliyyətdir. Cinayət qanunvericiliyinə görə ələ almaqla, sövdələşməklə və ya hədə-qorxu gəlməklə, habelə digər üsullarla cinayət törətmək niyyətinin yaradılması təhrikçilik hesab olunur. Təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. İndi baxaq görək Təqsirləndirilən şəxs2 hərəkətlərində təhrikçilik cinayətinin əlamətləri varmı? Verilmiş ittihamdan belə çıxır ki, Təqsirləndirilən şəxs2 öz qanunsuz hərəkətləri ilə başqasını, indiki halda Şahid1 cinayət törətməyə - rüşvət verməyə təhrik etmişdir. İstintaq və məhkəmənin mövqeyinə görə əgər rüşvət verən Şahid1dursa, onda niyə bu şəxs CM-nin 312-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyib. Belə çıxır ki, təhrikçi var, lakin təhrik olunan yoxdur. Cinayət qanunvericiliyinə əsasən rüşvət vermə şəxsən və ya vasitəçi vasitəsilə vəzifəli şəxsə rüşvət vermədə ifadə olunur. Bu cinayət formal tərkibli olmaqla, rüşvətin verildiyi və vəzifəli şəxsin bunu aldığı andan başa çatmış hesab olunur. İndiki aldı baxılan işdə nə rüşvət verən, nə də rüşvət alan var. Digər tərəfdən işdən göründüyü kimi Təqsirləndirilən şəxs2 torpaq sahəsinə çıxarış alınması ilə bağlı prosesə, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Şahid1 arasında sövdələşmə əldə edildikdən xeyli sonra cəlb edilmiş və Şahid1 "sənədləri tapşırıq əsasında müəyyən təşkilatlara aparan şəxs" kimi təqdim olunmuşdur. Yuxarıda şərh olunanlardan göründüyü kimi, Azər Cəfərovun əməlində "rüşvət verməyə qeyrisini təhrik etmə" cinayətinin tərkibini yaradan heç bir hal yoxdur. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1399/2021 saylı, 08 dekabr 2021-ci il tarixli hökmünü ləğv edib, əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X6 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)- 1399/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)-1399/2021 saylı qərarı isə məhkum Təqsirləndirilən şəxs2 barəsində dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi onun ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2, ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 178.3.2 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-81/21 nömrəli, 18 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 1(103)-764/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-81/21 nömrəli, 18 mart 2021-ci il tarixli hökmü dəyişdirilərək üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 18 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamə və ailə tərkibi haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, bina 17, mənzil 9-da yaşayır və barəsində hər hansı şikayət daxil olmamışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin 23 iyun 2021-ci il tarixli arayışdan və əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 6 ünvanında yaşamaqla müsbət xarakterizə olunur və iki nəfər azyaşlı övladı var. Birinci instansiya məhkəməsi əsaslı olaraq himayəsində iki nəfər azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, onun CM-nin 32.4,312.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və belə hesab edir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmalı idi və məhkum Təqsirləndirilən şəxs2 daha aşağı müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsinə görə, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)-1399/2021 saylı hökmü isə məhkum Təqsirləndirilən şəxs2 barəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.4-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)-1399/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 barəsində məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 1(101)-1399/2021 saylı hökmü ilə təyin edilmiş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 06 (altı) il 03 (üç) ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X3 X15
Məhkəmə qərarları › İş №1(103)-493/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-493/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver