Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-494/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Səlim oğlu Seyfəliyevin sədrliyi və məruzəsi ilə, Rəşad Məhərrəm oğlu Abdulov və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı Şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı2, Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.S.Qəhrəmanov) xx xxxx 1980-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək 02 ay 19 gün həbsdə, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 ay 27 gün ev dustaqlığında olduğu müddət, ümumilikdə 05 ay 15 gün azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın müddətinə bir gün iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzasını yaşadığı yer üzrə çəkməsi, cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 2400-dan səhər saat 0700-dək ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması və onun yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin ekspertizadan sonrakı qalığı 5,584 qramın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi hökm edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Beləki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satışməqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarlarda 5,684qramdan artıq çəkidə narkotik vasitə tiryəki əldə edib bir hissəsini istifadə etdikdən sonraqalan bir bükümdə 5,684 qram çəkidə olan hissəsini üstündə saxlamaqla Bakı şəhəri,Xəzər rayonu, Albalılıq yaşayış sahəsinə daşımışdır. Daxil olmuş məlumat əsasındaAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil CinayətkarlıqlaMübarizəİdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 2245-də qeyd olunan ünvandasaxlanılaraq Baş İdarəyə dəvət olunub şəxsi axtarış keçirilərkən polis əməkdaşlarınıntəklifindən sonra əynindəki yaşıl rəngli idman şalvarının sağ yan cibindən bir ədədbükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 5,684 qram çəkidə kustar üsullahazırlanmış narkotik vasitə tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həminnarkotik vasitə götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətində məhkəmənin onun ilk dəfə az ağır cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, cəzasını ağırlaşdıran halların olmamasını, cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrumetmə növündə cəza çəkmədən də islah olunmasını mümkünlüyünü qeyd etməklə barəsində ağır cəza təyin etməsinin qanunsuz olduğunu göstərmiş və hökmün dəyişdirilərək, ümumilikdə çəkdiyi 05 ay 14 gün, təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla tamamilə əvəzləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1 -ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxssatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaların rəyləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edərək Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin bu məsələlər üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində də onun təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Apellyasiya şikayətində məhkumun cəzasının endirilməli olduğu və Təqsirləndirilən şəxs çəkdiyi 05 ay 14 gün, azadlığın məhdudlaşdırılması növündə cəzası ilə tamamilə əvəzləşdirilməsi olduğu iddia edilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, müzakirə edərək, məhkumun və müdafiəçinin apellyasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkumun apellyasiya şikayəti qismən təmin edilməli, hökm məhkuma təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrumetmə növündə cəza çəkmədən də islah olunmasını mümkün saymaqla, Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində təsbit olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq əməlin ictimai təhlükəlilik dərəcəsinə münasibət bildirməklə qeyd edir ki, bu amilə aid olan, narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Təcrübədə (məhkəmə təcrübəsində) bu miqdardan dəfələrlə artıq miqdarda narkotik vasitə saxlayan şəxslərə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlığın məhdudlaşdırılması növündə cəzanın orta və aşağı həddində cəza təyin edilməsi hallarına rast gəlinir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “xxxxxxx” MTK-nın xx xxxxxxx 2019-cu il tarixli 33/19 №-li xasiyyətnamədə aşağıdakılar göstərilmişdir: “... Xasiyyətnamə verilən vətəndaş Təqsirləndirilən şəxs «xxxxxxx» MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 26 saylı mənzilində 2004-cü ildən yaşayır. Qeyd edilən ünvanda yaşadığı 15 il müddətində vətəndaş Təqsirləndirilən şəxs özünü böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşan, səliqəli, mədəni, tərbiyəli bir vətəndaş kimi aparmış, birgəyaşayış qaydalarına daima diqqətlə və nəzakətlə əməl etmiş, yaşayış binasının ümumi istifadədə olan sahələrinin saxlanılmasında, bunun üçün kommunal xidmətlərin ödənilməsində daima yaxından iştirak etmiş, ailə üzvlərinə, qonşulara qarşı nəzakətli olmuş, nümunəvi davranışı ilə seçilmişdir...”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarın 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilənlərə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu nəzərə alaraq hesab edir ki, hökm dəyişdirilməli və ona təyin edilmiş cəza endirilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərini də nəzərə alır. Azərbayjan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müəyyən edilmiş cəzanı yüngülləşdirən halları (o cümlədən hökmdə göstərilən), onların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin azaldılmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məjəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələblərinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmününü dəyişdirir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, hökm dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti azaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbayjan Respublikası CPM-in 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon MəhkəməsininTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 02 (iki) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək 02 (iki) ay 19 (on doqquz) gün həbsdə, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 2 (iki) ay 27 (iyirmi yeddi) gün ev dustaqlığında olduğu müddət, ümumilikdə 05 (beş) ay 15 (on beş) gün, azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın müddətinə bir gün iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs haqqında olan hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Məhkumun apellyasiya şikayəti qismən təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-494/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-494/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver