Məhkəmə qərarları › İş №1(103)-51/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-51/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-51/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X53, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin prokuroru X78 oğlunun, Vəfat etmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X25, Bəraət almış şəxs Təqsirləndirilən şəxs2 və onun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 və onların nümayəndəsi Nümayəndə1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, X17, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13 və onların nümayəndəsi X29, Maraqlarına toxunan şəxslər X20 və X21 nümayəndəsi X8, Maraqlarına toxunan şəxs X9 nümayəndəsi X34 iştirakları ilə, Təqsirləndirilən şəxs1 - xx xxxxxxx 1941-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, «xxxx» MTK-nın sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, xx xxxx 2019-cu il tarixdə «ağciyər ödemi» xəstəliyindən vəfat etmiş, Təqsirləndirilən şəxs2 - xx xxxxxx 1985-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 2 ünvanda yaşayan bəraət almış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əliqulu qızı, Zərərçəkmiş şəxs13 Aydın oğlu, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, X18, maraqlarına toxunan şəxslər X62, X67, X63, X46, X64, X35 və maraqlarına toxunan şəxslər X22 və X21 nümayəndəsi Sərdar İsmayılov, maraqlarına toxunan şəxs X10 nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, . AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Hökmlə həmçinin, iş üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 98.620 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 103650 manat; X7 29.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 34530 manat; Zərərçəkmiş şəxs11 82.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 87030 manat; Zərərçəkmiş şəxs7 78.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 83880 manat; Zərərçəkmiş şəxs2 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 62530 manat; Zərərçəkmiş şəxs1 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73530 manat; Zərərçəkmiş şəxs4 92.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 97030 manat; Zərərçəkmiş şəxs10 115.595 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 120625 manat; Zərərçəkmiş şəxs13 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73530 manat; Zərərçəkmiş şəxs3 68.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73880 manat; Zərərçəkmiş şəxs8 45.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 50030 manat; Zərərçəkmiş şəxs5 33.900 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 38930 manat; Zərərçəkmiş şəxs6 50.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 55030 manat; Zərərçəkmiş şəxs20 60.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi cəmi 65030 manat, Zərərçəkmiş şəxs12 60000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 65000 manat ödənilməsi, digər zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26 və X12 mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilmişdir. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 sədri təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 3 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; xxxx rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; faktiki olaraq Təqsirləndirilən şəxs1 özünə məxsus olmaqla X13 adına xxxx şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 4 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər qayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; X41 adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X83 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 7a yerləşən qeyri-yaşayış sahəsi; ünvan 8il 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B- 150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 9 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X14 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 109; X31 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 26a, mənzil 5; X5 adına Bakı şəhəri Binəqədi rayonu, R.Behbudov küçəsi ev 1a, mənzil 9; X15 adına xxxx rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Təqsirləndirilən şəxs1 adına olan «Nissan Teana» minik markalı, «AZ-**-FM-***» dövlət nömrə nişanlı, X13 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, X41 adına olan «Vaz-21093» minik markalı, «AZ**-BB-***» dövlət nömrə nişanlı, X14 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-**-GO-***» dövlət nömrə nişanlı, X31 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90-DP- 011» dövlət nömrə nişanlı, X5 adına olan «Mercedes C 320» minik markalı, «AZ-**-SH-***» dövlət nömrə nişanlı, X16 adına olan «Kia Optima» minik markalı, «AZ-90-FL019» dövlət nömrə nişanlı, X42 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələri üzərinə qoyulmuş həbs saxlanılmış, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta B.Pirməmməd küçəsində yerləşən torpaq sahəsinin, «VAZ-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı və «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməmiş, Təqsirləndirilən şəxs1 üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunmuş, X43 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin üzərindən həbs götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, xx xxx 2005-ci il tarixdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış «xxxx» Mənzil-Tikinti Kooperativi üzvlərinin həmin tarixli ümumi iclasında Kooperativin sədri seçilməklə kooperativin xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri ünvan 10 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 15 nömrəli mənzili xx.xx.2005-ci il tarixdə həmin binada yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs17 33.000 ABŞ dolları məbləğində pula satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirmək məqsədilə 2011-ci ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs20 qeyd edilən 15 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi Zərərçəkmiş şəxs20 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 60.000 manat məbləğində pul vəsaitini alıb öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs20 əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs17 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində xx xxxx 2000-ci il tarixdə qeydiyyata alınmış «xxxx» MTK üzvlərinin xx.xx.2012-ci il tarixli ümumi iclasında Kooperativin sədri seçilməklə kooperativin xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 7 nömrəli mənzili xx.xx.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs10 54.225 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirmək məqsədilə 2013-cü ilin noyabr ayının əvvəllərində ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs8 qeyd edilən 7 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 45.000 manat məbləğində pul vəsaitini alıb öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs8 əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs10 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 20 nömrəli mənzili xx.xx.2013-cü il tarixdə ünvan 12 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs21 40.000 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin dekabr ayında ona mənzil almaq üçün müraciət etmiş X51 həmin 20 nömrəli mənzilin əvvəlcədən heç kimə satılmamasını yalandan bildirib, onu aldadaraq xx.xx.2014-cü il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa biləbilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilmiş və tarixi xx.xx.2014-cü il kimi qeyd edilmiş saxta müqavilə əsasında 20 nömrəli mənzilin 95.370 manata sonuncuya satılmasını sənədləşdirərək həmin məbləğdə pulu xidməti ofisində Zərərçəkmiş şəxs24 alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzilin ona saxta müqavilə əsasında satılmasından xəbərsiz olan Zərərçəkmiş şəxs24 2018-ci ilin noyabr ayında həmin mənzili Zərərçəkmiş şəxs9 satmaq istəməsinə dair özünə müraciəti ilə əlaqədar xx.xx.2018-ci il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, sonuncunun adına rəsmiləşdirilmiş eyni tarixli saxta müqavilə əsasında 20 nömrəli mənzilin sonuncuya satılmasını sənədləşdirərək Zərərçəkmiş şəxs9 məxsus 95.370 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs21 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 8 nömrəli mənzili xx.xx.2010-cu il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs10 61.710 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin mart ayında ona mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs8 həmin 8 nömrəli mənzilin əvvəlcədən heç kimə satılmamasını yalandan bildirib, onu aldadaraq mənzili ona satmasına dair xx.xx.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı tərtib etməklə həmin tarixdə xidməti ofisində Zərərçəkmiş şəxs8 95.000 manat pul vəsaitini mənzilə görə ödəniş qismində alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs8 95.000 manat pulunu ona külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, bundan sonra, törətdiyi cinayət əməlini gizlətmək məqsədilə 2018-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs10 həmin 8 nömrəli mənzilin əvvəlcədən başqa şəxsə satılmasını yalandan bildirib, həmin mənzilin əvəzi olaraq ona əvvəlcədən heç kimə satılmamasını bildirdiyi, faktiki olaraq isə xx.xx.2013-cü il tarixdə Zərərçəkmiş şəxs21 40.000 manata satdığı 20 nömrəli mənzili onun adına sənədləşdirəcəyini bildirərək xx.xx.2018-ci il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs10 adına rəsmiləşdirilmiş və tarixi xx.xx.2018-ci il kimi qeyd edilmiş saxta müqavilə əsasında 20 nömrəli mənzilin sonuncuya satılmasını sənədləşdirərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs10 əmlakına normal sahiblik etmək və onlardan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış «xxxx» Mənzil-Tikinti Kooperativinin sədri X57 ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli anlaşma müqaviləsinə əsasən həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən, X43 xüsusi mülkiyyətində olan 0,39997 ha torpaq sahəsinin 0,16 ha hissəsində Abşeron rayonu Xırdalan Bələdiyyə Başçısının torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-ci il tarixli 07 nömrəli sərəncamı, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 383 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 5921 nömrəli rəyi əsasında inşası nəzərdə tutulan iki girişli, on beş mərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsini üzərinə götürməklə və Kooperativin sədri Abbas Zeynalovun xx xxxx 2016-cı il tarixli 1 nömrəli əmri ilə həmin Kooperativin direktoru vəzifəsinə təyin edilərək vəzifəli şəxs qismində təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətilə 2016-cı ilin sentyabr ayından həmin 0,16 ha torpaq sahəsində qazıntı işlərini həyata keçirməklə mənzil tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyəti olmadan 2017-ci ilin mart ayında mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs6 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracağına dair yalan vəd verib inandıraraq, sonuncunun adına ünvan 13 ünvanında yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi iki otaqlı, sahəsi 94,2 m2 təşkil edən, 21 saylı mənzilə dair rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə qeyd edilən ofisdə 50.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs6 alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, «xxxx» MTK-nın sədri kimi qeyd edilən səlahiyyətlərə malik vəzifəlişəxs qismində, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 4 nömrəli mənzili xx.xx.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs25 40.000 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən X6 qeyd edilən 4 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 78.850 manat məbləğində pul vəsaitini alıb öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs25 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış «xxxx» MTK-nın sədri X57 ilə aralarında bağlanmış xx.xx.2016cı il tarixli anlaşma müqaviləsinə əsasən həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən, X43 xüsusi mülkiyyətində olan 0,39997 ha torpaq sahəsinin 0,16 ha hissəsində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 383 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 5921 nömrəli rəyi əsasında inşası nəzərdə tutulan iki girişli, on beş mərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsini üzərinə götürməklə və kooperativin sədri Abbas Zeynalovun xx.xx.2016-cı il tarixli 1 nömrəli əmri ilə həmin kooperativin direktoru vəzifəsinə təyin edilərək vəzifəli şəxs qismində təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə 2016-cı ilin sentyabr ayından etibarən həmin 0,16 ha torpaq sahəsində bunun üçün lazımi həcmdə maliyyə vəsaitinə malik olmadan qazıntı işləri həyata keçirməklə binanın tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyətləri olmadan 2017-ci ilin fevral ayında mənzil almaq üçün onlara müraciət edən Zərərçəkmiş şəxs5 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracaqlarına dair yalan vəd verib inandıraraq sonuncunun arvadı X3 bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzili sata biləcəyini vəd edərək, 2017-ci ilin fevral ayının sonlarında özünün tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 14 ünvanında yerləşən binanın həyətində sonuncudan şəxsən həmin mənzilin dəyəri qismində 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.737,5 manat, xx.xx.2017-ci il tarixdə isə ünvan 15 ünvanında 25.100 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edib, inandırmaq üçün Gülçöhrə Kazımovanın adına Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisdə tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışını Zərərçəkmiş şəxs5 təqdim edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi cəmi 33.837,5 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 38 nömrəli mənzili xx.xx.2013-cü il tarixdə ünvan 12 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs22 57.375 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin noyabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs2 qeyd edilən 38 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş xx.xx.2017ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 57.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs2 əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs22 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 42 saylı mənzili xx.xx.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs26 64.550 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs3 qeyd edilən 42 saylı mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 68.850 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs3 əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs26 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 45 nömrəli mənzili xx.xx.2014-cü il tarixdə ünvan 12 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs14 36.295 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında ona mənzil almaq üçün müraciət edən X7 qeyd edilən 45 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Samirə Hüseynovanın adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya 35.000 manata satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 28.500 manat, xx xxxx 2018-ci il tarixdə isə həmin ofisdə 1.000 manat, cəmi 29.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Samirə Hüseynovanın əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs14 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Samirə Hüseynova aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə sonuncuya məxsus 35.000 manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən 56 nömrəli mənzili xx.xx.2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs15 84.150 manata satmasına və həmin mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında onlara mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs11 qeyd edilən mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini vəd edərək, xx.xx.2018-ci il tarixdə həmin ünvanda yerləşən cəmiyyətin ofisində vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa mənzilin Zərərçəkmiş şəxs11 satılmasına dair biləbilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan eyni tarixli müqavilə və maliyyə arayışını tərtib edib sonuncuya verməklə, Zərərçəkmiş şəxs11 həmin sahənin ona satılması adı ilə 82.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 82.000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs15 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 11 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 44 nömrəli mənzili xx.xx.2014-cü il tarixdə ünvan 12 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında X44-zadəyə 95.000 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs4 qeyd edilən 44 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya 92.000 manata satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 92.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə sonuncuya məxsus 92.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs19 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, xx xxx 2005-ci il tarixdə «xxxx» MMC-nin nəzdində yaradılmış «xxxx» MTK-nın üzvlərinin həmin tarixli ümumi iclasında kooperativin sədri seçilməklə kooperativin xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri ünvan 10 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzili xx.xx.2006-cı il tarixdə həmin binada yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında X58 46.410 ABŞ dolları məbləğində pula satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs12 qeyd edilən 92 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, ünvan 13 ünvanında yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 66.640 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 66.640 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, törətdiyi cinayət əməli Zərərçəkmiş şəxs12 tərəfindən aşkar olunduğu zaman isə həmin binada yerləşən 14 nömrəli mənzili xx.xx.2016-cı il tarixdə X12 95.000 manata eyni tarixli müqavilə və maliyyə arayışı əsasında satmasına baxmayaraq, xx.xx.2018-ci il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa biləbilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş həmin tarixli saxta müqavilə və maliyyə arayışı əsasında 14 nömrəli mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində əlavə olaraq 30.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus vahid niyyətlə cəmi 96.640 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Musa Sarıyev və Fənarə Ələkbərovanın öz əmlaklarına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 16 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 2 nömrəli mənzili xx.xx.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs23 49.725 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs13 qeyd edilən 2 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs13 həyat yoldaşı X24 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin Zərərçəkmiş şəxs13 satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 68.500 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə sonuncuya məxsus 68.500 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs23 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Kooperativ tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən, sahəsi 56,48 m2 qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixli müqavilə əsasında X1 adına rəsmiləşdirib 63.000 manata satmasına və həmin sahənin dəyərinin sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs5 tərəfindən tam ödənilməsinə baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin oktyabr ayında ona qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs1 qeyd edilən 56,48 m2 qeyri-yaşayış sahəsinin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata vəd edərək xx xxxxxxx 2018-ci il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən cəmiyyətin ofisində eyni tarixli müqavilə və maliyyə arayışı tərtib etməklə Zərərçəkmiş şəxs1 həmin sahənin ona satılması adı ilə 68.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus 68.500 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs5 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, o qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin və vəzifəli şəxs tərəfindən tamah niyyətilə rəsmi sənədlərin məzmununa vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilərək təkrarən vəzifə saxtakarlığı cinayətinin törədilməsində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində onun özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Bundan başqa bir qrup şəxs qismində birləşərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə 2016-cı ilin sentyabr ayından etibarən həmin 0,16 ha torpaq sahəsində bunun üçün lazımi həcmdə maliyyə vəsaitinə malik olmadan qazıntı işləri həyata keçirməklə binanın tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyətləri olmadan 2017-ci ilin fevral ayında mənzil almaq üçün onlara müraciət edən Zərərçəkmiş şəxs5 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracaqlarına dair yalan vəd verib inandıraraq sonuncunun arvadı X3 bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzili sata biləcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə vəd edərək, 2017-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 tapşırığı əsasında Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 14 ünvanında yerləşən binanın həyətində sonuncudan şəxsən həmin mənzilin dəyəri qismində 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.737,5 manat, xx.xx.2017-ci il tarixdə isə ünvan 13 ünvanında Təqsirləndirilən şəxs1 ilə birlikdə 25.100 manat məbləğində pul vəsaitini alıb öz aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, inandırmaq üçün Gülçöhrə Kazımovanın adına Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi, yəni Xırdalan şəhərində mənzil almaq niyyətində olan müştərinin tapılması, həmin müştəri ilə danışıqlar apararaq mənzil alması niyyətinin qətiləşdirilməsi, şəxsiyyətini təsdiq edən sənədin adına müqavilə tərtib olunması üçün təqdim olunmasında ifadə olunan yardımla vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1 tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışını Zərərçəkmiş şəxs5 təqdim edərək, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 cəmi 33.837,5 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs17 cavabdehlər «xxxx» MTK-nə və Zərərçəkmiş şəxs20 qarşı «mənzilin (mənzil üzrə payın) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma (köçürülmə), mənzilin qaytarılması, mənzilə sahiblik və mənzildən istifadə etmək hüququnun təmin edilməsi, mənzil-tikinti kooperativinin üzvlüyünə qəbul edilməsi haqqında» qərarın ləğv edilməsi barədə Zərərçəkmiş şəxs17 iddiasının təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-6091/2016 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı «xxxx» MTK tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasının nəticəsinə dair qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(102)-8359/2017 nömrəli qərarının ləğv edilməsində köməklik göstərməsinə dair həmin kooperativin təsisçisi və faktiki sədri Təqsirləndirilən şəxs1 2017ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi ilə yaxın münasibətdə olduğunu, həmin münasibətindən istifadə edərək Ali Məhkəmənin Mülki Kollegiyasının qeyd edilən qərarının Konstitusiya Məhkəməsində baxılaraq, qərarın ləğv etdirilməsi imkanına malik olduğunu yalandan bildirib, bunun üçün həmin məhkəmənin vəzifəli şəxs olan hakiminə xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 xeyrinə hər hansı hərəkətin edilməsi, yəni Ali Məhkəmənin Mülki Kollegiyasının qeyd edilən qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğuna konstitusiya məhkəmə icraatı qaydasında baxılıb ləğv edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa yolla, özü vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul verilməsinin zəruriliyini bildirib, həmin adla xx xxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 həmin kooperativin ünvan 17 ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, bir müddət sonra həmin məsələni artıq danışdığını və işin onun xeyrinə müsbət həll olunacağını Təqsirləndirilən şəxs1 yalandan bildirib, görüntü yaratmaqla inandırmaq üçün sonuncunun Ali Məhkəmənin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Konstitusiya Məhkəməsinə xx xxxxx 2018-ci il tarixdə şikayətlə müraciət etməsinə nail olub, Konstitusiya Məhkəməsi Palatasının xx xxxx 2018-ci il tarixli qərardadı ilə «xxxx» MTK-nın şikayətinin həmin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmaqla, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Təqsirləndirilən şəxs1 məxsus 30.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 xeyrinə edəcəyi hərəkətin müqabilində onun özü üçün birbaşa yolla, özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış «xxxx» MTK-nın üzvlərinin xx.xx.2012-ci il tarixli ümumi iclasında kooperativin sədri seçilmiş və kooperativin xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək həmin kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi 3202 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən 56 nömrəli mənzilin xx.xx.2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs15 84.150 manata satılmasına və həmin mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs11 qeyd edilən mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə vəd edərək, xx.xx.2018-ci il tarixdə həmin ünvanda yerləşən cəmiyyətin ofisində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi, yəni mənzil almaq niyyətində olan müştərinin tapılması, həmin müştəri ilə danışıqlar apararaq mənzil alması niyyətinin qətiləşdirilməsi, şəxsiyyətini təsdiq edən sənədin adına müqavilə tərtib olunması üçün təqdim olunmasında ifadə olunan yardımla vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1 tamah niyyətilə məzmununa mənzilin Zərərçəkmiş şəxs11 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan eyni tarixli müqavilə və maliyyə arayışı tərtib edib sonuncuya verməklə, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin sahənin ona satılması adı ilə 82.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 82.000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığı cinayətinin törədilməsində köməkçi qismində təkrarən iştirak etmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs15 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs1 tərəfindən ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, təkrarən, «xxxx» MTK-nın üzvlərinin xx.xx.2012-ci il tarixli ümumi iclasında kooperativin sədri seçilmiş və kooperativin xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək həmin Kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi 3202 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən və sahəsi 56,48 m2 qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixli müqavilə əsasında X1 adına rəsmiləşdirib 63.000 manata satmasına və həmin sahənin dəyərinin sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs5 tərəfindən tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin oktyabr ayında onlara qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs1 qeyd edilən 56,48 m2 qeyri-yaşayış sahəsinin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə vəd edərək, xx xxxxxxx 2018-ci il tarixdə ünvan 18 ünvanında yerləşən cəmiyyətin ofisində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi, yəni mənzil almaq niyyətində olan müştərinin tapılması, həmin müştəri ilə danışıqlar apararaq mənzil alması niyyətinin qətiləşdirilməsi, şəxsiyyətini təsdiq edən sənədin adına müqavilə tərtib olunması üçün təqdim olunmasında ifadə olunan yardımla vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1 tamah niyyətilə məzmununa mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan eyni tarixli müqavilə və maliyyə arayışı tərtib edib sonuncuya verməklə, sonuncudan Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin sahənin ona satılması adı ilə 68.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 68.500 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığı cinayətinin törədilməsində köməkçi qismində təkrarən iştirak etmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs5 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs1 tərəfindən ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan xx xxxx 2020- ci il tarixli hökmü ləğv edilərək onun Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə məhkum olunmasına dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hökm Təqsirləndirilən şəxs2 bəraət verilməsinə dair hissədə əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və o, ittiham olunduğu maddələr ilə təqsirli bilinməklə ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 bir mənzilin bir neçə şəxsə satılması faktı ilə əlaqədar məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ifadələrində onun haqqında göstərdikləri həqiqətə uyğun deyil, yəni onun Elmiranın bir mənzili bir neçə ayrı-ayrı şəxsə satmasından xəbəri yoxdur. 2017-ci ildə Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun 6-cı mikrorayonda yerləşən ofisinə bir neçə dəfə gedibgəlmiş, 2018-ci ildə cəmi bir dəfə həmin ofisdə olmuş və həmin vaxt Elmira onu iş adamı X57 ilə tanış etmiş, bundan başqa Elmira ilə hər hansı əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 yaxın adamı kimi tanımış, onun mobil telefon nömrəsini bilməmiş, Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı ilk dəfə görüb tanımış, Zərərçəkmiş şəxs1 isə ilk dəfə məhkəmədə görmüş, onunla heç vaxt bir məkanda olmamış, hər üç şəxsə qarşı dələduzluq etməmiş, onları aldatmamışdır.Həmçinin hökmdə Təqsirləndirilən şəxs2 xx xxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 30000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsi və sonuncunu rüşvət verməyə təhrik etməsinə dair ittiham üzrə bəraət verilməsi yenə də Təqsirləndirilən şəxs2 öz ifadəsində göstərdiyi xüsusatlar və onun istifadəsində olan mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatlarla əsaslandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017ci il tarixli qərarının ləğv edilməsində köməklik göstərməsi üçün 30.000 manat məbləğində pul verilməsinin zəruriliyini bildirib, bu adla xx xxxxxx 2017- ci il tarixdə Elmiradan kooperativin ünvan 17 ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 manat məbləğində pul vəsaitini alması epizoduna gəlincə, bu da ittihamdakı digər epizodlar kimi uydurmadır, həqiqətə uyğun deyil. Belə ki, 14 dekabda doğum günü olmuş, həmin xx xxxxxx 2017-ci il həftənin dördüncü gününə düşmüş və buna görə də dekabrın 17-də Gəncə şəhərinə yola düşmüşlər. Yəni, iddia olunan tarixdə Bakıda deyil Gəncədə olmuşdur, hansı ki, istifadəsində olan mobil telefonun anten dairəsi məlumatlarına baxılsa bu fakt öz təsdiqini tapmış olar. Beləliklə, 17-xx xxxxxx 2017-ci il tarixlərdə, yəni iki gün ərzində Gəncə şəhərində olmuş, dekabrın 18-i axşam saatlarında Bakı şəhərinə qayıtmışdır. Eyni zamanda hökmdə göstərilir ki, məhkəməyə «xxxx» MMC-dən daxil olmuş «CD» diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi xx xxxxxx 2017-ci il taixdə, saat 08:54:48-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 08:55:18-də Bakı şəhəri Binəqədi rayonu, Naxçıvani küçəsi 22, ATS61; 09:38:39-da Z.Bünyadov prospekti; 09:41:37-də S.Rəhimli və Y.V.Çəmənzəminli küçəsi; 09:44:17-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 09:48:34-də Atatürk prospekti, 7-ci mikrorayon; 10:03:02-də Bakı şəhəri, Badamdar qəsəbəsi, Özbəkistan Səfirliyi; 10:20:51də Yasamal-Badamdar yolu, «Qurd Qapısı» restoranı; ll:26:49-da Hacıqabul şəhəri ərazilərinin, xx xxxxxx 2017-ci il tarixdə, saat 08:46:57-də Ziya Bünyadov prospektinin ərazilərinin əhatə dairəsində olmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində onunla bərabər Təqsirləndirilən şəxs2 də təqsirli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ittiham edildiyi cinayəti törətməsi həmçinin iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs1 ifadələri ilə də öz təsdiqini tapır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs1 ifadələri və tanınmaya təqdim etmə haqqında protokollardan müəyyən olur ki, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsləri əvvəlcədən tanımışdır. Halbuki, Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs5 bir dəfə gördüyünü və onunla heç vaxt görüşmədiyini, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı bir dəfə gördüyünü, Zərərçəkmiş şəxs1 isə məhkəmə zamanı gördüyünü bildirmişdir. Bundan başqa xx xxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 30000 manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsi və sonuncunun rüşvət verməyə təhrik edilməsinə dair ittiham üzrə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 bəraət verilməsi hökmdə özünün ifadəsindən başqa həmçinin onunla əsaslandırılmışdır ki, məhkəməyə «xxxx» MMC-dən daxil olmuş «CD» diskə keçirilmiş baxış zamanı 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi xx xxxxxx 2017-ci il taixdə, saat 08:54:48-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 08:55:18-də Bakı şəhəri Binəqədi rayonu, Naxçıvani küçəsi 22, ATS61; 09:38:39-da Z.Bünyadov prospekti; 09:41:37-də S.Rəhimli və Y.V.Çəmənzəminli küçəsi; 09:44:17-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 09:48:34-də Atatürk prospekti, 7-ci mikrorayon; 10:03:02-də Bakı şəhəri, Badamdar qəsəbəsi, Özbəkistan Səfirliyi; 10:20:51-də Yasamal- Badamdar yolu, «Qurd Qapısı» restoranı; 1 l:26:49-da Hacıqabul şəhəri ərazilərinin, xx xxxxxx 2017-ci il tarixdə, saat 08:46:57-də Ziya Bünyadov prospektinin ərazilərinin əhatə dairəsində olması müəyyən olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 ittihama əsasən hadsənin baş verdiyi tarixdə, yəni xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1 ilə sonuncunun ofisində görüşməsi və ondan pul alması bir daha öz təsdiqini tapmır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, o, xx xxxxxx 2017-ci il tarixdə Gəncə şəhərində olmuşdur. Lakin hökmdə qeyd olunan anten əhatə dairəsinə dair məlumatlar həmin tarixdə Hacıqabul şəhərinin ərazisi ilə tamamlanır. Təqsirləndirilən şəxs2 özünün bildirdiyinə görə istifadə etmiş olduğu 050 *** ** ** mobil telefon nömrəsinin xx xxxxxx 2017-ci il tarixdə saat 1 l:26:49-dan sonra hansı ərazidə istifadə olunması qeyri-müəyyən qalır. Həmçinin həmin telefon nömrəsi ilə xx xxxxxx 2017ci il tarixdə gün ərzində hansısa abunələrə məxsus telefon nömrələri əlaqə saxlanılıbsaxlanılmaması, əlaqə saxlanıldığı halda həmin nömrələrin kimə məxsus olması, Təqsirləndirilən şəxs2lə nə kimi əlaqəsinin olması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 öz ifadəsindən məlum olur ki, azadlıqda olduğu vaxtlar 050 256-29- 29, 050 211-66-41, 050 200-94-40 mobil telefon nömrələrindən istifadə etmişdir. Lakin hökmdən göründüyü kimi yalnız bir nömrənin, yəni 050 200-94-40 mobil telefon nömrəsinin anten əhatə dairəsi göstərilir, həmin vaxt digər mobil nömrələrin də istifadə edilibedilməməsi, anten əhatə dairəsinə dair məlumatlar hökmdə öz əksini tapmamışdır. Belə olan halda xx xxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 050 200-94-40 mobil telefon nömrəsindən istifadə etməsi yalnız öz ifadəsinə əsaslanmış olur və bunun digər məlumatların əldə edilməsilə yoxlanılması hökmdən görünmür. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törətməsi həmçinin Şahid1 ifadəsi ilə də öz təsdiqini tapır. Beləliklə, həm məhkəmənin hökmündə, həm də ibitidai istintaq zamanı toplanaraq cinayət işinin materiallarında öz əksini tapmış yuxarıda şərh olunan dəlillərlə Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətməsi tam təsdiqini tapmasına baxmayaraq, məhkəmə iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə almayaraq Təqsirləndirilən şəxs2 bəraət verilməsinə dair əsassız və qanunsuz nəticəyə gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan hökmündə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, həmin hökmdə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməyərək həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olmuş və həmin hökmdə şərh edilmiş hallarla onun gəldiyinəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar təqsirləndirilən şəxsin təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır. Həmin hökmdən narazı qalan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan xx xxxx 2020- ci il tarixli hökmünün ləğv edilərək onun barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” Mənzil- Tikinti Kooperativinin 2013- cü ildən 2014-cü ilin dekabr axınadək olan dövrdə rəsmi qaydada, 2016-cı ildən 2018-ci ilin sonlarmadək qeyri-rəsmi qaydada tikinti işləri üzrə direktoru vəzifəsində işləyən X47 ilə qabaqcadan əlləir olan bir qrup şəxs qismində birləşərək Kooperativ tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi. 3202 məhəllədə tikintisi həyata keçirilən 16 mərtəbəli yaşayış binasında yerləşən və sahəsi 56,48 kv.metr olan qeyri-yaşayış xx.xx.2017-ci il tarixli müqavilə əsasında X4 63.000 manata satmalarına və həmin sahənin dəyərinin tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2lə ümumi niyyətlə hərəkət edib razılığa gələrək 2018-ci ilin oktxabr ayında ona qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs1 qeyd edilən 56.48 kv.metr olan qeyri-yaşayış sahəsinin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəklərini Təqsirləndirilən şəxs2lə birlikdə vəd edərək, xx xxxxxxx 2018-ci il tarixdə cəmiyyətin öhdəsində həmin tarixli müqavilə və maliyyə arayışı tərtib elməklə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə həmin sahənin ona satılması adı ilə 68.500 manat məbləğində pul vəsaitıni alıb şəxsi ehtiyacları üçün sərf etmişlər. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim eldiyi ərizədə 50 kv.metr olan qeyri-yaşayış sahəsinə görə ödəmiş olduğu 68,500 manat məbləğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi zərərin təqsirləndirilən şxslər Təqsirləndirilən şəxs1 xə Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini tələb etdiyini bildirmişdir. Bu hal məhkəmə tərəfindən tam araşdırılmadığından Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 münasibətdə münasibətdə təqsirsiz olması qənaətinə gəlinmişdir. Həmin hökmdən narazı qalan narazı qalan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11 və X19 birgə apellyasiya şikayəti və və eyni zamanda apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1 (101 )-130/2020 saylı hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində qəbul edilmiş bəraət hökmü ləğv edilməsi və onun barəsində ittiham hökmü çıxarılaraq qanunda nəzərdə tutulmuş ən ağır cəza verilməsini, X48 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev propektində yerləşən 0,39997 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi hissəsində hökmün ləğv edilməsini və mülki iddianın təmin edilməsi məqsədilə həmin əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 təqsirliyi tam və hərtərəfli olaraq cinayət işinin materialları ilə sübuta yetirilsə də nəticədə məhkəmə, onun barəsində əsassız hökm çıxarmışdır. Törədilmiş cinayətin ağırlığına, neçə-neçə adamların hazırkı vaxtadək evsiz-eşiksiz qalmasına bais olmuş təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarması, sözün əsl mənasında heç bir məntiqə sığmır, hakimin bu qədər “ədalətli” görünməyi isə onlarda çox ciddi şübhələr yaradır. Həmin hökmdən narazı qalan maraqlarına toxunan şəxslər X65 və X76 birgə apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmünü, X49 məxsus Mercedes Benz E 240” minik markalı, **- LG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməməsi hissəsində dəyişdirərək avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsasıandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 5(001)- 358/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə təqdimat təmin olunmuş və onun mülkiyyətində olan n “Mercedes Benz E 240” minik markalı, **-LG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Binəqədi rayon Məhkəməsinin 5(001 )-3 5 8/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarının surəti ona göndərilməmişdir. Qərarın varlığı barədə məlumatı xx.xx.2019-cıı il tarixdə X67 məlumat verərək bildirmişdir. Həmin tarixdə işə artıq Bakı Ağır Cinayətlər məhkəməsində baxıldığı üçün məhkəməyə, Mercedes Benz E 240” minik markalı, **-LG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə vəsatətlə müraciət etmişdir. Lakin, məhkəməyə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə işi lazımınca araşdırmamış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə «Mercedes Benz E 240» minik markalı, «**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməməsi qənaətinə gələrək avtomobilin üzərində həbsi saxlamış və müsadirə olunması qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi pul vəsaitləri hesabına özünə, eləcədə qızları, kürəkənləri və nəvələrinin adlarına daşmar (nəqliyyat vasitələri), eləcədə daşınmaz (yaşayış və qeyri yaşayış sahələri) əmlaklar aldığını əsas tutaraq mülkiyyət hüquqi əsasında ona məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoymuşdur. Təqsirləndirilən şəxs1 övladı X36 ilə aralarında bağlanmış nikah müqaviləsi, xx.xx.2014-cü il tarixdə, AZ- İ№198980 saylı şəhadətnamə ilə ləğv olunmuşdur (Nikahın pozulması haqqında şəhadətnamənin surəti əlavə olunur). Nikahlarının 2014-cü ildə rəsmi qaydada ləğv olunmasına baxmayaraq X36 ilə 2012-ci il tarixdən ayrı yaşayıb ayrı təsərrüfat idarə etmişlər və qeyd edilən nəqliyyat vasitəsi isə, nikah pozulduqdan 3 il sonra yəni, xx.xx.2017-ci il tarixdə alqı satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Qeyd edilən nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən onun mülkiyyətində olmasına baxmayaraq qardaşı oğlu X54 məxsusdur və onun istifadəsindədır. (Etibarnamələrin surətləri əlavə olunur). xx xxxxxx 2018-ci il tarixdə başqa şəxslə ailə həyatı quraraq rəsmi nikaha girmişdir və bu nikah 1 saylı Bakı asan Xidmət Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, AZ-İİ№249401 saylı şəhadətnamə ilə qeydə alınmışdır (Nikah şəhadətnaməsinin surəti əlavə olunur). Göründüyü kimi onun Təqsirləndirilən şəxs1 ilə heç bir qohumluq əlaqəsi yoxdur. 2012-ci il tarixdən X36 ilə ailə münasibətlərimiz faktiki pozulduğu üçün Təqsirləndirilən şəxs1 ilə həmin tarixdən etibarən münasibətlərimiz pis olmuşdur, belə olan halda isə onun hər hansı bir daşmar və ya daşınmaz əmlak alması və hədiyyə etməsi mümkün deyildir.Onun mülkiyyətində olan “Mercedes Benz E 240” minik markalı, **-LG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qanunsuz olduğu üçün götürülməlidir.. Həmin hökmdən eyni zamanda narazı qalan maraqlarına toxunan şəxslər X63, X37 və X64 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmünün, X23 adına olan, ünvan 19 ünvanında yerləşən 0.0360 ha torpaq sahəsi, ünvan 2012 ha, torpaq sahəsi, Ford Fiesta markalı 10 RT155 dövlət nömrə nişanlı avtomobilin, X38 adına olan, Bakı şəhəri Xəzər rayonu. Buzovna qəs. X83 küç.-14 qeyri yaşayış sahəsi, Bakı ş. Nərimanov rayonu Təbriz-6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 22, Bakı ş. Binəqədi rayonu Ə. Naxçıvani küç. ev 13e, mənzil 108, Bakı ş. Xəzər r. Buzovna qəs. B-l 50 saylı sahədə у erləşən 0.1 2 ha torpaq sahəsi, ünvan 23 ünvanda yerləşən 0,0365 ha. həyətyanı torpaq sahəsi, Vaz-21093 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobilin, X39 adıa olan, Bakı şəhəri Binəqədi rayonu O.Naxçıvani küç. ev 26 a, mənzil 5, Hunday Sonata markalı ** DP *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 5(001 )-358/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə təqdimat təmin olunmuş və onların mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara həbs qoyulmuşdur.Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mülkiyyətində olan daşınmaz və daşınar əşyalar müsadirə olunmuşdur. Apellyasiya şikayəti verən X23 mülkiyyətində olan ünvan 19 ünvanında yerləşən 0.0360 ha torpaq sahəsi, ünvan 2012 ha, torpaq sahəsi, Ford Fiesta markalı 10 RT155 dövlət nömrə nişanlı avtomobil; X38 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu. Buzovna qəs. X83 küç.-14 qeyri yaşayış sahəsi, Bakı ş. Nərimanov rayonu Təbriz-6 ünvanda yerləşən qeyriyaşayış sahəsi, ünvan 22, Bakı ş. Binəqədi rayonu Ə. Naxçıvani küç. ev 13e, mənzil 108, Bakı ş. Xəzər r. Buzovna qəs. B-l 50 saylı sahədə у erləşən 0.1 2 ha torpaq sahəsi, ünvan 23 ünvanda yerləşən 0,0365 ha. həyətyanı torpaq sahəsi , Vaz-21093 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobil., X39 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu O.Naxçıvani küç. ev 26 a, mənzil 5, Hunday Sonata markalı ** DP *** dövlət nömrə nişanlı avtomobil məhkəmənin xx.xx.2020-ci il tarixli 1(101)-130/2020 saylı hökmü ilə müsadirə olunması qərara alınmışdır. X63 və X37 rəsmi nikahdadırlar. X66onların övladıdır. Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermiş X23 anasıdır. X63 1975-ci ildən işləyir və ailəsini mərhum Təqsirləndirilən şəxs1 köməyi olmadan saxlayırdı. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, daşınmaz əmlakların çox hissəsi mərhum Təqsirləndirilən şəxs1 mənzil tikintisi biznesi ilə məşğul olunana qədər əldə olunmuşdur. Yuxarıda göstərilən əmlakların müsadirə olunması onların faktiki olaraq evsiz - eşiksiz qalmağımıza səbəb olacaq. Halbuki apellyasiya şikayəti verənlərin yuxarıda göstərilən daşınmaz əmlakdan başqa əmlakları yoxdur. Daşınmaz əmlak müsadirə olunarkən onun cinayət yolu ilə əldə olunmuş vəsaitin hesabına alınması müəyyən olunmalı idi. Bundan başqa daşınmaz əmlaklar Dövlət Reyestrində mülkiyyət hüququ ilə hər birinin adına ayrıayrılıqda qeydiyyatdan keçmişdir. Bunu təstiq edən çıxarışlar onlara təqdim olunmuşdur. Daşınmaz əmlakın mülkiyyətə alınması uzun prosesdir. Xüsusən də, bu torpaq sahəsi olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı alınmalı və bundan sonra qeydiyyat orqanı onu qeydiyyatdan keçirməlidi. Təqdim edilən sənədlərdən görünür ki, daşınmaz əmlakların çoxu Təqsirləndirilən şəxs1 tikinti biznesinə başlamamışdan qabaq əldə olunmuşdur. Bundan başqa məhkəmədə sübut olunmuş hallardan biri də, mərhum Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayətlərin vaxtı və daşınmaz əmlakların əldə olunması vaxtı ilə müqayisə olunmalı idi. Yalnız bundan sonra əmlakların cinayət yolu ilə əldə olunmuş vəsait hesabına alınması nəticəsinə gəlmək olar. Həmin hökmdən narazı qalan maraqlarına toxunan şəxs X35 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-130/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmünün “ünvan 24 ünvanında yerləşən evin və “Hyundai İX-35” minik markalı, “AZ-**-GO-***” dövlət nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması və onların müsadirə edilməsi hissəsində” dəyişdirilərək həmin əmlaklar üzərindən həbsin götürülməsi və onların müsadirə olunmalı əmlaklar siyahısından çıxarılmaları barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Təqsirləndirilən şəxs1 onun nənəsidir. Onun bina tikintisi ilə məşğul olduğu barədə məlumatı olmuş, lakin onun dələduzluq edərək başqalarının əmlakını onların etibarından sui istifadə edərək mənimsəməsindən məlumatsız olmuşdur. Həmçinin, yuxarıda qeyd olunan əmlakları özü və ailəsinin maddi köməkliyi əldə etmişdir. Etiraf edir ki, nənəsi mərhum Təqsirləndirilən şəxs1 ona bəzən maddi yardımlar edirdi, lakin bu o nəticəyə gəlməyə əsas vermir ki, onun evini və maşının o almışdır. Lakin, məhkəmə kollegiyası tam və obyektiv araşdırmadan qanunsuz və əsassız olaraq həmin əmlakların ona mərhum Təqsirləndirilən şəxs1 tərəfindən alındığı qənaətinə gəlmiş, həmçinin sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin, yəni zərərçəkmişlərə onun tərəfindən vurulan maddi və mənəvi zərərlərin konkret məbləğlərini müəyyən etmədən bütün yaxın qohumların və tanışların əmlakları üzərinə həbs qoyaraq onların müsadirə olunması qərarına gəlmişdir. Həmin hökmdən maraqlarına toxunan şəxslər X22 və X40 birgə apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-130/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmünün “X5 adına olan ünvan 25 ünvanında yerləşən mənzil və “Mercedes C 320” minik markalı, “AZ-**-SH-***” dövlət nömrə nişanlı avtomobilin, həmçinin X16 adına olan “Kİa Optima” minik markalı, “AZ-**-FL-***” dövlət nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması və onların müsadirə edilməsi hissəsində” dəyişdirilərək həmin əmlaklar üzərindən həbsin götürülməsi və onların müsadirə olunmalı əmlaklar siyahısından çıxarılmaları barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayti onunla əsaslandırılmışdır ki, mərhum Təqsirləndirilən şəxs1 onların qohumudur. Onun bina tikintisi ilə məşğul olduğu barədə məlumatları olmuş, lakin onun dələduzluq edərək, başqalarının əmlakını onların etibarından sui-istifadə nəticəsində mənimsəməsindən məlumatsız olmuşlar. Həmçinin, yuxarıda qeyd olunan əmlakları Təqsirləndirilən şəxs1 hələ yuxarıdakı hökmlə istinad edilən cinayət əməllərini törətməmişdən öncə əldə etmişdir. Belə ki, ünvan 26 ünvanında yerləşən mənzil xx.xx.2002-ci il tarixli, 118870 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, xüsusi mülkiyyət hüququ kimi X5 adına qeydiyyatdan keçirilmişdir. Həmçinin, “Mercedes C 320” minik markalı, “AZ-**-SH-***” dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2006-cı il tarixdə X5 adına AR DİN BDYPİ QİŞ-nin tərəfindən həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Əlavə olaraq, “Kia Optima” minik markalı, “AZ-**-FL-***” dövlət nömrə nişanlı avtomobil X16 həyat yoldaşı tərəfindən alınmış və onun adına isə sonuncunun həyat yoldaşı tərəfində alınmış və xx.xx.2016-cı il tarixdə AR DİN BDYPİ QİŞ-nin tərəfindən həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin andan etibarən X16 həyat yoldaşı avtomobilə sahiblik və istifadə edir. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə kollegiyası tam və obyektiv araşdırmadan aparmadan, qanunsuz və əsassız olaraq həmin əmlakların bizə mərhum Təqsirləndirilən şəxs1 tərəfindən alındığı qənaətinə gəlmiş, həmçinin sonuncunun cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin, yəni zərərçəkmişlərə onun tərəfindən vurulan maddi və mənəvi zərərlərin konkret məbləğlərini müəyyən etmədən bütün yaxın qohumların və tanışların əmlakları üzərinə həbs qoyaraq onların müsadirə olunması qərarına gəlmişdir. Həmin hökmdən eyni zamanda narazı qalan maraqlarına toxunan şəxs X10 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayəti verərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X83 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qeyri-yaşayış sahəsi əvvəllər X38 məxsus olmuş və xx xxxxxx 2010-cu il tarixdə X10 rəsmi qaydada satılmışdır. Alqı-satqı müqaviləsi 2010-cu il tarixd rəsmiləşdirilsə də, X26 əmlakın öz adına rəsmiləşdirilməsi ilə bağlı 2019-cu il tarixdə DƏDRX-nə müraciət etmiş və bu zaman məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə adı keçməyən X11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X83 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan xx xxxx 2020- ci il tarixli hökmü ləğv edilərək onun Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə məhkum olunmasına dair yeni hökm çıxarılmasını xahiş etdi. Eyni zamanda zərər çəkmiş şəslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsinə etiraz etmədiyini, maraqlarına toxunan şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ölmüş Təqsirləndirilən şəxs1 müdafiəçisi X50 çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan xx xxxx 2020- ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinin hüquqlarını müdafiə etdiyi şəxsin mənafeyinə zidd olmayan hissələrdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs2 və onun vəkili Müdafiəçi hər biri ayrı-ayrılıqda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək verilmiş apellyasiya protestinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs2 heç bir təqsiri olmadığını, birinci instansiya məhkəməsi tərəfindən haqqlı olaraq onun barəsində bəraət hökmünün çıxarılmasını, bu səbəbdən hazırda onun barəsində qəbul edilmiş hökmün ləğv edilməsi üçün heç bir əsas olmadığını bildirərək verilmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, maraqlarına toxunan şəxslər barəsində verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 çıxış edərək zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 aid hissədə hökmün ləğv edilməsini və onun barəsində ittiham hökmü çıxarılmasını xahiş etdi. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, maraqlarına toxunan şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, X19, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13 və onların nümayəndəsi X55 apellyasiya şikayətinə əlavəni müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-130/2020 hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində qəbul edilmiş bəraət hökmünün ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını, X48 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,39997 ha toraq sahəsinin üzərindən həbsin götürülməsi hisssində ləğv edilməsini xahiş etdilər. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərər çəkmiş şəxslətr tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, maraqlarına toxunan şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlarına toxunan şəxslər şəxslər X22 və X21 nümayəndəsi X27 verilmiş apellyasiya apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-130/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmünün “X5 adına olan ünvan 25 ünvanında yerləşən mənzil və “Mercedes C 320” minik markalı, “AZ- **-SH-***” dövlət nömrə nişanlı avtomobilin, həmçinin X16 adına olan “Kİa Optima” minik markalı, “AZ-**-FL-***” dövlət nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması və onların müsadirə edilməsi hissəsində” dəyişdirilərək həmin əmlaklar üzərindən həbsin götürülməsi və onların müsadirə olunmalı əmlaklar siyahısından çıxarılmaları barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlarına toxunan şəxslər X63, X37 və X64 hər biri ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmünün, X23 adına olan, ünvan 19 ünvanında yerləşən 0.0360 ha torpaq sahəsi, ünvan 2012 ha, torpaq sahəsi, Ford Fiesta markalı 10 RT155 dövlət nömrə nişanlı avtomobilin, X38 adına olan, Bakı şəhəri Xəzər rayonu. Buzovna qəs. X83 küç.-14 qeyri yaşayış sahəsi, Bakı ş. Nərimanov rayonu Təbriz-6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 22, Bakı ş. Binəqədi rayonu Ə. Naxçıvani küç. ev 13e, mənzil 108, Bakı ş. Xəzər r. Buzovna qəs. B-l 50 saylı sahədə у erləşən 0.1 2 ha torpaq sahəsi, ünvan 23 ünvanda yerləşən 0,0365 ha. həyətyanı torpaq sahəsi, Vaz-21093 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobilin, X39 adıa olan, Bakı şəhəri Binəqədi rayonu O.Naxçıvani küç. ev 26 a, mənzil 5, Hunday Sonata markalı ** DP *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlarına toxunan şəxs X10 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X83 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməməli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərər çəkmiş şəxslər tərfindən verilmiş apellyasiya şikayətinin dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs2 bəraət verilməsi hissəsində ləğv edilməsi və onun barəsində ittiham hökmü çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Təqsirləndirilən şəxs1 nəvəsi X32 ilə ailə qurmuş, ailə qurduqdan bir il sonra ailədaxili söz-söhbətləri yaranmış və bu mübahisələrinə müdaxilə edən Təqsirləndirilən şəxs1 olmuş, nəticədə 2015-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə xxxxdən boşanmış və elə həmin vaxtdan Elmira ilə düşmən olmuş, bütün əlaqələri kəsilmişdir. Təqsirləndirilən şəxs1 onunla iş birliyi hələ 2011-ci ildən başlamışdır. Belə ki, həmin il Təqsirləndirilən şəxs1 ona başladığı təzə tikintinin üzərində işləməyi təklif etmiş, başqa işləri olduğu üçün razı olmamış, bələdiyyənin vaxtı bitdikdən sonra Elmira «gəl «xxxx» MTK-kı təzə tikintiyə orada səni direktor vəzifəsinə işə götürüm, işlərə nəzarət et» demiş, bu dəfə təklifə razılıq verərək təxminən 2013-2014-cü ilə kimi orada işləmiş, sonra isə könüllü ərizə yazaraq həmin işdən azad olunmuşdur. «xxxx» MTK tikintisi 8ci mikrorayonda, Təqsirləndirilən şəxs1 ofisi isə 6-cı mikrorayonda yerləşmiş, mənzillərin alqı-satqısı 2013-2014-cü illərdə Elmiranın ofisində sonuncunun özü tərəfindən şəxsən həyata keçirilmiş, müqaviləni isə özü və ya Şahid1 tərtib etmişlər. Təqsirləndirilən şəxs1 ən yaxın adam Şahid1 olmuş və bütün işləri ikisi birlikdə idarə etmişlər. Ofisin digər işçilərinin Təqsirləndirilən şəxs1 işlərindən məlumatları olmamışdır. Dələduzluq etsəydi bunu səlahiyyətli şəxs olduğu vaxtlarda edə bilərdi, lakin tikintidə onun heç bir, yəni nəyəsə imza etmək, müqavilə bağlamaq kimi səlahiyyətləri yox idi və belə olan halda o, dələduzluq edə bilməzdi. Bundan əlavə Təqsirləndirilən şəxs2 ona verilmiş dörd epizoddan üçünün əlaqəli olduğu bir mənzilin bir neçə şəxsə satılması faktı ilə əlaqədar ifadəsində bildirmişdir ki, 2013-cü ildən 2014-cü ilədək «xxxx» MTK-nın sədri, sabiq arvadının nənəsi Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun yanında tikinti işləri üzrə direktor vəzifəsində işləmiş, vəzifəsi tikintidə çalışan fəhlələrə nəzarət etməkdən ibarət olmuş, təxminən səkkiz ay işlədikdən sonra şəxsi təşəbbüsü ilə kooperativdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 ifadələrində onun haqqında göstərdikləri həqiqətə uyğun deyil, yəni onun Elmiranın bir mənzili bir neçə ayrı-ayrı şəxsə satmasından xəbəri yoxdur. 2017-ci ildə Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun 6-cı mikrorayonda yerləşən ofisinə bir neçə dəfə gedibgəlmiş, 2018-ci ildə cəmi bir dəfə həmin ofisdə olmuş, və həmin vaxt Elmira onu iş adamı X57 ilə tanış etmiş, bundan başqa Elmira ilə hər hansı əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 yaxın adamı kimi tanımış, onun mobil telefon nömrəsini bilməmiş, Zərərçəkmiş şəxs11 ilə ibtidai istintaq zamanı xx xxxx 2019-cu il tarixdə etap olunarkən ilk dəfə görüb tanımış, Zərərçəkmiş şəxs1 isə ilk dəfə məhkəmədə görmüş, onunla heç vaxt bir məkanda olmamış, hər üç şəxsə qarşı dələduzluq etməmiş, onları aldatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(102)-8359/2017 nömrəli qərarının ləğv edilməsində köməklik göstərməsi üçün 30.000 manat məbləğində pul verilməsinin zəruriliyini bildirib, bu adla xx xxxxxx 2017-ci il tarixdə Elmiradan kooperativin ünvan 17 ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alması epizoduna gəlincə, bu da ittihamdakı digər epizodlar kimi uydurmadır, həqiqətə uyğun deyil. Belə ki, 14 dekabda doğum günü olmuş, həmin xx xxxxxx 2017-ci il həftənin dördüncü gününə düşmüş və buna görə də dekabrın 17-də Gəncə şəhərinə yola düşmüşlər. Yəni, iddia olunan tarixdə Bakıda deyil Gəncədə olmuşdur, hansı ki, istifadəsində olan mobil telefonun anten dairəsi məlumatlarına baxılsa bu fakt öz təsdiqini tapmış olar. Beləliklə, 17-xx xxxxxx 2017-ci il tarixlərdə, yəni iki gün ərzində Gəncə şəhərində olmuş, dekabrın 18-i axşam saatlarında Bakı şəhərinə qayıtmışdır. Cinayət işinin materiallarında olan zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, xx xxxx 2014-cü il tarixdə tikilməkdə olan həmin binanın on dördüncü mərtəbəsində 65.000 manat dəyərində iki otaqlı, sahəsi 72,3 m2 olan 51 saylı mənzili almışdır. 2017-ci ildə binanın altında və ətrafında avtomobillər üçün dayanacağın və qarajın olmaması, bu problemin necə həll ediləcəyi ilə bağlı maraqlandıqda MTK-nın sədri Təqsirləndirilən şəxs1 bildirmişdir ki, binanın zirzəmi hissəsinə bitişik 50 m2 sahəsi olan yeri var və 35.000 manata satır. Həmin sahəni almağı ona təklif etmiş, baha olduğunu deyərək imtina etmişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs1 ona təcili 22.000 manat pul lazım olduğunu bildirərək həmin yeri bu qiymət müqabilində yenidən təklif etmiş, Elmiranın təklifinə razılaşaraq məbləği ödəmiş və həmin yerə dair sonuncu tərəfindən tərtib edilən plan-cizgi və müqavilə sənədləri əsasında qeyri-yaşayış sahəsinin payçısı olduğunu tərəflər arasında rəsmiləşdirmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 yenə də ona zəng edərək 5.000 manata təcili ehtiyacının olduğunu bildirərək borc istəmiş və bir həftəyə pulu qaytaracağına dair söz vermişdir. Yaşlı bir qadının belə dil tökməsi müqabilində ona kömək edərək borc verməyə razı olmuş və vermiş, lakin üstündən həftələr, aylar ötsə də, pulu qaytarmamışdır. 2018-ci ilin sonlarında İlqar adlı şəxsin binanın zirzəmi hissəsində, yəni onlara aid hissədə təmir işləri aparmağa başladığını görüb, ondan qeyd edilən zirzəminin onlara məxsus olduğunu deyəndə, İlqar cavab vermişdir ki, həmin qeyri-yaşayış sahəsini çoxdan satın alıb və ona məxsusdur. Bu barədə Təqsirləndirilən şəxs1 telefonda deyəndə, sonuncu həmin şəxslə zəng vurub danışacağını bildirmişdir. Xəbər çıxmadığını görüb Təqsirləndirilən şəxs1 həmin qaraj sahəsinin, binanın zirzəmi hissəsində təmir işləri ilə əlaqədar yenidən müraciət etmişlər və tələb etmişlər ki, həmin sahəyə dair onlara verilən ilkin sənədlərin (plan, müqavilə, məbləğin ödənilməsi arayışı) əsasında onlara mülkiyyəti təsdiq edən sənədlər versin. Təxminən bir müddət sonra Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət etsə də, ona rədd cavabı verilib. Belə olan halda pulunun qaytarılmasını tələb etmiş, Təqsirləndirilən şəxs1 isə əvəzində onlara binanın birinci mərtəbəsində əlavə pul ödəmək müqabilində qeyri- yaşayış sahəsini təklif etmiş, həmin yerə baxaraq götür-qoy etdikdən sonra almağa razılaşmışlar. Təqsirləndirilən şəxs1 borclu olduğu 27.000 manatdan xx xxxxxx 2018-ci il tarixdə arayışla təsdiqləyərək 1.000 manatını mənzilə gələcəkdə qoyulacaq sayğac pulu üçün çıxdıqdan sonra, yerdə qalan 26.000 manatın üzərinə 42.500 manat da verməli olacaqlarını bildirərək 74,5 m2 qeyri-yaşayış sahəsini ümumilikdə 68.500 manat məbləğində qiymətləndirib müqavilə, maliyyə arayışı və plan əsasında ona satmışdır. Həmin sənədləri Təqsirləndirilən şəxs1 özü ofisdə şəxsən ona təqdim etmişdir. 2019-cu ilin təxminən yanvar ayının sonu fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 zəng edərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirmiş, sənədləri üzləşdirdikdə məlum olmuşdur ki, onlara satılan 74,5 m2 sahənin 56,48 m2 sahəsi Zərərçəkmiş şəxs5 arvadı X1 adına sənədləşdirilmişdir. Dərhal bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, Elmira isə Zərərçəkmiş şəxs5 xahişi əsasında həmin qeyri-yaşayış sahəsini satdığını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 həmin şəxsdən sənədləri geri almağı tələb etmişdir. Təqsirləndirilən şəxs1 onlara deməsinə görə onunla danışdıqda Zərərçəkmiş şəxs5 bildirib ki, sənədlər onda yox, rayonda, atasındadır, hətta Elmira ilə birgə sənədləri geri götürmək üçün Biləsuvar rayonuna, Elşənin atasının yanına getmişlər və sonuncunun atası söz vermişdir ki, Bakıya gəlib işi özü həll edəcək, ancaq bu günə kimi problem həllini tapmamışdır. Təqsirləndirilən şəxs2 ilk dəfə xx xxxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 yanında görmüş, binaya baş çəkməyə gedəndə Elmira nə sualı olsa Samirə müraciət edə biləcəyini demiş, Samirlə hər hansı bir alqı-satqı aparmamış, Elmiranın mühasibi Şahid1 ilə də münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 onun yanında kiməsə 30.000 pul borcu olması barədə danışmışdır. 2019-cu ildə Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmasını başa düşmüşdür, əvvəldən bu barədə duyuq düşsəydi obyekti almayacaqdı. Cinayət işinin materiallarında olan zərər çəkmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, «xxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 2006-cı ildən tanıyır. Təqsirləndirilən şəxs1 ünvan 11 ünvanında yerləşən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasının on altıncı mərtəbəsində 59 saylı mənzilə görə 50.610 manat, həmin binada qeyriyaşayış sahəsinə görə 63.600 manat, Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binanın yeddinci mərtəbəsində 126 saylı mənzilə görə 33.900 manat pul ödəmiş, Elmira həmin mülklərlə bağlı ona maliyyə arayışları və müqavilələr təqdim etmişdir. Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədəki binanın tikintisindən sonra Təqsirləndirilən şəxs1 sürücüsü kimi tanımış, 2014-cü ildə onu Elmiranın ofisində bir dəfə görmüş, onunla başqa tanışlığı olmamış, telefon əlaqəsi saxlamamışdır. Mənzillərə və qeyri-yaşayış sahəsinə görə ödədiyi pulun bir dəfə 2.000 manat, ikinci dəfə 5.000 ABŞ dolları (8.800 manat) olmaqla cəmi 10.800 manatını Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 ödəmiş, hər iki dəfə Elmira ona zəng edib xəstə olduğu üçün gələ bilmədiyini, Samirin yaşadığı binanın həyətində olduğunu düşüb pulu ona verməyi demişdir. Təqsirləndirilən şəxs2 ona mənzil satmamış, satacağı barədə vəd də verməmişdir. Mənzillərə və qeyri-yaşayış sahəsinə görə pulu ödəyərkən Təqsirləndirilən şəxs2 tərəfindən deyil, Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmışdır. Təqsirləndirilən şəxs1 tanıyan vaxtlar bizneslə məşğul olduğundan əlində pulu olmuş, hətta Elmiraya bir neçə dəfə borca pul vermiş, lakin sələmə pul verməmişdir. Təqsirləndirilən şəxs1 tanıyan vaxtdan sonuncunun mühasibi Şahid1 da tanıyır. Hazırda Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binanın yeddinci mərtəbəsində 126 saylı mənzilə görə ödəmiş olduğu 33.900 manat pulu Təqsirləndirilən şəxs2 tələb edir və bunu onunla əsaslandırır ki, Samir Təqsirləndirilən şəxs1 işçisi olub, Elmira onun yanında Samirin adını çəkib, işçisi kimi təqdim edib, həmin pulun 25.100 manatını Samirin yanında Elmiraya ofisdə, qalanını isə iki dəfə olmaqla cəmi 10.800 manatı Elmiraya çatdırması üçün yaşadığı binanın həyətində Samirə verib, həm bunlara, həm də Elmira öldüyündən bu addımı atır. Cinayət işinin materiallarında olan zərər çəkmiş Zərərçəkmiş şəxs11 ifadəsindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə «xxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən ünvan 11 ünvanında inşa edilən bir bloklu, on yeddi mərtəbəli yeni tikilinin on beşinci mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 112 m2 olan 56 saylı mənzili Elmiranın iştirakı ilə Kamil Cəmiyyət oğlu Cəmilovun adına 82.000 manatı tam ödəməklə almışdır. Mənzilin satışı ilə bağlı elanı «yeniemlak.az» saytında görüb zəng edərək vasitəçi olduğunu və mənzilin Ramin adlı şəxsə məxsus olmasını bildirmişdir. Mənzilə baxış keçirdikdən sonra vasitəçi şəxsin işlədiyi ofisdə Raminin də iştirakı ilə görüş təyin etmişlər. Vasitəçinin müdir kimi təqdim etdiyi şəxsin otağında görüşüb qiyməti razılaşırıq alqı-satqı günü təyin etmişlər. xx xxxxxx 2018-ci il tarixdə «xxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 və Şahid1 işlədiyi Binəqədi rayonunun 6-cı mikrorayonunda «Nəsimi» metrosuna yaxın ərazidə yerləşən ofisdə görüşmüşlər. Alqı-satqıda mənzilin Raminə məxsus olmasını hesab etmiş, lakin müqavilə Kamil Cəmilovun adına tərtib olunmuşdur. MTK sədri Təqsirləndirilən şəxs1 görüş zamanı qətiyyətlə bir mənzilin iki nəfərə satılması kimi halların olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla necə əlaqə saxlayacağı barədə maraqlanmış, sonuncu bütün işlərini Təqsirləndirilən şəxs2 həyata keçirdiyini bildirərək Samiri dəvət etmişdir. Təqsirləndirilən şəxs2 öz istifadəsində olan (+99*** *** ** **) mobil telefon nömrəsini ona verərək nə sualı olsa zəng vurmağı demişdir. Zərərçəkmiş şəxs11 məhkəməyə təqdim etdiyi ərizədə ona 82.000 manat məbləğində dəymiş ziyanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyini, həmin məbləğ tam ödənildiyi təqdirdə Elmiranın qızı Təranənin onun adına rəsmiləşdirdiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən iki otaqlı evi geri qaytarmağa etiraz etmədiyini qeyd etmişdir. Məhkəməyə «xxxx» MMC-dən daxil olmuş «CD» diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 200 94 40 mobil telefon nömrəsi xx xxxxxx 2017-ci il taixdə, saat 08:54:48-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 08:55:18-də Bakı şəhəri Binəqədi rayonu, Naxçıvani küçəsi 22, ATS61; 09:38:39-da Z.Bünyadov prospekti; 09:41:37-də S.Rəhimli və Y.V.Çəmənzəminli küçəsi; 09:44:17-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 09:48:34də Atatürk prospekti, 7-ci mikrorayon; 10:03:02-də Bakı şəhəri, Badamdar qəsəbəsi, Özbəkistan Səfirliyi; 10:20:51-də Yasamal-Badamdar yolu, «Qurd Qapısı» restoranı; 11:26:49-da Hacıqabul şəhəri ərazilərinin, xx xxxxxx 2017-ci il tarixdə, saat 08:46:57-də Ziya Bünyadov prospektinin; 2017-ci ilin dekabr ayında Şahid1 istifadəsində olmuş 050 234 54 20 mobil telefon nömrəsi xx xxxxxx 2017-ci il taixdə, saat 12:05:56-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15; 13:46:21-də Hövsan qəsəbəsi; 17:30:40-da Hövsan qəsəbəsi; 17:51:27-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 ərazilərinin əhatə dairəsində olmuşdur. Məhkmə kollegiyası ölmüş Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəyə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 əleyhinə ifadə vermiş olsa da, məhkəmə istintaqının keçirilməsi zamanı vəfat etməsi ilə bağlı ifadəsinin alınması mümkün olmamış, məhkəmə iclası zamanı onun yalnız ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Bununla bərabər bəraət almış şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən ona qarşı verilmiş ifadədə göstərilən xüsusatları inkar etmişdir. Azərbaycan Respublikas Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 təqsirli olmasına dair Təqsirləndirilən şəxs1v tərəfindən verilən ifadə digər sübutlarla birlikdə öz təsdiqini tapmamış və onun təqsirli olmasına dair şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələr baraət almış şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 3 epizodda dələduzluq hərəkətinin etməsi ilə bağlı zərər çəkmiş şəxslər tərəfindən verilmiş ifadələrə qiymət verərək qeyd edir ki, ifadələrdə zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs2 tanıması, mənzilə görə ödənilmiş pul məbləğinin bir hissəsinin onun vasitəsi ilə verilməsi heç də özlüyündə Təqsirləndirilən şəxs2 həmin cinayətin törədilməsində iştirakının təsdiq edilməsi üçün yetərli deyildir. Bundan əlavə cinayət işinin materiallarından da göründüyü kimi, həmin maddə ilə ittiham verilən dövrdə Təqsirləndirilən şəxs2 hər-hansı bir inzibatitəsərrüfat, təşkilati-sərəncamverici vəzifəni tutmamış, yalnız Təqsirləndirilən şəxs1 sürücüsü kimi işləmişdir. Mənzillərin bölüşdürülməsi, mənzillərə dair alqı-satqının həyata keçirilməsi, ödənilən pul məbləğlərinin götürülməsinə bilavasitə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyindən göstərilən hallara görə Təqsirləndirilən şəxs2 məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,312.1-ci maddəsi ilə nəzərdə tutalan cinayəti törətməsi ilə bağlı verilən ittihama münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus telefonun anten dairəsinə dair məlumatdan görünür ki, ittiham verilmiş həmin epizod üzrə Təqsirləndirilən şəxs2 Bakı şəhərinin ərazi hüdlarından kənarda olmuşdur. Təqsirləndirilən şəxs2 qarşı göstərilən epizod üzrə irəli sütülən ittiham telefon anten dairəsinin məlumatlarına görə sübut olunmadığı üçün məhkəmə kollegiyası göstərilən epizod üzrə Təqsirləndirilən şəxs2 əleyhinə ifadə vermiş şahid ifadələrinə qiymət verməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxs barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin Təqsirləndirilən şəxs2 barəsində ittihamedici hökmün çıxarılmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ttiham üzrə təqsirli olması sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi haqqlı olaraq onun barəsində bəraət hökmü çıxartmışdır. Bu səbəbdən apellyasiya protesinin və apellyasiya şikayətlərini yuxarıda göstərilən dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işi üzrə zərər çəkmiş şəxslərin apellyasiya şikayətinin digər dəlili X43 adına olan torpaq sahəsi üzərindən həbsin götürülməsinin ləğv edilməsidir. Məhkəmə kollegiyası zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin yuxarda göstərilən dəlilini əsassız hesab edərək qeyd edir ki, X43 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikili Əbil Zeynalovun xüsusi mülkiyyətində ollduğundan və onun bu cinayətin törədilməsində hər hansı iştirakı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqqlı olaraq həmin əmlak üzərinə qoyulmuş həbsi götürmüşdür, hazırda həmin mlakın üzərinə həbs qoyulmasına əsas verən hal mövcud deyildir. Cinayət işi üzrə maraqlarına toxunan şəxslər apellyasiya şikayətlərinin dəlili onlara məxsus olan əmlakların üzərinə qoyulmuş həbsin götrülməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi ilə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun muvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsində göstərilir ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakı qalan hissəsi dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 sədri təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 3 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; xxxx rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; faktiki olaraq Təqsirləndirilən şəxs1 özünə məxsus olmaqla X13 adına xxxx şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 4 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər qayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; X41 adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X83 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 7a yerləşən qeyri-yaşayış sahəsi; ünvan 8il 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 9 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X14 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 109; X31 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 26a, mənzil 5; X5 adına Bakı şəhəri Binəqədi rayonu, R.Behbudov küçəsi ev 1a, mənzil 9; X15 adına xxxx rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; X43 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin üzərinə; Təqsirləndirilən şəxs1 adına olan «Nissan Teana» minik markalı, «AZ-**-FM-***» dövlət nömrə nişanlı, X13 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, X41 adına olan «Vaz-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı, X14 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-**-GO-***» dövlət nömrə nişanlı, X31 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90-DP- 011» dövlət nömrə nişanlı, X5 adına olan «Mercedes C 320» minik markalı, «AZ-**-SH-***» dövlət nömrə nişanlı, X16 adına olan «Kia Optima» minik markalı, «AZ-**-FL-***» dövlət nömrə nişanlı, X42 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və məhkəmənin hökmü ilə xüsusi müsadirə edilmişdir. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlaklar məhz Təqsirləndirilən şəxs1 cinayəti törətməsindən sonra onun adına olmasa belə cinayət nəticəsində əldə olunmuş vəsait hesabına yaxınlarının adına qeydə alındığından verilmiş apellyasiya şikayətləri təmin edilməməli, həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda müdafiəçiyə əmək haqqının ödənilməsi ilə bağlı məsələnin müzakirə edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin həmin iş üzrə materialları ilə tanış olmasına 03 saat, məhkəmə baxışına da 17 saat, cəmi 20 saat vaxt müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 120 manat (20x6) məbləğində əmək haqqı 17 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X30 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 398.1.2, 399.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ölmüş təqsirləndirilən şəxs X28 hüquqlarını müdafiə etdiyinə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X30 dövlət büdcə vəsaiti hesabına 120 (yüz iyirmi) manat işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun Beynəlxalq Bank Səbail şöbəsi, Bankın kodu 805551, VÖEN **********, Corr.Acc.: **********944, SWİFT BİK AİİBAZ 2X, hesab №-si ********************9, VÖEN ********** hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov Vaqif Mursaqulov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar