Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-51/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 nümayəndəsi X5, Müdafiəçilər – Müdafiəçi3 və Qafarov X6 Bəraət almış şəxs -X7, Məhkum – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə məhkum edilməsinə və X7 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən X12) xx.xx.1988-ci ildə Lənkəran rayonu, Əşlə kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Lənkəran rayonu, Əşlə kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 04.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs6 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modemi, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarı, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatoru, 01 ədəd 60 manat dəyərində dreli, 100 manat dəyərində yataq dəstini və 200 manat dəyərində təmir alətlərini gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1860 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilmişdir. Təqsirləndirilən şəxs 09.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemi, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıq-çəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilmişdir. Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkan-nəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilmişdir. Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilmişdir. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılması və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilməsi hökm edilmiş, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə 25.06.1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşa X7 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmdən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs və X7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ləğv edilərək, onların ibtidai istintaq zamanı elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətmələri ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə toplanmış sübutları düzgün qiymətləndirməmiş, iş üzrə onun gəldiyi nəticəyə mühüm təsir edə bilən hallara səthi və ziddiyyətli yanaşmışdır. Məhkəmə qeyd olunan qənaətə gələrkən nəzərə almamışdır ki, şahid Aləkbər Şirəliyevin iş üzrə təqsiləndilən şəxs Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə saat 02 radələrində Şahid2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə qanunsuz daxil olaraq oradan 01 ədəd dəyəri 200 manat olan “Samsung” markalı televizoru və 01 ədəd 140 manat dəyərində “Ariston” markalı su qızdırıcısmı oğurlaması ilə bağlı epizod üzrə şahid olmuş, Şahid2 həmin epizod üzrə oğurluq cinayəti nəticəsində əldə edilmiş “Ariston” markalı su qızdırıcısmı şahid Aləkbər Şirəliyevin iştirakı ilə satmışdır. Məhkəmə nəzərə almamışdır ki, hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 başqa cinayət işi üzrə təqsirləndirlən şəxs statusunda olmuş, hər iki iş üzrə sübutetmə predmentinə aid olan epizod üzrə dindirilərək Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilmişdir. Yekunda məhkəmə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxslə Şahid2 əlbir olaraq 10.12.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus evə qanunsuz daxil olaraq oradan “Samsung” markalı televizor və “Ariston” markal su qızıdırıcısı oğurlamışdır. Məhkəmənin yuxarıda qeyd olunanları müəyyən etməsinə baxmayaraq həmin epizod üzrə şahid Aləkbər Şirəliyevin ifadəsini digər təqsirləndirilən Şahid2 münasibətdə sübut hesab edərək sübutlar siyahısından xaric etməsi anlaşılan olmamış, nəzərə almamışdır ki, qeyd olunan ittiham onlara qabaqcadan əlbir olaraq törədilməyə görə irəli sürülmüşdür. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşılmamış, onların ifadələrində göstərdiklərinin həqiqəti əks etdirməsi və ya özünü müdafiə xarakterli olmasına münasibət bildirilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bildiyi epizodlarda Ramin Məmmədovun iştirak etmədiyini göstərmiş və özünü təqsirli bildiyi bəzi epizodları digər cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 iştirakı ilə törətməsini bildirmişdir. Sonrakı məhkəmə proseslərində başqa cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olan Şahid2 hazırkı cinayət işi üzrə məhkəmə prosesində şahid qismində dindirilməsi zamanı ifadəsində Şahid2lə birlikdə cinayət hadisəsi törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verməsinə tənqidi yanaşmanın əsaslarından biri onun və digər təqsirləndirilən şəxs Ramin Məmmədovun əvvəllər dəfələrlə məhkumluq həyatı yaşaması olmuşdur. Qeyd olunan hal məhkəmə prosesində aydın müşahidə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ramin Məmmədovun iştirakı ilə keçirilən proseslərdə Ramin Məmmədovun törədilmiş oğurluq cinayətlərində iştirak etmədiyini bildirmiş, özünü təqsirli bildiyi epizodları Şahid2 iştirakı ilə törətməsini göstərmişdir. Lakin Şahid2 dindirilməsi ilə keçirilən məhkəmə prosesində Təqsirləndirilən şəxs Şahid2lə də oğurluq cinayəti etməməsini göstərmişdir. Məhkəmə təqsiləndilən şəxs Təqsirləndirilən şəxs məhkəmə proseslərində biri digərinə ziddiyyətli ifadələrinə tənqidi yanaşmamış, onun hansı hissədə düzgün, hansı hissədə digər təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadələr verməsini nəzərə almamışdır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı təzyiq və təsir altında etiraf edici ifadələr verməsi ilə bağlı məhkəmədə göstərdiklərinə aydınlıq gətirməmiş, ümumiyyətlə belə halın olub-olmaması aydınlaşdırılmadan onların ibtidai istintaq zamanı verdikləri ifadələri deyil, məhkəmə istintaqı zamanı verdikləri ifadələri mötəbər sübut kimi qəbul edilmişdir İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 26.11.2020- ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Bunuzovna qəsəbəsi Çiləgər YYM-də yerləşən Zərərçəkmiş şəxs9 qızma məxsus bir mərtəbəli evə qapısı olmayan çərçivədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 200 manat dəyərində laqondanı, 01 ədəd 300 manat dəyərində kondisioneri, 01 ədəd 200 manat dəyərində ədyalı, hər birinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 210 manat olan 3 top elektrik naqilini, həyətdə olan digər iki mərtəbəli evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş ümumilikdə 380 manat dəyərində elektrik naqillərini gizli talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 02.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışları Şahid2 və X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs1 məxsus bir mərtədəli evinə həyətdə götürdüyü armatur parçası ilə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla taxta pəncərəsinin şüşəsini çıxartmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd dəyəri 350 manat olan “LG” markalı 42LN540V modelli televizoru, 01 ədəd 100 manat dəyərində DVD playeri, 01 ədəd 50 manat dəyərində video playeri, 01 ədəd 80 manat dəyərində ət çəkən maşını, 40 manat nağd pulu və həmin tarixə məzənnəsi 8,50 manat olan 5 ABŞ dollarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 628,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 04.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Sidqi Ruhulla küçəsi, döngə 2, ev 14 ünvanında yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs6 qızma məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd moderni, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarı, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatoru, 01 ədəd 60 manat dəyərində dreli, 100 manat dəyərində yataq dəstini və 200 manat dəyərində təmir alətlərini gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1860 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 07.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs2 qızma məxsus bir mərtəbəli evinin zirzəmisininin dəmir qapısının qıfılını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd dəyəri 100 manat olan “Arshia” markalı 3 predmentdən ibatər istifadədə olmamış qazan dəstini, 01 ədəd dəyəri 50 manat olan “Arshia” markalı 2 predmentdən ibarət olan istifadədə olmamış tava dəstini, 01 ədəd dəyəri 60 manat olan “Geffıld” markalı 3 predmentdən ibarət istifadədə olmamış qazan dəstini, 01 ədəd dəyəri 10 manat olan üzəri bəzəkli istifadədə olmamış çaydanı, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd "Tefal" markalı qazanı, bir ədəd 100 manat dəyərində boşqab dəstini, bir ədəd 100 manat dəyərində stakan dəstini, bir ədəd 50 manat dəyərində tavanı və bir dəst dəyəri 250 manat olan hamam ləvazimatlarını gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 09.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı moderni, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıqçəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 09.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən X9ma məxsus mağazaya barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Lamiyə Ələsgərova məxsus ümumilikdə 33,90 manat dəyərində 15 ədəd “Vinçester” göy kompakt, ümumilikdə 56,50 manat dəyərində 25 ədəd “Vinçester” boz kompakt, ümumilikdə 40,68 manat dəyərində 18 ədəd “Pallmall” boz nazik, ümumilikdə 51,98 manat dəyərində 23 ədəd “Pallmall” mentol nazik, ümumilikdə 11,30 manat dəyərində 5 ədəd “Pallmall” göy nazik, ümumilikdə 32,40 manat dəyərində 9 ədəd “Sobrania” qırmızı xətt, ümumilikdə 28,80 manat dəyərində 8 ədəd “Sobrania” göy xətt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd “Prima” sarı, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd “Prima” göy, ümumilikdə 36 manat dəyərində 20 ədəd “Vant” boz nazik, ümumilikdə 54,20 manat dəyərində 30 ədəd “Vant” qara nazik, ümumilikdə 60,90 manat dəyərində 30 ədəd “Vant” qırmızı Xline, ümumilikdə 16,10 manat dəyərində 7 ədəd “Vant” nazik Xline, ümumilikdə 41,20 manat dəyərində 20 ədəd “Vest” qalın, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd “Viceroy” göy, ümumilikdə 12,80 manat dəyərində 8 ədəd “Kingston” boz qalın sarı, ümumilikdə 44,50 manat dəyərində 25 ədəd “Magna” boz nazik, ümumilikdə 35,60 manat dəyərində 20 ədəd “Magna” qara, ümumilikdə 17,80 manat dəyərində 10 ədəd “Magna” boz kampakt, ümumilikdə manat dəyərində 7 ədəd “Magna” göy, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd “Kent 8” qalın, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd “Kent 4” qalın, ümumilikdə 66,40 manat dəyərində 20 ədəd “Kent 4” nazik, ümumilikdə 16,60 manat dəyərində 5 ədəd “Kent 1” nazik, ümumilikdə 55,20 manat dəyərində 20 ədəd “LD” nazik gümüşü, ümumilikdə 47,10 manat dəyərində 15 ədəd “Vinston” nazik gümüşü, ümumilikdə 63,20 manat dəyərində 20 ədəd “Vinston” boz kampakt, ümumilikdə 38,80 manat dəyərində 12 ədəd “Vinston XS” göy, ümumilikdə 31,90 manat dəyərində 10 ədəd “DavidofP’ sarı uzun, ümumilikdə 15,80 manat dəyərində 5 ədəd “Vinçester” nazik göy, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Vinçester” boz nazik, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Rotmans” mentol, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Rotmans” boz, ümumilikdə 22,60 manat dəyərində 10 ədəd “Rotmans” göy, ümumilikdə manat dəyərində 20 ədəd “Klasik” boz kompakt, ümumilikdə 19,70 manat dəyərində 10 ədəd “Klasik” qara kompakt, ümumilikdə 25,80 manat dəyərində 20 ədəd “LD” ağ kompakt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd “More” göy, ümumilikdə 10,50 manat dəyərində 6 ədəd “More” ağ, ümumilikdə 26,70 manat dəyərində 15 ədəd “Maqna” ağ siqaretlərini və ümumilikdə 25,80 manat dəyərində 3 kq-lıq “Manqal sosisi” gizli talayaraq zərərçəkmiş şəxs L.Y.Ələsgərovaya ümumilikdə 1468,16 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 10.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd dəyəri 200 manat olan “Samsung” markalı televizoru və 01 ədəd 140 manat dəyərində “Ariston” markalı su qızdırıcısmı gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 340 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 14.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkan-nəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 14.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanış X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli' talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Hökmə əsasən isə Təqsirləndirilən şəxs etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs9 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Hökmdən qanunvericilklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslər və məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla verilmiş apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apelyasiya protesti təmin edilməməli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 26.11.2020-ci il tarixdə saat 01 radələrində Adil ilə birlikdə Çiləgər yaşayış massivində işıqları yanmayan ev görmüşlər. Həmin evin pəncərəsi küçəyə baxmış və onlar plastik pəncərəni açaraq evə daxil olmuş və evdən bir ədəd laqonda, bir ədəd kondisioner, bir ədəd ədyal, 3 top elektrik naqilini götürmüş və evdən çıxmışlar. Bundan sonra həmin həyətdə olan digər ikimərtəbəli evə plastik pəncərədən girərək evə quraşdırılmış xeyli miqdarda elektrik naqillərini sökmüş və oradan çıxaraq oğurladıqları əşyaları götürərək uzaqlaşaraq Xanlar massivində yerləşən evinə getmişlər. Sabahsı gün o 8-ci km bazarına getmiş və oğurladıqları əşyaların hamısını birlikdə 140 manata tanımadığı şəxsə satmışdır. Əldə etdikləri pulları isə Adillə o yarı bölmüşlər. Bundan başqa, 01 dekabr 2020-ci il tarixdə yaşadığı Xanlar massivində Adillə görüşmüş və oğurluq etməklə bağlı hər ikisi razılaşmışlar. Bu səbəbdən gecənin düşməyini gözləmək üçün yaşadığı Xanlar massivində yerləşən evinə getmişlər. Onlar evdə bir müddət gözləmiş və 02.12.2020-ci il tarixdə saat təxminən saat 01 radələrində oğurluq etmək üçün Albalılıq yaşayış massivinə getmişlər. Təxminən saat 02 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində işığı yanmayan birmərtəbəli ev görmüşlər. Onlar həmin evə hasardan boylanmış və evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə keçmişlər. Bundan sonra onlar həyətdən armatur parçası tapmış və köməkləşib evin yan pəncərəsinin dəmir barmaqlıqlarını sındırmışlar. Bundan sonra onlar evin taxta pəncərəsinin şüşəsini çıxardaraq hər ikisi evə daxil olmuşlar. Onlar evin qapısını içəri tərəfdən bağlamışlar ki, gələn olsa xəbərləri olsun. Bundan sonra evi axtarmışlar və evdən bir ədəd LG markalı televizor və LG markalı DVD, bir ədəd video aparat, bir ədəd ət çəkən maşın, bir qədər qəpik pullar və 5 ABŞ dolları götürmüşlər. Onlar götürdükləri əşyaları evə girdikləri pəncərədən əvvəlcə həyətə yığmış, bundan sonra həmin əşyaları hasardan küçəyə çıxarmış və piyada onun yaşadığı Xanlar massivinə aparmışlar. Sabahsı gün oğurladıqları əşyalardan LG markalı televizoru Adil götürərək yaşadığı evə aparmış, qəpik pulları və 5 ABŞ dollarını isə o, götürmüşdür. Yerdə qalan LG markalı DVD, bir ədəd video aparat, bir ədəd ət çəkən maşını ortaq tanışları olan Mirağa adlı şəxsə 70 manat verərək satmışlar. Belə ki, o Mirağaya zəng vuraraq özünə məxsus əşyalar olduğunu bildirmiş və Mirağa yaşadığı evə gələrək əşyaların hamısına ümumilikdə 70 manat verərək almışdır. Həmin pulu Adillə o, hərəsinə 35 manat olaraq bölmüşlər. Bundan başqa, 07.12.2020-ci il tarixdə təxminən saat 02 radələrində Albalılıq yaşayış massivində işığı yanmayan ev görmüş və hasardan həyətə keçmişlər və evin pəncərəsindən evə baxdıqda evin təmirsiz olduğunu və evdə oğurlamalı heçnə olmadığından evə girməmişlər. Lakin evin zirzəmisinin qapısında olan qıfılı sındırmış və zirzəmiyə daxil olmuşlar. Oradan müxtəlif məişət əşyaları, qazan dəstləri götürərək zirzəmidən çıxmış və hasardan küçəyə keçərək oğurladıqları əşyaları yaşadığı Xanlar massivində yerləşən evinə aparmışlar. Qeyd etmişdir ki, həmin əşyaların bir qismi istintaqa təqdim etdiyi əşyalardır. Bir qismini isə sabahsı gün 8-ci km bazarına apararaq tanımadığı şəxsə 60 manata satmış və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 09.12.2020-ci il tarixdə gecə saat 02 radələrində Çiləgər yaşayış massivində olarkən Adillə birlikdə oğurluq etmək üçün ev axtarmışlar. Həmin vaxt işığı yanmayan ev görmüş və evin küçəyə baxan pəncərəsini əlləri ilə açaraq evə daxil olmuşlar. Həmin evdən 01 ədəd samovar, 01 ədəd gidrafon və müxtəlif növ çoxlu sayda ev üçün məişət əşyaları və yataq süfrə dəstləri götürərək evə girdikləri yerdən çıxmışlar. Həmin əşyaları onlar təxminən 200 metr aralıda boş sahəyə hasarın dibinə yığmış və geri qayıdaraq oğurluq etdikləri evin yaxınlığındakı mağazaya girmişlər. Belə ki, təxminən saat 03 radələrində mağazanın pəncərəsinin dəmir barmaqlıqlarını sındırmış və plastik pəncərəni açaraq içəriyə daxil olmuşlar. Onlar mağazadan vitrindən müxtəlif markalı çoxlu sayda siqaretlər və bir paçka sosiska götürmüş və oradan çıxaraq boş sahəyə hasarın dibinə yığdıqları əşyaları götürmüş və onun yaşadığı evə getmişlər. Qeyd etmişdir ki, oğurladıqları siqaretləri onlar birlikdə çəkib qurtarmış, sosisi isə yemişlər. Sabahsı gün isə o oğurladıqları əşyaları götürərək sabunçu rayonu ərazisində hamısını bir yerdə 280 manata satmışdır. Həmin pulu isə Adillə o yarı bölərək öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa, o, Adil ilə 10.12.2020-ci il tarixdə təxminən saat 02 radələrində Albalılıq yaşayış massivində olarkən işığı yanmayan ev görmüş və hasardan həyətə keçmişlər. Bundan sonra evin plastik pəncərəsini açaraq içəriyə daxil olmuşlar. Həmin evdən bir ədəd televizor və bir ədəd su qızdırıcı aparat götürmüşlər. Bundan sonra onlar yaşadığı Xanlar massivində yerləşən evinə getmişlər. Sabahsı gün oğurladıqları su qızdırıcısını Adil evlərinə aparmışdır. Televizoru isə o 8-ci km bazarında tanımadığı şəxsə 40 manata satmışdır. Lakin, təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda olan digər oğurluq cinayətləri hissəsində özünü təqsirli bilmədiyini, həmçinin etmiş olduğu oğurluq cinayətlərinin heç birində Ramin Məmmədovun iştirak etmədiyini və həmin oğurluq cinayətləri üzrə olan epizodları etiraf etməsi və etmiş olduğu oğurluq cinayətlərini Ramin Məmmədovla etdiyini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən onlara təzyiq edildiyini qeyd etmişdir. Bu səbəbdən də məcbur qalaraq həmin epizodları öz üzərinə götürmüş və etmiş olduğu cinayət əməllərini Ramin Məmmədovla etdiyini bildirmişdir. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X13 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilmir və həmin oğurluq cinayətləri üzrə olan epizodları etiraf etməsi üçün polis əməkdaşları tərəfindən onlara təzyiq edildiyini qeyd etmişdir. Bu səbəbdən də məcbur qalaraq həmin epizodları öz üzərinə götürmüşdür. Apellyasiya baxışında Zərərçəkmiş şəxs6 nümayəndəsi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında Zərərçəkmiş şəxs6 məxsus evi vardır. 03.12.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində o həmin evdən çıxaraq şəhərdə yerləşən evinə getmişdir. 05.12.2020-ci il tarixdə saat təxminən 13 radələrində Buzovna qəsəbəsində yerləşən evinə getdikdə evinin yataq otağına açılan pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə olduğunu və plastik pəncərəsinin açıq olduğunu görmüşdür. O evə daxil olmuş və evdən oğurluq baş verdiyini görərək bu barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, zərərçəkmiş şəxsə məxsus evdən 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizor, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modem, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan samovar, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşın, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan vintilyator, 01 ədəd 60 manat dəyərində drel, 100 dəyərində yataq dəsti və 200 manat dəyərində müxtəlif təmir alətləri oğurlanmışdır. Oğurluq nəticəsində Zərərçəkmiş şəxs6 1860 manat maddi ziyan dəymişdir. Bundan başqa bildirmişdir ki, dəmir barmaqlıqların sındırılması nəticəsində Zərərçəkmiş şəxs6 100 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Apellyasiya baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məlik Dadaşov küçəsində ona məxsus iki mərtəbəli bağ evi vardır. Həmin bağ evi tam təmirli və yaşamaq üçün tam yararlı olmuşdur. Sadəcə olaraq həmin bağ evində o ailəsi ilə birlikdə yay aylarında yaşamışdır. Sonuncu dəfə o həmin bağ evində 13.12.2020-ci il tarixdə olmuşdur. 20.12.2020-ci il tarixdə o bağ evinə gəldikdə evin mətbəx otağına açılan pəncərənin dəmir barmaqlığının sındırıldığını görmüşdür. O evə baxış keçirtmiş və evdən oğurluq olduğunu görmüşdür. O dərhal oğurluq barədə polisə məlumat vermişdir. Ona məxsus evdən 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalça, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalça, 01 ədəd dəyəri 500 manat dəyərində oyma divar saatı, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyal, 01 ədəd 30 manat dəyərində parça örtük, 01 ədəd 30 manat dəyərində divar saatı, 200 ABŞ dolları pul, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebook, 01 ədəd 40 manat dəyərində nərdivan, 01 ədəd 250 manat dəyərində isidici soba və 01 ədəd 30 manat dəyərində ütü oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2520 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir İş materiallarında olan 17.12.2020-ci il tarixli və 25.12.2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan 17.12.2020-ci il tarixli və 25.12.2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokollardan sifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, X13 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı iki hissəli tava dəsti, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydan Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd 107 diaqonallı “LG” markalı televizor Şahid2 götürülmüşdür. İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 01 ədəd 107 diaqonallı “LG” markalı televizora baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə əldə olunmuş 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsi, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydana baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş mayeriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 9/135 saylı rəyindən görünür ki, istifadədə olmamış, “Arshia” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst – bir ədədinin qiyməti 100 manat - ümumi dəyəri 100 manat İstifadədə olmamış, “Arshia” markalı, 2 predmentdən ibarət tava dəsti - 1 dəst bir ədədinin qiyməti 50 manat - ümumi dəyəri 50 manat İstifadədə olmamış, “Geffild” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 60 manat ümumi dəyəri 60 manat İstifadədə olmamış, üzəri bəzəkli çaydan - 1 ədəd - bir ədədinin qiyməti 10 manat - ümumi dəyəri 10 manat İstifadədə olmuş, “LG” markalı, 42LN540V modelli televizor - 1 ədəd - bir ədədinin qiyməti 350 manat - ümumi dəyəri 350 manat Ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 570,00 manat müəyyən edilir İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İlk öncə məhkəmə kollegiyası apellyasiya protestinə münasibətdə X7 təqsirinin sübuta yetirilməsi ilə bağlı xüsatları araşdıraraq ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması protokollarına, 22 dekabr 2020-ci il tarixli və 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi protokollarına qiymət verərkən məhkəmə kollegiyası cinayət işi üzrə sübut kimi qəbul edilmiş baxış və götürmə protollarında göstərilmiş (aşkar edilib götürülmüş) əşyalar cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aid epizodlara aid olduğundan, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən, lakin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində etmiş olduğu oğurluq cinayətlərinin heç birində Ramin Məmmədovun iştirak etmədiyini qeyd etdiyindən, həmçinin həmin əşyaların Təqsirləndirilən şəxs və Şahid2 məxsus yaşayış evindən götürüldüyündən hesab edir ki, birinci instansiya məhkəməsi haqqlı olaraq cinayət işi üzrə sübut kimi qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması protokolları, 22 dekabr 2020-ci il tarixli və 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi protokolları təqsirləndirilən şəxs X8 aid olan hissədə sübutlar siyahısından çıxarılmasına dair qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verən şahidlər Şahid2 və ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X2 ifadələrindən də göründüyü kimi X7 təqsirliliyinə dəlalət edən hər hansı bir hal movcud deyil və sonuncunun zərərçəkmiş şəxslərin əmlakını oğurlamasına dair hər hansı bir mötəbər sübut eldə edilməmişdir. Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətlərin faktiki hallarına uyğun nəticəyə gəlmiş və qeyd edilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübut olunduğu üçün Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs9 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi iş materialları ilə tam təsdiq edilir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 4 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məxsus əmlaklarının oğurlanması hissəsində qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri iş materiallarında olan sənədlər, proses iştirakçılarının ifadələri və işin digər faktiki halları ilə sübuta yetirilmir və təqsirləndirilən şəxsin yuxarıda qeyd 4 epizod üzrə təqsirli olmamasını təkzib edə biləcək hər hansı hal iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verən şahidlər Şahid2 və ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X2 ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda olan 4 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məxsus əmlakların oğurlanması barədə təqsirliliyinə dəlalət edən hər hansı bir hal movcud deyil və sonuncunun yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərin əmlakını oğurlamasına dair hər hansı bir mötəbər sübut eldə edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs və X7 oğurluq cinayətləri üzrə olan epizodları etiraf etmələri üçün polis əməkdaşları tərəfindən onlara təzyiq edilməsi ilə bağlı məsələlər müvafiq sorğular verilməklə araşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X7 barələrində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(003)-206/2021 saylı qərarından təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs və X13 onlara işgəncə verildiyini göstərmişdirlər. Bununla bağlı Azərbaycan Respublikası Xəzər rayon prokurorluğuna verilmiş sorğuya 13 yanvar 2022-ci il tarixli, Xid-58/22 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 saylı X4 rayon prokurorluğuna daxil olmuş xüsusi məlumatda 19.12.2020-ci il tarixdə təxminən saat 16:10 radələrində Xəzər RPİ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən həbsdə saxlanılan şəxs X7 21.12.2020-ci il tarixdə təxminən saat 11:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sağ bilək nahiyəsinin iki ədəd kəsilmiş qərtməkli yaralarının aşkar olunması göstərilmişdir. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınarkən həbsdə saxlanılan Ramin Məmmədov həmin xəsarətləri həbs olunmamışdan əvvəl öz ehtiyatsızlığından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs X3 bilək nahiyəsinin iki ədəd kəsilmiş qərtməkli yaralarını həbs olunmamışdan əvvəl öz ehtiyatsızlığından aldığını bildirdiyi üçün həmin xüsusat üzrə rayon prokurorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il-ci il tarixli, 01 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları (əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, ondan şikayət və tələblərinin olmamasını, dəymiş ziyanı ödəməsini), cəzalarını ağırlaşdıran halların (cinayətlərin residivi) olmasını nəzərə alaraq məhkumlara ədalətli cəza təyin etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Lənkəran rayonunda doğulmuş Təqsirləndirilən şəxs Əzizbəyov Rayon Məhkəməsinin 24.11.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 29,177.2.1, 177.2.2, 177.2.3 və 66.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 17.01.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin 15.02.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. 22.04.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 29,177.2.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 01.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs9 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin qərarın 4-cü bəndinə əsasən bu qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılır. Həmin qərarın 9.2.3-cü maddəsinə əsasən bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla məhkəmələr bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qərarın müddəaları Təqsirləndirilən şəxs da şamil olunur və sonuncunun barəsində 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktı tədbiq olunaraq bu Qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olduğu üçün, çəkilməmiş cəzası 6 ay azaldılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və X7 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L İ R: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə məhkum edilməsinə və X7 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4, 9.2.3, 9.3-cü bəndləri tətbiq olunsun, ona təyin edilmiş 03 (üç) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılsın və üzərində 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 70 (yetmiş) saat üçün cəmi 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq vəkil Müdafiəçi3 işlədiyi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən bəaət verilmiş şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 70 (yetmiş) saat üçün cəmi 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq vəkil Müdafiəçi4 işlədiyi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər Sədrlik edən: Faiq Qasımov Hakim: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-51/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-51/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver