Məhkəmə qərarları › İş №1(103)-511/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-511/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-511/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, məhkum olunmuş Təqsirləndirilən şəxs, müdafiəçi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 310, 32.4,312.2, 32.4,312-1.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-572/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən və zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında ilkin baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-572/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakim Novruz Kərimovun sədrliyi, hakimlər Ramella Allahverdiyeva və Rasim Sadxıov) xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29,178.2.4, 178.3.2, 310, 32.4, 312.2, 32.4, 312-1.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4, 178.3.2-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312-1.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq you ilə ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü ilə tətbiq olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanımış şərti məhkumetmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsində göstərilən əsaslarla ona cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlanıldığı 19 may 2017-ci il tarixdən 03 yanvar 2018-ci il tarixə qədər həbsdə saxlanıldığı 07 (yeddi) ay 15 (on beş) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılmış, ona təyin edilmiş cəzanın qalan müddəti 10 (on) il 04 dörd) ay 15 (on beş) gün müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Qax şəhər sakini Şahid31 özbaşına özünü vəzifəli şəxs, yəni 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Baləkən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək həmin Komissiyanın üzvü olmaqla qərar qəbul etmək səlahiyyətinə malik səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslərə komissiya üzvü kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid31 xeyrinə, yəni zəlzələ nəticəsində onun ünvan 3 ünvanında yerləşən uçmuş vəziyyətdə olan evinin komissiya tərəfindən bərpa edilməsi və ya onun üçün yeni evin tikilməsini təmin etməyə görə qeydiyyata alındığı siyahıda 157-ci növbədə olmasını, özünün həmin siyahıda onun növbəsinin əvvələ çəkilməklə tezləşdirililməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid31 yalandan bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin adla 2014-cü ilin avqust ayında sonuncunun yaşadığı ünvan 4 ünvanında yerləşən evində Şahid31 4.000 manat məbləğində pul vəsaitini alıb, şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid31 məxsus 4.000 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid31 xeyrinə edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid31 təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2016-cı ilin aprel ayında qardaşı Şahid14 2007-ci ildə öz xahişi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon X4 yanğın söndürən vəzifəsindən azad olunması ilə əlaqədar sonuncunun həmin vəzifəyə bərpa edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinin inspektoru kimi təqdim edərək özünün həmin Nazirlikdə işləməsi ilə əlaqədar Şahid14 qeyd edilən vəzifəyə bərpa etdirmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid14 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 6.600 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən Zərərçəkmiş şəxs1 bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 2016-cı ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 53 ünvanda yerləşən Sabunçu rayon polis idarəsinin Dövlət yolpolisi şöbəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 6.600 manat məbləğində pul vəsaitini alıb, sonuncunu inandırmaq və barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını almaq niyyəti ilə istintaqla müəyyən edilməyən yerdə və şəraitdə kompüterdə 2016-cı ilin iyul ayında hüquq verən rəsmi sənədləri, yəni 23 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Kadrlar Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akif Məmmədovun adından Şahid14 Xaçmaz rayon X15 Hissəsinə sürücü işinə təyin edilməsi və 03 (üç) ay sınaq müddətinə göndərilməsinə dair imza və arayışlar üçün möhürlə təsdiqlənməsi görüntüsü yaradan, üzərində heç bir tarix və qeydiyyatı əks olunmayan, gerbli blankda çap edilmiş ******* nömrəli saxta əmri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general mayor Sevda İsmayılovanın adından Şahid14 Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Xaçmaz rayon X15 Hissəsinə sürücü vəzifəsinə xidmətə qəbul edildiyi və 03(üç) ay sınaq müddəti ilə FHN-nin Akademiyasına göndərilməsinə dair imzasız, möhürsüz, üzərində heç bir tarix və qeydiyyatı əks olunmayan, gerbli blankda çap edilmiş saxta arayışı, həmçinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general mayor Pənah Süleymanovun adından Şahid14 Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Xaçmaz rayon X15 Hissəsinə 03 (üç) ay sınaq müddətinə göndərilməsinə dair imzasız, möhürsüz, üzərində əlyazma ilə “25.07.2016, Raziyam” dərkənarı əks olunmaqla gerbli blankda çap edilmiş 544 nömrəli saxta göndərişin surətlərini vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədlərin saxta olmasını bilə-bilə onlardan qanunsuz olaraq istifadə edərək özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi telefonla həmin saxta rəsmi sənədlərin şəklini çəkib həmin telefonunda quraşdırılmış “Whatsapp” tətbiqetməsi vasitəsilə 2016-cı ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə istifadə etdiyi “Whatsapp” tətbiqetməsinə göndərməklə sonuncunu Şahid14 işlə təmin olunduğuna inandırıb aldatmaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs1 Kadrlar şöbəsinin inspektoru, yəni vəzifəli şəxs kimi həmin Nazirliyin tabeliyində olan müxtəlif qurumlarda vakant yerlər barədə məlumatlı olmasını, onun digər qohumlarının da işə qəbul olunmasında köməklik göstərə biləcəyini 2016-cı ilin aprel ayında yalandan bildirib, sonuncunun bacısı oğlu Şahid13 həmin Nazirliyin X15 Xidmətinin Quba rayon Dövlət X4 işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid13 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 6.400 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib Zərərçəkmiş şəxs1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2016-cı ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 53 ünvanda yerləşən Sabunçu rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 6.400 manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs1 Kadrlar şöbəsinin inspektoru, yəni vəzifəli şəxs kimi həmin Nazirliyin tabeliyində olan müxtəlif qurumlarda vakant yerlər barədə məlumatlı olmasını, onun digər qohumlarının da işə qəbul olunmasında köməklik göstərə biləcəyini 2016-cı ilin aprel ayında yalandan bildirməsi ilə əlaqədar sonuncunun bacısı oğlu Şahid12 həmin Nazirliyin X15 Xidmətinin Xaçmaz rayon Dövlət X4 işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 6.400 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib Zərərçəkmiş şəxs1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2016-cı ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 53 ünvanda yerləşən Sabunçu RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 6.400 manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs1 Kadrlar şöbəsinin inspektoru, yəni vəzifəli şəxs kimi həmin Nazirliyin digər qurumları ilə də yaxşı əlaqələrinin olmasını Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə məxsus işlənmiş 2011-ci il istehsallı “X31” markalı “**-FH-***” nömrə nişanlı avtomobilin istismar müddətinin bitməsi ilə əlaqədar həmin avtomobilin çıxarılacağı hərracdan kənar ucuz qiymətə ona satılmasını təşkil edə biləcəyini 2016-cı ilin may ayında Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin avtomobilin ona satılması adı ilə 2016-cı ilin may ayında ünvan 8 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 14.000 manat məbləğində pul vəsaitini alıb, sonuncunu inandırmaq və barəsində hüquqmühafizə orqanlarına şikayət etməsinin qarşısını almaq niyyəti ilə istintaqla müəyyən edilməyən yerdə və şəraitdə kompüterdə 2016-cı ilin iyul ayında hüquq verən rəsmi sənədi, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin birinci müavini, generalleytenant Rəfail Mirzəyevin adından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinə məxsus olan **-FH-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “X31” markalı avtomobilin istismarının dayandırılmasına dair imzalanması və arayışlar üçün möhürlə təqdiqlənməsi görüntüsü yaradan, üzərində heç bir tarix və qeydiyyatı əks olunmayan, FHN-nə aid gerbli blankda çap edilmiş saxta təqriri istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqdan sonra həmin sənədin saxta olmasını bilə-bilə ondan qanunsuz olaraq istifadə edərək özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi telefonla həmin saxta rəsmi sənədlərin şəklini çəkib həmin telefonunda quraşdırılmış “Whatsapp” tətbiqetməsi vasitəsilə həmin ay ərzində Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə istifadə etdiyi “Whatsapp” tətbiqetməsinə göndərib sonuncunu aldatmaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs1 Kadrlar şöbəsinin inspektoru, yəni vəzifəli şəxs kimi həmin Nazirliyin tabeliyində olan müxtəlif qurumlarda vakant yerlər barədə məlumatlı olmasını, onun digər qohumlarının da işə qəbul olunmasında köməklik göstərə biləcəyini 2016-cı ilin aprel ayında yalandan bildirməsi ilə əlaqədar sonuncunun bacısı qızı X10 həmin Nazirliyin X15 Xidmətinin Xaçmaz Rayon Regional Şöbəsində işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Gülçin Həmidovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 7.400 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib Zərərçəkmiş şəxs1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2016-cı ilin may ayında ünvan 8 ünvanda yerləşən Azərbaycan Respublikası FHN-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 7.400 manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs1 Kadrlar şöbəsinin inspektoru, yəni vəzifəli şəxs kimi həmin Nazirliyin tabeliyində olan müxtəlif qurumlarda vakant yerlər barədə məlumatlı olmasını, onun digər qohumlarının da işə qəbul olunmasında köməklik göstərə biləcəyini 2016-cı ilin aprel ayında yalandan bildirməsi ilə əlaqədar sonuncunun bacısı oğlu X17 həmin Nazirliyin X15 Xidmətinin Xaçmaz Rayon Regional Şöbəsində işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Elçin Quliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 6.600 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib Zərərçəkmiş şəxs1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2016-cı ilin may ayında ünvan 8 ünvanda yerləşən Azərbaycan Respublikası FHN-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 6.600 manat məbləğində pul vəsaitini almaqla, əldə etdiyi cəmi 47.400 manat məbləğində pul vəsatini şəxsi məqsədlərinə sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 47.400 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb bilə-bilə həmin saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid14, Şahid13, Şahid12, Gülçin Həmidovanın və Elçin Quliyevin xeyirlərinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü üçün maddi nemətin rüşvət qismində verilməsinə şəxsən Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi vahid niyyətlə təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2015-ci ildə öz xahişi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanlığının tağım komandiri vəzifəsindən azad olunmuş Bakı şəhər sakini Şahid25 həmin Nazirliyə işə bərpa olunmasında köməklik göstərilməsinə dair 2016cı ilin iyul ayında özünə müraciəti ilə əlaqədar sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli vəzifəli şəxs kimi təqdim edərək, onun həmin Nazirliyə bərpa olunmasında köməklik göstərmək imkanına malik olmasını yalandan bildirib Şahid25 aldatmaqla bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid25 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 12.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib Şahid25 7.000 manat pul vəsaiti verə biləcəyini bildirməsi ilə əlaqədar onunla sonuncu məbləğə razılaşmaqla sövdələşib, həmin adla Şahid25 2016-cı ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən “Şaurma” restoranında 3.000, 10 gün sonra isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yanında olan çayxanada 4.000 manat olmaqla, cəmi 7.000 manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid25 məxsus 7.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid25 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü üçün maddi nemətin rüşvət qismində verilməsinə şəxsən sonuncunu təhrik etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinin inspektoru kimi təqdim edib, həmin Nazirlikdə işləyən şəxs kimi Nazirliyin digər qurumları ilə də yaxşı əlaqələrinin olmasını və Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə məxsus işlənmiş 2012-ci il istehsallı “Hyundai County” markalı, “**-FH-***” nömrə nişanlı avtobusun istismara yararsız kimi sənədləşdirilib ona satılmasını təşkil edə biləcəyini 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 yalandan bildirib onu aldadaraq, həmin adla sonuncudan 2016-cı ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, məhəllə 501 ünvanında yerləşən Azərbaycan Respublikası FHN-nin inzibati binasının qarşısında 20.000 manat, bir neçə gün sonra ünvan 9 ünvanında yerləşən “Bakı avtomobil bazarı” ərazisində 10.000 manat və həmin ilin sentyabr ayının sonunda sonuncu ünvanda daha 5.000 manat, ümumilikdə 35.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 35.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, eyni niyyətlə, 2016-cı ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 sənədləşdirmə işlərinin yekunlaşdırılması və həmin avtobus üçün Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinə əlavə olaraq 8.300 (səkkiz min üç yüz) manat məbləğində pul vəsatinin avtomobilin dəyəri kimi ödənilməsinin zəruri olmasını bildirib, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 8.300 (səkkiz min üç yüz) manat məbləğində pul vəsatinin ödənilməsinin zəruriliyinə dair məzmununa yalan məlumatların daxil edildiyi Azərbaycan Respublikası FHN-nə aid gerbli və blanklı olmaqla istintaqa təqdim edilməyən sənədləri istintaqla müəyyən edilməyən şəxs vasitəsilə Zərərçəkmiş şəxs2 ünvan 11 ünvanda yerləşən “Odlar Yurdu Universiteti”nin yaxınlığında göstərdiyi zaman sonuncu həmin sənədlərin notarial qaydada təsdiqlənməsindən sonra pulu verə biləcəyini bildirməsi ilə əlaqədar 8.300 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 almağa nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 43.300 manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda bacısı oğlu X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək əmək haqqı ilə sürücü kimi işə qəbul olunmasında köməklik göstərilməsinə dair 2017-ci ilin fevral ayında özünə müraciət edən Bakı şəhər sakini Şahid24 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək Emil Məlikovun qeyd edilən işə qəbul olunmasında köməklik göstərmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Emil Məlikovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib Şahid24 razılığını almaqla onunla sövdələşib, həmin adla 13 mart 2017-ci il tarixdə ünvan 8 ünvanda yerləşən FHNnin inzibati binasının qarşısında X21 İsmiyevə məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini alıb, 26 mart 2017-ci il tarixdə işin tezləşdirilməsi üçün əlavə 300 (üç yüz) manat pul vəsaitinin də ödənilməsinin zəruri olmasını bildirib, həmin adla Şahid24 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 25 ünvanda yerləşən telefon mağazasının qarşısında 300 (üç yüz) manat pul vəsaitini alıb, əldə etdiyi Şahid24 məxsus cəmi 1.800 (bir min səkkiz yüz) manat pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 1.800 (bir min səkkiz yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Emil Məlikovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü üçün maddi nemətin rüşvət qismində verilməsinə şəxsən sonuncunu və Şahid24 təhrik etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin aprel ayında Bakı şəhər sakini X12 guya özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavininin sürücüsü, həmçinin bir çox şirkətlərə nəzarət funksiyası olan şəxs kimi təqdim edib, öz həqiqi təsir imkanlarından istifadə edərək “BP Azərbaycan” şirkətinin səlahiyyətli vəzifəli şəxsinin Mayil Kərimovun həmin şirkətə sürücü kimi işə qəbul edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu yalandan deməklə həmin məsələnin müsbət həllindən ötrü özü üçün birbaşa yolla maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını şəxsən bildirərək Mayil Kərimovun 1.000 manat məbləğində pul verə bilmək imkanında olmasını bildirməsi ilə əlaqədar həmin məbləğə onunla razılaşmaqla sövdələşib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə, həmin adla 10 aprel 2017-ci il tarixdə ünvan 13 ünvanında şəxsən Mayil Kərimovdan 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Mayil Kərimova məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla maddi nemətin verilməsinə, yəni vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə Mayil Kərimovu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin aprel ayında Bakı şəhər sakini Şahid20 özünün “xxxx” MMC-də işləməklə sonuncunu həmin cəmiyyətə sürücü kimi işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün guya vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 14 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kamran” çay evində şəxsən Şahid20 1.000 (bir min) manat, 18 aprel 2017-ci il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında 1.000 (bir min) manat pul vəsaitini alıb, şəxsi məqsədlərinə sərf edərək Şahid20 məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin iyun ayında Bakı şəhər sakini Şahid18 sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid17 vasitəsilə özünün “xxxx” MMC-nin səlahiyyətli vəzifəli şəxsi olmasını bildirib Şahid18 həmin cəmiyyətə aylıq 2.200 manat əmək haqqı almaqla sürücü kimi işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid17 vasitəsilə aldatmaqla bildirib Şahid18 razılığını almaqla onunla sövdələşib, həmin adla 2017-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avto-ehtiyat hissələrinin satışı obyektinin qarşısında Şahid18 2.000 manat məbləğində pul vəsaitini Şahid17 vasitəsilə alıb, şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid18 məxsus cəmi 2.000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Şahid17 vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid18 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin iyun ayında Bakı şəhər sakini Şahid19 sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid17 vasitəsilə özünün “xxxx” MMC-nin səlahiyyətli vəzifəli şəxsi olmasını bildirib, Şahid19 həmin cəmiyyətə aylıq 2.200 manat əmək haqqı almaqla sürücü kimi işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid17 vasitəsilə aldatmaqla bildirib Şahid19 razılığını almaqla onunla sövdələşib, həmin adla 2017-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avto-ehtiyat hissələrinin satışı obyektinin qarşısında Şahid19 2.000 manat məbləğində pul vəsaitini Şahid17 vasitəsilə alıb, şəxsi məqsədlərinə sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid19 məxsus cəmi 2.000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin(səlahiyyətinin) icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Şahid17 vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid19 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin avqust ayında Bakı şəhər sakini Şahid22 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli əməkdaşı, həmçinin xidməti fəaliyyəti ilə əlaqədar bir çox şirkətlərə nəzarət funksiyası olan vəzifəli şəxs kimi təqdim edərək öz həqiqi təsir imkanlarından istifadə edərək “xxxx” MMC-nin səlahiyyətli vəzifəli şəxsinin Şahid22 qohumu Şahid23 həmin cəmiyyətə aylıq 1.000 manat əmək haqqı ilə sürücü kimi işə qəbul edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu yalandan deməklə həmin məsələnin müsbət həllindən ötrü özü üçün birbaşa yolla maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını, ilkin olaraq 1.200 manat verilməklə 1.300 manatının isə iş düzəldikdən sonra verilməsini Şahid22 vasitəsilə bildirib Şahid23 razılığını almaqla onunla sövdələşib, həmin adla 2017-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elite” ticarət mərkəzinin qarşısında yerləşən çayxanada Şahid22 1.200 manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid22 məxsus 1.200 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla maddi nemətin verilməsinə, yəni vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə Şahid22 vasitəsilə Şahid23 təhrik etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin sentyabr ayında Bakı şəhər sakini X1 cinayətdən xəbərsiz olan tanışı Şahid30 vasitəsilə özbaşına özünü vəzifəli şəxs, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qaraj xidmətinin müdiri kimi təqdim edərək, Bəxtiyar Bəhramova məxsus “Mercedes Sprinter” markalı “**-VH-***” dövlət nömrə nişanlı avtobusu xəstə uşaqların daşınması üzrə xidməti reysə salmaqla 2.500 manat əmək haqqı ilə onu da həmin avtobusa sürücü kimi işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Bəxtiyar Bəhramovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib Bəxtiyar Bəhramovun razılığını almaqla onunla sövdələşib, həmin adla 2017-ci ilin sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Heydər Əliyev” mərkəzinin qarşısında Bəxtiyar Bəhramovdan 2.500 manat pul vəsaitini şəxsən alıb, şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Bəxtiyar Bəhramova məxsus 2.500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Bəxtiyar Bəhramovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2017-ci ilin oktyabr ayında Bakı şəhər sakini Şahid28 özbaşına özünü vəzifəli şəxs, yəni “X23”nin Nəqliyyat xidmətinin rəisi kimi təqdim edərək Şahid28 məxsus “Mersedes Benz-Vito” markalı “**-LF-***” dövlət nömrə nişanlı avtomobili Nəqliyyat Departamentində qeydiyyata aldırdıqdan sonra sürücü və avtomobilin sığortalanmasını təşkil etməklə həmin mərkəzin nəzdində turist daşınması ilə fəaliyyət göstərən şirkətə 2.400 manat əmək haqqı müqabilində icarəyə verəcəyinə yalan vədlər verib aldadaraq, bunun üçün avtomobilin 2.000 manat ödənilməklə sığortalanmasının zəruri olmasını bildirib, həmin adla 20 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu “Azneft” dairəsinin yaxınlığında Şahid28 2.000 manat məbləğində pul vəsaitini alıb, həmçinin, eyni niyyətlə, avtobusa sürücü kimi təyin ediləcək şəxsin sənədlərinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində yoxlamadan keçirilməklə müsbət cavab alınmasının vacibliyini bildirib, bunun üçün yaxın münasibətdə olduğu həmin xidmətin vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid28 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 400 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib Şahid28 razılığını almaqla onunla sövdələşib, həmin adla 26 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən “Avesta” Konserninin inzibati binasının arxasında Şahid28 400 manat məbləğində pul vəsaitini alaraq, həmçinin, eyni niyyətlə, 2017-ci ilin oktyabr ayının sonlarında Şahid28 onu həmin Mərkəzdə mətbuat xidmətinin rəisi vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin(səlahiyyətinin) icrası ilə əlaqədar Şahid28 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 14.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini, ilkin olaraq 7.000 manatın verilməli olmasını, qalan 7.000 manatın isə əmr verildikdən sonra təqdim edilməli olmasını bildirib, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ilkin veriləcək 7.000 manatı da ondan notarial qaydada borc müqaviləsi bağlanmaqla alacağını deməklə Şahid28 özünə tam inandıraraq onunla razılaşmaqla sövdələşib, həmçinin, gələcəkdə özü barəsində mümkün şikayətin edildiyi təqdirdə məsələnin mülki xarakter kəsb etməsi iddiası ilə çıxış etmək məqsədilə 31 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanda yerləşən 5 saylı “ASAN xidmət Mərkəzi”ndə fəaliyyət göstərən notariat kontorunda 20 noyabr 2017-ci il tarixədək qaytarmaq şərti ilə Şahid28 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini borca almasına dair reyestrdə 3M-460 nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsi bağlamaqla 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini həmin mərkəzdə Şahid28 həmin gün alıb, əldə etdiyi cəmi 9.400 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid28 məxsus cəmi 9.400 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid28 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Mərkəzin, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2018-ci ilin yanvar ayında Bakı şəhər sakini Şahid6 özbaşına özünü “X33”da sektor müdiri işləyən səlahiyyətli vəzifəli şəxs kimi təqdim edərək onu həmin Fonda sürücü vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin fevral ayında Şahid6 Bakı şəhəri, Nərimanov rayonu, X23nin yaxınlığında 2.200 manat, bundan bir həftə sonra isə Bakı şəhəri, Yasamal rayonu Qələbə dairəsinin qarşısında 7.000 manat pulu həmin işi cəmi 9.200 manata görməyə razılığını bildirib almaqla, həmçinin, eyni niyyətlə, sonuncuya qardaşı X13 da həmin Fonda işə düzəltmək imkanına malik olmasını Şahid6 yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Rüstəm Kərimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 1.400 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib, Şahid6 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin mart ayında Şahid6 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “X23”nin yaxınlığında 1.400 manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, Şahid6 xalası qızı X8 da həmin Fonda işə düzəltmək imkanına malik olmasını Şahid6 yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Samirə Aslanovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 1.400 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib, Şahid6 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin mart ayında Şahid6 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “X23”nin yaxınlığında 1.400 manat məbləğində pul vəsaitini almaqla, əldə etdiyi cəmi 12.000 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək Şahid6 məxsus cəmi 12.000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid6, Samirə Aslanovanın və Rüstəm Kərimovun xeyirlərinə edəcəyi hərəkətlərə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid6 vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2018-ci ilin fevral ayında Bakı şəhər sakini Şahid3 özbaşına özünü “X33”nda sektor müdiri işləyən səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək Şahid3 atası X11 həmin Fonda sürücü vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Zakir Quliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 5.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib, sonuncunun maddi imkanının aşağı olmasını bildirməsi ilə əlaqədar 3.300 manata həmin işi görəcəyinə onunla razılaşaraq sövdələşib, həmin adla 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Saatlı bina” adlanan yerin qarşısında Şahid3 3.300 manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 3.300 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Zakir Quliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid3 təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2018-ci ilin aprel ayında Sumqayıt şəhər sakini Şahid1 özbaşına özünü “X33”nun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək onu həmin Fonda sektor müdiri vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 28.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 19 may 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Oksford Məktəbinin” yaxınlığında olan yanacaq doldurma məntəqəsinin yanında yerləşən çayxanada 13.000 manat, 4 iyun 2018-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Qurd Qapısı” restoranın qarşısında 15.000 manat pulu Şahid1 alıb, əldə etdiyi cəmi 28.000 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 28.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2018-ci ilin iyun ayında Bakı şəhər sakini Şahid2 özbaşına özünü “X33”nun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək onu həmin Fonda sürücü vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 4.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 9 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında idarə etdiyi “Mercedes-Benz Viano” markalı avtomobilin salonunda Şahid2 4.500 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, sonuncuya onun arvadı X9 da həmin Fonda işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün guya vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 və Nuranə Manafovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 12.500 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib Şahid2 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin iyun ayının sonlarından iyul ayının əvvəllərinədək hissə-hissə olmaqla Şahid2 cəmi 12.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Xətai rayonu ərazisində müxtəlif ünvanlarda almaqla, əldə etdiyi cəmi 17.000 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 17.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Nuranə Manafova və Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə onları vahid niyyətlə təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2018-ci ilin sentyabr ayında Bakı şəhər sakini Şahid10 özbaşına özünü “X33”nun 2–ci sektor müdiri kimi təqdim edərək onu həmin Fonda sürücü vəzifəsinə işə düzəltməklə, həmçinin sonuncuya məxsus “Mercedes Benz 403” markalı “**-ON-***” nömrə nişanlı avtobusu qeyd edilən fonda reysə salmaq imkanının olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 5.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi ev 4B binanın qarşısında Şahid10 5.000 manat məbləğində pul vəsaitini alıb, həmçinin, eyni niyyətlə, 2018-ci ilin sentyabr ayında ona məxsus olan avtobusun icarə müqaviləsinin 3 il müddətə bağlanacağını adı ilə hər il üzrə 1.000 manat ödənilməli olmaqla 3.000 manat pul verməsinin zəruri olmasını yalandan bildirib, Şahid10 həmin gün Bakı şəhəri ərazisində yerləşən “xxxx” ticarət mərkəzinin qarşısında 1.000 manat, həmin günün axşamı isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi ev 4B binanın qarşısında 2.000 manat pul vəsaitini alıb, əldə etdiyi cəmi 8.000 manat məbləğində pul vəsatini şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus cəmi 8.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdara ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2018-ci ilin oktyabr ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 özbaşına özünü “X33”nda sektor müdiri işləyən “X18” kimi təqdim edərək həmin Fonda məxsus “Hyundai County” markalı avtobusların ucuz qiymətə hərraca çıxarılacağını, Zərərçəkmiş şəxs3 xeyrinə iki ədəd avtobusun 55.000-56.000 manata alınmasında ona köməklik etmək imkanına malik olmasını yalandan bildirməklə sonuncunu inandıraraq, həmin adla 2018-ci ilin oktyabr ayının 25-də 34.000 manat, 2018-ci ilin oktyabr ayının 27-də 10.000 manatı, 4-5 gün sonra 8.000, 2-3 gün sonra isə 4.000 manat, ümumilikdə 56.000 manatı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, bina 27-nin qarşısında yolun kənarında idarə etdiyi “Toyota Highlander” markalı avtomobilin salonunda Zərərçəkmiş şəxs3 alıb şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 56.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2019-cu ilin fevral ayında Bakı şəhər sakini Şahid5 Abuzər oğluna özbaşına özünü “X33”nun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək onu həmin Fonda sürücü vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 3.300 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 26 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Atatürk” parkında Şahid5 3.300 manat məbləğində pul vəsaitini alıb, həmçinin, eyni niyyətlə, onu həmin Fondun əməkdaşları üçün inşa ediləcək yaşayış binasından mənzil növbəsinə qeydiyyata aldırmaq imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 530 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, Şahid5 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin fevral ayının sonlarında Şahid5 530 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən “Cıdır” restoranının qarşısında almaqla, əldə etdiyi cəmi 3.830 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 3.830 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2019-cu ilin fevral ayında Bakı şəhər sakini Şahid4 sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid3 vasitəsilə özbaşına özünü “X33”nun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək Şahid4 məxsus 2 ədəd “Az **-XX-***” və “Az **-OU-***” dövlət nömrə nişanlı “Mercedes- Benz” markalı mikro avtobusları guya həmin Fond üçün həyata keçirilən sərnişindaşıma üzrə xəttə salıb onun özünü də həmin qurumda sürücü kimi işə düzəltməklə aylıq 4.800 manat gəlir əldə etməsini təmin etmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 6.600 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 vasitəsilə bildirib Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin adla 19 fevral 2019cu il tarixdə ünvan 16 ünvanının qarşısında Şahid3 vasitəsilə Şahid4 6.600 manat məbləğində pul vəsaitini alıb, eyni niyyətlə, 2019-cu ilin mart ayında Şahid4 onu həmin Fondun əməkdaşları üçün inşa ediləcək yaşayış binasında mənzil növbəsinə qeydiyyata aldırmaq imkanına malik olmasını şəxsən yalandan bildirib aldadaraq, bunun üçün guya vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 1.060 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 vasitəsilə bildirib, Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin mart ayında Bakı şəhəri ərazisində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında Şahid3 vasitəsilə Şahid4 1.060 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi cəmi 7.660 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus cəmi 7.660 manat pulu vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu Şahid3 vasitəsilə vahid niyyətlə təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2019-cu ilin mart ayında Bakı şəhər sakini Şahid7 özbaşına özünü “X33”nun şöbə müdiri kimi təqdim edərək onu həmin Fonda sürücü vəzifəsinə işə düzəltmək imkanına malik olmasını yalandan bildirib aldadaraq, bunun üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 1 aprel 2019cu il tarixdə, saat 15 radələrində Bakı Metropoliteninin “Nizami” metrostansiyasının qarşısında Şahid7 3.000 manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 3.000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmiş, özbaşına özünün təkrarən vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə həmin Fondun, yəni hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə heç bir dövlət və sair qurumda işləmədiyi halda 2019-cu ilin oktyabr ayında Bakı şəhər sakini Şahid9 özünün “xxxx” MMC-də vəzifəli şəxslərin sürücüsü olmaqla sonuncunun qızı Pərvin Əliyevanı həmin cəmiyyətdə inspektor vəzifəsinə işə düzəltmək imkanına malik olmasını və işə qəbul üçün ailə üzvlərinin siğortalanmasından ötrü 2.500 manat, həkim müayinəsindən keçirilmə üçün isə 1.260 manat məbləğində ödəniş edilməsinin zəruriliyini yalandan bildirib aldadaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, 2019-cu ilin oktyabr ayında həmin adla Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, 6 nömrəli binanın qarşısında Şahid9 3.760 manat məbləğində pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, sonuncuya məxsus cəmi 3.760 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və məhkum olunmuş Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, hökmün dəyişdirilməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və zərərçəkmiş şəxslərin şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi X14 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini və zərərçəkmiş şəxslərin şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ayrı-ayrıqıda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasını və məhkum olunmuş Təqsirləndirilən şəxs şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında prokuroru X19 məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməməsini və zərərçəkmiş şəxslərin şikayətlərinin birinci instansiya məhkəməsində çıxış etmiş dövlət ittihamçısının istədiyi cəza həddində ağırlaşdırılmaqla təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən və zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-572/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsindəki icraat zamanı ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməmiş, apellyasiya icraatı zamanı isə ona təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 310, 32.4,312.2, 32.4,312-1.2, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, habelə əməlində cəzanı yüngülləşdirən halı, yəni himayəsində bir azyaşlı uşağının olmasını, habelə ağırlaşdıran halların, yəni əməlində residiv olmasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hər hansı əlavə bir hal müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir əsas görmür. Odur ki, yuxarıda qeyd edilən halları əsas tutaraq məhkəmə kollegiyası belə hesab edir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən və zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-572/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən və zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 310, 32.4,312.2, 32.4,312-1.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-572/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən və zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Baı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar