Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-512/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), x6 və x1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qurbanov İbrahim Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru x3, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili x4 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili x2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs vəsatətinin rədd olunması haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 1(101)-656/2018 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 fevral 2018-ci il tarixdən hesablanınmaqla 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən 13 dekabr 2019-cu il tarixdə apelyasiya şikayəti və apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 1(101)-656/2018 saylı qərarı ilə (hakim x5) məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 1(101)-656/2018 saylı qərarının ləğv edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının şikayətin təmin edilməməsi, məhkum olunmuş şəxsin və onun müdafiəçilərinin isə şikayətin təmin olunması barədə çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 1(101)-656/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını sübut edən hər hansı bir tutarlı sübutun və hər hansı bir sənədin olmaması əsasları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)- 656/2018 saylı hökmündən məhkum edilmiş şəxs məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018ci il tarixli, 1(101)-656/2018 saylı hökmü elan olunarkən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apelyasiya şikayət verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan qəbzdən məlum olur ki, məhkum Təqsirləndirilən şəxs 10 iyul 2018-ci il tarixdə elan olunmuş hökmün surətini 17 iyul 2018-ci il tarixdə alması barədə qəbzə imza edərək, rəsmi qaydada qəbul etmiş və həmin qəbz hal-hazırda iş materiallarındadır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apelyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Həmin Məcəllənin 202.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmü 17 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən həmin hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 18 iyul 2018-ci il tarixdən başlamış və 06 avqust 2018-ci ildə başa çatmışdır. İş materiallarından isə görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi həmin hökmdən şikayət vermə müddəti 01 il 05 aydan çox müddət buraxıldıqdan sonra, yəni 13 dekabr 2019-cu il tarixdə verilmişdir. Beləliklə də müəyyən olunur ki, apelyasiya şikayəti 07 avqust 2018-ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət bitdikdən 01 il 05 aydan çox müddət keçdikdən sonra verilmiş və bununla da apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)- 656/2018 saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan heç bir üzürlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyasının fikrincə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən apelyasiya şikayəti vermə müddəti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən ötürülməklə onun tərəfindən apellyasiya şikayəti verildiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut onun tərəfindən vəsatətə əlavə edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas vermədiyindən, məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 1(101)-656/2018 saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 202, 203, 384.1 və 384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs vəsatətinin rədd olunması haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 1(101)-656/2018 saylı qərarı məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Namiq Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-512/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-512/2020
01.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver