Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-52/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Rəhimov Elmar Eldar oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Bəraət almış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 718 ünvanda qeydiyyatda olan, ünvan 2an Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(009)-102/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxs tərfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(009)-102/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin ləğv edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs izah edilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməklə, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Şahid2 məhkəmədə fərqli ifadə verərək pulun ona məxsus olduğunu və Səbuhiyə pulu evin girovu qarşılığında verdiyini, Kamilin pulla və evlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən götürülmüş nömrələrin zənglər siyahısı, əhatə dairəsinə dair məlumatları özündə əks etdirən 01 ədəd diskdə Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində göstərdikləri hərəkət ardıcıllığı ilə üst üstə düşür və onların ifadələrinin həqiqətə uyğun olduğunu bir daha təsdiq edir. Beləliklə Təqsirləndirilən şəxs görüşdə olmaması, yalnız Şahid2 həmin görüşdə olması ilə bağlı göstərdiyi xüsusatlar qeyd olunan anten dairələri ilə təkzib olunur. Lakin məhkəmə bu xüsusatları nəzərə almamışdır. Şahid2 Şahid1 verdiyi pulun mənbəyini məhkəmə istintaqında göstərə bilməmiş, məhkəmə bu barədə qaldırılan şifahi vəsatətlərə səthi yanaşmışdır. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs niyyəti əvvəlcədən Zərərçəkmiş şəxs aldatmaq olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün verilən ifadələrə aid hissədə nəticələri ilə razılaşdığı halda, Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən şahid və digər sənədlərə aid hissədə sübutları şübhə altına almış və belə olan halda şübhələrin aradan qaldırılması üçün də hər hansı araşdırma aparmamışdır. Yəni məhkəmə iş üzrə Fuad Şirinovun və digər şahidlərin ifadələrini, başqa sübutları və işin digər hallarını hökmdə müzakirə edib müqayisəli şəkildə onlara qiymət verməmişdir. Hökmdən həmçinin zərərçəkmiş şəxs apellasiya şikayəti verərək, məhkəmənin hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs təqsirli bilinməsi və iş üzrə zərərçəkmiş şəxsə 15000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə mülki iddia tələbinin təmin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında zərərçəkmişin ifadəsini və mövqeyini təsdiq edən cəmi 2 sübut var. Bunlardan biri hadisədə adları keçən şəxslərin xx.xx.2020-ci il tarixində kütləvi şəkildə eyni ünvanlar üzrə hərəkət etmələri, digər sübut isə xx.xx.2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi olmuşdur lo, məhkəmədə bu 2 sübuta düzgün qiymət verməmişdir. Halbuki, həm müqavilənin 46 saylı notariatda bağlanması, həm də hadisədə adları keçən şəxslərin məhz 46 saylı notariatın yerləşdiyi ünvanda olmaqları birincisi, bu 2 sübutu bir-birinə sıx şəkildə bağlayır. İkincisi isə Təqsirləndirilən şəxs hər nə qədər özünü alqı-satqıdan yayındırmağa çalışmasını, zərərçəkmişlə guya hər hansı sövdələşmədə olmaması görüntüsünü yaratmağa çalışsa da, həmin tarixə onun da eyni notariatda olması onun bu hadisədə həqiqətən də mərkəz rolunun oynamasını sübut edir. xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxs avtomobili üçüncü şəxsə özgəninkiləşdirir. Bütün bu müddət ərzində isə avtomobilə dair Təqsirləndirilən şəxs vermiş olduğu etibarnamə qüvvəsini saxlayır. Daha sonra etibarnamə ləğv edilir və avtomobil məcburi şəkildə dayanacağa yerləşdirilir. Məhkəmə tərəfindən bu xüsusata qiymət verilməmişdir. Bundan başqa məhkəmə tərəfindən Şahid2 iş üzrə şahid qismində dindiirlməsi zamanı onu istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında yaranmış ziddiyyətlərin səbəbinin nə ilə izah edilməsi araşdırılmamışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, məhkəmədən onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən bəraət almış şəxs və müdafiəçisi verilmiş apellyasiya protesti və şikayəti qəbul etməyərək, məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiqləmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qismən istintaq aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya protesti və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(009)-102/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Səbail RPİ-də quraşdırılmış VMAS-nın operatorundan götürülmüş portal məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X6 adlı xx.xx.2009-cu il təvəllüdlü uşağı vardır. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Şahid2, ipoteka qoyan – borc alan Şahid1 müqavilənin tərəfləri olmuşlar. İpotekanın predmeti ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv/m olan mənzilin tam mülkiyyəti üzrə müəyyən edilmişdir. İpotekanın məbləği 79000 manat olmuşdur. Həmin müqaviləni adı çəkilən şəxslər öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında alan 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən Şahid2 borc alan Şahid1 79000 manat məbləğində pul verir. İş materiallarına əlavə edilmiş 01 may 2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Şahid1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m. olan mənzili alıcı Zərərçəkmiş şəxs mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Səbail Rayon Polis İdarəsinə ünvanlanmış 17 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Müraciət əsasında hazırda Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitələrinin aparılmasına məhdudiyyət qoyularaq saxlanılması ilə bağlı mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə DİN-in Baş X11 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Məlumatların kompüter çıxarışından görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ** ME *** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə xx.xx.2020-ci il tarixdə Şahid1 verilmişdir. Həmin çıxarışdan görünür ki, “Mitsubishi Pajero” markalı, ** ME *** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxmışdır. İstintaq zamanı Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən götürülmüş nömrələrin zənglər siyahısı, əhatə dairəsinə dair məlumatları özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********00 saylı, Zərərçəkmiş şəxs istifadəsində olmuş **********25 saylı, Şahid1 istifadəsində olmuş **********88 və Şahid2 istifadəsində olan **********47 saylı mobil telefon nömrələrindən 01 may 2020-ci il tarixdə səhər saat 11:00-dan saat 18:00-a qədər telefon danışıqlarının hansı ərazilərdə aparılmasına dair məlumatların yerləşdirilməsi müəyyən olunmuşdur. Hər dörd şəxsin telefonları 01 may 2020-ci il tarixdə saat 11 radələrindən saat 13 radələrinə qədər ünvan 6 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Eyni zamanda Şahid1 və Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonların saat 13 radələrində Baki şəhəri, Yasamal rayonu, ünvan 7 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Bundan başqa Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid1 istifadəsində olan mobil telefonların saat 15-16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 4, Həsənoğlu küçəsi 6, Araz küçəsi 4 və A.Mola Cümə küçəsi 4 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Zərərçəkmiş şəxs və Şahid1 istifadəsində olan mobil telefonların saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi və daha sonra Şahid1 istifadəsində olan nömrənin ünvan 8 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Məhkəmənin hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsindən aydın görünür ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs evin alqı-satqısı barədə müqavilənin bağlanmasından əvvəl tanışlıqları olmamış, zərərçəkmiş şəxsə hər hansı bir vəd verməmişdir, onların arasında ev və avtomobil alqı-satqısı barədə söhbət edilməmiş, ona avtomobili almaq üçün Zərərçəkmiş şəxs tərəfindən 15000 manat pul verilməmişdir. Avomobillə bağlı danışıqlar Səbuhi ilə öz aralarında olmuş, mənzilin alqı-satqısı ilə bağlı məsələ isə Təyyar və Səbuhi arasında olmuşdur. Bununla belə sözügedən tərəflərin aralarında yaranmış münasibətlər mülki xarakter daşıyır və həmin münasibətlər məhz Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin təlləblərinə görə: 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyriəmlak münasibətlərini tənzimləyir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən məlum olmuşdur ki, istintaq orqanı tərəfindən ittiham yalnız zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi üzərində qurulmuş və dələduzluğu, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməni sübut edən heç bir digər sübut əldə edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində istintaq zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verilərək məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa həmin qərarda məhkəmələrə tövsiyə edilir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən cinayət təqibini həyata keçirmiş orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasını və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan suiistifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında birbaşa heç bir borc münasibəti, sövdələşmə olmamışdır. Ümumiyyətlə təqsirləndirilən şəxs üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Yaranmış mübahisə birmənalı olaraq mülki münasibətlərdən irəli gələn məsələdir və bu mülki mühakimə icraatı qaydasında araşdırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 74-cü hissəsinin ikinci abzasına görə bəraət hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiası baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, həmin dəlillər əsaslı sayıla bilməz, belə ki, hər dörd şəxsin telefonlarının 01 may 2020-ci il tarixdə saat 11 radələrindən saat 13 radələrinə qədər ünvan 6 ünvana aid anten dairələrinin əhatəsi altında olması Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaqla ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dəlalət etmir. 46 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bir daha ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m. olan mənzilin Şahid1 mülkiyyətində olduğunu və onun tərəfindən Zərərçəkmiş şəxs satıldığını, Təqsirləndirilən şəxs həmin mənzilə aidiyyətinin olmadığını təsdiq edir. Maşının alqı-satqısı ilə bağlı sözvdələşmə isə onunla Şahid1 arasında olmuşdur və sonuncu borcunu ona qaytarmadığından avtomobili üçüncü şəxsə özgəninkiləşdirmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(009)-102/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(009)-102/2022 saylı hökmü verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-52/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-52/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver