Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-521/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ş3 oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi X9, Məhkum edilmiş Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, Məhkum edilmiş Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Maxta kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 10 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsiilə, xx xxxxxx 1999-cu ildə Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin müəyyən olunmuş hallarına görə Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində ünvan 3 saylı ünvanda yerləşən “Viktoriya” şadlıq sarayının həyətyanı hissəsində tanışı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona sağ üst göz qapağının qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə, xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən hələ xx xxxx 2019-cu il tarixdə “Viktoriya” şadlıq sarayının həyətyanı sahəsində Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişəni aydınlaşdırmaq və zor tətbiq etmək yolu ilə həmin münaqişəni təkrar həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, xx xxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs aldatmaqla ünvan 4 ünvanında yerləşən 17 saylı orta məktəbin həyətinə gətirdikdən sonra, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, qrup üzvü Təqsirləndirilən şəxs2 arxa hissədən Zərərçəkmiş şəxs qollarından tutmasından sonra, Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan “beşbarmaq” alətdən silah qismində istifadə edərək, həmin alətlə onun sifət nahiyyəsindən, ardınca Təqsirləndirilən şəxs2lə birgə təpik və yumruqla onun müxtəlif bədən nahiyyələrindən ardıcıl bir neçə zərbə vurub ona baş beyin silkələnməsi, üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, başın alın-gicgah nahiyələrinin, sol göz yuvası ətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək və sağ diz oynağı nahiyənin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, qərəzli hərəkətlərini təxminən 20 dəqiqə müddət ərzində davam etdirməklə, xuliqanlıq etmişdir. Eyni zamanda işin müəyyən olunmuş hallarına görə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib, xx xxxx 2019-cu il tarixdə “Viktoriya” şadlıq sarayının həyətyanı sahəsində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişəni təkrar aydınlaşdırmaq və zor tətbiq etmək yolu ilə həmin münaqişəni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə, xx xxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs aldatmaqla, ünvan 4 ünvanında yerləşən 17 saylı orta məktəbin həyətinə gətirdikdən sonra, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, qrup üzvü Təqsirləndirilən şəxs2 arxa hissədən Zərərçəkmiş şəxs qollarından tutmasından sonra Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməsi mümkün olmayan “beşbarmaq” alətdən silah qismində istifadə edərək, həmin alətlə onun sifət nahiyyəsindən, ardınca Təqsirləndirilən şəxs2lə birgə təpik və yumruqla onun müxtəlif bədən nahiyyələrindən ardıcıl bir neçə zərbə vurub ona baş beyin silkələnməsi, üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, başın alın-gicgah nahiyələrinin, sol gözyuvası ətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək və sağ diz oynağı nahiyənin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, qərəzli hərəkətlərini təxminən 20 dəqiqə müddət ərzində davam etdirməklə, xuliqanlıq etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim X10) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 gün həbsdə saxlanılma müddəti 04 gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuş, onun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Həmçinin hökmə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 gün həbsdə saxlanılma müddəti 04 gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuş, onun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmasına dair xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilməklə onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə kəndçiləri olan X6 toy məclisində iştirak etmək üçün Xətai rayonunda yerləşən “Viktoriya” şadlıq evinə getmişdir. Saat 21 radələrində hava almaq üçün bayıra çıxarkən, Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və söhbət zamanı Famil sataşmaq məqsədilə ona söz atmışdır. Həmin vaxt Familin sərxoş olduğunu gördüyü üçün ona fikir verməmişdir. Lakin Famil ona söz atmağa davam etmiş, o da cavabında onunla heç bir işi olmadığını bildirmiş, Famil isə ona “ağıllı ol” demişdir. Həmin vaxt o da, Familə “sən ağıllı ol” demişdir ki, buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Famil qəfil yumruqla onun sifətindən vurmuş və onlar dalaşmağa başlamışlar. Dalaşan zaman o, da özünü müdafiə etmək məqsədilə Famili vurmuşdur. Toy məclisinə gələn tanımadığı şəxslər onları ayırmış, sonra isə o, evə getmişdir. Həmin vaxt o, sağ gözündən xəsarət almış və xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməmişdir. xx xxxxx 2019-cu il tarixdə, saat 18 radələrində tanışı Şahid2 ona səsli mesaj göndərərək, onu “Playstation” oyun salonuna dəvət etmişdir. O, razılaşaraq, Xətai rayonunda yerləşən “Atletiko” oyun salonuna getmişdir. Oyun salonuna çatdıqda, içəri daxil olub Kənanı axtarmışdır. Təxminən 5 dəqiqədən sonra salona Famil, onun yanında olan adını sonradan bildiyi Ədilxan və Sadiq gəlmişlər. Famil yaxınlaşıb onunla işi olduğunu demişdir. O, Famillə birlikdə salondan çıxıb yaxınlıqda yerləşən 17 nömrəli orta məktəbin həyətinə getmişdir. O, fikirləşmişdir ki, Famillə təklikdə ora gedirlər və əgər dalaşsalar, Familin öhdəsindən tək gələ bilər. Elə buna görə də, ora getmişdir. Famil ondan xx xxxx 2019-cu il tarixdə dalaşandan sonra yenidən şadlıq evinin həyətinə niyə gəldiyini soruşduqda, Familin tanışları Ədilxan və Sadiq ora yaxınlaşıb, Ədilxan onun qollarından tutmuş, Famil isə sol əlində tutduğu “beşbarmaq”la qəfil onun ağız nahiyəsindən vurmuşdur. O, yerə yıxılmış və yerdə olan zaman Famil və Ədilxan onu yumruq və təpiklə vurmuşdurlar. O, özünə gəlib durub qaçan zaman Familin qışqıraraq“bıçağı verin onu bıçaqlayacam”dediyini eşitmişdir. Həmin vaxt mübahisələri təxminən 15-20 dəqiqə davam etmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni və ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx xxxxx 2019-cu il tarixli, 287 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi; üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası; burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması; başın alın - gicgah nahiyələrinin, sağ üst göz qapağının, sol gözyuvası ətrafı nahiyənin, sağ bazunun qançırları; sağ dirsək və sağ diz oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddətinə görə - xəsarətlərdən baş beyin silkələnməsi; üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası; burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması; başın alın - gicgah nahiyələrinin, sol gözyuvası ətrafı nahiyənin, sağ bazunun qançırları; sağ dirsək və sağ diz oynağı nahiyəsinin sıyrıqları xx xxxxx 2019-cu il tarixə uyğun gəlir, sağ üst göz qapağının qançırı isə xx xxxx 2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə, baş beyin silkələnməsi, üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası və burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də, özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 Təcrübi və X13 rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 30/287 nömrəli əlavə rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən xx xxxxx 2019- cu il tarixə uyğun gələn xəsarətlərin kənar şəxs tərəfindən “beşbarmaq” adlanan alət və ya bu kimi predmetlə vurulma zamanı əmələ gəlməsi inkar olunmur. Məhkəmə Zərərçəkmiş şəxs ifadəsini mötəbər hesab etməmiş, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda göstərilən cinayətləri törətməsini şübhə altına almışdır. Bundan başqa, məhkəmə işdə biri digərinə kifayət qədər uyğun gələn dəlillər olduğu, yəni Zərərçəkmiş şəxs ifadəsi və xx xxxxxxxx 2019-cu il tarixli 30/287 nömrəli əlavə məhkəmə tibbi ekspertiza rəyinin olduğu halda həmin dəlilləri təkzib etmək istiqamətində əsaslı araşdırma aparmamış, yalnız işdə olan təqsirləndirilən şəxslərin bir- birini müdafiə xarakterli verdikləri ifadələrinə istinad etməklə qanunsuz və əsassız nəticəyə gəlmiş, bununla da faktiki olaraq, məhkəmənin qanunla müəyyən edilmiş ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxaraq müdafiə tərəfinin mövqeyinə keçməklə cinayət mühakimə icraatının çəkişmə prinsipinin (cinayət prosesi tərəflərinə bərabər münasibət və aradakı tarazlığın qorunması) tələblərini pozmuşdur. Həmin hökmdən narazı qalan zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi X11 apellyasiya şikayəti verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri üzrə təqsirli bilinərək barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş ən sərt cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxslə "Viktoriya" şadlıq sarayında və sonradan Təqsirləndirilən şəxs2lə aldadaraq Xətai rayonu 17 saylı orta məktəbin həyətində səbəbsiz mübahisə edib, xuliqanlıq edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın manafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs bədən xəsarəti yetirməklə, xuliqanlıq etmişdirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx xxxxx 2019-cu il tarixli, 287 saylı ekspert rəyinə əsasən “beşbarmaq" alətdən silah qismində istifadə edərək, həmin alətlə onun sifət nahiyyəsindən, ardınca Təqsirləndirilən şəxs2lə birgə təpik və yumruqla onun müxtəlif bədən nahiyyələrindən ardıcıl bir neçə zərbə vurub ona baş beyin silkələnməsi, üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması ilə müşayət olunan sağlamlığa zərər vurmaqla, xuliqanlıq etmişdir. Bütün bu aşkar xuliqalıq hərəkətlərinin hər iki təqsirləndirilən şəxslər tərəfindən törədilməsi həm istintaqda, həm də məhkəmə araşdırmasında kifayət qədər sübut olunmasına və prokurorun təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini tələb etməsinə məhkəmə məhəl qoymayaraq onlara çox yüngül cəza təyin etmişdir. Təqsirləndirlən şəxslərə verilmiş cəza onların törətdiyi cinayətə uyğun deyil. Bu isə cəzanın ümumi prinsiplərindən kənarlaşma və gələcəkdə təqsirləndirilənlərin cəzasızlıq şəraitində yenidən cinayət törətməsinə rəvac verməsinə səbəb olacaqdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətini müdafiə edərək apellyasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi verdikləri apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin və apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxslər və onların müdafiəçiləri hər biri ayrıayrılıqda apellyasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası həmin şəxsin iştirakı olmadan verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilərək məhkum edilmiş şəxslər barələrində yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu ildə, saat 20-21 radələrində atası Fuadın dayısı oğlunun Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Viktoriya» şadlıq sarayında keçirilən toy mərasimində olarkən, spirtli içki qəbul etdiyi üçün dəqiq xatırlamadığı səbəbə görə həmkəndlisi, habelə uzaq qohumu olan Ramal adlı şəxslə aralarında narazılıq yaranmışdır. Onlar aralarında olan narazılığı aydınlaşdırmaqdan ötrü toy məclisindən çıxıb həyətdə, şadlıq sarayının qarşısında bir qədər söhbət etmiş, daha sonra birbirilərinin yaxalarından tutub dartışmışdır. Həmin vaxt sərxoş olduğu üçün Ramalı vurub-vurmadığını, həmin zaman yanlarında kimlərin olduğunu xatırlamayır. Qısa bir müddət Ramalla mübahisə etdikdən sonra, onlar aralanmış, o özü şadlıq sarayına, Ramal isə məlum olmayan istiqamətdə getmişdir. Saat 22-23 radələrində Ramalın qardaşı Mehdi onun mobil telefonuna zəng edib şadlıq sarayının qarşısına dəvət etmişdir. O, həyətə çıxaraq Mehdi ilə görüşmüş və həmin vaxt Mehdinin yanında qardaşları Əli və Ramal olmuşdur. Onlar onu şadlıq sarayının arxasında söhbət etməyə dəvət etmiş və onlar şadlıq sarayının arxasına keçəndə qəflətən Ramal onu arxadan yumruqla başından vurmuş, sonra sifətindən yumruqla zərbələr endirmişdir. O, bir anlığa huşunu itirmiş, ayılanda isə artıq Mehdigili yanında görməmişdir. Ramalgilin bu hərəkətlərinə görə qəzəblənib onunla görüşüb, bu hərəkətinə qarşılıqlı cavabını vermək qərarına gəlmişdir. xx xxxxx 2019-cu ildə, saat 18 radələrində yaşadığı evin həyətində olarkən tanışı Kənandan Ramala öz telefonundan zəng edərək, onu 17 nömrəli məktəbin yanında yerləşən «Playstation» oyun zalına dəvət etməsini xahiş etmişdir. Belə ki, Kənanın Ramalla yaxın münasibəti olmuş və buna görə də, Kənan da onun xahişi ilə Ramala səsli mesaj yazıb onu «Playstation» oyun zalına dəvət etmişdir. Bundan sonra o, Kənandan aralanıb tanışları Ədilxan və Sadiqlə birgə oyun zalının yaxınlığına gedərək, onlarla birgə durub Ramalı gözləmişdir. Bir qədər sonra Ramal həmin oyun zalına gəlmiş və o, Ramalın arxası ilə zala daxil olub onu həyətə, sonra isə yaxınlıqda yerləşən 17 nömrəli məktəbin həyətinə dəvət etmişdir. Məktəbin həyəti istiqamətində gedərkən, Sadiq və Ədilxan da onların arxasınca getmişdirlər. Məktəbin həyətinə çatdıqda o, Ramalın bir neçə gün əvvəl “Viktoriya” şadlıq sarayının həyətində etdiyi hərəkətə görə iradını bildirməklə yumruqla onun sifət nahiyəsindən zərbə vurmuşdur. Aldığı zərbədən Ramal müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin vaxt mübahisəni görən tanışları Ədilxan və Sadiq onu Ramaldan aralamış və bundan sonra onlar ayrılaraq getmişdirlər.Həmçinin, məktəbin həyətində baş vermiş mübahisə zamanı o, Ramalı yumruqla vurduğunu, “beşbarmaq” alətdən və ya digər predmetdən istifadə etməmişdir. Ona görə də, “beşbarmaq” alətdən silah qismində istifadə edərək, həmin alətlə Ramalın sifət nahiyyəsindən vurması” hissəsində ona qarşı verilmiş ittihamı qəbul etmir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlarda özünütəqsirli bilməyərək ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onların hər ikisi idmançı olmuş və əvvəllər idmanın cüdo növü ilə məşğul olduğundan, onlarla yarışlar zamanı tanış olmuşdur. xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində Ramal və onun qardaşları Mehdi və Əlinin Famili döydüyünü eşitmişdir. Bundan sonra o, Familin olduğu Xətai rayonunda yerləşən “Viktoriya” şadlıq evinin qarşısına getmiş, Famili bayıra çağırmış və görmüşdür ki, Famil sifət nahiyəsindən xəsarət almışdır. Ondan nə baş verdiyini soruşduqda, sonuncu birldirmişdir ki, aralarında yaranmış mübahisə zamanı Ramal və qardaşları onu vurmuşlar. Bundan sonra Famili götürüb evlərinə aparmışdır. xx xxxx 2019-cu il tarixdə Familin yanında olan zaman, Ramalın adını bilmədiyi əmisi Familə zəng edib demişdir ki, “barışın, bu məsələ qurtarıb getsin”. Həmin vaxt Famil barışığa razılıq vermiş, lakin aradan bir gün keçdikdən sonra sonuncu eşitmişdir ki, Ramal və onun qardaşlarından kimsə demişdir ki, Famili döymüşlər. Bundan sonra Famil əsəbləşib qərara gəlmişdir ki, Ramalı birgə tanışları olan Kənanın vasitəsi ilə çağırsın. Ona görə də, Famil Ramalla aralarındakı münaqişə barədə Kənana məlumat vermədən, sadəcə görüşmək adı ilə Ramalı çağırmağı xahiş etmiş, Kənan da, öz növbəsində mobil telefonu vasitəsi ilə Ramalla əlaqə saxlamış və sonuncunu Xətai rayonunda yerləşən “Atletiko” oyun salonuna dəvət etmişdir. xx xxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Ramal “Atletiko” oyun salonuna gəlmiş, oyun salonunda Famil və Ramal söhbət etməyə başlamış, Kənan isə çıxıb getmişdir. Famil söhbət etmək üçün Ramalı 17 nömrəli məktəbin həyətinə aparmış, o və Sadiq isə onların arxasınca getmişdir. Birdən onlar dalaşmağa başlamış və Famil Ramalı yumruqla vurmuşdur. Həmin vaxt o, və Sadiq tez yaxınlaşaraq onları ayırmış, ayırdıqdan sonra Ramal oradan çıxıb getmişdir. Mübahisə zamanı o, Famillə Ramalı yalnız ayırmış və heç kimi vurmamışdır. Bu səbəbdən, ona qarşı irəli sürülmüş ittihamla razılaşmır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanımış, onunla hər hansı münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxx 2019-cu il tarixdə kəndçiləri olan X6 toy məclisində iştirak etmək üçün Xətai rayonunda yerləşən “Viktoriya” şadlıq evinə getmişdir. Saat 21 radələrində hava almaq üçün bayıra çıxarkən, Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və söhbət zamanı Famil sataşmaq məqsədilə ona söz atmışdır. Həmin vaxt görmüşdür ki, Famil sərxoşdur, elə buna görə də ilk olaraq ona fikir verməmişdir. Lakin Famil ona söz atmağa davam etmiş, o da cavabında onunla heç bir işi yoxdur deyə bildirmiş, Famil isə ona “ağıllı ol” demişdir. Həmin vaxt o da, Familə demişdir ki, “sən ağıllı ol”, elə buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Famil qəfil yumruqla onun sifətindən vurmuş və onlar dalaşmağa başlamışlar. Dalaşan zaman o, da özünü müdafiə etmək məqsədilə Famili vurmuşdur. Orada olan, yəni toy məclisinə gələn tanımadığı şəxslər onları ayırmış, sonar isə o evə getmişdir. Evdə olan zaman görmüşdür ki, qolunda olan bahalı qol saatı və boynunda olan gümüş boyunbağı yoxdur. Elə buna görə də, kiçik qardaşı Əliyə demişdir ki, getsin şadlıq evinin qabağına saatı tapsın. Əli ora getmiş, lakin saatı tapa bilmədiyi üçün, o, da məcbur olub həmin yerə getmişdir. O, Əli ilə birlikdə saatı axtarmış, lakin tapa bilməmiş, sonra isə Əli saatı axtarmağa davam etmişdir. O, isə idarə etdiyi avtomobilə minərək qardaşını gözləmişdir. Qardaşı Əli avtomobilə oturan zaman görmüşdür ki, Əlini də vurublar. O, qardaşından nə baş verdiyini soruşduqda, sonuncu bildirmişdir ki, Familin yanında olan qohumu Elməddin onu “beş barmaq” deyilən alətlə sifətinin sol tərəfinə vurmuşdur. Bundan sonra qardaşı ilə birlikdə yaşadığı evə getmişdirlər. Evdə atasına bütün olanları danışmış, atası da həmin vaxt şikayət etməyə imkan verməmiş və demişdir ki, bir kəndçidilər, şikayət etmək olmaz. Atası Əlini xəstəxanaya aparmış və orada atası demişdir ki, Əli guya yıxılıb xəsarət almışdır. Həmin vaxt o, da sağ gözündən yüngül xəsarət almış və xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməmişdir. xx xxxxx 2019-cu il tarixdə, saat 18 radələrində tanışı Şahid2 ona səsli mesaj göndərərək, onu “Playstation” oyun salonuna dəvət etmişdir. O, razılaşaraq, Xətai rayonunda yerləşən “Atletiko” oyun salonuna getmişdir. Oyun salonuna çatdıqda, içəri daxil olub Kənanı axtarmışdır. Təxminən 5 dəqiqədən sonra salona Famil, onun yanında olan adını sonradan bildiyi Ədilxan və Sadiq gəlmişlər. Famil ona yaxınlaşıb onunla işi olduğunu demişdir. O, Famillə birlikdə salondan çıxıb yaxınlıqda yerləşən 17 nömrəli orta məktəbin həyətinə getmişdirlər. O, fikirləşmişdir ki, Famillə təklikdə ora gedirlər və əgər dalaşsalar, Familin öhdəsindən tək gələ bilər. Elə buna görə də, ora getmişdir. Famil ondan xx xxxx 2019-cu il tarixdə dalaşandan sonra yenidən şadlıq evinin həyətinə niyə gəldiyini soruşduqda, Familin tanışları Ədilxan və Sadiq ora yaxınlaşıb, Ədilxan onun qollarından tutmuş, Famil isə sol əlində tutduğu “beşbarmaq”la qəfil onun ağız nahiyəsindən vurmuşdur. O, yerə yıxılmış və yerdə olan zaman Famil və Ədilxan onu yumruq və təpiklə vurmuşdurlar. O, özünə gəlib durub qaçan zaman eşitmişdir ki, Famil qışqırır ki, “bıçağı verin onu bıçaqlayacam”. Həmin vaxt mübahisələri təxminən 15-20 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxx 2019-cu il tarixdə, saat 18 radələrində o, və Ədilxan stadionda gəzərkən, həmin vaxt Famil onların yanına gəlib birlikdə gəzmiş, ardınca onlar Xətai rayonunda yerləşən “Atletiko” oyun salonuna getmişdirlər. Famil oyun salonuna daxil olmuş və təxminən bir neçə dəqiqə keçdikdən sonra Famil və Ramal oyun salonundan bayıra çıxmışdırlar. Famil söhbət edə-edə Ramalı 17 nömrəli məktəbin həyətinə aparmış, o, və Ədilxan isə onların arxasınca getmişdirlər. Gözlənilmədən Famil Ramalı yumruqla vurmuş, Ramal da Famili vurmuşdur. O, və Ədilxan tez yaxınlaşaraq, onları ayırmış, ayırdıqdan sonra isə Ramal durub oradan uzaqlaşmışdır. Ardınca onlar da həmin yeri tərk etmişdirlər. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində yaşadığı evə gəlmiş, saat 21 radələrində isə qardaşı Ramal sifəti qanlı, əynində olan paltarları isə cırılmış vəziyyətdə evə gəlmişdir. Ramaldan nə baş verdiyini soruşduqda, sonuncu bildirmişdir ki, «Viktoriya» şadlıq sarayında kəndçilərinin keçirdiyi toy məclisində iştirak etmək üçün həmin yerə getmişdir. Orada şadlıq sarayının qarşısında olarkən, həmkəndlisi Famil sərxoş vəziyyətdə Ramala yaxınlaşıb heç bir səbəb olmadan, onunla mübahisə edərək onu döymüşdür. Famillə nə o, nə də ki, qardaşı Ramalın əvvəllər heç bir narazılıqları, mübahisələri, ədavət və düşmənçilikləri olmamışdır. Ramal ona bildirmişdir ki, şadlıq sarayının qarşısında Famillə dalaşarkən, qolunda olmuş saatı hadisə yerinə düşmüşdür. Ona görə də ondan xahiş etmişdir ki, gedib həmin saatı oradan tapıb gətirsin. O, da atasına məxsus avtomobillə saat 22 radələrində həmin şadlıq sarayının qarşısına gedib, orada şadlıq sarayının mühafizəçilərindən dava-dalaşın olduğu yeri maraqlanıb öyrənmiş və onlar dava olan yeri göstərdikdən sonra o, həmin yeri axtarmış, lakin saatı tapa bilməmişdir. Bundan sonra o, qardaşı Ramala zəng edib ondan dəqiq harada dava-dalaşın baş verdiyini soruşmuşdur. O, qardaşına şadlıq sarayının qarşısını axtardığını, lakin saatı tapa bilmədiyini, gəlib özünün axtarıb tapmasını demişdir. Qardaşı Ramal da təxminən 10 dəqiqə sonra piyada həmin yerə gəlmiş, onunla az bir müddət şadlıq sarayının qarşısında saatı axtarsa da, tapa bilməmişdir. Bundan sonra Ramal avtomobilə doğru getmiş o, isə orada qalıb saatı axtarmışdır. Bir qədər sonra Famil, sonradan adını bildiyi, əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı Elməddin adlı şəxslə şadlıq sarayından həyətə çıxmışdır. Famil onu görüb yaxınlaşaraq «nəyə gəlmisən» deyə soruşmuş, o isə Familə qardaşının saatını axtarmağa gəldiyini demişdir. O, Famillə üzbə-üz dayanıb söhbət edən zaman, Elməddin onun sağ tərəfindən yaxınlaşıb, yumruqla onun sifətinin sol tərəfindən zərbə endirmişdir. O, davadalaş düşməməsindən ötrü nə Elməddinə, nə də Familə fiziki zor tətbiq etməmiş, avtomobilə doğru qaçaraq, avtomobilə əyləşib, Ramaldan tələb etmişdir ki, tez sürüb oradan getsinlər. Ramal da avtomobili idarə edib yaşadıqları evə getmişdirlər. Bir qədər sonra evə gəlmiş atası onun sifətində xəsarət olduğunu görüb nə baş verdiyini soruşduqda, o, hadisə barədə ona danışmışdır. Atası bundan sonra onu xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərildikdən sonra həmin gün evə buraxılmışdır. Familin qohumları və Famil baş vermiş hadisəyə görə onun atasından üzr istədikləri üçün atasının xahişi ilə nə o, nə Ramal hüquq-mühafizə orqanına şikayət etməmişdirlər. xx xxxxx 2019-cu ildə, saat 19 radələrində böyük qardaşı Mehdi ona zəng edib, Ramalın yenə də Famil tərəfindən döyülüb xəsarət aldığını bildirmişdir. Sonradan atası DİN-n 102 xidmətinə hadisə barədə zəng edib məlumat vermiş və həmçinin, Ramal Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx xxxxx 2019-cu il tarixli, 287 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi; üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası; burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması; başın alın - gicgah nahiyələrinin, sağ üst göz qapağının, sol gözyuvası ətrafı nahiyənin, sağ bazunun qançırları; sağ dirsək və sağ diz oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddətinə görə - xəsarətlərdən baş beyin silkələnməsi; üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmişcırılmış yarası; burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması; başın alın - gicgah nahiyələrinin, sol gözyuvası ətrafı nahiyənin, sağ bazunun qançırları; sağ dirsək və sağ diz oynağı nahiyəsinin sıyrıqları xx xxxxx 2019-cu il tarixə uyğun gəlir, sağ üst göz qapağının qançırı isə xx xxxx 2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə, baş beyin silkələnməsi, üst çənədə mərkəzdən sağda İİ kəsici dişin (12-ci diş) travmatik sınığı ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası və burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də, özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 Təcrübi və X13 rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 30/287 nömrəli əlavə rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən xx xxxxx 2019-cu il tarixə uyğun gələn xəsarətlərin kənar şəxs tərəfindən “beşbarmaq” adlanan alət və ya bu kimi predmetlə vurulma zamanı əmələ gəlməsi inkar olunmur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onlar saxlandıqları Xətai Rayon Polis X5 Yerindən azad edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx xxxx 2019-cu il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə təqsirləri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam təsdiq olunur. Bu əməllərə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir. Lakin birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri müəyyən olunmadığını, ittiham tərəfinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “beşbarmaq” alətdən silah qismində istifadə etməklə xuliqanlıq cinayətinin törətmələrini təsdiq edən, bu ehtimalları aradan qaldıran mötəbər sübutu (zərərçəkmiş şəxsin ifadəsindən başqa) məhkəməyə təqdim etmədiyini göstərmiş və hesab etmişdir ki, ittiham olunduğu əməldə təqsirli olmalarına dəlalət edən sübutlar olmadığından, elan edilmiş ittihamlara görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmələri nəticəsinə gəlinməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin təkrar və bir qrup şəxs tərəfindən törədilməsi cinayətinin, Təqsirləndirilən şəxs2 əməlində isə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsi cinayətinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs ifadəsini mötəbər hesab etməmiş, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda göstərilən cinayətləri törətməsini şübhə altına almışdır. Bundan başqa, birinci instansiya məhkəməsi işdə biri digərinə kifayət qədər uyğun gələn dəlillər olduğu, yəni Zərərçəkmiş şəxs ifadəsi və xx xxxxxxxx 2019-cu il tarixli 30/287 nömrəli əlavə məhkəmə tibbi ekspertiza rəyinin olduğu halda həmin dəlilləri təkzib etmək istiqamətində əsaslı araşdırma aparmamış, yalnız işdə olan təqsirləndirilən şəxslərin bir-birini müdafiə xarakterli verdikləri ifadələrinə istinad etməklə qanunsuz və əsassız nəticəyə gəlmiş, bununla da faktiki olaraq, məhkəmənin qanunla müəyyən edilmiş ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxaraq müdafiə tərəfinin mövqeyinə keçməklə cinayət mühakimə icraatının çəkişmə prinsipinin (cinayət prosesi tərəflərinə bərabər münasibət və aradakı tarazlığın qorunması) tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hökmlə gəldiyi nəticə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci İl tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Birinci instansiya məhkəməsinin hadisənin baş vermə mexanizmini, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətləri təsvir etməsinə diqqət etdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin təkrar və bir qrup şəxs tərəfindən törədilməsi cinayətinin, Təqsirləndirilən şəxs2 əməlində isə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsi cinayətinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli Plenum qərarına əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınaraq izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli Plenum qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “beşbarmaqla” xəsarət yetirilməsinə dair zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 Təcrübi və X13 rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 30/287 nömrəli əlavə rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən xx xxxxx 2019-cu il tarixə uyğun gələn xəsarətlərin kənar şəxs tərəfindən “beşbarmaq” adlanan alət və ya bu kimi predmetlə vurulma zamanı əmələ gəlməsi inkar olunmur. Lakin birinci instansiya məhkəməsi hökmdə sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, mövcud məhkəmə təcrübəsinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış, nəticədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 353.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün təsviri əsaslandırıma hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları və təqsirli şəxsin hərəkətlərinin tövsifı məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. "Suominen Finlandiyaya qarşı” işində X8 məhkəməsinin x xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələr üzrə törətdikləri cinayət əməlləri iş materialları ilə tam təsdiq olunur və həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin maddə üzrə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Bu əsasla da birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və yeni ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzacəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3, 41.2 və 8-cimaddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, iştirakçılardan hər birinin cinayətin tərədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin hər birinin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətdiklərini və gənc olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında hər iki təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 gün həbsdə saxlanıldıqları müddət təyin olunmuş cəzalarına hesablanmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 399.1.2, 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunun normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaqda haqlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 350, 352, 353, 356, 398.1.2, 399.1.2, 399.1.4, 399.1.5, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası H ö k m e t d i: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilsin və yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azəraycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisi nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azəraycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisi nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. . Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir Hökmdən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-521/2020
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-521/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver