Məhkəmə qərarları › İş №1(103)-537/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-537/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-537/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi X1, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rəşad Məmmədov) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddələri ilə təqsirli bilinmiş və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs X8 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən vaxtında apellyasiya şikayətini verə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə həmin məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilib, hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 məhkum Təqsirləndirilən şəxs şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilib, hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətin təmin edilməməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 258/2015 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib belə hesab edir ki, qərar dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs rəsmi qaydada xx xxxxxx 2015-ci il tarixdə təqdim edilmişdir. (cild 1, vərəqə 257). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-389/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən vermiş olduğu apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin olunmaqla cinayət işi həmin məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-389/2016 saylı, xx xxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müddətin bərpasına dair vəsatət verilmədiyindən, apellyasiya şikayəti verilməmiş hesab edilmiş və baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-389/2016 saylı, xx xxx 2016-cı il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qəranının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə görə şikayət və ya protest verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində göstərilən şəxslər buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İşin materillarından görünür ki, iş üzrə çıxarılmış hökm qanunla nəzərdə tutulmuş müddətdə ona göndərilmiş, həmin hökm onun tərəfindən xx xxxxxx 2015-ci il tarixdə alınmış, hökm elan olunduğu gündən müddətin bərpa edilməsinə dair vəsatətin məhkəməyə göndərilməsi gününədək 05 (beş) ildən artıq müddət keçmiş, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən ötürdüyünü təsdiq edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Cinayət Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlülüyünü təsdiq edən əsaslı heç bir səbəb göstərmədiyindən, birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxılması nəticəsinə gəlməklə əsaslı olaraq apellyasiya şikayəti vermə müddətini bərpa etməmiş, 05 (beş) ildən artıq müddətdə apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlülüyünü təsdiq edə biləcək əsaslı heç bir səbəb apellyasiya şikayətində göstərilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3, 391.3.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-258/2015 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar