Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-544/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qurbanov Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə onun barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddətinin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın müəyyən edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətində onun əməlinin hüquqi tövsifi mübahisələndirilmir. Hökmdən məhkumun müdafiəçisi apelyasiya şikayəti, dövlət ittihamçısı isə apelyasiya protesti verməmişlər. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərər çəkmiş şəxsə dəymiş 491 manat ziyan ödənilərək onunla barışıq əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 çıxışlarında apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək, onun cəzasının yüngülləşdirilməsi üçün əsas görmür və bu barədə apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, iş üzrə məhkumun özünün etiraf ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır və cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsi və Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə, yəni zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq etməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti olaraq tətbiq edilməklə, barəsində 02 il sınaq müddəti müəyyən edilmişdir. Cinayət işində mövcud olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs birinci hökmlə müəyyən olunmuş sınaq müddəti bitməmiş hazırkı cinayəti törətmiş və onun bu əməli cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 58.1 və 71.5-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu zaman cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almış və barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində residivə görə ən minimal həcmdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli, eləcə də cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən birinci dəfə törədilmiş oğurluq cinayətinə görə 2018-ci ildə Yevlax Rayon Məhkəməsinin təyin etdiyi cəza cəzanın məqsədlərini təmin edə bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunması və həmin cəzanın şərti tətbiq edilməsinə baxmayaraq islah olunmamış və yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair xx.xx.2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qurbanov Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-544/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-544/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver