Məhkəmə qərarları › İş №1(103)-554/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-554/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-554/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(101)-1589/2023 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən), Mahmud Ağalarov, Samir Əliyev) 25 dekabr 2023-cü il tarixli, 1(101)-1589/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni, habelə narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində isintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükülünün içərisində külli miqdarda - təmiz çəkisi 14,315 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində təmiz çəkisi 1,851 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 29 noyabr 2022-ci il tarixdə saat 02:20-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində külli miqdarda - təmiz çəkisi 14,315 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, şübhəli şəxs qismində tutulması səbəbindən saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma yerinə aparıldıqdan sonra 29 noyabr 2022-ci il tarixdə saat 10:00- da Daxili İşlər Nazirliyinin 14 mart 2014-cü il tarixli Ə220-001-14 nömrəli əmrinə əsasən “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”na müvafiq olaraq Müvəqqəti Saxlanılma yerinin əməkdaşları tərəfindən tam axtarış müayinəsi aparılarkən sağ qulağının içəri hissəsindən 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş, içərisində təmiz çəkisi 1,851 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “diskə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən həmin telefon aparatının 29 Noyabr 2022-ci il saat 02-20-dən 6-30-dək Bakı şəhəri Səbail və Yasamal rayonları ərazisində müxtəlif ünvanlarda hərəkətə olub. Həmin telefon aparatının 28 Noyabr 2022-ci ildə Nəsimi rayonu ərazisndə hərəkətdə olması qeydə alınmayıb. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ifadəsinə düzgün hüquq qiyməti verməyib, onun qərəzli, saatlarla protokol tərtib edilmədən, müdafiəçi yardımından istifadə etməsinə imkan verilmədən əsassız və qanunsuz olaraq minik avtomobilində saxlanılmasını nəzərə almayıb, işin hərtərəfli, tam və obyektiv araşdırılmasından boyun qaçırıb. Məhkəmə nəzərə almayıb ki, Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq saxlanılıb və ona qurama ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs qarşı qərəzli, əsassız və qanunsuz hərəkətləri təsdiq edən sübutlar məhkəmə tərəfindən araşdırılmayıb, nəzərə alınmayıb və hansı səbəbdən nəzərə alınmaması hökmdə əsaslandırılmayıb. Müdafiə tərəfi əmin işin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatətlər qaldırsa da məhkəmə vəsatəti təmin etməyib. Qeyd edilənlər birmənalı təsdiq edir ki, Təqsirləndirilən şəxs subyekti olduğu cinayət hadisəsi baş verməyib, Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməyib. Hətta həqiqətən ittihamda göstərilən narkotik vasitə və psixotrop maddə Təqsirləndirilən şəxs üzərindən götürülmüş olsaydı belə, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli hesab edilə bilməzdi. Belə ki, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması heç bir sübutla təsdiq olunmur, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkir, məhkəmədə dindirilmiş polis əməkdaşlarının və Təqsirləndirilən şəxs ibtidai istindaqda verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmayıb. Buna görə də heç bir sübut və fakt olmadığı halda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsinə görə ittiham edilib məhkum olunması əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(101)-1589/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələrində əməlini qismən (narkotik vasitələrin satışı ilə məşğul olmasını inkar, onda aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir) etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, daha sonra və eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bununla yanaşı, təqsirləndirilən şəxs ifadəsində və müdafiəçisi apellyasiya şikayətində polis bölməsində ona fiziki və psixi təzyiq göstərildiyini və onun təzyiqlərə görə narkotik vasitə və psixotrop maddələrin onun üzərindən aşkar olunmasını etiraf etdiyini göstərsələr də, “cinayət işinin başlanmasının rədd edilməsi bərədə” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə 117-118). Göründüyü kimi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasına dair rayon prokurorluğunda araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları iş üzrə tədqiq edilmiş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına dair dəlilləri həqiqəti əks etdirməməklə özünümüdafiə xarakteri daşıyır. Bununla yanaşı, iş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı məzmunda aparılmış, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sms yazışmaları müəyyən olunmuşdur: xx-xx-2022 03:24:40 xx-xx-2022 03:24:40 1.1.**********13 1.1.**********23 Xeyyam gelmirsense dinen bilimde men evde oturub gozdememyim cixim axtarim xahis edirem he yox de rufet aqriyir xx-xx-2022 05:43:04 xxxx-2022 05:43:04 1.1.**********91 1.1.**********23 X11 YİĞDA BU NOMREYE xx-xx-2022 18:01:36 1.1.**********91 1.1.**********23 X11 X7 X14 X13 Sizin Mehledeyem xx-xx-2022 11:18:20 1.1.**********91 1.1.**********23 X12 Resul Qaqash? Qaqash 15 X10 Gelsem lOkola 5 Daw Alinar? xx-xx-2022 16:17:09 xx-xx-2022 16:17:09 1.1.**********14 1.1.**********23 Xeyyam men getdime ama mene nese olacaq bilirem sende cox pewman olacaqsan bu vaxta qeder doze bildim agraya xx-xx-2022 18:33:42 1.1.**********70 1.1.**********23 Qerdesh necesen menem Resul nece gundu vezyet cox pisdi hec İm tapib kontur vura bilmirdim dunende mehkemenin heyetinen qacmiwam vezyetim temiz pisdi 7- 8 xx-xx-2022 18:33:42 xx-xx-2022 18:33:43 1.1.**********70 1.1.**********23 Qerdesh necesen menem Resul nece gundu vezyet cox pisdi hec 1m tapib kontur vura bilmirdim dunende mehkemenin heyetinen qacmiwam vezyetim temiz pisdi 7-8 xx-xx-2022 18:33:48 1.1.**********70 1.1.**********23 m pulum var X13 qardawiva o gunde tinde gozdedim belke gelersen gelmedun getdim eve indi awagida nizamideyem olurem etaga xx-xx-2022 18:33:48 xx-xx-2022 18:33:48 1.1.**********70 1.1.**********23 m pulum var X13 qardawiva o gunde tinde gozdedim belke gelersen gelmedun getdim eve indi awagida nizamideyem olurem etaga xx-xx-2022 00:02:33 1.1.**********70 1.1.**********23 Qerdesh 15 manatim var nese elemey alinar? xx-xx-2022 00:02:33 xx-xx-2022 00:02:34 1.1.**********70 1.1.**********23 Qerdesh 15 0+manatim var nese elemey alinar? xx-xx-2022 01:53:18 xxxx-2022 01:53:19 1.1.**********70 1.1.**********23 Qardawim nizamide diyanmiwam uwagi gozdurem pulu getirsin donmuwam usdeliy lomkadanda olem qardawim telefon getirsem temaynan Deyiwmeye alinar? 3- 4 cur tel var xx-xx-2022 01:53:18 1.1.**********70 1.1.**********23 Qardawim nizamide diyanmiwam uwagi gozdurem pulu getirsin donmuwam usdeliy lomkadanda olem qardawim telefon getirsem temaynan Deyiwmeye alinar? 3- 4 cur tel var xx-xx-2022 05:25:18 xx-xx-2022 05:25:18 1.1.**********70 1.1.**********23 Qaqash etaga uje vezyetim cox pisdi diyana bilmirem Biyaq uwaglar sen telfonu acmadun adboy verdun pulu gotrub getdiler ozun bisende menim pulum olmur an xx-xx-2022 05:25:18 1.1.**********70 1.1.**********23 Qaqash etaga uje vezyetim cox pisdi diyana bilmirem Biyaq uwaglar sen telfonu acmadun adboy verdun pulu gotrub getdiler ozun bisende menim pulum olmur an xx-xx-2022 05:25:23 xx-xx-2022 05:25:24 1.1.**********70 1.1.**********23 caq kimse isdese divjenya eliye bilem sora yigdim didi gelem gelmedi İsat cox donmuwam kucede indi pul yoxumdu ama satdiq 3-4 tel birde apple saat var te xx-xx-2022 05:25:23 1.1.**********70 1.1.**********23 caq kimse isdese divjenya eliye bilem sora yigdim didi gelem gelmedi İsat cox donmuwam kucede indi pul yoxumdu ama satdiq 3-4 tel birde apple saat var te xx-xx-2022 05:29:43 xx-xx-2022 05:29:43 1.1.**********70 1.1.**********23 İfon iwindeyem bisende yeni prablemsiz ozmundu getrim gor hansini isdiyerler qardawimsan Cox pisem uje xx-xx-2022 05:29:43 1.1.**********70 1.1.**********23 İfon iwindeyem bisende yeni prablemsiz ozmundu getrim gor hansini isdiyerler qardawimsan Cox pisem uje (cild 2, iş vərəqə 127-152). Həmçinin “diskə baxış keçirilməsi haqqında” 17 may 2023-cü il protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs aşağıdakı məzmunda sms yazışmaları müəyyən olunmuşdur: xx-xx-2022 00:56:30 xx-xx-2022 00:56:30 1.1.**********81 1.1.**********23 gerdew 20deyge olar durmuwam kera sehere paykam var vezyet kritik olsa xeber ele evdeyem xx-xx-2022 00:56:30 1.1.**********81 1.1.**********23 gerdew 20deyge olar durmuwam kera sehere paykam var vezyet kritik olsa xeber ele evdeyem xx-xx-2022 15:22:47 xx-xx-2022 15:22:47 1.1.**********81 1.1.**********70 Coni can 15diy duz xx-xx- 2022 15:22:47 1.1.**********81 1.1.**********70 Coni can 15diy duz xx-xx-2022 19:09:50 1.1.**********81 1.1.**********51 ********** xx-xx-2022 19:09:50 xx-xx-2022 19:09:50 1.1.**********81 1.1.**********51 ********** xx-xx-2022 20:19:09 1.1.**********81 1.1.**********70 Rafail na 10m ko xx-xx-2022 20:19:09 xx-xx-2022 20:19:10 1.1.**********81 1.1.**********70 Rafail na 10m ko xx-xx-2022 20:21:05 1.1.**********81 1.1.**********70 keruxa dincelirem hemde paykam birde uwagin emaneti galib xx-xx-2022 20:21:05 xx-xx- 2022 20:21:05 1.1.**********81 1.1.**********70 keruxa dincelirem hemde paykam birde uwagin emaneti galib xx-xx-2022 15:31:14 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a xx-xx-2022 15:31:14 xx-xx-2022 15:31:14 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a xx-xx-2022 15:48:59 xx-xx-2022 15:48:59 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a xx-xx-2022 15:48:59 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a xx-xx-2022 16:02:38 xx-xx-2022 16:02:38 1.1.**********81 1.1.**********50 Keruxa menem coni xx-xx-2022 16:02:38 1.1.**********81 1.1.**********50 Keruxa menem coni xx-xx-2022 20:21:33 1.1.**********81 1.1.**********70 Coni butov İda duz xx-xx-2022 20:21:33 xx-xx-2022 20:21:33 1.1.**********81 1.1.**********70 Coni butov İda duz Gagaw temiz yarim 25 dii xxxx-2022 06:14:20 1.1.**********81 1.1.**********70 Gagaw temiz yarim 25 dii xx-xx-2022 05:13:53 1.1.**********81 1.1.**********70 Keruxa biln na a xx-xx-2022 05:13:53 xx-xx-2022 05:13:54 1.1.**********81 1.1.**********70 Keruxa biln na a xx-xx-2022 05:13:56 1.1.**********81 1.1.**********70 alan olar.. xx-xx-2022 05:13:56 xx-xx-2022 05:13:56 1.1.**********81 1.1.**********70 alan olar.. xx-xx-2022 12:49:25 1.1.**********81 1.1.**********70 Coni can qonşu t xx-xx-2022 12:49:25 xx-xx-2022 12:49:25 1.1.**********81 1.1.**********70 Coni can qonşu t, xx-xx-2022 14:11:18 xx-xx-2022 14:11:18 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 14:11:18 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 14:11:49 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 14:11:49 xx-xx-2022 14:12:39 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 16:33:18 1.1.**********81 1.1.**********46 Yox gerdew watsapa gire bilmirem xx-xx-2022 16:33:18 xx-xx-2022 01:17:54 1.1.**********81 1.1.**********46 Yox gerdew watsapa gire bilmirem xx-xx-2022 21:31:06 1.1.**********81 1.1.**********70 Kera: yari kola xx-xx-2022 17:00:25 1.1.**********81 1.1.**********70 Coni yari duzalar xxxx-2022 17:00:25 xx-xx-2022 17:00:26 1.1.**********81 1.1.**********70 Coni yari duzalar xx-xx-2022 17:00:56 1.1.**********81 1.1.**********70 Coni yari duzalar xx-xx-2022 17:00:56 xx-xx-2022 17:00:56 1.1.**********81 1.1.**********70 Coni yari duzalar xx-xx-2022 17:29:39 xx-xx-2022 17:29:39 1.1.**********81 1.1.**********09 Keraa degigdise saxliyim degig deyilse men iw gordiyim uwagi gozdetdirmiyim oturum ona xx-xx-2022 17:29:39 1.1.**********81 1.1.**********09 Keraa degigdise saxliyim degig deyilse men iw gordiyim uwagi gozdetdirmiyim oturum ona xx-xx-2022 18:54:43 1.1.**********81 1.1.**********50 27,iki manat qalir m xx-xx-2022 18:54:43 xx-xx-2022 18:54:43 1.1.**********81 1.1.**********50 27,iki manat qalir m xx-xx-2022 14:01:42 xx-xx-2022 14:01:42 1.1.**********81 1.1.**********70 Coni alisa xoçe xx-xx-2022 14:01:42 1.1.**********81 1.1.**********70 Coni alisa xoçe 15-11- 2022 14:29:56 1.1.**********81 1.1.**********70 Da xacuu xx-xx-2022 14:29:56 xx-xx-2022 14:29:56 1.1.**********81 1.1.**********70 Da xacuu xx-xx-2022 14:32:11 1.1.**********81 1.1.**********70 Packa? SUBMİTTED xx-xx-2022 14:32:11 xx-xx-2022 14:32:11 1.1.**********81 1.1.**********70 Packa? xx-xx-2022 14:32:40 xx-xx-2022 14:32:40 1.1.**********81 1.1.**********70 Packada negeder olur xx-xx-2022 14:32:40 1.1.**********81 1.1.**********70 Packada negeder olur xx-xx-2022 14:33:34 1.1.**********81 1.1.**********70 14, SUBMİTTED xx-xx-2022 14:33:34 xx-xx-2022 14:33:34 1.1.**********81 1.1.**********70 14, xx-xx-2022 14:37:08 1.1.**********81 1.1.**********70 Lisdada, 2/5 xx-xx-2022 18:30:26 xx-xx-2022 18:30:26 1.1.**********81 1.1.**********70 Kera pul var yar xx-xx-2022 18:30:26 1.1.**********81 1.1.**********70 Kera pul var yar xxxx-2022 19:04:56 1.1.**********81 1.1.**********70 Coni kola yest? xx-xx-2022 19:04:56 xxxx-2022 19:04:56 1.1.**********81 1.1.**********70 Coni kola yest? xx-xx-2022 19:15:07 1.1.**********81 1.1.**********70 Coni kola yest?, xx-xx-2022 19:15:07 xx-xx-2022 19:15:07 1.1.**********81 1.1.**********70 Coni kola yest? xx-xx-2022 21:46:57 1.1.**********81 1.1.**********44 Gagaw duzeldib goyiram gifaga xx-xx-2022 21:46:57 xx-xx-2022 21:46:57 1.1.**********81 1.1.**********44 Gagaw duzeldib goyiram gifaga xx-xx-2022 09:06:45 1.1.**********81 1.1.**********70 Kera oyaxsan? xx-xx-2022 09:06:45 xx-xx-2022 09:06:45 1.1.**********81 1.1.**********70 Kera oyaxsan? xx-xx-2022 21:06:06 1.1.**********81 1.1.**********30 Keruxaa mene kartuvin kodni atdaa smsnen mamasanin bank puluni yolliyim kartuva birde sencunde yolliyim xx-xx-2022 21:06:06 xx-xx-2022 22:39:22 1.1.**********81 1.1.**********30 Keruxaa mene kartuvin kodni atdaa smsnen mamasanin bank puluni yolliyim kartuva birde sencunde yolliyim xx-xx-2022 11:33:32 1.1.**********81 1.1.**********70 Keruxa belka 5p xx-xx-2022 11:33:32 xx-xx-2022 11:33:32 1.1.**********81 1.1.**********70 Keruxa belka 5p xx-xx-2022 18:05:06 1.1.**********81 1.1.**********70 Kera xotybi İdan xx-xx-2022 18:11:08 xx-xx-2022 18:11:08 1.1.**********81 1.1.**********70 Vratiska duzqoş xx-xx-2022 18:11:08 1.1.**********81 1.1.**********70 Vratiska duzqoş xxxx-2022 18:33:55 1.1.**********81 1.1.**********70 5 6 daqiqaya me xx-xx-2022 18:33:55 xx-xx-2022 18:33:55 1.1.**********81 1.1.**********70 5 6 daqiqaya me xx-xx-2022 18:34:30 xx-xx-2022 18:34:30 1.1.**********81 1.1.**********70 Gel gagaw duzelderen xx-xx-2022 18:34:30 1.1.**********81 1.1.**********70 Gel gagaw duzelderen xx-xx-2022 18:34:31 xxxx-2022 18:34:34 1.1.**********81 1.1.**********70 M xx-xx-2022 18:34:31 1.1.**********81 1.1.**********70 M xx-xx-2022 19:14:02 1.1.**********81 1.1.**********70 Gagaw sene sef duwub bir gram vermiwem xx-xx-2022 19:14:02 xx-xx-2022 19:14:02 1.1.**********81 1.1.**********70 Gagaw sene sef duwub bir gram vermiwem xx-xx-2022 19:14:08 1.1.**********81 1.1.**********70 Halal xowun xx-xx-2022 19:46:41 xx-xx-2022 19:46:41 1.1.**********81 1.1.**********70 Gagaw bir gram mal verilib sene hecnediki diyitem halal xowun yoxsa diyerdkm getir gaytar xx-xx-2022 19:46:41 1.1.**********81 1.1.**********70 Gagaw bir gram mal verilib sene hecnediki diyitem halal xowun yoxsa diyerdkm getir gaytar xx-xx-2022 20:15:14 1.1.**********81 1.1.**********70 Coni qardasim: s xx-xx-2022 20:15:14 xx-xx-2022 20:15:14 1.1.**********81 1.1.**********70 Coni qardasim: s xx-xx-2022 19:04:21 1.1.**********81 1.1.**********09 Gagaw bowdugdii xx-xx-2022 19:04:21 xx-xx- 2022 19:04:21 1.1.**********81 1.1.**********09 Gagaw bowdugdii xx-xx-2022 20:12:54 1.1.**********81 1.1.**********09 Gagaw bidene almdirim ozum xeber eliyirem, xx-xx-2022 20:12:54 xx-xx-2022 20:12:54 1.1.**********81 1.1.**********09 Gagaw bidene alindirim ozum xeber eliyirem (cild 3, iş vərəqə 46-64). Məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2022-ci il tarixli 6/6807 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri və iki ədəd zərfdə: üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 14,315 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “Vət.Şahid1 üzərindən aşkar edilmiş kütlə və elektron tərəzi ... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,311 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 11,261 qram, metamfetaminin qalıq çəkisi 14,265 qram təşkil etmişdir (cild 1, iş vərəqə 63- 68). Məhkəmə kimyəvi-ekspertizasının 30 noyabr 2022-ci il tarixli 6/6813 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,581 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,801 qram təşkil etmişdir (cild 1, iş vərəqə 145-149). Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması səbəbindən saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma yerinə aparıldıqdan sonra 29 noyabr 2022-ci il tarixdə saat 10:00-da Daxili İşlər Nazirliyinin 14 mart 2014-cü il tarixli Ə220-001-14 nömrəli əmrinə əsasən “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”na müvafiq olaraq Müvəqqəti Saxlanılma yerinin əməkdaşları tərəfindən tam axtarış müayinəsi aparılarkən onun sağ qulağının içəri hissəsindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində təmiz çəkisi 1,851 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla bağlı olaraq birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsə ünvanlanan suala cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəni X8 girən kimi təhvil vermək üçün qulağında gizlətmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin nəinki narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, hətta onda həmin maddələrin olmasını təkzib etsələr də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin sağ qulağının içəri hissəsində 01 ədəd bükülü olmaqla təmiz çəkisi 1,851 qram təşkil edən narkotik vasitə olan heroini gizlətməsini özünün də etiraf etməsini, habelə işin digər hallarını nəzərdən keçirib müdafiəçinin dəlillərinin əsassız olması qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmamasını və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Sadalanmış hallar eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 25-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Plenum qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunmuş onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(101)- 1589/2023 nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 25 dekabr 2023-cü il tarixli, 1(101)-1589/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar