Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-56/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmündən iş üzrə zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Zərərçəkmiş şəxs X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsi və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməməsinə görə Təqsirləndirilən şəxs cinayət işinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, cinayət işinin materialları ilə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılması, təyin edilmiş müddət ərzində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin verilməmiş hesab ediləcəyi və baxılmamış saxlanılacağı izah edilmişdir. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)1573/2022 nömrəli qərarı zərərçəkmiş şəxs X1 iştirakı ilə elan edilmiş, yəni o, apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə məlumatlı olmuşdur. Lakin cinayət işinin materiallarından göründüyü kimi təyin edilmiş 20 gün müddət ərzində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsini rəhbər tutaraq, qərara alır : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmündən iş üzrə zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməklə baxılmamış saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər Həsən Əhmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-56/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-56/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver